Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1032/2024 03.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 34 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə 2,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış, 26 iyul 2023-cü il tarixdə saat 15:10-da Xətai rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin və 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılıb 34-cü Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə külli miqdarda təmiz çəkisi 2,145 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, hadisə günü səhər saat 9:30 radələrində zibil atmaq üçün evdən çıxmış, bu zaman 3-4 nəfər şəxs ona yaxınlaşmış və maşına əyləşməyi təklif etmişlər. O, maşına oturmuş, onu saxlayan əməkdaşlarla birlikdə 35-ci Polis bölməsinə gəlmişlər. Əməkdaşlar 35-ci bölmənin qarşısında onun əlindəki zibili alıb içinə baxmış, heç nə tapa bilməmişlər. Onu çöldə gözlədib özləri içəri girmiş, içəridəki şəxslərlə nəsə danışmışlar. Daha sonra onu 34-cü bölməyə aparmışlar. 34-cü bölmədə də onu qəbul etməmiş, kənarda saxlamışlar. Daha sonra onu rəisin otağına aparmışlar. Əməkdaşlar stolun üstünə sellofanın içində narkotik vasitə qoyaraq ona narkotik vasitənin artıq ona məxsus olduğunu demişlər. O, etiraz etmişdir. Daha sonra əməkdaşlar onu vəkilin yanında döymüşlər. Həmin narkotik vasitəni tərəziyə qoyub çəkmiş, çəkisi təxminən 3 qram olmuşdur. Çəkiliş edilən zaman o, həmin narkotik vasitəni yerə tökmüş, şəkiliş dayandırılmış, narkotik vasitəni yenidən çəkmişlər. Bu dəfə təxminən 2 qram olmuşdur. O, həmin zaman yerə yıxılaraq döşəmədə uzanmışdır. Polislər ona məcburi halda ekspertə gedən kağıza imza çəkdirmişlər. Daha sonra heç nəyə imza etməmişdir. Həmin günün sabahı onu Xətai prokurorluğuna aparmışlar. Prokuror onun xəstə olduğunu görmüş, vəziyyətini bilmiş, müstəntiqə hakim qarşısına çıxarıb təcridxanaya göndərilməsini tapşırmışdır. Əməkdaşlar onu hakimin yanına gətirmişlər. Hakim onun barəsində həbs qətimkan tədbiri seçmiş və onu onu təcridxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvələr narkotik vasitəyə görə məhkum olunduğunu, saxlanıldığı gündən 2 gün əvvəl bir polis işçisi ilə mübahisə etdirini, bu səbəbdən onu saxladıqlarını düşündüyünü, saxlanıldığı gün onun üzərində heç nə olmadığını, onun 2 qram narkotik vasitə almağa heç pulu olmadığını, narkotik vasitələrdən heroin və tiryək istifadə etdiyini, onun günlük dozasının 0,2 qram olduğunu, 0,2 qram narkotik vasitəyə 10 manat verdiyini, narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə Xətai rayonu, Sarayevo küçəsi, ev 12, mənzil 137 ünvanında yaşayır. Təxminən 10 gün qabaq anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat müqabilində “kakos” kimi tanıdığı heroini almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 26 iyul 2023-cü il tarixdə ünvan 3 ünvanın qarşısında iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmiş və onu Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təyin olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet olduğu soruşulduqda, o, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə hesab edilən heroini təqdim etmişdir (cild 1, iş vərəqi 66-68). İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs protokoldakı imzaların ona məxsus olduğunu, təzyiq altında olduğu üçün elə ifadə verdiyini, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Natiqi narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlamışlar. Rəşadla birlikdə Natiqi idarəyə dəvət etmişlər. İdarədə üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 əməliyyat məlumatının şəxsin narkotik vasitə istifadəçisi olması ilə bağlı olduğunu, Natiqi Rəşad adlı digər əməkdaşla Sarayevo küçəsində saxladıqarlını, üzərinə baxış keçirilən zaman müdafiəçinin orada olduğunu, hüquq və vəzifələrinin izah olunduğunu, təqsirləndirilən şəxsin ifadəsində döyülməsi ilə bağlı bildirdiklərinin həqiqətə uyğun olmadığını, şəxsə qarşı fiziki zorakılıq olunmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 saxlanılarkən Natiqə qarşı fiziki və ya psixi işgəncə olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Salyan rayonu, Ə.Hüseynov küçəsi, ev 86-da qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 12, mənzil 137də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması, qəbulu ilə məşğul olması barədə məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün məruzə edilmişdir (cild 1, iş vərəqi 4). - əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023-cü qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:10-da Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 12 ünvanının yaxınlığında saxlanılaraq Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli, qatı şəkilli özünün "kakos" adlandırdığı narkotik vasitə heroinə bənzər maddəni, bir ədəd qara rəngli alışqan və bir ədəd göy rəngli "sobranie" markalı siqaret qutusunu təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nə olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan spesifik iyə malik olan, qəhvəyi rəngli, qatı şəkilli maddə narkotik vasitə hesab olunan heroindir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün 10 gün əvvəl anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 15 manat məbləğə aldığını bildirmişdir. İstintaq hərəkəti zamanı şəxsin üzərindən bir ədəd beş manatlıq, səkkiz ədəd bir manatlıq əskinas, 30 qəpik dəmir pul aşkar olunmuş, aşkar olunmuş pullar və şəxsin təqdim etdiyi siqaret qutusu və alışqan maddi sübut əhəmiyyəti daşımadığı üçün şəxsin özünə geri qaytarılmışdır. Götürülmüş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və bir bükümdə olan qızılı rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli qatı şəkilli kütlənin çəkisi 2,82 qram müəyyən olunmuşdur (cild 1, iş vərəqi 33-35). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4038 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,145 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 43-46). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 54). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsindən daxil olmuş ağ rəngli DVD-R formatındakı disk məlumatlarına "HP" markalı kompyuterdən istifadə edilərək baxış keçirilmişdir. Həmin DVD diskdə əks edilmiş görüntülər 26 iyul 2023-cü il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Elxan Qəribovun qarşısında oturmuş şəxs, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X4r. Xidməti otaqda təhqiqatçının sol tərəfində ayaq üstə dayanmış əynində ağ rəngli şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və 34-cü Polis şöbəsinin polis inspektoru polis baş leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız bükülünün içərisindəkinin "kakos" olduğunu bildirir. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli alışqan və bir qutu göy rəngli üzərinə “sobranie” sözləri yazılmış siqareti masanın üzərinə qoyur, üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın ön sağ cibindən 30 qəpik və arxa sağ cibindən 01 ədəd 5 manatlıq, 08 ədəd 1 manatlıq əksinas olmaqla ümumilikdə 13 manat 30 qəpik pul Təqsirləndirilən şəxs özünə qaytarılır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs digər qanunsuz əşya və predmet olduğu soruşularaq üzərinə şəxsi axtarış aparılır. Qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs üzərindən və geyim əşyalarında hər hansı bir əşya və ya maddə aşkar edilmir. Həmin bükümün çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçı elektron tərəziyə qoyur və bükümdə olan Təqsirləndirilən şəxs “kakos” adı ilə tanıdığı narkotik vasitə heroinin miqdarının 2,82 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan bükümü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" 152 saylı möhürü ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır (cild 1, iş vərəqi 69-70). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və Xətai rayonu, Sarayevo küçəsi, ev 12, mənzil 137 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 88). - Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş X2 ***-***-**-**, ***-***-**-** mobil nömrələri istifadə etdiyi müəyyən edilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 113). - ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1998-ci il təvəllüdlü Namik Ələkbərov və 1999-cu il təvəllüdlü Fazil Ələkbərov adlı uşaqları vardır. Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 119-121). - ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 129-130). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 34 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə “Azercell MMC”nin xx.xx.2023-cü il tarixli, 19069 mömrəli məktubana əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış keçiriən zaman iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 142-161). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 34 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs məxsus 01 ədəd üzərində ***-***-**-** mobil nömrə olan "Nokia" markalı və 01 ədəd üzərində ***-***-**-** mobil nömrə olan "İphone 6" markalı mobil telefona Xətai RPİ-nin MSY-də baxış keçirilmiş, baxış zamanı mobil telefonlarda iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 162- 165). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək təmiz çəkisi 2,145 qram olan narkotik vasitə heroin və onun üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 2,095 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD formatlı disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 166-174). - cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayə işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (cild 1, iş vərəqi 178-179). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, narkotiki cibinə polislərin qoyması və ona fiziki təzyiq göstərməklə narkotiki boynuna götürməsini tələb etmələri, təhdid altında verilmiş narkotiki boynuna götürməsi və çəkiliş zamanı ona verilmiş bükümü cibindən çıxarıb təqdim etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroini təqdim etmiş, həmin maddəni şəxsi istifadəsi üçün 10 gün əvvəl anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 15 manat məbləğə aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddənin özünə aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fizikii təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatında aşkarlanmış narkotik vasitənin ona məxsus olduğunu etiraf edərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq təcridxanasına daxil olarkən müayinəsi zamanı bədəni üzərində hər hansı yeni xəsarət izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsi və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il sınaq müddəti müəyyən edilməklə 2 (iki) il 6 (altı) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 99-100, 102-112). Ədliyyə Nazirliyinin Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin 27 avqust 2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il sınaq müddəti müəyyən edilməklə 2 (iki) il 6 (altı) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 iyul 2023cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 77-81). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 26 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,095 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,095 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1032/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1032/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver