Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1033/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakı ilə, xx xxxxxxx 1999-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmayan, Ağdam rayonunun Yusifcanlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 78, mənzil 33də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə sayılan metamfetamini və narkotik vasitə hesab olunan heroini əldə edib saxlamaqla daşımışdır.. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan "Kevin" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə sayılan metamfetaminin və narkotik vasitə hesab olunan heroinin Bakı şəhəri ərazisində satışının həyata keçirilməsi ilə əlaqədar cinayət əlaqəsinə girməklə əldə ediləcək ümumi qazancdan özünün payına düşən hissəsini götürüb pulun qalan hissəsini "Kevin" adlı şəxsin gələcəkdə ona deyəcəyi kart hesablarına köçürəcəyi barədə sonuncu ilə razılaşdıqdan sonra, 29 yanvar 2021-ci il tarixə keçən gecə, saat 01:30 dəqiqədə "Kevin" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində gizlədilmiş yerdən ümumi təmiz çəkisi 2,422 qram olan külli miqdarda psixotrop maddə-metamfetamini və təmiz çəkisi 0,345 qram olan narkotik vasitə-heroini qanunsuz əldə edib tamah niyyətilə satmaq məqsədilə bükümlərə bölərək üzərində saxlamış və ünvan 1 ünvana daşımış, 29 yanvar 2021-ci il tarixdə, saat 10:40 dəqiqədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq göstərilən şöbənin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən külli miqdarda, ayrı-ayrılıqda 0,161, 1,782 və 0,479 qram çəkilərdə, ümumi təmiz çəkisi 2,422 qram olan 2 ədəd sellofan kəsiyi və 1 ədəd siqaretin gümüşü rəngli kağız parçası bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və təmiz çəkisi 0,345 qram olan 1 ədəd sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2 ilə yaxındır ki, narkotik vasitələrin müxtəlif növlərindən, əsasən psixotrop maddələrdən çəkmə və qəbul etmə yolu ilə könüllü istifadə etmişdir. Narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən, son vaxtlarda isə tanımadığı, soyadını və atasının adını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi "Kevin" adı ilə təqdim edən şəxsdən əldə etmişdir. "Kevin"lə "Whatshapp web" proqramı vasitəsilə əlaqə saxlamışdır. İki dəfə müxtəlif məbləğdə pul müqabilində "Kevin" adlı şəxsdən narkotik vasitə-heroin və psixotrop tərkibli maddələr əldə etmişdir. Belə ki, ona narkotik vasitə və ya psixotrop maddə lazım olanda, o, "Whatshapp web" proqramı vasitəsilə "Kevin"in "Whatshapp web" proqramına qoşulduğu nömrələrlə əlaqə saxlamışdır. “Kevin” adlı şəxsə narkotik vasitə və ya psixotrop maddə sifariş verəndən sonra ayrı-ayrı yerlərdə quraşdırılmış pul köçürmə aparatları vasitəsilə dediyi hazırda xatırlamadığı hesablara pul köçürmüşdür. Bundan sonra göstərdiyi ayrı-ayrı yerlərə gedib narkotik vasitə və ya psixotrop maddəni oradan götürmüşdür. "Kevin" narkotik vasitə hesab olunan heroinin 1 qramını ona 30, psixotrop maddə sayılan metamfetaminin 1 qramını isə 20 manata satmışdır. 28 yanvar 2021-ci il tarixdə "Whatshapp web" proqramı vasitəsilə "Kevin"lə əlaqə saxlamış öz şəxsi istifadəsi üçün narkotik vasitə hesab olunun heroin və psixotrop maddə sayılan metamfetamin lazım olduğunu bildirmiş, "Kevin" ona heroin və metamfetamin göndərə biləcəyini bildirmişdir. "Kevin" ona etibar etdiyindən, aralarındakı razılaşmaya əsasən “Kevin” göndərəcəyi heroin və metamfetamini pulunu köçürmə aparatları vasitəsilə Kevinin dediyi hesaba köçürməyi öhdəsinə götürmüşdür. 29 yanvar 2021-ci il tarixə keçən gecə, saat 01:30 dəqiqədə taksi ilə "Kevin"in dediyi yerə, yəni Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gedərək "Whatshapp web" proqramı vasitəsilə koordinatlarını izah etdiyi yerdən siqaret qutusunda olmaqla dəftər vərəqinə bükülmüş narkotik vasitə-heroini və psixotrop maddə-metamfetamini oradan götürmüş və onları götürməyi barədə "Kevin"i məlumatlandıraraq geri qayıtmışdır. Bundan sonra "Kevin"in ona göndərdiyi 1 ədəd bükümdə heroini və 3 ədəd bükümdə metamfetamini əynindəki gödəkçənin sol yan cibində saxlamışdır. 29 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanda olan zaman mülki geyimdə olan 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək birlikdə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getməyini bildirmişlər, o, polis əməkdaşlarının müşayiəti ilə həmin şöbənin binasında yerləşən otaqların birinə getmışdır. Orada onun üzərinə axtarış keçirilmişdir. Üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli "Huawei E 7" markalı mobil telefonu, 1 ədəd 5 manatlıq pul əsginasını, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, əynindəki açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 3 ədəd bükümü və içərisində narkotik vasitə-heroin olan 1 ədəd digər bükümü çıxarıb könüllü polisə təhvil vermişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, səmimi olaraq 3 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, digər 1 ədəd bükümün içərisində isə narkotik vasitə heroin olduğunu, onları özünü İran İslam Respublikası vətəndaşı kimi "Kevin" adı ilə təqdim edən şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, istintaq dövründə ona təzyiq göstərildiyinə görə o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu demək məcburiyyətində olmuşdur. Lakin bu tamamilə yalandır. Ancaq narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, satışı ilə məşğul olmamışdır. İstintaqda verdiyi ifadəsini oxumadan imzalamışdır. Saxlanılarkən üzərində aşkar olunmuş mobil telefon və mobil nömrə ona məxsusdur. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadələrində özünü tam təqsirli bilərək göstərmişdir ki, tutulanadək istifadəsində 1 ədəd "Huawei E 7" markalı mobil telefon olmuşdur. Həmin mobil telefona +**********64 saylı nömrə taxaraq ondan istifadə etmişdir və telefonun kilid kodu 123456-dır. Markasını qeyd etdiyi mobil telefon web proqramları dəstəklədiyindən, həmin telefona taxılmış +**********64 saylı nömrə vasitəsilə "WhatsApp web" proqramı açaraq ondan istifadə etmişdir və həmin proqramın kilid kodu 1975-dir. Daha sonra, qeyd etmişdir ki, 2 ilə yaxındır ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin müxtəlif növlərindən, əsasən heroindən çəkmə və psixotrop maddələrdən çəkmə və qəbul etmə yolu ilə könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən, son 6-7 ayda isə tanımasa, soyadını və atasının adını bilməsə də, özünü İran İslam Respublikasının vətəndaşı kimi "Kevin" adı ilə təqdim edən şəxsin vasitəsi ilə əldə etmişdir. Özünü "Kevin" adı ilə təqdim edən şəxsi hazırda vəfat etmiş digər İran İslam Respublikası vətəndaşı Amir adlı şəxs vasitəsilə qiyabi tanısa da, heç vaxt onunla görüşməmiş və "Kevin"in +**********79 və +**********71 saylı telefon nömrələrindən qoşulduğu "WhatsApp web" proqramı vasitəsilə sonuncu ilə əlaqə saxlamışdır. Dəfələrlə müxtəlif məbləğdə pul müqabilində "Kevin" adlı şəxsdən narkotik vasitə-heroin və psixotrop tərkibli maddələr əldə etmişdir. Belə ki, ona narkotik vasitə və ya psixotrop maddə lazım olanda, o, qeyd etdiyi nömrədən qoşulduğu "WhatsApp web" proqramı vasitəsilə "Kevin"in "WhatsApp web" proqramına qoşulduğu +**********79 və +**********71 saylı nömrələrlə əlaqə saxlamış, "Kevin" adlı şəxslə danışıb ona narkotik vasitə və ya psixotrop maddə sifariş verəndən sonra, ayrı-ayrı yerlərdə quraşdırılmış pul köçürmə aparatları vasitəsilə onun dediyi hazırda xatırlamadığı kart hesablarına pul köçürmüş və bundan sonra "Kevin" adlı şəxsin göstərdiyi ayrı-ayrı yerlərə gedib narkotik vasitə və ya psixotrop maddəni oradan götürmüşdür. "Kevin" narkotik vasitə hesab olunan heroinin 1 qramını ona 30, psixotrop maddə sayılan metamfetaminin 1 qramını isə 20 manata satmışdır. Əvvəllər, "Kevin"dən yalnız öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə əldə etsə də, sonradan maddi vəziyyəti ilə əlaqədar narkotik vasitə və psixotrop maddə əldə etməkdə çətinlik çəkdiyindən, öz tələbatını ödəmək məqsədilə əldə etdiyi narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı şəxslərə nisbətən baha qiymətə sataraq qazanc əldə etməyə başlamışdır. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələri əsasən narkotik vasitə istifadəçiləri olan hazırda xatırlamadığı şəxslərə satmışdır. Üzərindən narkotik vasitə hesab olunun heroinin və psixotrop maddə sayılan metamfetaminin aşkar olunması ilə əlaqədar isə vurğulamışdır ki, 28 yanvar 2021-ci il tarixdə "WhatsApp web" proqramı vasitəsilə "Kevin"lə əlaqə saxlayıb müştərilərin olduğunu deyərək ona narkotik vasitə hesab olunun heroin və psixotrop maddə sayılan metamfetamin lazım olduğunu bildirəndə, "Kevin" ona heroin və metamfetamin göndərə biləcəyini qeyd etmiş, artıq "Kevin" ona etibar etdiyindən, aralarındakı razılaşmaya əsasən sonuncunun ona göndərəcəyi heroini və metamfetamini hissə-hissə sataraq əldə etdiyi pulu sonradan pul köçürmə aparatları vasitəsilə onun deyəcəyi kart hesablarına köçürməyi boynuna götürmüşdür. Aralarında anlaşma əldə olunduqdan sonra, 29 yanvar 2021-ci il tarixə keçən gecə, saat 01:30 dəqiqədə taksi ilə "Kevin"in ona dediyi yerə, yəni Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gedərək "WhatsApp web" proqramı vasitəsilə koordinatlarını ona izah etdiyi yerdən siqaret qutusunda olmaqla dəftər vərəqinə bükülmüş narkotik vasitə-heroini və psixotrop maddə-metamfetamini oradan götürmüş və onları götürməsi barədə "Kevin"i məlumatlandıraraq geri qayıtmışdır. "Kevin" onu aldatmamağını bir daha qeyd edib heroini və metamfetamini satdıqca hissə-hissə onun deyəcəyi kart hesablarına pul köçürməsini nəzərinə çatdıranda, o, qısa müddət ərzində heroini və metamfetamini sataraq realizə edəcəyini və sabahısı gün, saat 17 radələrinədək onun deyəcəyi kart hesabına ən azı 200-300 manat pul göndərəcəyinə söz vermişdir. Bundan sonra, "Kevin"in ona göndərdiyi heroini və metamfetamini bir neçə bükümə bölüb az hissəsindən istifadə edərək bir hissəsini ayrıayrı şəxslərə satmış, qalan 1 ədəd bükümdə heroini və 3 ədəd bükümdə metamfetamini əynindəki açıq şabalıdı rəngli gödəkçənin sol yan cibində saxlamışdır. 29 yanvar 2021ci il tarixdə, saat 10 radələrində həmin heroini və metamfetamini satmaq məqsədilə ünvan 1 ünvana gedib orada müştəri gözləyən zaman mülki geyimdə olan 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək səs-küy salmamağını və onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, otağa tanımadığı 1 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoyması təklif ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli "Huawei E 7" markalı mobil telefonunu, 1 ədəd 5 manatlıq pul əsginasını, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, əynindəki açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddəmetamfetamin olan 3 ədəd bükümü və içərisində narkotik vasitə-heroin olan 1 ədəd digər bükümü çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq 3 ədəd bükümün içərisində psixotrop maddə-metamfetamin, digər 1 ədəd bükümün içərisində isə narkotik vasitə-heroin olduğunu, onları özünü İran İslam Respublikası vətəndaşı kimi "Kevin" adı ilə təqdim edən şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin narkotik vasitə-heroini və psixotrop maddə-metamfetamini ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt üzərindən narkotik vasitə-heroinin və psixotrop maddəmetamfetaminin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla, onunla hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib Bakı şəhəri Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi şöbənin rəisinə raportla məruzə etmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair onun tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə cəlb edilmiş şöbənin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Gülhəsən oğlu ilə birlikdə 29 yanvar 2021-ci il tarixdə, saat 10:30 dəqiqədə ünvan 1 ünvanın qarşısına gedərək orada gözləmə mövqeyi seçmişlər. Həmin gün, saat 10:50 dəqiqədə Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkət etməsi müşahidə olunanda, ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduqlarını biləndən sonra, yayınaraq qaçmaq istəyəndə, tərəflərindən saxlanılmış və üzərində şəxsi axtarışın aparılması məqsədilə onu 17-ci Polis Şöbəsinə dəvət etmiş, sonuncu artıq onların hər bir şey haqqında məlumatlı olduqlarını dərk etdiyindən, hər hansı etiraz bildirmədən onlarla birlikdə şöbənin yerləşdiyi inzibati binaya getmişdir. Bu vaxt müvafiq raport yazandan sonra, araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis mayoru Seymur Poladova həvalə olunduğundan, Təqsirləndirilən şəxs təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmışlar. X3 vəkil X4 dəvət edib Təqsirləndirilən şəxs təqdim edəndən sonra, sonuncunun üzərində şəxsi axtarış aparacağını nəzərlərinə çatdırmışdır. Sonra, X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli "Huawei E 7" markalı mobil telefonu, 1 ədəd 5 manatlıq pul əsginasını, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, əynindəki açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən 3 ədəd sellofan kəsiyinə və 1 ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş bükümləri çıxarıb təqdim etmiş, üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq 2 ədəd sellofan kəsiyində və 1 ədəd siqaretin gümüşü rəngli kağız parçasında olan bükümlərin içərisində psixotrop maddəmetamfetamin, digər 1 ədəd sellofan kəsiyində olan bükümün içərisində isə narkotik vasitə-heroin olduğunu, onları 29 yanvar 2021-ci il tarixə keçən gecə, saat 01 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində şəxsiyyəti haqqında məlumatı olmasa da, "Kevin" adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşından əldə etməsini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra 2 ədəd sellofan kəsiyində və 1 ədəd siqaretin gümüşü rəngli kağız parçasının içərisində ağ rəngli kristal formalı maddənin, digər 1 ədəd sellofan kəsiyinin içərisində isə qəhvəyi rəngində maddənin olması məlum olmuşdur. Sonda, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin maddələri ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Gülhəsən oğlu dindirilmiş digər Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımaqla, onunla münasibəti yaxşıdır. Təxminən 6-7 aydır ki, narkotik vasitə-heroindən və psixotrop maddə-metamfetamindən çəkmə yolu ilə istifadə edir, narkotik vasitə-heroini və psixotrop maddə-metamfetamini tanımadığı və şəxsiyyəti haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Son 1 ayda isə 2-3 dəfə özünün istifadəsi üçün Təqsirləndirilən şəxs heroinin 1 bükümünü 20, metamfetaminin 1 bükümünü isə 10 manata almışdır. (cild 1, vərəqə 142-144) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, “Fərid” adlı şəxsin ünvan 3 ünvanına gəlməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Nərimanov rayon məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 29 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, vərəqə 4-5, 45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən 2 ədəd sellofan kəsiyində və 1 ədəd siqaretin gümüşü rəngli kağız parçasında olmaqla psixotrop maddə-metamfetaminə və 1 ədəd sellofan kəsiyində olmaqla narkotik vasitə-heroinə oxşar maddələr, həmçinin əynindəki qara rəngli cins materialdan olan şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “HUAVEİ” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd adi sellofana bükülmüş bükümün və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisindəki ağ rəngli kristal formalı maddənin psixotrop maddə-metamfetamin olduğunu, digər 01 ədəd sellofana bükülmüş bükümün içərisindəki maddənin isə narkotik vasitə heroin olduğunu, metamfetamin və heroinin özünə məxsus olmasını, onları 29 ynavar 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Kevin” kimi tanıdığı İran İslam Respublikası vətəndaşından əldə etdiyi bildirdi. (cild 1, iş vərəqə 26-27) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 28, 75-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş "Huawei E 7" markalı mobil telefonun baxışının aparılması haqqında tərtib edilmiş 30 yanvar 2021-ci il tarixli protokoldan Təqsirləndirilən şəxs həmin mobil telefona "xxxx" MMC-ə məxsus +**********64 saylı sim kart quraşdırması və həmin nömrədən "Fred" ləqəbi ilə "WhatsApp web" proqramı vasitəsilə qeydiyyatdan keçməsi, müxtəlif mobil telefon nömrələri ilə "WhatsApp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar aparması, bununla bağlı birbirilərinə səs yazıları göndərmələri, tutulmamışdan əvvəl, yəni 28 yanvar 2021-ci il tarixdə, saat 21:16 dəqiqədən başlayaraq 29 yanvar 2021-ci il tarixdə, saat 01:29 dəqiqəyədək olan müddət ərzində +**********79 saylı telefon nömrəsi ilə "WhatsApp web" proqramından qeydiyyatdan keçmiş "Kevın" və +**********71 saylı telefon nömrəsindən "WhatsApp web" proqramından qeydiyyatdan keçmiş "Kevin 2" adlı şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparması, bununla əlaqədar bir-birilərinə səs yazıları göndərmələri aydın olur. Həmin danışıq, yazışmalar və səs yazılarından məlum olur ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərdən narkotik vasitələrə və psixotrop maddələrə dair sifarişlərin olduğunu deyərək narkotik vasitə və psixotrop maddələrin satışına dair "Kevın" və "Kevin 2" adlı şəxslərlə razılıq əldə edir, həmin şəxslərdən onun üçün külli miqdarda narkotik vasitə və psixotrop maddə təşkil etməsini xahiş edir, əldə edəcəyi narkotik vasitələri və psixotrop maddələri satandan sonra, pulunu hissə-hissə onların deyəcəyi kart hesablarına göndərəcəyini boynuna götürür. Aralarında razılıq əldə olunandan sonra, həmin şəxslər narkotik vasitə-heroinin və psixotrop maddə-metamfetaminin Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Borçalı" adı ilə tanınan mağazanın qarşısında qoyulduğunu qeyd edir, müxtəlif sxemlərlə çəkilmiş şəkilləri "WhatsApp web" proqramı vasitəsilə Təqsirləndirilən şəxs göndərir və həmin sxemlərdə göstərilmiş koordinatlarla narkotik vasitə və psixotrop maddəni oradan götürə biləcəyini deyir. Saat 01:27 dəqiqədə Təqsirləndirilən şəxs onlarla yazışma aparıb səs yazıları göndərərək narkotik vasitəni və psixotrop maddəni oradan götürdüyünü və əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni yolla gedəgedə artıq sürətlə şəkildə ona sifariş vermiş ayrı-ayrı şəxslərə satmağa başladığını, əldə etdiyi pulu gün açılandan sonra hissə-hissə, yəni 200-300 manat olmaqla göndərəcəyini öhdəsinə götürür. (cild 1, iş vərəqə 77-79) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan +**********64 mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair “xxxx” MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Diskin baxışının aparılması haqqında” 05.04.2021-ci il tarixli protokoldan görünür ki, +**********64 mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, mütəmadi olaraq ayrı-ayrı şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 176-180) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 6/410 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,161, 1,782 və 0,479, ümumi təmiz çəkisi 2,422 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, 1 ədəd bükümdə, təmiz çəkisi 0,345 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Metamfetamin və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr"in İ və İİ siyahısına daxildir. (cild 1, iş vərəqə 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, "Respublika Narkoloji Mərkəzi" X6 verilmiş 04 mart 2021-ci il tarixli, 682 saylı ekspert rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə-metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 164-165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, "Məhkəmə-X2" X6 təqdim edilmiş 19 fevral 2021-ci il tarixli, 380 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmur, əməli törədən vaxt və hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk və onları idarə etmə iqtidarında olduğundan, anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 167-168) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 30 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (cild 1, iş vərəqə 80-81) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 30 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd “Huavei” markalı mobil telefon maddi sübut kimi tanınaraq məhkəmənin yekun qərarına kimi Nərimanov rayon polis idarəsində məsul saxlanışa verilmişdir. (cild 1, iş vərəqə 82-83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 30 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2,332 qram (ilkin ümumi təmiz çəkisi 2,422 qram olsa da, tədqiqat zamanı 0,09 qram sərf edilmiş) psixotrop maddəmetamfetamin, təmiz çəkisi 0,295 qram (ilkin təmiz çəkisi 0,345 qram olsa da, tədqiqat zamanı 0,05 qram sərf edilmiş) narkotik vasitə-heroin maddi sübut kimi tanınaraq məhkəmənin yekun qərarına kimi Nərimanov rayon polis idarəsində məsul saxlanışa verilmişdir. (cild 1, iş vərəqə 84-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 05 aprel 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla Təqsirləndirilən şəxs istifadəsində olan +**********64 mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair “xxxx” MMC mobil rabitə operatorundan götürülmüş 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 181-182) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (cild 1, iş vərəqə 133) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Ağdam rayon İcra Hakimiyyəti başçısının Yusifcanlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilən xasiyyətnamə ilə xx.xx.1999-cu il tarixdə Ağdam rayonu Yusifcanlı kəndində anadan olmuş, orta təhsilli, məcburi köçkün Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 160) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması, ibtidai istintaq zamanı təzyiq nəticəsində etirafedici ifadələr verməsi kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs gənc yaşda olmasını, məcburi köçkün olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 29 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 17-19, 97-99). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddəmetamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi-2,332 qram psixotrop maddə-metamfetamin, qalıq çəkisi 0,295 qram olan narkotik vasitə-heroin məhv edilməli, maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış 1 ədəd “Huavei” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 40). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi-2,332 qram psixotrop maddə-metamfetamin, qalıq çəkisi 0,295 qram olan narkotik vasitə-heroin məhv edilsin, maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, maddi sübut kimi tanınmış 1 ədəd “Huavei” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakimlər: Telman Hüseynov Fəhmin Hümbətov
Məhkəmə qərarları › İş №1(101)-1033/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1033/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver