Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1033/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, naməlum şəraitdə, tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 4745,975 (4 kiloqram 745,975 qram) qram olan külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 169,769 qram, 103,443 qram, 9,827 qram və 0,934 qram olmaqla ümumi təmiz çəkisi 283,973 qram olan külli miqdarda, ağ rəngli, kristallik şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təsir maddəsinin miqdarı 3,56 qram təşkil edən, üzərində "Metadone 40” markalanma göstəricisi olan, 09 ədəd konvalyutdakı, ümumi 89 ədəd qəhvəyi rəngli, üzərlərində "F/M40" yazısı həkk olunmuş dairəvi formalı metadon dərman həblərini əldə edib üzərində daşıyaraq əynində olan şalvarın sol yan cibində və yaşadığı ünvan 1 ünvanda yerləşən 43 nömrəli mənzildə saxlamış, 07 yanvar 2022-ci il tarixdə saat 01:30 radələrində Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi 1 saylı ünvanda yerləşən Binəqədi Rayon Polis idarəsinə gətirilmiş və həmin gün saat 03:15-də üzərində aparılan axtarış zamanı onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin 01 ədəd bükümdə, külli miqdarda 29,451 qram hissəsi, davam etdirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq həmin gün, saat 10:40-da onun icazəsi ilə yaşadığı ünvan 1 ünvanda yerləşən 43 nömrəli mənzilə baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı, qonaq otağının sağ tərəfində olan masanın üst tərəfindən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroinin 06 ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 100,494 qram, 50,050 qram, 50,410 qram, 101,089 qram, 20,158 qram və 0,323 qram olmaqla ümumi təmiz çəkisi 322,524 qram külli miqdarda hissəsi, ağ rəngli, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin 04 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 169,769 qram, 103,443 qram, 9,827 qram ve 0,934 qram olmaqla ümumi təmiz çəkisi 283,973 qram kulli miqdarda hissəsi, təsir maddəsinin miqdarı 3,56 qram təşkil edən külli miqdarda, üzərində "Metadone 40” markalanma göstəricisi olan, 09 ədəd konvalyutdakı ümumi 89 ədəd, qəhvəyi rəngli, üzərlərində "F/M40” yazısı həkk olunmuş, dairəvi formalı metadon dərman həbləri, eləcə də narkotik vasitə və psixotrop maddələrin satış və istifadə prosseslərində istifadə edilən, içərisində narkotik vasitə heroinin izləri olan, 06 ədəd, 1 ml-lik və 02 ədəd, 2 ml-lik şprislər, 01 ədəd şüşə qab, içərisində heç bir iz olmayan 04 ədəd, 1 mllik şprislər, üzərində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər 3 dəfə məhkum olunmuşdur. Polis əmakdaşları onun evinə basqın etmişlər. Evindən aşkar edilən 4 kq. narkotik vasitə ona məxsus deyil. Həmn narkotik vasitələri polis əməkdaşları onun evinə qoymuşlar. Saxlanılan zaman üzərindən öz istifadəsi üçün əldə etdiyi 1,5 qr “ kakos” adlanan narkotik vasitə və şprislər aşkar olunmuşdur. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. O, narkotik vasitələrin alüdəçisi olduğu üçün onun narkotik satanlarla əlaqəsi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi- saxlanılan zaman üzərindən yalnız 1,5 qr “ kakos” adlanan narkotik vasitə və şprislər aşkar olunması, polis əməkdaşları tərəfindən üzərinə qoyulan külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edici həblərin ona məxsus olmaması, narkotik vasitələrin yalnız istifadəçisi olması və satışı ilə heç vaxt məşğul olmamasına dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı 07 yanvar 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs və 08 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, o, 5-6 aydır narkotik vasitədən istifadə etmiş, 06 yanvar 2022-ci il tarixdə, saat 22:00 radələrində kirayə yaşadığı mənzilin yaxınlığında, yəni, ünvan 1 yaşayış binasının qarşısında piyada gəzişərkən yaxınlıqdakı ağacın dibində qara rəngli sellofan torba görmüş və maraq üçün ora yaxınlaşıb torbanı götürmüş, yolda torbanın içərəsinə baxdıqda onun qəbul etdiyi “kakos” adlandırılan narkotik vasitə olduğunu görmüş və həmin torbanı yaşadığı mənzilə gətirmişdir. Qara rəngli həmin sellofan torbanın içərisində çoxlu sayda narkotik vasitə olmuş və onlardan bir qədərini şəffaf sellofana qoyub əynindəki göy rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. Həmin torbanı isə içərisində qalan narkotik vasitə ilə birlikdə yaşadığı mənzildə qonaq otağında divanın yanına qoymuşdur. 07 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində metronun Memar Əcəmi stansiyası yaxınlığındakı gecə saatlarında fəaliyyət göstərən dönərxanaya dönər almağa gedərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi və onlara əməliyyat yolu ilə bu barədə məlumat daxil olduğunu bildirib üzərinə baxış keçirilməsi üçün onlarla birlikdə Binəqədi RPİ-yə getməyi təklif etmişlər. Polis idarəsinin inzibati otaqlarının birində olduğu zaman dövlət hesabına müdafiəçi dəvət edilmiş və ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə üzərində axtarış aparılmış, axtarış zamanı üzərində hər hansı qeyri-qanuni əşya olduğu halda təqdim etməyi təklif edilmiş, bu zaman əynindəki göy rəngli idman şalvarının sol yan cibindən “01” ədəd şəffaf sellofana bükülmüş bükümü, həmin şalvarın sağ yan cibindən “01” ədəd “Redmi” markalı mobil telefonunu çıxararaq masanın üzərinə qoymuş, şalvarının sol yan cibindən çıxardığı həmin şəffaf sellofan bükümündəki maddənin narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni bir neçə saat əvvəl yaşadığı ünvanın yaxınlığından aşkar etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra üzərinə baxış keçirən həmin əməkdaşlara, üzərindən aşkar edilmiş həmin narkotik vasitənin böyük bir hissəsini torbada müvəqqəti kirayədə yaşadığı ünvanda saxladığını demişdir. Sonra polis əməkdaşları ilə birlikdə onun razılığı əsasında mənzilinə baxış keçirilmiş və baxış zamanı divanın arxa alt tərəfindən böyük ölçülü qara rəngli sellofan torba və qonaq otağının sağ tərəfində olan masanın üst tərəfindən 06 ədəd müxtəlif ölçülü sellofan bağlama, 02 ədəd müxtəlif ölçülü sellofan bağlama, bir ədəd elektron tərəzi, 09 ədəd konvalyutdakı “metadon” adlı dərman preparatı, tibbi iynələr və plastik qab, mərkəzdəki masanın üst tərəfindən açıq halda olan bir neçə ədəd tibbi iynə, 02 ədəd müxtəlif ölçülü şəffaf rəngli sellofan bağlama, sağ tərəfdə olan masanın üzərindəki karton qutunun içərisində isə özünə aid “Kapital Bank”a məxsus plastik kart aşkar edilmişdir, divanın arxa alt hissəsindən aşkar edilən bir ədəd böyük ölçülü, qara rəngli sellofan torbanı 06 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı mənzilin yerləşdiyi binanın yaxınlığındakı ağacın dibindən tapmışdır. Həmin torbanın içərisində 06 ədəd müxtəlif ölçülü sellofan bağlama, 02 ədəd müxtəlif ölçülü sellofan bağlama və üzərindən aşkar edilən narkotik vasitələr olmuşdur. Həmçinin mənzilindən 09 ədəd konvalyutdakı metadon adlı dərman preparatı, bir neçə ədəd istifadə olunmuş tibbi iynə olan plastik qab və masanın üst tərəfindən bir neçə ədəd tibbi iynələr aşkar olunmuşdur. Qeyd etdiyi metadon adlı dərman preparatını naməlum şəxsdən əldə etmiş, həmin şəxs haqqında heç bir məlumata sahib deyil, onu daim yaşadığı evin yaxınlığında görmüşdür. Tapdığı həmin bağlama torbanın içərisində olmuş və sonradan kiçik ölçülü şəffaf sellofan bağlamaları tibbi iynələrin yanına özü qoymuşdur. Mənzilin digər otaqlarından sübut əhəmiyyəti kəsb edən hər hansı əşya, predmet aşkar edilməmiş, mənzilindən aşkar edilmiş sadaladığı həmin əşyaların götürülərək 01 ədəd böyük ölçülü, qara rəngli sellofan torbada qablaşdırılmış və üzəri möhürlənərək imazalanmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Lakin sonradan ibtidai istintaq zamanı 15 aprel 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əvvəlki ifadələrindən fərqli ifadə verərək bildirmişdir ki, təxminən 5-6 ay müddətdir narkotik vasitədən istifadə etmiş, fərqli vaxtlarda və tanımadığı şəxslərdən heroin almışdır. Sonuncu dəfə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və üzərinə baxış keçirilmişdir. Üzərindən 1,5 qram çəkidə narkotik vasitə heroin aşkar olunmuş və həmin maddəni polis əməkdaşlarına təqdim etmişdir. Lakin sonradan həmin heroinin çəkisi süni şəkildə artırılıb 29,451 qram çəkidə olması yazılmışdır. Polis əməkdaşları onu qorxutmuşlar və guya həmin narkotik vasitəni yaşadığı evin qarşısında yerdən tapmasını deməsini bildirmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmişlər, mənzilinə polis əməkdaşlarının özləri narkotik vasitə qoymuşlar. Videoçəkiliş ilə ünvana baxış keçirilmiş, guya evdən 4745,975 qram heroin, 283,973 qram metamfetamin və 89 ədəd metadon, eləcə də, elektron tərəzi aşkar edilmiş, lakin bunların heç biri ona məxsus olmamışdır. Yalnız mənzildən aşkar olunan şprislər ona məxsus olmuşdur. Mobil telefonuna baxış zamanı aşkar olunan bank kartlarının və ödəniş çeklərinin şəkillərini öz şəxsi işləri zamanı istifadə etmişdir. Foto və videogörüntülər də ona məxsus olmamışdır. Bunların hamısı Binəqədi RPİ-nin əməkdaşlarının oyunları olmuş, lakin mobil telefonda olan marixuana şəkli ona məxsus olmuşdur. Polis əməkdaşlarının ona Saatlı rayonunda yerləşən evindən də narkotik vasitə çıxaracaqlarını dedikləri üçün, hər şeyi boynuna almışdır. Təqsirləndirilən şəxs İnasafəli oğlunun məhkəmə baxışında və ibtidai istintaq zamanı 15 aprel 2022-ci il tarixdə verdiyi ifadələri onun ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində 07 yanvar və 08 yanvar 2022-ci il tarixlərdə verdiyi ifadələri ilə yanaşı, şahid ifadələri və işdə olan digər sübutlarla da təkzib olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən X1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2022-ci il tarixdə şöbələrinə 1979- cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə daxil olmuş məlumat Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən idarə rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra yaradılmış əməliyyat qrupunun tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 01:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun «Memar Əcəmi» stansiyasının, yaxınlığından Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 21, mənzil 43-də kirayədə yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Binəqədi RPİ- yə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Binəqədi RPİ-nin inzibati binasına gəlmiş, Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün 11 saylı vəkil bürosundan vəkil dəvət olunaraq sonuncuların görüşü təmin edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Lakin həmin şəxsi axtarış zamanı o, özü iştirak etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 4irilməsi zərurəti yaranmış və onun, Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4, Təqsirləndirilən şəxs müdafiəçisi X2 və Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazovun iştirakı ilə qeyd olunan ünvana baxış keçirmişlər. Axtarış zamanı qeyd olunan ünvanın qonaq otağında yerləşən divanın altından 1 ədəd, qara sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər maddə, divanın qarşısında masanın üst rəfindən 06 ədəd, müxtəlif ölçüdə olan bağlama, 01 ədəd üzərində markası yazılmayan elektron tərəzi, 09 ədəd konvalyutdakı metadon adlı dərman preparatları, 02 ədəd müxtəlif ölçülü şəffaf bağlama, bir neçə ədəd istifadə olunmuş iynə və plastik qab, içərisində ağ rəngli, müxtəlif çəkilərdə naməlum kütlə olan sellofan bağlamalar və 1 ədəd ‘‘Kapital Bank” a məxsus bank kartı aşkar olunaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan narkotik vasitələri yaşadığı ünvanın yaxınlığında, yerdən tapmasını, həmin vaxtdan bunları evində saxladığını və yalnız öz istifadəsi üçün nəzərdə tutduğunu bildirimişdir. Mənzilin digər otaqlarında keçirilən axtarış zamanı iş üzrə maddi sübut əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilməmiş, mənzildən aşkar edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşya və predmetlerin qablaşdırılaraq ekspertizaya göndəriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin inzibati binasına gətirilən zaman, Binəqədi RPİ-nin inzibati binasında olduğu zaman, eləcə də, yaşadığı mənzilə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 və Binəqədi RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid2 şahid Miryusif Seyidovun verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Binəqədi RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid4 da şahid Miryusif Seyidovun verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli 6/78 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 29,451 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen bağlamadakı: - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 4394 qram (4 kq 394 qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 100,494 qr, 50,050 qr, 50,410 qr, 101,089 qr, 20,158 qr, 0,323 qr, ümumi təmiz çəkisi 322,524 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 169,769 qr, 103,443 qr, 9,827 qr, 0,934 qr, ümumi təmiz çəkisi 283,973 qr ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - 6 ədəd 1 ml-lik və 2 ədəd 2 ml-lik şprislərin içərisində və 1 ədəd şüşədən olan əşyanın içərisində heroinin, 2 ədəd şüşədən olan əşyanın içərisində metamfetaminin və 1 ədəd elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin, metamfetaminin çəkisini və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkib olub-olmamasını müəyyən etmək mümkün deyildir. 4 ədəd 1 ml-lik şprislərin içərisində narkotik və psixotrop maddələrə məxsus izlər yoxdur. - üzərində “Mehtadone 40” markalanma göstəricisi olan 9 ədəd konvalyutdakı ümumi 89 ədəd qəhvəyi rəngli üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formada həblər metadon tərkibli dərman preparatıdır və 89 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,56 qr təşkil edir (üzərindəki göstəricilərinə əsasən bir bir həbdə 0,04 qr metadon olmaqla). Həmin həblər xarici əlamətlərinə və tərkibində olan təsiredici maddəsinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4745,975 qram (4 kq 745,975 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in İ siyahısına, metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri’in İİ siyahısına daxildirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli 312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sintetik OPİOİDLƏRİN nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş məhkəmə psixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 228 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinə əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:15-də Bakı şəhəri Binəqədi RPİ-nin TŞ-yə ezam olunmuş 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən, Binəqədi RPİ-nin KTQ-nin inspektor-kriminalisti, polis mayoru X6, Binəqədi RPİ-nin CAŞ-in əməliyyat müvəkkili polis leytenantı Şahid1 və kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 olunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış keçirilmişdir. Çəkilişdən öncə Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə dair qərarla tanış edilmiş və vəzifələri izah edildikdən sonra saat 03:15-də şəxsi axtarış və götürmə başlanılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən “01” ədəd qara rəngli “Redmi” markalı mobil telefonu, əynindəki göy rəngli idman şalvarının sol yan cibindən “01” ədəd şəffaf sellofana bükülmüş bükümü çixararaq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs İlisafəli oğluna üzərindən aşkar edilmiş əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs masanın üzərində olan “01” ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində el arasında “kakos” deyilən narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü haradan və kimdən əldə edildiyi soruşulduqda o, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində kirayə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 21 saylı binanın qarşısındakı ağacın dibində qara rəngli sellofan torba tapdığını, həmin torbanı evinə gətirərək içərisinə baxış keçirdikdə içərisində el arasında “kakos” adlanan narkotik vasitə olmasını görməsini, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitənin bir hissəsini şəffaf sellofana qoyaraq üzərində daşıdığını, qalan narkotik vasitəni isə kirayə yaşadığı evində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində dönər almaq məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metro stansiyası yaxınlığında piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimdə olan şəxs onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını və narkotik vasitələrin istifadəsində, daşınmasında, satışında şübhəli olduğunu bildirərək onu Binəqədi RPİ-yə getmək üçün dəvət etmişlər. O, həmin şəxslərə etiraz etməyərək Binəqədi RPİ-yə gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində “01” ədəd şəffaf sellofana bükülmüş büküm qablaşdırılaraq zərflər üçün nəzərdə tutulmuş “172” nömrəli möhürlə möhürlənmişdir. Bundan başqa cinayət işininə əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli “mənzildə axtarış aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:40-da Təqsirləndirilən şəxs icazəsi ilə yaşadığı ünvan 1 ünvanda yerləşən 43 nömrəli mənzilə baxış zamanı satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı qonaq otağının sağ tərəfində olan masanın üst tərəfindən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin 06 ədəd bükümdə, külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 100,494 qram, 50,050 qram, 50,410 qram, 101,089 qram, 20,158 qram və 0,323 qram olmaqla ümumi təmiz çəkisi 322,524 qram külli miqdarda hissəsi, ağ rangli, kristallik maddə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 169,769 qram, 103,443 qram, 9,827 qram ve 0,934 qram olmaqla ümumi təmiz çəkisi 283,973 qram kulli miqdarda hissəsi, təsir maddəsinin miqdarı 3,56 qram təşkil edən külli miqdarda, üzərində "Metadone 40” markalanma göstəricisi olan, 09 ədəd konvalyutdakı ümumi 89 ədəd qəhvəyi rəngli, üzərlərində "F/M40” yazısı hakk olunmuş dairəvi formalı metadon dərman həbi, eləcə də narkotik vasitə və psixotrop maddələrin satış və istifadə prosseslərində istifadə edilən, içərisində psixotrop maddə metamfetaminin izləri olan 06 ədəd 1 ml-lik və 02 ədəd 2 ml-lik şprislər, 01 ədəd şüşə qab, içərisində heç bir iz olmayan 04 ədəd 1 ml-lik şpris üzərində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin istintaq hərəkətlər dəvət edilmiş mütəxəssislər tərəfindən «Sony» markalı video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 yanavar 2022-ci il tarixli şübhəli və 08 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək saxlanılan zaman üzərindən yalnız 1,5 qr “kokos” adlanan narkotik vasitənin aşkar olunması, digər narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşları tərəfindən onun üzərinə və yaşadığı mənzilə qoyulması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmaması, narkotik vasitələrin və psixotrop maddələrin yalnız istifadəçisi olması cinayət işi üzrə dindirilmiş şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə də təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən və üzərindən aşkar olunaraq götürülən narkotik vasitə olan heroin, metodon tərkibli həblər və psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, onların ayrı-ayrı bağlamada olması və mənzilindən bir ədəd elektron tərəzinin aşkar edilməsi onun narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində və mənzilində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu gündən 2 (iki) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4745,495 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, qalıq qalan 283,773 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq qalan 83 həb metadon, içərisində psixotrop maddə metamfetaminin izləri olan 06 ədəd 1 ml-lik və 02 ədəd 2 ml-lik şprislər, 01 ədəd şüşə qab, içərisində heç bir iz olmayan 04 ədəd 1 ml-lik şpris və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilə baxış keçirilməsini və Təqsirləndirilən şəxs məxsus mobil telefonda olan şəkil və videoları özündə əks etdirən 03 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd manat) məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 180 (yüz səksən) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4745,495 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, qalıq qalan 283,773 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq qalan 83 həb metadon, içərisində psixotrop maddə metamfetaminin izləri olan 06 ədəd 1 ml-lik və 02 ədəd 2 ml-lik şprislər, 01 ədəd şüşə qab, içərisində heç bir iz olmayan 04 ədəd 1 ml-lik şpris və 01 ədəd elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilə baxış keçirilməsini və Təqsirləndirilən şəxs məxsus mobil telefonda olan şəkil və videoları özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd manat) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1033/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1033/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver