Məhkəmə qərarları › İş №1(101)-1033/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1033/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1033/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 (sədrlik edən), X21 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1980-ci İldə Rusiya Federasiyasının Terektinskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-610/2023 saylı, 29 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri, xx xxxxxx 1999-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 612/2023 saylı, 29 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri, xx xxx 1988-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-611/2023 saylı, 29 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə külli miqdarda 3028,368 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3006,252 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 12102,5 qram çəkidə narkotik vasitə qurdulmuş marixuananı və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 99 qram olan 2475 ədəd narkotik vasitə metadon həbini birlikdə əldə edib, narkotik vasitə heroinin külli miqdarda 4,455 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,64 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, narkotik vasitə heroinin külli miqdarda 4,513 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,58 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, psixotrop maddə metamfetaminin külli miqdarda 4,552 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,68 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs3 öz üzərində, qalan külli miqdarda 3019,4 qram narkotik vasitə heroini, külli miqdarda 12094,6 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 99 qram olan ümumilikdə 2475 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 3001,7 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə yaşadıqları ünvan 2a daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28 aprel 2023-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,58 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,513 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,64 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,455 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,68 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,552 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 28 aprel 2023-cü il tarixdə saat 20:30-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə yaşadıqları ünvan 2a baxış keçirilən zaman həmin mənzilin qonaq otağındakı divanın arxa hissəsindən 11 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1555,6 qram, 990,6 qram, 1013,9 qram, 1553,4 qram, 990,1 qram, 981,5 qram, 1012,8 qram, 1004,7 qram, 984,1 qram, 996,8 qram və 1011,1 qram olmaqla ümumi təmiz çəkisi 12094,6 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000,5 qram, 505,8 qram, 1008,9 qram və 504,2 qram olmaqla ümumi təmiz çəkisi 3019,4 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin, 13 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 298,3 qram, 199,8 qram, 300,9 qram, 301,1 qram, 200,6 qram, 204,0 qram, 300,5 qram, 302,4 qram 298,4 qram, 200,7 qram, 198,9 qram, 100,1 qram və 96 qram olmaqla ümumi təmiz çəkisi 3001,7 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 99 qram olan ümumilikdə 2475 ədəd narkotik vasitə metadon həbi və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə külli miqdarda 3028,368 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3006,252 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 12102,5 qram çəkidə narkotik vasitə qurdulmuş marixuananı və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 99 qram olan 2475 ədəd narkotik vasitə metadon həbini birlikdə əldə edib, narkotik vasitə heroinin külli miqdarda 4,455 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,64 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, narkotik vasitə heroinin külli miqdarda 4.513 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,58 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, psixotrop maddə metamfetaminin külli miqdarda 4,552 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,68 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs3 öz üzərində, qalan külli miqdarda 3019,4 qram narkotik vasitə heroini, külli miqdarda 12094,6 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 99 qram olan ümumilikdə 2475 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 3001,7 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə yaşadıqları ünvan 2a daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28 aprel 2023-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,58 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4.513 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,64 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,455 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,68 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,552 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 28 aprel 2023-cü il tarixdə saat 20:30- dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə yaşadıqları ünvan 2a baxış keçirilən zaman həmin mənzilin qonaq otağındakı divanın arxa hissəsindən 11 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1555,6 qram, 990,6 qram, 1013,9 qram, 1553,4 qram, 990,1 qram, 981,5 qram, 1012,8 qram, 1004,7 qram, 984,1 qram, 996,8 qram və 1011,1 qram olmaqla ümumi təmiz çəkisi 12094,6 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000,5 qram, 505,8 qram, 1008,9 qram və 504,2 qram olmaqla ümumi təmiz çəkisi 3019,4 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin, 13 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 298,3 qram, 199,8 qram, 300,9 qram, 301,1 qram, 200,6 qram, 204,0 qram, 300,5 qram, 302,4 qram 298,4 qram, 200,7 qram, 198,9 qram, 100,1 qram və 96 qram olmaqla ümumi təmiz çəkisi 3001,7 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 99 qram olan ümumilikdə 2475 ədəd narkotik vasitə metadon həbi və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə külli miqdarda 3028,368 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3006,252 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 12102,5 qram çəkiclə narkotik vasitə qurdulmuş marixuananı və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 99 qram olan 2475 ədəd narkotik vasitə metadon həbini birlikdə əldə edib, narkotik vasitə heroinin külli miqdarda 4,455 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,64 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, narkotik vasitə heroinin külli miqdarda 4,513 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,58 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, psixotrop maddə metamfetaminin külli miqdarda 4,552 qram və narkotik vasitə qurudulmuş marixuananın 2,68 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs3 öz üzərində, qalan külli miqdarda 3019,4 qram narkotik vasitə heroini, külli miqdarda 12094,6 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 99 qram olan ümumilikdə 2475 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 3001,7 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə yaşadıqları ünvan 2a daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28 aprel 2023-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,58 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,513 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,64 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,455 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 2,68 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 4,552 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 28 aprel 2023-cü il tarixdə saat 20:30-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə yaşadıqları ünvan 2a baxış keçirilən zaman həmin mənzilin qonaq otağındakı divanın arxa hissəsindən 11 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1555,6 qram, 990,6 qram, 1013,9 qram, 1553,4 qram, 990,1 qram, 981,5 qram, 1012,8 qram, 1004,7 qram, 984,1 qram, 996,8 qram və 1011,1 qram olmaqla ümumi təmiz çəkisi 12094,6 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000,5 qram, 505,8 qram, 1008,9 qram və 504,2 qram olmaqla ümumi təmiz çəkisi 3019,4 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin, 13 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 298,3 qram, 199,8 qram, 300,9 qram, 301,1 qram, 200,6 qram, 204,0 qram, 300,5 qram, 302,4 qram 298,4 qram, 200,7 qram, 198,9 qram, 100,1 qram və 96 qram olmaqla ümumi təmiz çəkisi 3001,7 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 99 qram olan ümumilikdə 2475 ədəd narkotik vasitə metadon həbi və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 28 aprel 2023-cü il tarixdə səhər saatlarında dostu, hazırki cinayət işində təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs3 ilə birlikdə ilə kirayə yaşadıqları evdə olarkən polis əməkdaşları ora daxil olmuş, həmin vaxt stolun üzərində, ona məxsus olan bir büküm marixuana olmuşdur. Polis əməkdaşları ondan mobil telefonunu istəmiş, o isə sonuncuların göstərişinə uyğun olaraq mobil telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Təxminən 1 saat keçdikdən sonra hazırki cinayət işində təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs2 da yanlarına gətirmişlər. O, sonuncunu şübhəli şəxs qismində tutulmazdan bir gün əvvəl görmüşdü. Belə ki, hadisədən bir neçə gün əvvəl o, Təqsirləndirilən şəxs2la birlikdə istirahət etmək üçün Masallı rayonuna, oradan isə narkotik vasitə olan marixuananı götürmək üçün İmişli rayonuna getmişdi. Daha sonra polis əməkdaşları hər üçünü polis idarəsinə aparmış, burada onlardan pul tələb etmişlər, buna cavab olaraq onlar üzərilərində pul olmadığını bildirmiş, daha sonra onlara bir ədəd kağız gətirərək və onlardan həmin kağıza imza etməyi tələb etmişlər. Onlar isə bu tələblə razılaşmamış və vəkillərin iştirakının təmin edilməsini tələb etdiklərini bildirmişlər. Axşam 9-10 radələrində polis əməkdaşları onları kirayə yaşadıqları mənzilə gətirmiş, onlar evə daxil olanda evin tam olaraq yığışdırıldığını görmüşlər. Daha sonra polis əməkdaşı ona divanın arxasından kisəni çıxarmağı tələb etmişdir, hansı ki həmin kisəni polis əməkdaşları əvvəlcədən oraya yerləşdirmişdilər. O, məcburiyyət qarşısında qalaraq bu göstərişə də əməl etmişdir. Halbuki, narkotik olan kisəni evə polis əməkdaşları özləri tərəfindən yerləşdirilmişdir. Bundan başqa polis idarəsində olarkən təzyiqlərə məruz qaldıqlarından, hər biri onlara təqdim olunan kağızları imzalamışdır. O, “Azad” adlı polis əməkdaşı tərəfindən ittihamı qəbul etməyəcəyi təqdirdə ailə üzvlərinin polis idarəsinə gətiriləcəyi ilə təhdid edilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona taksi xidməti göstərək İmişli rayonuna aparmış, narkotik vasitəni də elə İmişli rayonunda əldə etmişdir. Narkotik vasitəni 600 manat pul qarşılığında, “İnstagram” sosial şəbəkəsindən tanıdığı “Mehdi” adlı şəxsdən əldə etmişdir. Sonda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 28 aprel 2023-cü il tarixdə səhər saat 10:30 radələrində bir gün öncə ona və Elvinə taksi xidməti göstərək Masallı rayonuna apardığına görə ona ödəməli olduğu 200 manat pulu almaq üçün İbrahimin evinə getmişdir. Sonuncunun yaşadığı binanın həyətində olarkən burada polis əməkdaşları onu saxlamış və İbrahimin yaşadığı mənzilə aparmışlar. Polis əməkdaşları İbrahimin daha əvvəl ona verdiyi sonuncunun Elvinlə birlikdə kirayə yaşadıqları mənzilin açarlarını ondan alaraq mənzilə daxil olmuşlar. Onun İbrahimin kirayə yaşadığı evdə narkotik olmasından xəbəri olmamışdır. Daha sonra hər üçünü polis idarəsinə aparmış, orada polis əməkdaşları narkotik vasitəni ciblərinə yerləşdirmişlər. Gecə 23:00 radələrində onları yenidən həmin mənzilə gətirərək və orada videoçəkiliş həyata keçirmişlər. O, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, nəticədə bir dişi qırılmışdır. O, şübhəli şəxs qismində tutularkən üzərində narkotik vasitə olmayıb, ümumiyyətlə, narkotik vasitələrdən istifadə etmir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, İbrahimi Masallı rayonundan İmişli rayonuna aparmış, sonuncu orada maşından düşmüş, 5 dəqiqə sonra geri qayıtmışdır. X28 rayonuna narkotik vasitə götürmək üçün getdiyindən xəbəri olmamışdır, həmçinin narkotik vasitədən istifadə etdiyindən xəbərsiz olmuşdur. Sonda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 28 aprel 2023-cü il tarixdə səhər saatlarında dostu, hazırki cinayət işində təqsirləndirilən şəxs qismində tanınmış İbrahim Yusifov ilə birlikdə ilə kirayə yaşadıqları evdə olarkən təxminən 8-9 nəfər polis əməkdaşı evə daxil olmuşlar. Həmin vaxt otaqdakı stolun üstündə bir büküm marixuana olmuşdur. Təxminən 1 saat keçdikdən sonra hazırki cinayət işində təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs2 da yanlarına gətirmişlər. Azad ilə hadisədən qabaq Mingəçevir şəhərinə və Masallı rayonuna getmiş, Masallıya ad günündə iştirak etmiş və həmin gün də Bakı şəhərinə geri qayıtmışlar. Daha sonra polis əməkdaşları hər üçünü polis idarəsinə aparmış, burada onlardan pul tələb etmişlər, buna cavab olaraq onlar üzərilərində pul olmadığını bildirmiş, daha sonra onlara bir ədəd kağız gətirərək və onlardan həmin kağıza imza etməyi tələb etmişlər. Onlar isə bu tələblə razılaşmamış və vəkillərin iştirakının təmin edilməsini tələb etdiklərini bildirmişlər. Axşam 9-10 radələrində polis əməkdaşları onları kirayə yaşadıqları mənzilə gətirmiş, onlar evə daxil olanda evin tam olaraq yığışdırıldığını görmüşlər. Daha sonra divanın arxasından bir ədəd kisə aşkar olunmuşdur. Bundan başqa polis idarəsində olarkən təzyiqlərə məruz qaldıqlarından, hər biri onlara təqdim olunan kağızları imzalamışdır. İbrahim onun gözünün qarşısında polis əməkdaşı tərəfindən vurulmuş, Azadın onların yanına gətirilərkən üzü şiş olmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları İbrahimlə birlikdə kirayə yaşadıqları evin açarını Azadda almış və qapını açarla açmaqla evə daxil olmuşlar. Azadın yaşadıqları evdə narkotik vasitə olmasından xəbəri olmamışdır. Sonda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün 28 aprel 2023-cü il tarixdə, saat 15:20 dəqiqədə qeyd edilən ünvana gəlmiş və həmin yerdə 3 nəfər şəxsin piyada hərəkət etdiyini görmüşdür. Buna görə də həmin şəxslərə yaxınlaşıb polis işçiləri olduqlarını bildirib özlərini təqdim etmələrini xahiş etmişdir. Bundan sonra həmin şəxslər özlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Buna görə də həmin şəxslərə BNMİ-yə getmək lazım olduğunu bildirmişdir. Həmin şəxslər isə etiraz etmədən onlarla birlikdə BNMİ-yə gəlmişdir. BNMİ-də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış zamanı onlara üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər və bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd plastik bank kartı, iki ədəd açar, 20 manat pul və iki ədəd içərisində “Samsung” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuanaya və heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs1, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İki ədəd “Samsung” markalı mobil telefon, bir ədəd plastik bank kartı da təhqiqatçı tərəfindən götürülmüş, 20 manat pul və iki ədəd açar isə özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərində qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər və bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd içərisində “Samsung” markalı mobil telefon, bir ədəd plastik bank kartı və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər və heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs2, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüş, 5 manat pul isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər və bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur Sonra Elvinin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər və metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs3, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Bir ədəd Samsung markalı mobil telefon götürülmüş, 5 manat pul isə Təqsirləndirilən şəxs3 qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Təqsirləndirilən şəxs1 bu gün götürdüyünü, İmişli rayonuna narkotik vasitə götürmək üçün tanışı İbrahim ilə birlikdə 1 (bir) gün qabaq getdiyini, narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Təqsirləndirilən şəxs1 bu gün istifadə etmək üçün əldə etdiyini, İbrahimlə eyni ünvanda yaşadığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etdi, yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələr özünə məxsusdur, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə bir gün bundan qabaq “Azad” adlı tanışı ilə birlikdə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir, bunun müqabilində “Mehdi” adlı şəxsin ona narkotik vasitə verəcəyini, üzərindən başqa yaşadığı Bakı şəhəri, ünvan 6 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər və əməliyyat qrupu ünvan 7 ünvana videoçəkilişlə baxış keçirməyə başlayan zaman Təqsirləndirilən şəxs1 mənzildə qonaq otağında divanın arxa hissəsindən 11 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 04 ədəd bağlamada narkotik vasitə heroinə bənzər, 13 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər, 2475 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə bir gün bundan qabaq “Azad” adlı tanışı ilə birlikdə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində “Mehdi” adlı şəxsin narkotik vasitə verəcəyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mənzildə olan narkotik vasitələrdən xəbərləri olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin digər əməkdaşı Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02 ədəd DVD diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti həyata keçirilir. Bu zaman Təqsirləndirilən şəxs1 göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər və bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər, Təqsirləndirilən şəxs2 göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər və bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər, Təqsirləndirilən şəxs3 mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2a baxış keçirilən zaman həmin mənzilin qonaq otağındakı divanın arxa hissəsindən 11 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 04 ədəd bağlamada narkotik vasitə heroinə bənzər, 13 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər, 2475 ədəd narkotik vasitə metadon həbinə bənzər və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin görüntülər 28 aprel 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokollardan eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2023-cü il tarixli, 6|2481 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azerbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan üç ədəd zərfdə və bir ədəd sarı və ağ rəngli sellofan bağlamada və bir ədəd sintetik torbada olan üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfi zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,513 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir; üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,455 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir; üzərində “Təqsirləndirilən şəxs3 təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,552 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd sarı rəngli sellofan bağlamada on üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 298,3 qram, 199,8 qram, 300,9 qram, 301,1 qram, 200,6 qram, 204,0 qram, 300,5 qram, 302,4 qram, 298,4 qram, 200,7 qram, 198,9 qram, 100,1 qram, 96,0 qram ümumi təmiz çəkisi 3001,7 ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər dörd ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkisi 1000,5 qram, 505,8 qram, 1008,9 qram, 504,2 qram ümumi təmiz çəkisi 3019,4 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir; üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd ağ rəngli sellofan bağlamada üzərində “Methadone 40” göstəricisi olan 2475 ədəd qəhvəyi rəngli dərman həbində metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 99 qram (1ədəd həbdə 0,04 qram) təşkil edir; üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda...” sözləri, soyad və imzalar qeyd edilmiş sintetik torbada bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqdim edilmiş altı ədəd bükümdə heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş on dörd ədəd bükümdə metamfetamin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2023-cü il tarixli, 7/616 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 Mürvər oğlunun təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə yapışqan lentlə bağlanmış bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,68 qram, üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə yapışqan lentlə bağlanmış bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,58 qram və üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə yapışqan lentlə bağlanmış bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,64 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan təqdim etdiyi...” sözləri yazılmış sintetik torbada yapışqan lentlə bağlanmış 11 (on bir) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri; 1) 1556,6 qram, 2) 990,6 qram, 3) 1013,9 qram, 4)1553,4 qram, 5) 990,1 qram, 6) 981,5 qram, 7) 1012,8 qram, 8) 1004,7 qram, 9) 984,1 qram, 10) 996,8 qram, 11) 1011,1 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 12094,6 qramdır (12kq 094,6 qram). Tədqiqata təqdim olunmuş üç ədəd kağız paketdə və bir ədəd sintetik torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji yoxlamasının 05 iyun 2023-cü il tarixli 3482 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji yoxlamasının 19 iyun 2023-cü il tarixli 3868 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji yoxlamasının 17 iyun 2023-cü il tarixli 3850 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Aslanov X12 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli, 3-13-7/2-6924/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən və yaşadıqları ünandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxladıqlarına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, Mehdi adlı şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göndərdiklərinə, sonuncuların narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin onların qaçaqmalçılıq yolu ilə narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikası ərazisinə gətirmələri, Mehdi adlı şəxsin eləcə də, cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. xx.xx.2022-ci il tarixdə saat 19:52:23-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gələndə gör pati gətirə bilərsən yetim onsuzda sehere kimi öləcəm”, xx.xx.2022-ci il tarixdə saat 20:55:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Elvin saat 2 da gelib goturecem 10 qram sene arxayinem tele cvb ver kart at pulu atim”, xx.xx.2022-ci il tarixdə saat 00:26:01-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qardasim dawa elin atir ? 10 iug işdirdim” tipli mesajlar yazılmışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. xx-xx-2023-cü il tarixdə saat 17:43:59-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Atam 5 qiram qara isdiyirler var nagd pula isdiyirler”, xx-xx-2023-cü il tarixdə saat 21:19:36-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Daw istiyirdim”, xx-xx-2023-cü il tarixdə saat 22:21:21-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Reyis mene 1yarim kol 05 pat lazmdi sabah rayona gedecem” tipli mesajlar yazılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, narkotik vasitələrin istifadəçisi olsa da, polis əməkdaşları tərəfindən şəxsi axtarış zamanı üzərində narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmasına baxmayaraq, kirayə yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddə olmaması, içərisində narkotik vasitə və ya psixotrop maddələr olan kisənin keçirilmiş videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən yaşadığı mənzilə yerləşdirilməsi, polis idarəsində olarkən psixoloji təzyiqə və təhdidlərə məruz qalması, bunun nəticəsi olaraq etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Son zamanlar maddi vəziyyəti yaxşı olmadığı üçün asan yolla pulla qazanmağın yollarını axtarıb. Təxminən bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsində olarkən “Mehdi” adlı bir profillə ona mesaj gəlmişdir. Həmin yazan şəxs adının Mehdi olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu və İranda yaşadığını bildirmişdir. Onunla söhbət edən zaman “Mehdi” adlı şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi zaman ona narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitələri onun dediyi ünvandan götürüb dediyi ünvana çatdırdıqdan sonra qazanc əldə edə biləcəyini bildirmişdir. O da bu barədə fikirləşəcəyini bildirmişdir. Daha sonra “Mehdi” adlı şəxsin mobil nömrəsini götürüb onunla «Whatsapp» sosial şəbəkəsində danışmağa başlamışdır. Həmçinin bu barədə otaq yoldaşı Elvinə və tanışı Azada bildirmişdir. Narkotik vasitənin bir ünvandan başqa ünvanlara çatdırmaqları müqabilində narkotik vasitə əldə edəcəklərini də bildirmişdir. Elvin və Azad da onunla razılaşmışdır. Bundan sonra 27 aprel 2023-cü il tarixdə “Mehdi” adlı şəxs onunla danışan zaman İmişli rayonu ərazisində Araz çayı sözü yazılmış plakatın altına narkotik vasitələr qoydurduğunu və həmin narkotik vasitələri götürüb özündə saxlamasını və onun dediyi ünvanlara çatdırmağını bildirmişdir. Əvəzində isə narkotik vasitə verəcəyini bildirmişdir. O da Azad və Elvinlə bu barədə danışmışdır. Onlarda narkotik vasitələri gedib götürə biləcəklərini bildirmişdir. Bundan sonra Azad ilə birlikdə İmişli rayonunda deyilən ünvandan narkotik vasitələri götürüb yaşadığı ünvan 2a gətirmişdir. İmişliyə Elvin onlarla getməmiş, evdə onları gözləmişdir. Həmin narkotik vasitələri evə gətirdikdən sonra onun üzərindən bir büküm heroin və bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuananı özü götürmüş, bir büküm narkotik vasitə heroini və bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuananı Azada, bir büküm psixotrop maddə metamfetamini və kibrit qutusu narkotik vasitə qurudulmuş marixuananı isə Elvinə vermişdir. 28 aprel 2023-cü il tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında olarkən bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişdir. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onların üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd plastik bank kartı, iki ədəd açar, 20 manat pul və iki ədəd içərisində Samsung markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana və heroin elektron tərəzidə çəkildi, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. İki ədəd Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı da təhqiqatçı tərəfindən götürülmüş, 20 manat pul və iki ədəd açar isə onun özünə qaytarılmışdır.Sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd bükümdə narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd içərisində Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuana və heroin elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. Bir ədəd Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüş, 5 manat pul isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elvinin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi qurudulmuş marixuana və metamfetamin elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. Bir ədəd Samsung markalı mobil telefon götürülmüş, 5 manat pul isə Təqsirləndirilən şəxs3 qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə bir gün bundan qabaq Azad adlı tanışın ilə birlikdə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Mehdi adlı şəxsin onlara narkotik vasitə verəcəyini, üzərindən başqa yaşadığı Bakı şəhəri, ünvan 8 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da verilən suallara cavab olaraq onun dediklərini deyərək dediyini təsdiqləmişdir. Daha sonra onlar, müdafiəçiləri və polis əməkdaşları yaşadıqları ünvana getmişdir. Orada ünvana baxış keçirməyə başlayan zaman o mənzildə qonaq otağında divanın arxa hissəsindən 11 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı, 04 ədəd bağlamada narkotik vasitə heroini, 13 ədəd bağlamada psixotrop maddə metamfetamini, 2475 (iki min dörd yüz yetmiş beş) ədəd narkotik vasitə olan metadon həblərini və bir ədəd elekrton tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri onların, müdafiəçilərin və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə bir gün bundan qabaq Azad adlı tanışı ilə birlikdə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində “Mehdi” adlı şəxsin onlara narkotik vasitə verəcəyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən şəxsi axtarış zamanı üzərində narkotik vasitə aşkar olunmamasına baxmayaraq, sonuncular tərəfindən polis idarəsində olarkən ciblərinə narkotik vasitə qoyulması, Elvin və İbrahimin kirayə yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddə olmasından, İbrahimin İmişli rayonuna narkotik vasitə əldə etmək üçün getməsindən xəbərsiz olması, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, bunun nəticəsi olaraq etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində vermiş olduğu ifadəsindən də görünür kimi, sonuncunun Təqsirləndirilən şəxs1 məhz narkotik vasitə əldə etmək üçün İmişli rayonuna getməsindən xəbəri olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun tanışlarıdır. Onlarla münasibəti yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti yoxdur. Uzun müddətdir ki, narkotik vasitənin istifadəçisidir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da narkotik vasitə istifadəçiləridir. İbrahim onlarla söhbət edən zaman İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs ilə telefon da danışdığını, həmin şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, “Mehdi” adlı şəxsin onlara narkotik vasitə göndərə biləcəyini və Mehdi adlı şəxsin göndərdiyi narkotik vasitələri bir ünvandan alıb onun dediyi ünvanlara çatdırmaqları müqabilində onlara istifadələri üçün narkotik vasitə verə biləcəyini bildirmişdir. Hər biri narkotik vasitə istifadəçisi olduğu üçün bununla razılaşmışdır. 27 aprel 2023-cü il tarixdə İbrahim Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq İmişli rayonuna getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ondan hansı səbəbə ora getdiyiklərini soruşanda o Təqsirləndirilən şəxs2 demişdir ki, İmişli rayonunda Araz çayı yazılan lövhənin altına İranlı Mehdi adlı şəxs narkotik vasitə qoydurubdur, həmin narkotik vasitələri götürüb onun yaşadığı ünvana gətirmək lazımdır. O da bunu bilə-bilə narkotik vasitəni İbrahimlə birlikdə götürməyə getmişdir. O taksi sürücüsü kimi onunla getmişdir. Çünki o, Təqsirləndirilən şəxs2 həm yol pulu, həm də çəkmək üçün narkotik vasitə verəcəkdir. Deyilən ünvandan narkotik vasitəni götürüb İbrahim və Elvinin yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 64, mənzil 57 ünvanına gətirmişdir. Elvin də bu işdən xəbərdar olmuşdur. İbrahim narkotik vasitəni gətirdiyi üçün ona bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana və bir büküm istifadəsi üçün narkotik vasitə heroin vermişdir. 28 aprel 2023-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onların üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana və heroin elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı götürülmüş, 5 manat pul isə onun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elvinin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi qurudulmuş marixuana və metamfetamin elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. Bir ədəd Samsung markalı mobil telefon götürülmüş, 5 manat pul isə Təqsirləndirilən şəxs3 qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində saxladığı qadağan edici şeyləri təqdim etsin. Bu təklifdən sonra İbrahim əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd plastik bank kartı, 2 ədəd açar, 20 manat pul və iki ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana və heroin elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. 2 ədəd Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüş, 20 manat pul və 2 ədəd açar isə İbrahimin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Təqsirləndirilən şəxs1 bu gün götürdüyünü, İmişli rayonuna narkotik vasitə götürmək üçün tanışı İbrahim ilə birlikdə 1 (bir) gün qabaq getdiyini, narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələr özünə məxsusdur, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə bir gün bundan qabaq Azad adlı tanışı ilə birlikdə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir, bunun müqabilində Mehdi adlı şəxsin ona narkotik vasitə verəcəyini, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən verildiyini, üzərindən başqa yaşadığı Bakı şəhəri, ünvan 6 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra onlar, müdafiəçiləri və polis əməkdaşları ünvan 7 ünvana baxış keçirməyə başlayan zaman Təqsirləndirilən şəxs1 mənzildə qonaq otağında divanın arxa hissəsindən 11 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı, (Mədəd bağlamada narkotik vasitə heroini, 13 ədəd bağlamada psixotrop maddə metamfetamini, 2475 ədəd narkotik vasitə olan metadon həblərini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri onların, müdafiəçilərin və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, kirayə yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddə olmaması, içərisində narkotik vasitə və ya psixotrop maddələr olan kisənin keçirilmiş videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən yaşadığı mənzilə yerləşdirilməsi, polis idarəsində olarkən psixoloji təzyiqə məruz qalması, bunun nəticəsi olaraq etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun tanışlarıdır. Onlarla münasibəti yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti yoxdur. Uzun müddətdir ki, narkotik vasitənin istifadəçisidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da narkotik vasitə istifadəçiləridir. İbrahim onlarla söhbət edən zaman İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs ilə telefon da danışdığını, həmin şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, “Mehdi” adlı şəxsin bizə narkotik vasitə göndərə biləcəyini və “Mehdi” adlı şəxsin göndərdiyi narkotik vasitələri bir ünvandan alıb onun dediyi ünvanlara çatdırmaqları müqabilində onlara istifadələri üçün narkotik vasitə verə biləcəyini bildirmişdir. Hər biri narkotik vasitə istifadəçisi olduğu üçün bununla razılaşmışdır. 27 aprel 2023-cü il tarixdə İbrahim Azad ilə əlaqə saxlayaraq İmişli rayonuna getmək lazım olduğunu bildirmişdir. Çünki İbrahim narkotik vasitəni Azad ilə birlikdə gedib gətirəcəkdir. O isə evdə onları gözləməli idi. 27 aprel 2023-cü il tarixdə axşam saatlarında ibrahim və Azad narkotik vasitəni İmişli rayonundan götürüb yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 64, mənzil 57 ünvanına gətirmişdir. O da bu işdən xəbərdar olduğu üçün İbrahim ona gətirdiyi narkotik vasitənin üzərindən bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı götürüb ona istifadə etmək üçün vermişdir. O da həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlamışdır. 28 aprel 2023-cü il tarixdə saat 15:20də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onların üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd plastik bank kartı, 2 ədəd açar, 20 manat pul və iki ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana və heroin elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. 2 ədəd Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüş, 20 manat pul və 2 ədəd açar isə İbrahimin özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunsuz nə varsa təqdim etsin. Bu təklifdən sonra Azad əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd plastik bank kartı və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ona üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana və metamfetamin elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmış və götürülmüşdür. Bir ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 5 manat pul isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələr özünə məxsusdur, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə bir gün bundan qabaq Azad adlı tanışı ilə birlikdə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir, bunun müqabilində Mehdi adlı şəxsin ona narkotik vasitə verəcəyini, Təqsirləndirilən şəxs2 və onun üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddələrin onun tərəfindən verildiyini, üzərindən başqa yaşadığı Bakı şəhəri, ünvan 6 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Təqsirləndirilən şəxs1 bu gün istifadə etmək üçün əldə etdiyini, İbrahimlə eyni ünvanda yaşadığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmiş, yaşadığı mənzildə də narkotik maddə saxladığım, həmin narkotik maddəni təqdim edə biləcəyini bildirmişdir. Daha sonra onlar, müdafiəçiləri və polis əməkdaşları ünvan 7 ünvana baxış keçirməyə başlayan zaman Təqsirləndirilən şəxs1 mənzildə qonaq otağında divanın arxa hissəsindən 11 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı, 04ədəd bağlamada narkotik vasitə heroini, 13 ədəd bağlamada psixotrop maddə metamfetamini, 2475 ədəd narkotik vasitə olan metadon həblərini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri onların, müdafiəçilərin və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasının 12 fevral 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən də görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sağ almacıq nahiyəsində və sol qasıq nahiyəsində bir ədəd köhnə çapıq toxuma müşahidə olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 26 fevral 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş Nərimanov rayon prokurorunun böyük köməkçisi X8 19 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Nərimanov rayon prokurorluğunda araşdırma aparılaraq Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs3 müraciəti əsasında toplanmış material Azərbaycan Respublikası CPM-in 213.1.2-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə Səbail rayon prokurorluğuna göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə rayon prokurorluğuna müraciət daxıl olmamış və həmin faktla bağlı araşdırma aparılmamışdır. Cinayət işinin materiallarında olan Səbail rayon prokurorluğunun müstəntiqi X16 30 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Mörvət oğlunun polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz hərəkətlərə məruz qalmasına dair şikayəti üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılmış, şikayət üzrə polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 X32”nin xx.xx.2023- cü il tarixli, 1299 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı xx.xx.2023-cü il tarixə uyğun hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Sözügedən qərarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı xx.xx.2023-cü il tarixdə saxlanılarkən və ondan sonrakı müddətdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və ya hər hansı bir şəxs tərəfindən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 onun digər təqsirləndirilən şəxslərlə birlikdə olarkən deyil, sonuncuların yaşadıqları mənzilin yerləşdiyi binanın həyətində və səhər saatlarında tutulmasına, həmçinin digər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da həmçinin polis əməkdaşları tərəfindən səhər saatlarında tutulmalarına dair ifadələrinə münasibətdə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1033/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** və 055 ***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 050 ***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** saylı mobil telefon nömrələrinin 28 aprel 2023-cü il tarixdə anten əhatə dairələri barədə məlumatlar müvafiq mobil operatorlardan götürülmüşdür. Məhkəməyə təqdim edilmiş məlumatlardan 28 aprel 2023-cü il tarixdə, saat 14:51-dən 15:48-dək ********** saylı mobil telefon nömrəsinin Məhəmməd Hadi küçəsi ərazisinin anten əhatə dairəsində olması müəyyən edilmişdir. Hansı ki, ibtidai istintaq materiallarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da məhz 28 aprel 2023-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64 ünvanının yaxınlığında saxlanılmışdılar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. İ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən 2 qramdan artıq çəkidə heroin, təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, təmiz halda 1,6 qramdan artıq çəkidə psixotrop maddə metadon külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mənfi xarakterizə olunmayan şəxsiyyətlərini, Təqsirləndirilən şəxs2 atasının “Birinci Qarabağ” Müharibəsi veteranı olmasını, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Bu baxımdan məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən nəzərə alınmalıdır ki, cinayət işinin mübahisəsiz hallarından göründüyü kimi, sonuncunun cinayət əməlinin törədilməsində faktiki iştirakının xarakteri 200 manat taksi xidməti haqqı müqabilində digər Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana əldə etmək üçün İmişli rayonuna aparmaqdan ibarət olmuşdur. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında yaşadığı müddətdə barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan Mingəçevir şəhər 3 saylı Mənzil İstismar Sahəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 3 saylı Mənzil İstismar Sahəsinin əraziasində yaşadığı müddətdə barəsində şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 biri azyaşlı olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 ilə X3 birgə nikahlarından 07 sentyabr 2008-ci il təvəllüdlü X9 və 31 iyul 2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında olan 012371 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 atası X22 “Birinci Qarabağ” Müharibəsi veteranıdır. Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 biri azyaşlı olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 25 dekabr 2009cü il təvəllüdlü X23 və 27 dekabr 2012-cü il təvəllüdlü X17 adlı iki nəfər yetkinlik yaşına çatmamış uşağı var. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq olaraq 4(005)-610/2023 saylı, 4(005)-612/2023 saylı və 4(005)-611/2023 saylı 29 aprel 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış ayrı-ayrılıqda təmiz çəkiləri 4,463 qram, 4,405 qram və 3019,2 qram olan narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 4,502 qram və 3001,44 qram olan psixotrop maddə metamfetamin, 12101,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2435 ədəd metadon həbi məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd DVD və 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, ümumilikdə, 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci müştərək tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri X7 və X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 57 (əlli yeddi) iş saatı üçün 342 (üç yüz qırx iki) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış ayrı-ayrılıqda təmiz çəkiləri 4,463 qram, 4,405 qram, 3019,2 qram olan narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 4,502 qram, 3001,44 qram olan psixotrop maddə metamfetamin, 12101,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2435 ədəd metadon həbi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd DVD və 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, ümumilikdə, 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 57 (əlli yeddi) iş saatı üçün 342 (üç yüz qırx iki) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar