Məhkəmə qərarları › İş №1(101)-1033/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1033/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1033/2025 04.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2001-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Məzrəli ərazi dairəsi, Çaxırlı kəndində qeydiyyatla olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək, istintaqla müəyyən olunmayan qaydada əldə edərək ünvan 1 ünvanda yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş 1 ədəd sellofan bağlamada təmiz çəkisi 1005 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini tanışı Şahid1 istifadəsində olan və müvəqqəti olaraq danışmaq üçün ondan aldığı ***-***-**-** Bakcell nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 902 *** **** nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə əlaqə yaradıb, İran İsam Respublikasının vətəndaşının bank kartına 1000 manat pul göndərəcəyi barədə qarşılıqlı razılıq əldə edərək, sonuncunun göndərdiyi məkan paylaşımından istifadə etməklə 17 aprel 2024-cü il tarixdə saat 20:50-də həmin yerdən götürüb əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin günü, yəni 17 aprel 2024-cü ildə saat 20:50 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmiş, xidməti otaqların birində üzərində axtarış və götürmə aparılan zaman əlindəki qara rəngli sellofan torbada 1 ədəd bükümdə, satış məqsədilə, qanunsuz olaraq əldə edib üstündə saxladığı xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1005 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 17 aprel tarixində tanımadığı İran vətəndaşı ilə yazışaraq Xırdalandan Yasamal rayonu ərazisinə getmişdir. Onun üzərinə qoyulmuş narkotik vasitənin istifadəçisi olmamış və satışı ilə də əlaqəsi olmamışdır. O, həmin ünvana narkotik götürmək üçün getmiş, lakin o qədər narkotik üçün getməmişdir. Marixuana istifadəçisi olduğundan bununla bağlı iranlı ilə danışmış və ünvana gedəndə yolda onu polis əməkdaşları saxlamışlar. İranlını “instagram” vasitəsilə 10-11 ay əvvəl tanımış, narkotiki daimi olaraq həmin iranlıdan almış və ödənişləri əvvəldən “M10” vasitəsilə göndərərək öz istifadəsi üçün 5-10 qram götürmüşdür. Narkotiki götürməyə gedəndə miqdar barədə yazışmaları olmamış, həmin gün iranlı ilə görüntülü danışmış və iranlı ona beş qram marixuana göndərməli olmuşdur. O, iranlı ilə həm görüntülü, həm də yazışma ilə danışmış və ünvanı ona “whatsapp” vasitəsilə göndərmişdir. Onların beş qram barədə yazışmaları olmamış və digər yazışmaları da polis əməkdaşları yazmışlar. O, bölməyə gətiriləndən sonra qarşısına bir kiloqram mal qoyaraq “sən bunun üçün getmişdin oraya” demişlər. Tutulan zaman yanında dostu olmuş, dostunun onun narkotik götürmək üçün getməsindən xəbəri olmamış və dostunun telefonundan istifadə etmişdir. Dostu polis əməkdaşları onları saxlayan zaman onun narkotik üçün gəldiyini bilmişdir. Onları saxlayan polis əməkdaşları iki maşında 7-8 nəfər olmuşlar. O, hədə-qorxu ilə təzyiq altında qalıb qol çəkmişdir. Onun telefonunda olan yazışmalar bölmədə olarkən yazılmışdır. O, iran vətəndaşına “götürüm, yazacam” yazdıqdan sonra onunla danışığı olmamışdır. O, saxlanıldığı gün deyil, növbəti gün səhər saatlarında üzərinə baxış keçirilmişdir. Videoçəkilişdə vəkil iştirak etmiş və çəkiliş zamanı narkotiki öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Müstəntiqə dəfələrlə narkotikin ona aid olmadığını demiş və sanksiya məhkəmələrinin hər birində öz narazılığını bildirmişdir. Dörd sanksiya məhkəməsində olmuş, hər birində 234.4.1 və 234.4.3-cü maddələrini oxumuşlar, burada isə 234.4-1-ci maddəni demişlər və onun aclıq elan etməyinin səbəbləri bunlar olmuşdur. O, heç vaxt pul qarşılığında iranlı üçün narkotiki harasa qoymamışdır. O, ittiham aktında göstərilən ünvanda saxlanılmış, saxlanılandan sonra polis bölməsinə aparılaraq döyülmüş, onu döyənlər adlarını bilmədiyi iki nəfər polis əməkdaşları olmuşlar və həmin şəxslər çəkilişdəki polislər olmamışdır. Müdafiəçi gecə saat 1-2 radələrində gəlmiş, müdafiəçi gələnə kimi onu döymüşlər, müdafiəçidən sonra da ona dostu Şahid1la hədə qorxu gələrək “sənin dostuvu tutacağıq” demişlər. O, Nihada narkotik verməyəcəkdi, telefonu olmadığı üçün Nihad onunla birlikdə olmuşdur. Nihadın telefonu vasitəsilə iranlı ilə videozənglə danışmış və Nihad onun dostu ilə danışdığını düşünmüşdür. Başqa vaxtlar iranlı ilə özünün telefonu ilə danışmışdır. Hadisə olarkən özünün telefonu olmadığından Nihadın telefonu ilə danışmışdır. O, öz telefonunu istintaqa təhvil vermişdir. O, tutulmazdan əvvəl işlə məşğul olmamış, öz istifadəsi üçün narkotiki 50-60 manata almış, pulu ailəsi ona vermiş və bütün ailə üzvləri xaricdə yaşamışdır. Qohumları pulu ona kart vasitəsilə göndərmişlər. Nakrotikin ona məxsus olmadığını təkid etdiyi üçün döyülmüş, xəsarətləri dirsək və əllərində olmuşdur. O, müdafiəçisini iki dəfə görmüş və döyüldüyünü müdafiəçisinə bildirmişdir. Xəsarətləri ilə bağlı prokurorluq əməkdaşları onun izahatını almışlar. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 3 ilə yaxındır narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. 17 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Xırdalan şəhərində olan zamanı tanışı Nihadla rastlaşıb görüşmüş, Nihadın telefonunu danışmaq üçün ondan almış, həmin vaxtı “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” tətbiqi ilə əlaqə saxlayıb danışmış, söhbət əsnasında İran vətəndaşına 1000 manat müqabilində narkotik vasitə heroin sifariş vermiş, İran vətəndaşı onunla razılaşmış, daha sonra axşam saat 20-yə qədər Nihadla birlikdə olmuş, İran vətəndaşı ilə yenidən Nihadın telefonu ilə “Whatsapp” tətbiqi ilə əlaqə saxlamış, İran vətəndaşı ona narkotik vasitəni gizlədəcəyi yer barədə məkan paylaşımı göndərmiş, Nihadla birlikdə Yasamal rayonu, D.Bünyadzadə küçəsi 7 saylı ünvana gəlmiş, Nihad kənarda gözləmiş, özü isə İran vətəndaşının göndərdiyi məkan paylaşımına uyğun olaraq parkın içindəki skamyanın altında gizlədilmiş 1 ədəd bağlamanı götürüb aralaşmaq istəyərkən bu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu və Nihadı Yasamal RPİ-nin 29cu PŞ-nə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əlindəki bir ədəd sellofan bükümdə olan bükülünü çıxarıb təqdim etmişdir, bükümün içindəki maddənin narkotik vasitə heroin olduğunu, heroini anket məlumatlarını bilmədiyi İran İslam Respublikasına sifariş verdiyini, narkotik vasitəni Xırdalan şəhərindən Yasamala gəlib götürdüyünü bildirmişdir. Daha sonra Nihadın da üzərinə baxış keçirilmiş, baxış zamanı Nihadın üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin qablaşdırılmış, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Nihadın onun narkotik vasitə ilə əlaqəli söhbətlər aparmasından, telefonla kiminlə danışmasından heç bir məlumatı olmamışdır. Əldə etdiyi narkotik vasitəni istifadə etmək məqsədilə sfiariş vermişdir. Onun bu hərəktlərindən tanışı Nihadın heç bir məlumatı olmaımşdır. Üzərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə deyil, istifadə etmək məqsədilə İran vətəndaşından almışdır, əməlindən peşmandır (İ cild, səh. 232-234). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Amiri hadisədən bir ay əvvəl parkda gəzməyə çıxdığı vaxt tanımş və bundan sonra Amirlə dost olmuşlar. Həmin ay ərzində onlar 3-4 dəfə görüşərək birlikdə gəzmişlər. Həmin gün onların hara və nə üçün getmələrindən onun məlumatı olmamış, Amir ona dostu ilə görüşməyə getdiyini demişdir. Onlar Xırdalanda parkdan çıxıb həmin yerə, Yeni Yasamala getmişlər və ondan sonra gecə radələrində hadisə olmuşdur. Həmin vaxt o, binadan kənarda dayanmış və Amir dostu ilə danışmışdır. Bundan sonra polis əməkdaşlarının gəldiyini görmüş və özünü təqdim edəndən sonra polis şöbəsinə gətirilmişdir. Əməkdaşlar ona avtomobillə yaxınlaşmışlar, o, özünü təqdim etmiş və bundan sonra nə baş verdiyini bilmişdir. Həmin vaxt polis əməkdaşı ona narkotik olduğunu demişdir. Hadisə yerinə piyada getmişlər və daha sonra Amir ondan aralanmışdır. Amiri əvvəl bir qədər görmüş, polis əməkdaşları ona yaxınlaşandan sonra isə Amiri görməmişdir. Amir ona dostu ilə görüşəndən sonra gələcəyini dediyi üçün birlikdə getməmişdir. Həmin vaxt Amirin əlində torba görməmişdir. O, narkotik istifadə etməmiş və Amirin də istifadə etdiyini bilməmişdir. Amirin onun telefon ilə yazışması olmuş, lakin nəyin barəsində olmasından xəbəri olmamışdır. Bölmədə onun üzərinə videoçəkilişlə baxış keçirilmiş və ondan heç bir şey aşkar edilməmişdir. Bölməyə Amirlə ayrılıqda aparılmışlar və Amirlə ayrı otaqlarda olmuşlar. Ona iki nəfər polis əməkdaşı yaxınlaşmış və həmin polislər bölmədə dəyişməmişdir. Amir əvvəllər onun telefonundan istifadə etməmiş və əvəllər Amirlə birlikdə heç yerə getməmişlər. O, Amirin bölmədə döyülməsini və hadisə yerinə 7-8 polis əməkdaşının gəlməsini görməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 6 aya yaxındır tanıyır, Amirin tikintidə fəhlə işlədiyini bilmiş, nə işlə məşğul olması barədə məlumatı olmamışdır. 17 aprel 2024-cü il tarixdə, günorta saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxslə görüşmüş, Amir telefon nömrəsinin işləmədiyini, bu səbəbdən ona məxsus telefonu danışmaq adı ilə ondan istədiyini və ona görə də özünə məxsus qara rəngli üzərində ***-***-**-** nömrə olan “Redmi” markalı telefonu Amirə danışmaq üçün vermiş, Amir kənara çəkilib kiminləsə danışmağa başlamış, lakin onun kimlə danışmasını bilməmiş, həmin günü bir neçə saat Amirlə birlikdə Xırdalanı gəzişmişlər. Telefon Amirdə olmuş, o, mütəmadi olaraq kiminləsə danışıb yazışmış, lakin Amir telefonu ona qaytarmamış, həmin günü axşam saat 20 radələrində Amirin xahişi ilə Yasamal rayonu, D.Bünyadzadə küçəsi 7 saylı ünvanda yerləşən parka oxşar bir əraziyə gəlmişlər, Amir ona kənarda gözləməsini deyərək ondan aralaşmış, bu zaman bir neçə nəfər mülki geyimli şəxslər ilk əvvəl Amirə yaxınlaşıb saxlamışlar, sonra isə onu da öz yanlarına çağırmışlar, həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər, onu və Amiri Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı onun üzərində olan qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Amir ona məxsus telefonla İran vətəndaşı ilə “Whatsapp”la əlaqə yaradaraq narkotik vasitə heroin sifariş vermiş, İran vətəndaşının onun telefonuna göndərdiyi məkana uyğun olaraq Yasamal rayonuna gəlmişlər və Amir narkotik vasitəni həmin yerdən götürən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Amirin ona məxsus telefonla kiminlə nə danışmasından, nə yazışmasından məlumatı olmamış, Amirlə Yasamal rayonu ərazisinə hansı səbəbə görə gəlməsindən xəbəri olmamış, Amirin Yasamal rayonu ərazsindən narkotik vasitə əldə etməsindən məlumatı omamışdır. Sadəcə olaraq Amir ona məxsus mobil telefonu danışmaq adı ilə ondan almış, telefon Amirdə olduğu üçün məcburiyət qarşısında qalıb onunla bir neçə saat bir yerdə olmuş, Amir hara getdisə onunla bir yerdə getmiş, Amirin narkotik vasitə istifadəçisi olmasından məlumatı olmamışdır (İ cild, səh. 140-142). 7.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 17 apel 2024-cü il tarixində daxil olmuş əməliyyat məlumatının həqiqiliyini yoxlama zərurəti ilə bağlı əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər və əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Əməliyyat məlumatında göstərilən vaxtda vətəndaş hadisə yerində olmuş, bundan sonra tərəflərindən saxlanılaraq şöbəyə aparılmış və şöbədə üzərinə baxış keçirilmişdir. Əməliyyat həyata keçirilərkən Təqsirləndirilən şəxs tək olmamış və yanında dostu da olmuşdur. Hadisə axşam saatlarında olmuş, saxlanıldığı yerdə şəxsi axtarışın həyata keçirilməsi üçün şərait əlverişli olmamış və şəxsi axtarış bölmədə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs vəkillə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərindən palçığabənzər qəhvəyi rəngli maddə aşkar edilmiş və təqsirləndirilən şəxs aşkar edilənlərin narkotik olduğunu bildirmişdir. Üzərinə baxış keçirilərkən iki ədəd telefon aşkar olunmuş və birinin dostuna aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılıqlar olması barədə dedikləri həqiqəti əks etdirmir. Şəxsin ona çəkilişdə təzyiqlər olması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra və idarədə zorakılığa məruz qalmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə xx.xx.2001-ci il təvəlldülü İmişli rayonu, Məzrəli ərazi dairəsi, Çaxırlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, əldə olunmasında, eləcə də satışında şübhəli olması barədə Yasamal RPİ 29-cu PŞ-yə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli olmuşdur. Bu məqsədlə o və Yasamal RPİ 29-cu PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid3dan, əməliyyat müvəkkili polis kapitanı X4 və kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və 17 aprel 2024-cü il tarixdə, saat 20:20-dən həmin günü saat 20:50-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma və güdmə əməliyyataxtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 20:50-də ünvan 3 ünvanında Təqsirləndirilən şəxs və onunla birlikdə olan şəxsiyyəti sonradan onlara məlum olan xx.xx.1999-cu il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Kürədəxanı qəsəbəsi, D.Vasif küçəsi ev 19-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28 may küçəsi, ev 9da yaşayan Şahid1 tərəflərindən saxlanılmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs əlində qara rənli sellofan da olmuşdur. Təqsirləndirilən şəxs və onun yanında olan Şahid1 yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də satış məqsədilə daşınmasında şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün hər iki şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-yə dəvət etmişlər və onları Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binada Təqsirləndirilən şəxs və Şahid1 ayrıayrı xidməti otaqlara salınmış, o və əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmədə iştirak etmişlər, digər 2 nəfər əməkdaş, əməliyyat müvəkkili Qasımxan Səfərov və Şahid4 Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış Şahid1 üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlindəki qara rəngli sellofan materiala bükülmüş, toz şəkilli, qəhvəyi rəngli olan maddəni təqdim edərək onun “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında tanımadığı, sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı İran İslam Respublikasının vətəndaşı ilə dostu Şahid1 məxsus “Redmi” markalı mobil telefondan istifadə edərək “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb yazışaraq 1000 manat pula danışıb, hissə-hissə kart vasitəsi ilə ödəyəcəyini bildirib, axşam saatlarında həmin şəxsin “Whatsapp” vasitəsi ilə dostu Nihadın telefonuna göndərdiyi məkana uyğun olaraq Nihadla birlikdə ünvan 3 ünvanına gələrək İran vətəndaşının göndərdiyi içərsində narkotik vasitə olan bükümü həmin yerdən götürüb aralaşarkən saat 20:50-də polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxtı dostu Şahid1 bundan məlumatsız olduğunu bildirmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən istifadə etdiyi 2 ədəd göy və qara rəngli “Redmi” markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs göy rəngli mobil telefonunu özünə məxsus olduğunu, lakin üzərində nömrə olmadığını, qara rəngli “Redmi” markalı telefonunun isə dostu Şahid1 məxsus olduğunu, telefonun üzərində olan nömrəni bilmədiyini, məhz bu telefonun “Whatspp” tətbiqi ilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitəni əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd sellofan bükümdə çəkisi 1005 qram olan maddə narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında məlumatlar olmuşdur və onun bu kimi qanunsuz əməllərini ifşa edərək cinayət başında yaxalanması təmin edilmişdir (İ cild, səh. 160-161). 9.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 17 aprel 2024-cü il tarixində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə, Şahid2 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədilə 29-cu Polis Şöbəsində əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda dörd nəfər iştirak etmiş və deyilən ünvana getmişlər. Qeyd olunan ünvanda axşam saat 9 radələrində Amir tərəflərindən saxlanılmış və həmin vaxt dostu Nihad adlı şəxs də orada olmuşdur. Hadisə yerində hava şəraiti əlverişli olmadığından videoçəkilişin aparılması mümkün olmamışdır. Həmin şəxslər polis şöbəsinə dəvət edilmiş və şöbədə vidoeçəkilişlə vəkilin iştirakı ilə tərəflərindən üzərlərinə baxış keçirilmişdir. Amirin əlində olan qara rəngli torbaya baxış keçirilmiş və torbadan qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Amir həmin narkotiki İran vətəndaşı vasitəsilə ona “konum” atdığı yerdən götürdüyünü və danışıqları dostunun telefonu vasitəsilə apardığını bildirmişdir. Daha sonra sənədləşdirmə aparılmışdır. Onlar saxladıqları vaxt şəxsin əlində artıq sellofan olmuş, özü iranlı ilə danışdığını və müxtəlif ünvanlara yerləşdirəcəyini bildirmişdir. Onlar təqsirləndirilən şəxsi döyməmişlər və dostu ilə hədə-qorxu gəlməmişlər. Saxlanılan zaman, bölmədə Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamışdır. 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 162-163). 11.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 17 aprel 2024-cü il tarixində narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olmasına dair Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə, Şahid2 əməliyyat məlumatı daxil olmuş, bununla bağlı bölmə rəhbərliyinə məruzə edilərək əməliyyat qrupu yaradılmışdır. Qərara əsasən Amirin barəsində güdmə və soraqlaşma əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Bununla bağlı axşam saat 17 radələrində D.Bünyadzadə 7 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Amirin yanında Nihad adlı dostu olmuş və hər iki şəxs bölməyə dəvət edilmişdir. Vəkilin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Amirdən üzərində qeyri-qanuni nə isə varsa təqdim etməsi təklif edilmiş və üzərində olan dediyinə görə “kakos” narkotik vasitəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs özü üzərindən aşkar edilənlərin ona aid olduğunu bildirmişdir. Şəxsin üzərinə baxış keçirilərkən üzərindən iki ədəd telefon aşkar edilmiş və telefonun dostuna aid olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxslə birgə bölməyə aparılan şəxsin üzərindən heç bir şey aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərarda güdmənin aparılması barədə qeyd olduğunu dəqiq deyə bilmir, qrupun rəhbəri Şahid2 olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılması ilə bağlı sonradan məhkəməyə müraciət olunmasından məlumatı olmamışdır. Saxlanılan zaman vizual olaraq şəxsin üzərində hansısa xəsarət izləri görməmiş, axşam vaxtı olmuşdur. Saxlanılan zaman, idarədə təqsirləndirilən şəxsə qarşı heç bir zor və təzyiq olmamışdır. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə 19,01.2001-ci il təvəllüdlü İmişli rayonu, Məzrəli ərazi dairəsi, Çaxırlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, əldə olunmasında, eləcə də satışında şübhəli olması barədə Yasamal RPİ 29-cu PŞ-yə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli olmuşdur. Bu məqsədlə o və Yasamal RPİ 29-cu PŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2dan, əməliyyat müvəkkili polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis kapitanı X4 ibarət əməliyyat qrupu yaradılmış və 17 aprel 2024-cü İİ tarixdə, saat 20:20-dən həmin günü saat 20:50-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma və güdmə əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 20:50-də ünvan 4 ünvanında Təqsirləndirilən şəxs və onunla birlikdə olan şəxsiyyəti sonradan onlara məlum olan xx.xx.1999-cu il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Kürədəxanı qəsəbəsi, D.Vasif küçəsi, ev 19-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28 may küçəsi ev 9-da yaşayan Şahid1 saxlanılmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs əlində qara rənli sellofan da olmuşdur. Onlar Təqsirləndirilən şəxs və onun yanında olan Şahid1 yaxınlaşıb ölərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də satış məqsədilə daşınmasında şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün hər iki şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-yə dəvət etmişlər və onları Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binada Təqsirləndirilən şəxs və Şahid1 ayrıayrı xidməti otaqlara salınmışdır. O və əməliyyat müvəkkili X1 Nihad Alış oğlunun üzərinə keçirilən şəxsi axtarış və götürmədə iştirak etmişlər, digər 2 nəfər əməkdaş isə baş əməliyyat müvəkkili Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişlər. Şahid1 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, video çəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Şahid1 geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Şahid1 üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik əşya və maddələr aşkar edilməmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, günorta saatlarında təxminən 1 il bundan əvvəl tanış olduğu Təqsirləndirilən şəxs ilə Abşeon rayonu, Xırdalan şəhərində təsadüfən görüşdüyünü, Amirin öz telefonunda mobil nömrə olmadığını, ona görə onun istifadəsində olan qara rəngli üzərində ***-***-**-** mobil Bakcell nömrəsi olan telefonunu ondan başqa bir dostu ilə “Whatsapp” tətbiqi ilə danışmaq üçün aldığını, lakin Amirin kiminlə danışması, nə yazışması barədə məlumatının olmadığını, danışıb qurtardıqdan sonra Amirin ondan birlikdə Yasamal rayonu ərazsinə getməyini xahiş etdiyini və onunla Yasamal rayonu ərazsinə gəldiyini, mobil telefonun Amirdə olduğunu, Amirin telefonla tez-tez kiminləsə yazışdğını gördüyünü, ünvan 5 ünvanda yerləşən balaca parka gəldiklərini, həmin vaxt Amirin ondan aralaşaraq kənara çəkilib oturacağın altından nə isə götürdüyünü və ona tərəf gələn zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-yə gəldiklərini və həmin vaxtı ona məlum olmuşdur ki, Amirin yerdən götürdüyü sellofan bükümün içərisində narkotik vasitə olan heroin olmuşdur. Şəxsi axtarış və götürülmə zamanı Şahid1 üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik əşya və maddələr aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd sellofan bükümdə çəkisi 1005 qram olan maddə narkotik vasitə heroin olmuşdur. Şahid1 barəsində əməliyyat aparatında hər hanısa bir əməliyyat marağı doğuran məlumatlar olmamış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında məlumatlar olmuşdur və onun bu kimi qanunsuz əməllərini ifşa edərək cinayət başında yaxalanması təmin edilmişdir (İ cild, səh. 184-185). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2075 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün N 169" dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd büküm; ... 1, “”imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd bağlamadakı təmiz çəkisi 1005 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 68-72). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 20 may 2024-cü il tarixli, 3478 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 198-199). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 may 2024-cü il tarixli, 1543 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində.anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 200-202). 16.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 aprel 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara rəngli sellofan materiala bükülmüş, toz şəkilli, qəhvəyi rəngli olan maddəni təqdim edərək onun “kakos” kimi tanıdığı heroin adlanan narkotik maddə olduğunu, həmin narkotik maddəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə dostu Şahid1 mobil telefonundan istifadə edərək, “Whatsapp” vasitəsi ilə yazışaraq, 1000 manat pula danışaraq, hissə-hissək kart vasitəsi ilə ödəyəcəyinə razılaşaraq, axşam saatlarından həmin şəxsin telefon vasitəsilə göndərdiyi məkana uyğun olaraq dostu Şahid1la birlikdə ünvan 4 ünvanın qarşısına gəlmiş, içərisində narkotik vasitələr olan bükümü götürdükdən sonra, saat 20:50 radələrində polis əməkdaşlarının onlara yaxınlaşdığını, Şahid1 həmin vaxt onun narkotik vasitə olmasını öyrəndiyini və onları polisə dəvət etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitə olan bir ədəd qara rəngli sellofan materiala bükülmüş qəhvəyi rəngli olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol cibində saxladığı iki ədəd göy və qara rəngli “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs göy rəngli mobil telefonda mobil nömrə olmadığını və özünə məxsus olduğunu, qara rəngli mobil telefonun isə dostu Şahid1 məxsus olduğunu, lakin mobil telefonda istifadə olunan mobil nömrəni bilmədiyini bildirmişdir. Hər iki mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (İ cild, səh. 61-62). 17.«DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlindəki selofana bükülü kütləni masa üzərinə qoyması müşahidə olunmuş, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə “kakos”heroin olduğunu, günorta saatlarında İran vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq yazışdığını, Abşeron rayonu Xırdalan şəhərindən axşam saat 20 radələrində dostu Nihad adlı şəxslə Yasamal rayonu, D.Bünyadzadə küçəsinə gəldiyini və burada narkotik vasitəni əldə etdiyini, Nihadın narkotik vasitədən xəbərinin olmadığını, narkotik vasitəni istifadə etmək üçün əldə etdiyini, iki ilə yaxındır narkotik vasitə istifadə etdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol cibindən 2 ədəd “Redmi” markalı mobil telefonun aşkar olunduğu müşahidə olunmuş, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs qara rəngli telefonun dostuna məxsus olduğunu, məhz bu telefonla İran vətəndaşı ilə əlaqə saxladığını, digər telefonun isə özünə məxsus olduğunu bildirmişdir. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitəyə görə İran vətəndaşına hissə-hissə olmaqla 1000 manat pul ödəməli olduğunu, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq hərəkətlərinin edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan iri bükümdə olan maddə görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır (İ cild, səh. 164). 18.«Mobil telefona baxış keçirilməsi barədə» 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi tanışı Şahid1 məxsus olan qara rəngli “Redmi” markalı, eləcə də Təqsirləndirilən şəxs özünə məxsus olan göy rəngli “Redmi” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı qara rəngli, “Redmi” markalı, 23021 modelli, Çin istehsallı telefonda ***-***-**-** Bakcell CSM mobil nömrəsi, mobil telefonun zənglər, mesajlar, qalereya bölmələrində telefon sahibi Şahid1 özünə və ailə üzvlərinə məxsus foto şəkillər, videolar aşkar olunmuşdur. Telefonun “WhatsApp” sosial şəbəkəsinə baxış zamanı mobil telefonda xx.xx.2024-cü İl tarixdə İran İslam Respublikasına aid olan «SS» adlı, +**********80 nömrəli telefon sahibinin Təqsirləndirilən şəxs həmin vaxtı istifadəsində olan tanışı Şahid1 məxsus ***-***-**-** Bakcell mobil nömrəsi ilə narkotik vasitəyə bənzər kütlələr ilə əlaqəli şəkillər, eləcə də narkotik vasitənin qabaqcadan yerləşdirildiyi parkda skamyanın alt hissəsinin əks olunduğu məkan paylaşımının olması aşkar edilmişdir. Bundan başqa, İran İslam Respublikasi vətəndaşi olan «SS» adlı şəxslə “WhatsApp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı söhbətlər aparması və yazışması məlum olmuşdur. Təqsirləndirilən şəxs məxsus Göy rəngli, “Redmi” markalı, M1908C3KG modelli, Çin istehsallı telefona isə baxış zamanı məlum olmuşdur ki, telefonda heç bir CSM mobil nömrəsi yoxdur, mobil telefonun zənglər, mesajlar, qalereya bölmələrində telefon sahibi Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinə məxsus foto şəkillər, “Tik-Tok” videoları aşkar olunmuşdur. Telefonun qalereya bölməsində narkotik vasitə marixuanaya oxşar bitki mənşəli kütlənin siqaretə doldurulmuş formasında olan fotoşəkli müəyyən olunmuşdur (İ cild, səh. 188). 19.«"xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə» 27 dekabr 2024cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 18515/24 nömrəli məktuba qoşma olan 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən və ya həmin nömrəyə hər hansısa bir SMS mesajların göndərilməsi müəyyən olunmamış, bundan əlavə qeyd olunan mobil GSM nömrəsinin istifadə olunduğu qara rəngli “Redmi” markalı, 23021 modelli mobil telefonun sonuncu anten məlumatlarının xx.xx.2024-cü il saat 19:24:23-dən etibarən Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində, daha sonra isə həmin günün sonunadək saat 21:34:40-dək Yasamal rayonu Yeni Yasamal ərazisində qeydə alındığı müəyyən olunmuşur (İ cild, səh. 337). 20.«Maddi sübut kimi tanımaq haqqında» 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək bir ədəd bükümdə təmiz çəkisi 1005 qram narkotik vasitə heroin cinayət iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin narkotik vasitə heroinin qalıq çəkisi 1004,8 qram saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (İ cild, səh. 119-120). 21.«Maddi sübut kimi tanımaq haqqında» 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitənin götürülməsini video çəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 165-166). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ biləyin içəri səthində 1-2 sm, sağ əlin V barmağında 0,5-1 sm, sağ dirsək oynağının arxa səthində 3-4 sm, sol diz oynağının ön səthində 2-3 sm, iki ədəd sıyrılmış qərtməkli yaralar aşkar olunmuşdur. 23.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarətlər almasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış 879-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (İ cild, səh. 161-163). 24.«Şübhəli şəxsin tutulması haqqında» 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 52). 25.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 4(004)- 356/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 aprel 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 110-114). 26.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Saatlı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(055)-22/22 nömrəli hökmündən və Saatlı Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 7(055)-18/22 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Saatlı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il arixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 05 gün hissəsi 11 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 20 may 2023-cü il tarixdə cəzasıının sonu ilə azad olunmuşdur (İ cild, səh. 133-134, 149-154, 155-158). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 30.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 31.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 32.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 33.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 37.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 38.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 800 qram və yuxarı həddə narkotik vasitə olan heroin xüsusilə külli miqdar hesab edilir. 39.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 40.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi tanışı Şahid1 məxsus “Redmi” markalı mobil telefon cihazında olan “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatlara baxış zamanı, narkotik vasitəyə bənzər kütlələr ilə əlaqəli şəkillər, eləcə də narkotik vasitənin qabaqcadan yerləşdirildiyi parkda skamyanın alt hissəsinin əks olunduğu məkan paylaşımının olması təqsirləndirilən şəxsin aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 41.Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs saxlanıldığı gün deyil, növbəti gün səhər saatlarında üzərinə baxış keçirilməsi barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd “Redmi” markalı mobil telefon aparatının ekranı aktiv edildikdə saatın 21:45 olması aydın görünmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərilənlər həqiqəti əks etdirmir. 42.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarətlər almasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış 879-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 43.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 44.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 45.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişlərin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 aprel 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 46.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 47.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışlarının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 48.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 49.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 50.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 51.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 54.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 57.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 60.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 63.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 66.Göründüyü kimi Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(055)-22/22 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 67.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 68.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 69.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 70.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 71.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 72.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır. 73.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 74.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır.

76. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən, maddi sübut kimi tanınmış, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1004,8 qram çəkidə narkotik vasitə heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını, mobil telefonlardan çıxarılmış fotoşəkillərin cinayət işinin materiallarına əlavə edilməsinin, həmçinin iki ədəd göy və qara rəngli «Redmi» markalı mobil telefon aparatlarının istintaq əhəmiyyəti kəsb etdiyindən ayrılmış cinayət işi üzrə saxlanılmasının nəzərə alınmasını əsaslı hesab edir. 77.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 78.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 79.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 80.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 81.Beləliklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 880 (səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına ödənilməlidir. 82.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 880 (səkkiz yüz səksən) manat Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1004,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, mobil telefonlardan çıxarılmış fotoşəkillərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın, iki ədəd göy və qara rəngli «Redmi» markalı mobil telefon aparatlarının istintaq əhəmiyyəti kəsb etdiyindən ayrılmış cinayət işi üzrə saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar