Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1034/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1981-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Biləsuvar rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasınna məhkum edilmiş, cəzasını çəkməmiş, işləməyən, Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 12-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 05 sentyabr 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 07 sentyabr 2020-ci il tarixdə azad edilmiş, 08 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək, həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Binəqədi rayon məhkəməsinin 25.03.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 05 may 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin 25.03.2021-ci il tarixli qərarı dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdə həbsə alınaraq hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti məlum olmayan Məhəmməd adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2020-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhəri ərazisində yerləşən qəbiristanlıqda, sonuncu tərəfindən gizlədilmiş külli miqdarda - 2545,196 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda - 940,258 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra heroinin 2544,086 qramını yaşadığı ünvan 1 ünvanında, 1,110 qramını isə üzərində, metamfetaminin 0,258 qramını üzərində, 940 qramını isə özünə məxsus «Toyota Corolla» markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajında saxlamış, 05 sentyabr 2020-ci il tarixdə saat 22:30-da Binəqədi rayon Polis idarəsi 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti, 191 ünvanında yerləşən 4-cü Polis bölməsinə gətirilmiş və orada 06 sentyabr 2020-ci il tarixdə saat 00:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ cibindən üzərində «Kent 4» yazıları olan siqaret qutusunun içində şəffaf rəngli bir ədəd selofan bükümdə 0,258 qram ağ rəngli kristal hissəciklərdən ibarət Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin, digər şəffaf rəngli selofan bükümdə 1,110 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin günü saat 01:40-da yaşadığı ünvan 5-da isə bağlamanın içindən 6 ədəd bükümlərdə, hər birinin ayrılıqda təmiz çəkiləri 500 qram, 490 qram, 290 qram, 460 qram, 470 qram, 250 qram olmaqla, ümumi təmiz çəkisi 2460 qram və podnosda isə təmiz çəkisi 84,086 qram qəhvəyi və tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, narkotik vasitələrin çəkilməsi üçün nəzərdə tutulmuş elektron tərəzi, həmçinin avtomobildə saxladığı və qeyrisi tərəfindən həmin ünvana gətirilmiş 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 500 qram, digər şəşfaf polietilen torbada isə təmiz çəkisi 440 qram olmaqla, ümumi təmiz çəkisi 940 qram təşkil edən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Biləsuvar rayonuna getmiş, rayona getməmişdən əvvəl isə polislər onu tutmuşlar. Onu bölməyə aparıb üstünü və telefonlarını yoxlamışlar. Ondan iranlının burada olan adamının adını soruşmuşlar, o isə, elə bir adam olmadığını, əgər öyrənə bilərsə, həmin adamın adını polislərə verə biləcəyini söyləmişdir. Polis işçiləri hər gün ona zəng edib narahat etmişlər. Sonradan o, polis işçilərinin telefonlarını açmamış və bundan sonra şəhərə gəlmişdir. O, uzun müddətdir ki, Binəqədidə yaşayır, 20 il orada yaşamışdır. Özü maşın alverçisi kimi fəaliyyət göstərmiş və qazancı normal olmuşdur. Bir neçə gün sonra onu tutub yenə bölməyə gətirmişlər və orada ona təsir edən sözlər deyərək başına oyun açacaqlarını bildirmişlər. Buna görə o, məcbur olub narkotikləri boynuna almışdır. Halbuki həmin narkotik vasitələr ona məxsus olmamışdır. Onu bir gün bölmədə saxlayaraq sonra evə gətirmişlər və yenə hədə-qorxu gələrək, ailə üzvləri ilə təhdid edərək evdə olan narkotikləri də boynuna qoymuşlar. Verilən suallara cavabında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini, ona təzyiqlər olunduğu üçün istintaq vaxtı həmin ifadələri verdiyini, onun üzərində 1 qram «şüşə», yəni metamfetamin olduğunu, onu da öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını, həmin narkotiklərdə onun rolunun olub-olmamasının araşdırılmasını, telefonlarının yoxlanılmasını və barmaq izlərinin götürülməsini, polis əməkdaşları tərəfindən mənzilə və maşına da baxış keçirildiyini və mənzilə baxış keçirilərkən videoçəkiliş aparıldığını, mənzilə baxış zamanı nə özünün, nə də ki, müdafiəçisinin iştirak etmədiyini, maşınının açarlarının əməliyyatçılarda olduğunu, birlikdə yaşadığı Anara adlı qadının evə narkotik gətirməsindən xəbəri olmadığını, cibində olan narkotiki uzaq yol getdiyi üçün yatmamasına görə özü ilə götürdüyünü, mənzildə anası, qardaşı, bir də bacısının yaşadıqlarını, özünün həmin mənzildə yaşamadığını, polis əməkdaşlarının onu sentyabr ayının 5-də günorta saatlarında saxladıqlarını, sonra onu bölməyə aparıb üzərində şəxsi axtarış keçirdiklərini, onun üzərindən 940 qram metamfetamin çıxmadığını, Məhəmməd adlı İran vətəndaşını tanımadığını, həmin adı ona polis işçilərinin yazdırdıqlarını, üzərindən aşkar olunmuş iki bükümü, yəni bir qram metamfetamini etiraf etdiyini, üzərində axtarış keçiriləndən sonra onu mənzilə apardıqlarını, mənzilə onu gətirəndə artıq əməliyyatçıların evdə olduqlarını, onu isə sonra evə dəvət etdiklərini, mənzilə baxış keçiriləndə özünün də iştirak etdiyini, polis əməkdaşları evə gələndə anası və bacısının evdə olduğunu, sonra isə qardaşının da gəldiyini, maşında metamfetamin olmadığını, maşının açarlarının əməliyyatçılarda olduğunu və onlar maşına baxış keçirsələr də, maşından heç bir şey aşkar olunmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Təqsirləndirilən şəxs ilkin ifadələrində və sonuncu dəfə ona 08.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideyinləri Biləsuvar rayonunda yaşayır, yuxarıda qeyd olunan ünvanda arvadı Anara və azyaşlı övladı ilə birlikdə yaşamış, avtomobil alqı- satqısı ilə məşğul olmuşdur. Bir ildən çoxdur ki, narkotik vasitədən istifadə etmiş, həmin narkotik vasitəni Nəsimi rayonu ərazisində üzdən tanıdığı şəxslərdən almışdır. İstifadə etdiyi narkotik vasitə heroin olmuş, həmin heroini 20-25 manata almışdır. Sonuncu dəfə 2020-ci ilin avqust ayının sonlarında həmişə narkotik vasitə aldığı şəxsdən heroin alarkən, o, əgər pul qazanmaq istəyərsə, onu biri ilə calaşdıra biləcəyini və həmin adamın dediyi kimi narkotik vasitəni ünvanlara catdırmalı olduğunu və qarşılığında ona pul verəcəyini demişdir. O da, həmin şəxslə razılaşmış, öz istifadəsində olan mobil nömrəni ona vermişdir. 2020-ci ilin avqust ayının sonlarında bir nəfər ona zəng edərək İran İslam Respublikasının vətəndaşı olduğunu və adının Məhəmməd olmasını bildirmişdir. Həmin Məhəmməd adlı şəxs onun dediyi yerlərdən narkotiki götürüb özündə saxlayacağını və haçan və hara deyərsə, orada qoyacağını tapşırmış, narkotiki götürəndə çatacaq 100 manat pul da həmin narkotikin içində olacağını demiş, belə olan halda o, Məhəmmədlə razılaşmışdır. Məhəmmədlə votsap vasitəsi ilə əlaqə saxlamışdır. 2020-ci ilin avqust ayının sonlarında Məhəmməd mobil telefonunun vatsap proqramına zəng edərək Sumqayıt şəhərində yerləşən qəbirstanlıqda içərisində narkotik vasitə olan bağlama olduğunu və həmin bağlamanı götürərək özündə saxlamağı, onun zəngindən sonra bağlamanı onun deyəcəyi ünvana aparıb qoyacağını tapşırmışdır. O, Sumqayıtı yaxşı tanımadığından tanımadığı taksi ilə Sumqayıta gəlmiş, taksi sürücüsü orda-burda avtomobili saxlayaraq həmin qəbrstanlığı onun köməkliyi ilə tapmış və taksi sürücüsünü yola salmışdır. Məhəmmədin dediyi kimi qəbirstanlığın girisində olan taxta plakatın altında üzərində «Flo» yazıları olan ağ-sarı rəngdə torbanı görmüş, həmin torbanı götürüb yaşadığı ünvan 5 ünvanına qayıtmışdır. Evdə həmin torbanı açmış, həmin torbanın içində 6 ədəd selofan bükumlər, 1 ədəd elektron tərəzi və həmçinin işin qarşılığında ona çatası 100 manat pul olmuşdur. Həmin bükümlərdən 5 büküm heroin, bir büküm isə metamfetamin olmuşdur. Həmin bükümlərdən 5 ədəd heroinin üzərinə 500 qram, 1 ədədin isə üzərində heç nə yazılmamış, həmin qramlar onların çəkilərini göstərmışdir. Həmin bükümləri açdıqda heroinlərdən bir bükümün yararsız hala düşdüyünü görüb həmin heroin olan paketi açaraq onu evdə olan dəmir podnosun içinə tökmüşdür. Həmin vaxt Məhəmməd zəng etmiş, ona nə götürdüyünü demişdir. Məhəmməd nə vaxt zəng edərsə, birinci metamfetamini dediyi ünvana qoymağı tapşırmış və oradan götürəcəklərini, hər paketin üzərində 100 manat veriləcəyini bildirmiş, o da, razılaşmışdır. Anaranın evdə olmamasından istifadə edərək, evdə heç kim olmadığı üçün heroinləri evdə saxlamaq, Məhəmmədin dediyinə görə, birinci metamfetamini çatdırmalı olduğu üçün metamfetamini özünə məxsus **-KA-*** dövlət qeydiyyat nişanlı «Toyota Corolla» markalı avtomobilin baqaj hissəsinə qoyaraq Məhəmmədin zəngini gözləmişdir. Həmin avtomobil həmişə dayanıqlı vəziyyətdə yaşadığı binanın qarşısında dayanmış, avtomobilə müştəri baxandan-baxana həmin avtomobilin qapısı açılmışdır. 05 sentyabr 2020-ci il tarixdə anası Fəridə səhər saatlarında zəng edərək qardaşı Riyadla birlikdə Bakıya gələcəyini bildirmişdir. Həmin tarixdə saat 14 radələrində anası ilə qardaşını avtovağzaldan götürərək evə gətirmiş, Anası Anaranın harda olmasını soruşduqda, Anaranın ollu ilə birlikdə qardaşı evində bir neçə gün qalmasını demişdir. Anası zəng edib Anaraya gəldiklərini söyləmiş və evə gəlməsini bildirmişdir. Saat 15 radələrində o, evdən çıxmış, 05 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində bir nəfər zəng edərək evin qarşısında saxladığı avtomobili almasını bildirmişdir. Həmin şəxs bir neçə gün bundan qabaq da həmin avtomobilə baxdığını demiş, həmin şəxsi xatırlamış və adının da Ruhiyyə olmasını bilmişdir. Həmin şəxs avtomobili səhər aparıb servisdən keçirəcəyini və qiymətini də razılaşacağını söyləmiş, onunla razılaşmışdır. Həmin gün saat 22 radələrində Anaraya zəng edərək, anasıgilin gəldiyini deyib evə gəlməsini bildirmiş, Anara isə hansısa aptekdən onlayn astma xəstəliyi üçün iki ədəd trupka dərman sifariş etdiyini və həmin dərmanları aldıqdan sonra gələcəyini demişdir. Həmin vaxt səhər avtomobili servisə aparacağını və həmin avtomobildə də metamfetamin olduğunu nəzərə alaraq, Anaraya evə nə vaxt qayıtsa, avtomobildə olan əşyaları evə qaldırmağı tapşırmış, avtomobili satdığını demiş, həmçinin Anaranın həmin paketdə nə olduğunu anlamayacağını düşünmüşdür. Həmin avtomobildə idman paltarı olan paket, ayaqqabılar olan paket və həmin metamfetamin olan paket olmuşdur. Avtomobilin açarlarının bir nüsxəsi Anarada olmuşdur. Anara ilə danışdıqdan sonra həmin gün saat 22.30-da «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olduğu zaman mülki geyimli iki nəfər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduğunu deyərək onu saxlayıb 4-cü Polis şöbəsinə gətirmişlər. 4-cü Polis şöbəsində üzərində videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli şalvarının sağ cibində “Kent4” markalı siqaret qutusunda saxladığı bir bükümdə heroin və digər bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə olduğunu deyərək, evinə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Belə olan halda yaşadığı ünvana da baxış keçirilmiş, özünə məxsus yataq otağından həmin 5 büküm heroinlər aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilərkən həmin günü saat 01 radələrində Anara və azyaşlı oğlu evə daxil olmuş, evə daxil olarkən əlində həmin qeyd etdiyi idman paltarları, ayaqqabı və metamfetamin olan paketlər olmuşdur. Həmin vaxtı evə baxış keçirən əməkdaşlar Anaraya baxışa mane olmasın deyə, kənarda dayanmalarını bildirmiş, daha sonra polis bölməsindən digər əməkdaşlar çağırılaraq Anara və azyaşlı oğlunu polis bölməsinə aparmışlar. Anaranın, həmçinin ailə üzvlərinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən məlumatı olmamışdır. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin özünə məxsus olmuşdur (cild 1, iş vərəqi 63-67, 84-89, cild 2, iş vərəqi 58-61). Ziddiyyətlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi həmin ifadələri təsdiq etmədiyini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi nəticəsində verdiyini, onu ailəsi və həyat yoldaşı ilə təhdid etdiklərini, üzərində şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirakının təmin edilmədiyini, narkotik vasitə heroinin və metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə, evinə və avtomobilinə qoyulduğunu, həmin narkotik vasitə heroinin və metamfetaminin ona aid olmadığını və ona elan edilmiş ittihamla razı olmadığını bildirdi. Məhkəmədə təqsirləndirilən şəxsin istintaq orqanına verdiyi həmin 12 aprel 2021-ci il tarixli ifadəsi də elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.4 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05.09.2020ci il tarixdə saat 22:30-da Binəqədi RPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən M.Əcəmi metrostansiyasının yaxınlığında olduğu zaman mülki geyimli iki nəfər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduğunu deyərək saxlamış, 4-cü PŞ-nə gətirilmiş, orada heç bir müdafiəçi çağırılmadan və heç bir çəkiliş olmadan əməliyyatçılar ciblərini axtararaq üzərində istifadəsi üçün saxladığı heroini aşkar etmiş, həmin heroin 1 qram olmuş, polis əməkdaşlarına öz istifadəsi üçün bunu üzərində gəzdirdiyini demişdir. Lakin buna baxmayaraq polis əməkdaşları üzərinə yüksək səslə və həmçinin də təhqir edərək, «sən yalan danışırsan, sənin evində də narkotik vasitə var və arvadın da bundan məlumatlıdır» demiş, «sən üzərində, evində külli miqdarda narkotik vasitəni etiraf etməsən, səni də, arvadını da, həmçinin ailə üzvlərinizi də narkotik vasitə ilə tutacağıq» demişlər. Belə olan halda qorxub onlarla razılaşmış, bundan sonra onu gətirən Samir və Nicat adlı polis əməkdaşları bölmənin təhqiqatçısına təhvil vermişlər. 06.09.2020-ci il tarixə keçən gecə saat 00:15-də ona müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı olmadan saat 00:30-da vidioçəkilşlə üzərində axtarış keçirilmiş, vəkil təyin olunmağına baxmayaraq, vəkil təqdim edilməmiş, üzərində olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bükümlər açıldıqda polis əməkdaşlarının həmin narkotik vasitənin üzərinə əlavə narkotik vasitə əlavə edərək miqdarını çoxaltmalarını bilmiş, hədə-qorxulara görə səsini çıxara bilməmiş, həmin narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Bundan sonra iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, müdafiəçinin iştirakı təmin edilməmiş, evə baxış zamanı evdən də külli miqdarda narkotik vasitə çıxmışdır. Həmin narkotik vasitəni də Nicat və Samir adlı polis əməkdaşları otağına yerləşdirmiş, onlar çəkilişdən əvvəl evinə bir dəfə girib-çıxmış, evə baxış keçirilən zaman arvadı Anara da ora gəlmişdir. Samir adlı polis əməkdaşı onun əlində olan selafonları axtarmağa başlamış, həmin vaxt da metamfetamini Samir adlı polis əməkdaşı arvadı Anaranın əlində olan selofana yerləşdirmiş, ya da ki, onlar əvvəlcədən avtomobilinə həmin metamfetamini yerləşdirmişlər. Bunu ona əsasən qeyd edir ki, çəkiliş olmadan Samir adlı əməkdaş Anaranın əlindən paketləri almış və 10 dəqiqədən sonra həmin paketləri təkrar Anaraya vermiş, əlində saxlamasını bildirməklə, onu da polis bölməsinə aparmışdır. Bu hədələrə məruz qalaraq ailəsinin xətrinə etiraf edərək evdən çıxan bütün narkotik vasitə heroin və metamfetaminin onun özünə məxsus olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən dövlət hesabına təyin edilmiş müdafiəçi Xalid Abdullayevi yalnız istintaq şöbəsində müstəntiq tərəfindən təqdim edilərkən görmüş və istintaq zamanı Xalid Abdullayev istintaq hərəkətlərində iştirak etmişdir (cild 2, iş vərəqi 249-252). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, istintaq zamanı düzgün danışmışdır. Polis işçiləri Elmarı tutarkən həmin vaxt onun üstündən kiçik miqdarda narkotik çıxmışdır. Hadisə baş verən gün o, Elmarın zənginə əsasən ayyaşlı oğlu ilə evə gəlmiş, həmin vaxt əlində 4 ədəd çantalar olmuşdur. Əvvəlcə polis əməkjdaşları onun əlindən həmin çantaları almış, baxandan sonra ona qaytarmışlar. Həmin paketləri o, Elmarın maşınından götürmüşdür. Paketlərin içində çirkli paltarlar, bir də aptekdən aldığı dərmanlar olmuşdur. Saxlanan vaxta qədər o, paketlərdə psixotrop maddələr olduğunu bilməmiş, ona bölmədə demişlər ki, həmin paketlərdə psixotrop maddələr vardır. Polis əməkdaşları həmin çantaları onun əlindən almış, içinə baxmış, sonra isə həmin çantaları yenidən ona qaytarmışlar. Sonra onu polis bölməsinə gətirmişlər və paketlərin içində metamfetamin olduğunu bildirmişlər. O, evdən narkotik vasitə aşkar olunduğunu bilməmiş, həmçinin evdə çəkiliş aparılanda o, evdə olmamışdır. Elmar maşın alqısatqısı ilə məşğul olmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, onun narkotik vasitədən ümumiyyətlə anlayışı olmamış, əsli Masalllı rayonundandır. Özü namaz əhlidir, şəkər, astma və qan təzyiqindən əziyyət çəkir. Elmar onun həyat yoldaşıdır, 12 ildir ki, ailə həyatı qurmuşlar, bir azyaşlı oğlu vardır. Elmar avtomobil alqı-satqısı ilə məşğul olaraq ailəni dolandırmışdır. ünvan 6 ünvanında kirayədə yaşamışlar. Bir neçə gündür ki, Elmar evə gec gəldiyi üçün oğlu ilə birlikdə qardaşı Cavidin Badamdar qəsəbəsi, 33-cü massivdə yerləşən evində qalmışdır. 05.09.2020-ci il tarixdə saat 22 radələrində qardaşı evində olarkən Elmar zəng edərək evə tez gəlməyini, həmçinin anası və qardaşının da rayondan evə gəldiyini deyərək, azyaşlı oğlunun da evə gəlməsini bildirmişdir. Həmçinin Elmar yaşadığı binanın qarşısında satmaq üçün saxladığı avtomobilə müştəri çıxdıqından avtomobili satmasını və bunun üçün də avtomobildə hər hansı əşya vardırsa, onları evə qaldırmağı demişdir. Elmar avtomobil alqı-satqısı ilə məşğul olduğundan, həmin satdıqı avtomobili də yaşadığı binanın qarşısında saxlamışdır. Qardaşı evində olanda onlayn dərman sifariş vermiş, həmin dərmanın çatdırılmasını gözləmiş və dərman gec gəldiyindən bir daha həmin onlayn apteklə əlaqə saxlamış, işçilər olmadığına görə sifarişi bu gün çatdıra bilmədikləri bildirmişlər. Həmin dərmanı aptekdən özü götürəcəyi qərarına gəlmiş, həmin vaxtı qardaşı taksi kimi işləyən qohumları Cavada zəng edərək həm aptekə, oradan da evə aparmağı tapşırmışdır. Azyaşlı oğlu ilə birlikdə Cavadın avtomobili ilə Nərimanov rayonu ərazisində yerləşən aptekə gəlmiş, həmin aptekdə dərman sifariş etdiyini bildirmiş, orda sifarişi Əcəmidə yerləşən aptekdən çatdırmalı olduqlarını və həmin dərmanlar da hazırda həmin aptekdə olduğu bildirilmiş, bunun üçün də Əcəmiyə gəlmiş, orada aptekə daxil olaraq iki ədəd asma üçün nəzərdə tutulmuş dərmanı götürərək avtomobilə əyləşmiş və evə gəlmişdir. Yaşadıqları binanın qarşısında oğlu ilə birlikdə avtomobildən düşmüş, həmin vaxt Elmara zəng etmiş, lakin zəng çatmamışdır. Binanın qarşısında Elmarın satmaq üçün qoyduğu avtomobili özündə olan ehtiyat açarla açaraq avtomobilin salonuna nəzər salmış, həmin avtomobildə bir şey olmamış, daha sonra avtomobilin baqaj hissəsini açaraq Elmarın idman geyimi, idman ayaqqabı və 1 ədəd içində kiçik nəsə olan selofan paketi götürmüşdür. Avtomobilin açarı oğlunun əlində olduğundan ona avtomobili bağlamağı tapşırmış, oğlu avtomobilin qapılarını bağladıqdan sonra birlkdə evə qalxmışlar. Mənzilin qapısından evə daxil olduqda, evdə polis əməkdaşlarının olduğunu və çəkiliş aparıldığını görmüş, həmçinin Elmar da orada olmuşdur. Nə baş verdiyini anlamamış, lakin çəkiliş zamanı və Elmarın danışığından, Elmarı narkotik vasitə ilə tutduqlarını anlamışdır. Çəkiliş bitdikdən sonra Samir adlı polis əməkdaşı ona yaxınlaşaraq kim olduğunu soruşduqda, Elmarın arvadı olduğunu bildirmişdir. Samir haradan gəldiyini soruşaraq əlində olanlara baxmış və əlində nə olduğunu soruşduqda, ona Elmara məxsus olan əşyaların olduğunu və onları avtomobildən götürdüyünü qeyd etmişdir. Həmin vaxt Samir adlı əməkdaş kiməsə zəng etdikdən 10 dəqiqə sonra iki nəfər mülki geymdə olan şəxslər gəlmiş və onların da polis əməkdaşı olması məlum olmuşdur. Daha sonra həmin polis əməkdaşları onu və oğlunu evdən çıxararaq 4-cü polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən «sənin ərin və sən narkotik vasitələrin satışı ilə məşğulsuz və əlində də olan selofanda psixotrop maddə metametamindir» bildirilmiş, İran vətəndaşı Məhəmməd adlı şəxslə əlbir olaraq narkotik vasitənin satışı ilə məşul olması və bundan məlumatlı olduğu bildirilmiş, əgər səmimilik göstərsə, cəzası yüngül olacağı deyilmişdir. Həmin vaxt qorxduğu üçün məşğul olduğunu bildirmiş, həmçinin qadın olduğu üçün bir söz deməzlər fikirləşmiş və Elmarın da evdə dediklərini eşitdiyindən, Elmarın qeyd etdiyi kimi danışmışdır. Amma bundan məlumatı olmamışdır. Ümumiyyətlə, narkotik vasitənin nə olduğundan xəbəri belə olmamışdır( cild 1, iş vərəqi 179-183). Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ 4-cü Polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkiili Şahid2 ifadəsində göstərdi ki, etimad doğuran və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, gəzdirməsi, saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla rəhbərliyə məruzə edilmişdir. Əməliyyat qrupu təşkil edilmiş və 05 sentyabr 2020-ci il tarixdə saat 22:30-da Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs «Memar Əcəmi» metrosunun qarşısında saxlanılaraq şöbəyə təhvil verilmişdir. Daha sonra həmin şəxsin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Elmar əynindəki qara rəngli şalvarın sağ yan cibindən «Kent 4» markalı siqaret qutusunu çıxararıb içində saxladığı iki ədəd bükümü stolun üzərinə qoymuşdur. Həmin bükümlərdən birinin içində qəhvəyi rəngli toz şəklində olan heroinə bənzər maddə, digərində isə ağ rəngli kristal formada maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdəki maddələrin heroin və metamfetamin olduğunu, onları İran vətəndaşı Məhəmməd adlı şəxsdən həm istifadəsi üçün, həm də satmaq üçün əldə etdiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə olduğunu etiraf etmişdir. Sonra həmin heroin və metamfetamin qablaşdırılaraq götürülmüş, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinə görə, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Ünvana daxil olduqda Elmarın qardaşı və anası orada olmuş, onlara mənzilə baxış keçirələcəyi izah edilmişdir. Həmin mənzilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdan külli miqdarda heroin və elektron tərəzi aşkar edilərək götürülmüş, daha sonra protokol tərtib edilərək imzalanmışdır. Evə baxış keçirilərkən bir nəfər başı bağlı qadın azyaşlı uşaqla evə daxil olmuş, həmin vaxtı qadının əlində selofan paket və paltarlar olmuşdur. Qadının çəkilişə mane olmaması məqsədilə kənarda saxlanılmış, sorğu-sual edildikdə, qadın Təqsirləndirilən şəxs arvadı olduğunu bildirmişdir. Bu barədə polis bölməsinə məlumat vermiş, sonradan adının Şahid1 olduğunu bildikləri qadının da üzərinə baxış keçirilməsi qərarına gəlinmiş, polis şöbəsindən əməkdaşlar gələrk onu və azyaşlı uşağını bölməyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs saxlanılarkən, üzərinə və yaşadığı mənzilə baxış keçirilərkən əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ 4-cü Polis şöbəsinin təhqiqatçısı Şahid4 ifadəsində göstərdi ki, 06 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Tahjir oğlu əməliyyat qrupu tərəfindən saxlanılaraq 4-cü Polis şöbəsinə gətirilmiş və onun tərəfindən videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman Elmarın üstündən narkotik vasitə heroin və metamfetamin aşkar olunmuşdur. Sorğu-sual zamanı o, yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmiş və bundan sonra onun yaşadığı ünvana getmişlər. Mənzildə Təqsirləndirilən şəxs saxladığı külli miqdarda narkotik vasitələri onlara təqdim etmiş, bundan sonra həmin narkotik vasitələr qablaşdırılaraq protokol tərtib olunmaqla götürülmüşdür. Şahid4 ifadəsinə görə, şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs dövlət vəsaiti hesabına müdafiəçi təyin olunmuş, sonra üzərində şəxsi axtarış keçirilərkən Elmar ərizə ilə müraciət edərək, şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmişdir. Buna görə də, bu barədə 06.09.2020-ci il tarixdə protokol tərtib edilərək Təqsirləndirilən şəxs və müdafiəçisi Xalid Abdullayev, həmçinin digər iştirakçılar tərəfindən imzalanmış, həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə iclasında Binəqədi RPİ 4-cü Polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkiili X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Əvəz Hənifəyev göstərmişdir ki, 06.09.2020-ci il tarixdə əməliyyat qrupunda növbədə olduğu zaman bölmənin digər əməkdaşları tərəfindən keçiriliş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş və üzərindən narkotik vasitə heroin və metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin tədbiri keçirən bölmənin əməkdaşı Şahid2 raportla bölmə rəisinə müraciət edərək Təqsirləndirilən şəxs arvadı Şahid1 da qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi, gəzdirməsi, saxlaması barədə məlumat daxil olduğunu bildirmişdir. Həmin məlumatın yoxlanılması bölmə rəisi tərəfindən ona həvalə edilmişdir. Bunun üçün də əməliyyat qrupu yaradılaraq onun barəsində tədbirlər hazırlamışdır. Lakin həmin gün saat 01 radələrində əməliyyat müvəkkili Şahid2 polis bölməsinin növbətçi hissəsinə məlumat verərək, Şahid1 ünvan 1 ünvanında olduğu barədə məlumat vermişdir. Bunun üçün də Fərid Babayevlə həmin ünvanda olmuş, qeyd olunan ünvanda olanda artıq saat 02 radələri olmuşdur. Həmin ünvana çatdıqda orada olan bölmənin əməkdaşları baxış keçirib qurtarmış, həmin vaxt mənzilin içində polis əməkdaşları, Təqsirləndirilən şəxs və onun anası Fəridə Həziyeva, qardaşı Riyad Babayev, arvadı Şahid1 və azyaşlı oğlu Amin Məmmədov olmuşdur. Şahid1 və azyaşlı oğlu Amin Məmmədov polis bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış zamanı əlində olan selofan paketdə psixotrop maddəyə bənsər maddə aşkarlanmış və götürülmüşdür. Bu zaman Anaranın saxlanılması barədə anasına məlumat verilərək Amin Məmmədov nənəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 274-276). Məhkəmə iclasında Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməkdaşları X7 və X6 ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq olunarkən, onlaprın həmkarları Əvəz Hənifəyevlə oxşar məzmunlu ifadə verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 277-279, 280-282). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə onun saxlanılması və üzərində şəxsi axtarış keçirilməsində iştirak etmiş polis əməkdaşları Şahid2 Cavanir oğlu və Şahid3 həmin istintaq hərəkətləri aparılmış, üzləşdirmələr zamanı Şahid2 və Nicat Abbasov Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmasını, üzərindən və yaşadığı mənzildən narkotik vasitə heroin və psixotrop maddə metafetamin aşkar edildiyini, həmçinin sərbəst ifadələrində göstərdikləri digər halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu bir daha ifşa etmişlər (cild 2, iş vərəqi 186-189, 190- 193). Cinayət işində olan digər üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş, bu zamanı Şahid1 aşkar edilmiş 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 500 qram, digər şəffaf polietilen torbada isə təmiz çəkisi 440 qram olmaqla, ümumi təmiz çəkisi 940 qram psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs məxsus olması öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 232-236). Cinayət işinə əlavə edilmiş 06 sentyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən onun üzərindən «Kent 4» yazısı olan siqaret qutusunun içində şəffaf rəngli bir ədəd selofan bükümdə 0,258 qram ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetamin, digər şəffaf rəngli bir ədəd selofan bükümdə 1,110 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32-33). İş materiallarında olan 06 sentyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında videoçəkilişlə keçirilmiş baxış zamanı həmin mənzildən bağlamanın içindən 6 ədəd bükümlərdə hər birinin ayrılıqda təmiz çəkiləri 500 qram, 490 qram, 290 qram, 460 qram, 470 qram və 250 qram olmaqla, ümumi təmiz çəkisi 2460 qram, həmçinin podnosda təmiz çəkisi 84,086 qram qəhvəyi və tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də narkotik vasitələrin çəkilməsi üçün elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 40-44). Cinayət işinə əlavə olunmuş 06 sentyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 500 qram, digər şəffaf polietilen torbada təmiz çəkisi 440 qram olmaqla, ümumi təmiz çəkisi 940 qram təşkil edən psixotrop maddə metamfetamin Şahid1 aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 138-139). Məhkəmə-narkoloji ekspertizasının 07.12.2020-ci il tarixli 3379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 290-291). Məhkəmə-kimyəvi ekspertizasının 06.09.2020-ci il tarixli, 6/1793 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülməsi qeyd olunan zərfdəki “Kent” siqaret qutusunda olan 1 ədəd bükümdə təmiz şəkisi 0,258 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə psixotrop maddə - metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi 1,110 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində: "...Şübhəli şəxs Təqsirləndirilən şəxs ...yaşadığı evindən aşkar edilmiş, götürülmüş 6 bağlama... ” və s. qeydlər olan bağlamadakı 6 ədəd bükümlərdə hər birinin ayrılıqda təmiz çəkiləri 500 qram, 490 qram, 290 qram, 460 qram (Ob.2-5), 470 qram, 250 qram (OB.6-7), ümumi təmiz çəkisi 2460 qram qəhvəyi və tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...podnosda aşkar edilərək götürülmüş vəziyyətdə....’’ və s. qeydlər olan bağlamadakı podnosda olan təmiz çəkisi 84,086 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən götürülməsi qeyd olunan təmiz çəkisi 1,110 qram heroin (OB.1), yaşadığı evdən götürülməsi qeyd olunan təmiz çəkiləri 500 qram, 490 qram, 290 qram, 460 qram (OB.2-5) heroinlərlə və podnosda götürülməsi qeyd olunan təmiz çəkisi 84,086 qram olan heroinlə (OB.8) eyni tərkibli olub, evindən götürülməsi qeyd edilən təmiz çəkiləri 470 qram və 250 qram heroinlərdən (OB.6-7) fərqlidir. Ümumi çəkisi 2545,196 qram heroindən 0,240 qram tədqiqata sərf edilmiş və 2544,956 qram qalıq qalmışdır. Ümumi çəkisi 0,258 qram psixotrop maddə metamfetamindən 0.0500 qram tədqiqata sərf edilmiş və 0,208 qram qalıq qalmışdır (cild 1, iş vərəqi 49-55). Məhkəmə-kimyəvi ekspertizasının 06.09.2020-ci il tarixli, 6/1792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamadakı təmiz çəkiləri 500 qram və 440 qram, ümumi təmiz çəkisi 940 qram kütlə psixotrop maddə metamfetamindir. Ümumi çəkisi 940 qram psixotrop maddə metamfetamindən 0,1 qram tədqiqata sərf edilmiş və 939,9 qram qalıq qalmışdır (cild 1, iş vərəqi 148-153). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 16.10.2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Babayev X5 rayon məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqi 10-14). Cinayət işinə əlavə edilmiş Bakı şəhər Probasiya idarəsinin 12.08.2021-ci il tarixli 21-1/3- 5832-1 saylı məktubundan görünür ki, Babayev X5 rayon məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. İbtidai istintaq orqanının 08 dekabr 2020-ci il tarixli qərarına əsasən, 06 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2545,196 qram çəkidə narkotik vasitə heroinin və 940,258 qram çəkidə psixotrop maddə olan metamfetaminin ekspertiza təqdiqatından sonra qalıq qalmış 2544,956 qram narkotik vasitə heroin və 940,108 qram psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, həmin qərara əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı mənzilə baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 20-35, 66-68). Bundan başqa, iş üzrə Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskin maddi sübut kimi tanınması və ********* saylı cinayət işində saxlanılması nəzərə alınmışdır (cild 1, iş vərəqi 20-35). Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirakının təmin edilmədiyini, narkotik vasitə heroinin və metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə, evinə və avtomobilinə qoyulduğunu, həmin narkotik vasitə heroinin və metamfetaminin ona aid olmadığını və ona elan edilmiş ittihamla razı olmadığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Lakin məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Binəqədi RPİ 4-cü Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilərək Təqsirləndirilən şəxs saxlanılmışdır. 06 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin olunmuş, bundan sonra üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, videoçəkilişlə polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra eyni qaydada onun yaşadığı mənzilə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs özü mənzildə saxladığı külli miqdarda heroini polis əməkdaşlarına təqdim etmişdir. Avtomobilində saxladığı və sonradan Şahid1 üzərində şəxsi axtarış keçirilərkən aşkar olunmuş psixotrop maddə metamfetaminlə bağlı Təqsirləndirilən şəxs gətirdiyi dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin hallarla bağlı həm Təqsirləndirilən şəxs özü, həm də Şahid1 istintaqın ilkin mərhələsində ətraflı ifadələr vermiş, məhkəmədə tədqiq olunmuş həmin ifadələrlə qeyd olunan psixotrop maddənin də Təqsirləndirilən şəxs tərəfindən satış məqsədilə əldə edilib avtomobilində saxlaması, sonra isə onun təklifi ilə Şahid1 tərəfindən avtomobildən götürülməsi öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd etməyi lazım bilir ki, narkotik vasitələrin və psixotrop maddələrin aşkar olunub götürülməsi ilə bağlı bütün şəxsi axtarış və baxış hərəkətləri videoçəkiliş aparılmaqla həyata keçirilmiş, həmin videogörüntülərin məhkəmədə tədqiqi zamanı prosessual pozuntu halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi yuxarıda göstərilən dəlilləri onun öz cinayət məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs Babayev X5 rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsinin 12.08.2021-ci il tarixli 21-1/3-5832-1 saylı məktubundan görünür ki, Babayev X5 rayon məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan, həmin məhkumluq ona münasibətdə residiv kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CC-nin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin cəza hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına hökmlərin məcmusu qaydasında qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 07 sentyabr 2020-ci il tarixdə azad edilmiş, 08 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək, həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs fasiləsiz olaraq həbsdə və ya ev dustaqlığında olmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı, həmin tarixdən hökmün çıxarıldığı vaxtadək onun həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməli və azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar – 06 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2545,196 qram çəkidə narkotik vasitə heroinin və 940,258 qram çəkidə psixotrop maddə olan metamfetaminin ekspertiza təqdiqatından sonra qalıq qalmış 2544,956 qram narkotik vasitə heroin və 940,108 qram psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı mənzilə baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskin hazırkı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskin adı çəkilən şəxsin barəsində istintaq edilən ********* saylı cinayət işində saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 216 (iki yüz on altı) manat 92 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 216 (iki yüz on altı) manat 92 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 07.12.2020-ci il tarixli 3379 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına Biləsuvar rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 07 sentyabr 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - 06 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2545,196 qram çəkidə narkotik vasitə heroinin və 940,258 qram çəkidə psixotrop maddə olan metamfetaminin ekspertiza təqdiqatından sonra qalıq qalmış 2544,956 qram narkotik vasitə heroin və 940,108 qram psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı mənzilə baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskin adı çəkilən şəxsin barəsində istintaq edilən ********* saylı cinayət işində saxlanılması nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 216 (iki yüz on altı) manat 92 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1034/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1034/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver