Məhkəmə qərarları › İş №1(101)-1034/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1034/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1034/2023 28.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri: Nümayəndə1, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə2, müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1968-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, Göygöl şəhəri, N.Nərimanov küçəsi, ev 2A-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlaklarını təkrarlıqla ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X12 Qeydiyyatı idarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Vöen **********) təsisçisi və direktoru vəzifəsində işləməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə sement satışı ilə məşqul olan Zərərçəkmiş şəxs5 Məhdud Məsuliyyətli Cəmiyyətinin sement satışı ilə əlaqədar internet saytlarında verilmiş elanı ilə tanış olub 29 iyun 2020-ci il tarixdə həmin MMC-nin Bakı şəhəri Nərimanov rayonu, Ziya Bunyadov küçəsində yerləşən ofisinə gəlib MMC-nin satış üzrə meneceri Nümayəndə2 müxtəlif markalı sementin nisyə alınması və pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə yalan vəd vermiş və etibar qazanmaq üçün Zərərçəkmiş şəxs5 MMC-nin direktoru X7 ilə 29 iyun 2020-ci il tarixli, SS/2020/033 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə öhdəlik götürüb 04 iyul 2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək müddətdə bir neçə dəfəyə ümumilikdə 60 092,28 manat dəyərində açıq formada «Norm-500», kisələrdə «Norm-400», «Norm-300» markalı sement alıb pulunu ödəmək barədə verdiyi vədə əməl etmədən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 MMC-yə məxsus müxtəlif markalı sement məhsullarından ibarət əmlakını ələ keçirərək dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürmüş və bununla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-nə külli miqdarda 60 092,28 manat ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, təsisçisi olduğu "xxxx" MMC-nin adının "xxxx" MMC (Vöen **********» adı ilə dəyişdirildikdən sonra həmin MMC-nin direktoru vəzifəsində işləməklə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə sement satışı ilə məşqul olan Zərərçəkmiş şəxs7 Məhdud Məsuliyyətli Cəmiyyətinin sement satışı ilə əlaqədar internet saytlarında verilmiş elanı ilə tanış olub həmin MMC-nin Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən ofisinə gəlib MMC-nin meneceri Nümayəndə4 müxtəlif markalı sementin nisyə alınması və pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə yalan vəd vermiş və etibar qazanmaq üçün Zərərçəkmiş şəxs7 MMC-nin direktoru X10 ilə 02 noyabr 2020-ci il tarixli, 328 nömrəli nömrəli alqı-satqı müqaviləsi bağlayaraq pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə öhdəlik götürüb 2020-ci ilin noyabr ayının 15 və 18-də ümumilikdə 8 064 manat dəyərində 57 ton 600 kq «Norm-400» markalı sement alıb pulunu ödəmək barədə verdiyi vədə əməl etmədən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 MMC-yə məxsus sement məhsulundan ibarət əmlakını ələ keçirərək dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürmüş və bununla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MMC-nə xeyli miqdarda 8 064 manat ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, Zərərçəkmiş şəxs6 izolyasiya materiallarının satışı ilə əlaqədar internet saytlarında verdiyi elanı görüb əvvəlcədən niyyəti özgənin əmlakını ələ keçirmək olmaqla elandakı MMC-nin satış meneceri Nümayəndə3 istifadəsində olan ***-***-**-** CSM mobil nömrəsinə zəng edərək özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olması, erməni işqalından azad edilmiş Suqovşan ərazisində tikinti-bərpa işlərinin aparılması üçün "xxxx" MMC-nin hesabına 800 000 manat pul ayrılması və tikinti-quraşdırma işlərini yerinə yetirmək üçün tikinti materiallarını pulunu sonradan hesaba köçürmək şərti ilə almaq istəməsinə dair həqiqətə uyğun olmayan məlumatlar verib "xxxx" MMC-nin rekvizitlərini göndərərək inandırmış və onun göndərdiyi rekvizitlər əsasında Zərərçəkmiş şəxs6 MMC-nin direktoru X4 şəxsində fiziki sahibkar kimi 04 dekabr 2020-ci il tarixli NA00117 nömrəli alqı-satqı müqaviləsi bağlanmasına nail olmuş və özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə MMC-nin Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi- 266 ünvanında yerləşən «62A» tikinti materialları bazarında olan ofisinə gəlib götürəcəyi malların pulunu köçürmə yolu ilə deyil, nəqd ödəyəcəyini vəd verərək öz qulluq mövqeyindən istifadə edərək 04 yanvar 2021-ci il tarixdə 8 055,52 manat dəyərində daş yunu və bitium, 06 yanvar 2021-ci ildə 7 360 manat dəyərində metal setka, mineral yun, kağız bitium, 08 yanvar 2021-ci ildə 5 783,71 manat dəyərində sadə mineral yun, daş yunu, 11 yanvar 2021-ci ildə 11 422 manat dəyərində dəmir setka və minvata, ümumilikdə 32 621,23 manat dəyərində izolyasiya materialları alıb ələ keçirmiş və pulunu nəqd ödəyəcəyi barədə verdiyi vədə əməl etməyib ələ keçirdiyi izolyasiya materiallarını dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-yə 32 621,23 manat xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, "xxxx" MMC-nin (Vöen **********) direktoru vəzifəsində işləməklə qulluq mövqeyindən istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs4 lak-boya məhsullarının satışı ilə məşqul olan və Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti-69B ünvanında yerləşən 18 nömrəli dükana gəlib MMC-nin direktoru Nümayəndə1 özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək rəhbəri olduğu MMC-nin Qarabağda, Suqovşanda hərbi hissə tikintisinin ona həvalə olunduğunu, tikinti üçün lakboya məhsullarının lazım olduğunu bildirərək pulunu sonra ödəyəcəyi barədə vəd verəcəyinə dair həqiqətə uyğun olmayan məlumatlar verib razılaşaraq Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Nümayəndə1 ilə 15 yanvar 2021-ci il tarixli, 17/2021 nömrəli alqı-satqı müqaviləsi bağlayıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 19 yanvar 2021-ci il tarixdə 85 ədəd 15 litrlik «Harres» markalı dolğu, 200 ədəd 15 litrlik «Harres» markalı lak, 80 ədəd 15 litrlik «Akson» markalı fasad emusiyası, 100 ədəd Rubiroid rulonu, 30 ədəd «Tuner» rastvaritel qarışığı, 200 ədəd «Tiner» rastvaritel qarışığı, 100 ədəd metal lapatka, 100 ədəd çalo metallik lapatka, 50 ədəd dırmığ, 50 ədəd bağ qayçısı, rubiroid 15 kvadratlıq 335 ədəd, 50 ədəd 15 kq-lıq bitium, 23 yanvar 2021-ci ildə 250 ədəd «steklozol» izaolyasiya materialı, 1020 ədəd «Elektrod D3, 2A, 05 fevral 2021-ci il tarixdə 300 ədəd «Razetka 1», 300 ədəd «Razetka 2» 300 ədəd «Dərin razetka», 200 ədəd «Vklyuçatel 1», 200 ədəd «Vklyuçatel 2», 100 ədəd «Telefon tekli, 100 ədəd «TV tekli», 50 ədəd «TV razetka», 50 ədəd «Telefon razetka», 300 ədəd «Paylayıcı 1-li», 6000 ədəd «Kabel koç(2*5), 6000 ədəd «Kabel koç(2*4), 3000 ədəd «Kabel Koç (3*2,5), 1955 ədəd «Kabel Koç(2*6), 3000 ədəd «Kat 5»(int tel), 3000 ədəd «Tv kabel», 120 ədəd «Avtomat 16A», 120 ədəd «Avtomat 25A», 60 ədəd «Avtomat 32A», 24 ədəd «Avtomat 40A», 36 ədəd «Avtomat 50A», 24 ədəd «Avtomat 63A», 40 ədəd «Avtomat şiti (Mirsa) 6-lı, 30 ədəd «Avtomat şiti (Mirsa) 9-li, 20 ədəd «Avtomat şiti(Mirsa) 12-li, 5 ədəd «Avtomat şiti(Mirsa) 16-li, 500 ədəd «Skobka»(10-luq), 200 ədəd «Skobka(12-lik), 50 ədəd «Skobka»(18-lik), 150 əldəd izolent, 2100 ədəd «qutu razetka dərin», 20 ədəd «daraq ofaza» - ümumilikdə 75 365, 65 manat dəyərində lak-boya məhsulları, məişət və elektrik mallırını alıb ələ keçirmiş və pulunu ödəyəcəyi barədə verdiyi vədə əməl etməyib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 75 365,65 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 05 sentyabr 2021-ci il tarixdə Kürdəmir şəhəri B.Sərdarov küçəsi-12 ünvanına gəlib həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşqul olan Zərərçəkmiş şəxs1 özünü "xxxx" MMC-nin təsisçisi kimi təqdim edərək cəbhə bölgəsində yol kənarlarına çəkmək üçün lazım olduğunu bildirib ondan dəmir setka, mismar və digər tikinti materialları alacağını, dəmir setka və mismarı Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü Bakı şəhəri Nərimanov rayonu «Baksol» yolu adlanan ərazidən götürüb cəbhə bölgəsinə qayıdarkən gəlib müqavilə bağlayacağı və pulunu ödəyərək digər malları da götürüb gedəcəyi barədə görüntü yaradıb qarşı tərəfi inandırmaqla aldadıcı üsullardan istifadə edərək 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində olan «Baksol yolu» tikinti materiallarının satışı bazarına gəlib Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü obyektdən 10 200 manat dəyərində 100 top dəmir setka və 08 ton mismar götürüb özü ilə gətirdiyi Ateko markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomaşına yüklətmiş və «indi gəlib pulunu ödəyirəm» deyərək yüklətdiyi mallarla olan avtomaşını oradan sürdürüb apararaq qulluq mövqeyindən istifadə etməklə ələ keçirib istintaqa məlum olmayan ünvanlara dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 10 200 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgə əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 04 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nərimanov rayonu «Baksol» tikinti materialları bazarında dəmir setka, mismar alveri ilə məşqul olduğu dükana gəlib "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi təqdim edərək erməni işğalından azad edilmiş Suqovşanda tikilən hərbi hissənin əhatəsinə çəkilməsi üçün lazım olduğu bildirib nəqd yolla ödəniş edəcəyini deyib inandıraraq 08 sentyabr 2021-ci il tarixli qaimə faktura tərtib etməklə hesablaşma görüntüsü yaradaraq qarşı tərəfi inandırıb əmlakı ələ keçirmək üçün aldadıcı üsullardan istifadə edərək qulluq mövqeyindən istifadə etməklə etibarından suiistifadə etmə və aldatma yolu ilə 13 sentyabr 2021-ci il tarixdə 15 130 manat dəyərində 160 top 4x4 ölçüdə dəmir setka, 3 ton sinklənmiş, 1 ton qara mismarı alıb ələ keçirmiş və pulunu verəcəyi barədə vədinə əməl etməyib ələ keçirdiyi malları dəyərindən aşağı qiymətə sataraq pulunu özünə götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 15 130 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 08 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən «Eurohom» tikinti materialları bazarında icarəyə götürüb izolyasiya avadanlıqları, boya və s. tikinti materialları satışını yerinə yetirən dükana gəlib "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi özünü təqdim edərək dövlət büdcəsindən işlədiyi şirkətə 270 000 000 manat pul ayrıldığını, həmin pula şirkətin, erməni işğalından azad edilmiş Suqovşanda tikinti işləri aparacağını, ona görə də şirkətlə işləməyə şəxslər lazım olduğunu bildirib qarşı tərəfi inandırıb əmlakı ələ keçirmək üçün aldadıcı üsullardan istifadə edərək qulluq mövqeyindən istifadə etməklə pulunu nəqd ödəcəyi şərti ilə razılaşdıraraq 13 dekabr 2021-ci il tarixdə 3 800 manat dəyərində daş yunu izolyasiya materialı alıb ələ keçirmiş və aldığı malları dəyərindən aşağı qiymətə sataraq pulunu özünə götürüb pulunu verəcəyi barədə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs3 3840 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun "xxxx" məhdud məsuliyyətli cəmiyyəti var, həmin cəmiyyət tikinti təşkilatlarına tikinti materiallarının alınıb-satılması ilə məşğul olurdu. Zərərçəkmiş şəxs Nümayəndə1 ilə heç bir iş görməmişdir. Tanışı Elxan adlı şəxs onu Rövşən Məmmədovla tanış etmişdir. "xxxx" MMC-nin əsəs sahibi Rövşən Məmmədovdur, Nümayəndə1 isə Rövşənin oğludur. "xxxx" MMC-nin mağazasından 42.000 manatlıq lak, dolğu və elektrik avadanlıqları alaraq 22.880 manat ona pul ödəmişdir. Bu MMC ilə bağladığı müqaviləyə görə o, aldığı malların dəyərini bir il müddətində ödəməli idi. Həmin müddət ərzində o, borcun bir hissəsini ödəmiş, qalanını isə Nümayəndə1 ondan şikayət etdiyi üçün ödəyə bilməmişdir. Belə ki, sonuncunun şikayəti əsasında o, polis tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs2 pul verib mal almışdır, ona heç bir ziyan vurmamış, borcu yoxdur. Daha doğrusu, ona 5.000 manat borcu var, tutulduğu üçün ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs1 isə Babəkin mal-materialını satan şəxsdir, ondan aldığı setka və mismar Babəkə məxsusdur. Zərərçəkmiş şəxs3 Həsən oğlundan mal-material almamış, ona borcu yoxdur. Digər zərərçəkmiş şəxs Nümayəndə3 Zülfiqar oğlunu tanıyır, ondan bir maşın dəyəri 32.601.23 manat olan mal-material almışdır. Həmin pulu da ödəmişdir. Onun adına yazılmış daha üç maşın mal-materialdan xəbəri yoxdur. O, Nümayəndə3 mağazasına malmaterialların götürülməsi yçyn maşınları göndərməmişdir. Zərərçəkmiş şəxs Nümayəndə4 tanımır, ondan heç bir material almamışdır. O, şəxsin ondan şikayət etməsinin səbəbini bilmir. Zərərçəkmiş şəxs Nümayəndə2 tanımır, ondan heç bir mal- material almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, onunla sonuncuya verdiyi malmaterialla bağlı tanış olmuşdur. Belə ki, o, Kürdəmir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur, onun sexi var, həmin sexdə dəmir məftildən setka toxutdurur, həmçinin onun həmin sexdə aqlay, plastik qapı-pəncərə və şüşə istehsalı ilə məşğuldur. Həmçinin onun Bakı şəhərində, Dərnəgül yolunda mağazası var, mağazanı oğlu işlədir. Həmin mağazada Kürdəmir şəhərində istehsal etdiyi materialların satışını həyata keçirir. 05 sentyabr 2021-ci il tarixdə Kürdəmirdə olan iş yerinə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs gəlmiş, özünü iş adamı kimi təqdim edərək Qarabağın azad edilmiş ərazilərində tikinti-bərpa işləri ilə məşğul olduğunu, ona bu işlər üçün çoxlu material lazım olacağını, o cümlədən də yolun kənarını hasarlamaq üçün setka lazım olacağını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmçinin "xxxx" MMC adlı şirkətin rəhbəri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Kürdəmir rayonunda yaşayan və işləyən bir neçə tanınmış iş adamlarının adlarını çəkmiş, həmin şəxslərlə iş birliyi olduğunu demiş və bununla da onun etibarını qazanmışdır. Bundan sonra Azər ondan setka və mismar istəmiş, malları müqavilə əsasında alacağını, ödənişi köçürmə yolu ilə həyata keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan hər biri 10 metr olan 100 top setka, 8 ton çəkidə müxtəlif ölçüdə mismar istəmiş, həmin malların qiyməti hesablamaqla dəyərinin ümumilikdə 10 200 manat olmasını ona bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, bu malların əsas hissəsi Bakı şəhərində Dərnəgüldə olan satış yerindədir. Gedib malları oradan götürsün. Razılaşmaları belə olmuşdur ki, Təqsirləndirilən şəxs həmin malları Dərnəgüldəki mağazadan götürüb Kürdəmirə gəlməli və malın dəyəri olan 10 200 manat pulu ödəməlidir. Bakıdakı mağazadan ona bildirmişlər ki, Təqsirləndirilən şəxs ora gələrək malları özü ilə gətirdiyi UAZ markalı avtomaşına yüklətmiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs Kürdəmirə gəlməmiş və malların dəyərini ödəməmişdir. Bundan sonra o dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, apardığı malın pulunu istəmiş, lakin Azər hər dəfə onu aldadaraq pulu verəcəyini vəd etsə də vədinə əməl etməmişdir. Məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun ona qarşı törətdiyi dələduzluq əməli ilə əlaqədar tanımışdır. Belə ki, onun Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən «EURHOME» tikinti materialları bazarında dam örtükləri və izolyasiya mallarının satışı mağazaları vardır. Həmin malları topdansatış yerlərindən alır və üzərinə əlavə qiymət qoymaqla satışını həyata keçirir. 08 dekabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs «X-5» markalı maşınla dükana gəlmiş və özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək, erməni işğalından azad edilmiş Suqovşanda bərpa işləri apardığını , şirkətə dövlət tərəfindən 270 000 000 manat pul ayrıldığını, həmin pulu bərpa işlərinə xərcləmək üçün ona mal-material lazımdır. Azər onun mağazalarında olan malların alınması üçün müqavilə bağlamaq istədiyini demiş və o fiziki şəxs kimi, Azər isə "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi müqavilə formasını təqdim edərək ona imza etdirmişdir. O Azərə istədiyi malları ona çatdıracağına söz vermiş, həmin gün Azər çıxıb getmiş, 10 dekabr 2021-ci ildə Azər ona zəng edib 50 vedrə lak, 30 vedrə dolğu, 20 vedrə fasad emulsiyası, sonra isə 160 qutu daş yunu izolyasiya materialı sifariş vermişdir. xx.xx.2021-ci ildə səhər saatlarında Azərin göndərdiyi maşina malları yükləyən zaman Azər yanına gəlmiş və 3 800 manat dəyərində daş yununu maşina yüklətdirib, digər sifariş verdiyi malları isə başqa maşina yüklətdirib aparacağını deyərək daş yunu yüklənmiş maşını ilə çıxıb getmişdir. O, Azərdən yükləyib apardığı daş yununun pulunu istədikdə Azər üstündə pulu olmadığını, gedib Metak şirkətindən pul götürüb gətirib onun pulunu verəcəyini demişdir. O da Azərə inanmışdır. Sonra o, dəfələrlə Azərə zəng edib pulu gətirməsini tələb etsə də Azər hər dəfə gətirib pulu verəcəyinə söz versə də gəlməmişdir. Bu səbəbdən o, Bakı şəhəri, Nərimanov RPİnin 17-ci PŞ-nə şikayət ərizəsi vermişdir. Ona vurulmuş 3 840 manat dəyərində ziyan bu günədək ödənilməmiş, pulunu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncu ona vurduğu maddi ziyanla əlaqədar tanımışdır. O, 2020-ci ilin fevral ayından "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində işləmişdir. İşlədiyi şirkət Azərbaycan Respublikasına izolyasiya materiallarının idxalı ilə məşğuldur və şirkətin Binəqədi rayonu Əhməd Rəcəbli küçəsi-266 ünvanında yerləşən «62A» tikinti materialları bazarında izolyasiya materiallarının satışı dükanı vardır. Satış meneceri kimi onun vəzifəsinə idxal olunan izolyasiya materiallarının satışı üçün yeni müştərilər tapmaq və malların satışını təşkil etməkdir. Şirkət malların reklamını internet saytlarında aparmaqla alıcı cəlb edir. 2020-ci ilin noyabr ayında onun mobil nömrəsinə Təqsirləndirilən şəxs zəng edərək "xxxx" MMC-nin təsisçisi olduğunu, erməni işğalından azad edilmiş Suqovşan ərazisində tikinti-bərpa işlərinin apardığını, büdcədən onların hesabına 800 000 manat pul bu işlər üçün ayrıldığını bildirmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mal-materiallarını əldə etmək istədiyini bildirdiyi üçün o, şirkətin rekvizitlərini ona göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC ilə onların MMC-ləri arasında rəsmi müqavilə bağlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şirkətə gəlmiş və bağlanmış müqavilənin bir nüsxəsini ona vermişlər. Təqsirləndirilən şəxs əvvəl alınan malların pulunu köçürmə yolu ilə ödəyəcəyini, sonra isə nağd şəkildə ödəyəcəyini demişdir. Onlar Təqsirləndirilən şəxs dedikləri ilə razılaşdıqdan sonra ilk olaraq xx.xx.2021-ci il tarixdə Azərin göndərdiyi maşına 8055,52 manatlıq daş yunu və bitium yükləyib qaimə tərtib edərək göndərmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs başqa maşın göndərmiş və həmin maşına 7360 manat dəyərində metal setka, mineral yun və kağız bitum göndərmiş, xx.xx.2021-ci il tarixdə Azərin göndərdyiyi üçüncü maşına 5783,71 manat dəyərində sadə mineral yun və daş yunu, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə göndərdiyi maşına 11422 manat dəyərində dəmir setka və minvata göndərmişdir. Hər dəfə malı göndərəndə Azərdən göndərilmiş malın pulunu ödəməsini tələb etmiş, Azər isə gəlib ödəyəcəyini, narahat olmamağı demişdir. Təqsirləndirilən şəxs pulu ödəyəcəyinə söz versə də bu günə qədər öədəməmişdir. Azər ümumilikdə onlardan 32 621,23 manatlıq mal aparmış, bunu təsdiq edən və yükü aparan sürücülərə verilmiş qaimələr təsdiq edir. Həmin qaimələrin nüsxəsini istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs şirkətə vurulmuş 32 621,23 manat məbləğində ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Tanışı Elxan ona Azər adlı imkanlı şəxsin olduğunu, onun Qarabağda tikinti işlərinə aparılması barədə məlumat verərək sonuncuya mağazadan mal-material verməyi xahiş etmişdir. Belə ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən Zərərçəkmiş şəxs4 Məhdud Məəsuliyyətli Cəmiyyətinin lak-boya məhsusllarının satışını həyata keçirən mağazanın müdiridir. 2022-ci ilin yanvar ayının əvvəllərində, günorta vaxtı o mağazada atası ilə birlikdə olan zaman mağazanın qarşısında «Qalenvagen» markalı maşın dayanmış, həmin maşından hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs çıxaraq mağazaya daxil olmuş, özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim etmiş, işlədiyi MMC-nin Qarabağda, Suqovuşanda hərbi hissə tikdiyini və həmin işində lak-boya lazım olduğunu bildirib ondan hardasa 500 000 manatlıq mal-material alacağını bildirmiş, həmin malları ondan müqavilə əsasında dəyərini köçürmə yolu ilə ödəyəcəyini bildirmiş, o da Azərlə razılaşmışdır. Azər həmçinin bildirmişdir ki, onun şirkətinin hesabına pul köçürüldükdən sonra gəlib malları götürəcəkdir. Təxminən 3-4 gündən sonra Azər yenidən başqa bahalı «Maybax» markalı maşınla gələrək bildirmişdir ki, Azəryolun rəhbəri deyir ki, malları götürsünlər, pulunu isə sonra ödəyəcəklər. Azərə inanaraq 15 yanvar 2022-ci il tarixdə mal-material alqı-satqısı ilə əlaqədar müqavilə bağlamış və götürüləcək malların ödənişini köçürmə yolu ilə ödəniləcəyinə razılaşmışlar. Bundan sonra 19 yanvar 2022-ci il tarixdə Azər onların dükanına gəlib və malları götürmək üçün maşınları göndərəcəyini deyib getmiş, az sonra 2 «Ateko» markalı yük maşınları mağazaya gəlmiş və 35 ədəd 15 litrlik «Harres» dolğu qabları, 150 ədəd 15 litrlik «Harres» lak qabları, 80 ədəd 15 litrlik «Akson» fasad emulsiyası qabları, 100 ədəd ruberoid rulonu, 30 ədəd «Tuner» qarşıdırıcı qabları , 200 ədəd «Tiner» qarışdırıcı qabları, 100 ədəd metal lapatka, 100 ədəd çalo metallik, 50 ədəd dırmığ, 50 ədəd bağ qayçısı, bundan başqa 50 ədəd Harres dolğu, 50 ədəd Harres lak, ruberoid 15 kvadratlıq 335 ədəd, 50 ədəd 15 kq-lıq bitum götürüb həmin maşınlara yükləyib aparmışlar. Götürülən malların siyahısı, qiyməti, adları qeyd edilməklə qaimələri malları aparan sürücülərə imza etdirməklə təqdim etmişlər. Bundan sonra xx.xx.2022-ci ildə Azər mağazaya gələrək 250 ədəd «stekloizol» izolyasiya materialı, 1020 ədəd elektrod D3, 2A götürüb aparmışdır. xx.xx.2022-ci il tarixdə Azər yenidən mağazaya gəldikdə o, Azərdən apardığı malların pulunu tələb etmişdir. Azər isə demişdir ki, guya büdcə bağlanıb, martda açılacaq, onda pullar ödəniləcəkdir. Hətta bundan sonra Azər ona siyahı təqdim edərək əlavə olaraq başqa mallar da istəmiş, lakin Azərin istədiyi mallar mağazasında olmadığı üçün ona heç nə verməmiş, Azərə inandığı üçün öz tanışı olan «Pens –Elektrik» mağazanın müdiri Siyavuş müəllimdən götürüb 300 ədəd «Razetka 1», 300 ədəd «Razetka 2» 300 ədəd «Dərin razetka», 200 ədəd «Vklyuçatel 1», 200 ədəd «Vklyuəatel 2», 100 ədəd «Telefon tekli, 100 ədəd «TV tekli», 50 ədəd «TV razetka», 50 ədəd «Telefon razetka», 300 ədəd «Paylayıcı 1-li», 6000 ədəd «Kabel koç(2*5), 6000 ədəd «Kabel koç(2*4), 3000 ədəd «Kabel Koç (3*2,5), 1955 ədəd «Kabel Koç(2*6), 3000 ədəd «Kat 5»(int tel), 3000 ədəd «Tv kabel», 120 ədəd «Avtomat 16A», 120 ədəd «Avtomat 25A», 60 ədəd «Avtomat 32A», 24 ədəd «Avitomat 40A», 36 ədəd «Avtomat 50A», 24 ədəd «Avtomat 63A», 40 ədəd «Avtomat şiti (Mirsa) 6-lı, 30 ədəd «Avtomat şiti (Mirsa) 9-li, 20 ədəd «Avtomat şiti(Mirsa) 12-li, 5 ədəd «Avtomat şiti(Mirsa) 16-li, 500 ədəd «Skobka»(10-luq), 200 ədəd «Skobka(12-lik), 50 ədəd «Skobka»(18-lik), 150 əldəd izolent, 2100 ədəd «qutu razetka dərin», 20 ədəd «daraq ofaza» Azərə vermişdir. Sonuncuya ümumilikdə 75 365, 65 manat dəyərində lak-boya və elektrik mallırı vermiş, bütün verilən malların qiyməti, adı və sair məlumatları barədə cədvəl tərtib etmiş, həmin malları aparan sürücülərə imza etdirməklə qaimələr verilmişdir. Azərlə tez-tez əlaqə saxlayıb apardığı malların pulunu istədikdə sonuncu məntiqsiz bəhanələr gətirərək pulun ödənişindən yayınmış, o da məcbur olub polisə ərizə vermişdir. Azərlə maraqlandıqda bilmişdir ki, Azər ondan aldığı malları Suqovuşana deyil, bir hissəsini Gəncə şəhərinə, onun öz müştərisinə ucuz qiymətə satmış, digər hissəsini – 22 880,25 manatlıq hissəsini ona qaytarmış, lakin hal-hazırda Azərin ona 52 485,4 manat borcu qalmışdır, həmin qiymətin üstünə ƏDV olan 9447,372 manatı gəldikdə ümumilikdə ona 61 932, 772 manat verəcəyi vardır. Onu da qeyd etmək istəyir ki, o, müəyyən etmişdir ki, Azərin mağazasına gəldiyi bahalı maşınlar Rentokar şirkətinə məxsus olmaqla Azərə aid deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Baksol adlanan tikinti materialları bazarında «Şıx Mahmud» kafesi ilə üzbə-üzdə yer icarəyə götürüb orada dəmir setka və mismar alveri ilə məşğul olur. X6 ilə Elgünün adına VÖEN əsasında şərikli işləyir. Onlar dükanda satdıqları malları "xxxx" şirkətindən götürüb satırlar. İdarə-müəssisələrlə, şirkətlərlə alver etdikdə isə onlar alıcı şəxsləri "xxxx" şirkəti ilə calayır və hüquqi şəxslər kimi öz aralarında müqavilə bağlayır, lakin malları onlar verirdilər. Təqsirləndirilən şəxsla onu köhnə müştərisi olan İlqar adlı şəxs tanış etmiş, İlqar Azərin geniş tikinti işlərini apardığını demişdir. İlqarla Azər onun işlədiyi yerə 04 sentyabr 2021-ci il tarixdə, günorta vaxtlarında ağ rəngli «Şevrolet Malibu» markalı maşınla gəlmişlər. Təqsirləndirilən şəxs özünü "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi təqdim edərək erməni işqalından azad edilmiş Suqovuşanda tikilən hərbi hissənin əhatəsinə çəkilməsi üçün dəmir setka lazım olduğunu bildirmiş, lakin ona nağd pulu verə bilməyəcəyini, hesabına pul yatırıldıqdan sonra köçürmə yolu ilə pulunu verə biləcəyini bildirmişdir. Bildirmək istəyir ki, böyük həcmdə malların satışı az-az hallarda nağd şəkildə həyata keçirilir, belə ki, onlardan mal alan şirkətlərin demək olar ki, hamısı malın alışını köçürmə yolu ilə icra edirlər. Bu normal praktikadır. Bu səbəbdən o, Azərlə razılaşmış, ona istədiyi malı verə biləcəyini demişdir. Ona izah etmişdir ki, müqavilə "xxxx" MMC ilə "xxxx" şirkəti arasında bağlanacaq, pulu da Azərin təmsil etdiyi MMC "xxxx" şirkətinin hesabına köçürməlidir. Azər demişdir ki, malları ilk dəfə nağd yolla alacaq, sonrakı müddətlərdə müqavilə bağlayıb köçürmə yolu ilə alqı-satqı edəcəkdir. Onunla razılaşaraq 160 top 4x4 ölçüdə dəmir setka, 3 ton sinklənmiş, 1 ton isə qara mismar sifarişi qəbul etmişdir o şərtlə ki, mallar maşina yükləndikdən sonra Azər pulunu nağd verəcək və sonra malları aparacaqdır. Bundan sonra Azər çıxıb getmiş, o isə Azərin sifariş verdiyi dəmir setka və mismarları bazardan ayrı-ayrı adamlardan nisyə alaraq işlədiyi obyektə yığmışdır. xx.xx.2021-ci il tarixdə Azərin göndərdiyi «Ateko» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı yük maşını obyektə gəlmiş və sürücü malları aparacağını demişdir. O, Azərin mobil nömrəsinə zəng edib maşının gəldiyini, özünün harada olmasını soruşmuş, Azər demişdir ki, Quba rayonunda yol çöküb, oradadır, 1 saata çıxıb gəlir, maşını yükləyib yola salmağı xahiş etmiş, 2 saata gəlib pulu verəcəyini demiş, o da ona inanaraq 160 top dəmir setkanı, 3 ton sinkli mismarı, 1 ton qara mismarı həmin maşina fəhlələrə yüklədib yola salmışdır. Sürücüdən onu xahiş etmişdir ki, onun zənginə qədər malı boşaltmasın. Hətta sürücüyə yol pulunu da özü verəcəyini demişdir. Mallar aparılsa da Azər obyektə gəlməmiş, pulu ödəməmiş, ona edilən zənglərə cavab verməmişdir. O, sürücü ilə əlaqə saxlayıb, malları qaytarmasını tələb etmiş, lakin sürücü demişdir ki, malları artıq boşaltmışdır. Azərin ondan apardığı malların ümumi dəyəri 15 130 manatdır, həmin məbləğ aparılan malların faktiki dəyəridir, yükləyən, boşaldan fəhlə pullarını, sürücülərə verdiyi pullar həmin məbləğə daxil deyil, dediyi kimi həmin malları bazardan nisyə alıb Azərə vermişdir, həmin malları nisyə aldığı şəxslərin pulunun çox hissəsini özü qaytarmışdır. Təqsirləndirilən şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən Zərərçəkmiş şəxs7-də 2018-ci ildən satış meneceri işləyir.Onun vəzifəsinə sementin satışını təşkil etmək daxildir. Şirkətin sementi satış prinsipi belədir ki, sifarişi qəbul edirlər, ya müqavilə ilə, ya da şəxsi etibarla zavoda sifariş verirlər, zavoddan da ünvana malı çatdırırlar. Malların satılması ilə əlaqədar internet saytlarında elan vermişlər, Təqsirləndirilən şəxs da həmin elan əsasında qaynar xətt üzrə onların şirkətni tapmış və özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək ofisə gəlmiş və müqavilə bağlayaraq onlardan sement almışdır. Belə ki, onun sifarişi əsasnda 2020-ci ilin noyabr ayının 15-də və 18-də ona 28 ton 800 kq ümumilikdə 8064 manat dəyərində 57 ton 600 kq «Norm-400» markalı sement vermişlər, Azər aldığı sementin pulunu ödəyəcəyinə söz versə də pulu ödəməmişdir. Hər dəfə onunla əlaqə saxlayıb pulu ödəməsini təklif etdikdə gah büdcənin bağlı olmasını bəhanə gətirir, gah büdcədən pul ayrılmadığını deyir, gah xəstə olduğunu, ayaqlarının yaralandığını deyib ayağının fotoşəklini göndərir, gah da deyir ki, pulu indi gətirib ödəyir, lakin verdiyi vədlərə əməl etməmişdir. Onun fəaliyyətini araşdırıb öyrənmişlər ki, Təqsirləndirilən şəxs onlardan aldığı sementi dediyi tikinti obyektəlrinə deyil, başqa mağazalara aparıb dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəmişdir. Təqsirləndirilən şəxs vurduğu ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2018-ci ildən Zərərçəkmiş şəxs5 MMC-də satış meneceri vəzifəsində işləyir, vəzifəsi sementin satışını təşkil etməkdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu Məmməd Araz küçəsi-124-dir, ofisləri isə Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşir. Şirkətin sementi satış prinsipi belədir ki, sifarişi qəbul edirlər, müqavilə bağlanır və zavoda sifariş verirlər, zavoddan da ünvana malı çatdırırlar. Malların satılması ilə əlaqədar internet saytlarında elan verilmiş, Təqsirləndirilən şəxs da həmin elan əsasında qaynar xətt üzrə onun işlədiyi şirkəti tapmış və özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək ofisə gəlmiş, müqavilə bağlayaraq onlardan sement almışdır. Təqsirləndirilən şəxs sifarişi əsasnda 2020-ci ilin iyul ayının 04-dən başlayaraq xx.xx.2020-ci il tarixədək bir neçə dəfəyə Azər onlardan ümumilikdə 60 092 manat dəyərində açıq formada «Norm-500», kisələrdə «Norm-400», «Norm-300» markalı sement almışdır, lakin pulunu ödəməmişdir. Onunla hər dəfə əlaqə saxlayıb pulu ödəməsini təklif etdikdə Təqsirləndirilən şəxs gah büdcənin bağlı olmasını bəhanə gətirir, gah büdcədən pul ayrılmadığını deyir, gah xəstə olduğunu, ayaqlarının yaralandığını deyib ayağının fotoşəklini göndərir, gah da deyir ki, pulu indi gətirib ödəyir, lakin verdiyi vədlərə əməl etməmişdir. Təqsirləndirilən şəxs fəaliyyətini araşdırıb öyrənmişlər ki, Təqsirləndirilən şəxs onlardan aldığı sementi dediyi ünvanlara yox, başqa ünvanlara aparıb dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəmişdir. Təqsirləndirilən şəxs onlara vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayonunda qeydiyyatda olsa da 10 ildən artıqdır ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində olan «Baksol» və «Dərnəgül» tikinti materialları bazarında fəhlə işləyir, mağaza sahiblərinin satdığı malları maşina yığır, gələn malları isə mağazalara daşıyır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, lakin X5 tapşırığı ilə təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Mirxalidin atası İqdam ona zəng edib 100 top dəmir setka və 8 ton mismar almağı, onları obyektlərin birində saxlamağı, "xxxx" MMC-nin rəhbəri Azər adlı şəxsin gəlib həmin malları aparacağını tapşırmışdır. O, gedib «Dərnəgül tikinti materialları bazar»dan nisyə 100 top dəmir setka və 8 ton mismar alıb gətirib «Baksol» yolunda tanış obyektlərdən birində danışıb boşaltdırmışdır. Zərərçəkmiş şəxs1 ona zəng edib Təqsirləndirilən şəxs adlı "xxxx" MMC-nin rəhbərinin maşınla gəlib həmin malları aparacağını demişdir. Təxminən 10 sentyabr 2022-ci il tarixdə həmin malları yığıb saxladığı obyektə «Ateko» markalı maşın gəlmiş və sürücü Azər adlı şəxsin yükünü aparacağını demişdir. Bundan sonra o fəhlə tapıb həmin aldığı 100 top dəmir setkanı və 8 ton mismarı həmin maşina yüklətmişdir. Həmin malın pulunun ödənilməsi məsələsi ona aid olmamışdır. Həmin məsələdən heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bu gün də daxil olmaqla cəmi 2 dəfə görmüşdür, onunla heç bir tanışlığı və əlaqəsi yoxdur. Belə ki, o, Bakı şəhərində Dərnəgül tikinti materialları bazarında X8 məxsus sexdə dəmir setka toxunması və satışında fəhlə kimi işləyir. Əslən Kürdəmir rayonundan olan Xalidi və onun atası İqdamı təxminən 2-3 il olar ki, tanıyır, bildiyinə görə Xalidgilin Kürdəmir rayonunda özlərinin setka sexləri vardır və onun Baksol bazarından setka alıb aparıb rayonda satmalarını görmüşdür. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində o Nəsiminin obyektinə Xalidgil gətirib 100 top dəmir setka və 8 ton mismar yığmışlar ki, müştəriləri vardır, gəlib aparacaqdır. Malları obyektə yığandan az sonra ora «Ateko» markalı yük maşını gəlmiş və Xalidgilin gətirdikləri həmin setka və mismarları həmin maşina digər fəhlələrlə birlikdə yükləmişlər. Yükün pulunun ödənilməsindən xəbəri yoxdur. Polislər tərəfindən Təqsirləndirilən şəxs bazara gətirildiyini, hansısa istintaq hərəkəti etdiklərini görmüş, lakin məzmununu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, təxminən 5 ildir ki, Baksol adlanan bazarda, «Şıx Mahmud» kafesi ilə üzbə-üzdə Zərərçəkmiş şəxs2 ilə şərikli olaraq dəmir setka, mismar, yanmış məftil alveri ilə məşğul olur. Təqsirləndirilən şəxsla malların alqı-satqısını Zərərçəkmiş şəxs2 həyata keçirmiş, onun Azərlə bu məsələdə təması olmamışdır. Babəkin sözlərindən bilir ki, 04 sentyabr 2021-ci il tarixdə, özünü "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi təqdim edən Təqsirləndirilən şəxs gələrək erməni işğalından azad edilmiş Suqovuşanda tikilən hərbi hissənin əhatəsinə çəkilməsi üçün dəmir setka lazım olduğunu və köçürmə yolu mal almaq istədiyini bildirmişdir. Bundan sonra Azər 160 top 4x4 ölçüdə dəmir setka, 3 ton sinklənmiş, 1 ton isə qara mismar sifariş vermiş,demişdir ki, mallar maşina yükləndikdən sonra pulunu verəcəkdir. O Babəklə birlikdə Azərin sifariş verdiyi dəmir setka və mismarları bazardan ayrı-ayrı adamlardan nisyə almış və gətirib işlədikləri obyektə yığmışlar. xx.xx.2021-ci il tarixdə Azərin göndərdiyi «Ateko» markalı yük maşını obyektə gəlmiş və sürücü Azərin mallarını aparacağını demişdir. Babək Azərin mobil nömrəsinə zəng edib maşının gəldiyini, bəs özünün harada olmasını soruşmuş, Azər isə Quba rayonunda yolun çökdüyünü, orada olduğunu, 1 saata gələcəyini bildirərək malı maşina yüklətdirib göndərməsini xahiş etmişdir. Babək də onun xahişi əsasında maşina 160 top dəmir setkanı, 3 ton sinkli mismarı, 1 ton qara mismarı fəhlələrə yüklətdirdirib maşını yola salmışdır. Buna baxmayaraq Azər həmin malların dəyəri olan 15 130 manat pulu bu günədək ödəməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, dostu X9 ilə şərikli olaraq tikinti materiallarının satışı ilə məşğul olan mağaza işlədirlər. Həmin mağaza Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti-69b ünvanında yerləşməklə orada lak-boya və elektrik mallarının satışı aparılır. Həmin mağaza Rövşənin oğlu Eminin adına olan Zərərçəkmiş şəxs4 MMCnin nəzdində omaqla o da həmin mağazaya şərikdir. Təxminən 2020-ci ilin dekabr ayında o yaşadığı Bərdə şəhərində olarkən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs yanına gələrək icarəyə götürmək üçün anbar axtardığını demiş, özünün geniş imkanları olan və tikinti şirkəti olan iş adamı kimi təqdim etmiş, bir çox tanınmış adamların adını çəkməklə onlarla yaxın olduğunu demişdi. Söhbət zamanı Təqsirləndirilən şəxs Suqovşan ərazisində yol tikintisində işləməsini, həmin işləri görmək üçün lak-boya, izolyasiya materialları alıb saxlamaq üçün anbar axtardığını deyib və aldığı malların qiymətini dedikdə o görmüşdür ki, Təqsirləndirilən şəxs aldığı mal-materialın qiyməti dəyərindən xeyli artıq qiymətədir. Bu səbəbə görə o, Təqsirləndirilən şəxs təklif etmişdir ki, həmin malları daha ucuz qiymətə Bakıda olduğu mağazalarından əldə etsin. Təqsirləndirilən şəxs da onun təklifini qəbul etmiş və bildirmişdir ki, öz şirkəti adından müqavilə bağlayıb pul köçürdükdən sonra ona tələb olunan malları Rövşənin Bakıdakı mağazasından götürəcəkdir. O, Rövşənə Təqsirləndirilən şəxsla olan söhbət haqqında məlumat vermiş, Rövşən də Təqsirləndirilən şəxs lazım olan mal-materialın satılmasına razılıq vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində olan dükanın ünvanını vermişdir. Bundan sonra 2021-ci ilin yanvar ayında Rövşən ona zəng edib bildirmişdir ki, Təqsirləndirilən şəxs gəlib müqavilə bağlamaqla dükandan 31 205 manatlıq lak-boya, dolğu, rubiroid və sair izolyasiya materialları götürüb və pulunu köçürmə yolu ilə ödəyəcəyini deyərək həmin mal-materialı maşina yüklətdirib aparmışdır. Onun Təqsirləndirilən şəxs Rövşənin mağazasından ikinci dəfə mal götürməsindən məlumatı olmamış, yalnız sonra Rövşəndən eşitmişdir ki, Azər ödəniş etmədən gəlib yenə mal götürmək istəmiş, lakin o Təqsirləndirilən şəxs apardığı mal-materialın pulunu ödəmədiyi təqdirdə yeni mal verməyəcəyini demişdir. X26 şirin dili ilə ələ alaraq ondan 3-4 minlik mal alıb aparmışdır. Həmin malın da pulunu ödəməmişdir. 3-cü dəfə Təqsirləndirilən şəxs özünə olan etibardan istifadə edərək Rövşənin mağazasından 30 562,65 manatlıq mal aparıb və pulunu tez bir müddətdə verəcəyinə söz verib, ilk götürdüklərinin pulunu da Büdcədən onların hesabına pul köçürülməməsi ilə izah edib həmin mal-materialları maşınlara yükləyərək aparmışdır. Bundan sonra Azər apardığı mallardan 22 880,25 manatlıq hissəsini qaytarmış, lakin qalan malların pulunu ödəməmişdir. Azəri pul ödəməsi üçün çox axtarmış, nəhayət ondan polisə məlumat vermiş və Azər polis əməkdaşları tərəfindən Şamaxıda saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, istifadəsində olan «Ateko» markalı yük maşını ilə Bərdə-Bakı marşrutları ilə yük daşıyır, Bərdə mal bazarından mal alıb Bakı şəhərinə gətirir, burdan da yük olanda götürüb Gəncə, Bərdə, Tərtər və digər ətraf rayonlara aparır, Bərdədə dayanacaq yeri öz evidir, Bakı şəhərində isə dayanacaq yeri «Çermet körpüsü» adlanan yerdir. Bakı şəhərinə gələndə yük olmadığı halda həmin körpünün altında qalıb gözləyir. Oğlu Vasif də digər yük maşını adına olub, oğlu Vasif də onun kimi digər yük maşını ilə mal-material daşımaqla məşğul olur. Vasif də onun kimi maşınını «Çermet körpüsü» adlanan yerdə saxlayır. Göygöl rayonundan olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, «Çermet bazarı» deyilən yerdə dayanıb müştəriləri gözləyən zaman, yəni 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs həmin yerə «Qalenvagen» markalı maşınla gələrək Suqovuşana yük aparmağı xahiş etmiş, o onunla 250 manat yol haqqı ödənilməsi ilə razılaşmış və «Zəngəzur» şadlıq evinin arxasında olan obyektə gedərək oradan Azərin iştirakı ilə maşınına yüklədilmiş tol və boyadan ibarət mal-materialı Suqovuşana aparmışdır. Mal-materialı orada olan bir anbara boşaltdırmış, malı qəbul edən tanımadığı şəxs ona 250 manat pul ödəmişdir. İkinci dəfə yenə «Çermet körpüsü» deyilən yerdə dayanarkən Azər yaxınlaşıb Bərdəyə yük aparmasını istəmiş, onunla 250 manata razılaşmış və o, Azərin ona verdiyi telefon nömrəsi ilə zəng edərək «Çermet körpüsü»nün yanından ötüb «köhnə rus dəyirmanı» deyilən yerə gedərək orada olan sexdən 05 top dəmir setka yüklətdirmiş, onun yanında malın sahibi Azərə zəng edib malın pulunu istəmiş, Azər telefonda demişdir ki, növbəti gün apardığı malın pulunu köçürmə yolu ilə ödəyəcəkdir. Bundan sonra o maşınına yüklənmiş dəmir setka və mismarı Bərdəyə aparmış, oradan da Suqovuşana getmək istədikdə onu Suqovuşana buraxmamışlar. Bundan sonra Azərin göndərdiyi iki maşina malları boşaltdırmış və Bakıya qayıtmışdır. Həmçinin oğlu Vasif də Təqsirləndirilən şəxs sifarişi ilə mal-material daşımışdır. Azərin mal-material aldığı mağazaların sahiblərinə pul borcuna görə o, heç bir məsuliyyət daşımır. Belə ki, mal-materialın yalnız daşıyıcısı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onun istifadəsində «MERSEDES BENZ ATEGO YÜK» markalı, ** FD *** dövlət qeydiyyat nişanlı yük avtomaşını vardır. Həmin maşınla Bakı şəhərində «Çermet körpüsü » deyilən ərazidə dayanaraq vətəndaşların və təşkilatların nümayəndələrinin sifarişi ilə yük daşıyır. 2021-ci ilin yanvar ayının əvvəllərində Azər onun ***-***-**-** mobil nömrəsinə zəng edib onun Dərnəgül tikinti materialları bazarında olan malını Bərdə rayonuna aparmağı xahiş etmiş, o daşıma haqqı olaraq 200 manata razılaşıb Azərin dediyi ünvana gedərək Azərin özünün də olduğu anbardan onun maşınına dəmir setka və daş yunu yüklətdirib və o həmin yükü Bərdə şəhərinə, «Əlişin kruqu» deyilən yerdə olan anbara boşaltmışdır. Azər özü də Bərdədə olub və onun daşıma haqqını özü ödəmişdir. Bundan sonra xatırladığı qədər Azərin sifarişi ilə daha bir neçə dəfə müxtəlif çeşidlərdə olan malları Bakıdan Bərdəyə daşımış, daşıma haqqını Azər özü ona ödəmişdir. Azərin həmin malların pulunu ödəyib-ödəməməsindən məlumatı olmamış və buna görə məsuliyyət daşımır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, özünü "xxxx" MMC-nin təmsilçisi kimi təqdim edən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə satış yerinə gəlib işğaldan azad edilmiş Qarabağ ərazisində işlər gördüyünü deyib öz şirkəti ilə onun işlədiyi "xxxx" şirkəti arasında müqavilə imzalayıb xx.xx.2021-ci il tarixdə 15 130 manat dəyərində dəmir setka və mismar alıb apararaq 2-3 gün ərzində aldığı malların pulunu köçürmə yolu ilə şirkətə köçürəcəyini vəd edərək vədinə əməl etməyərək onu aldatmışdır. Məhkəmədə elan edilib araşdırılmış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Kürdəmir RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixi ərizəsindən müəyyən olunur ki, Göy-göl rayon sakini Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının əvvəllərində onun Kürdəmir rayonu ərazisində yaşadığı ünvanda olan sexə gələrək ona 10 200 manat dəyərində dəmir setka və mismar sifariş etmiş, xx.xx.2021-ci il tarixdə gəlib həmin dəmir setka və mismarı apararaq onu aldadıb pulunu verməmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət edərək özünü "xxxx" MMC-nin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən «Eurohome» tikinti materialları bazarında olan dükana gəlib 3 840 manat dəyərində izolyasiya materialları alıb pulunu verəcəyinə vəd versə də vədinə əməl etməyərək onu aldatmışdır. Məhkəmədə elan edilib araşdırılmış zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə ünvanladığı ərizəsindən müəyyən olunur ki, "xxxx" MMC-nin icraçı direktoru kimi özünü təqdim edən Təqsirləndirilən şəxs işğaldan azad edilmiş Qarabağ ərazisində tikinti işləri aparmaq adı ilə xx.xx.2021-ci il tarixdə icraçı direktoru olduğu Zərərçəkmiş şəxs4 MMC ilə müqavilə bağlayaraq 75 365,65 manat dəyərində tikinti materialları və aksessuarlar götürmüş, götürdüyü malların pulunu xx.xx.2021-ci il tarixdə ödəyəcəyinə vəd vermiş, lakin vədinə əməl etməməsi, şikayət edəcəkləri barədə dəfələrlə etdikləri müraciətdən sonra 2021-ci ilin mart ayında aldığı mallardan 22 880,25 manat dəyərində hissəsini geri qaytarmış, qalan 52 485,40 manat pulu və 18 %ƏDV ilə birlikdə 61 932 77 manat pulu verməkdən imtina etmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 Bakı şəhəri Nərimanov RPİ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2020-ci ilin dekabr ayının 4-də özünü "xxxx" MMCnin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə şirkət arasında bağlanmış müqavilə əsasında 2021-ci ilin yanvar ayının 04-dən 11-nə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs göndərdiyi maşınlarla ona ümumilikdə 32 621,23 manat dəyərində izolyasiya məhsullarını rəsmi sənədlərlə göndərmiş, sonuncunun aldığı malların pulunu köçürmə yolu ilə və ya nəqd ödənşlə ödəyəcəyinə vəd verməsinə bax mayaraq vədinə əməl etməyərək onu aldatmışdır. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 Bakı şəhəri Nərimanov RPİ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olulunr ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən ofisdə Təqsirləndirilən şəxs özünü şirkət rəhbəri kimi təqdim edərək etibarından sui-istifadə etməklə 8064 manat dəyərində sement alıb pulunu ödəyəcyəinə vəd versə də onu aldadaraq pulu ödəməmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Bakı şəhəri Nərimanov RPİ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən oluknur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon, Salamzadə küçəsində yerləşən ofisdə Təqsirləndirilən şəxs özünü şirkət rəhbəri kimi təqdim edərək etibardan sui-istifadə edib 65 000 manat dəyərində sement götürərək pulunu sonradan ödəməyi vəd verib vədinə əməl etməmiş, aldığı sementi daha ucuz qiymətə başqa yerlərə sataraq pulunu ələ keçirib onlara qarşı dələduzluq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqnının xx.xx.29022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlaılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəmir setka, mismar və sair tikinti materiallarını saxladıqları, Bakı şəhəri Nərimanov rayonu Baksol-dəyirman yolu, İslam Abışov küçəsi-93 ünvanına gəlinmişdir, həmin ünvanda böyük iki taylı qapısı olan tikiliyə daxil olunmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin obyektdə olmuşdur, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin anbara gəlib zərərçəkmiş Zərərçəkmiş şəxs2 160 top dəmir setka, 3 ton sinklənmiş, 1 ton qara mismar sifariş vermişdir, lakin müqaviləni «Metak» şirkətinə yaxınlıqda olan ofisdə bağlayıblar və sifariş verdiyi malların götürülməsi üçün özü gəlməmiş, sürücüləri göndərmişdir, sifariş verdiyi malları sürücülər başqa ünvandan götürmüşlər ki, həmin ünvanı o bilmir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla olan bir ofisə gedilmiş, həmin yerin ünvanı yoxdur və Təqsirləndirilən şəxs taxtadan olan bir mərtəbəli ofisi göstərib həmin yerdə müqavilə bağladıqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla Nərimanov rayonu Ziya Bünyadov prospekti-69b ünvanına gedilmiş, 20 Yanvar dairəsi istiqamətində getdikdə yolun sağ hissəsində, tunelin hasarından sonra şüşə qapılı dükana daxil olmuş, həmin dükan Zərərçəkmiş şəxs4 MMC-yə, zərərçəkmiş Nümayəndə1 məxsusdur və Nümayəndə1 də dükanda olmaqla ifadənin yerində yoxlanması istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs dükanı göstərib bildirmiş ki, həmin dükanda Nümayəndə1 və Eminin atasının iştirakı ilə "xxxx" MMC-nin adından müqavilə bağlamışlar və oradan malları bir neçə dəfəyə maşınlarla alıb aparmışdır, malların aparılmasında o iştirak etməyib, sürücülər aparmışlar, lakin aldığı mallardan bir hissəsini qaytarmış, bir hissəsinin pulunu isə dükan sahiblərinin Bərdə rayonundan olan adını bilmədiyi şəxsə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla Baksol yolunda, «Nar çiçəym» kafesi ilə üzbə-üzdə olan dəmir setka topaları olan yerə gedilmiş, həmin yerdə «Şükür inşaat» topdan və pərakəndə satış elanı vurulmuşdur. Obyektdə olan Şahid2 bildirmiş ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və oğlu Xalidə məxsus dəmir setka və mismarlar həmin obyektdən götürülmüşdür, həmin malların yüklənməsində o da fəhlə kimi iştirak etmişdir və yükləmə pulunu da Xaliddən almışdır, ifadəsi yerində yoxlanması üçün gətirilən Təqsirləndirilən şəxs da həmin vaxt görmüşdür. Təqsirləndirilən şəxs bildirib ki, Zərərçəkmiş şəxs1 adlı Kürdəmir rayonundan olan şəxsə məxsus 100 top dəmir setka və 8 ton mismarı həmin obyektdən maşina yüklədib aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla «Elit» ticarət mərkəzi yaxınlığında olan Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi-266 ünvanında yerləşən « 62A » tikinti materialları bazarına gedilmiş, bazar ərazisinə daxil olub sola və sonra sağa dönərək irəliləyib sol tərəfdə olan «X24» dükanı göstərib bildirmiş ki, həmin dükandan da tikinti materialları sifariş edib almış və pulunu ödəməmişdir, dükan sahibi Nümayəndə3 da ifadənin yerində yoxlanması istintaq hərəkətində iştirak etmiş və bildirmiş ki, həqiqətən də Təqsirləndirilən şəxs özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək müqavilə bağlayıb onlardan 33 000 manat dəyərində dəmir setka və sair tikinti materialları alıb aparmış, lakin pulunu ödəməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən «Eurohome» tikinti materialları satılan bazara gedilmiş, bazarda olan «043» inşaat dam örtükləri, «isti aqlay» sözləri yazılmış dükanı göstərib oradan da daş yunu alıb apardığını və pulunu ödəmədiyini bildirmişdir. İfadənin yerində yoxlanması zamanı dükan sahibi Zərərçəkmiş şəxs3 da iştirak etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 160 top dəmir setka və 8 ton mismarı Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu «Dərnəgül» bazarında olan sexdən alıb pulunu ödəmədən aparmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus maqazin Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən «EUROHOME» tikinti materialları bazarının içərisində yerləşir, maqazanın üzərində «043 inşaat dam örtükləri» sözləri yazılmış, hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sənədlərin götürülməsi haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim edilməklə götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdə Təqsirləndirilən şəxs özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim etməklə və pulunu ödəyəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək Zərərçəkmiş şəxs4 MMC-dən xx.xx.2021-ci il tarixli, 17/2021- №-li alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı, xx.xx.2021-ci il tarixli təhviltəslim aktı, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı əsasında ümumilikdə 75 365,65 manat dəyərində lak-boya məhsulları, məişət və elektrik mallarını alaraq ələ keçirmiş, həmin mallardan 22 880,25 manat dəyərində hissəsini geri qaytarmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sənədin götürülməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 təqdim etdiyi xx.xx.2020-ci il tarixli NA00117 nömrəli alqı-satqı müqaviləsi, 04 ədəd «TEXNONİKOL» qaimələri, 7193476, 0241440, 0235316, ******* nömrəli qaimə-fakturalar, "xxxx" MMC-nin nizamnamə kapitalında payların miqdarı barədə və həmin MMC-nin texnika siyahısı barədə göndərilmiş rekvizitləri "xxxx" MMC-nin möhürü və satış menecerinin imzası ilə təsdiq olunmuş sənədlərə baxış keçirilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «sənədin götürülməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMCnin nümayəndəsi Nümayəndə2 tərəfindən təqdim edilməklə götürülmüş sənədlərdən görünür ki, xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə qədər bir neçə dəfəyə Zərərçəkmiş şəxs5 MMC-dən xx.xx.2020-ci il tarixli, SS/2020/033 saylı alqı-satqı müqaviləsi, "xxxx" MMC-nin rekvizitləri olan sənədi, malların satışı üzrə hesabat sənədləri əsasında ümumilikdə 60092 manat dəyərində açıq formada «Norm-500», kisələrdə «Norm-400» və «Norm-300» markalı sement məhsullarını götürmüş və götürülmüş həmin sənədlər Zərərçəkmiş şəxs5 MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sənədin götürülməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilməklə ondan götürülmüş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli qaimə faktura əsasında 15 130 manat dəyərində 160 top dəmir setka, 03 ton sinkli, 01 ton qara mismar malları götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «sənədin götürülməsi haqqında» xx.xx.2023-ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilməklə götürülmüş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixli, S-01 nömrəli alqı-satqı müqaviləsi və elektron qaimə əsasında 3 840 manat dəyərində daş yunu götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********229300 saylı məktubundan müəyyən olunur ki, uçot-baza məlumatlarına əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC(Vöen **********) və "xxxx" MMC-nin (Vöen **********) rəhbəridir, lakin onun fiziki şəxs(fərdi sahibkar) qismində vergi orqanında uçotda olması barədə məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********103700 saylı məktubundan müəyyən olunur ki, "xxxx" MMC (Vöen **********) barədə uçot-baza məlumatlarına əsasən hüquqi vergi ödəyicisi haqqında məlumatlara görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 baş idarəsi Vergi orqanında qeydiyyatdadır; adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir; Vöeni-**********; Vöenin qeydiyyat tarixi xx.xx.2013-cü il; rəhbərin adı və təvəllüdü-Təqsirləndirilən şəxs, xx.xx.1968-ci il; hüquqi ünvanı-AZ1008, ünvan 17mobil yolları, yollar və küçələrin salınması; hazırkı vəziyyəti-aktiv. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********457100 saylı məktubundan müəyyən olunur ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin qeydiyyatda olması barədə məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin 2-ci hissəsi, 192-ci maddələri ilə təqsirli bilinərək mütləq əməyə cəlb olunmaqla, 02 il şərti hesab edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin 3 hissəsi, 192-ci maddənin 1-ci hissəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qradağ rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə əməli CM-nin 178.2.3, 310 maddəsinə tövsif edilmiş, xx.xx.2003-cü ildə Azərbaycan Respublikas Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qəranının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Qəbələ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə təyin edilmiş cəriməni ödmişdir. CM-nin 83-cü maddəsinə əsasən məhkumluqlar ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən müəyyən olunur ki, hökm qanuni quvvəsini aldığından icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasınsı 3-16-17/40/2-6195/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olması səbəbindən Şamaxı rayon məhkəməsinin hökmü icraya yönəlməmişdir. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməlini 2021-ci ilin noyabr ayında törətmiş, hal-hazırda baxılan iş üzrə cinayət əməllərini isə 2020-ci ilin avqust ayından 2021-ci ilin dekabr ayına kimi törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı şəhəri Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza baxılmış iş üzrə təyin edilmiş cəza ilə qismən və ya tamamilə birləşdiriməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-nin 18-ci maddəsinə əsasən residiv mövcud deyil, lakin CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o Göygöl şəhəri, N.Nərimanov kuçəsi-2A ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır, barəsində İnzibati Əraziyə hər hansı şikayət və ərizə daxil olmamışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələri, ifadənin yerində yoxlanılması zamanı mal götürdüyü obyektlərin ünvan və yollarını özünün göstərməsi ilə, zərərçəkmiş şəxslər və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ərizələrindən və alqı-satqı adı ilə yalançı vədlər verməklə malları götürməsi barədə götürülmüş sənədlər və məhkəmədə tədqiq edilmiş cinayət işinin digər sənədlərlə tam müəyyən olunur və sübuta yetirilir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş 10.200 manat məbləğində ziyanın ona ödənilməsinə dair mülki iddiası məhkəməyə daxil olmuş, lakin mülki iddia ilə bağlı dövlət rüsumunun ödənilməsinə dair qəbz iddiaya əlavə edilməmişdir. Azərbaycan Respublikası “X21” Qanunun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri Nümayəndə1, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə2 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut- "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 götürülmüş xx.xx.2021-ci il tarixli, 17/2021- №-li alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli təhviltəslim aktı, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı, 22 880,25 manat dəyərində malların qaytarılması barədə qaimə; zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 götürülmüş xx.xx.2020-ci il tarixli NA00117 nömrəli alqı-satqı müqaviləsi, 04 ədəd «TEXNONİKOL qaimələri, 04 ədəd qaimə fakturalar, rekvizitlər; zərərçəkmiş Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə2 götürülmüş xx.xx.2020-ci il tarixli, SS/2020/033 saylı alqı-satqı müqaviləsi, "xxxx" MMCnin rekvizitləri olan sənəd, malların satışı üzrə hesabat sənədləri; zərərçəkmiş Zərərçəkmiş şəxs2 götürülmüş xx.xx.2021-ci il tarixli qaimə cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 570 AZE (beş yüz yetmiş) manat pul Bakı şəhər Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri Nümayəndə1, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə2 dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmədə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 570 AZE (beş yüz yetmiş) manat pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar