Məhkəmə qərarları › İş №1(101)-1034/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1034/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1034/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama və daşıma barədə “Ziko” kimi tanıdığı X10 və qeydləri ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bu məqsədlə, istintaqa məlum olmayan vaxtda və şəraitdə tamah niyyəti və satış məqsədi ilə ümumi təmiz çəkisi 71,197 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik psixotrop maddə külli miqdarda metamfetamin, üzərində “Methadone 40” göstəricisi olan 01 ədəd konvalyutda və üzərində “F/M40” göstəricisi olan 03 ədəd konvalyut kəsiyində ümumilikdə 15 ədəd qəhvəyi rəngli dərman həbinin tərkibində təsir maddəsinin miqdarı 0,6 qram olan külli miqdarda narkotik vasitə metadon və ümumi təmiz çəkisi 128,789 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş külli miqdarda qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib kirayə yaşadığı ünvan 3 ünvanına daşımış, gələcəkdə satışını həyata keçirmək üçün əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı təmiz çəkiləri 115,0 qram, 1,287 qram, 1,565 qram, 1,612 qram, 1,790 qram, 3,505 qram, 1,818 qram və 2,212 qram olmaqla 08 ədəd, psixotrop maddə metamfetamini təmiz çəkiləri 65 qram, 0,787 qram, 0,754 qram, 0,820 qram, 1,924 qram, 0,230 qram, 0,349 qram, 0,340 qram, 0, 272 qram, 0,375 qram və 0,346 qram olmaqla 11 ədəd kiçik bağlamalara ayırmaqla yanaşı üzərində “Methadone 40" göstəricisi olan 01 ədəd konvalyutda və üzərində “F/M40” göstəricisi olan 03 ədəd konvalyut kəsiyində ümumilikdə 15 ədəd qəhvəyi rəngli dərman həbinin tərkibində təsir maddəsinin miqdarı 0,6 qram olan külli miqdarda narkotik vasitə metadonu, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışında miqdarını çəkmək üçün istifadə etdiyi iki ədəd elektron tərəzini yaşadığı həmin mənzilin yataq otağında gizlətmiş, bundan sonra istintaqa məlum olmayan vaxtda və şəraitdə tamah niyyəti və satış məqsədi ilə ümumilikdə 80 ədəd göy rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 15,6 qram külli miqdarda psixotrop maddə, kustar üsulla hazırlanmış spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə təmiz çəkisi 1000 qram olan külli miqdarda narkotik vasitə tiryək və üzərində “Methadone 40” göstəricisi olan 40 ədəd konvalyutda və üzərində “F/M40” göstəricisi olan ümumilikdə 400 ədəd qəhvəyi rəngli dərman həbinin tərkibində təsir maddəsinin miqdarı 16 qram olan külli miqdarda narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib satış məqsədi ilə əlində olan sellofan torbada saxlayıb üzərində daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyul 2023-cü il tarixdə saat 23:30-da o, ünvan 14 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılarkən ifşa olunaraq yaxalanmaması və cinayət məsuliyyətinə cəlb edilməmək üçün satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı sellefon paketdə olan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri ani olaraq özündən kənara tullamış, polis əməkdaşları tərəfindən ona məxsus həmin sellefon paketlə birlikdə ünvan 4 ünvanında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman həmin şəffaf rəngli sellefon bükümdə ümumilikdə 80 ədəd göy rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 15,6 qram külli miqdarda psixotrop maddə, kustar üsulla hazırlanmış spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə təmiz çəkisi 1000 qram olan külli miqdarda narkotik vasitə tiryək və üzərində “Methadone 40” göstəricisi olan 40 ədəd konvalyutda və üzərində “F/M40” göstəricisi olan ümumilikdə 400 ədəd qəhvəyi rəngli dərman həbinin tərkibində təsir maddəsinin miqdarı 16 qram olan külli miqdarda narkotik vasitə metadon, həmçinin Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 14 mənzil 48 ünvanında videoçəkiliş aparılmaqla özünün iştirakı ilə axtarış və götürmə keçirilən zaman yaşadığı mənzilin yataq otağında olan çarpayın alt hissəsində olan ona məxsus çantada təmiz çəkiləri 115,0 qram, 1,287 qram, 1,565 qram, 1,612 qram, 1,790 qram, 3,505 qram, 1,818 qram və 2,212 qram olmaqla 08 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkiləri 65 qram, 0,787 qram, 0,754 qram, 0,820 qram, 1,924 qram, 0,230 qram, 0,349 qram, 0,340 qram, 0, 272 qram, 0,375 qram və 0,346 qram olmaqla 11 ədəd kiçik bağlamalarda psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” göstəricisi olan 01 ədəd konvalyutda və üzərində “F/M40” göstəricisi olan 03 ədəd konvalyut kəsiyində ümumilikdə 15 ədəd qəhvəyi rəngli dərman həbinin tərkibində təsir maddəsinin miqdarı 0,6 qram olan külli miqdarda narkotik vasitə metadon, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışında miqdarını çəkmək üçün istifadə etdiyi üzərində psixotrop maddə metamfetaminə aid izlər olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirili bilərək ifadəsində bildirmişdir ki, iyulun 9-u axşam radələrində əsgər yoldaşıyla birlikdə dostunun maşını ilə X15 gələndə bir neçə şəxs maşının qabağını kəsmiş, özlərini təqdim etməmiş, onu maşından çıxarıb döyə-döyə aparmışlar. Onun əlindəki sellofan paketdə narkotiklər olmuşdur. Dostlarının maşında narkotik olmasından xəbərləri olmamışdır. Cibində olan bıçaqla özünü vuraraq xəsarət yetirmişdir. Özünə xəsarət yetirəndən sonra çəkiliş aparmış, sonra evə getmişlər. Evdə olan narkotik vasitələri təqdim edəndən sonra Kürdəxanıya aparmışlar. Arvadının onun narkotik vasitə daşımağından və narkotik vasitələri istifadə etməyindən məlumatı olmamışdır. Narkotik vasitələri və psixotrop maddələri də “Ziko” adlı şəxsin tapşırığına əsasən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi kordinatlara və fotoşəkillərə əsasən əldə edib onu daha sonra deyəcəyi ünvanlara aparmış, bunun müqabilində pul almışdır. Evdə tapılan çantanı isə liftin arasında gizlədərək podyezdə saxlamışdır. Çəkilişdən əvvəl polislər çarpayının altına qoymuşlar. Çanta, içindəki 10 qram metafetamin, 124 qram marixuana, tərəzi ona məxsus olmuş, qalanları isə çantaya qoyulmuşdur. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilir, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb oxumağı bacarır, ifadəsinin latın qrafikalı Azərbaycan əlifbası kompüter vasitəsilə yazılmasına və printer vasitəsilə çap edilməsinə etiraz etmir. Anket məlumatlarında qeyd etdiyi ünvanda arvadı X6 ilə birlikdə yaşayır. Vətən müharibəsi qazisidir, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Laçının azad olunmasına” görə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Fəhlə kimi müəyyən tikintilərdə işləmişdir. Narkotik vasitə olan marixuana istifadə edir. Təxminən altı ay bundan əvvəl, yəni 2023-cü ilin yanvar ayının sonlarında instagram sosial şəbəkəsində özünə məxsus olan “axmedd.050” profil ilə instagramda müxtəlif sosial səhifələrə baxarkən xatırladığı qədəri ilə adı “zz_official” olan səhifə ilə rastlaşmışdır. Həmin profilin sahibi öz səhifəsində narkotiklə bağlı paylaşımlar edirmiş. Həmin paylaşımlardan görünürmüş ki, həmin şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. O, həmin şəxsə instagram sosial şəbəkəsindən mesaj yazaraq özü üçün “nəşə” kimi bildiyi narkotik vasitə olan marixuana almaq istədiyini bildirmişdir. Həmin şəxsdə ona instagramdan yazmamağını deyib istifadəsində olan Türkiyə Respublikası mobil operatorlarına məxsus olan +**********37 mobil nömrəsini yazaraq “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onunla əlaqə saxlamağını xahiş etmişdir. O da istifadəsində olan +**********50 mobil nömrəsi ilə ona mesaj yazaraq narkotik vasitə istədiyini bildirmişdir. Həmin şəxs “m10” ödəmə sistemi vasitəsi ilə xatırlamadığı mobil nömrəsini ona göndərib həmin nömrəyə pul köçürməyini tələb etmişdir. O da 2 qram narkotik vasitə olan marixuananı almaq üçün həmin göndərilmiş nömrəyə 60 manat pul göndərmişdir. Narkotik vasitə satışı ilə məşğul olan “zz_official" adlı profilin ona göndərdiyi Türkiyə Respublikası mobil operatorlarına məxsus olan +**********37 mobil nömrəsini mobil telefonunda “Ziko” adı ilə qeyd etmişdir. “Ziko” adlı narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən bir neçə dəfə özü üçün narkotik vasitə olan marixuana almışdır. Həmçinin “Ziko” istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma mübadilə sistemində mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin fotoşəkillərini paylaşaraq həmin narkotik vasitələri və psixotrop maddələri satdığını bildirirmiş. Təxminən beş ay bundan əvvəl “Ziko” adlı şəxs mobil telefonun “Whatsapp” ani mesajlaşma mübadilə sistemində elan paylaşaraq narkotik vasitələri satmaq üçün “kuryer” axtardığını bildirmişdir. Həmin ərəfələrdə heç bir yerdə işləmirmiş, maddi imkanı elədə yaxşı deyilmiş, yeni ailə həyatı qurduğu üçün pula ehtiyacı olmuşdur, buna görə də asan qazanc əldə etmək üçün “Ziko”nun həmin paylaşımına cavab yazaraq “narko kuryer” işləmək istədiyini bildirmişdir. Ziko adlı şəxs onunla mobil telefon vasitəsi ilə bir neçə dəfə telefon əlaqəsi saxladığından ünsiyyəti yaranmışdır, yəni sosial əlaqəsi olmuşdur. “Ziko” adlı şəxs ona demişdir ki, görəcəyi işin yalnız “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi koordinatlardan narkotik vasitəni götürüb onun dediyi yerə aparmağın olacağını, bunun üçün gündəlik olaraq ona 100 manat pul verəcəyini təklif etmişdir. Həmin təklif onun üçün kifayət qədər yaxşı imiş, çünki günəmuzd işlərdə işləyəndə günlük 15-20 manat pul qazanırmış, lakin “Ziko” adlı şəxsin tapşırıqlarını icra etdikdən sonra, yəni narkotik vasitəni bir yerdən götürüb başqa bir yerə qoymağına görə 100 manat qazanc əldə edəcəkmiş. İş çox rahat olduğundan və asan qazanc əldə edəcəyindən həmin təklifi qəbul etmişdir. Razılaşdıqdan sonra “Ziko” +**********71 mobil nömrəsi ilə istifadə olunan “M 10” hesabı açaraq onun gördüyü işə görə gündəlik olaraq həmin hesabdan 100 manat pul çəkəcəyini bildirmişdir, yəni həmin hesabı onun İstifadə etməyi üçün açmışdır. O da onunla razılaşmışdın İlk dəfə ona narkotik vasitəni götürəcəyi yerin ünvanını göndərərək həmin yerdən narkotik vasitəni götürüb başqa bir yerə aparmağını bildirmişdir. O, onun dediyi kimi narkotik vasitəni onun istifadəsində olan mobil telefonun “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə göndərdiyi koordinatdakı yerindən götürüb, daha sonra Zikonun dediyi ərazilərdə bir yerdə gizlətmişdir. Buna görə də Ziko onun işi yaxşı gördüyünü görüb onunla mütəmadi olaraq işləməyə qərar vermişdir. Belə ki, “Ziko” adlı şəxs gündəlik olaraq “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onun mobil telefonuna narkotik vasitəni gizlətdiyi yerin dəqiq olaraq koordinatlarını, həmçinin daha sonra narkotik vasitəni gizlətdiyi yerin fotoşəkillərini çəkərək göndərir dəqiq olaraq haradan götürəcəyini deyirmiş. O da həmin narkotik vasitələri və psixotrop maddələri “Ziko” adlı şəxsin göndərdiyi koordinatlardan götürərək yaşadığı ünvan 7 ünvanına aparır, növbəti tapşırıq gəldikdən sonra isə narkotik vasitəni deyilən yerə aparıb qoyurmuş. “Ziko” adlı şəxs narkotik vasitəni götürdükdən sonra da ona fotoşəkillər göndərir özündə olan malları həmin fotoşəkildə olan yerə yerləşdirməyini tələb edirmiş. Demək olarki 2023-cü ilin mart ayından başlamaqla gün ərzində “Ziko”-nun tapşırıqlarını icra edirmiş və bunun qarşılığında da gündəlik olaraq 100 manat qazanc əldə edirmiş. Ziko adlı şəxs həmçinin tapşırığına əsasən götürdüyü narkotik vasitələri kiçik bükümlərə bükməyini tələb etdiyindən o, buna görə marketdən kiçik tərəzilər almışdır. Həmin tərəzilər vasitəsi ilə narkotik vasitələri və psixotrop maddələri kiçik bükümlər halında ayırır, həmin narkotik vasitəni istəyən şəxslər üçün deyilən ünvanlarda yerləşən koordinatlarda yerləşdirirmiş. Xatırladığı qədəri ilə 07 iyul tarixində saat 18 radələrində “Ziko” adlı şəxsin tapşırığına əsasən Əhmədli qəsəbəsinə getmişdir. Yenə də onun göndərdiyi koordinata və fotoşəkilə əsasən külli miqdarda narkotik vasitə olan marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini götürərək kirayə yaşadığı evə aparmışdır. “Ziko” adlı şəxs həmin narkotik vasitələri və psixotrop maddələri kiçik həcmli bükümlərə bükərək özündə saxlamağını, deyilən vaxtı lazımı yerlərə çatdırmağını tələb etdiyindən o, qabaqcadan narkotik vasitələrin çəkisini ölçmək üçün aldığı tərəzilərlə narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetaminin bir hissəsini kiçik bükümlərə büküb ağ rəngli çantasına qoymuşdur. Həmin çantanı da yataq otağında olan qəhvəyi rəngli əl çantasını içərinə yerləşdirib kirayə yaşadığı evin taxta konstruksiyalı dolabının içərisinə qoyub “Ziko” adlı şəxsdən gələcək növbəti tapşırığı gözləmişdir. X5 narkotik vasitə satmağından və narkotik vasitələri istifadə etməyindən məlumatı olmamışdır, yəni o, arvadına gündəlik olaraq marketlərdə kuryer işlədiyini demişdir. “Ziko” adlı şəxs götürdüyü narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini kiçik bükümlərə bükməyini tələb etdiyindən o da kirayə yaşadığı ünvanda olan narkotik vasitələri ölçmək üçün aldığı kiçik kiloqramları ölçmək istifadə edilən elekton tərəzilərlə narkotik vasitələri və psixotrop maddələri çəkərək bir hissəsini kiçik həcmli bükümlərə ayınb “Ziko” adlı şəxsin növbəti tapşırığını gözləmişdir. “Ziko” adlı şəxsin tapşırığına və göstərişinə əsasən əldə edib kiçik bükümlərə ayırdığı narkotik vasitələri və psixotrop maddələri isə əsasən gecə vaxtı, həyat yoldaşı Nərgiz Musayeva yatdıqdan sonra evin qonaq otağının və ya mətbəxinin qapısını kilidləməklə həyata keçirirmiş. Buna görə də həyat yoldaşının bundan heç vaxt məlumatı olmamışdır. 09 iyul 2023-cü il tarixdə saat 21 radələrində “Ziko” adlı şəxs yenidən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona tapşırıq verərək Həzi Aslanov metrostansiyasının yaxınlığında narkotik vasitələri gizlətdiyi yerin koordinatını və fotoşəkillərini çəkərək ona göndərmişdir. Həmin yerdə 94 ədəd “eki” kimi adlandırdığı narkotik vasitə olan “ekstazi” adlanan dərman preparatının olduğunu bildirmişdir. Həmin vaxtı əsgər yoldaşı Nurəddinlə görüşmüşdür. O xalası oğlu Yusiflə birlikdə onun yanına gəlmişdir. Yusif “dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “Hyundai” markalı avtomobil idarə edirmiş. O, onlardan xahiş etmişdir ki, onunla birlikdə Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrostasiyasının yaxınlığına getsinlər. Onlara dostundan çanta götürəcəyini demişdir. Onların həmin ünvandan narkotik vasitə götürəcəyindən məlumatları olmamışdır. Onlarda onun sözünə əsasən həmin ünvana getmişlər. Təxminən saat 22 radələrində narkotik vasitə olan “ekstazi” adlanan dərman preparatını qeyd olunan ünvandan götürmüşdür. Daha sonra onun yanına adını bilmədiyi təxminən 30-40 yaşlarında bir nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxsi bir neçə dəfə də görmüşdür. O, eki adlandırdığı narkotik vasitəni özü həmin yerə qoyduğunu bildirmiş və narkotik vasitəni ehtiyatlı şəkildə aparmağını tələb etmişdir. Həmin şəxsin adını və anket məlumatlarını bilmir, lakin onu görsə tanıya bilər. Daha sonra dostları ilə birlikdə Həzi Aslanov metrostansiyasının yaxınlığında kafelərin birində əyləşib dönər yemişlər. “Ziko” adlı şəxs yenidən ona mesaj yazaraq Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsinə getməyini, həmin ünvanda da bir kiloqram “qara” kimi adlandırdıqları narkotik vasitə olan tiryək və 40 list narkotik vasitə olan metadon olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni götürəcəyi ünvanın koordinatlarını və fotoşəkilini ona göndərmişdir. O, əsgər yoldaşı Nurəddin və xalası oğlu Yusifdən xahiş edib yenədə onlarla birlikdə Yusifin idarə etdiyi “dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “Hyundai” markalı avtomobillə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsinə getmişdir. Onlara bu dəfə həmin ünvanda bir nəfərlə görüşəcəyini demişdir. Onların həmin ünvandan narkotik vasitə götürməyindən məlumatları olmamışdır. Təxminən saat 23 radələrində Bayıl qəsəbəsində “Dünya marketin yaxınlığından “Ziko”nun ona göndərdiyi koordinatlara və fotoşəkilə əsasən bir kiloqram narkotik vasitə olan öz aralarında “qara” kimi dedikləri tiryəki və 40 ədəd listdə narkotik vasitə olan methadonu götürmüşdür. Həmin narkotik vasitələri götürməmişdən qabaq “Ziko” adlı şəxsə zəng edib ətrafda çoxlu uşağın olmağını, oradan narkotik vasitəni götürməyinin riski olduğunu dedikdən sonra o, narahat olmamağını bildirmişdir. Üzərindən 1-2 dəyqə keçmişdir ki, bir nəfər 50-60 yaşlarında qadın çölə çıxaraq uşaqları evə aparmışdır. O, həmin ünvandan əvvəllərdə bir dəfə narkotik vasitə götürmüşdür. Ziko adlı şəxs ona narkotik vasitəni həmin ünvana qoyan şəxsin yaşlı şəxs olmasını demişdir. O, həmin qadının elə narkotik vasitələri ora qoyan şəxs olmasını ehtimal edir. Gec saatlar olduğu üçün dostu Nurəddinə və xalası oğlu Yusifə onu evə aparmasını xahiş etdiyindən onlar onu evə aparmışlar. Təxminən saat 23:20 radələrində dostları onu “Mida” yaşayış kompleksinin yaxınlığında maşından endirmişlər. O, piyada şəkildə yaşadığı binanın yaxınlığına çatırmış ki, üç nəfər mülki geyimli şəxsin onun yanına yaxınlaşdığını görmüşdür. Həmin şəxslərin polis olmasından ehtiyat edərək əlində saxladığı sellefon torbada olan narkotik vasitələri kənara tullamışdır. Həmin şəxslər onun yanına yaxınlaşaraq polis əməkdaşları olduqlarını dedikdə o, məsuliyyətdən yaxa qurtarmaq və polis əməkdaşlarını yanından uzaqlaşdırmaq üçün cibində olan iki tiyəli “kəpənək” adlandırdığı bıçağı çıxararaq qarın nahiyyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Bıçaqla vurduğu zərbələrə görə bədənindən qan gəldiyindən əynindəki paltarlar qan olmuşdur. Səs küy salaraq polis əməkdaşlarının yanından getməsinə çalışsa da polis əməkdaşları onun yanından uzaqlaşmayıb ona ilkin tibbi yardım göstərərmişlər. Daha sonra kənara tulladığı sellefon paketidə özləri ilə götürüb onunla birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin inzibatı binasına gəlmişlər. Həmin binada X23 avtomobili çağıraraq yenə də ona ilkin tibbi yardım göstərilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişdir. Müstəntiq tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra müstəntiq tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən müstəntiqin təklifindən sonra hazırda üzərində narkotik vasitə olmadığını, 09 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində kirayə yaşadığı ünvan 10 ünvanının yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını gördükdə üzərində saxladığı narkotik vasitələri kənara tulladığını, tulladığı narkotik vasitələrin hazırda əməliyyat müvəkklinin əlində olan sellefon paketdə olduğunu (Şahid1 göstərir), narkotik vasitələr barədə məlumat verərərək, yəni narkotik vasitə olan tiryək, methadon 40 və eki kimi bildiyi ekstazini hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Həmin sellefon paketdən həmçinin mülki geyimli şəxslərin ona yaxınlaşdığını gördükdə cibindən çıxardığı “kəpənək bıçaq” adlanan cib bıçağıda olmuşdur. Həmin bıçağı da özünü müdafiə etmək üçün gündəlik olaraq üzərində daşıdığını bildirmişdir. Daha sonra isə müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitələr sellefon paket və bir ədəd bıçaq zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. Müstəntiq tərəfindən başqa hardasa narkotik vasitə və ya psixatrop maddə daşımağı barədə soruşulduqda o, kirayə yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilin yataq otağında olan dolabın içərisində də narkotik vasitə olduğunu bildirmişdir. Müstəntiq tərəfindən bununla bağlı olaraq həmin ünvanda axtarış keçirilməsinə etirazı olub-olmadığı soruşulduqda o, yazılı sürətdə müdafiəçinin iştirakı ilə ərizə verərək heç bir etirazı olmadığını demişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunduqdan sonra polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvan 10 mənzil 48 ünvanına getmişlər. Müstəntiq tərəfindən bir daha hüququları izah edildikdən sonra yaşadığı ünvanda narkotik vasitə olub-olmaması barədə soruşulduqda o, yataq otağında olan dolabın içərisində, çantada narkotik vasitə gizlətdiyini bildirmişdir. Daha sonra kirayə yaşadığı ünvanın yataq otağına getdikdə çarpayının alt hissəsində həmin çantanı götürüb müstəntiqə təqdim etmişdir. Müstəntiq tərəfindən qəhvəyi rəngli çantanın içərisinə baxış keçirildikdə həmin çantanın içərisindən də ağ rəngli bel çantasının olduğunu, həmin çantanın içərisindən bir ədəd böyük yeddi ədəd kiçik bağlamada nəşə kimi bildiyi narkotik vasitə olan marixuana, bir ədəd böyük on bir ədəd kiçik bağalamada patı kimi bildiyi psixotrop maddə olan metamfetamin, həmçinin 15 ədəd methadon 40 tabletkası, iki ədəd elektron tərəzi, bir ədəd qaşıq aşkar edilmişdir. Müstəntiq tərəfindən həmin elekton tərəziləri və qaşıqları hansı məqsədlə istifadə etməyi soruşulduqda qaşıqla narkotik vasitələri götürdüyünü, elektron tərəzilərlə isə kiçik bağlamlara ayrımaq üçün çəkdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitələr və psixotrop maddələr də müstəntiq tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan başqa kirayə yaşadığı mənzildən başqa qanunsuz əşya və ya predment aşkar edilməmişdir. O, tutularkən və polis idarəsində olarkən ona heç bir zor tətbiq edilməyibdir. Törətdiyi cinayət əməlindən peşmandır. Ziko adlı şəxslə instagram sosial şəbəkəsində 2023-cü ilin yanvar ayının sonlarında tanış olmuşdur. Onun adını dəqiq olaraq bilməsə də bir dəfəsində Ziko adının xatırladığı qədəri ilə Zahid olmasını demişdir. Bundan başqa onun anket məlumatları barədə heç bir məlumatı yoxdur. ***-***-**-** və ***-***-**-** mobil nömrələrini istifadə edir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə olaraq “Ziko” adlı şəxsin tapşırığına əsasən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri kuryer kimi ona dediyi ünvanlara apardığını, narkotik vasitə istifadə etməyi barədə ailə üzvlərinin məlumatı olmamasını, polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilmədiyini, sadəcə saxlanılan zaman özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq üçün cibində olan bıçaqla özünə xəsarət yetirdiyini, almış olduğu xəsarətə görə polis əməkdaşlarının ona ilkin tibbi yardım göstərdiyini, bununla bağlı heç bir şikayət və tələbinin olmadığını, “Ziko” adlı şəxsin 2023cü fevral ayının əvvəllərində tapşırığına əsasən narkotik vasitələri və psixtrop maddələri dəfələrlə gizlədilən yerdən götürərək onun dediyi yerə qoyduğunu, bunun qarşılığında Ziko adlı şəxsdən hər dəfəsində 100 manat pul aldığını, 09 iyul 2023-cü il tarixdə eki adlandırdığı psixtrop maddəni dəqiq olaraq gizlədən şəxsin kim olmasını görmədiyini, həmin şəxsin 30-40 yaşlarında, arıq bədən quruluşlu bir şəxs olduğunu, anket məlumatlarını bilmədiyini, Səbail rayonu Bayıl qəsəbəsində “Dünya” marketin yaxınlığına narkotik vasitəni yerləşdirən şəxsin isə kim olmasını bilməsə də Ziko adlı şəxsin həmin şəxsin yaşlı, yəni 50-60 yaşlarında bir şəxs olmasını dediyini, o, sonuncu dəfə yəni 09 iyul 2023-cü il tarixdə saat 23 radələrində həmin ünvandan narkotik vasitələri götürərəkən ətrafda çoxlu uşaq olmasını Ziko adlı şəxsə dedikdən 1-2 dəqiqə sonra 50-60 yaşlarında bir qadın çölə çıxaraq uşaqları evə apardığını, narkotik vasitəni ora qoyan şəxsin həmin qadın olmasını ehtimal etdiyini bilirmişdir. “Ziko” adlı şəxslə tanış olduqdan sonra ona demişdir ki, əgər gələcəkdə narkotik vasitələrin satışı zamanı hər hansı bir problem yaranarsa, yəni, polis tərəfindən tutularsa ona maddi köməklik göstərəcəyini, heç bir problemi olmayacaqdır. Lakin tutulduqdan bu günədək “Ziko” adlı şəxs vədinə əməl etməyib ona heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Buna görə də o, “Ziko” adlı şəxsin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi üçün istintaqa köməklik göstərmək istəyir. Belə ki, “Ziko” adlı şəxslə o, bir neçə dəfə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə telefonla danışmış, hətta o bir dəfəsində həmin tətbiq vasitəsi ilə görüntülü zəng etmiş, o, Zİkonu görmüşdür. “Ziko" adlı şəxs təxminən 30-35 yaşlarında olan bir şəxsdir. Ziko ona etibar etdiyi üçün onunla bir dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, Zikonun səsini eşitmiş, həmçinin onu görsə tanıya bilər. Əlavə olaraq bildirir ki, “Ziko” adlı şəxsin ondan başqa pullarını yığaraq ona göndərən və onunla əməkdaşlıq edən bir nəfər də tanışını tanıyır. Həmin şəxsin adı Rəvandır. Onu “Mosu” deyə çağırırlar. Onun mobil telefonumda həmin “Rəvan” adlı şəxsin mobil telefonları “Rəvan” və “Mosu” deyə qeyd olunmuşdur. Onunla “Ziko” arasında pul problemi yarandığı üçün bildiyi qədəri ilə Rəvan Gürcüstan Respublikasına getmişdir. Lakin Rəvanda müəyyən istintaqa cəlb edilərsə “Ziko”nun olduğu yerin müəyyən edilməsində köməklik göstərə bilər. O, bir daha bildirmək istəyir ki, “Ziko” adlı şəxs ona təqdim olunsa, həmçinin onunla bir neçə dəfə mobil telefon vasitəsi ilə telefon əlaqəsi saxladığından onun səsindən rahatlıqla tanıya bilər (İ cild, səh. 247-254). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotikin dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında raportla məruzə olunaraq üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. İyul ayının 9-u saat 11-12 arası məlumatda adı çəkilən şəxsi MİDA deyilən yaşayış yerində piyada görərək yaxınlaşmışlar, saxlayan zaman şəxs özünə xəsarət yetirmək istəmişdir. Bədənində cızıqlar olmuş, əlindəki bükümü yerə atmışdır. Şəxsi, əlindən yerə atdığı paketi götürüb istintaqa təhvil vermişlər. Xidməti otaqların birində üzərinə axtarış keçirilmiş, tiryək və dərmanlar aşkar olunmuş, qalan hissəsini yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək piyada olmuş, birinci o, yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmişdir. Şəxs əvvəlcə qaçmağa çalışmış, sonra səs-küy salmış, əlində bıçaq və paket olmuş, paketi yerə atmışdır. Özünə xəsarət yetirəndən sonra bint, yod gətirərək yardım etmişlər. Təqsirləndirilən şəxs hər-hansı fiziki və psixi təzyiq olmamışdır. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 09 iyul 2023-cü il tarixdə xidmət etdiyi şöbəyə ünvan 2 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəkin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəkin və psixotrop maddə metamfetamini əldə edərək yaşadığı evdə saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında rəhbərliyə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında Bakı Şəhər Baş Polis İdarəsinin kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və həmin şöbənin operatoru, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 09 iyul 2023-cü il tarixdə polis əməkdaşları Şahid2 və Şahid3la Bakı şəhəri, Yasamal rayonu inzibati ərazisində zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin gün saat 23:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi 49, ev 7 ünvanının qarşısından piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq saxlamaq istədikdə Təqsirləndirilən şəxs əlində saxladığı torbanı kənara tulladığını görmüşlər. Onlar ona yaxınlaşıb özlərini təqdim etdikdə o, cibindən çıxardığı bıçaqla qarın nahiyyəsinə bir neçə dəfə zərbə endirib anidən özünə xəsarət yetirməyə başlayıb səs-küy salaraq onları yanından uzaqlaşdırmağa çalışmışdır. Təqsirləndirilən şəxs bıçaqla özünə xəsarət yetirməsinə görə əyninə geyindiyi köynək qan olduğundan dərhal onu saxlayıb yerindəcə ilkin tibbi yardım göstərmişlər. Onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, o, həqiqətən də xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 13 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək ona birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin inzibatı binasına getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşdığından onun kənara tulladığı paketi də yerdən götürüb birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin inzibatı binasına gəlmişlər. Baş idarənin inzibati binasında xidməti otaqların birində əyləşmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Baş İdarəyə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri istintaq hərəkətlərinin keçirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi polis kapitanı Ceyhun Hüseynova həvalə olunmuşdur. Bununla bağlı müstəntiq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən müstəntiq vəkil Sənan Əsədovu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişdir. X13 tərəfindən Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefonun video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və psixotrop maddə varsa onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək hazırda üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, 09 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində kirayə yaşadığı ünvan 14 ünvanının yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını gördükdə üzərində saxladığı narkotik vasitələri kənara tulladığını, tulladığı narkotik vasitələrin hazırda polis əməkdaşlarında olduğunu, həmçinin əldə etməklə daşıdığı narkotik vasitələri hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılarkən kənara tulladığı, göy rəngli sellefon torba açıldıqda içərisində çoxlu sayda göy rəngli dərman həbləri, üzərində “methadone 40” sözləri yazılmış hər birində 10 ədəd olmaqla 40 ədəd tabletka və göy rəngli sellefon bükümdə tünd qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə tiryəkə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən bir ədəd iki tiyəli bıçaq və mobil telefondan başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçaqla özünə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri “Ziko” adlı şəxsin tapşırığına əsasən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi koordinatlara və fotoşəkillərə əsasən Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrostansiyası yaxınlığından və Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsindən əldə etdiyini bildirmişdir. Müstəntiq tərəfindən başqa harada narkotik vasitə və ya psixotrop maddə saxlaması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 2 ünvanında da narkotik vasitə və psixotrop maddə saxladığını, həmin narkotik vasitələri və psixotrop maddələri də “Ziko” adlı şəxsin tapşırığına əsasən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi koordinatlara və fotoşəkillərə əsasən əldə edib onu daha sonra deyəcəyi ünvanlara aparmaq üçün evdə saxladığını, həmin ünvanda axtarış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin kütlələrin Təqsirləndirilən şəxs aşkar olunub götürülməsi ilə bağlı müstəntiq tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone» markalı mobil telefonun video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisi, müstəntiq və digər polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 2 ünvanına getmişlər. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həyat yoldaşına evdə axtarış aparılacağı barədə məlumat verilmiş, sonuncu heç bir etirazının olmadığını bildirdikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bildirdiyi, kirayə yaşadığı ünvanda saxladığı qanunla dövrüyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da kirayə yaşadığı evin yataq otağından çarpayının alt hissəsində olan qəhvəyi rəngli çantanı təqdim edərək həmin çantada narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və methadon dərman həblərinin olduğunu bildirmişdir. Müstəntiq tərəfindən həmin çanta açıldıqdan sonra ayrı-ayrı bükümlərə ayrılmış narkotik vasitə marixuana, psixtrop maddə metamfetamin, blister kəsiyində F/M40 həbləri, iki ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilmişdir. Daha sonra həmin ünvanda axtarış aparılmış, lakin başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra isə keçirilmiş axtarışla və həmin kütlələrin Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 2 ünvanından aşkar olunub götürülməsi ilə bağlı müstəntiq tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O da axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone» markalı mobil telefonun video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumat daxil olduğunu, “Ziko” və ya “ZZ" adlı şəxsin şəxsiyyəti hazırda müəyyən edilmədiyini bildirmişdir (İ cild, səh. 143-147). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 narkotik vasitələrin qanunsuz dövryyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, o, Şahid3 və Şahid1la birlikdə əməliyyatda iştirak edərək tədbir keçirmişlər. Həmin şəxsin yaşadığı ünvanın qarşısına yaxınlaşmışlar. Şəxsin əlində paket olmuş, onları gördükdə özünə xəsarət yetirmişdir. İlkin tibbi yardım göstərmişlər, sonra isə idarəyə gətirmişlər. Sonra evində də narkotik vasitə olduğunu demiş, gedib evinə baxış keçirmişlər və oradan da narkotik vasitə aşkar olunmuşdur. Saxlayanda Təqsirləndirilən şəxs tək və piyada olmuşdur. Üzərinə şəxsi axtarış idarədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Üzərindən 1 kiloqrama yaxın tiryək, ekstazilər, marixuana və metamfetamin aşkar edilmişdir. Türk “Zeze”dən aldığını demişdir. Özü evində də narkotik vasitələr olduğunu bildirmişdir. Baxış keçirilərkən evində yataq otağında çarpayının altından marixuana və metamfetamin aşkar edilmişdi. Evində tədbir keçirilən zaman həyat yoldaşı evdə olmuş, həyat yoldaşına təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs özü-özünə xəsarət yetirmiş, bununla bağlı araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs hər-hansısa təzyiq göstərməmişlər, həyat yoldaşı ilə təhdid etməmişlər. 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, iyul ayının 9-u Şahid1 bir nəfərin narkotik satışı ilə məşğul olması barədə məlumat olduğunu bildirmişdir. Axşam saatlarında Yasamalda sosial evlərin yanına yaxınlaşmışlar və şəxsin əlində paketlə getdiyini görmüşlər. Yaxınlaşan zaman həmin şəxs biraz qışqırıb bağıraraq əlindəki paketi yerə atmış və bıçaqla özünə xəsarət yetirməyə başlamışdır. Sonra özlərini təqdim edərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, əlində saxladığı paketdən tiryək və metamfetamin çıxmışdır. Sonra evdə də narkotik vasitə olduğunu demiş, baxış zamanı evdə çarpayının altındakı çantadan dərmanlar və ekstazi çıxmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və idarəyə gətirildikdən sonra təzyiq göstərilməmiş, əksinə tibbi yardım göstərilmişdir. Yoldaşı ilə təhdid olunmamış, belə bir halın şahidi olmamışdır. 9.Məhkəmə iclasında Şahid3, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadədə onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 148-152,152-157). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/990 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilmiş bir ədəd sellefon torbada təmiz çəkisi 115,0 qram və 07 (yeddi) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,287 qram, 1,565 qram, 1,612 qram, 1,790 qram, 3,505 qram, 1,818 qram və 2,212 bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümimi təmiz çəkisi 128,789 qramdır. Təqdim edilmiş bir ədəd çantada və iki ədəd elektron tərəzidə marixuananın cüzi miqdarda qalıqları vardır. Qalıqlar cuzi miqdarda olduğu üçün müqayisəli tədqiqat aparılmadı (İ cild, səh. 55-61). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3711 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №212” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində "... 2. Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs ...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd göy selofan bükümdə təmiz çəkisi 1000 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə ümumilikdə 80 ədəd göy rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 15,6 qram (1 ədəd həbdə MDMA-nın təsir maddəsinin 0,195 qramdır) olduğu müəyyən edildi, üzərində “Methadone 40” göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd üzərində “F/M40” göstəricisi olan qəhvəyi rəngli dərman həbinin tərkibində metadonun təsir maddəsinin miqdarı 16 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). üzərində 2. Şübhəli şəxs “imza” Əhmədov ...” soyad və imzalar qeyd edilmiş bir ədəd torbadaki bir ədəd zərfdəki 11 (on bir) ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 65 qram, 0,787 qram, 0,754 qram, 0,820 qram, 1,924 qram, 0,230 qram, 0,349 qram, 0,340 qram, 0,272 qram, 0,375 qram, 0,346 qram, ümumi təmiz çəkisi 71,197 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində “Methadone 40” göstəricisi olan 1 (bir) ədəd konvalyutda və 3 (üç) ədəd konvalyut kəsiyində ümumilikdə 15 ədəd üzərində “F/M40” göstəricisi olan qəhvəyi rəngli dərman həbin tərkibində metadonun təsir maddəsinin miqdarı 0,6 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Təqdim olunmuş 11 (on bir) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 2 (iki) ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Təqdim edilmiş 1 (bir) ədəd qaşığın üzərində və 1 (bir) ədəd ağ rəngli çantanın içərisində narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 64-69). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 5/1010 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “X25 12” markalı, “23021RAAEG” modelli “**********89949, **********89956” “ımeı” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X25 12” markalı, “23021RAAEG” modelli mobil smarfonun yaddaşından hər hansı bir(kontakt zəng, “SMS” mesaj, audio,foto, video fayllar, “Whatsapp” proqram təminatlı vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı (İ cild, səh. 184-187). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 3-16-16/2- 3/1144 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir (İ cild, səh. 164-167). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X1 23 sentyabr 2023-cü il tarixli 6074 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 175-176). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 2661 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik müəyyən olunmur, əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozlması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, cinayəti törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir (İ cild, səh. 178-181). 16.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 10 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, həmin günü saat 01:20-də Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılan zaman sonuncuya məxsus 01 ədəd göy rəngli üzərində sellefon torbanın içərisindən deməsinə görə narkotik vasitə olan tiryək, “methadon 40” tabletkası və “ekstazi” adlanan dərman preparatları aşkar edilmişdir (İ cild, səh. 30-32). 17.«Axtarış və götürmə aparılması haqqında» 10 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, həmin günü saat 03:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında videoçəkiliş ilə axtarış aparılan zaman deməsinə görə narkotik vasitə olan “nəşə” kimi bildiyi marixuana, “patı” kimi bildiyi metamfetamin və methadon həbləri adlanan dərman preparatları aşkar edilmişdir (İ cild, səh. 39-40). 18."xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə haqqında» 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı təqdim olunan bir ədəd diskdə «zip» proqram təminatlı «14966-xx.xx.2023» adlı qovluq vardır. Qovluğun içərisində «**********50_SMS.txt», «**********48_SMS.txt», «**********50.txt», «**********48.txt»,«abuneciler.xls», «antenna-2022.xls» və «antenna2023.xls» adlı fayllar mövcud olmuşdur. «**********50_SMS.txt» adlı qovluqda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********50 saylı mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən digər abonentlərə xaric olan sms ismarıcları göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə çoxlu sayda müxtəlif abonentlər (şəxslər) tərəfindən ünvanlanan məişət xarakterli söhbətlər, mütəmadi olaraq «Azercelbin internet tariflərinə qoşulması barədə xəbərdarlıq mətnləri, müxtəlif şəxslərə şərti adlar altında narkotik vasitələrin satışını həyata keçirməklə bağlı danışıqları aşkar edilmişdir. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilmişdir (İ cild, səh. 168-169). 19.«Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş X25 12” markalı, “23021RAAEG” modelli mobil telefon aparatında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mesaj mətni, foto, auido, video görüntülər və sms mətnləri vardır (İ cild, səh. 170-171). 20.«Sübutların qiymətləndirilməsi haqqında» 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürmüş ümumi çəkisi 128,789 qram olan nartkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 1000 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 71,197 qram olan psixotrop maddə metamfetamin, ümumi sayı 80 ədəd olan narkotik vasitə MDMA həbləri və ümumi sayı 415 ədəd olan “Methadone 40” həbləri maddi sübut hesab edilərək nartkotik vasitə qurudulmuş marixuananın ekspertizadan sonra qalıq hissəsi, yəni 128,599 qramı, narkotik vasitə tiryəkin ekspertizadan sonra qalıq hissəsi, yəni 999,95 qramı, psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalıq hissəsi, yəni 70,647 qramı, narkotik vasitə MDMA həblərinin ekspertizadan sonra qalıq hissəsi, yəni 73 ədədi və narkotik vasitə “Methadone 40” həblərinin ekspertizadan sonra qalıq hissəsi, yəni 395 ədədi Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş CD diskdə cinayətin əlamət və izlərini əks etdirən sms mətnləri olduğundan CD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılması qeyd edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 15 ünvanından götürülmüş iki ədəd elektron tərəzi cinayətin əlamət və izlərini daşıdığından maddi sübut hesab edilmiş və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus X25 12” markalı, “23021 RAAEG” modelli mobil telefon aparatında cinayətin əlamət və izlərini əks etdirən mesaj mətni, foto, auido, video görüntülər və sms mətnləri olduğundan iş üzrə maddi sübut hesab edilərək Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılmasının nəzərə alınması qeyd edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında və axtarış aparılması haqqında 10 iyul 2023-cü il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD diskin həmin istintaq hərəkətlərinin videoçəkilişi olduğundan cinayət işi materiallarında saxlanılması qeyd edilmişdir (İ cild, səh. 206-231).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı döş qəfəsinin sol aşağı tərəfində üç ədəd qərtməkli yara və sağ dirsək nahiyyədə qərtməkli yara qeyd olunur, sol said və sol əlin İ barmağında köhnə çapıqlar qeyd olunur. Tutulan zaman zədə aldığını, özü-özünə yetirdiyini bildirmişdir. 22.09 iyul 2023-cü il tarixli Aktdan görünür ki, “Biz, Bakı Şəhər BPİ Kıber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və operatoru, polis baş serjantı Şahid3 bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.1998-ci ildə təvəllüdlü, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması uçün keçirilmiş əməliyyat axtarış tədbiri zamanı sonuncu üzərində olan bıçaqla özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərildikdən sonra tərəfimizdən Bakı Şəhər BPİ-yə gətirilmiş, zəruri istintaq hərəkətləri keçirilməsi üçün İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir” (İ cild, səh. 22). 23.«Cinayət işinin başlanmasının rədd edilməsinə dair» 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 366-C-23 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. 24.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22). 25.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 4(011)-448/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyul 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 111-117). 27.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 138). 28.Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur.

Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 31.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 32.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 33.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 34.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 38.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 39.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 40.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Qeyd olunan siyahının 182-ci bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Həmin siyahının 106-cı bəndinə əsasən 5 qram və yuxarı həddə psixotrop maddə olan MDMA külli miqdar hesab edilir. 41.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 42.Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsin saxlanılan zaman polislər tərəfindən döyülməsi ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında qaldırmamışdır. İş materiallarından cinayət işinin materialları ilə tanış etmə protokolunda təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. 43.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının və mənzilinə baxışın şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 44.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 45.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 46.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 47.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 50.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 51.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 52.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, vətən müharibəsi iştirakçısı olmaqla medalla təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 53.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 54.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 55.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 56.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 57.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 58.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 59.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı -09 iyul 2023-cü il tarixdən hesablanmalıdır. 60.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 61.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 63.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı Şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1128,599 qram narkotik vasitə qurudulmuş marixuananın, 999,95 qram narkotik vasitə tiryəkin, 395 ədəd narkotik vasitə “Methadone 40” həblərinin, 70,647 qram psixotrop maddə metamfetaminin, 73 ədəd psixotrop maddə MDMA həblərinin və iki ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 03 ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus «X25 12» markalı mobil telefon aparatı onun özünə qaytarılmalıdır. 64.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 66.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 281 (iki yüz səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 67.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 68.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 19 sayl Vəkil Bürosunun vəkili X4 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (yüz iyirmi) manat təşkil edir. 69.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 19 sayl Vəkil Bürosunun vəkili X7 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 sayl Vəkil Bürosunun hesabına ödənilməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 09 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 281 (iki yüz səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X7 ödənilməsi üçün dövlət büdcəsindən 120 (yüz iyirmi) manat Bakı şəhəri 19 sayl Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Baki Şəhər Baş Polis İdarəsində saxlanılan - aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1128,599 qram narkotik vasitə qurudulmuş marixuana, 999,95 qram narkotik vasitə tiryək, 395 ədəd narkotik vasitə “Methadone 40” həbləri, 70,647 qram psixotrop maddə metamfetamin, 73 ədəd psixotrop maddə MDMA həbləri və iki ədəd elektron tərəzi məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «X25 12» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar