Məhkəmə qərarları › İş №1(101)-1035/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1035/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1035/2020 05.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X15 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1985-ci ildə Ukrayina Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri Nizami küçəsi ev 19C, mənzil 6-da qeydiyyatda olmaqla, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hədə-qorxu ilə, yəni, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2015-ci ildən 2020-ci ilin yanvar ayının əvvələrinədək olan müddətdə qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə müxtəlif vaxtlarda birlikdə çəkdirdiyi fotoşəkilləri, eləcə də, “WhatsApp” ani mesajlaşma sistemi ilə aparılan danışıqları sonuncunun rəsmi qaydada nigahda olmaqla əri Rəhim Hüseynova və digər ailə üzvlərinə göndərəcəyini bildirib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 2020-ci ilin mart ayının əvvələrində Zərərçəkmiş şəxs həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə xeyli miqdar olmaqla 17000 manat təşkil edən 10.000 ABŞ dolları verməsinin hədə-qorxu ilə tələb etmiş, bu barədə Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə vermiş olduğu ərizəsi əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsi, 12 saylı ünvanda yerləşən “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi xeyli miqdar - 10.000 ABŞ dolları puldan 1000 manatı alıb ələ keçirdikdən sonra saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada həmin gün saat 17:10 radələrində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən seriya və nömrələri əvvəlcədən protokolda qeyd edilmiş 1000 manat pul polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər ailəli olmuş, 2015-ci il tarixdə rəsmi olaraq boşanmışdır. Özünə məxsus “Nissan Teana” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2015- ci il tarixdən tanımışdır. Belə ki, onların ilk tanışlığı Mərdəkan qəsəbəsində dəniz kənarında olmuşdur. Səmirə özünü subay kimi təqdim etmiş və ərinin rəhmətə getdiyini, 3 uşağı ilə birlikdə yaşadığını bildirmişdir. Onların sonradan onunla yaxın münasibətləri yaranmışdır. Səmirə ona demişdir ki, taksi fəaliyyəti ilə məşğul olmasın, hər ay 1000 manat məbləğində ona pul verəcəkdir. O da Səmirənin uşağının məktəbə aparılması və digər işlərində taksi faliyyəti göstərmiş və Səmirə ona hər ay 1000 manat məbləğində pul vermişdir. Səmirə öz evində yaşamış, o özü isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə ev tutmuşdur. Səmirə də həftədə 1-2 dəfə həmin evə gəlib getmiş, bu formada onlar təxminən 4 il müddətində mehribanlıqla əlaqə saxlayıb görüşmüşlər. Son zamanlar Səmirənin ərinin olduğunu bilmiş, bundan sonra onların aralarında soyuqluq yaranmışdır. Axır müddətdə ona bir çox adamlar zəng edib Səmirədən aralı gəzməyi, əks təqdirdə onun başına oyun açacaqlarını bildirmişlər. Səmirə ondan 2020-ci ilin yanvar ayında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət etmişdir. Onu bölmədən çağırıb Samirə xanımı narahat etməməyi demişlər. Özü də orada iltizam yazıb vəd vermişdir. Sonradan Səmirə özü zəng etmiş və ad günündə 06 fevralda ona “İphone” markalı mobil telefon almışdır. Həmin ərəfələrdə bir nömrədən zəng gəlmiş və kişi səsi ilə danışan şəxs ona Səmirə xanımdan uzaq durmasa onu məhv edəcəyini bildirmişdir. Həmin şəxs özünü Səmirə xanımın qohumu kimi təqdim etmişdir. Həmin şəxsin adı Fuad olmuş, sonuncu Səmirədən uzaq durmağı ilə bağlı onu hədələdiyi üçün həmin şəxsin barəsində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə şikayət etmişdir. 2019-cu ilin yay aylarında «Mercedes» markalı avtomobilini satıb əldə etdiyi 10.000 ABŞ dolları pulu saxlamaq üçün Səmirəyə vermişdir. Sonrakı müddətdə Səmirə aldığı pulu qaytarmamışdır. O da 25-ci PB-də ərizə yazmışdır. Son günlərdə Səmirəyə heç olmasa 1.000 ABŞ dolları pul gətirməsini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində onlar Səmirə ilə danışıb Mərdəkan qəsəbəsində “Bravo” marketin qarşısında görüş təyin etmişlər. Deyilən saatda oraya gəlmiş və Səmirə ilə görüşərək, sonuncu ona 1.000 manat pul vermiş, özü isə dollar verməli olduğunu dedikdə Səmirə axşama pulun qalanını çatdıracağını bildirmişdir. Səmirədən ayrılan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib üzərində şəxsi axtarış və götürmə keçirilməsi üçün Baş X3 İdarəsinə aparmışlar. Sonra üzərinə baxış keçirilmiş, Səmirədən aldığı 1.000 manat pul üzərindən aşkar olunmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci il tarixdən tanımışdır. Belə ki, onların ilk tanışlığı idarə etdiyi avtomobilin Teymurun avtomobilinə dəyməsi zamanı yaranmışdır. Həmin zaman Teymurun idarə etdiyi «Vaz 2107» markalı avtomobilin təmir pulunu vermiş, beləcə onların münasibətləri yaranmışdır. Əvvəllər Teymura dost kimi maddi köməklik etmiş, Teymurun şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, evinin kirayəsinin pulunu, gündəlik xərclik pulunu vermişdir. Bundan başqa “X22”, “Samsung” markalı mobil telefonları, idarə etdiyi «Nissan Teana» markalı avtomobili də almışdır. Onların yaxın münasibətləri olduğundan Teymurla birlikdə çəkdirdikləri şəkillər Teymurun telefonunda olmuşdur. Həm də Teymura göndərdiyi özünün şəkilləri Teymur silməyərək telefonunda saxlamışdır. Həyat yoldaşı Rəhim bina evində yaşaya bilmədiyi üçün Mərdəkanda yerləşən həyət evində yaşamışdır. Son zamanlarda Teymurun ondan pul tələblərindən bezmişdir. Belə ki, Teymur ondan hər dəfə ondan hədə-qorxu ilə pul istəmiş, pul verməyən zaman isə evlərinin yanına gəlib, özündə olan şəkilləri əri Rəhimə göstərəcəyini və onunla münasibətdə olduğunu əri Rəhimə söyləcəyini demişdir. Əvvəllər bir neçə dəfə Teymur onu döyüb xəsarətlər də yetirmiş, lakin bununla bağlı Teymurdan şikayət etməmişdir. Teymurun pul tələblərindən bezdiyi üçün onun telefonlarına cavab verməmişdir. Teymur bir neçə dəfə gəlib onların evlərinin qarşısında onu güddüyü üçün evdən tək çıxmamışdır. 2020-ci ilin yanvar ayında Teymur ondan 10.000 ABŞ dolları pul tələb etdiyi üçün Teymura həmin məbləğdə pulu verə bilməyəcəyini demişdir. Teymur ondan əl çəkməyəndə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə Teymurun onu narahat etməsi barədə şikayət etmişdir. Sonradan polisdən Təqsirləndirilən şəxs bir daha narahat etməyəcəyi barədə iltizam alınması ilə əlaqədar cavab gəlmişdir. Həmin vaxtdan sonra Teymur gedib yalandan Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə şikayət edib bildirmişdir ki, guya ona saxlaması üçün 10.000 ABŞ dolları pul vermişdir. Teymur ona bildirmişdir ki, onun polisə yazdığı həmin ərizə əsasında həyat yoldaşı Rəhimi polisə çağıracaqlar, Rəhim də onların arasında münasibətini biləcəkdir. O da qorxduğundan yenə Teymurun tələbi ilə ona 1.500 ABŞ dolları pul vermişdir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə Teymur ondan yenə pul istəmiş və bundan sonra ondan əl çəkəcəyini bildirmişdir. O, Teymurdan qorxuduğu üçün ona 200 ABŞ dolları pul vermişdir. Sonra Teymur yenidən ondan 10.000 ABŞ dolları pul istəmiş, səs yazısı göndərərək, pulu ona vermədiyi təqdirdə bütün şəkilləri əri Rəhimə göndərəcəyini və zəng edib onunla münasibətinin olduğunu Rəhimə deyəcəyini bildirmişdir. Atıq Teymurun ondan əl çəkməyəcəyini başa düşüb, sonuncunun ondan hədə-qorxu ilə pul tələb etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. BMCMİ-də ona Teymurla görüşüb verməsi üçün 10 ədəd 100 manatlıq olmaqla 1000 manatlıq nömrələnmiş və kserosurətləri çıxarılmış pullar verilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 15:30-da Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin qarşısında Teymurla görüşüb 1000 manat pulu ona vermişdir. Sonra Teymur polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi İdarəyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ondan hədə-qorxu yolu ilə 10.000 ABŞ dolları pul tələb etdiyini bildirmişdir. Daxil olmuş ərizə ilə əlaqədar Təqsirləndirilən şəxs müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Həmçinin tədbirin həyata keçirilməsi məqsədi ilə şöbənin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri normativ-hüquqi aktların tələblərinə əsasən protokolda qeyd olunaraq hər biri 100 manat pul əskinaslarından ibarət 10 ədəd ümumilikdə 1000 manat dəyərində pul vəsaitlərinin kserosurətləri çıxarılaraq, ərizəçi Səmirə X1 verməsi üçün təqdim edilmişdir. xx xxxx 2020-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:30-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, A.İldırım küçəsində yerləşən “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs nömrələnmiş və tədbir üçün nəzərdə tutulmuş pul əskinaslarını xarici görünüşdə Təqsirləndirilən şəxs oxşar şəxsə verilməsindən sonra pulu qəbul edən şəxs saxlanılmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, Baş X3 İdarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Məlum olmuşdur ki¸ həmin şəxs xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar həmin şəxsi BMCMİ-nin inzibati binasına dəvət etmişlər və təhqiqatçı tərəfindən Baş İdarənin inzibati otaqlarının birində onun üzərinə onların və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin şəxsə üzərində olan bütün əşyaları çıxararaq, masanın üzərinə qoyması bildirilmiş və bundan sonra o, üzərində olan 01 ədəd “X22” və 01 ədəd “Samsung A50” markalı mobil telefonları, həmçinin hər biri 100 manatlıq əskinazlar olmaqla ümumilikdə 1000 manat pulu masaya qoymuşdur. Baxış zamanı təhqiqatçı əməliyyat xərcləri üçün nəzərdə tutulmuş və əvvəldən seriyaları məlum olan pullar ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulları eyniləşdirmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulların əməliyyat xərcləri üçün nəzərdə tutulan pullar ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 7 ildir ki tanıyır. Teymuru işlədiyi avtomobil təmiri sexindən tanımış, sonuncunun avtomobilini təmiş etmiş və aralarında dostluq münasibətləri yaranmışdır. İlk dəfə təxminən il yarım əvvəl Teymurla söhbət etdiyi zaman Teymur Səmirə adlı qadınla ünsiyyətdə olduğunu ona demişdir. Sonradan Teymurun həmin qadından hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan Respublikası DİN-in Baş X3 İdarəsi tərəfindən saxlanıldığını və barəsində həbs qətimkan tədbiri seçildiyini eşitmişdir. Lakin Teymurun həbs olunmasına səbəb olan hadisə barəsində hər hansı bir məlumata sahib deyil. Teymurun Səmirəyə 10.000 manat pul verməsi barədə heç bir məlumatı olmamışdır. Səmirəni heç vaxt görməmiş, yalnız bir dəfə Teymur öz telefonu ilə Səmirə ilə görüntülü danışarkən onun şəklini görmüşdür. Onun yanında heç vaxt Teymur Səmirəyə 10.000 manat və ya ABŞ dollar pul verməmış, Səmirənin də Teymura pul verməsini görməmişdir. Teymur onun yanında demişdir ki, Səmirə ona müntəzəim olaraq hər ay 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, o, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsininə müracət edərək Təqsirləndirilən şəxs ondan qanunsuz olaraq hədə-qorxu ilə 10.000 ABŞ dolları pul tələb etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirlərində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis kapitanı Şahid3 və Zərərçəkmiş şəxs iştirakları ilə tərtib edimiş protokolda əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən A78249014, A50813132, A36792027, A69140089, C49283238, A47085663, A79093648, A90075025, B13253600, A84724939 seriya və nömrəli 10 ədəd hər biri 100 manat pul əskinaslarından ibarət cəmi 1.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilərək verilmiş və həmin pül əskinaslarının kserosurətləri çıxarılmaqla protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərara və “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Sadiqi-X2 və BMCMİ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan ağ-qara rəngli gödəkçəsinin sağ yan cibindən 10 ədəd hər biri 100 manatlıq əskinazlar olmaqla, ümumilikdə 1000 manat pul aşkar olunmuş, aşkar olunmuş pullar DİN-in maddi xərcləri üçün nəzərdə tutulmuş pulların kserosurətləri ilə eyniləşdirildikdən pulların eynilik təşkil etdiyi müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən -1 ədəd CD disk protokola əlavə edilmiş, həmin 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilərkən diskdə cinayət işi ilə əlaqədar əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmişdir. Qeyd olunan diskin içərisində 4 ədəd fayl olduğu, həmin faylların adı WhatsApp Audio 2020-03-09 at 10.39.41, WhatsApp Audio 2020-03-09 at 10.39.42 (1), WhatsApp Audio 2020-03- 09 at 10.39.42 (2), WhatsApp Audio 2020-03-09 at 10.39.42 kimi qeyd edilmişdir. Diskdə olan fayllardakı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul tələb etməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan Sadiqi-X8 götürülmüş bir ədəd “Samsung Galaxy A50” markalı və bir ədəd “İphone XS MAX” markalı mobil telefonlara və “WhatsApp” profillərinə baxış keçirilərkən mobil telefon aparatlarında və “WhatsApp” profillərində cinayət işi ilə əlaqədar əhmiyyət kəsb edən məlumatlar aşkar edilmişdir. Belə ki, həmin mesajlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şantaj yolu ilə pul tələb etmişdir. Cinayət işinin materiallarında olan mobil telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A50” markalı mobil telefonun qalereya hissəsinə baxış keçirilən zaman orada Zərərçəkmiş şəxs təklikdə, həmçinin təqsirləndirilən şəxs ilə birlikdə olan şəkillərinin, videoların mövcud olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung A50” markalı mobil telefona baxış zaman telefonun “screenshot” funskiyası vasitəsi ilə yuxarıda qeyd olunan yazışmaları özündə əks etdirən 02 ədəd fotoşəkil, qalereya hissəsində olan fotoşəkillərin, videoların görüntüsü əks olunan 09 ədəd fotoşəkil müəyyən edilərək “HP” markalı printer vasitəsi ilə çıxarılaraq protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “İphone XS max” markalı mobil telefona baxış keçirilmiş, telefonun qalereya hissəsinə Zərərçəkmiş şəxs təklikdə, həmçinin təqsirləndirilən şəxs ilə birlikdə olan şəkillərinin, videoların mövcud olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs məxsus “İphone XS max” markalı mobil telefona baxış zaman telefonun “screenshot” funskiyası vasitəsi ilə qalereya hissəsində olan fotoşəkillərin, videoların görüntüsü əks olunan 06 ədəd fotoşəkil “HP” markalı printer vasitəsi ilə çıxarılmış, protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/435 nömrəli məhkəmə-fonoskopik ekspertizası üzrə rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcədən saxlaması üçün 10.000 ABŞ dolları verməsi, Səmirədən həmin pulu tələb etməsi kimi ifadələrini həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri özünün məsuliyyətindən yayınmaaq üçün uydurulmuş və işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” və “Samsung” markalı mobil telefonlar iş üçün əhəmiyyət daşıyan hallar aşkar edildiyi üçün həmin mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs istifadəsində olan “İphone” markalı mobil telefola iş üçün əhəmiyyət daşıyan hallar aşkar edildiyi üçün həmin mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, cinayət işinə əlavə olunmuş seriya və nömrələri xx.xx.2020-ci il tarixli protokolda qeyd edilmiş, 10 ədəd olmaqla A78249014, A50813132, A36792027, A69140089, C49283238, A47085663, A79093648, A90075025, B13253600 və A84724939 pul əskinasları olmaqla 1000 manat məbləğində pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmış və BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 geri qaytarılmışdır. Cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” və “Samsung” markalı mobil telefonlar iş üçün əhəmiyyət daşıdığı üçün həmin mobil telefonlar maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs götürülmüş “İphone” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalıdr. Cinayət işi üzrə maddi sübut olan seriya və nömrələri xx.xx.2020-ci il tarixli protokolda qeyd edilmiş, 10 ədəd olmaqla A78249014, A50813132, A36792027, A69140089, C49283238, A47085663, A79093648, A90075025, B13253600 və A84724939 pul əskinasları olmaqla 1000 manat məbləğində pul vəsaitinin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 geri qaytarılması nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan maddi sübut olan şəxsi axtarış və götürülmə aparılması haqqında videogörüntü olan 01 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə ekspertiza xərci 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” və “Samsung” markalı mobil telefonlar iş üçün əhəmiyyət daşıdığı üçün həmin mobil telefonlar maddi sübut kimi iş materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs götürülmüş “İphone” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan seriya və nömrələri xx.xx.2020-ci il tarixli protokolda qeyd edilmiş, 10 ədəd olmaqla A78249014, A50813132, A36792027, A69140089, C49283238, A47085663, A79093648, A90075025, B13253600 və A84724939 pul əskinasları olmaqla 1000 manat məbləğində pul vəsaitinin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 geri qaytarılması nəzərə alınsın. Cinayət işinin materiallarında olan maddi sübut olan şəxsi axtarış və götürülmə aparılması haqqında videogörüntü olan 01 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Cinayət işi üzrə ekspertiza xərci 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar