Məhkəmə qərarları › İş №1(101)-1035/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1035/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1035/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X1 və X3 qızı Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6 Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxxx 1985-ci İl tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitəni külli miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı «Şükür» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qanunsuz olaraq, satış məqsədilə, «Şükür» adlı şəxsin tapşırığı əsasında, sonuncunun satış məqsədilə Bakı şəhərinə göndərdiyi və Bakı şəhərində qabaqcadan gizlətdirdyi külli miqdarda 804,6 (səkkiz yüz dörd tam, onda altı) qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 07 yanvar 2021-ci il tarixdə saat 18-50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsində yerləşən «İdman Akrobatikası» adlanan qeyri yaşayış sahəsinin qarşısındakı ağac dibçəyinin içərisindən götürərək, sonradan «Şükür» adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədilə üzərində daşımaqla saxlamış, həmin gün saat 19-00 radələrində, ünvan 2 ünvanda piyada hərəkət edərkən DİN BNMİ-nin əməkdaşları tərəfindən şübhəli göründüyü üçün saxlanılaraq, Yasamal RPİ-nin 27-ci PB-nə aparılaraq orada xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə edən vəkilin iştirakı İlə videokameranın vasitəsilə çəkiliş edilərək üzərində axtarış və götürmə aparılan zaman o zaman əynində olmuş tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilenə bükülü vəziyyətdə olan, satış məqsədilə, qanunsuz olaraq əldə edib üstündə saxladığı külli miqdarda 804,6 (səkkiz yüz dörd tam, onda altı) qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həmin iş üzrə həbs olunana qədər öz ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşamışdır. Himayəsində üç azyaşlı övladı vardır. Hadisə ilə bağlı bildirir ki, o, 09 aprel 2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən CM-nin 180.2.1, 180.2.3, 180.2.4 maddələri ilə təqsirli bilinərək iki il şərti sınaq müddəti təyin edilməklə iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə qaldığı zaman o, orada cəza çəkən İran vətəndaşı Məhəmməd adlı şəxslə tanış olmuşdur. Şərti məhkum olunub həbsdən buraxıldıqdan sonra o, həmin Məhəmməd adlı şəxsin ailə üzvləri ilə, yəni atası Cəmşid, dayısı oğlu Şehranla əlaqə yaratmışdır. Həmin şəxslər 2019cu ilin yay aylarında Bakı şəhərinə Məhəmmədin yanına görüşə gələndə onları qarşılamışdır. Sonrakı dövrdə o, həmin şəxslərlə telefon əlaqəsi saxlayaraq hal-əhval tutmuş və onların vasitəsi ilə İran vətəndaşı Şükür adlı şəxslə tanış olmuşdur. Lakin, həmin Şükür adlı şəxslə o, heç vaxt üzbəüz görüşməmiş və onunla yalnız telefonla “Vhatsapp" proqramından istifadə etməklə danışmışdır. Həmin iş üzrə həbs olunmazdan əvvəlki bir ilə yaxın vaxt ərzində pandemiya ilə bağlı heç bir iş yeri tapa bilməmiş və bununla bağlı maddi cəhətdən vəziyyəti çox ağır olmuşdur. Növbəti dəfə, yəni 2021-ci ilin yanvar ayının 5-də “Vhatsapp"la Şükür adlı şəxslə əlaqə yaradıb onunla hal-əhval tutan zaman o, işsiz olmasını və pula ehtiyacı olduğunu ona demişdir. Şükür isə ona narahat olmamasını, tezliklə onunla əlaqə yaradacığını bildirmişdir. Həmçinin söhbət zamanı Şükür ona bildirmişdir ki, onun Bakı şəhərinə göndərdiyi narkotik vasitələrin satışını həyata keçirib bu yolla pul qazana bilər. O, buna etiraz etməyərək onun təklifi ilə razılaşmışdır. 2021-ci ilin yanvar 7-də Şükür “Vhatsapp" vasitəsi ilə onunla əlaqə yaradaraq Bakı şəhərində olan tanışının tutulduğunu, etibarlı adamı olmadığını, ona etibar etdiyini və biriki saata Bakı şəhərində konkret olaraq hansısa bir yerdə gizlədilmiş ona məxsus narkotik vasitə olan heroini götürüb, onun sonradan deyəcəyi ünvana və ya şəxsə çatdıracağı təqdirdə bunun qarşılığında ona min manat pul veriləcəyini bildirmişdir. O, Şükürün bu təklifi ilə razılaşmışdır. Həmin gün saat təxminən 18 radələrində Şükür “Vhatsapp"la ona yenidən zəng vurub Bakı şəhəri Yasamal rayonu “beş mərtəbə” deyilən əraziyə, “Nizami” metrostansiyasının ətrafına getməsini və ora çatanda ona xəbər verməyi demişdir. Bundan sonra o, deyilən yerə getmiş və orada şəkil çəkib Şükürə göndərmişdir. Bundan sonra Şükür “Vhatsapp"la ona 3-4 şəkil göndərib bildirmişdir ki, ona məxsus heroin «İdman akrobatikası» adlanan mağazanın yanında ağac dibçəyinin içərisində gizlədilibdir. O, həmin ünvanı tapıb orada dibçəyin içindən «Levis» klokuna bükülü halda olan kütləni götürüb əynindəki kurtkasının sağ yan cibinə qoymuş və bundan sonra vatçapla Şükürə səsli mesaj göndərmişdir ki, «əmanəti», yəni narkotiki götürmüşdür. Şükür də ona səsli mesaj göndərmişdir ki, heroini özündə saxlasın və evə getsin. Həmçinin demişdir ki, ona həmin narkotik maddənin kimə çatacağı barədə sonra məlumat verəcəkdir. Həmin söhbətdən sonra o, həmin narkotik vasitə heroin öz cibində olmaqla “beş mərtəbə” adlanan yerə tərəf piyada hərəkət edərkən, əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 27-ci Polis bölməsinə dəvət etmişlər. Sonra isə ora dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış aparılmışdır. Həmin vaxt ona üzərində qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. O isə o zaman əynində olmuş gödəkcəsinin sağ yan cibindən bir ədəd paketdə olan həmin heroini könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Həmin bağlama açılıb yoxlanılan zaman onun içərisində təxminən yarım kiloqqramdan artıq çəkidə narkotik maddə heroin olmasını görmüşdür. Onun üzərinə baxış aparılan zaman o, hər şeyi etiraf edərək həmin heroinin özünə məxsus olmadığını və həmin narkotik maddəni “Şükür” adlı şəxsin xahişi ilə “Nizami” metrostansiyasının yaxınlığında gizlədilimiş yerdən götürdüyünü və sonuncunun sonra deyəcəyi yerə qoymalı olmasını bildirmişdir. Beləliklə, həmin narkotik maddə heroin ona məxsus olmamış və əvvəllər tanımadığı “Şükür” adlı şəxsin ona min manat pul vəd etdiyinə görə həmin narkotik maddəni gizlədilimiş yerdən götürmüşdür. Tutduğu həmin əmələ görə peşmandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik maddə heroinin Azərbaycan Respublikasına nə zaman və kim tərəfindən, nə yolla gətirildiyi və Bakı şəhəri “Nizami” metrosunun yaxınlığında kim tərəfindən gizlədildiyi ona məlum deyil. Yuxarıda göstərdiyi kimi 7 yanvar 2021-ci il tarixdə iranlı Şükür adlı şəxs “Vhatsapp" vasitəsi ilə onunla əlaqə saxlayaraq Bakı şəhərində bir yerdə gizlədilmiş ona məxsus narkotik vasitə olan heroini götürüb, onun sonradan deyəcəyi ünvana və ya şəxsə çatdırmalı olmasını demiş və bunun müqabilində ona min manat pul veriləcəyini bildirmişdir. Buna razılıq verdikdən sonra isə Şükür “Vhatsapp"la onunla əlaqə saxladıqdan sonra ona 3-4 şəkil göndərib həmin narkotik maddənin gizlədildiyi yeri ona bildirmişdir. Daha sonra isə o, “Nizami” metrostansiyasının yaxınlığında olan «İdman akrobatikası» adlanan mağazanın yanında ağac dibçəyinin içərisində həmin narkotik maddəni tapıb götürmüş, lakin bundan az sonra yaşadığı evə çıxıb getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən yaxalanıb Yasamal RPİ-nin 27-ci Polis bölməsinə aparıldığı, orada olduğu vaxt ərzində və həmçinin onun üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Üzərinə baxış keçirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmişdir. İş üzrə istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman onun müdafiəçisi iştirak etmiş və ona qarşı heç bir təsir və təzyiq göstərilməmiş və o, hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini bildirmişdir. O heç vaxt hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İran İslam Respublikasının vətəndaşı olan Şükür adlı şəxsi şəxsən tanımamış və həmin şəxslə yalnız “Vhatsapp"la telefon əlaqəsi saxlamışdır. Şükür adlı şəxsin xahişi gizlədilmiş yerdən götürdüyü narkotik vasitəni onun kiməsə satmaq niyyəti olmamışdır. Yuxarıda göstərdiyi kimi həmin Şükür adlı şəxs həmin narkotik maddənin gizlədildiyi yeri özü ona bildirmişdir. Şükür adlı şəxs ona narkotik vasitəni götürüb evə geğməsini və sonra isə ona deyəcəyi yerə qoymasını və yaxud deyəcəyi şəxsə çatdırmalı olmasını demiş, lakin həmin narkotik maddəni kimə çatdırmalı olmasını deməmişdir. Həmin narkotik vasitə olan heroini qanunsuz yolla əldə etdiyi, yəni onu gizlədildiyi yerdən götürüb özündə saxlamağa razılıq verdiyinə görə peşmançılıq çəkir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 27-29-cu vərəqlərində olmaqla “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” 07 yanvar 2021-ci il protokol ona tanışdır və həmin protokolda “Təqsirləndirilən şəxs” qeydləri qarşısında olan imzalar ona məxsusdur. Həmin protokolda göstərildiyi kimi, o, 07 yanvar 2021-ci il tarixdə, saat 19-00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “beş mərtəbə” adlanan yerin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ 27-ci PB-nə aparılmış və orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Orada ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş və o, o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir bükümdə, içərisində narkoiik maddə heroin olan bir ədəd bağlamanı könüllü olaraq polis işəçilərinə təqdim etmişdir. Həmçinin o, həmin narkotik maddəni İran vətəndaşı olan “Şükür” adlı şəxsin xahişi ilə «Nizami» metrostansiyası yaxınlığında gizlədilmiş yerdən tapıb götürdüyünü, həmin narkotik maddələri “Şükür” adlı şəxsin sonra ona deyəcəyi yerə aparıb qoymalı olduğunu, yaxud kiminsə ondan götürəcəyini və bunun əvəzində sonradan ona min manat pul veriləcəyini vəd etdiyini bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman həmçinin onun üzərindən onun özünün şəxsiyyət vəsiqəsi, həmçinin bir ədəd “Kgtel” markalı və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İçərisində narkotik maddə heroin olan həmin heroin onun və müdafiəçisinin yanında bir ədəd zərfə qoyularaq möhürlənib götürülmüşdür. Həmin protokol onlara ucadan oxunmuş, onun özü və həmçinin müdafiəçisi də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protkolun doğrulduğunu təsdiq edir. Üzərinə baxış keçirilən zaman onun üzərindən aşkar edilərək götürülmüş “Kgtel” markalı və “Samsung” markalı mobil telefonlar onun özünə məxsusdur və X4 vətəndaşı olan Şükür adlı şəxslə və həmçinin digər tanışları ilə o, həmin mobil telefondan istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 51-56-cı vərəqlərində olmaqla “Mobil telefonlara baxış keçirilməsi haqqında 09 yanvar 2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş “Whatsapp” proqramı üzrə mesajlar və yazışma mətnləri ona tanışdır. Həqiqətən həmin tarixdə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Vüsal Şahbazov tərəfindən onun özünün və müdafiəçisi Kərim Bağırovun iştirakı ilə saxlanılan zaman ondan götürülmüş bir ədəd “Samsung” və bir ədəd “Kgtel A310” markalı mobil telefon aparatlarıının yaddaşında olan fotoşəkillərə və yazışmalara baxış keçirilmişdir. Hadisə vaxtı onda olmuş həmin mobil telefonların yaddaşlarına baxış keçirilən zaman "Kgtel A310” markalı mobil içərisində ***-***-**-** saylı mobil telefon nömrəsi, “Samsung" markalı telefonda isə iki ədəd simkart olmaqla, həmin telefonlarda ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olduğu, həmin telefon nömrəlrindən «WhatsApp» sosial şəbəkəsində ***-***-**-** mobil nömrənin qeydiyyatdan keçirildiyi müəyyən edildiyi ona aydındır. Yuxarıda qeyd etdiyi kimi «Şükür» adlı iranlı ilə və həmçinin öz tanışları ilə o, həmin telefon nömrələrindən istifadə etməklə əlaqə saxlamışdır. Baxış zamanı istifadəsində olmuş mobil telefondan «WhatsApp» sosial şəbəkəsində "Şükür” adlı İİR vətəndaşı ilə arasında olan səs yazıları onun iştirakı ilə dinlənən zaman 30 dekabr 2020-ci il tarixdə saat 18-00 radələrindən 07 yanvar 2021-ci il tarix saat 18-47-dək olan müddət ərzində həmin şəxslə onun telefon danışıqları olduğu, “Şükür" adlı şəxsin ona yazanın kim olduğunu soruşduğu, sonra isə “Hüseyn sənsən” deyərək onunla hal-əhval tutduqdan sonra sonrakı səsyazılarında onun “Şükür” adlı şəxsə ondan xahişinin olduğunu, iş görmək istədiyini, “daş” götürmək istədiyini deyib əlində 150 manat pul olduğunu, qalan pulu da axşama verəcəyini bildirdiyi, 05 yanvar 2021-ci il saat 01-32 radələrində “Şükür" adlı şəxsin “170 manat pul vuracaqsan, 10 qr daş qoyacam gedib götürəcəksən” dediyi və səhəri gün əlaqə yaradacaqlarını bildirdiyi, “Şükür” adlı şəxsin «mal» özünün olduğunu deyib ona 17-dən verdiyini bildirdiyi müəyyən olunduğu ona aydındır. Həmçinin 07 yanvar 2021-ci il tarixdə saat 16-24 radələrində “Şükür” adlı şəxsin «tez zəng vur vacib işim var» dediyi, saat 16-27 radələrində onun cavab olaraq «qabaqcadan xəbər elə gedim götürüm» dediyi, saat 17-26 radələrində “Şükür” adlı şəxsin «çıx Nizami metrosuna» ona dediyi, saat 18-06 radələrində onun metro Nizamidə olduğunu dediyi və həmçinin olduğu yerin şəklini çəkib “Şükür” adlı şəxsə göndərdiyi, 18- 24-də «buraları beş barmağım kimi tanıyıram» dediyi, saat 18-32 radələrində “Şükür" adlı şəxsin ona göndərilmiş səs yazısını "gəlsin 18 nömrəli məktəbin qabağına", “göy levis salafanda” və narkotik vasitənin qoyulduğu yerin şəkillərini ona göndərdiyi, həmin fotoşəkillərdə «idman akrobatikası» mağazasının qarşısındakı ağ rəngə boyanmış taxta materialdan olan dibçəyin şəkili olduğu göründüyü, saat 18-43 radələrində onun «əmanəti götürdüm» dediyi, kimə aparmaq və çatdırmaq lazım olduğunu soruşduğu, saat 18-45 radələrində “Şükür" adlı şəxsin ona narkotik vasitəni evə aparmağı və kimə vermək lazım olduğunu deyəcəyini bildirdiyi, saat 18-47-də “Şükür” adlı şəxsin ona “get evə salamatlıq oldu mənə zəng elə" dediyi barədə qarşılıqdı danşıqların olmasını təsdiq edir. Həmçinin həmin telefonda olan “WhatsApp” sosial şəbəkəsində digər şəxslərlə ailə-məişət məzmununda qarşılıqldı yazışmalar apardığı, həmçinin "Ceyhun nar” kimi qeydə alınmış ***-***-**-** saylı mobil telefon istifadəçisi ilə narkotik vasitənin satışı, qiyməti barədə söhbətlər etdiyi barədə məlumatların aşkar olunduğunu və həmin protokolun doğuluğunu təsdiq edir. Yuxarıda qeyd etdiyi kimi, hadisə günü, yəni 07 yanvar 2021-ci il tarixdə o, istifadəsində olan mobil telefonda olan “WhatsApp”la iranlı “Şükür" adlı şəxslə qarşılıqlı telefon əlaqəsi saxlayaraq, sonuncunun ona göndərdiyi şəkil üzrə narkotik maddənin gizləndiyi yeri müəyyən edərək Bakı şəhəri «Nizami» metrostansiyasının yaxınlığında yerləşən «idman akrobatikası» mağazasnın qarşısındakı taxta materialdan olan dibçəkdən içərisində narkotik maddə heroin olan bir ədəd bağlamanı götürüb üzərində gizlətmişdir. Bundan sonra bu barədə «Şükür» adlı şəxsə məlumat vermiş, lakin həmin yerdən bir qədər aralanıb yaşadığı evə çıxıb gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27 PB-nə aparılmış və orada o, hər şeyi etiraf edərək hadisənin hansı şəraitdə baş verdiyini etiraf etmişdir. Son olaraq bildirmişdir ki, onun üzərindən aşkar olunmuş bir ədəd bağlamanın içərisində olan heroin onun özünə məxsus olmamış və həmin narkotik maddə şəxsən tanımadığı və yalnız telefon əlaqəsi saxladığı İran vətəndaşı Şükür adlı şəxsə məxsus olmuşdur. O zaman işsiz olamaqla maddi çətinlikləri olduğuna görə o, həmin Şükür adlı şəxsin təklifinə razılıq verərək həmin bağlamanı Bakı şəhəri “Nizami” metrostansiyasının yaxınlığında gizlədilmiş yerdən götürmüş və həmin narkotik maddəni sonra ona deyəcəyi yerə qoyacağını və ya ona deyəcəyi şəxsə çatdıracağını vəd etmişdir. Lakin, həmin narkotik maddəni kiminsə tərəfindən gizlədilmiş yerdən götürdükdən bir neçə dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun həmin narkotik maddəni kiməsə satmaq niyyəti olmamışdır. O, özünü yalnız həmin narkotik maddə olan heroini götürüb özündə saxlamaqda təqsirli hesab edir. Odur ki, işə düzgün baxılıb onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmasını və himayəsində üç azyaşlı övladlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair protokollar və şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüdə əks olunan hallar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və sonuncunu ilk dəfə əməliyyat tədbiri keçirilib onu yaxaladıqları zaman görmüşdür. Belə ki, 07 yanvar 2021-ci il tarixdə DİN BNMİ-nə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün məqsədlə DİN BNMİ-nin rəisinin təsdiqi ilə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmaqla iş yoldaşı, baş əməliyyat müvəkkili polis mayoru Şahid2 həmin qrupa daxil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı 07 yanvar 2021-ci il tarixdə saat 19-000 radələrində Bakı şəhəri Yasamal rayonu, «Nizami» metrostansiyasından bir qədər aralıda ara küçə olan Ş.Əzizbəyov küçəsi ev 85-in yaxınlığında öz xarici görkəminə görə Təqsirləndirilən şəxs oxşar şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş və onun şəxsiyyətini müəyyənləşdirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və sonuncu üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ 27-ci PB-yə dəvət etmişlər. Sonra bu barədə idarə rəhbərliyə məruzə olunmuş və ilkin araşdırmanın aparılması DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nın təhqiqatçısı Nəcəf Aburşuya həvalə olunmuşdur. Sonra isə təhqiqatçı tərəfindən müdafiəçi kimi dəvət olunmuş vəkilin və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyalar və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs o zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan paketi təqdim edərək onun içərisində narkotik vasitə heroin olmasını etiraf etmişdir. Həmin bağlama açılıb yoxlanılarkən onun içərisində təxminən səkkiz yüz qram çəkidə kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşı olan “Şükür" adlı şəxsən tanımadığı şəxsin vasitəsi ilə “Nizami" metrostansiyasının yaxınlığında gizlədilmiş yerdən götürdüyünü və həmin narkotik vasitəni «Şükür» adlı şəxsin sonra ona deyəcəyi ünvana qoymalı olduğunu və yaxud onun deyəcəyi şəxsə çatdırmalı olduğunu və bunun müqabilində ona min manat məbləğində pul veriləcəyini vəd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin bir ədəd zərfə qoyularaq möhürlənib götürülmüşdür. Bu barədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən protokol tərtib edilərək onlra ucadan oxunmuş və bütün iştirakılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Verilmiş suallara cavab olaraq bidlirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz yolla əldə edilmiş külli miqdarda narkotik vasitə heroinin mənbəyinin və həmçinin İran İslam Respublikasının vətəndaşı olan “Şükür” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün onlar tərəfindən lazımi əməliyyat tədbiri həyata keçirilmiş, lakin hal-hazırki vaxta qədər müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin məhz kim tərəfindən Azərbaycan Respublikasına hansı yolla gətirildiyi və kim tərəfindən Bakı şəhəri Yasamal rayonu “Nizami” metrotansiyasının yaxınlığında gizlədildiyinin müəyyən edilməsi üçün hal-hazırda da müvafiq əməliyyat tədbirləri həyata keçirilir. Təqsirləndirilən şəxs onlar tərəfindən yaxalanıb Yasamal RPİ-nin 27-ci Polis bölməsinə aparıldığı və orada onun üzərinə baxış keçirilən zaman şəxsən onun özü və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilən zaman onun müdafiəçisi iştirak etmiş və videoçəkiliş aparılmışdır. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması və həmçinin onun satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs hər-hansı bir narkotik vasitəni konkret olaraq hər-hansı bir konkret şəxsə satdığı və ya satmaq istədiyi barədə məlumat olmamışdır. Qeyd etdiyi kimi onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döriyyəsi ilə məşğul olmaqla üzərində külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı olmuş və buna görə də onu saxlayıb şəxsiyyətini müəyyən etdikdən sonra onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Həmin vaxt yaranmış əməliyyat şəraiti ilə bağlı onlar Təqsirləndirilən şəxs küçədə piyada gedərkən saxladıqdan sonra onu 27-ci PB-nə dəvət etmişlər və onun həmin narkotik vasitəni kiməsə elə həmin gün satacağı və ya kiməsə verəcəyi barədə əməliyyat məlumatı olmadığına görə onu dərhal həmin polis bölməsinə dəvət etmişlər.Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 27-29-cu vərəqlərində olmaqla “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” 07 yanvar 2021-ci il protokol ona tanışdır və həmin protokolda “iştirakı etdi Şahid1” qeydləri qarşısında olan imza ona məxsusdur. Həmin protokolda göstərildiyi kimi, 07 yanvar 2021-ci il tarixdə saat 19-00 radələrində alınmış əməliyat məlumatı ilə bağlı o, DİN BNMİ-nin əməliyyat müvəkkili Şahid2 birlikdə ünvan 5 ünvanın yanında piyada hərəkət edən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olmasına görə saxlayaraq onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Sonra isə həmin polis bölməsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən, onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək o zaman əynində olmuş tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni könüllü təqdim edərək həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Şükür” adlı şəxsin vasitəsilə «Nizami» metrostansiyası yaxınlığında gizlədilmiş yerdən götürdüyünü, “Şükür” adlı şəxsi həbsxanada tanış olduğu İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə tanıdığını, sonradan həmin şəxslə “whatsapp” vasitəsi ilə əlaqə saxladığını, həmin narkotik maddəni “Şükür” adlı şəxsin ona deyəcəyi ünvana qoyacağını və əvəzində isə ona min manat pul veriləcəyini ona dediyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən özünün şəxsiyyət vəsiqəsi, həmçinin bir ədəd “Kgtel” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar və cəmi iki manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içində heroinə bənzər kütlə olan bir ədəd büküm onların yanında qablaşdırılıb möhurlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş həmin protokol onlara ucadan oxunmuş onun özü, iş yoldaşı Şahid2, həmçinin Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protokolun doğruluğunu bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, alınmış əməliyyat məlumatı ilə bağlı Təqsirləndirilən şəxs onlar tərəfindən yuxarıda qeyd edilən şəraitdə saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə dəvət edildiyi, həmin polis bölməsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən, onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni könüllü təqdim edərək həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Şükür” adlı şəxsin vasitəsilə «Nizami» metrostansiyası yaxınlığında gizlədilmiş yerdən götürdüyünü, həmin şəxslə “whatsapp” vasitəsi ilə əlaqə saxladığını, həmin narkotik maddəni “Şükür” adlı şəxsin ona deyəcəyi ünvana qoyacağını və əvəzində isə ona min manat pul veriləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən həmçinin bir ədəd “Kgtel” markalı və bir ədəd “Samsung” markalı mobil telefonların aşkar edildiyi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içində heroinə bənzər kütlə olan bir ədəd bağlamanın onların yanında qablaşdırılıb möhürlənib götürüldüyü, bu barədə tərtib olunmuş həmin protokol onlara ucadan oxunduğu və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin heç bir etiraz bildirmədən həmin protokolu imzaladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Yasamal RPİnin İŞ-nin müstəntiqi X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində küllü miqdarda narkotik vasitə olan heroin aşkar olunması faktı ilə bağlı toplanmış material üzrə N.Q.Əliyevin barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanıb icraata qəbul edilərəkhəmin iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1). İşdə olan DİN BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 DİN BNMİ-nin rəisinə olan 07 yanvar 2021-ci il tarixli raportundan görünür ki, sonuncu tərəfindən yazılı şəkildə məruzə edilərək Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması barədə məlumat verməklə, qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 1, iş vər. 4). “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu ərazinin və nəqliyyat vasitələrinin müşahidə edilməsi, üzərinə baxış keçirilməsi və qanunla nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi üçün əməliyyat axtarış tədbirləri həyata keçirilməsi barədə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin təsdiqi ilə həmin tarixdə qərar qəbul edilmişdir. (cild 1, iş vər. 5 -6). “Tutma haqqında” 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19-30 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçinin iştirakı tutulmuşdur. (cild 01, iş vər. 20). “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” 07 yanvar 2021ci il protokoldan görünür ki, həmin tarixdə saat 20-00 radələrindən saat 20-11 radələrinədək AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən, həmin idarənin əməkdaşları, həmçinin müdafiəçi Kərim Bağırovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ 27-ci PB-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı 07 yanvar 2021-ci il tarixdə, saat 19-00 radələrində ünvan 6 ünvanının yaxınlığında DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi.Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarının sağ yan cibindən 90 (doxsan) qəpik pul, şalvarının sol yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd “Kgtel” markalı, 1(bir) əddə “Samsung” markalı moil telefonlar, 2(iki) manat pul aşkar olunmuşdur. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra həmin 1(bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 866 qram (səkkiz yüz altmış altı) olmuşdur. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmışdır və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd “kgtel” markalı və 1(bir) ədəd “Samsung” markalı mobil telefonlar sonuncuya bu barədə izah edildikədn sonra götürülmüşdür, 2(iki) manat 90 (doxsan) qəpik pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin büküm İİR vətəndaşı “Şükür” adlı şəxsin vasitəsi iə Nizmai metro stansiyası yaxınlığında qoyulan yerdən bu gün, yəni 07.01.2021-ci il tarixdə götürdüyünü, “Şükür” adlı şəxsi həbsxana tanışolduğu İİR vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə tanıdığını, sonradan siə “Vatsapp” vasitəsi ilə əlaqə saxladığını, həmin anrkotik maddələri “Şükür” adlı şəxsin deyəcəyi ünvan qoyacağını və əvəzində isə “Şükür” adlı şxəsin ona 1000 (min) manat məbləğində pul verəcəyini, özünün metamfetamindən istifadə etdiyini, oan verilən sualları tam aydın formda başa düşdüyünü, səmimi və doğru acavblar verdiyini, polis əməkdaşları tərəfindən oan qarşı hər hansı zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtraış və götürmə Yasaml RPİ-nin 27-ci Pbnin inzibati binasında xidməti iş otaqlarından birində, sümi işıqlandırma şəraitində keçriilmişdir. Şəxsi axtraış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid1 tərəfindən video əkilişi aparılmışdır.protokol iştirakçılara ucadan oxunmuş və onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olammışdır.Protokol düzgün tərib edilmiş və imzlaarla təsdiqlənmişdir. Protokoal 1(bir) ədəd DVD disk əlavə olunmuşdur. (cidl 01, iş vər 27-29) Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 08 yanvar 2021-ci il tarixli 6/83 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 804,6 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 804,6 qram olmaqla tədqiqata sərf edilmiş 0,2 qram, qalıq çəkisi 804,4 qramdır. (cild 1, iş vər. 40-42). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 08 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən, həmin idarənin əməkdaşları, həmçinin müdafiəçi Kərim Bağırov və Təqsirləndirilən şəxs iştirakları ilə cinayət işinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq 07 yanvar 2021-ci il tarixdə saat 20-00 radələrində Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman istifadə olunmuş və bir ədəd DVD-R formatlı diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmiş videoçəkilişə 08 yanvar 2021-ci il tarixdə, saat 21-00 radələrində baxış keçirilmişdir. Həmin videogötüntüyə baxılarkən müəyyən edilmişdir ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və AR DİN BNMİ-nin əməkdaşlarının iştirakları ilə şəxsi axtarış apanlan zaman sonuncu təhqiqatçının təklifi ilə əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılıb içərisinə baxılanda içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik maddənin olması müşahidə edildiyi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun əynində olan şalvarının sağ yan cibindən 90 (doxsan) qəpik pul, sol yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd “Kgtel” markalı və 01 (bir) ədəd “Samsung” markalı mobil telefonlar, 2 (iki) manat pul aşkar edilməsi müşahidə olunduğu müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən həmin polietilen torbada olmaqla içərisində narkotik vasitə-heroinə oxşar maddələr ağ zərfə qoyularaq qablaşdırılııb və iştirakçıların imzaları ilə təsdiq olunduğu, iki manat 90 qəpik pul və digər əşyaların Təqsirləndirilən şəxs qaytarıldığı müşahidə olunduğu müəyyən edilmişdir. Həmçinin videogörüntülərə əsasən şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi narkotik maddəni İran İslam Respublikasının vətəndaşı “Şükür” adlı şəxsin vasitəsilə «Nizami» metrostansiyası yaxınlığında qoyulan yerdən 07 yanvar 2021-ci il tarixdə götürdüyünü, “Şükür” adlı şəxsi həbsxanada tanış olduğu İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə tanıdığını, sonradan isə “whatsapp” vasitəsi ilə onunla əlaqə saxladığını, həmin narkotik maddələri “Şükür” adlı şəxsin ona deyəcəyi ünvana qoyacağını, tanımadığı şəxsin həmin narkotiik vasitəni ondan götürəcəyini və buna görə ona 1000 (min) manat məbləğində pul verəcəyini bildirdiyi, həmçinin əvvəllər özünün istifadəsi üçün «Şükür» tərəfindən əvvəlcədən təyin edilmiş yerdən iki dəfə narkotik vasitə götürdüyünü, narkotik vasitənin pulunu ödəmə terminalı ilə «Şükür»ün dediyi, lakin hazırda xatırlamadığı kart nömrələrinə göndərdiyini, özünün “şüşə” adlandırılan psixotrop maddə olan metamfetaminin istifadəçisi olduğunu bildirdiyi müşahidə oluünduğu məyyən edilmişdir. (cild 1, iş vər. 45-46). “Mobil telefonlara baxış keçirilməsi haqqında 09 yanvar 2021-ci il tarixli protokol və ona əlavə edilməklə “Whatsapp” sosil şəbəkəsindən maraq doğuran yzışmalar və fotoşəkillərdən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı V.M.Şahbazov tərəfindən iş üzrə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07.01.2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus bir ədəd “Samsung” və bir ədəd “Kgtel A310” markalı mobil telefon aparatlarıının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "Kgtel A310” markalı mobil telefonun İMEİ kodu **********10890 və **********10908 olmaqla içərisində ***-***-**-** saylı, “Samsung" markalı telefonun İMEİ kodu **********45506/01 və **********45503/01 olmaqla 2 kartı olması, birinci nömrə 050-883-63 84, ikinci nömrə ***-***-**-** olmaqla, «WhatsApp» sosial şəbəkəsinə ***-***-**-** nömrə ilə qeydiyyatdan keçirildiyi müəyyən olunmuşdur. Baxış zamanı «WhatsApp» sosial şəbəkəsində "Şükür” adlı İİR vətəndaşı ilə arasında olan səsyazılarından müəyyən edilmişdir ki, 30.12.2020-ci il tarix saat 18.00-dan 07.01.2021-ci il tarix saat 18.47-dək olan müddətdə əlaqələr olmuş, ilk öncə “Şükür" adlı şəxs Təqsirləndirilən şəxs ona yazanın kim olduğunu soruşmuş, sonra “Hüseyn sənsən” deyərək dəqiqləşdirmiş və hal-əhval tutduqdan sonra sonrakı səsyazılarında Təqsirləndirilən şəxs “Şükür” adlı şəxsə ondan xahişinin olduğunu, iş görmək istədiyini, “daş” götürmək istədiyini deyib əlində 150 manat pul olduğunu, qalan pulu da axşama verəcəyini bildirmiş, 05.01.2021-ci il saat 01.32-də “Şükür" adlı şəxs “170 manat pul vuracaqsan, 10 qr daş qoyacam gedib götürəcəksən” demiş, səhəri gün əlaqə yaradacaqlarını, “Şükür” adlı şəxs mal özünün olduğunu deyib ona 17-dən verdiyini bildirmişdir. 07.01.2021-ci il tarix saat 16.24-də “Şükür” adlı şəxs tez zəng vur vacib işinin olduğunu demiş, saat 16.27-də «Hüseyn qabaqcadan xəbər elə gedim götürüm» demiş, saat 17.26-da “Şükür” adlı şəxs «çıx Nizami metrosuna» demiş, saat 18.06-da Təqsirləndirilən şəxs metro Nizamidə olduğunu demiş, olduğu yerin şəklini çəkib atmış, saat 18.24-də buraları beş barmağı kimi tanıdığını demiş, saat 18.32-də “Şükür" adlı şəxs ona göndərilmiş səs yazısını - "gəlsin 18 nömrəli məktəbin qabağına", “göy levis salafanda” və narkotik vasitənin qoyulduğu yerin şəkillərini Təqsirləndirilən şəxs göndərmiş, şəkillərin «idman akrobatikası» mağazasnın qarşısındakı ağ rəngə boyanmış taxta materialdan olan dibçəyin şəkili olması müəyyən olunmuşdur. Saat 18.43-də Təqsirləndirilən şəxs əmanəti götürdüyünü demiş, kimə aparmaq və çatdırmaq lazım olduğunu soruşmuş, saat 18.45-də “Şükür" adlı şəxs evə aparmağı və kimə vermək lazım olduğunu deyəcəyini bildirmiş, saat 18.47-də “Şükür” adlı şəxs Təqsirləndirilən şəxs “get evə salamatlıq oldu mənə zəng elə" demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsində digər şəxslərlə ailə-məişət məzmununda söhbətlər etdiyi, həmçinin "Ceyhun nar” kimi qeydə alınmış ***-***-**-** saylı nömrənin istifadəçisi ilə narkotik vasitənin satışı, qiyməti barədə söhbətlər etdiyi müəyyən edilmtişdir. Mobil telefonun sms və zəng siyahısında, o cümlədən “WhatsApp” sosial şəbəkəsində digər şəxslərlə arasında olan yazı və səsyazılanda iş üçün əhəmiyyət kəsb edəcək dəlillər aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun «WhatsApp» sosial şəbəkəsindən maraq doğuran yazışmalar və fotoşəkillər çıxanlaraq həmin protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni iranlı “Şükür" adlı şəxsin dediyi yerdən götürərək sonradan onun özünün qeyd etdiyi yerə qoyacağı, yaxud da onun deyəcəyi şəxsə verəcəyi təqdirdə qarşılığında iranlı “Şükür" heroini qoyacağı yerdən 1000 manatı ordan götürəcəyini, ya da heroini verəcəyi şəxsin ona 1000 manatı verəcəkyi bildirdiyini göstərmişdir. Həmin protokola qeyd edtilən mobil telefon üzrə “Whatsapp” proqramı mesajlaşma yazışmalırndan çıxarışlar və həmçinin narkotik vasitənin qoyulduğu yerin fotoşəkilləri əlavə olunmuşdur. (cild 1, iş vər 51, 52-56). AZ-İİ № 607825, AZ-İİ № 882739 və AZ-İİ № 633774 nömrəli “Doğum haqqında şəhadətnamə”lərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.11.2010, 28.05.2012 və 18.01.2015-ci il təvəllüdlü X7, X12 və X2 adlı üç azyaşlı uşağı vardır. (cild 01, iş vər. 62-64). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 1, iş vər. 65-66). Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2021-ci il tarixli 4(004)- 19/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 81-83) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 22 yanvar 2021-ci il tarixli tələbnamə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-116/2019 saylı, 09 aprel 2019-cu il tarixli hökmün surətindən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza 2 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. (cild 01, iş vər. 86, 144-149) “Maddi sübut kimi tanıma haqqında” 29 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, və təmiz çəkisi 804,4 qram olmaqla qalıq qalmış narkotik vasitəheroin maddi sübut kimi tanınmışdır.(cild 01, iş vər. 157). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 11.02.2021-ci il tarixli 455 saylı rəyindən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 164). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-ın ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 18.02.2021-ci il tarixli 372 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin haztrki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (cild 01, iş vər. 166) İşdə olan 20 aprel 2020-ci il tarixli qəbz və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, yeni məzmunlu ittihamın elan edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən 234.4.3 və 234.4.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 02 ədəd mobil telefon “Samsung” və “Kgtel A310” markalı mobil telefonlar istintaq əhəmiyyəti kəsb etdiyindən ayrılmış cinayət işi üzrə saxlanılmışdır. (cild 01, iş vər. 169-179) Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” 07 yanvar 2021-ci il tarixli protokolda və “Diskin baxışının aparılması haqqında” 08 yanvar 2021-ci il tarixli protokolda yuxarıda qeyd olunan halların əyani olaraq öz əksini tapdığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı ondan aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bağlamadakı narkotik vasitə olan heroini kiməsə satmaq məqsədinin olmadığı və bu barədə heç kimlə razılaşmadığı barədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisinin 02 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Göründüyü kimi, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən 804,6 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir ki, həmin narkotik vasitənin çəkisi Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarına görə heroin növündə narkotik vasitənin külli miqdar olaraq müəyyən edilməsi üçün təyin edilmiş minimal miqdarından 402 dəfə çox olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıdığı həmin bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. Göstərilən halı iş üzrə tərtib edilmiş “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” protokol və digər istintaq hərəkətlərinə dair protokolların məzmunu təsdiq edir. Bununla yanaşı iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şükür» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qanunsuz olaraq, satış məqsədilə, «Şükür» adlı şəxsin tapşırığı əsasında,sonuncunun satış məqsədilə Bakı şəhərinə göndərdiyi və Bakı şəhərində qabaqcadan gizlətdirdyi külli miqdarda 804,6 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 07.01.2021-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsində yerləşən «İdman Akrobatikası» adlanan qeyri yaşayış sahəsinin qarşısındakı ağac dibçəyinin içərisindən götürərək, sonradan «Şükür» adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədilə üzərində daşımaqla saxlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza ilə cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 05 (beş) ay 23 (iyirmi üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmaqla, üzrəndə qəti olaraq 02 (iki) il 06 (altı) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza 2 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini 2021-ci ilin yanvar ayında törətmiş olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ağır cinayət olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməlini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş sınaq müddəti ərzində qəsdən törətmişdir. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş sınaq müddəti ərzində qəsdən ağır cinayət əməli törətməkdə təqsirli bilinməli, həmin hökmlə onun barəsində tətbiq edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə AR Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində saxlanılmış 02 (iki) il 06 (altı) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, onun əməlində cinayətlərin residivi olmasına baxmayaraq, hazırki ittiham üzrə qeyd olunan cinayət əməlini törədərkən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs olmadığından, Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal RPİnin saxlanc anbarında saxlanılan aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan, təmiz çəkisi 804,4 (səkkiz yüz dörd tam, onda dörd) qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-116/2019 saylı, 09 aprel 2019cu il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin və üzərində saxlanmış 02 (iki) il 06 (altı) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzr təyin edilmiş cəzaya qismən birlşdirilməklə Təqsirləndirilən şəxs üzərində 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal RPİnin saxlanc anbarında saxlanılan aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan, təmiz çəkisi 804,4 (səkkiz yüz dörd tam, onda dörd) qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə məhkəmə xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Rahib Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar