Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1035/2022 19.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 7 saylı Peşə məktəbinin 3-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, D. Bünyadzadə küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “yetkinlik yaşına çatmayan şəxsin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 30 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində “Xəyal” restoranının arxasında yerləşən avto təmir sexinin qarşısında şəxsi münasibətlər zəminində üzərində olan soyuq silah hesab edilməyən çapacaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə zərbə vuraraq ona sol plevra boşluğunun pnevmohematoraksı və sol ağciyərin zədələnməsi ilə müşayət olunan döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş– kəsilmiş yarası ilə müşayət edilən həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi Lökbatan qəsəbəsinin sakini kimi tanımış, lakin münasibətləri olmamışdır. O, 106 saylı orta məktəbin 9-cu sinifini bitirdikdən sonra Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən 7 saylı peşə məktəbinə daxil olmuş və hal-hazırda həmin məktəbin 3-cü kurs tələbəsidir. xx.xx.2021ci il tarixdə saat 19 radələrində yeni il qabağı şənlik keçirmək üçün tanışı Fəridlə Lökbatan qəsəbəsində yerləşən “Xəyal” kafesinə getmişlər. Orada yemək sifariş vermiş, lakin spirtli içkilər qəbul etməmişdir. Restoranda digər qonşu stolda Zərərçəkmiş şəxs dostları ilə oturaraq tortla çay və pivə içərək meyxanaya qulaq asırdılar. O, Fəridlə kafedə ət yeməyi sifariş verdiklərindən əti doğramaq üçün orada işləyən yaşlı ofisiantdan bıçaq gətirməsini istəmiş, ofisiant ona əti doğramaq üçün 1 ədəd böyük bıçaq gətirərək digər bıçaqları ilə çiy ət doğradıqlarına görə bu bıçağı verdiyini bildirmişdir. O, Fəridlə arada meyxana deyənlərin sözlərinə qüvvət verərək meyxanaçının ifa etdiyi mahnının sözlərini ucadan səsləndirirdilər. Lakin onun bu hərəkəti qonşu masada əyləşən Elnurun xoşuna gəlməmiş, Elnur ona irad tutaraq sakit oturmasını demişdir. Lakin o, Elnura heç bir cavab verməmiş, həmin vaxt telefonuna zəng gəldiyi üçün kafedən çölə zəngə cavab vermək üçün çıxmışdır. Çölə çıxanda fikirləşmişdir ki, onunla mübahisə edən Elnurda çölə çıxacaq və Elnur ondan yaşca və bədəncə böyük olduğundan ofisantın ət doğramaq üçün stola gətirdiyi bıçağı götürüb şalvarının kəmər hissəsinə qoymuşdur. Çöldə mobil telefonla danışan zaman Elnurda arxasınca gələrək ona yaxınlaşaraq söymüş və yaxasından yapışmaq istəmişdir.O, mobil telefonu söndürüb Elnurla dava etməmək üçün kafenin arxa tərəfinə keçmişdir. Elnurda ondan əl çəkməyərək onu söyüb təhqir edərək arxası ilə gəlmişdirki, onu döysün. Elnurdan nə üçün onu vurmaq istədiyini soruşduqda o, “sən nəüçün restoranda zalda meyxana deyənlərin sözlərinə müdaxilə edərək meyxananı kəsirsən və ucadan danışaraq onları narahat edirsən” sözlərini demişdir. O isə Elnura izah etməyə çalışmışdır ki, ola bilsin anlaşılmamazlıq olub, səhər Elnur ayıldıqdan sonra oturub çay içib söhbət edərlər. Elnur əsəbi halda üzərinə gələ-gələ demişdir ki, “sən kimsən ki, mən səninlə otutub çay içim”. Bu sözdən sonra Elnur yenə də onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir edib vurmaq istəyəndə Elnurun əlini tutub kənara itələmiş, lakin Elnur yenə də üzərinə gəlib yumruğu ilə sifət nahiyyəsindən vurmaq istəyəndə o, Elnura gücünün çatmayacağını anlayaraq özünü müdafiə etmək üçün restoranda stolun üzərindən götürürərək şalvarının kəmər hissəsinə keçirtdiyi bıçağı çıxardıb Elnurun qarın nahiyyəsindən bir dəfə vurub oradan uzaqlaşaraq kafeyə qayıtmış, dostu Fəridə atasının özünü pis hissetdiyini bildirərək Fəridlə birlikdə kafedən çıxıb avtobusla evinə getmişdir. Fəridə hadisə barədə heç nə bildirməmişdir. Kafedən çıxanda Elnuru görməmişdir. Beləki, Elnur qarajların yanında kafedən çıxan zaman görünməyən ərazidə olmuşdur. Evdə bıçağın üzərində olan qanı yuyaraq öz otağında gizlətmişdir. Həmin bıçağı saxlanıldığı zaman polis əməkdaşlarına təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əvvəllər görsədə onunla münasibətləri olmamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində tanışları Pərviz və İmranla yeni ilin gəlişini qeyd etmək üçün birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyal” kafesinə getmişdir. Orada o, pivə içmiş, Pərvizlə İmran isə çay içmişlər. Kafedə qonşu masada Nihadla başqa bir şəxs oturmuşlar. Nihad meyxana deyənlərə maneçilik edərək onların ifasına müdaxilə edərək narahatçılıq yaratmışdır. Bu səbəbdən o, Nihada iradlarını bildirərək onu söymüşdür. Lakin Nihad ona əhəmiyyət verməyərək yenə də meyxana deyənlərə uca səslə maneçilik edərək onların dedikləri sözləri ucadan təkrar edirdi. O, bir neçə dəfə Nihada iradını bildirmiş və onun əyləşdiyi stola yaxınlaşaraq onun çölə çıxmasını istəmişdir. Lakin Nihad yenə ona heç bir əhəmiyyət verməmişdir. Bir neçə dəqiqədən sonra o, oturduğu yerdən görmüşdür ki, Nihadın mobil telefonuna zəng gəlmiş və Nihad zəngə cavab vermək üçün kafedən çıxmışdır. O, da Nihadın arxası ilə kafenin həyətinə çıxmış və ona yaxınlaşaraq nə üçün onların istirahətinə mane olduğunu soruşmuş, Nihadisə ona yenə də əhəmiyyət verməyərək mobil telefonla danışığını davam etdirmişdir. Nihadın hərəkətlərini görüb daha da əsəbləşərək onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Nihad telefonla danışığını bitirdikdən sonra onunla işi olmamasını bildirmiş, bundan sonra o, onunla mübahisə edə-edə kafenin arxasında yerləşən avtotəmir sexlərinin qarşısına getmişdir. O, ora çatan kimi Nihadı əli ilə vurmaq istəmiş, bu zaman Nihad əlini kəmərinin bel hissəsinə ataraq bıçağa oxçar əşya ilə onun qarın nahiyyəsindən vurmuş və oradan getmişdir. O isə bədənindən qan axdığını görərək qardaşı Akşaya zəng edərək köməyə çağırmışdır. Bir neçə dəqiqədən sonra qardaşı Akşay hadisə yerinə gələrək X11 çağırmış, bundan sonra gələn X11 maşını onu xəstəxanaya aparmışdır. Hadisənin səbəbkarı özü olduğu üçün Təqsirləndirilən şəxs şikayətçi deyildir, onunla barışmış və onu bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə Lökbatan qəsəbəsində yaşamaqla dost olmuşlar. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində yeni il şənliyini keçirmək məqsədilə Nihadla birlikdə yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Xəyal” restoranına getmişlər. Orada ət yeməyi sifariş vermişlər, spirtli içkilər qəbul etməmişlər. Əti doğramaq üçün Nihad ofisiantdan bıçaq istəmiş, sonuncu onlara bir ədəd ət doğrayan bıçaq vermişdir. Restoranda ifaçılar canlı meyxana oxumuş, o və Nihad yemək yeyə-yeyə onların sözlərinə qüvvət verərək ucadan onların dedikləri qafiyələri təkrar edərək şənlənirdilər.Bu zaman qonşu masada əyləşən 3-4 nəfərdən biri Zərərçəkmiş şəxs Nihada sakit durmağı demiş, lakin onlar meyxanaçıların qafiyələrini ucadan təkrarladıqları üçün Elnur onların masasına yaxınlaşıb Nihada çölə çıxmağı demişdir. Lakin Nihad ona əhəmiyyət verməyərək yerində qalmışdır. Bundan sonra Elnur öz masasına qayıtmışdır. Təxminən saat 21 radələrində Nihadın mobil telefonuna zəng gəldiyindən Nihad restoranın səs-küyündə danışa bilmədiyinə görə çölə çıxmış, onun ardınca isə Elnurda çölə çıxmışdır. Lakin o, buna əhəmiyyət verməmiş, Nihadla Elnurun arasında nə isə baş verəcəyini düşünməmiş, musiqiyə qulaq asmağı davam etmişdir. Təxminən 5 dəqiqədən sonra Nihad geri qayıdaraq atasının səhhəti ilə əlaqədar təcili evlərinə getməli olduğunu bildirmişdir. O da onunla birlikdə restorandan çıxıb restoranın qarşısında olan taksiyə minib evlərinə getmişlər. Nihad Elnurla mübahisə etdiyini, Nihadı bıçaqladığını ona deməmişdir. Yalnız 2-3 gün dən sonra polisə çağırıldıqda bilmişdirki, Nihad Elnuru əti doğramaq üçün onlara verilmiş bıçaqla bıçaqlayaraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Lökbatan qəsəbəsi sakini kimi tanımış, lakin onunla yaxın münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs isə onun dostudur. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində dostları Şahid4 və Zərərçəkmiş şəxsla birlikdə yeni ilin gəlişini qeyd etmək üçün Lökbatan qəsəbəsində yerləşən “Xəyal” kafesinə getmişlər. “Xəyal” kafesində o çay içmiş, Elnurla Pərviz isə pivə içmişlər. Kafedə canlı meyxana deyişməsi gedirdi, onların əyləşdiyi stola yaxın stolda əyləşən Fərid və Nihad meyxana deyənlərin dediyi sözləri ucadan təkrar edərək əylənirdilər. Elnur pivənin təsirindən sərxoş olduğundan Nihada bir neçə dəfə buna görə irad tutmuş, hətta Elnurun oturduğu masaya yaxınlaşıb çölə çıxmasını bildirmiş, lakin Nihad ona əhəmiyyət verməyərək yerindən qalxmamışdır. Bundan sonra Elnur masaya qayıdaraq pivə içməyə davam etmişdir. Bir neçə dqiqədən sonra Nihad mobil telefon ilə danışa-danışa kafedən çölə çıxmışdır. Elnur da onların yanından duraraq Nihadın arxası ilə çölə çıxmışdır. Lakin o və X6 dalaşacaqlarını düşünmədikləri üçün Elnurun arxasınca bayıra çıxmamışlar. Lakin Elnurun yubandığını görərək kafedən Pərvizlə çölə çıxmış, kafenin yaxınlığında Elnuru yerdə oturmuş vəziyyətdə görmüşlər. Ona yaxınlaşıb nə baş verdiyini soruşduqda Elnur Nihad tərəfindən bıçaqlandığını bildirmişdir. Bir neçə dəqiqədən sonra ora Elnurun qardaşı Akşay gələrək Elnurun əynində olan paltarları çıxardaraq özü ilə gətirdiyi paltarları Elnura geyindirmiş, sonra hadisə yerinə X11 briqadası gəlib Elnuru xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Lökbatan qəsəbəsi sakini kimi tanımış, lakin onunla yaxın münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs isə onun dostudur. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində dostları Şahid2 və Zərərçəkmiş şəxsla birlikdə yeni ilin gəlişini qeyd etmək üçün Lökbatan qəsəbəsində yerləşən “Xəyal” kafesinə getmişlər. “Xəyal” kafesində o Elnurla pivə içmiş, İmran isə çay içmişdir. Kafedə canlı meyxana deyişməsi gedirdi, onların əyləşdiyi stola yaxın stolda əyləşən Fərid və Nihad meyxana deyənlərin dediyi sözləri ucadan təkrar edərək əylənirdilər. Elnur pivənin təsirindən sərxoş olduğundan Nihada bir neçə dəfə buna görə irad tutmuş, hətta Elnurun oturduğu masaya yaxınlaşıb çölə çıxmasını bildirmiş, lakin Nihad ona əhəmiyyət verməyərək yerindən qalxmamışdır. Bundan sonra Elnur masaya qayıdaraq pivə içməyə davam etmişdir. Bir neçə dqiqədən sonra Nihad mobil telefon ilə danışa-danışa kafedən çölə çıxmışdır. Elnur da onların yanından duraraq Nihadın arxası ilə çölə çıxmışdır. Lakin o və X7 dalaşacaqlarını düşünmədikləri üçün Elnurun arxasınca bayıra çıxmamışlar. Lakin Elnurun yubandığını görərək kafedən İmranla birlikdə çölə çıxmış, kafenin yaxınlığında Elnuru yerdə oturmuş vəziyyətdə görmüşlər. Ona yaxınlaşıb nə baş verdiyini soruşduqda Elnur Nihad tərəfindən bıçaqlandığını bildirmişdir. Bir neçə dəqiqədən sonra ora Elnurun qardaşı Akşay gələrək Elnurun əynində olan paltarları çıxardaraq özü ilə gətirdiyi paltarları Elnura geyindirmiş, sonra hadisə yerinə X11 briqadası gəlib Elnuru xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Lökbatan qəsəbə sakini kimi tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs isə onun doğma qardaşıdır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində qardaşı Elnur ona zəng edərək təcili “Xəyal” kafesinin arxasında yerləşən avtotəmir sexinin qarşısına gəlməyini və gələndə özü ilə evdən paltarlarını gətirməyini demişdir. O, Elnurdan nə baş verdiyini soruşsada Elnur ona gəldikdən sonra izah edəcəyini demişdir. O, Elnura paltar götürərək taksiilə onun dediyi yerə getmişdir. O, Elnurun dediyi yerəçatdıqda Elnurun bədənindən qan gəldiyini görmüş, tez onun əynində olan paltarları dəyişə-dəyişə nə hadisə baş verdiyini soruşduqda Elnur bildirmişdir ki, kafedə Nihadla mübahisə etmiş, sonra Nihadla çöldə savaşan zaman sonuncu ona bıçaqla xəsarət yetirmişdir. Bu vaxt kafedə Elnurun dostları İmran və Pərviz də çölə çıxaraq onların yanına gəlmişlər. O, X9 zəng etmiş və TTY gəldikdən sonra Elnuru xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Lökbatan qəsəbəsində yerləşən“Xəyal” restoranını icarəyə götürərək işlədirdi. xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində 2 nəfər müştəri restorana gələrək zalda stolların birinin arxasında əyləşərək ət yeməyi sifariş vermiş və əti kəsmək üçünbıçaq istəmişlər. O, da həmin masaya mətbəxdə təmiz olan ət kəsmək üçün nəzərdə tutulmuş, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış dəstəyi qara rəngli bıçağı vermişdir. Bu masanın yanındakı masa ətrafında əyləşmiş bir neçə şəxs pivə içirdilər. Bıçaq verdiyi masa ilə pivə içən masa arasında mübahisə baş vermiş, bıçaq verdiyi masa ətrafında əyləşən 2 nəfər müştəridən biri mobil telefonla danışa-danışa kafedən çıxmış və bir neçə dəqiqədən sonra isə pivə içən şəxslərdən birikafeni tərk edərək çölə çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, ondan ət doğramaq üçün bıçaq alan şəxs qonşu masada olan pivə içən şəxslərdən birini çöldə bıçaqlamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə 15 saylı TTYŞ-ə daxil olması barədə həmin tibbi müəssisədən məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Xəyal” kafesinin arxasında yerləşən ərazidir. Kafenin arxasında avtotəmir sexləri yerləşir, həmin sexlər birmərtəbəli olub sıra ilə düzülmüş, qarşılarında torpaq yoldan ibarət olmaqla borular vardır. Baxış zamanı avtomobil təmiri sexlərinin qarşısında hər hansı bir qan izi aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq istintaq şöbəsinə təqdim edilmiş və hadisə zamanı istifadə etdiyi 1 ədəd tutacağı qara rəngli şirmayi materialdan olan bıçaqı istintaqa təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində göstərilən əməli törətməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 03 (üç) gün müddətində həbsdə saxlanılmışdır. İbtidai araşdırma orqanının xx.xx.2022-c i il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 01 saylı, 10 yanvar 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər sol plevra boşluğunun pnevmohematoraksı və sol ağciyərin zədələnməsi ilə müşayət olunan döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası iti kənara və ya iti uca malik əşya (alət) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım məqsədilə X8 müraciət etdiyi xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik ekspertizasının 3/110 saylı, 26 yanvar 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet-zavod üsulu ilə hazırlanmış, kəsici çapıcı xassəyə malik, təsərrüfat-məişət təyinatlı çapacaqdır, soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış kompleks-ambulator məhkəmə-psixatrik və məhkəmə psixoloji ekspertizasının 839 saylı,12 mart 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizasıüzrə: 1.Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, qavrama, yaddaş, təfəkkür və s.) normaya uyğundur. Nümayişkaranəlik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir.
2. Təqsirləndirilən şəxs inkişafında gerilik əlamətləri aşkar olunmadı.
3. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, hadisə zamanıöz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur.
4. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxsin ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli və məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizələrindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs atası tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış protokolu və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edirki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini, törətdiyi əməldən peşman olmasını və peşə məktəbində təhsil almasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alırki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinəəsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin ksero surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş, cinayət əməlini törətdiyi 30 dekabr 2021-ci il tarixə yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs elə cəza təyin edilməlidir ki, həmin cəza onun hal-hazırda aldığı təhsilinə təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən, islah olunmasını Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinəəsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda işüzrə maddi sübut olan Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd çapacaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 (i/v 154), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Müdafiəçi müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinəəsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat, müdafəçi Müdafiəçi üçün isə180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayan şəxsin nəzarət altına vermə»” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam alma” qətimkan tədbiri seçilməklə bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə ekspertiza xərcləri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İşüzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd çapaçaq məhv edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X5 üçün 180 (yüz səksən) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.