Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1035/2023 17.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,039 qram, 0,401 qram, 0,391 qram 0,434 qram ümumi təmiz çəkisi 3,265 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 3,45 qram, 1,71 qram, 3,41 qram ümumi təmiz çəkisi 8,57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, daşımaqla üzərində saxlamış, Suraxanı RPİnin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 sentyabr 2022-ci il tarixdə saat 10:50 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci BP-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,45 qram, 1,71 qram, 3,41 qram ümumi təmiz çəkisi 8,57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 4 ədəd şəffaf sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2,039 qram, 0,401 qram, 0,391 qram 0,434 qram ümumi təmiz çəkisi külli miqdarda 3,265 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, polis əməkdaşlarının ittiham aktında qeyd edildiyi kimi bir gün onu müşahidə edib, xx.xx.2022-ci il tarixdə onu tutmaları ilə bağlı qeyd edilən məlumat yalandır. xx.xx.2022-ci il tarixində X3 idarə etdiyi yük avtomobili qəzaya uğramışdır. 32-ci Bölmənin yaxınlığında baş vermiş avtomobil qəzasının nəticəsində, o və iş yoldaşı X3 içində olduğu avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilərkən avtomobilin yük yerindən narkotik vasitə aşkar olunmuşdur. Həmin avtomobil X6 məxsusdur, 90**811 dövlət qeydiyyat nişanındadır. X7 əvvəlcə narkotik vasitənin hamısının özünə məxsus olduğunu bildirmişdir. Lakin gecə növbəsində olan polis əməkdaşlarının videoçəkilişdən öncə hər ikisinə fiziki təsir göstərdiklərini, fiziki təsir göstərib üzərilərinə narkotik vasitəni yüklədiklərini, daha sonra sadəcə ayaqlarına elektron vasitə qolbaq vurulacağı və 6 ay sonra çıxarılacağı kimi yalan vədlər verdikləri üçün, məcbur qalıb polis əməkdaşları ilə razılaşmışdır. Təzyiq göstərən polis əməkdaşlarını tanımamış, çəkilişdə iştirak edən polis əməkdaşları ona təzyiq göstərməmişlər. Bədənində izlər olmuş, lakin hadisənin üzərindən 5 aydan çox vaxt keçdiyindən hazırda izlər yox olmuşdur. Polis əməkdaşları tərəfindən göstərilən təzyiqlə bağlı heç bir orqana şikayət etməmişdir. X3 barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi vardır. Çünki yük maşınından aşkar olunan narkotik vasitə tam yarı bölünərək yarısı ona, yarısı X6 təhkim olunmuşdur. Heroinin dəqiq çəkisini bilmədiyini, 5 qutu marixuananı böləndə 2 qutu X6, 3 qutu isə ona yüklənmiş, onun üzərində narkotik vasitə olmamış, həmin zaman narkotik vasitə istifadə etsə də, tutulduqdan sonra ev şəraitində müalicə olunmuş, hazırda narkotik vasitə istifadə etmir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə «Rövşən» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və istifadə etməsi, gündüz saatlarında ünvan 5 ünvanın qarşısına gələcəyi və üzərində narkotik vasitə olacağı barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə Polis bölməsinin rəisinə raportla məruzə etmiş, PBnin rəisinin əmri ilə onun və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Rövşən adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat müvəkkili Şahid2lə birlikdə «Rövşən» adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 22 sentyabr 2022-ci il tarixdə «Rövşən» adlı şəxsin Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 8 nömrəli ünvanın qarşısında olduğunu müəyyən etdikdən sonra saat 10:50 radələrində ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar. Ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli Cins şalvarının sağ yan cibində saxladığı 03 (üç) ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı və 04 (dörd) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitələri xx.xx.2022- ci il tarixdə İran vətəndaşından onlayın vasitəsi ilə 50 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə tərtib olunan protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələri satış məqsədi ilə əldə etmə barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə «Rövşən» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və istifadə etməsi, gündüz saatlarında ünvan 5 ünvanın qarşısına gələcəyi və üzərində narkotik vasitə olacağı barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə Polis bölməsinin rəisinə raportla məruzə edilmiş, PB-nin rəisinin əmri ilə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 rəhbərliyi və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Rövşən adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat müvəkkili polis kapitanı Şahid1 birlikdə «Rövşən» adlı şəxsin ifşa olunması üçün əməliyyat- axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə «Rövşən» adlı şəxsin Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 8 nömrəli ünvanın qarşısında olduğunu müəyyən etdikdən sonra saat 10:50 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar. Onlar özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli Cins şalvarının sağ yan cibində saxladığı 03 (üç) ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı və 04 (dörd) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitələri xx.xx.2022- ci il tarixdə İran vətəndaşından onlayn vasitəsi ilə 50 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə tərtib olunan protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələri satış məqsədi ilə əldə etmə barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Rövşən ilə bir müddətdir ki, tanış imiş. 22 sentyabr 2022-ci il tarixdə gecə saatlarında baş vermiş avtoqəza nəticəsində polis əməkdaşları tərəfindən saxlanılmış və Bölməyə aparılmışlar. O, içkili olduğuna görə yanlarında olan “Təbriz” adlı şəxs avtomobili idarə edirmiş. Narkotik vasitələr “Təbriz” adlı şəxsə aid imiş. “Təbriz” adlı şəxs narkotik vasitələri polis əməkdaşına təqdim etdikdən sonra qaçmışdır. Bölmədə 1 gecə qaldıqlarını, videoçəkiliş yanlarında olan “Təbriz” adlı şəxsin polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə onun üzərindən çıxığını, ona aid narkotik vasitə də olduğunu, videoçəkilişdə üzərindən çıxan narkotik vasitənin özünə aid olduğunu qəbul etdiyini, lakin digər bağlamadan xəbəri olmadığını bildirmişdir. Orda olan narkotik vasitənin çəkisini bilməişdir. Rövşənin narkotik vasitə istifadə etməyi ilə bağlı məlumatım yox imiş. O, barəsində olan hökmdə qeyd olunan ifadənin tam gerçəyi əks etdirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci tarixli, 6/5440 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 196» dairəvi möhür əksi olan, «... Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri, ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,039 qram, 0,401 qram, 0,391 qram, 0,434 qram, ümumi təmiz çəkisi 3,265 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 4 (dörd) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı l) daxildir. Heroinin ümumi təmiz çəkisi 3,265 qram, tədqiqata sərf edildi 0,200 qram, qalıq 3,065 qram.(iş vərəqə 49-53) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci tarixli, 7/1080 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 3 (üç) ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 3,45 qram, 1,71 qram, 3,41 qram, ümumi təmiz çəkisi 8,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı l) daxildir. Marixuananın ümumi çəkisi 8,57 qram, tədqiqata ümumi sərf edildi 0,06 qram, (hər obyektdən 0,02 qram), qalıq 8,51 qram. (iş vərəqə 55-58) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X8-narkoloji X2 xx.xx.2023-cü il tarixli 749 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 124-125) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli xx/xx-17176 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmayıb və qeydiyyatda yoxdur. (iş vərəqə 120) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkliş aparılmaqla axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 03 (üç) ədəd kibrit qutusunda olan «nəşə» kimi tanıdığı narkotik vasitəni və 04 (dörd) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitələri xx.xx.2022-ci il tarixdə İran vətəndaşından onlayn vasitəsi ilə 50 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (iş vərəqə 33-34) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir vasitə, əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd kibrit qutusunda ot kütləsini və 04 (dörd) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesfik iyə malik olan kütləni çıxarıb təqdim edir və bildirir ki, təqdim etdiyi kibrit qutularında olan kütlə nəşə kimi tanıdığı narkotik maddə, şəffaf sellofan kəsiyi bükümlərinin içərisində olan kütlə isə kakos kimi tanıdığı narkotik vasitədir, həmin kütlələri xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşından onlayın vasitəsi ilə 50 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi dörd ədəd sellofan kəsiyi bükümünün içərisində və üç kibrit qutusunda olan kütlələrdən başqa heç bir əşya və ya vasitə aşkar olunmamışdır. (iş vərəqə 65) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,265 qram narkotik vasitə heroin və təmiz çəkisi, 8,57 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,065 qram narkotik vasitə heroin və qalıq çəkisi 8,51 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş vərəqə 127-135) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd «DVD» disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi,X6 məxsus yük avtomobilinin qəzaya uğraması nəticəsində yük avtomobildən aşkarlanan narkotik vasitələrin polis əməkdaşları tərəfindən X7 ilə onun arasında bölünməsi, polis əməkdaşlarının ona təzyiq göstərmələri ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürülmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollar və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üç-dörd ay olar ki, Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən «kakos» kimi tanıdığı narkotik vasitə heroin alaraq qəbul edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında İran vətəndaşından «zakladka», yəni onlayn ödəmə yolu ilə 50 manata narkotik vasitə heroin və qurudulmuş marixuana almış, öz istifadəsi üçün üzərində saxlamışdır. 22.09.202-ci il tarixdə ünvan 7 ünvanın qarşısında olduğu zaman polis əməkdaşları onu saxlamış və yaxınlıqda olan PB-nə aparmışlar. PB-də şəxsiyyəti müəyyən edilmiş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq üzərində videoçəkliş aparılaraq şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də, əldə edilib saxlanması qadağan olunmuş hər hansı bir əşya, vasitə və predmet varsa təqdim etməsi təklif olunduqda əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 03 (üç) ədəd kibrit qutusunda olan «nəşə» kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və 04 (dörd) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitələri xx.xx.2022-ci il tarixdə İran vətəndaşından onlayn vasitəsi ilə 50 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi kütlələr polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmuş, zərf möhürləmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş qurudulmuş marixuananın 03 ədəd kibrit qutusunda, külli miqdarda narkotik vasitə heroinin isə 4 ədəd bükümlərdə olmasını onunla izah edir ki, narkotik vasitələrdən asılı olduğu və narkotik vasitə qəbul etmədikdə bədənində şiddətli ağrılar olduğu üçün gün ərzində daha böyük dozada narkotik vasitələr qəbul edir və əlində pulu olduğu üçün öz istifadəsi üçün 03 ədəd kibrit qutusunda qurudulmuş marixuana, 04 ədəd bükümdə isə heroin almağa məcbur olmuşdur. Narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, heç vaxt narkotik vasitə satmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,45 qram, 1,71 qram, 3,41 qram ümumi təmiz çəkisi 8,57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 4 ədəd şəffaf sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2,039 qram, 0,401 qram, 0,391 qram 0,434 qram ümumi təmiz çəkisi külli miqdarda 3,265 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən, narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır və narkotik vasitə heroin isə külli miqdar təşkil edir. İş materiallarından, eləcə də, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 119) İş materiallarında olan elektron məhkəmə informasiya sisteminin məlumatından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməlini törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-560/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. (iş vərəqə 29, 92-96) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərar ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 97-98) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 17 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 749 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 137 (bir yüz otuz yeddi) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 3,265 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,065 qram narkotik vasitə heroin və təmiz çəkisi, 8,57 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,51 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 17 avqust 2023-cü il tarixdən hesablansın. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs müvəqqəti saxlanma yerində saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclası zalından həbsə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,065 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,51 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 137 (bir yüz otuz yeddi) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1035/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1035/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver