Məhkəmə qərarları › İş №1(101)-1035/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1035/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1035/2025 14.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, lakin Azərbaycan Respublikasının hüdudlarından kənarda olub cinayət təqibini həyata keçirən orqandan gizləndiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilmiş, 7 dekabr 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən ölkə ərazisinə gətirilərək istintaq orqanında iştirakı təmin edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 206.3.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında Türkiyə Respublikasında olarkən tanışı, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması barədə əldə edilmiş razılığa, ümumi cinayətkar niyyətə və qrup üzvləri arasında olan cinayətkar bölgüyə uyğun olaraq, o, cinayətkar qrupun İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqa məlum olmayan üzvünə qazanc əldə etmək məqsədilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz olaraq əldə edilib mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicilərinin (adapterlərin) içərisində gizlədilməsi və bundan sonra qanunsuz dövriyyəsinin həyata keçirilməsi üçün qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq qrupun Bakı şəhərində olan digər üzvü Şahid1 cinayətin törədilməsindən xəbəri olmayan şəxs vasitəsilə göndərilməsini bildirmiş, buna uyğun olaraq qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən 6 bükümdə, ayrı-ayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram çəkilərdə olmaqla, ümumilikdə külli miqdarda, 263,906 qram çəkidə heroin narkotik vasitəsini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə hər birində 1 büküm olmaqla mobil telefonlar üçün nəzərdə tutulan 6 ədəd enerji yükləyicinin (adapterin) içərisində şəffaf sellofana qablaşdırıb gizlədərək yanlarında bir ədəd “Siemens”, bir ədəd “Nokia” və bir ədəd “Samsung” markalı olmaqla 3 ədəd sadə, sensorsuz, işlək vəziyyətdə olmayan mobil telefonlarla birgə saxlamış, qrupun digər üzvü Şahid1 göndərilməsi üçün 8 iyun 2019-cu il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn “X15” markalı, **-UF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, cinayətin törədilməsindən xəbəri olmayan X2 təhvil vermiş, sonuncu öz növbəsində qeyd olunan külli miqdarda heroin narkotik vasitəsinin gizlədildiyi mobil telefonlar üçün nəzərdə tutulan 6 ədəd enerji yükləyicini (adapteri) və yanında olan 3 ədəd işlək vəziyyətdə olmayan mobil telefonları 50 manat daşıma haqqı müqabilində qəbul edərək idarə etdiyi nəqliyyat vasitəsilə həmin tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrək daşımış və bununla da cinayətkar qrup üzvləri 8 iyun 2019-cu il tarixdə saat 16 radələrində DGK Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda (hazırki Biləsuvar Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində) ümumilikdə külli miqdarda, 263,906 qram heroin narkotik vasitəsinin cinayətin törədilməsindən xəbəri olmayan şəxs vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil etmiş, qeyd olunan tarixdə həmin narkotik vasitələr yəni, ümumilikdə külli miqdarda, 263,906 qram heroin narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 206.3.2, 234.4.3cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həm Naxçıvana, həm də Bakıya telefonlar göndərirmişdir. Telefon işi ilə bağlı təxminən on nəfər tır sürücüsü ilə işləmişdir. Kamranın tutulduğunu 2020-ci ildə bilmişdir. O, Kamrana telefon göndərməmiş, yalnız Kamranı iranlı ilə tanış etmişdir. Kamranın özü iranlı ilə razılaşaraq telefon almışdır. Gətirdiyi telefonları bəzən Kamran vasitəsilə satırmışdır. Sonuncunu 2020-ci ildə tanımışdır. O, qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirməmişdir. Kamran gətirdiyi telefonları aparıb satırmış, sonuncuya narkotik vasitə verməmişdir. Nasir adlı şəxslə özü əlaqə saxlamışdır. Kamrana Nasir adlı şəxsin nömrəsini də o, vermişdir. Sevdanın narkotik vasitə istifadəçisi olduğunu bilməmiş, bunu öyrəndikdən sonra onunla əlaqəni kəsmişdir. Nasir adlı şəxslə uzun müddət iş görmüş, lakin həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə xəbəri olmamışdır. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi hazırkı məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o, 2014-cü ildən İran-Bakı arası gedib-gəlməklə ticarətlə - işlənmiş telefonların alqı-satqısı ilə məşğul olmuşdur. İrandan işlənmiş telefonlar gətirməklə Azərbaycanda satışını həyata keçirmişdir. Onun narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Lakin İrandan gətirdiyi telefon aparatlarını sərhəddən gizli yolla keçirmişdir. 2019-cu ildən Türkiyə Respublikasında yaşamış, orada da telefon ticarəti ilə məşğul olmuşdur. O, Türkiyədə olduğu müddətdə burada hazırkı cinayət işi başlanmış, lakin onun bu barədə məlumatı olmamışdır. O, yalnız 2020-ci ildə barəsində axtarış verildiyini bilmiş, lakin karantin rejimi ilə əlaqədar olaraq ölkəyə gələ bilməmişdir. 2022-ci ildə Türkiyədə iki Azərbaycan vətəndaşına kömək etdiyinə görə tutulmuş və daha sonra Türkiyədən Azərbaycana deport olunmuşdur. Azərbaycana gəldiyi vaxtda hazırkı işlə bağlı saxlanılmışdır. O, 2019-cu ildən Azərbaycana gəlməmişdir (cild 4, iş vərəqi 26-27). Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, 100 ədəd sensorlu telefon alırmış, əlavə olaraq 100 ədəd də hədiyyə edilirmiş. Həmin telefonları Naxçıvanda da satırmış. Heç vaxt telefonlar hər hansı qutunun içərisində olmamışdır. 2017-ci ildən Türkiyədə yaşamış, arabir Bakıya gəlib-getmişdir. İttiham üzrə hadisənin 2019-cu ilin aprel və may aylarında baş vermiş, lakin 2020-ci ildə axtarışa verildiyini bilmişdir. 6-7 ay ərzində ona xəbər göndərilsə, özü gələrmiş. O, 10 ildir bu işlə məşğul olur və heç bir nöqsanı olmamışdır. Tutulan qanunsuz maddənin onun işi ilə heç bir əlaqəsi olmamışdır. Şahid4la eyni kənddəndir, sonuncu avtoyuma məntəqəsi işlədir (cild 4). Məhkəmə Təqsirləndirilən şəxs hər iki məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək sübut hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2 və 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona satmaq üçün mobil telefon göndərmişdir. Göndərilən mobil telefonları o, müəyyən yerlərdən götürüb onların satışı ilə məşğul olurmuşdur. Cinayət işi materiallarında qeyd olunan adapter və onun içərisindən çıxan maddələr ona məxsusdur. Həmin epizod üzrə Təqsirləndirilən şəxs iştirak etməmiş və bu barədə sonuncunun məlumatı olmamışdır. O, öz ifadəsini yazılı surətdə məhkəməyə təqdim etmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onun Babəklə tanışlığı dəniz kənarında çay içib, söhbət edərkən olmuşdur. O, Babəkdən özünə mobil telefon göndərməsini xahiş etmişdir. Babəklə telefon vasitəsi ilə əlaqə saxlayırmış. Telefonları ancaq Seyid adlı şəxs gətirirmiş. Həmin şəxs “X15 Prado” markalı avtomobildən istifadə edir və telefonları gömrükdən gətirirmiş. İran İslam Respublikasında Seyidə telefonları verən Nasir adlı şəxs olmuşdur. Telefonları Babək göndərmiş, lakin o, sonradan İran İslam Respublikasının vətəndaşı olan Nasir adlı şəxsə telefonlarla bağlı müraciət etmişdir. Nasir adlı şəxsin əlaqə nömrəsini Babəkdən götürərək onunla əlaqə saxlamış və bu yolla tanış olmuşdur. İran İslam Respublikasının vətəndaşı ilə aralarında görüş olmamış, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlayırmış. O, İran İslam Respublikasının vətəndaşı Nasir adlı şəxslə narkotik vasitə əldə etmək məqsədi ilə əlaqə saxlamışdır. Nasir adlı şəxs ona narkotik vasitə göndərmişdir. Babəkin Nasir tərəfindən ona göndərilən narkotik vasitələr barədə məlumatı olmamışdır. Sevda adlı şəxsi tanıyır, lakin həmin şəxs ondan narkotik vasitə almamışdır. Həmçinin Sevda adlı şəxsin Nasir adlı şəxslə əlaqəsi olub-olmaması barədə məlumatı yoxdur. Seyid polis əməkdaşları tərəfindən saxlanılan zaman narkotik vasitəni ona apardığını bildirmiş və bu səbəbdən o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Babəkin narkotik vasitələrin keçirilməsindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailəlidir, iki azyaşlı övladı vardır. Rəsmi olaraq heç yerdə işləmir, maklerlik fəaliyyəti ilə məşğul olur və narkotik vasitələrdən istifadə etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum olunmuş, 2018-ci ildə azadlığa çıxmışdır. 2019-cu ilin may ayında Türkiyədə olduğu vaxt tanışları vasitəsilə onunla əlaqə saxlayan, adını “Bobili” kimi bildiyi şəxs, istifadəsində olan ***-***- **-** nömrəsi ilə “WhatsApp” vasitəsilə Türkiyə mobil operatoruna məxsus nömrədən onunla əlaqə saxlamış və Naxçıvandan olan yaşlı bir kişinin İrandan sərhədi keçərək ona mobil telefon gətirəcəyini, həmin telefonları qəbul edib özündə saxlamağını, daha sonra isə onları gəlib götürəcəklərini bildirmişdir. Həmin şəxs ona etibar etdiyini və bu işi ondan xahiş etdiyini demişdir. O da həmin şəxslə razılaşmışdır. Sonradan həmin şəxs ona yaşlı kişinin mobil nömrəsini vermişdir. Növbəti gün həmin yaşlı kişi onunla telefonla əlaqə saxlayaraq bildirmişdir ki, ona çatdırılması üçün telefon verilib və bir neçə dəqiqədən sonra “Avtovağzal” adlanan ərazidə yerləşən “Naxçıvan” kafesinin yanına çatacaq, onun da həmin yerə gedib telefonları təhvil alması lazımdır. O, idarə etdiyi “QAZ 3110” markalı nəqliyyat vasitəsi ilə “Naxçıvan” kafesinin yanına getmiş və orada adını Seyid kimi tanıdığı yaşlı bir kişi ilə görüşmüşdür. Seyid ona bağlı sellofan paketdə mobil telefonları təhvil vermiş, o da evə qayıtmışdır. Həmin gün “Bobili” yenidən zəng edərək telefonları təhvil alıb-almadığını soruşmuş, o isə aldığını bildirmişdir. “Bobili” demişdir ki, 1–2 günə gələcəklər və telefonları götürəcəklər, əvəzində isə ona 50-60 manat “hörmət” edəcəklər. Təxminən iki gün sonra tanımadığı nömrədən “WhatsApp” vasitəsilə zəng gəlmiş və həmin şəxs “Bobilinin tanışı” olduğunu, telefonları təhvil almağa gəldiyini bildirmişdir. O, Novxanı qəsəbəsində yol kənarına çıxmış, həmin şəxs avtobusla gəlib orada düşmüş və onunla görüşərək 60 manat pul vermiş, sellofan paketdə olan telefonları təhvil almışdır. Həmin şəxs telefonları açaraq baxmış və o da görmüşdür ki, sellofanda həqiqətən mobil telefonlar vardır. Bir gün sonra həmin şəxs yenidən “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq demişdir ki, 2.600 manat pul verəcək və həmin pulu telefonları təhvil verən Seyidə aparıb verməlidir. O, Seyidlə əlaqə saxlayıb yenidən Avtovağzala getmiş, 2.600 manatı Seyidə vermiş və demişdir ki, “Bobili” ona yolda deyəcək, pulu kimə təhvil versin. Təxminən on gün sonra “Bobili” yenidən əlaqə saxlamış və Seyidin yenidən ona telefon gətirib verəcəyini, eyni qaydada onları saxlamasını və sonradan tanışının gəlib götürəcəyini demişdir. O, razılaşmış və Seyidlə görüşərək ondan telefonları təhvil alıb özündə saxlamışdır. Bir neçə gün sonra həmin şəxs yenidən əlaqə saxlamış, telefonları gəlib ondan götürmüş və qarşılığında ona 60 manat vermişdir. Bu hadisədən iki gün sonra həmin şəxs yenə əlaqə saxlayaraq ona 840-850 manat pul vermiş, bu məbləği Seyidə təhvil verməsini tapşırmışdır. O da pulu aparıb dediyi kimi Seyidə vermişdir. İyun ayının əvvəllərində “Bobili” yenə “WhatsApp” vasitəsilə zəng etmiş, lakin o yatdığı üçün zəngi qəbul edə bilməmiş, daha sonra “Seyid yenə gətirib sənə telefon verəcək” məzmunlu mesaj yazmışdır. O, “Bobili” ilə əlaqə saxlayaraq demişdir ki, evdən çıxa bilmir, amma taksi göndərə bilər. Bundan sonra 9933 taksi xidməti ilə əlaqə saxlamış, avtovağzalın yanına taksi sifariş vermiş və taksi sürücüsünə demişdir ki, avtovağzalda Seyid adlı şəxslə görüşsün, ondan telefonları götürüb Novxanı kəndindəki “AS” marketin yanına gətirsin. Həmin vaxt dostu Cavid ona zəng edərək qızlarla birgə istirahətə getmək istədiyini bildirmişdir. O da razılaşmış və Cavid evinə gəlmişdir. Cavid yanında Xəyyam adlı tanışını da gətirmişdir. Cavid gələndən az sonra 9933 taksi xidmətinin sürücüsü zəng edərək “AS” marketin yanına çatdığını demişdir. O, Cavidə tapşırmışdır ki, Xəyyamı göndərsin, taksini küçəyə yönləndirsin. Cavid Xəyyamı göndərmiş, lakin Xəyyam getdikdən sonra ondan xəbər çıxmamışdır. Cavid dəfələrlə zəng etmiş, lakin Xəyyam cavab verməmişdir. Sonra o və Cavid birlikdə “AS” marketin yanına getmiş, lakin nə Xəyyamı, nə də taksini orada görmüşlər. Onlar həm taksi sürücüsünə, həm də Xəyyama zəng etmiş, amma heç biri cavab verməmişdir. Küçəyə qayıtdıqdan sonra Cavid demişdir ki, gedib Xəyyamın başına nə iş gəldiyini öyrənsin. Cavid getdikdən sonra taksi sürücüsü ilə əlaqə saxlamağa çalışmış, bir müddət sonra sürücü zəngə cavab verərək demişdir ki, gətirdiyi sellofan paketi onun göndərdiyi adama - yəni Xəyyama vermişdir. Daha sonra Cavidlə əlaqə saxlamış, Cavid demişdir ki, Xəyyamı yol polisi saxlayıb və o, onu oradan çıxarmağa gedir. Axşam saatlarında Cavid yenidən əlaqə saxlamış və demişdir ki, Xəyyamı azad edib, telefonlar da onun yanındadır. O, Cavidə demişdir ki, telefonları gətirib ona versin, Cavid isə sabah görüşüb verəcəyini bildirib. Növbəti gün o, Cavidə zəng etmiş, lakin zəng çatmamışdır. O, “Bobili” ilə əlaqə saxlayaraq baş verənləri danışmış və soruşmuşdur ki, telefonlar haradadır, Cavid və onun tanışı tutulub. “Bobili” isə yalnız telefon göndərdiyini, başqa məlumatı olmadığını demişdir. Daha sonra Cavidin qohumları ona bildirmişdir ki, Cavidi məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndəriblər. Təxminən 15 gün sonra Cavid azadlığa çıxdıqdan sonra onunla görüşmüşdür. Görüş zamanı o, Caviddən nə baş verdiyini soruşmuş, Cavid isə bildirmişdir ki, göndərilən telefonların içərisindən “kakos” (narkotik vasitə) çıxmışdır və buna görə onu və Xəyyamı saxlamışdılar. O, “Bobili” adlı şəxsi əvvəllər tanımamış, yalnız dost-tanış vasitəsilə nömrəsini tapmışdır. “Bobili” ona demişdir ki, barəsində maraqlanıb, etibarlı adam olduğunu eşidib, buna görə də ondan xahiş edib. Əvəzində 50-60 manat “hörmət” veriləcəyini deyib, o da razılaşmışdır. “Bobili” mobil telefonlar və adapterlərin göndəriləcəyini bildirmiş, lakin onların mənbəyi barədə heç nə deməmişdir. Mobil telefonları ondan təhvil alan şəxsi tanımamış, yalnız “Bobilinin tanışı” kimi bilmişdir. Hər dəfə müxtəlif nömrələrdən əlaqə saxlayaraq telefonları götürürmüşlər. Həmin şəxslər bir neçə dəfə ona 2.600 manat və 840-850 manat pul vermiş, bu məbləği Seyidə təhvil verməsini tapşırmış, lakin pulun məqsədini açıqlamamışlar. O, hesab edirmiş ki, telefonlar sərhədi və gömrüyü keçmiş mallardır, hər hansı problem olmaz. Mobil telefonları taksi ilə göndərdiyi gün Cavid də yanında olmuş, lakin Cavidə taksinin nə gətirdiyini deməmiş, sadəcə “qızlarla istirahətə gedəcəkləri yerə aparacaq” demişdir. Telefonlar barədə Cavidin xəbəri olmamışdır. Seyid adlı şəxsdən iki dəfə mobil telefon təhvil almış, iki dəfə də ona pul vermişdir ki, “Bobilinin dediyi adama” çatdırsın. Nasir adlı şəxsi tanımır, iranlılarla heç bir əlaqəsi olmamışdır, ümumiyyətlə İranda olmamışdır. O, yalnız Türkiyədə olan “Bobili” ilə əlaqə saxlamışdır. “Bobili” telefon və adapterlərin haradan gəldiyini deməmiş, yalnız Seyiddən təhvil alacağını bildirmişdir. Seyid də həmin telefonları təhvil verərkən kimin göndərdiyi barədə heç nə deməmişdir. O, Cavidlə 15-20 gün sonra görüşdükdə “narkotik” sözünü eşitmiş və qorxduğuna görə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinmişdir (cild 2, iş vərəqi 185-188). Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi hazırkı məhkəmə istintaqında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla birlikdə işləmişdir. Onlar işlənmiş mobil telefonların alqı-satqısı ilə məşğul olmuşdurlar. O əvvəl Naxçıvanda Babəklə birlikdə işləmiş, onun işçisi olmuşdur. 2018-ci ildə isə Bakı şəhərinə köçmüşdür. Babək Bakıda yerləşən mağazanı ona tapşırmış, özü isə Naxçıvanda işləmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün tam olaraq xatırlamır. Lakin xatırladığı odur ki, Babək ona zəng edərək mobil telefon gəldiyini demiş və gedib onu götürməyini istəmişdir. O da 20 Yanvar ərazisində 2 ədəd sadə “Nokia” markalı telefonu götürmüş, lakin həmin telefonları kimə göndərdiyini xatırlamır. Həmin telefonları taksi ilə göndərmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, telefon mağazasını o, özü işlədirmişdir. Haqq-hesabla Babəkin əlaqəsi olmamış, mağazanı tamamilə özü idarə edirmişdir. O, telefon satmırmış, əsasən mobil telefonların aksessuarlarını satırmış, buna görə də ona çox telefon gəlmirmiş. Babəkin tapşırığı ilə 2 ədəd “Nokia” markalı sadə telefonu 20 Yanvar ərazisində götürüb, daha sonra kiməsə göndərmişdir. O, yalnız bir dəfə telefon götürmüş, bir dəfə də ona telefon verilmişdir. Götürdüyü telefonlar təzə olmuş, lakin Babəkin telefonları haradan göndərdiyi barədə məlumatının olmamışdır. Telefonların qutuları və aksesuarları olmamışdır. Babək telefon işi ilə məşğul olduğu üçün telefonları kiməsə göndərə bilərdi. Kamran adlı şəxsi tanımır, istintaq dövründə bu şəxsə dair ona heç bir sual verilməmiş, həmçinin Mirhüseyn adlı şəxsi də tanımır. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi hazırkı məhkəmə istintaqında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla 12 il şəxsi münasibətdə olmuşdur. Dövlət Gömrük Komitəsində Babəkin işi ilə bağlı izahat vermişdir. O, heç bir hadisənin şahidi olmamışdır. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Babək telefon alqı-satqısı ilə məşğul olmuşdur. Telefonları adətən “28 May” ərazisindən alırdı. X12 də bir yerdə yaşamışlar. Şahid Babəkin axtarışda olmasını bilməmiş, onun tutulandan sonra axtarışda olduğunu öyrənmişdir. Türkiyədə dava olmuşdur, Babək yaralıları xəstəxanaya çatdırmışdır. Ona görə Babəki əvvəlcə tutub, qısa müddət sonra buraxmışlar. Babək tutulan vaxt o, Bakıda idi. Həmin vaxt hansı mobil nömrə işlətdiyini xatırlamır. ***-**- ** saylı nömrə onun olub və həmin nömrə ona məxsusdur. Babək ilə həmin nömrə vasitəsi ilə əlaqə saxlamışdır. ***-**-** saylı nömrə xalası qızı Turanəyə məxsusdur. O, bu nömrəni işlətməmiş, lakin Babəkə bir neçə dəfə zəng etmişdir. ***-**-** saylı nömrə onun adınadır. Vasif adlı şəxsi tanıyır, onun Babəklə münasibətləri var və eyni kənddəndirlər. Şahid1 və Samiri tanımır. Babəkin narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. İrandan telefon gətirilməsi ilə bağlı da məlumatı yoxdur. İstintaqda Kamranın işi ilə bağlı ifadə verməmişdir. Kamran və Babəklə bağlı heç bir prosessual hərəkətlərdə iştirak etməmiş, çünki Kamranı tanımır. Babək telefon aksesuarları deyil, telefon satmışdır. Telefonların yanında qutu və enerji aləti olmamışdır. Babəkin yalnız telefon gətirdiyinin şahidi olmuşdur. Babək Naxçıvanda mağaza işlətmiş, telefonları həm orada, həm də İstanbulda satmışdır. Telefonları adaptersiz satmışdır. O, telefonların sayı və ya digər məsələlər barədə Babəkdən heç nə soruşmamışdır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayır. Evlidir, 2 azyaşlı övladı var. Rəsmi olaraq işləmir, qeyri rəsmi olaraq Ramana qəsəbəsində avtoyumada yuyucu kimi fəaliyyət göstərir. Daha əvvəllər Bakı- Sumqayıt yolunun üzərində yerləşən kafelərdən birini işlətmiş, ondan sonra Sumqayıt şəhərində Saray qəsəbəsində evlərdə usta kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası CM-in 244-cü maddəsi ilə (fahişəliyə cəlbetmə) maddəsi ilə Abşeron rayon məhkəməsi tərəfindən məhkum olunmuşdur. Bir neçə ay əvvəl Abşeron rayon məhkəməsinin qərarı ilə şəxsi istehlak miqdarında qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz istehlak etməyə görə 1 ay müddətə inzibati həbs olunmuşdur. Hazırda narkotik vasitə yaxud bu kimi maddələrdən istifadə etmir. ********** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuş və 8 il bundan qabaq, təxminən 2015-ci ildə öz adına almışdır. Pandemiya vaxtı, yəni 2020-ci ildə üzərində həmin nömrənin olduğu mobil telefonunu Sumqayıtdan Saray qəsəbəsinə gələrkən avtobusda unutmuş və həmin tarixdən etibarən üzərində həmin nömrə olan mobil telefonunu itirmişdir. Bundan sonra qeyd olunan ********** saylı mobil telefon nömrəsinin nə dublikatını çıxartdırmamış, nə də istifadə etməmişdir. Hazırda həmin mobil telefon nömrəsi onun istifadəsində deyil. Başında olan sinir ağrıları ilə əlaqədar olaraq həkim məsləhəti ilə həmin tarixdən etibarən ümumiyyətlə telefon işlətməmişdir. Son bir neçə aydır ********** mobil telefon nömrəsini işlədirmiş. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Həmçinin Babək onun anasının əmisi nəvəsidir. Sonuncunun qardaşı Rüfət bibisinin qızının həyat yoldaşıdır. Qısacası Babək və ailəsi onunla həmkəndli olmaqla yanaşı qohumdurlar. Lakin Babəki hamı “Bobili” kimi tanıyır və sonuncuya ləqəblə müraciət edirdilər, o da Babəkə “Bobili” deyə müraciət edirmiş. Bobili, Bakı şəhərində, eləcə də Şərur rayonunda mobil telefon işinə baxırmış. Sonuncu 2019-cu ilin ortalarında daimi olaraq Türkiyənin İstanbul şəhərinə getmişdir. Bir neçə müddət bundan qabaq isə o, Babəkin İstanbul şəhərində dava söhbətinə görə saxlanıldığını və Bakı şəhərinə göndərildiyini və burada da həbs olunduğunu eşitmişdir. Lakin nə üçün saxlanıldığından məlumatı yoxdur. O, “Bobili”, yəni Təqsirləndirilən şəxsla İstanbul şəhərində olarkən əlaqə saxlamışdır, 2019-cu ildə ona borc pul lazım olduğundan Bobilinin qardaşı Rüfətdən Bobilinin nömrəsini almış və ondan 60 manat borc pul istəmişdir. Bobili də ona Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən mağazadan Samir adlı həmkəndlisindən gedib həmin pulu almağını bildirmişdir. Daha sonra Samir onunla əlaqə saxlamış və kart nömrəsini ona göndərmiş, Samir də kartına 55 manat pul göndərmişdir. Bobili ilə bu qaydada danışığı olmuşdur. 2019-cu ildə o, həmin vaxt istifadə etdiyi ********** saylı mobil telefon nömrəsindən Bobilinin istifadə etdiyi Türkiyə mobil operatoruna məxsus nömrəyə zəng edib danışmışdır. Hazırda həmin nömrənin əvvəllini dəqiq xatırlamırmış, lakin nömrənin sonu 0843 ilə bitirmiş. Qeyd olunan nömrəni ona Bobilinin qardaşı Rüfət vermişdir, o da qeyd olunan nömrəyə 1 dəfə zəng etmişdir. Zəng edib Bobili ilə danışdığı nömrənin sonu həmin nömrənin sonu ilə eyni imiş. Çünki, o da Bobiliyə həmin tarixlərdə və axşam saatlarında zəng etmişdir. Şahid1, X3 və Nasir adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs narkotik vasitələr yaxud psixotrop maddələrdən istifadə edib-etməməsi ilə bağlı məlumatı yoxdur (cild 3, iş vərəqi 8-10). Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “malların yoxlanılması haqqında” 9 iyun 2019-cu il tarixli protokoldan görünür ki, külli miqdarda heroin narkotik vasitəsinin içərisində yerləşdirildiyi 1 ədəd sellofan paketdə olan 6 ədəd enerji yükləyici və onun yanındakı 3 ədəd mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, 6 ədəd enerji yükləyiciləri qara rəngdədir, köhnə yəni, işlənmiş vəziyyətdədirlər. Eyni ölçüdə və eyni növdəndirlər, içəri hissələri boşdur və hər hansı bir əşyanın gizlədilməsi üçün əlverişlidir. Hər birinin üzərində ’’CYBER” və digər hərf və işələrin həkk olunduğu etiketləri vardır. 3 ədəd mobil telefonlar isə, onlardan 1 ədədi “Siemens” markalı, 1 ədədi “Nokia” markalı, 1 ədədi isə “Samsung” markalıdır. Hər üçü köhnədir yəni, işlənmiş vəziyyətdədir, üzərilərində çoxlu sayda cızıqlar vardır. Həmçinin, hər üç mobil telefon sadədir, sensorsuzdur. İşlək vəziyyətə gətirmək mümkün olmamışdır. Üzərilərində telefon nömrəsi yoxdur, “Nokia” markalı və “Samsung” markalı telefonların isə həmçinin arxa batereyası da yoxdur (cild 1, iş vərəqi 30-31). Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 9 iyun 2019-cu il tarixli protokoldan görünür ki, külli miqdarda heroin narkotik vasitəsinin içərisində yerləşdirildiyi 1 ədəd sellofan paketdə olan 6 ədəd enerji yükləyici və onun yanındakı 3 ədəd mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, 6 ədəd enerji yükləyiciləri qara rəngdədir, köhnə yəni, işlənmiş vəziyyətdədirlər. Eyni ölçüdə və eyni növdəndirlər, içəri hissələri boşdur və hər hansı bir əşyanın gizlədilməsi üçün əlverişlidir. Hər birinin üzərində “CYBER” və digər hərf və işələrin həkk olunduğu etiketləri vardır. 3 ədəd mobil telefonlar isə, onlardan 1 ədədi “Siemens” markalı, 1 ədədi “Nokia” markalı, 1 ədədi isə “Samsung” markalıdır. Hər üçü köhnədir yəni, işlənmiş vəziyyətdədir, üzərilərində çoxlu sayda cızıqlar vardır. Həmçinin, hər üç mobil telefon sadədir, sensorsuzdur. İşlək vəziyyətə gətirmək mümkün olmamışdır. Üzərilərində telefon nömrəsi yoxdur, “Nokia” markalı və “Samsung” markalı telefonların isə həmçinin arxa batereyası da yoxdur (cild 1, iş vərəqi 44-45). Cinayət işinin materiallarında olan X4 ilə aparılmış fotoşəkillər əsasında şəxsin tanınması haqqında 10 iyun 2019-cu il tarixli protokoldan görünür ki, M.Seyidovun idarə etdiyi nəqliyyat vasitəsində gətirdiyi enerji yükləyicilərini Bakı şəhərində gətirib təhvil verməli olduğu və bundan əvvəl də dəfələrlə gətirib şəxsən təhvil verdiyi şəxsin Şahid1 olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 71-73). Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 2 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin və SMS-lərin əks olunduğu diskə baxış keçirilməsi zamanı cinayət işinin hallarına uyğun olaraq narkotik vasitələrin yerləşdirildiyi enerji yükləyicilərinin (adapterlərin) Şahid1 tərəfindən qəbul edilməli olduğu xx.xx.2019-cu il tarixdə cinayət işi üzrə şahid qismində dindirilmiş X1 istifadəsində olan 050 (070) ***-**-** saylı mobil telefon nömrəsinə Kamranın 08 06.2019-cu il tarixdə yəni, hadisənin baş verdiyi gündə saat 18:57-də, 19:11- də, 22:02-də, həmçinin xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərində müxtəlif saatlarda zəng etdiyi görünür. Bundan başqa xx.xx.2019-cu il tarixdə saat 23:25- də, həmçinin xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən olunmuş **********636 saylı mobil telefon nömrəsindən Kamranın telefonuna zənglər gəldiyi və tərəflər arasında danışıq aparıldığı müşahidə olunmuşdur (cild 1, iş vərəqi 157-165). Cinayət işinin materiallarında olan vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında 8 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, şahid X5 ifadəsində göstərdiyi 35-40 yaşlarında, əslən NMR Şərur rayonundan olan Babək adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (İAMAS SERVİCE) baxış keçirilmiş, baxış zamanı, “doğum yeri Naxçıvan MR, Şərur rayonu, 1980-1989 təvəllüdləri arası, adı Babək olan şəxsə” dair axtarış məlumatlarında 1 şəxsin - xx.xx.1983-cü il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması, qeyd olunan şəxsin sərhədkeçmə hesabatına baxış zamanı onun xx.xx.2019-cu il tarixdə, saat 16:19-da Bakı aeroportundan Türkiyənin İstanbul şəhərinə getdiyi və həmin tarixdən etibarən ölkə ərazisinə qayıtmadığı müəyyən olunmuşdur. Şahid S.Nəsirova da ifadəsində həmin şəxsin Türkiyəyə getdiyini və orada olduğunu göstərmişdir. Bu mənada bu xüsusat da şahidin göstərdikləri ilə üst-üstə düşmüşdür. Eyni zamanda X5 həmin şəxsi tanıyıb-tanımadığını müəyyən etmək üçün tanınma istintaq hərəkəti aparılması məqsədilə həmin şəxsin fotoşəkili sistemdən çıxarılmışdır (cild 1, iş vərəqi 179-182). Cinayət işinin materiallarında olan X6 ilə aparılmış fotoşəkillər əsasında şəxsin tanınması haqqında 8 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, S.Nəsirovam Şahid1 və “Nasirlə” tanış edən şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 183-187). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2021-ci il tarixli 1(101)-104/2021 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, maddi sübut kimi tanınmış 6 bükümdə ayrı-ayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram ümumilikdə külli miqdarda, 263,906 qram olan, ekspertiza tədqiqatlarından sonra 263,726 qram qalan heroin narkotik vasitəsi və 6 ədəd enerji yükləyici (adapter) və onun yanında olan 3 ədəd sensorsuz, sadə köhnə-işlənmiş vəziyyətdə olan mobil telefonların isə məhv edilməsi qərara alınmışdır (cild 2 iş vərəqi 1- 12). Cinayət işinin materiallarında olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 7 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, sərhədkeçmə hesabatına baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 7 dekabr 2023-cü il tarixdə İstanbul- Bakı aviareysi ilə ölkə ərazisinə gəlmiş və saat 02:46-da X11 Aeroportunda saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. (cild 2, iş vərəqi 104). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ilə aparılmış fotoşəkillər əsasında şəxsin tanınması haqqında 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində “Kamran” adı ilə göstərdiyi şəxsin ilkin, ********* №-li cinayət işi üzrə təqsirləndirilən, hazırki cinayət işi üzrə isə şahid qismində dindirilmiş Şahid1 olduğu öz təsdiqini tapmışdır (cild 2, iş vərəqi 140-141). Cinayət işinin materiallarında olan 22 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AzİnTelecom Məhdud Məsuliyyətli Cəmiyyətindən (X7) xx.xx.2023-cü il tarixli, 3-27-111/2-188/2023 №li məktubla daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********36 saylı mobil telefon nömrəsinə münasibətdə 1 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində, Təqsirləndirilən şəxs istifadəsində olduğu ehtimal olunan Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********43 saylı mobil telefon nömrəsinə münasibətdə 1 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində, +**********13 saylı saylı mobil telefon nömrəsinə münasibətdə isə 1 yanvar 2019-cu il tarixdən 01 may 2019-cu il tarixədək və 10 avqust 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində daxil olmuş və çıxan zənglərin əks olunduğu məlumatlara iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsindən zəng olunaraq danışıq aparıldığı ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinin ana iş üzrə təqsirləndirilən, hazırki iş üzrə Şahid1 həmin tarixlərdə istifadəsində olmuş telefon nömrələrinin olduğu müəyyən olunur. Şəxslər arasında aparılmış zənglərdən görünür ki, Babək tərəfindən 29 aprel 2019-cu il tarixdən etibarən, may və iyun ayları da daxil olmaqla Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə, həmçinin 2019-cu ilin aprel və may aylarında Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dəfələrlə zənglər olunmuş və aralarında danışıqlar aparılmışdır. Cinayətkar qrup üzvləri arasında sövdələşmənin aparıldığı 2019cu ilin aprel-may ayları, eləcə də, cinayət hadisəsinin baş verdiyi tarixdə, yəni, külli miqdarda, 263,906 qram heroin narkotik vasitəsinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirildiyi 8 iyun 2019-cu il tarix və ondan sonrakı 09 iyun-11 iyun 2019-cu il tarixlərdə Babək tərəfindən Kamranın istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə telefon zənglərinin edildiyi və aralarında danışıqlar aparıldığı görünür. Cinayət hadisəsinin baş verdiyi 8 iyun 2019-cu il tarixdə Babək tərəfindən Şahid1 istifadəsində olmuş mobil telefon nömrəsi ilə yanaşı ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə də danışıq aparıldığı görünür. Bundan başqa, Babək tərəfindən edilmiş zənglərə baxış zamanı sonuncu tərəfindən ***-***-**-** saylı, ***- ***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil telefon nömrələri və ***-***-**-** saylı şəhər telefon nömrəsinə çoxsaylı zənglər olunaraq danışıqlar aparıldığı görünür. Həmçinin Babək tərəfindən Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan və İran İslam Respublikası mobil operatoruna məxsus olan +**********12 saylı, +**********89 saylı, +**********59 saylı, +**********69 saylı, Türkiyə Respublikası mobil operatoruna məxsus olan +**********53 saylı, +**********89 saylı mobil telefon nömrələrinə də zənglər olunaraq danışıqlar aparıldığı görünür. Babək tərəfindən sonuncu telefon zənglərinin 2019-cu ilin dekabr ayında ***-***-**-** saylı, 055- ***-**-** saylı, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparıldığı görünür. Yuxarıda qeyd olunmuş məlumatlarla istintaq materiallarında olan sənədlər və Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatı ilə əlaqəli şəkildə təhlil aparıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən edilmiş zənglər zamanı sonuncu Türkiyə Respublikasında olmuşdur. Növbəti olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********36 saylı mobil telefon nömrəsinə daxil olmuş zənglərə baxış keçirilir. Baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********36 saylı mobil telefon nömrəsinə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrindən 2019-cu ilin aprel və may aylarında bir neçə dəfə zənglər daxil olduğu və aralarında danışıqlar aparıldığı görünür. Bundan başqa, daxil olmuş zənglərə baxış zamanı ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********36 saylı mobil telefon nömrəsinə çoxsaylı zənglər daxil olduğu və danışıqlar aparıldığı görünür. 2019-cu ilin sonuncu telefon zənginin dekabr ayında edildiyi görünür. Yuxarıda qeyd olunmuş məlumatlarla yenə istintaq materiallarında olan sənədlər və Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatı ilə əlaqəli şəkildə təhlil aparıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs edilmiş zənglər zamanı sonuncu ölkə hüdudlarından kənarda, Türkiyə Respublikasında olmuşdur. Növbəti olaraq, cinayət hadisəsinin baş verdiyi tarixdə cinayətkar fəaliyyətə özü də bilmədən cəlb olunmuş, külli miqdarda narkotik vasitəsinin içərisinə yerləşdirildiyi mobil telefon adapterlərini gömrük sərhədindən keçirən cinayətdən xəbərsiz X1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edib mobil telefon adapterlərinin Şahid1 çatdırılması barədə danışıqlar aparmış və Təqsirləndirilən şəxs istifadəsində olduğu ehtimal olunan Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********43 saylı mobil telefon nömrəsindən 1 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasında mobil və şəhər telefon nömrələrinə daxil və xaric olan zənglərin siyahısına baxış keçirilir. Xaric olunana zənglərə baxış zamanı qeyd olunan +**********43 saylı mobil telefon nömrəsindən həmin tarixlərdə edilmiş zənglər aşkarlanmır. Daxil olmuş zənglərə baxış zamanı məlumatlardan görünür ki, +**********43 saylı mobil telefon nömrəsinə 2019-cu ilin yanvar-aprel ayları ərzində 055- ***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrindən dəfələrlə zənglər gəlmiş və aralarında danışıqlar aparılmışdır. Qalan digər nömrələrdən, 16.03.19-cu il tarixdə ***-***-**-** saylı nömrədən, xx.xx.2019-cu il tarixdə ***-***-**-** saylı nömrədən zəng daxil olmuş və danışıq aparılmışdır. Qeyd olunan nömrəyə daxil olmuş sonuncu telefon zənginin 10.04.19-cu il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən edildiyi görünür. Yuxarıda qeyd olunan məlumatlarla müqayisəli şəkildə təhlil aparıldıqda müəyyən olunur ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********36 saylı mobil telefon nömrəsindən də xx.xx.2019-cu il tarixdə zəng olunaraq danışıq aparılmışdır. Bundan başqa, yuxarıda qeyd olunmuş məlumatlarla istintaq materiallarında olan sənədlər və Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatı ilə əlaqəli şəkildə təhlil aparıldıqda müəyyən olunur ki, qeyd olunan nömrəyə edilmiş zənglər və danışıqlar zamanı Təqsirləndirilən şəxs ölkə hüdudlarından kənarda, Türkiyə Respublikasında olmuşdur. Belə ki, qeyd olunan nömrəyə 2019-cu il ərzində ilk dəfə ***-***-**-** saylı nömrədən xx.xx.2019-cu il tarixdə zəng olunmuşdur. Sərhəkeçmə hesabatından da Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ölkə sərhədlərini keçərək Türkiyə Respublikasının ərazisinə daxil olduğu və xx.xx.2019-cu il tarixədək həmin ölkənin ərazisində olduğu görünür. ***-***-**-** saylı nömrədən xx.xx.2019-cu il tarixdə edilmiş zəng zamanı da Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatından sonuncunun ölkə hüdudlarından kənarda, Türkiyə Respublikasında olduğu görünür. Belə ki, sərhədkeçmə hesabatından Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ölkə sərhədlərini keçərək Türkiyə Respublikasının ərazisinə daxil olduğu və xx.xx.2019-cu il tarixədək həmin ölkənin ərazisində olduğu görünür. ***-***- **-** saylı nömrədən xx.xx.2019-cu il tarixdə edilmiş zəng zamanı da Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatından sonuncunun ölkə hüdudlarından kənarda, Türkiyə Respublikasında olduğu görünür. Belə ki, sərhədkeçmə hesabatından Təqsirləndirilən şəxs xx.xx.2019- cu il tarixdə ölkə sərhədlərini keçərək Türkiyə Respublikasının ərazisinə daxil olduğu və xx.xx.2019-cu il tarixədək həmin ölkənin ərazisində olduğu görünür. ***-***- **-** saylı nömrədən xx.xx.2019-cu il tarixdə edilmiş zəng zamanı da Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatından sonuncunun ölkə hüdudlarından kənarda, Türkiyə Respublikasında olduğu görünür. Belə ki, sərhədkeçmə hesabatından Təqsirləndirilən şəxs xx.xx.2019- cu il tarixdə saat 16 radələrində X11 Aeroportunda gömrük sərhəd buraxılış məntəqələrindən keçməklə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyi, həmin tarixdən 2023-cü ilin dekabr ayının 7-ə qədər ölkə hüdudlarından kənarda olduğu görünür. Qeyd olunan nömrəyə sonuncu zəngin 055-223- 41-54 saylı nömrədən xx.xx.2019-cu il tarixdə edildiyi görünür. İstintaq materiallarından və iş üzrə şahid Mirhüseyn Seyidovun ifadələrindən +**********43 saylı mobil telefon nömrəsindən 2019-cu ilin may-iyun aylarında Mirhüseyn Seyidovun istifadəsində olan mobil telefon nömrəsinə Whatsapp mobil tətbiqi vasitəsilə zəng olunduğu müəyyən olunur. Növbəti olaraq, cinayət hadisəsinin baş verdiyi tarixdə X1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edib mobil telefon adapterlərinin Şahid1 çatdırılması barədə danışıqlar aparmış və Təqsirləndirilən şəxs istifadəsində olduğu ehtimal olunan digər, Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********13 saylı mobil telefon nömrəsindən 1 yanvar 2019-cu il tarixdən 1 may 2019- cu il tarixədək və 10 avqust 2019cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasında mobil və şəhər telefon nömrələrinə daxil və xaric olan zənglərin siyahısına baxış keçirilir. Baxış zamanı qeyd olunan +**********13 saylı mobil telefon nömrəsindən həmin tarixlərdə xaric olan yaxud daxil olan zənglərin olmadığı görünür (cild 2, iş vərəqi 174-181). Cinayət işinin materiallarında olan Şahid1 ilə aparılmış fotoşəkillər əsasında şəxsin tanınması haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində “Babək” yaxud “Bobili” adı ilə göstərdiyi şəxsin iş üzrə Təqsirləndirilən şəxs olduğu öz təsdiqini tapmışdır (cild 2, iş vərəqi 189-190). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 14892 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “206130 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi, Azərbaycan Respublikası vətəndaşı X4 barəsində..” yazısı olan paketdə, 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 44,984 qr., 48,297 qr., 46,951 qr., 38,721 qr., 37,199 qr və 47,754 qr, ümumi təmiz çəkisi 263,906 qr olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd : heroinin ümumi təmiz çəkisi: 263,906 qr, tədqiqata sərf edildi: ümumi 0,18 qr, qalıq: 263,726 qr (cild 1 iş vərəqi 42-43). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış ambulator məcburi-narkoloji tibbi yoxlama xx.xx.2023-cü il tarixli, 8274 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə hallarının olduğu, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı olduğu qeyd olunmuşdur (cild 2, iş vərəqi 182-184). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamə, hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.5 (adam oğurluğu) və 243.1-ci (fahişəliyə cəlbetmə) maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hökm dəyişdirilərək 243.1-ci maddəyə münasibətdə bəraət verilmiş, 144.2.5-ci maddəsi ilə ona 1 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild 2, iş vərəqi 156, 239-265). Cinayət işinin materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 5). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 08 gün müddətinə həbs qətimkan seçilmiş, həbs etmənin əvvəlinin onun tutulduğu andan hesablanması qərara alınmışdır (cild 2, iş vərəqi 60-64). Cinayət işinin materiallarında olan raport, təhvil-təslim aktı və məktubdan görünür ki, Təqsirləndirilən şəxs 7 dekabr 2023-cü il tarixdə axtarışda olduğundan saxlanılmışdır (cild 2, iş vərəqə 99-101). Dövlət ittihamçısı məhkəmədə çıxış edərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ona qarşı CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməsini bildirərək cinayət təqibinin CM-in 32.3,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı çıxışını belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə CM-in 206.3.2-ci maddəsi ilə ittiham ona görə verilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qacaqmalçılıqla kecirmə barədə tanışı, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Türkiyə Respublikasının ərazisində olan Təqsirləndirilən şəxs sifarişi əsasında cinayətdən xəbərsiz olan Mirhüseyn Seyidova içərisində külli miqdarda heroin narkotik vasitəsinin gizlədildiyi mobil telefonlar üçün nəzərdə tutulan 6 ədəd enerji yükləyicisini (adapteri) təhvil vermiş, sonuncu isə onları Azərbaycan Respublikasının ərazisində, Bakı şəhərində olan cinayətin digər iştirakçısı Şahid1 təhvil vermək üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərkən DGK Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar" gömrük postunun əməkdaşları tərəfindən saxlanılmış və həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin........... (CM-in 206.2-ci maddəsində qeyd edilən digər maddə və əşyaların) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə keçirilərək törədilməsi CM-in 206.3.2-ci maddəsi ilə məsuliyətə səbəb olur. Təqsirləndirilən şəxsə CM-in 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının ərazisində olarkən qabaqcadan əlbir olduğu qrupun İran İslam Respublikasının ərazisində olan şəxsiyyəti istintaqa məlum olmayan üzvünə telefonla məlumat verərək narkotik vasitələri Azərbaycan Respublikasının ərazisndə olan qrupun digər üzvünə çatdırılmasını qazanc əldə etmək məqsədilə təşkil etmiş, o, həmin narkotik vasitələrin Azərbaycan Respublikasına qanunsuz olaraq gizlin şəkildə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini bilsə də, onun keçirilməsində bir başa iştirak etməmiş, yalnız həmin narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək qrupun Bakı şəhərində olan digər üzvünə çatdırılmasını təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CMin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən: -təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Göstərilən plenum qərarında belə nəticəyə gəlinmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Odur ki, yuxarıda qeyd edilən Plenum Qərarlarının tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq təqsirləndirilən şəxsə CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ttihamdan imtina edilməli, cinayət təqibi CM-in 32.3,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməlidir. Məhkəmə dövlət ittihamçısının çıxışını müzakrə edib nəticəyə gəlir ki, onun çıxışı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə təqsirləndirildiyi ittihamlar üzrə Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, cinayət təqibi CM-in 32.3,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2 və 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə olan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı saxlanıldığı 7 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 7 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübutların olmadığı nəzərə alınsın. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar