Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1036/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X12 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X6, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs X16 Maqbool və onun qanuni nümayəndəsi X15 iştirakı ilə xx xxx 1996-cı ildə Hacıqabul rayonu, Nəvai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Hacıqabul rayonu, Nəvahi kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Y.Əliyev küçəsi ev 15-də yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 21:10 radələrində ünvan 1 saylı ünvanda yerləşən tikinti materialları satılan mağazanın qarşısında yetkinlik yaşına çatmayan xx xxxxx 2006-cı il təvəllüdlü, Pakistan İslam Respublikasının vətəndaşı X3 yaxınlaşaraq əlləri ilə boynundan tutub, sonra sağ əli ilə şalvarının cibindən telefonu çıxarmış, sonuncu həmin telefonu təkidlə geri istədiyi zaman Saviour Domnici əli ilə doğrayacağını işarə edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etmiş, buna baxmayaraq, sonuncu telefonu yenidən geri istədikdə üzünə və bədəninə yumruq vurub yerə yıxaraq üzərində 02 manat dəyərində «Azərfon MMC-yə məxsus ***-***-**-** mobil nömrəsi olan bir ədəd 160 manat dəyərində “Samsung” markalı “SM-J701F/DS” modelli telefon aparatını ələ keçirərək zərər çəkmiş şəxs X3 162 manat məbləğdə ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 18:xx xxxxx 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində kirayədə yaşadığı evdən çıxıb piyada Xətai rayonu, UPD qəsəbəsinin mərkəzinə gəlib oradan da piyada UPD qəsəbəsi ilə NZS qəsəbəsinin kəsişməsinə gəlmiş, orada bir az dayandıqdan sonra ona pul lazım olduğu üçün, bir nəfər şəxsin telefonunu əlindən alıb, həmin telefonu sataraq pul əldə etmə qərarına gəlmişdir. Küçə ilə bir nəfər oğlan uşağının getdiyini görmüş, tez iti addımlarla gedib həmin uşağın yanından keçib küçə ilə piyada UPD qəsəbəsi istiqamətinə gedən zaman həmin qəsəbənin Zakir Yusifov kçəsində tikinti materialları satılan mağazanın qarşısında dayanıb həmin uşağa «mənə zəng etmək üçün mobil telefon lazımdır» demiş və telefon istəmişdir. Həmin oğlanın Azərbaycan dilini yaxşı başa düşə bilmədiyini gördükdə əl işarəsi ilə onu başa salıb həmin cavan oğlandan mobil telefonunu almış və telefonun kodunu açmasını ondan xahiş etmişdir. Cavan oğlan mobil telefonu ona verib telefonun kodunu açmış, o, telefoun kodunu yadında saxlayıb telefonu həmin cavan oğlandan götürüb kənara çəkilmiş və kənara çəkilən zaman görmüşdür ki, həmin oğlan da onun arxasınca gəlir. O, əli ilə ona gözləməsini, telefonla zəng edib indi gələcəyini izah etmiş, lakin oğlan onun arxasınca gəlməkdə davam etmişdir. Cavan oğlanın başqa millətdən olmasını bilmiş və ondan əl çəkmədiyini görüb onu üzündən sillə ilə vurmuş, sonra başqa küçəyə keçib oradan uzaqlaşmışdır. Sonra Keşlə qəsəbəsinə getmiş və Keşlə qəsəbəsində küçə ilə gedən zaman əvvəllər tanıdığı Fərid adlı şəxsi görüb mobil telefonu ona 30 manata satmışdır. O, daha sonra göstərmişdir ki, Domnicə əl-qol atmamış, telefonu ondan almış, zərər çəkmişə qarşı bıçaqdan istifadə etməmiş, onda ümumiyyətlə bıçaq olmamışdır. Domnicdən telefonu qaytarması üçün pul istəmiş, o, başa düşməyəndə isə ona bir sillə vurmuşdur. Belə ki, məhkəmədə qanuni nümayəndəsi və tərcüməçinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan X16 Maqbool ifadəsində göstərmişdir ki, Pakistanda anadan olmuş və anası ilə birgə iki il əvvəl Bakıya gəlmişdir. Bakı şəhərinə gəlməkdə məqsədi Azərbaycan Respublikası vətəndaşlığını alıb Bakı şəhərində yaşayıb işləməkdir. Hazırda Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi ev 83, mənzil 2837-də anası ilə birlikdə kirayədə yaşayır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 19:50 radələrində o, kirayədə yaşadığı evdən dərman almaq üçün aptekə getmiş, UPD qəsəbəsindən NZS qəsəbəsi istiqamətində hərəkət edib aptek axtaran zaman qarşısında bir nəfər cavan oğlanın getdiyini və tez-tez arxaya dönüb ona baxdığını görmüşdür. Ona tez-tez baxmasını görüb ondan şübhələnməyə başlamış və qorxmuşdur. Həmin şəxs ani olaraq dayanıb ona yaxınlaşmış və əlləri ilə onun jaketinin cibindən telefonunu çıxarmış və ondan aralanıb gedən zaman o, ona yaxınlaşıb ingilis dilində telefonu qaytarmasını tələb etmiş, ancaq həmin şəxs ondan telefonu qaytarmaq müqabilində 100 manat pul istəmişdir. O, həmin oğlana 100 manat pulu olmadığını deyib təkidlə telefonunu istəyən zaman həmin şəxs ona əl işarəsi ilə telefonu bir də istəsə onu doğrayacağını izah etmişdir. Buna baxmayaraq o, həmin şəxsdən telefonunu təkidlə istəyən zaman həmin şəxs yumruqla onun üzünə və bədəninə vurub yerə yıxıb çıxıb getmişdir. O, da kirayədə yaşadığı evə gələrək bu barədə anasına və kirayədə yaşadığı evin sahibi Şahid2 məlumat vermişdir. O, daha sonra göstərmişdir ki, Vüsal telefonu onun cibindən götürmüş və azərbaycan dilində nə isə demiş, lakin o, Vüsalın dediyini başa düşməmişdir. Vüsaldan telefonunu geri tələb edəndə, Vüsal onu hədələmiş, lakin ona bıçaq çıxartmamış və ümumiyyətlə Vüsalda bıçaq görməmişdir. Sadəcə o, Vüsaldan telefonunu tələb edəndə, Vüsal əlini belinə tərəf aparmış və ona elə gəlmişdir ki, Vüsal belindən bıçaq çıxarmaq istəyir. O, telefonunu Vüsalın əlindən almağa çalışanda Vüsal onun üzünə və bədəninə yumruq zərbəsi endirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi 83 saylı evin 2837 nömrəli mənzili ona məxsusdur və o, həmin mənzili Pakistan İslam Respublikası vətəndaşına kirayə vermişdir. xx xxxxx 2020-ci il tarixdə həmin evinə getmiş və orada yaşayan kirayəşinlərlə söhbət edən zaman X4 ona bildirmişdir ki, aptekə gedən zaman yolda tanımadığı şəxs onun əlindən telefonunu almışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, daha sonra göstərmişdir ki, Domnic ona həmin şəxsin onu bıçaqla hədələməsi, ümumiyyətlə ona bıçaq barədə heç bir söz deməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Fərid Süleymanov oğludur və onlar birlikdə yaşayırlar. Oğlu Fərid 1993-cü ildə Bakı şəhərində anadan olmuş və “Ağ şəhər” deyilən yerdə fəhlə işləyir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olmuş və həmin günü saat 11 radələrində evdə olan zaman Xətai RPİnin 37-ci PŞ-nin əməkdaşları yaşadığı evə gələrək oğlu Fəridin harada olmasını soruşmuşlar. Həmin vaxtı oğlu Fərid evdə olmamışdır. Polis əməkdaşlarına oğlu Fəridin evdə olmamasını bildirmişdir. Sonra polis əməkdaşları oğlu Fəridin mobil telefonuna zəng edib cinayət yolu ilə əldə edilmiş Samsung markalı mobil telefonu təqdim etməsini bildirmişlər. Bundan sonra polis əməkdaşları çıxıb getmişlər və bir qədər sonra oğlu Fərid evə gəlmişdir. Fəriddən telefonu haradan əldə etməsini soruşmuş, sonuncu da həmin telefonu xx xxxxx 2020-ci il tarixdə bir nəfər tanışından 30 manata almasını bildirmişdir. Oğlundan həmin telefonu götürüb Xətai RPİ-nə təqdim etmişdir. Həmin mobil telefon «Samsung J70» markalı olmuşdur. Mobil telefonu satan şəxsin həmin telefonu haradan əldə etməsini oğlu bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 450 saylı rəyindən görünür ki, X1 bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1165 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd işlək vəziyyətdə olan “Samsung” markalı “SM-J701F/DS” modelli telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, orta bazar qiyməti təxminən 160,00 manat müəyyən olunur. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1659 saylı rəyindən görünür ki, X2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. X2 ona qarşı törədilən əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X4 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin tətbiq olunması mümkün deyil. X1 əqli və psixi inkişafında gerilik əlamətləri müşahidə olunmadı. X1 əqli və psixi inkişafı nəzərə alınmaqla o, öz hərəkətlərinin mənasını tam dərk edə və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. X2 özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. X4 ünsiyyətçillik, konfliktə və mübahisəyə meyilli olmamaq, qarşı hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X2 təlqinə qapılmağa, həmçinin başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. X4 yeniyetməlik yaş dövründədir, onu səciyyələndirən fərdi-psixi xüsusiyyətləri (intellektual imkanları, psixi prosesləri, xarakter əlamətləri) yaş xüsusiyyətlərinə uyğundur. X4 əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini qavramaq, dərk etmək və ifadə edə bilmək qabiliyyətinə malikdir. X4 qərarın təsviri hissəsində göstərilən, ona qarşı edilən hərəkətlər zamanı davranışına mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1678 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda da, Təqsirləndirilən şəxs Elxan oğlu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 21:10 radələrində ünvan 1 saylı ünvanda yerləşən tikinti materialları satılan mağazanın qarşısında yetkinlik yaşına çatmayan xx xxxxx 2006-cı il təvəllüdlü, Pakistan İslam Respublikasının vətəndaşı X3 yaxınlaşaraq əlləri ilə boynundan tutub, sonra sağ əli ilə şalvarının jibindən telefonu çıxarmış, sonunju həmin telefonu təkidlə geri istədiyi zaman Saviour Domnici öldürəjəyini deyib üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəjəyi hədəsi ilə basqın etmiş, buna baxmayaraq, sonunju telefonu yenidən geri istədikdə yerə yıxaraq yumruq və təpik zərbələri vurub üzərində 2 (iki) manat dəyərində «Azərfon MMJ-yə məxsus ***-***-**-** mobil nömrəsi olan bir ədəd 160 (yüz altmış) manat dəyərində “Samsung” markalı “SM-J701F/DS” modelli telefon aparatını ələ keçirərək zərərçəkmiş şəxs X3 162 (yüz altmış iki) manat məbləğdə ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X3 qarşı bıçaq tətbiq etməklə quldurluq etməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqında zərərçəkmiş şəxsin mobil telefonunu hədə-qorxu gələrək ələ keçirməsini və onu əli ilə vurmasını etiraf etməsinə baxmayaraq, həmin vaxt üzərində bıçaq olmadığını və ona bıçaqla hədə-qorxu gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin və tərcüməçinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan X16 Maqbool ifadəsində göstərmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs onun jaketinin cibindən telefonunu çıxarmış, o, telefonunu tələb edəndə Vüsal əl işarəsi ilə telefonu bir də istəsə onu doğrayacağını izah etmiş və yumruqla onun üzünə və bədəninə vurub yerə yıxıb çıxıb getmişdir. Vüsaldan telefonunu geri tələb edəndə Vüsal hədələmiş, lakin ona bıçaq çıxartmamış və ümumiyyətlə Vüsalda bıçaq görməmişdir. Sadəcə o, Vüsaldan telefonunu tələb edəndə, Vüsal əlini belinə tərəf aparmış və ona elə gəlmişdir ki, Vüsal belindən bıçaq çıxarmaq istəyir. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Domnicin Vüsalın onu bıçaqla hədələməsi barədə ona bir söz demədiyini bildirmişdir. Bundan başqa iş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi yalnız zərər çəkmiş şəxsə məxsus mobil telefon və videogörüntüləri özündə əks etdirən DVD dmsk maddi sübut kimi tanınmış, iş üzrə bıçaq olmadığından maddi sübut kimi tanınmamışdır. Ona görə də məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif etməli olduğu halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif etmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, “CM-nin 181.1-ci maddəsində həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər”. Qeyd olunan qərarın 25-ci bəndinə əsasən, təqsirli şəxsin əməli Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda, işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. İş üzrə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidin məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən də aydın görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxsə qarşı quldurluq edərkən bıçaqdan istifadə etməmiş, əlini belinə tərəf apararaq yalnız silah tətbiq etmə görüntüsünü yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuşşəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə tövsif ediməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinəəsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə yuxarıda qeyd olunan hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar zamanı residivin müəyyən edilməsi nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yeni cinayət törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərər çəkmiş şəxslə barışmasını və dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda vəəgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 6 (altı) ildən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı “SM-J701F/DS” modelli mobil telefon aparatının zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı “SM-J701F/DS” modelli mobil telefon aparatının zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1036/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1036/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver