Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1036/2021 21.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR-nın Kəngərli rayonunun Xok kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan Mahmud adlıı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 20 dekabr 2020-ci il tarixdə saat 05:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən yerə atılmış külli miqdarda 2,783 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini və 0,245 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 05:50 radələrində Binəqədi RPİ-si 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Mərkəzi küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş və orada saat 07:30-da üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçəsini, sağ yan cibindən siqaret qutusunun içərisində ağ rəngli salfetə bükülmüş ümumilikdə 08 ədəd olmaqla onlardan 4 ədəd sellofan, bir ədəd gümüşü rəngli kağız, bir ədəd folqa bükümmu ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,482 qram, 0,378 qram, 0,420 qram, 0,958 qram. 0,065 qram, ümumi təmiz çəkisi 2,783 qram olan külli miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin və bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,245 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də daxilində psixotrop metamfetaminə məxsus izləri olan bir ədəd kağız borucuğu və üzərində narkotik vasitə heroinə məxsus izləri olan bir ədəd sellofan kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o İnstagram sosial şəbəkəsi vasitəsilə Mahmud adlı şəxslə tanış oldu, ondan metamfetamin sifariş verdi və ona 60 manat məbləğində kartla ödəniş etdi. Mahmud adlı şəxs ona küçədəki daşı göstərib narkotiki həmin daşın altına qoyacağını dedi. O da həmin yerə getdi və narkotik vasitəni götürdü. Bundan sonra Binəqədi rayonu ərazisində olan marketdən siqaret və su aldı. Bu vaxt küçədə dayanan zaman 2 polis və 2 əsgər tərəfindən karantin rejimi ilə əlaqədar icazə müddətinin bitib-bitməməsini yoxlanılması ilə bağlı saxlanıldı. Həmin vaxt cibində olan narkotik vasitələri yerə atdı. Lakin yaxınlıqda bir dükanın işçisi onlara bunu işarə etdi. Bundan sonra şəxsi axtarış aparılması məqsədi ilə onlarla Binəqədi RPİ-ə getdilər. Orada video çəkiliş vasitəsilə üzərinə baxış keçirildi, üzərində şəxsi axtarış zaman 5 büküm aşkar edildi. Onlardan birində heroin var idi. Onu o həmin gün daşın altından götürməmişdi, o onun əvvəlcədən üzərində idi və onun müəyyən hissəsini istifadə etmişdi. Digər 4 bükümdə isə metamfetamin var idi. Ümumilikdə üzərində 2 qram narkotik vasitə var idi, həmin narkotiki ölkədə olan karantinlə əlaqədar hər dəfə küçəyə çıxa bilmədiyi üçün istifadəsi bir dəfədən artıq olmaqla şəxsi istifadəsi üçün almışdı və onları satmaq məqsədi olmayıb, o heç vaxt narkotik satmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci il 20 dekabr tarixində səhər saatlarında Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadə etməsi, saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçədə Təqsirləndirilən şəxs müəyyən edildi. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və xidməti vəsiqələri göstərib polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün 43-cü polis bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs əllərini ciblərinə salmağa imkan verməyərək, avtomobilə əyləşdirib 43-cü polis bölməsinə apardılar və onu xidməti otağa dəvət etdilər. Bundan sonra X2 tərəfindən Təqsirləndirilən şəxs bildirilmişdir ki, video çəkiliş ilə onun üzərində şəxsi axtarış keçiriləcək. Bundan sonra onun öz razılığı ilə müdafiəçi təqdim edilərək, hüquq və vəzifələri izah edildi. Lakin müdafiəçinin iştirakı olmadan video çəkiliş ilə onun üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif edildi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və ağ rəngli solfetkaya bükülmüş yuxarı hissəsi olmayan siqaretin qutusunu masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və heç nə aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin qutusu masanın üzərinə boşaldıldı və oradan 01 ədəd şəffaf rəngli sellofan kəsimi, 01 ədəd narıncı rəngli kağızdan hazırlanmış boru. 01 ədəd gümüşü rəngli falqa, 04 ədəd şəffaf sellofan bükülü, 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edildi. Həmin bükümlər açıldı və içərisindən qəhvəyi və ağ kristal formalı maddələr aşkar edildi. Təqsirləndirilən şəxs həmin maddələri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə İran İslam Respublikası vətəndaşı olan Mahmud adlı şəxsin əvvəlcədən razılaşdıqları yerə qoyduğunu, həmin narkotik vasitələrin şəxsi istifədəsi aldığını və hələ də pulunu vermədiyini bildirdi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə 01 ədəd büküm zərfə qoyuldu, zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Sonra X2 həmin maddənin tərkibini, növünü və miqdarını müəyyənləşdirmək üçün zərfin kimyəvi ekspertizaya göndəriləcəyini bildirdi. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, eyni zamanda şahidlər də verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən Qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir.Bundan başqa, adı çəkilən Plenumun Qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübut götürülməsi barədə protokoldan və DVD diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev 43-cü polis bölməsinin inzibati binasının xidməti iş otaqların birində üzərində qanunla qadağan olunmuş əşyaların, yəni narkotik vasitəni olduğu güman edildiyindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs video çəkilişdən istifadə edilməklə 20.12.2020-ci il tarixdə üzərində şəxsi axtarış və götürülmə aparılmağa başlanıldığını bildirmişdir. Daha sonra X2 şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən polis əməkdaşlarının, ilkin təhqiqat araşdırılma aparılanı təqdim etmiş və iştirakçılar barədə məlumat vermişdir. Sonra bütün iştrakçılara, hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X2 şübhəli kimi gətirilən şəxsə üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən, salfetin içərisində yarıdan kəsilmiş siqaret qutusunu və “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzrəyə qoyur. Bundan sonra əməliyyat müvəkkili tərəfindən Mirzə Seyodovun üzərinə şəxsi axtarış keçirilir və heç nə aşkar edilmir. Bundan sonra həmin büküm Təqsirləndirilən şəxs tərəfindən açılır, bükümün içərisində yarıdan kəsilmiş siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü, 1 ədəd falqa bükülü, 4 ədəd şəffaf sellofan bükülü, bir ədəd kağızdan hazırlanmış boru forması, aşkar edilir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açılır, Seyidov siqaretin gümüşü kağızda və şəffaf sellofan bükümlərdə olan maddələrin şüşə və heroin olduğunu bildirir. X2 Təqsirləndirilən şəxs maddələrin no olduğunu, nə vaxt, haradan, kimdən və neçiyə aldığını soruşur. Təqsirləndirilən şəxs 20.12.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçədə Mahmud adlı İran vətəndaşının əvvəlcədən danışılan yerdə buraxdığı, önun həmin yerdən götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik maddələrin pulunu ödəmədiyini bildirdi. Bundan sonra X2 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər 01 ədəd falqa kağızdan düzəlmiş boru və sellofan hissəsi zərfə qoyularaq zərfin ağzı zərflər üçün nəzərdən tutulmuş möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzərində hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Cinayət işinin materiallarına əlavə olumuş Bakı şəhər, Binəqədi rayon məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərarında görünür ki, Binəqəri RPl-nin 43-cü PB əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat- axtarış təbdirinin həyata keçirilməsi haqqında 19 dekabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2020-ci il tarixli 6/2759 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli sağ yan cibindən təqdim etdiyi sıqaret qutusunun içərisində olan bükümün 05 ədəd bükümdə və falqa kəsiyində olan təmiz çəkisi 2,783 qram metanfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram heroindir, ekspertiza tədqiqatından sonra qalıq 2,663 qram metamfetamin və 0,195 qram heroin. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 08 fevral 2021-ci il tarixli 377 saylı rəyinə gora Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metanfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomanıya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloiı dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 20 dekabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 20 dekabr 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi ekspertiza tədqiqatından sonra qalmış 2,663 qram metanfetamin, 0,195 qram heroin, 01 ədəd kağız borucuq və 01 ədəd sellofan kəsik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxdan 20 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi ekspertiza tədqiqatından sonra qalmış 2,663 qram metanfetamin, 0,195 qram heroin, 01 ədəd kağız borucuq və 01 ədəd sellofan kəsik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1036/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1036/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver