Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1036/2022 13.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan-rus dilləri üzrə tərcüməçi X5, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1990-ci il tarixdə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülmüş, Masallı rayonu, Yeddi Oymaq kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 06 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,246 qram çəkidə heroin əldə edərək üstündə saxlayaraq daşıyarkən 06 oktyabr 2021-ci il tarixdə saat 18:10-da Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarıştədbiri nəticəsində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsi “Məmmədoğlulları” avtoservisinin yaxınlığında saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilmişdir. Orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş təmiz çəkisi 0,246 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o istintaqa məlum olmayan şəraitdə və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 5,719 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmz çəkisi 1,169 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşımaqla üzərində qanunsuz saxlamışdır. Onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 29 dekabr 2021-ci il tarixdə saat 12:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Saat 14:04 dəqiqədən etibarən həmin idarədəki xidməti otaqda Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynindək qara rəngli gödəkçəsinin sağ yan cibindən qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,719 qram olan külli miqdar kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə 1,169 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün narkotik vaistə heroin alıb üzərində saxlamışdır. Həmin gün saat 18:10 dəqiqədə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən “Məmmədoğulları” avtoservisin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun qanunsuz olaraq narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan sonra ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təqdim edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Növbəti dəfə 27 dekabr 2021-ci il tarixdə “Nərimanov” parkının yaxınlığında üzdən tanıdığı, lakin adı və şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən 50 manata bir bükümdə heroin və bir bükümdə metamfetamin almış və həmin maddələri cibinə qoyraq yaşadığı evə gətirmişdir. 29 dekabr 2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində olduğu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu barəsində “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. Orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd “Samsung A80” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq onların özünə məxsus olduğunu, sellofan bükümün içərisindəki bükümlərdən birində narkotik vasitə “kakos”, digərində isə psixotrop maddə “patı” olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunan bir ədəd şəffaf büküm açılaraq baxış keçirilmiş və həmin bükümün içərisində əlavə olaraq 02 ədəd ağ rəngli bükümlər olduğu müəyyən edilmişdir. Həmin 02 ədəd bükümə baxış keçirilən zaman isə onlardan birinin içərəsindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisindən isə kristal şəkilli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. O, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 27 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkı adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, mobil telefonun özünə məxsus olmaqla içərisində öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilsə də üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd sellefon bükümdə olan maddələr kağız zərf qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Ona məxsus “Samsung A80” markalı mobil telefon da götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş heroini və metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyinin nəzərə alınaraq ona yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı tam, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsində fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə bu barədə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 oktyabr 2021-ci il tarixdə müvafiq qərar qəbul edilmişdir. Əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuş və həmin qrupa bölmənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi “Məmməd Oğulları” avto sersivin yaxınlığında olduğu müəyyən edilmiş və əməliyyat qrupu həmin gün saat 18:10 dəqiqədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin ünvana getmişdir. Orada Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olduğunu deyərək onlarla birlikdə 6-cı Polis Bölməsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edərək onlarla birlikdə polis bölməsinə getmişdir. Bundan sonra bu barədə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş və həmin faktın araşdırılması baş təhqiqatçı X6 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş və onun üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını soruşmuş və olduğu halda həmin əşyanı könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da tünd boz rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan narkotik vasitəyə bənzər kütləni çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümün içərisinə baxıldıqda orada spesifik iyə malik maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroinin özünə məxsus olduğunu, həmin kütləni tutulmamışdan əvvəl, yəni 06 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş həmin maddə zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və protokol imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşı Şahid1 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 29 dekabr 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhəri, Binəqədi rayonu, ünvan 3 ünvansız fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilərək Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının da tədbirin keçirilməsinə cəlb edilməsi üçün icazə istənilmiş və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 29 dekabr 2021-ci il tarixli qərar qəbul olunmuşdur. Ondan və Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin baş əməliyyat müvəkkili X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 4 ünvanına yollanmışlar və təxminən saat 12:30 radələrində Təqsirləndirilən şəxs oxşar şəxs həmin ünvanın yaxınlığında saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, sonuncu da siyahı ilə tanış olaraq siyahı üzrə istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu da hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxsla müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmış, bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmiş, sonuncu da buna etiraz etməmişdir. Şəxsi axtarışdan Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd “Samsung A80” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün və mobil telefonun özünə məxsus olduğunu, bükümün içərisində iki ədəd büküm olduğunu, onlardan birinin içərisində narkotik vasitə “kakos”, digərinin içərisində isə psixotrop maddə kimi tanıdığı “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd şəffaf bükümə baxış keçirilərkən onun içərisində əlavə olaraq 02 ədəd ağ rəngli büküm olduğu müəyyən edilmişdir. Həmin iki ədəd bükümə baxış keçirilərkən onlardan birinin içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisindən isə kristal şəkilli, spesifik iyə malik, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini və metamfetamini 27 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkı adlanan ərazidə tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, içərisində ***-***-**-** saylı nömrə olan “Samsung” markalı mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş iki ədəd sellofan bükümdə olan maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd “Samsung A80” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin digər əməkdaşları Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə109-112) . Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürülmə aparılması haqqında və həmin istintaq hərəkətinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, sonuncu da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd gümüşü rəngli bükümə iştirakçılar tərəfindən baxılaraq içərisindən kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və onu 06 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 160-162, 206-207). Şəxsi axtarış və götürülmə aparılması haqqında və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskə baxış keçirilməsi haqqında 29 dekabr 2021-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa könüllü surətdə verməsi təklif edilmiş, sonuncu da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və bir ədəd “Samsung A80” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün və mobil telefonun özünə məxsus olduğunu, bükümün içərisində əlavə iki ədəd büküm olduğunu, onlardan birinin içərisində narkotik vasitə “kakos”, digərinin içərisində isə psixotrop maddə kimi tanınan “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd büküm açılaraq baxış keçirilmiş və həmin şəffaf bükümün içərisində əlavə olaraq iki ədəd ağ rəngli büküm olduğu müəyyən edilmişdir. Həmin iki ədəd büküm açılaraq baxış keçirilən zaman bükümlərdən birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisində isə kristal şəkilli, spesifik iyə malik, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini və metamfetamini 27 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov parkı” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir (cild 1, iş vərəqə 35-40, 98). Məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli 6\4434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmi üzərində “Şübhəli şəxs, imza Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,246 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heorindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,196 qram təşkil etmişdir (cild 1, iş vərəqə 176-180). Məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 6\5662 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd təmiz çəkisi 5,719 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 1,169 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 5,669 qram, metamfetaminin qalıq çəkisi 1,119 qram təşkil etmişdir (cild 1, iş vərəqə 50-57). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 oktyabr 2021-ci il tarixli 4101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 227-228). Ambulator məhkəmə psixiatrik ekspertizasının 04 aprel 2022-ci il tarixli 818 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi tibbi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 21-22). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmadığından ibtidai istintaq orqanının 01 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 71-75). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (cild 1, iş vərəqə 231-233, 244-248). “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin təsiri altına düşdüyü üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 1(001)-152/2021 saylı hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İbtidai istintaq orqanının 24 fevral 2022-ci il tarixli qərarı ilə Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi həmin Məcələsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bir icraatda birləşdirilmişdir (cild 1, iş vərəqə 27, 98-102, 130-131, 154, 204-205). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,119 qram təşkil edən metamfetamin, qalıq çəkiləri 0,196 qram və 5,669 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 173 (bir yüz yetmiş üç) manat 58 (əlli səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8, məhkəmə mərhələsində Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat, məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,119 qram təşkil edən metamfetamin, qalıq çəkiləri 0,196 qram və 5,669 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 173 (bir yüz yetmiş üç) manat 58 (əlli səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil X8 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil X9 üçün 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1036/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1036/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver