Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1036/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X11, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Turab oğlu, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımış, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 10 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 20 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 1,551 qram olan tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayıb daşımış, 11 noyabr 2022ci il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanının yaxınlığında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol arxa cibində saxladığı 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 1,551 qram olan tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yanında 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,273 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Nicat» marketin yanında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,273 qram olan tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, heç bir günahı yoxdur, döyülərək ona müvafiq maddə ilə ittiham irəli sürülmüşdür. O, təxminən 10 noyabr 2022-ci ildə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında tutub həmin polis bölməsinə aparılmış, polis əməkdaşları göstəriş olduğuna görə onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını bildirmişlər. Həmin səbəbdən 2 gün müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra buraxılmış, 25 noyabr 2022-ci il tarixdə polis əməkdaşları yenidən gələrək onu yaşadığı evdən götürüb həmin polis bölməsinə aparmışlar. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü dedikdə, həmin maddənin mahiyyətini bilmədiyi üçün aldanıb sənədləri imzalamışdır. Əvvəllər məhkum olunmasını tutulmasının səbəbi kimi görür. Belə ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, əvvəllər narkotik vasitədən istifadə etsə də, tutulduğu vaxt üzərində narkotik vasitə olmamış, cəzadan azad olduqdan sonra heç vaxt narkotik vasitədən istifadə etməmişdir. O, heç kimlə narkotik vasitəni əldə etməklə bağlı telefon vasitəsilə danışmamış, soruşulduqda narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. 5 qram narkotik vasitə olan heroini polis bölməsində İlkin adlı əməliyyatçı boynuna götürməyə onu məcbur etmişdir. 5 qram heroinin 10 manata alınması qeyri-mümkündür, heroinin 1 qramı 25-30 manatadır. O, həbsdən çıxdıqdan sonra narkotik vasitə istifadə etməmiş, narkotik vasitədən asılı olduğuna görə psixotrop maddə istifadə etdiyindən, ekspertiza keçirilən zaman qanında aşkarlanmışdır. Ona müvafiq resept narkoloji dispanserdə 2022-ci ilin yayında tutulmazdan 3-4 ay əvvəl yazılmışdır. Həmin dərman vasitələrinin adını xatırlamır. O, narkoloji dispanserdə qeydiyyatda olmuş, orada müalicə olunmuş, lakin müalicənin tamamlanmasından 6-7 ay keçdikdən sonra qandan təmizləndiyi üçün, həmin müddət də keçmədiyi üçün ekspertiza zamanı aşkarlanmışdır. Onu İlkin, Nicat və Xəqani adlı polis əməkdaşları döymüş, 1 ay təcridxanada sinəsinin ağrısından yata bilməmiş, gözlə görünən xəsarətlər olmadığından bədənində xəsarətlərin izi qalmamışdır. Həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılan zaman onu döyən şəxslərdən qorxduğu üçün qanunsuzluq barədə məlumat verməmişdir. Hal-hazırda narkotik vasitədən asılılığı yoxdur. Polis Bölməsindən mobil telefonunun qaytarılmamasının səbəbi onu gəlib evdən aparmaları barədə telefonunda səs yazısının mövcudluğu olmuş, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 25 noyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində ailə üzvlərinə həmin gün saat 10-11 radələrində evdən aparıldığı barədə məlumat vermişdir. Videoçəkiliş həmin gün axşam vaxtı olmuş, guya 5 qram heroinin onun üstündən çıxmışdır. O, səhərdən axşama kimi həmin polis bölməsində saxlanılmış, videoçəkiliş başlananadək polis əməkdaşları tərəfindən döyülmüş, lakin döyülməyi ilə bağlı prokurorluq orqanlarına məlumat verməmiş, Bakı İstintaq Təcridxanasına daxil olarkən döyülməyini desə də, bədənində hər hansı xəsarət aşkarlanmamışdır. O, ibtidai istintaq zamanı qorxduğu üçün etirafedici məzmunda ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün 01 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayıb daşımış, 11 noyabr 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün həmin Polis Bölməsinə dəvət etdikdə razılaşıb getmişdir. Hüquq və vəzifələri izah olunub təqdim edilmiş müdafiəçisinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi razılıq verdikdən sonra həmin istintaq hərəkəti zamanı əynində olan boz rəngli cins şalvarının sol arxa cibində saxladığı 01 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə-heroini təqdim edib həmin narkotik vasitəni 10 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demiş, aşkar olunan həmin büküm zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, o, 25 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yanında tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Nicat» marketin yanında olarkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün həmin Polis Bölməsinə dəvət etdikdə razılaşıb getmişdir. Hüquq və vəzifələri izah olunub təqdim edilmiş müdafiəçisinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi razılıq verdikdən sonra həmin istintaq hərəkəti zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini təqdim edib həmin narkotik vasitəni 25 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yanında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, aşkar olunan həmin büküm zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs sahə rəisi kimi işlədiyi ərazinin sakini kimi tanımış, aralarında ədavət, düşmənçilik olmamışdır. Keçən ilin oktyabr-noyabr ayında dəqiq xatırlamadığı tarixdə narkotik vasitələrdən qanunsuz istifadə etməsi və daşımasında şübhəli olması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin baş əməliyyat müvəkilli Şahid1 daxil olmuş məlumata əsasən, Təqsirləndirilən şəxs “Nicat” marketin yaxınlığında saxlanılaraq həmin polis bölməsinə aparılmış, həmin bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkarlanmış, Təqsirləndirilən şəxs narkotik vasitəni özü könüllü təqdim etmiş, həmin narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmiş, bütün proses videoçəkilişlə qeydə alınmışdır. Hadisədən uzun müddət keçdiyinə görə narkotik vasitənin növü və çəkisini xatırlamır. Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən zorakılıq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ərazidə oğurluq cinayətləri çox olduğuna görə şübhəli bilinən şəxsləri polis bölməsinə dəvət edib dəqiqləşdirilmə aparıldığı zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroinin aşkar olunduğunu demiş, digər xüsusatlarla bağlı Şahid2 məhkəməyə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Narkotik vasitələrdən qanunsuz istifadə etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən, 11 noyabr 2022-ci il tarixdə günorta vaxtı Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində o və digər polis əməkdaşı Şahid4 tərəfindən saxlanılaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman şalvarının arxa cibindən bir büküm narkotik vasitə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitə olan həmin bükümü şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Hadisədən uzun müddət keçdiyinə görə narkotik vasitənin növünü xatırlamır. Təqsirləndirilən şəxs o və digər polis əməkdaşı tərəfindən zorakılıq edilməmiş, videoçəkiliş zamanı təqdim etməsi üçün əlavə kütlə təklif olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində şahid X1 məhkəməyə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvvəkili Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Nicat” marketin yanında saxlanılıb 43-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvafiq qərar əsasında həmin gün Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 22; 23-24) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoyduqdan sonra həmin bükümün narkotik vasitə olduğunu, həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məscidin yanında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. (Cild 1, iş vərəqə 35-36) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6764 nömrəli ekspert rəyindən görünür ki, təqqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,273 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasımın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. (Cild 1, iş vərəqə 45) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2928/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciəti geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 52-53) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin müvəqqəti tutulmaqdan azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutulmaqdan azad edilmişdir. (Cild 1, iş vərəqə 58) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 60-61) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1332/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-143/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 75-80; 226-231) xx.xx.2022-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və törədilmiş cinayət əməllərinin tövsif olunması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 88-89) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 95) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 96-97; 98) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yaşadığı evin yaxışlığında saxlanılaraq 43-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 99) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvafiq qərar əsasında şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin gün saat 11:30dan hesablanmışdır. (Cild 1, iş vərəqə 114; 115) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd-boz rəngli cins şalvarın sol arxa cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükümü təqdim etdikdən sonra həmin bükümün içərisində “kakos” kimi tanınan narkotik vasitənin olduğunu, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində “Papanin” ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üzərində gəzdirdiyini bildirmiş, büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. (Cild 1, iş vərəqə 128-130) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6504 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 243” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,551 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (Cild 1, iş vərəqə 140) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, o, müvəqqəti saxlama yerindən şübhəli şəxs qismində azad edilmişdir. (Cild 1, iş vərəqə 157) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2752 nömrəli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciəti geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 162-163) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” və “Qətimkan tədbirinin seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş, onun barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 177-179; 180) xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif vaxtlarda Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə məhkum edilmiş, sonuncu dəfə ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. (Cild 1, iş vərəqə 194-195) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-301/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək o, bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 216-219) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2022-ci il tarixli, 3169 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 235-236) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 6828 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 232-233) xx.xx.2023-cü il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmənin aparılması haqqında” protokollarda qeyd edilənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 249-250) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,273 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 1,551 qram olan tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 2 ədəd “DVD” disk maddi sübut qismində tanınmış, 2 ədəd həmin “DVD” disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə 5,223 qram heroin və 01 ədəd bükümdə 1,451 qram heroin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində məsul saxlanca verilmişdir. (Cild 1, iş vərəqə 254-255) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübutlar, şəxsi axtarış və götürmə protokolları, şahid ifadələri, DVD diskləri, ekspertiza rəyləri və işdə olan digər istintaq materialları iş üzrə sübut növü kimi qəbul edilmişdir. (Cild 1, iş vərəqə 256-267) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 271-273) Şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağı vardır. Belə ki, X5 xx.xx.2012-ci il tarixdə, X6 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü desə də, şahidlər Şahid1, Şahid2, X3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamış, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına və prokurorluq orqanlarına müraciət etmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3056/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirildiyi zaman ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Həbs edilən zaman xəsarət aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “Hər iki qasıq büküşündə post inyeksion döyənək”, “Obyektiv müayinə” adlı 14-cü qrafasında isə “Hal-hazırda şikayəti yoxdur” yazısı qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli xid-755 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı ona fiziki və psixi zorakılıq edilməsi barədə müraciət edilməmiş və bununla bağlı araşdırma aparılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi qismən cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 25 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, İlkin adlı əməliyyatçının ona 5 qram narkotik vasitənin özünə məxsus olduğunu deməyə məcbur etdiyini, əvvəl təyin edildiyi cəzadan azad olduqdan sonra müalicə məqsədli psixotrop maddə qəbul etdiyindən ekspertiza keçirilən zaman qanında aşkarlandığını, saxlanıldığı zaman mobil telefonunun olduğunu və həmin mobil telefonda evdən aparılması ilə bağlı səs yazısının mövcudluğunu desə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs narkotik vasitədən qanunsuz istifadə etməsi ilə bağlı daxil olmuş məlumat əsasında yaşadığı evin yaxınlığında saxlanılaraq polis bölməsinə dəvət edildiyini və orada videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı narkotik vasitəni könüllü təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarının 8-ci vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Nicat” marketin yanında saxlanılaraq polis bölməsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş disk məhkəmə baxışı zamanı nəzərdən keçirildikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu demiş, istintaq hərəkətinin 04:17-ci dəqiqəsində şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, 07:10-cu dəqiqədə hər hansı vəsatət və etirazının olmadığını bildirmişdir. Həmin istintaq hərəkətindən görünür ki, Təqsirləndirilən şəxs üzərində yalnız 1 ədəd büküm olmuş, başqa hər hansı əşya, o cümlədən ifadəsində qeyd etdiyi kimi mobil telefon olmamış, istintaq hərəkəti zamanı təqdim etməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən mobil telefonunun üzərində olması ilə bağlı cinayət işinin materiallarında hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində cəzasını bitirdikdən sonra müalicə olunması məqsədilə psixotrop maddə qəbul etdiyini, narkotik vasitədən istifadə etmədiyini bildirsə də, xx.xx.2022-ci il tarixli, 6828 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlər və psixostimulyarların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Cinayət-Prosessual Məcəllənin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar mötəbər sübutlarla təkzib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs 10 manata təqribən 5 qram narkotik vasitəheroinin alınmasının mümkünsüzlüyünü əsas gətirərək mövqe nümayiş etdirməyə çalışsa da, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barkotik vasitə olan heroini haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə əldə etməsini aşkar etmək mümkün olmamış və təqsirləndirilən şəxsin özü də göstərdiyi həmin xüsusatı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “10 manata 5 qram narkotik vasitə-heroinin alınması mümkünsüzdür” ifadəsi yalnızca məhkəmənin mövqeyini yanlış istiqamətə yönəltmək məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı və məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət yaradan hallara münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan halları məhkəmə istintaqında qəti şəkildə mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, habelə iddia etdiyi halların həqiqiliyini sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı öz imzası ilə təsdiq etdiyi ifadəsini heç bir kənar təsir və təzyiq olmadan verilmiş doğru ifadə kimi qəbul edir və bu ifadə ilə eyni məzmunlu ifadəni (özünü təqsirli bilməsi, əməlindən peşman olması) onun barəsində qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxan məhkəmədə də verməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi halları əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən belə bu halları mübahisələndirməmişdir. Bu isə birbaşa olaraq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə uyğundur, həmin ifadə onun öz sərbəst iradəsinin nəticəsidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ərazidə oğurluq cinayətləri çox olduğuna görə şübhəli bilinən şəxsləri polis bölməsinə dəvət edib dəqiqləşdirilmə aparıldığı zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar olunduğunu demiş, daha sonra ifadəsində əhəmiyyətli ziddiyyətlər olduğuna görə elan edildikdə Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan uzun müddət keçdiyindən dəqiq xatırlamadığını, istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini bildirmişdir. Şahid1 yalnız Təqsirləndirilən şəxs saxlanılmasına əsas olmuş hal ilə bağlı fərqli məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs polis bölməsinə əməliyyat məlumatı əsasında deyil, özünü şübhəli apardığına görə gətirilməsi ilə bağlı qeyd edilməlidir ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raporta əsasən o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idarəyə məlumatının daxil olmasını bildirərək sonuncunun ifşa edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmiş və eyni zamanda idarənin rəisi tərəfindən təsdiq olunmuş əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair eyni tarixli qərar qəbul olunmuş, o və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli raportdan da görünür ki, həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Nicat” marketin yanında saxlanılıb 43-cü Polis Bölməsinə gətirilmişdir. Qeyd olunmalıdır ki, istər əməliyyat məlumatı əsasında, istərsə də şəxsin özünü şübhəli aparmasına görə bölməyə gətirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, habelə Təqsirləndirilən şəxs saxlanılması və onun üzərində şəxsi axtarış kəçirilən zaman aşkar edilmiş narkotik vasitə olan heroinin götürülməsi zamanı qanunvericiliyin hər hansı tələbinin pozulması, o cümlədən, Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilməsi nə təhlil edilən 05 noyabr 2022-cu il tarixli protokoldan, nə də cinayət işinin digər materiallarından görünmür. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissələrdə irəli sürülmüş ittihamı mübahisələndirməsini uğursuz özünümüdafiə taktikası kimi qiymətləndirir və bu səbəbdən də, onun məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini əldə edib saxlamaqla daşıdığına, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edib saxlamaqla daşıdığına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 234.1-1-ci maddəsinə əsasən isə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda, 21.3-cü maddəsinə əsasən isə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayətin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması təqsirkarın həmin cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və ya daşıması, həmin Məcllənin 234.1-1-ci maddəsi ilə tövsif olunması həmin cinayətin predmetini külli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və ya daşıması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd narkotik vasitə olan heroinin təmiz çəkisi 1,551 qram, xx.xx.2022-ci il tarixdə isə üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 5,273 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda narkotik vasitə olan heroinin çəkisi 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən müxtəlif vaxtlarda aşkarlanmış narkotik vasitə olan heroinin miqdarı (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Müdafiə tərəfi şahid ifadələrinin və “Şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin gedişini əks etdirən diskin sübut siyahısından çıxarılmasını xahiş etsə də, həmin məlumatların, sənədlərin, əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaranmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 2 (bir) ədəd diskə baxış keçirilərkən şəxsi axtarış və götürmə istintaq hərəkətləri Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məlumatlar, sənədlər və digər əşyalar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə şübhələr doğurmur, qanuni yolla əldə edilmiş, mötəbərdir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin şəxsi istehlak miqdarından artıq olmasına, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə, törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, həmin əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini cəzasını agırlaşdıran hal kimi müəyyən etsə də, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. Lakin Təqsirləndirilən şəxs ilk öncə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, daha sonra isə 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 1(101)-301/2021 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2022-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Həmin qərarın 7-ci bəndinə əsasən, əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Bu səbəbdən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilməlidir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisini, habelə cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı uşaqlarının olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Habelə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarınıdan görünür ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəli hökümn çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdırlan hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, həmin Məcəllənin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 3 gün şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1332/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 195 (bir yüz doxsan beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 1 ədəd bükümdə qalıq çəkisi 1,451 qram və 1 ədəd bükümdə qalıq çəkisi 5,223 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99- 1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 6828 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona 4 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra, iş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,451 qram və 5,223 qram təşkil edən narkotik vasitə-heroin məhv edilsin və 2 (iki) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1036/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1036/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver