Məhkəmə qərarları › İş №1(101)-1036/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1036/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1036/2024 16.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis (müəllim-psixoloq) X5 və tərcüməçi X8 iştirakı ilə qapalı məhkəmə iclasında 25 dekabr 1965-ci ildə Masallı rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 12, mənzil 41-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə, eləcə də zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ilə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçələrinin kəşisməsində olan, piyadaların keçidi üçün nəzərdə tutulmuş yeraltı keçiddə icarəyə götürməklə işlətdiyi 34 nömrəli idman əşyalarının satışı mağazasında olarkən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqəsdi ilə asudə vaxtlarında ona köməklik etdiyi üçün tanıdığına görə aşkar surətdə on dörd yaşına çatmadığını və orta məktəbdə yeddinci sinfdə təhsil almasını öyrəndiyi xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlasa da, lakin yaş xüsusiyyətləri və fərdi-psixoloji xüsusiyyətləri, (utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməməku, açızlik və.s) ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmadığını dəqiqliklə bilib, bundan, yəni, onun köməksiz vəziyyətindən istifadə etməklə ətrafda heç kimin olmamasını fürsət bilib sonuncunu mağazanın içərisinə çağırmış, Zərərçəkmiş şəxs mağazaya daxil olduqda səs-küy salacağı təqdirdə onu döyəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs qorxaraq onun dedikləri ilə razılaşdığını gördükdə cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs cinsiyyət orqanını əli ilə onyadıb aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona zor tətbiq edəcəyi hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqəsdi ilə 01 iyul 2023-cü il tarixdə axşam saatlarında özünə məxsus velosipedin təmir olunmasında ona köməklik göstərməsini Zərərçəkmiş şəxs yalandan bildirib onu aldadaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanana aparmış, orada həmin gün saat 21:30-da velosipedin yataq otağında olmasını deməsinə görə Zərərçəkmiş şəxs yataq otağına daxil olduqda yataq otağının qapısını kilidləyib sonuncuya tərəf getmiş, Zərərçəkmiş şəxs onun hərəkətlərindən qorxaraq həmin yeri tərk edib getmək istədikdə buna imkan verməyərək aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlasa da, lakin yaş xüsusiyyətləri və fərdi-psixoloji xüsusiyyətləri, (utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməməku, açızlik və.s) ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmadığını dəqiqliklə bilib, bundan, yəni onun köməksiz vəziyyətindən istifadə etməklə əynində olan paltarlarını soyundurmuş, sonuncu onun əlindən çıxıb otağı tərk etmək istəsədə zor tətbiq etməklə bir əli ilə qollarından digər əli ilə ağzından tutub özünə tərəf çəkmiş, daha sonra gərilmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə, yəni, anus dəliyinə salıb çıxarmaqla bağırsağın xarici büzücü əzələsinin (sfinktor) boşalmasına səbəb olmuş anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olub uşaqbazlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs cinsiyyət orqanını öz ağzına alaraq cinsi ehtirasını pozğun formada təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona zor tətbiq edib uşaqbazlıq eləcə də seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqəsdi ilə 06 avqust 2023-cü il tarixdə saat 23:00-da Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 28 nömrəli ünvanın zirzəmisinə gələrək sonuncunun istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edərək qeyd edilən yerdə olmasını və onu gözləməsini bildirmiş, Zərərçəkmiş şəxs onun yanına gəlmək istəmədiyini bildikdə sonuncuya cinsi əlaqədə olmaları barədə ailə üzvlərinə məlumat verməklə onu rüsvay edəcəyi ilə hədələyib israrla zirzəmiyə gəlməsini tələb etmiş, Aqil Məmmədxanlı onun hədələrindən qorxaraq rüsvay olmamaq üçün yaşadığı binanının zirzəmisinə gəlmiş, orada aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlasa da, lakin yaş xüsusiyyətləri və fərdi-psixoloji xüsusiyyətləri, (utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, açızlik və.s) ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmadığını dəqiqliklə bilib, bundan, yəni onun köməksiz vəziyyətindən istifadə etməklə əynində olan paltarlarını soyundurmuş, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmayacağı təqdirdə vurub xəsarət yetirəcəyi, eləcə də öldürəcəyi ilə hədələyib müqavimətini sındıraraq öz gərilmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə, yəni, anus dəliyinə salıb çıxarmaqla bağırsağın xarici büzücü əzələsinin (sfinktor) boşalmasına səbəb olmuş anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin edərək aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edəcəyi hədəsi ilə uşaqbazlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayından tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 12, mənzil 41-də ailəsi ilə birlikdə yaşayır və Bakı şəhəri, Yasamal rayonu, «5 mərtəbə» adlanan ərazidəki yeraltı keçiddə icarəyə götürdüyü idman malları mağazasını işlədir. Həmin keçiddən keçən Adil və onun anası Qanuni nümayəndə təxminən bir il bundan öncə mağazaya gələrək Adil üçün idman əşyaları almışlar. Bundan sonra da keçiddən keçən Adil bir neçə dəfə onun işlədiyi mağazaya gəlmiş, müəyyən mallar almış, bunun nəticəsində aralarında xoş münasibətlər yaranmışdır. Adilin deməsinə görə bilmişdir ki, onun 13 yaşı vardır. Özünün də övladı olduğu üçün ona bir böyük kimi yanaşmışdır.Adil ona idmanla məşğul olduğunu da demişdir. Adilin mədəni və ağıllı uşaq olmasını görmüş, onunla yaş fərqi olmasına baxmayaraq dostluq münasibətləri yaranmışdır. İttihamda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə işlədiyi mağazada Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkətlər etməmiş, ona toxunmamışdır. Adili mədəni uşaq olduğu üçün qızı ilə tanış etmək üçün öz evinə dəvət etmişdir. Yoldaşı Adil üçün çay süfrəsi açmışdır. Həmçinin Adilin velosipedləri təmir etmək bacarığı olduğu üçün onu xx.xx.2023-cü il tarixdə axşam saatlarında öz evinə velosipedi təmir etmək üçün dəvət etmişdir. Velosipedi özünə məxsus evin yataq otağında Adil təmir etmişdir. Bu zaman yataq otağında o və Adil olmuş, qızı digər otaqda olmuş, yoldaşı isə həmin vaxt evdə olmamışdır. Yataq otağında Adillə olduqları zaman qapını bağlamamış, Adilə qarşı uşaqbazlıq etməmiş, digər seksual xarakterli hərəkətlər də etməmişdir. Təsdiq edir ki, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 28 saylı binanın zirzəmisini Adilin anası Gülnaz xanımdan mallarını saxlamaq üçün icarəyə götürmüşdür. Bəzi hallarda işdən gec çıxan zaman həmin zirzəmidə gecələmişdir. Lakin həmin zirzəmidə Zərərçəkmiş şəxs ilə uşaqbazlıq etməmiş, ona xəsarət yetirəcəyi, eləcə də öldürəcəyi ilə hədələr etməmişdir. Ona verilmiş ittihamı qəbul etmir, bu ittiham ona qarşı qərəzli olan bir ittihamdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu onun yaşadığı «5 mərtəbə» adlanan ərazidə olan Azərbaycan X11rşısındakı yeraltı keçiddə idman malları mağazasının satıcısıdır. O, anası ilə birlikdə ünvan 2 ünvanda yaşamaqla yaxınlıqda yerləşən “18 nömrəli tam orta məkətəb”in həyətindəki “idman məktəbin”ə gedib karate idman növü ilə məşğul olmuşdur. Onun hal-hazırda 14 yaşı var, lakin hadisənin baş verdiyi 2022-ci ilin yay aylarında 12 yaşı olmuşdur. İlk dəfə Təqsirləndirilən şəxs keçiddə olan mağazaya anası ilə birlikdə idman paltarı almaq üçün getdikləri 2022-ci ilin yay aylarında görmüşlər. Həmin vaxt anası onun üçün Təqsirləndirilən şəxs idman geyimi almışdır. Yolu məhz bu keçiddən keçdiyi üçün sonuncunu tez-tez görür, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ondan çox yaşlı olduğu üçün ona yaşca böyük olan şəxsə hörmətlə yanaşmışdır. Təqsirləndirilən şəxs də onunla mehriban olmuşdur. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs onunla söhbət edən zaman onu ailəsi ilə görüşdürmək və tanış etmək məqsədi ilə evlərinə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən mənzilə gedib sonuncunun qızı Jalə və həyat yoldaşı Nəzakət xanım ilə tanış olmuşdur. İkinci dəfə isə 01 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq yaşadığı mənzildə saxladığı velosipedinə siqnal düzəltməyində köməklik etməyini xahiş etmiş və o da buna razı olmuşdur.Həmin günü Afətlə birlikdə Afətin yaşadığı mənzilinə getmişlər.Həmin vaxt Təqsirləndirilən şəxs mənzilində qızı Jalə olmuşdur. Mənzildə olan zaman Təqsirləndirilən şəxs onu yataq otağına çağırmışdır ki, velosipedi ordadı, gedib velosipedinin siqnalını quraşdırsın.O da Afətlə birlikdə yataq otağına keçmiş, bu zaman Təqsirləndirilən şəxs qızı “Jaləyə” tapşırmışdır ki, onların olduğu yataq otağına keçməsin və onlar içəri daxil olduqdan sonra Afət qapını örtmüşdür. Bundan sonra yataq otağında velosipedin siqnalını düzəltmiş, işini bitirdikdən sonra otaqdan çıxmaq istəmişdir ki, qolundan tutub onu saxlamış, yataq otağından çıxmağına icazə verməmiş, Təqsirləndirilən şəxs onun arxa tərəfinə keçmiş, ağzını tutub şalvarını aşağı endirmiş, sonra öz şalvarını aşağı endirərək onunla arxadan cinsi əlaqədə olmağa başlamışdır. Təqsirləndirilən şəxs sonuncu onu öldürməklə və rüsvay etməklə hədələdiyi üçün müqavimət göstərməmişdir. Bundan sonra onlar birlikdə yataq otağından çıxmış və yaşadığı mənzilə getmişdir. Onunla sağollaşarkən Təqsirləndirilən şəxs baş verənləri heç kimə danışmamağını, kiməsə dediyi halda onu öldürəcəyini, ondan idman əşyaları alan sinif yoldaşlarına bu barədə məlumat verib onu rüsvay edəcəyini bildirmişdir. O da bütün bunlardan çəkinərək baş verənlər haqqında heç kimə heç bir məlumat verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yaşadığı binanın zirzəmisinə mallarını yığmış və 06 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək onu zirzəmiyə çağıraraq orada onunla arxadan cinsi əlaqədə olmuşdur. Bundan sonra anası ilə rayona istirahətə getdikləri zaman gecə vaxtları diksinib ağladığı üçün anası onu sorğu-suala tutduğu zaman hər şeyi olduğu kimi ona danışmış, anası da polis orqanlarına şikayətlə müraciət etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Zərərçəkmiş şəxs isə doğma oğludur. Onun həyat yoldaşı rəhmətə getmiş, oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidəki binada özünə məxsus mənzildə yaşamışlar. 2022-ci ilin təxminən iyun ayında oğlu Zərərçəkmiş şəxs yaşadıqları ünvanın yaxınlığında yerləşən “18 nömrəli tam orta məkətəb”in həyətindəki “idman məktəbin”ə gedib karate idman növü ilə məşğul olmuşdur. Adil idmana gedib - gəldiyi yol, yaşadıqları ünvanın yaxınlığında olan “Azdrama” qarşısındankı yeraltı piyada keçidindən keçirdi. Həmin keçiddə yerləşən mağazaların birində Təqsirləndirilən şəxs satıcı işləmiş, həmin mağazada idman malları satılırdı. Oğlu üçün həmin mağazadan idman geyimləri almış, oğlu həmin keçiddən idmana gedib-gəldiyi üçün Təqsirləndirilən şəxslə səmimi münasibətləri yaranmışdır. Oğlunun Təqsirləndirilən şəxsgilə qonaq getməsindən, Təqsirləndirilən şəxs öz evində vəonlara məxsus binanın zirzəmisində oğluna təcavüz etməsindən məlumatı olmamışdır. Yalnız oğlu ilə 2022-ci ilin yayın sonunda rayona istirahətə getdiyi zaman oğlunun gecələr diksindiyini, qorxub onu qucaqladığını görərək ona sorğu-sual edib yalnız o zaman bilmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə oğluna qarşı əxlaqsız hərəkətlər etmişdir. Bunu bilən kimi hüquq-mühafizə orqanlarına şikayət etmişdir. İbtidai araşdırma zamanı oğlunun psixoloji müalicə və bərpası üçün Təqsirləndirilən şəxs qohumlarından 3.000 manat pul almışdır. Bununla bağlı müstəntiqə barışıq ərizəsi vermişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs bağışlamır, ona cəza verilməsini Allahın və məhkəmənin öhdəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, lakin onlar nigah bağlamamışlar. Birgə yaşayışdan qızları Jalə dünyaya gəlmişdir, Jalənin artıq 18 yaşı olmuşdur. Əri Afət “AzDrama”nın qarşısında olan yeraltı keçiddəki mağazada idman mallarının satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs bir dəfə öz evində görmüşdür. Belə ki, əri Afət Adili ona kömək edən şəxs kimi evinə qonaq çağırmışdır. Adilə çay süzmüş, Adil çay içdikdən sonra əri ilə birlikdə çıxıb getmişdir. Adilin ikinci dəfə evinə gəlişi zamanı o evdə olmamışdır. Qızı Jalə ona demişdir ki, Adil ilə atası yataq otağına atasına məxsus velosipedi təmir etmək üçün keçmişlər. Artıq ərinə qarşı cinayət işi başlandıqdan sonra müstəntiqdən bilmişdir ki, əri Adili evlərinə gətirən zaman yataq otağında Adilə təcavüz etmişdir. Ərinin belə bir iş görməsinə inanmır, onu belə bir adam kimi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atasıdır. Atası və anası ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 12, mənzil 42 –də yaşayırlar. Atası “AzDrama”-nın qarşısında olan yeraltı keçiddə idman malları mağazasında satıcı işləyir. Bir gün atası evə Zərərçəkmiş şəxs qonaq gətirərək onu işində ona kömək edən şəxs kimi təqdim etmişdir. Anası Adil üçün çay süfrəsi açmış və Adil həmin gün evlərində olan VayFay modemində yaranmış nasazlığı aradan qaldırmışdır. Bundan sonra atası ilə Adil birlikdə evdən çıxıb getmişlər. Adillə atası bir daha da evə gəlmişlər. Lakin bu zaman anası evdə olmamışdır. Atası bildirmişdir ki, Adil onun yataq otağında olan velosipedi təmir etməlidir. Bundan sonra atası ilə Adil yataq otağına keçmiş, lakin yataq otağının qapısını örtsələr də kilidlə bağlamamışlar. Həmin otaqdan hər hansı bir səs eşitməmiş və bir müddət sonra atası ilə Adil otaqdan çıxaraq birlikdə getmişlər. Bundan sonra atası bir-iki gün evə gecələməyə gəlməmişdir. Atasından bunun səbəbini soruşduqda bildirmişdir ki, iş yerinin yanındakı binanın zirzəmisini icarəyə götürüb malları ora yığmış və işi çox olduğu üçün orada gecələmişdir. Atasının davranışında müəyyən qəribəlikləri özü görmüşdür. Belə ki, atası ona məxsus parfumeriya ilə baş saçını və qaşlarını qara rəngə boyamış, qollarında olan tükləri qırxırdı. Atasının Adilə təcavüz etməsini polisdə müstəntiqdən bilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, cari ilin may ayından avqust ayına qədər müddət ərzində 2010-cu il təvəllüdlü övladı olan Zərərçəkmiş şəxs tanışı “Davud” kimi tanıdığı şəxs ona qarşı seksual hərəkətlər etməklə onunla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən ünvan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 28 nömrəli ünvanın zirzəmisidir. Zərərçəkmiş şəxs həmin ünvanı göstərərək Davud kimi tanıdığı şəxsin 2023-cü ilin əvvələrində ona orada seksual xarakterli hərəkətlər etməklə onunla arxa keçəcəkdən cinsi əlaqəda olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə xx.xx.2023-cü il tarixdə saat 21:00-da tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs özünə məxsus "xxxx" MMC-yə məxsus ***-***-**-** GSM nömrə ilə istifadə olunan “Huawei Y5” markalı, “**********33040”, **********83061” imei kodlu mobil telefonu müdafiəçi X7 iştirakı ilə təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon aparatına baxış keçirilmiş və istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “Whatsapp” proqramı vasitəsilə “Adım-sanımvar, belı şylər bizə də sizə də şərəf gətirməz, Özüvə qarşı sözlər işlətmə ayıbdı”, “ Mə səni dostoynı, ağıllı oğlan biliroəm!”, “Salam, Adil, bu nə sözdü danışıırsan, niyə mənim həyat1mı məhv edirsən? Anova de ki, belə şeyd olmayıb axı, Özümüzü gəl bütün Bakıya biabır etməyək”, “Sonra adımız pis çıxar, axı bizim gələcəyimiz var”, “Rica edirəm, gəl qurtaraq bu sözləri!” “Bizim aramızda heç nə yoxdur, olmayacaqda inşallah” və “Alo?” sms mətnləri daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolundan” müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə həyata keçirilmişdir. Zərərçəkmiş şəxs seksual xarakterli zorakılıq hərəkətlərini etməsi ilə bağlı sözləri şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, lakin Təqsirləndirilən şəxs bu hərəkətləri etmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birlikdə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Azər İsmayılzadə ilə birlikdə ilkin olaraq Təqsirləndirilən şəxs satıcı işlədiyi, təxminən 2023-cü ilin mart ayının əvvəllərində gəldiyi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ilə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçələrinin kəsişməsində yerləşən, piyadaların keçidi üçün nəzərdə tutulmuş yeraltı piayada keçidindəki mağazanı göstərərək Təqsirləndirilən şəxs əli ilə cinsiyyət orqanını oynadaraq ona qarşı seksual xarakterli hərəkətlər etdiyi 34 nömrəli mağazadır. Daha sonra Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı onun qonaq getdiyi Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvana getmiş, orada Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqəda olduğu və cinsiyyət orqanını ağzına alaraq ona qarşı seksual xarakterli hərəkətlər olunan mənzilin giriş qapısını və həmin mənzildəki yataq otağını göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 28 nömrəli ünvanın zirzəmisinə getmiş, orada da Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqəda olmuş və özü onun cinsiyyət orqanını ağzına alaraq ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan müəyyən olunur ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs dindirmə zamanı bildirdiyi Zərərçəkmiş şəxs ilə birlikdə olduğu yerləri göstərməsi təklif olunduqdan sonra o Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Azər İsmayılzadə ilə birlikdə ilkin olaraq satıcı işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ilə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçələrinin kəsişməsində yerləşən, piyadaların keçidi üçün nəzərdə tutulmuş yeraltı piayada keçidindəki 34 nömrəli mağazasına gedərək göstərmiş, daha sonra istiqamətlənərək öz yaşadığı və Zərərçəkmiş şəxs ilə velosiped təmir etdikləri Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvana getmiş, oradan da Zərərçəkmiş şəxs yaşadığı mənzilin zirzəmisi olan yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 28 nömrəli ünvana gedərək əli ilə zirzəminin giriş qapısını, zirzəmiyə daxil olma hissəsini, qaldığı, yatdığı və gecələdiyi yerləri göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 31 avqust 2023-cü il tarixli 403 №-li rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər aşkar edildi. Məhkəmədə elan edilib araşdırılmış “ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixli 403 №-li məhkəmə-tibbi ekspertizasının rəyi elan edilmiş və əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək hüququnun olması izah edilmişdir. Lakin, Təqsirləndirilən şəxs qeyd olunan rəyə heç bir qeyd əlavə etməmiş, rəy barədə vəsatətinin və şikayətinin olmadığını bildirərək öz xətti ilə imza etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2023cü il tarixli 408 №-li rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs arxa kecəcəkdə qeyri-təbbi yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri təbii yolla cinsi əlaqə zamanı arxa kecəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmırsa müddət haqqında fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs cinsi qabiliyyətini təstiq edən əlamətlər müsbətdir. Zərərçəkmiş şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər-hansı bir anomaliya və patalogiya aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış “ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixli 408 №-li məhkəmə-tibbi ekspertizasının rəyi elan edilmiş və əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək hüququnun olması izah edilmişdir. Lakin, Təqsirləndirilən şəxs qeyd olunan rəyə əlavə etməmiş, rəy barədə vəsatətinin və şikayətinin olmadığını bildirərək öz xətti ilə imza etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2023cü il tarixli 405 №-li rəyindən müəyyən olunur ki, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxsnnun cinsi qabiliyyətini təstiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxsnnun xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər-hansı bir anomaliya və patalogiya aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 2481 nömrəli rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Bu iş üzrə yoxlanılan şəxs təqsirləndirilən şəxs qismində keçmədiyi üçün onun anlaqlı olub-olmaması, məcburi müalicəyə ehtiyacının olub-olmaması barəsində qoyulmuş suallar ona şamil edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə - Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Zərərçəkmiş şəxs özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə və başqalarının təsiri altına düşməyə meyillilik əlamətləri müşahidə edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi 01 sentyabr 2023-cü il tarixli, 5641 №-li rəyindən müəyyən olunur ki, Nurullayev X6 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2023-cü il tarixli 3-16-16/2-5/1262/2023 №-li rəyindən müəyyən olunur ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təhsiz olunmuş «HUAWEİ Y5» markalı, «AMN-LX9» modelli «**********33040, **********83061» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «HUAWEİ Y5» markalı, «AMN-LX9» modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövsud olan və pozulmuş («Whatsapp» proqram təminatında aparılmış məlumat mübadiləsi, məkan kordinatları, foto, video fayllar və s.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən «Report-Hesabat» hesabat «Ekspertiza 5-1262» adlı iş çantasında bir ədəd «DVD-R» tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiqat zamanı mobil smartfonun yaddaşından əldə edilmiş məlumatlara dair hesabatda «Whatsapp» proqram təminatında «Adil Qaqaş» adla qeyd olunan «+994 51 525 41 31» abonent nömrəsi vasitəsi ilə aparılmış «SMS» yazışmalar müəyyən edilməmişdir. Lakin həmin obanet nömrəsi ilə «Whatsapp» proqram təminatı üzərindən aparılmış zəng qeydləri (qəbul edilən, buraxılan və çıxan zənglər) aşkar olundu. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 2920 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən müəyyən olunur ki, Adil Məmmədxajnlının əqli və psixi inkişafının norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur. Əqli və psixi inkişafı ilə əlaqədar yadda saxlamaq, təsvir etmək, qavramaq və düzgün məlumat vermək qabiliyyətinə malikdir. Haızrkı müayinə gedişatında hadisə ilə əlaqədar psixi-emosional vəziyyətində əhval-ruhiyyəsinin nisbətən endiyi müşahidə olunsa da hər hansı ciddi dəyişiklik dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs intellektual imkanları (diqqət, yaddaş, təfəkkür, təsəvvür, dərketmə və s.) normaya uyğundur. Utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, acizlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətində başqalarının təsiri altına hərəkət etməyə, yalan danışmağa, özündən uydurmağa pataloji meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkaşafında gerilik əlamətləri aşkar olunmadı. Əqli və psixi inkişafını nəzərə almaqla Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin mahiyyətini qavramaq, dərk etmək və bu barədə məlumat vermək qabiliyytəinə malikdir. Zərərçəkmiş şəxs intelektual inkişafı və emosional halından asılı olaraq hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlasa da, lakin yaş xüsusiyyətləri və fərdi-psixoloji xüsusiyyətləri, utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, acizlik və.s ilə əlaqədar müqavimət göstərmək göstərməyə bilərdi. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsinin xx.xx.2023-ci il tarixli 20/2-14108 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs (Rusiya Federasiyası vətəndaşı) xx.xx.2004-cü il tarixdə saat 21:20-də Azərbaycan Respublikası dövlət sərhəddini keçmişdir. Məhkəmədə elan edilib araşdırılmış Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının reyestri xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan Təqsirləndirilən şəxs Masallı rayonun Təklə kənd icra nümayəndəliyinidə qeydə alındığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2003-cü il tarixdə ona verilmiş Rusiya Federasiyasının pasportunda onun xx.xx.1965-ci il tarixdə Azərbaycan SSR-nin Masallı rayonu Təklə kəndində anadan olduğu qeyd olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-ci il tarixli 3-37/2-252xx-xx/2023 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi protokolundan müəyyən olunur ki, Şahid1 iş üzrə Təqsirləndirilən şəxs qızıdır və ifadəsində son zamanlarda atası Təqsirləndirilən şəxs qeyri-adilik, nəsə qəribəlik olduğunu, bir neçə dəfə saçını və qaşını onun karandaşı ilə boyamasını, qolunun tüklərini təmizləməsini müşahidə etdiyini bildirmişdir. Məhkəmədə tədqiq olunmuş «Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 152.2.-ci maddəsindən həmin Məcəllənin 150.3.3-cü maddəsinə tövsif edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs arasında WhatsApp tətbiqi vasitəsi ilə aparılmış danışıların əks olunduğu mobil telefonudan çıxarılmış 02 vərəqdən ibarət WhatsApp tətbiqinin fotoşəkil maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə “Azercell” “Bakcell" MMC-dən daxil olmuş 02 ədəd CD disk və kompüter-texniki ekspertizasından daxil olmuş 01 ədəd CD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmasuş, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi «HUAWEİ Y5» markalı mobil telefon sübut növü kimi tanınsın və saxlanması üçün Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İinformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs pasportundan müəyyən olunur ki, o, xx.xx.2010-cu il tarixdə doğulmaqla ona qarşı törədilmiş cinayət əməlləri zamanı on dörd yaşına çatmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə qarşı heçbir seksual xarakterli zorakılıq hərəkətləri etmədiyinə və bunlar şər və böhtan olmasına dair ifadələri yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, üzləşdirmə istintaq protokolu, “hadisə yerinə baxış keçiriməsi protokolu”, “ifadənin yerində yoxlanılması haqqında” protokol, keçirilmiş məhkəmə tibbi-ekspertizası və digər ekspertiza rəyləri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ibtidai istintaq zamanı keçirilərək cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin ifadələri, zərərçəkmiş şəxsin iştirakı ilə keçirilmiş “hadisə yerinə baxış keçiriməsi haqqımda” və “ifadənin yerində yoxlanılması haqqında” protokolu ilə, ekspertiza rəyləri, üzləşdirmə protokolları və məhkəmə istintaqı zamanı proses iştirakçılarının verdiyi ifadələrlə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olsa da Azərbaycan Respublikası CM-nin 52.2.1 və 52.2.3-cü maddələrinə əsasən beş ildən artıq müddətə daimi Azərbaycan Respublikasının ərazisində yaşayan şəxs olmaqla Azərbaycan Respublikasında doğulmuş olduğu üçün ona qarşı CM-nin 52-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma şamil edilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslə barışmadıqlarını, ona qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsaslanaraq xx.xx.2023-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Göstərilənlərə əsasən WhatsApp tətbiqi vasitəsi ilə aparılmış danışıların əks olunduğu mobil telefonudan çıxarılmış 02 vərəq, “Azercell” “Bakcell" MMC-dən daxil olmuş 02 ədəd CD disk və kompüter-texniki ekspertizasından daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi sübut növü kimi tanınaraq saxlanması üçün Bakı Şəhər YAsamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş «HUAWEİ Y5» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 100 (bir yüz on) manat məbləğində pul təqsirləndirilən şəxs X4 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “30” avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma tətbiq edilməsin. İş üzrə cinayət işinə əlavə edilmiş WhatsApp tətbiqi vasitəsi ilə aparılmış danışıların əks olunduğu mobil telefonudan çıxarılmış 02 vərəq, “Azercell” “Bakcell" MMC-dən daxil olmuş 02 ədəd CD disk və kompüter-texniki ekspertizasından daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi sübut növü kimi tanınaraq saxlanması üçün Bakı Şəhər YAsamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş «HUAWEİ Y5» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar