Məhkəmə qərarları › İş №1(101)-1037/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1037/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1037/2021 05.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri X4, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Emil oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 15 avqust 1989-cu ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri. M.Əsədov küçəsi, ev 12, mənzil 12-də qeydiyyatda olan, ünvan 3-də yaşamış, 08 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 yanvar 2021-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,940 qram və 1,940 qram, ümumilikdə təmiz çəkisi külli miqdar, yəni 4,880 qram təşkil edən kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanının qarşısına qanunsuz daşımış, həmçinin, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1959-cu ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, X-8919 nömrəli, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş 1 ədəd 16 kalibrli ov tüfənginin kəsiyini (obrezi) qanunsuz olaraq əldə edib daşımaqla ünvan 1 ünvanında gizlətməklə qanunsuz saxlamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə xidməti otaqların birində həmin gün saat 20:11-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,940 qram və 1,940 qram, ümumilikdə təmiz çəkisi külli miqdar, yəni 4,880 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra ünvan 1 ünvanına sonuncunun razılığı və iştirakı ilə saat 21:27- dən etibarən keçirilmiş baxış zamanı yataq otağının giriş qapısından sağ tərəfdə yerləşən üzərinə döşək dəsti yığılmış stolun alt hissəsindən bir ədəd selofan torbada 1 ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş odlu silah hesab olunan 16 kalibrli ov tüfənginin kəsiyi (obrez) aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də onda əvvəlcədən silah olmuşdur. Həmin silahı o, rayondan gətirmiş, silahı gətirəndə onun qundağı və lüləsi kəsilmiş vəziyyətdə olmuşdur. Saxlanıldığı gün ona polis əməkdaşları yaxınlaşmış, onu tutub idarəyə gətirmişlər. Polis işçiləri onda silah olub-olmamasını soruşmuş, o da, evdə silah olduğunu bildirmişdir. Sonra onu evə gətirmiş və silahı götürmüşlər. Bundan sonra polis işçiləri ona psixotrop maddəni də boynuna almalı olduğunu bildirmiş, ona hədə-qorxu gəldikləri üçün məcbur olub həmin maddənin də özünün olduğunu etiraf etmişdir. Əslində isə, onda heç vaxt narkotik və ya psixotrop maddə olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, ona təzyiqlər olunduğu üçün narkotiklə bağlı istintaqa etirafedici ifadə verdiyini, əslində isə, onda psixotrop maddə olmadığını, polis işçiləri ona hədə-qorxu gəldikləri üçün psixotrop maddənin özünə məxsus olduğunu bildirdyini, təxminən 6 il əvvəl özünün narkotikdən istifadə etdiyini, ona hədə-qorxu gəlinməsi barədə heç yerə məlumat vermədiyini, onu ekspertizaya aparsalar da, qanından analiz götürmədiklərini, evindən aşkar olunmuş silahı özünün rayondan gətirdiyini, həmin vaxt silahın qundağının və lüləsinin kəsili vəziyyətdə olduğunu bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, tutulmamışdan bir müddət əvvəl o, arada düşəndə narkotik vasitə marixuanadan siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə, həmçinin psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Təqribən 1 il öncə 2020-ci ilin yanvar ayında ünvan 2 ünvanının yaxınlığında kanalın kənarı ilə gedərkən qamışlıqda səliqə ilə bağlanmış bükülü olduğunu görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyi üçün açıb içərisinə baxdıqda, orada lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə tüfəng və patronlar olduğunu görmüşdür. Özünün də silahlara marağı və həvəsi olduğu üçün tüfəngi götürməyə qərar vermişdir. O, həmin tüfəngin istifadəyə yararlı olub-olmadığını yoxlamaq üçün atəş açmaq qərarına gəlmiş, patronlardan birini tüfəngin içərisinə qoyub göyə atəş açmışdır. Tüfəngin işlək vəziyyətdə olduğunu görüb tüfəngi səliqəli şəkildə bükmüş və heç kimin görməməsi üçün Beyləqanda olan evlərinə aparıb idman çantasına qoymuşdur. Növbəti gün taksi ilə idman çantasında həmin ov tüfəngini və patronları gətirib yaşadığı ünvan 3 ünvanında yataq otağında döşəyin altında gizlətmişdir. Bu barədə nə ailə üvlərinə, nə də ki, başqa şəxslərə məlumat verməmişdir. Silahı otaqda saxladığı müddət ərzində həmin silahdan istifadə etməmişdir. Həmçinin, narkotik vasitə və psixotrop maddə istifadə etdiyindən, tutulmamışdan təqribən 2 gün öncə Nizami rayonu, “Ramal” ticarət mərkəzinin yaxınlığında Qulu adı ilə tanıdığı şəxsdən 100 manat müqabilində psixotrop maddə metamfetamin almış, ancaq həmin metamfetamindən istifadə edə bilməmişdir. Çünki o, mütəmadi olaraq narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, 08 yanvar 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanının qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib, saxlama və gəzdirməkdə şübhəli olduğunu demişlər. Onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman videoçəkiliş aparılmışdır. Ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya başqa qanunsuz əşya varsa, həmin əşyaları könüllü surətdə təqdim etməsini istəmişlər. O da, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, digər şəxsi əşyaları ilə birlikdə əynindəki şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Daha sonra həmin iki ədəd büküm qablaşdırılmış, o, həmçinin digər iştirakçılar həmin qablaşmanın üzərində imza etmişlər. Şifahi sorğu zamanı o, həmin 2 ədəd bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu, şəxsi İstifadəsi üçün Nizami rayonu, “Ramal” ticarət mərkəzinin yaxınlığında Qulu adlı şəxsdən 100 manat müqabilində aldığını bildirmişdir. Daha sonra ondan yaşadığı ünvanda qanunsuz əşya saxlayıb-saxlamadığı, varsa həmin əşyaları təqdim edə biləcəyi soruşulmuşdur. O da, cavab olaraq yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 8 ünvanında lülə və qundaq hissəi kəsik ov tüfəngi və patronlar saxladığını, həmin əşyaları təqdim edə biləcəyini demişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, düzgün yazıldığından imzlarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin bildirmişdir ki, daha sonra polis əməkdaşları ilə yaşadığı ünvan 3 ünvanına yollanmışlar. O, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə vermişdir. Daha sonra videoçəkliş vasitəsilə qeyd edilən ünvana baxış keçirilmişdir. Ona mənzildə hər hansı qanunsuz əşya varsa, könüllü surətdə təhvil verməsi təklif olunmuş, o da, bu təklifdən sonra iştirakçıları yataq otağına dəvət edib otaqda giriş qapısından sağ tərəfdə yerləşən üzərində döşək dəsti yığılmış stolun alt hissəsindən bir ədəd selofan torbada ov tüfəngini və patonları təqdim etmişdir. Həmin selofan torba açıldıqda, içərisində ov tüfənginin qara rəngli dəmirdən hazırlandığı, qoşa lüiləli olduğu, üzərində “X 8919-59” rəqəmlər yazıldığı, lülə və qundaq hissələrinin kəsilmiş vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmçinin, patronların da 8 ədədinin tamlığının pozulmadığı, lakin bir ədəd patronun içərisinin boş olduğu müəyyən edilmişdir. Aşkar edilmiş predmetlər qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, həmin silahı və patronları 1 il əvvəl Beyləqan rayonunda tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tüfəngi və patronları özü ilə götürüb yaşadığı ünvana gətirib saxladığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman, üzərində şəxsi axtarış, yaşadığı evə baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Son dövrlərdə narkotik vasitə olan marixuanadan siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə, psixotrop maddə olan metamfetamindən tütüsünü çəkmək yolu ilə istifadə etmişdir. Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların özünə məxsus olduğunu, lakin həmin ifadələrdə narkotiklə bağlı yazılanlarla razı olmadığını, həmin ifadənin müstəntiq tərəfindən yazıldığını, istintaq zamanı ona təzyiqlər göstərildiyini, buna görə də ifadələri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 08 yanvar 2021-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib yaşadığı ünvanda və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, onun rəhbərliyi ilə Baş idarənin əməkdaşları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanına yollanmışlar. Həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs bənzər şəxs qeyd olunan ünvanın yaxınlığında saxlanılmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona saxlanılmasının səbəbləri izah edildikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarədə ona müdafiəçi təqdim olunmuş, sonra Təqsirləndirilən şəxs hüquqları izah edilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik və psixotrop maddələrin və ya digər əşyaların olub-olmaması, müsbət halda onları təqdim etməsi təklif olunduqda, sonuncu, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynindəki cins şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Əkbər həmin 2 ədəd bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Nizami rayonu, “Ramal" ticarət mərkəzinin yaxınlığında Qulu adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz əşya saxlayıb-saxlamadığı soruşulmuş, Əkbər yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 8 ünvanında lülə və qundaq hissəsi kəsik ov tüfəngi və patronları saxladığını, həmin əşyaları təqdim edə biləcəyini demişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzlanmışdır. Şahid1 ifadəsinə davam edərək bildirdi ki, daha sonra tədbir iştirakçıları Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı ünvan 3 ünvanına getmişlər. Əkbər yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə vermişdir. Daha sonra videoçəkliş vasitəsilə qeyd edilən ünvana baxış keçirilmişdir. Mənzildə olan hər hansı qanunsuz əşyanı könüllü təhvil verməsi Təqsirləndirilən şəxs təklif edilərkən, sonuncu, iştirakçıları yataq otağına dəvət etmiş, otaqda giriş qapısından sağ tərəfdə yerləşən üzərində döşək dəsti yığılmış stolun alt hissəsindən bir ədəd selofan torbada ov tüfəngini və patronları təqdim etmişdir. Həmin torba açıldıqda içərisindəki ov tüfənginin qara rəngli dəmirdən hazırlandığı, qoşa lüləli olduğu, üzərində k’X 8919- 59” rəqəmlər yazıldığı, lülə və qundaq hissələrinin kəsilmiş vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmçinin patronların 8 ədədinin tamlığının pozulmadığı, lakin bir patronun içərisinin boş olduğu müəyyən edilmişdir. Aşkar edilmiş predmetlər qablaşdırılmış və qablaşmanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evə baxış keçirilsə də, sübut əhəmiyyətinə malik əlavə heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı və patronları 1 il əvvəl Beyləqan rayonunda tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tüfəngi və patronları özü ilə götürüb yaşadığı ünvana gətirib saxladığını bildirmişdir. Evdə protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə gəldikdən sonra bu barədə protokol tərtib olunmuş və düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış, yaşadığı mənzilə isə baxış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 yanvar 2021-ci il tarixli protokola əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə ümumilikdə 4,880 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 28-29). Cinayət işində olan baxış və götürmə aparılması haqqında 08 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, bu zaman yataq otağının giriş qapısından sağ tərəfdə yerləşən üzərinə döşək dəsti yığılmış stolun alt hissəsindən bir ədəd selofan torbada 1 ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş odlu silah - 16 kalibrli ov tüfənginin kəsiyi (obrez) aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 31-35). Məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2021-ci il tarixli 6/89 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." və s. qeydlər olan kağız paketdəki 2 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,940 qram və 1,940 qram, ümumi təmiz çəkisi 4,880 qram olan maddələr eyni tərkibli psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi - 4,880 qram, tədqiqata sərf edildi – 0,1 qram, ümumi qalıq 4,780 qram (cild 1, iş vərəqi 60-65). Cinayət işinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 09 yanvar 2021-ci İl tarixli 21/17R nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş X-8919 №-li silah, zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində, 1959-cu ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezidir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 8 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar İüiləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 1 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir, boş atılmış gilizdir və həmin giliz 16 kalibrli ov silahından atılmışdır. Hal-hazırda həmin giliz atəş üçün yararsızdır. Qeyd: Təqdim edilmiş 8 ədəd 16x70 kalibrli ov patronlarından 2 ədədi eksperimental atəş zamanı istifadə olundu (cild 1, iş vərəqi 50-58). İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 mart 2021-ci il tarixli 878 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 175-176). İbtidai istintaq orqanının 09 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş bir ədəd zərfdə qablaşdırılan 1 ədəd 16 kalibrli ov tüfənginin kəsiyi və bir ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 4,780 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmin qərara əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd ”CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 177-189). Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli 5(007)-7/2021 saylı qərarına əsasən, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 08 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 139-140). Bakı şəhəri, Nizami rayon 88 saylı Mənzil-Kommunal istismarı sahəsinin 10.02.2021-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs B.Nuriyev küçəsi, ev 75, mənzil 8 ünvanında qeydiyyatsız yaşamış, yaşadığı müddətdə onun barəsində 88 saylı MKİS-ə şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 157-158). Cinayət işinə əlavə olunmuş 30.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 136-137). Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qeyd olunan ittihamlar üzrə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdarın hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablanmalı, həmçinin onun həmin vaxtdan həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməlidir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və o, 08 yanvar 2021-ci il tarixdən fasiləsiz olaraq şəbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 mart 2021-ci il tarixli 878 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və o, ərazi narkoloji dispanverində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd zərfdə qablaşdırılan 1 ədəd 16 kalibrli ov tüfənginin kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir ədəd zərfdə qablaşdırılan eksperimental atəşlərdən sonra qalıq qalan 6 ədəd ov patronları və 1 ədəd patron gilizi, həmçinin bir ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 4,780 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 108 (yüz səkkiz) manat 46 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 108 (yüz səkkiz) manat 46 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd zərfdə qablaşdırılan 1 ədəd 16 kalibrli ov tüfənginin kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin; - Bir ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 4,780 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin bir ədəd zərfdə qablaşdırılan eksperimental atəşlərdən sonra qalıq qalan 6 ədəd ov patronları və 1 ədəd patron gilizi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 108 (yüz səkkiz) manat 46 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar