Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1037/2022 16.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X20 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X19, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanışı Şahid1 yalnız həkim tərəfindən yazılmış resept əsasında narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan və ümumilikdə saylı 126 ədəd olan ağ rəngli kapsulun tərkibində külli miqdarda güclü təsir edən preqabalin maddələrinin ümumi miqdarı 18,9 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olan və hər bir konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla, 09 ədəd kolvalyutda “Alyse-150” göstəricili preparatları 190 (yüz doxsan) manat pulun müqabilində satış məqsədi ilə qanunsuz əldə edərək, üzərində saxlamaqla gəzdirmiş, həmin tarixdə saat 17 radələrində Bakı şəhəri Səbail rayonu X17 Məmmədəliyev küçəsi 24 ünvanda yerləşən “Mado” restoranında həmin güclü təsiredici maddə olan preqabalin preparatın ümumi miqdarı 2,1 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram) olan 01 ədəd kolvalyutda 14 ədəd “Alyse-150” göstəricili preparatları tanışı Şahid6 40 (qırx) manat müqabilində qanunsuz satmış, 27 dekabr 2021-ci il tarixdə saat 18:20 radələrində Səbail RPİ-nin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Mado” restoranında saxlanılaraq, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə aparıldığı zaman əynində olmuş tünd yaşıl rəngli gödəkçənin daxili sol cibindən narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan və ümumilikdə sayı 112 ədəd olan ağ rəngli kapsulun tərkibində külli miqdarda güclü təsir edən preqabalin maddələrinin ümumi miqdarı 16,8 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olan və hər bir konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla, 08 ədəd kolvalyutda “Alyse-150” göstəricili preparatlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında valideyinləri ilə birlikdə yaşayır. 2007-ci ildən etibarən idmanla məşğul olmaqla, o, dəfələrlə ölkəmizi beynəlxalq idman yarışmalarında təmsil edərək qələbə qazanmışdır. Artıq bir neçə ildir ki, Azərbaycan Budo Federasiyasını üzvüdür. Təxminən 7-8 ay əvvəl o, məşq zamanı dizindən aldığı zədə ilə əlaqədar tanışı olan Tünzalə adlı həkimə müraciət etmiş və sonuncunun məsləhəti ilə gündə 2 dəfə olaraq “Alyse-150” dərmanından istifadə etməyə başlamışdır. Bununla əlaqədar o, 25 dekabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanışı Tünzalənin yoldaşı kimi tanıdığı Şahid1 8-9 konvalyutda olan “Alyse-150” preparatını 190 (yüz doxsan) manat pulun müqabilində şəxsi istifadə üçün əldə etmişdir. Həmin gün təxminən 1 ilə yaxındır ki, tanıdığı Şahid6 onunla əlaqə saxlayaraq onda dərman olub-olmamasını soruşmuş, o da müsbət cavab verdikdən sonra, onlar həmin gün görüşməyi qərara almışlar. Şahid6 ilə rəfiqə olduqlarına görə o, bir neçə dəfə Nuranın xahişi ilə ona təmənnasız olaraq istifadə etdiyi “Alyse-150” preparatını vermişdir. Həmin gün saat 17:00 radələrində o, Nuran Allahverdizdə ilə görüşmüş və sonuncuya hazırda xatırlamadığı miqdarda dərmandan vermiş, Nuran da həmin vaxt kafedə sifariş etdiklərinin hesabını ödəmişdir. Bundan sonra onlar Nuranla birlikdə Fəvvarələr Meydanında yerləşən “Mado” restoranının yaxınlığında birlikdə olduğu zaman Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Polis Bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə aparıldığı zaman əynində olmuş tünd yaşıl rəngli gödəkçənin daxili sol cibindən “Alyse-150” preparatı aşkar olunaraq götürülmüşdür. O, heç vaxt kiməsə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddərin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş “Alyse-150” preparatını ağrıkəsici dərman kimi şəxsi istifadəsi üçün əldə etmişdir. Son olaraq bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Odur ki, barəsində olan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hüseyn oğlu ifadəsində göstərdi ki, o, əvvəllər məhkumluğu olunmaqla, 2018-ci ilin avqust-sentyabr aylarında həbsdən azad edildikdən bir müddət sonra onun dərisində qaşınma kimi xəstəlik əmələ gəlmiş, ona görə də, tanışlarının məsləhəti ilə Bakı şəhəri 2 saylı Dəri-Zöhrəvi xəstəxanaya getmiş və orada müalicə aldığı vaxtı X5 ilə tanış olmuş, bir müddət Tünzalə Musayevanın xəstəsi olduqdan sonra onların daha yaxın münasibətləri yaranmış və onlar artıq birlikdə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs ilə təxminən 2 il əvvəl Tünzalənin vasitəsilə tanış olmuşdur. Valideynlərini itirdikdən sonra bir qədər psixoloji problemləri yaranmış, yuxusuzluqdan əziyyət çəkmişdir. Həmin ərəfələrdə Tünzalə həkimlaborant işlədiyinə görə ona təklif etmişdir ki, yuxusuzluğunun müalicəsi üçün resept yazsın, o da Tünzalə ilə razılaşdıqdan sonra, təxminən 2021-ci ilin mart-aprel aylarından sonra Tünzalə özünə məxsus olan və Bakı şəhəri 2 nömrəli Dəri-Zöhrəvi Dispanserdən təhkim olunmuş resept blankı ilə ona “Alyse” adlı sakitləşdirici dərman preparatının qəbulu barədə resept yazmışdır. Həmin resept əsasında və Tünzalənin nəzarəti altında o, hər gün 02 kapsul olmaqla, tərkibində güclü təsiredici maddə “preqabalin” maddəsi ilə olan “Alyse” adlı dərman preparatını hər gün qəbul etməyə başlamışdır. Belə ki, həmin “Alyse” adlı dərman preparatlarını Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 85 ünvanda yerləşən “Təbib” aptekinin əczaçıları yalnız həkim resepti əsasında satışa buraxdıqları üçün əvvəllər Tünzalə özü gedib həmin dərman preparatlarını onun üçün alıb gətirmişdir, sonra o, bir neçə dəfə Tünzalə ilə həmin aptekə gedib “Alyse” adlı dərman preparatlarını almağa başlamışdır. O, həmişə “Alyse” adlı dərman preparatlarını Tünzalə Musayeva yazdığı resept üzrə almış, Tünzalədən xəbərsiz və ya başqa bir yerin verdiyi resept üzrə “Alyse” adlı dərman preparatlarını almamışdır. Son dəfə o, tutulmamışdan təxminən bir ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə, Tünzalə onunla mübahisə etmiş və o, Tünzalə ilə birlikdə kirayədə yaşadığı evdən ayrılmış, lakin arada evə gedib-gəlmişdir. Tünzalənin xəbəri və icazəsi olmadan sonuncunun son dəfə ona vermək üçün möhürləri ilə möhürlədiyi, lakin üzərində yazıları yazmadığı reseptin surətini çıxartmışdır ki, hər ehtimala qarşı, Tünzalə ona resept yazmasa, həmin kserosurət resept üzrə yenidən “Alyse” adlı dərman preparatlarını alıb əldə edə bilsin. 24 dekabr 2021-ci il tarixdə o, kserosurətini çıxardığı reseptin üzərinə özü əlyazma yazılarla aptek üçün lazımi qeydləri, yəni dərmanın adı, tarix, kapsulun sayı, imza və sair qeydləri edib “Təbib” aptekinə getmiş və oradan özü üçün 45 (qırx beş) manat məbləğdə pulu ödədikdən sonra bir ədəd qutuda “Alyse” adlı dərman preparatlarını alıb üzərində saxlamışdır. Həmin tarixdə 25 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Tünzalə ilə danışmadığını bildirmiş və ondan “Təbib” adlı aptekdən “Alyse” adlı dərman preparatını onun üçün də almasını xahiş etmiş, o, Nuridəyə razılıq verdikdən sonra 24 dekabr 2021-ci il tarixdə “Təbib” aptekindən aldığı 01 ədəd qutuda olan “Alyse” adlı dərman preparatlarının 14 ədədini, yəni bir listini özü üçün saxlamış, qalanlarını, yəni 03 (üç) ədəd listi isə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən evimin yaxınlığında Təqsirləndirilən şəxs vermiş, sonuncu isə təxminən 34-35 manat məbləğində pulu onun kart hesabına köçürmüşdür. 27 dekabr 2021-ci il tarixdən 28 dekabr 2021-ci il tarixə keçən gecə isə o, narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirindən əvvəl tanımamışdırş. 27 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr Meydanında “Nuridə” adlı qadının qanunsuz olaraq üzərində narkotik vasitələri gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun tərkibində o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və X11 ilə birlikdə saat təxminən 18:00 radələrində Səbail rayonu, Nizami küçəsində yerləşən “Şaurma № 1” adlı restoranın yaxınlığında “Nuridə” adlı şəxs yanında şəxsiyyəti məlum olmayan qadınla birlikdə müəyyən edərək müşahidə altına aaraq, saat 18:20 radələrində ünvan 4 ünvanda yerləşən “Mado” restoranında onu saxlanılaraq, təxirə salınmadan 9-cu Polis Bölməsinin inzibati binasına aparmışalr. Polis Bölməsində olarkən, “Nuridə” adlı qadının yanında olmuş qadının Şahid6 olduğu, “Nuridə” adlı şəxsin isə xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Polis Bölməsində şübhəli şəxs qismində tutulmuş Şahid6 üzərinə videoçəkiliş aparılmaqla baxış, axtarış və götürmə aparılmış, Şahid6 üzərinə baxış, şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynində olmuş gödəkçəsinin sağ yan cibinin arxa hissəsindən “Alyse 150 mg” yazılan, içərisində 12 ədəd kapsul olan 01 vərəqə (list) dərmanı təqdim etmişdir. Sorğu-sual zamanı Şahid6 üzərindən aşkar olunmuş dərman preparatlarının psixotrop maddə olduğunu, həmin dərman preparatlarını ağrılarını kəsmək üçün 40 manat müqabilində «Nuridə» adlı şəxsdən Bakı şəhəri Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən “Mado” restoranında olduqları zaman şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış, şəxsi axtarış və götürmə keçirilən zaman o, əynində olmuş tünd yaşıl rəngli gödəkçənin iç sol cibindən isə arxa hissəsində “Alyse 150 mg” yazılan, içərisində ümumilikdə 112 ədəd kapsul olan 08 ədəd vərəqə (list) dərmanı və sair hazırda xatırlamadığı şəxsi əşyaları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş dərman preparatlarının psixotrop maddə olduğunu, satış məqsədilə «Firuz» adlı şəxsdən ümumilikdə 90 manat pulun qarşılığında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs «Firuz» adlı şəxsin tanışı olan «Tünzalə» adlı qadının həkim kimi fəaliyyət göstərdiyini və Tünzalənin Firuza təqdim etdiyi resept əsasında «Firuz» adlı şəxsin həmin dərman preparatlarını Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 85 ünvanda yerləşən aptekdən almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış, axtarış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs məlumatı əsasında “Firuz” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək təhqiqat orqanına təmir edilməsi barədə tərtib olunmuş raport əsasında əməliyyat-axtarış tədbirləri keçirilərək “Firuz” adlı şəxs 28 dekabr 2021-ci il tarixdə gecə saat 00:30 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq 9-cu Polis Bölməsinə aparmışlar. Həmin tarixdə Bakı şəhər Səbail rayon Polis Bölməsinin 9-cu Polis Bölməsinin inzibati binasının xidməti otağında videoçəkilişdən istifadə edilərək, dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Sonra Şahid1 əynində olmuş tünd boz rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu açıldıqda, içərisində yaşıl rəngli, ot şəklində olan, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilmişdir. Şahid1 həmin predmetin nə olduğu, haradan və kimdən əldə etməsi soruşulduqda bildirmişdir ki, həmin kibrit qutusunun içərisində olan maddə narkotik vasitə qurudulmuş marixuanadır və həmin narkotik vasitəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi «Şükür» adlı şəxsdən 45 (qırx beş) manata almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir, əynində olmuş gödəkçənin cibindən çıxarıb təqdim etdiyi “Samsung” markalı mobil telefonun özünə məxsus olduğunu demişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün 01 ədəd boş kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 166 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra zərfin üzərində bütün iştirakçılar kimi o da, imza etmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və protokola bütün iştirakçılar kimi imza etmişdir. Sonda isə toplanılmış materiallar ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Şahid6, Təqsirləndirilən şəxs və Şahid1 isə Səbail rayon X12 Saxlama Yerinə göndərilmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və Polis Bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nün polis nəfəri polis siravisi Şahid5 və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən restoranların birində administrator işləyir. Şahid1 tanımır, həmin şəxslə heç bir münasibəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. 2021-ci ilin sonlarında o, Türkiyyə Respublikasına getmiş və Azərbaycana qayıtdıqdan sonra bədənində güclü ağrılar hiss etmişdir. Nuridənin idmançı olmaqla yarış zamanı aldığı zədə ilə əlaqədar ağrıkəsici dərman qəbul etdiyini bildiyinə görə o, Nuridədən istifadə etdiyi Alyse preparatını istəmiş, o da ona bir neçə dəfə həmin preparatdan vermişdir. Bununla əlaqədar 27 dekabr 2021-ci il tarixdə o, Nuridənin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq ondan “Alyse” preparatını istəmiş Nuridə də onunla razılaşmışdır. Həmin gün saat 17:00 radələrində onlar Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən “Mado” restoranında görüşmüşlər və restoranın içərisində əyləşərək Nuridə ovucunun içərisində olan “Alyse” adlı dərman proeparatını ona vermişdir. Həmin vaxt o, Nuridəyə hər hansı məbləğdə pul verməmiş, lakin sonda restoranda sifariş etdiklərinin hesabını özü ödəmişdir. Restoranda olduqları zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən bir müddət əvvəl Təqsirləndirilən şəxs götürdüyü dərmanları və sair şəxsi əşyalarını polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, üzərindən aşkar olunmuş və tərkibində güclü təsiredici maddə olan “Alyse” markalı 150 mg-lıq dərman preparatının 01 vərəqini Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün aldığını, Təqsirləndirilən şəxs həmin dərman vasitələrini kimdən və hansı qiymətə aldığından məlumatı olmadığını bildirmişdir. O, heç vaxt narkotik vasitələrin, psixotrop və ya güclü təsiredici maddələrin satışı və hər hansı formada qanunsuz dövriyyəsi ilə ilə məşğul olmamışdır. X5 adlı şəxsi o, ümumiyyətlə tanımır, həmin qadının həkim olduğunu bilməmiş, sonuncunun resepti ilə heç vaxt heç bir aptekdən, o cümlədən Bakı şəhəri H.Əliyev prospekti 85 ünvanda yerləşən “Təbib” aptekindən dərman vasitələri almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 2 saylı Dəri-Zöhrəvi Dispanserində 14 il müddətində həkim-laborant işləmişdir. Halhazırda heç bir yerdə işləmir. Şahid1 2017-2018-ci il tarixlərdən tanıyır. Belə ki, Şahid1 onun işlədiyi Dispanserdə, onun xəstəsi olmuş, Şahid1la əvvəllər normal həkim-xəstə münasibətləri olsa da, sonradan daha yaxın münasibətləri yaranmış və 2019-cu ildən 2021-ci ilin avqust-sentyabr aylarınadək qeyri-rəsmi ər-arvad münasibətlərində birlikdə ünvan 10 ünvanda yerləşən mənzildə yaşamışlar. O, Şahid1 narkotik vasitələr və ya psixotrop maddələrdən asılı olduğunu bilməmiş, çünki Firuz əsasən gününün çox vaxtını yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində keçirmişdir. Lakin o, Şahid1 son bir il ərzində sümük ağrılarının olduğunu müşahidə etmiş, ona görə də, əvvəldən xəstəsi olduğu üçün xəstəliyinin müalicəsi üçün Bakı şəhəri 2 saylı Dəri-Zöhrəvi Dispanserindən ona rəsmi qaydada ayrılmış, üzərində “Bakı şəhəri 2 №-li Dəri-Zöhrəvi Dispanser” yazıları yazılmış dördbucaqlı formalı və üzərində “Həkim-X1 Azərbaycan Respublikası” yazıları yazılmış və “Aptek” təsviri olan dairəvi formalı möhür çıxarımları, reseptura (resept blankı) əsasında “Alyse” adlı ağrıkəsici dərman preparatını yazmışdır. “Alyse” adlı dərman preparatının tərkibində ağrıkəsici, əsasən, sümük ağrıları, boğulma, sudurqa, maqnezium, yəni “B 6” vitaminin çatışmazlığı, ankoloji xəstəliklər və sair kəskin ağrılı xəstəliklər zamanı istifadə olunan “Preqabalin” maddəsi vardır. O, həkim-laborant kimi, üzərində qırmızı rəngli qələmlə şifrələnmə apardığı resept əsasında Şahid1 hər gün üçün 02 ədəd kapsula olmaqla, hər iki həftədən bir qəbul etməsindən ötrü reseptdə yalnız 02 (iki) ədəd list yazmışdır. Həmin dərman vasitəsi lisenzası olan aptekdə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 85 ünvanda yerləşən “Təbib” aptekində yalnız həkim resepti əsasında satılmışdır. O, Şahid1la birlikdə yaşadığı son bir il ərzində 2 saylı Dəri-Zöhrəvi Dispanser tərəfindən ona təhkim olunmuş reseptonik, yəni reseptlərin yazılması üçün resept blankından vərəqlərinin, həmçinin üzərində onun adı, soyadı və ata adı qeyd olunan dairəvi möhürün çantasından oğurlanmasından şübhələnmişdir. Belə ki, resept blankında əvvəldən Dispanser tərəfindən yuxarıda göstərilən dördbucaqlı möhür çıxarımı həkk olunsa da, dairəvi möhür çıxarımı yalnız resepti yazandan sonra blanka həkk etmişdir. Həmçinin oğurluqdan şühbələndikdən sonra resept blankının hər bir vərəqinə özümə aid “A 161” şifrəsini və vərəqin axırına qırmızı rəngli qələmlə sıra nömrəsini yazmışdır. Eyni zamanda, 2 saylı X2 Şöbəsində işləyən “Nəzakət Hacıyeva” adlı qadına (050 336 14 18) yaxınlaşaraq, ona təhkim olunmuş dairəvi möhürün və resept blankından vərəqlərin oğurlanmasından şübhələndiyini bildirmiş, lakin Nəzakət xanım ona evdə yaxşı axtarmağı və tapa biləcəyini demişdir. Ona görə də, o, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən mənzilinin bayır tərəfdən qoyulmuş şkafın ayaqqabıları yığdığı gözündə, ayaqqabıların arxa tərəfində resept blankını tapmışdır. O, artıq həmin vaxtlar Fiurz Muradovla münasibətlərinə son qoymağa çalışırmış və Firuz yalnız bir neçə dəfə onun evinə gəlib-getmişdir, qapını öz açarı ilə açmış, möhürü və resept blankının vərəqlərini həmin vaxtlar Şahid1 evə daxil olub oğurladığından şübhələnmişdir. O, təxminən 2020-ci ilin ortalarında dəfələrlə “Təbib” aptekinə gedərək, onun şifrələnməsi qeyd olunmamış reseptlərə, həmçinin 02 listdən artıq “Alyse” dərmanı yazılmış reseptlərə görə heç kimə, əsasən Şahid1 dərman preparatları verməməlini tapşırmış, orada “Günay” kimi özünü tanıtmış əczaçı qadın “Alyse” dərmanını 02 qutudan az verə bilməyəcəyini və reseptə 02 qutu, yəni cəmi 112 (yüz on iki) ədəd kapsul yazmasını bildirmişdir. Lakin o, elə bir resept yaza bilməyəcəyini bildirmiş, həmin vaxtı “Günay” adlı əczaçı qadın bir daha onun resepti olmadan “Alyse” dərmanını heç kimə satmayacağını bildirsə də, bu hallar dəfələrlə təkrarlanmışdır. O, Təqsirləndirilən şəxs da təxminən 05 il olar ki, tanıyır, dırnaqlarda göbələk və ya digər dəri xəstəliklərindən əziyyət çəkdiyi üçün bir müddət onun xəstəsi olmuş və onun Nuridə ilə normal tanış kimi münasibətləri olmuşdur, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs və Şahid1 münasibətləri olması barədə 2020-ci ildə məlumatlı olsa da, onların narkotik vasitələr, psixtrop maddələr və ya güclü təsiredici maddələrin aludəçiləri olduqlarını bilməmiş, həmin vaxtı artıq Şahid1la münasibətlərinə son qoyduğuna görə, Şahid1la Təqsirləndirilən şəxs münasibətləri ilə dərindən maraqlanmamışdır. 27 dekabr 2021-ci il tarixdən 28 dekabr 2021-ci il tarixə keçən gecə o, yaşadığı evdə olarkən, polis əməkdaşları evinə getmiş və onu Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Orada olarkən ona məlum olmuşdur ki, Şahid1 və Təqsirləndirilən şəxs tutulmuşlar, həmin şəxsləin tutulmalarının səbəbi Şahid1 Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs isə başqa şəxsə “Alyse” adlı dərman preparatlarını reseptdən kənar qanunsuz satmaları olmuşdur. Həmin vaxtı ona həmçinin məlum olmuşdur ki, Şahid1 ondan oğurladığı resept blankının vərəqlərinin üzərinə oğurladığı möhür çıxarımını həkk etdikdən sonra resept blanklarının rəngli əksalmada əksini (rəngli kserosurətini) çıxartmış, həmin saxta reseptlələ “Təbib” aptekindən tərkibində güclü təsiredici “Preqabalin” maddəsi olan “Alyse” dərman preparatlarını qanunsuz olaraq almışdır və qanunsuz olaraq Təqsirləndirilən şəxs satmışdır. Lakin onun bütün bunlardan heç bir vaxt məlumatı olmamışdır və bu barədə yalnız 9-cu Polis Bölməsində olarkən məlumatlı olmuşdur. O, Şahid1 2019-cu ildən deyil, 2018-ci ildən tanımış, Şahid1la iki il ərzində qeyri-rəsmi münasibətdə olmuşdur. O, Şahid1 narkotik vasitələrin aludəçisi olduğunu bilməmiş, lakin şübhələndiyi üçün Şahid1 uzaqlaşmışdır. O, Şahid1 “Alyse” adlı dərmanı müalicəsi üçün resept əsasında yazmışdır, Firuz heç vaxt ondan bunun xahişini etməmişdir. O, Şahid1 ümumilikdə təxminən 9-10 dəfə resept yazmış, həmin reseptlərin əsasında Şahid1 özü və ya sonradan tanış olduğu Təqsirləndirilən şəxs üçün “Alyse” adlı dərmanı alıb-almaması, həmin dərmanları pul qarşılığında qanunsuz olaraq kimsə satmaları barədə onun heç vaxt heç bir məlumatı olmamışdır, bu barədə 28 dekabr 2021ci il tarixdə 9-cu Polis Bölməsində olduğu vaxt öyrənmişdir. Bu barədə nə Şahid1, nə də Təqsirləndirilən şəxs ona heç bir məlumat verməmişdirlər. Ola bilər ki, Firuz həmin “Alyse” adlı dərmanları onun yazdığı resept əsasında deyil, özü saxtalaşdırdığı resept əsasında başqa şəxslərə satmışdır. O, bunu dəqiq bilməmişdir. Bakı şəhər Nərimanov rayonu Həsən Əliyev prospetkti 85 ünvanda yerləşən “Təbib” aptekindən götürülmüş resept vərəqlərinin içərisindən yalnız 05 (beş) ədədi məhz onun tərəfindən tərtib olunub yazılmış və üzərində möhür çıxarımları həkk olunaraq, “A 161” şifrəsi ilə şifrələnmiş resept vərəqləridir. Digər 30 ədəd resept vərəqlərini o, tərtib edib yazmamış, imzalar onun tərəfindən icra olunmamış, üzərində şifrələnməsi yoxdur və həmin resept blanklarının Şahid1 tərəfindən saxtalaşdırılmaqla, “Təbib” aptekinə təqdim olunduğunu düşünür. Qeyd olunan 30 ədəd resept vərəqindən yalnız 01 ədədi rəngli əksalmadan kserosurətdir, digər 30 ədəd vərəq isə, ona təhkim olunmuş resept blakından cırılıb çıxarılsa da, üzərindəki əlyazma yazılar, imzalar ona aid deyildir, tərəfindən yazılmamış və icra olunmamışdır, möhür çıxamları da ona təhkim olunmuş dairəvi möhür çıxarımları olmasına baxmayaraq, qeyri-peşəkar, yanlış həkk olunmuş, bəzi resept vərəqləri isə ümumiyyətlə yalnız bir dairəvi möhür çıxarımı iki dəfə həkk olunmuş və yaxud möhür çıxarımı pozulmuş haldadırlar. O, heç vaxt belə bir resept tərtib edib yazmamış və “Təbib” apketinin hansı səbəbdən saxta resept əsasında dərman preparatları satmasını izah edə bilməmişdir. O, heç vaxt Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələr, psixotrop maddələr və güctlü təsir edən maddələrin qanunsuz istifadəsi, satışı ilə məşğul olduqlarını bilməmiş, bu barədə heç vaxt məlumatlı olmamış və bu barədə yalnız 9-cu Polis bölməsində olduğu zaman məlumatlı olmuşdur. O, bir il ərzində Şahid1 ona aid resept blankı və möhür çıxarımlarını oğurladığından şübhələndiyi üçün Firuzdan ayrılmış, lakin sonuncunun və Təqsirləndirilən şəxs münasibətləri olmasından, həmin şəxslərin narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid3 və Səbail RPİ-nin PPXB-nün polis nəfəri polis siravisi Şahid5digər Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər və öz ifadələri ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi Şahid4 cinayət işinin 175-178-ci vərəqlərində olan ifadələrindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarilxi qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsində, saxlanılmasında, daşımasında və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 19:30-da ünvan 12 ünvanında saxlanılaraq Baş İdarəyə gətirlimiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə şübhə yarandığından tutulması qərara alınmışdır (cild 01, iş vər. 09). “Şübhəli şəxsin tutulması haqqında” 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, tutmanın əsası kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda şübhəli olması olmuşdur (cild 01, iş vər 45). “Baxış, şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli protokol və və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Huawei Nova 5T” markalı mobil telefonu, şalvarının sol axra cibindən içərisində X8 (anası) məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, üzərində “Bakı kart” yazısı olan 01 ədəd metro kartı, “Araz” supermarketə məxsus bonus kartı, üzərində “Nurida Hasanova” yazısı olan "xxxx" ASC-yə aid “Umico” kartı, içində ümumilikdə 144 manat məbləğdə pul olan pul kisəsini, əynindəki tünd yaşıl rəngli gödəkçənin iç sol cibindən arxa hissəsində “Alyse 150 mg” yazıları olan, içərisində ümumilikdə 112 ədəd kapsul olan 08 ədəd vərəqə (list) dərmanı təqdim etdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı maddi sübut əhəmiyyəti kəsb tdiyinə görə, içərisində ümumilikdə 112 (yüz on iki) ədəd kapsul olan 08 ədəd vərəqə dərman götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dərman preparatlarının psixotrop maddə olduğunu, satış məqsədilə «Firuz» adlı şəxsdən ümumilikdə 90 manat qarşılığında əldə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs «Firuz» adlı şəxsin tanışı olan «Tünzalə» adlı xanımın həkim kimi fəaliyyət göstərdiyini və «Tünzalə» adlı şəxsin Firuza təqdim etdiyi resept əsasında «Firuz» adlı şəxsin həmin psixotrop maddələri Nərimanov rayonu H.Əliyev prospekti 85 ünvanda yerləşən aptekdən aldığını bildirmişdir (cild 01, iş vər. 54-56, 104). Məhkəmə-kimyəvi ekspertizanın 6/5642saylı, 28 dekabr 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata üzərində «… Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 166» dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: - üzərində «Saxlanıan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində «Alyse-150» göstəricisi olan səkkiz ədəd konvalyutda ümumilikdə 112 ədəd ağ rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 16,8 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. - üzərində «Saxlanıan şəxs Nuran Allahverdiyev» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində «Alyse- 150» göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 12 ədəd ağ rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 1,8 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir (cild 01, iş vər. 84-89). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 01, iş vər 120-121). İşdə olan “qətimkan tədbirinin seçilməsi barədə” 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 149-150). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 186). Məhkəmə-narkoloji ekspertizanın 672 saylı, 11 fevral 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 192-193). “Əşyaya baxış keçirilməsi haqqında” 11 mart 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus “Huawei Nova 5T” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı həmin mobil telefona quraşdırılmış, özünə məxsus "xxxx" ASC-yə aid elektron “birkart” mobil tətbiqinə baxış keçirilən zaman müəyyən olundu ki, həmin mobil tətbiqin üzərindən Təqsirləndirilən şəxs məxsus 416973******8853 hesablı bank kartından 416973******3012 hesablı bank kartına xx.xx.2021-ci il tarixdə saat 18:19da ********* nömrəli qəbzlə 190,00 (yüz doxsan) manat məbləğdə pul köçürülməsi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs 416973******8853 hesablı bank kartının onun özünə, 416973******3012 hesablı bank kartının isə Şahid1 məxsus olduğunu, 25 dekabr 2021-ci il tarixdə saat 18:19-da 190,00 (yüz doxsan) manat məbləğdə pul köçürülməsini isə, Şahid1 istədiyi 09 (doqquz) ədəd listdə “Alyse” markalı dərman preparatlarını almaq üçün həyata keçirdiyini bildirmiş, baxış zamanı cinayət işi üçün maraq əhəmiyyəti kəsb etdiyinə görə, Təqsirləndirilən şəxs məxsus “Huawei Nova 5T” markalı mobil telefon aparatının və yuxarıda göstərilən pul köçürmələrinə dair məlumatların əks olunduğu “birkart” mobil tətbiqinin ekran görüntüləri axınlı printerdən çap olunaraq, tərtib edilmiş protokola əlavə olunmuşdur (cild 01, iş vər. 205-207). Məhkəmə baxışı zamanı tədqiq edilmiş 01 ədəd “DVD” diskdə olan video görüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 dekabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əsas etibarı ilə əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, Azərbaycan Budo Federasiyasını üzvü olmaqla, Respublikamızı dəfələrlə beynəlxalq idman yarışmalarında təmsil edərək yüksək nəticələr etməsini, həmçinin əməlini qismən etitaf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla tədqiqatdan sonra qalıq qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat sonra qalıq sayı tədqiqatdan sonra qalıq sayı 107 ədəd olan “Alyse” adlı dərman həbləri məhv edilməli, 01 ədəd qəbz və Təqsirləndirilən şəxs üzərinə xx.xx.2021-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd DVD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı X7 vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla tədqiqatdan sonra qalıq qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat sonra qalıq sayı tədqiqatdan sonra qalıq sayı 107 ədəd olan “Alyse” adlı dərman həbləri məhv edilsin, 01 ədəd qəbz və Təqsirləndirilən şəxs üzərinə xx.xx.2021-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd DVD-disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X13 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1037/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1037/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver