Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1037/2023 30.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: X2 və X3 və Hüseynova Aytac Faiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 48 qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 1,086 qram, 1,537 qram və 1,114 qram ümumi təmiz çəkisi 3,737 qram tünd qəhvəyi rəngli maddə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr-in siyahısına (Siyahı İ) daxil edilən kutsar üsulla hazırlanmış narkotik vaistə heroini əldə edib üzərində saxlamaqla daşımış,24 noyabr 2022-ci il tarixdə saat 17:30-da Suraxanı RPİ-nin 30- cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi O.Şabanov küçəsi nömrəsiz evin yaxınlmğında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı RPİ- nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ cibindən 03 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 1,086 qram, 1,537 qram və 1,114 qram ümumi təmiz çəkisi 3,737 qram tünd qəhvəyi rəngli maddə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, özü Maştağa qəsəbəsində, bibisi isə Hövsan qəsəbəsində yaşayır. Tutulduğu gün bibisigilə pul götürmək üçün getmişdir. 25-i tutulmuşdur. Bibisigildə narkoman olmağı ilə əlaqədar dava düşmüşdür. Bibisi Hövsanda 30-cu Polis bölməsinin sahə inspektoruna zəng etmişdir ki, onlar onu müalicəyə aparsınlar. Polis əməkdaşları da gəlib onu bölməyə aparmışlar. O ağrıyırmış və pul üçün bibisigilə getmişdir. Orada polis əməkdaşları ona narkotik vasitə vermişlər və o da istifadə etmişdir. Orada razılaşmışdır ki, ona bir az narkotik vasitə versinlər, yəni 234.1-ci maddə ilə məsuliyyətə cəlb olunsun. Bu yolla müalicə də olunacağını düşünmüşdür. Səhəri gün bilmişdir ki, 234.4.3-cü maddə ilə məsuliyyətə cəlb olunmuşdur. Neçə il imiş ki, narkotik vasitə istifadə edirmiş. Lakin 3,700 qram mal onda olmamışdır, 20 manat pul almağa bibisigilə getmişdir ki, pulu bibisindən götürüb gedib narkotik vasitə alsın. İstifadəsində ********** saylı mobil nömrə olmuşdur, amma həmin nömrəni çoxdan itirmişdir. Həmin nömrəni tutulmamışdan 2,5 ay əvvəl istifadə etmişdir. Həmin nömrə vasitəsilə zəngləşib dostları ilə pul atışıb narkotik vasitə götürdüyü hallar olub. Həm o dostlarına, həm dostları ona zəng edirmiş. Dostları ona zəng edib “Gedək narkotik götürək” demişlər. Dostlarının narkotik vasitə üçün əlçatan yerləri olub, o da onlara zəng etmişdir. İndi narkotik vasitə üçün əlçatan yeri yoxdur. Əvvəllər olmuşdur. Dostları üçün narkotik vasitə təşkil edəcək tanışı yox imiş. Dostu ilə pul atışıb gedib alırmışlar. Dostunun əli çatırmış, ancaq onun yox. Üzərində olan bükümləri özü təqdim etmişdir, polislər onun üzərinə bükümləri qoymuşlar. Onu döymüşlər, bədənində xəsarətlər də var imiş. Prokurorluqdan müstəntiq də gəlmişdir. O yaza bilmirmiş, yanına gələn müstəntiqə döyülməyi barədə şikayət etmişdir. Prokurorluqdan araşdırmanın nəticəsi barədə ona cavab gəlməmişdir. Polis əməkdaşları onu bibisigildən, Hövsan qəsəbəsində yerləşən nömrəsiz fərdi evdən gəlib aparıblar. Onu evdən bölməyə döyə-döyə aparmışlar. Üzərindən heç nə çıxmamışdır. 2-3 gün imiş ki, narkotik vasitədən istifadə etməyibmiş. Ağrıdığı üçün Hövsana pul almaq üçün getmişdir. Bibisini 2-3 gündən bir gedib pul istəyərək bezdirirmiş. 2022-ci ilin iyun ayında azadlığa buraxılmışdır. Sabunçu rayon məhkəməsində ona iki il cəza verilmişdir. Bölmədə döyüldüyü üçün etirafedici ifadələr verməyə məcbur olmuşdur. O axıra kimi demişdir ki, onun üzərindən narkotik vasitə çıxmayıb. Müstəntiqi tanımırmış, sanki müstəntiqin onunla qərəzi var imiş. O istintaqda üzərində narkotik vasitə olduğunu deməmişdir. Onu bölməyə aparmışlar. Qorxduğundan həmin bükümlərin ona məxsus olduğunu demişdir. Barəsində qətimkan tədbiri seçilərkən hakimə döyüldüyünü demişdir. Döyülməyi barədə şikayət etmişdir. Təcridxanaya aparılarkən üzərinə baxış keçirilmişdir. Təcridxanada üzərində xəsarət izlərinin olduğunu demişdir. Xəsarət izlərini görmüşlər. Təcridxanada döyüldüyünü demişdir, sonra isə müstəntiq gəlmişdir. Araşdırmanın nəticəsi barədə hansı qərarın qəbul edildiyindən məlumatı yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən hadisə yerinə getmişlər. Əməliyyat məlumatı narkotik vasitənin istifadəsi və dövriyyəsi barədə olmuşdur. Məlumat rəhbərliyə məruzə edilmişdir. Hadisə yerinə getmişlər. Şəxsin zahiri əlamətləri barədə onlara məlumat verilmişdir. Şəxsi saxlamışlar və 30-cu Polis şöbəsinə dəvət etmişlər. Onu şöbəyə gətirmişlər və üzərindən 3 büküm aşkar edilmişdir. Əməliyyat qrupunda iki nəfər olmuşlar. X14 küçəsindəki tikililərdə, evin çölündə saxlamışlar. Şöbədə təhqiqatçının iştirakı ilə çəkilişlə narkotik vasitəni şəxs özü təqdim etmişdir. Təsirləndirilən şəxsi döyməmişlər, üzərinə narkotik vasitə yerləşdirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Zaur Eyvazov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD formatlı diskdə olan videogörüntülərdən müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ cibindən ümumilikdə 03 ədəd bükümü təqdim edərək, təqdim etdiyi bükümlərdə heroin olduğunu bildirir. Sorğu zamanı həmin maddələri 24 noyabr 2022-ci il tarixdə Əhmədli metrostansiyasmın yaxınlığında tanımadığı şəxsdən 30 manat müqabilində öz istifadəsi üçün aldığını bildirir. Həmin tarixdə saat 17:30 radələrində Hövsan qəsəbəsi, Şabanov küçəsində nömrəsiz evin yaxınlığında saxlanılaraq şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış zamanı içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəifndən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxsoğlu ilə şahidlər Şahid1 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar istintaq zamanı ifadələrində göstərdikləri xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 6/6741 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Ş/ş Təqsirləndirilən şəxs üzərindən... ” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,086 qam, 1,537 qram, 1,114 qram, ümumi təmiz çəkisi 3,737 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Hetoin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 3,737 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq 3,637 qram. (Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-673/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 10 fevral 2023-cü il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 070 266 46 62 saylı mobil nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda narkotik vasitələrin satılmasına və sifarişinə dair sms yazışmaların aparılması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsindən sorğu edilərək əldə olunan xx.xx.2023cü il tarixli, 1(008)-25/2023 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki əməlini Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən sonra (məhkumluğu ödənilməmiş vaxtda) və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-25/2023 saylı hökmündən əvvəl törətmişdir, ona görə də məhkəmə hesab edir ki, onun indiki əməli təhlükəli residiv kimi deyil, sadə residiv kimi qəbul edilməli və hökm Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-25/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 908 saylı rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 tərəfindən toplanmış 465-C-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 24 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra təmiz çəkisi qalıq 3,637 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülməsi aparılması istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin, Azerfon MMC-dən əldə olunan 01 ədəd CD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-25/2023 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 24 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra təmiz çəkisi qalıq 3,637 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülməsi aparılması istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin, Azerfon MMC-dən əldə olunan 01 ədəd CD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1037/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1037/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver