Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1037/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Laçın rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Laçın rayonunun Minkənd kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul aynın əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Ramin” adlı İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri Xətai rayonu ərazisində bir ədəd siqaret qutusunun içərisində 02 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 1,377 qram və 5,406 qram, ümumi təmiz çəkisi 6,783 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroini və 01 bükümdə təmiz çəkisi 2,779 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə etməklə üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:00-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 1 ünvanında saxlanılmaqla Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində 02 ədəd ayrıayrılıqda təmiz çəkiləri 1,377 qram və 5,406 qram, ümumi təmiz çəkisi 6,783 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroini və 01 bükümdə təmiz çəkisi 2,779 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, qardaşı ilə saat 1-ə işləmiş evdə oturarkən qapı döyülmüş və 6 nəfər evə daxil olub, qandalı vurub onu 29-cu bölməyə aparmışlar. Həmin vaxt onun üzərində 2 qram kakos olub, bölmədə də onu döyərək 10 qram əlavə olaraq üzərinə qoyublar. Əslində isə narkotik vasitədən istifadə edir, lakin bu maddələrin satışı ilə məşğul olmur. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixoloji təzyiqlər edilmişdir. Saxlanılan zaman üzərində 2 qram narkotik vasitə olub, bir büküm kakos olub. İnstaqramdan İran nömrələri götürmüş və zəng edərək narkotiki onlardan alırmış. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrdən könüllü istifadə etmiş, buna onu heç kim təhrik etməsə də narkotik vasitələri tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən əldə etmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Xətai rayonu ərazisində olarkən İran İslam Respublikası vətəndaşı “Ramin” adlı, 35-40 yaşlarında kişi cinsindən olan şəxsdən öz istifadəsi üçün hazırda xatırlamadığı məbləğə heroin və psixotrop maddə almış və həmin heroinlə metamfetamini öz istifadəsi üçün qara rəngli şalvarının sağ cibində saxlamağa başlamış, ondan istifadə etməmişdir. 10 iyul 2023-ci il tarixdə saat 12 radələrində Yasamal rayonunda piyada hərəkət edən zaman mülki geyimli tanımadığı 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin vaxt yanında Şahid3 adlı tanışı da olmuşdur. Onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməyi, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demişlər. Çıxış yolu olmadığını dərk etdiyindən polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmiş, birlikdə Ləmanı da aparmışlar. Otaqda olanda aradan 10-15 dəqiqə keçəndən sonra ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmiş, sonra üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymağı təklif edəndə artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, sol arxa cibindən isə qəhvəyi rəngli pul qabını təqdim etmişdir. Həmin siqaret qutusunun içərisindən iki bükümdə, qəhvəyi rəngli narkotik vasitə heroin, bir bükümdə ağ rəngli psixotrop maddə metamfetamin aşkar olunmuş, pul qabının içərisində 33 ABŞ dolları, 200 Rus rublu və şəxsiyyət vəsiqəsi də olmuşdur. Daha sonra üzərinə əlavə baxış keçirilərək hər hansı başqa əşya aşkar olunmamış, heroin çəkilərək 9 qram olması, metamfetaminin isə 4 qram olması müəyyən olunmuş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən bükülülərin içərisində nəyin olduğu soruşulanda səmimi olaraq bükülülərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini “Ramin” adlı İİR vətəndaşından 2023-cü ilin iyul ayının əvvəllərində Xətai rayonu ərazisində olarkən öz istifadəsi üçün əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı orada iştirak edən şəxslərin İştirakları ilə protokol tərtib etmiş, bükümdə olan həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzamla təsdiq etmişdir. İİR Respublikası vətəndaşı “Ramin” adlı şəxsi əvvəllər görsə də, konkret soyadını və atasının adını bilməmiş, konkret ünvanı, digər əlaqələri haqqında məlumatı olmamış, onu təsadüfən Xətai rayonu ərazisində görmüşdür. Həmin şəxs təxminən 35-40 yaşlarında olmaqla qarayanız, arıq bədən quruluşlu və ortaboylu olmuş, həmin şəxslə telefon danışığı olmamışdır. Üzərindən aşkar edilən iki bükümdə, şəxsi istehlak miqdarından cəmi 45 dəfə çox miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından 18 dəfədən çox miqdarda psixotrop maddə metamfetamini yalnız öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Tutularkən üzərindəki “Redmi” markalı mobil telefonda “Bakcell” mobil operatoruna məxsus olan ***-***-**-** SİM nömrə olmuş, həmin mobil nömrədən istifadə etmiş və başqa hər hansı mobil nömrəsi olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Yasamal rayonu, Alatava qəsəbəsində, şəxsin yaşadığı evin – binanın qarşısında saxlayaraq polis bölməsinə gətirərək üzərinə baxış keçirilmişdir. Onun üzərindən siqaret qutusunun içərisindən iki büküm heroin, bir büküm metanfetamin, pul və telefon aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. İbtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün müraciət edilərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə verilən əmrlə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 12:00-da ünvan 4 ünvanının yaxınlığında tanışı Şahid3 ilə piyada hərəkətdə olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə müşayiətləri altında saxlandığı yerdən idarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən bizimlə birlikdə və müşayiətləri altında yaxın olduğu üçün Yasamal RPİ-nin 29-cu PŞ-yə gəlmişlər. Bununla bağlı müvafiq raport yazandan sonra araşdırmanın aparılması təhqiqatçıya həvalə edildiyindən, Təqsirləndirilən şəxs təhqiqatçının xidməti otağına aparmış, 10-15 dəqiqə keçəndən sonra təhqiqatçımn dəvəti ilə ora vəkil gəlmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Videoçəkiliş aparılmaqla təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, sol arxa cibindən isə qəhvəyi rəngli pul qabını təqdim etmiş, həmin siqaret qutusunun içərisindən iki bükümdə, qəhvəyi rəngli narkotik vasitə heroin, bir bükümdə ağ rəngli psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Pul qabının içərisində 33 ABŞ dolları, 200 Rus rublu və şəxsiyyət vəsiqəsi olmuşdur. Daha sonra üzərinə əlavə baxış keçirilərək hər hansı başqa əşya aşkar olunmamış, heroin çəkilərək 9 qram olması, metamfetaminin isə 4 qram olması müəyyən olunmuşdur. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən ondan bükülülərin içərisində nə olması soruşulanda bükülülərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini “Ramin” adlı İran İslam Respublikası vətəndaşından 2023-cü ilin iyul ayının əvvəllərində Xətai rayonu ərazisində olarkən öz istifadəsi üçün əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümdə olan həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imza ilə təsdiq etmişdir. Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini konkret haradan əldə etməsi haqqında hər hansı dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmiş, təhqiqatçının təklifindən sonra Elmir üzərində saxladığı heroini və metamfetamini könüllü olaraq təqdim edərək həmin vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Təlan oğlu ilə təxminən 2021-ci ilin yay aylarında sosial şəbəkələrin birində tanış olmuş, bundan sonra onunla bir müddət danışıb görüşərək yaxın münasibəti yaranmışdır. Elmirlə ayda bir dəfə və ya iki ayda bir dəfə görüşmüşdür. xx.xx.2023-cü il tarixdə də səhər tezdən Elmirlə ünvan 5 ünvanında, yəni onun yaşadığı evin yaxınlığında görüşüb piyada hərəkət edərkən əvvəllər görmədiyi və tanımadığı iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslər Elmirə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt o Elmirin yanında olduğu üçün onun da şöbəyə izahat vermək üçün getməli olduğunu demişlər. Elmirlə birlikdə 29-cu Polis Şöbəsinə getmiş, orada Elmir və o bir-birindən ayrılmış, təxminən 1 saat gözlədikdən sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs onun izahatını almışdır. Həmin təhqiqatçı Elmirin üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildiyini bildirmiş, bu barədə məlumatı olmadığını, özünün heç vaxt narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini demişdir. Elmirlə yaxın olsalar da Elmir onun yanında hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmiş, bu barədə danışmamış, bunu nə görmüş, nə də bunu hiss etmişdir, İzahatı alındıqdan sonra evə getmiş, Elmir isə polis şöbəsində qalmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı şəxs tərəfindən hər hansı zor tətbiq edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-ya gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, sol arxa cibindən isə qəhvəyi rəngli pul qabını təqdim etmişdir. Həmin siqaret qutusunun içindən iki bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, bir bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Pul qabının içindən isə otuz üç dollar, iki yüz rubl pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi aşkar olundu. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 10 iyul 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-6/3709 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN: “Zərflər üçün №7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr...” və s. yazılar, imzalar olan kağız paketdəki “Kent” markalı siqaret qutusuna yerləşdirilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,377 qram; 5,406 qram; ümumi təmiz çəkiləri 6,783 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdəki təmiz çəkisi 2,779 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,683 qram narkotik vasitə heroin və 2,679 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Yasamal RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5452 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-5/1034/2023 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz edilmiş “Xiaomi Redmi 10C” markalı “220333QAG” modelli “**********86787, **********86795” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi Redmi 10C” markalı “220333QAG” modelli smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1034” adlı iş çantasında 04 (dörd) ədəd “DVD-R tipli” disklərə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Diskin baxışının aparılması haqqında” protokoldan görünür ki, “Pages” adlı qovluqda “Chrome HTML document” tipli faylların olması müəyyən edilmişdir. 31-ci faylda ***-***-**-** nömrəsinin “Vatsapp” sosial şəbəkəsi, SMS ani mesajlaşma, “Odnoklassniki” sosial şəbəkəsi hesabından digər mobil nömrələrin müvafiq sosial şəbəkə hesabları ilə yazışmalar və SMS mesajları əks edilmişdir. Həmin yazışmalarda iş üzrə əhəmiyyət kəsb etməyən yazışmalarla yanaşı iş üzsrə əhəmiyyət kəsb edən yazışmalar da mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 21:08-də İzet adlı istifadəçinin ***- ***-**-** mobil nömrəsinə “Qaqa, marojna al mene, Bidene bizon yaxşı yola salacam seni” məzmununda SMS göndərilmiş, cavab olaraq “Gel heyete” Sözləri yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs “Odnoklassniki” sosial şəbəkəsində istifadə etdiyi hesabdan “Milana Seferova” adlı istifadəçi ilə yazışmalarında xx.xx.2022-ci il tarixdə saat 01:28-də “Milana Seferova” adlı istifadəçinin “Pati cekmek isteyİrem” məzmununda mesaj yazması, cavabında Təqsirləndirilən şəxs “Can, Cekerik, Niye deyox, Vacapin var, damsaq, çıxaq burdan, olar?” yazması, “Milana Seferova” adlı istifadəçinin cavabında “Yox nomre vermirem” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Hec bisey, canın sagolun, burda cekey patinu onda, Aa, yenede mennen ziyan gelmez sene, inanmırsa canmn sağolsun” sözlərini yazması, cavabında Milana Seferovanm “Patinin seklni at deyim nomremi” yazması”, cavabında Təqsirləndirilən şəxs “Patinun seklini atım??, ayıbdu ee, inanmadin burda” sözlərini yazması, cavabında Milana Seferovanın“Menden de ziyan gelmez, men qeyhbe deyilem” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “canun sağolsun, bilirem danisiginan hiss edirem, usaqndeyilem, tamami, istesen yazarsan, yazmasan da canin sag olsun” sözlərini yazması, cavabında Milana Seferovanm “Men indi isteyirem” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Bildim de, nece gelesen bura, yazda vacapda, ya da zeng ele mene vacapda, yemiyecem seni narahat olma” sözlərini yazması, cavabında Milana Seferovanm “İt nömresine oxsayir” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Ayibdi, it nedi, s... itin sortun, yeke qizsan ayibdi, bele sobet eleme, hecbisey, inanma nə deyim ta” sözlərini yazması, cavabında Milana Seferovanı “niye xetrive deydi” sözlərini yazması, “opurem alninan, xetrime deymedi, zeng ele, usaq deyilsen ki, cavabında Milana Seferovanm “yaxsi gozle” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Sesimden, danisiqdan bilesen, cidxim, yig vacapda” sözlərini yazması, cavabında Milana Seferovanm xx.xx.2022-ci il tarixdə saat 08:45-də “Vatsapda günortalar imkanım olmur danışmaq, ne sozun olsa yaz bura, pralemim cixar xais edirem bura yazarsan” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Salam bas usde, men size prablem yaratmaram” sözlərini yazması, həmin gün saat 15:25-də Milana Seferovanm “Salam, Cox sag ol anlayisine gore” sözlərini yazması, xx.xx.2022-ci il tarixdə saat 01:06-da “Salam deymez gozel insan, sen bsduq olandan yaz da yazim, neynirse, yaxsisan” sözlərini yazması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə 21:43-də Milana Seferovanm “Salam, Sen necesen, Xais nomre yigma” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Sagol sen, bas usde” sözlərini yazması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 21:51-də Təqsirləndirilən şəxs “Gelirsen gel, pati da goturey, oturaq urey” sözlərini yazması, cavabında Milana Seferovanm “menim pulum yoxdur buğun” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “patim var, vacapa niye yazmırdin be” sözlərini yazması, cavabında Milana Seferovanm “istemirem vacapa girişim görsensin” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Qulluqundayam urey” sözlərini yazması, Milana Seferovanm “Prosta pulum yoxdu” sözlərini yazması, Təqsirləndirilən şəxs “indi hansı terefe deyirsen, urey” sözlərini yazması, Milana Seferovanm “Sumqayıt” sözünü yazması, cavabında Təqsirləndirilən şəxs “Odefe Masazirdedin, ona gore sorusdum oz evinizde, sen suqayida” sözlərini yazması, Milana Seferovanm “Burdan cixmaga tajsi var” sözlərini yazması, Təqsirləndirilən şəxs “Nece anamdim, Hadran cixmaga ureyim” sözlərini yazması, Milana Seferovanm “Prosta nese almağa pulum yoxdu” sözlərini yazması, Təqsirləndirilən şəxs “nese deyende, ne isdeyirsen ki, ay ureyim?” sözlərini yazması, cavabında Milana Seferovanm “Pati” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “varda ureyim mende” sözlərini yazmı, Milana Seferovanm cavabında “Men başqa hec ne istemirem” sözlərini yazması, Təqsirləndirilən şəxs “Pulun vermeliyem, beli, Tapib”, cavabında Milana Seferovanm “Hara gelim” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Gele bilesen, masin var” sözlərini yazması, Milana Seferovanm cavabında “Taksiye pul taparam” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Yoxumdu, senol yoxsa vererdim onuda senol” sözlərini yazması, cavabında Milana Seferovanm “Bilirem deli” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “urey sen gel yaşamala, gel de” sözlərini yazması, cavabında Milana Seferovanm “hansı yaşamala” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Yeni Yasamal, taksiyle gelesen ureyim?” sözlərini yazması, Milana Seferovanm cavabında “Novostroykalara” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Yox heyet evidi, bizde rahat ol ureyim” sözlərini yazması, cavabında Milana Seferovanm “Evde teksen” sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “He tekem, heri, rahat ol, menen sene ziyan gelmez” sözlərini yazması, Milana Seferovanm cavabında “adres ne deyim taksiye” sözlərini yazması, Təqsirləndirilən şəxs “Yeni Yasamal, Mehemmed Xiyabani 117-di, Uber var sende, noldu niye hay vermirsen” sözlərini yazması müəyyən edilir. Təqsirləndirilən şəxs “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə etdiyi yazışmalar arasında “Afandiyev Tofiq” adlı istifadəçinin ona xx.xx.2023-cü il tarixdə saat 07:21-də “Menem Elmir, imkan olanda mene yaz” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “He, hardasan” sözlərini yazması, cavabında “Afandiyev Tofiq” adlı istifadəçinin “Elnurgilin qapısındayam 'gelim ora” sözlərini yazması, həmin gün ərzində “Afandiyev Tofiq” adlı istifadəçinin kartını mənə at, qaqa pulu vurdum” məzmununda yazılar yazması, xx.xx.2023-cü il tarixdə saat 07:35-də “Afandiyev Tofiq” adlı istifadəçinin “nagarsan adas, qaqa netersen, adadn 5 kiofe, 5 pati götürmək olar” sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “He” sözlərini yazması, “Afandiyev Tofiq” adlı istifadəçinin cavabında “gelirem onda, 20 deyqeye yatmisan ki, gelim qaqa” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Hardasan” sözlərini yazması, cavabında “Afandiyev Tofiq” adlı istifadəçinin “Tarqovuda, gelim qaqa” sözlərini yazması, Təqsirləndirilən şəxs “Sen kimsen, adas sensen Elmir?” sözlərini yazması, “Afandiyev Tofiq” adlı istifadəçinin He menem, adas, gelim?”sözlərini yazması, Təqsirləndirilən şəxs “Ne deyrisen ee” sözlərini yazması, “Afandiyev Tofiq” adlı istifadəçinin “Deyirem 5diy kofe, 5diy pati goturum” sözlərini yazması, cavabında “Hede” sözlərini yazması, cavabında “Gelem” sözünü yazması, cavabında Təqsirləndirilən şəxs “Tez gel” sözlərini yazması, cavabında “yoldayam qaqa” sözlərini yazmsı, cavabında Təqsirləndirilən şəxs “qaqaş 10 da ver, pul verməliyəm” sözlərini yazması, cavabında “Afandiyev Tofiq” adlı istifadəçinin “Gelem qaqa, yaxsı verem, pati var?” sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “He de” sözlərini yazması, “Afandiyev Tofiq” adlı istifadəçinin “Ok eseblesme” sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “Alo, bİdene bizon al da yeke” sözlərini yazması, cavabında “Afandiyev Tofiq” adlı istifadəçinin “Senol bravodaydım maqazinde, cixdim” sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “Ta gelme getdim men de” sözlərini yazması, “Afandiyev Tofiq” adlı istifadəçinin “Almisam ey, ağlama, men sen deyilem, adas mehledeyem nagarim” sözlərini yazması müəyyən edilir. Təqsirləndirilən şəxs “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə etdiyi yazışmalar arasında “***-***-**-**” mobil nömrə ilə Harun adlı istifadəçinin xx.xx.2023-cü il tarixdə saat 21:43-də ona “Adas” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “ne” sözünü yazması, Harun adlı istifadəçinin cavabında “Qaqa oralara deymey olar” sözlərini yazması, E. Mehrabovun cavabında “He” sözünü yazması, Harun adlı istifadəçinin “Pulu vurdum ha, geldi? sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “Neqeder” sözünü yazması, Harun 'adlı istifadəçinin cavabında “5 manat sözünü yazması, Təqsirləndirilən şəxs cavabında “He” sözünü yazması, Harun adlı istifadəçinin “heresinden 5diy olar göturmek kolayla pati, ama patısı yoxdusa adas göturme” sözlərini yazması, Təqsirləndirilən şəxs “asirdarıq, hell ederik, hardasan” sözlərini yazması, Harun adlı istifadəçinin cavabında “Elnurgilde, mehleye gelim?”sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “gözle ozum gelirem 5 deyqeye” sözlərini yazması müəyyən edilir. Təqsirləndirilən şəxs “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə etdiyi yazışmalar arasında ***-***-**-** mobil nömrəli istifadəçiyə xx.xx.2023-cü il tarixdə saat 13:58-də “ot istiyirsiz, goturum saxlayım sene brat” sözlərini yazması, 051-540- 60-20 mobil nömrəli istifadəçinin cavabında sat 21:10-da “catiram, brat, mehledeyem” sözlərini yazması, 09,07.2023-cü il tarixdə saat 13;09-da ***-***-**-** mobil nömrəli istifadəçinin “Goturmet isteyirdim daw, kende yoldaşlara aparacam, brat, 20 m normal vere bilersen brat” sözlərini yazması, cavabında Təqsirləndirilən şəxs “Asirdaram” sözünü yazması, Təqsirləndirilən şəxs saat 15:06-da “Ne qeder istirdin” sözlərini yazması, cavabında ***-***- **-** mobil nömrəli istifadəçinin “20 m Brat” sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “bildim, qaqa, asırdarıq” sözlərini yazması, cavabında “ne vaxt gelim brat” sözlərinin yazılması, cavabında “deyecem” sözlərinin yazılması, cavabında həmin gün saat 16:47-də ***-***-**-** mobil nömrəli istifadəçinin”Noldu brat” sözlərini yazması, Təqsirləndirilən şəxs cavabında “ne daş” sözlərini yazması, cavabında “he qaqa” sözlərinin yazılması, cavabında “hardasan, evde” sözlərinin yazılması, cavabında “ denizdeyem gelirem, başıva donerem, uşaqlara aparacam kende, isbatli ele de imkandırsa brat” Təqsirləndirilən şəxs cavabında “20 mdi, hardasan qaqa” sözlərinin yazılması, cavabında “ailə var deye yaxm gele bilmirem” sözlərinin yazılması, cavabında “sende 20-di de?” sözlərinin yazılması, cavabında “görüşdüm qaqa sagol” sözlərinin yazılması, cavabında “yaxşı eledin” sözlərinin yazılması, cavabında “20-li bu eder olur brat?” sözlərinin yazılması müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).“ Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satmaq fikrinin (məqsədinin) olmadığını, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyini, ondan aşkar olunmuş narkotik vasitənin 2 qram olduğunu, psixotrop maddənin isə ona məxsus olmadığını bildirsə də, həmin xüsusatların yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrinə bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə (6,783 qram heroin) və psixotrop maddəni (2,779 qram metafetamin) polis əməkdaşları tərəfindən saxlanılmadan bir neçə gün öncə almışdır. Göründüyü kimi təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılmadan bir neçə gün öncə aldığını bildirsə də, həmin maddələri aldıqdan sonra bir neçə gün ərzində üzərində saxlayaraq daşımasının hansı zərurətdən irəli gəldiyinə dair hər hansı bir məlumat verməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun müəssisəyə daxil olarkən müayinəsi zamanı sol və sağ dirsək nahiyəsində qərtməkli yara və qançırların olduğu müəyyən edilmişdir. Bundan əlavə, Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman (ibtidai araşdırma zamanı) polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq və müvafiq ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iş materiallarında olan, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5452 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, müdafiə tərəfinin qeyd etdiyi bu xüsusat, yəni təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə polis əməkdaşları tərəfindən fiziki (psixoloji) təsirlərə məruz qalmasına dair irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığından, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin qeyd etdiklərinə tənqidi yanaşaraq həmin ifadələri bu hissədə müdafiə xarakterli ifadə kimi qəbul edir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni və psixotrop maddəni satmaq fikri (məqsədi) olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin və (və ya) psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, həmçinin təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin təqsirləndirilən şəxsin mobil telefondan aşkar olunmuş məlumatları (sms və digər yazışmaları) nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən və hökmdən görünür ki, təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinmiş və barəsində (Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla) qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 01 gün hissəsinin çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2019-cu il tarixdə şöbənin qeydiyyatından tşıəxarılmışdır. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli il tarixli hökmünə əsasən təqsirləndirilən şəxsin məhkum olunduğu cinayət əməlləri (CM-in 126.1 və 228.4-cü maddələri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə (cinayətlərin təsnifatı) müvafiq olaraq ağır və böyük içtimai təhlükə törətməyən cinayət hesab olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivi sayılır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs İİİ dərəcə əlildir. Məhkəmə təqsirləndirilən şəxsin İİİ dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Yasamal RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6,683 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,679 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Xiaomi Redmi 10C” markalı 1 ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılmalı (verilməli), həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əlavə edilmiş (“Xiaomi Redmi 10C” markalı smartfonun yaddaşından toplanmış məlumatlar əsasında tərtib edilən Report-Hesabatı özündə əks etdirən) 04 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yasamal RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6,683 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,679 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Xiaomi Redmi 10C” markalı 1 ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılsın (verilsin), həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əlavə edilmiş (“Xiaomi Redmi 10C” markalı smartfonun yaddaşından toplanmış məlumatlar əsasında tərtib edilən Report-Hesabatı özündə əks etdirən) 04 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 190 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1037/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1037/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver