Məhkəmə qərarları › İş №1(101)-1037/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1037/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1037/2025 20.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, tərcüməçilər X1, X3, X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Bəruz oğlunun, Zərərçəkmiş şəxs3, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X12 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “X27” restoranında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə spirtli içki qəbul etdikdən sonra restoranı tərk edib, yolun əks istiqamətinə keçərək Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində ona Zərərçəkmiş şəxs1 özünə məxsus siqaret qutusundan çoxlu siqaret götürüb çəkdiyini irad bildirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyaraq ünvan 2 ünvanın qarşısında 19 iyul 2024-cü il tarixdə saat 03 radələrində ictimai qaydanı pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək silah qismində istifadə edilən əşya sayılan üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 sol qol nahiyəsindən qəsdən vuraraq sonuncuya sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançırı- hematoması, sağ saidin qançırları, sol bazunun səthi kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib, daha sonra xuliqanlıq niyyəti ilə əlindəki bıçaqla həmin vaxt qeyd olunan ünvanda hadisə yerində dayanmış Zərərçəkmiş şəxs3 kürək nahiyəsindən qəsdən vuraraq sonuncuya döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksla müşahidə olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirib, vahid niyyətlə əhatə olunan qəsdlə törədilən cinayət əməlini davam etdirərək xuliqanlıq niyyəti ilə həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən vuraraq sonuncuya döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksla müşahidə olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə iki şəxsə qarşı xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurub zor tətbiq etməklə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, baş vermiş fakt üzrə həmin tarixdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqi 1)

4. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci X10 və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydə alınmış xx.xx.2024-cü il tarixli, 2252 nömrəli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 03:25-də DİN-in “102” xidməti zəng mərkəzi sistemindən daxil olmuş məlumatda X2 Nərimanov rayonu, C.Hacıbəyli küçəsində bıçaqlı münaqişə olmasını bildirib polis çağırması qeyd edilmişdir. (Cild 1, iş vərəqi 4)

5. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci X10 və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydə alınmış xx.xx.2024-cü il tarixli, 2253 nömrəli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 03:43-radələrində DİN-in “102” xidməti zəng mərkəzi sistemindən daxil olmuş məlumatda Zərərçəkmiş şəxs1 Nərimanov rayonu, Ü.Bünyadzadə C.Hacıbəyli küçəsində “Tərlan” marketin yanında “tanımadığı şəxsin ona bıçaqla xəsarət yetirməsi” barədə bildirməsi göstərilmişdir. (Cild 1, iş vərəqi 5)

6. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 36)

7. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Dostlar Pub” restoranını göstərib bildirmişdir ki, 18 iyul 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixə keçən gecə həmin restoranda dostları ilə yeyib içdikdən sonra “Tərlan” marketin qarşısında Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncu üzərində gəzdirdiyi kəsici alətlə (bıçaqla) onun qolundan vurmuş, o qaçaraq yolun ortasında yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs3 kürək nahiyəsindən və Zərərçəkmiş şəxs2 sinə nahiyəsindən xəsarət yetirmişdir. (Cild 1, iş vərəqi 44-48)

8. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Şəxsin cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqi 58)

9. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 70-72)

10. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 88-89)

11. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 111)

12. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 119)

13. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “TŞ-dən alınmış DVD diskə baxış keçirmə haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli TŞ 3-211 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının saat 03:34-dan 03:38-dək olan müddətdəki görüntüsünə baxış keçirərkən Bakı şəhəri, Nərimanov rayonu, Ruhulla Axundov küçəsində Tərlan Marketin qarşısında yolda bir neçə nəfərin içki içib söhbət etdikləri, daha sonra yolda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs arxa tərəfindən yaxınlaşaraq sağ əli ilə sonuncunun baş nahiyəsindən zərbə endirməsi, Təqsirləndirilən şəxs isə ona cavab olaraq əli bədən səthinə zərbə endirməsi, Zərərçəkmiş şəxs1 yerə yıxılması, Zərərçəkmiş şəxs1 ətrafında olan şəxslərin Təqsirləndirilən şəxs üzərinə hücum etmələri, daha sonra həmin şəxslərin Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi “Heaven Beauty” gözəllik salonunun qarşısında səkidə münaqişəyə davam etmələri, daha sonra isə yenidən həmin şəxslərin Nərimanov rayonu, Ruhulla Axundov küçəsinə keçərkən videogörüntünün kəsilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli TŞ 6-164 nömrəli qurğunun 3-cü kamerasının isə saat 04.00-dan 04.06-dək olan müddətdəki görüntüyə baxış keçirərkən ara məhəlləyə Post Patrul Xidmətinin idarə etdiyi nəqliyyat vasitəsinin gələrək irəlidə saxlaması, məhəllədə olan çoxsaylı vətəndaşların həmin istiqamətə axın etmələri müəyyən olunmuşdur. (Cild 1, iş vərəqi 152)

14. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirmə haqqında” protokoldan görünür ki, həmin diskə baxdıqda 9 faylda görüntünü əks etdirən videolar vardır. Onlardan 7 faylda xx.xx.2024-cü il tarixdə gecə saatlarında “X27” restoranında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs eyni masada yeyib içib əyləndikləri müəyyən edilir. 2 faylda Nərimanov rayonu, Ruhulla Abdulla küçəsində “Tərlan” marketin qarşısında həmin şəxslərin içki içib söhbət etdikləri, daha sonra yolda münaqişənin baş verməsi, ardınca Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi “Heaven Beauty” gözəllik salonunun qarşısında münaqişənin davam etməsi, sonda isə yenidən həmin şəxslərin Nərimanov rayonu, Ruhulla Axundov küçəsinə gedərək münaqişəni davam etmələri müəəyyən olunur. (Cild 1, iş vərəqi 155)

15. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2024-cü il tarixli, 878 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər- sağ bazunun, sağ saidin, sağ mil bilək və sol dirsək oynaqlarının, sağ bazu oynağının arxa səthinin, döş qəfəsinin sağ yarısının arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, büzdüm nahiyəsinin deşilmiş kəsilmiş səthi yarası isə deşici kəsici alətin, ola bilsin, bıçağın tiyəsinin şiş ucunun təsirindən qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter va lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi inandırıcı deyil. (Cild 1, iş vərəqi 165-166)

16. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2024-cü il tarixli, 845 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən- sol dirsək oynağının hərəkət məhdudluğu müşayiət olunan qançırı- hematoması, sağ saidin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən, sol bazunun səthi kəsilmiş yarası kəsici alətin, ola bilsin bıçağın tiyəsinin kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (Cild 1, iş vərəqi 167-168)

17. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2024-cü il tarixli, 1450 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksla müşahidə olunan deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (Cild 1, iş vərəqi 202-203)

18. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2024-cü il tarixli, 1463 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksla müşahidə olunan deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (Cild 1, iş vərəqi 206-207)

19. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılarkən Əhmədov X4 adlı qonşusunun doğum günü ilə əlaqədar Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “X27” restoranında pivə içdikdən sonra xx.xx.2024-cü il tarixdə qonşuları və restoranda tanış olduğu Elcan adlı şəxslə birlikdə restorandan saat 03 radələrində çıxıb yolu qarşı tərəfə keçərək Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Tərlan” adlı marketdən siqaret almaq üçün yolu qarşı tərəfə keçəndə siqaretinin çəkilməsinə görə söyüş söymüş, həmin vaxt marketin qarşısında Elcanla aralarında mübahisə baş vermiş, Elcan onu, o da Elcanı yumruqla vurmuş, daha sonra onlar mübahisə edərək “Bravo” marketin yan tərəfinə, yəni Nərimanov rayonu, Abbas Zamanov küçəsinə daxil olmuşlar. Orada münaqişə zamanı Elcan kəmərinin altından bıçaq çıxarıb onun qolundan, qonşusu Fəridin kürəyindən, Rəşadın isə sol döş nahiyəsindən vuraraq xəsarət yetirmişdir. (Cild 1, iş vərəqi 223-226)

20. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2024-cü il tarixli, 355- MTKŞ/2024 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus paltarların (qısaqol köynək və qolsuz mayka) ön səthində solda bir ədəd xəttişəkilli dəlib-keçən zədə aşkar olundu. Bu zədə çox güman ki deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. (Cild 1, iş vərəqi 229-230)

21. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2024-cü il tarixli, 488/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: A/İİ/ olmuş, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynək, mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız A antigeni alındı. Bu qan ləkələri A-beta/İİ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. (Cild 1, iş vərəqi 232-234)

22. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cəfərov X9 Rayon Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbələrində verdiyi ifadələri təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə təxminən saat 03:20 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Dostlar Pub” adlı restorandan çıxıb tanışı Şahid2 və sonuncunun vasitəsi ilə tanış olduğu Sübhan, Fərid, Rəşad və digərləri ilə birlikdə yolu qarşı tərəfə keçib su, siqaret və s. almaq üçün Ceyhun Hacıbəyli küçəsində yerləşən Tərlan marketə tərəf getmişlər. Həmin vaxt Sübhan restoranda olarkən siqaretin çəkilməsinə görə söyüş söymüş, buna görə aralarından mübahisə yaranmış, həmin vaxt Sübhan onun sifət nahiyəsinə bir dəfə yumruq vurmuş, o da həmin vaxt şalvarının kəmərinə keçirib üzərində gəzdirdiyi qatlanan bıçağı çıxarıb Sübhanın qoluna bir zərbə vurmuşdur. Bundan sonra Sübhan və yanında olan şəxslər onun üstünə tökülüşmüşlər. Sübhan da həmin vaxt əlidəki taxta ilə onu vurmuşdur. Həmçinin həmin şəxslərdən kimsə ona bıçaqla xəsarət yetirmişdir. O, həmin şəxslərin əlindən qaçmaq istəyən zaman Nərimanov rayonu Abbas Zamanov küçəsinə daxil olmuşdur. Həmin vaxt da Fəridlə Rəşad onun üstünə hücum çəkdiyinə görə əlindəki bıçaqla Fəridin kürək nahiyəsinə bir zərbə vurmuş, daha sonra Rəşad orada ona əl atdığına görə onu vuracağını düşünmüş və əlindəki bıçaqla Rəşadın sol döş qəfəsinə bir zərbə vurub oradan qaçaraq uzaqlaşmışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs hadisə yerini əyani şəkildə göstərmişdir. (Cild 2, iş vərəqi 3-4)

23. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, C.Hacıbəyli küçəsində yerləşən “X27” adlı restoranından 19 iyul 2024-cü il tarixdə təxminən saat 03-04 radələrində çıxıb yolun qarşı tərəfində yerləşən “Tərlan” marketə getmişlər. Orada Sübhanla restoranda tanış olduqları Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş, mübahisə zamanı Elcanla Sübhan bir-birlərinə yumruq atmışlar. Daha sonra da onlar ara küçəyə daxil olan zaman yəni, Nərimanov rayonu, Abbas Zamanov küçəsində Elcan üzərində gəzdirdiyi bıçaqla əvvəlcə Sübhanın qolundan, Fəridin kürəyindən, sonda isə onun sol döş qəfəsindən vurub hər üçünə xəsarət yetirmişdir İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs2 hadisə yerini əyani şəkildə göstərib, Təqsirləndirilən şəxs bıçaqla onu Nərimanov rayonu, Abbas Zamanov küçəsi 32 ünvanı qarşısında vurub xəsarət yetirdiyini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (Cild 2, iş vərəqi 9-12)

24. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-9/2-3763/2025 nömrəli məktubundan görünür ki, həmin məhkəməyə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Türkiyə Respublikasının Gaziosmanpaşa 1.X17 15 noyabr 2017-ci il tarixli hökmünün Azərbaycan Respublikasının ərazisində tanınması barədə müraciət (təqdimat) daxil olmamışdır.

25. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-8/2-3669/2025 nömrəli məktubundan görünür ki, həmin məhkəməyə Təqsirləndirilən şəxs barəsində Respublikası Yazıosmanpaşa 1 X18 xx.xx.2017-ci il tarixli hökmünün Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq tanınıb-tanınması barədə təqdimat daxil olmamışdır.

26. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-7/2-2381/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış xarici dövlət hökmünün Azərbaycan Respublikasının ərazisində tanınması haqqında həmin məhkəmədə işə baxılmamışdır.

27. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-6-11/2-23167/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hökmün tanınması barədə həmin məhkəmənin icraatında iş aşkar edilməmişdir.

28. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-1/2-393/2025 nömrəli məktubundan görünür ki, həmin məhkəmədə Təqsirləndirilən şəxs barəsində olan Türkiyə Respublikasının Yazıosmanpaşa 1 Sülh Cəza hakimliyinin hökmünün tanınıb-tanınması ilə bağlı işə baxılmamışdır.

29. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-14/2- 116077/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Türkiyə Respublikasının səlahiyyətli məhkəməsi tərəfindən çıxarılmış hökmün Azərbaycan Respublikasının ərazisində tanınması ilə bağlı müraciət və müvafiq sənədlər respublika Ədliyyə Nazirliyində aşkar edilməmişdir.

30. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-10/4/2-1450/2025 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin icraatında Təqsirləndirilən şəxs barəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı iş olmamışdır.

31. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin xx.xx.2025-ci il tarixli, 2-2-141/2-243403/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2017-ci il tarixdə həbs olunmaqla məhkum edilməsi barədə Türkiyə Respublikasının Yazıosmanpaşa 1 X18 hökmünün Azərbaycan Respublikasında tanınmasına dair sorğu və ya müraciət Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinə daxil olmamışdır.

32. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 14-16)

33. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 xx.xx.2024-cü il tarixli, 3566 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən olunur. (Cild 2, iş vərəqi 35-36)

34. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. (Cild 2, iş vərəqi 84-86)

35. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. (Cild 2, iş vərəqi 87-89)

36. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələrinə tövsif edilməsi, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd mayka və 01 ədəd qısaqol köynəyin iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmış, təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, müvafiq istintaq hərəkəti protokolları və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 90-99)

37. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 101-103)

38. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 18 iyul 2024-cü il tarixdə məhəllə uşağı, yəni dostunun ad günündə toplaşmış, Təqsirləndirilən şəxs da ilk dəfə həmin gün görmüşdür. Kafedə əyləşən zaman oturduğu stolun üzərinə açılmamış siqaret qutusu qoyduqdan sonra, içdiyi pivə qurtardığına görə stoldan duraraq “barmen”-in yanına gedib özünə yeni pivə sifariş vermiş, qayıdan zaman açılmamış siqaret qutusunun stolda olmadığını görüb nalayiq sözlər istifadə edərək siqaret qutusunun geri qaytarılmasını tələb etmişdir. Lakin heç kimdən səs çıxmamış, ikinci dəfə yenə nalayiq sözlərlə söyüş söydükdə Təqsirləndirilən şəxs ondan söyüş söyməməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs siqaret qutusunu götürüb-götürmədiyini soruşduqda, sonuncu ona stolda oturan başqa şəxsin siqaret qutusunu götürdüyünü söylədiyindən, aralarında yüngülvari mübahisə yaranmış və kafedən mübahisə edərək çölə çıxmışlar. Çöldə mübahisə edən zaman o, alkoqollu içkinin təsiri altında olduğuna görə müvazinətini itirərək yerə yıxılıb yerdəki şüşə qolunu kəsmişdir. Təqsirləndirilən şəxs ona bıçaqla heç zərbə yetirməmişdir. Hadisədən dərhal sonra hamı evə getmişdir. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, o, “Tərlan” adlı marketin yanında olan vaxt yerə yıxıldığına görə qolunu şüşə kəsmiş, həmin yaranın yeri sağaldığına görə izi qalmamışdır. O, Təqsirləndirilən şəxs əlində bıçaq görməmiş, Təqsirləndirilən şəxs ona bıçaqla zərbə yetirməmişdir. Münaqişə o və Təqsirləndirilən şəxs arasında yaranmış, Təqsirləndirilən şəxs ona qarşı nalayiq sözlər istifadə etməmiş və ona bıçaqla xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədəki sözlər ona məxsus olmamış, mübahisə yalnız Elcanla onun arasında olmuş, ətrafda onlardan başqa heç kim mübahisə etməmişdir. Hadisə zamanı nə o, nə də Təqsirləndirilən şəxs qışqırmış, yaralanan digər şəxsləri də tanımış, həmin şəxslərin yaralandığını hadisədən sonra öyrənmişdir.

39. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlər olduğundan onun həmin ifadəsi Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən elan edilməklə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində bildirmişdir ki, onunla qonşuluqda yaşayan rəsmi adı Məhəmmədəli olan, lakin “Mənti” adı ilə çağırdıqları şəxsin evində 18 iyul 2024-cü il tarixdə keçirilən ad günündə iştirak etmiş və orada bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra üstündən pivə içmək üçün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “X27” adlı restorana getmişlər. Restoranda digər qonşularının da əyləşdiklərini görmüş, digər masada Rəhim və Elcan da əyləşmiş, ona birlikdə əyləşməyi təklif etmişlər. Masada bir qədər spirtli içki qəbul etdikdən sonra, çölə çıxan zaman siqaret qutusuna baxdıqda siqaretlərinin yoxa çıxmasını görmüş, kim tərəfindən siqaretlərin götürüldüyünü soruşduqda, Elcan özünü ortaya ataraq masada olan siqaretdən yəqin ki, masa ətrafında əyləşən şəxslərin götürdüyünü demişdir. O da acıqlanaraq siqareti Elcanın götürmədiyi təqdirdə niyə reaksiya verdiyini soruşmuş, “siqareti hansı pe...sər” götürüb deyə bildirmişdir. Elcan ona “söyüş söymə” deyərək üzərinə gəldikdə, Elcana “yaxşı söhbəti bağla” demiş və yolun əks tərəfinə keçmişlər. Oradakı “Tərlan” marketin qabağında olan zaman üstünə Elcan qışqırdıqda sonuncuya “qardaş, söhbəti bağla” demiş, yanında olan Fərid də Elcana “istəyirsən sənə ayrıca siqaret alıb verim” təklif etmişdir. Həmin vaxt Elcan ona yumruq atdığına görə, sonuncuya yumruqla cavab qaytarmış, Elcan belində olan bıçağı çıxarıb onun sol qolundan vurmuş, əlbəyaxa olmuşlar, yolun ortasında qoşa xəttin üstünə yıxılmışdır, lakin yerdə olan zaman Elcan onu vurmamışdır. O, ayağı ilə Elcanı itələmiş, arxa-arxaya gedərək səkinin üstündə dayanmış, Fərid Elcanı sakitləşdirmək istəyən zaman sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi “Heavy Beauty” adlı gözəllik salonunun qabağında Fəridin kürəyindən bıçaqla vurmuş, Rəşad yaxınlaşıb sakitləşdirmək istəyən zaman Elcan bıçaqla sonuncunun döşünün altından vurmuşdur. Bundan sonra digərləri Elcanı sakitləşdirmək istəyən zaman binanın tini ilə Mirəli Qaşqay küçəsi istiqamətində qaçaraq uzaqlaşmışdır. Mübahisə zamanı Elcan bıçaqla onun sol qolunu kəsmiş, Fəridin kürəyindən vurub ağ ciyərini, Rəşadın da döşünün altından bıçaqla vurub sonuncunun da ağ ciyərini zədələmişdir. Hadisə zamanı Elcanın bıçaqla onu ikinci dəfə vurub xəsarət yetirməyə imkanı olmasına baxmayaraq, onu vurmamışdır.

40. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 18 iyul 2024-cü il tarixdə axşam saatlarında dostlarının ad gününə yığışmışlar. Həmin gün əyləşdikləri kafedən marketə getmək üçün qısa müddətlik çıxmış, marketdən çıxan zaman böyük bir münaqişənin şahidi olmuşdur. Mübahisə edənləri aralamaq məqsədilə araya girdikdən sonra ondan qan gəldiyini görmüşdür. Lakin onu kimin, necə, hansı şəraitdə yaraladığını bilməmişdir. Qan gəldiyini görən dostları onu təcili şəkildə xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, həmin gün Təqsirləndirilən şəxs da kafedə olmuş, lakin onların əyləşdiyi stolda əyləşməmiş, üzbəüz stolda əyləşmişlər. O, Təqsirləndirilən şəxs qarşı stolda kiminlə əyləşdiyini bilməmişdir. Kafedən gecə saat 24 radələrində Elsəvərlə birlikdə çıxdıqdan sonra “Tərlan” adlı marketə getmiş, onlar kafedən çıxan zaman Təqsirləndirilən şəxs kafedə olmuşdur. “Tərlan” adlı marketdən çıxdıqdan sonra Elcanla Sübhanın münaqişə etdiyini görmüş, Elcanla Sübhan sözlü mübahisə etmiş, o, Elsəvərlə birlikdə Elcanla Sübhanı aralamaq məqsədilə araya girmişdir. Ona kimin bıçaqla zərbə yetirdiyini bilməmiş, o, bıçağı görməmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Ondan qan gəldiyini dostları ona söyləmiş, Təqsirləndirilən şəxs hadisə zamanı ondan aralıda dayanmışdır. O, Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxusdur. Hadisənin baş verdiyi gün əyləşdikləri kafedən ilk o və Elsəvər çıxmış, kafedə əyləşən zaman nə onun, nə də başqa şəxsin Təqsirləndirilən şəxsla mübahisəsi olmuşdur. Elsəvər və o “Tərlan” adlı marketdən çıxdıqdan sonra küçədə münaqişə getdiyini görmüş, ona bıçaqla zərbə yetirən şəxsi görməmişdir. O, dəqiq şəkildə Təqsirləndirilən şəxs onu yaraladığını söyləyə bilmir. “Tərlan” adlı marketdən çıxan zaman Sübhan və Elcanın qışqıraraq münaqişə etdiyini görmüş, hadisə zamanı Elcan ondan aralıda dayanmış, yəni onların arasında geniş məsafə olmuşdur. O, Sübhanla Elcanın arasındakı münaqişənin hansı səbəbdən yarandığını bilməmiş, o, Elcan tərəfindən vurulduğunu görməmişdir. Mübahisə zamanı Elcan və Sübhanda bıçaq görməmişdir. Hadisə zamanı üzərində ağ kofta olmuş, hətta koftası qara rəngdə olsa idi, heç yaralandığını belə bilməzmiş, o, yüngül xəsarət almışdır.

41. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlər olduğundan onun həmin ifadəsi Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən elan edilməklə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində bildirmişdir ki, 18 iyul 2024-cü il tarixdə, saat 21 radələrində qonşuluğunda yaşayan “Mənti” ləqəbli Məmmədəlinin ad gününə gedib orada gecə saatlarına qədər iştirak etmiş, daha sonra Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “X27” adlı restorana Mənti, Elsevər, Sübhan və digər qonşularla birlikdə 19 iyul 2024-cü il, saat 01 radələrində getmişlər. Restoranda təxminən 2-3 saat əyləşib bir qədər spirtli içki qəbul etmişlər. Onlar ilə birlikdə zalda digər masada məhəllə dostu Rəhim, sonradan adını öyrəndiyi Elcan əyləşmiş, digər məhəllə tanışı Sübhan isə “bar dayağı” deyilən yerdə pivə süzülən taxtanın yanında dayanıb pivə içmişdir. Bundan sonra restoran bağlananda çölə çıxmış və yolun əks istiqamətində yerləşən “Tərlan” marketə gedib oradan su və siqaret almışdır. Çölə çıxan zaman məhəllə tanışlarından Sübhan və Elcanın ağ rəngli “Ford” markalı avtomobilin arxa hissəsində mübahisə etdiklərini, həmin vaxt içkili vəziyyətdə olan Sübhanın Elcana nəyə görə birgə masa arxasında əyləşən zaman masa üzərində olan siqaret qutusundan siqaret götürüb çəkdiyini deyərək, sonuncuya irad bildirdiyini görmüşdür. Danışıq zamanı Sübhan Elcana yumruq atmış, həmin vaxt Elcan üzərində olan bıçağı çıxarıb Sübhanın qolundan vurmuş, bundan sonra qaça-qaça Sübhan ondan aralananda yolun ortasında qoşa xəttin üstünə yıxılmışdır. Fərid və digərləri Elcanı sakitləşdirmək istəyəndə Elcan arxa-arxaya gedərək yolun səki hissəsinə keçmişdir. Orada “Heavy Beauty” adlı gözəllik salonunun qarşısında sakitləşdirmək istəyərkən Elcan qonşusu Fəridin kürəyindən bıçaqla vurmuş, o yaxınlaşdıqda isə Elcan bıçaqla onun sol döşünün altından vurmuşdur. Onun gözləri qaralmış, “X25” X19 reanimasiya şöbəsində ayılmışdır. Hadisə 19 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi “Heavy Beauty” adlı gözəllik salonunun qarşısında baş vermişdir. X15 söyüş söyməsi üstündə baş vermiş, hadisə zamanı Elcan bıçaqla onun döşünün altından və Fəridin kürəyindən bıçaqla vurub hər ikisinin ağciyərini zədələmiş, Sübhanın isə sol qol nahiyəsini bıçaqla kəsmişdir. Hadisə zamanı Elcanın bıçaqla onu yenidən vurub xəsarət yetirməyə imkanı olmasına baxmayaraq, onu vurmamışdır.

42. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq tarixi xatırlamadığı bir gün dostları ilə kafedə əyləşən zaman hədsiz dərəcədə spirtli içki içdiyindən, baş verənləri xatırlamamışdır. O, həmin gün tanımadığı, şəxsiyyəti hələ də ona məlum olmayan bir şəxs tərəfindən belindən bıçaqla zərbə almışdır. Zərərçəkmiş şəxs3 həmçinin bildirmişdir ki, hadisə günü dostları ilə birlikdə Ceyhun Hacıbəyli küçəsində yerləşən “X28” adlı restoranda əyləşmiş, o, həmin restorana əvvəlcə təkbaşına spirtli içki içmək məqsədilə getmiş, sonradan dostlarının da orada olduğunu görərək həmin şəxslərlə birləşmişdir. O, xəstəxanada gözünü açdıqdan sonra bıçaqlandığını bilmiş, “X28” adlı restoran bağlandıqdan sonra hadisə baş vermişdir. O, spirtli içkinin təsirində olduğundan kimlərin arasında mübahisə olduğunu xatırlamamış, ona kimin bıçaqla zərbə vurduğunu bilməmişdir. Xəstəxanada gözünü açdıqdan sonra polis əməkdaşı Elcanın şəklini ona göstərərək sonuncunu tanıyıb-tanımadığını soruşmuş, o isə polis əməkdaşlarına Elcanı tanımadığını bildirmişdir. Daha sonra polis əməkdaşı ona onu yaralayan şəxsin Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, kafeyə heç kim onu dəvət etməmiş, ona hadisə barədə ilk dəfə polis əməkdaşları məlumat vermiş, sonradan hadisə barədə dostları ilə danışmışlar. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncunu ilk dəfə məhkəmə iclasında görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadədəki imzalar ona məxsus olmuş, lakin o, həmin məzmunda ifadə verməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur.

43. Zərərçəkmiş şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlər olduğundan onun həmin ifadəsi Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən elan edilməklə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində bildirmişdir ki, o, yaşadığı məhəllənin yaxınlığında olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "X27” adlı restorana 18 iyul 2024-cü il tarixdə, saat 23 radələrində qonşusu “Mənti” ləqəbli Məmmədəlinin ad günü keçirilən məclisdə iştirak edib masa arxasında bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxt spirtli içkinin təsirindən hadisəni tam təfərrüatı ilə xatırlamır. Gözlərini açanda özünü X20 reanimasiya şöbəsində olduğunu görmüşdür. Sağaldıqdan sonra hadisə şahidlərinin deməsinə görə qonşusu Sübhan içkili vəziyyətdə digər qonşunun vasitəsi ilə məclisə gələn Elcanla “Tərlan” marketin qarşısında sözlə mübahisə etmiş, mübahisə zamanı Elcanı Sübhan söymüş və ona əl atmış, həmin vaxt Elcan bıçaqla Sübhanın qolundan vurmuş, Sübhan yerə yıxılmışdır. Elcan sonra yolun əks tərəfinə keçmiş, sakitləşdirmək istəyən zaman Elcan bıçaqla onun kürəyindən vurmuş, bundan sonra digər qonşu Rəşadın döş qəfəsindən bıçaqla vuraraq zədələmişdir. Şahidlərdən eşitdiyinə görə dalaşma Sübhanın Elcana söyüş söyməsi üstündə 19 iyul 2024-cü il tarixdə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi “Heavy Beauty” adlı gözəllik salonunun qarşısında baş vermişdir. Onun kürək nahiyəsindən Elcan bıçaqla vurub ağ ciyərini zədələmiş, Elcan bıçaqla Rəşadın da döşünün altından vurub ağ ciyərini zədələmiş, Sübhanın da sol qolunu bıçaqla kəsmişdir. Elcanın bıçaqla onu ikinci dəfə vurmasına imkanı olmasına baxmayaraq, onu vurmamışdır.

44. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs “28 may” deyilən ərazidə yerləşən və onun satıcı kimi fəaliyyət göstərdiyi “Tərlan” adlı marketə daxil olaraq alış-veriş etdikdən sonra marketdən çıxıb getmişdir. Hadisə ilə bağlı başqa heç bir məlumatı olmamışdır. Şahid1 həmçinin bildirmişdir ki, “Tərlan” adlı marketdə satıcı kimi fəaliyyət göstərmişdir. Həmin market Ceyhun Hacıbəyli küçəsində yerləşməklə 24 saat müddətində fəaliyyət göstərir. Hadisə həmin marketin qarşısında baş verməmiş, 3-4 nəfər şəxsin marketə gəlib bir-iki məhsul götürüb getdiklərinin şahidi olmuşdur. Marketdə olarkən hər hansı nalayiq hərəkətlərin edilməsini görməmişdir.

45. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla birlikdə “X28” adlı restorana ad günü tədbiri ilə bağlı gedib kafedə əyləşdiyi vaxt Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlədib sonuncuya məxsus siqaret qutusunu kimin masadan götürdüyünü soruşduqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 söyüş söyməməsini, istədiyi təqdirdə, siqaret qutusunu alıb verəcəyini bildirmişdir. Restoran bağlandıqdan sonra çölə çıxmış, orada, yəni “Tərlan” adlı marketın yaxınlığında Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 aralarında mübahisə yaranmış, mübahisə başa çatdıqdan sonra o, hadisə yerindən aralanıb yaşadığı evə getmiş, təxminən 30 dəqiqə sonra polis əməkdaşları onu polis idarəsinə aparmış, orada o, bıçaqlanma hadisəsinin baş verdiyini öyrənmişdir. Şahid2 həmçinin bildirmişdir ki, mübahisə zamanı o, heç kimin əlində bıçaq görməmiş, nə Zərərçəkmiş şəxs1, nə də Təqsirləndirilən şəxs üzərində bıçaq olmuşdur. Mübahisə zamanı ilk öncə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yumruqla vurmuş, Təqsirləndirilən şəxs nalayiq sözlər işlətməsinin şahidi olmamışdır. İbtidai istintaq dövründə iki dəfə ifadə vermiş, ilk ifadəsini oxusa da, ikinci ifadəsini oxumamışdır. O, zərərçəkmiş şəxsləri kimlərin bıçaqladığını görməmişdir.

46. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlər olduğundan onun həmin ifadəsi Cinayət-Prosessual Məcəlləsinin 328.1-ci maddəsinə əsasən elan edilməklə tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində bildirmişdir ki, adını bilmədiyi, el arasında “Mənti” ləqəbi ilə tanıdığı şəxsin ad günündə Mənti, sonuncunun qardaşı Elsevər, Elcan ilə “X28” adlı restoranda əyləşib spirtli içki qəbul etmişlər. Oradakı bar dayağının yaxınlığında əyləşmiş Sübhan da spirtli içki içmiş, bir qədər sonra Sübhan sağollaşaraq çıxmış və sonra yenidən geri qayıdaraq, siqaretini soruşduqda, sonuncuya xəbərləri olmadığını demişlər. Sübhan nalayiq söyüş söydükdə, Elcan ona “söyüş söymək lazım deyil, lazımdırsa, pul verək, get özünə siqaret al” demiş, bundan sonra Sübhan nalayiq söyüş söyməyə davam etdikdə sonuncuya iradlarını bildirərək, söyüş söyməyə zərurət olmadığını demişlər. Çöldə olarkən Sübhanla Elcan söhbət etməyə başlamış, daha sonra həmin şəxslərin səs tonu yüksəlmiş, Sübhan Elcana yumruqla zərbə yetirmiş, Elcan da belindəki kəmərinə keçirdiyi qara rəngli qatlanan cib bıçağı ilə Sübhanın qolundan vurmuş, həmin vaxt Fərid əlindəki günəbaxan tumunu və pivəni avtomobilin mühərrikinin üstünə qoyub Elcanın üzərinə hücum etdikdə, Elcandan aralamaq istəyən zaman yumruqla sonuncu Fəridin üz nahiyəsinə vurmuşdur. Zərbədən yerə yıxılmış, durub öz məhələsinə tərəf qaçmış, əl üzünü yuyub evinə getmək istəyən zaman polis əməkdaşların gəldiyini görmüşdür. 18-ci PŞ-də Sübhanı görüb sonuncudan nə baş verdiyini soruşduqda, sonuncu Elcanın bıçaqla Fəridi və Rəşadı da vurduğunu demişdir. Mübahisənin baş vermə səbəbi Sübhanın siqaret üstündə söyüş söyməsi olmuşdur.

47. Şahid2 məhkəməyədək icraat dövründə verdiyi əlavə ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında rəsmi adını bilmədiyi, "Mənti" ləqəbli qonşusunun doğum günü münasibəti ilə yaşadığı ünvanın yaxınlığında yaşayan və təxminən 5-6 aydır tanıdığı Təqsirləndirilən şəxs özü ilə birlikdə Məntigilin yeyib-içdikləri, Bakı şəhəri Ceyhun Hacıbəyli küçəsində yerləşən “X27” restoranına aparmışdır. Restorana daxil olanda qonşuluqda yaşayan Məntini, sonuncunun qardaşı Elsevəri, Sübhanı, Fəridi və Rəşadı bir masa arxasında əyləşib spirtli içki içdiklərini görmüşdür. Həmin vaxt Elcanla ayrı bir masada əyləşib pivə içmiş, bir qədər sonra qarşılıqlı dəvət əsasında hamısı bir masa arxasında əyləşib pivə içməyə davam etmişlər. 19 iyul 2024-cü il tarixdə, saat 03 radələrində restoran bağlandığına görə çölə çıxmışlar. Həmin vaxt Sübhan sağollaşıb oradan getsə də, bir qədər sonra geri qayıtmış və restoranda olarkən siqaretinin kimsə tərəfindən çəkildiyini bildirib, siqaretini kimin çəkdiyini soruşduqda, sonuncuya məlumatsız olduğunu bildirmişdir. Həmin vaxt Sübhan ümumi olaraq siqaterini götürən şəxs barədə nalayiq formada söyüş söydükdə, o, Sübhana siqaretə görə söyüş söyməyin gərəksiz olduğunu demiş və əgər pulu yoxdursa, siqaret alması üçün pul verməsini təklif etmişdir. Lakin Sübhan ona əhəmiyyət vermədən yenidən onun siqaretini çəkən şəxsin ünvanına nalayiq söyüş söydüyü vaxt, onlar hamısı artıq restorandan çıxıb yolun qarşı tərəfinə keçmişlər və C.Hacıbəyli küçəsində yerləşən “Bravo” marketin təxminən qarşısında Sübhanla Elcan söbhət etməyə başlamışlar. Həmin vaxt o və başqaları oradakı “Tərlan” marketə gedərək, özlərinə su və siqaret almış, marketdən çıxdıqdan sonra Sübhan və Fəridin “Tərlan” marketin yanında Elcanla mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Sübhanla Elcan bir-birlərini yumruqla vuranda o və digər şəxslər həmin şəxsləri ayırmaq istədikdə, Fərid əli ilə onun sifət nahiyəsindən vurub xəsarət yetirmişdir. Sərxoş vəziyyətdə olduğuna görə oradan yaşadığı evə getmiş və hadisə yerində olanlardan xəbəri olmamışdır. Hadisə zamanı ciddi xəsarət almadığına görə, həmçinin Fəridi tanıdığına görə heç bir tibb müəssisəsinə müraciət etməmiş, hadisə ilə bağlı heç kimdən şikayətçi olmamışdır. Səhəri gün hadisə zamanı Elcanın bıçaqla “Bravo” marketin arxa tərəfində Sübhanı, Fəridi və Rəşadı vuraraq hər üçünə xəsarət yetirdiyini eşitmişdir.

48. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, heç bir qərəzli münasibət olmamışdır. 18 iyul 2024-cü il tarixdə gecə saatlarında Şahid2 ona “X28” deyilən restoranda digər məhəllə uşağı olan “Mənti” ləqəbli şəxsin doğum günü ilə əlaqədar məclisi olduğunu demiş və birlikdə həmin məclisə getmək təklifinə razılaşaraq, Rəhimlə birlikdə Ceyhun Hacıbəyli küçəsində yerləşən həmin restorana məclisdə iştirak etmək üçün getmişdir. Orada tanımadığı “Mənti” ləqəbli şəxs, sonuncunun qardaşı Elsevər, Sübhan, Fərid və Rəşad adlı şəxslərlə tanış olmuşdur. Əvvəlcə ayrı-ayrı masalarda oturmalarına baxmayaraq, sonradan hamısı bir masada əyləşərək spirtli içki qəbul etmişlər. 19 iyul 2024-cü il tarixdə, saat 03:20 radələrində restoran bağlandığına görə durub bayıra çıxaraq, yolun qarşı tərəfinə keçib, oradakı “Tərlan” marketə getmiş, marketdən su, siqaret alıb çıxdıqdan sonra, marketin qarşısında dayanmış Sübhan ona yaxınlaşıb, siqaretindən çəkən şəxsin ünvanına nalayiq söyüş söydükdə, Sübhanın siqaretindən çəkdiyinə görə, ona söyüş söyməməsini dedikdən sonra, Sübhan yumruqla onun sifət nahiyəsindən bir zərbə vurmuş, bundan sonra o, əsəbiləşib əynindəki şalvarının kəmərinə keçirib üzərində gəzdirdiyi qatlanan bıçağı çıxararaq Sübhanın qol nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bundan sonra Sübhan və onun yanında olan şəxslər üstünə tökülmüş, həmin vaxt Sübhan əlində olan taxta ilə onu vurmuş, onlardan hansısa ona bıçaqla hücum etmiş və xəsarət yetirmişdir. Həmin şəxslərin əlindən qaçmaq üçün Ceyhun Hacıbəyli küçəsində yerləşən “Bravo” marketin arxa tərəfindəki küçəyə keçib oradan uzaqlaşmaq istəyən zaman Fərid və Rəşad onun üstünə hücum çəkdiklərinə görə özünü müdafiə məqsədi ilə əlindəki həmin bıçaqla əvvəlcə Fəridin kürək nahiyəsindən bir zərbə vurmuş, Rəşadın ona yaxınlaşıb əl atdığını gördükdə onu vuracağından ehtiyat edərək özünü müdafiə etmək məqsədi ilə əlindəki bıçaqla Rəşadın sol döş nahiyəsindən bir zərbə vurmuş, bundan sonra yaşadığı məhlə tərəfə qaçıb oradan uzaqlaşmış və həbs olunmaq istəmədiyinə görə Gəncə şəhərinə getmişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı Gəncə şəhərində yaşadığı evdən tapmışdır, hadisə zamanı üzərinə adamlar tökülüşmüş, ona görə bıçağı əlindən saldığı yeri xatırlamır, bıçağın harada olmasını bilmir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

49. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə Rəhimlə “28 Pub” adlı kafedə əyləşib yeyib-içən zaman Rəhimin dostundan gələn zənglə dostunun ad günü məclisinə sonuncu ilə birlikdə getmişdir. Həmin məclisdə demək olar ki, Rəhimdən başqa heç kimi tanımamışdır. Birdən Sübhan itmiş siqaret qutusuna görə söyüş söyməyə başladıqda, o, sonuncuya həmin səbəbdən öz iradını bildirmiş və daha sonra restorandan çölə çıxmışdır. Çöldə olan zaman qəflətən arxadan gələrək Sübhan ona yumruq atdığından, o da cavab kimi Sübhana yumruq atmışdır. Qalan heç bir hadisədən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, hadisə yerində olan şəxslərdən Rəhim adlı şəxsi tanımış, söyüş birbaşa ona ünvanlanmamış, o, əyləşdiyi masada nalayiq söz istifadə olunmasını qəbul edə bilməmişdir. Restoranın bağlanma saatı çatdığına görə onlar restorandan çıxmalı olmuş, küçədə söhbət etdiyi zaman qəflətən Sübhan yumruqla ona arxadan zərbə yetirmişdir. İbtidai istintaq zamanı o, tərcüməçi ilə təmin olunmamış, restoranda olan zaman üzərində heç bir kəsici və ya deşici alət olmamışdır. Restoranda əyləşdiyi insanların heç biri ilə arasında düşmənçilik olmamış, Tamerlan adlı şəxsi tanımış, Tamerlanın satıcı işlədiyi mağazadan dəfələrlə siqaret almışdır. Sübhanın yerə yıxıldığını görmüş, lakin şüşə qırıntılarının batıb-batmadığını bilməmiş, onun özünə belə hadisə günü zərər dəymişdir. O, 9 yaşından Türkiyə Respublikası ərazisində yaşamış, Azərbaycan Respublikası ərazisində doğulmuş, 4-cü sinifdən məktəbdən çıxmış və bir daha məktəbə getməmişdir. Azərbaycanda olduğu dövrdə artıq dilini inkişaf etdirmiş, lakin o, tutulana kimi sərbəst şəkildə Azərbaycan dilində danışa bilməmişdir. Ailəsi Azərbaycan Respublikası vətəndaşları olmuş, Türkiyə Respublikasında olan zaman ailəsi ilə türk dilində danışmışdır. O, Gəncə şəhərində anadan olmuş, imzalar ona məxsus olsa da, həmin imzaları güclü psixi təsir altında imzalamışdır. İfadədə olan yazılar ona məxsus olmamış, o, həm Nəsimi Rayon Polis İdarəsi, həm də Nərimanov Rayon Polis İdarəsində ifadə vermişdir. O, Türkiyə Respublikası ərazisində olan zaman adam öldürmə cinayəti ilə ittiham olunmuş və azadlıqdan məhrum edilmiş, lakin həmin cinayəti o törətməmiş, həmin cinayət əməli onun dostu tərəfindən törədilmiş, o, dostunun yanında sadəcə olaraq durmuşdur. O, videoçəkilişdə sağda əyləşən, ağ köynəkli şəxs olmuş, Sübhan onun yanında əyləşən şəxs olmuşdur. Onun əlində kəsici və ya deşici heç bir alət olmamış, əlini yandan apararaq zərərçəkmiş şəxsə zərbə yetirməyi əlində kəsici və deşici alətin olduğu mənasına gəlməmişdir. Dava əsnasında necə gəldi insan yumruq ata bildiyi üçün belə hallar yaşana bilmiş, o, bu videoya birinci dəfədir ki, baxdığı üçün belə bir videonun varlığından xəbərsiz olmuşdur. Videoçəkilişdə türk dilində danışmamağının səbəbi artıq 6-7 ay Azərbaycan Respublikası ərazisində olması ilə bağlı olmuş, ifadəsi yerində 05 dekabr 2024-cü il tarixdə yoxlanılmışdır. Müstəntiq tərəfindən ona təsir göstərilmiş, onun videoçəkilişdə cinayət əməlini etiraf etməyinin səbəbi polislərin əlində olması ilə bağlı olmuşdur. O, 2017ci ildə Türkiyə Respublikası ərazisində cinayət əməli törətmişdir.

50. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

51. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadır.

52. Maddə 126.2.1 və 126.2.4. Eyni əməllər iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, habelə ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

53. Maddə 221.3. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

54. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

55. Maddə 15.3. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

56. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

57. Maddə 17.1. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

58. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

59. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

60. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

61. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

62. Maddə 60.1. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

63. Maddə 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

64. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

65. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

66. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

67. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

68. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

69. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

70. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

71. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

72. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

73. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

74. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

75. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

76. Maddə 330.1. Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir.

77. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

78. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

79. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarı

80. Qərarın 4-cü bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə analoji dəyərləndirmədən çıxış edərək qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə də göstərilən halları şamil etməyi məqsədəmüvafiq hesab edir.

81. Qərarın 6-cı bəndi. Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).

82. Qərarın 11-ci bəndi. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrı-ayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli CM-in 120.1 yaxud 120.2-ci və 29, 120.2.7-ci maddələri ilə tövsif edilməlidir. Vahid qəsdlə əhatə olunmayaraq ayrı-ayrı vaxtlarda törədilən və yaxud birinci şəxsin həyatdan məhrum edilməsindən bilavasitə sonra (hətta eyni məkanda belə) yaranan (müstəqil) qəsdlə digər şəxsin qəsdən öldürülməsi CM-in 120.2.7-ci maddəsində göstərilən cinayətin deyil, 120.2.10-cu maddəsində nəzərdə tutulmuş təkrar adam öldürmə cinayətinin tərkibini yaradır. Nəzərə almaq lazımdır ki, CM-in 17-ci maddəsinin mənasına görə əməlin iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə tövsif edilməsi, eyni zamanda hər bir əməlin ayrı-ayrılıqda, yəni cinayətlərin məcmusu kimi tövsif olunmasını və cəzalandırılmasını istisna edir, lakin hər bir əməli müşayiət edən müxtəlif tövsifedici əlamətlər olduqda, o cümlədən əməllərin hər biri müxtəlif niyyət və ya məqsədlə müşayiət olunduqda, CM-in 120.2-ci maddəsində onları nəzərdə tutan müvafiq əlamətlər təqsirkarın əməlinə şamil edilməlidir. Əgər iki və ya daha çox şəxsin qəsdən öldürülməsi məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşmiş təqsirkarlardan hər biri razılaşmaya (rolların bölüşdürülməsinə) uyğun olaraq zərərçəkmiş şəxslərdən birini öldürdükdə, digərinin (digərlərinin) həyatdan məhrum edilməsində isə bilavasitə iştirak etmədikdə, bütün təqsirkarların əməlləri CM-in 120.2.1ci maddəsi ilə yanaşı, iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə CM-in 120.2.7-ci maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarı

83. Qərarın 2-ci bəndi. Məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

84. Qərarın 3-cü bəndi. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.

85. Qərarın 4-cü bəndi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla məhkəmələrə izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.

86. Qərarın 5-ci bəndi. Xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarı

87. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı

88. Konstitusiya Məhkəməsi həmin qərarın təsviri-əsaslandırıcı hissəsində xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlamışdır.

89. Belə ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür.

90. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.

91. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur.

92. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun.

93. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir.

94. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

95. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur.

96. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1997ci il tarixli Qanunu (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Göstərilən Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur.

97. X21 nəticəvi hissəsində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

98. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmışdır.

99. Belə ki, təqsirləndirilən şəxs ifadəsində müstəntiq tərəfindən ona təsir göstərildiyini, polislərin əlində olması səbəbindən videoçəkilişdə cinayət əməlini etiraf etdiyini, hadisə vaxtı üzərində heç bir kəsici və ya deşici alət olmadığını, hər hansı şəxsə zorakılıq etmədiyini bildirmişdir.

100. Məhkəmə təqsirləndirilən şəxsin həmin mövqeyinə o və zərərçəkmiş şəxslərin və şahidlərin həm məhkəməyədək icraat, həm də məhkəmə araşdırması zamanı verdikləri ifadələrini qarşılıqlı təhlil edərək münasibət bildirməyi zəruri hesab edir.

101. Əvvəla məhkəmə qeyd edir ki, hazırki iş üzrə 3 zərərçəkmiş şəxs vardır. Həmin şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3dur. Hər 3 zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı cinayət hadisəsinin baş vermə şəraiti və Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı bıçaqla xəsarət yetirməsi barədə ifadə vermişlər.

102. Bundan əlavə, həmin zərərçəkmiş şəxslərdən, yəni Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ifadələri yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs onlara bıçaqla xəsarət yetirmə şəraiti və yeri barədə məlumat vermiş, habelə xx.xx.2024-cü il tarixdə sonuncunun üzünə qarşı deməklə ifşa etmişlər.

103. Təqsirləndirilən şəxs da məhkəməyədək icraat zamanı ifadəsi yerində yoxlanılarkən sərbəst şəkildə törədilmiş cinayət hadisəsi barədə məlumat vermiş, həmin istintaq hərəkətinin videoçəkilişi aparılmış və müvafiq videoçəkiliş məhkəmə iclasında da tədqiq edilmişdir.

104. Bundan əlavə, məhkəmə araşdırması zamanı Daxili İşlər Nazirliyinin X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-13-3/2-18434/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli TŞ 3-211 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının saat 03:34-dən 03:38-dək və TŞ 6-164 nömrəli qurğunun 3-cü kamerasının saat 04:00-dan 04:06-dək olan müddətdəki görüntülərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət hadisəsinin törədilməsi müəyyən edilmişdir.

105. Təqsirləndirilən şəxs müstəntiqin təsiri nəticəsində məhkəməyədək icraat zamanı həmin mövqeni nümayiş etdirdiyini bildirsə də, məhkəmə qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji və fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan sənədlərin təhlil edilməsi nəticəsində Təqsirləndirilən şəxs müstəntiq və ya digər polis əməkdaşları tərəfindən psixoloji təsir edilməsi müəyyən olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

106. Məhkəmə Təqsirləndirilən şəxs hər hansı cinayət törətməməsi və məhkəmə araşdırması zamanı öz mövqeyini dəyişməsi ilə bağlı qeyd edir ki, o, cinayət məsuliyyətindən azad olmaq, bu mümkün olmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədilə həmin məzmunda ifadə vermişdir.

107. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı tərcüməçi ilə təmin edilmədiyindən, müdafiə hüquqlarının pozulduğunu bildirmişdir.

108. Məhkəmə tərəfindən həmin xüsusatın araşdırılması ilə əlaqədar cinayət işinin materialları təhlil edilərkən müəyyən olunmuşdur ki, 1-ci cildin 61-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazıb oxumağı bacardığından, tərcüməçi və mütəxəssisin köməyinə ehtiyacının olmadığını bildirmişdir.

109. İbtidai istintaqın gedişində, yəni xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs türk dilini bilən tərcüməçinin köməyindən istifadə etmək istədiyini söylədiyindən, o, müvafiq tərcüməçi ilə təmin olunmuş və bundan sonra bütün istintaq hərəkətləri tərcüməçinin iştirakı ilə aparılmışdır.

110. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin olunmaq və keyfiyyətli hüquqi yardım almaq, eləcə də digər prosessual hüquqları pozulmamış, o, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmış, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmuş, müdafiəçi ilə təmin edilmiş, tərcüməçinin pulsuz köməyindən istifadə etməsinə şərait yaradılmaqla tərcüməçi ilə təmin olunmuş, ümumilikdə ona öz hüquqlarını həyata keçirməsinə tam şərait yaradılmışdır.

111. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, habelə şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilmədiyini, sonuncu tərəfindən həmin cinayət əməlinin törədilməsini görmədiklərini desələr də, məhkəmə qeyd edir ki, cinayət prosesinin iştirakçıları, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlər tanışdırlar, həmin şəxslərin əvvəldən tanışlıq münasibətləri vardır. Zərərçəkmiş şəxslər və şahidlər məhkəməyədək icraat dövründə kənar təsirdən azad şəkildə baş vermiş cinayət hadisəsi barədə, yəni Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri barəsində bildirmiş, habelə bəziləri təqsirləndirilən şəxslə üzləşmişlər.

112. Zərərçəkmiş şəxslər və şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri cinayət işinin materialları və məhkəmənin araşdırma nəticəsində gəldiyi nəticə ilə uzlaşır.

113. Bu səbəbdən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad etmək və ya bu mümkün olmadıqda məsuliyyətini yüngülləşdirmək məqsədilə həmin məzmunda ifadə verdiklərindən, həmin şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri əsas götürülməli və onların məhkəmə araşdırması zamanı verdikləri ifadələri cinayət işinin materiallarına və işin hallarına uyğun olmadığından sübutlar siyahısından çıxarılmalıdır.

114. Məhkəmə təqsirləndirilən şəxsin iddialarını araşdırmaqla hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

115. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin iki şəxsə qarşı xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

116. Əvvəla məhkəmə qeyd edir ki, cinayət hadisəsi ictimai yerdə, yəni ünvan 2 ünvanın qarşısında baş vermişdir.

117. Təqsirləndirilən şəxs mübahisənin başlanmasının səbəbkarı və ilk zorakılığı edən şəxsin Zərərçəkmiş şəxs1 olduğunu bildirsə də, məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, cinayət hadisəsi zamanı ictimai qayda kobud surətdə pozulmuş və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərilmiş, münaqişə ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilməmiş, habelə zərərçəkən şəxsin təşəbbüsü ilə mübahisə başlanmamışdır. Mübahisə məhz Təqsirləndirilən şəxs qeyri-qanuni hərəkətləri nəticəsində başlamış və mübahisənin gedişində Təqsirləndirilən şəxs özünü orada olan şəxslərdən üstün tutub, heç bir səbəb olmadan ictimai qaydanı və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə mübahisəni başlatmış, Zərərçəkmiş şəxs1 özünə məxsus siqaret qutusundan çoxlu siqaret götürüb çəkdiyini irad bildirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyaraq ictimai qaydanı pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək silah qismində istifadə edilən əşya sayılan üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, daha sonra xuliqanlıq niyyəti ilə əlindəki bıçaqla həmin vaxt qeyd olunan ünvanda hadisə yerində dayanmış Zərərçəkmiş şəxs3 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirmiş, habelə vahid niyyətlə əhatə olunan qəsdlə törədilən cinayət əməlini davam etdirərək xuliqanlıq niyyəti ilə həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vurub zor tətbiq etmiş və bu hərəkətləri ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir.

118. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət kimi görmüşdür.

119. Məhkəmə qeyd edir ki, məhkəmə zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrini təqsirləndirilən şəxsin mənafeyi xeyrinə verilmiş ifadə kimi qiymətləndirir və zərərçəkmiş şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələri əsaslı qəbul edir.

120. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələrinə tövsif edilmişdir.

121. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.

122. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə müvafiq olaraq ağır və az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

123. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalı, ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə uyğun, yəni təyin edilmiş cəzaları qismən toplamaqla qəti cəza təyin edilməlidir.

124. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

125. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.2.1-ci və 126.2.4-cü maddələrinin sanksiyasında altı ildən on bir ilədək, CM-in 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

126. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

127. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 177)

128. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı həmin zərərçəkmiş şəxsə könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışı, müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir.

129. Məhkəmə Cinayət Məcəlləsinin 60.1-ci maddəsində nəzərdə tutulmuş bütün halların mövcudluğunu nəzərə alaraq belə qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza müvafiq maddələrin sanksiyalarının son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir.

130. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

131. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmamaqla nəzərdə tutulan hədddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

132. CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

133. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2024cü il tarixli, 4(005)-964/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 71-72; 106-110; 191-192; Cild 2, iş vərəqi 52-56). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

134. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu tarixdən, yəni 24 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

135. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1.7ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs2 əynində olmuş 01 ədəd mayka və 01 ədəd qısaqol köynək məhv edilməlidir.

136. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

137. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

138. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci və 126.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə tutulduğu vaxtdan, yəni 24 iyul 2024-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs2 əynində olmuş 01 ədəd mayka və 01 ədəd qısaqol köynək məhv edilsin. İş üzrə mülki iddianın, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar