Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1038/2021 02.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Şuşa şəhəri, Sadıqcan küçəsi, ev 38-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış kompleksi 810, ev 11, mənzil 25-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,222 qram olan narkotik vasitə heroini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,092 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayıb ünvan 1 ünvanında yerləşən “PUB 039” adlı kafeyə daşıyaraq orada 25 manat müqabilində Şahid4 satmış, 26 noyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Ləhiş bağları adlanan ərazidə saxlanılaraq 42-ci Polis bölməsinə gətirilmiş, orada Şahid4 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan çibindən “Rothmans” markalı siqaret qutusunun içərisindən onun satdığı bir ədəd siqaretin ağ-qara rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,222 qram olan narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarında təmiz çəkisi 0,092 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda naməlum mənbədən təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,280 qram olan narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 0,370 qram olan psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 0,891 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 22 dekabr 2020-ci ildə saat 13:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxanı küçəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 42-ci Polis bölməsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki bir ədəd metal qutunun içərisində satış məqsədi ilə qanunsuz əldə edərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,370 qram çəkidə psixotrop maddə metamfetamin və 02 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,437 qram və 0,454 qram ümumi təmiz çəkisi 0,891 qram narkotik vasitə qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Bəhruzu 2019-cu ilin qış aylarında tanışı Nəcəfqulu vasitəsi ilə tanımışdır. Belə ki, Nəcəfqulu Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Qara Qarayev” satnsiyasının yaxınlığında yaşamış və onun yaşadığı məhəllədə olarkən Bəhruzu Nəcəfqulunun yanında görmüş və tanışlıqları belə yaranmışdır. O, ümumilikdə Bəhruzu 3-4 dəfə görmüşdür. Nəcəfqulu Bəhruzun həkim işlədiyini bildirmiş və bir-iki görüşdən sonra ona məlum olmuşdur ki, Bəhruzda onun kimi narkotik vasitələrinin aludəçisidir. O, Bəhruz adlı şəxsə heç vaxt narkotik vasitə satmamış, verməmişdir. Bildiyinə görə Bəhruz narkotik vasitələri Nəcəfqulunun vasitəsi ilə alırmış. O istifadəsində olmuş nömrəyə daxil olmuş “SMS” məzmunundan müxtəlif abonentlərin ona “patı” təşkil etməsinə cavab olaraq bildirmişdir ki, ola bilsin ki, narkoman yoldaşlarından kimsə ona yazıb “patı” yəni metamfetamin satan adamları ilə onları tanış etməyini xahiş etmişdir. 22 dekabr 2020-ci ildə saat 12 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinə getmiş və orada tanımadığı şəxsdən 60 manata iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə narkotik vasirə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Bundan sonra özü ilə gəzdirdiyi metal qutunun içinə yerləşdirmiş və həmin metal qutunu əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Taksiyə əyləşib təzə çəkilmiş Sabunçu-Binəqədi yolu ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə gəlmiş, orada avtomobil xarab olduğu üçün avtomobildən düşmüş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində başqa avtomobil axtaran zaman üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin polis əməkdaları kimi təqdim etmiş və ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına anket məlumatlarını demiş və polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 42-ci Polis bölməsinə getmişlər. 42-ci Polis bölməsinin xidməti otaqlarının birində o, özü könüllü olaraq əynində olan gödəkcənin cibindən bir ədəd metal qutunu çıxarıb təqdim etmiş və həmin qutunun içində olan bükümü göstərib bildirmişdir ki, bükümlərin ikisinin içərisində marixuana, birinin içərisində heroin və birinin içərisində isə metamfetamin vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsində Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 22 dekabr 2020-ci ildə 42-ci Polis bölməsinin əməliyyat müvəkkili polis baş leytanantı X5 və 42-ci Polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 dekabr 2020-ci ildə saat 13:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfixanı küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib üzərində şəxsi axtarış aparılması üçün onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib və onlarla birlikdə 42-ci Polis bölməsinə getmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs 42-ci Polis bölməsinin baş təhqiqatçısı polis mayoru Bəhram Bəhramov tərəfindən hüquq və vəzifələri izah olunmuş və ona müdafiəçi dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, vəkilin iştikarı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli siqaret qutusunu, həmin gödəkcənin sol yan cibindən bir ədəd gövdəsi ağ rəngli “Samsung” markalı mobil telefon aparatını və bir ədəd alışqanı, gödəkcənin sağ iç cibindən bir ədəd gümüşü rəngli dördbucaq formalı metal qab, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret qutusu, şalvarın sağ arxa cibindən bir ədəd 5 ABŞ dolları çıxarıb xidməti otaqda olan stolun üzərində qoyaraq təqdim etdi. Bir ədəd ağ rəngli siqaret qutusuna baxış zamanı içərisindən boş və iynəsiz vəziyyətdə bir ədəd şpirs, iki ədəd şpirs iynəsi və bir ədəd başlıq hissəsi sınmış vəziyyətdə ampula aşkar olundu. Bir ədəd gümüşü rəngli dördbucaq formalı metal qaba baxış zamanı içərisindən 4 ədəd büküm, bir ədəd kağız borucuq və bir ədəd pambıq kəsiyi aşkar olundu. Təqsirləndirilən şəxs 4 ədəd bükümdə nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bükümlərin ikisində narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, Binəqədi-Kürdəxanı yolunda tanımadığı şəxsdən 60 manata aldığını, heroin və metamfetamini iynə vasitəsi ilə özünə vurduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 4 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün” möhürlə möhürlənib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və Şahid3 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası küçəsi, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. O, 12 ilə yaxındır ki, tanımadığı şəxslərdən müxtəlif yerlərdən narkotik vasitə əldə edib tək qəbul edir. 26 noyabr 2019-cu ildə gecə saatlarında Aynur adlı tanışı onun mobil telefonuna zəng vuraraq onunla vacib işi olduğunu bildirmişdir. O, Aynurla razılaşıb yaşadığı evin yaxınlığında görüşmüş və söhbət əsnasında ağrılarının olduğunu bildirərək ondan xahiş etmişdir ki, tanışından narkotik maddə alsın və birlikdə istifadə etsinlər. O, da Aynurla razılaşmış və Nəcəfqulu adlı tanışının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq narkotik vasitə almaq istədiyini bildirmişdir. Nəcəfqulu isə ona “Şuşalı” ləqəbli şəxsin istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsini verərək onunla əlaqə saxlamağını demişdir. O, həmin nömrəyə zəng vurub “Şuşalı” ləqəbli şəxslə danışaraq Nəcəfqulunun tanışı olduğunu və narkotik vasitə almaq istədiyini demişdir. Həmin şəxs onu Bakı şəhəri, Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan kafeyə dəvət etmiş və o, Aynurla birlikdə həmin kafeyə getmişdir. Yolda Aynur ona 25 manat pul vermişdir ki, həmin pula narkotik vasitə alsın. O, kafedə “Şuşalı” ləqəbli şəxslə görüşmüş və Aynurun verdiyi 25 manatı ona verib iki büküm narkotik maddə almışdır. Həmin bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetmin var imiş. Həmin bükümləri “Rotmans” markalı siqaret qutularına qoymuş və həmin siqaret qutusunu da cibinə qoyub Aynurla birlikdə Aynurun yaşadığı “Ləhiş” bağlarındakı nömrəsiz evinin yanına gəlmişlər ki, aldığı narkotik vasitəni birlikdə evdə istifadə etsinlər. Evinin yaxınlığında mülki geyimli şəxslər onlara yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları təklif etmişlər ki, onlarla birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə gedək. Onlar polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə gəlmişlər. Polis bölməsinə gələndən sonra polis əməkdaşları ona təklif etmişlər ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa özü könüllü təqdim etsin, əks halda onun üzərində şəxsi axtarışı keçiriləcəkdir. Bundan sonra o, “Şuşalı” adlı şəxsdən aldığı iki bükümdə olan heroin və metamfetamini əynindəki tünd rəngli şalvarının arxa sağ cibindən çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində heroin və metamfetamindir və saxlanılmamışdan iki gün əvvəl Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 180 manat pul verib almışdır. Bütün bu proseslər polis əməkdaşları tərəfindən video çəkilişlə qeydə alınmışdır. Bundan sonra polis əməkdaşları onun üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamini zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. Şahid4 bir neçə ildir ki, tanıyır. 26 noyabr 2019-cu ildə saat 22 radələrində Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq ondan narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir. O, Şahid4 bildirmişdir ki, “Fəxri” adlı “Şuşalı” ləqəbli dostuna deyər gedib ondan götürər. O, Şahid4la telefonla danışıb qutardıqdan sonra Fəxrinin istifadəsində olan ***-***-**-** mobil telefonuna zəng vurub Bəhruz adlı dostunun ona zəng vuracağını və Bəhruz üçün narkotik vasitə heroin və metafetamin təşkil etməsini demişdir. Fəxri isə heç bir problem olmadığını bildirmişdir. Fəxri ilə mobil telefonla danışandan sonra Bəhruzun mobil telefonuna zəng vurub Fəxrinin mobil telefon nömrəsini Bəhruza verib demişdir ki, Fəxri onun zəngini gözləyir. Bir neçə saatdan sonra Fəxri ilə telefon əlaqəsi saxlayıb Bəhruzla görüşübgörüşməməsini soruşmuş, Fəxri ona bildirmişdir ki, Bəhruz ilə görüşüb 25 manatlıq heroin və metafetamin təşkil etmişdir. 29 noyabr 2019-cu ildə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə dəvət etmiş və o, da Polis İdarəsinə gedib məlum hadisə ilə bağlı ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X10 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağaməlioğlu küçəsi, ev 45-də qeydiyyatda olsada, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 26-cı döngə nömrəsiz evdə tək yaşayırmış. 2007-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2016-cı ildə cəzasını çəkib qutardıqdan sonra azadlığa buraxılmışdır. Bundan sonra *9933 taksi xidmətində sürücü kimi işləməyə başlamış, taksi sürücüsü işləyən zaman onunla bir yerdə cəzaçəkən Ayselin həyat yoldaşı Şahid4 ilə tanış olmuşdur. Tanış olduqdan sonra Şahid4 narkotik vasitə istifadə etdiyini və bununla bağlı bir neçə dəfə Şahid4 ondan borca pul alaraq qaytarmışdır. 26 noyabr 2019-cu ildə saat 18 radələrinə Şahid4 onun mobil telefonuna zəng edərək ağrılarının olduğunu, lakin pulu olmadığı üçün narkotik vasitə əldə edə bilmədiyini deyərək 60 manat borca pul istəmişdir. O, Bəhruza 60 manat tapa bilməyəcəyini, 30 manat taparaq ona verəcəyini bildirmişdir. Həmin günü saat 21:40-da Bəhruza zəng vuraraq 25 manat düzəltdiyini bildirmişdir. Bəhruz problemin olmadığını bildirərək tanış taksi ilə pulu ona çatdırmağını xahiş etmişdir. O, bundan sonra tanımadığı taksi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Al” marketin yanına gəlmiş, Bəhruz həmin marketin qarşısına çıxmış və o, Bəhruzla görüşüb 25 manatı ona vermişdir. Pulu verdikdən sonra Bəhruz onun vasitəsi ilə tanış olduğu, narkotik satışı ilə məşğul olan, Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yaşayan Nəcəfquluya zəng vurub narkotik vasitə heroin istəmişdir. Bəhruz bu sözü dedikdən sonra hazırda yadında qalmayan mobil telefon nömrəsini yadında saxlamağı işarə edərək ona nömrə demişdir. O, həmin vaxt Nəcəfqulu kiminsə mobil telefon nömrəsini Bəhruza verdiyini başa düşmüşdür. Bəhruz Nəcəfqulu ilə sağollaşandan sonra yadında saxlamağı tapşırdığı mobil telefon nömrəsinə yığmışdır. Bəhruz telefonla zəng vurub salamlaşdıqdan sonra nömrəni Nəcəfqulunun verdiyini deyərək harada görüşə biləcəyini soruşmuşdur. Həmin şəxs hansısa ünvanı bildirmiş və Bəhruz həmin yerə gələcəyini demişdir. Bəhruz telefonla danışdıqdan sonra birlikdə taksi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan kafenin qarşısına gəlmişlər. Kafenin qarşısında taksi saxladıqdan sonra Bəhruz avtomobildən düşmüş və kafeyə getmişdir. Bir neçə dəqiqə sonra Bəhruz geri qayıdıb taksiyə əyləşmiş, taksi ilə yolda olan zaman Bəhruz evində heç kimin olmadığını demişdir. Bəhruzun bu sözündən sonra o, taksi ilə birinci onu apararaq Bakı şəhəri, Sabunçu rayonu,Ləhiş bağlarına düşürtməsini, daha sonra Bəhruz öz evinə qayıtmasını demişdir. Bəhruz onunla razılaşmış və taksi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarına doğru getmişlər. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən evinə çatmamış bir qədər əvvəldə polis əməkdaşları avtomobili saxlatmış və onlar avtomobildən yerə düşmüşlər. Polis əməkdaşları özlərini təqdim edərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələri qanunsuz əldə etmə və üzərlərində saxlamada şübhəli olduqları üçün saxlanıldığını bildirərək 42-ci Polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə polis bölməsinə getmiş və həm onun, həm də Şahid4 üzərində şəxsi axtarış keçirilmişdir. Baxış zamanı ondan qanunla qadağan olunmuş əşya və ya prdemet aşkar olunmamış, Şahid4 üzərindən isə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşı onlardan izahat almış, sonra Şahid4 tutulmuş, o, isə sərbəst buraxılmışdır. X10 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Bəhruz onunla taksi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gələrək orada “Sevinc” kinoteatrın arxasındakı olan yola avtomobili sürdürmüş və orada olan həyət evlərin yanındakı kafenin yanında taksidən düşərək gözləməyini demişdir. Kafenin girişində Bəhruzun qarşısına bir nəfər 35-40 yaşında saçı seyrək, balaca boy, normal bədən quruluşlu kişi çıxaraq onunla birlikdə kafeyə daxil olmuşdur. Təxminən 15-20 dəqiqə ərzində Bəhruzun gəlmədiyini görüb o, taksidən çıxıb həmin kafeyə girmiş və Bəhruzun kafedə kabinetlərdən birində onu qarşılayan şəxslə və daha iki nəfər həmin yaşda tanımadığı şəxslərlə masa arxasında oturub siqaretin falqasından düzəltdiyi borucuğu çəkdiyini görmüşdür. O, Bəhruza taksi sürücüsünün tələsdiyini deyib tez gəlməyini demişdir. Bəhruz 5-10 dəqiqəyə gələcəyini demiş və o, kafedən çıxmışdır. Təxminən 5-10 dəqiqədən sonra Bəhruz qayıtmış və onu qarşılayan şəxsin Bəhruzu kafenin girişində yola saldığını görmüşdür. Sonra Bəhruz taksiyə qayıtmış və birlikdə onun yaşadığı evinə yola düşmüşlər. Taksi ilə gedərkən Bəhruz ona demişdir ki, kafedə onu yola salan və narkotik vasitə aldığı Fəxri adlı şəxsdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2020-ci il tarixli 6/2770 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,370 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Pambıq kəsiklərində, bir ədəd sınıq ampulada, bir ədəd 2 ml-lik birdəfəlik şprisin daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. Bir ədəd kağız borucuğun və 2 ədəd iynənin daxilində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrə məxsus izlər yoxdur. Metamfetamin 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 0,370 qram, sərf edildi - 0,050 qram, qalıq – 0,320 qram. Heroinin təmiz çəkisi – 0,280 qram, sərd edildi – 0,050 qram, qalıq – 0,230 qram. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 dekabr 2020-ci il tarixli 7/884 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.....” yazılar və imzalar olan zərfdə bir ədəd dəmir qutudakı 2 ədəd bükümdə (bir ədəd kağız bükm, bir ədəd polietilen büküm) ayrıayrılıqda təmiz çəkiləri – 0,437 qram, 0,454 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi təmiz çəkisi – 0,891 qramdır. Marixuanaların ümumi çəkisi – 0,891 qram, sərf edildi cəmi – 0,04 qram (hər obyektdən – 0,02 qram), qalıq 0,851 qram. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 29 dekabr 2020-ci il tarixli 7/901 nömrəli rəyindən görünür ki, təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuanaların ümumi çəkisi – 0,851 qram, sərf edildi cəmi – 0,04 qram (hər obyektdən – 0,02 qram), qalıq 0,811 qram. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 12 yanvar 2021-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2021-ci il tarixli 205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyaci yoxdur. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kompüter texniki ekspertizasının 05 fevral 2021-ci il tarixli 5/27 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 4.4.4” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J1” markalı “SM-J100H” modelli “**********733087, **********33085” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy J1” markalı “SM-J100H” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcüd olan və pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R tipli diskə). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2021-ci il tarixli 6/468 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Obyekti №67” ştamp əksləri olan 1 nömrəli kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan psixotrop maddə metamfetaminlə üzərində “Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Obyekti №60” ştamp əksləri olan 2 nömrəli kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan psixotrop maddə metamfetamin kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 2 nömrəli kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan narkotik vasitə heroinlə 2 nömrəli kağız paketdəki təmiz çəkisi 0,172 qram olan narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə görə eynidir. 1 №-li paketdəki metamfetaminin təmiz çəkisi – 0,320 qram, sərf olundu -0,020 qram, qalıq 0,300 qram. 1 №-li paketdəki heroinin təmiz çəkisi – 0,230 qram, sərf olundu - 0,050 qram, qalıq 0,180 qram. 2 №-li paketdəki metamfetaminin təmiz çəkisi – 0,042 qram, sərf olundu -0,020 qram, qalıq 0,022 qram.2 №-li paketdəki heroinin təmiz çəkisi – 0,172 qram, sərf olundu -0,050 qram, qalıq 0,122 qram. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,437 qram, 0,454 qram ümumi təmiz çəkisi 0,891 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi - 0,370 psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi – 0,260 qram narkotik vasitə heroin və bir ədəd “Samsung Galaxy J1” markalı mobil telefon aparatı maddi sübut hesab edilmiş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Beləliklə məhkəmə işi hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərək hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin dispozisiya şərtləri ilə uyğun gəlir, bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzaladırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2020-ci il tarixdən 03 iyul 2020-ci il tarixədək həbsdə saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs 01 iyul 2020-ci il tarixdən 03 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə tutulmuş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 22 dekabr 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli bu iş üzrə tutulduğu andan 22 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,437 qram, 0,454 qram ümumi təmiz çəkisi 0,891 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi - 0,370 psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi – 0,260 qram narkotik vasitə heroin məhv edilməli, bir ədəd “Samsung Galaxy J1” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qyattarılmalı və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin mateiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 362 manat 57 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs isbtidai istintaq zamanı hüquqlarını dövlət hesabına Bakı şəhəri 07 saylı Vəkil bürosunun vəkili X3 müdafiə etmiş və ona dövlət büdcəsindən 480 manat bdənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına ayrılmış Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili X11 müdafiə etmişdir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunu vəkili X2 480 (dörd yüz səksən) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə X8 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 iyul 2020-ci il tarixdən 03 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 362.57 qəpik (üç yüz altmış iki manat əlli yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,891 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi - 0,370 psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi – 0,260 qram narkotik vasitə heroin məhv edilsin. Bir ədəd “Samsung Galaxy J1” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qyattarılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin mateiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müdafiəçiləri ibtdai istintaq zamanı hüquqlarını müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunu vəkili X2 480 (dörd yüz səksən) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə X7 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1038/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1038/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver