Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1038/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: Cavid İbadulla oğlu Hüseynov və Eldar Herov oğlu İsmayılovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, Nəsimi rayon məhkəməsinin hökmü ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Əli” adlı şəxs tərəfindən satış üçün göndərilmiş, istintaqla müəyyən edilməyən çəkidə narkotik vasitə heroini və narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilimiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2022-ci il tarixdə saat 20:20-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin inzibati binasına gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 12 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram, 0,411 qram, 0,458 qram, 0,392 qram, 0,425 qram, 0,439 qram, 0,407 qram, 0,418 qram, 0,417 qram, 4,760 qram,4,881 qram, 112, 930 qram və 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,048 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 126,469 qram narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,14 qram təşkil edən üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 03 ədəd bütöv və ½ həb hissəsi olan narkotik vasitə metadon həbləri və həmin şalvarın sol yan cibindən narkotik vasitələrin satışı məqsədilə gəzdirdiyi, üzərində heroin izləri olan qara rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edirmiş. 12 yanvar 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılmışdır. Bu zaman onun üzərində öz istifadəsi üçün bir gün əvvəl aldığı yarım qram heroin olmuş, o da həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. Lakin onu ona məxsus olmayan başqa narkotik vasitələrlə sənədləşdirmişlər. Onu saxlayarkən yaninda iki qız, bir oğlan da olmuşdur. Ona bildirmişlər ki, əgər bu narkotik vasitələri üzərinə götürməsə, onları da, həmin qızları və oğlanı da narkotiklə məsuliyyətə cəlb edəcəklər. O, özün narkotik istifadəçisi kimi özünü qismən təqsirli bilmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onu saxlayan polis işçilərindən birini tanıyırmış, qabaqcadan onunla da heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Əli adlı şəxs tanimamış, heç kimə SMS yazmamışdır. ********** və ********** saylı mobil nömrələr ona məxsus olmuş, ********** nömrəsini işlətmişdir. Ona SMS-lər yazıb narkotik vasitə istəyənlər olmuş, o da onlara bildirmişdir ki, onda narkotik vasitə yoxdur. Onda tərəzi olmamış, onu da polislər boynuna qoymuşlar. Ona istintaq zamanı çox təzyiqlər göstərsələr də bu barədə heç yerə şikayət etməmişdir. Narkotik vasitələri öz istifadəsi üçün satanlardan alırmış, həmin adamların adlarını bilməmişdir. O heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı özünü “Əli” kimi təqdim edən şəxslə 2021-ci ilin dekabr ayında özünə məxsus ********** saylı mobil nömrədən “whatsapp sosial şəbəkəsi” vasitəsi ilə sonuncuya məxsus mobil nömrəyə zəng edərək satış üçün, həm də şəxsi istifadəsi üçün narkotik vasitə heroin və həb olan metadon lazım olduğunu bildirmişdir. Əli adlı şəxslə əvvəllər də razılaşıb satış üçün narkotik vasitəni müxtəlif ünvanlardan götürürmüş və sonuncunun ona göndərdiyi hazırda xatırlamadığı hesablara pulu göndərirdi. Həmin pulların əvvəlcədən beh olaraq, satdıqdan sonra isə tam olaraq göndərmişdir. 11 yanvar 2022-ci il tarixdə saat 11 radələrində “Əli” adlı şəxs ona “whatsapp” sosial şəbəkəsi” vasitəsi ilə sonuncuya məxsus nömrədən zəng edərək heroin və metadonu Binəqədi rayonu, Sulutəpə qəsəbəsində hazırda xatırlamadığı restoranın arxasında yerə qoydurduğunu bildirmişdir. O, dərhal sonuncunun dediyi ünvana getmiş, heroin və metadonu götürmüş, sonuncunun hazırda xatırlamadığı hesab nömrəsinə isə ilkin olaraq 240 manat pul göndərmişdir. Həmin malları satdıqdan sonra əlavə olaraq sonuncuya pul göndərməli idi. Belə ki, onunla dəqiq olaraq məbləğ qarşılığında danışmadığı üçün əlavə olaraq artıqlaması ilə sonuncuya pul göndərəcəkdir. Bundan sonra yaşadığı evə gələrək həmin heroini ayrı-ayrı bükümlərə bükmüşdür ki, müştəri çıxarsa satmaq asan olsun. Metadondan bir neçəsinin istifadə etmiş, qalan qalmış 3 ədəd bütöv və bir ədəd yarımçıq həbi saxlamışdır ki, satsın. 12 yanvar 2022-ci il tarixdə qeyd olunan heroini, metodonu və özünə məxsus elektron tərəzini şalvarının sağ və sol ciblərinə qoyaraq təxminən 20:10 radələrində yaşadığı ünvandan çölə çıxmışdır. ünvan 5 dəqiqə sonra Şamil Əzizbəyov küçəsi ev 88 saylı ünvanının qarşısında olan zaman kənardan 2 nəfər mülki geyimli şəxslər ona doğru yaxınlaşmışdılar. Onlar özlərinin polis olduqlarını bildirərək onun narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib, onu bölməyə dəvət etmişdirlər. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmiş, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənimdə ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynindəki göy rəngli cins şalvarının sol yan cibindən “Samsung A40” markalı xrom rəngli üzərində qara rəngli kabura olan mobil telefonunu, B70388825 seriyalı 20 azn-lik əskinası və üzərində “Made in China” yazılan elektron tərəzini və sağ cibimdən də içərisində 12 ədəd ağ rəngli olan sellofan bükümləri, 1 ədəd üzəri gümüşü rəngdə olan kağız bükümü və üzərində “Methadone 40” yazısı olan listdə 3 ədəd bütöv və 01 ədəd yarımçıq həbləri, çıxarıb masanın üzərinə qoymuşdur. O, narkotik vasitə istifadə etdiyini və narkotk vasitə alüdəçəlilərinə satdığını etiraf etmişdir. Həmin narkotik vasitəni bir hissəsini şəxsi istifadəsi və bir hissəsini də satmaq üçün tanımadığı, “whatsapp” sosial tətbiqi ilə adını sadəcə “Əli” kimi bildiyi iran əsilli şəxslə mobil telefonla danışıq zamanı onlayn olaraq 240 azn məbləğə alaraq, “Əli”nin bildirməsinə əsasən “Sulutəpə” qəsəbəsində adını xatırlamadığı restoranın arxasında yerdən xx.xx.2022-ci il tarixində 11 radələrində götürdüyümü bildirmişdir. B70388825 seriyalı 20 manatlıq əskinasının da özünə aid olduğunu demişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini, onları oxumadan imzaladığını, ifadəsini poliş işçilərinin təzyiqi və təsiri altında verdiyini, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Anar adlı şəxin qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, daşıması, saxlaması və satışı barədə məlumat daxil olmuşdur. Qeyd olunan halın müəyyən edilərək müvafiq tədbirlərin görülməsi üçün 21-ci PB-nin əməkdaşı, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuş və verilən məlumatlara uyğun olaraq Anar adlı şəxsin olacağı yerə getmişlər. Bir qədər gözlədikdən sonra verilən məlumatlara uyğun olaraq şəxsin deyilən yerə gəldiyini görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onu Nəsimi RPİ-nin 21-ci PB-yə dəvət etmişlər. Şəxsin üzərinə axtarış keçirilmiş və üzərindən, daha doğrusu əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində ”Made in China” yazılan elektron tərəzi, telefon və 20 manat pul, həmin şalvarın sağ yan cibindən 12 ədəd şəffaf polietilen bükümlərdə və 1 ədəd gümüşü bükümdə narkotik vasitə heroin, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutda 03 ədəd bütöv və ½ həb hissəsi olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda mobil telefon tətbiqi vasitəsilə “Əli” adlı İran İslam Respublikasından olan “Əli” adı ilə tanıdığı şəxsdən 11 yanvar 2022-ci il tarixdə əvvəlcədən ona dediyi Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən hazırda adını xatırlamadğı restoranın arxasından 240 manat müqabilində aldığını söyləmişdir. Ona saxlanılması zamanı hər hansı zor göstərilməmiş və onun tərəfindən hər hansı zorakılıq olmamışdır. Həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair daha sonra tərəflərindən məlumatlar əldə olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 şahid Emin Əliyevin ifadəsindəki xüsusatları təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında marketə gedir və orada özünü müştəri qismində göstərir və ondan narkotik vasitə alan adamlarla marketdə görüşərək narkotik vasitəni orada onlara satırmış. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSSİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmü ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayonn Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Məmmədov X1 Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasının məhkum edilmiş, onun şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nəsimi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 14 yanvar 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli, 6/221 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yazısı və imzalar” olan paketdəki, 12 ədəd şəffaf polietilin bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qr, 0,411 qr, 0,458 qr, 0,392 qr, 0,425 qr, 0,439 qr, 0,407 qr. 0,418 qr, 0,417 qr, 4,760 qr, 4, 881 qr, 112,930 qr və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,048 qram, ümumi təmiz çəkisi 126,469 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutda 3 ədəd bütöv və bir ədəd ½ həb hissəsi olan qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və həmin həblərdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,14 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) -bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının nərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş “Ambulator məhkəmə psixiatrik” ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində “ANLAQLİ” hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 14 fevral 2022-ci il 714 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 12 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram, 0,411 qram, 0,458 qram, 0,392 qram, 0,425 qram, 0,439 qram, 0,407 qram, 0,418 qram, 0,417 qram, 4,760 qram,4,881 qram, 112, 930 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,048 qram ümumi təmiz çəkisi 126.469 qram narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,14 qram təşkil edən üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 03 ədəd bütöv və ½ həb hissəsi olan narkotik vasitə metadon həbləri və həmin şalvarın sol yan cibindən narkotik vasitələrin satışı məqsədilə gəzdirdiyi, üzərində heroin izləri olan qara rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş CD diskə köçürülmüş "xxxx" MMC və "xxxx" MMC-nin mobil nömrələrin anten dairəsi və giriş-çıxış zənglərinə və sms məlumatlarına ibtidai istintaq zamanı və məhkəmədə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus olan ********** və ********** saylı mobil nömrələrdə narkotik vasitələrin və psixotrop maddələrin satışına dəlalət edən mesajlar müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Samsung Galaxy A40” markalı mobil telefonda olan mobil tətbiq və proqramlara, fayllara iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Telman Əliyevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin telefonda da narkotik vasitələrin satışına dəlalət edən mesajların olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, cinayət işinin materiallarına əməliyyat yolu ilə aşkar olunaraq əlavə olunmuş 1 ədəd DVD diskə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Telman Əliyevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd DVD disk açılaraq kompyuterdə baxılmış və içərisində iki video faylın, 37 və 27 saniyəlik videoyazıların olması müəyyən olunmuşdur. 37 saniyəlik videoda iki nəfər şəxsin Bakı şəhəri ərazisində marketlərin birində piştaxtaların qarşısında söhbət etmələri müəyyən olunur. Videonun 27-ci saniyəsində şəxs digər şəxsə pul verir və sonuncu şəxs isə pul verən adama kiçik bir büküm verir. İkinci 27 saniyəlik video fayla daxil olduqda isə videoyazının 6-cı saniyəsində marketin satış rəflərinin arasında bir nəfər şəxsin pul verərək digər şəxsdən kiçik bükümdə alışı müşahidə olunur. Maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 12 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram, 0,411 qram, 0,458 qram, 0,392 qram, 0,425 qram, 0,439 qram, 0,407 qram, 0,418 qram, 0,417 qram, 4,760 qram,4,881 qram, 112, 930 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,048 qram ümumi təmiz çəkisi 126.469 qram narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,14 qram təşkil edən üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 03 ədəd bütöv və ½ həb hissəsi olan narkotik vasitə metadon həblərin ekspertiza tədqiqatından sonra qalan qalığı və üzərində heroin izləri olan qara rəngli 01 ədəd elektron tərəzi, 01 ədəd samsung markalı mobil telefon maddi sübut qismində tanınaraq məsul saxlanc üçün Nəsimi RPİ-nin NH-yə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayonn Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddəti hazırkı hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 126,469 qram heroininin və 3,5 metadon həbin ekpertiza tədqiqatından sonra qalan 126,209 qram heroin və 2,5 metadon həb qalığı, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsinialdıqdan sonra məhv edilməli,“Samsung GalaxyA40” markalı mobil telefon Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalı Azerfon” MMC və "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs telefon danışıqlarını və smslərini özündə əks etdirən 02(iki) ədəd disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 01(bir) ədəd disk, Təqsirləndirilən şəxs narkoik vasitələrin satmasını özündə əks etdirən iki ədəd faylın olduğu 01(bir) ədəd disk, cəmi 04 (dörd) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 12 yanvar sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayonn Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddəti hazırkı hökmlə təyin edilmiş cəzayla qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Раздел 1.01 Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 126,469 qram heroininin və 3,5 metadon həbin ekpertiza tədqiqatından sonra qalan 126,209 qram heroin və 2,5 metadon həb qalığı, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsinialdıqdan sonra məhv edilsin, “Samsung Galaxy A40” markalı mobil telefon Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın, Azerfon” MMC və "xxxx" MMCdən götürülmüş Təqsirləndirilən şəxs telefon danışıqlarını və smslərini özündə əks etdirən 02(iki) ədəd disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 01(bir) ədəd disk, Təqsirləndirilən şəxs narkoik vasitələrin satmasını özündə əks etdirən iki ədəd faylın olduğu 01(bir) ədəd disk, cəmi 04 (dörd) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1038/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1038/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver