Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1038/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 38A, mənzil 34-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,626 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 oktyabr 2022-ci il tarixdə saat 13:15-də Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən köhnə tikililərin içərisində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan kiçik ölçülü cibindən 1 ədəd bükümdə, ayaqqabısının sol tayının içərisindən 5 ədəd bükümdə olmaqla ümumilikdə 6 ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram olan, ümumi təmiz çəkisi 0,626 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 2,707 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,490 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu «Ləhic bağları» ərazisində yerləşən «İnsaf» marketin yaxınlığına daşımış, 24 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində özünü şübhəli apardığına görə həmin yerdə DİN-in ƏÇPA-nın 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 42-ci PB-nə gətirlmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,707 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,490 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu ildə Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə təqirli bilinib cərimə cəzasına və sonradan iki dəfə CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. 2019-cu ilin əvvəllərində azadlığa çıxmış və həmin vaxtdan narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsdən qramını 25-30 manata almışdır. 12 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən köhnə tikilidə narkotik vasitəni inyeksiya yolu ilə qəbul edərkən narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-yə aparılmışdır. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən, ayaqqabısının içərisindən bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin olmaqla iki ədəd büküm aşkar edilmişdir. Hər ikisinin birlikdə çəkisi 0,3 qram olmuşdur. Şəxsi axtarış zamanı Bəxtiyar adlı polis əməkdaşı ona əlavə dörd bükümdə narkotik vasitə verib, şəxsi axtarış zamanı təqdim etməsini tapşırmışdır. O da deyilən kimi etmişdir. Buna görə də, barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, iki gündən sonra polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Bundan sonra sosial şəbəkə vasitəsilə şəxsi istifadəsi üçün 4 qram heroin sifariş vermişdir. 24 oktyabr 2022-ci il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsinə gedib, narkotik vasitəni götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polislər özləri ərazini axtarıb gizlədilən narkotik vasitəni tapmışlar. Daha sonra Sabunçu RPİ-nin 42-ci PB-yə aparılmış, orada polislər aşkar etdikləri heroini ona vermiş, üzərinə şəxsi axtarış keçirilən zaman həmin bükümləri çıxarıb təqdim etmiş və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona verilən ittihamla razı deyildir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əldə etdiyi heroin və metamfetaminləri şəxsi istifadəsi üçün almışdır. Sumqayıtda saxlanılarkən üzərində cəmi 0,3 qram heroin və metamfetamin olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru vəzifəsində xidmət edir. 12 oktyabr 2022-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həmin gün saat 13:15-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən köhnə tikililərin birində saxlanılaraq polis idarəsinə gətirilmişdir. İdarədə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda sonuncunun müdafiəçisi Aydın Nəzərli də iştirak etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan tərəfindəki kiçik ölçülü cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində narkotik vasitəheroin olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 12 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Saray qəsəbəsində üzdən tanıdığı bir nəfərdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilərkən ayaqqabısının sol tayının içərisindən beş ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sonda tədbirin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 24 oktyabr 2022-ci il tarixdə bölüyün digər polis nəfəri Şahid4la birlikdə avtopatrulda inzibati ərazidə xidmətdə olmuşlar. Saat 3 radələrində Ləhic bağları «İnsaf» marketin yaxınlığında sonradan adını bildiyi Təqsirləndirilən şəxs dayandığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncu onları görən kimi özünü şübhəli aparmağa başlamışdır. Odur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsindən şübhələnmişlər. Bu səbəbdən onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd büküm aşkar edilmişdir. Bükümlərin hər ikisi açılmış, Təqsirləndirilən şəxs qəhvəyi rəngli toz halında olan maddənin heroin, ağ rəngli kristal şəkilli maddələrin isə metamfetamin olduğunu, onları «Facebook»da tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə, o, kart vasitəsilə həmin şəxsə 70 manat pul yükləmiş, bundan sonra ona metamfetamin və heroinin «İnsaf» marketin yaxınlığında palma ağacının altında gizlədildiyi barədə məlumat verilmiş və o, 24 oktyabr 2022-ci il tarixdə gecə saatlarında həmin yerdən metamfetamin və heroini götürmüşdür. X2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində qəhvəyi rəngli toz halında olan maddə və içərisində ağ rəngli kristal şəkilli olan maddə zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənmişdir. Bu barədə müvafiq potokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, 12 oktyabr 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında sonuncu həmin gün saat 13:15-də Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən Köhnə tikililərin birində saxlanılaraq polis idarəsinə gətirilmişdir. Xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan kiçik ölçülü cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini 12 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Saray qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu bir nəfərdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs ayaqqabısının sol tayının içərisindən beş ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin aşkar olunmuşdur. İşin 114-115-ci vərəqlərindəki 12 oktyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan görünür ki, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki qara rəngli şalvarının sağ yan kiçik ölçülü cibindən bir ədəd bükümdə, ayaqqabısının sol tayının içərisindən beş ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram, cəmi altı bükümdə, ümumi təmiz çəkisi 0,626 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. İşin 25-26-cı vərəqlərindəki 24 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,707 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,490 qram olan ağ rəngli kristallik maddə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İşin 1-ci cildinin 36-37-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 6/6151 saylı rəyindən görünür ki, tədqiqata tədim edilmiş, üzərində «...(imza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,707 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 1,490 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 1,490 qram, tədqiqata sərf edildi - 0,050 qram., qalıq 1,440 qram. Heroinin təmiz çəkisi 2,707 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 2,657 qram. İşin 1-ci cildinin 133-134-cü vərəqlərindəki materialların məhkəmə ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 6/5904 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 124»-li dairəvi möhür əksi, «vət.Təqsirləndirilən şəxs aşkar edilmiş...» yazısı, imzalar olan zərfdəki 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram, ümumi təmiz çəkisi 0,626 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,626 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 0,526 qram. İşin 1-ci cildinin 228-229-cu vərəqindəki məhkəmə-narkoloji ekspertizasının 9 fevral 2023-cü il tarixli 712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 81-ci vərəqindəki 27 oktyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı diskə baxış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,707 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,490 qram olan ağ rəngli kristallik maddə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İşin 1-ci cildinin 192-193-cü vərəqlərindəki 28 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı diskə keçirilmiş baxış zamanı sonuncunun əynindəki qara rəngli şalvarının sağ yan kiçik ölçülü cibindən bir ədəd bükümdə, ayaqqabısının sol tayının içərisindən beş ədəd bükümdə olmaqla ayrıayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram, cəmi altı bükümdə, ümumi təmiz çəkisi 0,626 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. İşin 1-ci cildinin 170-ci vərəqindəki «maddi sübut kimi tanıma barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,526 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. İşin 2-ci cildinin 4-14 və 28-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,707 (ekspertiza tədqiqatından sonra qalıq 2,657) qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,490 (ekspertiza tədqiqatından sonra qalıq 1,440) qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 42-ci PB və Sumqayıt ŞPİ-də şəxsi axtarış keçirilməsinin görüntüləri olan iki ədəd DVD formatlı disklər maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram olan, ümumi təmiz çəkisi 0,626 (ekspertiza tədqiqatından sonra qalıq 0,526) qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması nəzərə alınmış, narkotik vasitələr və psixotrop maddə saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 187-189-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 3.500 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib, ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 11 dekabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmimşdir. Sonuncu dəfə o, Abşeron Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 8 fevral 2019-cu il tarixli qərarı ilə 1 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir. İşin 106-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 157-158-ci vərəqlərindəki qərardan görünür ki, 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 14-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 77-80-ci vərəqlərindəki Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək Sumqayıt şəhərində saxlanılarkən üzərində cəmi 0,3 qram heroin və metamfetamin olduğunu, şəxsi axtarış zamanı Bəxtiyar adlı polis əməkdaşının ona əlavə dörd bükümdə narkotik vasitə verib, şəxsi axtarış zamanı təqdim etməsini tapşırdığını, o da deyilən kimi etdiyini, Sabunçu rayonu ərazisində saxlanılarkən üzərində yalnız heroin olduğunu və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi və məhkəmədə tədqiq edilmiş qismən etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd bükümdə heroini özünün təqdim etdiyini, ayaqqabısının sol tayının içərisindən isə beş ədəd bükümdə heroinlərin aşkar edildiyini göstərmişdir. Qeyd edilən xüsusat Şahid2 məhkəmədə tədqiq edilmiş ifadəsi, 12 oktyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə və 28 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollarla da öz təsdiqini tapmışdır. Bundan başqa işdəki materialların məhkəmə ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 6/5904 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş altı ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram, ümumi təmiz çəkisi 0,626 qram nakotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Həmin bükümlərdəki heroinlərin eyni tərkibli olması onların ikisinin özündə olması, dördünün Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən verilməsi ehtimalını mümkünsüz edir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını müəyyən etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Sabunçu RPİ-nin 42-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,707 (ekspertiza tədqiqatından sonra qalıq 2,657) qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,490 (ekspertiza tədqiqatından sonra qalıq 1,440) qram olan psixotrop maddə metamfetamin, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram olan, ümumi təmiz çəkisi 0,626 (ekspertiza tədqiqatından sonra qalıq 0,526) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 42-ci PB və Sumqayıt ŞPİ-də şəxsi axtarış keçirilməsinin görüntüləri olan iki ədəd DVD formatlı disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarına sərf edilmiş 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 200 (iki yüz) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlılqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Sabunçu RPİ-nin 42-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,707 (ekspertiza tədqiqatından sonra qalıq 2,657) qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,490 (ekspertiza tədqiqatından sonra qalıq 1,440) qram olan psixotrop maddə metamfetamin, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,036 qram, 0,055 qram, 0,035 qram, 0,050 qram, 0,027 qram olan, ümumi təmiz çəkisi 0,626 (ekspertiza tədqiqatından sonra qalıq 0,526) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 42-ci PB və Sumqayıt ŞPİ-də şəxsi axtarış keçirilməsinin görüntüləri olan iki ədəd DVD formatlı disklər isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarına sərf edilmiş 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 200 (iki yüz) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1038/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1038/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver