Məhkəmə qərarları › İş №1(101)-1038/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1038/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1038/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1987-ci il tarixdə Mingeçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Nemətabad ərazi dairəsi Qobuüstü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində birgə kirayədə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu döngə 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində arvadı Qanuni nümayəndə Ehramovanın uşaqları ilə birlikdə analığıgilə getmək istəməsi, onu yanında görmək istəməməsi və başqa kişilərlə telefonla danışıb-danışmaması barədə verilən suala cavab verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 7 dəfə vuraraq 1 (bir) ədəd sol baldırın yuxarı 1/3-nin arxa-bayır səthində diz çuxuru proyeksiyasının deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, 1 (bir) ədəd sağ qabırğaaltı nahiyənin, 1 (bir) ədəd döş qəfəsinin sol ön-yan divarında ön qoltuqaltı xətt üzrə Vİİ-Vİİİ qabırğalararası sahənin, 1 (bir) ədəd göbək səviyyəsində qarının ön-yan divarının, 1 (bir) ədəd sol qalça darağı proyeksiyasının, 1 (bir) ədəd sol budun orta-yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcələrinə görə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilən və 1 (bir) ədəd xəncərvari çıxıntı nahiyəsindən sağ döş boşluğuna nüfuz edən, kəskin daxili qanaxmaya (sağ plevra boşluğunda 1000 ml+200 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirməklə zərəçəkmiş şəxs Qanuni nümayəndə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ilin noyabr ayında X6 ilə ailə həyatı qurmuşdur. 2013-cü ildə böyük qızı Aylin, 2014-cü ildə digər qızı Ayan, 2017-ci il tarixdə isə oğlu Aqşin dünyaya gəlmişlər. 2013-cü ilin fevral–aprel ayları ərzində həyat yoldaşının anası olan Sevda Məhərrəmovanın və onun qazax millətindən olan ikinci ərinin evində, Rusiya Federasiyasının Orenburq şəhərində yerləşən evlərində qonaq olmuşlar. 2020-ci ilədək aralarında əsaslı bir problem və ya söz-söhbətlər olmamışdır. 2020ci ilin yaz aylarında işlə bağlı Ukraynanın Poltava şəhərinə həmkəndlisi X5 dəvəti ilə getmişdir. Poltava şəhərində olan zaman arvadının əlinə onun və bir ukraynalı xanımın rəqs etdikləri məqamında çəkilən şəkilləri keçmişdir. Bu şəkilləri görüdükdən sonra həyat yoldaşı onunla əlaqə saxlamış, şəkilləri ona göndərək evdən çıxdığını, ayrılmalı olduqlarını demişdir. Həyat yoldaşını sakitləşdirmək məqsədilə ondan üzr istəmişdir. Bir müddət Poltava şəhərində meyvə-tərəvəz dükanında satıcı kimi işləmiş, normal məbləğdə pul topladıqdan sonra Azərbaycana qayıtmaq qərarına gəlmişdir. Bakıya qayıdandan sonra Ramilənin atasıgildə qaldığını öyrənmiş və həmin evə getmişdir. Orada arvadı Ramilədən üzr istəmiş və barışmışlar. Bundan sonra ailə üzvləri ilə birlikdə Ağdaş şəhərində yerləşən evlərinə getmişlər. 2022-ci ilin may ayında işdə olmağından istifadə edərək, arvadı Ramilə uşaqlarla birlikdə öz analığıgilə getmişdir. Həmin vaxt Ramilənin getməsinin səbəbi, güya ki, onu daima təhqir etməsi və öz tərəfində olan qohumları ilə ünsiyyət saxlamasına qoyduğu qadağalar olmuşdur. Qaçdığı günün axşam saatlarında Ramilənin analığı ona zəng etmiş, Ramilənin uşaqları qoyaraq çölə çıxmasını və bir daha qayıtmamasını demişdir. Ramilənin itməsindən qorxaraq DİN-nin 102 xidmətinə məlumat vermişdir. Səhərisi gün saat 11 radələrində Ramiləgilin qohumları ona xəbər vermişlər ki, Ramilə səhər saatlarında atasının əmisioğlunun evinə gəlmişdir. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində onun və Ramilənin qohumlarının iştirakı ilə söhbət olmuş, yekunda isə Ramilə və uşaqları ilə birlikdə yaşadıqları evə qayıtmışlar. Hadisədən 45-50 gün əvvəl Ramilə uşaqlarla birlikdə yenə də analığıgilə qaçmış, bir neçə gün sonra isə onunla telefon əlaqəsi saxlayaraq analığıgildə olmasını bildirmişdir. Ramilənin qaçmasının səbəbi kimi evdə ona və uşaqlarına qarşı nalayiq sözlər deməsini göstərmişdir. Ramilə yalandan ona Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oba” marketdə işlədiyini demişdir. Həmin vaxt Ramilənin onu aldadaraq kiminləsə danışması və hətta görüşməsinə dair şübhələri yaranmışdır. Belə ki, Ramilənin işlətdiyi mobil nömrəni öz adına sənədləşdirərək nömrənin dublikatını çıxartmış, bundan sonra “Azerfon”a müraciət etmiş və birtərəfli çıxan zənglərin siyahısını əldə etmişdir. Siyahıda Ramilənin onun xəbəri olmadan bir neçə nəfərlə danışdığını aşkar etmişdir. Ailəsini dağıtmamaq üçün bu barədə Ramiləyə heç bir söz deməmiş, lakin Ramilənin dayısı Ağamirzə kişiyə başına gələnləri danışmışdır. Ağamirzə kişi isə xahiş edərək onları barışdırmış və 07 iyul 2023-cü il tarixdə Ağamirzənin tapdığı kirayə evə köçmüşlər. 11 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Ramilə evə gəlmiş, sonra uşaqları yedizdirmişdir. Yemək vaxtı Ramilə onu qıcıqlandırmaq üçün balaca oğlunu məktəbdəki rus bölməsinə qoyacağını, sabaha onun icazəsi olmadan dənizə aparacağını və analığıgilə gedəcəyini bildirmişdir. Həmin vaxt Ramiləyə demişdir ki, qızları aparsa da, oğlanı onun yanında saxlasın. Ramiləyə elə olan halda onlarla getmək istədiyini demişdir. Ramilə ona demişdir ki, “yox sən getmə, səni mənim yanımda görmək istəmirəm, elə fikirləşmə ki, barışmışıq, mən bizim uşaqlarımıza görə səninlə danışıram və ünsiyyət saxlayıram”. Həmin vaxt aralarında sözlə mübahisə baş vermiş, Ramilə əlləri ilə başının sağ və sol gicgah nahiyyələrinə yumuruqla vuraraq qışqırmağa başlamış, uşaqların gözü qarşısında soyuducunun üstündə olan yemək qabından bıçağı çıxardaraq var gücü ilə yerə atdıqda bıçaq yerə mıxlanmışdır. Ramilədən sakitləşməsini tələb etmiş, Ramilə bıçağı yerdən çıxardaraq, birinci otağdakı stolun üstünə qoymuşdur. Bundan sonra Ramilə uşaqlara səslənərək evdən getmələrini bildirmiş, Ramilə ilə təkbətək söhbət etmək istədiyi üçün uşaqlardan xahiş etmişdir ki, çölə çıxsınlar. Uşaqların çölə çıxmasını gördükdən sonra onların ardınca həyətə çıxan ev qapısının üstündə olan açar vasitəsilə bağlamış, Ramilədən xahiş etmişdir ki, gəlsin mətbəxdə olan stolun qarşısında əyləşsin və iki normal insan kimi ailədaxili problemlərini həll etsinlər. O, Ramilədən xahiş etdi ki, gəlsin mətbəxdə olan stolun qarşlslna əyləşsin və iki normal insan kimi ailədaxili problemini həll etsinlər. O, Ramiləyə təklif etdi ki, indiyə kimi aralarında baş vermiş bütün çətinlikləri arxada qoyaraq, uşaqlarımızın naminə hər şeyi yenidən başlasınlar. Bu sözlərinə cavab olaraq Ramilə ona bildirdi ki, “yox alınmayacaq”. O, bu məqamda ona əsas sualını vermiş ki, “ay Ramilə sən başqa kişilərlə danışırsanmı?” Ramilə onun bu sualına nə cavab verəcəyini bilməmişdir. Uşaqlara səslənməyə başladıki onlar qonşuları çağırsınlar. O, stola yaxınlaşaraq bıçağı götürmüş, və Ramilənin ona qarşı xəyanət etməsi ilə bağlı sual vermişdir. Ramilə cavab vermədikdə o, içində olan hirsini çilovlaya bilməmiş və Ramiləni 3-4 dəfə vurmuşdur. Ramilə yerə yıxılmışdır. Bıçağı stolun üstünə tullamış. Ramilədən uzaqlaşmışdır.Evin qapısını açmışdır. Həyətə çıxdıqda qonşuların toplaşmasını görmüşdür. O, camaata bildirmişdir ki, Ramiləni bıçaqlamış. O xahiş etmişdir ki, kimsə təcili tibbi yardıma zəng etsin. Təcili tibbi yardımın gəlməsini gözləmiş. Daha sonra yoldaşının dayısı gəlmiş və uşaqları öz evlərinə aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 2011-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, sənədlərində olan problemlərlə əlaqədar yalnız 2014-cü ildə rəsmi olaraq nigah bağlamışlar. 2013-cü ildə böyük qızı Aylin, 2014-cü ildə digər qızı Ayan, 2017-ci ildə isə oğlu Aqşin dünyaya gəlmişlər. Pərvin ailəcanlı və övladlarına qayğı göstərən ata olmuşdur. Lakin Pərvin başqa qadınla yazışdığı üçün münasibətlərimiz pozulmuş və onlar demək olar ki, ayrılmışlar. O özü Bakı şəhərində yaşayaraq mağazada kassir işləmiş, kirayə tutduğu evdə övladları ilə birgə yaşayırdı. Pərvin isə rayonda valideynləri ilə yaşamışdır. Buna baxmayaraq Pərvin tez-tez Bakı şəhərinə gələrək ailəsi üçün ərzaq gətirir, uşaqları ilə maraqlanırdı. Pərvin ona olub keçənləri unudaraq hər şeyi yenidən başlamağı desə də, ona bu işin alınmayacağını demişdir. Sonuncu dəfə Pərvin ailəsinin yanına xx.xx.2023-cü il tarixdə gəlmiş, mətbəxdə Pərvin ondan başqa kişilərlə danışıb-danışmamağını, ona xəyanət etməyi barədə sual verdikdə əsəbi olduğu üçün ona cavab verməmişdir. Həmin vaxt uşaqlar həyətdə olmuşlar. Pərvin evin giriş qapısını içəridən bağlayıb mətbəxdən götürdüyü bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə vurmuş və o həmin zərbələrdən yerə yıxılmışdır. Bundan sonra baş verənləri xatırlamır, huşunu itirmişdir. Gözünü açanda xəstəxananın reanimasiya şöbəsində olduğunu görmüşdür. Pərvinlə barışması haqqanda ibtidai istintaq zamanı ərizə vermişdir. Lakin hal hazırda bildirmək istəyir ki, onunla barışmaq istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun arvadı Qanuni nümayəndə evini kirayə verdiyi kirayəşinlər kimi tanıyır. Əslində evi ondan 2 uşaqla birlikdə yaşamaq üçün Qanuni nümayəndə almışdır. Ramiləyə verdiyi mənzil ünvan 2 ünvandadır. Onun özünün yaşadığı ev həmin döngədə yerləşdiyi üçün 11 iyul 2023-cü il tarixdə axşam saatlarında Ramiləgilin evindən qışqırıq səsləri eşitdiyi üçün məhəlləyə çıxmış, Ramilənin iki uşağının ağlayaraq qışqırdıqları, təlaş içində olduqları görmüşdür. Onlardan nə baş verdiyini soruşduqda uşaqlar bildirmişlər ki, ataları analarını öldürür. Bundan sonra görmüşdür ki, Təqsirləndirilən şəxs Ramiləyə kirayə verdiyi evdən çölə çıxmış, ondan nə olduğunu soruşduqda o, Ramiləni bıçaqladığını demişdir. O da ona məsləhət vermişdir ki, getsin bölməyə təslim olsun. Ramiləni isə görməmişdir. Belə ki, o, məhəlləyə çıxana kimi artıq Ramiləni təcili tibbi yardım maşını gələrək xəstəxanaya aparmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun atası, Qanuni nümayəndə isə anasıdır. Valideynləri, yəni atası, anası, azyaşlı qardaşı Aqşin və bacısı Ayanla birlikdə yaşayır. 11 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində atası Pərvin, anası Ramilə, azyaşlı qardaşı Aqşin və bacısı Ayanla birlikdə yaşadıqları evdə olan zaman anası Ramilə səhərisi günü nənəsigilə gedəcəyini demişdir. Həmin vaxtı atası Pərvin anasına demişdir ki, qızları aparsan da, oğlanı, yəni qardaşını aparmasın, yəni atasının yanında saxlasın. Həmin vaxt atası Pərvinlə anası Ramilənin arasında sözlə mübahisə baş vermiş və anası Ramilə əlləri ilə başına vuraraq qışqırmağa başlamış, soyuducunun üstündə olan yemək qabından bıçağı çıxarıb yerə atmışdır. Atası bunu gördükdə anasına sakit olmasını, əsəbləşməməsini demişdir. Sonra atası onlara, yəni, azyaşlı qardaşı, bacısı və ona evdən çölə çıxmaqıarını demişdir. Etiraz etməyərək üçü də birlikdə atasının sözündən sonra evdən çıxmışlar. Bundan sonra da evdə atası ilə anasının sözlə mübahisə etdiklərini eşitmişlər. Sonra səs gəlməmiş və atası evin qapısını açıb həyətə çıxmışdır. Həmin vaxt atası səs-küyə toplaşmış qonşulara demişdir ki, anası Ramiləni bıçaqla vurmuşdur, təcili tibbi yardıma zəng etsinlər. Bundan sonra yaşadıqları evə daxil olduqda anasını yerdə qan içində uzanmış vəziyyətdə görmüşdür. Bir qədər sonra yaşadıqları evə təcili tibbi yardım maşını gəlmiş və anasın xəstəxanaya aparmışlar. Həmin vaxt məlum olmuşdur ki, aralarında yaranmış mübahisə zamanı atası Pərvin, evdən götürdüyü bıçaqla anası Ramiləni vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin rəisinə ünvanlanın xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 4 ünvanında yaşayan Qanuni nümayəndə Ehram qızının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə KTM-nə müraciət etməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermişdir. Hadisə yerinə baxış zmanı bir ədəd bıçaq və bir ədəd üzərində qan izlərinin olması ehtimal edilən alt köynəyi götürülümüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin gün saat 14:55-də Təqsirləndirilən şəxs Binəqədi RPİ-nə gələrək xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində aralarında baş vermiş mübahisə nəticəsində bıçaqla arvadı Qanuni nümayəndə bıçaqlamasını bildirərək özünü təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «həbs qətimkan tədbirinin seçilməsi barədə» Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqs irləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2023cü il tarixli 1638 nömrəli rəyindən müəyyən olunur ki, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər - xəncəvari çıxıntı nahiyəsindən sağ döş boşluğuna nüfuz edən, kəskin daxili qanaxmaya ( sağ plevra boşluğunda 1000 ml+200ml qan) səbəb olmuş 1 ədəd. Sağ qabırğaaltı nahiyənin 1 (bir), döş qəfəsinin sol ön-yan divarında ön qoltualtı xətt üzrə Vİİ-Vİİİ qabırğalararası sahənin 1 (bir) , göbək səviyyəsində qarının ön-yan divarının 1(bir), sol qalça darağı proyeksiyasının 1 (bir), sol budun orta-yuxarı 1/3-nin bayır səthinin 1(bir) və sol baldırın yuxarı 1/3-nin arxa-bayır səthində diz çuxuru proyeksiyasının 1 (bir) ədəd. Müvafiq nahiyələrdə boşluqlara nüfuz etməyən yumşaq toxuma və əzələləri zədələyən, xarici qanarxamaya səbəb olmuş deşilmiş-kəsilmiş yaraları deşiçi-kəsici əşyanın təsirindən törənmişdir və 11 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə deşici-kəsici əşya ilə , ola bilsin bıçaqla yetirilmiş çoxsaylı zərbələr nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə xəncəvari çıxıntı nahiyəsindən sağ döş boşluğuna nüfuz edən, kəskin daxili qanaxmaya ( sağ plevra boşluğunda 1000 ml+200ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ qabırğaaltı nahiyənin, döş qəfəsinin sol ön-yan divarının, göbək səviyyəsində qarının önyan divarının, sol qalça darağı proyeksiyasının və sol budun orta-yuxarı 1/3-nin bayır səthinin cərrahi tikiş izli deşilmiş-kəsilmiş ayaraları həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sol baldırın 1/3-nin arxa-bayır səthində diz çuxuru proyeksiyasının deşilmişkəsilmiş yarası sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 07 avqust 2023-cü il tarixli, 358-2023/MTKŞ nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus koftanın ön səthində 05 (beş) ədəd, şalvarın arxa səthində 02 (iki) ədəd, deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı yitə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus alt tumanı və bustqalter üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus koftanın ön səthində 05 (beş) ədəd, şalvarın arxa səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-biologiya şöbəsinin 21 avqust 2023-cü il tarixli 495/2023-MTBŞ nömrəli rəyindən müəyyən olunur ki, Qanuni nümayəndə şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: O(1) Ekspertizaya təqdim olunmuş uşaq maykası, Qanuni nümayəndə məxsus şalvar, kofta, büstqalter, alt tuman üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O(1) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, həmçinin Qanuni nümayəndə məxsus ola bilər. Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 2655 nömrəli rəyindən müıyyəfn olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanındadır. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Hadisəni törədərkən əqli-intellektual imkanlarında gerilik əlamətləri yaranmamışdır. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Eqosentrizm, inadkarlıq, çılğınlıq, kobudluq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Fərdi-psixoloji xüsusiyyətlərdə özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə patoloji meyillilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs Qanuni nümayəndə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək aralarında olan mübahisənin məişət zəminində olduğunu, Təqsirləndirilən şəxsla barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs Qanuni nümayəndə təqsirləndirilən şəxslə barışmasını təsdiq etməmiş, şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 2013, 2014 və 2017-ci il təvəllüdlü azyaşlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, törətdiyi əməldən peşman olmasını, ilk məhkumluğunu, himayəsində üç azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.2ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 17 iyul 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Qanuni nümayəndə hadisə vaxtı əynində olmuş geyim əşyaları 01 ədəd büstqalter, 01 ədəd şalvar, 01 ədəd alt tumanı, 01 ədəd kofta və hadisə yerində aşkar edilmiş 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 450 (dörd yüz əlli) manat Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Qanuni nümayəndə hadisə vaxtı əynində olmuş geyim əşyaları 01 ədəd büstqalter, 01 ədəd şalvar, 01 ədəd alt tumanı, 01 ədəd kofta və 01 ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 450 (dörd yüz əlli) manat Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar