Məhkəmə qərarları › İş №1(101)-1039/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1039/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1039/2020 05.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qızının və onun qanuni nümayəndələri Qanuni nümayəndə, X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X33 qızının iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Xanlar rayonunun, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qızının azyaşlı olmasına görə, ona aktiv müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətdə olmasından istifadə edib, həmçinin zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə ilk dəfə 2016-cı ilin yanvar ayının ortalarında birlikdə yaşadıqları Göygöl rayonu, Üçtəpə kəndindəki evində Zərərçəkmiş şəxs etirazlarına və müqavimət göstərməsinə baxmayaraq fiziki zor tətbiq etməklə müqavimətini qıraraq, öz cinsiyyət üzvünü sonuncunun arxadan sağrı nahiyələrinə sürtərək və «kiməsə deyərsə vəziyyətinin pis olacağı və onu peşman edəcəyi» ilə hədələyərək həmin hərəkətlərini 2016-cı ilin yanvar ayının sonlarına kimi olan müddət ərzində mütəmadi olaraq davam etdirməklə aşkar surətdə on dörd yaşına çatmamış şəxsə qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan başqa, o, 2016-cı ilin yanvar ayının sonlarından 2019-cu ilin may ayınadək olan müddət ərzində birlikdə yaşadıqları Göygöl rayonu Üçtəpə kəndindəki evdə, 2019-cu ilin may-sentyabr ayları ərzində kirayədə yaşadıqları X6 məxsus ünvan 1 ünvanındakı, 2019-cu ilin sentyabr ayından xx.xx.2020-ci il tarixədək olan müddətdə kirayədə yaşadıqları X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi nömrəsiz evdə qızı Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bildiyi halda, 2016-cı ilin yanvar ayının sonlarında Göygöl rayonu Üçtəpə kəndindəki özünə məxsus evində, onun azyaşlı olduğuna görə aktiv müqavimət göstərə bilməyərək köməksiz vəziyyətdə olmasından istifadə edib və fiziki zor tətbiq edib əllərini və bədənini döşəyə sıxmaqla müqavimətini qıraraq, təbii yolla cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozmaqla zorlamış və “kiməsə deyərsə vəziyyətinin pis olacağı və onu peşman edəcəyi” ilə hədələyərək, xx.xx.2020-ci il tarixədək olan müddət ərzində, yuxarıda göstərilən ünvanlardakı evlərdə istintaqa məlum olmayan vaxtlarda aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncunu dəfələrlə təkrarən zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1997-ci ildə əslən Salyan rayonu, Qızılağac kəndindən olan Bayramova (Cümşüdova) Aybəniz Arzuman qızı ilə ailə həyatı qurmuş, həmin nikahdan Yasim adlı oğlu, Səma adlı bir qızı anadan olmuşdur. O, gah fəhləliklə məşğul olmuş, gah da ki, avtoyuma məntəqəsində yuyucu işləmişdir. Onun Göygöl rayonu, Üçtəpə kəndində özünə məxsus evi olmuş, arvadı Aybəniz xx xxxxxx 2015-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş, buna görə də, həmin vaxtdan etibarən uşaqlarına özü təklikdə baxmış, uşaqlarının hər cür qayğısına qalmışdır. Uşaqlarının hər ikisi də təbiətcə sakit olmuş, qızı Səmanın 13 yaşı, oğlu Yasimin isə 20 yaşı vardır. Oğlu Yasim xx xxxxx 2019-cu il tarixdə hərbi xidmətini başa vuraraq Göygöldəki evlərinə qayıtmış, həmin gün oğlu Yasim üçün öz evində qohum-əqrəbanın iştirakı ilə qonaqlıq vermişdir. Göygöldəki yaşadıqları ev 3 otaqdan ibarət olmuş, həmin otaqlardan birinə əşyaları yığmış, digər iki otaqdan isə yataq otağı kimi istifadə etmiş, yeməyi isə aynabənddə yemişlər. Həmin otaqlardan hər birində iki ədəd çarpayı olsa da, yataq otaqlarından birindəki çarpayının birinin üzərinə əşyaları yığmış, həmin çarpayıdan yatmaq üçün istifadə etməmişlər. Qızı Səma əşyaları yığdığı otaqda tək çarpayı boş olmasına görə, əvvəllər həmin çarpayıda yatmış, o, isə digər otaqda yatmışdır. Lakin arvadı Aybəniz rəhmətə getdikdən sonra, qızı Səma tək yatdıqda qorxduğundan qızına onun çarpayısında birlikdə yatmalarını bildirmiş, Səma da həmin vaxtdan sonra onun çarpayısında onunla birlikdə yatmağa başlamışdır. Yataq otaqlarının ikisinin də sahəsi eyni olsa da, yataq otaqlarından birinə elektrik plitkası qoyduğuna görə, həmin otaq isti olmuş, adətən qızı Səma da həmin isti otaqda yatmışdır. Arvadının ölümündən sonra qorxmasına görə, qızı Səmaya onun çarpayısında yatmasını demiş, 2019-cu ilin aprel ayının 10-da oğlu Yasim Bakıda yaşayan əsgər yoldaşı Xəyalın yanına gələrək şirkətdə işə düzələcəyini bildirmişdir. Xəyal Maştağada yaşamasına görə, oğlu da Bakıya gəldikdən sonra 1 ay onların evində qalmış, sonra oğlu Xəyalın maşınını sürüb qəza törətməsinə görə, Xəyalın anası Dilşad Yasimi evdən qovmuşdur. Bundan sonra, oğlu Yasim küçələrdə yatmış, bu barədə Xəyalın atası Qalib 2019cu ilin may ayında zəng edib ona məlumat vermiş, Yasimin küçələrdə qaldığını, Bakıya gəlib oğluna sahib çıxmağını bildirmişdir. Həmçinin Xəyalın atası Qalib ona iş tapacağını, işlədikdən sonra isə oğlu Yasimin onun maşını ilə qəza törədib onlara maddi ziyan vurmasına görə, 600 manat borclarını qaytarmağını bildirmişdir. O da, bundan sonra, 2019-cu ilin may ayının 30-da Bakı şəhərinə gəlmiş və 2019-cu ilin 3 iyununda “AŞ İnşaat” da işə girmiş və orada elektrik kimi işləməyə başlamışdır. Həmin şirkətdə 3 ay işlədikdən sonra, işi zəif olmasına və maaşını azaltmalarına görə oradan işdən çıxmışdır. Həmin vaxt Maştağada kirayədə yaşamış, işdən çıxdıqdan sonra, təxminən 3 il əvvəl Göygöldəki evini satışa qoyduğuna görə, tanımadığı mobil nömrədən ona zəng gəlmiş və həmin şəxs makler olmasını, adının isə Rafiq olduğunu ona demişdir və evinə alıcı tapdığını bildirmişdir. Bundan sonra, həmin şəxsə evini 60 min manata satdığını demiş, həmin şəxs də ona bir nəfər şəxsin onun evini almaq istədiyini demiş, həmin şəxsin adının Azər olmasını, dəmir alqı-satıqısı işi ilə məşğul olduğunu bildirmişdir. Azər də ona Binəqədi rayonunda ev tikdirəcəyini və əlavə olaraq 4 min manat da pul verəcəyini, əvəzində onun Göygöldəki evini ona satacağını demişdir. Həmin vaxt Azərə Maştağada kirayədə qaldığı evə 300 manat kirayə borcu olmasını bildirmiş və Azər də ona 300 manat pul vermişdir ki, borcunu ödəsin. Həmçinin, Azər ona “Sənə Binəqədidə tikdirdiyim ev hazır olanadək gəl Binəqədidə kirayədə qal, mən də sənin pulunu özüm verəcəyəm” dediyindən, 2019-cu ilin sentyabr ayının 10-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 44 ünvanına köçmüş, həmin evin sahibinin adını isə yadına sala bilmir. Həmin evdə 200 manata kirayədə qalmış, oğlu Yasim də onlarla birlikdə həmin evdə kirayədə qalmış və hər ikisi də “DSK” yolunda yerləşən Elşən və Fərman qardaşlarına aid olan “555” adlı avtoyuma məntəqəsində maşın yuyan işləmişlər. Oğlu Yasim gah onun sözünə qulaq asmış, gah da, nadinclik etmiş, bəzən oğlunu danlamışdır. Çünki, Yasim avara uşaqlara qoşulmuş, evə gecə saat 01-02 radələrində gəlmişdir. Göygöldə olduqları vaxt onun və oğlunun dostları bəzən onlara gəlib yeyib-içmiş, buna görə də, oğlu Yasimi danlamışdır. Qızı Səma ilə araların heç vaxt hər hansı bir narazılığı, dava-dalaşı olmamış, lakin bəzən Səmanı evi təmizləmədiyinə, qabları yumadığına, yemək bişirmədiyinə görə danlamışdır. Qızı Səmaya qarşı heç vaxt heç bir qanunsuz və əxlaqsız hərəkətə yol verməmiş, Səmanın üzündən-gözündən öpüb onun əziyyətini çəkmiş, ona həmişə qayğı göstərmişdir. Hətta arvadı Aybəniz öldükdən sonra, qızı Səmanı təxminən 12 yaşınadək özü çimizdirmiş, alt paltarlarını, bütün digər paltarlarını yumuş, ona yemək bişirmişdir. Təqsirləndirilən şəxs təqsirinin olmadığını bildirərək, onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs və qardaşı Şahid1 ilə birlikdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 44 ünvanında kirayədə yaşamışlar. Atasının 48, qardaşı Yasimin isə 20 yaşı vardır. Atası əvvəllər qardaşı Yasim ilə birlikdə moykada (avtoyuma məntəqəsində) işləmiş, hazırda isə taksi sürməklə məşğul olur. Qardaşı Yasim isə Binəqədinin “sentralni” deyilən əraziyə yaxın yerdəki moykada işləyir, onların Göygöl rayonunun Üçtəpə kəndində özlərinə məxsus evləri vardır. X20 xərçəng xəstəsi olmasına görə, xx.xx.2015-ci il tarixdə Salyan rayonunda vəfat etmişdir. Anası Aybəniz əslən Salyan rayonundan olduğu üçün, o, xəstələndikdən sonra, səhhəti ağırlaşdığı vaxt öz valideynlərinin yanına aparılmış və orada da vəfat etmişdir. Anasının vəfatından sonra ana nənəsi və babası da vəfat etmiş, Anası Aybəniz rəhmətə getdikdən sonra, səhəri günü atası da Göygöldən Salyana gəlmiş və yas mərasimini yola verdikdən sonra, onunla qardaşı Yasimi Göygöldəki evinə aparmışdır. Atası onları Salyan rayonundan Göygöldəki evlərinə gətirdikdən təxminən 3-4 gün sonra, o, qorxduğuna görə atası Ceyhun ona onun çarpayısında birlikdə yatmalarını bildirmişdir. Həmçinin həmin müddətdə evlərinin işıqları da qəza olmasına görə, bir həftəlik yanmadığından atasının çarpayısında ikisi birlikdə yatmışlar. Atası ilə yatdığı günü əvvəlcə atası onun dodaqlarından öpmüş, o da atasına onu öpməməsini demiş, atası isə ona “Nə olar ki, mən sənin atan deyiləm?” demiş və onlar atasının çarpayısında birlikdə yatmışlar. Sonrakı vaxtlarda atası bəzən onunla birlikdə onun çarpayısında yatmağını demiş, bəzən isə özü qorxduğuna görə, atasının çarpayısına gedib birlikdə yatmışlar. Anası Aybənizin öldüyü gündən təxminən bir ay sonra, yəni 2016-cı ilin yanvar ayının sonlarında evdə çarpayıda yatdığı vaxt gecə saat təxminən 01-02 radələrində üstündə ağırlıq hiss etmişdir. Yuxudan oyandıqda atası Ceyhunun onun üstündə uzandığını görmüş, atası Ceyhuna “Neynirsən?” dedikdə, atası Ceyhun ona heç nə etmədiyini bildirmiş, onun trusikini aşağı çəkmiş və qabaqdan onunla cinsi əlaqədə olmuşdur. Atası Ceyhun onunla qabaqdan cinsi əlaqədə olarkən özündə ağrılar hiss etmiş, o, atasına etiraz edib onu üstündən itələsə də, ona gücü çatmamış və atası Ceyhun da, etirazına əhəmiyyət verməyib onunla qabaqdan cinsi əlaqədə olmuşdur. Bundan sonrakı günlərdə də, atası dəfələrlə demək olar ki, hər gün onunla cinsi əlaqədə olmuş, lakin o, bu barədə qardaşı Yasimə deməmişdir ki, birdən qardaşı Yasim atası Ceyhunu öldürər. Anası öldükdən sonra, Göygöldə yaşadıqları vaxt gah atasının üzdən tanıdığı dostları, gah da, qardaşının dostları onların evinə gəlib-getmiş, atası öz dostları ilə birlikdə evdə spirtli içki içmişlər. Qardaşı Yasim isə dostları ilə birlikdə evdə çay içib söhbət etmiş, daha sonra çıxıb getmişlər. Atasının Emin adlı Göygöl rayonunda yaşayan dostu da iki dəfə ondan xoşunun gəlməsini ona demiş, o da Eminə acıqlı cavab vermiş, lakin Emin ona qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Atası Ceyhun da hətta Eminin onu öpmək istəməsini görmüş, onunla aralarında narazılıqları olmuşdur. Bundan başqa, atasının Göygöldəki Rəhman adlı dostu da təxminən 2-3 ay bundan əvvəl atasının telefonuna zəng etdikdə, atası evdə olmadığı üçün atasının mobil telefonuna gələn zəngə cavab vermiş və həmin vaxt Rəhman atasını soruşub həmçinin ondan xoşlandığını demişdir. Qardaşı Yasim əsgərlikdən gəldiyi gün Göygöldəki evlərində olduqları vaxt gecə saat 01-02 radələrində atası ona və qardaşı Yasimə “Siz gedin isti otaqda yatın” demiş, özü isə onlara soyuq olmaması üçün soyuq otaqda yatmışdır. Göygöldəki evləri üç otaqdan ibarət olmuş, həmin otaqlardan birinə əşyalar yığılmış, digər otaqlardan birində bir ədəd çarpayı, digər otaqda isə iki ədəd çarpayı olmuşdur. İki ədəd çarpayının olduğu otaq soyuq olduğundan, çox vaxt həmin otaqda yatmışlar. O, və qardaşı Yasim həmin gün isti otaqdakı çarpayıda ikisi birlikdə yerinə girmiş, həmin vaxt qardaşı Yasim onun tursikini aşağı çəkmiş, onun arxa tərəfinə keçib arxadan onunla intim əlaqəsində olmuşdur. Yasim onunla intim əlaqəsində olduqdan sonra tualetə gedib-gəlmiş, yenidən onunla birlikdə yatmışdır. Bundan başqa, təxminən 2 ay ondan öncə də, qardaşı Yasim onunla birlikdə Binəqədi qəsəbəsində olan evdə kirayədə yaşadıqları vaxt arxadan cinsi əlaqədə olmuşdur. Həmin günü onlara qardaşı Yasimlə birlikdə gəlmiş Eşqin ona demişdir ki, onlar həmin günü nəşə çəkmişlər. Sonuncu dəfə qardaşı Yasim onunla xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında yenə də arxadan cinsi əlaqədə olmuş, həmin vaxt atası Ceyhun evdə olub yatsa da, qorxduğu üçün qışqırmamış və Yasimin onunla arxadan cinsi əlaqədə olması barədə heç kimə heç nə deməmişdir. Ümumiyyətlə, qardaşı Yasim əsgərlikdən evlərinə qayıdıb gəldikdən sonra, Bakıya gəlib Buzovnada qəlyançı, barmen işləməsinə görə, o, və atası Ceyhun da təxminən 2019-cu ilin yay aylarında Maştağaya gəlmiş və kirayədə yaşamışlar. Bundan sonra, xx xxxxxxxx 2019-cu il tarixdə atası Ceyhun və qardaşı Yasim Binəqədi qəsəbəsindəki hazırda kirayədə yaşadıqları evə gəlmişlər. Həmin evə gəldikdən sonra da, atası onunla qabaqdan cinsi əlaqədə olmaqda davam etmiş, sonuncu dəfə isə xx xxxxxx 2020-ci il tarixdə atası onunla qabaqdan cinsi əlaqədə olmuşdur. Atası Təqsirləndirilən şəxs və qardaşı Şahid1 onunla intim münasibətdə olması barədə məktəblinin dostu layihəsinin psixoloquna, bundan da əvvəl qardaşı Yasimin dostu Xəyalın anası Dilşad xalaya demişdir. Dilşad da, atasının və qardaşının onunla intim münasibətdə olmalarını psixoloq Günel xanıma deməyini bildirmiş və o da, hər şeyi müəlliməyə danışmış, eləcə də, bu barədə qonşusu və rəfiqəsi İmarətə də demiş, o, İmarəti Sara adı ilə çağırmışdır. Həm atası, həm də qardaşı onunla cinsi əlaqədə olduqdan sonra, dərhal tez yerindən qalxıb ayaqyoluna qaçmışlar. Atası Ceyhunun ona etdiyi əxlaqsız hərəkətləri qardaşına, qardaşının da ona etdiyi əxlaqsız hərəkətlərini atasına deməmişdir ki, onların arasında dava-dalaş düşməsin, onlar bir-birlərini öldürməsinlər. Atası Ceyhun yaşadıqları Göygöl rayonu, Üçtəpə kəndindəki evlərində olduğu vaxt əvvəlcə, yəni 2016-cı ilin təxminən yanvar ayının ortalarında özünün cinsiyyət üzvünü onun arxa nahiyəsinə sürtmüş, həmin vaxt atasını özündən kənara itələsə də, atasına müqavimət göstərib etiraz etsə də, atası Ceyhun ona əhəmiyyət verməmiş, atası ondan güclü olduğundan, atasına gücü çatmamışdır ki, atasını özündən uzaqlaşdırsın. Həmçinin atası Ceyhun həmin vaxt ona “kiməsə desən, sənin vəziyyətin pis olacaq, peşman edərəm səni” dediyindən, kiməsə bu barədə danışdığı təqdirdə, atasının onu döyəcəyindən qorxmuşdur. Atası Ceyhun 2016-cı ilin yanvar ayının sonlarında onunla qabaqdan zorla cinsi əlaqədə olan vaxtadək dəfələrlə öz cinsiyyət orqanını onun arxasına zorla sürtmüşdür. 2016-cı ilin yanvar ayının sonlarında isə atası Ceyhun artıq onunla zorla qabaqdan cinsi əlaqədə olmuş və həmin vaxt o, özündə ağrı hiss etmişdir. Həmin vaxt da atası ona hədə-qorxu gəlib yenə də, “kiməsə desən, sənin vəziyyətin pis olacaq, peşman edərəm səni” demiş, atasını özündən kənara itələsə də, atası onun əlini-qolunu tutub onu döşəyə sıxmış, o, nə qədər atasının əlindən çıxmağa çalışsa da, atasına gücü çatmamış, atası Ceyhun da zorla onunla cinsi əlaqədə olmuş və atasının bu hərəkətləri dəfələrlə baş vermiş, sonuncu dəfə isə xx xxxxxx 2020-ci il tarixdə olmuşdur. Heç vaxt nə atasına, nə də qardaşına onunla cinsi əlaqədə olmalarına razılıq verməmiş, atası onunla cinsi əlaqədə olanda gecə vaxtı üstündə ağırlıq hiss etdikdə, atasına nə etməsini deyib onu özündən kənara itələmişdir ki, ondan uzaqlaşsın, lakin atası onun etiraz etməyinə baxmayaraq, onu döşəyə sıxaraq, kiməsə bu barədə dediyi təqdirdə, onu peşman edəcəyini bildirib zorla onunla qabaqdan cinsi əlaqədə olmuşdur. Ona görə də, atasından qorxub heç kimə bu barədə heçnə deməmişdir. Qardaşı Yasim isə atasından da güclü olduğu üçün qardaşına da gücü çatmamışdır. Atası Ceyhun onunla qabaqdan, qardaşı Yasim isə onunla arxadan zorla cinsi əlaqədə olmuşlar. Nə atasına, nə də ki, qardaşına gücü çatmamış, onlar hər ikisi də, onun etiraz etməyinə əhəmiyyət verməmiş və onunla cinsi əlaqədə olmuşlar. Atası Ceyhun, qardaşı Yasimdən başqa, nə Emin, nə Rəhman, nə Eşqin, nə də ki, hər hansı bir digər şəxs onunla heç bir formada cinsi əlaqədə olmamış, heç kim onu aldadıb və ya ona təsir, təzyiq edərək atasının və qardaşının barəsində şikayət etməyini ona deməmişdir. Atası Ceyhun etdiyi hərəkətləri gizlətməkdən ötrü, ola bilsin ki, gah onun evdə qanlı alt paltarının olmasını, gah evin pəncərəsinin setkasının olmadığını, gah tanımadığı narkomanların hansısa qızın məhəllədə qulağındakı sırğanı dartıb qoparıb həmçinin başına pis oyun açmasını bildirmişdir. Binəqədi rayonundakı yaşadıqları evin pəncərəsinin setkası yerə düşsə də, həmin setkanın nə vaxt, necə yerə düşməsini bilməmişdir. Eləcə də, o, hər ay eyni vaxtda xəstələnməmiş, atasının dediyi vaxt ağrıdığı üçün alt paltarını hamama atmışdır. Əgər onun gizlin bir pis hərəkəti olsa idi, həmin alt paltarını hamama qoymazdı, həmin alt paltarını hardasa gizlədərdi və ya zibilliyə atardı. Lakin gizlin heç bir əxlaqsız hərəkət etmədiyi üçün alt paltarını yumaq üçün hamama qoymuş, hətta sonuncu dəfə atası onunla cinsi əlaqədə olduqdan sonra da, paltarlarını hamama qoymuş, lakin sonradan həmin paltarlarını orada tapa bilməmişdir. Atası Ceyhunun narkomanların kiminsə başına pis oyun açması və hansısa qızın qulağındakı sırğanı oğurlaması barədə dedikləri yalandır, heç vaxt belə bir hadisə baş verməmişdir, belə bir hadisənin şahidi olmamışdır, bu barədə eşitməmişdir, atasına bu barədə heç nə deməmişdir. Atası Ceyhun həm özlərinə məxsus Göygöl rayonu Üçtəpə kəndindəki, həm əslən Naxçıvandan olan adı Eyvaz olan şəxsə məxsus Buzovna qəsəbəsi, N.Əliyev küçəsindəki, sonuncu dəfə isə Binəqədi rayonu Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsindəki evlərdə onunla qabaqdan cinsi əlaqədə olmuş, qardaşı Yasim isə Göygöl rayonu Üçtəpə kəndindəki, sonuncu dəfə isə Binəqədi rayonu Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsindəki evdə onunla arxadan cinsi əlaqədə olmuşdur. Məhkəmə-tibbi ekspertizasından keçdiyi vaxt bədən səthində olan sol sağrı nahiyədəki qançırı ola bilsin ki, özü ehtiyatsızlıqdan evdə olarkən harasa dəyib almış, lakin həmin xəsarəti konkret olaraq hansı şəraitdə almağını xatırlamır. Həmin xəsarəti nə atası Ceyhun, nə də ki qardaşı Yasim və ya digər şəxs ona yetirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yuxarı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, anası X3 xx xxxxxx 2015-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş, anası rəhmətə gedənədək ailəsi Göygöl rayonu, Üçtəpə kəndində yaşamışdır. Atası Göygöl rayonunda olarkən elektrik qismində fərdi qaydada işləmiş, anası isə evdar qadın olmuşdur. Bacısı 2012-ci ildə Göygöl rayonu, Üçtəpə kənd orta məktəbində orta təhsil almağa başlamışdır. Göygöldəki evləri bir mərtəbəli olmaqla, 2 yataq otağı, 1 mətbəx otağından, eləcə də, ev ləvazimatlarını yığdıqları bir əlavə otaqdan ibarət olmuşdur. O, və bacısı bir otaqda, ayrı çarpayılarda yatmışlar. Anası ilə atası isə öz yataq otaqlarında yatmışlar. Anasıgilin yatdığı otaq, bacısı Səma və onun yatdığı otağa bitişik olmuşdur. Anasının sağlığında ailələrində münasibətləri yaxşı olmuş, həmçinin atası Ceyhunla bacısı Səmanın münasibətləri də yaxşı olmuşdur. xx xxxxxxx 2017-ci il tarixdə hərbi xidmətə getmiş, xx xxxxx 2019-cu il tarixdə hərbi xidmətdən qayıdıb Göygöl rayonu, Üçtəpə kəndindəki evlərinə getmişdir. Hərbi xidmətdə olan zaman həftədə bir dəfə bacısı Səma ilə telefon vasitəsilə əlaqə saxlamış, bacısı onunla telefon vasitəsilə əlaqə saxlayarkən ona hər hansı probleminin olması barədə heç nə deməmiş, ümumi mövzulardan danışmış, hərdən anası üçün darıxdığından gileylənmiş, lakin digər hər hansı probleminin olması barədə heç nə deməmişdir. Bacısı Səma ilə ümumiyyətlə səmimi olmuş, xx xxxxx 2019-cu il tarixdə Bakı şəhərinə işləmək məqsədilə gəlmişdir. 2 ay əsgər yoldaşı Xəyalın və ailəsinin yaşadığı Bakı şəhəri, Maştağa-Buzovna qovşağı deyilən yerdə yerləşən evdə yaşamışdır. Daha sonra, atası da Bakı şəhərinə köçmək qərarına gəlmiş, o, Buzovna qəsəbəsində Xəyalgilin yaşadığı evə yaxın yerdə kirayə ev götürmüş, atası Ceyhun Səma ilə birlikdə Bakı şəhərinə gəlmiş, üçü birlikdə həmin evdə yaşamağa başlamışlar. Həmin evdə bir yataq otağı olmuş, sahəsi kiçik olmuş, Səma və atası Ceyhun 2 yanaşı yerləşmiş çarpayıda yatmışlar. O, isə atasından və bacısından bir az uzaqda tək çarpayıda yatmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 44 ünvanında yerləşən evə köçüb yaşamağa başlamışlar. Həmin evi kirayə götürmüş, ev 1 yataq otağı, 1 zal və mətbəxdən ibarətdir. Yataq otağında bir ədəd çarpayı olmuş, adətən həmin otaqda yatmışdır. Bacısı Səma atası Ceyhunla zalda olan divanda birlikdə yatmışlar. Həmin divan açılmış, hərdən yerlərini dəyişsələr də, adətən qeyd etdiyi formada yatmışlar. Son bir ay ərzində isə atası ilə Binəqədi rayonu, DSK yolu adlanan ərazidə avtoyuma məntəqəsində işləmiş, səhər saat 08 radələrində evdən çıxıb saat 21 radələrində evə qayıtmışlar. Atası Ceyhun onlar Binəqədiyə köçdükdən sonra ilkin olaraq başqa bir avtoyuma məntəqəsində işləmiş, lakin sonradan onun yanında işləməyə gəlmiş və ikisi birlikdə onun işlədiyi avtoyuma məntəqəsində işə başlamışlar. Son 3-4 gün ərzində isə atası maşın kirayə götürüb, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bacısı Səma xx xxxxxxxx 2019-cu il tarixdən etibarən 179 nömrəli tam orta məktəbdə oxumağa başlamış, bacısı dərsə çox meyilli olmadığından, arada dərslərinin bəzilərini ötürmüş, məktəbə getməmişdir. Bacısı Səma ilə arasında bir dəfə narazılıq olmuş, belə ki, Səma dostu Eşqini sevməsini ona deməsinə görə, aralarında narazılıq yaranmış, bundan başqa, aralarında heç bir narazılıqları olmamışdır. Bacısı Səmaya qarşı heç vaxt heç bir əxlaqsız hərəkətə yol verməmişdir. 2016-cı ilin yanvar ayının sonlarında evdə çarpayıda yatdığı vaxt gecə saat təxminən 01-02 radələrində atası Təqsirləndirilən şəxs Göygöldəki evlərində olduğu vaxt Səmanın tursikini aşağı çəkib onunla cinsi əlaqədə olması, bacısının həmin vaxt ağrı hiss etməsi, bundan sonrakı günlərdə də, atasının dəfələrlə demək olar ki, hər gün bacısı ilə cinsi əlaqədə olması barədə Səmanın dediklərinin yalan və ya doğru olmasını bilmir. Ola bilsin ki, atası Ceyhun Səmaya qarşı hər hansı bir əxlaqsızlıq etmiş, lakin Səma ona bu barədə deməmişdir. Özü Səmaya belə bir əxlaqsızlıq etməmiş, heç vaxt bacısı Səma ilə intim münasibətdə olmamışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid9 ifadəsində göstərdi ki, anası Şahid2, nənəsi Firəngiz Rüstəmova ilə birlikdə yaşayır. Qardaşı Elşən isə ayrılıqda Binəqədi rayonu, 8-ci mikrorayonda nənəsinə məxsus evdə yaşayır. Əsl adı İmarət olsa da, ona Sara deyirlər. Qonşusu və rəfiqəsi olan Səmanın 13 yaşı vardır, o, 2019-cu ilin sentyabr ayının 9-da onlarla qonşuluqda yerləşən sahibini tanımadığı şəxsin evinə atası Ceyhun, qardaşı Yasimlə birlikdə kirayədə qalmaq üçün gəlmişlər. Bundan sonra, 2019-cu ilin sentyabr ayının 13-də o, Səma ilə küçədə tanış olmuş, həmin vaxt Səma ona bildirmişdir ki, həmin evə qardaşı Yasim və atası Ceyhun ilə birlikdə Buzovnadan gəlmiş, bundan əvvəl isə, Göygöl rayonu Üçtəpə kəndində yaşamışlar. Söhbət əsnasında Səma ona anası Aybənizin 2015-ci ilin noyabr ayının 29-da rəhmətə getməsini bildirmiş, bundan sonra, Səma ilə onun arasında dostluq münasibətləri yaranmış və rəfiqə olmuşlar. Səmanın atasına ailə üzvləri “Məhəmməd” desələr də, Səmanın atasının əsl adı Ceyhundur. Səmanın atası Ceyhun demək olar ki, hər gün spirtli içki içmiş, qardaşı Yasim də bəzən spirtli içki içmişdir. Səma həmişə söhbət əsnasında həyatdan bezdiyini, ölmək istədiyini demiş, ondan bunun səbəbini soruşduqda, Səma ona “Atam məni təmiz bezdirib” demişdir. Səmanın atası evə gəldiyi vaxt evin yığışdırılmadığını, evin dağınıq, natəmiz olmasını gördükdə, həmişə qışqırıb Səmanı danlamışdır. Səma ilə qardaşı Yasim arasında dava-dalaş olmamış, onlar mehriban olmuş, hətta Səma oğlan xasiyyətli qız olmasına görə, bəzən də məhəllədə qardaşı Yasimlə güləşmişdir. Səmanın qardaşı Yasim güləşlə məşğul olduğundan, məhəllədə oğlanlarla güləşmiş, Səma da bunu gördükdə, qardaşını zarafatyana vurmuş, onunla güləşmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında təxminən saat 11-12 radələrində anası və nənəsi şəhərə getdikdən sonra, evlərinin qapısının qarşısında küçədə Yasimlə Ceyhunun olmasını və Ceyhunun Yasimə ya Gəncəyə getməsini, ya da ki, evdən çölə çıxmayacağını deyib, Yasimi yumruqla vurmasını görmüşdür. Həmin vaxt Yasim də əsəbi olduğundan yumruqla qapıya vurmuş, deyəsən, üç barmağı da çıxmışdır. Həmin vaxtlarda hətta yağış yağsa da, Səma yağışlı havada tək köynəklə küçəyə çıxmış, geyinməyə kurtkası olmamış, atası da gedib onun paltarlarını rayondan gətirməmişdir. 2019-cu ilin noyabr ayının 10-da qonşusu Mahir əminin oğlu Mehmanın toyu olan günü Yasim evlərinə qayıtmış, Yasim atası ilə barışmışdır. Səma bir neçə dəfə qolunu cızıb-azca kəsmiş, bunun səbəbini ondan soruşduqda, o heç bir səbəb göstərməmişdir. Bundan sonra, 2019-cu ilin dekabr ayının ortalarında saat 17-18 radələrində Səma çıxıb gedəcəyini, evdən qaçacağını ona bildirmiş, həmin vaxt Səmadan nə üçün belə etmək istədiyini soruşduqda, Səma “ Atam hər gün mənim alt paltarımı aşağı çəkir mənlə pis şeylər eliyir, mən də bezmişəm” demişdir. Həmin vaxt Səmadan zarafat edib-etməməsini soruşduqda, Səma “Belə şeyin zarafatı mı olur” demiş, Səmaya nə cavab verəcəyini bilməmiş, eləcə də, Səmanın ona bu barədə heç kimə bildirməməyini, Səma evdən çıxıb getmək istəməsinə görə, evdən getdikdən sonra hamıya bu barədə deməyini istədiyindən heç anasına da bu barədə danışmamışdır. Bundan bir-iki gün sonra, Səma ilə söhbət əsnasında o, qardaşı Yasimin də 2019-cu ilin noyabr ayında çox içkili və sərxoş olduğu vaxt özünü idarə edə bilmədiyi halda, onun şalvarını aşağı çəkməsini və ona qarşı pis hərəkətlər etməsini demişdir. Həmçinin Səma ona məktəblərinə psixoloq gələcəyinə görə, atasınının onu zorlaması barədə psixoloqa danışacağını demişdir. Bundan sonra, 2019cu ilin dekabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxt Səma onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Dilşad xalanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Səma zəng etməzdən öncə ona Dilşad xala ilə atasının ona qarşı etdikləri barədə danışmaq istəməsini demişdir. Səma Dilşad xala ilə zəngləşib danışdıqda, Səmanın utanmasını görmüş və telefonu Səmanın əlindən alıb Dilşad xalaya Ceyhunun Səmaya qarşı pis-pis əxlaqsız hərəkət etməsini demişdir. Bundan sonra, Səma Dilşad xala ilə danışıb atasının ona qarşı əxlaqsız hərəkətlər etməsini dedikdə, Dilşad xala Səmaya inanmayıb “Bəlkə Səma səhv eliyirsən, atan səni doğma qızın kimi çox istəyir, ona görə, öpmüşdür?” demiş, həmin vaxt Səma da Dilşad xalaya yenə də atasının ona qarşı pis niyyətli hərəkətlər etməsini təkrarlamışdır. Bundan bir neçə gün sonra, Dilşad xalanın əri Qalib də günorta saatlarında Səmagilə gəlmiş və Səma ilə üzbəüz baş verənlər barədə Səmagilin evində söhbət etmişlər. Axşamüstü Səma onlara gəldikdə, atasının onu zorlamasını, ona qarşı hər cür əxlaqsız hərəkət etməsini Qalibə danışmışdır. Bundan sonra, Səma atasının əxlaqsız hərəkətləri barədə psixoloqa danışmış, dekabr ayının 31-də Qalib əmi yenə də Səmadan narahat olduğu üçün onun yanına gəlmiş, hətta onlara şaxta baba papağı da vermişdir. Bundan sonra, sonuncu dəfə Səmanı yanvar ayının 7-də görmüş, həmin günü səhər saatlarında Səma məktəbə getməli olsa da, atası gəlib onu məktəbə aparmadığından, o, məktəbə getməmişdir. Səma son vaxtlar atası ilə qardaşının onun doğma atası, qardaşı olmasından şübhə etdiyini demişdir ki, atası və qardaşı Səmaya qarşı əxlaqsız hərəkətlər etmişlər. Səmanın Eşqin adlı şəxsdən xoşu gəlsə də, onların arasında hər hansı bir əxlaqsız hərəkət olmasını görməmişdir. Səmadan eşitdiyinə görə, Eşqin “28 may” metrostansiyasının ətrafında nənəsigildə yaşamış və kəklikotu, ot bitkiləri satmaqla məşğul olmuşdur. Eşqin demək olar ki, çox vaxt ya Yasimlə, ya da ki, Ceyhunla birlikdə onların evlərinə gəlmişlər. Bundan başqa, Səmanın atası Ceyhun bəzən tanımadığı adamlarla öz evlərinə gəlib yeyib spirtli içki içmiş, lakin həmin şəxslərin harada yaşamasını o, bilmir. Səmanın atası Ceyhun spirtli içki içmiş, bəzən gecə saatlarında Səmanı dükana göndərmiş, özü-özünə evdə qışqır-bağır salmış, hətta qonşuda olan Nigar adlı qadınla evlənmək istəmiş, bu alınmadıqda isə, Elnarə adlı qadınla evlənmək istəmişdir. Lakin onunla da, Ceyhunun münasibəti alınmamışdır. Yasimi də bəzi vaxtlarda sərxoş halda görmüş, Yasim Kamilla adlı qızla sevgili olmuş, Səmanın atası Ceyhun da Kamillanın anası Elnarə ilə evlənmək istəmişdir. Səmanın istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin nömrədə vatsap da olmuşdur. Lakin, sonradan Səmanın atası Ceyhunun dükana pul borcu olmasına görə, Ceyhun telefonunu aparıb satmış və həmin pulu dükana verib borcunu qaytarmışdır. Bundan sonra, Səma da atasına yazığı gəlib telefonun ona lazım olmadığını, atasının işə getməsinə görə, telefona ehtiyacı olmasını deyib öz telefonunu atasına vermişdir. Bundan başqa, Səmanın heç bir mobil telefonu və mobil telefon nömrəsi olmamışdır. Yasimin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, Ceyhunun hansı mobil nömrədən istifadə etməsini isə bilmir. O, öz gözü ilə Ceyhunun və Yasimin Səmaya qarşı hər hansı bir əxlaqsız hərəkətlər etməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əri Şahid4, oğlanları Şahid5, X7 ilə birlikdə yaşayır. Oğlu Xəyal 2019-cu ilin aprel ayında hərbi xidmətini başa vuraraq Buzovnadakı evlərinə qayıtmış, həmin vaxt oğlu Xəyalın yanında əsgər yoldaşı Yasim də onlara gəlmişdir. Yasimin nə üçün evlərinə getməyib onlara gəldiyini bilməmiş, ola bilsin ki, ya marşrut olmamış, ya da Yasimin pulu olmamışdır. Onların evinə gəldikdən sonra, səhəri gün Yasim atasının və bacısının Göygöl rayonunda olmasına görə, evinə getmişdir. Yasim Göygölə getdikdən sonra atası ona qonaqlıq vermiş, bundan bir neçə gün sonra isə Yasim xalası qızı Fəxriyyə ilə birlikdə onlara gəlmiş, Yasimin xalası qızı Bakıda hansısa institutda oxumuşdur. Bundan sonra, oğlu Xəyala onların evdən çıxıb getmələrini demiş, Fəxriyyə getsə də, Yasim onların evində qalmış və Yasimi “AS” İnşaat şirkətində fəhləliyə düzəltmişdir. Lakin, Yasim orada cəmi bir gün işlədikdən sonra, Göygölə evinə getmişdir. Yasim onların evində yaşayarkən dəqiq xatırlamadığı vaxt oğlu Xəyalın avtomobili ilə qəza törətməsinə görə, həmçinin ondan bacısının xəstə olmasını deyib 60 manat pul alıb aldadıb Gəncəyə getməsinə görə, Yasimə evdən çıxmasını bildirmişdir. Bundan sonra, Yasim çöllərdə skamyalarda yatmağa başlamış və məhlə uşaqlarından bu barədə eşitmişlər. Bundan sonra, əri Qalib əs adı Ceyhun olsa da, Yasimgilin “Məmməd” deyə çağırdıqları şəxsə zəng edib oğlunun çöllərdə yatmasını bildirmiş və ona görə də, səhəri günü Ceyhun Bakıya gəlmişdir. Bundan bir gün qabaq Yasimin Buzovnada, Albalı qəsəbəsində postun yanında kirayə ev tutmasına görə, onlar gedib həmin evdə yaşamışlar. Həmin vaxt Yasimin bacısı Səma da atası ilə birlikdə Göygöldən Bakıya gəlmiş, bundan sonra, Yasim atası Ceyhun ilə birlikdə üzrxahlıq üçün onların evinə gəlmiş, Ceyhun işləyib oğlu Yasmin onlara vurmuş olduğu ziyan xərcini ödəyəcəyini demiş, bu danışdıqlar təxminən 2019-cu ilin may aylarında olmuşdur. Bundan sonra, vaxtını dəqiq xatırlamadığı gün Yasim, bacısı Səma və atası Ceyhun onlara gəlmiş və oradan-buradan danışmışlar. Həmin vaxt Xəyal onlara yaxşılıq ediləcək şəxslər olmadığını demiş və onları evə buraxmamağı bildirmişdir. Lakin, yetim olmasına görə, Xəyala Yasimin və ailə üzvlərinin başqa kirayədə qalmaqla onlara gəlib-getmələrinə etiraz etmədiyini bildirmişdir. Onların evində yemək olmadığına görə, onlara yemək bişirib vermiş, daha sonra, Ceyhunu da işlədiyi yerdə elektrik işinə düzəltmiş, Ceyhun orada iki ay işləmiş və 600 manat maaş almışdır. Həmçinin həmin puldan 400 manat da onlara qaytarmışdır. Həmin iki ay müddətində Səma bəzən onlara gəlib-getmiş, iki aydan sonra Ceyhun heç bir səbəb olmadan işdən çıxmış, bundan sonra, Ceyhun, Yasim və Səma Binəqədi rayonuna kirayə evə köçmüş və Yasimlə Ceyhun moykada işləməyə başlamışlar. Daha sonra, Səmaya bəzən zəng etsə də, az-az danışdığına görə, sonradan Səmanın mobil nömrəsini silmiş, lakin xatırladığı qədəri ilə, Yasimin ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri, Ceyhunun isə ***-***-**-** saylı mobil nömrədən istifadə etmələri yadında qalmışdır. Həmin müddətdə Səmanın ona heç kəsdən heç bir şikayəti olmamışdır. Səma Binəqədi rayonuna getdikdən sonra orada məktəbə getmiş, həmin vaxtdan sonra isə Səma mobil telefonunu sındırmasını demiş, atası Ceyhun isə həmin mobil telefonu satmasını bildirmişdir. 2019-cu ilin dekabr ayının 15-20-si tarixində Səma rəfiqəsi Saranın ***-***-**-** saylı mobil nömrəsindən ona zəng edərək atası Ceyhunun onu bir nəfər adını bilmədiyi qoca kişiyə ərə vermək istəməsini demiş və o Səmaya inanmamışdır. Bundan 4-5 gün sonra, Ceyhun ona zəng edərək evində xeyir iş olmasını deyib onları qonaq çağırmış və qaldıqları ünvanı deyil, Kama adlı qızın adını bilmədiyi anasının evinin olduğu ünvanı onlara vermiş və o da, əri Qaliblə həmin ünvana getmişlər. Həmin vaxt Ceyhun və Kamanın anası ailə qurmaq istədiklərini bildirmiş və Göygölə getmək istədiklərini deyib onları da Göygölə dəvət etmişlər. Həmin vaxt Kamanın anası Ceyhuna “Gedək mənim qardaşım nə desə elə edək” dedikdə, arada mübahisə yaranmış və onlar evlənəsi olmamış, onlar da öz evlərinə getmişlər. Həmin vaxt həmçinin Səma söhbət əsnasında ona kimsə yoldan keçən mobil telefon nömrəsini kağıza yazıb ona verdikdə, həmin nömrəni qardaşı Yasimə verməsini, qardaşının gedib həmin şəxslə dalaşmasını istəməsini demişdir. Sonradan başa düşmüşdür ki, Səma qəsdən qardaşının başına iş gəlməsi üçün bunu etmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Səma ona Saranın mobil telefonu ilə zəng edərək “Xala, məktəbə psixoloq gələcək, məni uşaq evinə verəcəklər” dedikdə, Səmaya “Dəlisənmi səni uşaq evinə versinlər?” demiş, həmin vaxt Səma sussa da, telefonda eşitmişdir ki, Sara yanında olmasına görə, Səmaya qışqırıb “ de xala da bilsin” demiş və telefonu Səmadan alıb ona “xala atası Səmanı zorlayır” demişdir. Bundan sonra, o, Səma ilə danışmış və Səma atasının onu zorladığını bildirmiş, özünü öldürmək istədiyini demişdir. O da, Səma ilə danışıb atasının ona nə etməsini açıb deməsini xahiş etmişdir. Həmin vaxt Səma ona “atam mənə nələr etmir ki, olan mənə olub, o həyatı mən yaşayıram, mən bilirəm” demişdir. Həmçinin bir az da dərinə gedib atasının ona hansı hərəkətlər etməsini soruşduqda, Səma atasının onun tursikini aşağı salmasını, ona hər şey eləməsini demişdir. Bundan bir-iki gün sonra Səma rəfiqəsi Kamanın ***-***-**-** saylı mobil nömrəsindən ona zəng edərək yenə də psixoloqun məktəbə gələcəyini və hər şeyi ona danışacağını bildirmişdir, o da, psixoloqa hər şeyi danışmasını demişdir. Bundan sonra, o, ağladığına görə, əri Qalibə baş verənləri danışmışdır. X35 işləməsinə görə, o, Səmagilin yaşadığı evə Yasim olduğu vaxt getmiş və Yasim yanında olmadığı vaxt çöldə Səmadan hər şeyi ona danışdığını demiş və atasının ona qarşı nə əxlaqsız hərəkət etməsini öyrənməsini bildirmiş, Səma da atası Ceyhunun onu hələ Göygöldə olarkən zorlamasını, bakirəliyini həmin vaxt itirməsini demişdir. Bundan sonra, yeni ildən əvvəl Səma ona oxuduğu məktəbin direktorunun mobil nömrəsi ilə zəng etmiş və psixoloqun məktəbə gələcəyini bildirmiş, həm də, həmin vaxt məktəbin direktoru ilə danışmışdır. Direktor da ona Səmaya qarşı atasının əxlaqsız hərəkət etməsini, atasının onu zorlamasını, Səmanın hər şeyi onlara danışmasını bildirmişdir. Bundan sonra, o, Səma ilə əlaqə saxlamaq istəsə də, əlaqə yarada bilməmiş, Saraya da zəng etsə də, o da telefon zənglərinə cavab verməmişdir. Səma ona atası Ceyhunun onunla qabaqdan cinsi əlaqədə olmasını, atasının onun bakirəliyini 9 yaşından sonra pozmasını demiş, həmçinin sonradan əri Qalibə qardaşı Yasimin də onunla bir dəfə 2 ay əvvəl arxadan cinsi əlaqədə olmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, həyat yoldaşı və 2 oğlu ilə birlikdə yaşayır. Oğlu Xəyal 2018-ci ilin oktyabr ayında hərbi xidmətə gedib, 2019-cu ilin aprel ayında hərbi xidmətdən qayıtmışdır. Oğlu Xəyal təxris olunduqdan sonra, onu hərbi hissədən götürüb evinə gətirərkən, Yasim adlı əsgər yoldaşı ilə onları tanış etmiş, Yasimin əslən Göygöl rayonundan olmasını, anasının rəhmətə getməsini, bir müddət onlarla birlikdə yaşamasını, özünə iş və kirayə ev tapmaq istəməsini bildirmiş, o da, razılıq vermiş və Yasim 2 aydan artıq müddətə onlarla birlikdə yaşamışdır. Yasimi onlarla birlikdə yaşadığı dövr ərzində sakit, öz işi ilə məşğul olan bir oğlan kimi tanımışdır. İki aydan sonra Yasim onlara xəbər vermədən harasa getmiş, Yasimlə əlaqə saxlaya bilməmiş, mobil telefonuna zəng çatmamışdır. Həmin vaxt ona tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Yasimin atası Ceyhun kimi təqdim etmiş, Yasimin bacısının xəstə olması səbəbindən Göygölə gəldiyini bildirmişdir. Ceyhuna ailəsi ilə birlikdə Bakıya gəlməsini, Yasimlə birlikdə yaşamasını təklif etmişdir. Bundan sonra bir neçə dəfə də Ceyhunla mobil telefon əlaqəsi saxlamış, Yasim ona atasının da elektrik olduğunu demiş, həyat yoldaşı da Yasim və atası Ceyhun üçün iş də tapmışdır. Bir müddət sonra Yasim Bakıya gəlmiş, Buzovna qəsəbəsində, onların yaşadıqları evə yaxın evdə kirayə ev tutmuşlar. Həmin ev bir yataq otağı, bir mətbəx, bir də koridor kimi istifadə olunan yerdən ibarət olmuşdur. Yasim kirayə ev tutduqdan təxminən 2 gün sonra Yasimin atası Ceyhun və bacısı Səma da Bakı şəhərinə gəlmişlər. Yasim, Ceyhun və Səma həmin evdə 1 aya yaxın müddətdə kirayə yaşamış, Səma həmin vaxt yay tətili olması səbəbi ilə məktəbə getməmişdir. Ceyhun onun həyat yoldaşının tapdığı işdə, yəni “AS İnşaat”-da işləmiş, Ceyhunun işi saat 08:00-da başlayıb 18:00-da bitmişdir. Yasim isə restoranda ofisiant qismində işləmiş, konkret iş saatı olmamışdır. Səma vaxtını adətən evdə keçirmiş, arada onların evinə də gəlib-getmişdir. Bir aydan sonra Yasimgil Buzovna qəsəbəsi, Albalılıq Massivi adlanan yerdə başqa bir ev kirayə götürmüşlər. Həmin ev 1 yataq otağı və koridordan ibarət olmuş, yataq otağında 2 çarpayı olmuş, çarpayılardan biri iki nəfərlik, digəri isə bir nəfərlik olmuşdur. Həmin evdə Yasimgil məktəb ili başlayanadək qalmış, bundan sonra isə Ceyhun Göygöldə yerləşən evini sataraq, Binəqədi rayonu ərazisində özünə ev tikdirmək qərarına gəlmişdir. Həmin ev tikilib qurtaranadək onlar Binəqədi rayonu, “Sentralni” adlanan yerdə müvəqqəti yaşamışlar. O, həmin evə 2-3 dəfə gedib-gəlmiş, təxminən 15-20 gündən sonra həyat yoldaşı Dilşadı işdən götürüb evə gətirərkən, onun narahat olduğunu hiss etmiş, ondan nə baş verdiyini soruşduqda isə Dilşad ağlamağa başlamışdır. Dilşad ona Səmanın qonşusunun telefonundan zəng edərək psixoloqa ehtiyacı olduğunu deməsini bildirmiş, Dilşad Səmadan nə səbəbə psixoloqa ehtiyacı olduğunu soruşduqda, Səma atası tərəfindən illərlə zorlandığını deməsini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Səmagilə getmiş, həmin vaxt Səmanı evin yaxınlığında həyətdə Sara adlı qızla birlikdə görmüş, həmin vaxt avtomobildə 2 qırmızı rəngli papaq olmuş, həmin papaqları avtomobilə oğlu qoymuşdur. Yeni il olması münasibətilə həmin papaqlardan birini Səmaya, digərini isə Saraya vermişdir. Bundan sonra Səmadan ona çay verməsini istəmiş, Səma ilə birlikdə evə girmiş, həmin zaman evdə heç kim olmamışdır. Səmaya Dilşada dedikləri ilə bağlı suallar verməyə başladıqda, Səma əvvəlcə ona heç nə demək istəməmiş, bundan sonra bir qədər ağlamışdır. Səmaya atasının ona olan münasibətini səhv başa düşə biləcəyini desə də, Səma ona bu məsələnin indinin məsələsi olmadığını, 4 ildir davam edən hal olduğunu demişdir. Səma ona 9 yaşından etibarən atasının onunla mütəmadi olaraq cinsi əlaqədə olmasını demiş, atasının onunla ilk dəfə o, 9 yaşında olarkən cinsi əlaqədə olmasını bildirmişdir. Səma atasının demək olar hər gün onunla cinsi əlaqədə olduğunu buna görə də, özünü öldürəcəyini, bu cür yaşaya bilməyəcəyini bildirmişdir. Səmaya möhkəm olmasını demiş, bundan sonra Səma ilə birlikdə mağazaya getmiş, avtomobildə olarkən Səmanı atasının hərəkətləri ilə bağlı yenidən sorğusual etmişdir. Səma ilə bir qədər də söhbət etdikdən sonra, Səma təxminən 2 ay əvvəl qardaşı Yasimin də onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, həmin vaxt qardaşının sərxoş olduğunu demişdir. Mağazadan Səma üçün bəzi əşyalar alıb təzədən onu evinə yola salmış, bundan sonra, öz evinə getmişdir. Təxminən x xxxxxx 2020-ci il tarixdə yenidən Səmagilin yaşadığı evə getmiş, həmin vaxt yolda Ceyhun və Yasimlə rastlaşmış, üçü birlikdə onların yaşadığı evə getmiş, bu vaxt Səma evdə tək olmuşdur. Ceyhuna Səmanı özü ilə aparıb gəzdirib havasını dəyişməsini demiş, Səmanı “Sentralni” adlanan yerə aparmış, birlikdə dönər yemişlər. Səma ilə evə qayıdarkən yolda Yasimlə rastlaşmış, Səmanı evə ötürmüşdür. Səma ona getməməyini, çay içməyini, yenidən hər şeydən bezdiyini, atasının və qardaşının hərəkətlərinə görə yaşamaq istəmədiyini demişdir. Bir müddət sonra Yasim gəlmiş və o, çıxıb evinə getmiş, bundan sonra Səmanı bir də görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Elçin və Ülvi adlı iki qardaşı, anası Arifə Bayramova ilə birlikdə Göygöl rayonu Üçtəpə kənində kənd bələdiyyəsinin yaxınlığında yaşayırlar. X30 2018-ci ilin yay aylarında əsəb xəstəsi olmasına görə, Daşkəsən rayonunda yaşadıqları vaxt intihar etmiş, atası rəhmətə getdikdən sonra, Göygöl rayonu, Üçtəpə kəndində birotaqlı evləri olmasına görə, həm də ki dayısı Kamran orada yaşamasına görə, Göygölün Üçtəpə kəndinə köçmüşlər. Qardaşı Elçin atası rəhmətə getdiyi vaxt hərbi xidmətdə olduğundan, Göygölə köçdükləri vaxt da Bakıda Hövsan qəsəbəsində sərhəd qoşunlarında hərbi xidmətdə olmuş, kiçik qardaşı Ülvinin isə həmin vaxt 2- 3 yaşı olmuşdur. Anası Arifə isə heç yerdə işləməmiş, buna görə də, ailəsinin maddi vəziyyəti pis olmuş, Göygölə köçdükdən sonra, orada kafedə ofisiant işləmiş, gah da ki fəhləlik etmişdir. Təxminən 2019-cu ilin yanvar ayında Üçtəpə kəndindəki məktəbin qabağından keçdiyi vaxt Səmanı məktəbdən çıxıb evə getdiyi vaxt görmüş, Səmanı məktəbdə görməzdən əvvəl dostu Ruslanın vasitəsi ilə kənddə Məmməd adı ilə tanınan Səmanın atası Ceyhunu kənddəki marketin qabağında görüb tanış olmuşdur. Səmanı məktəbdə gördükdən sonra, vaxtı olduqca məktəbin qabağına getmişdir ki, onu görsün. Səma da məktəbdən çıxdığı vaxt onu görmüş və artıq Səma da ondan xoşunun gəlməsini başa düşmüşdür. Sonra, dostu Ruslan Səmanın atası Məmmədin dostu olmasına görə, onlara getmiş, həmin vaxt o da, Ruslanın yanında Məmmədgilin evinə getmişdir. Məmmədgilin evində olduğu vaxt da Səmanı görüb ondan xoşu gəlməsini demiş, əvvəlcə Səma ona fikirləşməyə vaxt istəmiş, lakin sonradan Səma da ondan xoşunun gəlməsini bildirmişdir. Bundan sonra, bir neçə dəfə Səmanın atası Ceyhunla dostluq münasibətinin yaranmasına görə, Səmagilə gedib gəlmişdir. Bakıda olduğu vaxtlarda təxminən 4-5 dəfə Səmanın atası Ceyhunun onu evinə qonaq çağırmasına görə, Binəqədiyə onların evinə gedib-gəlmişdir. Həmçinin Səmanın qardaşı Yasimlə də onların Binəqədidəki evinə getdiyi vaxt tanış olmuş, Bakını yaxşı tanımadığı üçün bir neçə dəfə Yasimlə birlikdə şəhərdə gəzmiş, həmçinin bir neçə dəfə Yasimlə Ceyhunun işlədiyi moykaya da getmişdir. Səmagilin evinə yalnız ya onun qardaşı Yasimlə, ya da ki, atası Ceyhunla birlikdə getmiş, Səma evdə tək olduğu vaxt onların evinə getməmişdir. Səmagildə olduğu müddətdə Səmanın atası Ceyhunun yanında ordan-burdan söhbət etsələr də, bir-iki dəqiqəlik Səmanın atası Ceyhun və qardaşı Yasim həyətə çıxıb evə qayıtdığı vaxt onu sevdiyini demiş, Səma da onu sevməsini bildirmişdir. Bundan başqa, aralarında heç bir münasibət, yaxınlıq olmamış, Səma heç vaxt atası Təqsirləndirilən şəxs və qardaşı Şahid1 ona qarşı əxlaqsız hərəkətlər etməsi, onunla cinsi əlaqədə olub-olmaması barədə heç bir məlumat verməmişdir. Səmaya heç vaxtı intim və əxlaqsız təkliflər etməmiş, yalnız bir dəfə Səma ilə atasının onu dükana siqaret almağa göndərdiyi vaxt yolda olarkən onun əlini tutmuşdur. Bundan başqa, bir dəfə Səmanın atası qısa müddətdə yaxınlıqda yaşayan Eyvazgilə gedib adaptr alıb gəldiyi vaxt Səmanın üzündən öpmüş, Səma da onun üzündən öpmüşdür. Bundan başqa, Səma ilə aralarında heç bir yaxınlıq olmamış, Səma ilə heç bir intim münasibətdə, cinsi əlaqədə olmamışdır. Yalnız bir dəfə Ceyhun ona demişdir ki, Rəhman adlı sürücü qızı Səmaya əxlaqsız təklif etmiş, 100 manat pul verib Səma ilə əlaqədə olmaq istəməsini bildirmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Üçtəpə kəndində anası X8, 1993-cü il təvəllüdlü qardaşı X10 ilə birlikdə yaşayır. X2 2011-ci ildə rəhmətə getmişdir. Fəhləliklə məşğul olaraq pul qazanır. Həmkəndlisi Təqsirləndirilən şəxs tanıyır, kənddə hamı Ceyhunu “Məmməd” adı ilə tanıyır və müraciət edir. Ceyhunun oğlu Yasimlə dostluq münasibəti saxlamış, Yasimlə aralarında heç bir dava-dalaş, narazılıq olmamışdır. Lakin, təxminən 3-4 il öncə Ceyhun onların həyətindən əkinçilikdə istifadə edilən əşyaları götürmək istəməsinə görə, ona söyüş soymuş, buna görə də, Ceyhunla aralarında mübahisə yaranmışdır. Ceyhun spirtli içki içməyə həddən artıq dərəcədə meyilli insan olmuş, arvadı Aybəniz rəhmətə getdikdən sonra, evinə tanımadığı dostlarını da gətirmiş, kef məclisi qurmuş, evinə tanımadığı pozğun qızları gətirib eyş-işrət məclisi qurmuşdur. Əvvəllər Ceyhunun yaşadığı evə gedib-gəlsə də, sonradan onun tərbiyəsiz insan olmasını, evinə pozğun qadınları və dostlarını gətirməsini görüb onun evinə getməmişdir. Özünün 33 yaşı, Səmanın isə təxminən 12-13 yaşı olmuşdur. Səma onun qızı və ya bacısı yaşda olmaqla, uşaqdır. Ona görə də, heç vaxt Səmaya qarşı əxlaqsız hərəkət etməmiş, onunla cinsi əlaqədə olmamışdır. Səmanı öz doğma bacısı kimi çox istəmişdir. Ola bilsin ki, Səmanı üzündən uşaq kimi öpmüşdür, lakin Səmaya qarşı heç bir əxlaqsız hərəkət etməmiş, onunla heç bir şəkildə intim münasibətdə, cinsi əlaqədə olmamışdır. Həm də ki, o, heç vaxt təklikdə Səmanın yanında olmamış, Ceyhun və Yasim onların yanında olmuş, onların yanında Səmaya qarşı hər hansı bir əxlaqsız hərəkət etməyi mümkün deyildir. Ceyhunun özü tərbiyəsiz insan olmuş, o, kənddəki tanışlarına “Qız tapsanız, gətirin bizim evimizə, ev boşdur” demiş, buna görə də, bütün kənd sakinləri “Məmməd” ə, yəni Ceyhuna nifrət etmişlər ki, evində azyaşlı qız uşağı ola-ola evinə pozğun qadınları belə salmağa razıdır. Ceyhunun onun barəsində ifadəsində dediklərinin hamısı yalandır. Ola bilsin ki, Ceyhun qızı Səmaya qarşı əxlaqsız hərəkət etmiş, hazırda da qızı Səmaya qarşı etdiyi həmin əxlaqsızlığı gizlətməkdən ötrü, onunla da arasında narazılıq olmasına görə, ona şər-böhtan ataraq cinayət məsuliyyətindən yayınmağa çalışır. Səmaya qarşı elə bir əxlaqsızlıq etmiş olsaydı, Ceyhun onun barəsində aidiyyatı qurumlara şikayət edərdi, ya da bu barədə Səma şikayət edərdi. Amma belə bir hal əsla olmamış, Səma heç vaxt ona nə Ceyhunun, nə də ki, Yasimin ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə heç bir söz deməmiş, heç bir məlumat verməmişdir. Bu barədə Səmanın başqa şəxslərə hər hansı bir məlumat verib-verməməsini bilmir. Yaşadıqları kənd sakinləri də Səmanın gecələr yatdığı vaxt atası Ceyhunla eyni çarpayıda yatmasını bilmişlər, çünki, Ceyhun özü bu barədə kənddə danışmışdır. Hətta Ceyhun onun yanında danışmışdır ki, oğlu Yasim yuxuda olarkən çox vaxt yatdığı yerə kiçik tualetə getmiş, qızı Səmada isə belə bir hal heç vaxt baş verməmişdir. Çünki, Səma həmişə onunla eyni çarpayıda qucaq-qucağa yatmış, heç vaxt çarpayını islatmamışdır. Zərərçəkmiş şəxs qarşı hər hansı bir şəxsin intim təkliflər edib-etməməsi, əxlaqsız təklif edibetməməsi, onunla cinsi əlaqədə olub-olmaması barədə heç bir məlumatı yoxdur. Ümumiyyətlə isə Ceyhunun evinə tanımadığı dostları gəlmiş, hətta Ceyhunun dostları onun evinə pozğun qadınlar da gətirib gecə saatlarına kimi deyib-gülmüşlər. Buna görə, dəfələrlə Ceyhuna iradını bildirmişdir. Demək olar ki, Ceyhunun evində həmişə gecə saatlarına kimi səs-küy olmuş, həm Ceyhun, həm Səma, həm Yasim gecə saatlarına kimi yatmamış, evdə yüksək səslə maqnitofona qulaq asmışlar, evdən qadın səsləri gəlmişdir. Lakin, Ceyhun bütün bunlara adi bir hal kimi yanaşmışdır. Yasim isə bəzən spirtli içki içmiş, Yasimin dostları da onların yaşadığı evə gəlib-getmişlər. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, əri X18, oğlu X17 ilə birlikdə yaşayır. X37 evli olmaqla, öz ailəsi ilə birlikdə Göygöl rayonu, Üçtəpə kəndində yaşayır. Təqsirləndirilən şəxs doğma qardaşıdır, lakin onunla münasibətləri yaxşı olmamışdır. Belə ki, onun Həqiqət, Elmira və Solmaz adlı üç bacısı, Ceyhun, Mahir və Şakir adlı üç qardaşı vardır. Mahir adlı qardaşı 1993-cü ildən itkin düşmüş, Şakir adlı qardaşı Rusiyada yaşayır. Qardaşı Ceyhun isə Göygöl rayonu, Üçtəpə kəndində yaşamışdır. Qardaşı Ceyhun həmişə bacı-qardaşlarının onun evinə gedib-gəlməsini istəməmiş, ona görə də, onun evinə gedib-gəlməmişlər. X24 adlı bir oğlu, Səma adlı bir qızı vardır. Ceyhunun arvadı Aybəniz 2015-ci ilin sonlarında xərçəng xəstəliyindən vəfat etmiş, bundan sonra, Ceyhun uşaqlarına özü baxmışdır. Gəlinləri Aybəniz öldükdən təxminən bir il sonra, qardaşı Ceyhun onları heç bir səbəb olmadan evdən qovmağa başlamışdır. O, və bacıları uşaqlarının azyaşlı olmasına görə, qardaşı Ceyhuna hər cür köməklik etmək istədiklərini, uşaqlarının paltarlarını yumaq istədiklərini, onlara yemək bişirmək istədiklərini desələr də, Ceyhun onlara heç kimə ehtiyacı olmadığını, uşaqlarına özünün baxacağını demişdir. Evinə gedəndə Ceyhunun səs-küy salmış, qonşuların içərisində onları biabır etmişdir. Buna görə də, o, və qardaş-bacıları dava-dalaş olmaması üçün məcbur olub Ceyhunun evinə getməmişlər. Hətta, gözəllik salonunda işlədiyinə görə, qardaşı Ceyhuna dəfələrlə Səmanı yanına gətirməsini, Səmanın saçını yuyacağını, əyinbaşını təmizləyəcəyini desə də, hər dəfəsində Ceyhun Səmanı onun yanına gətirməmiş, özünün Səmaya yaxşı qulluq etməsini bildirib sanki Səmanı onlardan uzaq saxlamışdır. Nə o, nə də ki, bacı-qardaşları Ceyhunun bu cür hərəkət etməsinin səbəbini bilməmiş və aralarında dava-dalaş yaranmaması üçün Ceyhundan kənar gəzmişlər. Ceyhun spirtli içki də qəbul etmiş, hətta bir neçə dəfə uşaqlarını da döymüşdür. Qardaşı Ceyhuna öz aralarında “Məhəmməd” də demişlər. Ceyhun Göygöldə işləyərkən gah fəhləliklə məşğul olmuş, gah avtoyuma məntəqəsində işləmiş, oğlu Yasim də avtoyuma məntəqəsində işləmişdir. X25 də həmişə mübahisə etmiş, Ceyhun həmişə Yasimi də incitmişdir. Sonuncu dəfə Ceyhunu və Səmanı 2019-cu ilin noyabr ayının gününü xatırlamadığı vaxt görmüş, həmin vaxt qardaşı Ceyhun Səmanı gətirib onun yanına qoymuş, özü isə telefonunu satmağa getmişdir. Həmin vaxt Ceyhunun nə üçün telefon satmasını bilmir. Lakin yadındadır ki, həmin vaxt Ceyhun özünə məxsus torpaq sahəsini kiməsə satmaq istədiyi üçün Göygölə gəlmişdir. Həmin vaxt Səma Binəqədi rayonunda yaşadıqlarını bildirmiş, Səma həmçinin ona Eşqin adlı bir oğlanı sevdiyini demişdir. O, da Səmaya yaşının az olmasını demişdir. Hətta zarafatla Səmaya “ay bala, salamat adamdırmı, yoxsa dədən kimi bir şeydi?” dedikdə, Səma Eşqinin yaxşı adam olmasını demiş, o da Səmaya böyüdükdən sonra bu məsələni həll etməli olduqlarını demiş, Səma da sakit dayanıb cavab verməmişdir. Ceyhunun və uşaqlarının Bakıya gəlməsindən əvvəlcə xəbəri olmamış, sonradan hazırda xatırlamadığı şəxsdən eşitmişdir ki, Ceyhun qızı Səma və oğlu Yasimlə birlikdə Bakıya getmişlər. Mobil telefonla əlaqə saxladıqları vaxt Ceyhun ona Bakıda yaxşı iş tapdığını, ona görə də, Göygöldən Bakıya gəlməsini demişdir. Bəlkə də, qardaşı Ceyhunun Bakıya gəlməkdə məqsədi əslində hansısa əxlaqsız hərəkət etməsini pərdələməsi olmuş, etmiş olduğu əxlaqsız hərəkətlərin aşkara çıxmaması üçün Bakıya gəlmişdir. Ceyhun 2019-cu ilin yay aylarında özünü asmaq istəsə də, Yasim buna imkan verməmişdir. Həmin vaxt Ceyhunun Yasimlə də mübahisəsi olmuşdur. Səma söhbət əsnasında Ceyhunun və Yasimin ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə heç vaxt nə ona, nə də ki, digər qohumlarına heç bir söz deməmiş, heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs qarşı hər hansı bir kənar şəxsin intim təkliflər edib-etməməsi, əxlaqsız təklif edib-etməməsi, onunla cinsi əlaqədə olub-olmaması barədə heç bir məlumatı yoxdur. Bundan başqa, Ceyhundan eşitdiyinə görə, Göygöldə təcili tibbi yardımda sürücü işləyən Rəhman adlı bir nəfər şəxs Səmaya pis təklif etmiş, onunla əlaqədə olmaq üçün 100 manat pul verəcəyini demişdir. Buna görə də, Ceyhun polisə Rəhman barəsində şikayət etmişdir. Ceyhun ümumiyyətlə “102” xidmətinə mütəmadi olaraq zəng edib müxtəlif məzmunda şikayətlər etmişdir. Səma da kiminsə ona qarşı əxlaqsız hərəkətlər etməsi, intim münasibətdə olmaq istəməsi barədə heç bir söz deməmişdir. Ceyhunun istifadəsində ***-***-**-** saylı mobil nömrə, Yasimin istifadəsində ***- ***-**-** saylı və ***-***-**-** saylı mobil nömrə, Səmanın istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmçinin Səma Bakı şəhərində olarkən, Dilşad adlı qadının istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışlar, Səma hər zamanı Dilşadın ona yemək bişirməyi, evi təmizləməyi öyrətməsini, yaxşı insan olmasını demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin xx.xx.2020-ci il tarixli 07 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızında sol sağrı nahiyəsinin qançırı müəyyən edilmiş, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızının qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs qızında aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmanı inkar etmir. (cild 01, iş vərəqə 143-145) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (cild 02, iş vərəqəsi 55-56) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin xx.xx.2020-ci il tarixli 40 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir.(cild 02, iş vərəqə 65-67) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X28 şəxsinin xx.xx.2020-ci il tarixli 355 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızında müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Zərərçəkmiş şəxs qızı narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02 iş vərəqə 72-73) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X28 şəxsin xx.xx.2020-ci il tarixli 371 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 76-77) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 168 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünə məxsus mövqeyə və prinsipə malik, öz mövqeyini müdafiə etməyə meyillilik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. (cild 02, iş vərəqə 79-81) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 3363 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızı hal-hazırda əqli və psixi inkişafına görə etdiyi hərəkətləri qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs qızının fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. (cild 02, iş vərəqə 84-89) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin xx.xx.2020-ci il tarixli 567/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan 02 ədəd yorğan və 01 ədəd döşək üzü üzərində sperma aşkar olundu. Bu spermanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «B» antigeni alındı. Bu sperma ləkələri Balfa /İİİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs və ya Şahid1 məxsus ola bilər. Tədqiq olunan döşək üzü üzərində aşkar olunan insan mənşəli qan ləkələrində isə qrup antigenləri alınmadığından onun qrupunu təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim olunan üzərində «Dream Lovers» yazısı olan yorğan üzərindəki ləkədə qan aşkar olunmadı. Tədqiq olunan açıq çəhrayı rəngli yorğan və yastıq üzü üzərində qana şübhəli ləkələr, odeyal üzərində isə qana və spermaya şübhəli ləkələr aşkar olunmadı. Yastıq üzü üzərindəki ləkələrdə isə spermatozoidlər aşkar olunmamışdır. (cild 02, iş vərəqə 220-225) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun ifadəsi işin faktiki hallarına uyğun gəlmir, məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir və iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu, ekspert rəyləri və digər mötəbər sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş zorlama cinayəti zərərçəkmiş şəxsə və ya başqa şəxsə zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur. Zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma müxtəlif hallarla əlaqədar olaraq törədilir. Zorlama o halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə törədilmiş sayılır ki, zərərçəkmiş şəxs özünün psixi və fiziki vəziyyətinə görə, yəni, azyaşlı olması, fiziki qüsurlarının olması, ruhi fəaliyyətinin pozulması və s. səbəblərə görə onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamış olsun və ya onların mənasını anlasa da təqsirkara müqavimət göstərmək imkanından məhrum olsun, təqsirkar isə belə vəziyyətdə olan zərərçəkmiş şəxslə cinsi əlaqəyə girdiyini dərk etmiş olsun. Həmin Məcəllənin 149.3.3-cü maddəsində zorlamanın təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsi xüsusilə tövsifedici əlamət kimi nəzərdə tutulmuşdur. Təqsirkarın əməlinin AR CM-nin 149.3.3-cü maddəsi ilə tövsif olunması üçün zərərçəkmiş şəxsin 14 yaşına çatmaması ona aşkar surətdə bəlli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və buna arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Zərərçəkmiş şəxsin 14 yaşına çatmaması faktı təqsirkara aşkar surətdə bəlli olarsa, onun əməli AR CM-nin 150.3.3-cü maddəsi ilə tövsif edilir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Cümşüdov X13 rayon Xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Salyan rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə şərti olaraq cəzadan azad edilmiş, Xanlar rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən CM-nin 226-1.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Xanlar rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Xanlar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 02, iş vərəqə 214- 215) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan Göygöl RİHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 589 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndindəki özünə məxsus evdə qeydiyyatdadır, ailə tərkibinə oğlu X14 və qızı Zərərçəkmiş şəxs qızı daxildir. (cild 02, iş vərəqə 173) İş materiallarında olan Göygöl RİHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xasiyyətnamədən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla özünə məxsus evdə yaşamış, yaşadığı müddət ərzində bir neçə dəfə məhkum olunmuşdur. (cild 02, iş vərəqə 174) Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmadığını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində cinayətin təqsirkar şəxs üçün aşkar surətdə azyaşlı şəxs barəsində törədilməsi halının olmasını müəyyən etsə də, həmin halı cəzanı ağırlaşdıran hallar kimi nəzərə almır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirkar şəxs üçün aşkar surətdə azyaşlı şəxs barəsində törədilməsi halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərdə tutulsa da, onun törətdiyi bu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə tövsif edildiyindən, yəni onun əməlləri artıq ağırlaşdırıcı hallar kimi nəzərə alındığından ona cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələrində, təqsirkar şəxs üçün aşkar surətdə azyaşlı şəxs barəsində törədilməsi halları, təkrarən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Binəqədi rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan, mənzildəki divanın üzərindən götürülmüş üzərində gülləri olan yorğan, yataq otağından götürülmüş qara zolaqlı boz rəngli adyal, bir ədəd boz-qırmızı rəngli yorğan, bir ədəd döşək və bir ədəd balınc üzlüyü hökm qanuni qüvvəyə mindikdən sonra qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 95 (doxsan beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-23/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı Vəkil bürosunun hesabına 300 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X12 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Binəqədi rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan, mənzildəki divanın üzərindən götürülmüş üzərində gülləri olan yorğan, yataq otağından götürülmüş qara zolaqlı boz rəngli adyal, bir ədəd boz-qırmızı rəngli yorğan, bir ədəd döşək və bir ədəd balınc üzlüyü hökm qanuni qüvvəyə mindikdən sonra qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 95 (doxsan beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı Vəkil bürosunun hesabına 300 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X12 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar