Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1039/2025 10.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Salyan rayonu, Aşağı Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11, 177.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etmiş, təkrar özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah və ya silah qismində istifadə edilən əşya tətbiq edib yaşayış sahəsi, habelə saxlanc yeri olan mənzilə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi tamah, habelə başqa cinayəti gizlətmək məqsədilə xüsusi amansızlıqla quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və onun əri Zərərçəkmiş şəxs1 məxsus mənzildə əvvəllər də təmir və təmizlik işləri gördüyünə görə Zərərçəkmiş şəxs2 xahişi ilə xx.xx.2024-cü ildə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda yenidən onlara məxsus ünvan 2 ünvanında, 86 nömrəli mənzildə təmizlik işləri görərkən evin girişdən soldakı otağında saxlanc yeri kimi istifadə etdikləri divanla dolab arasında yerləşən küncdə sellofan paketin içərisində sonunculara məxsus pul vəsaitinin olmasını görüb qəsdən tamah niyyəti ilə özgənin əmlakı olan həmin pul vəsaitini saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talamaq qərarına gələrək içərisində azərbaycan manatı və digər xarici valyutada olmaqla ümumilikdə 50.300 (əlli min üç yüz) manat pul vəsaiti olan torbanı götürüb əynindəki paltarının altında gizlətmiş, həmin tarixdə işlərini yekunlaşdırdıqdan sonra isə özü ilə aparmaqla gizli yolla talayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 50.300 (əlli min üç yüz) manat məbləğində - külli miqdarda ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, o, oğurladığı pul vəsaitini könüllü şəkildə qaytarmayacağı halda barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini whatsapp proqramı vasitəsilə ona bildirən Zərərçəkmiş şəxs2 və sonuncunun həmin cinayət əməlindən məlumatlı olan əri Zərərçəkmiş şəxs1 yanında tam şəkildə ifşa olunduğunu və pulu qaytarmayacağı halda ondan şikayət edəcəklərini özlüyündə qətiləşdirdikdən sonra yaşadıqları evdə əlavə pul vəsaitləri də saxlamalarına əmin olduğu iki qoca olduqları üçün onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmalarından istifadə etməklə tamah məqsədilə ilə, yəni onlara məxsus evdən gizli olaraq əvvəl taladığı 50.300 manat məbləğində pul vəsaitini geri qaytarmaqdan yaxa qurtarmaq, habelə başqa cinayəti, yəni əvvəl törətdiyi oğurluq cinayətini gizlətmək və təkrar quldurluq, yəni özgənin əmlakını əldə etmək məqsədi ilə silah və ya silah qismində istifadə edilən əşya tətbiq edib yaşayış sahəsi, habelə saxlanc yeri olan mənzilə qanunsuz girməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edərək xüsusi amanslızlıqla, quldurluqla əlaqədar qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2024-cü ildə, saat 14 radələrində onların yaşadığı ünvan 3 ünvanına gedib blokun qarşısında dayanıb onların yaşadığı 86 nömrəli mənzilə daxil olmağın yolunu tapmaqdan ötrü özü üçün əlverişli şərait seçib kənardan mənzilin müşahidəsini aparmış, həmin vaxt Zərərçəkmiş şəxs2 tək mənzildən çıxıb yaxınlıqda yerləşən mağazaya gedib bazarlıq edərək yaşadığı mənzilə geri qayıtmasını müşahidə edib onun evə daxil olmasından sonra mənzilin qapısının kilidinin müəyyən müddət ərzində açarla bağlanmamasından istifadə edib həmin gün saat 16 radələrində giriş qapısını açaraq orada yaşayan zərərçəkənlərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək qanunsuz girdikdən sonra əlindəki istintaqla dəqiq müəyyən edilməmiş predmetlə ona müqavimət göstərməyə çalışan, lakin aktiv müqavimət göstərə bilməyən Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vuraraq ona həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik, alın və burun nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ göz ətrafı yumşaq toxumaların hematomasından ibarət xəsarətlər yetirib mənzilin girişindən soldakı otaqda yerə yıxmaqla müqavimətini tam qırmış, bundan sonra onun hərəkətlərinə mane olmaq üçün üzərinə gələn Zərərçəkmiş şəxs2 da baş və sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurub sonuncuya həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik, sağ göz ətrafı toxumaların qançırı və başın sol gicgah-alın nahiyəsinin qançırı və yumşaq toxumaların altına qansızmalardan ibarət xəsarətlər yetirib həmin otaqda yerə yıxdıqdan sonra otaqdakı stolun üzərindən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb onu silah qismində tətbiq etməklə həyat və ya sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əvvəlcə yerdə müqavimətsiz halda uzanmış Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə həmin vaxt orada olan arvadı Zərərçəkmiş şəxs2 gözü qarşısında, aşkar surətdə xüsusi ağrılar yetirdiyini dərk edib müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, yəni xüsusi amansızlıqla məqsədyönlü şəkildə bir neçə bıçaq zərbəsi vurub Zərərçəkmiş şəxs1 həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə sol gözaltı-almacıq nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilməyən boyun nahiyəsinin bir ədəd kəsilmiş yarası, boyun nahiyəsinin ön səthində bir-birinə yaxın yerləşən, kənarları hamar, bir ucu küt, digər ucları iti olan 2,4x0,6 sm, 2,0x0,6 sm, 1,8x0,5 sm və 1,0x0,1 sm ölçüdə olmaqla ölümünə səbəb olmuş kəskin qan itirmə törədən və müvafiq olaraq sağ ümumi yuxu arteriyası, daxili vidaci vena və nəfəs borusunu yaralayan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik dörd ədəd deşilmiş-kəsilmiş yaradan ibarət xəsarətlər yetirmiş, ardınca silah qismində tətbiq etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs2 boyun nahiyəsinə orada yaralı vəziyyətdə olan əri Zərərçəkmiş şəxs1 gözü qarşısında aşkar surətdə xüsusi ağrılar yetirdiyini dərk edib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, yəni xüsusi amansızlıqla məqsədyönlü şəkildə bir neçə bıçaq zərbəsi vurub ona ölümünə səbəb olmuş dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, kənarları hamar, ucları iti olan, sol ümumi yuxu arteriyasının, daxili vidaci venanın və nəfəs borusunun yaralanması ilə müşayiət olunan və ölümünə səbəb olmuş kəskin qanitirmə törədən boyun nahiyəsinin sol yan və ön səthinin 7x1 sm ölçülü deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirib qoca olduqları üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi tamah, habelə başqa cinayəti gizlətmək məqsədilə xüsusi amansızlıqla quldurluqla əlaqədar qəsdən öldürmüş, daha sonra tamah niyyətilə həmin otağı axtarıb orada olan Zərərçəkmiş şəxs2 məxsus qara rəngli əl çantasını tapıb oradan sonuncuya məxsus olan ümumilikdə 1801 (bir min səkkiz yüz bir) azərbaycan manatı və 9 (doqquz) manat 23 (iyirmi üç) qəpik ekvalentində olmaqla 5 avro məbləğində pul vəsaitini götürüb etdiyi cinayətin əməllərinin gizli qalması üçün otaqdakı əşyaları meyitlərin üstünə yığaraq mənzildən çıxıb getmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etmiş, təkrar özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah və ya silah qismində istifadə edilən əşya tətbiq edib yaşayış sahəsi, habelə saxlanc yeri olan mənzilə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi tamah, habelə başqa cinayəti gizlətmək məqsədilə xüsusi amansızlıqla quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş ölkə xaricində olduğuna görə məhkəmə iclasında iştirak etməyən Rubinçik (Tkaç) İrena İosif qızının ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, valideynləri Lyudmila və İosif yəhudi əsilli olmuşlar. Valideynlərinin hər ikisi Bakı şəhərində dünyaya gəlmiş və onlar Azərbaycan Respublikası vətəndaşı olmuşlar. Valideynlərinin birgə nikahından o və bacısı Anna dünyaya gəlmişdir. Valideynləri ünvan 4 ünvanında yaşamışlar. O və bacısı da Bakı şəhərində yaşadıqları dövrdə evləndikləri vaxta qədər həmin evdə qalmışlar. O və bacısı sonradan ailələri ilə birlikdə Almaniyaya köçmüşlər. X9 Universitetini Mühəndis ixtisası üzrə bitrmişdir, sonuncu əvvəllər Bakı şəhərində mühəndis işləmiş, son 20 il ərzində isə X15 Teatrında aktyor işləmişdir. Anası Lyudmila əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, 9 nömrəli tam orta məktəbdə, sonradan isə Elitar Gimnaziyada riyaziyyat müəllimi işləmişdir. Valideynləri 2018-ci ildə pensiyaya çıxmışdır. Lyudmila sağlığında “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Lyudmila aylıq 440 manat pensiya və əməkdar müəllim fəxri adına görə də əlavə ödəniş almış, atası İosif 205 manat məbləğində pensiya almışdır. O, Almaniyaya köçdükdən sonra cəmi 1 dəfə, 2002-ci ildə Azərbaycana, Bakı şəhərinə gəlmişdir. O, təxminən 2018-ci ildən 2024-cü ilin oktyabr ayına qədər anasına məxsus Bank Respublika bank kartına hər ay 300-400 Avro pul göndərmişdir. Sonuncu dəfə atası və anası 2024-cü ilin iyun sonlarında Almaniyaya gəlmiş və təxminən 2024-cü ilin iyul ayının sonlarına qədər ona məxsus evdə yaşamışlar. 2024-cü ildə anası və atası Almaniyaya gəlməmişdən təxminən iki həftə əvvəl anası ilə telefonla danışarkən ona marketdə ona məxsus pul qabının sumkasından oğurlandığını və həmin pul qabında pul və bank kartlarının da olduğunu bildirmişdir. Anası pul qabında olmuş pulunun məbləğini bilmədiyini ona bildirmişdir. Anası pula görə yox, daha çox bank kartlarına görə narahat olmuşdur. Anasının dediyindən onun özünün və atasının da kartının oğurlanmış pul qabında olduğunu başa düşmüşdür. Anasıgil həmin dövrdə onların yanına gələcəyi üçün həmin vaxt pul qabının oğurlanması ilə bağlı polisə müraciət etməmişlər. Lakin, anası və atası həmin vaxt Banka gedərək bank kartlarını bərpa etdirmişdir. O da həmin vaxtdan sonra anasına məxsus Bank Respublika bank kartına bir ay 100 Avro pul göndərmişdir. Çünki, anası Almaniyadan Azərbayana qayıdanda o, anasına 400 Avro, bacısı Anna isə 500 Avro pul vermişdir. Anasının əvvəlki Bank Respublika kartının nömrəsini xatırlamamışdır. Qeyd etmişdir ki, anasının bir ədəd, atasının da bir ədəd pensiya aldıqları bank kartı olmuşdur. Lakin, onların pensiya aldıqları bank kartının hansı banka məxsus olduğunu bilməmişdir. Anası Lyudmilanın istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, atası İosifində istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Lakin, o, həmişə anasının nömrəsinə zəng etmiş və onun telefonu ilə atası ilə danışmışdır. Son dövrlərdə atasının telefon istifadə edibetmədiyini xatırlamamışdır. Atasının yaşı ilə əlaqədar yaddaşı pozulmuş və onda “Demensiya” xəstəliyi yaranmışdır. Atası xəstəliyi ilə bağlı telefon istifadə edə bilməmişdir. Atamın xəstəliyinin əsas əlaməti hansı məkanda olduğunu xatırlamaması olmuşdur. O, anası ilə əsasən whatsapp vasitəsilə əlaqə saxlamışdır. Anası whatsapp proqramında ***-***-**-** nömrəni istifadə etmişdir. Valideynlərinin Bakı şəhərində iş yoldaşları, tanışları olsa da yaxın qohumları olmamışdır. Anası işdən çıxsa da repititor müəllim kimi ali təhsil müəssisələrinə aylıq ödənişlə şagird hazırlaşdırmışdır. Bundan başqa, anasının Mila adlı tanışı olmuşdur və anası bəzən Milaya məxsus evə gedibgəlmişdir. Atası isə son vaxtlarda xəstəliyi ilə əlaqədar anası olmadan evdən çıxmamışdır. Lakin, valideynləri hər gün axşam birlikdə həyətə gəzintiyə çıxmışlar. Ananın yaşadığı evə şagirdlərdən və onun evdə hansısa iş görmək üçün çağırdığı ustalardan başqa hər hansı şəxs gəlməmişdir. Sonuncu dəfə anası ilə xx.xx.2024-cü ildə, saat 11:06 radələrində 5 dəqiqə müddətində danışmışdır. Həmin vaxt anası və atası da yaşadıqları evdə olmuşdur. O, həmin vaxt onların hər ikisi ilə danışmış və onların həmin vaxt əhval-ruhiyyəsi yaxşı olmuşdur. xx.xx.2024-cü ildə saat 18:48-dən etibarən anası Lyudmilaya zəng etsə də sonuncu telefona cavab verməmişdir. xx.xx.2024-cü ildə səhər anası ilə əlaqə saxlaya bilmədiyi üçün həmin gün saat 10:04-də tanışı Rənaya zəng edib anası ilə əlaqə saxlaya bilmədiyini deyib ondan anasının yaşadığı evə gedib onu yoxlamasını xahiş etmişdir. Lakin, Rəna uzaq olduğu üçün ora gedə bilməyəcəyini, ola bilsin hava ilə əlaqədar onunla əlaqə saxlamaq mümkün olmadığını bildirmişdir. Bundan sonra tanışı Hacıbabanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü ildə, saat 10:50-də whatsapp proqramı üzərindən zəng edərək anası ilə əlaqə saxlaya bilmədiyini, onun arvadının avtomobili olduğuna görə arvadına gedib anasına baxmasını bildirməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Hacıbaba Bakı şəhərində yaşamış və Almaniyaya yük avtomobili ilə yük daşımışdır. Sonuncu özü həmin vaxt Bakı şəhərində olmamışdır. Daha sonra Hacıbaba saat 15:59-da ona zəng edərək arvadının anasının yaşadığı evə getdiyini, lakin mənzilin qapısı aralı olduğu üçün içəri daxil olmadığını, qısa müddət ərzində tanışı olan kişiləri ora göndərəcəyini bildirmişdir. Hacıbaba ilə anasıgilə Almaniyadan sovqat göndərmiş, buna görə də Hacıbaba anasının yaşadığı ünvanını bilmişdir. Daha sonra sonuncu ona zəng edərək tanışı olan şəxsləri anasının yaşadığı evə göndərdiyini, həmin şəxslərin evə daxil olaraq anası və atasını evdə görmədiklərini, lakin, evin dağınıq vəziyyətdə olduğunu görüb evdən çıxdıqlarını bildirmişdir. O da buna görə xx.xx.2024-cü ildə, saat təxminən 19-20-də sinif yoldaşı olmuş Natavana zəng edərək anasıgildən xəbər tuta bilmədiyini, ya özünün onların yaşadığı evə getməsini ya da ora kimisə göndərməsini xahiş etmişdir. Natavan da tanışı Şahid4 anasıgilin yaşadığı evə göndərmişdir. Olqa da anasıgilin yaşadığı ünvan 4 ünvanına getdiyini, evin qapısının azacıq aralı vəziyyətdə olduğunu, qapını tam açdıqdan sonra evə daxil olduqda evdəki bütün əşyaların dağınıq vəziyyətdə olduğunu, lakin anası və atasını evdə görmədiyini bildirmişdir. O da bua görə Olqaya yaxınlıqdakı polis idarəsinə gedərək bu barədə polisə məlumat verməsini bildirmişdir. Qeyd etmişdir ki, Natavandan Olqanın nömrəsini alıb ona whatsapp proqramı üzərindən yazmışdır. Daha sonra da Olqa gedərək polisə məlumat vermişdir. Olqanın məlumat verməsindən sonra polis əməkdaşları valideynlərinin yaşadığı evə getmiş və onların yaşadıqları evdə öldürülməsini aşkar etmişdir. Anası və atasının meyiti isə evdə əşyaların altında olmuşdur. Anası təxminən 2023-cü ilin yaz aylarında ona yaşadığı evə iki usta çağırıb təmir işi gördürdüyünü, onların evdən getməsindən sonra isə evdən görünən yerdən pul itdiyini bildirmişdir. Anası həmin vaxt pulu evə gəlmiş ustaların götürməsindən şübhələndiyini bildirmişdir. Lakin, anası ustaların şəxsiyyəti və evdən itən pulun məbləği barədə ona heç bir məlumat verməmişdir. O da ondan bu barədə soruşmamışdır. Lakin, anası pulun görünən yerdən götürüldüyünü dediyi üçün həmin pulun böyük məbləğ olmadığnı düşünmüşdür. Bundan əlavə, anası bu barədə polisə şikayət etdiyini bildirmişdir. O da müraciətinin nəticəsi barədə maraqlandıqda anası məsələnin xırda bir şey olduğunu, buna görə də o məsələ ilə heç kimin maraqlanmadığını demişdir. Bundan başqa, həmin vaxtdan təxminən bir müddət sonra anası yenidən ona iki nəfər tanımadığı kişinin ona məxsus evdə əşyaları axtardığını gördüyünü, həmin vaxt qışqırdığı üçün onların evdən qaçdığını bildirmişdir. Anasının dediyinə görə həmin gün tanımadıqları iki nəfər kişi evin qapısını döymüş, atası İosif də qapını açıb onları evə buraxmış, özü isə bloka çıxıb yaşadıqları mərtəbədə siqaret çəkmişdir. Anası isə həmin vaxt mətbəxdən digər otağa keçərkən həmin iki nəfər kişinin evdə axtarış apardıqlarını görmüşdür. Anasının dediyinə görə həmin şəxslər evə oğurluğa gəlmişlər. Lakin, o vaxtında onları gördüyü üçün onlar evdən qaçmışlar. Anasının dediyinə görə həmin şəxslər evdən pul yox, paltar və ətir götürmüşlər. Anası sonradan atasından həmin şəxsləri evə buraxmasının səbəbini soruşmuş, atası isə qapını döymüş şəxslər Bakı Şəhəri üzrə Sosial qurumdan kömək məqsədilə gəldiklərini bildirdikləri üçün onları evə buraxdığını demişdir. Anası bununla bağlı da rəsmi olaraq polisə şikayət etsə də şikayətinə baxılmamışdır. Anası cavan vaxtı səliqəli qadın olmuşdur. Yaşlandıqdan sonra isə evin səliqəsinə fikir verib-vermədiyini bilmir. Bundan başqa, onlar köhnəlmiş əşyalarını atmağı xoşlamırdılar. Bu səbəbdən də bütün köhnə əşyaları evdə saxlayırdılar. Atası son vaxtlar xəstəliyi ilə əlaqədar heç kimlə ünsiyyət saxlamamışdır. Anası həmişə ona özlərinin dəfnləri üçün pul yığdıqlarını bildirmişdir. O, yığdığı pulu həmişə evdə saxlamışdır. Evə bazarlıq və digər məsələrlə anası məşğul olmuşdur. Lakin, anası yığdığı pulun məbləği barədə ona heç nə deməmiş, o da ondan bu barədə soruşmamışdır. Anası və atası pensiya almışlar, eləcə də o və bacısı Anna da anasıgilə pul göndərmişlər, eləcə də Almaniyaya gələndə pul vermişlər. O və bacısı anasına avro valyutasında pul göndərmişlər. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncunu anasıgilin yaşadığı evdə usta işləyib-işləməməsi, anası və atası ilə hər hansı tanışlığının olub-olmaması barədə məlumatı olmamışdır.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası İslam 3-cü mikrorayon dairəsi bazarı ətrafında fərdi yaşayış evlərində saxtexnik işləmiş, bundan başqa iş olduğu vaxtlarda həmin ərazidə fəhlə kimi bina sakinlərinin verdiyi müəyyən haqq müqabilində binalardan yüklərin aşağı düşürmüş və ya yuxarı qaldırmışdır. Onlar təxminən 10-15 il müddətdir ki, Salyandan Bakıya köçmüşlər. Onlar əvvəllər uzun müddət Nəsimi rayonu, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsində (Papalin) qəsəbəsində kirayədə yaşamışlar. Təxminən 2021-ci ildən ünvan 1 ünvanında həyətyanı torpaq sahəsi alaraq orada ev tikmişlər və həmin vaxtdan da ora köçmüşlər. Binəqədi qəsəbəsinə köçsələr də atası İslam işləmək üçün 3-cü mikrorayon dairəsi bazarı ətrafına getmişdir. İslam hər gün işə getməmiş, bəzən müştərilər ona zəng etdiyi vaxt, bəzən isə özü həmin yerə gedərək iş olmasını gözləmişdir. Atası İslam təqribən ayda 200-300 manat pul qazanmışdır. Lakin, bəzən ay ərzində atasının demək olar ki, işi olmamışdır. Son bir neçə ayda İslamın işi demək olar ki, zəif olmuşdur. İslam siqaret çəkəndir. Son vaxtlarda İslamın siqaretini onun özü ilə birlikdə bəzi vaxtlarda anası Rəsmiyyə də almışdır. İslam aradabir spirtli içki qəbul etmişdir. İslam içki içəndə özünü idarə edə bilməmişdir. O və digər ailə üzvləri onun spirtli içki içməsinə qarşı olmuşlar. Buna görə də İslam onlardan gizli olaraq araq içmişdir. Onlar son vaxtlar İslamın araq içməsini görməsələr də həyətdə aradbir araq şüşələri tapmış, hətta bəzən ağzından spirtli içki qoxusu da gəlmişdir. Onlar da İslamın onlardan gizli içki içdiyini fikirləşmişlər. Onlar dəfələrlə bununla bağlı İslama desələr də o hər dəfə içki içməsini inkar etmişdir. X11 fabrikində merçendayzer işləmişdir. O özü, Olimpik Star əyləncə mərkəzində xadimə işləyir. Anası Rəsmiyə də Olimpik Star əyləncə mərkəzində xadimə işləyir. O və Rəsmiyə növbəli olaraq Olimpik starda işləyirlər. Belə ki, bir gün anası, bir gün isə o evdə olur. Qardaşı Məhəmməd daimi olaraq heç bir yerdə işləmir. Məhəmməd İslamın dostu Etibarın İslama pay verdiyi **-EU-*** dövlət qeydiyyat nişanlı, Wolksvagen Amaroc markalı, pikap deyilən avtomobillə də yük daşıyaraq pul qazanmışdır, bundan baqa, iş olduğu vaxtlarda tikintilərdə fəhləlik də etmişdir. 21 oktyabr 2024-cü il tarixdə onun ev günü olduğu üçün işə getməmişdir. Həmin gün anası Rəsmiyə və bacısı Gülsənəm işə getmişdir, İslam və qardaşı Məhəmməd isə evdə olmuşdur. 21 oktyabr 2024-cü il tarixdə saat 11-12 radələrində İslam işə getdiyini bildirirərək evdən getmişdir. Atam İslam həmin gün evdən getdikdən bir neçə saat sonra evə qayıtmışdır. İslam 21 oktyabr 2024-cü il tarixdə evə gəldikdən sonra paltarlarını dəyişmişdir və bir qədər sonra hara getməsi barədə onlara heç nə demədən evdən getmişdir. Həmin gün evdə qardaşı Məhəmməd olmuşdur. 21 oktyabr 2024-cü il tarixdə axşam İslam evə gəlməmişdir. O və digər ailə üzvləri atasının həmin gün harada olmasını bilməmişlər. Onlar sonradan evə baxdıqda İslamın öz telefonu evdə qoyduğunu bilmişlər. Ertəsi gün səhər də atası evə gəlməmişdir. Sonradan anası X5 rayonunda olan evlərinə getdiyini öyrənmişdir. Anasından da bu barədə soruşmamış, o da ona heç nə deməmişdir. İslam aradabir Salyan rayonuna gedib-gəlmişdir, lakin heç vaxt telefonunu götürməməsi halı olmamışdır. O, İslamın Salyan rayonuna əslində hansı səbəbdən getdiyini bilməmişdir. İslamın hər hansı cinayət əməlinin törədilməsində şübhəli olmasını bilməmişdir. Yalnız polis əməkdaşları ona ifadə verməli olduğunu bildirdikdə öyrəmişdir ki, İslam bir kişi və bir qadının ölümündə şübhəlidir. Onun İslamın hər hansı cinayət əməli törətməsi barədə məlumatı olmamışdır. İslam bu barədə ona və digər ailə üzvlərimə hər hansı məlumat verməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır. Həmin şəxslərin adlarını ilk dəfədir eşidir. İslamın da həmin şəxsləri tanıyıb-tanımamasını bilmir. Eləcə də Şahid1 ifadəsində göstərmişdir ki, İslamın dediyinə görə o, Etibarı uzun illər əvvəldən tanımışdır və onunla dostluq münasibəti olmuşdur. İslam əvvəllər Etibara məxsus Salyan rayonunda yerləşən Ulduz adlı restoranda, eləcə də Etibara məxsus fermada işləmişdir. İslam 2023cü ilin sonlarından Etibarla yaxın münasibət saxlamağa başlamışdır. Həmin vaxta qədər atam İslamın Etibar adlı tanışı olmasını bilməmişdir. İslam Etibarla yaxın ünsiyyət saxlamağa başaldıqdan sonra ona və digər ailə üzvlərinə Etibarın özünə məxsus evdə təmir işləri gördürdüyünü, onu da həmin tikintidə işləyən ustaların üzərinə nəzarətçi kimi qoyduğunu demişdir. İslamın dediklərindən onun Etibarın Sulutəpə qəsəbəsi ərazisində tikdirdiyi evə gedib-gəldiyini bilmişdir. Lakin, İslamla Etibarın hansı səbəbdən yaxın münasibət saxlamasını bilmir. O, Etibarı ümumiyyətlə görməmişdir. Atası sonradan yaşadıqları evə **-EU-*** dövlət qeydiyyat nişanlı, Wolksvagen Amaroc markalı, pikap modeli avtomobil gəitrmişdir. İslam Etibarın həmin avtomobili ona pay verdiyini demişdir. İslamdan Etibarın avtomobili ona pay verməsinin səbəbini soruşduqda o, Etibarın yaşadığı evdə iş gördüyünü, Etibarın həm bunun əvəzində, həm də dostluq münasibətləri saxladığı üçün həmin avtomobili ona pay verdiyini demişdir. Onu da qeyd etmişdir ki, həmin avtomobilin sürətlər qutusu mexaniki olmuşdur. İslam da mexanika avtomobil idarə edə bilmədiyi üçün həmin avtomobili qardaşı Məhəmməd idarə etmişdir. Etibar avtomobili İslama baş etibarnamə ilə vermişdir. İslam da Məhəmmədə həmin avtomobili sürmək üçün etibarnamə vermişdir. Qeyd etmişdir ki, İslam avtomat sürətlər qutusu olan avtomobil idarə etməyi bacarır. İslam ilk dəfə təxminən 2024-cü ilin fevral ayında özünə 2008-ci il buraxılışlı, Kia Sportage markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Qeyd etmişdir ki, İslam həmin avtomobili evlərinə gətirdiyi ilk günlərdə həmin avtomobili hansısa dostunun ona pay verdiyini demişdir. Lakin, o və digər ailə üzvləri İslamdan avtomobili ona hansı dostunun və niyə pay verdiyini soruşduqda İslam onlara həmin avtomobili 16000 (on altı min) manata maşın bazarından satın aldığını demişdir. İslamın həmin avtomobili kimdən aldığını bilmir. Onlar İslamdan həmin avtomobili aldığı pulu haradan əldə etdiyini soruşduqda İslam onlara aqressiv şəkildə cavablar verərək bu sualı cavablandırmaqdan yayınmışdır. İslam hər dəfə əsəbləşərək bu barədə ondan heç soruşmamalarını demişdir. Onlar da buna görə sonradan ondan heç nə soruşmamışlar. Lakin, İslam avtomobili aldığı pulu haradan əldə etməsini demədiyi üçün ondan şübhələnmişlər. Daha sonra yaşadıqları evin həyətində tiikintisi davam etdirmək istədikləri evin tikintisi üçün pula ehtiyacları olduğuna görə X13 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 (on min) manata Səbail rayonu, Bamdamdar qəsəbəsində yerləşən maşın bazarında satmışdır. Sonradan İslam həmin pulun bir hissəsini evin tikintisinə xərcləsə də qalan hissəsini özünə xərcləmişdir, lakin onun konkret olaraq həmin pulun qalanını hara xərclədiyini bilmir. Bundan başqa, İslamın dediyinə görə dostu Etibar ona **-EU-*** dövlət qeydiyyat nişanlı, Wolksvagen Amaroc markalı, pikap modelli avtomobili pay vermişdir. Məhəmməd əsgərlikdən gəldikdən sonra, təxminən 2024-cü ilin iyul ayında Azərmaş şirkətindən kreditlə **-PN-*** dövlət qeydiyyat nişanlı, Xəzər SD markalı avtomobil almışdır. Məhəmməd kredit şərtlərinə əsasən ilkin olaraq 2500 (iki min beş yüz) manat pul ödəmişdir, 36 ay isə aylıq 658 (altı yüz əlli səkkiz) manat pul ödəməli olmuşdur. Məhəmməd ilkin ödəniş olaraq ödədiyi 2500 manat pul özünün pulu olmuşdur. Məhəmməd həmin pulu işləyərək yığmışdır. Məhəmməd kredit ödənişini bir ay ödəsə də sonradan ödənişi edə bilmədiyi üçün həmin avtomobili geri qaytarmışdır. Qeyd etdiklərindən başqa avtomobilləri olmamışdır. Bundan başqa, onların Salyan rayonunda özlərinə məxsus bir evi və Binəqədi rayonu, Binəqədi qəsəbəsində özlərinə məxsus bir ədəd 2,7 sot ölçüdə torpaq sahələri vardır. Onlar Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mikayıl Ələkbərov, döngə 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsini təxminən 2017-ci ildə almışlar. Onlar həmin torpaq sahəsində iki ədəd kiçik ölçülü ev tikmişlər. Onlar həmin evləri 2021 və 2022-ci ilərdə tikmişlər. Həmin evi ailə üzvlərinin maaşından yığdıqları pul hesabına tikmişlər. Sonradan isə yaşadıqları evin həyətində bir ədəd böyük ölçülü ev tikməyə başlamışlar. Həmin evin tikintisini təxminən 2022-ci ildə başlamışlar. 2024-cü ilin ortalarında isə evin divarlarını tikib qurtarmış və evin dam örtüyünü vurmuşlar, lakin maddi imkanları olmadığı üçün təmiri qurtara bilməmişlər. O, eləcə də digər ailə üzvləri işləmişdir. Evin tikintisi üçün lazım olan pulun çox hissəsini o, bacısı Gülbəniz və anası Rəsmiyə maaşlarından toplamışlar. İslam tikintisini apardıqları yeni ev üçün ümumilikdə təxminən 7000-8000 manat pul xərcləmişdir. Atası İslam həm avtomobili satdığı üçün, həm də özü işlədiyinə görə onun evəin tikintisinə pul xərcləməsindən şübhələnməmişlər. Onların əvvəl tikdikləri iki evin birində o, bacısı Gülbəniz və və valideynləri yaşamışdır, digər evdə isə Məhəmməd yaşamışdır. Ailə üzvlərinin və onun qeyd etdiklərindən başqa daşınar və daşınmaz əmlakı yoxdur. İslamın Şahid5 borc verib-verməməsi barədə hər hansı məlumatım yoxdur. Həmçinin məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq atası Təqsirləndirilən şəxs Rusiyada 12 il əvvəl işlədiyini, hadisə baş verən vaxtadək isə santexnik işləməklə ən çoxu günə 50-60 manat qazancının olduğunu, ümumi ailə büdcələrinin isə 1000 manata yaxın olduğunu, atasının idarə etdiyi Wolksvagen Amaroc markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili isə hadisədən 2 ay əvvəl atasının dostunun hədiyyə etdiyini, həyətlərində olan iki evin isə 2021-2022-ci illərdə tikildiyini bildirmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər.
6. Həmçinin məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq həyətlərində olan iki evin 2021-2022-ci illərdə tikildiyini, digər yarımtikilinin isə maddi vəziyyətləri imkan vermədiyinə görə təmir edilmədiyini bildirmişdir.
7. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Lyudmilanı uşaqlıqdan tanımışdır. Sonuncu uzun illər Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 9 nömrəli məktəbdə müəllim işləmişdir. O da ibtidai təhsilini həmin məktəbdə almış və Lyudmila həmin məktəbdə onun riyaziyyat müəllimi olmuş, məktəbi bitirdikdən sonra da Lyudmila ilə əlaqə saxlamışdır. O, Lyudmilanın əri İosifi sonradan tanımışdır. Onun Lyudmila ilə rəfiqə kimi yaxın münasibəti olmuş və sonuncu ilə mütəmadi olaraq telefonla danışmışlar. O, Lyudmilagilin evinə getməsə də onunla tez-tez küçədə və ya parkda görüşmüşdür. Lyudmila və İosif yəhudi əsllidir. Lyudmila və İsofin birgə nikahlarından iki qız övladı vardır. Onların qızlarından birinin adı İrena idi, digərinin adını isə xatırlamamışdır. Lyudmilanın hər iki qızı evləndikdən sonra Almaniyaya köçmüşlər. O, sonuncu dəfə Lyudmilanı təxminən 2024-cü ilin oktyabr ayının ortalarında görmüşdür. Lakin, səhv xatırlamırsa Lyudmila ilə 20 və ya 21 oktyabr 2024-cü ildə whatsapp tətbiqi vasitəsilə əlaqə saxlamışdır. xx.xx.2024-cü ildə, saat təxminən 19-20 radələrində rəfiqəsi Natavan whatsapp tətbiqindən ona zəng edərək Lyudmila və onun ərindən xəbər alınmadığını bildirib onlara yaxınlıqda yaşadığı üçün ondan onların mənzilinə gedib baxmasını xahiş etmişdir. Qeyd etmişdir ki, X3 ilə sinif yoldaşı olmuşdur. Natavan əvvəllər Nəsimi rayonunda yaşasa da sonradan Abşeron rayonu, Masazır qəsəbəsinə köçmüşdür. Natavan həmçinin, İrinanın ona zəng edərək valideynlərinin telefona cavab vermədiyini və onlardan hər hansı formada xəbər ala bilmədiklərini dediyini bildirmişdir. O, bundan sonra özü Lyudmilanın istifadəsində olan nömrəyə zəng etsə də sonuncu, zənglərinə cavab verməmişdir. O da bundan sonra dərhal evdən çıxıb Lyudmilanın yaşadığı evə getmişdir. O, Lyudmilanın yaşadığı mənzilin qapısını döyüb onu çağırsa da, Lyudmila cavab vermədiyi üçün mənzilin giriş qapısının kilidli olub-olmaması yoxlamışdır. O, yoxladıqda giriş qapısının kilidinin açıq olduğunu görüb qapını açaraq içəri daxil olduqda evin girişindən soldakı otaqda televizorun işlək vəziyyətdə olduğunu və həmin otaqda, eləcə də evin digər yerlərində də əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, yenidən Lyudmila və onun ərini çağırsa da sonuncular ona cavab verməmişdir. Həmin vaxt girişdən soldakı otaqda əşyalar otağın orta hissəsinə dağınıq formada yığılmışdır. O, Lyudmila və İosifi görmədiyi üçün və evin dağınıq vəziyyətdə olmasına görə nəsə qorxulu hadisə baş verdiyini düşünüb Nəsimi RPİ-nin 19-cu PŞ-nə gedərək bu barədə məlumat vermişdir. O, məlumat verdikdən sonra 19-cu PŞ-nin əməkdaşları ilə birlikdə Lyudmilaya məxsus mənzilə getmişlər. Daha sonra prokurorluq əməkdaşları da həmin mənzilə gəlmişdir. Prkourorluq və polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı Lyudmila və onun ərinin üzərində xəsarətlər olan meyitləri evin girişindən soldakı otaqda aşkar edilmişdir. Yalnız həmin vaxt bilmişdir ki, Lyudmila və onun əri hansısa şəxs və ya şəxslər tərəfindən öldürülmüşdür. Həmin cinayət əməlinin konkret olaraq necə, nə vaxt, hansı şəraitdə baş verməsi və kim tərəfindən törədilməsi barədə məlumatı yoxdur. Lyudmila və onun əri İosifin yaşadığı evə mütəmadi gəlib-gedən şəxslər olub-olmadığını bilməmişdir. O, özü Lyudmilanın yaşadığı evdə əvvəllər olmamışdır. Qeyd etmişdir ki, Lyudmila tanımadığı şəxsi evinə buraxmazdı. Çünki, Lyudmila həmişə insanlara etibar olmadığını bildirmişdir.
8. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, İslamı təxminən 2000-ci ildən günəmuzd işləyən fəhlə kimi tanımışdır. İslam təxminən 2000-2001-ci ildə əvvəlcə ona məxsus Salyan rayonu ərazisində yerləşən obyektdə fəhlə, sonra isə qarovulçu, bundan başqa həmin obyektdə çayçı kimi də işləmişdir. Sonuncu təxminən ona məxsus obyektdə ümimilikdə 1- 2 il müddətində işləmişdir, daha sonra isə işdən çıxmışdır. İslam işdən çıxdıqdan bir neçə ay sonra onun yanına gəlib işləmək üçün Rusiya Federasiyasına getmək istədiyini, yol pulu olmadığını bildirib ondan borc pul istəmişdir. O da sonuncuya xatırlamadığı məbləğdə borc pul vermişdir. Sonuncu pulu alarkən Rusiyada işləri qaydasına düşdükdən sonra onun borcunu göndərəcəyini və ya özü gələndə verəcəyini bildirmişdir. İslam ondan borc aldıqdan sonra 2024-cü ilin əvvəllərinə qədər ondan məlumatım olmamışdır. 2024-cü ilin əvvələrində bir nəfər şəxs hazırda xatırlamadığı mobil nömrədən ona zəng edərək əvvəllər ona məxsus obyektdə işləmiş İslam olduğunu deyib onunla görüşmək istədiyini bildirmişdir. O da etiraz etməyib 4-cü mikrorayon dairəsinin yaxınlığında ayaqüstü onunla görüşmüşdür. Həmin vaxt İslam oraya özünün idarə etdiyi “Kia Sportage” markalı avtomobillə tək gəlmişdir. O, sonuncunu görən kimi tanımışdır. İslam onunla görüşüb hal-əhval tutduqdan sonra Rusiyaya getdiyi vaxt borc verdiyi üçün ona təşəkkür edib cibindən 300 (üç yüz) manat pul çıxarıb həmin borcun əvəzi olaraq ona vermək istəmişdir. O isə İslama pulu cibinə qoymasını bildirsə də o, israr etdiyi üçün 300 manatı götürmüşdür. Qeyd etmişdir ki, İslam borcunu daha əvvəl göndərə bilmədiyini bildirmişdir. Söhbət zamanı İslamdan nə işlə məşğul olması barədə maraqlandıqda İslam ona uzun müddət Rusiyada işlədiyini, daha sonra Azərbaycana qayıtdığını, hazırda isə Binəqədi rayonu ərazisində xırdavat malları satılan mağaza işlətdiyini bildirmişdir. Həmin gün sonuncu müxtəlif mövzulardan bir qədər danışdıqdan sonra onunla sağolaşmışlar. Həmin vaxtdan bir neçə gün sonra İslam mənə zəng edərək yenidən onunla görüşmək istədiyini bildirmişdir. Buna görə də onunla yaşadığı yerin yaxınlığında yerləşən 4-cü mikrorayon dairəsi yaxınlığında görüşmüşdür. İslam həmin vaxt ona Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində qızına ev tikdirdiyini, lakin sənədləşmə işləri ilə bağlı çətinliyi olduğunu, konkret olaraq nə etməli olmasını bilmədiyini bildirmişdir. O da İslama Binəqədi Rayon İcra hakimiyyətinə müraciət etməsini, özünün də İcra hakimiyyətində hansısa vəzifəli şəxsə zəng edərək ona qanun çərçivəsində köməklik göstərmələrini deyəcəynmi bildirmişdir. O da həmin vaxt Binəqədi Rayon İcra hakimiyyətində hazırda kim olmasını xatırlamadığı şəxsə zəng edərək Təqsirləndirilən şəxs ora gəldiyi vaxt qanun çərçivəsində ona kömək edilməsini xahiş etmişdir. Həmin əməkdaş da ona İslam müraciət etdiyi vaxt onun məsələsinə qanunamüvafiq qaydada baxılacağını demişdir. Qeyd etmişdir ki, o, həmin ərəfədə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yeni aldığı özümə məxsus fərdi yaşayış evini təmir etdirmişdir. O, evi təmir etdirmək üçün kifayət qədər maddi imkanı olmadığından özünə məxsus Wolksvagen Amaroc markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili, eləcə də özünə məxsus Səbail rayonu, Salyan şosesi, Şıxov qəsəbəsində yerləşən fərdi yaşayış evini satmaq istəmişdir. O həmin evdə işlətmək üçün yaxşı iş qabiliyyəti olan usta axtarmışdır. İslam tikinti sahəsində işlədiyini, eləcə də qızına ev tikdirdiyini dediyi üçün onun yaxşı usta tanıya biləcəyini düşünüb ondan yaxşı iş görən malyar ustası tanışı olub-olmadığnı soruşmuşdur. İslam da ona Binəqədi ərazisində çoxlu usta tanışı olduğunu bildirib evində işləmək üçün yaxşı usta gətirəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra İslam Gündüz adlı bir nəfər ustanı onun təmir etdirdiyi Sulutəpə qəsəbəsi ərazisində yerləşən evinə gətirmişdir. Həmin usta ona məxsus evdə təxminən 10-15 gün iş görmüşdür. Həmin müddətdə İslam bir neçə dəfə ustanın fəaliyyətinə nəzarət etmək üçün ona məxsus evə gəlib-getmişdir. Lakin, o, Gündüzün əl işini bəyənməmişdir. Həmin ərəfədə özünə məxsus avtomobili və evi sata bilmədiyi üçün evin təmirini davam edirməyə maddi imkanı olmamışdır. Gündüz işlərini yekunlşadırıb getdiyi vaxt İslam ondan başqa usta lazım olub-olmadığını soruşmuşdur. O isə İslama maddi imkanım olmadığı üçün evin təmirini saxlayacağını bildirmişdir. İslam isə bu sözündən sonra onda pul olduğunu, lazım olduğu halda ona borc verəcəyini, evi və maşını satdıqdan sonra borcunu qaytarmağı təklif etmişdir. Lakin, İslam ona ümumilikdə hansı məbləğdə pulu olduğunu deməmişdir. Ona həmin vaxt pul lazım olduğu üçün İslamdan borc almağı, evi və maşınını satdıqdan sonra onun borcunu qaytarmağı qərara almışdır. Buna görə də İslama onda olduğu halda 30000 (otuz min) manat borc verməsini demişdir. İslam da həmin məbləğdə pulu ona borc verəcəyini bildirmişdir. Bu barədə aralarında söhbət olduqdan bir gün sonra İslam 30000 (otuz min) manat pul gətirib təmir etdirdiyi evdə ona vermişdir. İslamın verdiyi 30000 (otuz min) manat 50 və 100 Azərbaycan manatı əsginaslarında olmuşdur. O, həmin vaxtdan sonra İslamdan borc aldığı pulla evi təmir etdirmək üçün material almış, eləcə də evdə işləmək üçün usta çağırmışdır. O, İslamdan aldığı 30000 (otuz min) manat pulun hamısını evin təmirinə xərcləmişdir. Lakin, həmin pul da təmirə kifayət etmədiyi üçün ona əlavə də pul lazım olmuşdur. İlk dəfə pul aldığı vaxtdan bir neçə ay sonra İslama əlavə də pulu olduğu halda 20000 (iyimi min) manat borc verməsini demişdir. İslam da həmin məbləğdə pulu ona borc verə biləcəyini, evini və maşınını satdıqdan sonra onun borcunu tam şəkildə qaytarmasını bildirmişdir. İslam həmin gün 20000 manat pulu gətirib ona vermişdir. İslamdan aldığı 20000 manatı da evin təmirinə xərcləmişdir. İslam 20000 (iyimi min) manat pulu verdikdən təxminən bir ay sonra ona zəng edərək qızı üçün tikdirdiyi evin tikintisinin yarımçıq qaldığını, pula ehtiyacının olduğunu və onun borcunu qaytarmasını bildirmişdir. İslama evi və maşını satan kimi pulunu verəcəyini desə də İslam borcu qaytarması ilə bağlı israr etmişdir. O da buna görə məcbur qalıb Salyan rayonu ərazisində yerləşən fermamda olan xırdabuynuzlu heyvanların hamısını satıb İslama 12500 (on iki min beş yüz) manat pul vermiş və borcunun qalanı da qısa müddətə qaytaracağını demişdir. Həmin gündən bir nüçə gün sonra İslam yenidən ona zəng edərək borcunun qalanı qaytarmasını demişdir. Həmin vaxt İslama qısa müddət ərzində avtomobilini də satıb borcunu qaytaracağını dedikdə İslam özünə məxsus avtomobili satdığını, satmaq istədiyi Wolksvagen Amaroc markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili nömrə ilə birlikdə borcunun əvəzində ona verməsini bildirmişdir. İslam avtomobili verdiyi halda onunla tam hesablaşmış olacağını dediyi üçün buna etiraz etməyib onunla razılaşmışdır. Qeyd etmişdir ki, islam özü həmin avtomobili görmüşdür. Həmin vaxtdan bir neçə gün sonra o, 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən notariusda İslama baş etibarnamə ilə həmin avtomobili vermişdir. Onun İslama 37500 manat borcum qalmışdır və həmin borcun əvəzində avtomobili vermişdir. Həmin avtomobil mexaniki sürətlər qutusu ilə idarə oldunduğu üçün İslam onu idarə edə bilmədiyini demişdir və həmin vaxt avtomobili o, özüm İslamın evinə aparmışdır. Həmin vaxt Binəqədi qəsəbəsi ərazisində yerləşən İslama məxsus evin qarşısında avtomobili təhvil verdikdən sonra öz evinə qayıtmışdır. O, həmin vaxt İslamın evini kənardan görmüşdür, lakin, onun həyətinə daxil olmamışdır. Həmin vaxtdan bir neçə gün sonra İslam arvadı ilə birlikdə onun yaşadığı evə gəlib ona verdiyi avtomobili borcla əvəzləşdirdikləri məbləğə, yəni 37500 manata sata bilmədiyini, buna görə də ona əlavə olaraq da 5000 manat pul verməsini bildirmişdir. O də İslama 5000 manat pul verib ondan sonra başqa hər hansı məbləğdə pul verməyəcəyini demişdir, İslam da borc məsələsinin birdəfəlik bağlandığını demişdir. Həmin vaxtdan sonra İslamdan hər hansı məlumatı olmamışdır. Onun İslamın hər hansı cinayət hadisəsi törətməsindən, eləcə də ona borc verdiyi pulu haradan əldə etməsindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır. İslamın da həmin şəxsləri tanıyıb-tanımamasını bilməmişdir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1896 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (İİİ cild, i/v 174-177).
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/5427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş , 01 ədəd karton qutunun içərisində olan geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№ li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş , 01 ədəd tünd göy rəngli jiletin səthi üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi liflər rənginə və təbiətinə görə 01 ədəd qara rəngli uzunqol jaketin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş , 01 ədəd qara rəngli uzunqol jaketin səthi üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə 01 ədəd idman şalvarın tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 154,16 (bir yüz əlli dörd min manat on altı qəpik) manat təşkil edir (İV cild, i/v 50-57).
11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2024-cü il tarixli, 99 nömrəli rəyindən və fotoşəkillərdən görünür ki, 1) Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) Boyun nahiyəsinin ön səthində bir-birinə yaxın yerləşən 4 (dörd) ədəd - 2,4x0,6sm, 2,0x0,6sm, 1,8x0,5sm və 1,0x0,1 sm ölçülərdə kənarları hamar, bir ucu küt, digər ucu iti olan yaralar vardır. 2,4x0,6sm ölçüdə və ayaqaltından 147sm məsafədə olan yaranın içərisində qansızmalı sağ ümumi yuxu arteriyasının və daxili vidaci venanın kəsilmiş ucları görünür. Yara kanalının ümumi uzunluğu təxminən 3-4sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdan-yuxarıya və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd-qırmızı rəngli qansızmalıdır. 2,0x0,6 sm və 1,8x0,5 sm ölçülərdə və müvafiq olaraq ayaqaltından 147sm və 146sm məsafədə olan yaralar traxeyanın mənfəzinə daxil olur, yara kanallarının uzunluqları təxminən 3-4 sm-dir, istiqamətləri isə öndən-arxaya, bir qədər aşağıdan-yuxarıya və cüzi soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd-qırmızı rəngli qansızmalıdır. 1,0x0,1 sm ölçüdə və ayaqaltından 145,5sm məsafədə olan yaranın mənfəzində qansızmalı yumşaq toxumalar görünür, dərinliyi 0,3- 0,4sm olmaqla boyun əzələlərində kor qurtarır. Qeyd edilən xəsarətlər həyatidirlər, Tkaç losif Zusyeviçin ölümündən az əvvəl deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmirdirlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan səülamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, Tkaç losif Zusyeviçin ölümü ilə səbəbli əlaqəlidirlər; b) Sol gözaltı-almacıq nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları həyatidirlər, ölümündən az əvvəl deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın ələmlərinə malikdirlər, Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqələri yoxdur. c) Alın və burun nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ gözətrafı yumşaq toxumaların hematoması həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilər, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqələri yoxdur. d) Boyun nahiyəsinin kəsilmiş yarası həyatidir, ölümündən az əvvəl iti kənara malik olan alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi yoxdur. 2) Zərərçəkmiş şəxs1 boyun və sol gözaltıalmacıq nahiyələrində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçaqların və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənmələri mümkündür. 3) Tkaç losif Zusyeviçin ölümünün bilavasitə səbəbi boyun nahiyəsinin sağ ümumi yuxu arteriyasının, daxili vidaci venanın və nəfəs borusunun yaralanması ilə müşayiət olunan deşilmişkəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. 4) Gecikmiş meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (23 10.2024-cü il tarixdə saat 02:00-dan) təxminən 1-2 sutka əvvəl baş vermişdir. 5. Zərərçəkmiş şəxs1 hadisə anında əynində olmuş paltarlarında bədənində olan deşilmiş-kəsilmiş yaralara müvafiq zədələr aşkar edilməmişdir. 6) Tkaç losif Zusyeviçin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. 7) Tkaç losif Zusyeviçin arxa keçəcək dəliyindən götürülmüş yaxma və tamponun məhkəmə tibbi bioloji müayinəsi zamanı spermatozoidlər aşkar olunmamışdır (İİİ cild, i/v 184-196).
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2024-cü il tarixli, 98 nömrəli rəyindən və fotoşəkillərdən görünür ki, 1) Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) sol ümumi yuxu arteriyasının, daxili vidaci venanın və nəfəs borusunun yaralanması ilə müşayiət olunan və kəskin qanitirmə törədən boyun nahiyəsinin sol yan və ön səthinin iri ölçülü deşilmişkəsilmiş yarası. Yara ayaqaltından 143 sm məsafədə yerləşir. Yara 7x1 sm ölçüdə olub, kənarları hamar, ucları itidir. Yaranın ən dərin hissəsi 3,5 sm-dir. Qeyd edilən xəsarət həyatidir, Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, T.L.Mixaylovnanın ölümü ilə səbəbli əlaqəlidir. b) başın sol gicgahalın nahiyəsinin qançırı və yumşaq toxumaların altına qansızmalar, sağ gözətrafı yumşaq toxumaların qançırı həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilər, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, T.L.Mixaylovnanın ölümü ilə səbəbli əlaqələri yoxdur. 2) Zərərçəkmiş şəxs2 boyun nahiyəsində aşkar olunmuş deşilmiş- kəsilmiş yara ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçaqların və ona oxşar digər bıçaqların tiyəsinin deşicikəsici təsirindən törənməsi mümkündür. 3) Zərərçəkmiş şəxs2 ölümünün bilavasitə səbəbi boyun nahiyəsinin sol ümumi yuxu arteriyasının, daxili vidaci venanın və nəfəs borusunun yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. 4)Gecikmiş meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, T.L.Mixaylovnanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü ildə saat 01:00-dan) təxminən 1-2 sutka əvvəl baş vermişdir. 5. Zərərçəkmiş şəxs2 hadisə anında əynində olmuş paltarlarında bədənində olan deşilmişkəsilmiş yaraya müvafiq zədələr aşkar edilməmişdir. 6) Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. 7) Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmuşdur; pozulma müddəti iki həftədən (14 gündən) artıqdır, cinsiyyət üzvləri nahiyəsində və ətrafında xəsarət izləri aşkar edilməmişdir, həmçinin uşaqlıq yolundan götürülmüş tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmamışdır. Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik olan əlamətlər və həmçinin arxa keçəcək dəliyindən götürülmüş yaxma və tamponun məhkəmə tibbi-bioloji müayinəsi zamanı spermatozoidlər aşkar olunmamışdır (İİİ cild, i/v 198-209).
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2024-cü il tarixli, 1458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin qançırı, sol baldırın sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü ildə törənə bilmələri inkar edilmir; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə və həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilərdilər (İİİ cild, i/v 179-182)
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1670 nömrəli rəyindən və fotocədvəldən görünür ki, xx.xx.2024-cü ildə, ünvan 7 ünvanında Zərərçəkmiş şəxs1 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd bıçağın səthində əl izlərinin fraqmentləri aşkar olunmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Şəxsiyyətinin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd əl izi xx.xx.1944-cü ildə Bakı şəhərində anadan olmuş Zərərçəkmiş şəxs2 sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Şəxsiyyətinin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir (İİ cild, i/v 151- 161).
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1669 nömrəli rəyindən və fotocədvəldən görünür ki, xx.xx.2024-cü ildə, ünvan 7 ünvanında üzərində zorakılıq əlamətləri olan bir kişi və bir qadın meyitinin aşkar edilməsi barədə məlumatın daxil olması faktı ilə əlaqədar tədqiqata təqdim edilmiş 01 ədəd selofan paketin içərisində olan 01 ədəd bıçağın kriminalistik müayinəsi zamanı səthində əl izləri aşkar edilmədi. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş 01 ədəd bıçağın kriminalistik müayinəsi zamanı səthində əl izləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın kriminalistik müayinəsi zamanı üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığına görə DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs məxsus əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır (İİ cild, i/v 162-166).
16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1734 nömrəli rəyindən görünür ki, 1) Zərərçəkmiş şəxs1 əynində olmuş - 01 (bir) ədəd göy rəngli qolsuz jilet, 01 (bir) ədəd çəhrayı-qırmızı-yaşıl rəngli uzunqol sviter, 01 (bir) ədəd qara rəngli uzunqol köynək, 01 (bir) ədəd göy rəngli idman şalvarı, 01 (bir) ədəd xaki rəngli tuman, Zərərçəkmiş şəxs2 əynində olmuş - 01 (bir) ədəd qara-yaşıl-qırmızı rəngli qolsuz gödəkçə, 01 (bir) ədəd qara rəngli uzunqol jilet, 01 (bir) ədəd qırmızı-san rəngli uzunqol jaket, 01 (bir) ədəd açıq qəhvəyi rəngli büstqalter, 01 (bir) ədəd yaşıl rəngli tuman, 01 (bir) ədəd qara rəngli kolqotka və 01 (bir) cüt ayaqqabı, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş - 01 (bir) ədəd qara rəngli kepka, 01 (bir) ədəd bıçaq, 01 (bir) ədəd içərisində corablar olan sellofan paket və 01 (bir) ədəd taxta parçası üzərində olan qanabənzər ləkələrdə insan qanına xas hemoqlobin zülalı aşkar edilmişdir. 2) Zərərçəkmiş şəxs1 əynində olmuş - 01 (bir) ədəd göy rəngli qolsuz jilet üzərində qan ləkələri, 01 (bir) ədəd çəhrayı-qırmızı-yaşıl rəngli uzunqol sviter üzərində qan ləkələri, 01 (bir) ədəd qara rəngli uzunqol köynək üzərində qan ləkələri, 01 (bir) ədəd göy rəngli idman şalvarı üzərində qan ləkələri, 01 (bir) ədəd xaki rəngli tuman üzərində qan ləkələri, 01 (bir) cüt corab üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd bıçaq üzərində qan ləkələri və 01 (bir) ədəd taxta parçası üzərində olan qan ləkələri, Zərərçəkmiş şəxs1 məxsusdur. 3) Zərərçəkmiş şəxs2 əynində olmuş - 01 (bir) ədəd qara-yaşıl-qırmızı rəngli qolsuz gödəkçə üzərində qan ləkələri, 01 (bir) ədəd qara rəngli uzunqol jilet üzərində qan ləkələri, 01 (bir) ədəd qırmızı-sarı rəngli uzunqol jaket üzərində qan ləkələri, 01 (bir) ədəd açıq qəhvəyi rəngli büstqalter üzərində qan ləkələri, 01 (bir) ədəd yaşıl rəngli tuman üzərində qan ləkələri, 01 (bir) ədəd qara rəngli kolqotka üzərində qan ləkələri, 01 (bir) cüt ayaqqabı üzərində qan ləkələri və 01 (bir) ədəd içərisində corablar olan sellofan paket üzərində olan qan ləkələri, Zərərçəkmiş şəxs2 məxsusdur. 4) Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş 01 (bir) ədəd qara rəngli kepka üzərində, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus qan nümunələri mövcuddur. 5) Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş 01 (bir) ədəd taxta parçasının başlıq hissəsindən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. 6) Şahid1 ifadəsinin yerində yoxlanılması zamanı təqdim etdiyi, Təqsirləndirilən şəxs evə gəldikdən sonra əynindən çıxardığı - 01 (bir) ədəd cins şalvar, 01 (bir) ədəd yaşıl rəngli kepka və 01 (bir) ədəd gödəkçə üzərində olan qan ləkələri, Təqsirləndirilən şəxs Bəhlul oğluna məxsusdur. 7) Zərərçəkmiş şəxs1 məxsus dırnaq nümunələri altında olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs1 məxsusdur. 8) Zərərçəkmiş şəxs2 məxsus dırnaq nümunələri altında olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs2 məxsusdur. 9) Hadisə yerinin müayinəsi zamanı götürülmüş, şərti olaraq nömrələnmiş 1 saylı bıçağın dəstəyi üzərində olan bioloji mənşəli materiallar və tiyəsi üzərində olan qan ləkələri, Zərərçəkmiş şəxs1 məxsusdur. 10) Hadisə yerinin müayinəsi zamanı götürülmüş, şərti olaraq nömrələnmiş 2 saylı bıçağın dəstəyi üzərində olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs1 məxsusdur. 11) Hadisə yerinin müayinəsi zamanı götürülmüş, şərti olaraq nömrələnmiş 2 saylı bıçağın tiyəsi üzərində olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus bioloji mənşəli materialların qarışığından ibarətdir. 12) 01 (bir) ədəd “İce Coffee” markalı metal içki qabı üzərində olan bioloji mənşəli materiallar, kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. 13) Təqsirləndirilən şəxs əl dırnaq nümunələri altından götürülmüş yaxmada olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs Bəhlul oğluna məxsusdur. 14) Hadisə yerinin müayinəsi zamanı otağın giriş qapısından götürülmüş 01 (bir) ədəd tamponda qanabənzər maddədə, insan qanına xas hemoqlobin zülalı müəyyən edilməmişdir. Bu səbəbdən nümunə üzərində DNT tədqiqatı aparılmamışdır (İİİ cild, i/v 162-172).
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 3497 nömrəli Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Sonuncu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Sonuncunun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Sonuncu barəsində tibi xarakteerli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (İV cild, i/v 44-48).
18. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 22:13-dən 23:57-dək Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 3, mənzil 86 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir.Həmin mənzil hadisə yeri olmaqla 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Mənzilin giriş qapısı açıq vəziyyətdədir. Mənzilin giriş qapısının çərçivəsi üzərində İce coffe adlı içkinin metal materialdan olan boş qabı vardır. Həmin içki qabı üzərində “Sirchie” markalı tozdan istifadə edilməklə əl-barmaq izlərinin olub-olmaması yoxlanıldı. İçki qabının üzərində aşkar edilmiş 05 (beş) ədəd əl-barmaq izi bir tərəfi yapışqan olan nazik lentə hopdurulub ağ kağız parçasına köçürülərək götürüldü. İçki qabı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Daha sonra giriş qapısının dəstəyi, eləcə də qapının çöl səthi üzərində “Sirchie” markalı tozdan istifadə edilməklə əlbarmaq izlərinin olub-olmaması yoxlanılmış, giriş qapısının çöl səthi üzərində aşkar edilmiş 04 ədəd əl-barmaq izi bir tərəfi yapışqan olan nazik lentə hopdurulub ağ kağız parçasına köçürülərək götürülmüşdür. Baxış davam etdirilərək giriş qapısının içəri tərəfinin qəhvəyi rəngli taxta materialdan olduğu müəyyən edilmişdir. Mənzilə daxil olduqda dəhliz vardır. Dəhlizdə evin gişində dəhlizdə döşəmədə geyim əşyaları və digər əşyalar dağınıq formada yığılmışdır. Sağ tərəfdə divara bərkidilmiş asılqan üzərində çoxlu sayda geyim əşyaları səliqəsiz formada asılmışdır. Mənzilin giriş qapısından dəhlizə daxil olduqda sol tərəfdə evin otağına açılan qəhvəyi rəngli taxta qapı vardır. Qapı yarıaçıq vəziyyətdədir. Qapının dəhlizə tərəf olan çöl tərəfində, orta hissədə təqribi 1x0,5 mm ölçüdə qanaoxşar ləkə vardır. Həmin ləkədən DNT çöpünə hopdurulmaqla bir ədəd nümunə götürülmüşdür. Daha sonra qapının çöl səthi üzərində “Sirchie” markalı tozdan istifadə edilməklə əl-barmaq izlərinin olub-olmaması yoxlanılarkən otağın giriş qapısının çöl tərəfi üzərində aşkar edilmiş 03 (üç) ədəd əl-barmaq izi bir tərəfi yapışqan olan nazik lentə hopdurulub ağ kağız parçasına köçürülərək götürülmüşdür. Qapının tam açılıb-açılmaması yoxlanılmış, lakin, qapı arxasında hansısa predmet olduğundan yarıyaqədər açıldığı müəyyən edilmişdir. Qapıdan içəri daxil olduqda sağ tərəfdə divan olduğu müəyyən edilmişdir. Divandan sağ tərəfdə şkaf, ondan sağ tərəfdə isə balkona açılan qapı vardır. Otağın giriş qapısından sol tərəfdə şkaf vardır. Giriş qapısı ilə şkafın arasında olan hissəyə əşyalar yğılmışdır. Otağın giriş qapısı ilə üzbəüz yanılı vəziyyətdə olan televizor vardır. Həmin televizor televizor altlığının üzərindədir. Televizordan sağ tərəfdə isə rəf formasında olan taxta şkaf və onun üzərində isə içərisində çoxlu sayda kitablar olan divara bərkidilmiş metaldan rəflər vardır. Kitab rəfindən sağ tərəfdə şkaf vardır. Otağın pəncərəyə tərəf olan hissəsində, orta hissədə jurnal stolu vardır. Otağın hər yerində əşyalar dağınıq vəziyyətdə olmaqla otaqda geyim, məişət əşyaları və digər ev əşyaları vardır. Otaqda şkaflar, divan və rəf arasında qalan orta hissədə dağınıq formada olan əşyalar vardır və buna görə də otaqda hərəkət üçün yer yoxdur. Otaqdakı divanın üzərində də qara rəngli qadın əl çantası və digər əşyalar vardır. Divanın arxasında yük çantasını daşımaq üçün nəzərdə tutulmuş təkərləri və tutacağı olan qurğu üzərində quraşdırılmış yük çantası və digər əşyalar vardır. Diqqətlə baxdıqda otaqdakı divanın qarşısında yerdə, dağınıq formada olan əşyaların altından bir nəfər insana məxsus ayaqların otağın giriş qapısına tərəf uzandığı müəyyən edilmişdir. Həmin insanın ayaqlarında qara rəngli qadın ayaqqabısı vardır. Daha sonra otağın orta hissəsində olan əşyalar baxış keçirilməklə otağın digər hissəsinə yığılmışdır. Əşyaların arasında, divanın qarşısında yerdə ayaqları otağın giriş qapısına tərəf, baş hissəsi otağın pəncərəsinə tərəf olan qadın meyiti, onun yanında isə baş hissəsi qapıya tərəf, ayaqları otağın pəncərəsinə tərəf olan, sağ çiyni üstə uzanmış vəziyyətdə olan kişi meyiti aşkar edilmişdir. Baş-ayaq formada yerdə uzanmış vəziyyətdə olan meyitlərin şəxsiyyətləri müəyyənləşdirilərkən kişi meyitinin Zərərçəkmiş şəxs1, qadın meyitinin isə Zərərçəkmiş şəxs2 Mixaylovanın meyiti olması müəyyən edilmişdir. Lyudmila Mixaylovanın meyitinin bədəni üzərində boyunun sol yan səthində kənarları hamar, ucları iti bir ədəd yara, başın sol gicgah-alın nahiyəsində çürümə dəyişikliyi fonunda ətraf toxumaların rəngindən seçilərək bir qədər tünd qırmızımtıl-qəhvəyi çalarlı olan, qeyri-müəyyən formalı qançır və sağ gözətrafında yumşaq toxumaların rəngi çürümə dəyişikliyi fonunda tünd qırmızımtıl-qəhvəyi çalarlı qançır müşahidə edilir. Zərərçəkmiş şəxs2 meyitinin baş nahiyəsinin yaxınlığında, yerdə əşyalar arasında smartfon tipli bir ədəd mobil telefon aşkar edilmişdir. Telefon yanılı vəziyyətdədir, lakin ekran kilidi olduğu üçün telefonun proqramlarına daxil olmaq mümkün olmamışdır. Daha sonra İosif Zusyeviçin meyitinə baxış keçirilmişdir. İosif Zusyeviçin sifət nahiyəsi qanaoxşar maddə ilə bulaşmış vəziyyətdədir. Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində sol gözaltı və almacıq nahiyələri əhatə edən sahədə bir-birinə paralel və köndələn-çəp istiqamətdə yerləşən kənarları hamar, bir ucu küt, digər ucu iti olan iki ədəd yara, boyun nahiyəsinin sol yan və ön səthlərini əhatə edən, bir qədər aypara formalı və fasiləli davam edən səthi kəsilmiş yara, alın nahiyəsinin sol yarısında qaş nahiyəsinə keçən burun nahiyəsinin kök hissəsində kənarları nahamar və bir qədər kələ-kötür, içərisində qansızmalı yumşaq toxumalar görünən əzilmiş-cırılmış yaralar vardır. Baxış zamanı İosif Zusyeviçin meyitinin baş nahiyəsinin arxa tərəfində məişət təyinatlı bıçağa oxşar, dəstəyi sarı rəngli plastmas materialdan, tiyəsi gümüşü rəngli metaldan olan bıçaq aşkar edilmişdir. Həmin bıçağın dəstək hissəsi qanaoxşar maddə ilə bulaşmış vəziyyətdədir. Bundan başqa, baxış zamanı meyitin baş nahiyəsinin ön tərəfində, üz nahiyəsinə yaxın hissədə məişət təyinatlı bıçağa oxşar, dəstəyi sarı rəngli plastmas materialdan, tiyəsi gümüşü rəngli metaldan olan digər bıçaq aşkar edilmişdir. Həmin bıçağın tiyəsi qanaoxşar maddə ilə bulaşmış vəziyyətdədir. Baxış keçirilərkən meyitlərin ətrafında üzərində qanaoxşar maddələr olan uzunqol və qısaqol köynəklər, jaket və yubkalar, kişi şalvarları, qadın və kişiyə məxsus papaqlar, kişi üçün dimdikli papaqlar (kepkalar) və digər geyim əşyaları vardır. Meyitlərinin yaxınlığında olan əşyalar qana oxşar maddələrlə bulaşmış vəziyyətdədir. Daha sonra baxış davam etdirilərkən televizor altlığının yanındakı şkafın üzərindən X1 məxsus şəxsiyyət vəsiqəsi, Zərərçəkmiş şəxs1 məxsus **********070 nömrəli sosial sığorta şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 Mixaylovaya məxsus şəxsiyyət vəsiqəsi, İftıkhar Abdullayev-in adına olan Kapital Bankdan alınmış 4169 7385 4328 5229 nömrəli plastik bank kartı və iki ədəd sönülü vəziyyətdə olan smartfon tipli Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra baxış davam etdirilərkən otaqdakı şkafların qapıları və iz qalması ehtimal olunan digər bütün səthlər üzərində, eləcə də otağın girişindəki divanın üzərində olan qadın əl çantası üzərində “Sirchie” markalı tozdan istifadə edilməklə əlbarmaq izlərinin olub-olmaması yoxlanılsa da əl-barmaq izi aşkar edilməmişdir. Divanın üzərindəki qadın əl çantasının içərisinə baxış zamanı hər hansı predmet aşkar edilməmişdir. Həmin otaqdan balkona açılan qapı vasitəsilə balkona daxil olduqda orada da səliqəsiz formada əşyaların yığıldığı müəyyən edilmişdir (İ cild, i/v 5-17).
19. xx.xx.2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı müəyyən edildi: Meyitin əynində aşağıdakı paltarlar vardır: 1) qara-yaşıl-qırmızı zolaqları olan qolsuz gödəkçə; 2) qara rəngli uzunqol jaket, qırmızı-sarı rəngli uzunqol jaket; 3) açıq qəhvəyi rəngli bustqalter; 4) yaşıl rəngli qadın alt tumanı; 5) qara rəngli kalkotqa və 6) tünd göy rəngli bir cüt ayaqqabı. Başında tünd qəhvəyi rəngli və 15-20 sm uzunluqda süni taxma saxlar (parik) vardır, həmin parik ağ rəngli baş tükü ilə örtülmüşdür. Parik çıxarıldıqda 8- 10 sm uzunluqda açıq qırmızı rəngli, dibləri isə ağımtıl rəngli seyrək təbii saçları vardır. Boyun nahiyəsində sarı materialdan boyunbağı, sağ əlin İİİ barmağında çirklənmiş gümüşü rəngli üzük və sağ mil-bilək oynağı nahiyəsində qara rəngli “smart” tipli qol saatı. Gödəkçə və jaketlərin ön səthləri, xüsusilə yuxarı hissələri tünd-qırmızımtıl rəngli qanaoxşar ləkələrlə bulaşmışdır. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, orta qidalıdır, boyunun uzunluğu 162 sm-dir. Meyitə əllə toxunduqda soyumuşdur, dəri örtüyü solğundur, ağarmışdır. Baş və boyun nahiyələri çürümə dəyişiklikləri hesabına emfizemalıdır və çirkli yaşılımtıl rəng almışlar, həmin nahiyələrdə epidermisin soyulması müşahidə olunur. Meyitin gövdəsinin arxa səthində qırmızımtıl-göyümtül rəngli, az intenivlikli, meyit ləkələri vardır. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə onlar itmir və avazımır. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Kəllə sümükləri əllədikdə tamdırlar. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: 1) Boyun nahiyyəsində boyunun sol yan səthindən başlayan və bir qədər köndələn-çəp istiqamətdə gedərək boyunun ön səthinə qədər uzanan, ayaqaltından 143 sm məsafədə yerləşən 7x1 sm ölçüdə kənarları hamar, ucları iti yara vardır. Yaranın ən dərin hissəsi 3,5 smdir. Yaranın gedişi boyunca sol ümumi yuxu arteriyası və daxili vidaci vena tam, nəfəs borusu isə hissəvi kəsilmişdir. Başın sol gicgah-alın nahiyəsində çürümə dəyişikliyi fonunda 5x4 sm ölçüdə, ətraf toxumaların rəngindən seçilərək bir qədər tünd qırmızımtılqəhvəyi çalarlı olan, qeyri-müəyyən formalı qançır vardır. Sağ gözətrafı yumşaq toxumaların rəngi çürümə dəyişikliyi fonunda tünd qırmızımtıl-qəhvəyi çalarlı qançırlıdır. Daha sonra Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirildi. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1) göy rəngli qolsuz jilet, çəhrayı-qırmızı-yaşıl rəngli uzunqol sviter; 2) qara rəngli uzunqol köynək; 3) göy rəngli idman şalvarı; 4) qəhvəyi-yaşıl çalarlı kişi alt tumanı və 5) tünd göy rəngli corablar. Sviteri və köynəyin ön səthləri, tünd-qırmızımtıl rəngli qanaoxşar ləkələrlə bulaşmışdır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, orta qidalıdır, boyunun uzunluğu 168 sm-dir. Meyitin bədənində aşağıdakı xəsarətlər aşkar edildi: Boyun nahiyyəsinin ön səthində bir-birinə yaxın yerləşən 4 (dörd) ədəd 2,4x0,6 sm, 2,0x0,6 sm, 1,8x0,5 sm və 1,0x1,0 sm ölçülərdə kənarları hamar, bir ucu küt, digər ucu iti olan yaralar vardır. 2,4x0,6 sm ölçüdə və ayaqaltından 147 sm məsafədə olan yaranın içərisində qansızmalı sağ ümumi yuxu arteriyasının və daxili vidaci venanın kəsilmiş ucları görünür. Yara kanalının ümumi uzunluğu təxminən 3-4 sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdan-yuxarıya və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd-qırmızı rəngli qansızmalıdır. 2,0x0,6 sm və 1,8x0,5 smölçülərdə və müvafiq olaraq ayaqaltından 147 sm və 146 sm məsafədə olan yaralar traxeyanın mənfəzinə daxil olur, yara kanallarının uzunluqları təxminən 3-4 sm-dir, istiqamətləri isə öndən-arxaya, bir qədər aşağıdan-yuxarıya və cüzi soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd-qırmızı rəngli qansızmalıdır. 1,0x0,1 sm ölçüdə və ayaqaltından 145,5 sm məsafədə olan yaranın mənfəzində qansızmalı yumşaq toxumalar görünür, dərinliyi 0,3-0,4 sm olmaqla boyun əzələlərində kor qurtarır. Sol gözaltı və almacıq nahiyyələri əhatə edən sahədə bir-birinə paralel və köndələn-çəp istiqamətdə yerləşən 2,2x0,5 sm və 1,5x0,4 sm ölçülərdə kənarları hamar, bir ucu küt, digər ucu iti olan yaralar vardır, həmin yaraların içərisində qansızmalı yumşaq toxumalar ilə yanaşı qurumuş qan laxtaları görünür. Boyun nahiyyəsinin sol yan və ön səthlərini əhatə edən sahədə bir qədə aypra formalı və fasiləli davam edən 10x0,4 sm ölçüdə, kənarları hamar, ətraf zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli səthi kəsilmiş yara vardır. Sağ gözətrafı yumşaq toxumalar görünən əzilmiş-cırılmış yaralar vardır (İ cild, i/v 21-27).
20. 25.10.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsindən təqdim edilmiş “DVD” diskdə 6 ədəd fotoşəkil faylı və 34 ədəd videogörüntü faylı vardır. Fotoşəkil faylları videogörüntü fayllarından kəsilmiş fotoşəkillərdir. Videogörüntü faylları isə ünvan 3 ünvanında, Zərərçəkmiş şəxs2 Mixaylovanın yaşadığı 86 nömrəli mənzilin yerləşdiyi blokun yaxınlığında, eləcə də həmin əraziyə yaxın ətrafda olan video müşahidə kameraları, habelə Təqsirləndirilən şəxs özünə məxsus evdə quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış görüntülərdir. Həmin fotoşəkillər və videogörüntülərlə tam şəkildə tanış olduqdan sonra görüntülərdəki Zərərçəkmiş şəxs2 Mixaylovanın yaşadığı blokun qarşısında Təqsirləndirilən şəxs dayanaraq həmin bloku müşahidə edən və bloka girib çıxan, başına qara rəngli dimdikli papaq (kepka) taxmış, əyninə isə qara rəngli kurtka, üzərində ağ rəngli zolaqları olan köynək və göy rəngli cins şalvar geyinmişdir. Bundan başqa, digər videogörüntülərə tam şəkildə baxdıqdan sonra müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 13:28-də ünvan 3 ünvanında, yaşadığı mənzilin yerləşdiyi blokdan çıxaraq Əcəmi metrostansiyası istiqamətində hərəkət edən və əynində ön və aşağı tərəflərində boz rəngli naxışlar olan qara rəngli rəngli uzun palto geyinmiş, başında parikə oxşar saç olan yaşlı qadın Zərərçəkmiş şəxs2dır. Biri qısa müddət davam edən 34 ədəd videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Mixaylova xx.xx.2024-cü ildə, saat 13:28-də ünvan 3 ünvanında, yaşadığı 86 nömrəli mənzilin yerləşdiyi blokdan çıxaraq üzü Əcəmi metrostansiyası istiqamətində hərəkət etmiş, həmin istiqamətdə hərəkət edərkən əlində tutduğu sellofan paketi yaxınlıqdakı zibil qabına atmış, daha sonra kameranın görüntü dairəsindən uzaqlaşmış, həmin gün saat 13:32-də isə geri qayıdaraq yaşadığı bloka daxil olmuşdur. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 13:50-də ünvan 3 ünvanında, Zərərçəkmiş şəxs2 yaşadığı mənzilin yerləşdiyi blokun qarşısına gələrək bloka girmiş, bir qədər sonra blokdan çıxmışdır. Həmin gün saat 13:59də Təqsirləndirilən şəxs yenidən bloka daxil olmuş, saat 14:01 dəqiqədə blokdan çıxmışdır. xx.xx.2024-cü ildə, saat 14:05-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı blokun qarşısından keçib üzü Memar Əcəmi metrostansiyası istiqamətində hərəkət edərək daha sonra geri qayıdıb bloku müşahidə etməyə başlamış, həmin vaxt telefonuna zəng gəldiyi üçün zəngə cavab verərək telefonla danış-danışa üzü Memar Əcəmi metrostansiyası istiqamətində hərəkət edərək kameranın görüntü dairəsindən uzaqlaşmışdır. xx.xx.2024-cü ildə, saat 14:56-də Təqsirləndirilən şəxs sağ əlində içərisində qara rəngli hansısa predmet olan şəffaf rəngli sellofan paket tutmuş halda Zərərçəkmiş şəxs2 yaşadığı blokun qarşısına gələrək bloka girmiş, həmin gün saat 14:59-da blokdan çıxmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 15:12-də yenidən əlində tutuduğu sellofan paketlə Zərərçəkmiş şəxs2 yaşadığı blokun qarşısına gələrək bloka girmiş, həmin gün saat 15:49-da başında yaşıl rəngli papaqla blokdan çıxıb Memar Əcəmi metrostansiyasına əks istiqamətində hərəkət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində hər hansı əşya, predmet və sair olmamışdır. Nəsimi rayonu ərazisində yerləşən Aplus adlı marketin yaxınlığında yerləşən videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs həmin ərazidən keçərkən başında yaşıl rəngli papaq olmuşdur. Bundan başqa, sonuncunun yaşadığı evdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 17:49-da başında yaşıl rəngli papaqla yaşadığı evə gəlmiş, həmin gün saat 18:13-də başında qara rəngli papaq, əynində qara rəngli şalvar və qara rəngli kurtka evdən çıxmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə günü Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olarkən özünə məxsus qara rəngli papağın başında olduğunu və hadisə zamanı isə həmin papağın başından yerə düşdüyünü, evdən çıxarkən isə həmin evdən yaşıl rəngli papağı götürüb başına qoyduğunu bildirmişdir (İ cild, i/v 140-145).
21. 25.10.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerində Təqsirləndirilən şəxs evin girişindən solda yerləşən otaqda yerdə dağınıq formada olan əşyalar arasından bir ədəd qara rəngli papağı (kepka) götürüb həmin papağın ona məxsus olduğunu, hadisə günü həmin evə daxil olarkən papağın başında olduğunu və hadisə zamanı başından yerə düşdüyünü bildirmiş, Təqsirləndirilən şəxs göstərdiyi papağı hansı əlamətinə görə tanıması soruşulduqda o, papağın axra tərəfində, onun ölçüsünü tənzimləmək üçün nəzərdə tutulmuş hissənin əvvəllər söküldüyünü və həmin yeri özü sarı rənglə yenidən tikdiyini bildirmişdir. Həmin papağın qeyd edilən hissəsinə baxış keçirilərkən həmin hissənin sonradan sarı rəngli sapla tikildiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin yerdə döşəmədə, otaqdakı divanın altına tərəf hissədə olan əşyalar arasından axtarıb tapdığı bir ədəd bozumtul-gümüşü rəngli bıçağı götürüb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhz həmin bıçaqla xəsarət yetirdiyini bildirmiş, həmçinin, həmin yerdə döşəmədə, əşyalar arasından axtarıb tapdığı, içərisində təzə corablar olan ağ rəngli sellofan paketi götürüb həmin sellofanı da özü ilə mənzilə gətirdiyini və hadisədən sonra isə həyacanlı olduğu üçün aparmağı unutduğunu, habelə həmin yerdə döşəmədə, əşyalar arasından axtarıb tapdığı bir ədəd çəliyə oxşar taxta parçasını götürüb məhz həmin taxta parçası ilə Zərərçəkmiş şəxs1 onun sağ əlinə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hadisə yerində götürüb göstərdiyi bir ədəd qara rəngli papağın çöl və içəri səthində, bıçağın demək olar ki, bütün səthində və içərisində təzə corablar olan sellofan paketin isə çöl tərəfində qanaoxşar ləkələr müşahidə edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs hadisə yerində götürüb göstərdiyi bir ədəd qara rəngli papaq, bir ədəd bıçaq, içərisində təzə corablar olan bir ədəd sellofan peket və bir ədəd çəliyə oxşar taxta parçası müvafiq qaydada götürülmüşdür (İ cild, i/v 146-155).
22. 31.10.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 12S” mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, telefonun üzərində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Mobil telefonun kontaktlar bölməsində daxil olduqda Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin “İra Xanlm” adı ilə, ***-***-**-** mobil telefon nömrəsinin “Etibar Qardas” adı ilə telefonun yaddaşına qeyd edildiyi müəyyən edilmişdir. “Telefon” bölməsinə baxış zamanı xx.xx.2024-cü ildə, saat 14:46-dan etibarən telefonun yaddaşına “Qonşu təzə” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsindən daxil olmuş zəng zamanı 01 dəqiqə 07 saniyə müddətində telefon danışığı qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, “Telefon” bölməsinə baxış zamanı telefonun yaddaşına “Çingiz” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2024-cü ildə, saat 12:52, 13:06 və 14:21 dəqiqələrdə telefon danışığı qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, telefonun yaddaşına “Çingiz” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2024-cü ildə, saat 09:01 və 09:06 dəqiqələrdə telefon danışığı qeydə alınmışdır. Telefonda olan “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin həmin proqramda qeydiyyatdan keçirildiyi və müxtəlif mobil nömrələrlə yazışmalar qeydə alındığı müəyyən edilmişdir. “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin proqramda qeydiyyatdan keçirilmiş ***-***-**-** telefon nömrəsi ilə yazışmalar aparıldığı mobil nömrələr arasında həmçinin telefonun yaddaşına “İra Xanlm” adı ilə qeyd edilmiş, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin də olduğu, lakin həmin nömrə ilə yazışmada müddətli mesajlar funksiyası işə salındığı üçün qeyd edilən nömrə ilə olan yazışmaların silindiyi, habelə həmin nömrənin sonradan blok edildiyi müəyyən edilmişdir (İ cild, i/v 189-193).
23. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla hadisə yerində olan qanaoxşar ləkədən bir ədəd qanaoxşar nümunə, üzərində qanaoxşar ləkə olan iki ədəd bıçaq, mənzilin giriş qapısının çöl tərəfindən götürülmüş 04 ədəd, meyitlərin aşkar edildiyi otağın giriş qapısının çöl tərəfindən aşkar edilərək götürülmüş 03 ədəd əlbarmaq izi nümunəsi, İce Coffe adlı içkinin boş qabı və onun üzərində aşkar edilmiş 05 ədəd əl-barmaq izi nümunəsi, Zərərçəkmiş şəxs1 meyitinin əynində olmuş göy rəngli qolsuz jilet, çəhrayı-qırmızı-yaşıl rəngli uzunqol sviter, qara rəngli uzunqol köynək, göy rəngli idman şalvarı, qəhvəyi-yaşıl çalarlı kişi alt tumanı və tünd göy rəngli corablar, Zərərçəkmiş şəxs1 məxsus **********070 nömrəli sosial sığorta şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 Mixaylovaya məxsus şəxsiyyət vəsiqəsi, Zərərçəkmiş şəxs1 və Lyudmila Mixaylovnaya məxsus ümumvətəndaş pasportları, İftıkhar Abdullayevin adına olan Kapital Bank-dan alınmış 4169-7385-4328-5229 nömrəli plastik bank kartı, Zərərçəkmiş şəxs2 meyitinin əynində olmuş qara-yaşıl-qırmızı zolaqları olan qolsuz gödəkçə, qara rəngli uzunqol jaket, qırmızı-sarı rəngli rəngli uzunqol jaket, açıq qəhvəyi rəngli büstqalter, yaşıl rəngli qadın alt tumanı, qara rəngli kalqotka, tünd göy rəngli bir cüt ayaqqabı, Şahid1 təqdim etdiyi bir ədəd cins şalvar, bir ədəd kurtka, bir ədəd yaşıl rəngli papaq (kepka), Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli papaq, bir ədəd bıçaq, içərisində təzə corablar olan bir ədəd sellofan paket və bir ədəd çəliyə oxşar taxta parçası, sonuncudan götürülmüş bioloji nümunələr, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş bioloji nümunələr, meyitin boynunda olmuş sarı rəngli materialdan olan boyunbağı, sağ əlin İİİ barmağında olan gümüşü rəngli üzük və “smart” tipli qol saatı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 12S” markalı mobil telefon, 02 ədəd CD və 04 ədəd DVD disklər, 01 ədəd fləşkart maddi sübut qismində tanınaraq saxlanılması üçün Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (İV cild, i/v 146-195).
24. 31.10.2024-cü il tarixli qərardadan görünür ki, Rubinçik (Tkaç) İrena İosif qızı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Zusyevin hüquqi varisi qismində tanınmışdır ( İ cild, i/v 203).
25. 31.10.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Rubinçik (Tkaç) İrena İosif qızı mülki iddiaçı qismində tanınmışdır (İ cild, i/v 238).
26. 25.11.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır ( İİ cild, i/v 171).
27. 73615495 nömrəli qəbzdən görünür ki, mülki iddia üçün nəzərdə tutulmuş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumu zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ödənilmişdir.
28. Mülki iddiaçı Rubinçik (Tkaç) İrena İosif qızının məhkəmə iclasında həcmini artırmaqla təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılarkən törətdiyi cinayətlər nəticəsində vurduğu 50.810 (əlli min səkkiz yüz on) manat məbləğində ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
29. xx.xx.2024-cü il tarixli, 5(006)-994/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan, xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən və orta bazar dəyəri 23.520 (iyirmi üç min beş yüz iiyirmi) manat olan mənzilin və xx.xx.2024-cü il tarixli etibarnamə ilə Təqsirləndirilən şəxs faktiki sahibliyində olan, 2014-cü il buraxılışlı, **-EU- *** dövlət qeydiyyat nişanlı “Volkswagen Amarok minik, Pikap” marka və modelli, orta bazar dəyəri 50.000 (əlli min) manat təşkil edən avtomobilin üzərinə həbs qoyulmuşdur (İV cild, i/v 41-42).
30. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında xx.xx.2015-ci il tarixli Sərəncamdan görünür ki, Zərərçəkmiş şəxs2 “Əməkdar müəllim" fəxri adı verilmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
31. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evinə xırdavat almaq, həmçinin telefonunun ekranını düzəltdirmək üçün 3-cü mikrorayon dairəsi bazarına getmişdir. Orada əvvəllər tanımadığı bir nəfər yaşlı kişi və bir nəfər yaşlı qadın dayandığı yerə gəlib evlərində partlamış kanalizasiya borusunu təmir etmək üçün usta lazım olduğunu bildirmişlər. O, santexnik işlədiyi üçün onlara evlərində partlayan kanalizasiya borusunu təmir edə biləcəyini bildirmişdir. Bundan sonra onların evinə gedib kanalizasiya borusunu təmir etmişdir. Həmin şəxslərlə tanışlığı belə yaranmışdır. Sonradan tez-tez onların işini görmüşdür. xx.xx.2024-cü ildə xidmət haqqını almaq üçün Lyudmila xanımın evinə getmişdir. Onun Lyudmila və ərini öldürmək niyyəti olmamış, sonuncuların Əri Edik də evdə olmuşdur. O, Edikə Eldar deyirmiş. Eldar onu xoşlamamış və həmçinin sonuncunun yaddaşı zəif olmuşdur. Qadınla isə münasibəti yaxşı olmuşdur. O, qapını döydükdən sonra Eldar qapını açmış və içəri girmişdir. Eldar ondan evi tərk etməyi tələb etmişdir. Bu zaman qadın araya girmiş, Eldar evdən ütünü götürüb ona vurmaq istəyərkən o, əlini qabağa vermiş və ütü əlinə dəymişdir. Daha sonra Eldar bıçaq götürüb onun üstünə gəlmişdir. O, bıçağı əlindən alıb üzünə vurmaq istəyərkən qadın onun qolunu çəkmiş, həmin vaxt onun əlində olan bıçaq Eldarın boğazına girmişdir. Bıçaqla 1 dəfə Eldarı vurmuş və sonuncuya başqa xəsarət yetirməmişdir. Daha sonra qadın onun qolunu çəkərkən yıxılmış və bıçaq sonuncunun da boğazına girmişdir. Ondan sonra baş verənləri isə xatırlamır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, təxminən 2021-ci ildən ünvan 1 ünvanında həyətyanı torpaq sahəsi alaraq orada ev tikmiş və həmin vaxtdan orada yaşamışdır. O, evlərdə santexnik işləmişdir. Əvvəllər 3-cü Alatava qəsəbəsi (Papalin) və 3cü mikrorayon dairəsi ətrafında fərdi yaşayış evlərində santexnik kimi işlər görmüş, Binəqədi qəsəbəsinə köçdükdən sonra həmin qəsəbədə yerləşən evlərdə də santexnik kimi işləmişdir. Bundan başqa yaşadığı qəsəbədə iş olmayan vaxtlarda 3-cü mikrorayon dairəsi ətrafına gedərək orada təmir işləri gördürmək istəyən müştərilər gözləmiş, eləcə də tez-tez xırdavat almaq üçün də 3-cü mikrorayon dairəsi bazarına getmişdir. Təxminən 2022-ci ilin yay aylarında 3-cü mikrorayon dairəsi bazarında olduğu vaxt əvvəllər tanımadığı bir nəfər yaşlı kişi və bir nəfər yaşlı qadın dayandığı yerə gəlib orada evlərində partlamış kanalizasiya borusunu təmir etmək üçün usta lazım olduğunu bildirmişlər. Həmin kişi və qadın rus dilli olmuş, azərbaycan dilində çətinliklə danışmışlar. O da usta lazım olduğunu eşidib onlara yaxınlaşıb evlərində partlayan kanalizasiya borusunu təmir edə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra onlarla birlikdə onların yaşadığı, Əcəmi metrosunun yaxınlığında yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilinə getmişdir. O, həmin mənzildə evin giriş qapısı ilə üzbəüz yerləşən mətbəxdəki əl-üz yuyanın altındakı kanalizasiya borusunu təmir etmişdir. Həmin mənzildə evin girişi ilə üzbəüz hamam otağı yerləşmişdir. Hamamdan isə mətbəxə keçmək üçün qapı olmuşdur. O, kanalizasiya borusunu təmir etdikdən sonra qadın ona xidmət haqqı olaraq 35 manat məbləğində pul vermişdir. Qadın onun istifadəsində olan nömrəsini istəyib nəsə iş gördürmək lazım olduqda onunla əlaqə saxlayacağını bildirmişdir. O da buna görə həmin qadına istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O, son vaxtlar ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrini istifadə etmişdir. O, həmin rus dilli qadının evində iş gördüyü vaxtdan təxminən 2-3 ay keçdikdən sonra həmin qadın xatırlamadığı nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə whatsapp proqramı vasitəsilə səsli mesaj göndərərək onun evində paltaryuyan maşını təmir etmək lazım olduğunu bildirmişdir. Həmin qadın ona göndərdiyi səsli mesajda 4-cü mərtəbədə yerləşən evdə əri ilə birlikdə yaşayan qadın olduğunu deyərək evin yerinidə bildirmişdir. Buna görə də o, onu xatırlamışdır. O, daha sonra onların evinə gedərək paltaryuyan maşını təmir etmişdir. Həmin qadın özü ona adının İra olduğunu bildirmişdir. Kişi ona öz adını deməmişdir, o da ondan adını soruşmamışdır. Lakin İra ərini “Edik” deyə çağırmışdır. O da həmin kişinin adının Eldar olduğunu düşünmüşdür. O, qadını İra, kişini isə Eldar adı ilə çağırmışdır. Həmin vaxtdan sonra da İra adı ilə çağırdığı qadın ona bəzən adi zəng etmiş, bəzən isə Whatsapp proqramı vasitəsilə ona yazaraq evində təmir işləri görməsi üçün yaşadığı evə çağırmışdır. O, həmin qadının adını telefonuna “İra” adı ilə qeyd etmişdir. Qadın hər dəfə ona zəng etdikdən sonra o da onun yaşadığı evə gedib təmir işləri görmüşdür. İra adı ilə tanıdığı qadın özünün müəllim olduğunu demiş, lakin, nə müəllimi olduğunu deməmişdir. Qadın bundan başqa, qızlarının xarici ölkədə yaşadığını demiş, lakin hansı ölkədə yaşadığını deməmişdir. Sonradan İra adı ilə tanıdığı qadının əsl adının Lyudmila, onun ərinin adının isə İosif olduğunu öyrənmişdir. 2024-cü ilin əvvəllərində qadın yenidən onu yaşadığı evdə olan zibilləri yığmaq və evdəki stolu düzəltməsi üçün yaşadığı evə çağırmış və o da buna görə onların yaşadığı evə getmişdir. Həmin vaxt İra və onun əri evdə olmuşdur. O həmin gün evdəki zibilləri torbala yığıb aşağı daşımışdır. O, zibilləri təmizləyərkən evdə, girişdən soldakı otaqda, otağın giriş qapısından qoyulmuş divanla ondan bir qədər sağda yerləşən şkaf arasında, yerdə tünd rəngli sellofan paketdə pul olduğunu görmüşdür. O, sellofanda pul olduğunu görüb həmin pulu Lyudmila və onun ərindən xəbərsiz götürmək qərarına gəlmişdir. O, içərisində pul olan həmin sellofan paketi yığdığı zibillərin arasında gizlətmiş, həmin gün işlərii yekunlaşdırıb evdən gedərkən isə zibillərin arasında evdən çıxarmış, daha sonra isə içərisində pul olan sellofan paketi əynindəki üst geyimin altında gizlədib özü ilə aparmışdır. O, içərisində pul olan sellofan paketi zibillərin arasında evdən çıxardığı üçün Lyudmila və onun ərinin onun pulları aparmasından xəbəri olmamışdır. O, Lyudmilaya məxsus evdə sellofanın içərisində nə qədər pul olmasına baxmamışdır. O, həmin sellofanı yaşadığı evə aparıb içərisində olan pula baxmış, həmin sellofanda təxminən 17.000 ABŞ dolları, təxminən 5.000-10.000 Azərbaycan manatı və dəqiq bilmədiyim məbləğdə Avro adlanan pul əsginasları olmuşdur. O, Lyudmilaya məxsus evdən pul oğurlaması barədə ailə üzvlərinə, eləcə də başqa hər hansı şəxsə məlumat verməmişdir. O, həmin pulu yaşadığı evin həyətində torpağı qazıb orada gizlətmiş və üzərini torpaqla örtmüşdür. O, pulu götürdüyü vaxtdan təxminən 2-3 gün sonra Lyudmila ona zəng edərək onunla işi olduğunu deyib yaşadığı evə çağırmışdır. Qeyd etmişdir ki, Lyudmila ona zəng edərkən onunla nə işi olduğunu deməmişdir. O da Lyudmilanın ola bilsin ki evindəki pulun oğurlanmasından məlumatlı olduğunu və bəlkə də ondan şübhələndiyini düşünmüşdür. Qeyd etmişdir ki, o, bir neçə dəfə Lyudmilaya məxsus evdə olmuşdur. Lyudmila zəng etdikdən sonra onun zəng etməsinin səbəbini dəqiqləşdirmək üçün onun yaşadığı evə getmişdir. Lyudmila həmin vaxt özünə məxsus evdə sellofanda olan təxminən 50.000 (əlli) min manat pulu onun oğurladığını və həmin pulunu geri qaytarmasını bildirmişdir. Lyudmila oğurladığı pulun məbləğini konkret deməmişdir, o həmin pulun təxminən 50000 manat olduğunu bildirmişdir. Buna görə də Lyudmilanın da pulun məbləğini konkret olaraq bilmədiyini düşünmüşdür. O isə Lyudmilaya onun evindən pul oğurladığını boyun almayıb onun evindən hər hansı məbləğdə pul oğurlamadığını, ümumiyyətlə onun evində pul olması barədə məlumatı olmadığını bildirmişdir. Sonuncu israr edərək pulunu onun götürdüyü deyib pulu qaytarmayacağı halda barəsində polisə şikayət edəcəyini demişdir. Həmin vaxt Lyudmilanın əri evdə digər otaqda olmuşdur. Lyudmilanın əri ona pul barədə heç nə deməmişdir. Lyudmilanın bu sözlərindən sonra o, onun evindən hər hansı məbləğdə pul götürmədiyini deyib oradan çıxıb getmişdir. Həmin gündən sonra o, evinin həyətində gizlətdiyi pulu çıxarıb dollar və avro valyutasında olan pulu azərbaycan manatına dəyişmişdir. Pulu dəyişdikdən sonra bilmişdir ki, Lyudmilanın evindən oğurladığı pulun məbləği 50.300 (əlli min üç yüz) manatdır. Pulu dəyişdikdən sonra ümumilikdə 50.300 manat pulu yenidən həyətdə gizlətmişdir. Lyudmila həmin vaxtdan sonra aradabir ona səsli mesaj göndərərək onun pulunu geri qaytarmasını bildirmişdir. O isə hər dəfə ona onun evindən pul oğurlamadığını bildirmişdir. Həmin ərəfədə o, tanışı Şahid5 Sulutəpə qəsəbəsində tikdiyi həyət evində müəyyən işlər görmüşdür. Etibara məxsus evdə iş gördüyü vaxt sonuncu ona maddi imkanı çatmadığı üçün evi tikib başa çatdıra bilmədiyini bildirmişdir. O da həmin vaxt sonuncuya özündə 50.000 (əlli min) manat pul olduğunu deyib həmin pulu ona borc verə biləcəyini bildirmişdir. Etibar həmin məbləğdə pulun onda hardan olduğunu soruşmuşdur. O isə Etibara həmin pulu işləyib yığdığını bildirmişdir. O, Etibarı uzun illər əvvəldən tanımışdır. Etibarın Salyan rayonunda Ulduz adlı kafesi olmuşdur. O, Salyan rayonunda yaşadığı müddətdə Ulduz kafedə çayçı və qarovulçu işləmişdir. Etibarın dediyinə görə o, Prezident Aparatında işləmişdir. Etibar pula ehtiyacı olduğunu bildirəndə o, fikirləşmişdir ki, evdən oğurladığı pulu ona borc verər və sonradan Etibar borcu qaytardıqda isə həmin pulu Etibarın evində gördüyü işin qarşılığında sonuncunun ona verdiyini ailə üzvlərinə deyər və beləcə heç kim onun həmin pulu haradan əldə etməsindən, eləcə də hansısa cinayət nəticəsində əldə etdiyindən şübhələnməzdi. Bundan başqa, həm də fikirləşmişdir ki, Etibardan pulu aldıqdan sonra hansısa daşınar və ya daşınmaz əmlak alar. Həmçinin bildirmişdir ki, əgər o, oğurladığı puldan istifadə etsəydi, onda bir-birə həmin məbləğdə pul olmasından ailə üzvləri, eləcə də tanışları şübhələnərdilər. Buna görə də oğurladığı pulu Etibara borc verməyi qərara almışdır. Onun təklifindən sonra Etibar sözlərinə inanıb ona 20.000 manat borc verməsini, özünə məxsus başqa evi satdığa qoyduğunu, evi satılan kimi borcunu qaytaracağını bildirmişdir. O da buna görə görə həmin gündən bir nüçə gün sonra özünə məxsus evin həyətində gizlətdiyi 50.300 manat pulun 20.000 manatını götürüb Etibarın yeni tikdiyi evə getmiş və orada pulu Etibara vermişdir. 20.000 manatı Etibara təklikdə vermiş, həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Lakin, Etibara 20.000 manat pul verdiyi tarix yadında qalmamışdır. Həmin gündən təxminən 15 gün sonra Etibar ona qalan 30.000 manat pulu da ona verməsini, satmaq istədiyi evi satdıqdan sonra borcunu tam şəkildə qaytaracağını bildirmişdir. O da buna görə oğurladığı puldan qalan 30.300 (otuz min üç yüz) manat pulun 30.000 (otuz min) manatını gizlətdiyi yerdən götürüb Etibarın yeni tikdiyi evə getmiş və orada pulu Etibara vermişdir. 30.000 manatı Etibara təklikdə vermiş, həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Lakin, Etibara 30.000 manat pul verdiyi tarix yadında qalmamışdır. O, Etibara ona borc verməsi barədə heç kimə məlumat verməməsini demişdir. Etibara borc verməsi barədə ailə üzvlərinə də məlumat verməmişdir. O, oğurladığı puldan qalan 300 manatı isə şəxsi ehtiyaclarıma xərcləmişdir. Etibara borc verdiyim vaxtdan bir neçə ay keçsə də Etibar evinin satılmadığını deyib onun borcunu qaytarmamışdır. O da buna görə Etibara pulunu geri qaytarmasını demişdir. O, tələb etdiyi üçün Etibar əvvəlcə ona 12000 manat pul qaytarmışdır. Lakin, Etibarın ona 12000 manat pulu konkret olaraq hansı tarixdə qaytardığı yadında qalmamışdır. Daha sonra Etibar ona borcunun qarşılığında özünə məxsus **-EU- *** dövlət qeydiyyat nişanlı, Wolksvagen Amaroc markalı, pikap deyilən avtomobili verməyi təklif edib bununla borcu tam şəkildə bağlamaq istədiyini və maddi imkanı olmadığı üçün əlavə heç nə verməyəcəyini demişdir. Etibarın dediyinə görə maşının qiyməti 27000- 28000 manat olmuşdur. O da Etibarla razılaşmışdır. Etibar avtomobili baş etibarnamə ilə ona vermiş, o da daha sonra oğlu Məhəmmədə sürmək üçün etibarnamə vermişdir. O, həmin avtomobili sonradan satmaq istədikdə onun Etibarın dediyi qiymətə olmadığını görmüşdür. O da Etibara maşının dəyərinin az olduğunu, buna görə də ona əlavə pul da verməli olduğunu demişdir. Etibar da təxminən 2024-cü ilin sentyabr ayında ona əlavə 5000 manat da pul vermişdir. Həmin vaxtdan sonra Etibar ona pul verməmişdir və o da ondan pul istəməmişdir. O, eləcə də ifadəsində göstərmişdir ki, Lyudmila sonuncu dəfə 2024-cü ilin avqust və ya sentyabr ayında yenidən ona səsli mesaj göndərərək onun pulunu qayarmasını, əks halda barəsində şikayət edəcəyini, hətta bunun üçün advokat tutduğunu bildirmişdir. O yenə də onun evindən pul oğurlamadığını demişdir. Lyudmilanın sonuncu dəfə ona səs göndərməsindən sonra o, Lyudmila və onun ərinin onun oğurluq etməsi ilə bağlı şikayət etməmələri üçün onları öldürmək qərarına gəlmişdir. Lakin, bunu nə vaxt etməyi dəqiqləşdirməmişdir. O, 21 oktyabr 2024-cü il tarixdə, səhər yuxudan oyandıqdan sonra araq içmək istədiyi üçün yaşadığı evin yaxınlığında yerləşən ərzaq mağazasına gedərək yarımlitrlik şüşədə araq alıb yaşadığı evə gəlmişdir. O, aradabir spirtli içki qəbul etmişdir. O, içki içəndə özünü idarə edə bilmədiyi üçün ailə üzvləri onun spirtli içki içməsinə qarşı olmuşlar. Buna görə də o, onlardan gizli olaraq araq içmişdir. O, 21 oktyabr 2024-cü il tarixdə səhər araq aldıqdan sonra evinin qarşısına gəlib həmin araq şüşəsi başına çəkərək içində olan bütün arağı içmiş, şüşəni isə evin yaxınlığında yerləşən açıqlıq sahəyə atmışdır. Daha sonra o, Lyudmila və onun ərini barəsində şikayət etməmələri üçün öldürmək qərarına gələrək bu məqsədlə yaşadığı evdən çıxmış, eləcə də evə qayıdarkən yaşadığı evin hamam otağında krant və duş üçün sep almaq istəmişdir. O evdən çıxdıqdan sonra Əcəmi Metrostansiyasının yaxınlığında, 3-cü mikrorayon adlanan əraziyə, Lyudmilanın qaldığı evin qarşısına getmişdir. Həmin gün güclü yağış yağmışdır. O, 21 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Lyudmilanın yaşadığı bloka daxil olub 4-cü mərtəbəyə qalxıb onun qaldığı mənzilin qapısını döymüş, lakin o, qapını açmamış, eləcə də içəridən səs verməmişdir. O, Lyudmilanın qapını açmadığını görüb aşağı düşmüş və blokun qarşısında gözləmişdir. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Lyudmilanın yaşadığı blokdan həyətə düşüb Əcəmi metro stansiyasına tərəf getdiyini görmüşdür. O, Lyudmilanı görüb onu izləməyi, o yaşadığı evə qalxdıqdan sonra isə onun ardınca gedib onu və ərini öldürməyi planlaşdırmışdır. Lyudmila təxminən yaşadığı blokdan 300-400 metr aralıda olan meyvə-tərəvəz mağazasına gedib orada alış-veriş etməyə başlamışdır. Həmin gün yağış yağdığı üçün ayaqqabısı və corabları islanmışdır. O da buna görə Lyudmila alışverişi quratarana qədər ayağına geyindiyi corabları dəyişmək üçün corab almaq qərarına gəlmiş və buna görə də yaxınlıqda yerləşən özbək bazarı deyilən yerdə yerləşən geyim mağazasına gedib özünə 11 manatlıq corab almışdır. Lyudmila alış-veriş etdikdən sonra öz yaşadığı mənzilə tərəf getmişdir. O da onun ardınca onun yaşadığı bloka tərəf getmişdir. Həmin qadın əyninə qara rəngli paltar geyinmiş, başına ağ rəngli şal bağlamış, ayağında da qara rəngli ayaqqabı olmuşdur. Ayaqqabının hündür və ya qısa daban olması dəqiq yadımda qalmamışdır, lakin, fikrincə ayaqqabı qısa daban olmuşdur. Lyudmila mağazadan aldığı məhsulları sellofan torbada əlində tutub yaşadığı bloka girib asta addımlarla qaldığı mənzilə qalxmışdır. Lyudmila əlindəki sellofanın içərisində nə olduğunu bilməmişdir. O da blokun qarşısında dayanıb onun yuxarı çıxmasını gözləmişdir. Lyudmila yaşlı qadın olduğu üçün onun gec yuxarı qalxacağını fikirləşib onun qaldığı mənzilə çıxmasını gözləmişdir. Lyudmila qalxdıqdan sonra o da bloka daxil olub onun yaşadığı mənzilin yerləşdiyi 4-cü mərtəbəyə qalxmışdır. Lyudmila artıq yaşadığı mənzilə daxil olub qapını örtmüşdür. O Lyudmilanın yaşadığı mənzilin qapısını döysə də o və ya onun əri cavab vermədiyi üçün o, bir qədər gözləyib aşağı düşmüşdür. Lakin, həmin vaxt o, onları səsli çağırmamışdır. Bir neçə dəfə bloka qalxıb qapını döysə də açmadığı üçün yenidən aşağı düşüb yuxarı qalxmışdır. Sonuncu dəfə isə yuxarı qalxıb qapını döyməyi, açmadığı halda qapını ayağı ilə vurub açaraq içəri daxil olmağı qərara almışdır və həmin gün saat 15 radələrində, təxminən saat 3 və ya 4-ə işləmiş o, yenidən yuxarı qalxıb Lyudmila yaşadığı mənzilin qapısını döymüşdür. Həmin vaxt içəridən hərəkət səsləri eşidib Lyudmilanın qapıya yaxınlaşaraq qapının gözlüyündən baxaraq qapını döyən şəxsin o, olduğunu bildikdən sonra qapını açmaq istəməyə biləcəyini, hətta polisə və ya kiməsə məlumat verə biləcəyini düşünmüşdür. Həmin vaxt xatırlamışdır ki, İra oğurladığı pulu qaytarmasını dediyi vaxtlarda pulu evə deyil banka və ya başqa yerə gətirməsini, lakin onun evinə gəlməməsini demişdir. Buna görə də qapını döydükdən sonra hərəkət səsləri eşlidib aşağı mərtəbəyə düşərək gizlənmək, daha sonra yenidən yuxarı qalxmaq qərarına gəlmiş və 3-cü mərtəbəyə düşmüşdür. Həmin vaxt Lyudmilanın yaşadığı evin qapısının açıldığını, bir neçə saniyə sonra isə bağlandığını eşitmişdir. O da cəld yuxarı qalxıb Lyudmilanın qapının kilidini bağlamamış içəri daxil olmağı qərara almışdır. Yuxarı qalxıb mənzilin giriş qapısının dəstəyindən tutub qapını açaraq mənzilə daxil olmuşdur. O, içəri girən kimi üzbəüz yerləşən işığı yanan hamam otağında Lyudmilanın əri İosif onu görüb uca səslə “sən niyə bura gəlmisən, bizim pulumuzu qaytar” demişdir. O isə ona onların evindən pul götürmədiyini bildirib onun üzərinə getmişdir. Lakin, həmin kişi hamam otağının girişindən çəliyin bir hissəsi olan taxta götürüb onu vurmaq istəmişdir. O, kişiyə mane olmaq üçün əlini qabağa verdikdə yaşlı kişi əlindəki predmetlə sağ əlimə vurmuşdur. Həmin kişinin sağ əlinə vurması nəticəsində o, həmin nahiyəsindən xəsarət almışdır. O, daha sonra cəld tərpənib kişinin əlindəki predmeti əlindən alıb yerə atmış, daha sonra sol yumruğu ilə onun üzünə bir neçə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt sol tərəfdəki otaqdan Lyudmila ona tərəf gəlmişdir. Lakin, o, Lyudmilanı da sol əli ilə yumruqla vurub arxaya itələməmiş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Daha sonra Lyudmilanın ərini də onunla əlbəyaxa olaraq evin girişindən soldakı otağa aparıb ona sol əli ilə bir neçə yumruq zərbəsi vurub onu da yerə yıxmışdır. Bu vaxt Lyudmila ayağa qalxmış, lakin onun sifət nahiyəsinə yenidən bir dəfə yumruq zərbəsi vurub yerə yıxmış və zərbənin təsirindən Lyudmila müqavimət göstərməyi tam dayandırmışdır. Həmin vaxt Lyudmila, sonra isə əri qışqırmağa başlamışdır. O, onların səsinə qonşu və ya başqa şəxslərin gələcəyini düşünüb cəld şəkildə otaqda, girişdən sağ tərəfdə divanın aşağı tərəfində yerləşən stolun üzərində olan tiyəsi və dəstəyi gümüşü rəngli olan bıçağı sol əlinə götürüb ilk öncə yerdə uzanmış vəziyyətdə olan İosifin boyun nahiyəsinə 3-4 bıçaq zərbəsi vurmuşdur. Həmin zərbələrdən sonra İosifin səsi kəsilmişdir. Daha sonra sol əlindəki bıçaqla Lyudmilanın boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi vurmuşdur. O, solaxay deyil, lakin sağ əli ağrıdığı üçün o, həmin əli ilə bıçağı tuta bilməmişdir. Lyudmilaya da 3-4 bıçaq zərbəsi vurduqdan sonra onun da səsi gəlməmişdir. O bundan sonra onları yerdə uzanmış vəziyyətdə qoyub bıçağı yerə atmışdır. Daha sonra Lyudmilanın otağın girişindən sağ tərəfdə yerləşən divanın üzərinə qoyduğu qara rəngli pul qabını götürüb onun içərisinə baxmışdır. O, pul qabının içərisində pul olduğunu görüb bütün pulu götürüb cibinə qoymuşdur. Həmin vaxt həyəcanlı olduğu üçün daha evdə, eləcə də meyitin üzərinə pul və sair qiymətli əşya olmasına baxmamışdır. O daha sonra əynindəki üzərində qırmızımtıl və ağ haşiyələri olan uzunqol köynəyi islandığı üçün onu əynindən çıxarıb daha sonra yenidən kurtkasını geyinmişdir. O, uzunqol köynəyin altından da polver geyinmişdir. Bundan başqa, həmin evə gələrkən, eləcə də hadisəni törədərkən başında olmuş özünə məxsus kepkanı evdə köynəyini çıxardarkən yerə atmışdır. Lakin, sonradan axtarsa da öz kepkasını tapa bilməmişdir. O, həmin otaqdan çıxarkən otaqdakı divanın üzərində olan əşyaları, eləcə də ətrafda olan digər əşyaları Lyudmila və onun ərinin üzərinə atmışdır ki, otağa daxil olduqda ilk baxışda onların orada olması bilinməsin. Qeyd etmişdir ki, otaq əvvəldən də dağınıq vəziyyətdə olmuşdur. O da otaqda olan əşyaları otağın ortasında olan Lyudmila və onun ərinin meyiti üzərinə yığmışdır. Bundan başqa, otaqdan çıxarkən divanın üzərindəki örtüyü də onların üzərinə çəkmişdir. Daha sonra evin girişinə gəlib girişdə olan yaşıl rəngli kepkanı götürüb başına taxmış və daha sonra evin qapısını örtüb mənzildən çıxmışdır. Fikrincə həmin yaşıl rəngli kepka İosifə məxsus olmuşdur. O, Lyudmilanın evindən çıxdıqdan sonra blokdan çıxıb qarşı tərəfdə özünə gəlmək üçün bir neçə dəqiqə dayanmışdır. Həmin vaxt arvadı Rəsmiyə ona zəng edərək harada olduğumu soruşub evə niyə gecə gəldiyini bildirmişdir. O isə ona 3-ün bazarında olduğunu bildirib evə gələcəyini bildirmişdir. Daha sonra xırdavat mağazasına gedərək özünə məxsus pulla krant və duş üçün sep alıb yaşadığı evə getmişdir. Qeyd etmişdir ki, o, yaşadığı evə getdikdən sonra qadının pul qabından götürdüyü pulları saydıqda onun 501 (beş yüz bir) Azərbaycan manatı və 5 (beş) avro məbləğində pul olduğunu görmüşdür. Daha sonra kurtkası, şalvarı və ayaqqabısı islandığı üçün o, onları yaşadığı evdə dəyişib Salyan rayonuna getmişdir. Həmin vaxt yaşadığı evdə qızı Gülbəniz və oğlu Məhəmməd olmuşdur. O onlara, eləcə də başqa hər hansı şəxsə törətdiyi cinayət hadiısi barədə məlumat verməmiş, habelə evdən çıxarkən də oğlu və qızına hara getdiyini deməmişdir. O, gizlənmək məqsədilə paltarını dəyişib evdən çıxıb Binəqədi qəsəbəsinin mərkəzinə, oradan isə sürücüsünü tanımadığı və dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobili ilə Salyan rayonu, Aşağı Kürkəd kəndində yerləşən özünə məxsus evə getmişdir. Kürkənd kəndindəki evi uzun müddət idi ki, istifadəsiz olmuşdur. O, Salyan rayonuna gedərkən özünə məxsus Redmi Note 12S markalı telefonu da evdə qoymuşdur. Düşünmüşdür ki, telefonu yanında olsa olduğu yer müəyyən olunar. 23 oktyabr 2024-cü il tarixdə, saat 09-10 radələrində Nəsimi RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin evdən götürdüyü 501 manat puldan az miqdarda xərcləmiş və cibində 472 manat və 5 avro pul qalmışdır. Həmin pulu da istintaqa təqdim etmişdir. Hadisə zamanı əynində tünd-göy rəngli cins şalvar, qara rəngli ayaqqabı, qara rəngli kurtka və üzərində qırmızı və ağ haşiyələri olan uzunqol köynək olmuşdur. Köynəyi isə hadisə yerində əynindən çıxarmışdır, köynəyin altından da polver geyinmiş, köynəyi çıxardıqdan sonra əynində polver qalmışdır. O, Lyudmilanın qaldığı mənzilə qalxarkən bazardan aldığı corabı da əlində aparmışdır. Lakin, hadisəni törətdikdən sonra evdən çıxarkən corabları götürmək yadından çıxmışdır və aldığı corablar Lyudmilanın evində qalmışdır. O, hadisə günü Lyudmila və onun ərinin yaşadığı evə gedərkən başına qoyduğu qara rəngli papağı (kepka), onlara xəsarət yetirdiyi bıçağı, İosifin hadisə vaxtı ona xəsarət yetirdiyi bir ədəd çəliyə oxşar taxta parçasını və onların yaşadığı evə gedərkən özü ilə apardığı içərisində olan təzə corablar bir ədəd sellofan paketi ifadəsinin yerində yoxlanılması zamanı özü taparaq istintaqa təqdim etmişdir. O, fikirləşmişdir ki, Lyudmila əvvəl-axır barəsində şikayət edəcəkdir. Buna görə də xx.xx.2024-cü il tarixdə onun yaşadığı evə gedib onu və ərini öldürmüşdür. Bundan başqa, evə daxil olanda Lyudmila və onun ərini öldürdükdən sonra evdə pul olsa da onu da götürməyi qərara almışdır. Lyudmilanın evinə gedərkən onu və ərini bıçaqla öldürməyi, bıçaq tapmadığı halda isə isə onları boğub öldürməyi fiikiləşmişdir. Həmçinin bildirmişdir ki, onlar yaşlı adamlar olduğu üçün onları rahatlıqla öldürə biləcəyini düşünmüşdür. O, Lyudmila və onun ərinə bir bıçaqla, daha dəqiq ifadəsinin yerində yoxlanılması zamanı özünün hadisə yerindən taparaq təqdim etdiyi bıçaqla xəsarət yetirmişdir. Həmin bıçağı İranın yaşadığı evdə otaqdakı stolun üzərindən götürmüşdür. xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra müvəqqəti saxlama yerinə yerləşdirilərkən əyninizdə olan şalvarın arxa cibindən pul aşkar olunaraq götürülmüş 1.300 (min üç yüz) manat pul vəsaiti mən öz şəxsi vəsaiti olduğu üçün onu hadisə törətdiyi evdən götürdüyü pulu istintaqa təqdim edərkən həmin pullarla birlikdə təqdim etməmişdir. 1.300 manat pul vəsaiti onun işləyib qazandığı pul vəsaiti olmuşdur. Həmin pul vəsaitini hər hansı cinayət yolu ilə əldə etməmişdir. O, cinayət törətdiyi gün, yəni xx.xx.2024-cü ildə, səhər saatlarında da spirtli içki qəbul etmişdir. Ona təqdim edilmiş fotoşəkillər və səs yazıları ilə tanış olmuşdur. Həmin fotoşəkillərdəki yazışmalar, eləcə də səs yazıları Lyudmila və onun arasında whatsapp proqramı vasitəsilə qeydə alınmışdır. Səsli mesajlardakı qadın səsləri Lyudmilaya məxsus, digər səslər, yəni kişi səsləri onun özünə məxsusdur. Ona təqdim edilən, polis idarəsindən təqdim edilmiş DVD diskdə olan bütün videogörüntülərlə tanış olmuşdur. Həmin videogörüntülərdə onun Lyudmila və onun əri İosifin yaşadığı mənzilin gedərək onları öldürdüyü gün onların yaşadığı mənzilin qarşısında etdiyi hərəkətlər əks olunmuşdur. O, 2024-cü ilin yanvar və ya fevral ayında özünə 2008-ci il buraxılışlı, Kia Sportage markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. O, həmin avtomobili 16.000 (on altı min) manata maşın bazarından satın almışdır. O, ailə üzvlərinə ilk öncə həmin avtomobili yaxın dostunun ona pay verdiyini bildirmiş, lakin hansı dostunun pay verdiyini bildirməmişdir. Sonradan isə ailə üzvlərinə avtomobili satın aldığını bildirmişdir. Ailə üzvləri ondan həmin avtomobili aldığı pulu haradan əldə etdiyini soruşduqda o, onlara cavab verməmişdir. Daha sonra o, Kia Sportage markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 (on min) manata Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarında kim olmasını hazırda xatırlamadığı şəxsə satmışdır. O, avtomobili satdıqdan sonra həmin pulu saxlamışdır. O, həmin avtomobili konkret olaraq öz pulu ilə, yoxsa oğurluq etdiyi pulla aldığını dəqiq xatırlamır. Bundan başqa onu da qeyd etmişdir ki, onun özünün işləyərək də yığdığı pulu olmuşdur. Bundan başqa, Etibar ona verdiyi 50000 manat borcun qalan hissəsinin əvəzində ona **-EU-*** dövlət qeydiyyat nişanlı, Wolksvagen Amaroc markalı, pikap modelli avtomobili vermişdir. Bundan əlavə, Məhəmməd əsgərlikdən gəldikdən sonra, təxminən 2024-cü ilin iyul ayında Azərmaş şirkətindən kreditlə **-PN-*** dövlət qeydiyyat nişanlı, Xəzər SD markalı avtomobil almışdı. Məhəmməd kredit şərtlərinə əsasən ilkin olaraq 2500 (iki min beş yüz) manat pul ödəmişdi, 36 ay isə aylıq 658 (altı yüz əlli səkkiz) manat pul ödəməli olmuşdur. Məhəmməd ilkin ödəniş olaraq ödədiyi 2500 manat pul özünün pulu olmuşdur. Məhəmməd həmin pulu işləyərək yığmışdır. Məhəmməd kredit ödənişini bir ay ödəsə də sonradan ödənişi edə bilmədiyi üçün həmin avtomobili geri qaytarmışdır. Qeyd etdiklərindən başqa avtomobilləri olmamışdır. Bundan başqa, onların Salyan rayonunda özlərinə məxsus bir evi və Binəqədi rayonu, Binəqədi qəsəbəsində özlərinə məxsus bir ədəd 2,7 sot ölçüdə torpaq sahələri vardır. Həmin torpaq sahəsində iki ədəd kiçik ölçülü ev tikmişlər. Sonradan isə yaşadığımız evin həyətində bir ədəd böyük ölçülü ev tikməyə başlamışlar. Həmin evin tikintisini təxminən 2022-ci ildə başlamışlar, lakin maddi imkanları olmadığı üçün təmiri qurtara bilməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, günəmuzd işlədiyindən vaxtı olduqca Lyudmila və Eldarın evinə getmişdir. Sonuncuların ona 2.700 (iki min yeddi yüz) manat məbləğində borcu olmuşdur. Həmçinin onların evində pul olması barədə onun məlumatı olmamışdır. O, pulunu istədiyi üçün mübahisə yaranmışdı və Eldar onu arvadına qısqandığı üçün onların evinə gəlməməyini istəmişdir. Həmin vaxtlarda özünə 30.000 manat dəyərində “Pickup” markalı avtomobil almışdır. O, Etibar adlı şəxsə 50.000 manat məbləğində borc pul vermişdi və sonuncu həmin borcun əvəzində sözügedən avtomobili ona vermişdir. Həmin pulu da Rusiyada işləyib qazanmışdır. Hadisə baş verdiyi gün iki butulka araq içmiş və içkili olmuşdur. Zərərçəkmiş şəxslərə bıçaqla xəsarət yetirdikdən sonra təcili yardıma zəng etməmiş, onların evindən heç nə götürmədən evi tərk etmiş, oradan Binəqədi kəndindəki evinə, daha sonra isə Salyan rayonuna getmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Konstitusiyası:
32. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası:
33. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
34. Maddələr 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9 və 120.2.11. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar, iki və ya daha çox şəxsi, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar törədildikdə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
35. Maddə 177.3.2. Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
36. Maddə 181.3.3. Bu Məcəllənin 181.1 və ya 181.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
37. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
38. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
39. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
40. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
41. Maddə 56.5. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün cəzanın çəkilmə yeri həbsxana müəssisəsi müəyyən edilir.
42. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
43. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
44. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
45. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
46. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
47. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
49. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
50. Maddə 193.2. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
51. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
52. Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
53. Maddə 254.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
54. Maddə 356.6. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir.
“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı
55. Qərarın 8-ci bəndi. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 121.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir.
56. Qərarın 10-cu bəndi. Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər.
57. Qərarın 11-ci bəndi. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun.
58. Qərarın 13-cü bəndi. CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir.
59. Qərarın 15-ci bəndi. Quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
60. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
61. Qərarının 49-cu bəndi. Ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdır ki, qanunda göstərilən hallarda belə cəza yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini cəzanı ağırlaşdıran xüsusi hallarla və cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Bütün hallarda ömürlük azadlıqdan məhrum etmə cəzasının təyini üçün əsas verən hallar hökmdə göstərilməlidir.
Avropa Məhkəməsinin president hüququ:
62. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
63. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, mobil telefona baxış keçirilməsi haqqında protokollar, fotoşəkillər, kameralarla qeydə alınmış görüntülərlə və digər toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur (hökmün 30-cu bəndi).
64. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri xüsusi amansızlıqla, yəni aşkar surətdə xüsusi ağrılar və əzab yetirməklə (Zərərçəkmiş şəxs1 bıçaqla 04 ədəd bədən xəsarəti yetirilməklə), həmçinin ər-arvadın bir-birinin gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək qəsdən öldürmüşdür (hökmün 55-ci bəndi). Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Həmin Qərarının 8-ci bəndində “xüsusi amansızlıq” anlayışına aydınlıq gətirilmişdir. (hökmün 55-ci bəndi). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin evinin giriş qapısını açaraq orada yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 basqın edərək əlindəki predmetlə ona müqavimət göstərməyə çalışan, lakin aktiv müqavimət göstərə bilməyən Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vuraraq onu yıxdıqdan sonra onun hərəkətlərinə mane olmaq üçün üzərinə gələn Zərərçəkmiş şəxs2 da baş və sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurub sonuncuya zərər vurmaraq otaqda yerə yıxdıqdan sonra otaqdakı stolun üzərindən mətbəx bıçağını götürüb yerdə müqavimətsiz halda uzanmış Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə həmin vaxt orada olan arvadı Zərərçəkmiş şəxs2 gözü qarşısında, baş verənləri onun da gördüyünü və dərk etdiyini bilərək aşkar surətdə xüsusi ağrılar yetirdiyini dərk edib qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, xüsusi amansızlıqla məqsədyönlü şəkildə bir neçə bıçaq zərbəsi vurub Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə dörd dəfə xəsarət yetirməsi, ardınca həmin bıçaqla Zərərçəkmiş şəxs2 boyun nahiyəsinə orada yaralı vəziyyətdə olan əri Zərərçəkmiş şəxs1 gözü qarşısında aşkar surətdə xüsusi ağrılar yetirdiyini dərk edib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, xüsusi amansızlıqla məqsədyönlü şəkildə bir neçə bıçaq zərbəsi vurub onu öldürməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir.
65. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaşadığı evdən daha öncədən külli miqdarda pul oğurlayaraq törətdiyi oğurluq cinayətini gizlətmək məqsədilə, qəsdlə və eyni vaxtda həmin cinayət üzrə də zərərçəkmiş şəxs qismində çıxış edəcək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, yəni 2 nəfəri qəsdən öldürmüş və Azərbaycan Respublikasının CM-in 120.2.6 və 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir (hökmün 56 və 57-cü bəndləri). Hazırkı işdə də Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə zərərçəkmiş şəxslərin evindən sonunculara məxsus 50.300 (əlli min üç yüz) manat pul vəsaitini oğurladıqdan sonra sonuncuların bundan xəbər tutması və oğurladığı pul vəsaitini könüllü şəkildə qaytarmayacağı halda barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildirməsi nəticəsində təqsirləndirilən şəxsin həmin cinayət əməlindən məlumatlı olan zərərçəkmiş şəxslərin yanında tam şəkildə ifşa olunduğunu və pulu qaytarmayacağı halda ondan şikayət edəcəklərini özlüyündə qətiləşdirdirmiş və törətdiyi oğurluq cinayətini gizlətmək məqsədilə vahid qəsdlə həmin cinayət üzrə zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onların yaşadığı evdə qısa zaman kəsiyində öldürmüşdür.
66. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iki ahıl qoca olduqları üçün onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmalarından istifadə edərək onları qəsdən öldürmüş və Azərbaycan Respublikasının CM-in 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayəti törətmişdir (hökmün 58-ci bəndi). Hazırkı işdə Təqsirləndirilən şəxs qəsdən öldürdüyü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 85 yaşında və Zərərçəkmiş şəxs2 80 yaşında olmaqla aşkar surətdə köməksiz vəziyyətdə iki ahıl şəxs olmuşlar (hökmün 57-ci bəndi).
67. Bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaşadığı evə quldurcasına basqın edərək onları yaşadıqları evdə qəsdən öldürməsi və öldürdükdən sonra Zərərçəkmiş şəxs2 məxsus qara rəngli əl çantasından sonuncuya məxsus olan ümumilikdə 1.801 (bir min səkkiz yüz bir) manat və 5 avro məbləğində pul vəsaitini götürüb əldə etdiyi cinayət əməllərinin gizli qalması üçün otaqdakı əşyaları meyitlərin üstünə yığaraq tökməsi ilə sonuncu Azərbaycan Respublikasının CM-in 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir (hökmün 59-cu bəndi) Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 120.2.11-ci və 181.3.3-ci maddələ ilə tövsif edildiyindən əlavə olaraq Azərbaycan Respublikasının CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilməməli və bu səbəbdən təqsirləndirilən şəxsə verilmiş ittihamdan Azərbaycan Respublikasının CM-in 120.2.5-ci maddəsi çıxarılmalıdır (hökmün 59-cu bəndi).
68. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla zərəçəkmiş şəxslərə 50.300 (əlli min üç yüz) manat pul vəsaitini ziyan vurmaqla gizli olaraq talama cinayətini törətməsi Şahid5 ifadəsi, həmin vəsait hesabına əldə edilmiş “Volkswagen Amarok minik, Pikap” markalı, **-EU-*** qeydiyat nişanlı avtomobilin əldə edilməsi ilə öz təsdiqini tapmışdır. Beləliklə Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilməlidir.
69. Məhkəmə qeyd etməyi və vurğulamağı zəruri hesab edir ki, hazırkı cinayət əməllərini Təqsirləndirilən şəxs qabaqcadan planlaşdırılmış şəkildə, içkili vəziyyətdə zərərçəkmiş şəxslərin evlərinin qarşısında bir müddət ərzində müşahidə aparmaqla, sonradan qanunsuz olaraq evə daxil olaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək xüsusi amansızlıqla ahıl və köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsləri qəsdən öldürərək, törətdiyi əməllərinin izini itirmək və müşahidə kameralarından yayınmaq məqsədilə həmin evdən zərərçəkmiş şəxsə məxsus papağı geyinməklə oradan uzaqlaşmışdır.
70. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri öldürmək niyyətinin olmaması, Zərərçəkmiş şəxs1 onu evindən qovmaq üçün ona ütü ilə vurması, zərərçəkmiş şəxslərin evlərindən pul oğurlamaması barədə ifadələrini məsuliyyətdən yaxa qutarmaq üçün verildiyini nəzərə almaqla özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağ əlin qançırı və sol baldırın sıyrığı xəsarətlərinin xx.xx.2024-cü idə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 zəruri müdafiə vəziyyətində Təqsirləndirilən şəxs yetirdiyi müəyyən edildiyindən və Zərərçəkmiş şəxs1 əməlində hər hansı cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir.
71. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxslərin hüquqi varisinin ifadəsini, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, mobil telefona baxış keçirilməsi haqqında protokolları, fotoşəkilləri, kameralarla qeydə alınmış görüntüləri, ekspertiza rəylərini və digər sübutları tədqiq edib, araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etməsi, təkrar özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah və ya silah qismində istifadə edilən əşya tətbiq edib yaşayış sahəsi, habelə saxlanc yeri olan mənzilə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etməsi, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi tamah, habelə başqa cinayəti gizlətmək məqsədilə xüsusi amansızlıqla quldurluqla əlaqədar qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi cinayətlərini törətməsi təqsirliliyi sübuta yetirildiyindən onun əməlləri Azərbaycan Respublikasının CM-in 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11, 177.3.2 və 181.3.3-cü maddələri ilə tövsif edilməli, onun barəsində ittiham hökmü çıxarılmalı və Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə verilmiş ittihamdan Azərbaycan Respublikasının CM-in 120.2.5-ci maddəsi çıxarılmalıdır.
72. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normalarının sanksiyasında on dörd ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 34, 35 və 36-cı bəndi).
73. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
74. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
75. Lakin məhkəmə Təqsirləndirilən şəxs qəsdən öldürdüyü zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüş müəllim və Zərərçəkmiş şəxs1 S.Vurğun adına X14 aktyoru olmasını cəza təyin edərkən nəzərə alınmasını önəmli hesab edir.
76. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, 1) Təqsirləndirilən şəxs Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 105-ci maddəsi ilə (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2) Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 3) Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (İV cild, i/v 133-134).
77. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən ahıl insanlara qarşı törədilmiş xüsusilə ağır cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərin cəmiyyətdə tanınmış və böyük hörmətə malik olan şəxslər, yəni Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüş müəllim və Zərərçəkmiş şəxs1 X14 aktyoru olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunvericiliyində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar.
78. Təqsirləndirilən şəxs cəzanın çəkilmə yeri həbsxana müəsisəsi müəyyən edilməlidir (hökmün 40-cı bəndi).
79. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü ildən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild, i/v 55, 130-134). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
80. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü ildən hesablanmalıdır (hökmün 47 və 48-ci bəndi).
81. Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 12S” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalıdır.
82. Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan meyitin boynunda olmuş sarı rəngli materialdan olan boyunbağı, sağ əlin İİİ bamağında olan gümüşü rəngli üzük və “smart” tipli qol saatı zərərçəkmiş şəxslərin hüquqi varisi Rubinçik (Tkaç) İrena İosif qızına qaytarılmalıdır.
83. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerində olan qanaoxşar ləkədən bir ədəd qanaoxşar nümunə, üzərində qana oxşar ləkə olan iki ədəd bıçaq, mənzilin giriş qapısının çöl tərəfindən götürülmüş 04 ədəd, meyitlərin aşkar edildiyi otağın giriş qapısının çöl tərəfindən aşkar edilərək götürülmüş 03 ədəd əl-barmaq izi nümunəsi, İce Coffe adlı içkinin boş qabı və onun üzərində aşkar edilmiş 05 ədəd əl-barmaq izi nümunəsi, Zərərçəkmiş şəxs1 məxsus **********070 nömrəli sosial sığorta şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 Mixaylovaya məxsus şəxsiyyət vəsiqəsi, Zərərçəkmiş şəxs1 və Lyudmila Mixaylovnaya məxsus ümumvətəndaş pasportları, İFTİKHAR ABDULLAYEV-in adına olan Kapital Bank-dan alınmış 4169 7385 4328 5229 nömrəli plastik bank kartı, Zərərçəkmiş şəxs1 meyitinin əynində olmuş göy rəngli qolsuz jilet, çəhrayı-qırmızı-yaşıl rəngli uzunqol sviter, qara rəngli uzunqol köynək, göy rəngli idman şalvarı, qəhvəyi-yaşıl çalarlı kişi alt tumanı və tünd göy rəngli corablar, Zərərçəkmiş şəxs2 meyitinin əynində olmuş qara-yaşıl-qırmızı zolaqları olan qolsuz gödəkçə, qara rəngli uzunqol jaket, qırmızı-sarı rəngli rəngli uzunqol jaket, açıq qəhvəyi rəngli büstqalter, yaşıl rəngli qadın alt tumanı, qara rəngli kalqotka, tünd göy rəngli bir cüt ayaqqabı, Şahid1 təqdim etdiyi bir ədəd cins şalvar, bir ədəd kurtka, bir ədəd yaşıl rəngli papaq (kepka), Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli papaq, bir ədəd bıçaq, içərisində təzə corablar olan bir ədəd sellofan paket və bir ədəd çəliyə oxşar taxta parçası, ssonuncudan götürülmüş bioloji nümunələr, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş bioloji nümunələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.
84. İş üzrə maddi sübutlar kimi tanınmış 02 ədəd CD və 04 ədəd DVD disklər, 01 ədəd fləşkart cinayət işinin materiallarında saxlanılmalıdır.
85. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat və 154 (bir yüz əlli dörd min) manat 16 (on altı) qəpik olmaqla cəmi 218 (iki yüz on səkkiz) manat 16 (on altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
86. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 48-ci bəndi).
87. Zərərçəkmiş şəxsin hüquqi varisi Rubinçik (Tkaç) İrena İosif qızı tərəfindən verilmiş iş üzrə mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 50.810 (əlli min səkkiz yüz on) manat, mənəvi zərərə görə 2.000 (iki min) manat və dövlət rüsumuna görə ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Rubinçik (Tkaç) İrena İosif qızına ödənilməlidir (hökmün 52-ci bəndi).
88. Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, DİN-in Xətai rayonu ərazisində yerləşən duracağa yerləşdirilmiş, “Volkswagen Amarok minik, Pikap” markalı, **-EU-*** qeydiyat nişanlı avtomobil xüsusi müsadirə edilməklə vurulmuş ziyanın zərərçəkmiş şəxsin hüquqi varisi Rubinçik (Tkaç) İrena İosif qızına ödənilməsinə yönəldilməlidir (hökmün 42-ci bəndi).
89. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(006)-994/2024 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan, xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən mənzil təqsirləndirilən şəxs E.N.Əhmədovun törətdiyi cinayət əməllərindən əvvəl əldə edilmişdir. Bununla da məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən mənzilinin üzərinə qoyulmuş Azərbaycan Respublikasının CPM-in 254.1-ci maddəsinə əsasən həbs götürülməlidir (hökmün 53-cü bəndi).
90. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 356.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əfv olunması haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir (hökmün 54-cü bəndi).
91. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
92. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341- 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11, 177.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9 və 120.2.11-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə Təqsirləndirilən şəxs qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı həbsxanada çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar 02 ədəd CD və 04 ədəd DVD disklər, 01 ədəd fləşkart cinayət işinin materiallarında saxlanılsın. Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 12S” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan meyitin boynunda olmuş sarı rəngli materialdan olan boyunbağı, sağ əlin İİİ bamağında olan gümüşü rəngli üzük və “smart” tipli qol saatı zərərçəkmiş şəxslərin hüquqi varisi Rubinçik (Tkaç) İrena İosif qızına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerində olan qanaoxşar ləkədən bir ədəd qanaoxşar nümunə, üzərində qana oxşar ləkə olan iki ədəd bıçaq, mənzilin giriş qapısının çöl tərəfindən götürülmüş 04 ədəd, meyitlərin aşkar edildiyi otağın giriş qapısının çöl tərəfindən aşkar edilərək götürülmüş 03 ədəd əl-barmaq izi nümunəsi, İce Coffe adlı içkinin boş qabı və onun üzərində aşkar edilmiş 05 ədəd əl-barmaq izi nümunəsi, Zərərçəkmiş şəxs1 məxsus **********070 nömrəli sosial sığorta şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 Mixaylovaya məxsus şəxsiyyət vəsiqəsi, Zərərçəkmiş şəxs1 və Lyudmila Mixaylovnaya məxsus ümumvətəndaş pasportları, İftıkhar Abdullayevin adına olan Kapital Bank-dan alınmış 4169-7385-4328-5229 nömrəli plastik bank kartı, Zərərçəkmiş şəxs1 meyitinin əynində olmuş göy rəngli qolsuz jilet, çəhrayı-qırmızı-yaşıl rəngli uzunqol sviter, qara rəngli uzunqol köynək, göy rəngli idman şalvarı, qəhvəyi-yaşıl çalarlı kişi alt tumanı və tünd göy rəngli corablar, Zərərçəkmiş şəxs2 meyitinin əynində olmuş qara-yaşıl-qırmızı zolaqları olan qolsuz gödəkçə, qara rəngli uzunqol jaket, qırmızı-sarı rəngli rəngli uzunqol jaket, açıq qəhvəyi rəngli büstqalter, yaşıl rəngli qadın alt tumanı, qara rəngli kalqotka, tünd göy rəngli bir cüt ayaqqabı, Şahid1 təqdim etdiyi bir ədəd cins şalvar, bir ədəd kurtka, bir ədəd yaşıl rəngli papaq (kepka), Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli papaq, bir ədəd bıçaq, içərisində təzə corablar olan bir ədəd sellofan paket və bir ədəd çəliyə oxşar taxta parçası, ssonuncudan götürülmüş bioloji nümunələr, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş bioloji nümunələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, DİN-in Xətai rayonu ərazisində yerləşən duracağa yerləşdirilmiş, “Volkswagen Amarok minik, Pikap” markalı, **-EU-*** qeydiyat nişanlı avtomobil xüsusi müsadirə edilməklə zərərçəkmiş şəxsin hüququ varisi Rubinçik (Tkaç) İrena İosif qızına vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 218 (iki yüz on səkkiz) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin, vurulmuş maddi zərərə görə 50.810 (əlli min səkkiz yüz on) manat, mənəvi zərərə görə 2.000 (iki min) manat və dövlət rüsumuna görə ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Rubinçik (Tkaç) İrena İosif qızına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs əfv olunması haqqında vəsatət qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov