Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-104/2022 14.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onun nümayəndələri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri “Müdafiəçi3 və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1992-cı il tarixdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, bərbər işləmiş, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 149.1-ci maddələri ilə, xx xxxxxxx 1997-ci il tarixdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əsrik Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1995-ci il tarixdə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, evlənmək istədiyi, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini xx xxxx 1999-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs1 onunla evlənmək istəyinin olmamasına baxmayaraq, onu oğurlamaq məqsədi ilə tanışları Tovuz rayonu Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs3 və Tovuz rayonu Əsrik Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və həmin məqsədlə onun əvvəlcədən hazırladığı plan əsasında hərəkət edərək, 08 mart 2020-ci il tarixdə, saat 20 radələrində o, Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi, anası X10 məxsus “VAZ 2107” markalı, “**-BU-***” dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gələrək, Zərərçəkmiş şəxs1 işlədiyi aptekdən iş vaxtının sonu ilə əlaqədar çıxmasını gözləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 oğurlanması zamanı yarana biləcək maneələrin aradan qaldırılması üçün razılaşdıqları plana uyğun olaraq piyada Tovuz rayonunun, Aşağı Quşçu kəndində Zərərçəkmiş şəxs1 işlədiyi aptekin yaxınlığına gəlmiş və 08.03.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə birlikdə aptekdən çıxaraq “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı taksiyə əyləşərək Aşağı Quşçu kəndində yaşadıqları evin istiqamətində getdiklərini görüb Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli məqamı gözləyərək həmin avtomobillə əvvəlcə onları təqib etmiş, sonra taksidən düşüb piyada hərəkət edərək yaşadıqları evə yaxınlaşan Zərərçəkmiş şəxs1 ilə anası Zərərçəkmiş şəxs2 qarşısını avtomaşınla kəsmiş, Təqsirləndirilən şəxs3 həmin vaxt Zərərçəkmiş şəxs2 qızına köməklik göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub zor tətbiq etməklə yerə yıxmış, ona sağrı nahiyələrinin və sol əlin ovuc səthinin qançırları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müqavimətini sındıraraq saxlamış, Təqsirləndirilən şəxs1 isə əvvəlcədən razılaşdıqları plana əsasən oğurlamaq məqsədi ilə həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşmaq istədikdə sonuncu onun niyyətini başa düşüb, ondan xilas olmaq üçün geri dönərək qaçan zaman o, Zərərçəkmiş şəxs1 təqib edərək arxadan qollarından tutub müqavimətini qırmaqla, Təqsirləndirilən şəxs2 idarə etdiyi mühərriki işlək vəziyyətdə olan “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə tərəf aparmış və Zərərçəkmiş şəxs1 qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, avtomobilin arxa sol qapısını açıb, zorla avtomobilin arxa oturacağına əyləşdirərək, Zərərçəkmiş şəxs1 avtomobildə qışqıraraq, avtomobilin qapısına təpiklə zərbələr endirməsinə əhəmiyyət vermədən, həmçinin Elladanın avtomobilin qapısını açıb özünü yerə atmaqla qaçmaq cəhdinin qarşısı avtomobilin qapısı bağlanmaqla alındıqdan sonra, onu oğurlayıb, iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə, yəni Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən istintaqa məlum olmayan fərdi yaşayış evinə aparmış, göstərilən ünvana çataraq, Təqsirləndirilən şəxs2la o, avtomobili tərk etdikdən sonra sonuncunun avtomobildə qalmış mobil telefonundan Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 zəng etmək cəhdinin qarşısı da Təqsirləndirilən şəxs2 tərəfindən alındıqdan sonra həmin evdə olarkən Zərərçəkmiş şəxs1 qaçmağa cəhd etdiyinə görə o, sonuncuya zor tətbiq edərək onun sifətinə iki dəfə sillə ilə zərbə vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 masanın üzərində olan bıçaqla özünə xəsarət yetirmək cəhdinin qarşısını bıçağı əlindən almaqla almış, bundan sonra fərdi yaşayış evinin plastik materialdan pəncərəsini açaraq qaçmaq istəyən Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək sonuncunun baş nahiyəsini otaqda olan sobaya qəsdən vurmaqla ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol təpə-gicgah nahiyəsinin əzilmiş cırılmış xəsarətini yetirdiyi üçün Zərərçəkmiş şəxs1 tibbi yardım göstərildikdən sonra onu Tovuz rayonunda saxlaya bilməyəcəyini və qohumlarının onu axtardığını görüb, Zərərçəkmiş şəxs1 rayondan uzaq əraziyə, Bakı şəhərinə aparmaq qərarına gəlmiş və bu məqsədlə Tovuz rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan Şahid8 məxsus “Renault Megane” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 6 ünvanında yerləşən, dostu Şahid7 məxsus ünvansız fərdi yaşayış evinə 09.03.2020-ci il tarixdə saat 07 radələrində gətirib yataq otağına yerləşdirmiş, bundan sonra, həmin gün saat 09 radələrində ev sahiblərinin evdə olmamasından, eləcə də Zərərçəkmiş şəxs1 sol təpə-gicgah nahiyəsindən aldığı xəsarət nəticəsində, ona müqavimət göstərməyə fiziki qüvvəsinin kifayət etməyəcəyindən istifadə edərək, onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə fərdi yaşayış evinin yataq otağında olan Zərərçəkmiş şəxs1 yaxınlaşmış, sonuncunun ona müqavimət göstərməsinə məhəl qoymayaraq, onun sinə nahiyəsindən itələyib çarpayının üzərinə yıxmış, aldığı xəsarətlərlə bağlı fiziki qüvvəsi zəif olsa da müqavimət göstərməkdə davam edən Zərərçəkmiş şəxs1 müqavimətini tam sındırmaq üçün fiziki zor tətbiq edərək, ona sağ əli ilə bir şillə vurduqdan sonra öz əynindəki şalvarını və trusikini dizlərinə qədər soyunmuş, bundan sonra Zərərçəkmiş şəxs1 tünd göy rəngli cins şalvarını trusiki ilə birlikdə zorla əynindən çıxararaq ona müqavimət göstərməkdə davam edən Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edərək, ayaqlarını əlləri ilə aralayıb gərginləşmiş cinsiyyət orqanını sonuncunun iradəsi əleyhinə uşaqlıq yoluna daxil etməklə zorla onunla təbii yolla cinsi əlaqədə olub hər iki baldırın qançırları və qızlıq pərdəsinin cırılmasından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə cinsi əlaqədə olaraq onu zorlamışdır. Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs-həmkəndlisi Təqsirləndirilən şəxs1 evlənmək istədiyi, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini xx xxxx 1999-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs1 sonuncunun onunla evlənmək istəyinin olmamasına baxmayaraq, onu oğurlamaq məqsədi ilə Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs1 və Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və həmin məqsədlə Təqsirləndirilən şəxs1 əvvəlcədən hazırladığı planla razılaşıb, həmin plan əsasında hərəkət edərək, 08 mart 2020-ci il tarixdə, saat 20 radələrində Elçin Əmiraslanov, Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi, anası X10 məxsus “VAZ 2107” markalı, “**-BU-***” dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonunun, Aşağı Quşçu kəndinə gələrək, Zərərçəkmiş şəxs1 işlədiyi aptekdən iş vaxtının sonu ilə əlaqədar çıxmasını gözləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 oğurlanması zamanı yarana biləcək maneələrin aradan qaldırılması üçün razılaşdıqları plana uyğun olaraq piyada Tovuz rayonunun, Aşağı Quşçu kəndində Zərərçəkmiş şəxs1 işlədiyi aptekin yaxınlığına gəlmiş və 08.03.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə birlikdə aptekdən çıxaraq “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı taksiyə əyləşərək Aşağı Quşçu kəndində yaşadıqları ev istiqamətində getdiklərini görüb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli məqamı gözləyərək həmin avtomobillə əvvəlcə onları təqib etmiş, sonra taksidən düşüb, piyada hərəkət edərək yaşadıqları evə yaxınlaşan Zərərçəkmiş şəxs1 ilə anası Zərərçəkmiş şəxs2 qarşısını avtomobillə kəsmiş, avtomobildən düşən Təqsirləndirilən şəxs3 həmin vaxt Zərərçəkmiş şəxs2 qızına kömək göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub zor tətbiq etməklə yerə yıxmış, ona sağrı nahiyələrinin hematoması və sol əlin ovuc səthinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müqavimətini sındıraraq saxlamış, bundan istifadə edən Təqsirləndirilən şəxs1 isə əvvəlcədən razılaşdıqları plana əsasən oğurlamaq məqsədi ilə həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşmaq istədikdə sonuncu onun niyyətini başa düşüb, xilas olmaq üçün geri dönərək qaçmış, həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 təqib edərək arxadan qollarından tutub müqavimətini qırmaqla, avtomobilə tərəf aparmış və Zərərçəkmiş şəxs1 qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı, **- BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol qapısını açıb, zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, Ellada Əmmiraslanovanın həmçinin avtomobildə qışqıraraq, avtomobilin qapısına təpiklə zərbələr endirməsinə əhəmiyyət vermədən, həmçinin Elladanın avtomobilin qapısını açıb qaçmaq cəhdinin qarşısı onun tərəfindən avtomobilin qapısı bağlanmaqla alındıqdan sonra, onu oğurlayıb, zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən istintaqa məlum olmayan evə aparılmasına nail olmaqla, həmçinin göstərilən ünvana çatdıqdan və Təqsirləndirilən şəxs1la avtomobili ilkin olaraq tərk etdikdən sonra sonuncunun avtomobildə qalmış mobil telefonundan Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 zəng etmək cəhdinin də qarşısı Təqsirləndirilən şəxs2 tərəfindən alınaraq, qabaqcadan əlbir olan bir qrup şəxslə Zərərçəkmiş şəxs1 oğurlamışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 evlənmək istədiyi, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini xx xxxx 1999-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 ilə sonuncunun onunla evlənmək istəyinin olmamasına baxmayaraq, onu oğurlamaq məqsədi ilə Tovuz rayonunun, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs1 və Tovuz rayonunun Əsrik Cırdaxan kəndinin sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və həmin məqsədlə Təqsirləndirilən şəxs1 əvvəlcədən hazırladığı planla razılaşıb, plan əsasında hərəkət edərək, 08 mart 2020-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 sürücülük hüququ olmadan idarə etdiyi, anası X10 məxsus “VAZ 2107” markalı, “**-BU-***” dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gələrək, Zərərçəkmiş şəxs1 işlədiyi aptekdən iş vaxtının sonu ilə əlaqədar çıxmasını gözləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 oğurlanması zamanı yarana biləcək maneələrin aradan qaldırılması üçün razılaşdıqları plana uyğun olaraq əvvəlcə piyada Tovuz rayonu, Aşağı Quşçu kəndində Zərərçəkmiş şəxs1 işlədiyi aptekin yaxınlığına gəlmiş və 08.03.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə birlikdə aptekdən çıxaraq “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı taksi ilə evlərinə getdikdə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi avtomobildə cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli məqamı gözləyərək həmin avtomobillə əvvəlcə onları təqib etmiş, sonra taksidən düşüb, piyada hərəkət edərək yaşadıqları evə yaxınlaşan Zərərçəkmiş şəxs1 ilə anası Zərərçəkmiş şəxs2 qarşısını avtomaşınla kəsmiş, Təqsirləndirilən şəxs3 həmin vaxt Zərərçəkmiş şəxs2 qızına kömək göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub zor tətbiq etməklə yerə yıxaraq, ona sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müqavimətini sındıraraq saxlamış, bundan istifadə edən Təqsirləndirilən şəxs1 isə əvvəlcədən razılaşdıqları plana əsasən oğurlamaq məqsədi ilə həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşmaq istədikdə sonuncu onun niyyətini başa düşüb, xilas olmaq üçün geri dönərək qaçdıqda o, Zərərçəkmiş şəxs1 təqib edərək arxadan qollarından tutub müqavimətini qırmaqla, avtomobilə tərəf aparmış və Zərərçəkmiş şəxs1 qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol qapısını açıb, zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, Ellada Əmmiraslanovanın həmçinin avtomaşında da qışqıraraq, avtomaşının qapısına təpiklə zərbələr endirməsinə əhəmiyyət vermədən, Elladanın avtomobilin qapısını açıb qaçmaq cəhdinin qarşısı, sürücü Təqsirləndirilən şəxs2 tərəfindən avtomobilin qapısı bağlanmaqla alındıqdan sonra oğurlayıb, zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə, Təhmasib adlı qohumunun yaşadığı Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşən istintaqa məlum olmayan evə aparılmasına nail olmaqla Təqsirləndirilən şəxs3, qabaqcadan əlbir olan bir qrup şəxslə Zərərçəkmiş şəxs1 oğurlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmədə ifadə verməkdən imtina etməklə, ibtidai istintaq zamanı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yaşamış və Tovuz rayonunun Aşağı- Quşçu kəndində bərbər işləmişdir. Bərbər işlədiyi obyektin yanında “Gül salonu və avtomobillərin bəzədilməsi” işləri ilə məşğul olan ticarət obyekti vardır. 2018-ci ilin yay aylarında onun işlədiyi bərbər-xanın yaxınlığındakı aptekdə işləmək üçün bir xanım gəlmiş, o da həmin qızı gördükdən sonra qız onun xoşuna gəlməyə başlamış, əvvəlcə o, qızın adının “Ela” olduğunu öyrənmiş, çünki rəfiqələri qıza “Ela” deyə müraciət etmişdir. O, sonradan qızın adının Ellada olduğunu öyrənmiş, 2018-ci ilin yay aylarında o, qıza heç bir söz demədən qızın rəfiqəsi Təranəyə Elladaya deməsi üçün, Elladaya elçi göndərəcəyini bildirmişdir. Bundan sonra Elladanın valideynlərinin yanına elçilik üçün anası və xalasını göndərmiş, Elladanın valideynləri anası və xalasından onların ailələrini öyrənmək üçün vaxt istəmiş və bir neçə gündən sonra qızın da razılığının alınmasından sonra xeyir-dua verəcəklərini bildirmişlər. O, Elladaya aptekdə yaxınlaşmış və Elladaya onun üçün elçilik etdiklərini, bu işdə onun da fikrinin vacibliyini bildirmiş, Ellada da ona “evlənmək fikri yoxdur” demişdir. O, Elladadan soruşmuşdur ki, “sənin evlənmək niyyətinin olmamasına səbəb nədir?” Bu zaman Ellada bildirmişdir ki ”heç kimə inanmır”, o da həmin vaxt apteki tərk etmiş və ona mən səni inandıraram demişdir. O, Elladanı narahat etməmək üçün bir müddət aptekə getməmiş, lakin sonradan Elladanın onun işlədiyi bərbərxanaya tərəf baxdığını müşahidə etmiş, bundan sonra o, Elladanın işlədiyi aptekə getmişdir. Elladadan ona qarşı fikrinin dəyişib-dəyişmədiyini soruşmuş, bu zaman Ellada gülə-gülə ona fikrinin dəyişmədiyini bildirmişdir. O da həmin vaxt öz ailəsi haqqında və gələcək planları haqqında Elladaya danışmış, onun niyyəti özü haqqında Elladaya məlumat verərək, Elladadan ona qarşı real fikir yaratmaq olmuşdur. Onun Ellada ilə bu tipli söhbətləri bir neçə dəfə olmuş, hətta Ellada ondan “sevgilisinin olub-olmamasını” da soruşmuşdur. O, əvvəllər sevgilisinin olduğunu, lakin ciddi münasibət bəslədiyi yeganə şəxsin Ellada olduğunu bildirmişdir. Bundan sonra aralarında münasibətlər istiləşməyə başlamışdır. Bir müddət o, Ellada ilə işlədiyi aptekin telefonu ilə əlaqə saxlamışdır. Bir neçə ay müddətində o, Ellada ilə aptekin mobil telefonu ilə danışmışdır. Lakin o, sonradan aptekdə olan telefonla danışan zaman Elladadan nömrəsini istəmiş və artıq darıxdığını və evə gedərkən də Ellada ilə danışmaq istədiyini bildirmişdir. Bu zaman Ellada da onun fikirləri ilə razılaşmış və ona 055 ***-**-** nömrəsini əlaqə saxlamaq üçün vermişdir. O da hər gün Ellada ilə mobil telefonla danışmış, bundan başqa Ellada ilə bir-birilərinə sevgi məzmunlu mesajlar da yazmışlar. Ellada ilə mesajlar zamanı Ellada onunla evlənmək niyyətinin olduğunu və onu sevməsini açıq aşkar bildirmişdir. O da həmçinin Elladanı sevdiyini və onunla ailə qurmaq niyyətinin olduğunu bildirən mesajlar yazmışdır. O, Ellada ilə mobil telefonla danışan vaxt dəfələrlə Elladaya bildirmişdir ki, onun üçün qohumlarını elçi göndərmək istəyir. Ellada isə ona bildirmişdir ki, “tələsmə, ailəmi razı salım, ondan sonra elçi göndərərsən”. Hətta anası da bir neçə dəfə Elladaya elçi getmək istəmiş, lakin Elladanın ailəsi narazı olduğu üçün o anasının elçi getməsinə qarşı çıxmışdır. O, Ellada ilə sevgili olduğu müddət ərzində ona müxtəlif hədiyyələr almışdır. 31 dekabr 2019-cu il tarixində o, Elladanın yeni ilini təbrik etmək üçün ona 101 ədəd qızılgül alıb hədiyyə etmişdir. O, bu hədiyyəni aptekdə Elladaya özü şəxsən vermişdir. Bundan başqa müxtəlif vaxtlarda o, Elladaya və anasına dondurma, 11 ədəd qızılgül hədiyyə etmiş və həmin gülləri işçisi Gülbəniz vasitəsilə göndərmişdir. 14 fevral 2020-ci il tarixində “Müqəddəs Valentin-sevgililər günü” münasibətilə bir ayı balası hədiyyəsi və gül buketi hədiyyəsi almışdır. Həmin hədiyyəni də Elladaya işlədiyi aptekdə özü hədiyyə etmişdir. 2020-ci ilin fevral ayında da onunla Ellada arasında sevgi münasibətləri davam etmişdir. Elladaya aldığı hədiyyələri Ellada evə aparmamışdır. Ellada səbəb kimi valideynlərindən qorxduğunu demişdir. 2020-ci ilin mart ayının 3-də Elladaya aldığı ayı balası hədiyyəsini Elladanın anası Şəlalə azyaşlı uşaq vasitəsilə qaytarmışdır. Lakin o, həmin vaxt bərbərxanada olmamışdır. Hədiyyəni də işçisi Rövşanə qəbul etmişdir. 04 mart 2020-ci il tarixində Elladanın atası Mürsəl onun yanına gələrək, “bizim küçədə nə gəzirsən” demiş, o da bildirmişdir ki, “sizin qızı sevirəm”, Mürsəl isə cavabında “qızım səni sevmir”, o isə “qızınız istəmir yoxsa siz istəmirsiniz”, Mürsəl də cavabında bildirmişdir ki, “mən istəmirəm”. Bundan sonra Mürsəl qəzəblə “neyniyəcəksən ?” demiş, o da Mürsələ qapısının ağzında yatacağını bildirmişdir. Mürsəl də bildirmişdir ki, “yatma mənim qapımın ağzında”, o isə “azca aşağıda yataram” deyə ifadə işlətmişdir. Bundan sonra Mürsəl öz evinə getmişdir. O, X56 ilə mobil telefonla danışan zaman Ellada bildirmişdir ki, “mən nə səndən keçə bilirəm, nə də onlardan keçə bilmirəm”, 05 mart 2020-ci il tarixində gecə saat 03 radələrində o, Elladanın yaşadığı evin bağ sahəsinə daxil olmuş və orada Ellada ilə görüşmüşdür. Görüşməklərinin təşəbbüskarı o olmuşdur. O, görüş zamanı Ellada ilə aralarında olan sevgi münasibələrini və Elladanın valideynlərinin narazılığının səbəblərini müzakirə etmişdir. O, Elladaya onu başqa oğlanla evləndirmək istəsələr, nə qərar verəcəyi barədə soruşmuşdur. Ellada bildirmişdir ki, “özümü öldürərəm, başqasına getmərəm”. X56 ondan başqasını sevməyəcəyini bildirmişdir. Bundan sonra isə onlar ayrılmış və o, öz yaşadığı evə getmişdir. 08 mart 2020-ci il tarixinədək o, Ellada ilə mehriban formada mobil telefonla danışmışdır. O, mart ayının əvvəllərində Elladanın atasının onunla Ellada arasında sevgi münasibətlərinin olmasından xəbərdar olmasından sonra Ellada ilə qovuşmağın yollarını fikirləşmişdir. Elladanın onunla birgə qaçması barədə mobil telefonla danışan vaxt razılaşmışlar. Ellada həmin vaxt ona bacısının qaçırılması zamanı ailəsi ilə bacısını qaçıran oğlanın ailəsi arasında 7 ay müddətində problemlərin olduğunu, bundan başqa dayısı oğlunun qız qaçırtdığını və buna görə də dayısının öz oğlu ilə münasibətlərini kəsdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, onlarda qız qaçırılmasına qarşı bu cür neqativ münasibət vardır. Həmçinin bu cür hadisələr zamanı qaçırılan(qaçan) qız və ya qız qaçıran oğlanla bütün qohumlar münasibətlərini kəsmişlər. Bundan başqa, Ellada ailəsində də bu cür “manyaklıq” olduğunu qeyd etmişdir. Ellada ona mobil telefonda bildirmişdir ki, “məni tək qaçırtsan ailəm məni bağışlamayacaq, lakin məni atamın və ya anamın yanında qaçırtsan, məni ailə üzvləri sırasından çıxarmayacaqlar, yəni mənim zorla qaçırılmamı ailə üzvlərim görməlidirlər”. Hətta həmin gün işçisi Rövşanə ilə Elladaya hədiyyə aldığı qızıl boyunbağını göndərmişdir. Rövşanə hədiyyəni aptekdə Elladaya təqdim etmişdir. O, 07 mart 2020-ci il tarixində hədiyyəni Elladaya çatdırandan sonra Ellada ilə mobil telefonda danışan zaman 08 mart və ya 09 mart 2020-ci il tarixində onu qaçıra biləcəyini bildirmişdir. 08 mart 2020-ci il tarixində axşam saat 20 radələrində Ellada ona zəng edərək, “mamam ilə gedirik, məni qaçırda bilərsənmi”, o da Elladanı qaçırtmaq məqsədilə Elladanın yaşadığı küçəyə dostu Günərin VAZ2107 markalı avtomobili ilə getmişlər. Onu da qeyd edir ki, Elladanın qaçırılmasını həmin gün bərbərxanasında dostları Günər, Vasif və Rövşənlə planlaşdırmışdır. O, dostlarına bildirmişdir ki, “yengəniz deyir ki, gəl məni qaçırt, mən gedirəm onu qaçırtmağa”. O, Vasif və Rövşənə həmin gün küçədə onların Ellada ilə qaçmalarına mane ola biləcək adamların qarşısını almağı həvalə etmişdir. Onlar da bildirmişlər ki, “narahat olma sən dediyin vaxt orda olacağıq”. 08 mart 2020-ci il tarixdə işlədiyi bərbərxanada o, dostlarına hansı iş görəcəklərini izah etmişdir. Əvvəlki kimi, Vasif və Rövşənin Elladanın qaçırılma vaxtı kənar şəxslərin müdaxiləsinin qarşısını almaq, Günərin avtomobili ilə isə Elladanı qaçırtmaq vəzifəsi üzərlərinə düşmüşdür. Vasif və Rövşən ondan qızın razı olub-olmadığını soruşmuşlar, o da qızın razı olduğunu bildirmişdir. Bundan sonra hər iki şəxs bərbərxananı tərk edərək Elladanın yaşadığı evin qarşısına getmişdir. O da yuxarıda qeyd etdiyi kimi, Elladanın iş yerinin yaxınlığına gəlmiş və X56nın anası ilə taksiyə əyləşib evlərinə tərəf getdiyini gördükdə bir anlıq təəssüflənmişdir. Lakin Günərin avtomobili ilə Elladanın əyləşdiyi avtomobili təqib etmişlər. Avtomobil Elladanın yaşadığı evin küçəsinin tinində dayanmışdır. Ellada ilə anası avtomobildən 50 metr uzaqlaşdıqdan sonra Günər avtomobil ilə Elladanın və anasının hərəkət etdiyi küçəyə daxil olmuşdur. Günər avtomobil ilə Ellada və anasının yanından ötmüş və saxlamışdır. O, həmin vaxt avtomobildən düşmüşdür. Hava qaranlıq olmuşdur. Ellada onu görən kimi qaçmışdır. O, Elladanın arxasınca qaçmış, lakin Ellada qaçan zaman yıxılmış, o da X56ya ilişib yıxılmışdır. Bundan sonra isə Elladanı qucağına alıb avtomobilə əyləşdirmiş, bu zaman o, Elladanın anasının qışqırdığını eşitmişdir. Lakin Günər avtomobili sürüb ərazidən uzaqlaşmış, Ellada isə avtomobildə olan zaman avtomobilin qapılarına bir neçə təpik zərbəsi endirmişdir. Bu zaman o, Elladaya artıq evlərindən uzaqlaşdıqlarını bildirmiş, o, Ellada ilə qaçan zaman Vasif və Rövşənin həmin yerdə olduqlarını görməmişdir. Bundan sonra Ellada sakitləşmiş, sonra o, Elladanı dayısı Təhmasibin Avaztəpədə olan evinə aparmışdır. Həmin vaxt qapını dayısı Təhmasib açmış, Günər həmin vaxt avtomobili həyətə sürmüşdür. O, dayısı ilə görüşmüş, o, dayısına bildirmişdir ki, “qız qaçırtmışam”. Bu zaman dayısı ona bildirmişdir ki, “qızın özümü gəlib?”, o da qızın öz razılığı ilə gəldiyini bildirmişdir. Bundan sonra isə Ellada avtomobildən düşmüş, həmin vaxt dayısı Təhmasibin evində Təhmasibin özü, arvadı Roza və azyaşlı uşaqlarından başqa heç kəs olmamışdır. Dayısı həmin vaxt onlara evin ikinci mərtəbəsinə getməyi təklif etmişdir. O da Ellada ilə birlikdə dayısına məxsus ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxmışlar. O, Elladanın otağa keçməyini təklif etmiş, otaq qaranlıq olmuşdur. O, Elladaya otağın işığının haradan necə yandırmaq lazım olduğunu tapacağını deyən vaxt Elladanın ayağı yerdə bükülmüş xalçalara ilişmiş və Ellada öz müvazinətini saxlaya bilməmiş və başı qaz sobasına(ceyran peçinə) dəymişdir. O, həmin vaxt otağın işığını yandırmış və Elladanın baş nahiyyəsinin sol tərəfindən qan axdığını görmüşdür. Bu zaman TTTY-da feldşer işləyən Anar adlı şəxsi çağırmışdır. Anar isə bildirmişdir ki, Elladanın yarası tikilməlidir. Bundan başqa Anar bildirmişdir ki, “rayon mərkəzində Vaqif adlı həkim var, Elladanın yarasını ona göstərmək lazımdır”. O, Ellada, dayısının arvadı Roza, Rozanın tanışı tanımadığı orta yaşlı bir qadın Anarın avtomobili ilə Vaqif həkimin evinə getmişlər. Ellada Vaqif həkimin yanında olan zaman o, çöldə gözləmişdir. O, həmin vaxt Vaqifə vermək üçün dayısının arvadı Rozaya 100 manat pul vermişdir. Ellada həkimin yanında olan zaman o, vizitkartı üzərində olan tanımadığı taksiyə zəng edərək Bakı şəhərinə getməyi təklif etmişdir. Bu zaman taksi sürücüsü Mustafa ona 120 manat pul verəcəyini bildirmiş, lakin o, 100 manat təklif etmiş və taksi sürücüsü ilə razılaşmışlar. Mustafa ondan nə vaxt Bakıya gedəcəyini soruşmuşdur. O, elə indi Bakıya gedəcəyini bildirmiş və olduğu yer barədə məlumat vermişdir. Onun zəngindən 15-20 dəqiqə sonra Mustafa onun olduğu yerə gəlmişdir. Ellada da həkimin yanından çıxdıqdan sonra Elladaya Bakıya getməyi təklif etmiş və Elladanı sürücü tərəfdən taksinin arxa oturacağına əyləşdirmişdir. Bundan sonra onlar taksi ilə Bakı şəhərinə yola düşmüşlər. X56nın başında ağrılar olmuşdur. Onlar Tovuz və Şəmkir ərazisində açıq apteklər axtarmışlar. O, təxminən Şəmkir və ya Gəncə şəhəri ərazisində olan apteklərdən birinin yanında taksi sürücüsünə 20 manat pul vermişdir. Taksi sürücüsü həmin pula ağrıkəsici dərman almış, lakin Ellada imtina etmişdir. Bundan sonra taksi sürücüsü yenidən aptekə qayıtmış və bir paçka ağrıkəsici dərman almışdır. Bundan sonra yollarına davam etmişlər. Bundan sonra Kürdəmir rayonu ərazisində dayanmışlar və Ellada tualetə getmişdir. O, Elladaya həmin ərazidə yerləşən restoranda yemək yeməyi təklif etsə də, Ellada onunla razılaşmamışdır. Restoranın qarşısında müxtəlif tipli nəqliyyat vasitələri və şəxslər olmuşdur. Ellada ilə o, avtomobilə əyləşmiş və Bakı şəhərinə yola düşmüşlər. X56 anası ilə danışmış və bildirmişdir ki, “yaxşıyam, narahat olmayın, qayıdacam”. O, Elladaya anasına niyə “qayıdacam” sözünü işlətməsi barədə irad tutmuşdur. Ellada isə anasını sakitləşdirmək məqsədilə belə dediyini bildirmişdir. Təxminən saat 07 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərinə çatanda o, Cəsarətə zəng vuraraq onlara gəldiyini demişdir. Evinin qarşısında Cəsarətin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub məhəlləyə çıxmasını bildirmişdir. Cəsarət məhəlləyə çıxıb Elladanı görüb təəccüblənmiş və onu kənara çəkib nə baş verdiyini soruşmuş, o da Cəsarətə həmin qadının istədiyi qadın olduğunu, qaçırdan zaman yerə yıxılıb xəsarət aldığını demişdir. Cəsarət əvvəlcədən onun Elladanı sevdiyini bilmişdir. O, Cəsarətə qızın könüllü qaçmasını demişdir. Ellada da Cəsarətə cavab vermiş və könüllü gəldiyini bildirmişdir. Bundan sonra onlar Cəsarətin evinə daxil olmuşlar. Cəsarətin arvadı Nailə onları qarşılamışdır. O, Ellada ilə Nailəni tanış etmiş, aralarında səmimi söhbət yaranmışdır. Bundan sonra onlar çay içmiş və söhbət etmişlər. Bundan bir neçə dəqiqə sonra Tovuz RPŞ-nin əməkdaşı Namiq adlı şəxs onun mobil telefonuna zəng etmişdir. Namiq adlı polis əməkdaşı ona bildirmişdir ki, “hardasan, qızı niyə qaçırtmısan, qızı rayona qaytar, qızın valideynləri buraları dağıdır”. Bu zaman o, qızın könüllü gəldiyini bildirmiş və telefonu danışmaq üçün Elladaya vermiş və bildirmişdir ki, “polis əməkdaşıdır, onunla danışmalısan, yoxsa bizi tutarlar”. Ellada onun yanında Namiqlə danışmış və bildirmişdir ki, “özüm gəlmişəm” və telefonu söndürmüşdür. Bu zaman o, Elladadan niyə telefonu söndürdüyünü soruşmuşdur. Ellada anası ilə danışmaq istəmədiyini bildirmişdir. Bundan sonra Namiq yenidən ona zəng etmiş və bildirmişdir ki, “niyə telefona adboy verirsən”. Bundan sonra isə Namiq ona bildirmişdir ki, qız anası ilə danışmalıdır. Ellada onun yanında anası ilə danışmış və “iş-işdən keçdiyini” bildirmiş və əli ilə işarə edərək otağa keçib telefonla danışmaq istədiyini bildirmişdir. Ellada otaqdan çıxdıqdan sonra bildirmişdir ki, “anam mənə dedi ki, iş-işdən keçibmi? Mən də iş-işdən keçib dedim”. Bundan sonra isə anasının huşunu itirdiyini anasının rəfiqəsi Elladaya bildirmişdir. O, X56dan hansı səbəbdən bu cür ifadələr işlətdiyini soruşmuşdur. Ellada ona bildirmişdir ki, onlardan əl çəkmələri üçün belə demişdir. Bundan sonra o, Cəsarətə 100 manat pul vermişdir ki, Elladaya paltar alsın, lakin Cəsarət arvadı Nailəni çağırmışdır. Nailə də Elladadan paltarının ölçüsünü soruşmuşdur. Bundan sonra isə Cəsarət və Nailə paltar almaq üçün evi tərk etmişlər. Ellada ona bildirmişdir ki, “mənimlə cinsi əlaqədə olmasan, məni sənin əlindən alacaqlar”. O da Elladaya bildirmişdir ki, “gəl cinsi əlaqədə olaq”. Bu zaman Ellada qorxduğunu bildirmişdir. Bundan sonra o, Elladanı cinsi əlaqədə olmağa razı salmış və onlar öpüşmüşlər. Bundan sonra o, Elladanın paltarlarını soyundurmaq istəmişdir. Ellada ona qapını bağlamağı təklif etmiş və özü soyunmuş və yorğanın altına girmişdir. Bundan sonra yenə də o, Ellada ilə öpüşmüş və könüllü olaraq Elladanın qızlıq pərdəsinin tamlığını pozmuşdur. Cinsi əlaqə 1-2 dəqiqə çəkmişdir. Elladanın cinsi orqanından qan axmağa başlamışdır. Elladanın cinsi orqanından axan qan prostinaya bulaşmışdır. O, hamamda yuyunsa da, Ellada nəmli salfetka ilə cinsiyyət orqanından axan qanı təmizləmişdir. Həmin vaxt o yorğun olmuş və çarpayıya uzanmış və yatmışdır. Bir müddət sonra Ellada onu yuxudan oyatmış və Cəsarətgilin gəldiyini bildirmişdir. Cəsarətin arvadı Ellada üçün paltar almışdır. Həmin paltarlar Elladanın xoşuna gəlməmişdir. Bu zaman Namiq müəllim zəng etmiş və bildirmişdir ki, “təcili Tovuz RPŞ-yə gəlin”, lakin o, Namiq müəllimə bildirmişdir ki, “qız gəlmək istəmir”. Bu zaman Namiq müəllim bildirmişdir ki, “yaxınlıqdakı polis bölməsinə gedin”. Ellada da onun fikirləriylə razılaşmış və Binəqədi RPİ-nin 6-cı polis bölməsinə getməyə razılaşmışlar. Yolda olan zaman Elladanın başında xəsarəti olduğuna görə yolda o, yaylıq almışdır ki, Ellada başına keçirsin və rayon polis bölməsində Elladanın xəsarətini görən olmasın. Binəqədi RPİ-nin 6-cı PB-nə getmişlər və orada olarkən rayon polis bölməsinin sonradan adını bildiyi təhqiqatçısı Siyafət onunla və Ellada ilə danışmışdır. Siyafətin yanında Ellada könüllü gəldiyini Siyafətə demiş, Siyafət başında olan xəsarəti görüb harada xəsarət almağını Elladadan soruşduqda Ellada qaçarkən maşına tələsik minib xəsarət aldığını demişdir. Bölmədə nə onun, nə də Elladanın izahatı alınmışdır. Sonra Elladanın qohumları gəlmişlər. Həmin vaxtı polis əməkdaşları onu bölmədə kənar ayrı otağa salmışlar və orada qohumları ilə nə danışmaları barədə məlumatı olmamışdır. Cəsarət həmin vaxtı çöldə olmuşdur. Bir qədər sonra qızı qohumları aparmış, o isə bir müddət bölmədə qalmışdır. Bölmədən çıxarkən polis əməkdaşları ona demişlər ki, “xalası Elladanı apardı” amma səbəbi barədə ona bir söz deməmişlər. Sonra o, Cəsarətlə görüşmüş və Cəsarətin sözlərindən ona məlum olmuşdur ki, Elladanı qohumları bölmədən zorla səs-küylə aparmışlar. O, araşdırma zamanı cinayət işinə əlavə edilmiş 137 saylı məhkəmə tibb ekspertizasının rəyi ilə razı deyil. Belə ki, həmin xəsarətlərdən yalnız alın nahiyəsində olan xəsarətin dayısına məxsus olan evdə ifadəsində göstərdiyi şəraitdə, sol bazu nahiyəsində olan xəsarəti isə hadisə vaxtı Ellada qaçarkən yerə yıxılan zaman əmələ gəlmişdir. Digər xəsarətlərlə o razı deyildir. O, Ellada ilə öz könüllü iradəsi əsasında cinsi əlaqədə olmuşdur. Belə ki, yol boyu onunla birgə gələn Ellada yolda olan zaman qaçmamış və ya taksi sürücüsü Mustafaya məcburi qaçırılması barədə bir söz deməmişdir. Yolda anası ilə danışmış və narahat olmamasını ona demişdir. Fikrincə, Elladanı zorlamağı absurddur. Qeyd edir ki, Ellada anasının təsiri altında barəsində şər və böhtan xarakterli şikayət ərizəsi yazmışdır, anası Elladanı əlacsız vəziyyətə gətirmişdir. Hətta bunu təsdiqləyən sms mətnini də əvvəlki izahatına əlavə etmişdir. 08.03.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Şahid16 yaşadığı ünvana aparan zaman avtomaşın «Reno» markalı olmuş və Mustafa ilə istifadəsində olan mobil telefonla əlaqə saxlamışdır. Mustafa ilə onun heç bir əlaqəsi olmamış, sadəcə olaraq onda olan hazırda itirdiyi yaddaş vərəqəsində (vizit kart) Mustafanın mobil telefon nömrəsi qeyd edilmişdir. O, Ellada ilə maşında Vaqif həkimin evinə gedərkən maşında o, Roza və Rozanın tanımadığı qonuşusu olan bir qadın Vaqifin evində olmuş, Anar öz avtomaşını ilə oraya gəlmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmədə ifadə verməkdən imtina etməklə, ibtidai istintaq zamanı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Əsrik Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir və Elvinlə o, uşaqlıqda bir yerdə böyümüşlər. Təqsirləndirilən şəxs1 Tovuz rayonu Aşağı Quşçu kəndi ilə Dondar Quşçu kəndi arasında yerləşən “priyez” deyilən yerdə bərbərxanada işləyir. O, mütəmadi olaraq həmin bərbərxanaya Elvinin yanına getmişdir. Zərərçəkmiş şəxs1 da qiyabi olaraq tanımışdır. Çünki Elvin ona 1 ildən artıq müddətdir ki, işlədiyi yerin yaxınlığındakı aptekdə işləyən Ellada adlı qızı sevdiyini bildirmişdir. Elvin Zərərçəkmiş şəxs1 ilə mütəmadi olaraq mobil telefonla danışmışdır. O, dəfələrlə həmin telefon danışıqlarının şahidi olmuşdur. X27 işlədiyi aptekdə Ellada ilə görüşməsinin də şahidi olmuşdur. 2019-cu ilin payız aylarında o, Tovuz şəhərinə gedən zaman Elvin onun idarə etdiyi avtomobili saxlatmış və ona bildirmişdir ki, Elladanın qardaşı ilə kafedə görüşməyə gedəcək, onun da həmin vaxt orada olmasını istəyir. O da Elvinin bu təklifi ilə razılaşmışdır. Həmin gün Elvinlə birlikdə Elladanın qardaşı Elçinlə kənd sakinləri arasında “petrotal” adlanan kafedə görüşmüşlər. Onlar yemək yedikdən sonra, çay içən zaman o, Elçinə ümumi sual kimi “toy nə vaxtdı?” deyə sual vermişdir. Elçin də bildirmişdir ki, “inşallah tez bir zamanda Elvinlə qohum olarıq, mən də istəyərəm ki, mənim bacım da Elvin kimi bir oğlana qismət olsun, atamı anamı da razı salaram”. Onlar kafedən çıxdıqdan sonra Elvin özünə məxsus VAZ2106 markalı avtomobil ilə Elçini kənd sakinləri arasında “dondar priyezi” deyilən yerə gətirmişlər və Elçin avtomobili tərk etmişdir. Daha sonra isə Elvin onu Tovuz rayonu Əsrik Cırdaxan kəndinə aparmışdır. Elvin 2020-ci ilin 14 fevral “Müqəddəs Valentin günü”(sevgililər günü) münasibətilə Elladaya 101 ədəd qızılgül hədiyyə edəcəyini bildirmişdir. Bu məqsədlə qızılgül almaq üçün Şəmkir rayon Zəyəm kəndi ərazisində yerləşən gül parnikindən 101 ədəd qızılgül almış və buket formasında bağlatmışlar. Bundan sonra isə gülü götürüb, Tovuz rayonu Aşağı Quşçu kəndinə gəlmişlər. Elvin Elladanın işlədiyi aptekin qarşısında avtomobildən düşmüş və gülü götürüb aptekə daxil olmuşdur. O da həmin vaxt avtomobili tərk edərək Elvinin bərbər işlədiyi obyektin qarşısına gəlmişdir. Elvin Elladaya gülü verdikdən sonra onun atası Rüfətə məxsus **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb bərbərxananın qarşısına gəlmişdir. O, Elvindən Elladanın gülü qəbul edib-etməməsini soruşmuşdur. Elvin də Elladanın gülü qəbul etdiyini və hədiyyəyə görə təşəkkür etdiyini bildirmişdir. Bundan sonra isə Elvin yaxınlıqda olan “Ailəm” marketə gedərək Elladanın mobil nöməsinə vəsait köçürəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən bir neçə gün sonra Elvin Bakı şəhərinə gəlmişdir. O da həmin vaxt Bakı şəhərində olmuşdur. Elvinlə o, Abşeron rayonu Xırdalan şəhərində görüşmüşlər. Elvin ona bildirmişdir ki, “gedək mənə paltar alaq, Ellada ilə görüşə getməliyəm”. O da Elvinlə birlikdə Xırdalan şəhərindən Elvin üçün paltar almışdır. Elvin həmin gün ondan yeni Yasamalda yerləşən Asan Xidmətin harada olub-olmamasını soruşmuşdur. X47 bacısının yaşadığı evin Yasamal rayonunda yerləşən “Asan Xidmətin” yanında olduğunu bildirmişdir. O da həmin gün Elvini tanımadığı taksi vasitəsilə Yasamal rayonunda yerləşən “Asan Xidmətin” yanına yola salmışdır. Elvin də həmin gün axşam saatlarında ona zəng edərək Tovuz rayonuna qayıtdığını bildirmişdir. 01 mart 2020-ci il tarixində Elvin ona zəng edərək Zərərçəkmiş şəxs1 qızıl boyunbağı almaq lazım olduğunu bildirmişdir. O, həmin vaxt Bakıda olmuş, Bakı Metropoliteninin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Moskva Univermağına” getmişdir. O, “Moskva Univermağından” boyunbağıların şəklini mobil telefonunun kamerası ilə çəkib “WhatsApp Messenger” proqramı vasitəsilə Elvinin telefonuna göndərmişdir. Elvin də ona bildirmişdir ki, “Ellada mələk klonu olan boyunbağı istəyir”. O, Elladanın istədiyi formada olan qızıl boyunbağıların şəklini göndərmişdir. Elvin isə 5 dəqiqəyə ona cavab verəcəyini bildirmişdir. Bundan sonra göndərdiyi şəkillərin arasından birini seçmiş və həmin boyunbağını alıb göndərməyini xahiş etmişdir. O da qızıl boyunbağını təxminən 220-230 manata almış və Tovuza gedən avtobus vasitəsilə göndərmişdir. O isə 07 mart 2020-ci il tarixində Tovuz rayonuna gəlmişdir. 08 mart 2020-ci il tarixində Təqsirləndirilən şəxs1 ona zəng edərək hal-əhval tutmuş və bildirmişdir ki, “mənim yanıma gələrsən, səninlə işim var”. O da gələcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1la danışan vaxt Tovuz rayonu Əsrik Cırdaxan kəndində yaşadığı evdə olmuşdur. Həmin vaxt evdə atası Rüfət, anası Ziyafət və arvadı Bəsdidən başqa heç kəs olmamışdır. Onun Elvinlə danışmağından adıçəkilən şəxslərin xəbəri olmamışdır. Bundan sonra o, atası Rüfətə məxsus VAZ2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Elvinin yanına getmişdir. Onun həmin avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. Elvinin yanına getdiyi vaxt yadında deyil, lakin axşamtərəfi olmuşdur. O, Elvinlə sonuncunun Tovuz rayon Aşağı Quşçu kəndində “priyez” deyilən ərazidə yerləşən bərbərxanasında görüşmüşdür. Lakin Elvinlə nə vaxt görüşməklərinin dəqiq vaxtı yadında olmamışdır. O, Elvinlə Tovuz rayon Aşağı Quşçu kəndində “priyez” deyilən ərazidə yerləşən bərbərxanasında görüşən zaman həmin yerdə kimlərin olmasını xatırlamamış, lakin həmin vaxt Elvin mobil telefonla danışmışdır. O, Elvinə bildirmişdir ki, “Elvin mənimlə nə işin var?” Elvin də bildirmişdir ki, “yengənlə danışıram”, “gözlə gəlirəm”. O da həmin vaxt avtomobildə gözləmiş, Elvin mobil telefonla danışdıqdan sonra bildirmişdir ki, Ellada təklif edir ki, “gəl məni götür”. O, həmin vaxt Elvindən soruşmuşdur ki, “Elladanın razılığı varmı?” Elvin də Elladanın özünün razılığının olduğunu bildirmişdir. Elvin onu da qeyd etmişdir ki, Ellada deyir ki, “məni apar, ancaq atam, anam mənim öz xoşumla getdiyimi bilməsin”. O, Elvinə bildirmişdir ki, “bəs gecə görüşəndə niyə aparmadın?”, Elvin də bildirmişdir ki, “yengənin öz istəyidi, onun istəyini yerə salmaq olmaz”, “atası və anasının onunla barışması üçün indi getmək istəyir”. O da Elvinə demişdir ki, “Ellada razıdırsa, heç bir problem yoxdur.” Həmçinin Elvin ondan onları Tovuz rayonu Aşağı Öysüzlü(Avaztəpə) kəndində yerləşən Elvinin babasının evinə aparmasını istəmişdir. O, Elvinlə onları babasının evinə aparacağı ilə razılaşmışdır. X8 razılığının olub-olmamasını soruşmuşdur. Elvin də Elladanın razılığının olduğunu qeyd etmişdir. Lakin o, Elvinin həmin gün Elladanı qaçırtmaq planları barədə ondan başqa kimə(kimlərə) məlumat verməsini xatırlamamışdır. Eləcə də, Elvin Elladanı qaçırtmaq məqsədini əvvəllər onun yanında bildirməmişdir. Elvin əvvəllər sadəcə Ellada ilə aralarındakı gələcək ailə planları kimi sonuncu ilə evlənmək niyyətinin olduğunu bildirmişdir. 08 mart 2020-ci il tarixində Elvin Ellada ilə mobil telefonla danışmışdır. Elvinin mobil telefonuna zəng gələn zaman telefonun ekranında zəng vuran şəxsin adının yerinə “ürəyim” yazılmışdır. O da Elvindən bu haqda soruşduqda Elvin “ürəyim” yazılan şəxsin “yengəsi” (Ellada) olduğunu bildirmişdir. Elvin ona bildimişdir ki, “yengən deyir ki, 15-20 dəqiqəyə işdən anamla birlikdə çıxıram, məni anamın yanından qaçırt”. Həmin gün o, Elvinin bərbərxanasından onun idarə etdiyi avtomobil ilə Elvinlə birlikdə çıxmışlar. Elvin bildirmişdir ki, Ellada deyir evlərinin yaxınlığında avtomobildən düşəcək. Elvinin bərbərxansının qarşısından çıxmışlar və Ellada xatırlamadığı avtomobilə anası Şəlalə ilə birlikdə əyləşmişdir. Elvin də bildirmişdir ki, “avtomobil uzaqlaşsın sonra gedərik”. Avtomobil uzaqlaşdıqdan sonra o da həmin avtomobilin arxası ilə getmişdir. O və Elvin Ellada və anasını evlərinin yerləşdiyi küçənin giriş hissəsinədək təqib etmişlər. Elvinin işlədiyi bərbərxanadan Elladanın yaşadığı evə qədər avtomobil ilə 5-6 dəqiqəlik məsafə olmuşdur, olan məsafə ona məlum deyil. O, Zərərçəkmiş şəxs1 yaşadığı evi təxminən tanımışdır. Belə ki, o, Elvinin idarə etdiyi avtomobil ilə Tovuz rayon Qovlar şəhərindən avtomobil ehtiyat hissələri almağa gedən vaxt Elvin ona Elladanın yaşadığı evin yerini təxmini göstərmişdir. O, yolda olan zaman Elvindən soruşmuşdur ki, “küçədə hər hansı problem olmayacaq ki?, Elvin bildirmişdir ki, “narahat olma uşaqlara demişəm”. Həmçinin Ellada bildirmişdir ki, “məni elə apar ki, atam və anam narazı olmasın”. Həmçinin Elvin bildirmişdir ki, Elladanın digər bacısı da qaçırılıb və həmin vaxt oğlanla aralarında böyük narazılıqlar olmuşdur. Buna görə də Elvin qeyd etmişdir ki, “Elladanı anasının yanından o formada aparacam ki, Elladanın valideynləri hiss etməsin ki, Ellada özü qoşulub gedir, yoxsa daha sonra ondan küsülü qalmasın”. O, X56nın yaşadığı evin yerləşdiyi küçəyə daxil olmuş, Ellada və anasını ötüb avtomobili saxlamışdır. Bu vaxt onun idarə etdiyi “VAZ2107” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Elvin və ondan başqa heç kəs olmamışdır. Bundan sonra Elvin avtombilin qabaq oturacağından düşmüşdür. Həmin vaxt avtomobil işlək vəziyyətdə olmuşdur və o da avtomobilin içərisində oturmuşdur. Bu zaman Elvin avtomobilin arxa tərəfinə keçmişdir. O, bu zaman ətrafdan səs-küy eşitmişdir. Bir neçə dəqiqədən sonra Elvin avtomobilin arxa qapısını açmışdır. Ellada da “Elvin eləmə belə” ifadəsini işlətmişdir. Elvin Elladanı avtomobilə əyləşdirmişdir. Avtomobilə mindikdən sonra Ellada avtomobilin qapısına bir təpik zərbəsi vurmuşdur. O, Elvindən bu hadisənin səbəbini soruşmuşdur. Elvin bildirmişdi ki, “narahat olma, Elladanın özü anasının onun könüllü getməsindən şübhələnməsin deyə etdiyini bildirdi”. X56 Elvinə bildirmişdir ki, “bizim axırımız necə olacaq”, Elvin də yaxşı olacağını bildirmişdir. O da Ellada və Elvini avtomobil ilə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Elvinin babası Dəmirin evinə aparmışdır. O, avtomobili darvazadan içəri daxil edərək evin həyətində saxlamışdır. Həmin vaxt evin həyətində heç kim olmamışdır. O, Elvinə evə getmək istədiyini bildirmişdir. Elvin də onun evə getməyinə razılığını bildirmiş və “uğur olsun” demişdir. O, həmin vaxtı dəqiq xatırlamasa da, idarə etdiyi avtomobil ilə evə getmişdir. O, həmin axşam evdəkilərə bu haqda hər hansı məlumat verməmişdir. 09 mart 2020-ci il tarixində anası ondan evə gec gəlməyinin səbəbini soruşmuşdur. O da Elladanı Elvinlə birlikdə Tovuz rayonu Avaztəpə kəndində yerləşən Elvinin babası Dəmirə məxsus evə apardığını bildirmişdir. Onu 09 mart 2020-ci il tarixdə Tovuz RPŞ-yə dəvət etmişlər və Elladanın qaçırılması ilə əlaqədar izahatı alınmışdır. Həmin vaxt ona Elladanın valideynlərinin şikayət etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəməyə yazılı qaydada müraciət edərək, 23.12.2021-ci il tarixli həmin müraciətində qeyd etmişdir ki, Elvin Vasifi və onu iş yerinə çağırmışdır ki, gəlin sizinlə işim var. Oraya gedəndə onlara demişdir ki, sizinlə Ellada xanımı qaçırmağa gedirik. Onları aldatmışdır ki, Ellada razıdır. Elladanı qaçırmağa o, Vasif və Elvin getmişlər. O, kənarda dayanmış və maşında gözləmişdir. Elvinin göstərdiyi yerə gedəndə görmüşdür ki, o, zorla Elladanı maşına mindirir. O, Elladanın qışqırdığını görmüşdür. Ellada maşından özünü atmaq istəyirmiş. O, maşının qarşısını bağlamışdır ki, Ellada maşından düşməsin, düşər ona nə isə olar. O, Elvindən soruşmuşdur ki, “bu nədir, deyəsən Ellada razı deyil”. Elvin isə cavab vermişdir ki, “narahat olma, hər şey qaydasındadır”. O, həmin an Elvinin onu aldatmasını bilsəymiş maşını saxlayarmış, aparmaqdan imtina edərmiş. Elvin ona demişdir ki, babasıgilin evinə gedirlər. Yolu Elvin göstərmiş, o, onları Elvinin deməsinə görə babasının evinə gətirmişdir. Lakin sonradan bilmişdir ki, bura onun babasının evi deyildir, Elvin ona yalan danışıb. Anası ona demişdir ki, siz Elladanı Elvinin babasının evinə aparmamısınız. O da evi anasına təsvir etmişdir. Anası Ellada xanımın anasını və özünü aparıb onun təsvir etdiyi evi onlara göstərib Ellada da deyib ki, onu bu evə gətiriblər, həmin ev babasının evi olmamışdır. O, ilk ifadəsində hadisə necə olmuşdursa elə də yazmış, sonradan vəkil Müdafiəçi3 ona demişdir ki, səni tutacaqlar və ifadəsini dəyişdirmişdir. O da vəkil nə yazmışsa ona qol çəkmişdir. O, ümumiyyətlə Elladanın razılığının olmamasını bilməmiş, Elvin Elladanı maşına mindirəndə, maşından düşürəndə dəfələrlə soruşmuşdur ki, Elladanın razılığı yoxdurmu ki, o özünü belə aparır. O, isə demişdir ki, Ellada razıdır, qız qaçırılanda özünü belə aparmalıdır. O, əvvəldən Elladanın razılığının olmadığını bilsəymiş, heç vaxt getməzmiş, maşını saxlayarmış, Elladanı düşürərmiş. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 səmimi ifadə verməsini nəzərə alıb ondan heç bir şikayət tələblərinin olmadığını bildirmişlər və müvafiq ərizə vermişlər. Bu qeyd etdiklərinin onun son ifadəsi və sözü kimi nəzərə alınmasını, həmçinin, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini bildirərək onun azadlıqdan məhrum edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmədə ifadə verməkdən imtina etməklə, ibtidai istintaq zamanı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 5 ildən artıq müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs1 onun yaşadığı kəndin ərazisində bərbər işləmişdir. Onun Elvinlə ilk tanışlığı Elvinin bərbər fəaliyyəti ilə əlaqədar olmuşdur. Onun Elvinlə tanışlığı sonradan dostluq münasibətlərinə çevrilmişdir. Təqsirləndirilən şəxs1 ona təxminən 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 ilə bir-birlərini sevdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs1 da Elvinin işlədiyi bərbərxana ilə üzbəüz aptekdə işləmişdir. O, Zərərçəkmiş şəxs1 qiyabi olaraq tanımışdır. Zərərçəkmiş şəxs1 ilə hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Ellada ilə Elvin 2 ilə yaxındır ki, bir-birilərini sevmişlər. O, Elvinlə əksər vaxtlar bir yerdə olmuşdur. O, Elvinlə olan zaman Elvin mütəmadi olaraq kənarda Ellada ilə mobil telefon əlaqəsi saxlamış və ya mesajlaşmışdır. Lakin o, Elvinin mobil telefonla və ya mesajla Ellada ilə nə danışdığını bilməmişdir. Onun Elvinin dəfələrlə Elladaya hədiyyələr verməsi barədə məlumatı olmuşdur. X42 101 ədəd qızıl gül, “ayı balası” hədiyyəsi, həmçinin qızıl boyunbağı da alaraq hədiyyə etmişdir. Həmin qızıl boyunbağını dostu Günər Bakı şəhərindən almış və özü şəxsən Elvinə vermişdir. Lakin Elvinin həmin boyunbağını Elladaya hansı formada verməsi barədə onun məlumatı olmamışdır. Elvin Elladanın ailəsinə elçi göndərmiş, lakin Elladanın ailəsi Elvinin elçilərinə yox cavabı vermişlər, hansı səbəbdən Elladanın ailəsinin Elvinə yox cavabı verməsi barədə onun məlumatı olmamışdır. Elvinin ona bildirdiyinə görə, Elladanın Elvinin ailəsinə yox cavabı verməsinin səbəbi kimi də Elvinin narkotik və spirtli içki aludəçisi olduğunu demişlər. Lakin o, son 5 il müddətində Elvinin spirtli içki qəbul etməsinin şahidi olmamışdır. Elvin və Elladanın işlədiyi ərazidə hər kəs onların biri birini sevməsini bilmişlər. Elvin Elladanı qaçırdan gün yəni, 08 mart 2020-ci il tarixdə o, Elvinin yanına saçını kəsdirmək üçün getmişdir. O, saçını kəsdirdikdən sonra, həmin gün bibisi oğlu Fərhadın “qız toyuna” getmişdir. Təxminən axşam saat 19 radələrində toydan çıxmış və yolüstü Elvinin bərbərxanasına gəlmişdir. Elvinin bərbərxanasında Günər, Rövşən, Elvin və ondan başqa heç kəs olmamışdır. Həmin vaxt Elvin onlara bildirmişdir ki, “Zərərçəkmiş şəxs1 deyir ki, gəl qoşulaq qaçaq”. Orada olarkən Elvin söhbət əsnasında onlara bildirmişdir ki, “Elladanın anası evlənməmizə narazı olduğu üçün zorla qaçırtmaq səhnəsini yaratmaq lazımdır” deyib aralarında razılaşmışlar. Belə bir səhnə Elvinin deməsinə görə, Ellada ilə anasını sonradan barışdırmaq üçün lazım olmuşdur. Onlar təklikdə Elvindən qızın razılığının olub-olmamasını soruşmuş, Elvin də Elladanın bu məsələyə razılığının tam olduğunu bildirmişdir. Bundan sonra Elvin Rövşənlə ona Elladanın yaşadığı evin yaxınlığına getmələrini bildirmişdir. Səbəb kimi isə Elladanın qaçırılması zamanı ərazidə münaqişə olarsa, münaqişənin qarşısını almaq məqsədilə getmələrini bildirmişdir. O da Rövşənlə birlikdə Elvinin məsləhəti ilə yaranacaq münaqişənin qarşısını almaq məqsədilə piyada Elladanın yaşdığı evə tərəf getmişlər. X56nın yaşdığı evin yerləşdiyi küçə qaranlıq vəziyyətdə olmuşdur. Elladanın yaşadığı evin yerləşdiyi küçəyə çatdıqda Günərin «VAZ 2107» markalı avtomobilinin arxa işıqlarını görmüş və həmin vaxt qadın qışqırtısının səsini eşitmişlər. Lakin həmin qadını anatomik cəhətdən görməmiş amma həmin qışqıran şəxsin Elladanın anası Şəlalə olmasını ehtimal etmişdir. O və Rövşənin dayandıqları yerlə Elladanın yaşadığı ev arasında 50-70 metr məsafə olmuşdur. Bundan sonra isə Rövşənlə o, ərazidən qaçıb uzaqlaşmış və yaşadıqları evlərə getmişlər. 09 mart 2020-ci il tarixində saat 01 radələrində o, Elvinə zəng vurmuş və vəziyyətinin necə olduğunu soruşmuşdur. Elvin isə cavabında hər şeyin yaxşı olduğunu və danışa bilmədiyini bildirdib, telefonu söndürmüşdür. 10 mart 2020-ci il tarixində isə onu Tovuz RPŞ-yə çağırmışlar. Ona X56nın və valideynlərinin şikayət etdiklərini bildirmişlər. O, Elladanın şikayətinin olmasını, eləcə də Elvinin Ellada ilə Bakı şəhərində cinsi əlaqədə olmasını həmin vaxt öyrənmişdir. Onun bu barədə Tovuz RPŞ-də olarkən məlumatı olmuşdur. X43 ilə cinsi əlaqədə olmasının detalları barədə geniş məlumatı olmamışdır. Şəlalənin onu yıxaraq müqavimətini qırması barədə bildirdikləri təmamilə yalan şər və böhtandır, belə bir hadisə olmamış, ümumiyyətlə hadisə anında orada olmamışdır. Günər ilə Elvin özləri orada olmuşlar. Rövşən və o, yalnız kənardan səs-küy eşidib çıxıb getmişlər. Əgər Zərərçəkmiş şəxs2 onu tanımış olsa idi, həmin gün DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciətində də onun adını qeyd etmiş olardı. Həmçinin həmin gün hadisə vaxtı o, Rövşənlə birlikdə olmuşdur. 09 mart 2020-ci il tarixində Elçin ona zəng edərək Elvinin harada olduğunu soruşmuş və Elvinin etdiyi hərəkətdən xəbərinin olub-olmadığnı, bacısı Elladanın Elvin tərəfindən qaçırılması barədə soruşmuş, o da hadisədən xəbərinin olmadığını bildirmişdir. Yəni, Şəlalə ondan şikayətçi olsaydı, 09 mart 2020-ci il tarixində oğlu Elçin ona zəng edib Elvinin yerini soruşmazmış. Son sözündə onun əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmiş, eləcə də, baş vermiş hadisəni də dəstəkləmədiyini, belə bir hadisənin baş verdiyi üçün peşman olduğunu qeyd etmiş, ağır xərçəng xəstəsi olmasının, mütəmadi olaraq müalicəyə ehtiyacının olmasının, azadlıqdan məhrum ediləcəyi təqdirdə həyati təhlükəsinin olmasının nəzərə alınaraq, onun azadlıqdan məhrum edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi 20 avqust 2020-ci il tarixli ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Aşağı-Quşçu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı kənddə yerləşən aptekdə əczaçı işləyir. O, işlədiyi aptekin yaxınlığında bərbər işləyən Təqsirləndirilən şəxs1 ilə təxminən 2 il əvvəl tanış olmuşdur. 2018-ci ilin iyul ayında Elvin onun işlədiyi aptekə gəlmiş və onu sevdiyini bildirmiş, o da həmin vaxt Elvinə heç bir qarşılıq verməmişdir. Elvində israr edərək ondan ona tez-tez şans verməsini istəmiş, lakin onun Elvinin hərəkətlərindən xoşu gəlməmişdir. Buna görə də o, Elvinə sevgi münasibətləri yaratmaq üçün heç bir şans verməmiş, onun Elvinin ailəsinin də yaşadığı Əsrik-Cırdaxan kəndində yaşadıqları evin yerləşdiyi yerdən xoşu gəlməmiş, həmçinin Elvin də onu hər gün mənasız yerə bezdirdiyindən Elvinə heç bir şans verməmişdir. 2019-cu ilin yay aylarında Elvin onun işlədiyi Aptekə gələrək ondan nömrəsini istəmiş, lakin o, nömrəsini verməkdən imtina etmiş, bu zaman Elvin ona bildirmişdir ki, “əgər mənə şans verməsən, onsuz da səndən əl çəkən deyiləm, lazım olsa səni qaçıracağam”. O, bu haqda atası Mürsələ məlumat vermiş, atasının Elvinlə söhbətindən sonra Elvin bir müddət onunla münasibət saxlamağa çalışmamışdır. 2019-cu ilin avqust ayının sonlarında “WhatsApp Messenger” proqramı vasitəsilə ona mesajlar yazmağa başlamış, o da həmin vaxt Elvinin nömrəsini “blok”lamışdır. Bundan bir neçə gün sonra Elvin aptekə gəlmiş, ağlayaraq ondan ona şans verməsini istəmiş, o da Elvinə sevgi münasibətlərinin yaranması üçün şans vermişdir. Tanışlıqlarının əsas məqsədi ailə qurmaq olmuş, Elvin ona qarşı çox qısqanc davranmış və buna görə də bəzən mübahisələri olmuşdur. Hətta Elvin onu qısqandırmaq üçün Elvinə məxsus gül dükanında satıcı işləyən Gülbəniz adlı qızla sevgi münasibətləri yaratmış, 2019-cu ilin noyabr-dekabr aylarında bütün kənd sakinləri Elvinlə Gülbəniz arasında sevgi münasibətlərinin olmasından danışmışdır. O, Elvindən bu haqda soruşduqda Elvin hər şeyin yalan olduğunu bildirmiş, o da 2020-ci ilin fevral ayınadək olan müddət ərzində Elvinə onu sevdiyini bildirən mesajlar yazmışdır. 2020-ci ilin fevral ayında Elvin ona bildirmişdir ki, onunla ailə qurmaq üçün elçi göndərmək istəyir. Bundan əvvəl 2018-ci ildə Elvinin anası Gülnarə dəfələrlə anasının iş yerinə gələrək Elvinlə onu evləndirmək niyyətini açıqlamış, anası da ona onun razılığının olmadığını bildirmişdir. Elvin də bu dəfə yuxarıda qeyd etdiyi səbəbin aradan qalxdığını bildirmiş və israrla elçi göndərəcəyini demiş, o da anası Şəlaləyə Elvin barəsində danışıb, Elvinin onlara elçi göndərmək istəməsini demişdir. Anası da həmin vaxt Elvinin onlara elçi göndərməsinin əleyhinə olduğunu bildirmiş, həmin vaxt o, anasından bu haqda heç bir səbəb soruşmamışdır. O da Elvinə yazdığı mesajlarda dəfələrlə onun ailəsinin onunla ailə qurmağının qəti əleyhinə olduğunu bildirmiş, hər dəfə Elvinlə yazışan zaman evdə valideyinlərini onların ailə qurmağına görə razı salacağını demişdir. Elvinlə əlaqələri olan vaxt Elvin ona 31 dekabr 2019-cu il tarixdə 101 ədəd qızıl gül, 14 fevral 2020-ci il tarixdə sevgililər günü gül və ayı balası(mişka) oyuncağı da hədiyyə kimi alaraq gətirib aptekdə ona vermişdir. Həmin hədiyyələri o, evə aparmamış, aptekdə saxlamış, 2020-ci il fevral ayının sonlarında o, anası Şəlaləyə Elvinin ona ayı balası(mişka) aldığını bildirmişdir. Həmin vaxt anası atası Mürsələ Elvinlə onun aralarında sevgi münasibətlərinin olmasını demiş, atası ona bir söz deməmiş, çünki anası atasına onun Elvinlə ailə qurmasının əleyhinə olduğunu bildirmişdir. O, 2020-ci ilin mart ayının əvvəllərində anasından Elvinlə evlənmələrinin niyə əleyhinə olduğunu yenidən israrla soruşmuş, Anası da Elvinin rayonda başqa qadınlarla əlaqə saxladığını və tüfeyli həyat tərzi keçirtməsini demiş, onların nikahlarının əleyhinə olmuşdur. Onun anası Elvinin işlədiyi bərbərxana və gül dükanı ilə üzbəüz tikiş evində işləmiş, anası tikiş evində işlədiyi vaxt Elvinin Gülbəniz adlı qızla öpüşməsinin və Gülbənizlə sevgi münasibətləri yaşamasının dəfələrlə şahidi olmuşdur. Anası Elvinin bu cür əxlaqsız hərəkətləri barədə ona onun anasına israr etməsindən sonra danışmışdır. O, sonuncu dəfə Elvini doğum günü münasibətilə 4 mart 2020-ci il tarixdə təbrik etmiş, ilk vaxtlarda o, Elvin ilə biri-birlərini sevmiş, hətta o, çalışmışdır ki, bu izdivac alınsın. Elvinə sms göndərməklə onu doğum günü ilə bağlı xoş arzularla təbrik etmiş və Elvini özünə yaxın bildiyi üçün elə bir sms yazmış, o, həmin gün günorta saatlarında Elvinlə mobil telefonla danışan vaxt sevgi münasibətlərinin bitdiyini bildirmişdir. Əvvəlcə o, Elvini sevmiş, lakin sonradan Elvinə qarşı fikri dəyişmiş, Elvinlə birgə yaşamaq istəməmiş, münasibətlərinin alınmasını istəməmiş, çünki Elvin ona xəyanət və əxlaqsızlıq etmişdir. Həmin vaxt Elvin ona ayrıca mobil telefon almağını və onunla gizlincə danışmağını təklif etmiş, lakin o, razı olmamış, onun Elvinlə münasibətlərinin birdən–birə kəsilməsinə səbəb Elvinin Gülbəniz adlı qızla olan əxlaqsız münasibətləri olmuşdur. Bütün kənd sakinləri Elvinlə Gülbəniz arasında olan sevgi münasibətindən danışsalar da, Elvinin bu hadisəni inkar etməsi onun Elvinə nifrətini artırmış, yuxarıda qeyd etdiyi tarixdə o, Elvinlə münasibətlərini tamamilə kəsmişdir. 2020-ci ilin mart ayının 6-da Elvin ona dayanmadan zəng etmiş, o da həmin gün Elvinin israrlı zənglərindən sonra mobil telefonunu açmış, Elvin içkili vəziyyətdə olmuşdur. Elvin ona ailəsini niyə seçdiyini və Elvinlə ayrılmaq üçün bəhanə axtardığını və Gülbəniz məsələsinin onun üçün bəhanə olduğunu bildirmiş, bundan sonra isə onun başqa sevgililərinin olduğunu və buna görə də onu atdığını bildirmişdir. Həmin vaxt Elvinin VAZ 2106 markalı avtomobildə evlərinin qarşısında olduğunu görmüş, Elvin ona bildirmişdir ki, “mənimlə danışmasan hasardan evə düşərəm və səni qonşuların yanında biabır edərəm”. O da biabır olacağından qorxmuş və Elvinə onunla danışacağına söz vermiş, bundan sonra Elvin ərazini tərk edib getmişdir. Həmin vaxt o, evdə tək olmuş, bundan bir neçə dəqiqə sonra onların yaşadığı evə atası gəlmiş və o, atasına Elvinin hərəkətləri barədə xəbər vermişdir. Atası da Elvini tənbeh etmək üçün Elvinin işlədiyi bərbərxanaya getmiş, lakin Elvin iş yerində olmadığından atası anasının yanına getmiş, anası da Mürsələ Elvinin ona etdiyi ayı balası hədiyyəsi barədə danışmış və atası Mürsəl də həmin hədiyyəni aparıb Elvinə qaytarmış və Elvinə veriləsi qızının olmadığını demişdir. Bu hadisə təxminən 2020-ci ilin mart ayının 6-a təsadüf etmişdir. Həmin gün axşam saat 17 radələrində Elvin Aptekə içkili vəziyyətdə gələrək, onu yanına çağırmış və “mən səndən əl çəkəsi deyiləm, atana da bildirmişəm ki, məni öldürsən də qızından əl çəkəsi deyiləm” deyə bildirmişdir. Bundan sonra o, Elvinə artıq onu sevmədiyini bildirmiş, bu zaman müştəri gəlmiş, həmin vaxt Elvin vitrinin arxasına keçmiş və ona iki şillə vurmuş və ondan canını qurtara bilməyəcəyini bildirmişdir. Bundan sonra Elvin Apteki tərk etmiş, 07 mart 2020-ci il tarixində Elvin ona zəng edərək, ondan üzr istəmiş və ona qızıl boyunbağı aldığını bildirmiş və ondan xatirə saxlamağını xahiş etmiş, o isə hədiyyədən imtina etmişdir. Eyni zamanda o, Elvininə onun xəyanətini, söyüş söyməyini və onu vurmağını artıq onların aralarında olan münasibətlərinin sonlandırdığını bildirmişdir. 07 mart 2020-ci il tarixində 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə Elvin ona qızıl boyunbağını öz işçisi Rəşanə vasitəsilə aptekdə olan zaman ona təqdim etmişdir. Rəşanə hədiyyəni dərman adı ilə ona təqdim etmiş, o da Elvinin hədə qorxusundan narahat olduğundan həmin qızıl boyunbağını gətirən qadından qəbul etmişdir. Onun Elvindən qorxmasına baxmayaraq onun barəsində şikayət etməməsinin səbəbi, fikirləşmişdir ki, Elvini başa salar və Elvində başa düşüb ondan əl çəkər. Ona görə də hüquq mühafizə orqanlarına Elvin barəsində şikayət etməmiş, bundan sonra Elvin ona zəng etmiş və hədiyyəni qəbul edib-etmədiyini soruşmuş, o da Elvinə hədiyyəni qəbul etməyəcəyini bildirmiş və həmin gün o, axşam Elvinə mesaj yazaraq onu sakitləşdirməyə çalışmışdır. Çünki Elvinin onu kənd sakinləri arasında biabır edəcəyindən qorxmuş, həmin gün o, anasına Elvinin ona qızıl boyunbağı hədiyyə etdiyini bildirmiş, anası da ondan boyunbağını geri qaytarmağını tələb etmişdir. Anası və atası 8 mart 2020-ci il tarixində kəndlərində əmisi qızı Gülşənin nişan mərasiminə getmiş, ona görə də, anası və atası həmin boyunbağını Elvinə qaytara bilməmiş, lakin sonradan hədiyyə qaytarılmışdır. Bundan sonra 8 mart 2020-ci il tarixdə o, Elvinlə əlaqə saxlamış və Elvinə zəng edərək onların aralarında sevgi münasibətlərinin bitdiyini və onu narahat etməsin bildirmişdir. Həmin gün Elvin günorta vaxtı ona zəng edərək indi işinin olduğunu, bir azdan zəng edib deyəcəklərinin olduğunu bildirmişdir. O da həmin gün saat 20:30-da gecə növbəsindən işdən çıxıb evə gedən zaman, Elvinə zəng etmiş, Elvin həmişəki kimi onun zəngini rədd edərək təkrar özü ona zəng etmişdir. O, danışıq zamanı Elvinə daha evə getdiyini, onu narahat etməsin bildirmiş, Elvin də onunla razılaşıb sağollaşmışdır. Həmin tarixdə saat 20- 30 radələrində anası əmisi qızının nişanından çıxıb onu işdən götürmək məqsədilə yanına gəlmiş, o da anası ilə birlikdə işdən çıxıb adını bilmədiyi həmkəndlisinin avtomobili ilə evlərinə getmişdir. Onlar evlərinin yaxınlığındakı küçədə evdən təxminən 50 metr aralıda maşından düşmüş, yaşadıqları evin yaxınlığında ağ rəngli, dövlət qeydiyyat nişanı olmayan «VAZ 2107» markalı avtomobil sürüb onların qarşılarında maşını saxlamışdır. Həmin avtomobildən düşən təxmini 4-5 nəfər şəxsi, eləcə də onların arasında Elvinin olmasını görüb anlamışdır ki, onlar onu qaçırmağa gəlmişlər. Çünki, əvvəllər qarşılıqlı münasibətləri olmayan vaxtı, 2018-ci ildə dəfələrlə Elvin onu qaçıracağını bildirmiş, Elvinlə qaçırılması barədə hər hansı razılığa gəlməmiş, Elvinin onu qaçırtmaq niyyətini anlayan kimi o, qonşunun həyətinə tərəf qaçmış, qonşunun həyət qapısı bağlı olduğundan onlara sığına bilməmişdir. Sonra qışqıra-qışqıra küçə ilə aşağı istiqamətdə qaçmış, Elvin də onun arxası ilə qaçdığından, həmin vaxtı o, yolun kənarı ilə çəkilmiş arxı görməmiş və ayağı büdrəyərək yıxılmışdır. Bundan sonra Elvin də ona ilişib yerə yıxılmış, sonra ayağa qalxıb onu arxadan qucaqlayıb, özü ilə dartaraq gəldiyi maşına mindirmişdir. O, hadisələrdən sonra hadisə vaxtı yaşadıqları evin qarşısında olan şəxslərdən biri onların həmkəndliləri Vasif, digərləri isə sürücü Günər və Rövşən olmuşlar. O, adları qeyd edilən şəxslərdən Günərlə, Vasifi tanımış, Rövşəni isə ümumiyyətlə tanımamışdır. Belə ki, Günər Elvinin yaxın dostu olduğundan tanımış, Vasifi Elvinin yanında iş yerinin yaxınlığında görmüş və həmkəndliləri olduğu üçün tanımışdır. Elvinin sözündən bilmişdir ki, Vasiflə arası yaxşıdır və onunla dostluq edir. Elvin onu həmin vaxt məcburi maşına mindirmiş, Rövşən ilə Vasifin hərəkətlərindən isə onun məlumatı olmamışdır. O, hadisə baş verən vaxtı anasını kimin vurmasını bilməmiş, lakin anasının tutulub saxlanılmasını eşitmiş, sonradan anasının sözündən bilmişdir ki, anasını hadisə vaxtı tutub saxlayan Vasif olmuşdur. O, avtomobildə olan zaman, həmin avtomobilin qapılarına təpiklə bir neçə zərbə vurmuş və bir neçə dəfə də avtomobilin qapısını açaraq qaçmağa cəhd etsə də, Elvin hərəkətlərinin qarşısını almışdır. O, növbəti dəfə avtomobilin qapısını açıb qaçmaq istəyən zaman sürücü Günər avtomobilin qapısını özü bağlamaqla onun qaçmasının qarşısını almışdır. Maşına minəndən sonra Günər onları idarə etmiş olduğu avtomaşınla Tovuz rayonu, Avaztəpə kəndində yaşayan Elvinin babasının evinə aparmışdır. Həmin vaxt fərdi yaşayış evinin qapısı açılmış, bundan sonra o əmin olmuşdur ki, ev sakinlərinin də onun qaçırılmasından xəbəri vardır. Həmin evdə iki orta yaşlı qadın və təxminən 50 yaşlarında kişi olmuş, Günər avtomobili fərdi yaşayış evinin həyətinə sürmüşdür. Elvin ona avtomobildən düşməyi təklif etsə də, o imtina etmiş, bu zaman Elvin və Günər avtomobili tərk etmiş, o avtomobildə olan zaman Elvinin mobil telefonuna zəng gəlmiş, bu zaman anlamışdır ki, Elvin mobil telefonunu avtomobildə unutmuşdur. O, mobil telefonu götürmüş və zəng vuran şəxsin Vasif olduğunu görmüş, zəngi söndürüb anasına zəng vurmaq istəyən vaxtı Günər avtomobilin qapısnı açıb mobil telefonu onun əlindən almışdır. Bundan sonra Elvin onun qolundan tutub avtomobildən yerə düşürmüş, həmin vaxt həyətdə tanımadığı cavan oğlanlar da olmuş, o dəfələrlə Elvinin əlindən çıxıb qaçmağa cəhd göstərsə də, Elvin onun qarşısını almış və qaçmağına imkan verməmişdir. Həmin həyətdə iki ev olmuş, Evlərin biri birmərtəbəli, digəri isə ikimərtəbəli olmuşdur. Elvin əvvəlcə onu birmərtəbəli evə aparmış, Elvin onu qaçmağa cəhd etdiyinə görə üz nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur ki, özünü sakit aparsın. Sonra o, masanın üzərində olan meyvə bıçağını götürüb özünə xəsarət yetirmək istəmiş, lakin Elvin bıçağı onun əlindən almışdır. Bundan sonra onu həyətdə olan digər ikimərtəbəli evin ikinci mərtəbəsinə aparmış, həmin vaxt bir nəfər tanımadığı 50 yaşlarında olan kişi və Elvin onun qolundan tutmuş, tanımadığı qadın isə arxadan itələyərək onu evin ikinci mərtəbəsinə aparmışlar. Onlar onu Elvinlə bir otağa salmış, Elvin otaqda onu çarpayıya itələmiş və onunla cinsi əlaqədə olmaq məqsədilə onun əynində olan göy rəngli cins şalvarının düyməsini açmaq istəmişdir. Bu zaman Günər Elvini səsləmiş və Elvinin mobil telefonuna zəng gəldiyini bildirmişdir. O, Günəri səsindən tanımış, həmçinin Elvinin telefonunu da onun əlindən Günər almış və telefon Günərdə qalmışdır. Elvin otaqdan çıxıb telefona cavab verdikdə o, qaçmaq niyyəti ilə pəncərənin nəfəslik hissəsini çıxarıb özünü pəncərədən atmaq istəyən zaman həyətdə olan tanımadığı şəxslər qışqırmışlar ki, “qız özünü atır”. Elvin də təcili otağa daxil olub əli ilə onu dartan zaman otaqda olan sobaya başı dəyərək ön sol alın nahiyəsindən qanaxma başlamışdır. Bu vaxt o, yarı huşsuz vəziyyətə düşmüş və onu evdə divana uzandırmışlar. O, yarı huşsuz vəziyyətdə olan vaxt kiminsə “Anarı çağırın” deyə ifadə işlətməsinin şahidi olmuşdur. O, özünə gələndə evdə qadınlar çox olmuş, bir qədər sonra evə Anar adlı şəxs gəlmiş və onun alın nahiyəsinə tikiş qoyulmasını evdəkilərə bildirmiş, həmin vaxt evdə Elvinin anası Gülnarə də olmuşdur. Oradan onu adını bilmədiyi 3 qadın kənddə yerləşən Vaqif adlı şəxsin evinə aparmış, orada həmin həkim onun alın nahiyəsinə tikiş atmışdır. Vaqifin tanış həkim olmasını ona deyilmiş, ona görə də o, hadisənin mahiyyəti üzrə Vaqifə bir söz deməmişdir. Lakin yanında olan qadınlar Vaqifə bildirmişlər ki, “Ehsan zamanı qulluq edəndə o, yıxılmışdır”. Bundan sonra o da anlamışdır ki, Vaqif ona köməklik edən deyil. Daha sonra həkimin yaşadığı evin qarşısından Elvin onu «Mercedes» markalı avtomaşına mindirib aparmışdır. Maşındakı sürücü bir neçə dəfə o qışqırsa da, heç bir reaksiya verməmiş, o da artıq anlamışdır ki, sürücü Elvinin tanışıdır. Yolda, maşında olan zaman baş ağrısı ilə bağlı Gəncə şəhərində xatırlamadığı ərazidə sürücü maşını saxlayaraq özü maşından düşüb Elvinin vermiş olduğu pula ağrıkəsici almışdır. Elvin avtomobildə onun qolundan möhkəm tutmuş və başını dizlərinin üzərinə qoymuşdur ki, qalxıb avtomobildə səs-küy salmasın. Yolda avtomaşını iki yerdə saxlamışdır, həmin yerlərdən biri Gəncə rayonunda yerləşən aptekdə saxlamış, bir də avtomaşında iki saatadək hərəkət etdikdən sonra yol kənarında, bilmədiyi məkanda avtomaşının hərəkətini saxlayaraq Elvin özü onu maşından düşürtmüş, maşından düşüb onu qolundan tutub sanitar qovşağa aparmış, Elvin qapının girişində gözləmiş, o da sanitar qovşağa keçən zaman ətrafda heç kəs olmamışdır. Taksi sürücüsü saxladığı sanitar qovşaqdan ümumi hərəkətə başlayandan 2 saat sonra Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlamış və həmin sanitar qovşağın ətrafında yaşayış evləri və ya iaşə obyektləri olmamışdır. Yolun kənarında tək sanitar qovşaq olmuş, kənarında ağaclıq və qamışlıq olmuş, o, həmin yeri əyani olaraq göstərə bilmir və tanımır. Yolda olarkən Elvinə tez-tez zənglər gəlmişdir və Elvin ona öz mobil telefonunu vermişdir ki, anası ilə danışsın və anasına hər şeyin yaxşı olduğunu desin. O da anası ilə telefonla danışarkən anasına “hər şey yaxşıdır narahat olmayın mən evə geri qayıdacam” demiş, sonra Elvin telefonu onun əlindən almışdır. 09 mart 2020-ci il tarixdə Elvin onu Binəqədi rayonunda yerləşən dəqiq bilmədiyi ünvana gətirmiş, həmin ev adları sonradan ona məlum olan Nailə və Cəsarətə məxsus olmuşdur. Elvinin sözlərindən ona məlum olmuşdur ki, Cəsarət Elvinin dostu olmuş, o, avtomobildən düşmüş və şalvarı Avaztəpədə yıxılan zaman aldığı xəsarətin nəticəsində qana bulaşmışdır. Elvin onu Cəsarətə təqdim edərək, bildirmişdir ki, istədiyi qız Elladadır. Həmin vaxt Nailə ondan soruşmuşdur ki, “niyə şalvarın və köynəyin qan içərisindədir?”. Elvin onun yerinə cavab verərək bildirmişdir ki, qaçırılan zaman başı daşa dəymişdir. Bu zaman Elvinlə Cəsarət çölə çıxmışlar. Həmin vaxt Nailə ondan hadisəni danışmasını istəmişdir. O, Nailəyə anasının yanından zorla qaçırıldığını bildirmiş, Nailə isə onun sözlərinə məhəl qoymamış və “olan-olub keçən keçib, artıq həyatını qəbul et” demişdir. O, Nailə və Cəsarətin evində olduğu müddətdə onun “aybaşı” vaxtı olduğu üçün Nailə ilə söhbət zamanı üzərində olan trusikin bulaşıq olduğunu, ona yeni trusik verə biləcəklərini soruşmuşdur. O, Nailənin evində olarkən Nailədən paket istəmiş, Nailə özünü paket istifadə etmədiyini deyib bu barədə ərinə zəng etmişdir. Nailənin əri və Elvin evdə olmamışdır, 10-15 dəqiqə sonra Nailə qonaq otağında trusiki və paketi ona vermişdir ki, əynini dəyişsin. O da evin həyətində yerləşən hamamda trusiki Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 və paketi istifadə etmişdir. Üzərində olan trusiki əynindən çıxardıb gödəkçəsinin cibinə qoymuşdur. O, əllərini yumuş və həyətə düşən zaman Elvinin həyətdə onu gözlədiyini görmüşdür. O, Cəsarət ilə Nailənin yaşadığı evdə olarkən Elvinin Tovuz RPŞ-də işləyən qohumu Cavid Elvinin mobil telefonunda olan «Whatsappa»-a zəng edərək Elvinlə görüntülü danışmış, sonra da onunla danışmışdır, həmin vaxt Cavid, polis formasında olmuşdur və ona demişdir ki, “artıq gecdi olan-olub keçən keçib get bölmədə könüllü gəlməyin barədə ərizə yaz məsələ bağlansın”. Bundan başqa Cavid Elvinə qızın qohumlarının Tovuz RPŞ-də olduğunu və əsəbi olduqlarını bildirmişdir. O, Cavidin Elvinin qohumu olduğunu bilmiş, danışıq zamanı Cavidə bir söz deməmişdir. Bundan sonra Tovuz RPŞ-nin əməkdaşı Namiq Elvinə zəng etmişdir. O, ailəsinin onu qəbul etməyəcəyindən qorxduğu üçün Namiqə özü gəldiyini bildirmişdir. Həmin vaxt Elvin də polislərin tez-tez ona zəng etməklərindən və onu əlindən alacaqlarından narahat olmuşdur. Bundan sonra o, digər otağa keçmiş və anası ilə mobil telefonla danışan vaxt “artıq iş-işdən keçib” demişdir. Yəni, o, qaçırıldığından, artıq el-obada biabır olduğunu düşünmüş və buna görə də anasına “artıq iş-işdən keçib” sözlərini işlətmişdir. O, anası ilə həmin ərəfədə iki dəfə danışmış, anası ilə sonuncu dəfə danışandan sonra anasının halı pisləşmiş və o, anasının şöbədə olan rəfiqəsi Vüsalə ilə danışmışdır. Vüsalə ona anasının halının pisləşdiyini, atasının infarkt keçirtdiyini, rayona qayıtmağını demişdir. Həmin vaxtadək Elvin ilə onun arasında heç bir cinsi əlaqə olmamış, o, “işin işdən keçməsini” otaqda olarkən demiş və həmin vaxtı otaqda ondan başqa kimsə olmamış, lakin o, Elvinin təsiri nəticəsində bu sözü demişdir. Bundan sonra evdə səssizlik olmuş, həmin vaxt o, yataq otağında çarpayıda oturmuşdur. Elvin yataq otağında onun üzərinə gələrək əli ilə onun sinə nahiyəsindən vurub çarpayının üzərinə yıxıb bir neçə dəfə sağ ya sol əli ilə onun sifət nahiyəsinə vurmuş, sol əli ilə onun sinə nahiyəsindən tutub sağ əli ilə şalvarın düyməsini açmadan şalvarını trusiki ilə birgə dartıb əynindən sonadək çıxartmışdır. O, sağ və sol əli ilə Elvinin onun sinəsinin üzərində olan sol əlinin aşağı bazu nahiyəsindən tutub Elvinə müqavimət göstərmişdir. Həmin vaxt onun taqəti olmadığı üçün Elvinə aktiv müqavimət göstərə bilməmişdir. Elvinin əynində köynəyin olub-olmamasını xatırlamır, həmin vaxt o, özündə olmamışdır. Lakin Elvin əynində olan şalvarı və trusiki dizə qədər soyunmuş, Elvinin əynində olan şalvarın materialını və trusikin formasını xatırlamır. Elvin onun əynində olan şalvar və trusiyi dartıb çıxartdıqdan sonra sol əlini onun sinə nahiyəsindən çəkib hər iki əli ilə onun sağ və sol ayağını dizdən yuxarı ön hissədən sıxaraq, aralayıb cinsiyyət orqanını onun uşaqlıq yoluna yerləşdirib üzərinə əyilərək hər iki qolunun yuxarı bazu nahiyəsindən çarpayının üzərinə sıxaraq onun müqavimətinin qarşısını almışdır. Onun hadisə vaxtı Elvinə müqavimət göstərməyə taqəti olmamışdır. Bundan sonra isə Elvin cinsiyyət orqanını onun uşaqlıq yoluna daxil etmiş və irəli-geri hərəkət etdirməklə onun qızlıq bəkarətini pozmuşdur. Cinsi əlaqə aktı təxminən 5-6 dəqiqə müddətə davam etmişdir və Elvin spermasını onun uşaqlığına boşaltmış, lakin o, sonradan hamilə qalmamışdır. Bakirəliyi pozulan vaxt ağrı hiss etmiş və cinsiyyət orqanından qan axdığını görmüş, onun cinsiyyət orqanından axan qan “prostinaya” bulaşmışdır. Elvinin əynində olan geyim əşyası və ya boyunbağı və sair kimi əşyaların olub olmamasını xatırlamır. Elvin onu zorlayan zaman gödəkcəsi, uzunqol köynəyi və liftciyi əynində olmuşdur. Elvin cinsi əlaqəni bitirdikdən sonra o, uzanıqlı vəziyyətdə qalmış, Elvin isə otaqdan çıxmış, onun üzərində yorğan olmuş, yorğanı üzərinə çəkib uzanmışdır. Həmin vaxt onun cinsiyyət orqanında və bud nahiyyəsində, qollarında ağrılar olmuşdur. Nailə alınan geyim əşyasını gətirib otağa keçən zaman o, yerindən qalxıb yorğanı ətrafına bürümüş, həmin vaxt onun əynində olan şalvar və tursik döşəmənin üzərində olmuşdur. Həmin vaxt Nailə onun üzündən öpərək onu təbrik etmiş, alınmış paltlarları o, yuyunmadan geyinmişdir. Həmin vaxtı Elvinə çoxsaylı zənglər gəlmişdir ki, ya kəndə gəlməlidirlər ya da onun könüllü gəlməyi barədə ərizə yazılmalıdır. X48 və o birgə Binəqədi RPİ-nin 6-cı PB-nə getmişlər. Yolda olan zaman Elvin ona yaylıq almışdır ki, başına keçirsin və polis bölməsində problem olmasın. Orada o, qorxduğundan polis əməkdaşlarına könüllü Elvin ilə birgə Bakı şəhərinə gəlməyini demiş, həmin vaxt dayısı İlqar, xalası Şamama və əri İbrahim də rayon polis bölməsinə gəlmişlər. Polis bölməsində alın nahiyəsində olan yara ilə bağlı bildirmişdir ki, maşına oturan vaxtı ehtiyatsızlıqdan başı maşının qapısına dəymiş və ona görə də xəsarət almışdır. Oradan dayısı İlqar və xalası Şamama ilə birgə Tovuz rayonuna qayıtmış, onun şikayətçi olmamasının əsas səbəbi isə ailəsinin onu qəbul etməyəcəyi ilə bağlı fikirləri olmuşdur. Elvin ona qarşı zor tətbiq edən zaman artıq o anlamışdır ki, onun həyatı bitmişdir, onu kimsə belə qəbul etməz, talehi ilə barışıb kiməsə bu barədə məlumat vermək istəməmişdir. Həmçinin Nailə və Cəsarət ona psixoloji təsir edərək onu ailə üzvlərindən heç kəsin qəbul etməyəcəyini bildirməklə ona təzyiq etmişlər. O da qohumlarının arasında biabır olacağından çox qorxmuş və həmçinin qızlıq bəkarəti pozulmuş bir qızı kim, necə qəbul edər deyə fikirləşmişdir və buna görə də Binəqədi RPİ-nin 6-cı polis bölməsində yalan məlumat verməyə məcbur olmuşdur. Lakin 09.03.2020-ci il tarixdə o, bölmədən çıxıb qohumları ilə birgə rayona gedərkən yolda anası ilə əlaqə saxlamış və anasına hadisə barədə danışmışdır və anası onu qəbul edəcəyini demişdir. Ona görə də o, 12.03.2020-ci il tarixdə ürəklə Tovuz RPŞ-də Elvin və onunla birgə hadisə vaxtı olan şəxslər barəsində şikayət etmişdir. Həmçinin o, şəhərdə olarkən ünvanda yaşayan Cəsarət və Nailə ona yeni paltar almışlar. Həmin geyim əşyasını o, rayon polis bölməsinə gedərkən geyinmişdir. Lakin Cəsarət və Nailənin evlərinə gələrkən onun əynində olan qanlı şalvar, köynək, gödəkcə və tursiyi onlarda qalmışdır. Sonradan onlarla əlaqə saxlayıb istəsələr də, onlara verməmişlər. O, Elvin ilə əlaqəsi olsa da sonda Elvinə bildirmişdir ki, onun valideyinləri Elvinlə izdivacından narazıdırlar, ona görə də onlarınkı alınmaz, bundan başqa, Elvin onu məcburi qaçırdarkən o, könüllü getsəydi, yaşadıqları evdə başı yarılmazdı. Uzun yolda Bakı şəhərinə doğru hərəkət edən sürücü Elvinin tanışı da yolda onun narazılığı olmasına baxmayaraq maşını ilə hərəkət edib hadisə olan ünvana onları gətirmişdir. X40 ilə onun münasibətindən məlumatı olmuş, əvvəlcə Elçinin fikri normal olmuş, sonradan isə Elçinin də fikri dəyişmiş və onların izdivaclarının əleyhinə olmuş, demişdir ki, “sizinki alınmaz”. Səbəbi barədə isə konkret söz deməmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı şikayət, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Aşağı-Quşçu kəndində ailə üzvləri ilə birgə yaşayır. O, 1984cü il tarixdən hazırkı vaxtadək Tovuz rayonunun, «Priyezd» adlanan ərazisində dərzi kimi işləmiş, qızı Ellada da onun işlədiyi yerlə bitişik olan aptekdə əczaçı kimi işləyir. Ellada ilə Elvinin münasibətləri barədə 2019-cu ilin avqust ayından Elvinin anası və xalası onun işlədiyi yerə gəlib ona Elvin ilə Elladanın biri-birilərini istəmələrini və onun qızına elçi gəlmək istədiklərini dedikləri vaxt öyrənmişdir. O da Elvinin anası Gülnarəyə qızının ailə qurmaq istəmədiyini bəhanə gətirərək, Gülnarənin təklifini rədd etmişdir. Lakin əsas səbəb Elvinin yüngül və əxlaqsız həyat tərzi keçirtməsi olmuşdur. Çünki Elvinin işlədiyi bərbərxana onun işlədiyi dərzi dükanı ilə üzbəüz olmuş, Elvinin işlədiyi bərbərxananın yanında gül dükanı olmuşdur. O, həmin gül dükanında işləyən Gülbəniz adlı qızla Elvinin əxlaqsızlıq etdiyinin dəfələrlə şahidi olmuşdur. Bütün bunlara görə o, həmin vaxt Elvinin anası Gülnarəyə yox cavabı vermişdir. Elvin ilə Ellada arasında olan mobil telefon əlaqələrindən ilk vaxtlar məlumatı olmamış, Elvinin anası və xalası onun iş yerinə bir neçə dəfə gəlib Elladaya elçi düşmüş, hər dəfə də o, onlara yox cavabını vermişdir. Sonuncu dəfə Elvinin qardaşının qayınatası Maris onun əri Mürsəl ilə söhbət etmiş və qızı Elladaya Elvinə görə elçi düşdüyünü bildirmiş, əri Mürsəl də Marisə razılıq verməmiş, Elvinin yüngül həyat tərzi keçirtməsini Marisə demişdir. Ailədə söhbət zamanı Elladaya demişlər ki, “Elvin ilə əlaqəni kəs, səni ona verəsi deyilik”. Hər dəfə axşam o, işdən çıxan zaman qızı ilə birgə işdən evə qayıtmış, bəzi vaxtlar isə o, işdən gec çıxanda Ellada ya qardaşı ya da atası Mürsəl ilə evə qayıtmışdır. 2020-ci ilin fevral ayının sonlarında o, qızı Elladanın Elvinlə mobil telefonla danışdığını və yazışdığını bilmiş, həmin vaxt qızı ona bildirmişdir ki, Elvin ona oyuncaq ayı balası hədiyyə etmişdir. O da ayı balası hədiyyəsinin harada olduğunu qızından soruşmuş, Ellada da aptekdə olduğunu bildirmişdir. O da həmin hədiyyəni əri Mürsələ vermiş, əri Mürsəl də hədiyyəni Elvinin bərbər işlədiyi salona aparmış, lakin Elvin salonda olmadığından hədiyyəni salona qoyub geri qayıtmışdır. Həmin gün saat 17 radələrində əri Mürsəl Elvinin işlədiyi salona gedərək Elvinə xəbərdarlıq etmiş, Elvinin Elladadan uzaq durmasını bildirmiş və eyni zamanda Elvinə veriləcək qızının olmadığını demişdir. Bundan sonra əri ilə qənaətə gəlmişlər ki, Elvin bundan sonra qızı Elladadan uzaq durar və bu səbəbdən də hüquq-mühafizə orqanlarına məlumat verməmişlər. 2020-ci ilin mart ayının təxminən 2-3-də o, qızı Ellada ilə söhbət edərək qızına kənd sakinləri arasında Elvinin əxlaqsız adam kimi tanındığını, həmçinin sipirtli içkilərdən mütəmadi olaraq istifadə etdiyini, bundan başqa əvvəllər onunla birlikdə işləmiş Gülbəniz adlı qızla əxlaqsız hərəkətləri barədə məlumat vermişdir. Həmin vaxt qızı Ellada Elvinlə evlənmək niyyətinin olmadığını ona bildirmiş və onu əmin etmişdir ki, Elvinlə danışıb ondan birdəfəlik ayrılacaqdır. 7 mart 2020-ci il tarixdə qızı Ellada ona bildirmişdir ki, Elvin 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə ona qızıl boyunbağını hədiyyə etmiş, hədiyyəni Elvin qızına Rəşanə adlı qız vasitəsilə göndərmişdir. O, Elvinin bu hərəkətlərini eşitdikdə təcili olaraq qızından boyunbağının qaytarılmasını tələb etmişdir. Bundan sonra o, aptekə qızının yanına gəlmiş və boyunbağını qaytarmaq üçün Rəşanənin işlədiyi mağazaya tərəf getmək istəmiş, lakin mağaza bağlı olmuşdur. Həmin vaxt 07 mart 2020-ci il saat 20 radələri olmuş, 08 mart 2020-ci il tarixdə də qaynı Abbasın qızı Gülşənin nişanı olmuşdur. O və əri nişanda iştirak etmiş, buna görə də o, qızıl boyunbağını qaytara bilməmiş, o, nişandan tez çıxmış və Elladanı aptekdən götürmək üçün aptekin yanına gəlmişdir. Elladanın müdirinin qızının da nişanı olduğu üçün Ellada əmisi qızının nişanında iştirak edə bilməmişdir. Həmin gün, 08 mart 2020-ci il tarixdə saat 20 radələrində nişandan Elladanın işlədiyi aptekin qarşısına gəlmiş, oradan Ellada ilə taksiyə minib evə doğru getmişlər. Ellada həmin gün aptekdən çıxmamışdan əvvəl Elvinlə zəng vasitəsilə əlaqə saxlamış, ona «sənlə əlaqəni kəsmişəm» sözünü demişdir. Ellada onun yanında danışmasa da, sonradan o, bunu Elladanın sözlərindən bilmişdir. Yaşadığı evə yəni, dalana dönməmiş, asfalt yolunun üzərində maşının hərəkətini saxlatdırıb evinə təxminən 80 metr məsafədə qızı ilə piyada hərəkət etmişlər. Qızı ilə evə gedərkən, markasını və rəngini hazırda xatırlamadığı avtomaşın qarşılarından keçib irəlidə hərəkətini saxlamışdır. Avtomaşından düşən şəxslərdən həmkəndlisi Vasif ona tərəf yaxınlaşıb onu əlləri ilə saxlayaraq yerə çırpmış, yerdə əlləri ilə onu sıxıb saxlamışdır. Ellada qonşunun darvazası istiqamətində qaçsa da, qapı qıfıllı olmuş, ona görə də qonşunun evinə keçə bilməmişdir. Elvin Elladanın arxası ilə qaçaraq Elladanı, Elvin gəlmiş olduğu avtomaşına zorla mindirmiş, qızı Ellada və o, həmin vaxtı qışqırmış, köməyə kimsə gəlməmiş, hava qaranlıq olmuşdur. O, orada olan başqa şəxsləri seçə bilməmiş və onların kimlikləri sonradan istintaqda ona məlum olmuşdur. O, onlardan yalnız Vasifi tanımış, başqa şəxsləri isə tanıya bilməmiş, çünki Vasif onlarla eyni kənddə yaşamış, həmçinin oğlu Elçinlə də dostluq münasibətləri olmuşdur. O, buna görə Vasifi dərhal tanımış, hadisədən sonra onun yaşadığı ünvana Rövşənin valideyinləri gəlmiş və onlar övladlarının hadisə vaxtı orada olmamasını demişlər. O da onların övladını üzdən tanımamış və onu təsvir edə bilmir. Həmin vaxtı Elvin qızının arxasınca qaçan zaman qonşunun yolu işıqlandırmaq üçün nəzərdə tutulmuş işığının təsirindən tanımışdır. Avtomobilin sürücüsü isə həmin vaxt avtomobildən düşmədiyinə görə o, sürücünü tanıya bilməmişdir. Lakin sonralar həmin şəxsin adının Günər olduğunu bilmiş, Vasif onu möhkəm tutaraq saxlamış, buna görə də avtomobilə minib gedə bilməmişdir. Yaranmış səs-küyə ətrafda olan qonşular hadisənin sonunda çıxmış, o, çığırmışdır ki, “qızı qaçırtdılar qoymayın” lakin kimsə ona köməklik edə bilməmişdir. Vasif həmin vaxt onu buraxmış, lakin o, Vasifin sonradan ərazidən necə uzaqlaşdığını görməmiş, dərhal baş vermiş hadisə barədə DİN-in «102» çağırış xidmətinə məlumat vermiş, əri Mürsəl də evdən çıxıb ona yaxınlaşmış və baş vermiş hadisədən xəbərdar olmuşdur. Tovuz RPŞ-nin əməkdaşları gəlib məhəllədən onları götürüb aparmış, o, baş vermiş hadisə barədə şikayət ərizəsi ilə Tovuz RPŞ-nə müraciət etmişdir. Gecə Tovuz RPŞ-nin əməkdaşları onlara bildirmişlər ki, Elvin Elladanı taksi vasitəsilə Bakı şəhərinə qaçırıbdır. Bu məlumatı Tovuz RPŞ-nin DYPB-nin inspektoru Cavid adlı şəxs vermişdir. Cavid polis əməkdaşı olmasına baxmayaraq öz məsləhətləri ilə Elvinə rayon ərazisini tərk etməyə kömək etmiş, bundan başqa qızı Ellada ilə zorla cinsi əlaqədə olmasını da Elvinə Cavid bildirmişdir. X49 mobil telefonla danışdıqdan sonra onun qızını zorlamış, Cavid Elvinə məsləhət verərək bildirmişdir ki, “qızla zorla cinsi əlaqədə ol, bundan sonra qızın bakirə olmadığı bilinən zaman səndən heç kim şikayət etməyəcək”dir. Cavidin polis əməkdaşı olaraq qızının zorlanmasında birbaşa təqsiri olmuş, qızı yolda olan zaman onunla Elvinin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlamış və ona “narahat olma qayıdacam” sözünü demiş, lakin harada olduğunu bilməmişdir. Səhəri gün o, rəfiqəsi Vüsalə və əri Mürsəl ilə birlikdə Tovuz RPŞ-nə getmiş, Tovuz RPŞ-də işləyən Namiq adlı şəxs onu və rəfiqəsini qəbul etmiş, onun yanında bir neçə dəfə Elvinlə mobil telefon əlaqəsi saxlamışdır. Namiq Elvinlə danışan zaman Elvinə “qıza əl vurma, qızı salamat geri qaytar, mən sizi barışdıracam” sözünü demişdir. O da Namiqə demişdir ki, “qızı salamat qaytarsın ona əl vurmasın mən onu bağışlayaram”. O, hadisədən sonra bilmişdir ki, Ellada Namiqlə əlaqə saxlayan zaman hədə-qorxunun təsiri nəticəsində Namiqə könüllü gəlməsini demişdir. Həmin vaxtı Elvin Elladaya hədə qorxu gəlmiş, bundan başqa Bakı şəhərində olan vaxtı Cavid də Ellada ilə danışıb ona geriyə yolunun olmadığını demişdir. Bu səbəblərdən qızı Namiqlə danışan zaman könüllü gəldiyini demək məcburiyyətində qalmışdır. Onun qızına mütəmadi olaraq “ailən və cəmiyyət səni qəbul etməyəcək” deyərək qızını təsir altına almışlar. Cavidin, qızını Bakı şəhərində evinə qəbul edən Nailə və Cəsarətin rolu böyük olmuş, o, Namiqin xidməti otağında olan vaxt Ellada bir dəfə ona zəng vurub “ana mənə kömək elə bunlar mənə zor göstərirlər” sözünü demişdir. Sonra Namiq təkrar Ellada ilə danışmış və Ellada ona «ana iş işdən artıq keçib» sözünü deyəndə artıq o, özündən getmişdir. Namiqin xidməti otağında o, Ellada ilə görüntülü danışmış, sonra yanında olan rəfiqəsi Vüsalə Ellada ilə danışmış və Elladaya geri qayıtmasını demişdir. Namiq sonda qızı Bakı şəhərində yerləşən tanımadığı bölməyə gətirtmiş, qızı bölmədə olan vaxt onun Bakı şəhərində yaşayan bacısı Şamama, əri İbrahim və qardaşı İlqar bölmədə olmuşlar. Bakı şəhərində yerləşən polis bölməsində olan vaxt o, qızının bakirə olmadığını öyrənmiş, bundan başqa, qızının başında çapıq olduğunu da həmin vaxtı bilmişdir. Tovuz RPŞ-də olan vaxtı orada işləyən Elvinin xalası oğlu Cavid və Cavidin qohumu Maris canfəşanlıq etmiş, Maris bu hadisələrdən sonra Elvinin tutulacağı təqdirdə onların evini yandıracağını bildirmişdir. Qızı bacısı Şamama ilə birlikdə Tovuz rayonuna gələn vaxt o, qızına başına hər nə iş gəlirsə gəlsin, onu qəbul edəcəyini bildirmişdir. Rayonda qızı hadisə barədə ona demişdir ki, Elvin onu zorla həmin günü Tovuz rayonunun, Avaztəpə kəndinə Günərin avtomaşını ilə qohumlarının evinə qaçırtmışdır. Orada Ellada özünü pəncərədən atmaq istəyən zaman Elvin Elladanı arxadan qucaqlamış, kənara doğru itələmiş və nəticədə Ellada yıxılaraq başı qaz sobasına (ceyran peçinə) dəymiş, və zərbənin təsirindən Elladanın başı çapılmış, bundan sonra isə Tovuz şəhərində yaşayan Vaqif adlı həkimin evinə gətirilmiş, Vaqif isə Elladanın başına tikiş vurmuşdur. Vaqifin evində Ellada ilə Elvinin anası Gülnarə və başqa iki qadın da olmuş, Elladanın başına tikiş qoyulduqdan sonra Elvin Elladanı taksi ilə Bakı şəhərinə aparmışdır. 09 mart 2020-ci il tarixdə X28 rayonu, Biləcəri qəsəbəsində yaşadığı tanışlarının evinə gətirib orada Ellada ilə zorla təbii yolla cinsi əlaqədə olmuşdur. Ellada qanitirmədən taqətini itirmiş, ona görə də Elvinin hərəkətlərinə qarşı tam gücü ilə müqavimət göstərə bilməmiş, Elvin Ellada ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, o, Elladadan Elvinin onunla necə və hansı formada zorla cinsi əlaqədə olmasını soruşduqda Elladının sözlərindən ona məlum olmuşdur ki, Elvin Elladanı zorla qaçırıb apardığı evdə heç kəs olmayan vaxtı Elvin Ellada ilə zorla cinsi əlaqədə olmuşdur. Lakin Ellada hadisənin təfərrüatı barədə ona heç bir söz deməmişdir. Ellada söhbət zamanı ev sahibəsi Nailə ilə danışıb Elvinin onu zorla qaçırtmasını deyib ondan köməklik istəmiş, lakin Nailə Elladaya əhəmiyyət vermədən əri və övladları ilə birgə qapını qıfıllayıb evdən getməklə Elvinin alçaq niyyətinin baş tutmasına səbəbkar olmuşdur. Bundan başqa rayonda Maris onunla söhbət vaxtı demişdir ki, “Elvin tutulsa ailəlikcə sizi öldürəcəyik”. Onu da qeyd edir ki, Elvin, Elvinin qohumu Maris, Rəşanə Çobanova, Rəşanənin anası Rəna, diş həkimi Aygün adlı şəxslər dəfələrlə onların evlərinə gələrək evlərini daş-qalaq etmiş və Elvinin tutulacağı təqdirdə onların evini yandıracaqlarını bildirmişlər. Bundan başqa Vasif və Günər də ailəsi ilə birlikdə onların evini dəfələrlə daş-qalaq etmiş və kənd sakinlərini provokasiya edərək, onları şikayətlərindən imtina etməyə məcbur edirlər. O, və əri dəfələrlə bu haqda DİN-nin 102 xidməti- zəng mərkəzi sisteminə məlumat versələr də, heç bir tədbir görülməmişdir. Bundan başqa o, Rəşanənin işlədiyi mağazaya 13 mart 2020-ci il tarixdə Gülnar ilə getmiş, lakin Gülnar mağazadan içəri daxil olmamış, o, X29 vasitəsilə göndərmiş olduğu boyunbağını Rəşanənin özünə qaytarmışdır. Daha əvvəl onun planı boyunbağını qaytarmaq olmuş, sadəcə olaraq qohumda nişan olduğundan başı həmin ərəfədə qarışıq olmuşdur. Ellada boyunbağı ona verilən günü bu barədə ona demiş və onun məlumatı olmuş, hətta Elvin 14 fevral 2020-ci il tarixdə Elladaya kukla almış və həmin ərəfələrdə də o, Elvinin hədiyyəsini Elvinin özünə qaytartdırmış, həmin vaxtı o, Rəşanəyə hədə qorxu gəlməmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı şikayət, tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, O, Elvinlə qonşu kəndlərdə yaşadıqları üçün onunla yaxın dostluq münasibətləri olmuşdur. Elvin əvvəllər Tovuz rayonu Əsrik kəndində bərbər işləmiş, sonradan Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində bərbər işləmişdir. Elvinlə Elladanın sevgi münasibətlərinin olması ona bir ildən artıqdır ki, məlum olmuş, Elvin Ellada ilə sevgi münasibətləri yaşadığı dövrdə dəfələrlə Elladaya müxtəlif hədiyyələr vermişdir. Elvin Elladaya 2019-cu ilin dekabr ayında yeni il münasibətilə “ayı balası” hədiyyəsi almış, 14 fevral 2020-ci il tarixində isə Elladaya “101” ədəd qızılgül hədiyyə etmiş, 2020-ci ilin mart ayında, 8 mart beynəlxalq qadınlar günü münasibətilə boyunbağı hədiyyə etmişdir. Həmin hədiyyəni Elvin Günər vasitəsilə aldırmış, Elvin Elladanın ailəsinə elçi göndərmiş, lakin onlar Elvinə qız vermək istəməmiş, səbəb kimi də Elvinin narkotik aludəçisi olduğundan ona veriləcək qızlarının olmadığını demişlər. 08.03.2020-ci il tarixdə həmin gün saat 20:05 radələrində o, Elvinin işlədiyi bərbərxanaya gəlib orada saçını kəsdirməli olmuş, Elvinin yanında olan müştəri çıxıb gedəndən sonra Elvin ona bildirmişdir ki, “elə yaxşı gəlmisən, səninlə işim var”. O, da bildirmişdir ki, “mənimlə nə işin var”. Elvin ona Elladanı qaçıracağını bildirmiş, o, dərhal Elvindən qızın razı olub-olmadığını soruşmuş, Elvin də qızın razılığının olduğunu və qızı valideynlərinin, anasının və qonşularının yanından qaçıracağını bildirmişdir. O, da Elladanın valideynlərinin razı olub-olmadığını soruşmuş, Elvin isə Elladanın özünün razı olduğunu lakin, valideynlərinin razı olmadığını bildirmişdir. O, Elvinə qızın valideynləri narazı olduğu halda, valideynlərinin yanından qızı qaçırtmaq olar deyə irad tutmuş, Elvin də Elladanın bu formada qaçırılmasını istədiyini bildirmişdir. Bundan sonra Elvinlə o, bərbərxanaya girən zaman Günər və Vasifin də orada olduğunu görmüş, Elvin Elladanı qaçırtmaq planlarından onlara danışmış, Günər də onun planları haqqında əvvəlcədən məlumatlı olduğunu bildirmişdir. Elvin bərbərxanada olan zaman bildirmişdir ki, Elladanı öz razılığı ilə anasının yanından qaçıracaqdır. O, həmin vaxt Elvinə bildirmişdir ki, Ellada razıdırsa niyə onu “pereyezddən qaçırmırsan”. Elvin pereyezddə insanların çox olduğunu, sakinlərin Elladanın qaçırılmasına mane olacağını, həmin yerdə Elladanın qaçırılması barədə əlverişli şərait olmadığını bildirmişdir. O, Elvinə əgər Zərərçəkmiş şəxs1 razıdırsa “Niyə gedib “Asan Xidmətdə” Ellada ilə nikah bağlamırsan”. Təqsirləndirilən şəxs1 planlarına əsasən onunla Vasif Elladanın yaşadığı evin yerləşdiyi küçəyə Vasiflə birlikdə getməli olmuş, özü isə Günərlə birlikdə onun idarə etdiyi avtomobil ilə gedəcəyini bildirmişdir. Bundan başqa Elvinə bildirmişdir ki, “əgər Ellada qaçırılması üçün razılıq veribsə nəyə görə Günərlə sən özün gedib Elladanı qaçırtmırsan, həmin vaxt bizə nə ehtiyac vardır”. Elvində ona bildirmişdir ki, “qeyd edilən şəxslər mütləq onlarla getməlidir, çünki küçədə dava düşə bilər, qızın qohumları, qonşuları Elladaya mənimlə gəlməyə mane ola bilər”. Lakin həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və o, bərbərxanadan çölə çıxmışdır. O, telefonla danışıb qayıdan zaman, Elvinin planlarının dəyişdiyini Vasifin də Elladanın yaşadığı evin yerləşdiyi küçəyə Günərin idarə etdiyi “VAZ21074” markalı avtomobil ilə gedəcəyini bildirmişlər. O, həmin vaxt niyə hamısının avtomobil ilə getmədiklərini Elvinə deyəndə Elvin ona bildirmişdir ki, “qızın qaçırılması zamanı avtomobildə yer darlığı etmə”. Elvin Elladanı qaçırtmaq üçün əlverişli şərait axtarırmış, Elvində əlverişli şəraitin Elladanın yaşadığı evin yerləşdiyi küçənin olduğunu bildirmişdir. O, da təxminən saat 20 radələrində piyada formada Elvinin bərbərxanasını tərk etmiş və “Ailəm” adlı marketdən su alaraq Elladanın yaşadığı evin yerləşdiyi küçəyə doğru getmişdir. Elladanın yaşadığı evin yerləşdiyi küçəyə çatmağa az qalmış Günərin idarə etdiyi “VAZ21074” markalı avtomobil ilə yanından keçmişdir. X56nın yaşadığı evin yerləşdiyi küçədən də bir ağ rəngli “VAZ2106” markalı avtomobil çıxmış, həmin avtomobil çıxdıqdan sonra Günərin də avtomobili küçəyə tərəf dönmüş, o da həmin vaxt addımlarını itiləşdirmişdir. O, Elladanın yaşadığı evin yerləşdiyi küçəyə çatan zaman küçədən qışqırıq səsi eşitmiş, həmin vaxt o, diksinmiş və qorxmuşdur. Küçəyə baxan zaman Günərin idarə etdiyi avtomobilin arxa işıqlarını görmüş və Vasifin də yerdə Elladanın anası Şəlaləni yerə yıxaraq tutduğunu, Elvinin isə Elladanın çiyinlərindən tutaraq zorla avtomobilə tərəf apardığını görmüşdür. Həmin vaxtı Ellada və Vasifin müqavimətini qırdığı Şəlalə “ay qonşular qızımı aparırlar” deyə şiddətlə qışqırmış və qonşulardan və digər insanlardan kömək istəmişdir. Bu zaman o, hadisə yerindən dərhal uzaqlaşmış, çünki Elvinin onu aldatdığını və Elladanın zorla qaçırıldığını da həmin vaxt öyrənmiş, o, Elladanın zorla qaçırılmasında hər hansı formada iştirak etməmişdir. O, çox qorxduğu üçün hadisə yerindən birbaşa “pereyezd” adlanan əraziyə getmiş, və həmin yerdən tanımadığı avtomobillə evə getmişdir. Evə gedən zaman ailə üzvlərinə də heç bir məlumat verməmiş, o, həmin gün çox qəzəbli olmuş və Elvinin onu aldatmasını qəbul edə bilməmişdir. O, həmin gün saat 22 radələrində Evlinin istifadəsində olan mobil telefona dəfələrlə zəng vursada, onunla danışa bilməmişdir. Lakin Elvin mobil telefonu götürəndən sonra o, “Elvinə onu niyə aldatdığını soruşmuş, Elvin də yanında adam olduğunu, başı açılsın onu özünün yığacağını” deyə ifadəsini işlətmişdir. 10 mart 2020-ci il tarixdə Tovuz RPŞ-dən onu və adıçəkilən şəxsləri çağırmışlar. O, Tovuz RPŞ-də olan zaman Elvin onu qorxutmuş və bildirmişdir ki, “sən əgər Vasifi müdafiə etməsən qrubbavoy gedəcəyik içəri” bundan başqa özü də Günəri müdafiə edəcəyini bildirmişdir. Həmçinin Elvin onu hədələyərək, bildirmişdir ki, “sən Vasiflə birlikdə Elladanın yaşadığı evin yerləşdiyi küçəyə getdiyini, lakin hadisəni görmədən geri qayıtması barədə ifadə verərsən”. O da da cəzalanmaqdan qorxduğu üçün 08 mart 2020-ci il tarixində Elvinin Elladanı zorla qaçırmasını zamanı Vasifin mənim yanında olduğunu bildirmişdir. Lakin Vasif onun yanında olmamış, Vasif Elladanın anası Zərərçəkmiş şəxs2 hadisə vaxtı yerə yıxaraq onun müqavimətini qırmışdır. Hazırda istintaqa doğru olmayan ifadə verdiyi üçün səmimi peşman olduğunu bildirmişdir. Həmin vaxt onun dayandığı yerlə hadisə yeri arasında 50-60 metr məsafə olmuşdur. Ellada qaçırılan zaman onun yaşadığı evin yerləşdiyi küçə qaranlıq vəziyyətdə olmuşdur. Lakin o, hadisəni Günərin idarə etdiyi avtomobilin arxa işıqlarının ərazini işıqlandırması zamanı Vasifin Şəlaləni yerə yıxdığını və Elvinin Elladanı zorla qaçırtdığını görmüşdür. Zərərçəkmiş şəxs1 yaşadığı evin yerləşdiyi küçəyə çatan vaxt o, qışqırıq səsi eşitmişdir. O, bu zaman küçənin girişinə gəlmiş və Vasifin Şəlaləni yerə yıxaraq onu qollarının arasına alıb yerə doğru sıxdığını görmüşdür. Bundan başqa Elvin də Elladanı qollarından və çiyin nahiyyəsindən tutaraq zorla avtomobilə əyləşdirmək istədiyini görmüşdür. Bu zaman o, anlamışdır ki, Elvin ona yalan danışmış və Elladanı zorla qaçırır. O, həmin vaxt həyəcanlanmış və hadisə yerini tərk etmişdir. O, hadisə barədə hər hansı hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Ona bir ildən sonra qanunvericilik izah edilmişdir deyə düzgün ifadə verərək, əvvəlki ifadələrini təsdiq etməmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs2 şikayətçi olmamış, valideynləri sadəcə olaraq, vəziyyəti izah edib üzrxahlıq etmək üçün Elladagilin evinə getmişlər. Zərərçəkmiş şəxs2 ilə üzləşmə zamanı ona qarşı heç bir qərəzli söz deyilməmiş, hətta düzgün ifadə verdikdən sonra Elvin və Günər ona hədə-qorxu gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Aşağı-Quşçu kəndində ailə üzvləri ilə birgə yaşayır və Zərərçəkmiş şəxs1 onun bacısı qızıdır. 09 mart 2020-ci il tarixdə o, evdə olan vaxtı bacısı Şəlalə ona zəng edərək qızı Elladanın Binəqədi RPİ-nin 6-cı PB-də olduğunu və Elladanın arxasınca getməsini bildirmişdir. O, Elladanın bölmədə nə işinin olduğunu soruşduqda, bacısının sözlərindən bilmişdir ki, Elvin adlı həmyerliləri Vasif və Günər adlı şəxslə birgə qızı zorla 08.03.2020-ci il tarixdə saat 20.30 radələrində rayondan qaçırmışlar. O da əri İbrahim ilə birgə rayon polis bölməsinə getmiş, orada Elladanı bölmədə görmüşdür. X56 özündə olmamış, şok vəziyyətində olmuş, Elladanı qorxudub rayon polis bölməsinə gətirmişlər. O, Elladadan nə baş verməsini soruşduqda Elladanın sözlərindən bilmişdir ki, Elvin Elladanı rayondan məcburi gətirmiş, apardığı evdə onunla zorla cinsi əlaqədə olmuşdur. Ellada hürkmüş vəziyyətdə olmuş, artıq elə düşünmüşdür ki, onun bakirəliyi pozulmuşdursa, heç kəs ona yaxın duran deyildir. O, isə Elladaya ürək dirək verib narahat olmamasını, onun arxasında olduqlarını, həyatın sonunun olmadığını demişdir. Bölmədə olan vaxtı Elladanın başında hicab olmuş, o, ondan nə vaxtdan hicaba keçməsini soruşduqda otaqda olan polis əməkdaşı bildirmişdir ki, bu barədə Ellada son 15 gündə hicabdan istifadə etdiyini demişdir. Əri İbrahim də onunla birgə polis əməkdaşının xidməti otağında olmuş, Ellada ilə söhbət vaxtı Ellada ona «xala, rayona qayıtmağa üzüm yoxdur, ailəm mənim qəbul etməz» sözlərini deyəndə cavabında Elladaya demişdir ki, “narahat olma, səni qəbul etməsəydik bura gəlməzdik, sən özün xoşunla gəlməmisən, səni bura məcburi gətiriblər, bu hadisənin günahkarı sən deyilsən”. Bölmədə olan vaxt bacısı Şəlalə ona zəng edərək vəziyyət barədə soruşduqda, o, Şəlaləyə demişdir ki, “Ellada narahatdır ki, evdə onu qəbul etməzlər”, Şəlalə də ona Elladanı necə olursa olsun, qəbul edəcəyini, sonra isə telefonun dəstəyini Elladaya da verməyini demişdir. Şəlalə özü də Ellada ilə bölmədə danışıb Elladaya evə qayıtmasını və heç bir hadisəyə görə narahat olmamasını demişdir. O, sonda Elladanı rayon polis bölməsindən götürüb qardaşı İlqar ilə birgə rayona çıxmışlar. Tovuz rayonunda Ellada rayon polis şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat vermişdir. Ellada söhbət zamanı Elvinin onu ilk dəfə məcburi qaçıran vaxt Günərin avtomaşını ilə kəndə babasının yaşadığı evə apardığını, orada Elvinin əlindən qaçmaq istəyərkən başının alın nahiyəsinin çapıldığını və orada həkimə aparıb onun alın nahiyəsinə tikiş atıldığını, bundan başqa Elvinin Bakı şəhərinə yol maşını ilə gəldiyini demişdir. Elladadan nə səbəbə həkimin evində olan vaxtı hadisə barədə həkimə məlumat verməməsini dedikdə Ellada cavabında onu həkimə aparan qadınların Elladaya «həkim öz adamımızdır, ona bir söz deməyin xeyri yoxdur» sözünü dedikləri üçün həkimə hadisə barədə danışmadığını bildirmişdir. Eləcə də Ellada yolda olan zaman da taqəti olmadığından maşında müqavimət göstərə bilməmiş və nəticədə yuxarıda qeyd edilən hadisələr baş vermişdir. O, Elladadan söhbət zamanı soruşmuşdur ki, Elvinlə tanışlığı neçə baş tutmuş, Ellada da ona, əvvəl Elvinlə mobil telefonla əlaqə saxladığını, daha sonra isə ona uyğun olmayan birisi olduğuna görə Elvinlə əlaqə saxlamaq istəmədiyini, lakin Elvinin ona əlaqə saxlamayacağı təqdirdə ailə üzvlərinə xələl yetirməsi ilə hədələdiyini bildirmişdir. Hətta Elladanın atası Mürsəl Elvin ilə danışıb qızından əl çəkməsini tələb etmişdir. Lakin onlar Elvin barəsində hüquq mühafizə orqanlarına məlumat verməmişlər ki, yəqin Elvin hərəkətlərini dayandırmış olar. Əlavə olaraq hadisədən əvvəl Elvinin anası Şəlaləgilə 2-3 dəfə elçi gəlmiş, lakin Şəlalə Elvinin anası gilə rədd cavabı verilmişdir ki, Elvinin xasiyyəti ilə qızlarının xasiyyəti uyğun gəlmir. Bundan başqa, Elladanı bölmədən aparan zaman Elladanın əynində idman forması olmuş və o, bununla bağlı Elladadan soruşduqda bacısı demişdir ki, Elladının əynində olan paltarlar qanlı olduğundan bölməyə gedərkən Elladaya geyinmək üçün idman geyim formasını vermişlər. Hətta başında olan xəsarəti gizlətmək məqsədi ilə başına yaylıq bağlatdırmışlar ki, alın nahiyəsində olan tikişi polis əməkdaşları görə bilməsinlər. Bundan başqa, Ellada Nailənin yaşadığı evdə olan vaxt Nailəyə zorla qaçırılmasını dediyini, lakin Nailənin heç bir reaksiya vermədiyini demişdir. Hətta ev sahibləri şərait yaratmışlar ki, Elvin ilə Ellada evdə təklikdə qalsınlar. Habelə, evdə olan vaxt Elvinin qohumu, Tovuz RPŞ-də işləyən Cavid adlı şəxs Ellada ilə danışıb ona «sənin artıq başqa yolun yoxdur» sözlərini demiş, Elladaya psixi təzyiq göstərmişdir. Evdə olanlar haqqında Ellada ona danışmamış, o, yolda olan vaxt da nə səbəbə kiməsə qaçırılmasını demədiyini Elladadan soruşduqda Ellada cavabında maşında olan vaxt çığırdığını, lakin sürücünün də məhəl qoymadığını, yol boyu Elvinin Elladanın boyununu sıxmış vəziyyətdə gətirdiyini, yolda sanitar qovşağa keçsə də, sürücü ilə Elvinin sanitar qovşağın qarşısında dayandıqlarını və kiməsə məlumat verə bilmədiyini demişdir. O, həmçinin bildirir ki, bacısı Şəlalənin sözlərindən eşitmişdir ki, Elladanı Elvin 08.03.2020-ci il tarixdə oğurlayan vaxt orada Vasif olmuş və Şəlaləni əlləri ilə saxlamış, Günər isə öz avtomaşınında oturmuş, Elvin isə Elladanı zorla avtomaşına mindirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun baldızı qızıdır. 09 mart 2020-ci il tarixdə o, evdə olarkən arvadı Şamama ilə Şəlalə mobil telefonla danışarkən ona məlum olmuşdur ki, baldızı qızı Ellada Binəqədi RPİ-in 6-cı PB-dir və onun arxasınca getməlidirlər. O, Elladanın bölmədə nə işinin olduğunu soruşduqda, Şamamanın sözlərindən bilmişdir ki, Elvin adlı həmyerliləri Vasif və Günər adlı şəxslə birgə qızı zorla 08.03.2020-ci il tarixdə saat 20.30 radələrində qaçırmışlar. O da Şamama ilə birgə rayon polis bölməsinə gedib orada Elladanı bölmədə görmüşdür. Həmin vaxtı Ellada özündə olmamış, şok vəziyyətində olmuş, Elladanı qorxudub rayon polis bölməsinə gətirmişlər. Elladadan nə baş verdiyini soruşduqda Elladanın sözlərindən bilmişdir ki, Elvin onu rayondan məcburi gətirib onunla apardığı evdə zorla cinsi əlaqədə olmuşdur. Ellada hürkmüş vəziyyətdə olmuş, artıq elə düşünürmüş ki, onun bakirəliyi pozulmuşdursa heç kəs ona yaxın duran deyildir. Elladanı görən zaman başında hicab olmuş, nə vaxtdan hicaba keçməsini ondan soruşduqda Ellada son 15 gündə hicabdan istifadə etdiyini ona demiş, daha sonra ona bir neçə sual versə də, Ellada onun suallarına cavab verməmişdir. Həyat yoldaşı Elladaya ürək dirək verib narahat olmamasını onun arxasında olduqlarını, həyatın sonunun olmadığını deyib Elladanı rayon polis bölməsindən götürüb qaynı İlqar ilə birgə rayona çıxmışlar. Həmin vaxtı Elvini bölmədə görməmiş, sonra o, rayon polis bölməsinin inzibati həyətində gəzişmiş və orada bir nəfər sonradan adı ona məlum olan Cəsarət yaxınlaşıb, kim olmağı ilə maraqlanıb, ona nəsiyətlər vermiş, ənənəvi söhbətlər etmiş, o da cavabında ona Elladanın valideyinlərinin tapşırığı ilə gəldiklərini və qızı evə göndərəcəklərini demişdir. Səhəri 12.03.2020-ci il tarixdə rayonda Ellada rayon polis şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan Şamamanın sözlərindən bilmişdir ki, Elvin ilk Elladanı məcburi qaçıran vaxtı Günərin avtomaşını ilə kəndə babasının yaşadığı evə aparmış, orada Ellada Elvinin əlindən qaçmaq istəyərkən başının alın nahiyəsinin çapıldığını və orada həkimə aparıb onun alın nahiyəsinə tikiş atıldığını, bundan başqa Elvin ilə birgə Bakı şəhərinə yol maşınında hərəkət etmiş Biləcəri qəsəbəsində tanışının evinə gəlib orada Ellada ilə zorla cinsi əlaqədə olmuşdur. Hətta bölmədə olan zaman o, Elladanı başı yaylıqlı görən vaxtı təəccüblənmişdir ki, sən nə zamandan yaylıq taxırsan, orada ona məlum olmuşdur ki, Elladanın başı çapıldığı üçün başına yaylıq taxmışdır ki, polis əməkdaşları onun xəsarətini görə bilməsinlər. Şəlalənin sözlərindən ona məlum olmuşdur ki, Elladanı Elvin 08.03.2020-ci il tarixdə məcburi qaçıran vaxtı orada Vasif baldızını əlləri ilə yerə yıxaraq hərəkətsiz vəziyyətə gətirmiş, Günər öz avtomaşınında oturmuş, Ellada qaçmağa cəhd etməməsinə baxmayaraq Elvin onu gəlmiş olduğu avtomaşına məcburi mindirməyə nail olmuşdur. Onlar hadisə yerini tərk edənədək Vasif baldızını əli ilə orada saxlamışdır. Həmçinin eşitdiyinə görə Ellada ilə Elvinin münasibətləri iş yerlərindən başlamış, Elvin bərbər, Ellada isə həmin bərbərxananın yaxınlığında yerləşən aptekdə əzazçı kimi işləmişdir. Onların evinə Elvin elçi göndərmiş olsa da, baldızı Elvin ilə Elladının izdivacının əleyhinə olmuş, səbəb kimi də Elvinin yüngül həyat tərzi keçirməsi olmuşdur. Ellada hələ bölməyə getməmişdən əvvəl Tovuz RPŞ-nin əməkdaşlarının təkidi ilə bölməyə gətirilmişdir. Elladanın başının bağlı olması onda şübhə yaratmış, sonradan bilmişdir ki, aldığı xəsarətləri ört basdır etmək üçün onun başına yaylıq bağlamışlar. O, Elladanı bölmədə görərkən, Ellada çox solğun, kefsiz vəziyyətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2008-ci ildən Azərbaycan Respublikası DİO-da xidmət edir, 2017-ci ildən isə Binəqədi RPİ-nin 6-cı PBnin təhqiqatçısı işləyir. 09 mart 2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinin inzibati binasının qarşısında olan zaman sonradan şəxsiyyəti ona Zərərçəkmiş şəxs1 və X1 məlum olan şəxslər polis bölməsinə daxil olaraq onu xüsusi geyim formasında görüb ona yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 Tovuz rayonundan könüllü qız qaçırtdığını hal-hazırda qızın valideyinlərinin Tovuz RPŞ-nə müraciət etdikləri üçün bölmədə yazılı izahat vermək istədiklərini bildirmişdir. 09 mart 2020-ci il tarixdə o, bölmədə xidmətdə olmamasına baxmayaraq, polis bölməsində yerləşən xidməti otağında onları qəbul etmiş, həmin vaxtı onun istifadəsində olan mobil telefon nömrəsinə Tovuz RPŞ-də Təhqiqat bölməsinin rəisi Namiq zəng etmiş və qızın anasının yanında olduğunu və narahat olub qızı ilə videogörüntülü danışmaq istəyini bildirmişdir. O, da istifadəsində olan mobil telefon nömrəsinin «Vatsap Messenger» sosial şəbəkəsi vasitəsi ilə zəng edərək Namiq ilə əlaqə saxlamışdır. Şahid12 ona Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən qaçırılması ilə əlaqədar Elladanın valideynlərinin şikayətçi olduqlarını bildirmişdir. Bundan başqa həmin faktla əlaqədar Tovuz RPŞ-də araşdırma aparıldığını və hər iki şəxsin Tovuz RPŞ-nə göndərilməsini xahiş etmişdir. Həmin Vaxt Zərərçəkmiş şəxs1 başında hicab formasında örtüyün olması, onu şübhələndirmiş, lakin, Elladadan başındakı xəsarətlə bağlı soruşarkən, o, cavab vermişdir ki, anasigildən qaçarkən yıxılaraq xəsarət almışdır. Elladanı anası ilə videogörüntü vasitəsilə danışması üçün şərait yaratmışdır. Elladanın anası qızının baş nahiyyəsindəki sarğını videogörüntü vasitəsilə danışan vaxtı görmüş və telefonda qışqıraraq qızına Elvinin xəsarət yetirdiyini bildirmişdir. Bu zaman Tovuz RPŞ-dən adını xatırlamadığım polis əməkdaşının Elladanın valideynlərinin yanına qaytarılması üçün gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 Şamama adlı xalasının da Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gələrək, Elladanı özü ilə birlikdə Tovuz rayonuna aparacağını bildirmişdir. Lakin o, Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-nin adını xatırlamadığı məsul əməkdaşına təhvil vermişdir. Həmin vaxtı Tovuz RPŞ-nin adını xatırlamadığı əməkdaşı ilə Elladanın qohumları Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasının həyətində kimin hansı maşın ilə rayona gedəcəyini müzakirə etmişlər. Elladanın özünün könüllü olaraq Bakıya gəlməsi ilə bağlı fikrini müəyyənləşdirdiyi üçün, həmçinin Ellada dəfələrlə könüllü gəlməsini qeyd etdiyi üçün heç bir rəsmiləşdirmə işləri aparmamışdır. Həmçinin Elladanın qohumları da bölmədə hər hansı sənədləşmə işinin aparılmasını istəməmişlər. Bundan başqa Elladanın valideynlərinin təkidlə qızının Tovuz rayonuna gətirilməsi hadisələrin axarını sürətləndirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Tovuz rayonun aparılması üçün göndərilmiş Tovuz RPŞ-nin də əməkdaşının həmin vaxt orada olması onda fakta Tovuz RPŞ-də hüquqi qiymət verilməsi üçün əminlik yaratmışdır. Həmin gün Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-nin əməkdaşına təhvil vermişdir. Lakin sonradan, Elladanın xalası Şamama tərəfindən Tovuz RPŞ-nə aparılmasını öyrənmişdir. Onun Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında cinsi əlaqə aktının baş verməsi barədə məlumatı olmamışdır. Lakin Elladanın xalası polis bölməsində Ellada ilə danışan zaman Elvinin Ellada ilə cinsi əlaqədə olduğu ona məlum olmuşdur. Buna görə də onun zorlanması barədə məlumatı dəqiqləşdirə bilməmiş, Zərərçəkmiş şəxs1 baş nahiyyəsindəki xəsarətin hicab altında gizlədilməsi, onun diqqətini cəlb etmişdir. Zərərçəkmiş şəxs1 09 mart 2020-ci il tarixində Binəqədi RPİ-nin 6-cı PB-ə Təqsirləndirilən şəxs1la birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yanında olan zaman Ellada ona könüllü gəldiyini bildirmişdir. Əgər onda Zərərçəkmiş şəxs1 qaçırılması ilə bağlı şübhə yaransaydı hadisəni adam oğurluğu cinayəti hesab edərək, dərhal rəsmiləşdirərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Elvin Əmiaslanov əri Şahid7 yanında bərbər köməkçisi işləmiş, bu təxminən 7-8 il bundan əvvələ təsadüf etmişdir. 09.03.2020-ci il tarixdə əri Şahid7 istifadəsində olan mobil telefona zəng gəlmiş, əri mobil telefonla danışdıqdan sonra Cəsarət ona bildirmişdir ki, “Elvin gəlir çay dəmlə”. Təqsirləndirilən şəxs1 öz yaşadığı Tovuz rayonunda özünə məxsus bərbərxanada işləyir və əlavə ticarətlə də məşğul olur, mütəmadi olaraq “ Sədərək” ticarət mərkəzinə gəlir. Həmin vaxt onlarla görüşmüş, 09 mart 2020-ci il tarixində Elvinin yanında bu dəfə tanımadığı bir qız görüb kimliyini soruşduqda Elvinin sözlərindən bilmişdir ki, həmin şəxs Ellada olub onun könüllü olaraq Tovuz rayonundan qaçırtmışdır. Yaşadığı evdə Elladadan könüllü gəlib gəlməməsini soruşduqda onun sözlərindən bilmişdir ki, o, könüllü gəlib, alın nahiyəsindəki xəsarəti ilə bağlı soruşduqda qaçarkən yıxılıb xəsarət aldığını demişdir. Daha sonra Ellada ilə evdə özü təklikdə danışmış onun razılığının olub olmamasını dəqiqləşdirmək istəmiş, Ellada ona da özünün könüllü gəldiyini və Elvini istədiyini demişdir. Hətta ona bildirmişdir ki, “mən də bir anayam bu da mənim mobil telefonum qohumlarının birinin nömrəsini ver danışaq, istəyirsənsə səni burada yola salım”. Lakin Ellada ona təkrar Elvini istədiyini və onunla könüllü gəldiyini bildirmişdir. Bir qədər sonra Namiq adlı Tovuz RPŞ-nin əməkdaşı zəng edib Elvinlə danışmış, həmin vaxtı mobil telefonu Elladaya vermişlər, Ellada Namiqlə danışan zaman Elvinlə könüllü qaçdığını demişdir. Namiq görüntülü danışa biləcəyini soruşduqda Cəsarətin istifadəsində olan «Vatsap» sosial şəbəkəsində görüntülü rejimdə Namiq Ellada ilə danışmış və orada təkrar ona bildirmişdir ki, könüllü Elvinlə birgə Bakı şəhərinə gəlmişdir. Həmin vaxtı Elladanın anası Namiqin yanında olmuş, səs-küylə danışıb Elladanın qayıtmasını tələb etmişdir. Ellada anasına da özünün könüllü gəldiyini demiş, Elladanın sözündən anlamışdır ki, artıq Elladanın bakirəliyi pozulmuşdur. Danışdıqdan sonra Elvin özü onun və əri Cəsarətin yanında Elladaya demişdir ki, sənin anan bizim izdivacımızın əleyhinədir, gəl geriyə qayıdaq, Ellada isə getməkdən imtina etmişdir. Başqa şəxslə Ellada mənim evimdə əlaqə saxlamasının şahidi olmamış və yalnız bir dəfə polis əməkdaşı Namiqlə danışmış, sonra təkrar Namiq onunla danışan zaman ona bildirmişdir ki, «keç tək otağa orada mənimlə təklikdə danış» Ellada da Namiq deyən kimi yataq otağına keçib orada Namiqlə danışmışdır. Bundan qabaq isə Ellada Elvinin mobil telefonunu götürüb ilk vaxtdan anası ilə yataq otağında özü tək danışıb çıxaraq anasına artıq işin-işdən keçdiyini, anasının bu xəbəri eşidib halının pisləşdiyini, daha sonra isə rəfiqəsi ilə danışdığını və rəfiqəsinin rayonda atasının vəziyyətinin pis olub infakt keçirtidyini ona deməsini bildirmiş, Elvin ilə Cəsarət isə həmin vaxtı məhəllədə olmuşlar. Bundan başqa onunla söhbət zamanı Ellada ona aybaşı olduğu üçün paket lazım olduğunu demiş, o, da Cəsarətə bu barədə məlumat vermiş, sonra Elvin mağazaya gedib paket alıb gətirmişdir. Ellada ona tursikinin də batdığını deyib ondan tursik istədikdə o, Cəsarətə bu barədə məlumat vermiş, Cəsarət isə həmin vaxt ona pul vermişdir ki, Elladaya mağazadan trusik alıb gətirsin. O, da mağazadan Elladaya iki ədəd trusik alıb gətirmişdir. Bundan sonra Ellada həyətdə olan hamam otağına keçib, əynində olan tursiyi dəyişmişdir. Ellada ilə evdə söhbət zamanı ona anası ilə atasının biri birilərini sevib evlənmələrini, bacısının nişanlı olduğunu hansısa tərəfdə ölü düşdüyünü ona görə də qoşulub qaçdığını, kaş ki, özünün də ailəsinin razılığı olardı, toy olardı, habelə qaynanası ilə də əlaqəsinin olub onunla danışığını, qaynanasının yəni Gülnarənin də Avaztəpə kəndində onunla birlikdə olduğunu demişdir. Hətta Ellada ona demişdir ki, hadisə günü işdən çıxarkən Elvinin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmişdir. O, anlamışdır ki, onlar aralarında əvvəlcədən qaçırılmanı planlaşdırmışlar. Ellada demişdir ki, mən işdən çıxıram, anamda mənim yanımda olacaq, Elvin də deyib ki, sən get məndə arxanca gəlirəm. Ellada ona söhbət zamanı demişdir ki, “şükür anam mənim könüllü gəlməyimi bilməyib hadisədən elə anlamışdır ki, Elvin məni zorla qaçırdıb, ona görə də ürəyim rahatdı və məni anam bu hadisə ilə günahlandırmayacaqdır”. Anasının nə səbəbə onların izdivacından narazı olmasını soruşduqda isə Ellada ona demişdir ki, Elvinin ailəsi Əsrik kəndindən olduğu üçün anası onların izdivacının əleyhinə olmuşdur. Bundan sonra əri Cəsarətlə birlikdə Elvinin onlara verdiyi 100 manat pulu da götürüb Ellada üçün paltar almağa getmişlər. Evə qayıtdıqdan sonra yataq otağında olan zaman Ellada ona demişdir ki, “Elvinlə cinsi əlaqədə oldu”. O, ondan soruşmuşdur ki, bəs ananla danışan zaman işin işdən keçdiyini dedin bəs niyə görə belə dediyini soruşduqda Ellada ona demişdir ki, anası narahat olmasın deyə belə demişdir. Onunla Ellada arasında başqa söz söhbət olmamış, daha sonra Elladanın əynində olan tursik yastığın baş hissəsindən götürüb mələfəni, cins şalvarı, gödəkcəsini köynəyini və tursikini rayon polis şöbəsinə aparıb təhvil vermişdir. Ona aldığı paltarı Ellada bəyənməmiş, lakin geyinmiş, o, hətta paltarı almağa gedəndə Ellada əynindəki paltarın ölçüsünün «S» olmasını demişdir. Evdə oturub səhər yeməyini birgə yemişlər. Namiq Elvinə zəng vurub ona demişdir ki, qız razıdırsa gedin yaxınlıqda olan bölməyə orada qız özünün könüllü gəldiyini bildirsin. Yaşadıqları ünvanın yaxınlığında Binəqədi RPİ-in 6-cı PB-i yerləşir və X24 oraya apara biləcəyini demişdir. Bundan sonra Cəsarət, Elvin və Ellada birgə rayon polis bölməsinə getmişlər. Orada nə baş verməsinin birbaşa şahidi olmamış, lakin sonra əri Cəsarət oradan işə getmiş və işdə olan zaman ona zəng vurub Elladanı bölmədə qohumlarının apardığını, Elvinin isə rayon polis bölməsində olduğunu demişdir. Cəsarət işdən gələndən sonra onunla söhbət zamanı demişdir ki, Elvin onların evində Elladanın bakirəliyini pozmuş və əynindəki paltarlar onların evində qalmışdır. Cəsarət söhbət zamanı bölməyə Elladanın qohumlarının gəldiyini Elladanın bölmədə könüllü gəldiyini deməsinə baxmayaraq bölmədən çıxandan sonra onun maşınına tərəf gəlmək istəyərkən orada Elladanın qohumu olan qadının Elladanın üzərinə qışqırmasından sonra qohumları ilə birgə getdiyini demişdir. Ellada ona başındakı xəsarəti anasıgildən qaçarkən yıxılaraq almasını bildirmiş, ümumiyyətlə Elladanın könüllü gəlməsinə tam əmin olmuşdur, əgər Elladanın qaçırılmasından şübhələnsəydi, özləri üçün də problem olacağından qorxaraq dərhal tədbir görərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 09.03.2020-ci il tarixdə saat 07.00 radələrində Elvin Ellada ilə birgə yaşadığı evə gəlmiş, həmin vaxtı o, Elvini darvazanın giriş hissəsində məhəllə tərəfdə gözləmişdir. Elvin ona zəng edərək demişdir ki, onlara gəldiyi taksi sürücüsü döngələri səf salmış və Elvinin dalanları qarışdırdığını ona bildirmiş, o da məhəlləyə çıxıb Elvini gözləmişdir. Elvin və onun adını sonradan bildiyi Ellada, sərbəst şəkildə maşından düşmüş, X56nın əynində gödəkcə olmuş, lakin həmin gödəkcəni Ellada geyinməmiş və gödəkcə çiynində olmuşdur. Gödəkcə Elladanın çiynindən düşən zaman, Elvin dərhal gödəkcəni əli ilə tutub çiyninə tərəf çəkmişdir. O, Elvindən darvazanın giriş hissəsində qızın kim olduğunu soruşmuş, Elvin cavab olaraq onun istədiyi qız olduğunu və biri birilərini istəyib qoşulub qaçdıqlarını demişdir. O, Elladadan razı olduğunu və Elvini istəməyini soruşanda Ellada özü könüllü gəlməsini bildirmiş, başındakı sarğının əmələ gəlməsini isə Elvinlə qaçan zaman yixilib, xəsarət almağını cavab olaraq bildirmişdir. O, anlamışdır ki, Elvin və Ellada biri birini sevir və buna görə onları qonaq kimi qəbul etmişdir. Ellada irəlidə, Elvin arxası ilə, o isə, onların arxası ilə həyətə daxil olmuşlar və o, pilləkənlərin başında onları keçib evin giriş qapısını açmışdır. Ellada təkrar sərbəst hərəkət etmiş və evə keçmiş, Elvin ilə o isə, Elladanın arxası ilə evə keçmişlər. Hətta evin içində qonaq otağında divanın üzərində oturan zaman Elladanın könüllü gəlib-gəlmədiyini soruşduqda, Ellada cavab olaraq Elvinlə könüllü qoşulub gəldiyini demişdir. Elvin onun tələbəsi olmuş və hər zaman rayondan şəhərə gələrkən onlara baş çəkirmiş. Elvin rayonda işlətdiyi bərbərxananın yanında uşaq oyuncaqlarının alqı-satqısını etmiş və ona görə də Bakı şəhərinə Binə və Sədərək bazarlarına gəlib gedir, şəhərə gələndə isə onlara baş çəkirmiş. Bu səfər Elvinin yanında tanımadığı qızı görüb kimliyini ondan soruşduqda Elvinin sözlərindən bilmişdir ki, həmin şəxs Ellada olmuş və sonuncunu könüllü Tovuz rayonundan qaçırtmışdır. Daha sonra Ellada evdə arvadı Nailə ilə birgə söhbət etmiş, o isə Elvinlə həyətdə söhbətləşmişdir. Bir qədər sonra Namiq adlı Tovuz RPŞ-in əməkdaşı zəng edib Elvinlə danışmiş, həmin vaxtı mobil telefonu Elladaya vermişlər. Ellada Namiqlə danışan vaxtı Elvinlə könüllü qaçdığını demişdir. Namiq görüntülü danışa biləcəyini soruşduqda və Elvinin telefonundakı kamera işləmədiyi üçün, onun istifadəsində olan mobil telefonun «Vatsap» sosial şəbəkəsində görüntülü rejimdə Namiq Ellada ilə danışmış və Ellada orada Namiqə təkrar bildirmişdir ki, könüllü Elvinlə birgə Bakı şəhərinə gəlmişdir. Həmin vaxtı Elladanın anası Namiqin yanında olmuşdur və səs-küylə danışıb Elladanın qayıtmasını tələb edirmiş. Ellada anasına da özünün könüllü gəldiyini və artıq hər şeyin baş verdiyini demişdir. O, Elladanın sözündən, Elladanın bakirəliyi pozulmasını başa düşmüşdür. Danışıqdan sonra Elvin, arvadı Nailənin yanında Elladaya onun anasının onların izdivacının əleyhinə olmasını, onların geriyə qayıtmalarını demiş, Ellada isə getməkdən imtina etmişdir. Hətta Ellada öz ifadəsində Təqsirləndirilən şəxs1 qohumu Cavid adlı şəxslə görüntülü danışdığını və sonuncu Elladaya işi işdən keçdiyini və bölməyə gedib könüllü gəlməsi barədə ərizə yazmasını deməsini bildirsə də, onun evində Elladanın yalnız Namiqlə danışdığının şahidi olmuş və başqa şəxslə Elladanın, onun evində əlaqə saxlamasının şahidi olmamışdır. X44 aralarında qohumluq münasibətlərinin olubolmamasından xəbəri olmamışdır. Elvin ilə həyətdə olarkən Nailə həyətə çıxıb qıza paket lazım olduğunu demiş və o Elvin ilə birgə məhəlləyə çıxıb yaxınlıqda yerləşən mağazadan gedib paket almışlar. Sonra isə Nailə qıza tursik almaq lazım olduğunu demiş və o Elladaya tursik alması üçün Nailəyə pul vermiş, və sonuncu məhəllədə olan mağazadan tursik almış, və Elladaya gətirib vermişdir. Ellada isə, əynini məhəllədə yerləşən hamam otağına keçib dəyişmişdir. Elvin ilə həyətdə olan vaxtı Ellada evdə arvadı ilə olmuş, həmin vaxtı onlardan və azyaşlı iki qız övladından başqa evdə kimsə olmamışdır. Elladanın geyimi qanlı olduğundan, Elvin ona qıza paltar alması üçün 100 manat pul vermiş, və Nailə Elladadan evdə geyiminin ölçüsünü dəqiqləşdirəndən sonra, o Nailə və övladları, Elladaya paltar almağa getmişlər. Evə qayıtdandan sonra, oturub səhər yeməyini birgə yemişlər. X50 zəng vurub ona demişdir ki, “qız razıdırsa gedin və yaxınlıqda yerləşən polis bölməsinə qız özünün könüllü gəldiyini bildirsin”. Yaşadıqları ünvanda Binəqədi RPİ-nin 6-cı PB-nə yaxın yerləşdiyindən o, Elvin və Ellada birgə rayon polis bölməsinə getmişlər. X52 başına keçirtməyi üçün və başında olan xəsarətin görünməməsi üçün yaylıq almışlar. Bölmədə olarkən Ellada və Elvin bölməyə daxil olmuş, o isə bölmənin inzibati binasının qarşısında dayanmışdır. Həyətdə olarkən Elladanın anası ilə mobil telefonla danışığını eşitmişdir. Həmin telefon danışığında Ellada özünün könüllü gəldiyini bildirsə də, anası qohumlarının bölməyə gəldiyini və onların iştirakı ilə özünün necə gəlməsinin deməsini tələb etmişdir. Bundan sonra Elladanın qohumları iki nəfər kişi və bir nəfər qadın bölməyə gəlmiş, onlardan biri ilə, səhv etmirsə qızın dayısı və ya başqa qohumu ilə, bölmənin həyətində söhbət etmiş, ona Ellada ilə Elvinin biri birilərini istədiklərini dedikdə həmin şəxs «qızın sahibi var özləri bilərlər» sözünü demişdir. Bölmənin qarşısında Ellada bölməni tərk edərkən onun maşınına tərəf gəldikdə, orada olan onun qohumu olan qadın Elladaya özü ilə getməsi üçün qışqırmışdır. Ellada qadına yaxınlaşan zaman nə səbəbə tərəf gəldiyini deyib onun üstünə çığırmış, lakin Elladanın cavabında nə deməsini eşidə bilməmişdir. Sonra o, oradan iş yerimə getmiş, Elvin isə bölmədə qalmışdır. Evə axşam gələndən sonra Nailənin sözlərindən bilmişdir ki, onlar evdə olmayan vaxtı, Ellada üçün paltlar almağa gedərkən Elvin Elladanın bakirəliyini pozmuşdur. Elladanın əynində olan geyim əşyalarını və onların cinsi əlaqə vaxtı istifadə etmiş olduqları mələfəni Tovuz RPŞ-nə təqdim etmişlər. Nailə yaşadıqları evdə Ellada ilə Elvinin cinsi əlaqədə olduğu yataq otağına baxarkən, orada olan əşyaların səliqəli olduğu kimi yerində olduğunu, hər hansı bir dağıntı izinin olmadığını aşkar etmişdir. Ellada onun yaşadığı evdə özünü sərbəst aparmış və o əgər hər hansı bir narahatçılıq hiss etsəydi, dərhal müdaxilə edərək Elladanı yola salardı. Elladanın narahatçılığı olsaydı, geyimini həyətdə yerləşən hamam otağında dəyişən vaxtı evdən məhəlləyə çıxıb qaça bilmək və səs-küy salmaq imkanı, və ya hərəkətlər etməklə narazılığını göstərmək imkanı olmuşdur. Lakin bu hərəkətlərin heç bir olmamışdır. Namiqlə danışan vaxtı da sonuncuya könüllü gəldiyini dediyi üçün artıq o arxayın olmuşdur ki, Ellada Elvin ilə birgə könüllü gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Tovuz şəhəri ərazisində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Əsasən Tovuz rayonu ərazisində fəaliyyət göstərsə də, sifariş əsasında Tovuz -Bakı istiqamətində də taksi fəaliyyəti ilə məşğuldur. Bakıya sərnişin apardıqda hər bir sərnişindən 20-25 manat pul alır və Bakıya sutkanın qaranlıq saatlarında tanıdığı adamları aparır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 tanımır və əvvəllər onların heç biri ilə münasibəti olmamışdır. 08 mart 2020-ci il tarixində təxminən saat 23 radələrində avtomobil ilə yaşadığı evə gedən zaman, onun 050 405 69 44 nömrəli mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs özünü təqdim etsə də, adı onun yadında qalmamışdır. Həmin şəxs ona Bakıya adam aparmağını və neçəyə aparmağını sorusmuş və o cavab olaraq, 100 manat pul müqabilində Bakiya adam aparacağını bildirmişdir. Həmin şəxs əvvəlcə 80 manat pul təklif etsə də, o razılaşmamış və 100 manat alacağını bildirmişdir. Bu zaman həmin şəxs onun təklifi ilə razılaşmış və ona Tovuz rayon məhkəməsinin yaxınlığında gözləyən adamları götürməyini bildirmişdir. Təxminən 10-15 dəqiqəyə həmin yerə gələn zaman, adını istintaqda öyrəndiyi Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb salamlaşmış, sonra o, avtomobilini Bakı şəhəri istiqamətində gedən yola doğru döndərmiş və 5-7 dəqiqə həmin yerdə gözlədikdən sonra, saat 23 radələrində bir nəfər başında zədə olduğu üçün, başı bintlə sarınmış qız, bir nəfər orta yaşlı qadın, bir nəfər orta yaşlı kişi onun avtomobilinə yaxınlaşmışlar. Başı bintlə sarınmış qızın adının Ellada olduğunu, Tovuz RPŞ-də öyrənmiş, Elladanın əynində rəngi xatirlamadığı şalvar və kurtka olmuşdur. Elvinin isə rəngi xatirlamadığı cins şalvar və köynək olmuş, onun paltarlarında hansısa qan ləkələri görməmiş və qanın qoxusunu hiss etməmişdir. Ellada maşına minən zaman ona heç bir etiraz etməmiş və o könüllü şəkildə maşına minmişdir. Elvin dərhal sürücü oturacağının arxasında olan qapını açmış və qız avtomobilə əyləşmiş və həmin vaxt qadın Elvinə yolda yemək almağı barədə ifadə işlətmişdir. Həmin şəxsləri maşına mindirdiyi zaman, aralarında hər hansı bir narazılığın olmağının şahidi olmamış, Elvin Tovuz rayonu ərazisini tərk etdikdən sonra ona bildirmişdir ki, ağrıkəsici dərman almaq lazımdır. Şəmkir rayonu ərazisində bütün apteklərə nəzər salsalar da, apteklərin hamısı bağlı olmuşdur. Bundan sonra isə Elvinin israrlarına görə, Şəmkir şəhərinə çatdıqda şəhərin içərisinə daxil olub küçə-küçə aptek axtarmağa başlamış, bu məqsədlə Şəmkir RMX publik hüquqi şəxsin yerləşdiyi küçəyə avtomobili sürmüş və həmin küçədə açıq aptek tapmışdır. Bu zaman Elvin avtomobildən düşüb dərman almasını xahiş etmiş və bu məqsədlə ona 20 manat pul vermişdir. O, isə aptekdən “AKSENFort” adlı həb formalı dərmandan bir həb almış, bundan sonra “Şəmkir Avtovağzalından” 01 litrlik “Slavyanka” markalı su alıb, Elvinə vermişdir. Elladanın avtomobildə başını Elvinin dizləri üstünə qoymasını görsə də, Elvinin Elladanın əlindən tutmasını görməmiş, Gəncə şəhərində olan zaman, şəhərin çıxışına yaxın “dəyirmanının kuruqu” deyilən yerdə dayanacağın arxasında olan dönərxanadan 03 ədəd dönər və 03 ədəd “CocaCola” almış, bundan sonra Kürdəmir rayonunadək avtomobili dayanmadan idarə etmişdir. Yolda olarkən, Elvinin mobil telefonuna xeyli zənglər gəlməyə başlamış, lakin bu danışıqların mahiyyətini xatırlamamışdır. Lakin Elladanın telefon danışığında “mama hər şey yaxşıdır, narahat olma, qayıdacam” ifadəsi onun diqqətini cəlb etmişdir. X56nın səsi yorğun olmuş, o, Kürdəmir rayonunda yerləşən, yolun kənarında olan “Araz” kafesində istirahət və təbii ehtiyaclarını ödəmək üçün avtomobilini saxlamışdır. Həmin vaxt saat 3-4 radələrində, Ellada və Elvin avtomobili tərk edərək sanitar qovşağa getmiş və daha sonra isə gəlib avtomobildə əyləşmişlər. Bundan sonra isə Bakı şəhərinədək hər ikisi avtomobildə yatmış, Elvin və Ellada yolda qaçmaları barədə bir söz deməmişlər. Bakıya çatana yaxın o, Elvini yuxudan oyatmış və Bakıda gedəcəkləri ünvanı soruşmuş, bu zaman Elvin, Bakı şəhəri Biləcəri qəsəbəsinə gedəcəklərini bildirmişdir. Həmin vaxt hansı istiqamətdən gedəcəklərini soruşmuş və Elvin cavab olaraq, Xırdalan yolu ilə gedəcəklərini bildirmişdir. Xırdalan yolu istiqamətində gəlib, Sulutəpə qəsəbəsinin dairəsindən sola dönmüş və Biləcəri qəsəbəsi ərazisinə daxil olmuşdur. Biləcəri qəsəbəsində dəqiq ünvanını xatırlamadığı həyət evlərinin yanında avtomobilini saxlamış, X56 avtomobildən düşmüş, Elvin isə ona 100 manat ödəniş etmişdir. O, onların hansı evə daxil olmasını görməmiş, bundan sonra avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr-a bibisi oğlunun evinə gəlmiş və istirahət etmişdir. Onları gətirən zaman elə anlamışdır ki, Ellada ilə Elvin ər və arvad münasibətindədirlər, çünki o arxaya baxan zaman, Ellada başını Elvinin diz və sinə nahiyəsinin üzərinə qoymuş və onlar yol boyu elə gəlmişlər. Elladanın zorlanmasını Binəqədi rayon prokurorluğunda, Elladanın qaçırılmasını isə Tovuz RPŞ-də öyrənmişdir. Ona məxsus «Renault Megane» markalı avtomaşına baxış keçirən zaman maşının arxa baqaj hissəsinin şüşəsində zədə aşkar edilməsi haqda bildirmişdir ki, Ellada onun maşınına heç bir zərbə yetirməmiş, 21 may 2020-ci il tarixdə saat 06.37-də arxa istiqamətdə hərəkətdə olan zaman ağaca dəyərək zədələnmiş və həmin vaxtı avtomaşının şəkilini də çəkmişdir. Əlavə olaraq bildirmişdir ki, ona zəng edən şəxsin kimliyi barədə məlumatı olmamış, Elladaya dərmanı Şəmkir şəhərindən özü almış və Elvin Kürdəmir rayonu istisna olmaqla avtomobili tərk etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır. Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 tanıyır, onlar onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs1 da tanıyır, o, X51 kəndində yerləşən “priyez” deyilən yerdə bərbər işlədiyini bilir. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olmasından hər hansı formada məlumatı olmamışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs1 Ellada ilə ailə qurmaq üçün bir neçə dəfə elçi göndərsə də, Elladanın valideynləri Elvinlə ailə qurmaq üçün razılıq verməmişdir. 08 mart 2020-ci il tarixində təxminən saat 20 radələrində yaşadıqları evin mətəbəxində televizora baxmışlar. Həmin vaxt qəflətən küçədən qadın qışqırığının səsini eşitmiş, həmin vaxt o, dərhal evdən küçəyə doğru qaçmış, o, küçəyə çıxan vaxt VAZ2107 markalı dövlət qeydiyyat nişansız avtomobilin sürətlə küçədən keçdiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 isə uca səslə qışqıraqışqıra “Elanı apardılar, qonşular kömək edin” deyə ifadələr işlətdiyini eşitmişdir. O, Şəlalədən niyə qışqırdığını soruşmuş, Şəlalə ağalaya-ağlaya “Elanı, yəni Elladanı zorla apardıqlarını” bildirmişdir. Şəlalənin paltarları toz içərisində və səliqəsiz vəziyyətdə olmuş, o, Şəlalənin bədən nahiyyəsində hər hansı xəsarət və ya xəsarət izi görməmiş, lakin Şəlalənin saçları dağınıq vəziyyətdə olmuşdur. Paltarları isə tamamilə toz-torpaq içərisində olmuşdur. Lakin Şəlalə qolunu tutmuş və qolunun ağrıdığını bildirmiş, həmin vaxt hadisənin şokunda olan Şəlalə ona bildirmişdir ki, bir nəfər Şəlaləni çiyinlərindən əlləri ilə aşağıya doğru sıxaraq onu yerə yıxmış, digəri isə qızı Elladanın arxasınca qaçaraq onu zorla avtomobilə mindirib qaçırmışlar. Şəlalə həmin avtomobildən eyni vaxtda 3-4 nəfərin düşdüyünü və onu tutanın Təqsirləndirilən şəxs3 olduğunu, Vasifi tanıdığını bildirmişdir. Şəlalə hadisə barədə ətrafda olan şəxslərə həmin məlumatı vermiş, lakin o, Şəlalədən ətraflı məlumat soruşa bilməmiş, çünki Şəlalə həmin vaxt çox əsəbi olmuşdur. Həmin vaxt qonşular Şəlaləyə kömək etmiş və Şəlaləni öz evlərinin darvazasından içəriyə keçirtmişlərlər. Bu zaman evdən Mürsəl çıxmış və nə baş verdiyini soruşmuş, Şahid1 yaşadığı evlə onun yaşadığı evin darvazaları arasında 10-15 metr məsafə olmuşdur. O, küçədən keçən yolun bir tərəfində, Şahid1 isə digər tərəfində yaşayır. Həmin vaxt ətrafda yaşayan qonşular hadisə yerinə gəlmiş, Mürsəl və Şəlalə dərhal DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng etmiş, qızlarının qaçırılması barədə məlumat vermişlər. O, X56nın kim tərəfindən qaçırıldığını bilməmiş, lakin Şəlalənin dediyinə görə Elladanı qaçırdan oğlan Tovuz rayon Əsrik cırdaxan kəndindən olmuşdur. Bundan sonra o, ətrafdakılardan Elvin adlı şəxsin Elladanı qaçırtdığını öyrənmiş, polis əməkdaşları Şəlalənin evinə gəldikdən sonra o, öz yaşadığı evə getmişdir. 09 mart 2020-ci il tarixində o, Təqsirləndirilən şəxs1 adlı şəxsin dostları ilə birlikdə Elladanı qaçırtdığını dəqiq öyrənmişdir. Bir müddət sonra isə Elladanın Elvin tərəfindən Bakı şəhərində zorlandığını öyrənmişdir. 2020-ci ilin mart ayının sonlarında, təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs3, Elvinin və Günərin qohumları Mürsəlin yaşadığı evə hücum edərək, evin giriş darvazasını təpikləməyə və evi daşlamağa başlamışlar. Həmin vaxt Mürsəlin evinin qarşısında 50-dən artıq adam olmuşdur. O, həmin şəxslərin içərisində “priyezdə” işləyən Aygün adlı diş həkimini, Şahid20 görmüş, digər şəxsləri isə antropoloji görünüşlərindən tanısa da, adlarını bilməmişdir. Həmin şəxslər Mürsəli və Mürsəlin ailəsini nalayiq ifadələrlə təhqir etməyə başlamış, onların əsas tələbi isə Elvinin əlbir olduğu şəxslərin tutulmaması üçün onlardan şikayətçi olmamaları olmuşdur. Bir müddət sonra isə əraziyə Tovuz RPŞ-nin PPXT-nın aidiyyatı əməkdaşları gəlmiş, bundan sonra isə həmin şəxslər sakitləşmiş və ərazini tərk etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır. Zərərçəkmiş şəxs1 tanıyır və onunla mehriban münasibətləri vardır. Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə görməmiş və onu tanımır. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olmasından hər hansı formada məlumatı olmamışdır. 08 mart 2020-ci il tarixində təxminən saat 20 radələrində yaşadığı evdə qonaqları olmuş, həmçinin onu da qeyd edir ki, o, el arasında çöpçülük deyilən fəaliyyətlə məşğul olur. Həmin vaxt da çöpçülük fəaliyyəti ilə əlaqədar olaraq yanına azyaşlı uşaq da gətirmişlər. O, uşağı müalicə edib yola salmış, bundan sonra isə əllərini yuyan vaxt küçədə səs-küy eşitmiş və küçəyə çıxmışdır. Bu zaman Şəlalənin qışqırdığını və uca səslə “qoymuyun, Elanı apardılar” deyə ifadələr işlətdiyini eşitmişdir. Şəlalə ağalaya-ağlaya qızı Elladanı apardıqlarını bildirmiş, o, Şəlalənin bədən nahiyyəsində hər hansı xəsarət və ya xəsarət izi görməmişdir. Lakin Şəlalənin saçları dağınıq vəziyyətdə olmuş, paltarları isə toz-torpaq içərisində və səliqəsiz vəziyyətdə olmuşdur. Həmin vaxt ətrafda yaşayan qonşular hadisə yerinə gəlmiş, hadisə yerində o, qonşulardan Sünbül, Nurlan adlı şəxsləri görmüşdür. Onun uşaqları azyaşlı olduqları üçün hadisə yerində çox qala bilməmişdir. O, 09 mart 2020-ci il tarixində kənd sakinlərindən və qonşuları Sünbüldən eşitmişdir ki, Ellada Təqsirləndirilən şəxs1 və dostları tərəfindın qaçırılmışdır. O, 2020-ci ilin mart ayında Mürsəl və Şəlalənin yaşdıqları evin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qohumları tərəfindən daş-qalaq edilməsi və onlara şikayətçi olmamaları üçün təzyiq edilməsi barədə məlumatlıdır. Lakin onun uşaqları azyaşlı olduqları üçün o, uşaqları tək qoyub çölə çıxa bilməmişdir. Buna görə də o, həmin hadisənin şahidi olmamış, Şahid1 yaşadığı evlə onun yaşadığı evin darvazaları arasında 20-25 metr məsafə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, 1990-cı ildən DİO-da, 2005-ci ildən isə Tovuz RPŞ-nin TB-nin rəisi vəzifəsində işləyir. 09 mart 2020-ci il tarixində gecə saatlarında Tovuz RPŞ-nin növbətçi təhqiqatçısı Şahid13 ona zəng edərək “qız qaçırtma” hadisəsinin baş verdiyini bildirmiş, o da yorğun olduğu üçün Salehə bütün prosessual hərəkətləri yerinə yetirməsi üçün göstəriş vermiş, həmçinin qız qaçıran şəxsin kimliyi ilə maraqlanmış, Saleh ona qız qaçıran şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bundan sonra o, 09 mart 2020-ci il tarixində səhər saat 07 radələrində Tovuz RPŞ-nə gəlmiş, baş vermiş hadisə barədə Şahid13 ona ətraflı məlumat vermiş, həmin vaxt ona məlum olmuşdur ki, qaçırılan qız Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs1dır, hadisə də təxminən saat 20 radələrində baş vermişdir. O, dərhal Təqsirləndirilən şəxs1 qohumu Tovuz RPŞ-nin DYPB-nin YPX-nin inspektoru işləyən Şahid14 Elvinin harada olması ilə maraqlanmış, Şahid14 da yanına gələrək Elvinin nömrəsinə dəfələrlə zəng etmiş, lakin Elvinin mobil telefonuna zəng çatmamışdır. O, Cavidə qohumlarına zəng edərək Elvinin dərhal tapılmasında köməklik etməsini xahiş etmiş, Cavid də həmin vaxt Elvinin anası Gülnarəyə zəng vurmuş, Gülnarə ilə danışdıqdan sonra ona Elvin Bakı şəhərində dostu Cəsarətin evində olması barədə məlumat vermişdir. O, Elvinin mobil telefonuna zəng etsə də onun nömrəsinə yenidən zəng çatmamış, Elvinin dostu Şahid7 nömrəsini Cavidin vasitəsi ilə əldə etmiş və “VhatsApp Mesenger” proqramı vasitəsilə Cəsarətə zəng vurmuş, Cəsarətə Elvinə telefonu acmasını bildirməyi demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 zəng vurmuş, Təqsirləndirilən şəxs1 telefonu götürmüş və o, özünü təqdim edərək, Tovuz RPŞ-nin TB-nin rəisi olduğunu bildirmişdir. Bundan sonra Elvindən Elladanı niyə qaçırtdığını və valideynlərinin RPŞ-də narahat vəziyyətdə olduğunu bildirmiş, həmçinin Elladanı da təcili olaraq Tovuza qaytarmağını tələb etmişdir. Lakin Elvin könüllü olaraq Elladanı gətirdiyini və bir birilərini sevdiyini bildirmiş, o, isə Tovuz RPŞ-nə gəlib izahat vermələrini Elvinə izah etmiş, Ellada ilə danışmaq istəmiş, Elvin telefonu Elladaya vermiş və o, Ellada ilə mobil telefonla danışmış, Ellada həmin vaxt “özüm gəlmişəm” deyib telefonu söndürmüş, o, Elladanın bu hərəkətindən və danışığından şübhələnmişdir. Bundan sonra isə Tovuz RPŞ-nə Elladanın valideynləri Şəlalə və Mürsəl gəlmiş, Elladanın valideynləri aqressiv formada ona bildirmişlər ki, “bizim qızı təcili tapın qaytarın”. O da Şəlaləyə bildirmişdir ki, sizin qızınız könüllü gəldiyini deyir. Şəlalə də 08 mart 2020-ci il tarixində qızı Elladanın onun yanından zorla qaçırıldığını, həmin vaxt qaçıranlardan birinin onu yıxdığını və müqavimətinin qarşısını aldığını bildirmişdir. İkinci dəfə o, Elvinin istifadəsində olan mobil telefona zəng vurmuş, Elvinə dərhal Tovuz RPŞ-nə gəlməsini, Elladanın valideynləri buraları dağıdır demişdir. Bundan başqa Elvinə Elladaya toxunma, qızı sağ-salamat qaytar demiş, Elvin də bildirmişdir ki, narahat olmayın, qıza da toxunmayacaqdır. Həmin vaxt o, Elladanı anası ilə danışdırmış, Ellada anasına “özüm gəlmişəm, qaçırılmışam, artıq gecdir” deyə bildirmişdir. Bundan sonra isə o, yenidən Elvinlə mobil telefonla danışmış və Elvinə “qızı götür Tovuz RPŞ-nə Ellada ilə birlikdə gəl izahatınız alınmalıdır” demiş, həmin vaxt Elvin “heç bir problem yoxdur, Ellada ilə birlikdə gəlirəm, Ellada ilə birlikdə özümüz yoldan keçən tanımadığımız avtomobil ilə könüllü Bakı şəhərinə gəlmişik” deyə cavab vermişdir. Həmin vaxtı Elvinə bildirmişdir ki, təxminən 5-6 saatlıq yolunuz vardır, bir saat da nahar fasiləsi üçün hesablayır, saat 16 radələrində Tovuz şəhərinə gəlin. Elvində onun bu sözləri ilə razılaşmış, o da Mürsəli yanına çağırmış, bu gün axşam saat 16 radələrində qızının geri qayıdacağına əmin etmişdir. O, Elvinin sözünə inanırmış və Mürsələ vəd vermişdir. Lakin iki saatdan sonra təxminən saat 12 radələrində Mürsəl və Şəlalə onun yanına gələrək, aqressiv formada “mənim qızımı Elvin Tovuz rayonu ərazisində gizlədib, Elvin Bakıda deyil yalan danışır” deyə bildirmişlər. Bu sözdən sonra o, Elvinə yenidən zəng etmiş, lakin Elvin hələ də Bakı şəhərində olduğunu bildirmişdir. Həmin vaxt o, əsəbiləşmiş və Elvinə “bəs sənə bayaqdan demişdim ki, təcili taksi tap Tovuza gəl, səndə razılaşmışdın” deyə bildirmişdir. Elvin müxtəlif bəhanələr gətirərək bildirirmiş ki, guya Ellada qayıtmağa razı deyil, bu səbəbdən də gələ bilmir. Bu vaxt o, anlamışdır ki, Elvin yalan danışırmış. O, həmin vaxt Elvini yalan danışmaqda ittiham etmiş və polis əməkdaşların Bakıya gəlməsinin uzun müddət çəkəcəyini bildirmiş və təcili olaraq Bakı şəhərində yerləşən polis bölmələrindən birinə müraciət etməsini məsləhət görmüşdür. Təxminən 10 dəqiqə sonra Elvin ona zəng edərək Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etdiyini, həmçinin Elladanın yanında olduğunu qeyd etmişdir. Lakin o, Ellada ilə görüntülü danışmaq niyyətini bildirmiş, həmin vaxt təhqiqatçı Siyafər ilə mobil telefonla danışan zaman ona məlum olmuşdur ki, Elvin Binəqədi RPİ-nin 6-cı polis bölməsinə müraciət etmişdir. O, polis bölməsinin təhqiqatçısı Siyafər adlı şəxslə görüntülü danışmış, X56nın anası Şəlalə və atası Mürsəl də yanında olmuşlar. Elladanın başında hicab olduğunu görmüş, bu zaman anası Elladanın başındakı hicabın altında sarğını görmüş və uca səslə qışqırmış, qızının xəsarət aldığını bildirmiş və Şəlalə həmin vaxt həyəcandan huşunu itirmişdir. O, Elladanın Bakı şəhərindəki qohumlarına xəbər vermiş, Elladanı Binəqədi RPİnin 6-cı polis bölməsindən Elladanın qohumu Şamama adlı şəxs aparmışdır. 09 mart 2020ci il tarixində Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-nə gəlmiş və həmin gün Ellada Tovuz RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən zorlanmasını bildirmişdir O, Elvinlə mobil telefonla danışmamışdan əvvəl Mürsələ ”Elvin qızına toxunmasa onu qaytarsa şikayətin olacaqmı?” deyə sula verəndə Mürsəl ona “ Elvin qızıma toxunmasın, yəni cinsi əlaqədə olmasın mənim ondan hər hansı şikayətim olmayacaq” deyə cavab vermişdir. O, hətta Mürsəlin də bu sözlərini Elvinə bildirmiş, Elvində “Namiq müəllim ayıb olar, heç bir problem yoxdur, Elladaya toxunmayacam” məzmunlu cavab vermişdir. Şahid12 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs1 və ya Zərərçəkmiş şəxs1 ilə ədavət və ya düşmənçiliyi olmamış, onlar arasında sevgi münasibətlərinin olmasından hər hansı formada məlumatım olmamış, Zərərçəkmiş şəxs1 anası ilə onun yanında telefonla danışan zaman anası Şəlaləyə “artıq iş-işdən keçib” ifadəsini işlətməmiş, ancaq anasına “qaçırılmışam artıq gecdir” ifadəsi işlətmişdir. O da Elladanın bu sözlərindən şübhələnmiş, ona görə də dərhal polis bölməsinə getmələrini tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, 2014-cü ildən DİO-da, 2019-cu ildən isə Tovuz RPŞ-nin TB-də təhqiqatçı vəzifəsində işləyir. 08 mart 2020-ci il tarixində o, Tovuz RPŞ-də əməliyyat qrupunda xidmətdə olmuş, həmin gün təxminən saat 20 radələrində Tovuz rayon Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, qızı Zərərçəkmiş şəxs1 naməlum şəxslər tərəfindən qaçırıldığını bildirən məlumat vermiş, həmin məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində Şahid1 məxsus fərdi yaşayış evinə gəlmişlər. Şikayətçi Zərərçəkmiş şəxs2 3-4 nəfər şəxs tərəfindən qızının qaçırıldığını, qızını qaçıran şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirən məzmunlu ərizə vermişdir. Həmin vaxt biz Təqsirləndirilən şəxs1 Tovuz rayon Əsrik-Cırdaxan kənd sakini olduğunu öyrənmişlər, sonra həmin kəndə getmişlər, lakin Təqsirləndirilən şəxs1 yaşadığı evdə heç kim olmamış, bundan sonra isə həmin kənddə Elvinin qohumu Marisin evinə getmişlər. Marisin evinə getmələrini onlara Mürsəl məsləhət görmüşdür. X36 Marisin evində olacağını da güman etmiş, onlar Marisin evinə getmiş, Maris onları qarşılamış və o, hadisə barədə məlumat vermiş, Maris isə Elvinin harada olması barədə məlumatsız olduğunu və Elladanın da onun evində olmadığını bildirmişdir. Bundan sonra adını xatırlamadığı polis əməkdaşlarından biri Elvinin Tovuz rayon Avaztəpə kəndində ana babasının olduğunu bildirmişdir. Həmin məlumatı öyrəndikdən sonra onlar Tovuz rayonunun Avaztəpə kəndində Təhmasib adlı şəxsin evinə getmiş, həmin evdə onları iki nəfər qadın qarşılamışdır. Qadınlardan birinin adı Gülnarə olmuş, həmin vaxtı onlara məlum olmuşdur ki, Gülnarə Təqsirləndirilən şəxs1 anasıdır. Gülnarəyə hadisə barədə məlumat verilmiş, sonra Gülnarədən Elvinin harada olmasını soruşmuşlar. X41 harada olmasından və baş vermiş hadisə barədə məlumatının olmadığını bildirmişdir. Digər qadın isə Elvinin bibisi olduğunu, Elvinin Elladanı qaçırtması barədə məlumatlarının olmadığını bildirmişdir. Həmin qadınlar həmçinin bildirmişdir ki, onlar Dəmir adlı şəxsin qara bayramını keçirtmək üçün oraya gəliblər. Bundan sonra onlar əməliyyat qrupu ilə birlikdə, Tovuz RPŞ-nə gəlmişlər. Tovuz RPŞ-də Elladanın valideynləri Mürsəl və anası Şəlalənin izahatlarını almış, anası Şəlalə izahatında bildirmişdir ki, 08 mart 2020-ci il tarixində evlərinə gedən vaxtı Ellada ilə onun qarşısında VAZ 2107 markalı avtomobil dayanmış və həmin avtomobildən 7-8 nəfər şəxs düşərək, Elladanı qaçırtmaq istəyən zaman o, müqavimət göstərmiş, lakin orada olan şəxslərdən biri onu itələyərək yıxmış və ona qarşı zor tətbiq etməklə müqavimətinin qarşısını almış, Elvin isə Elladanı zorla avtomobilə mindirib oradan qaçırtmışdır. Həmin vaxt o, Şahid1 da izahatını almış, Mürsəl də arvadının izahatını təsdiq edərək, Elvinin qızını zorla qaçırtdığını bildirmişdir. Bundan sonra isə hər ikisi Elvin və onunla əlbir olan şəxslərdən şikayətçi olduqlarını qızlarının tezliklə tapılıb təhvil verilməsini tələb etmişlər. Şəlalə Tovuz RPŞ-də olan vaxtı sol əlində qançır olmasını, bundan başqa o, hadisə yerində olan zaman da Şəlalənin paltarlarının tamamilə toz içərisində olduğunu və saçının da dağınıq olduğunu müşahidə etmişdir. 09 mart 2020-ci il tarixində o, hadisə barədə TB-nin rəisi Şahid12 məlumat vermiş, bundan başqa Şahid12 Elvinin istifadəsində olan mobil telefon nömrəsini də vermişdir. Namiq müəllim Elvinlə mobil telefonla əlaqə saxlamış və harada olduğunu soruşmuş, Elvin də Ellada ilə birlikdə Bakı şəhərində olduğunu bildirmişdir. Həmin vaxt Şahid12 Elvinə təcili Ellada ilə birlikdə Tovuz rayonuna qayıtmağı bildirmiş, bundan başqa Şahid12 Elladanın özü ilə də mobil telefonla danışmışdır. Lakin X56 “özüm gəlmişəm” deyə bildirmişdir. Buna baxmayaraq Şahid12 Elladanın dediklərinə inanmamış və təcili Tovuza qayıtmağı bildirmişdir. Həmçinin Şahid12 Elvinə dəfələrlə xəbərdarlıq etmişdir ki, Ellada ilə cinsi əlaqədə olmasın. Elvin də Şahid12 Ellada ilə cinsi əlaqədə olmayacağını bildirmiş və bu barədə Şahid12 söz vermişdir. Elvin Tovuza qayıdacağını bildirsə də bir neçə saatdan sonra Şahid12la danışan zaman hələdə Bakı şəhərində olduğunu bildirmiş, bundan sonra Şahid12 yaxınlıqdakı polis bölməsinə müraciət etməsini Elvinə təkidlə bildirmişdir. Elvin, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə müraciət etdiyini bildirmiş, Şahid12 Elvinə olan inamsızlığı səbəbindən Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı Siyafət adlı şəxsdən görüntülü əlaqə saxlamasını xahiş etmişdir. Həmin vaxt “whatsApp Messenger” proqramı vasitəsilə görüntülü əlaqə yaradılan zaman Elladanın hicabda olduğunu və alın nahiyyəsində xəsarət olduğunu görmüş, Şahid12 təhqiqatçıya Elvin və Elladanı bölmədə saxlamağı və aidiyyatı əməkdaşın yaxınlaşıb Elladanı təhvil alacağını bildirmişdir. Bundan sonra isə Elladanın qohumları Elladanı Tovuz rayonuna gətirmiş, 09 mart 2020-ci il tarixində Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-nə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs1, yaşadığı evin qarşısından onu zorla qaçırtdığını və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində zorladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və qabaqcadan Elvinlə əlbir olub qaçıran digər şəxslərdən şikayətçi olduğunu bildirmişdir. 10 mart 2020-ci il tarixində isə izahat vermiş, izahatında “Təqsirləndirilən şəxs1 əlbir olduğu şəxslərlə onu zorla qaçırtdığını, Avaztəpə kəndinə apardığını və orda olan zaman qaçmağa cəhd edərkən Elvinin onu itələdiyini və nəticədə başının qaz sobasına dəyib xəsarət aldığını, bundan sonra isə Elvinin onu Bakı şəhərinə apardığını və Bakı şəhəri Biləcəri qəsəbəsində Elvinin onu zorladığını bildirən məzmunlu izahat verdiyini” bildirmişdir. 10 mart 2020-ci il tarixində Tovuz RPŞ-nin əməliyyatçıları tərəfindən Zərərçəkmiş şəxs1 qaçırılmasında iştirakı ehtimal olunan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid2 təhqiqata təhvil verilmiş, həmin şəxslərin izahatları tərəfindən alınmış və təhqiqat materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 həmin gün izahat verərək, özünü təqsirli bilmədiyini, Ellada ilə qaçırılma görüntüsü yaratdıqlarını və Elladanın öz razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Cəsarət adlı şəxsə məxsus evdə cinsi əlaqədə olduqlarını bildirmişdir. Bundan sonra Ellada barəsində və digər şəxslər barəsində məhkəmə-tibb ekspertizası təyin etmiş, 12 mart 2020-ci il tarixində materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərar qəbul etmişdir. O, əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 və ya Zərərçəkmiş şəxs1 ilə ədavət və ya düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olmasından hər hansı formada məlumatı olmamış, araşdırma zamanı Elvin və adıçəkilən digər şəxslərin izahatını alan zaman Elvin və Elladanın arasında sevgi münasibətlərinin olması haqqında məlumatı olmuşdur. Tovuz rayonu Avaztəpə kəndində yerləşən fərdi yaşayış evi Təhmasib adlı şəxsə məxsus olmuş, Təhmasib adlı şəxs Təqsirləndirilən şəxs1 doğma dayısı olmuşdur. Tovuz rayon Avaztəpə kəndində olan zaman Təqsirləndirilən şəxs1 anasından Elvinin mobil telefon nömrəsini almış, həmin nömrəyə dəfələrlə zəng vursa da telefona zəng çatmamışdır. Məhkəmədə şahid qismində dindirlimiş Şahid14 ifadəsində göstərdi ki, o, 2015-ci ildən X16, həmin ildən isə Tovuz RPŞ-nin DYB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 onun xalası Gülnarənin oğludur. Təqsirləndirilən şəxs1la normal münasibətləri olmuş, Təqsirləndirilən şəxs1 Tovuz rayonu Aşağı Quşçu kəndində bərbər işləmiş, bundan başqa “sev məni” adlı gül salonu da işlətmiş, Zərərçəkmiş şəxs1 isə tanımır. 08 mart 2020-ci il tarixində təxminən saat 21 radələrində Tovuz RPŞ-nin təhqiqatçısı Şahid13 ona zəng edərək Təqsirləndirilən şəxs1 qız qaçırtdığını bildirib ondan Elvinin nömrəsini istəmişdir. O da həmin vaxt Elvinin nömrəsini Salehə vermiş, bundan sonra özü Elvinin nömrəsinə zəng vurmuş, lakin Elvinin nömrəsinə zəng çatmamışdır. O, bundan sonra mütəmadi olaraq Salehə zəng vurmuş, Saleh isə Elvini tapa bilmədiklərini bildirmişdir. Atası Akifdən çəkindiyi üçün Elvinin tapılıb tapılmaması ilə maraqlana bilməmişdir. Həmin gün anası Gövhər İbrahimova da babası Dəmirin “qara bayramını” keçirtmək üçün Avaztəpədə Təhmasibin evində olmuş, anası gecəni də dayısı Təhmasibin evində keçirmişdir. Həmin gün Saleh ondan Avaztəpədə yerləşən babası Dəmirə məxsus evi soruşmuş, o da həmin evin yolunu izah etmiş, 09 mart 2020-ci il tarixində o, Tovuz RPŞnin TB-nin rəisi Şahid12 yanına getmişdir. Şahid12 Elvinin onun qohumu olduğunu və Elvinin tapılmasında köməklik göstərməyini bildirmiş, o da həmin vaxt Elvinin mobil nömrəsinə zəng vurmuş, lakin Elvinin mobil telefonuna zəng çatmamışdır. O, həmin vaxt xalası Gülnarəyə zəng edərək, Elvinin harada olması ilə maraqlananda xalası Gülnarə ona Elvin Elladanı Bakı şəhərinə dostu Cəsarətin evinə aparmasını bildirmişdir. O da Şahid12 bu haqda məlumat vermiş, Şahid12 ondan Cəsarətin nömrəsini tapmağını istəmişdir. Xalası Gülnarəyə yenidən zəng edərək, Şahid7 mobil nömrəsini almış və Şahid12 təqdim etmiş, Şahid12 da Cəsarətin telefonuna “Whats App” mesenger proqramı vasitəsilə görüntülü zəng etmişdir. Telefonu Şahid7 götürmüş, Şahid12 Cəsarətdən telefonu Elvinə verməsini xahiş etmiş, Elvin telefonda “Ellada öz razılığı ilə gəlmişdir” deyə bildirmişdir. Bu zaman Şahid12 Elvinə “Elladanın valideynləri çox aqressivdir, qızı geri qaytar, qıza toxunmusanmı?” deyə bildirmiş, Elvin də “Elladaya toxunmayıb” deyə cavab vermişdir. Həmin vaxt Şahid12 Elvinə “qıza toxunma, yəni onunla cinsi əlaqədə olma, qızı təhvil ver, qıza toxunmasan Elladanın valideynləri səndən şikayətçi olmayacaqlar” deyə bildirmiş, Elvin də “Namiq müəllim ayıb deyil mən qıza toxunmayacam, qızı da gətirəcəm” deyə cavab vermişdir. 09 mart 2020-ci il tarixində saat 11 radələrində Şahid12 yenidən Cəsarətin telefonuna zəng vurmuş, həmin vaxt Elvindən harada olduğunu soruşmuş, Elvin də Bakıda olduğunu demişdir. Şahid12 da Elvinə əsəbiləşmiş və təcili olaraq Tovuza gəlməsini tələb etmiş, bundan başqa Elvini yalan danışmaqda ittiham etmişdir. Şahid12 növbəti dəfə Elvinlə danışan zaman isə Elvinə Ellada ilə birlikdə yaxınlıqdakı polis bölməsinə yaxınlaşmalarını bildirmişdir. Bu zəngdən sonra isə o otaqdan çıxmış, X56nın valideynləri Tovuz RPŞ-də gözləmiş, bundan sonra isə o, xidməti fəaliyyəti ilə əlaqədar olaraq iş yerinə getmişdir. 09 mart 2020-ci il tarixində Elladanın valideynlərinə təhvil verilmiş, 10 mart 2020-ci il tarixində isə Elvini Binəqədi RPİ-nin 6-cı PB-dən Tovuz RPŞ-nə o, gətirib təhvil vermişdir. Onun Təqsirləndirilən şəxs1 və ya Zərərçəkmiş şəxs1 ilə ədavət və ya düşmənçiliyi olmamış, Elvin onun xalası oğlu olmuş, münasibətləri normal olsa da çox az ünsiyyətdə olmuşlar. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olmasından məlumatı olmuş, bu haqda Elvin ona dəfələrlə məlumat vermiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 08 mart 2020-ci il tarixində əlbir olduğu şəxslərlə birlikdə qaçıracağı barədə ona hər hansı məlumat verməmiş, həmçinin Elvin bu barədə ondan köməklik istəməmiş, onun Elladanın Elvin tərəfindən qaçırılması barədə məlumatı Tovuz RPŞ-nin təhqiqatçısı Şahid13 zəngindən sonra olmuş, polis əməkdaşı kimi Elvinin bu niyyətini əvvəlcədən bilsəydi dərhal Elvinin yerini müəyyən edib niyyətindən daşındırar və yaxud bu əməli törətməsinin qarşısını alıb Elvini aidiyyəti əməkdaşlara təhvil verərdi. 08 mart 2020-ci il tarixində onunla Elvin arasında telefon danışığı olmamış, 08 mart 2020-ci il tarixində Şahid13 ona zəng edərək Elvinin Elladanı qaçırdığını və Elvinin harada olduğunu öyrənməsini xahiş etdikdən sonra o, Elvinin mobil nömrəsinə zəng vurmuş, lakin Elvinin mobil telefonuna zəng çatmamış, o, Elvinlə “VhatsApp mesenger” proqramı vasitəsilə görüntülü zənglə Elvinlə danışmış, Elvinə yaxınlıqdakı bölmələrdən birinə getməyini bildirmiş, lakin, o, həmin vaxtı Ellada ilə danışmamış, Elladaya “olan-olub keçən keçib, könüllü get bölmədə ərizə yaz” deyə ifadəsini işlətməmişdir. Anası Tovuz rayon Avaztəpə kəndində yaşayan dayısı Təhmasibin evindən 09 mart 2020-ci il tarixində günortadan sonra yaşadıqları evə qayıtmış, anası Gövhər İbrahimova evə qayıdan zaman Elvinin Elladanı qaçırıb Avaztəpə kəndinə Təhmasibin yaşadığı evə gətirməsi barədə ona hər hansı məlumat verməmişdir. Şahid12 Elvinlə telefon danışıqlarının dəqiq vaxtı və aralarındakı müddət barədə dəqiq məlumatı olmamışdır. Şahid12 onu otağına çağıran zaman içəri daxil olduqdan sonra Elvinlə danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır. Zərərçəkmiş şəxs1 tanıyır, onunla qonşuluqda yaşayır. Elladanın anası Zərərçəkmiş şəxs2 da yaxından tanıyır, onunla mehriban münasibətləri vardır. Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə görməmiş və onu tanımır. 08 mart 2020-ci il tarixində təxminən saat 20 radələrində yaşadığı evdə anası ilə çay içərkən küçədən qadın qışıqırığının səsini eşidib dərhal evdən küçəyə doğru qaçarkən VAZ2107 markalı avtomobilin sürətlə küçədən keçdiyini görmüşdür. Həmin vaxt Şəlalə isə uca səslə qışqıra-qışqıra Sünbülün yaşadığı evin yanına gəlmiş, Şəlalədən niyə qışqırdığını soruşduqda, ağalaya-ağlaya qızını apardıqlarını, o isə artıq maşının getdiyini və ona qaçıb çatmağın mümkün olmadığını bildirmişdir. Şəlalənin paltarları toz içərisində və səliqəsiz vəziyyətdə olmuşdur. O, Şəlaləyə kömək edib onu öz evlərinin darvazasından içəriyə keçirtmiş, bu zaman evdən Mürsəl çıxıb nə baş verdiyini soruşduqda ətrafda yaşayan qonşular hadisə yerinə gəlmişlər. Hadisə yerində qonşulardan Şəfəq, Nurlan adlı şəxsləri görmüşdür. Mürsəl və Şəlalə həmin vaxt DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, qızlarının qaçırılması barədə məlumat vermişlər. O, Elladanın kimin qaçırtdığını bilməmiş, lakin Şəlalənin dediyinə görə oğlan Tovuz rayon Əsrik-cırdaxan kəndindən olmuşdur. Həmin vaxt hadisənin şokunda olan Şəlalə ona bildirmişdir ki, eyni vaxtda 3-4 nəfər düşmüş, bir nəfər onu çiyinlərindən əlləri ilə aşağıya doğru sıxaraq onu yerə yıxmış, digərinin isə qızının arxasınca qaçaraq onu zorla avtomobilə mindirib qaçırtmışdır. Şəlalə az bir müddət sonra onu tutanın Təqsirləndirilən şəxs3 olduğunu və onu tanıdığını demiş, Şəlalə hadisənin şokundan olduğu üçün ondan başqa məlumat soruşa bilməmişdir. O, Şəlalənin bədən nahiyyəsində saçlarının dağınıq, paltarlarının isə tamamilə toz içərisində olmağından başqa hər hansı xəsarət və ya izi görməmişdir. Polis əməkdaşları Şəlalənin evinə gəldikdən sonra o, öz yaşadığı evə getmişdir. 09 mart 2020-ci il tarixində təxminən saat 19 radələrində Şəlalənin evinə gedib Elladanın evdə olduğunu görmüşdür. X56nın başında sarğının olduğunu müşahidə etmişdir. Elladanın dediyinə görə, Elvin onu zorla qaçırtmış, xəsarət isə Tovuz rayonu, Avaztəpə kəndində qaçırıldığı evdən qaçmaq istəyən zaman Elvin onu itələyib başı qaz sobasına dəydikdə yaranmışdır. O, hadisədən bir müddət sonra Elladanın Elvin tərəfindən zorlanmasını kənd sakinlərindən öyrənmişdir. 2020-ci ilin mart ayında təxminən saat 22 radələrində qızının evindən gələn zaman küçədən yüzlərlə insanın çıxdığını, küçənin çıxışında müxtəlif qabaritli avtomobillər dayandığını görmüşdür. Küçədə səs-küy olmuş, həmin vaxt Tovuz RPŞ-nin PPXT-nın aidiyyatı əməkdaşları da hadisə yerinə gəlmiş, o, hadisənin sonuna çatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, o, 2012-ci il tarixdən bu günə kimi Tovuz rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsində feldşer vəzifəsində çalışır, Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur. O, Elvini “sarı” ləqəbi ilə tanımış, Təqsirləndirilən şəxs1 Tovuz rayonu Aşağı Quşçu kəndində bərbərxana işləmiş, lakin onun Elvinin şəxsi həyatında baş verən sevgi münasibətləri barədə məlumatı olmamışdır. O, 08 mart 2020-ci il tarixdə qohumu Qənirənin evində sonuncunun ayağı amputasiya edildiyi üçün həkim təyinatı ilə xəstəyə qulluq göstərmişdir. Elə həmin gün təxminən saat 20-21 radələrində qohumu Elvin ona telefon vasitəsilə zəng edərək evdə xəstələrinin olduğunu və tibb işçisi olduğuna görə xəstəyə yardım göstərmək üçün babası Dəmir Məmmədovun evinə gəlməsini ondan xahiş etmişdir. O isə qohumu Qənirənin evində işini yarımçıq qoyaraq yaxınlıqda yerləşən tanımadığı taksilərin birinə əyləşərək Elvinin telefonda ona bildirdiyi ünvana doğru getmişdir. O, təxminən 15 dəqiqə taksi vasitəsilə getdikdən sonra Elvinin babasının evinə çatmış, O, TTTY şöbəsində işlədiyindən Elvinin babası Dəmir Məmmədovun evinin yerləşdiyi küçəni tanımış, lakin konkret Dəmir Məmmədovun evini tanımamışdır. Fərdi yaşayış evinin yerləşdiyi küçə qaranlıq olmuş, o, fərdi yaşayış evinin qarşısında dayanan vaxt həmin evin darvazası və sağ tərəfində isə ayrıca giriş qapısı olmuşdur. Həyətin giriş qapısı açıq vəziyyətdə olmuş, o, həmin qapıdan ıçəri daxil olan vaxt giriş qapısından sağ tərəfdə köhnə bir çardağın olduğunu müşahidə etmişdir. Fərdi yaşayış evi el arasında kürsülü ev kimi sayılmış, çünki yaşayış ancaq evin ikinci mərtəbəsində olmuşdur. O, pilləkənlərələ fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxmış, evə daxil olmuş və xəstənin kim olmasını Elvindən soruşmuşdur. Evdə olanlar da ona evin giriş qapısının yaxınlığında yerləşən divanın üzərində sağ çiyni üzərində, üzü divar istiqamətində uzanmış, tanımadığı, təxminən 22-23 yaşlarında olan qızı işarə edərək, onu həmin xəstəyə yardım göstərməsi üçün çağırdıqlarını bildirmişlər. O, həmin evdə olduğu vaxt ərzində orada qohumu Elvin, Elvinin anası, əlavə olaraq tanımadığı 2 nəfər cavan oğlan, yaralı vəziyyətdə divanda uzanan qız və həmin qızın başı üzərində divanda oturmuş tanımadığı daha bir qadın olmuşdur. O, Elvindən xəstənin nə narahatlığı olduğunu soruşmuş, Elvin isə ondan qızın baş nahiyəsinə baxmağını istəmişdir. O, qızın baş nahiyəsinə nəzər yetirdikdə onun baş nahiyəsində “kəsilmiş-çapılmış açıq yara” olduğunu görmüşdür. Qızın baş nahiyəsindəki xəsarət başının sol tərəfində yerləşmiş, xəsarətin dərinliyi barədə dəqiq məlumatı olmamış, lakin xəsarət çapılmaya xarakterik olmuş və həddindən artıq böyük olmuşdur. O, Elvinə Elladanın qaçırılmasından şübhələndiyini bildirmiş, lakin Elvin ona bildirmişdir ki, qız gündəlik ev işləri ilə məşğul olarkən ayağı odun sobasının kənar hissəsinə ilişmiş, başının həmin sobanın dəmir hissəsinə dəyməsi səbəbindən xəsarət yaranmışdır. O, həmin qızın kim olduğunu və nə məqsədlə orada olduğunu soruşmamış, həmin vaxt xəstənin qanaxması mövcud olmamış və o, ora gələnə qədər qızın qanaxması dayandırılmış, lakin Elladanın saçları qan içərisində olmuşdur. O, bunları müşahidə edib təlaşlanaraq dərhal qızın özündən vəziyyətinin necə olmasını, özünü necə hiss etdiyini soruşaraq huşunun özündə olub-olmadığını dəqiqləşdirmək istəmişdir. Qız isə ona cavab verərək onu eşitdiyini və huşunun özündə olduğunu söyləmiş, bundan sonra o, Elvinə bildirmişdir ki, xəstə bu xəsarətlə bağlı hökmən xəstəxanaya yerləşdirilməli və yaxud hər-hansı mütəxəssis cərrah tərəfindən ona yardım göstərilməlidir. O, Elvinə mövcud vəziyyətdə, ev şəraitində əlində olan imkanlarla xəstənin xəsarətinə tibbi yardım göstərə bilməyəcəyini bildirmiş, eləcə də xəstənin xəsarəti ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməli olduğunu bildirmişdir. Bundan sonra Elvin ondan xəstənin açıq yarasına kimin tikiş qoya biləcəyi barədə məsləhət istəmiş, o isə Elvinə Tovuz şəhərində yaşayan Vaqif və Firdovsi adlı cərrahları məsləhət görmüşdür. O, həmin hadisə barədə səhlənkarlıq edərək özü hüquq-mühafizə orqanlarına məlumat verməmiş, amma bir daha xəstənin xəsarəti ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməli olduğunu, istənilən cərrahın bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyini bildirmişdir. Bundan sonra Elvin ona xəstənin özləri tərəfindən ya xəstəxanaya, ya da Vaqif adlı cərrahın evinə aparacaqlarını demişdir. Ancaq, Elvingil Vaqif həkimin yanına onun avtomobili ilə getməmiş, ümumiyyətlə, o, Dəmir Məmmədova məxsus evdə təxminən 10-15 dəqiqə qalmışdır. Onlarla bu barədə söhbət etdikdən qısa müddət sonra onu Elvinin çağırdığı tanımadığı “VAZ” markalı avtomobil ilə qohumu Qənirənin evinə aparmışlar. Buna görə də, onların Vaqif həkimin evinə hansı avtomobillə və ya nə formada getmələrini bilməmişdir. Bu hadisələr baş verən zaman o, tanımadığı həmin qızın Elvin tərəfindən qaçırılaraq ora gətirildiyindən məlumatsız olmuşdur. Eləcə də, o, həmin evdə olduğu müddətdə qızın özü tərəfindən hər hansı formada məlumatlandırılmamış, xəstənin özü əgər qaçırıldığını və köməyə ehtiyacı olduğu barədə ona bildirsəydi, o öz növbəsində ona yardım etməyə çalışardı. Elə həmin gün qohumu Qənirənin evində olduğu müddətdə, təxminən saat 23 radələrində Elvin ona yenidən zəng etmiş və Vaqif adlı cərrahın evində olduqlarını bildirmiş, onun da oraya gəlməsini xahiş etmişdir. Onun qohumu Qənirənin yaşadığı evlə Vaqif adlı cərrahın yaşadığı ev arasında təxminən 400 metr məsafə olmuşdur. Evlərin arasındakı məsafə az olduğu üçün o, oraya piyada getmiş, Vaqif adlı cərrahın evinə çatdıqda həyətin darvazasının açıq olduğunu və darvazadan bayırda, küçədə bir neçə saat öncə Elvinin babasının evində gördüyü qızın, Elvinin, Elvinin anasının eləcə də həmin evdə gördüyü 2 nəfər cavan oğlanın orada olduqlarını müşahidə etmişdir. O, diqqətlə nəzər yetirdikdə qızın başında sarğı olduğunu və başının sarğı vasitəsilə sarıldığını görmüş, amma başına tikiş atılıb-atılmadığından xəbəri olmamışdır. Həmin gün yəni 08.03.2021-ci il tarixində Zərərçəkmiş şəxs1 əynində rəngini xatırlamadığı cins şalvar və tünd göy köynək olmuşdur. Amma o, evdə Elladanın əynində hansı paltarlar olduğunu dəqiq xatırlamır. Çünki Elladanın üzəri odeyalla örtülü olmuşdur. Bundan sonra Elvin ona yaxınlaşaraq vaxt ayırdığı üçün ona təşəkkür etmiş və bildirmişdir ki, “artıq işimiz həll olunub, qızın başındakı xəsarətə Vaqif adlı cərrah tərəfindən tikiş atılıbdır”. Bundan sonra Elvin hər şeyin qaydasında olduğunu və artıq evə gedəcəklərini bildirmiş və təkrar geriyə, qızın yanına qayıtmış, bu zaman Vaqif adlı cərrah evin həyətində olmuşdur. Vaqif onu söhbət etmək üçün yanına çağırmış və ondan baş verən hadisə ilə bağlı məlumatının olub-olmadığını soruşmuş, o da Vaqifə cavabında yuxarıda bəhs etdiyi qaydada müşahidə etdiyi və bildiyi məlumatların hamısını danışmışdır. Bundan sonra Vaqif ona baş verənlərin ona şübhəli təsir bağışladığını və Elvinin həmin qızı “qaçırtdığından” şübhələndiyini bildirmişdir. O da öz növbəsində Vaqifin dediklərini təsdiqləyərək onun da şübhələndiyini bildirmişdir. O, Vaqif adlı cərrahla bir az söhbət etdikdən sonra isə qohumu Qənirənin evinə, oradan da öz evinə qayıtmışdır. Təxminən 3 gün sonra o, Tovuz RPŞ-nə çağırılmış və orada qohumu Elvinin babasının evində gördüyü yaralı qızın Elvin tərəfindən “qaçırılmağı” ona məlum olmuşdur. Rayon PŞ-də hadisə ilə bağlı izahatı alınmış və o, orada da indiki ifadəsində göstərdiyi xüsusatlara uyğun və bu məzmunda izahat vermişdir. 08 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 qaçırılmasından hər hansı formada məlumatlı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, Şahid2 onun oğludur. Oğlu Rövşən avtomobil ustasıdır və Aşağı Quşçu kəndində yerləşən “priyez” adlanan yerdə avtomobil təmir emalatxansı vardır. Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs1 2-3 dəfə bərbər kimi onun saçlarını kəsmişdir. Onun Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olmasından hər hansı formada məlumatı olmamışdır. Oğlu təmir emalatxanasında işlədiyindən hər gün səhər saatlarında evdən çıxmış və axşam saatlarında evə qayıtmışdır. Hər gün saat 21 radələrinə dək evə qayıtmış, oğlunun Təqsirləndirilən şəxs1la hər hansı formada münasibətlərinin olmasından da məlumatsız olmuşdur. O, hər gün səhər saatlarında evdən çıxmış və axşam saatlarında evə qayıtmış, 08 mart 2020-ci il tarixində o, evə gələn vaxt oğlu Rövşən də evdə olmuşdur. Oğlu evdə həmişəki kimi çox sakit formada olmuş, o, oğlunun hər hansı hərəkətlərindən şübhələnməmiş, onda hər hansı təlaş və ya şübhəli hal müşahidə etməmişdir. Eləcə də o, həmin gecə oğlunun mobil telefonla kiminləsə tez-tez danışdığını və ya mesajlaşdığını görməmiş, oğlu Rövşənin evə nə vaxt qayıtmasını xatırlamamış, çünki o, həmin gün evə oğlundan gec qayıtmışdır. 10 mart 2020-ci il tarixində işdə olan vaxt onun mobil telefonuna tanışları zəng edərək, oğlu Rövşənin Tovuz RPŞ-nə aparıldığını demiş, o, həmin gün Tovuz RPŞ-nə getmişdir. Oğlunun izahatı alınandan sonra onu Tovuz RPŞ-dən sərbəst buraxmış, oğlu Tovuz RPŞ-dən çıxandan sonra o, oğlu Rövşəndən nə baş verdiyini soruşmuşdur. Oğlu Rövşən də ona Elvinin Ellada adlı qızı qaçırtdığını və həmin məsələ ilə bağlı Tovuz RPŞ-nə çağrıldığını bildirmişdir. Oğlu Elladanın yaşadığı küçədən əvvəlki küçədə olan zaman səs-küy eşidib geri qayıtdığını və evə gəldiyini bildirmişdir. O, oğlundan 08 mart 2020-ci il tarixdə hansı məqsədlə Elladanın yaşadığı küçədən əvvəlki küçəyə getdiyini soruşduqda, Rövşən Elvinin ona Elladanı öz razılığı ilə qaçırtdığını deməsini, həmin məqsədlə Elladanın yaşadığı evin yaxınlığına gəldiyini bildirmişdir. Hadisədən sonra arvadı Zərifə də Şəlalə ilə barışıq məqsədilə onun yaşadığı evə getsə də, Şəlalə qapını açmamış, “birdə bu qapıya gəlməyin” deyə ifadələr işlətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz şəhərində kirayədə yaşayır, riyaziyyat müəllimidir və repititor fəaliyyəti ilə də məşğul olur, Təqsirləndirilən şəxs3 onun oğludur. Oğlu Vasif ali təhsillidir və ƏƏSMN-i yanında DSMF-nun yerli şöbəsində işləyir, Təqsirləndirilən şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs1 oğlu Vasiflə dostluq münasibətlərinin olmasından xəbərdar olmamış, oğlunun Elvinlə dostluq münasibətlərinin olduğunu Zərərçəkmiş şəxs1 qaçırılması ilə əlaqədar Tovuz RPŞ-də araşdırma zamanı öyrənmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olmasından hər hansı formada məlumatı olmamış, lakin sonradan oğlu Vasifin ona verdiyi məlumata görə, Elvinlə Ellada arasında sevgi münasibətləri olmuşdur. 08 mart 2020-ci il tarixində baldızı Qənirənin oğlu Fərhadın toyu olmuş, onlar da ailəliklə həmin məclisdə iştirak etmişlər. Vasif də onlarla toyda olmuş, toy məclisi təxminən saat 16 radələrində başlamış, toy məclisi Nərmin şadlıq sarayında keçirilmişdir. Onun diqqəti toy məclisinə yönəldiyindən Vasifin dəqiq nə vaxt toy məclisini tərk etməsi barədə məlumatı olmamışdır. Təxminən saat 21 radələrində o, toy məclisini arvadı ilə birlikdə tərk etmiş və yaşadığı evə getmiş, həmin gün təxminən saat 23 radələrində oğlu Vasif Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evlərinə qayıtmışdır. Oğlu evə həmişəki kimi çox sakit formada qayıtmış, oğlunun hər hansı hərəkətlərindən şübhələnməmiş, oğlu həmin gecə onlara hər hansı məlumat verməmişdir. 10 mart 2020-ci il tarixində Tovuz RPŞ-dən ona zəng edərək, oğlu Vasifin polis şöbəsinə gəlməsini bildirmişlər. O, oğluna zəng edərək Tovuz RPŞ-nə gəlməsini bildirmiş, oğlu Vasif də arvadı Dursunla birlikdə Tovuz RPŞ-nə gəlmişdir. O, oğlundan niyə polisə çağrıldığını soruşan zaman oğlu heç bir problem olmadığını bildirmiş və polis şöbəsinə daxil olmuşdur. Həmin gün o, polis əməkdaşlarından tanışı Mürsəlin qızı Elladanın Elvin tərəfindın qaçırılmasında oğlu Vasifin də iştirak etdiyini öyrənmişdir. Tovuz RPŞ-nin qarşısında olan zaman o, Mürsəl və Şəhlanın da orada olduğunu görmüş, Mürsəl qızının qaçırıldığını həyəcanlı şəkildə bildirmişdir. Oğlu Tovuz RPŞ-dən çıxandan sonra o, oğlundan nə baş verdiyini soruşan vaxtı Vasif ona bildirmişdir ki, “ Elvin mənə toyda olan vaxt zəng vuraraq Elladanı qaçırtmaq üçün gəlməyimi tələb etmiş, mən də toydan çıxaraq Elvinin yanına getmiş, Elvin də ona Elladanın öz istəyi ilə onu qaçırılma görüntüsü yaradacaqlarını və bu məqsədlə ona köməklik etməyini istəmişdir. O da razı olmuş və Rövşənlə birlikdə Elladanın evinin yerləşdiyi küçənin girişinə piyada gedib lakin Elladanın yaşadığı küçənin girişinə çatan zaman səs-küy eşidib, avtomobilin getdiyini görüb, evə gəlmişdir”. Onu da qeyd edir ki, həmin gün o, oğluna zəng etmiş və bildirmişdir ki, “gecdir evə gəl”, həmin vaxt Vasif də tezliklə evə gələcəyini bildirmişdir. Onun zəngindən 15 dəqiqə sonra, təxminən saat 22 radələrində Vasif evə gəlmiş, həmin gün oğlunun əynində göy rəngli kostyum, ağ rəngli saroçka olmuş, əynindəki paltarlar isə səliqəli vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs2 evinin daş-qalaq edilməsində o, iştirak etməmiş, o, Mürsəlin evinə oğlundan şikayətçi olmaması üçün dəfələrlə xahişə getmiş, lakin Mürsəl evinin daş-qalaq edildiyini ona bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Aşağı-Quşçu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun qızıdır. Onun Elladadan başqa bir qız övladı və bir oğlan övladı vardır. X25 şəhərində “Tibb Kollecində” əczaçı ixtisası üzrə təhsil almışdır. Təhsilindən asudə vaxtlarında isə kəndlərində yerləşən aptekdə əzcaçı işləmişdir. Arvadı da qızı işlədiyi aptekin yanında dərzi kimi fəaliyyət göstərmişdir. O, qızı Elladanı sakit təbiətli bir şəxs kimi tanımışdır. Lakin 2020ci ilin fevral ayında, arvadı ona Elladanın Elvinlə mobil telefon əlaqəsi saxladığını və Elvinlə sevgi münasibətləri yaratdığını demişdir. Bundan sonra o, arvadından qızı Elladanın Elvinə olan münasibətini soruşmuşdur. Arvadı da Elladanın əvvəlcə Elvini sevdiyini, lakin son vaxtlar Elvinin bütün əxlaqsız hərəkətlərini və yüngül həyat tərzi keçirtməsini öyrəndikdən sonra Elvinə olan sevgi münasibətlərinin dəyişdiyini və artıq Elvini sevmədiyini bildirmişdir. Həmin vaxt o, Elvinlə söhbət edərək qızından uzaq durmasını bildirmişdir. Həmin vaxt Elvin onun sözləri ilə razılaşaraq qızından uzaq duracağını bildirmişdir. Arvadı Şəlalə ona 2020-ci ilin mart ayının əvvəllərində Elvinin qızının işlədiyi aptekə gedib-gəldiyini bildirmişdir. O, Elvinlə yenidən söhbət etmiş və Elvinə qızından uzaq durmasını və bir daha qızının işlədiyi aptekə gəlməməsini bildirmişdir. Bu zaman da Elvin onun fikirləri ilə razılaşmışdır və qızına yaxın getməyəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin mart ayının 4-5-də o, Elvini özünə məxsus olan VAZ2106 markalı avtomobili ilə onların küçələrindən keçən zaman görmüş və həmin vaxt anlamışdır ki, Elvin Elladanı görmək üçün onların evinin yaxınlığına gəlmişdir. O, Elvinin arxasınca piyada işlədiyi iş yerinə getmişdir. Lakin Elvini iş yerdə tapa bilməmişdir. O, bir müddət Elvini işlədiyi bərbərxananın qarşısında gözləmişdir. Bir neçə saatdan sonra Elvin bərbərxanaya gəlmişdir. O, Elvinə bildirmişdir ki, “Bizim küçədə nə işin var idi?”. Elvin isə cavabında küçəyə hər hansı məqsədlə getmədiyini, xüsusilə Elladanı görmək üçün getmədiyini bildirmişdir. Bundan sonra o, Elvinə bildirmişdir ki, “mən sənə demişdim ki, bizim uşağın arxasınca getmə”. Həmin vaxt Elvin qəzəblənmiş və bildirmişdir ki, “yaxşı edirəm Elladanın dalınca gedirəm, uzaq başı Elladanı işdən çıxaracaqsan, özgə neyniyəcəksən”. O, bir anlıq qəzəblənmiş və bildirmişdir ki, ”növbəti dəfə səni Elladanın ətrafında görsəm, ya onu özüm cəzalandıracam, ya da səni polisə verəcəm”. Elvin də nümayişkaranə şəkildə “Əlindən nə gəlirsə et, mən də istədiyimi edəcəm” deyə ifadə işlətmişdir. Həmin vaxt onun ağlına gəlməmişdir ki, Elvin bu sözləri ilə onun qızını qaçırtmağı nəzərdə tutur. Buna baxmayaraq, Elvin konkret olaraq ona qızını qaçırtacağı barədə hədə qorxu gəlməmişdir. O, kənd sakinləri arasında qızının adının Elvinlə hallanmasının və kənd sakinləri arasında qızının namusunun söz-söhbətinin yayılmasından çəkinmiş və polis orqanına müraciət etməmişdir. O, həmin vaxt polisə müraciət etməməsinin peşmançılığının yükünü hələ də öz üzərində hiss etdiyini bildirir. O, həmin vaxt Elvinin bu dərəcədə azğınlaşaraq qızını qaçırdıb namusuna təcavüz edəcəyini düşünməmişdir. Onu da qeyd edir ki, Elvinin qardaşının qaynatası Maris qızı qaçırılmamışdan bir neçə gün əvvəl onunla “priyezd” deyilən yerdə yerləşən çay evində görüşmüş və qızı ilə Elvinin ailə qurması məsələsini onunla müzakirə etmişdir. Həmin vaxt o, Marisə Elvinin əxlaqsız həyat tərzi keçirtməsini bildirmiş və əxlaqsız adama qızını vermək fikrinin olmadığını da qeyd etmişdir. Həmin vaxt Maris sakit tərzdə Elvinin əxlaqsız həyat tərzi keçirtməsi barədə məlumatının olmadığını bildirmiş və Elvinin bu hərəkətlərini əvvəlcədən bilsə, gəlməyəcəyini də qeyd etmişdir. 08 mart 2020-ci il tarixində qardaşı Abbasın qızı Gülşənin nişan mərasimində arvadı Şəlalə ilə iştirak etmişdir. Qızı Elladanın müdüri Xalid də qızına nişan elədiyindən qızı aptekdə qalmalı olmuşdur. Bu səbəbdən də əmisi qızının nişan mərasimində iştirak etməmişdir. Arvadı Şəlalə nişanı təxminən saat 17 radələrində tərk etmişdir. Arvadı Şəlalə nişandan tez çıxmış və qızı Elladanı evə gətirmək məqsədilə Elladanın iş yerinə getmişdir. Adətən Elladanı axşam evə ya o, ya da anası Şəlalə gətirmişlər. Ellada heç vaxt evə özü tək gəlməmişdir. Çünki Elladanın işdən çıxması sutkanın qaranlıq saatlarına təsadüf etmişdir. O da nişandan təxminən saat 19 radələrində çıxmış və birbaşa evə gəlmişdir. Əynindəki paltarları dəyişmiş və qərara gəlmişdir ki, arvadı və qızını qarşılamaq üçün küçəyə çıxsın. Həmin vaxt təxminən saat 20 radələri olmuşdur. O, evi tərk etmək istəyən zaman küçədən uca səslə qadın qışqırığının səsi gəldiyini eşitmişdir. O, evin qapısını açan zaman küçədə toz-torpaq qalxdığını görmüşdür. Bu zaman onların darvazası açılmış və qonşular arvadını darvazadan içəri gətirmişlər. Həmin vaxt o, arvadının yanına gəlmişdir. Arvadı Şəlalə “Qaçırtdılar, qaçırtdılar...” deyə bir neçə dəfə söz işlətmişdir. O da həmin vaxt “Kimi qaçırtdılar?” deyə soruşmuşdur. Həmin vaxt arvadı ona bildirmişdir ki, onu Vasif adlı şəxs tutmuş və yerə yıxaraq müqavimətinin qarşısını almış, Elvin isə Elladanı zorla avtomobilə əyləşdirib aparmışdır. Qeyd edir ki, hadisə vaxtı orada bildiyi qədəri ilə, Elvin, Vasif və dostları Günər olmuşdur, Elvin oraya Günərin idarə etmiş olduğu avtomaşınla gəlmişdir. Hadisənin törədilməsində Rövşənin olmasını da eşitmişdir, lakin bu barədə Şəlalə ilə söhbət edərkən Şəlalənin sözlərindən ona məlum olmuşdur ki, Rövşən orada olmamışdır və Şəlalə Rövşəni orada görməmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidməti zəng mərkəzi sistemlərinə müraciət edərək, qızı Elladanın Təqsirləndirilən şəxs1 tərəfindən zorla qaçırıldığını bildirmişdir. Həmin vaxt qonşularından Sünbül, Lətifə, Səbirə və Nurlan adlı şəxslər onun arvadına köməklik edərək onu evə gətirmişlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlar əvvəlcə Tovuz rayonu Əsrik kəndinə getmişlər. X57 kəndində yaşamışdır. Onlar polislərlə birlikdə Elvinin fərdi yaşayış evinə baxmaq istəsələr də, həmin vaxt evdə heç kim olmamışdır. Bundan sonra polis əməkdaşları dərhal onlarla birlikdə Tovuz rayonu Avaztəpə kəndinə gəlmişlər. Lakin polis əməkdaşlarının Avaztəpə kəndinə hansı məqsədlə gəlməsi ona naməlum fakt kimi qalmışdır. Çünki sonradan qızının doğrudan da Avaztəpə kəndinə qaçırıldığını öyrənmişdir. Onu da qeyd edir ki, Elvinin qohumu Cavid adlı şəxs Tovuz RPŞ-nin DYPD-də inspektor işləyir. O, ehtimal edir ki, polis əməkdaşları Caviddən Elladanın qaçırıldığı Avaztəpə kəndini öyrənmişlər. Avaztəpə kəndindəki fərdi yaşayış evində olan 3 nəfər tanımadığı qadın və tanımadığı bir nəfər kişi X56nın qaçırılaraq həmin evə gətirilmədiyini israrla bildirmişlər. Bundan sonra isə onlar polislərlə birlikdə Tovuz RPŞ-nə gəlmişlər. Tovuz RPŞ-də onun israrından sonra polis əməkdaşları Cavidin vasitəsilə Elvinlə əlaqə saxlamışlar. Həmin vaxt qızı Ellada arvadı Şəlalə ilə qısa danışmışdır. Qızı arvadına “ana mən bilmirəm hardayam, məni qurtarın” deyə ifadə işlətmişdir. Bu zaman telefon əlaqəsi kəsilmişdir. Elvin Elladanın əlindən həmin vaxt telefonu alaraq söndürmüşdür. O və arvadı Şəlalə səhərə qədər Tovuz RPŞ-də gözləmişlər. 09 mart 2020-ci il tarixində Tovuz RPŞ-nin təhqiqatçısı Şahid12 Elvinlə əlaqə saxlamışdır. Lakin Elvinlə danışmamışdan əvvəl qızı Elladanın sağ-salamat qayıdacağı təqdirdə onun şikayətçi olub-olmayacağını soruşmuşdur. O da qızının sağsalamat, namusuna toxunulmadan qayıdacağı təqdirdə şikayətçi olmayacağını bildirmişdir. Bundan sonra Şahid12 Elvinlə mobil telefon əlaqəsi saxlamış və bildirmişdir ki, “qıza toxunma, xalxın uşağını sağ salamat qaytar, səndən şikayət etməyəcəklər”. Namiq bir neçə dəfə Elvinlə mobil telefonla əlaqə saxlamışdır. Sonda isə əsəbləşərək, Elvinə qəzəblə Elladanı Binəqədi polisinə təhvil verməyini bildirmişdir. Namiq Binəqədi RPİ-nin işçiləri ilə danışan zaman Elladanın başında çapıq olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, qızı hicablı formada gətirsələr həmin çapığa diqqət etsinlər, birdən onun yerinə başqa qız gətirərlər. O, həmin vaxt Şahid12 sual vermişdir ki, “siz hardan bildirsiniz ki, Elladanın başında çapıq var?”. Şahid12 onun bu sualına konkret cavab verməkdən yayınmış və müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra onun vəziyyəti pisləşmiş və ürək tutmaları olmuşdur. Lakin arvadı Şəlalə rəfiqəsi Vüsalə ilə birlikdə Şahid12 otağında qalmışlar. O, sonradan öyrənmişdir ki, arvadı Şəlalə qızı ilə görüntülü danışmışdır. Lakin danışığın məzmunu barədə onda hər hansı məlumat yoxdur. Qızı Bakıdan rayona gələn zaman mobil telefonla anası ilə danışmış və anası Şəlalə isə qızına hansı vəziyyətdə gəlirsə gəlsin onu qəbul edəcəklərini, heç kimdən qorxmamasını bildirmişdir. Onu da qeyd edir ki, qızı Elladanın Elvin tərəfindən zorlanması barədə məlumatı arvadı Şəlalədən 9 mart 2020-ci il tarixində eşitmişdir. O da həmin vaxt qızının zorlanmasında onun heç bir təqsirinin olmadığını bildirmiş və qızını övladı kimi qəbul edəcəyini və bu məsələdə onun arxasında duracağını bildirmişdir. O qızı rayona gələndən sonra onu qəbul edəcəyini bildirmiş və bu məsələdə Elladanın arxasında olduğunu qeyd etmişdir. Bundan sonra o, qızı ilə Tovuz RPŞnə getmiş və şikayət ərizəsi yazmışdır. Hadisədən 3 gün sonra qızının qaçırılmasında təqsiri olan Günərin, Vasifin, Elvinin ailəsi və digər şəxslər evlərinin qarşısına toplaşıb evlərini daş-qalaq etmişlər və onları şikayətlərindən imtina etməyə çağırmışlar. Bundan sonra o, onların hərəkətləri barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, və polis əməkdaşları da gəlib həyətlərinə atılan daşların şahidi olmuşlar. Həmçinin onu da qeyd edir ki, Günərin atası və Maris onların evlərinə gələrək ona hədə-qorxu gəlmişlər. Günərin atası Rantik isə özünü və onların evlərini yandıracağı ilə onu hədələmişdir. O, bütün bunlar barədə Tovuz RPŞ-nə məlumat vermişdir. Qızının qaçırılması və zorlanmasında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edir. Həmçinin onu da bildirir ki, ona sonradan məlum olmuşdur ki, Elvin qızı Ellada ilə əlaqələri olan zaman bir neçə dəfə Elladaya hədiyyələr vermişdir. Həmin hədiyyələrdən biri də sonuncu dəfə qızına aptekdə Rəşanə vasitəsilə gətirib verdiyi qızıl boyunbağı olmuş, qızı bu haqda anasına məlumat versə də, həmin gün boyunbağını qaytarmaq niyyətləri alınmamış, növbəti gün isə qardaşı qızının nişanın olması, daha sonra isə Elladanın qaçırılması həmin boyunbağını qaytarmaqlarına mane olmuşdur. Lakin hadisədən bir neçə gün sonra arvadı Şəlalə boyunbağını Rəşanə adlı qadına qaytarmışdır. O, həmçinin qeyd edir ki, Elvin, Elvinin qohumu Maris, Rəşanə Çobanova, Rəşanənin anası Rəna, diş həkimi Aygün adlı şəxslər dəfələrlə onların evlərinə gələrək evlərini daş-qalaq etmişlər və Elvinin tutulacağı təqdirdə onların evlərini yandıracaqlarını bildirmişlər. Bundan başqa Vasif və Günər də ailəsi ilə birlikdə onların evlərini dəfələrlə daş-qalaq etmiş və kənd sakinlərini provokasiya edərək, onları şikayətlərindən imtina etməyə məcbur etmişlər. O, dəfələrlə bu haqda DİN-in 102 xidmətizəng mərkəzi sisteminə məlumat versə də, heç bir tədbir görülməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, iş fəaliyyəti ilə əlaqədar Tovuz rayon Aşağı Quşçu kəndində kirayədə yaşayır. O, Təqsirləndirilən şəxs1 2019-cu ilin avqust ayından tanıyır. Təqsirləndirilən şəxs1 onun qonşuluğunda bərbər kimi işləmişdir. Elvinlə aralarında normal münasibələri olmuşdur. Zərərçəkmiş şəxs1 tanıyır. Ellada da onlarla eyni ərazidə Aptekdə işləmişdir. Elvinlə Elladanın arasında sevgi münasibətləri olmasından xəbərdar olmuşdur. Ellada ilə Elvinin arasında sevgi münasibətlərinin olması barədə ona məlumatı onun keçmiş işçisi Gülbəniz məlumat vermişdir. Həmçinin, Elvin özü də dəfələrlə ona Ellada ilə sevgi münasibətlərinin olmasını bildirən mesajları göstərmişdir. Gülbənizlə onu Təqsirləndirilən şəxs1 tanış etmişdir. Bundan başqa, onun keçmiş baldızı Təranə Ellada ilə eyni Aptekdə işləyir. Təranə onun yanına dişini müalicə etdirmək üçün gələn vaxt Elvin də içəri daxil olmuş, lakin Təranəni görmüş və geri qayıtmışdır. Təranə həmin vaxt Elvindən zəhləsi getdiyini bildirmiş və Elvinin Ellanı (Ellada) sevdiyini bildirmişdir. Təranə bildirmişdir ki, Ellada deyir ki, “iti görüm qurdu görüm amma Elvini görünməyim, Elvindən zəhləm gedir”. O, Elvinə Təranənin ona Ellada haqqında dediklərini bildirmişdir. Elvin də sonradan Elladaya zəng vurmuş, lakin X30 sevdiyi üçün bu sözü işlətdiyini bildirmişdir. X17 anası Şəlalənin qabağını kəsərək Elvinlə özü evlənəcəyini bildirmişdir. Lakin Elvin X56nın sözlərinə inanmışdır. O, dəfələrlə Elvinlə Elladanın telefon danışıqlarının, sevgi mesajlarının şahidi olmuşdur. 08 mart 2020-ci il tarixində o, Rəşanə Çobanova və işçisi Zərifə Qarayeva ilə birlikdə Tovuz rayon Böyük Qışlaq kəndinə getmişdir. 08 mart 2020-ci il tarixində Tovuz RPŞ-nin əməkdaşı Babək adlı şəxs ona zəng edərək bildirmişdir ki, “qonşundan xəbərin varmı?, Sarı qız qaçırdıb”. O da bildirmişdir ki, “Allah xoşbəxt etsin”. Babək ona zəng edəndə saat 23 radələri olmuşdur. O, həmin gecə Elvinə mesaj yazmış və bildirmişdir ki, “Allah xoşbəxt etsin, düzdümü”. Lakin Elvin həmin vaxt ona cavab yazmamışdır. Lakin sonradan ona cavab yazmışdır ki, “Çox sağol”. Bundan sonra o, Elvinə nə zəng etmiş, nə də mesaj yazmışdır. 09 mart 2020-ci il tarixində isə ona məlum olmuşdur ki, X45, Günər və Rövşənlə birlikdə qaçırtmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Ellada Elvin tərəfindən Bakı şəhərində zorlanmışdır. Vaxtı və tarixi dəqiq yadında olmasa da, o, Əsrik-Cırdaxan kəndindən kənd sakinləri ilə birlikdə Şahid1 qapısına şikayətçi olmaması üçün xahiş etmək üçün gəlmişlər. Həmin vaxt onlar evin darvazasını döyən vaxt Şəlalə darvazanı açmış və Gülnarəni görən kimi, onun üzünə tüpürmüş və qarğış etmişdir. Həmin vaxt onun yanında Ziyafət, Gülnarə, İcra nümayəndəsi Telman, Vasifin atası Zirəddin, Maris və başqaları olmuşdur. Lakin onlar təzyiq etməmiş, şikayətçi olmaması üçün xahiş etmişlər. Lakin Şahid1 qapısını daş-qalaq etməmiş, Mürsəl və Şəlaləni nalayiq ifadələrlə söyüb təhqir etməmişlər. Eləcə də qeyd edir ki, instagram sosial şəbəkəsində “akula_kiwi_qadın_geyimləri” səhifəsi ona məxsusdur. Həmin səhifəni işçisi Zərifə də işlətmişdir. Lakin həmin səhifədən “Hamı aşağı quscunun qelebe savxozundan 1 küçe pryeze doğru olan küçəsine yigilsin mitung var” deyə paylaşım onun tərəfindən edilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X31-təcrübi və X32 rayon şöbəsinin rəisi X12 ifadəsində göstərdi ki, məhkəmə-tibb ekspertizasının 14.03.2020-cu il tarixli 137 №-li rəyi onun tərəfindən təsdiq edilib. Zərərçəkmiş şəxs1 bədən səthində olan başın alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun və hər iki baldırın qançırları, qızlıq pərdəsinin cırılmış yarası, başın alın nahiyyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri küt əşyanın təsirindən izahatda qeyd olunan 08.03.2020-ci tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətləri isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alarkən həmin xəsarətlərdən sol təpə-gicgah nahiyyəsinin əzilmişcırılmış yarası müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni yıxılaraq baş nahiyyəsinin sobaya dəyməsi nəticəsində, digər xəsarətlər isə insan bədəni hissələrinin (əl, ayaq, cinsiyyət orqanı və s.) təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmamışdır. İş materiallarında olan ekspert rəyi ilə müdafiəçilərə verilmiş ekspert rəyində fərqlərin olmasını texniki səhvlə əlaqələndirmişdir. Həmçinin, müdafiəçilərə təqdim edilmiş ekspert rəyində digər ekspertin imzasının olmaması ilə bağlı qeyd etmişdir ki, o, qeyd edilən rəyi imzası və möhürü ilə təsdiq etdikdən sonra digər ekspertə imzalatmaq üçün təhqiqatçıya vermişdir. Lakin, ola bilsin ki, təhqiqatçı imzalatmamışdır. Lakin, məhz müdafiəçilərin təqdim etdiyi digər ekspertin imzası olmayan həmin rəyi təsdiq edir. Ona qərar və suallar təqdim edilmiş, müayinə olunan şəxsi həmin sənədlər əsasında müayinə etmiş və rəyi Tovuz rayonunda tərtib etmişdir. Xəsarətlərin sərt əşya və ya cinsiyyət orqanın təsiri ilə əmələ gələ biləcəyi xəsarətin yetirildiyi yerə əsasən müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs1 istəyi olmadan təbii-yolla cinsi əlaqədə olmasını qançırlara əsasən müəyyən etmişdir. Adətən zorlama hadisəsini törədən şəxsin boyun və sinə nahiyyəsindəki xəsarətlər klassik olaraq zorlamaya xarakterikdir, lakin müəyyən hallarda həmin xəsarətlər olmaya da bilər. Ağstafa rayon şöbəsinin ekspertinin imzası olmayan rəyi düzgün hesab etmişdir. İbtidai istintaqı aparan Şahid21 Tovuzda gəlib onu dindirməmişdən öncə artıq rəydəki dəyişikliklər onun tərəfindən edilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 barəsində tərtib edilmiş məhkəmə tibb ekspertizasının 14.03.2020-ci il tarixli 137 nömrəli rəyinin 2-ci səhifəsində “Ekspertiza qarşısında qoyulmuş suallar” hissəsinin 4-cü sualında “Vət.X33 ilə qeyri təbii yolla (anus dəliyi) cinsi əlaqədə olmuşdurmu? Olmuşdursa müddəti təyin edilsin.” sualı ekspertiza təyin edilməsi haqqında qərardan köçürülərkən texniki səhvə yol verilmişdir. Onu da qeyd etmişdir ki, həmin sualda Vət.X5 əvəzinə vət. Zərərçəkmiş şəxs1 sözləri ilə əvəz edilməlidir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X31-təcrübi və X18 şöbəsinin rəisi X34 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 müayinə olunmasında iştirak etmişdir. Məhkəmə-tibb ekspertizasının 14.03.2020-cu il tarixli 137 №-li rəyinin təsdiq edir. Lakin, Nurlan Abbasov rəyi tərtib edərkən ola bilsin ki, texniki səhvlərə yol vermişdir. Həmin müayinəyə dair iki rəy olmasında onun heç bir nöqsanı olmamış, belə ki, rəyi Nurlan Abbasov tərtib etmişdir. O, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədən səthində olan qançırlara və qızlıq pərdəsinin tamlığının pozulmasına əsasən müəyyən etmişlər ki, Zərərçəkmiş şəxs1 qarşı zorlamaya xarakterik hərəkətlə edilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid16 ifadəsində göstərmişdir ki, hal-hazırda təqaüddədir. Əvvəllər Tovuz MRX-nin poliklinikasında cərrah işləmişdir. 2020-ci ilin mart ayında isə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanımır. 08 mart 2020ci il tarixində, təxminən axşam saat 22 radələrində yaşadığı evin giriş darvazasından içəri bir qız uşağı iki nəfər qadınla daxil olmuş, qadınlar yaşadığı evin həyətindən uca səslə “Vaqif doxtur” deyə çağırmışlar. evdən həyətə çıxan vaxt həyətdə bir gənc qız və iki nəfər qadının evinin həyətində olduğunu görmüşdür. Həmin şəxsləri evin həyətində özünə məxsus tibbi xidmətlər göstərmək üçün otağına dəvət etmiş, qadınların yanında gələn gənc qızın (Zərərçəkmiş şəxs1) başının parça ilə sarındığını görmüşdür. Bundan sonra nə baş verib deyə onlara ümumi sual verəndə qadınlar bildirmişlər ki, adını tam xatırlamadığı bir şəxsin adını çəkib həmin şəxsə qara bayram verilməsi üçün hazırlıq işləri görən zaman qızın ayağı büdrəmiş və onun başı qaz sobasının kənarına dəymişdir. Otaqda qızın başına qoyulmuş sarğını açan zaman alın nahiyyəsində çapılmış yara izinin olduğunu və qanaxmanın davam etdiyini görmüş, qanaxmanı dayandırmaq məqsədilə yaranın ətrafına “novakayın” adlı keyləşdirici dərman inyeksiya etmişdir. Bundan sonra isə yaranının ətrafını təmizləyib yaraya 5 tikiş qoymuşdur. Bundan sonra isə bint vasitəsilə qızın baş nahiyyəsinə sarğı qoymuş, qadınlardan biri tibbi yardım qarşılığında xatırlamadığı məbləğdə pul verdikdən sonra, Elladanın qolundan tutub evi tərk etmişlər. Elladanın alın nahiyyəsindəki xəsarətin kənarları hamar, əzilmiş və kəsilmiş formada olmaqla, kənarların metalın karroziya izləri, xəsarətdən qanaxma müşahidə edilirmiş. Elladanın əynindəki paltarlar barədə heç nə xatırlamır, lakin onun paltarları üzərində qanabənzər ləklər olmuşdur. Başından açdığı sarğı isə tamamilə qana bulaşmış vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 tibbi yardım göstərdiyi müddət ərzində o, susqun vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs1 keyləşdirici iynə vuran zaman ağrını hiss edib “ooff” deyə yavaşca reaksiya vermişdir. Elladanın alın nahiyyəsində aldığı xəsarətlərlə bağlı ona tibbi yardım göstərdikdən sonra xəsarətlə bağlı hüquq-mühafizə orqanlarına hər hansı məlumat verməmiş, bunu lüzumsuz hesab etmişdir. Elladanın 08 mart 2020-ci il tarixində tibbi yardım göstərmək üçün gətiriləcəyi barədə əvvəlcədən məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayon Əsrik-Cırdaxan kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun oğludur. Oğlu heç bir yerdə işləmir. X55 Əmiraslanovla uşaqlıqdan dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 da yaxından tanıyır. O, Elvini “sarı” ləqəbi ilə tanıyır. Elvinin ailəsini də yaxından tanıyır. Elvinin anası Gülnarə Əsrik-Cırdaxan kənd orta məktəbində müəllim işləyir. Zərərçəkmiş şəxs1 tanımır. Elvin Ellada ilə mobil telefonla danışan zaman o, Elladanı tanımışdır. X21rın evlərində görüntülü də danışmışlar. Elvin Ellada ilə bir-birilərini sevdiyini dəfələrlə bildirmişdir. Ellada ilə Elvin arasında təxminən 2 il müddətində sevgi münasibətləri olmuşdur. Onu da qeyd edir ki, oğlu Günər Elvinin istəyi ilə Elladaya qızıl boyunbağı da almışdır. Onda olan məlumata görə Elvin də 07 mart 2020-ci il tarixində həmin boyunbağını Elladaya hədiyyə etmişdir. 08 mart 2020-ci il tarixində o, Tovuz rayon Əsrik-Cırdaxan kəndində yerləşən evlərində olmuşdur. Həmin gün evlərində qudası Vahid və Vahidin arvadı Aygün qonaq olmuşlar. O, qudası ilə birlikdə sufrə arxasında oturub çörək yemişlər. Lakin həmin vaxt Günər evdə olmamışdır. Xatırladığına görə, Təqsirləndirilən şəxs2 ona məxsus olan mağazaya getmişdir. O da həmin gün güman etmişdir ki, oğlu mağazadadır. Təxminən saat 21 radələrində oğlu Təqsirləndirilən şəxs2 evə qayıtmışdır, həmin vaxt havanın alatoranlıq vaxtı olmuşdur, yəni hava nə tam qaralmış, nə də tam işıqlı olamışdır. Qeyd edir ki, oğlu evə qayıdan zaman oğlunda hər hansı təlaş və ya şübhəli hal müşahidə etməmişdir, eləcə də oğlumun əynindəki paltarlar səliqəli vəziyyətdə olmuşdur. O, oğluna bildirmişdir ki, “sən hardasan, mağzada uzun müddətdir ki, neynirsən?”. Oğlu Günər bildirmişdir ki, “Elladanı Sarı ilə birlikdə Sarının babasının evinə apardıq”, oğlu bildirmişdir ki, Elladanı bayram payı verilməsi üçün aparmışlar. Bundan sonra isə o, oğlundan hər hansı əlavə məlumat soruşmamışdır. X37 sevdiyini bilmişdir. 10 mart 2020-ci il tarixində o, yas məclisində olmuşdur. Həmin vaxt onun mobil telefonuna Tovuz RPŞ-dən zəng etmiş və bildirmişlər ki, “oğlun Günər Tovuz RPŞ-nə gəlməlidir, qız qaçırıb”. O da bildirmişdir ki, “Hüzn” yerindəyəm dərhal burdan çıxıb oğlumu gətirəcəm”. Bundan sonra arvadı Ziyafətə zəng vurub bildirmişdir ki, “ Günərə denən heç bir yerə getməsin, evimizin yaxınlığında keçən yolun kənarına çıxsın, onu Tovuz RPŞ-nə aparıb təhvil verəcəm”. Bundan sonra o, oğlu Günəri Tovuz RPŞ-nə təhvil vermişdir. Polis əməkdaşları bildirmişlər ki, Zərərçəkmiş şəxs2 polisə ərizə ilə müraciət edərək Elladanın zorla qaçırıldığını bildirmişdir. Həmçinin bildirmişlər ki, “sənin oğlun qızın qaçırılmasında birbaşa iştirak etmişdir, sənin oğlun qızın qaçırıldığı avtomobili idarə etmişdir”. Bundan sonra o, arvadı Ziyafətə zəng edərək bildirmişdir ki, “Elladanın anası Zərərçəkmiş şəxs2 qızının qaçırılmasına görə şikayət etmişdir”, “Elvin Elladanı aparıb qaytarmamışdır”. Tovuz RPŞ-dən buraxılandan sonra oğlu qızın razılığının olduğunu və Ellada ilə Elvini sonuncunun babasının evinə apardığını, başqa hər hansı əməl törətmədiyini bildirmişdir. Eləcə də oğlu Günər bildirmişdir ki, “Mən avtomobili Elladanın yaşadığı evin yanında saxladım. Elvin avtomobildən düşdü və Elladanın qolundan tutub, avtomobilə tərəf gətirdi. Əvvəlcə avtomobilə Ellada əyləşdi. Daha sonra isə Elvin avtomobilə əyləşdi. Bundan sonra isə Elvini Ellada ilə birlikdə babasının evinə apardım”. 08 mart 2020-ci il tarixində oğlunun idarə etdiyi VAZ2107 markalı avtomobil də ona etibarnamə əsasında məxsusdur. Oğlunun da avtomobil idarə etmək üçün sürücülük hüququ olmamışdır. Həmçinin qeyd edir ki, vaxtı və tarixini dəqiq xatırlamasa da, Əsrik- Cırdaxan kəndindən kənd sakinləri ilə birlikdə Şahid1 qapısına şikayətçi olmaması üçün xahiş etmək üçün gəlmişlər. Həmin vaxt onlar evin darvazasını döysələr də darvazanı açan olmamışdır. Həmin vaxt arvadı və qohumları, Rövşənin, Vasifin valideynləri və qohumları həmin vaxt Mürsəlin evinin qarşısında olmuşdur. Lakin onlar təzyiq etməmiş, şikayətçi olmamaları üçün xahiş etmişlər. Şahid1 qapısını daş-qalaq etməmişlər, Mürsəl və Şəlaləni nalayiq ifadələrlə söyüb təhqir etməmişlər. Məhkəmə-tibb ekspertizasının 13.08.2020-ci il tarixli 278 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. (cild 03, i.v. 74-76) Məhkəmə-psixoloji ekspertizasının 13.08.2020-ci il tarixli 1688 №-li rəyindən görünür ki, 1-ci punktda qeyd edilmiş sualları cavablandırmaq məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. Zərərçəkmiş şəxs1 baş vermiş hadisəni qavramaq, yadda saxlamaq, təsvir etmək, ona qarşı edilən hərəkətləri, eləcə də öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 ünsiyyətçilik, emosionallıq, tez uyğunlaşmaq, hərkəslə yola getmək, konfliktə meyilli olmamaq kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun olduğundan, o, onunla edilən hərəkətlərin xarakter və mənasını dərk edə bilərdi. Zərərçəkmiş şəxs1 qərarın təsvir hissəsində göstərilmiş hərəkətlər zamanı emosional vəziyyətində gərginlik, həyəcan yaranmış, bu halın yaranma səbəbi situasiya ilə əlaqədar ola bilərdi. Zərərçəkmiş şəxs1 özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, onda gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs1 psixi inkişafı normaya uyğun olduğundan o, yaranmış şəraitin mahiyyətini dərk etmək və proqnozlaşdırmaq qabiliyyətinə malikdir. (cild 03, i.v. 77- 80) Məhkəmə-tibb ekspertizasının 16.03.2020-ci il tarixli 141 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət hər iki sağrı nahiyyələrinin hematoması və sol əlin ovuc səthinin qançırı küt əşyanın təsirindən müayinədən 3-4 günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 08.03.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət aid edildiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətini xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən hər iki sağrı nahiyyələrinin hematomaları insan bədəni nahiyyələrinin, digər xəsarət isə Zərərçəkmiş şəxs2 yıxılaraq sol əlinin yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. (cild 01, i.v. 70) Məhkəmə-tibb ekspertizasının 16.03.2020-cu il tarixli 145 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı xəsarət aşkar olunmadı. (cild 01, i.v.71 ) Məhkəmə-tibb ekspertizasının 16.03.2020-cu il tarixli 144 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədən səthində hər hansı xəsarət aşkar olunmadı. (cild 01, i.v.72) Məhkəmə-tibb ekspertizasının 16.03.2020-cu il tarixli 143 №-li rəyində görünür ki, Şahid2 bədən səthində xəsarət aşkar olunmadı. (cild 01, i.v.73) Məhkəmə-tibb ekspertizasının 16.03.2020-cu il tarixli 142 №-li rəyində görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarət sol əlin ovuc səthinin qançırları küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 08.03.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərcəsi təyin edilmir. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət Təqsirləndirilən şəxs1 yıxılaraq sol əlinin yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. (cild 01, i.v.74) Məhkəmə-tibb ekspertizasının 14.03.2020-cu il tarixli 137 №-li rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu, -başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası;-sol bazunun və hər iki baldırın qançırları; -qızlıq pərdəsinin cırılmış yarası; Qeyd edilən xəsarətlərdən başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən izahatda qeyd olunan 08.03.2020-ci il tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlərin, eləcədə qızlıq pərdəsində olan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki həmin xəsarətlər fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 istəyi olmadan onula təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol təpə-gicgah nahiyəsinin əzilmiş cırılmış yarası Zərərçəkmiş şəxs1 yıxılaraq baş nahiyəsinin sobaya dəyməsi nəticəsində, digər xəsarətlər isə insan bədəninin hissələrinin (əl, ayaq, cinsiyyət orqanı və s.) təsiri nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti qərarın təsviri hissəsində göstərilən 09.03.2020-ci il tarixə uyğun gəlir. X3 bədənində, yəni düz bağırsağın xarici dəliyində və selikli qişasında heç bir xəsarət müəyyən olunmadı. (cild 01, i.v. 75-76) Həmçinin, məhkəməyə müdafiəçi Faik Nağıyev tərəfindən təqdim edilmiş yalnız ekspert Nurlan Abbasov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş digər bir 14.03.2020-cu il tarixli 137 №-li ekspert rəyində isə qeyd edilmişdir ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu, -başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası;-sol bazunun və hər iki baldırın qançırları; -qızlıq pərdəsinin cırılmış yarası. Qeyd edilən xəsarətlərdən başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən izahatda qeyd olunan 08.03.2020-ci il tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol təpə-gicgah nahiyəsinin əzilmiş cırılmış yarası müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni Zərərçəkmiş şəxs1 yıxılaraq baş nahiyyəsinin sobaya dəyməsi nəticəsində, digər xəsarətlər isə insan bədəninin hissələrinin təsiri nəticəsində fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 istəyi olmadan onunla təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilməsi istisna olunmur. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdır, pozulma müddəti qərarın təsviri hissəsində göstərilən 09.03.2020-ci il tarixə uyğun gəlir. X3 bədənində, yəni düz bağırsağın xarici dəliyində və selikli qişasında heç bir xəsarət müəyyən olunmadı. Məhkəmə 14.03.2020-cu il tarixli 137 №-li ekspert rəyinin iki bir-birindən müəyyən qədər fərqlənən məzmunda olması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X31-təcrübi və X32 rayon şöbəsinin rəisi Nurlan Abbasovu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X31-təcrübi və X18 şöbəsinin rəisi Nizami Rəhimovu məhkəmə iclasında dindirmiş, ekspert Nurlan Abbasov məsələyə aydınlıq gətirərək müdafiəçilərə təqdim edilmiş ekspert rəyində digər ekspertin imzasının olmaması ilə bağlı qeyd etmişdir ki, o, qeyd edilən rəyi imzası və möhürü ilə təsdiq etdikdən sonra digər ekspertə imzalatmaq üçün təhqiqatçıya vermişdir. Lakin, ola bilsin ki, təhqiqatçı imzalatmamışdır. Lakin, məhz müdafiəçilərin təqdim etdiyi digər ekspertin imzası olmayan həmin rəyi təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə müdafiəçi Faik Nağıyev tərəfindən təqdim edilmiş yalnız ekspert Nurlan Abbasov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 14.03.2020-cu il tarixli 137 №-li ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə tibbi-bioloji ekspertizasının 19.08.2020-cu il tarixli 493/2020-MTBŞ №-li rəyində görünür ki, qan qrupları: Təqsirləndirilən şəxs3- A (İİ), Şahid2- B (İİİ), Təqsirləndirilən şəxs2- A (İİ), Təqsirləndirilən şəxs1- O (İ), X3- A (İİ)-dir. Ekspertizaya təqdim olunmuş 1 ədəd mələfə və İ saylı parça kəsiyi üzərində sperma qarışmış insan qanı, sperma ləkələri, yasəmən rəngli alt paltar üzərində insan qanı aşkar olundu. Tədqiq olunan ləkələrin antigen və aqlyutininlərlə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yasəmən rəngli alt paltar üzərindəki qan ləkələrində “A” və “H” antigenlər alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs3 və ya Təqsirləndirilən şəxs2 məxsus ola bilər, əgər onların qanında müşayiətçi “H” antigeni və sonuncularda qanaxma ilə müşayiət olunan xəsarət olubsa. Qanın qarışıq olduğu halda isə ləkələrdə Oalfa, beta /İ/ qruplu. Təqsirləndirilən şəxs1 da qarışmış qanının olması inkar olunmur, əgər qanaxma ilə müşayiət olunan xəsarət olubsa. 1 ədəd mələfə və İ saylı parça kəsiyi üzərindəki insan qanı qarışmış sperma ləkələrinin də həmçinin “A” və “H” antigenləri alındı. Bu antigenlərin hissəvi olaraq qanın hesabına alınması mümkündür. Göstərilən halda ləkələrdə X3, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 qanının olması inkar olunmur, əgər sonuncularda qanaxma ilə müşayiət olunan xəsarət olubsa. Həmin antigenlərin həmçinin hissəvi olaraq sperma hesabına alınmasını nəzərə alsaq ləkələrdə Təqsirləndirilən şəxs1 spermasının olması inkar olunmur. Tədqiq olunan mələfə və parça kəsiyi üzərində aşkar olunan sperma ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antideni alındı. Bu sperma Oalfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs3 məxsus sviter, gödəkcə, şalvar, Şahid2 məxsus kofta, şalvar, gödəkcə, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs2ya məxsus şalvar, kofta, 1 cüt ayaqqabı, 1 cüt corab üzərində qana şübhəli ləkələr, 1 ədəd küpürlü qadın alt paltarı, Təqsirləndirilən şəxs1ya məxsus şalvar, sviter, alt mayka, qısaqol mayka, 1 cüt corab, Zərərçəkmiş şəxs1 məxsus şalvar, kofta, gödəkcə üzərində spermaya və qana şübhəli ləkələr, İİ-ci parça kəsiyi üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiq olunan Zərərçəkmiş şəxs1 məxsus yasəmən rəngli alt paltar və İİ-ci parça kəsiyi üzərində isə spermatozoidlər aşkar olunmadı. (cild 06, i.v. 206-212) Məhkəmə-tibbi kriminalistik ekspertizasının 22.07.2020-cu il tarixli 314-MTKŞ/2020 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus çəhrayımtıl alt paltarın arxa səthinin sol yuxarı nahiyyəsində məhdud cırılma vardır. Bu cırılma küt yaranma mexanizminə malikdir, alt paltarın müvafiq nahiyyəsinin gərilib dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus gödəkcənin sol qolu birləşdirən dairəvi tikişinin ön və arxa hissəsində sökülmələr vardır. Bu sökülmələr küt qüvvə təsiri ilə gödəkcənin müvafiq nahiyyələrinin gərilib dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus şalvarın bel hissəsinə tikilmiş bir ilgəyin yuxarı ucunun məhdud cırılma ilə müşayiət olunmaqla şalvarın müvafiq nahiyyəsindən tam ayrılması aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malik olub qeyd edilən ilgəyin kəskin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus açıq sarı rəngli alt paltarda və koftada əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus bir cüt corab, köynək, qolsuz mayka, kofta və şalvarın üzərində, əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid2 məxsus bir cüt ayaqqabı, şalvar, kofta və gödəkcənin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus bir cüt ayaqqabı, bir cüt corab, köynək və şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus şalvarın, köynək və gödəkcənin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd qadın alt paltarında əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. (cild 06, i.v. 213-217) Əlavə məhkəmə psixoloji ekpsertizasının 22.12.2020-i il tarixli 3517№ rəyindən görünür ki: Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik müşahidə edilmədi. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanlarının, idrak proseslərinin (duyğu, qavrama, yaddaş, təfəkkür və s.) xüsusiyyətlərinin normaya uyğun olması, fərdipsixi xüsusiyyətləri, habelə hadisə zamanı yaranmış emosial vəziyyətini nəzərə alaraq demək olar ki, baş vermiş hadisələri təsvir etmək, bu haqda düzgün məlumat vermək iqtidarındadır. (cild 08, i.v. 68-70) Məhkəmə genetik ekspertizasının 13 yanvar 2021-ci il tarixli 21/31R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd mələfə üzərində sperma nümunəsi aşkar edildi. Müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində, mələfə üzərindəki sperma nümunəsinin Təqsirləndirilən şəxs1 aid olduğu aşkar edildi. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd alt paltar və 2 ədəd parça üzərində sperma aşkar edilmədi. Tədqiqata təqdim olunmuş 1 ədəd mələfə və 2 ədəd parça üzərində qan nümunəsi aşkar edildi və müqayisəli təhqiqat nəticəsində qanın Zərərçəkmiş şəxs1 məxsus olduğu müəyyən edildi. Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd alt paltarın aralığında bioloji mənşəli materiallar (epiteli hüceyrələri) vardır və bunlar Elladaya məxsusdur.(cild 08, i.v. 62-67) "xxxx" MMC-dən daxil olmuş sənədə baxış protokolundan görünür ki, 07-03- 202015:46:41 1.1.**********15 1.1.**********33 sayende tek buraxmillar evden;07-03-2020 15:46:41; 07-03-2020 15:46:41 1.1.**********15 1.1.**********33 sayende tek buraxmillar evden 07-03-2020 15:48:48 1.1.**********15 1.1.**********33 olanlari unuda bilmirem sene qarsi cox esebiyem 07-03-2020 15:48:48 07-03-2020 15:48:48 1.1.**********15 1.1.**********33 olanlari unuda bilmirem sene qarsi cox esebiyem 07-03-2020 15:50:41 1.1.**********15 1.1.**********33 hecne geri qayitmir hecne duzelmir artix ne etsekde 07-03- 2020 15:50:41 07-03-2020 15:50:41 1.1.**********15 1.1.**********33 hecne geri qayitmir hecne duzelmir artix ne etsekde 07-03-2020 15:53:10 1.1.**********15 1.1.**********33 gor ne veziyyetdeyemki bu halimizda bele yenede senin canini yandirmamax ucun sozderime diqqet edirem 07-03-2020 15:53:10 07-03-2020 15:53:10 1.1.**********15 1.1.**********33 gor ne veziyyetdeyemki bu halimizda bele yenede senin canini yandirmamax ucun sozderime diqqet edirem 07-03-2020 15:56:48 1.1.**********15 1.1.**********33 bu deqiqe ureyimde ne sozder varsa demek isderdim ama yene de susuram 07-03-2020 15:56:48 07- 03-2020 15:56:48 1.1.**********15 1.1.**********33 bu deqiqe ureyimde ne sozder varsa demek isderdim ama yene de susuram 07-03-2020 15:57:31 1.1.**********15 1.1.**********33 men uzulende yansaydi bele etmezdin 07-03-2020 15:57:31 07-03-2020 15:58:05 1.1.**********15 1.1.**********33 men uzulende yansaydi bele etmezdin 07-03-2020 16:00:49 1.1.**********15 1.1.**********33 meni ozunle sef salma sora pesman olacax seyler demirem oz firtinami icimde özüm susdururam 07-03-2020 16:00:49 07-03-2020 16:00:49 1.1.**********15 1.1.**********33 meni ozunle sef salma sora pesman olacax seyler demirem oz firtinami icimde ozum susdururam 07-03-2020 16:03:39 07-03-2020 16:03:39 1.1.**********15 1.1.**********33 sen oz kozune yanmirsan etrafinida yandirirsan 07-03-2020 16:03:39 1.1.**********15 1.1.**********33 sen oz kozune yanmirsan etrafinida yandirirsan 07-03-2020 16:04:33 1.1.**********15 1.1.**********33 az vaxdim var he 07-03-2020 16:04:33 07-03-2020 16:04:33 1.1.**********15 1.1.**********33 az vaxdim var he 07-03-2020 21:10:23 1.1.**********15 1.1.**********33 xaiş edirem zng eleme inen bele 07-03-2020 21:10:23 07- 03-2020 21:10:23 1.1.**********15 1.1.**********33 xaiş edirem zng eleme inen bele 07-03- 2020 21:12:53 1.1.**********15 1.1.**********33 hecne sorusma her sey berbatdi onsuzda ne yaz nede zng ele 07-03-2020 21:12:53 07-03-2020 21:12:53 1.1.**********15 1.1.**********33 hecne sorusma her sey berbatdi onsuzda ne yaz nede zng ele məzmunlu mesajlar yazılmışdır. “SMS_tarixcəsi **********4645_552595” faylına baxış keçirilərkən müəyyən edilir ki; 07-03-2020 00:42:58 07-03-2020 00:42:58 1.1.**********14 1.1.**********15 Aglimi itirmişemmmmm 07-03-2020 00:43:14 07-03-2020 00:43:14 1.1.**********14 1.1.**********15 Yazigin gelmirmi 07-03-2020 00:43:14 1.1.**********14 1.1.**********15 Yazigin gelmirmi 07- 03-2020 00:44:09 07-03-2020 00:44:09 1.1.**********14 1.1.**********15 İnan itirmişem 07- 03-2020 00:44:09 1.1.**********14 1.1.**********15 İnan itirmişem 07-03-2020 00:44:55 07- 03-2020 00:44:55 1.1.**********14 1.1.**********15 Nolar ikimizde yaşiyaq 07-03-2020 00:44:55 1.1.**********14 1.1.**********15 Nolar ikimizde yaşiyaq 07-03-2020 00:46:51 07- 03-2020 00:46:51 1.1.**********14 1.1.**********15 Mene inanirsanmi ya sensen ya olum 07- 03-2020 00:46:51 1.1.**********14 1.1.**********15 Mene inanirsanmi ya sensen ya olum 07- 03-2020 00:51:14 07-03-2020 00:51:14 1.1.**********14 1.1.**********15 Qulax ass yene tataq 07-03-2020 00:51:14 1.1.**********14 1.1.**********15 Qulax ass yene tataq 07-03- 2020 00:51:49 1.1.**********14 1.1.**********15 Sadece qulax as caresizem nolar anla 07-03- 2020 00:51:49 07-03-2020 00:51:49 1.1.**********14 1.1.**********15 Sadece qulax as caresizem nolar anla 07-03-2020 00:52:25 07-03-2020 00:52:25 1.1.**********14 1.1.**********15 Nolar 07-03-2020 00:52:34 07-03-2020 00:52:34 1.1.**********14 1.1.**********15 Anlaaaaaaaaaaa 07-03-2020 00:52:34 1.1.**********14 1.1.**********15 Anlaaaaaaaaaaa 07-03-2020 00:53:23 07-03-2020 00:53:23 1.1.**********14 1.1.**********15 Oluremmmm 07-03-2020 00:53:23 1.1.**********14 1.1.**********15 Oluremmmm 07-03-2020 00:53:44 07-03-2020 00:53:44 1.1.**********14 1.1.**********15 Deyiremmm olumu budumu isxediyin 07-03-2020 00:53:44 1.1.**********14 1.1.**********15 Deyiremmm olumu budumu isxediyin 07-03-2020 00:55:51 07-03-2020 00:55:51 1.1.**********14 1.1.**********15 Deyilem ozumde sensen umudlerimde ac qulax as sadece 07-03-2020 00:55:51 1.1.**********14 1.1.**********15 Deyilem ozumde sensen umudlerimde ac qulax as sadece 07-03-2020 00:56:55 1.1.**********14 1.1.**********15 Nolar axi olumum komek execekmi sene 07-03-2020 00:56:55 07-03-2020 00:56:55 1.1.**********14 1.1.**********15 Nolar axi olumum komek execekmi sene 07-03-2020 01:19:49 07-03-2020 01:19:49 1.1.**********14 1.1.**********15 Qollarimda olmaq isdeyirsenmi 07-03-2020 01:19:49 1.1.**********14 1.1.**********15 Qollarimda olmaq isdeyirsenmi 07-03-2020 01:20:40 07-03-2020 01:20:40 1.1.**********14 1.1.**********15 ? 07-03-2020 01:20:40 1.1.**********14 1.1.**********15 ? 07- 03-2020 01:21:18 1.1.**********14 1.1.**********15 Bir soz deyim yat 07-03-2020 01:21:18 07-03-2020 01:21:18 1.1.**********14 1.1.**********15 Bir soz deyim yat 07-03-2020 01:21:35 1.1.**********14 1.1.**********15 Olecem bu gece 07-03-2020 01:21:35 07-03-2020 01:21:35 1.1.**********14 1.1.**********15 Olecem bu gece 07-03-2020 01:22:30 1.1.**********14 1.1.**********15 Dedim olecemmmmm 07-03-2020 01:22:30 07-03-2020 01:22:30 1.1.**********14 1.1.**********15 Dedim olecemmmmm 07-03-2020 01:23:17 1.1.**********14 1.1.**********15 Bagişla nolar ne etdimse sevdiyim ucu etdim iyreneceyni bilmirdim 07-03- 2020 01:23:17 07-03-2020 01:23:17 1.1.**********14 1.1.**********15 Bagişla nolar ne etdimse sevdiyim ucu etdim iyreneceyni bilmirdim 07-03-2020 01:24:15 07-03-2020 01:24:15 1.1.**********14 1.1.**********15 Bagişladgvi yaz fisyo 07-03-2020 01:24:15 1.1.**********14 1.1.**********15 Bagişladgvi yaz fisyo 07-03-2020 01:25:17 07-03-2020 01:25:17 1.1.**********14 1.1.**********15 Sonuncu defe gore bileremi seni 07-03-2020 01:25:17 1.1.**********14 1.1.**********15 Sonuncu defe gore bileremi seni 07-03-2020 01:26:08 1.1.**********14 1.1.**********15 Elvida son sozun 07-03-2020 01:26:08 07-03-2020 01:26:08 1.1.**********14 1.1.**********15 Elvida son sozun 07-03-2020 21:22:15 1.1.**********33 1.1.**********15 bele etmekle dahada cetinewecek 07-03-2020 21:22:15 07- 03-2020 21:22:16 1.1.**********1.1.**********15 bele etmekle dahada cetinewecek 07-03- 2020 21:49:02 1.1.**********331.1.**********15 nolar anla meni 07-03-2020 21:49:02 07-03- 2020 21:49:02 1.1.**********33 1.1.**********15 nolar anla meni 07-03-2020 21:49:44 1.1.**********33 1.1.**********15 deqiqalar sayiram 07-03-2020 21:49:44 07-03-2020 21:49:44 1.1.**********33 1.1.**********15 deqiqalar sayiram 07-03-2020 21:51:18 1.1.**********33 1.1.**********15 sebir etmeyime komek et neydi gunahim 07-03-2020 21:51:18 07-03-2020 21:51:18 1.1.**********33 1.1.**********15 sebir etmeyime komek et neydi gunahim 07-03-2020 21:52:52 1.1.**********33 1.1.**********15 ses ver nolar 07-03- 2020 21:52:52 07-03-2020 21:52:52 1.1.**********33 1.1.**********15 ses ver nolar məzmunlu mesajlar göndərilmişdir. Zənglərin detallaşdırılması faylına baxış zamanı Şahid1 məxsus ********** nömrəsindən Zərərçəkmiş şəxs2 məxsus **********15 nömrəsi ilə 08.03.2020 tarixdə saat 20:19:18 radələrində 28 saniyəlik danışıq qeydə alınmışdır. Zənglərin detallaşdırılması faylına baxış zaman, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********* nömrəsindən Tovuz RPŞ-nin TB-nin rəisi Şahid12 istifadəsində olan ********* mobil nömrəsinə 09.03.2020 tarixdə 09:00:46 radələrində zəng edilmiş və aralarında 133 saniyəlik danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 08 mart 2020-ci il tarixdən 09 mart 2020-ci il tarixədək olan müddət ərzində Tovuz rayonu Əsrik kəndi, Tovuz rayonu Xınnakıran kəndi, Tovuz rayonu Dondarquşçu kəndi, Tovuz rayonu, X6, Tovuz şəhəri, Bozalqanlı qəsəbəsi(08.03.2020 20:40:49), Tovuz rayonu, Aşağı Öysüzlü kəndi (08.03.2020 22:16:48), Tovuz rayonu Xatınlı kəndi, Tovuz rayonu Əsrik kəndi, Tovuz rayonu Xınnakıran kəndi, Tovuz rayonu Bayramlı bələdiyyəsi, Tovuz rayonu Əsrik kəndində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 08 mart 2020-ci il tarixdən 09 mart 2020-ci il tarixədək olan müddət ərzində Tovuz rayonu, Dondarquşçu kəndi, Goranboy rayonu, Borsunlu kəndi, Ağdaş rayonu, Əmirarx kəndi, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 11, mənzil 175, Qobustan qəsəbəsi, Salyan şosesi 25/28, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyatçılar küçəsində olması müəyyən edildi. (cild 04, i.v. 3-7) "xxxx" MMC-dən daxil olmuş “sənədlərə baxış” protokolundan görünür ki, “abuneciler. xlxsx” faylına əsasən X4 istifadəsində olması göstərilən ***-***-**-** saylı mobil nömrədən hadisə günü, yəni 08 mart 2020-ci il tarixdə saat 21:52:27-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Cavan oglan polisdendirr teli ac zengime cavab ver iw yognamamiw bizimle elaqe saxla tecili” məzmunlu messaj daxil olmuşdur. Həmin fayldan həmçinin görünür ki, hadisənin baş verdiyi gündən növbəti gün, yəni 09 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs3 istifadəsində olması göstərilən ***-***-**-** saylı mobil nömrədən saat 09:20:37-də “Menem qardasm vasifdi”, saat 09:21:02-də “Ac vezyeti bilim”, saat 09:28:01də “Qardasm cox narahatam hec olmayan bir sms at salamatciliqdimi hersey qaydasindadimi prablem zad olmadiki”, istifadəsində olması göstərilən ***-***-**-** saylı mobil nömrədən isə həmin gün saat 09:51:12-də “de icim rahat olsunde qardasm” və “Sarı qardasm narahatam bir kelme ya sms yaz ya zeng ele mene de men” məzmunlu messajlar göndərilmişdir. “**********33.txt” faylına baxış keçirilərkən hadisə günü, yəni 08 mart 2020-ci il tarixdə saat 12:08:05-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3lə 17 saniyəlik, daha sonra saat 19:53:00-də 32 saniyəlik, saat 20:27:49-də 14 saniyəlik, saat 20:39:09-də 30 saniyəlik, saat 20:42:10-da 48 saniyəlik, saat 20:52:20-də 34 saniyəlik, saat 21:40:12-də 21 saniyəlik, saat 21:45:56-da 9 saniyəlik, saat 21:52:16-da 26 saniyəlik danışıq aparması müəyyən olunur. 08 mart 2020-ci il tarixdə saat 22:51:34-da həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid7 istifadəsində olması göstərilən ***-***-**-** saylı mobil nömrə ilə 59 saniyəlik telefon danışığı aparması görünür. “antenna.xlxsx” faylına baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs1 08 mart 2020-ci il tarixdən 09 mart 2020-ci il tarixədək olan müddətdə Tovuz rayonundan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri istiqamətində hərəkətdə olması, 10 mart 2020-ci il tarixdə isə yenidən Tovuz rayonunun ərazisində olması müəyyən olunur. (cild 06, i.v. 147-168) Cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs X7, Təqsirləndirilən şəxs1 tərəfindən yaşadığı evin yerləşdiyi küçədən zorla qaçırılaraq Tovuz rayonu Avaztəpə kəndinə apardığını və apardığı fərdi yaşayış evindən qaçmaq istəyən zaman Elvin tərəfindən ona qəsdən xəsarət yetirdiyini, bundan sonra isə Bakı şəhərinə apararaq Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 6 ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evində zorladığını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (cild 03, i.v. 164- 176) Cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən yaşadığı evin yerləşdiyi küçədən Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zorla qaçırtdığını üzünə qarşı demişdir. (cild 08, i.v. 105-109) Cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən qaçırılması zamanı Zərərçəkmiş şəxs2 yerə yıxaraq müqavimətini qırmasını onun üzünə qarşı demişdir. (cild 08, i.v. 81-85) Zərərçəkmiş şəxs2 ilə əvvəllər şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs3 arasında da üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 08.03.2021-ci il tarixdə qızı Zərərçəkmiş şəxs1 qaçırılması zamanı onu yerə yıxaraq müqavimətini qırmasını onun üzünə qarşı demişdir. (cild 03, i.v. 201-204) Cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən onun idarə etdiyi VAZ2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zorla qaçırıldığını onun üzünə qarşı demişdir. (cild 08, i.v. 99-102) Cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən yaşadığı evin yerləşdiyi küçədən Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zorla qaçırılaraq, Tovuz rayonu Avaztəpə kəndinə aparıldığını Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. (cild 03, i.v. 183-189) Cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən yaşadığı evin yerləşdiyi küçədən Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, döngə 6 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə zorla gətirilməsi ilə bağlı zorla qaçırılması barədə Şahid7 məlumatlı olduğunu Şahid7 üzünə qarşı demişdir. (cild 02, i.v. 43-48) Cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən yaşadığı evin yerləşdiyi küçədən Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, döngə 6 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə zorla gətirilməsi ilə bağlı zorla qaçırılması barədə Şahid6 məlumatlı olduğunu, hadisə vaxtı əynində olmuş qanlı paltarlarını yuduğunu Şahid6 üzünə qarşı demişdir. (cild 02, i.v. 37-42) 19 aprel 2021-ci il tarixdə Tovuz RPŞ-dən daxil olmuş əməliyyat tapşırıqlarına cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 iradəsi ziddinə Tovuz rayonunda aparıldığı yeri və həmin yerdə hadisənin şahidi olmuş şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. (cild 08, i.v. 131) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 149.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 zorla qaçırmaması, onunla qaçırılma görüntüsü yaratmaları, Zərərçəkmiş şəxs1 könüllü olaraq onunla getməsi və Zərərçəkmiş şəxs1 ilə zorla deyil, sonuncunun razılığı ilə, könüllü olaraq cinsi əlaqədə olmasını bildirməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun dəlilləri özünümüdafiə xarakteri daşımaqla zərərçəkmiş şəxslərin və çoxsaylı şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 zorla qaçırılmaması, onunla qaçırılma görüntüsü yaradılması, Zərərçəkmiş şəxs1 könüllü olaraq Təqsirləndirilən şəxs1la getməsi barədə ifadələrinə hüquqi qiymət verərək, hesab edir ki, onların ifadələri özlərini və yaxın münasibətdə olduqları Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayındırmaq məqsədi daşıyır və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə şahid polis əməkdaşı Şahid5 məhkəmədə verdiyi Elladanın özünün könüllü olaraq Bakıya gəlməsi ilə bağlı fikrini müəyənləşdirdiyi üçün, həmçinin Ellada dəfələrlə könüllü gəlməsini qeyd etdiyi üçün heç bir rəsmiləşdirmə işləri aparmaması, həmçinin Elladanın hərəkətlərində onun zorla qaçırılmasından şübhələnməyə əsas verən heç bir hərəkətin olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi cinayət hadisəsini rəsmiləşdirmədiyi üçün məsuliyyətə cəlb ediləcəyindən ehtiyatlanması xarakteri daşıyaraq həqiqəti əks etdirmir və özünün iş materiallarında olan ifadəsi ilə təkzib edilir. Belə ki, hadisə zamanı Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı vəzifəsində işləyən Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Ellada ilə söhbət edən zaman X38 rayonundan zorla qaçırtmasına dair onda şübhələr yaranmışdır. Çünki Elladanın baş nahiyyəsində xəsarət izi olmuşdur. Həmçinin Ellada həddindən artıq qorxduğu üçün danışmaqda da çətinlik çəkmişdir. Bu zaman Tovuz RPŞ-dən adını xatırlamadığım polis əməkdaşının Elladanın valideynlərinin yanına qaytarılması üçün gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Şamama adlı xalasının da Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gələrək, Elladanı özü ilə birlikdə Tovuz rayonuna aparacağını və Tovuz RPŞ-nə şikayət edəcəklərini bildirməsinin şahidi olmuşdur. Bundan sonra Elladanın xalası artıq Tovuz RPŞdə araşdırma aparıldığı üçün, 6-cı PB-nə heç bir müraciət etməyəcəklərini bildirmiş və Elladanı da onlara təhvil verməyini tələb etmişlər. Lakin o, Zərərçəkmiş şəxs1 Tovuz RPŞnin adını xatırlamadığı məsul əməkdaşına təhvil vermişdir. Həmin vaxtı Tovuz RPŞ-nin adını xatırlamadığı əməkdaşı ilə Elladanın qohumları Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasının həyətində kimin hansı maşın ilə rayona gedəcəyini müzakirə etmişlər. Elladanın qaçırılması barədə Tovuz RPŞ-də araşdırma aparılması ona məlum olduğundan o, bu haqda hər hansı sənədləşmə işləri aparmamışdır. Həmçinin Elladanın qohumları da bölmədə hər hansı sənədləşmə işinin aparılmasını istəməmişlər. Bundan başqa Elladanın valideynlərinin təkidlə qızının Tovuz rayonuna gətirilməsi hadisələrin axarını sürətləndirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Tovuz rayonun aparılması üçün göndərilmiş Tovuz RPŞ-nin də əməkdaşının həmin vaxt orada olması onda fakta Tovuz RPŞ-də hüquqi qiymət verilməsi üçün əminlik yaratmışdır. Həmin gün Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-nin əməkdaşına təhvil vermişdir. Lakin sonradan, Elladanın xalası Şamama tərəfindən Tovuz RPŞ-nə aparılmasını öyrənmişdir. Onun Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında cinsi əlaqə aktının baş verməsi barədə məlumatı olmamışdır. Lakin Elladanın xalası polis bölməsində Ellada ilə danışan zaman Elvinin Ellada ilə cinsi əlaqədə olduğu ona məlum olmuşdur. X56 psixoloji cəhətdən sarsıldığından onunla söhbət etmək mümkün olmamışdır. Buna görə də onun zorlanması barədə məlumatı dəqiqləşdirə bilməmişdir. Zərərçəkmiş şəxs1 baş nahiyyəsindəki xəsarətin hicab altında gizlədilməsi, onun diqqətini cəlb etmişdir. Bundan başqa Elladanın valideynlərinin Tovuz RPŞ-nə şikayət etməsi və qızlarının zorla qaçırılmasını bildirmələri, həmin xəsarətin qaçırılma prosesi zamanı yarana biləcəyi barədə onda azda olsa əminlik yaranmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yanında olan zaman Ellada ona həyəcanlı formada könüllü gəldiyini bildirmişdir. Lakin, o, Elladanın başındakı xəsarət barədə soruşan zaman Ellada “avtomobilə dəydiyini” bildirmişdir. Ellada qeyd edilən sözləri işlədən zaman qorxu içərisində və təlaşlı formada Elvinin üzünə baxmışdır. Sanki Elvindən qorxurdu və nəyisə gizlətmişdir. O, Elladanın baş nahiyyəsindəki xəsarəti görən kimi onun qaçırılması ehtimalından şübhələmişdir. Zərərçəkmiş şəxs1 könüllü olaraq Elvinlə birlikdə qaçmış olsaydı, Binəqədi RPİ-nin 6-cı PBdə Elvinin onu könüllü gətirməsi barədə israr edərdi. Lakin Zərərçəkmiş şəxs1 Tovuz RPŞdən gələn polis əməkdaşını və qohumlarını görən kimi onlarla birlikdə, Tovuza gedəcəyini bildirmişdir. O, hesab etmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la könüllü olaraq Bakı şəhərinə gəlmiş olsaydı, qohumları ilə birlikdə Tovuz rayonuna getməzdi. Məhkəmə həmçinin, şahidlər Şahid7 və onun həyat yoldaşı Şahid6 ifadələrinə hüquqi qiymət verərək, belə hesab edir ki, onların ifadələri özlərinin cinayət hadisəsi barədə xəbər verməmələri ilə bağlı məsuliyyətdən boyun qaçırmağa yönəlməklə həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, adam oğurluğu cinayətinin obyektiv cəhətini zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və digər zorakı hərəkətlər daxildir. Zərərçəkmiş şəxsi onun iradəsi əleyhinə oğurlama həmçinin, gizli yolla və ya aldatmaqla, yaxud etibardan sui-istifadə etməklə törədilən hərəkətlərlə xarakterizə oluna bilər. Zərərçəkmiş şəxsi gizli yolla oğurlama dedikdə, heç kəsin görmədiyi, yaxud başqalarının gördükləri, lakin belə hərəkətlərin qanunsuz olduğunu dərk etmədikləri şərait başa düşülür. Zərərçəkmiş şəxsi aldatma yolu ilə oğurlama dedikdə isə zərərçəkmiş şəxsi yaxın qohumlarının adından təcili olaraq hər hansı bir yerə çağırmaqla və digər formada yalan məlumat verməklə onu oğurlama başa düşülür. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 149.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X2 İdarəsinin 06.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 06, i.v. 93) Aşağı Quşçu kənd İƏD-i üzrə nümayəndəliyinin 15.10.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 kənddə özünü nümunəvi bir gənc kimi aparmaqla, davranışı ilə fərqlənərək həmyaşıdları arasında nüfuz qazanmışdır. (Cild 06, i.v. 135, 137) Tovuz rayon mərkəzi xəstəxanasının 13.10.2020-ci il tarixli 775 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həkim-psixiatrın, həkim-narkoloqun, həkim-onkoloqun dispanser qeydiyyatında dayanmır. (Cild 06, i.v. 126) Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X2 İdarəsinin 06.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 06, i.v. 91) Aşağı Quşçu kənd İƏD-i üzrə nümayəndəliyinin 19.10.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Aşağı quşçu kəndində yaşadığı müddətdə qonşularla, qohumlarla, yaşıdları ilə yaxşı münasibətdə olmuşdur. (Cild 06, i.v. 130, 133) Tovuz rayon mərkəzi xəstəxanasının 13.10.2020-ci il tarixli 776 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 həkim-psixiatrın, həkim-narkoloqun, həkim-onkoloqun dispanser qeydiyyatında dayanmır. (cild 06, i.v. 127) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Tibb Universitetinin Onkoloji Klinikasının xəstəlik tarixindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs3 C81.4-Limfositlərin çoxluğu ilə müşayiət olunan klassik Kockin limfoması İİİ mərhələ diaqnozu qoyulmuşdur. (cild 03, i.v 207-208) Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs3 C81.4-Limfositlərin çoxluğu ilə müşayiət olunan klassik Kockin limfoması İİİ mərhələ diaqnozu ilə onkoloji xəstəliyini, mütəmadi olaraq müalicəyə ehtiyacının olmasını, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X2 İdarəsinin 06.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 06, i.v. 90) İş materiallarında olan 29.12.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ilə barışmışlar, ona qarşı şikayətləri və tələbləri yoxdur. Aşağı quşçu kənd İƏD-i üzrə nümayəndəliyinin 15.10.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 kənddə özünü nümunəvi bir gənc kimi aparmaqla, davranışı ilə fərqlənərək həmyaşıdları arasında nüfuz qazanmışdır. (Cild 06, i.v. 134, 136) Tovuz rayon mərkəzi xəstəxanasının 13.10.2020-ci il tarixli 773 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həkim-onkoloqun dispanser qeydiyyatında dayanmır, 2013-cü ildən Tovuz MRX-ın poliklinika şöbəsində yaddaş və davranış pozğunluğu ilə şizoid tip şəxsiyyət pozğunluğu diaqnozu ilə həkim-psixiatrın dispanser qeydiyyatındadır. (Cild 06, i.v. 128) Cinayət işinin materiallarında olan 28 saylı Tibbi sosial Ekspert Komissiyasında daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlildir. (Cild 08, i.v. 123) İş materiallarında olan 28 saylı Tibbi sosial Ekspert Komissiyasında daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 anası X13 İİ dərəcəli əlildir. (cild 08, i.v 122) İş materiallarında olan AR Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 20 saylı regional ərazi filialının 09.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 atası Şahid19 Ağamməd oğlu İİ qrup əlilliyinə görə DSMF-nin 20 saylı regional ərazi filialından əmək pensiyası alır. (cild 08, i.v 124) Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olmasını, anası X10 İİİ dərəcəli əlil olmasını, atası Şahid19 isə İİ dərəcəli əlil olmasını, ailəsinin onun qayğısına ehtiyacının olmasını, AR CMin 59.1.12-ci madəsinə əsasən zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələbinin olmamasını, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. AR CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmamalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektdən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. AR CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, yuxarıda qeyd edilənləri və hadisənin baş vermə mexanizmini əldə edilmiş sübutlar əsasında qiymətləndirərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən onların hər birinin cinayətin törədilməsində rolu nəzərə alınmalıdır. Belə ki, AR CM-in 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayətinə münasibətdə Təqsirləndirilən şəxs3 əməli yalnız Təqsirləndirilən şəxs1 əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətin həyata keçirilməsi üçün həmin vaxt Zərərçəkmiş şəxs2 qızına kömək göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub saxlamaqdan ibarət olmuşdur. AR CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığını, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığını, cinayətdə onun rolunu, əməlini səmimi etiraf edərək, peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, AR CM-in 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığını, cinayətdə onun rolunu, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna halları nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, AR CM-in 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növünün, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası AR Ədliyyə Nazirliyi Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 4(001)-784/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilərək həbs etmənin əvvəli 22 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 06, iş vərəqə 63-66) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun 16.03.2021-ci il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 4(001)-254/2021 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 16.03.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 07, iş vərəqə 226-227; 266-269) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onların barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Binəqədi rayon Prokurorluğunun 23 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində olan qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun “Maddi sübutlar otağı”nda saxlanılan Zərərçəkmiş şəxs1 məxsus açıq sarı və çəhrayı rəngli 02 ədəd tursik, 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd göy rəngli şalvar, 01 ədəd qəhvəyimtil kofta Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 məxsus 01 cüt qara rəngli corab, 01 ədəd qara rəngli köynək, 01 ədəd qolsuz qara rəngli mayka, 01 ədəd qara rəngli kofta və 01 ədəd boz-qara şalvar, Təqsirləndirilən şəxs2 məxsus 01 cüt qara rəngli ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd tünd göy rəngli köynək və 01 ədəd boz rəngli şalvar, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd tünd göy rəngli köynək və 01 ədəd qara rəngli gödəkcə isə hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxın qohumlarına qaytarılmalı, 02 ədəd əski parçası və 01 ədəd mələfə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 149.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılsın və ona qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası AR Ədliyyə Nazirliyi Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun “Maddi sübutlar otağı”nda saxlanılan Zərərçəkmiş şəxs1 məxsus açıq sarı və çəhrayı rəngli 02 ədəd tursik, 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd göy rəngli şalvar, 01 ədəd qəhvəyimtil kofta Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 məxsus 01 cüt qara rəngli corab, 01 ədəd qara rəngli köynək, 01 ədəd qolsuz qara rəngli mayka, 01 ədəd qara rəngli kofta və 01 ədəd boz-qara şalvar, Təqsirləndirilən şəxs2 məxsus 01 cüt qara rəngli ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd tünd göy rəngli köynək və 01 ədəd boz rəngli şalvar, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd tünd göy rəngli köynək və 01 ədəd qara rəngli gödəkcə isə hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxın qohumlarına qaytarılsın, 02 ədəd əski parçası və 01 ədəd mələfə hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunsun. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-104/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-104/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver