Məhkəmə qərarları › İş №1(101)-104/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-104/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-104/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X22-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8, X23, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və “A.İ.M” Vəkil bürosunun vəkili Müdafiəçi3, iştirakları ilə məhkəmə, “KERMUR” Vəkil bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi6, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X20 iştirakları ilə, Təqsirləndirilən şəxs1, 03 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “makaron döngəsi” nömrəsiz fərdi həyət evində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 310, 32.4,312.2 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1979-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta- ixtisas təhsilli, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında təsərrüfat bacısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanusuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təkrarən təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Bu məqsədlə də o, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə mənzil məişət şəraitinin yaxşılaşdırılmasında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin sentyabr ayının əvvəllərində Şamaxı rayonu Çarhan kənd sakini Şahid6 vasitəsilə özünə müraciət etmiş əlillik dərəcəsinə görə pensiya alan Zərərçəkmiş şəxs1 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim edib, gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə adının guya “Gülnarə” olmasını bildirib, guya dövlət proqramına uyğun olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində əlillərə Nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil, əlil avtomobili, eləcə də Abşeron rayonu Saray qəsəbəsində 0,12 ha torpaq sahəsinin verilməsini təmin etdirə biləcəyini qeyd edilən ərəfədə ünvan 3 ünvanında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək 3 otaqlı mənzillə güzəştli şərtlərlə təmin edilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs1 birbaşa yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin oktyabr ayının əvvəllərində ünvan 3 ünvanında 8.000 (səkkiz min) manat, 2019-cu ilin oktyabr ayının ortalarında həmin ünvanda 4.000 (dörd min) manat və 2019-cu ilin noyabr ayının ortalarında 3.000 (üç min) manat olmaqla, ümumilikdə göstərilən qaydada Zərərçəkmiş şəxs1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini sonuncudan almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X43 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon X24 Hüquqi şəxs üzrə xx.xx.2019-cu il tarixli 985-k nömrəli əmrlə publik hüquqi şəxsin müddətli əmək müqaviləsi əsasında Konsultativ poliklinika şöbəsinin sanitar qadın (sanitar) və xx.xx.2020-ci il tarixli 04 nömrəli əmrlə müddətli əmək müqaviləsi əsasında Dəstək Xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (Şamaxı ASM bölməsi) üzrə təsərrüfat bacısı işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq xx.xx.1966-cı il təvəllüdlü X12 və xx.xx.2007-ci təvəllüdlü X9 əlillik dərəcəsi almalarında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə müraciət etmiş Şamaxı rayonu Sabir qəsəbə sakini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 vasitəsilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə adının guya “Gülnarə” olmasını bildirib, guya həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 sonuncuya məxsus ünvan 4 ünvanında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nadir İbrəhimli və Xədicə İbrəhimovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, onlara saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsi üçün zəruri olan tədbirləri görməyə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 4.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs2 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin dekabr ayının əvvəllərində ünvan 4 ünvanında 1.000 (bir min) manat, 2019-cu ilin dekabr ayının ortalarında həmin ünvanda 1.800 (bir min səkkiz yüz) manat və 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhərində yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini sonuncudan Təqsirləndirilən şəxs2 vasitəsilə alıb, sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nadir İbrahimli və Xədicə İbrəhimovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Mahirə İbrahimovam təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsi almasında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə müraciət etmiş Şamaxı rayonu Qonaqkənd kənd sakini xx.xx.1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 vasitəsilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə adının guya “Gülnara” olmasını bildirib, guya həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə- bilə qanunsuz hərəkətə, yəni sağlam olmasına baxmayaraq, ona saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs3 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhərində yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında 2.000 (iki min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 vasitəsilə alıb sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, xx.xx.2010-cu il təvəllüdlü nəvəsi X3 əlillik dərəcəsi almasına və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin dekabr ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 vasitəsilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim edib, gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə adının guya “Gülnarə” olmasını bildirib, guya həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs4yla Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yağmur Abdullayevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmasına baxmayaraq, ona saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsinə və dövlət proqramına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək 3 otaqlı mənzillə güzəştli şərtlərlə təmin edilməsi üçün zəruri olan tədbirlərin görülməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 35.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs4 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs4 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 14 dekabr 2019-cu il tarixdə ünvan 5 ünvanında 2.800 (iki min səkkiz yüz) manat, 18 dekabr 2019-cu il tarixdə ünvan 4 ünvanında 4.000 (dörd min) manat, 19 dekabr 2019-cu il tarixdə ünvan 6 ünvanında 2.800 (iki min səkkiz yüz) manat, 20 dekabr 2019-cu il tarixdə və 21 dekabr 2019-cu il tarixdə ünvan 7 ünvanında müvafiq olaraq 2.000 (iki min) və 1.800 (bir min səkkiz yüz) manat, 24 dekabr 2019-cu il tarixdə və 25 dekabr 2019-cu il tarixdə ünvan 6 ünvanında Zərərçəkmiş şəxs4 yaşdığı evdə müvafiq olaraq 2.000 (iki min) və 2.500 (iki min beş yüz) manat olmaqla, cəmi 17.900 manat məbləğində pul vəsatini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə, həmçinin, 2020-ci ilin yanvar ayının ortalarında ünvan 8 ünvanında 3.000 (üç min) manat, 25 yanvar 2020-ci il tarixdə, 2020-ci ilin fevral ayının əvvəllərində, 18 fevral 2020-ci il tarixdə ünvan 6 ünvanında Zərərçəkmiş şəxs4 yaşdığı evdə müvafiq olaraq 2.500 (iki min beş yüz), 3.200 (üç min iki yüz) və 1.600 (bir min altı yüz) manat, 2020-ci ilin fevral ayının sonunda, 2 mart 2020-ci il tarixdə Şamaxı şəhəri, H.Əliyev prospekti 27 ünvanında müvafiq olaraq 2.000 (iki min) və 1600 (bir min altı yüz) manat, 4 mart 2020-ci il tarixdə ünvan 6 ünvanında 2.200 (iki min iki yüz) manat olmaqla, cəmi 16.100 manat məbləğində pulu şəxsən nağd qaydada almaqla, eləcə də xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 ünvan 10 ünvanında “Al” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı ilə rekvizitlərini ona özünün təqdim etdiyi cinayətdən xəbərsiz Şahid1 adına "xxxx" ASC-yə məxsus 5243**********5128 nömrəli plastik kart hesabına göndərdiyi 450 manat məbləğində pul vəsaitini xahişi əsasında sonuncu Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, həmçinin xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 həmin ünvanda yerləşən “”Aİ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı ilə rekvizitlərini ona özünün təqdim etdiyi cinayətdən xəbərsiz X4 adına "xxxx" ASC-yə məxsus 6768**********0575 nömrəli plastik kart hesabına göndərdiyi 200 manat, xx.xx.2020-ci il tarixdə göndərdiyi 350 manat məbləğində pul vəsaitini xahişi əsasında cinayətdən xəbərsiz Şahid2 qeyd edilən tarixlərdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, həmin pul vəsaitlərinin özünə həmin tarixlərdə təqdim edilməsinə nail olaraq cəmi 1.000 manat məbləğində, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs4 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, guya X5 “Parsial epilepsiya xəstəliyi, generalizə olunmuş tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) BQDC İİ dərəcə, asteno-nevrotik vəziyyət” diaqnozu ilə əlillik səbəbinin ümumi xəstəlik olmasına dair 0487003AAFL8 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2020-ci il tarixdə qiymətləndirilərək əlil və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2023-cü il tarixədək təyinat aparılması görüntüsü yaradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2020-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2020-ci ilin fevral ayında Bakı şəhərində istintaqa məlum olmayan yerdə istifadəsində olan kompüterdə tərtib edib, əksini çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxardıqdan sonra istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladığı hüquq verən həmin saxta rəsmi sənədi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs4 təqdim edib, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yağmur Abdullayevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs4 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq xx.xx.2006-cı il təvəllüdlü X41, xx.xx.2007-ci il təvəllüdlü X42 və xx.xx.2009-cu il təvəllüdlü X26 əlillik dərəcəsi almalarında köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin yanvar ayının ortalarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə müraciət etmiş Şamaxı rayonu Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 vasitəsilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim edib, gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə adının guya “Gülnarə” olmasını bildirib, guya həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs5 Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Mirzə Musayev, Yasin Musayev və Yusif Musayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, onlara saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs5 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs5 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin yanvar ayının ortalarında Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında 5.000 (beş min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 vasitəsilə almaqla sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, bundan sonra, eyni niyyətlə, 2020-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs5 özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi olması ilə əlaqədar yaxın əlaqələri vasitəsilə ona dövlət proqramına uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi ərazisində əlillərə Nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil, eləcə də əlil avtomobilinin verilməsini təmin etdirə biləcəyini Şamaxı rayonu Qaravəlli kəndində görüşləri zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi ərazisində əlillər üçün tikiləcək 3 otaqlı mənzillə güzəştli şərtlərlə təmin edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 9.500 (doqquz min beş yüz) manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs5 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin yanvar ayının sonlarında Şamaxı rayonu, Qaravəlli kəndində 4.000 (dörd min) manat, 2020- ci ilin fevral ayının əvvəllərində Bakı-Qazax yolunun 128-ci km-də yerləşən Şamaxı rayonu Mirikənd kəndinin yaxınlığında yerləşən “Sevinc” restoranının qarşısında 3.000 (üç min) manat və 2020-ci ilin mart ayının ortalarında Şamaxı rayonu Qaravəlli kəndində 2.500 (iki min beş yüz) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitini sonuncudan almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs5 məxsus cəmi 14,500 (on dörd min beş yüz) manat məbləğində, o cümlədən 5.000 (beş min) manatını Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Zərərçəkmiş şəxs5 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə yetkinlik yaşına çatmayan övladları xx.xx.2005-ci il təvəllüdlü X17, xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X2 əlillik dərəcəsi almalarında köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs5 vasitəsilə özünə müraciət etmiş tanışı Şamaxı rayonu Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs6 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, guya həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə ünvan 11 ünvanında yerləşən “Dostluq” restoranında görüşləri zamanı Zərərçəkmiş şəxs6 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar övladları Səidə Zərbalıyeva, İsrail Zərbalıyev və Təvəkgül Zərbalılının xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, saxta əsaslarla onlara əlillik dərəcəsinin təyin edilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs6 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 10 fevral 2020-ci il tarixdə ünvan 11 ünvanında yerləşən “Dostluq” restoranının qarşısında 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 alıb, şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Səidə Zərbalıyeva, İsrail Zərbalıyev və Təvəkgül Zərbalılının xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs6 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 isə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Bu məqsədlə də, o, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X43 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon X24 Hüquqi şəxs üzrə xx.xx.2019-cu il tarixli 985-k nömrəli əmrlə publik hüquqi şəxsin müddətli əmək müqaviləsi əsasında Konsultativ poliklinika şöbəsinin sanitar qadın (sanitar) vəzifəsinə və xx.xx.2020-ci il tarixli 04 nömrəli əmrlə müddətli əmək müqaviləsi əsasında Dəstək Xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (Şamaxı ASM bölməsi) üzrə təsərrüfat bacısı işinə qəbul edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, xx.xx.1966-cı il təvəllüdlü X12 və xx.xx.2007-ci təvəllüdlü X9 əlillik dərəcəsi almalarında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayının sonlarında özünə müraciət etmiş Şamaxı rayonu Sabir qəsəbə sakini Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını bildirib, həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nadir İbrəhimli və Xədicə İbrəhimovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, onlara saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsi üçün zəruri olan tədbirləri görməyə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 4.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs2 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin dekabr ayının əvvəllərində ünvan 4 ünvanında 1.000 (bir min) manat, 2019-cu ilin dekabr ayının ortalarında həmin ünvanda 1.800 (bir min səkkiz yüz) manat və 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhərində yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında 1.700 (bir min yeddi yüz) manat məbləğində olmaqla, Zərərçəkmiş şəxs2 məxsus cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb, Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nadir İbrəhimli və Xədicə İbrəhimovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, əlillik dərəcəsi almasında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayının sonlarında özünə müraciət etmiş Şamaxı rayonu Qonaqkənd kənd sakini xx.xx.1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs3 Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmasına baxmayaraq, ona saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs3 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhərində yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında 2.000 (iki min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 şəxsən alıb Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, xx.xx.2010-cu il təvəllüdlü nəvəsi X3 əlillik dərəcəsi almasına və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin dekabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi olmasını bildirib, guya həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs4yla Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yağmur Abdullayevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmasına baxmayaraq, ona saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsinə və dövlət proqramına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək 3 otaqlı mənzillə güzəştli şərtlərlə təmin edilməsi üçün zəruri olan tədbirlərin görülməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 35.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs4 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs4 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 14 dekabr 2019-cu il tarixdə ünvan 5 ünvanında 2.800 (iki min səkkiz yüz) manat, 18 dekabr 2019-cu il tarixdə ünvan 4 ünvanında 4.000 (dörd min) manat, 19 dekabr 2019-cu il tarixdə ünvan 6 ünvanında 2.800 (iki min səkkiz yüz) manat, 20 dekabr 2019-cu il tarixdə və 21 dekabr 2019-cu il tarixdə ünvan 12 ünvanında müvafiq olaraq 2.000 (iki min) və 1.800 (bir min səkkiz yüz) manat, 24 dekabr 2019-cu il tarixdə və 25 dekabr 2019-cu il tarixdə ünvan 6 ünvanında Zərərçəkmiş şəxs4 yaşdığı evdə müvafiq olaraq 2.000 (iki min) və 2.500 (iki min beş yüz) manat olmaqla, cəmi 17.900 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə, həmçinin, 2020-ci ilin yanvar ayının ortalarında ünvan 8 ünvanında 3.000 (üç min) manat, 25 yanvar 2020-ci il tarixdə, 2020-ci ilin fevral ayının əvvəllərində, 18 fevral 2020-ci il tarixdə ünvan 6 ünvanında Zərərçəkmiş şəxs4 yaşdığı evdə müvafiq olaraq 2.500 (iki min beş yüz), 3.200 (üç min iki yüz) və 1.600 (bir min altı yüz) manat, 2020-ci ilin fevral ayının sonunda, 2 mart 2020-ci il tarixdə Şamaxı şəhəri, H.Əliyev prospekti 27 ünvanında müvafiq olaraq 2.000 (iki min) və 1600 (bir min altı yüz) manat, 4 mart 2020-ci il tarixdə ünvan 6 ünvanında 2.200 (iki min iki yüz) manat olmaqla, cəmi 16.100 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 vasitəsilə nağd qaydada almaqla, eləcə də xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 ünvan 10 ünvanında ‘Al” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı ilə rekvizitlərini ona özünün təqdim etdiyi cinayətdən xəbərsiz Şahid1 adına "xxxx" ASC-yə məxsus 5243**********5128 nömrəli plastik kart hesabına göndərdiyi 450 manat məbləğində pul vəsaitini xahişi əsasında sonuncu Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, həmçinin xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 həmin ünvanda yerləşən “"Al” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı ilə rekvizitlərini ona özünün təqdim etdiyi cinayətdən xəbərsiz X4 adına "xxxx" ASC-yə məxsus 6768**********0575 nömrəli plastik kart hesabına göndərdiyi 200 manat, xx.xx.2020-ci il tarixdə göndərdiyi 350 manat məbləğində pul vəsaitini xahişi əsasında cinayətdən xəbərsiz Şahid2 qeyd edilən tarixlərdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, həmin pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 həmin tarixlərdə təqdim edilməsinə nail olaraq cəmi 1.000 manat məbləğində, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs4 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs4 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yağmur Abdullayevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs4 təkrarən təhrik etmişdir.Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, xx.xx.2006-cı il təvəllüdlü X41, xx.xx.2007ci il təvəllüdlü X42 və xx.xx.2009-cu il təvəllüdlü X26 əlillik dərəcəsi almalarında köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin yanvar ayının ortalarında özünə müraciət etmiş Şamaxı rayonu Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs5 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi olmasını bildirib, guya həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs5 Şamaxı rayon X24 Hüquqi şəxsin ünvan 4 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Mirzə Musayev, Yasin Musayev və Yusif Musayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, onlara saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs5 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirərək, Zərərçəkmiş şəxs5 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin yanvar ayının ortalarında Şamaxı rayon X24 Hüquqi şəxsin həmin inzibati binasında 5.000 (beş min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 şəxsən alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Zərərçəkmiş şəxs5 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 310, 32.4,312.2 və 320.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, Şamaxı rayon sakini bu iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs2 və iş üzrə zərərçəkmiş şəxs qismində ona təqdim olunan şəxsləri tanıyır. Onlarla ədavəti və qohumluğu yoxdur. O, Aygünlə 2019-cu ilin yay aylarında Şamaxı rayon Mərkəzi xəstəxanasında tanış olmuşdur. Aygün ona rayon xəstəxanasının poliklinikasında tibb bacısı işlədiyini demişdir. O, övladı Hüseyni sünnət etdirmədiyi üçün bu barədə Aygünlə söhbət edərkən xəstəxanada Hacı Əzizxanım qulaq, burun, boğaz həkimi olmaqla sünnət işləri ilə məşğul olduğunu bilmişdir. Aygün onu Şamaxı rayon sakinləri Lalə müəllimə, Amil və Mahirə adlı qadınla tanış etmişdir. Onlar da ayrı-ayrılıqda ona özlərinin və ailə üzvlərinin sosial yardım düzəlməsi və digər sosial işlərində köməklik etmələri üçün müraciət etmişlər. Lakin Zərərçəkmiş şəxs1, Şamaxı rayon Qonaqkənd kənd sakini Zərərçəkmiş şəxs3 və Amilin qohumu Zərərçəkmiş şəxs6 adlı şəxslərdən pul almamış və onlara hər hansı sosial işlərində köməklik göstərməmişdir. O, Şamaxı rayon Çarhan kənd sakini Zərərçəkmiş şəxs1 və onun arvadı Adilə Dünyamalıyevlə tanış olsalar da özünü onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim etməmiş, onlara Bakı şəhəri Yasamal rayonu ərazisində əlillərə Nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil, əlil avtomobili, eləcə də Abşeron rayonu Saray qəsəbəsində 0,12 ha torpaq sahəsinin verilməsini təmin etdirə biləcəyini qeyd edilən ərəfədə ünvan 3 ünvanında görüşləri zamanı hissə-hissə olmaqla onlardan 15.000 manat məbləğdə pul vəsaitini almamışdır. Lakin Zərərçəkmiş şəxs1 və onun arvadı Adilə onun vaxtilə Mərdəkan qəsəbəsində kirayədə yaşadığı evində qonaq olmuşdur. Şamaxı rayon sakini Mahirəni Aygün vasitəsilə tanımaqla 2019-cu ilin yay aylarında X6rşısında Aygünlə birlikdə görüb tanımışdır. Həmin vaxtlarda Aygün Mahirəni Bakı şəhərində göz xəstəxanasında həkim müayinəsinə gətirmiş, Aygünün Mahirədən övladının və ərinin əlilliklə bağlı pensiyaya çıxmasından ötrü 4500 manat pul almasından xəbəri olmamış, eyni zamanda o, Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs4 özünüzü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim etməmiş, ona saxta əsaslarla əlillik dərəcəsinin təyin edilməsinə və dövlət proqramına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək 3 otaqlı mənzillə güzəştli şərtlərlə təmin edilməsi üçün zəruri olan tədbirlərin görülməsinə görə 35.000 manat məbləğində pul vəsaitini hissə-hissə almamışdır. Belə ki, o, Zərərçəkmiş şəxs4 ilə Aygün vasitəsilə tanış olmuş, Laləxanım tanımadığı təxminən 7-8 nəfər şəxsə ünvanlı dövlət sosial yardım düzəlməsindən ötrü onlara köməklik göstərilməsindən ötrü ona 6800 manat və 1000 manat plastik karta pul köçürülməklə, yəni xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 “Milliön” ödəmə terminalı ilə Şahid1 adına "xxxx" ASC-yə məxsus plastik kart hesabına 450 manat, xx.xx.2020-ci il tarixdə “Milliön” ödəmə terminalı ilə X4 adına "xxxx" ASC-yə məxsus plastik kart hesabına göndərdiyi 200 manat, 24 mart 2020-ci il tarixdə isə 350 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 7800 manat pul vermiş, lakin Zərərçəkmiş şəxs4 sosial mənzil verilməsi üçün ondan 35000 manat pul almamışdır. Həmin plastik kartlara köçürülmüş 1000 manat pulları Məmmədrza və Şükür ona əlbəəl vermişlər və həmin puldan Aygünə 500 manat pul vermişdir. Şamaxı rayonu Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs5 da özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim etməmiş, Təqsirləndirilən şəxs2 vasitəsilə onun övladlarının pensiyaya çıxmasından ötrü 5.000 manat məbləğində pul vəsaiti almamış və həmin puldan ümumiyyətlə xəbəri olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi ərazisində əlillər üçün tikiləcək 3 otaqlı mənzillə güzəştli şərtlərlə təmin edilməsi üçün hissə-hissə olmaqla 9.500 (doqquz min beş yüz) manat məbləğdə pul vəsaitini almamış, lakin Amil ona Məşğulluq idarəsində tanışının olub-olmadığını və xeyli heyvan almaqdan ötrü növbəsiz adını Məşğulluq idarəsində yazdırmağı xahiş etdikdə Amildən buna görə 5000 manat pul almışdır. Şamaxı rayonu Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs5 qohumu Zərərçəkmiş şəxs6 da özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim etməmiş, Zərərçəkmiş şəxs5 vasitəsilə onun övladlarının pensiyaya çıxmasından ötrü 5.500 manat məbləğində pul vəsaitini almamış və həmin puldan ümumiyyətlə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərdi ki, o, 2019-cu ilin sentyabr ayında günorta saat 13:00 radələrində poliklinikanın qeydiyyat şöbəsində olarkən, özünü Gülnarə kimi təqdim edən, məhkəmədə ona təqsirləndirilən şəxs qisimndə təqdim olunan Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb xəstəxanada xəstə uşaqların sənədlərinə hansı həkimin baxdığını soruşdu. Gülnarənin boynundan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin işçisi olduğu qeyd edilmiş yazı olan birka da asılmışdı. Özü də həmin nazırliyin işçisi və nazir Sahil Babayevin bacısı gəlini olduğunu dedi. Bunu Zərərçəkmiş şəxs4 və Samirənin Şamaxı rayonunda aldatdığı şəxslər də təsdiq edə bilərlər. Gülnarə özünün nazirlikdə yüksək vəzifədə işləməklə mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar əlillərə sosial evlərin növbədən kənar pulunu hissə-hissə ödəməklə, həmçinin hərbi xidmətdə yaralanan hərbçilərə, xəstə uşaqlara pensiya düzəlməsini həyata keçirtdiyini, yaxın adamlar olarsa onlara da köməklik edə biləcəyini dedi. Bundan sonra o, ətrafında tanıdığı qohum-əqraba və yaxın tanışlara Gülnarə adı ilə tanıdığı şəxsin Sosial Müdafiə Nazirliyində yüksək vəzifədə işlədiyini deməklə xəstə uşağı və özünün xəstəliklə pensiyaya çıxmaq istəyən vətəndaşların ona müraciət etməsini demişdir. 2019-cu ilin dekabr ayının 10-12-si arasında Şamaxı şəhər Poliklinikasında keçmiş müəlliməsi Zərərçəkmiş şəxs4yla rastlaşmış, Lalə müəllimədən poliklinikaya gəlməsinin səbəbini soruşduqda ona nəvəsi Yağmurun səhhəti ilə bağlı gəldiyini və nəvəsinə pensiya təyin olunub-olunmadığını xəbər aldıqda müəlliməsinə Gülnarə xanımın bu işlərlə məşğul olduğunu bildirmişdir. Lalə müəllimə ondan Gülnarə adı ilə tanıdığı Samirənin əlaqə nömrəsini istədiyi üçün Samirənin istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermiş və onlar mütəmadi olaraq özləri əlaqə saxlamış və onun iştirakı ilə ilk dəfə Laləxanım onun yanında nəvəsi Yağmurun şəxsiyyət vəsiqəsi və xəstəlik sənədlərinin əslini, 50 və 100 manat əskinaslardan ibarət olan 2800 manat pulu Təqsirləndirilən şəxs1 Bakı şəhəri Polis Akademiyasının qarşısında nəvəsi Yağmuru əlilliklə pensiyaya çıxartmaq üçün vermişdir. Laləxanım ilə Samirənin arasında sosial evlə bağlı söhbətləri olduğundan Samirə Lalə müəlliməyə dedi ki, Bakı şəhəri Yasamal rayonu ərazisində 30.000-35.000 manata 2 otaqlı sosial evin alınması başa gələ bilər, əgər həmin pul qısa zaman ərzində nağd şəkildə ödənərsə, həmçinin uşaqların xəstəliklə müalicə və təqaüdə çıxartmaq üçün 2500-3000 manat pul verərsə pensiya işlərinin uzağı 1-2 aya həll ediləcəyini dedi. Laləxanım müəllimə onun yanında Samirənin bu təklifi ilə razılaşmış və pulu tez bir zamanda hissə-hissə ödənilməsini öhdəsinə götürdü. Bundan sonra Samirə hər 2-3 gündən bir Şamaxıya ya Şükür, ya da Məhəmməd adlı sürücüləri ilə gəlib 2019-cu ilin dekabr ayından 2020-ci ilin yanvar ayının əvvəllərinədək Təqsirləndirilən şəxs1 onun iştirakı ilə Lalə müəllimədən təxminən 18.000 (on səkkiz min) manata qədər pulu almışdır. Samirə Lalə müəllimədən pul alarkən hər dəfə ona 200 manata kimi hörmət etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 nəvəsi Yağmurun pensiyası və sosial ev verilməsi üçün onun iştirakı ilə 18.000 manat məbləğində pulu da 2019-cu ilin dekabr ayından 2020-ci ilin yanvar ayınadək hissəhissə olmaqla Samirəyə ödəmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 14 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi Polis Akademiyasının qarşısında 2.800 manat, 18 dekabr 2019-cu il tarixdə Şamaxı rayon Mərkəzi xəstəxanasının qarşısında 4.000 manat, 19 dekabr 2019-cu il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində Lalə müəlliməgilin evində 2.800 manat, 20 dekabr 2019-cu il tarixdə və 21 dekabr 2019-cu il tarixdə Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində müvafiq olaraq 2.000 və 1.800 manat, 24 dekabr 2019-cu il tarixdə və 25 dekabr 2019-cu il tarixdə Şamaxı şəhəri Lalə müəllimənin yaşdığı evdə müvafiq olaraq 2.000 və 2.500 manat olmaqla cəmi 17.900 manat məbləğində pul vəsatini onun iştirakı ilə Təqsirləndirilən şəxs1 Lalə müəllimədən almışdır. Samirə Lalə müəllimədən hər pul alanda ona 200 manat məbləğində hörmət etmişdir. O, Təqsirləndirilən şəxs1 təklif və müraciəti ilə əlavə pensiyaya çıxmaq istəyən şəxsləri tapmaqda köməklik etmiş və Samirə hər dəfə vətəndaşlardan aldığı puldan ona bəzən 100 manat, bəzən 200 manat, bəzən də 300 manata kimi hörmət etmiş, ümumilikdə nə qədər pul əldə etdiyini bilməmişdir. Şamaxı rayon Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs5 üç övladının pensiyaya çıxmasından ötrü 15 yanvar 2020-ci il tarixdə ona 5000 manat pul vermiş, o da həmin pulu Təqsirləndirilən şəxs1 Şamaxı rayon Mərkəzi xəstəxanasının inzibati binasında vermiş, lakin qeyd olunan puldan Samirə ona hər hansı məbləğdə pul verməmişdir. O, özünün və ailə üzvləri olan atası, anası və qardaşının köməkliyi ilə Laləxanım müəlliməyə 7000 manat, Zərərçəkmiş şəxs5 5000 manat pulu Şamaxı rayon polis şöbəsində araşdırma gedərkən, Sahib Mayılovun qohumu olan Şamaxı rayon Qonaqkənd kənd sakini Zərərçəkmiş şəxs3 pensiyaya çıxmasından ötrü ondan alınmış 2000 manat pulu və rayonun Sabir qəsəbə sakini olan Mahirə adlı qadına özü birdəfəlik 500 manat, anası isə aybaay pensiyasından 1500 manat olmaqla cəmi 2000 manat ödəniş etməklə vurulmuş ziyan nəticəsində ümumilikdə 16000 manat pul ödənişi etmişdir. Ona özünü Gülnarə adı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli şəxsi kimi təqdim etməklə bu xanımın əsl ad və soyadının Təqsirləndirilən şəxs1 olduğunu 2020-ci ilin may-iyun aylarında bilmişdir.Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2000-ci ildən İİ qrup, 2018-ci ilin dekabr ayından isə İ qrup gözdən əlil olmaqla təqaüd alır. O, hazırda Şamaxı rayonu Çarhan kəndində yaşamasına baxmayaraq, 2022-ci ilin yanvar ayına qədər isə Bakı-ünvan 13 ünvanında yerləşən “VİP” marketin anbarında ailəlikcə məskunlaşmışdır. 2019-cu ilin sentyabr ayının əvvəllərində əvvəllər tanımadığı özünü Əmək və Əhalinin Sosial Müdafiəsi X44 qohumu kimi Gülnarə adı ilə təqdim edən və həmin nazirlikdə vəkil işləyən əsl adını isə sonradan bildiyi Samirə adlı şəxs arvadı Şahid6 tanışlıq verərək uşağının xəstə olduğunu və yaxşı molla tanıyıb-tanımadığını soruşduqda Adilə onu qonşuluğunda olan mollanın yanına aparmışdır. Samirə maştağalı Məhəmməd adlı sürücü ilə həmin vaxt gəlmişdir. Samirəni evində Allah qonağı qəbul etmiş və söhbət əsnasında Samirə onların yaşayışının pis şəraitdə olduğunu, o cümlədən onun İ qrup əlil olduğunu bildikdə ona “sən dövlətdən ev, maşın və həyətyanı torpaq sahəsi almısan?” sualını verdikdə dövlətdən təqaüdündən başqa heç nə almadığını bildirmişdir. Samirə ona İ qrup əlil olduğu üçün dövlət tərəfindən ev, maşın və Saray qəsəbəsində əlillər üçün torpaq sahəsi verildiyini və bu işdə köməklik göstərəcəyini vəd etmişdir. Bu söhbətdən sonra Samirə ona “Ata” deyə müraciət edərək onun xəstəlik sənədlərini, ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsinin notarial təsdiqli sənədləri hazırlamağı tapşırmış və Samirə istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefon nömrəsini ona ailə üzvlərinin yanında vermişdir. Samirə eyni zamanda ona həmin ev, avtomobil və torpaq sahəsinin ayrılması üçün tez bir zamanda 15000 manat pul verərsə bu işləri həll edəcəyini, həmçinin Samirə nazirlikdə vəkil işləməklə bu işləri yaxşı bildiyini onların pis şəraitdə yaşadığını görüb əlindən gələn köməyi əsirgəməyəcəyinə söz vermişdir. O, ailəsi ilə məsləhət edib və Samirənin şirin dilinə aldanaraq bu söhbətdən təxminən 1 ay sonra 2019-cu ilin oktyabr ayının əvvəllərində Samirə sürücüsü Məhəmmədlə yaşadığı evə gələrək dediyi sənədləri oğlu, qızı, arvadı və gəlininin yanında Samirəyə ilkin olaraq 8000 (səkkiz min) manat pul vermişdir. Samirə ona əlillər üçün mənzillərin Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsində tikildiyindən ya 2, ya da 3 otaqlı mənzil veriləcəyinə arxayın salmış və ailə üzvlərinin sayının çox olduğundan həmin mənzilin 3 otaqlı olacağına Samirə çalışacaqdı. Bundan 10 gün sonra 2019-cu ilin oktyabr ayının ortalarında sürücüsü Şükür adlı şəxslə birlikdə yenə yaşadığı evə gələrək əvvəlcə danışdıqları kimi pulun bir hissəsi olan 4000 (dörd min) manatı da Samirəyə ailə üzvlərinin yanında vermişdir. Nəhayət, Samirə 2019-cu ilin noyabr ayının ortalarında sürücüsü Məhəmmədlə kirayə yaşadığı evə gələrək yenə ailə üzvlərinin iştirakı ilə Samirəyə 3000 (üç min) manat pul vermişdir. Samirə xanım onlara televizora diqqətlə baxmaqlarını və adının orada elan edilərək çıxacağını bildirmiş və bu işlərin Novruz bayramına qədər həll olunacağına vəd vermişdi. Samirə ondan 15000 manat pulu aldıqdan sonra onunla mütəmadi olaraq istifadəsində olan 055 ***-**-** və arvadının 050 ***-**-** nömrələrindən Samirənin ona verdiyi 055 ***-**- ** nömrəsindən onunla əlaqə saxlamışdır. Bu hadisədən 5 ay keçməsinə və hər hansı bir məlumat əldə edə bilmədiyinə görə Samirə ilə tez-tez əlaqə saxlamış, Samirə isə ona çox zəng etməməyini və telefonunu dinlənildiyini bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında Samirəyə verdiyi pulun nəticəsi olaraq onun verdiyi vədinə əməl edibetməməsini dəqiqləşdirmək üçün Bakı şəhərinə gəlib onunla görüşmüş və Adiləni Samirənin sürücüsü Şükür adlı şəxs Samirənin yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Teymur Quliyev küçəsində yerləşən 2 mərtəbəli evinə çay süfrəsinə qonaq etmişdir. Samirə onları arxayın salaraq Nazirlikdən cavab gözlədiyini 2020-ci ilin aprel ayının əvvəllərində mənzilin sənədlərinin hazır olduğunu, evlərin əlillərə veriləcəyini və Əmək Nazirliyinə gələrək bir neçə saat keçdikdən sonra Natiq adlı bir şəxs 050 ***-**-** nömrəsindən ona istifadəsində olan 050 ***-**-** nömrəsinə zəng edərək hər bir şeyin hazır olduğunu, lakin adına daşınmaz əmlakın olub-olmamasına dair yaşadığı yerdən arayış təqdim etməli olduğunu bildirmişdir. O, həmin gün Şamaxı şəhərinə qayıdıb təcili sənədi hazırlamış və axşam Samirə Şamaxıya gələrək adına daşınmaz əmlakın olmamasına dair sənədi almış və qısa zamanda Yeni Yasamal qəsəbəsindən 3 otaqlı mənzil, Saray qəsəbəsində 12 sot torpaq sahəsi və maşının veriləcəyini bildirmişdir. O, Samirə ilə mütəmadi olaraq danışsa da hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadıb yubatmışdır. 2020-ci ilin iyun ayının əvvəllərində Samirə ilə telefonda danışaraq həmin dövrdə qardaşı rəhmətə getdiyindən ona baş sağlığı vermiş, xəstəliklə bağlı yollar bağlı olduğundan gələ bilmədiyi üçün üzrxahlıq etmiş və bundan 2-3 gün sonra yenidən Samirə ilə telefonda danışaraq məsələnin tezliklə həll ediləcəyini bildirib sağollaşmışdır. 2020-ci ilin iyun ayının 10-dan sonra Samirə ilə heç bir əlaqə olmamışdır. O, hissə-hissə olmaqla 15000 manat pulu Samirəyə ailə üzvlərinin yanında vermişdir. Samirə özünü nazirliyin işçisi kimi təqdim edərək şirin dili və danışığı ilə onu ələ alıb ovsunladığından Samirəyə inanıb qısa zaman ərzində həmin pulu ələ keçirmişdir. O, televizorda dövlət tərəfindən əlillərə qayğı və diqqət göstərildiyini görüb Samirənin də televizorda olan danışıq kimi danışması ailəlikcə Samirəyə inanmışlar. Təqsirləndirilən şəxs1 Şamaxı rayonuna sürücsü Məhəmmədin idarə etdiyi ağ rəngli, Şükürün isə idarə etdiyi qara rəngli markalarını dəqiq bilmədiyi avtomobillə yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs1 tək onu deyil, ondan başqa Şamaxı rayonunda Amili, Lalə müəlliməni və xəstəxanada həkim işləyən Hacı Əzizxanı da aldadaraq pullarını ələ keçirmişdir. Şahid6 və Şahid4 da Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi halları təsdiq etdilər. Zərərçəkmiş şəxs X13 ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayında qızı Xədicə Bakı şəhərində Topçubaşov adına xəstəxanada ürəyindən əməliyyat olunduğundan qızını 2019-cu ilin oktyabr ayının əvvəllərində Şamaxı rayon Mərkəzi xəstəxanasında müayinəyə gətirib orada Aygün adlı xəstəxana işçisi ona hansı həkimin yanına gəldiyini soruşduqda uşağını müayinə etdirmək istədiyini deyərək eyni zamanda həyat yoldaşı Nadir İbrəhimlinin də ürəyində narahatçılıq olduğundan həm qızı, həm ərinə pensiya düşüb-düşmədiyini Aygündən soruşmuşdur. Söhbət əsnasında aralarında Aygünlə pensiyaya çıxmaq barədə danışıq olmuşdur. Aygün ona Bakı şəhərindən tanıdığı adam vasitəsilə hər ikisinin pensiya işini həll edəcəyini öhdəsinə götürdü. O, bunu necə edəcəyini Aygündən soruşduqda sonuncu ona Bakı şəhərindən bir nəfər pensiya verilən nazirlikdə vəzifədə işləyən Gülnarə adlı qadın vasitəsilə edəcəyini və qısa vaxt ərzində ən tezi 1, ən geci isə 2 ay müddətinə ərini və qızının pensiyasını düzəltdirəcəyinə söz verdi. O, bu barədə evdə xeyli düşünüb həyat yoldaşı X14 ilə məsləhətləşərək 2007-ci təvəllüdlü qızı X9 da əlillik dərəcəsi almalarında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayının sonlarında Aygünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə Şamaxı rayon Mərkəzi Xəstəxanasının binasında görüşləri zamanı bu barədə ona ətraflı bildirib, Aygünün tanışı olan həmin vəzifəli şəxsə Nadir və Xədicə İbrəhimovanın xeyrinə edəcəyi, yəni əlillik dərəcəsinin təyin edilməsi üçün zəruri olan tədbirləri görməyə görə 4.500 manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini ona Aygün bildirmiş, o da razılaşmışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Şamaxı rayon Mərkəzi Xəstəxanasında 1.000 (bir min) manat pulu, eləcə də ərinin və qızının şəxsiyyət vəsiqəslərinin surətini təklikdə Aygünə vermişdir. O, Aygünə pulu verəndən bir neçə gün sonra Aygünün dediyi həmin nazirlikdə vəzifədə işləyən hündür boy, kök dolu, sarı saçlı, özünə baxımlı və danışığı ilə adamı özünə inandıran qadın Şamaxı rayon Mərkəzi xəstəxanasına gəlmiş bu məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 kimi təqdim olunan şəxsi, Aygün ona onu Gülnarə adı tanış etmişdir. Onların hər ikisi pulu qısa zamanda tam vermək lazım olduğunu dediklərindən o da 2019-cu ilin dekabr ayının ortalarında Aygünə Şamaxı rayon Mərkəzi xəstəxanasında özünü Gülnarə kimi təqdim edən həmin qadının yanında 1800 manat pul vermiş, bir neçə gün sonra isə Aygün ona zəng edərək pulun hamısını vermək lazım olduğunu dediyindən Bakı şəhəri metronun “20 Yanvar” stansiyası yaxınlığında əri, özü və Aygünlə birlikdə 1.700 (bir min yeddi yüz) manat məbləğində pulu Bakıdan gələn nazirliyin Gülnarə adlı işçisinə Aygünün yanında vermişdir. Özünü nazirliyin işçisi kimi təqdim etmiş Gülnarə pensiya işinin qısa zamanda həll olunacağını və hər şəxsə görə aylıq 200 manat pensiya alacaqlarını Aygün və Gülnarə ona deyərək cəmi 4500 manat pulunu almışlar. Gülnarə pensiya işini özünün həll edəcəyini desə də o, Aygünü tanıdığı üçün Gülnarə ilə Aygün mütəmadi danışıqlar aparmış, hər dəfə ondan işlərin uzanaraq vaxt istədiyini dedikdə deyilən vaxtdan da çox keçməsinə baxmayaraq, nəticə olmamış və aldandığını başa düşərək pensiya işindən imtina etmiş və pulunu Aygündən geri tələb etmişdir. Aygün özü ona birdəfəlik 500 manat, anası isə hissə-hissə 1500 manat olmaqla cəmi 2000 manat pul qaytarmışlar. Onun 2500 manat pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini istintaqdan xahiş etmişdir. Həmin pul da ona qaytarılıb. Təqsirləndirilən şəxslərdən tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qudasının gəlinidir. Ayöün Şamaxı rayon Mərkəzi xəstəxanasında təsərrüfat işçisidir. O, 2019-cu ilin mart ayında Bakı şəhərində yerləşən “Respublikansi” adlanan xəstəxanada ürək və təzyiqdən əziyyət çəkdiyi üçün stasionar mülaicədə olmuşdur. Həmin xəstəlik sənədləri üzrə ona əlillik dərəcəsi təyin ediləcəyini düşünərək 2019-cu ilin oktyabr ayında Şamaxı rayon Mərkəzi xəstəxanasına sənədlərinin sistemə vurulmasından ötrü təqdim etmişdir. O, xəstəxanada Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Aygün ondan xəstəxanaya gəlmə səbəbini soruşduqda o da ona pensiya almaq istədyiyni demişdir. Aygün ona Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləməklə pensiya və sosial işlərlə məşğul olan Gülnarə adlı tanışı olduğunu və onun vasitəsilə pensiyaya çıxmağında ona köməklik edərək bir ay ərzində pensiya təyinatı aparılmaqla işinin müsbət həll edəcyinə söz verdi. Aygün onun xəstəlik sənədlərinin olduğunu bilib bu yolla ona pensiya düşdüyünü deyib onu arxayın salmış və yanında həmin Bakı şəhərində olan qeyd olunan nazirlikdə yüksək vəzifədə işləyən Gülnarə adlı qadınla mobil telefonla danışıb bu işin 2000 manat pula düzələcəyini dedi. O da bu barədə evdə düşündükdən sonra 2000 manat pulu verib pensiyaya çıxmaq qərarına gəlmişdir. Belə ki, 2019-cu ilin dekabr ayının sonlarında pensiya işinə görə Aygünlə birlikdə Bakı şəhəri metronun “20 Yanvar” stansiyasının yaxınlığında məhkəmədə ona təqsirləndirilən şəx qismində təqdim olunan Təqsirləndirilən şəxs1 ilə görüşmüşdhür. Ayğun onu Gülnarə adı ilə təqdim etdi. O da Gülnarə gəldiyi taksiyə əyləşib orada pulu Aygünə vermişdir, Aygün isə pulu Gülnarəyə uzatdı, Aygün də pulu sayıb təhvil aldı. O da bundan sonra Şamaxıya qayıtdı. Aygün isə Bakıda qaldı. Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləməklə pensiya və sosial işlərlə məşğul olan Gülnarə adlı qadınla arasında telefon danışığı olmamış, çünki o, Aygünü tanıdığından və aralarında qohumluq münasibətləri olduğu üçün Aygün həmin qadınla danışıb ona mütəmadi olaraq məlumat vermişdir. Onların görüşündən və pulun verilməsindən bir aydan da artıq vaxt keçməsinə baxmayaraq, heç bir müsbət iş olmamış və artıq aldanıldığını başa düşərək pulunu Aygündən tələb etmişdir. Aygün özünün də həmin qadına aldandığını və ondan başqa tanımadığı bir neçə şəxsin pulunu Gülnarəyə verdiyini desə də pulunu ancaq Aygündən tələb etmişdir. Aygün onun pulunu bir il ərzində hissə-hissə olmaqla tam şəkildə qaytarmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, 2019-cu ilin dekabr ayının 12-də nəvəsi X3 bir böyrəyinin olmaması və onun müalicəsi ilə əlaqədar həkim axtarmaq üçün Şamaxı rayon poliklinikasına getmişdir. Orada keçmiş şagirdi və bui ş üzrə təqsirləendirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Aygün ondan xəstəxanaya gəlmə səbəbini soruşduqda o da Ayöünə nəvəsini müalicə etdirmək üçün Bakı şəhərinə göndəriş almaq istədiyiyni bildirdikdə Aygün ona “müəllimə get, mənim Sosial Müdafiə Fondunda işləyən bir yaxşı tanışım var, onunla səni tanış edərəm nə işin varsa həll edər”. Xəstəxanada Aygün ona 14 dekabr 2019-cu il tarixdə Bakıda həmin adamın yanında olacağını onu da həmin adamla tanış edəcəyini üstündə pul ilə gəlməyi dedi. O da 14 dekabr 2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş, metronun “20 Yanvar” stansiyası yaxınlığında körpünün altında dayanmış və Aygün onu gəlib götürəcəklərini bildirmişdir. Təxminən bir saat vaxt keçdikdən sonra ona zəng gələrək bir avtomobil yaxınlaşdı. Maşında arxada isə bir kişi və bir qadın oturmuşdu. Maşın “Şamaxinka” istiqamətinə gedərək arxada əyləşən şəxsləri yola saldı, bundan sonra o, sürücüdən hara gedəcəyini soruşduqda ona konkret cavab vermədiyindən avtomobildə getdiyi yollara diqqət edərkən maşın “Dərnəgül” istiqamətində hərəkət edib metronun “Koroğlu” stansiyasının qarşısına çatıb oradan aeraport istiqamətinə gedəndə bir daha hara getdiyini soruşduqda ona görüşəcəyi adamın onu Mərdəkanda gözlədiyini dedi. O, X10 yanına çatdıqda əvvəllər görmədiyi və tanımadığ özünü ona Gülnarə kimi təqdim edən, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs1 Yavar qızı onunla görüşüb tanış olmuşdur. Samirə özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işçisi, həmçinin nazir Sahil Babayevin bacısının gəlini olduğunu dedi. Samirə ona nazirlik tərəfindən verilən sosial ev, avtomobil verilməsi işləri, eləcə də xəstə uşaqları öz şəxsi klinikalarında müalicə etdirdiklərini, əgər müalicə effekt vermirsə onları təqaüdə çıxartdıqlarını dedi. Bundan başqa, Təqsirləndirilən şəxs1 ona istənilən şəxsi xəstəliklə pensiyaya çıxartdığını deyib inandırıcı danışmış və ona “mamoçka” deyə müraciət etmişdir. O, Bakı şəhərində sosial ev istədiyindən bu barədə Samirə ilə aralarında söhbət olmuş və Samirə də tez bir, 35.000 (otuz min) manat zamanda nağd şəkildə ödəniş olarsa iki otaqlı sosial evin alınmasını təşkil edəcəyinə söz verdi və uşaqların xəstəliklə müalicə və təqaüdə çıxartmaq üçün 2500-3000 manat pul lazım olduğunu da dedi. O, Samirənin bu təklifləri ilə razılaşmış və pulu tez bir zamanda hissə-hissə ödəməyə razılıq vermişdir və ilk dəfə 14 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Mərdəkan qəsəbəsi “Polis Akademiyasının” qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sürücüsü Şükürün yanında sosial evin ödənişi kimi 2800 (iki min səkkiz yüz) manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Samirə iki-üç gündən bir Şamaxıya gəlməyə başladı. 17-18 dekabr 2019-cu il tarixlərində Şamaxı Mərkəzi xəstəxanasında sosial evə görə 4000 (dörd min) manat pulu Aygünə vermiş, Aygün də həmin pulu onun yanında Samirəyə verdi. 19 dekabr 2019-cu il tarixdə Samirə Aygünlə birlikdə onun yaşadığı ünvan 14 ünvanına qonaq gəlmişlər. Orada da o, sosial evin ödənişi üçün 2800 (iki min səkkiz yüz) pulu şəxsən özü Aygünün yanında Təqsirləndirilən şəxs1 vermişdir. 20 dekabr 2019-cu il tarixdə Şamaxı şəhərində yaşadığı evin yaxınlığında yerləşən “Qoşqar” marketin həyətində sosial evə görə 2000 (iki min) manat pulu Aygünün yanında Samirəyə vermiş, 21 dekabr 2019-cu il tarixdə sosial evə görə 1800 (bir min səkkiz yüz) manat pulu evinin yaxınlığında “Qoşqar” marketin həyətində Aygünün yanında Samirəyə vermiş, bələdiyyə seçkisinin səhəri günü 24 dekabr 2019cu il tarixdə xəstələndiyindən evdə olmuş və həmin günü ərinin ölüm və nikah haqqında şəhadətnamənin surətini, özünün, nəvəsi Yağmurun şəkillərini və şəxsiyyət vəsiqəsinin surətini pulla birlikdə Samirəyə vermişdir, Aygün də ona verdiyi pulu pul kisəsindən çıxardıb sosial evə görə 2000 (iki min) manat pulla birlikdə Samirəyə verdi. 25 dekabr 2019-cu il tarixdə yaşadığı evə Aygünlə Samirəyə gəlmişlər, o da sosial ev almaq üçün 2500 (iki min beş yüz) manat pulu Aygünə vermişdir. Aygün də onun yanında həmin pulu Təqsirləndirilən şəxs1 verdi. 2020-ci ilin yanvar ayının əvvəllərində Samirə Şamaxıda olarkən ona “Aygünün yanında mənə pul vermə, pulu özümə təklikdə ver” dedikdə səbəbini Samirədən soruşmuş və cavabında ona demişdir ki, “Aygün mənlə pulu yarı böldüyündən onun yanında mənə pul vermə”. Samirə ona Aygünün pulu onunla yarı böldüyünü dediyi üçün həmin vaxta qədər verdiyi pulların aqibətinin necə olduğunu soruşduqda Samirə narahat olmamağını və həmin məbləğləri öz aralarında həll etdiklərini demişdir. Samirənin bu sözünü dəqiqləşdirməkdən ötrü Samirəyə verdiyi pulları Aygünlə bölüb-bölmədiyini soruşduqda Aygün ona “Samirə yalan danışır, mən ondan heç bir məbləğdə pul almamışam” dedi, lakin o, Samirəyə inanıb daha Aygünün yanında Samirəyə pul verməmişdir. Özü Samirə görüşüb qalan pulları ikilikdə Samirəyə vermişdir. O, Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayının ortalarında işlədiyi Şamaxı şəhəri 6 saylı tam orta məktəbin qarşısına Samirəyə sosial evin ödənişi kimi 3000 (üç min) manat vermişdir. 25 yanvar 2020-ci il tarixdə yaşadığı evdə Samirəyə sosial evə görə 2500 (iki min beş yüz) manat pul vermiş, 2020-ci ilin fevral ayının əvvəllərində sosial evə görə 3200 (üç min iki yüz) manat pulu Samirəyə yaşadığı evdə vermiş, 18 fevral 2020-ci il tarixdə Şamaxı İcra Hakimiyyətinin qarşısında Samirə ilə görüşüb sosial evə görə 1600 (bir min altı yüz) manat pulu Samirəyə vermiş, 2020-ci ilin fevral ayının sonunda sosial evə görə 2000 manat pulu Təqsirləndirilən şəxs1 Şamaxı İHB-in qarşısında fəvvarənin yanında vermiş, 2 mart 2020-ci il tarixdə yaşadığı evdə 1600 (bir min altı yüz) pulu Təqsirləndirilən şəxs1 vermiş, 4 mart 2020-ci il tarixdə 1800 (bir min səkkiz yüz) manat pulu yaşadığı evin qarşısında həyətdə Samirəyə vermiş və sonuncunun dediinə görə 27 mart 2020-ci il tarixədək ona Bakı şəhəri Yasamal rayonu ərazisində “Qanlı göl” ətrafında tikilmiş sosial evlərdən 2-3 otaqlı təmirli mənzil veriləcəkdi. 2020-ci ilin mart ayının axırlarında ona 050 ***-**-** nömrəsindən zəng edilərək Samirə onunla danışmış və nazirlikdə olduğundan tez sənədə möhür vurmaq üçün milli ön aparatı ilə pul köçürtmək lazım olduğunu bildirmiş və özünü ona Natiq adı ilə təqdim edən bir nəfər “xanım gözünüz aydın ev işiniz həll olunur, şirinliyin göndər” demişdir. Samirə ona Şükürün anası Sədaqətin adına olan kart hesab nömrəsini ona telefonla deyərək qeyd etdiyi kimi Sədaqətin adına olan 6768 6755 3382 0575 kart hesab nömrəsinə və sürücü Məmmədrzanın adına olan, lakin hazırda kart nömrəsini bilmədiyi karta ayrı-ayrılıqda 2020-ci ilin mart ayının sonlarında ümumilikdə 1000 manat pul köçürtmüşdür. O, istifadəsində olan 050 ***-**-** və 099 ***-**-** saylı nömrələrindən Samirənin istifadəsində olan 050 510-47-13, 055 ***-**-** və 050 ***-**-** nömrələri ilə əlaqə saxlamış, eləcə də Təqsirləndirilən şəxs1 sürücüləri olmuş Şükür və Məmmədrzanın əlaqə telefonlarını da istintaqa təqdim edərək Şükürün 055 684-58-58, Məmmədrzanın isə 050 ***-**-** nömrələrini istifadə etdiyini göstərmişdir. Hazırda ona dəymiş zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxs5 ifadələrində göstərdi ki, o, 2020-ci ilin yanvar ayının əvvəllərində Şamaxı rayon Mərkəzi Xəstəxanasında uşaqlarını müalicə etdirərəkən bu xəstəliklə bağlı uşaqlarına pensiya təyin olunub-olunmadığını xəstəxanada işləyən Aygündən soruşmuşdur. Aygün də istəsən Sosial Müdafiə Nazirliyində əməkdaş var, etibarlı adamdır, uşaqlarını pensiyaya çıxartmaqda köməklik edəcəyini dedi. 15 yanvar 2020-ci ildə o, Şamaxı rayon X11 yanında özünü ona Sosial Müdafiə Nazirliyinin işçisi kimi boynunda birkası olan və nazir Sahil Babayevin bacısı gəlini kimi təqdim edən özünü Gülnarə adı ilə təqdim edən tanış olmuşdur. Həmin şəxs məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan X27 idi. O, Aygünlə əvvəlcədən aralarında razılaşdıqları kimi hər üç uşağının pensiyaya çıxardılması üçün 5000 (beş min) manat pulu Aygünə vermişdir. Bu pul müqabilində hər uşağa aylıq 170 manat pensiya, əlavə 50 manat uşağa baxım pulu təyin edilməli və əlavə olaraq dərmanları da pulsuz verilməli idi. Bu söhbətdən sonra o, Gülnarə ilə mütəmadi olaraq istifadəsində olan 050 ***-**-** nömrəsi ilə Samirənin istifadəsində olan əsasən 050 ***-**-** və 055 ***-**-** nömrələri ilə danışmış və Şamaxı şəhərində bir neçə dəfə görüşmüşlər. Gülnarə,yəni Samirə uşaqlarının pensiyasını uzağı 2020-ci ilin mart ayına kimi düzəldəcəyinə söz vermişdi. 2020-ci ilin yanvar ayının təxminən 22-də təkrar Şamaxı rayonunda Gülnarə ilə görüşmüş, söhbət zamanı Gülnarə onun yaşadığı evə gələrək yaşadığı şəraiti görüb ona 15000 (on beş min) manat müqabilində əlil maşını və Bakı şəhəri Binəqədi rayonu Mehdiabad qəsəbəsində əllilər üçün tikilən mənzil növbəsinə növbədənkənar yazdırmaqla 3 otaqlı təmirli mənzillə təmin edəcəyinə söz vermişdir. O, Gülnarənin dediklərinə inanıb onunla razılaşmışdır. 2020-ci ilin yanvar ayının 25-də Gülnarə sürücüsü Məhəmmədlə onun yaşadığı Şamaxı rayonu Qaravəlli kəndində evində olmuş və 4000 manat pulu Məhəmmədin yanında Gülnarəyə vermişdir. Bu aradan bir neçə gün keçəndən sonra Gülnarə onu evinə ailəvi dəvət etmiş və 02 fevral 2020-ci il tarixdə Şükür adlı sürücü onları Gülnarənin yaşadığı Mərdəkan qəsəbəsinə gətirmişdir. 2020-ci ilin fevral ayının 5-də Gülnarə ona zəng vurub evdə olduğunu bilərək birlikdə İsmayıllıya iş dalınca hansısa kollecə gedərkən yolda Gülnarə ona “bacı qurban pulun qalanını da nəyə imkanın çatır ver mən sənin sənədini düzəltdirim” dediyindən qaynı X15 zəng edərək evdən 3000 manat pul götürüb yola çıxartmağını və həmin pulu qaynı Rəşadın və Gülnarənin sürücüsü Məhəmmədin iştirakı ilə sayıb Gülnarəyə Şamaxı rayonu ərazisində yolun üstündə yerləşən “Sevinc” restoranının qarşısında əlbəəl özünə vermişdir. 2020-ci ilin fevral ayının 22-i atasının il dönümü olmuş, bu barədə Gülnarəyə əvvəldən demiş və sürücü Şükürlə birlikdə Gülnarə və bacısı onlara üzrxahlığa gəlmişlər. Həmin vaxt qohumları ondan Gülnarənin kim olduğunu soruşduqda o da onlara Gülnarəyə Sosial Müdafiə Nazirliyinin işçisi olduğunu demişdir. Gülnarə içəridə qadınlar arasında “kim pensiyaya çıxmaq istəyirsə çıxardım” demişdir. Sonra ondan qohum-əqrəbə Gülnarəni yaxından tanıyıb-tanımadığını soruşduqda Aygünün tanışı olmaqla onlara öz işi həll olunmadan hələ Gülnarəyə pul verib iş görməyi məsləhət görməmişdir. Gülnarə ona “qohumlarında kimsə varsa pensiya düzəldək” təklifini etdikdə razı olmamışdır. 2020-ci ilin mart ayının 9-da uşağının ad günündə Gülnarəni evinə qonaq dəvət etmiş və Gülnarə oğlu Hüseynlə birlikdə sürücüsü Şükürlə onun yaşadığı evə gəlmişdir, 11 mart 2020-ci il tarixdə Gülnarə Şükürün maşını ilə evinə gəlib həyat yoldaşı Güneldən 2500 manat pul almışdır. Ondan sonra Gülnarəni görməmiş və hər dəfə ona zəng edəndə heç yer işləmir, pandemiyadır, həmin ilin iyun ayının 4-ə qədər bu minvalla ona müxtəlif bəhanələr gətirərək işlərin uzandığını demiş, daha sonra isə Gülnarənin telefonlarına zəng çatmamışdır. O, Şükürün istifadəsində olan 055 ***-**- ** nömrəsinə zəng edib Gülnarəyə zəng çatmamağının səbəbini soruşduqda o, zaman Gülnarənin əsl adının Samirə olduğunu bilmişdir. Şükür ona Samirənin əri Rasimin nömrəsini vermiş və Rasim ona demişdir ki, bir damın altında yaşasa da arvadının tutduğu işdən xəbəri yoxdur. O, artıq aldandığını başa düşərək 2021-ci ildə bu barədə Şamaxı RPŞ-yə ərizə ilə müraciət etmiş və pulunun geri qaytarılmasını istintaqdan xahiş etmişdir.Hazırda ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs6 ifadələrində göstərdi ki, 2020-ci ilin yanvar ayının əvvəllərində qohumu Amilgilin evlərində özünü Gülnarə adı ilə təqdim olunan, məhkəmədə təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Gülnvrə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi və nazir Sahil Babayevin bacısı gəlini kimi təqdim edərək, istənilən şəxsə pensiya, sosial ev və əlil maşını düzəltmək imkanları olduğunu dedi. O, kiçik oğlu Təvəkgülün hər iki oynağı yerindən çıxdığı üçün onu əlilliklə pensiyaya çıxartmaq istəmiş, lakin digər iki övladının isə heç bir xəstəliyinin olmamasına baxmayaraq, onları da pensiyaya çıxartmaq imkanı olduğunu və bu işin 5500 manata həll olunacağını, hər uşağa görə aylıq 170 manat olmaqla əlavə olaraq onlara baxıcı kimi 50 manat da pul verilməklə 3 uşağa görə aylıq 660 manat pul alacağını Gülnarə ona vəd verdi. Gülnarə uşaqlarının pensiyasının mart ayının sonlarına kimi həll olunacağına söz verdi. Bu söhbətdən sonra Gülnarə ilə mütəmadi olaraq telefonla danışmış və Şamaxı şəhərində görüşüb pulu ona vermişdir. O, Gülnarənin dediyi 5500 manat pulu toplayıb 10 fevral 2020-ci il tarixdə Amilin avtomobili ilə özü, Amil və əri Hörmət Zərbalıyevlə birlikdə Şamaxı şəhəri “Dostluq” restoranının qarşısında görüşüb uşaqlarının pensiyaya çıxmasından ötrü uşaqların və özünün şəxsi sənədlərini və 5500 manat pulu gülnarəyə şəxsən Amilin və ərinin yanında Samirəyə vermişdir. 2020-ci ilin aprel ayına qədər gözləsə də heç bir nəticə olmadığını görərək aldandığını başa düşüb Gülnarədən pulunu tələb etsə qaytarmamış, bir müddət sonra isə Gülnarənin telefonlarına zəng çatmamışdır. 2020-ci ilin iyun ayında Gülnarənin əsl ad və soyadının Təqsirləndirilən şəxs1 olmaqla həmin qadının həbs olunduğunu eşitmiş və bu hadisələrdən sonra Amil həmin pulu ona qaytarmışdır. Həmin pul qaytarpılmışdır. Təqsirləndirilən şəxslərdən tələb və şikayəti yoxdur. Şahid X21 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5 bacısı X28 ilə 2005-ci ildə ailə həyatı quraraq birgə nikahlarından 3 övladı vardır. Zərərçəkmiş şəxs5 uşaqlarının pensiyaya çıxmasından və əlillərə Bakı şəhərindən sosial mənzilin növbəsiz vaxtından əvvəl verilməsindən ötrü özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edərək adının əvvəllər Gülnarə olduğunu deyib ilk dəfə 2020-ci ilin yanvar ayının sonlarında Amilgilin yaşadığı evin qarşısından keçərkən nabələd ağ rəngli avtomobilin dayandığını görmüş və evə daxil olaraq evdə tanımadığı bir qadın və bir kişi görmüşlür. Qadın özünü Gülnarə kimi təqdim etdi, Sahil Babayevin işçisi olduğunu və sosial şəraiti aşağı olan imkansız ailələrə köməklik etdiklərini bildirdi. Gülnarənin qara əl çantası göstərib orada pensiyaya çıxan şəxslərin sənədlərinin olduğunu dedi. O, söhbət əsnasında bilmişdir ki, artıq Amil bu qadınla pensiya və sosial işə görə aralarında danışıqlar olmuş, Amil onun, ailə üzvlərinin və həmin tanımadığı kişinin yanında Gülnarəyə 4000 (dörd min) manat pul verdi. Gülnarə onu da pensiyaya çıxartmağı təklif etdikdə, o ona pulunun olmadığını demişdir. Gülnarə pulu qara çantasına qoyub çaylarını içib gəldiyi oğlanla getdi. 2020-ci ilin fevral ayının əvvəllərində Amil ona saat 16-17 radələrində telefonla zəng edib Gülnarə ilə İsmayıllıdan Şamaxıya qayıtdığını və təcili evlərindən 3000 manat pul götürüb yola, yəni “Sevinc” restoranının qarşısına gətirməyi xahiş etdi. O da Amilgilin evinə gedib bacısı Güneldən üç min pulu götürüb yola çıxardaraq Amilə vermişdir. Amil də onun gözünün qarşısında pulu Gülnarəyə vermişdir. Gülnarə sürücüsü Məhəmməd adlı şəxslə Şamaxıya bir neçə dəfə gəlmişdir. Gülnarənin Məhəmməddən başqa Şükür adında sürücüsü də olmuşdur ki, hətta Amilin atasının ildönümünə bir yerdə həmin sürücü ilə Qaravəlli kəndinə gəlmişdilər. O, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 15000 manata yaxın pul verdiyini Amilin özündən eşitmiş, lakin 7000 manat pulu Təqsirləndirilən şəxs1 verərkən orada iştirak etmiş və bunu sürücüsü Məhəmməd də təsdiq edə bilər. O, sonradan həmin Gülnarə adlı qadının əsl ad və soyadının Təqsirləndirilən şəxs1 olduğunu Amildən eşitmişdir. Şahid2 ifadələrindəf göstərdi ki, 2018-ci ilin sentyabr ayından *2111 taksi sifarişi şirkətində özümə məxsus icarədə olan “Pejo Xəzər” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 ilə ədavəti, qohumluğu yoxdur. O, Samirəni 2018-ci ilin payız aylarından tanımış və buna səbəb taksi xidməti ilə bağlı olmuşdur. O, fasilələrlə Təqsirləndirilən şəxs1 ümumilikdə bir ilə yaxın taksi xidməti göstərmiş, bəzən taksi kimi xidməti gün ərzində, bəzən günortaya qədər ona xidmət etmişdir. Ona Məhəmməd adlı şəxs də taksi xidməti göstərmişdir. Məhəmməd Samirəni ondan əvvəl tanımış və münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1 ona vəkil hüquqşünas olduğunu, görüşdüyü şəxslərə də “28 May” metrosunun yaxınlığında dəmiryolu vağzalının ətrafında Vəkil Bürosunda hüquqşünas vəkil olduğunu, Samirəni avtomobildə gedərkən mobil telefonla danışarkən kimlərəsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəkili olduğunu da dediyini eşitmişdir. O, Samirənin hansısa həkimlərin qəbuluna düşdüyünü dediyiyni eşitmişdir. Samirə həmin iş yerləri barədə məlumatları dəfələrlə telefon danışıqlarında və görüşdüyü şəxslərə demiş və ondan həqiqətən vəkil olubolmadığını soruşduqda ona da vəkillik etdiyini və Əmək Nazirliyinin vəkili olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 2-3 ay xidmət göstərdikdən sonra Samirənin ayrıayrı şəxslərin xəstəliklə bağlı təqaüdə çıxarılmasından ötrü “20 Yanvar" metrosunun yaxınlığında “Respublikanski” deyilən xəstəxanaya, Sumqayıt şəhərində hansısa mərkəzi poliklinikaya, Bakı şəhərində hazırda xatırlamadığı ayrı-ayrı poliklinikalara da hanısa həkimlərin yanına dəfələrlə gedib-gəlmiş, lakin şəxsən Samirənin kimlərlə görüşdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə Bakı şəhərində görüşməklə yanaşı rayonlara da gedirdi. Samirə təxminən 10 dəfə bəzən özü tək, bir dəfə Məhəmməd də onlarla bərabər, eyni zamanda 1-2 dəfə bacısı oğlu Elvinlə bir yerdə Şamaxı rayonuna getmişdir. Samirəni bir neçə dəfə Şamaxı rayonuna xəstəxanaya və həmin rayon sakini olan Lalə müəllimənin evində görüşmüşlər. Samirənin Lalə müəllimə ilə görüşməkdə məqsədi onun qohumuna pensiya düzəlməli, həmçinin aralarında sosial evlə bağlı və həmin evə görə Lalə müəlliməyə yolda olmaqla Şamaxıya gəldiyini və pulu hazırlamağı dəfələrlə telefonda danışdığını eşitmişdir, lakin Lalə müəllimənin onun yanında Samirəyə pul verməsinin şahidi olmamışdır. Samirənin Şamaxı xəstəxanasında işləyən Aygün adlı qadınla da münasibətləri olmuş, lakin nə kimi münasibətləri olduğunu konkret bilməsə də, ancaq Samirə bir neçə dəfə Lalə müəllimənin evinə Aygünlə birlikdə getmişdir. O, Samirənin maşında yol gedərkən etdiyi söhbətlərdən belə başa düşmüşdür ki, Lalə müəlliməni Samirə ilə Aygün adlı qadın tanış etmiş, hətta bir dəfə Samirə həyat yoldaşının növbədə olmaqla işdən çıxa bilmədiyini və Rasimin karta pul atacağından ondan xahiş etmişdir ki, anası Sədaqətin "xxxx" kartına pul atsın və həmin pulu çıxardıb Samirəyə versin. O, buna etiraz etməmiş və karta nə qədər pul atıldığını hazırda xatırlamasa bütün pulların Kapitalbank” ASC-in Şüvəlan qəsəbəsində yerləşən “Araz” supermarketlə üzbəüz bankomatdan çıxardıb Samirəyə vermiş və həmin puldan Samirə ona heç bir məbləğdə pul verməmiş, sadəcə 6 manat taksi pulunu almışdır. X52 Əzizxan adlı şəxslə də görüşmüşdür. X48 qohumlarına Bakı şəhərindən sosial evlər təşkil etməli idi və onların arasında bu mövzuda söhbət olunduğunu X49 Şamaxıda hansısa restoranda əyləşib çörək yeyərkən, eləcə də telefonda danışarkən eşitmişdir. Samirə hər dəfə Lalə müəlliməyə və Hacı Əzizxana sosial evlərin verilməsi ilə əlaqədar sənədlərlə məşğul olduğunu deyib müəyyən vaxta qədər həll olunacağını vəd etmişdir. X49 Bakı şəhərində Yasamal rayonu ərazisində yerləşən gürcü restoranında da əyləşmişlər. O, Şamaxı şəhər sakini Hacı Əzizxana da özünü Sosial Nazirlikdə hüquqşünas işlədiyini deyərkən eşitmiş və X50 rayonunda sələmə pul verən şəxs kimi Təqsirləndirilən şəxs1 ondan sələmə pul almasının şahidi olmamış və Samirə yolboyu bu barədə heçnə deməmişdir. X45 qohumlarına Bakı şəhərində sosial ev təşkil edəcəyindən danışmışdır. X7 gedən yolun solunda Qaravəlli kənd sakini olan Amil adlı şəxslə də görüşmüş, Samirə Amilə övladlarının pensiya işində və Bakı şəhərindən sosial evlər təşkil etməli idi və onların arasında bu mövzuda söhbət olarkən Samirə Amilgilin evində danışarkən eşitmişdir. Samirə hər dəfə Amilə sosial evlərin verilməsi ilə əlaqədar sənədlərlə məşğul olduğunu deyib onu tez növbəyə salıb müəyyən vaxta qədər həll olunacağını ona vəd vermişdir. Samirəni 3 dəfə Amilin evinə aparmış, 2019-cu ilin fevral ayında Amilin atasının ildönümünə Samirəni tanımadığı bir qadınla da gətirmişdir. Samirə Amilin övladının doğum günündə də iştirak etmiş, hətta Amili ailəsi ilə “Şamaxinka” deyilən yerdə qarşılayıb Samirənin yaşadığı Şüvəlan Əncillik deyilən əraziyə gətirmiş, sonra isə başqa maşınla Şamaxıya getmişlər. 10 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 açıq rəngli “VAZ 2101” markalı avtomobillə gələrək maşında sürücüdən başqa 1 qadın və 1 kişi xeylağı olmuş, Samirə onun maşınından düşüb onların avtomobilinə əyləşmiş və bir neçə dəqiqədən sonra geri dönmüşdür. O, Samirəyə çatdırılmmasından ötrü Amildən pul almamış və Samirəyə verməmiş, lakin Amilin və Samirənin söhbətlərindən belə başa düşmüşdür ki, Amil Samirəyə övladlarının, özünün və sosial evinin həlli üçün hansısa miqdarda pul vermişdir, çünki bu qənaətə gəlməyinə səbəb Samirənin Amillə pensiya işləri ilə bağlı Amilin evində oturub söhbət edərkən uşaqlarına, özünə pensiya düzəldəcəyini və aylıq pul alacaqlarını, həmçinin Amilin yaşadığı şəraitə görə ona sosial ev düzəldəcəyini vəd edərkən bu söhbətlərin şahidi olmuş və Samirə həmin işləri pul qarşılığında etmişdir. Şahid5 ifadəslərində göstərdi ki, Şahid3 ilə nikahdan Aygün, Eldəniz, Aybəniz, Natavan və Səbuhi adlı 5 övladı dünyaya gəlmişdir. Qızı Təqsirləndirilən şəxs2 Sahib Mayılovla rəsmi nikah qeydiyyatından keçərək bu nikahdan Aysel Mayılova adlı qız övladları dünyaya gəlmişdir. Aygün təxminən 3 il olar ki, Şamaxı rayon Mərkəzi Xəstəxanasında kiçik tibb işçisi vəzifəsində işləyir. O, Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs4, rayonun Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs5, Qonaqkənd kənd sakini Zərərçəkmiş şəxs3, Sabir qəsəbə sakini Mahirə adlı qadını şəxsən görüb tanımışdır. Belə ki, rayonun Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs5 oğlu Eldənizin mobil nömrəsinə zəng edərək Aygün ondan uşaqlarının pensiyaya çıxması üçün pul aldığını dedikdə o, bu barədə qızı Aygünlə danışaraq nə məsələ olduğunu soruşduqda Aygün Bakı şəhərindən bir nəfər özünü Gülnarə adı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində vəzifəli şəxs olduğunu deyərək Şamaxı rayon Mərkəzi xəstəxanasında təsadüfən tanış olmuşdur. Gülnarə Aygünə mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar əlillərə sosial evlərin növbədən kənar pulunu hissə hissə ödəməklə və hərbi xidmətdə yaralanan hərbçilərə, xəstə uşaqlara təqaüd düzəlməsini həyata keçirtdiyini də bildirmişdir. Adları çəkilən Şamaxı rayon sakinləri ilə Gülnarəni qızı Aygün tanış etmiş və həmin şəxslərə pensiya və sosial mənzil verilməsi üçün pulların bir qismi Aygün vasitəsilə Gülnarəyə verilmişdir. Bunu qızı Aygün özü ona demişdir. Zərərçəkmiş şəxs5 də 5000 manat pulu Aygün vasitəsilə Gülnarəyə verdiyindən həmin Gülnarəni tapa bilmədiyi üçün pulunu Aygündən tələb etməyə başlamışdır. Amil Şamaxı rayon polis şöbəsinə ərizə ilə şikayət edərək həmin pul ailəsi tərəfindən toplanıb Zərərçəkmiş şəxs5 ziyanı tam olaraq bağlanmışdır. Bundan başqa, Şamaxı rayon Qonaqkənd kənd sakini Zərərçəkmiş şəxs3 Aygünün əri Sahib Mayılovun qohumu olmuşdur. Rauf pensiyaya çıxmasından ötrü Aygün vasitəsilə 2000 manat pulu Gülnarəyə vermiş, lakin Rauf pensiya işinin düzəlmədiyini görərək pulunu Aygündən geri tələb etmiş, həmin pulu Aygün özü və ərinin köməkliyi ilə Raufa 2000 tam olaraq qaytarmışlar. Bundan başqa, rayonun Sabir qəsəbə sakini Mahirə adlı qadının ailə üzvlərinə pensiya təyin olunması üçün ondan 4500 manat pul alınmış və həmin puldan 500 manat Aygün, özü isə aybaay 100-200 manat olmaqla şəxsən Mahirənin özünə cəmi 1500 manat olmaqla ümumilikdə 2000 manat Mahirəyə geri qaytarılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 Gülnarə ilə Aygün tanış etdiyi üçün ona da növbəsiz sosial mənzil verilməsindən ötrü dəqiq məbləği bilməsə də Lalə müəllimədən xeyli miqdarda pul Aygün vasitəsilə alınaraq Gülnarəyə verilmişdir. Laləxanım müəllimənin də işi alınmayaraq Gülnarə tərəfindən aldanmışdır. Lalə müəllimə Gülnarəyə Aygün vasitəsilə verdiyi pulları tələb etdiyi üçün Aygünün pis vəziyyətdə qaldığını görmüş və Laləxanım müəlliməylə görüşüb ona vaxt verməsini və onun pullarını hissə-hissə ödəyəcəyinə söz verməklə Laləxanım müəlliməyə cəmi 7000 manat pul ödənişi etmişdir. Şahid qismində dindirilmiş Şahid3 da Şahid5 ifadələrinə oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərilənləri eynilə təsdiq etmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, fasilələrlə Təqsirləndirilən şəxs1 ümumilikdə 1 il 6 ay müddətində taksi xidməti göstərmişdir. Təqsirləndirilən şəxs1 ona Vəkil Bürosunda vəkil işlədiyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olduğunu demişdir. Samirə telefonda danışarkən müxtəlif şəxslərə də özünü vəkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim etmiş, bəzən nazir Sahil Babayevin qəbuluna düşdüyünü də demişdir. O, Təqsirləndirilən şəxs1 2-3 ay xidmət göstərdikdən sonra bilmişdir ki, Samirə ayrı-ayrı şəxslərin xəstəliklə bağlı təqaüdə çıxarılmasından ötrü şəhərin müxtəlif ünvanlarında olan xəstəxanalara, poliklinikalara, hansısa həkimlərin yanına dəfələrlə gedib-gəlmiş, lakin şəxsən Samirənin kimlərlə görüşdüyünü bilməmiş, çünki avtomobildə əyləşib Samirəni gözləmişdir. Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə Bakı şəhərində görüşməklə yanaşı rayonlara da getmiş, belə ki, ya özü tək, ya da bacısı oğlu Elvinlə bir yerdə Şamaxı rayonuna getmişdir. Samirəni bir neçə dəfə Şamaxı rayonuna xəstəxanaya və həmin rayon sakini olan Lalə müəllimənin evində görüşmüşlər. Samirənin Lalə müəllimə ilə görüşməkdə əsas məqsədi aralarında sosial evlə bağlı və həmin evə görə Lalə müəlliməyə pulu hazırlamağı dəfələrlə telefonda danışarkən bu söhbətləri eşitmiş, lakin Lalə müəllimə onun yanında Samirəyə pul verməsinin şahidi olmamışdır. Samirəni Lalə müəllimə ilə Aygün tanış etmiş, Aygün Şamaxı xəstəxanasında tibb bacısı işləmişdir. Samirə bir neçə dəfə Lalə müəllimənin evinə Aygünlə birlikdə getmişdir. Samirə həyat yoldaşının növbədə olmaqla işdən çıxa bilmədiyini və Rasimin karta pul atacağından ondan xahiş etmişdir ki, "xxxx" kartına pul atsın və həmin pulu çıxardıb Samirəyə versin. O, buna etiraz etməmiş və karta nə qədər pul atıldığını hazırda xatırlamasa bütün pulları bankomatdan çıxardıb Samirəyə vermişdir. X7 gedən yolun solunda Qaravəlli kənd sakini olan Amil adlı şəxslə də görüşmüş, Samirə Amilə övladlarının pensiya işində və Bakı şəhərindən sosial evlər təşkil etməli idi və onların arasında bu mövzuda söhbət olarkən Samirə Amilgilin evində danışarkən eşitmiş və hətta Amil sosial evə görə Samirəyə onun yanında 2020-ci ilin yanvar ayının sonlarında 4000 manat pul vermişdir. Bundan bir neçə hün sonra Samirə İsmayıllı rayonuna hansısa kollecə və ya məktəbə kiminləsə görüşə gedərkən yolüstü Amilə zəng edərək oAmil də onlarla İsmayıllıya getmişdir. İsmayıllıdan qayıdanda Samirə yolda Amilə dedi ki, “danışdığımız kimi sosial evin və pensiya işlərinin həlli üçün qalan pulları da vermək lazımdır"’. Ona görə də Amil onun və Samirənin yanında kiməsə zəng edərək yolun üstünə pul gətirməyi bildirdi. Amili yolda düşürdəndə tanımadığı şəxslə Amil görüşdü, Amil də öz növbəsində Samirəyə kağızda pul verdi, sözün düzü, kağızın içərisində nə qədər pul olduğunu bilməsə də avtomobilin salonunda edilən söhbətlərdən belə başa düşdü ki, Amil kiməsə yolun üstünə 3000 manat pul gətirməyi demişdi və həmin pul da Samirə tərəfindən alınmışdır. Amilin Samirəyə 7000 manat pul verməsinin şahidi olmuş, həmin puldan ona heç bir məbləğdə pul verilməmiş, ancaq taksi kimi xidmət haqqını ondan almışdır. Təqsirləndirilən şəxs1 bir neçə dəfə idarə etdiyi avtomobillə Şamaxı rayonuna getməklə, eyni zamanda Zərərçəkmiş şəxs1gilin evində olmuşlar. Samirə baxıcı molla axtardığından Şamaxıda yerləşən “VİP” marketdə işləyən Adilə xanımdan maraqlanaraq onu Qobustan rayonu Mərəzə qəsəbəsində hansısa molla yanına aparmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əlil maşını və sosial evlə təmin etməliydi. O, Sahib kişinin Samirəyə 3000 manat pulu yaşadığı evdə verməsinin şahidi olmuş, başqa pul verməyinin şahidi olmamış, ola bilsin ki, Samirə Şükürlə də Şamaxı gəlmişdir. Şükür ondan da çox Şamaxıya maşın sürmüşdür. Samirə Şükür və ondan başqa digər adları yadında qalmayan sürücülərlə də Şamaxıya getmişdir. Samirə Şamaxı rayon Sabir qəsəbə sakini Mahirə adlı qadınla elə Sabir qəsəbəsində görüşərkən şahidi olmuşdur. Həmin Şamaxı rayon Qaravəlli kənd sakini Amil adlı şəxs həmin bu Mahirəni tanıyan adamdır. Samirəyə Amilin pensiya və sosial ev məsələsinə görə əvvəlcə Mahirəyə müraciət etsə də Samirə həmin şəxsi, yəni Amili şəxsən görmək istədiyini və vacib bir məsələ olduğundan özü ilə görüşməyi demişdir. Samirə hər dəfə Amilə sosial evlərin verilməsi ilə əlaqədar sənədlərlə məşğul olduğunu deyib onu tez növbəyə salıb müəyyən vaxta qədər həll olunacağını ona vəd vermişdir. Samirəni 2 dəfə Amilin evinə aparmışdır. Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə Bakı şəhərində görüşməklə yanaşı, o cümlədən rayonlara da gedərək ayrı-ayrı şəxslərlə görüşmüşdür. O, Samirəni bir neçə dəfə də Şamaxı rayonuna apararkən Samirə Aygün adlı qadınla mütəmadi görüşmüş X33, Amil adlı şəxslərlə görüşmüş, Samirənin Laləxanım müəllimənin və Amilin özünə Bakı şəhərindən sosial evlər təşkil etməli olduğunu onların arasında bu mövzuda telefonda söhbət olarkən eşitmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1, Şahid6, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs6, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında, Zərərçəkmiş şəxs2 ilə isə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə zamanı onlar ifadələrində göstərdiyi halları təqsirləndirilən şəxslərin özlərinin iştirakı ilə təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən 19 fevral 2019-cu il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X5 “Parsial epilepsiya xəstəliyi, generalizə olunmuş tez-tez təkrarlanan tonik- klonik qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) BQDC İİ dərəcə, asteno-nevrotik vəziyyət” diaqnozu ilə əlillik səbəbinin ümumi xəstəlik olmasına dair 0487003AAFL8 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin 19 fevral 2020-ci il tarixdə qiymətləndirilərək əlil və sağlamlıq imkanlarının məhdudluq müddəti 19 fevral 2023-cü il tarixədək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş “Azercell Telekom” və "xxxx" MMC- lərdən götürülmüş telefon danışıqlarına dair CD disklərə 13 sentyabr 2022-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********95 nömrəsi ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan +**********51 nömrə arasında ayrı-ayrı tarixlərdə olmaqla 24 dekabr 2019-cu il tarixdən 11 iyun 2020-ci il tarixədək, Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********21 nömrə arasında ayrı-ayrı tarixlərdə 25 dekabr 2019-cu il tarixdən 04 aprel 2020-ci il tarixədək, Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********45 nömrə arasında ayrı-ayrı tarixlərdə 30 dekabr 2019-cu il tarixdən 06 iyun 2020-ci il tarixədək, Zərərçəkmiş şəxs5 istifadəsində olan +**********90 nömrə arasında ayarı-ayrı tarixlərdə 30 mart 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək, Şahid1 istifadəsində olan +**********05 nömrə arasında ayrı-ayrı tarixlərdə 22 dekabr 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və Şahid2 istifadəsində olan +**********58 nömrə arasında ayrı-ayrı tarixlərdə olmaqla 22 dekabr 2019-cu il tarixdən 10 aprel 2020-ci il tarixədək mütəmadi danışıqların və sms yazışmalarının olduğu müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X43 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon X25 Hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 65 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli, 985-K nömrəli əmrlə əmək müqaviləsi əsasında Konsultativ poliklinika şöbəsinin Sanitar qadın vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixdən bugünədək Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X43 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon X24 Hüquqi şəxsində təsərrüfat bacısı vəzifəsində işləyir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin əsli, 3 ədəd ödəniş qəbzi, “Azercell Telekom” və "xxxx" MMC-lərdən götürülmüş telefon danışıqlarına dair 2 ədəd CD disk hazırkı cinayət işinə əlavə edilməklə 16 sentyabr 2022-ci il tarixli qərarımla maddi sübut qismində tanınmışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310, 32.4,312.2 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif etmişdir. Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələrinin xaric edilməsini təklif etdi. Məhkəmə həmin halı nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələrinin xaric edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Yavər qızı zərəçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 nəvəsi Yağmur Abdullayevanın adına sonuncu müayinəyə dair məlumat vərəqəsini Zərərçəkmiş şəxs4 vermədiyini, Şamaxı rayon sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 tanımadığını, habelə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 Bakı şəhəri ərazisində güzəştli qaydada sosial ev və pensiya düzəltməyi vəd etmədiyini, həmin şəxslərdən Zərərçəkmiş şəxs4 tanımadığı qohum və tanışlarına ünvanlı sosial yardım düzəldilməsi üçün ondan 7.800 manat pul aldığını, eləcə də Zərərçəkmiş şəxs5 Məşğulluq idarəsində adının növbəsiz yazdırmaqla heyvandarlıqla məşğul olmasına dair 5.000 manat pulunu aldığını etiraf edib desə də, onun göstərdiyi xüsusatlar zərərçəkmiş və şahid ifadələri, Yağmur Abdullayevanın adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən 19 fevral 2020-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsinin Samirə tərəfindən Zərərçəkmiş şəxs4 verildiyi saxta sənədin özü, özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edib bunu təsdiq edən həmin nazirliyin adı qeyd olunmuş birkanı boynunda gəzdirmsəsini təsdiq edən ifadələrlə və işin faktiki halları ilə təkzib olundu. Məhkəmə, bu səbəbdən də Təqsirləndirilən şəxs1 ifadələrinin həmin hissələrini özünün müdafiəsi yönələn faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bildi, lakin o, Təqsirləndirilən şəxs1 törətdiyi dələduzluq hərəkətlərindən qabaqcadan məlumatı olmadığını, Şamaxı rayon sakinlərini Təqsirləndirilən şəxs1 ilə tanış edərkən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə sosial ev və pensiya işlərinə görə bilavasitə və ya Təqsirləndirilən şəxs1 iştirakı ilə aldığı pullara görə həqiqətən də onların işlərinin müsbət həll olunacağını güman etdiyini bildirdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 bu ifadələri məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin və işin faktiki halları ilə təkzib olundu. Çünki ümumi anlamda dövlət orqanının əməkdaşının bu və ya digər şəxsin sosial ehtiyaclarını, hazırkı iş üzrə is şəxslərə əlillik dərəcələrini müəyyən etmək, əlillikləri olan şəxslərə Bakı şəhərində sosial ev, torpaq sahəsi vermək, onları minik avtomobilləri ilə təmin etmək üçün agentini rayonlara göndərib vətəndaşlardan pul yığıb, həmin pulun müəyyən hissəsini həmin sosial təminata ehtiyacları olan şəxsləri tapan şəxsə ödənilməsi ağlabatan deyildir. Çünki hər bir anlaqlı şəxsi sosial təminatların pulsuz olduğunu bilir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs2 ifadələrinin həmin hissələrini də özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamasının, və Təqsirləndirilən şəxs2n Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 310, və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməllərinin isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmənin bu qənaəti, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 19-cu bəndində göstərilən yanaşma baxımından da əsaslıdır. Belə ki, orada göstərilir ki, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmaq üçün şəxs saxta sənədlərdən istifadə etdikdə, ödəniş vasitəsi kimi saxta pulla hesablaşdıqda, vəzfəli şəxsin səlahiyyətlərini mənimsədikdə, ümumiyyətlə belə əmlak ziyanı vurma halları digər cinayət xarakterli əməllərin törədilməsi ilə müşayiət olunduqda, şəxsin Cinayət Məcəlləsinin müvafiq olaraq 320.2, 204, 310-cu maddələri və yaxud CM-in Xüsusi hissəsinin müvafiq əməli nəzərdə tutan digər maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş 15.000 manat, Zərərçəkmiş şəxs2 vurulmuş 4.500 manat, Zərərçəkmiş şəxs3 vurulmuş 2.000 manat, Zərərçəkmiş şəxs4 vurulmuş 35.000 manat, Zərərçəkmiş şəxs5 vurulmuş 14.500 manat və Zərərçəkmiş şəxs6 vurulmuş 5.500 manat zərərin tam ödənilməsi və cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət büdcəsinə həmin məbləğlərin ümumi miqdarının 25 (iyirmi beş) faizinin, yəni 19.125 (on doqquz min yüz iyirmi beş) manat məbləğin ödənilməsi müəyyən olundu. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 178.2ci maddəsində nəzərdə tutulmuş əməllərini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş zərəri tam ödədikdə, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə bu hal üzrə qərar qəbul edərkən cinayət qanununun tələblərini nəzərə alır. Məhkəmə həmin halı nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsində göstərilən əsaslarla müvafiq olaraq təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-ci maddələrinə və Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4,-cü maddələrinə münasibətdə cinayət məsuliyyətindən azad edilmələrini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 320.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi müəyyən olundu, çünki o, bu əməli 2020-ci ilin fevral ayında törətmiş və bu kateqoriya əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti iki il müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə cinayət qanunun onun həmin maddə ilə təqsirli bilinib cəza təyin edilməməsi barəsində tələblərini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-in 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 60 (altmış) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də ona 360 (üç yüz altmış) manat ödənilməlidir. Məhkəmə həmin məbələğin dövlət büdəcsi hesabına ödənilib Təqsirləndirilən şəxs2 həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 tərəfindən 9.990 (doqquz min doqquz yüz doxsan) manat həmin məbləğdə pulun ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına qoyulması müəyyən olundu. Məhkəmə, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini nəzərə alıb həmin məbləği Təqsirləndirilən şəxs1 qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin əslinin, 3 ədəd ödəniş qəbzinin, “Azercell Telekom” və "xxxx" MMC-lərdən götürülmüş telefon danışıqlarına dair 2 ədəd CD diskin cinayət işin materillarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin Mərdəkan qəsəbəsi üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmədə, Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində azyaşlı uşaqlarının olması, dələduzluq hərəkətələri nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinin törədilməsi hallarını, şəraitini, həmin əməli törədərkən maddi və mənəvi ehtiyaclardan əziyyət çəkən cəmiyyətin həssas üzvlərinin əmlakını ələ keçirmək üçün istifadə edib qurbanlarının vəziyyətini daha da ağırlaşdırıb buna bigənə qalmasını, cinayət əməllərini peşə şəkilində törətməsini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna əsaslanıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddətini müəyyən edərəkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 310cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə münasibətdə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2 maddəcb xaric olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar, yəni Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 dekabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınıb, cinayət işinə əlavə edilmiş, 01 ədəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədlərinin əsli, 3 ədəd ödəniş qəbzi, “Azercell Telekom” və "xxxx" MMC-lərdən götürülmüş telefon danışıqlarına dair 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsindən Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Vəkillər X19 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 həmin ödəmədən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar