Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-104/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan Respublikası Exeqnadzor rayonu, Amağu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkar, əvvəllər məhkum olunmayan, Naxçıvan MR-sı Şərur rayonu, Mahmud kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllə, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib özünü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi, Qəhrəman Fərəcovun isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssisi kimi zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edəcəkləri, sənədləşmənin aparılması və başa çatdırılmasının ona aid olması, pulların alınaraq sonradan bölüşdürüləcəyi barədə qabaqcadan öz rollarını aralarında bölüb razılaşdıqdan sonra 450.000 manat müqabilində Zərərçəkmiş şəxs faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 534m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin may ayının ortalarında ünvan 1 ünvanda 24000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10000 (on min) manat, 2021-ci ilin iyun ayının əvvəllərində Yasamal rayonu, Naxçıvani küçəsində Şahid1 vasitəsilə 3000 (üç min) manat, 2021-ci ilin iyun ayının ortalarında Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid1 vasitəsilə 10000 (on min) manat, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİ-nin yaxınlığında Zərərçəkmiş şəxs özündən 60.000 (altmış min) manat, 2021-ci ilin iyul ayının əvvəllərində Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid1 vasitəsilə hissə-hissə olmaqla 15.000 (on beş min) manat, 20.000 (iyirmi min) manat və 10.000 (on min) manat, ümumilikdə 162.000 (yüz altımış iki min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Fuad” adlı şəxsi tanımır. Belə ki, Fuadla hər hansı bir telefon danışığı və ya mesajlaşması yoxdur. Fuadla cəmi bircə dəfə görüşüb çay içmişlər. Onun Fərəclə münasibəti olmuşdur. Lakin onun yanında Fuad Fərəcə pul verməmiş, ümumiyyətlə, Fuadla Fərəcin arasında olan hər hansı söhbətdən məlumatı olmamışdır. Buna görə də ona verilmiş ittihamda özünü təqsirli bilmir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Fərəci 15 ildir ki, tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadədə “Fuad” adlı şəxsi tanımadığını bildirmişdir. İlkin ifadəsində göstərmişdir ki, Şahid2 ona zəng edib. Bundan sonra onun avtomobili ilə Pirşağı qəsəbəsinə getmişlər. Lakin o maşından enməmişdir. Fuadla Fərəc isə getmişlər. Həmin müddət ərzində o, təxminən 30-50 (otuz-əlli) dəqiqə Fuadla Fərəci gözləmişdir. Bundan sonra Fuad gələrək adını demiş, o da adının “Nofəl” olduğunu Fuada bildirmiş və daha sonra ayrılmışlar. Aralarında hər hansı bir söhbət olmamışdır. Fuadla Fərəcin vasitəsilə tanış olmuşdur. Pirşağıda “Aylı gecə” restoranında və Pirşağıda yerləşən dəniz qırağında olan restoranda birgə çay içmişlər. Pirşağıda “Aylı gecə” restoranında oturarkən mobil telefonları kənara qoymuşlar. O, Fuadla Novxanıda yerləşən “Praqa” restoranında görüşməmişdir. İnqilab küçəsində Zöhrabgilin evinin yaxınlığında beşmərtəbəli binanın altındakı kafedə Fuad, Zöhrab və Fərəclə görüşməmişdir. O Fərəci 15 ildir ki tanıyır, bir-birinin evinə gedib-gəlmişlər. Fərəc əvvəllər mühafizə polisində işləmişdir. O, bizneslə məşğul olmuş, tikinti işləri var. Torpaq və xəritəçəkmə komitəsində işləməmişdir. O, Zərərçəkmiş şəxs torpaq komitəsində işlədiyini deməmişdir. O, şəxsən Fuadla görüşməmiş, onu Fərəclə görüşəndə görmüşdür. Onun heç vaxt Fuadla görüşmək barədə zəngləri olmamışdır. O, 16 yanvar 2023-cü il tarixdə axtarışda ola-ola könüllü gedib ifadə vermişdir. Onun Zərərçəkmiş şəxs pul borcu olmamış, ümumiyyətlə onun Fuadla pul alış-verişi olmamışdır. Fərəcin pul almasından 4-5 ay sonra xəbəri olmuşdur. Fərəc ona pul verməmişdir. Onun nə Fərəcə nə də Fuada borcu yoxdur. Fərəcə onun yanında zəng gəlmiş, o zaman bilmişdir ki, pul məsələsi var. Onun yanında Fuad Fərəcə pul verməmişdir. Fərəcə onun pulunu ödəməyə dost kimi köməklik edəcəyini demişdir. Onun Fuadla bir dəfə də olsun telefon danışığı olmamışdır. O Fuadı tanımamışdır. Fuadla cəmi 2-3 dəfə Fərəcə görə görüşmüşdür. Onun Fuadla hər hansı bir alış-verişi olmamışdır. Məsələn, restoranda 4-5 nəfərlə oturmuşlar, həmin vaxt Fuad gəlmişdir. Fuad ona pul verməmişdir. Fuadın kiməsə pul verməsinin şahidi olmamışdır. Eyni zamanda, Fuadın hər hansı şəxsə pul verməsindən xəbəri olmamışdır. Fuad çox söz deyə bilər. 30.000 (otuz min) manat məbləğində pulun Fuada aidiyyatı yoxdur. 16 yanvar 2023-cü il tarixdə o könüllü şəkildə gələrək ifadə vermişdir. Həmin vaxt Fuad və Fuadın şahidi də gəlmişdir. O Kamil, İslam, Orxan adlı şəxsləri tanımır. O, Fərəcə bu işlərin yuxarıda adları çəkilən şəxslər vasitəsilə görüldüyünü deməmişdir. Bu işdə onun hər hansı günahı yoxdur. Fərəclə Fuadın arasında nəsə baş veribsə, ona aidiyyatı yoxdur. 2021-ci ildə Fərəc Fuadgilin evində olmuşdur. O da maşında gözləmişdir. Onun iştirakı ilə pul söhbəti getməmişdir. O, heç vaxt Fuadla görüşməmişdir. Restoranda 4-5 nəfərlə oturmuş, sonradan Fuad gəlmişdir. Fərəc, Zöhrab, Fuad və o biryerdə otururmuşlar. Fuad onun yanında heç kəsə pul verməmişdir. Fuad ona hər hansı bir sənəd verməmişdir. Fərəcə o, şəxsi imkanları ilə əlaqədar çox köməklik etmişdir. X11 RPİ-də axtarışda olduğu üçün tutulandan sonra Fərəcə artıq kömək etməmişdir. Fərəc Bakı istintaq təcridxanasında olan zaman Şahid2la 37 (otuz yeddi) dəqiqəlik səs danışığı olmuşdur. Fərəc ona bildirmişdir ki, “Fuad mənə dedi ki, sən Nofəlin adını çək, mən səndən pul istəməyəcəm, pulu Nofəldən alacam”. O, X17 Polisinin yaxınlığında görüşməmişdir. Fuad onun yanında Fərəcə pul verməmişdir. Əgər onun Fuada borcu olsaydı, ödəmək üçün vaxt istəyərdi. Onun Zöhrabla hər hansı münasibəti yoxdur. Pirşağıda içki məclisi olmuşdur. Fuadı Fərəc çağırmışdır. Fərəc Fuada “mənim sənə inam-etibarım yoxdur” deyərək, telefonları bir kənara qoymağı xahiş etmişdir. O, “Fuad müəllim, Fərəcə möhlət ver. Mən cavabdehəm. Fərəc, məsələni həll edəcək.” deməmişdir. O, Fərəcdən Fuadın pulunu aldığını bildirməmişdir. O, özünü Fuada keçmiş polis işçisi və Əmlakda rəhbər şəxslərdən birinin bacısı oğlu kimi təqdim etməmişdir. O, Fuadın işi ilə bağlı Fərəcdən ümumiyyətlə pul almamışdır. Fərəclə onun Abşeronda tikinti işi olmuşdur. Belə ki, Fərəc gedib-gəlirmiş və tikinti üçün köməklik edəcəyini bildirirmiş. Lakin onlar şərik olmamışlar. O fərdi sahibkardır. Naxçıvanda maşın yağları, akkumlyator və təkərlərin satışı ilə məşğuldur. O, Fuad müəllimə özünü Əmlak Komitəsinin işçisi kimi təqdim etmişdir. Fuad ondan heç vaxt pul tələb etməmişdir. Zərərçəkmiş şəxs ondan hər hansı bir sənəd tələb etməmişdir. Onun yanında puldan söhbət getməmişdir. Şahid2la onun arasında üzləşmə olmamışdır. Şahid2 danışdıqları yalandır. Şahid2la ədavət və düşmənçiliyi yoxdur. O Orxan, İsmayıl və Kamil adlı şəxslərin adını çəkməmiş və həmin insanları tanımır. Mehriban olan vaxt Şahid2la aralarında telefon danışığı olmuşdur. Ola bilər ki, Şahid2la aralarında SMS yazışmaları olmuşdur. Başqa işlərlə bağlı Şahid2 pul almışdır. O Zərərçəkmiş şəxsla 2-3 dəfə Şahid2la birlikdə görüşmüşlər. Zərərçəkmiş şəxsla aralarında telefon danışığı olmamışdır. Görüşdükdə Zərərçəkmiş şəxs ondan bu işin harasında olduğunu soruşmuşdur. O da Şahid2 dostu olduğunu və Fərəcə cavabdeh olduğunu demişdir. Digər görüşlərdə Zərərçəkmiş şəxsla nə danışdıqlarını xatırlamır. Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 danışdığı məsələlərin ona aidiyyatı olmamışdır. Onun Zərərçəkmiş şəxsla görüşü Pirşağı qəsəbəsində “Dostlar” kafesində olmuşdur. O və Şahid2 kafedə oturmuşlar, Zərərçəkmiş şəxs isə sonradan gəlmişdir. Səsyazmada dediyi 10 000 manat Şahid2la onun arasında olan başqa məsələ ilə bağlı olmuşdur. Səs yazılarında olan şərləyib tutdurmaq onunla bağlı başqa məsələ ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid2 təxminən 15 il olar ki, həmyerli kimi tanımış və əvvəllər onun Abşeron RPİ-nin Mühafizə Polisində işlədiyini və 3-4 il olar ki, pensiya yaşı ilə bağlı işdən çıxdığını bilmiş və həmin müddətlər ərzində onunla dostluq münasibətində olmuşdur. Zərərçəkmiş şəxs 2021-ci ilin təxminən iyun ayında tanımışdır. Belə ki, həmin ərafədə dostu Şahid2 onu Pirşağı qəsəbəsinə aparmağı xahiş etmiş və o Fərəci özünə məxsus Land Cruzer markalı **-AB-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili ilə Pirşağı qəsəbəsinə aparmış, Fərəc yolda sonradan adı ona məlum olan Zöhrab adlı şəxsi də maşına götürərək birlikdə Pirşağa qəsəbəsinə getmişlər. Zöhrabın bələdçiliyi ilə sonradan adı məlum olan Zərərçəkmiş şəxs adlı şəxsin evinə getmiş və X13 Axundovun həyət evinə sonuncunun dəvəti ilə daxil olmuş, o, özü isə maşında oturub onları gözləmişdir. Təxminən bir saat sonra onlar Fuadın həyətindən çıxmış və Zərərçəkmiş şəxs onları ötürərkən o, telefonla danışsa da sükan arxasından düşüb onunla əl verib görüşmüş, bir birinə adlarını çəkməklə tanış olmuşlar. Bundan sonra Fərəc və Zöhrabla birlikdə həmin ünvandan uzaqlaşmış, Zöhrabı yolda düşürərək Fərəclə birlikdə yaşadıqları ünvana getmişlər. Təxminən 20-25 gün sonra Şahid2 təkrar onu Pirşağa qəsəbəsinə aparmasını xahiş etmiş və əvvəlki kimi Zöhrab adlı şəxsi də yolda avtomobilə götürərək birlikdə Pirşağa qəsəbəsinə getmişlər. Orada onlar Zərərçəkmiş şəxs dəvəti ilə dəniz kənarında adını xatırlamadığı kafedə masa arxasında əyləşib çay içmiş, Fərəclə Fuad masa arxasında torpaq sənədləşməsi ilə bağlı müzakirələr apararaq söhbətlər etmişlər. Fuad müəllim dəniz kənarında onun yerinin olduğunu və onun sənədləşməsində köməklik göstərilməsini Fərəcdən xahiş etmiş və sonuncu isə ona köməklik göstərə biləcəyindən danışmışdır. Söhbət zamanı ona məlum olmuşdur ki,Fuad müəllimlə Fərəci Zöhrab adlı şəxs tanış etmiş və onlar ondan qabaq birbirilərini tanımışlar.Hətta çaydan sonra birlikdə dəniz kənarında torpaq sahəsini gəzmiş və Zərərçəkmiş şəxs Fərəcə həmin yeri göstərib sənədləşdirmək istədiyi yerin həmin yer olduğunu izah etmişdir. Sənədləşmə barədə söhbət etsələr də pul barədə onların arasında hər hansı danışığın aparıldığının şahidi olmamışdır.Aradan 8-9 ay keçmiş, 2022-ci ilin yay aylarında Zöhrabla birlikdə şəhərdə olduğu zaman Fərəc onun Zərərçəkmiş şəxsla görüşmək üçün Nərimanov rayonu ərazisində yerləşən “Yaban” Restoranına getmək lazım olduğunu demiş və birlikdə həmin restorana getmişlər.Orada Zərərçəkmiş şəxs Fərəci sorğu suala tutaraq nədən ona verdiyi pullara görə vəd verdiyi sənədləri hazırlayıb vermədiyini soruşmuşdur. Fərəc isə bir az da vaxt istəmiş, hansısa şəxslərlə danışdığını,ona vəd verdiyi işləri yerinə yetirəcəyini demişdir. Orada Zöhrab və o, özü də iştirak etmiş,Zərərçəkmiş şəxs onun nə üçün sürücü qismində həyətinə gəldiyini soruşmuş, Zərərçəkmiş şəxs sürücü kimi deyil dostu Fərəcin xahişi ilə onu Pirşağa qəsəbəsinə apardığını demişdir.Bundan başqa Zərərçəkmiş şəxs ona sual verərək Fərəcin ondan aldığı 60.000 manat pulun 30.000 manatının onda olduğunu soruşduqda Fərəclə onun ortaq işlərinin olduğunu, Fərəcdən 2-3 ay sonra pul aldığını,həmin pulun ona aidiyyəti olmadığını demişdir.Təqsirləndirilən şəxs,həmçinin ifadəsində qeyd etmişdir ki, onun iştirakında Zərərçəkmiş şəxs tərəfindən Fərəcə pul verilməsə də onların arasında olan sonrakı danışıq və görüşlərdən aralarında 60.000 manatın mübahisəsinin getdiyini eşitdiyini bildirmişdir.(cild 3, iş vərəqə 112-114) Məhkəmə zərərçəkmiş şəxsin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış şəxsə qarşı dələduzluq cinayətini törətməməsi və sonuncunun pullarını qanunsuz şəkildə ələ keçirməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, onu Fərəclə Şahid1 tanış etmişdir. Belə ki, Şahid1 Fərəcin bəzi sənədləşmə işləri ilə məşğul olduğunu bildirmişdir. O, Fərəclə danışmış və daha ətraflı söhbət etmək üçün Fərəc onun bağ evinə gəlmişdir. Nofəl Fərəci maşınla gətirmişdir. Nofəl avtomobildə əyləşmişdir. Zöhrab əsas işi görənin Fərəc olduğunu bildirmişdir. Fərəc Nofəlin sürücü olduğunu bildirmişdir. Hadisənin üstündən təxminən 1 il yarım vaxt keçmiş və o şikayət etmişdir. O şikayət edənə qədər Zöhrab ona bildirmişdir ki, bu bir biznesdir. Belə ki, onlar əllərinə keçən pulları yol kənarındakı torpaqlara qoyurlar. Daha sonra onları tikib arendaya verirlər. 7-8 obyektdən 20000-25000 (iyirmi min-iyirmi beş min) arenda pulu alırlar. O, pulu Fərəcə vermişdir. Belə ki, Fərəc pulu almalı, Nofəl də onu qorumalı idi. Bu, bir piramidadır. Onda Nofəlin səs yazıları var. Nofəl məsələnin içərisində olan biri kimi həmişə Fərəcin yanında olmuşdur. Dost-tanış kimi olmamışdır. Onun kimi aldadılmış zərərçəkmiş şəxslər var. Zöhrab ona hər şeyi danışdıqdan sonra o şikayətçi olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, 12 sot torpağın orderi var. Həmin torpaq 15 ildir ki, onun istifadəsindədir və bununla bağlı onda baş etibarnamə olmuşdur. Həmin torpaqların özəlləşdirilməsi üçün ona arxiv arayışı lazım olmuşdur. Lakin sonradan bildirmişlər ki, əmlakda arxiv arayışı olmur, ümumi sərəncam olur. Onun özəlləşdirdikləri torpaqlar da olmuşdur. Çıxarış almaqda məqsədi 60 sot torpağı rəsmiləşdirib satmaq olmuşdur. O torpaq alverçisi deyil. Bu işə də pis baxır. Onun şirkəti var və ona sərəncam verilmişdir. O şirkətinin qarşısındakı torpağı 05 hektar adı ilə almışdır. Həmin torpaq sahəsi qırmızı zonaya düşmür. Lakin torpaq sənədləşəndə 4,5 hektar olmuşdur. Fərəc 4,5 hektar torpaq sahəsini sənədləşməsi üçün 450.000 (dörd yüz əlli min) manat məbləğində pul verəcəyi ilə razılaşmışdır. Həmin məbləğ 60 sot torpağın rəsmiləşdirilməsinə aid deyil. Torpaqlarının rəsmiləşdirilməsi üçün müraciət etsə də arxiv sənədləri olmadan qəbul etməmişlər. Bu səbəbdən Zöhrab, Fərəc və Nofəllə iş görmüşdür. Həmin şəxslər ona 21 günə bu məsələni həll edəcəklərini bildirmişlər. Çünki məhkəmə yolu ilə həll etməyinə vaxt olmamışdır. Ancaq hal-hazırda həmin torpaq məsələsini məhkəmə yolu ilə həll edir. Zöhrab işi tez həll etməyini ona təklif etmişdir. O, Zöhrab vasitəsilə Fərəci və onların da vasitəsilə Nofəli tanımışdır. O, Zöhrab, Fərəc və Nofəl dəfələrlə birgə oturub söhbət etmişlər. Zöhrab Nofəli keçmiş polis işçisi kimi təqdim etmişdir. Nofəlin əmlakda rəhbər işçinin bacısı oğlu kimi, eyni zamanda, özünün də Torpaq Komitəsinin işçisi olduğunu ona bildirmişdir. Ondan pulu Fərəc almışdır. Nofəl isə həmin vaxt yanlarında olmamışdır. O, 24000 (iyirmi dörd min), 10000 (on min), 15000 (on beş min), 40000 (qırx min), 55000 (əlli beş min), 2500 (iki min beş yüz), 500 (beş yüz) manat məbləğində hissə-hissə olmaqla pul vermişdir. Fərəc pulları aldığını etiraf etmişdir. O, heç vaxt Nofələ əlbəəl pul verməmişdir. Nofəl qaçdığı üçün barəsində olan cinayət işi Fərəcin işindən ayrılmışdır. Fərəc və Nofələ 450000 (dörd yüz əlli min) manat məbləğində puldan şirinlik üçün nə qədər çatacağını bilmir. Ona vurulmuş 162000 (yüz altmış iki min) manat pula münasibətdə Fərəc ona əvvəl bildirmişdir ki, ayrı-ayrılıqda Nofələ 30000 (otuz min) manat və 40000 (qırx min) dollar məbləğində pul vermişdir. Lakin sonradan Fərəc bütün pulları Nofələ verdiyini bildirmişdir. O, bu işlə bağlı cəmi 162000 (yüz altmış iki min) manat məbləğində pul vermişdir. Həmin pulu hissə-hissə bir neçə dəfəyə vermişdir. Pulları əlbəəl Fərəcə vermişdir. Nofəli maşında ilk gördüyü gün bağda Fərəcə pul verib-vermədiyini dəqiq xatırlamır. Bağa gələn gün ilk dəfə Nofəli görmüşdür. Belə ki, Nofəl avtomobildən düşərək onunla görüşmüş və o da Nofəlin evə gəlməməsinin səbəbini soruşmuşdur. Nofəllə münasibətləri sonrakı görüşlərdə yaranmışdır. Nofəllə heç vaxt telefonla danışmamışdır. Belə ki, Nofəllə telefonla danışmaq heç vaxt mümkün olmamışdır. O, bütün günü Nofəl və Fərəcin dalınca düşürmüş. Fərəclə Nofəli gecə saat 01-dən 03-ə qədər yanacaqdoldurma məntəqəsinin yaxınlığında gözləmişdir. Nofəl və Fərəc isə gəlməmək üçün müxtəlif bəhanələr gətirirmişlər. İstintaqa təqdim etdiyi səs yazılarında Nofələ pul verdiyini bildirməmişdir. Çünki heç vaxt Nofələ əlbəəl pul verməmişdir. Nofəl səhv etmirsə, ona Torpaq Komitəsində işlədiyini bildirmişdir. Bəlkə də Fərəc demişdir. Zöhrab Nofəlin vəzifəli şəxsin bacısı oğlu olduğunu demişdir. Zöhrab Nofəlin işin içində olduğunu ona pərdə arxası bildirmişdir. Səs yazılarında Təqsirləndirilən şəxs verildiyi deyilən pul onun torpaq məsələsinin həll olunması üçün Şahid2 verdiyi puldur. Səs yazılarını o qeydə almışdır. Səsyazmalardakı söhbət Şahid1, Şahid2 və onun arasında gedir. O səsyazmada Şahid2 Təqsirləndirilən şəxs nəyə görə qaçdığını soruşmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə olunmamış və ondan şikayətçidir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4 ünvanda yerləşən bağ evində yaşayır. Əvvəllər uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, “Axund FTK” şirkətinin rəhbəri olmuşdur.Lakin maliyyə çətinlikləri ilə əlaqədar olaraq 2015-ci ildən şirkət fəaliyyətini dayandırmış, hazırda heç bir yerdə işləmir. 2007-ci ilin yay aylarında daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Şahid1 adlı həmkəndlisi ilə tanış olmuş və onun vasitəsilə Pirşağa qəsəbəsində xeyli torpaq sahəsi almış, Zöhrabın vasitəsilə həmin torpaqlardan bəzilərini özəlləşdirərək çıxarış almış, bir hissəsi isə qalmış və qalan torpaqlara görə sonuncu ona order sənədləri vermişdir. Həmin torpaq sənədləşdirilməsi, bu kimi əməliyyatlar, habelə bəzi başqa işlərin görülməsi ilə bağlı Zöhrabın ona təxminən 300.000 manat borcu yaranmışdır. Təxminən 2017-ci ildə Zöhrab azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisəsində olduğu zaman mütəmadi onunla əlaqə saxlayaraq azad olunduqdan sonra işlərini davam etdirəcəyini və onunla halallaşacağını bildirmişdir. Təxminən 2 il sonra Zöhrab azadlığa çıxandan sonra onunla görüşüb bəzi problemlərinin həll edərək işə başlaması üçün pula ehtiyacı olduğunu bildirərək ondan 20.000 manat pul istəmiş və bu məqsədlə 2021-ci ilin aprel ayında Bakı şəhəri,Yasamal rayonu, Naxçıvani küçəsində Şahid1 20.000 manat pul vermiş və müəyyən müddət sonra ona əlavə 10.000 manat pul lazım olduğunu deyərək ondan təkrar pul istəmişdir. Ümumi tanışların olmasını nəzərə alıb 2021-ci ilin aprel ayının ortalarında Sabunçu rayonu, Pirşağı qəsəbəsində onunla görüşərək Zöhraba əlavə 10.000 manat pul vermişdir. 2021-ci ilin may ayında Zöhraba müraciət edərək aldığı torpaqların sənədləşdirilmə işlərini başa çatdırmasını xahiş etmişdir. Belə ki, Zöhrab Pirşağı qəsəbəsində orderi olan torpaq sahələrindən hər birinin sahəsi 12 sot olan 5 bağ sahəsinin özəlləşdirilməsi üçün torpaq sahiblərindən öz adına baş etibarnamə almış, lakin onlardan 3-nə onun adına etibarnamə vermiş, ikisi isə qalmışdır. O isə, həmin vaxt torpaq sahələrini satmaq üçün müştəri tapmış və müştəriyə çıxarışlarla yanaşı 5 ədəd orderi göstərərək onları qısa müddətə özəlləşdirib müvafiq çıxarışlar ala biləcəyini vəd etmişdir. Buna görə Zöhrabla görüşüb qısa müddətə onları özəlləşdirə və çıxarış ala biləcəyini soruşmuş və sonuncu qısa müddətdə sənədləşməni həll edəcəyinə söz vermiş və onu yaşadığı Bakı şəhəri, Yasamal r-nu, M.Naxçıvani küşəsində yerləşən “Araz” marketinin qarşısında Torpaq Komitəsinin işçisi kimi təqdim etdiyi Fərəc və sonuncunun gəldiyi avtomobilin sükanı arxasında əyləşmiş Nofəl adlı şəxsləri onunla tanış etmişdir. Birlikdə apardıqları söhbət zamanı Fərəc ona hər birinin sahəsi 12 sot olan 5 bağ sahəsinin özəlləşdirilməsini, habelə həmin bağ sahələrinin qarşısında dəniz kənarı boyu təxminən 4,5 ha sahəsi olan qeyri-yaşayış təyinatlı torpaq sahələrini uzun müddətli istifadəyə verilməsi barədə çıxarış alınmasını öhdəsinə götürmüşdür. Fərəc bunun üçün 450.000 manat pul lazım olduğunu və ilkin olaraq 120.000 manatlıq hissəsinin verilməli olduğunu demişdir. Zöhrab onu arxayın etmişdir ki, hər iki şəxsi, yəni Fərəclə Nofəli yaxından tanıyır, onlara etibar etmək olar. Bundan sonra Zöhraba, həmçinin onun danışıq üçün gətirdiyi Fərəc və Nofəl adlı şəxslərə inanmış və sənədləşmə işlərinə başlamalarına razılıq vermişdir. Bundan sonra X7 və onun iştirakında Pirşağı qəsəbəsində sənədləşdirilməsini üzərilərinə götürdükləri torpaq sahələrinə əyani olaraq baxmış və bir neçə gün sonra, yəni 2021-ci il may ayının ikinci yarısında Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan evində Zöhrabın iştirakında 24.000 manat pulu Fərəclə Nofələ vermişdir. Bundan bir neçə gün sonra yenə Zöhrabın iştirakında Fərəcə 10.000 manat vermiş, həmin vaxt isə Nofəl sükan arxasında əyləşmişdir. Təxminən 1 və ya 2 gün sonra Pirşağı qəsəbəsində olan bağ evində Fərəcə təkrar 10.000 manat pul vermişdir. Bir neçə gün sonra isə yenə bağ evində Fərəcə çatdırması üçün Zöhraba daha 10.000 manat pul vermiş, pulun çatdığını Fərəc özü təsdiq etmişdir. 2021-ci ilin iyun ayında Fərəc ona 4,5 ha sahəsi olan qeyri-yaşayış təyinatlı torpaq sahələrini uzun müddətli istifadəyə verilməsi üçün çıxarış alınması işinə də başladıqlarını bildirmiş və torpaq sahəsinin sxemini çəkdirmək üçün Zöhraba sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ünvanın qarşısında 3000 manat pul vermişdir. Bundan başqa Zöhrab ona olan borclarından 15.000 manat və 40.000 manat olmaqla cəmi 55.000 manat məbləğində pulu onun razılığı ilə hissələrlə Fərəc və Nofələ vermişdir. Həmin pullardan başqa bir neçə gün sonra Binəqədi rayonu, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasının yaxınlığında Fərəc və Nofəllə görüşüb onlara 60.000 manat məbləğində pul vermişdir. Pulu ondan Fərəc qəbul edib götürsə də işlərin görülməsini Nofəl öhtəsinə götürmüşdür. Lakin,bundan xeyli müddət keçməsinə baxmayaraq, Fərəclə Nofəl verdikləri vədə əməl etməmiş, torpaq sahələri ilə bağlı sənədləri ona təqdim etməmişlər. Sonradan ona məlum olmuşdur ki, ondan etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirdikləri 162.000 manat məbləğində pullara Nofəl Mehdiabad qəsəbsində obyekt tikdirərək qardaşı Röyal Musayevin adına sənədləşdirmiş, Fərəc isə almış olduğu ** GX *** qeydiyyat nişanlı “Lexus” markalı cip avtomobilini arvadının adına rəsmiləşdirmişdir. (cild 1, iş vərəqə 90-93) Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Şahid2 uzun müddətdir tanıyır. Şahid2 Zərərçəkmiş şəxs işini görəcəyi ilə bağlı söz vermişdir. Onun Təqsirləndirilən şəxslə heç bir söhbəti olmamışdır. Təqsirləndirilən şəxs Şahid2 yanında görmüşdür. Fərəc Təqsirləndirilən şəxs onlara sürücüsü kimi təqdim etmiş, sonradan isə dostu olduğunu və Nofəllə birlikdə iş gördüyünü demişdir. Onun pul məsələsi ilə bağlı söhbətləri Şahid2la olmuşdur. Təqsirləndirilən şəxs Şahid2, Zərərçəkmiş şəxs və o görüşən zaman bir neçə dəfə yanlarında olmuşdur. O Təqsirləndirilən şəxslə Şahid2 arasında olan mübahisənin nədən ibarət olduğunu bilmir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Şahid2 14-15 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Şahid2 yanında görmüşdür. O, Zərərçəkmiş şəxs Şahid2la tanış etmişdir. Onun bu işdə marağı Zərərçəkmiş şəxs torpaq məsələsi alınsa idi, işi həll etdiyi üçün ona da pul verəcəyi olmuşdur. O, Zərərçəkmiş şəxs çoxdan tanıyır. Zərərçəkmiş şəxs ilk dəfə Şahid2la görüşdürən zaman Təqsirləndirilən şəxs maşında olmuş və yanlarına gəlməmişdir. Şahid2 Təqsirləndirilən şəxs onun sürücüsü olduğunu demişdir. Sonradan Şahid2la Gənclikdə parkda görüşmüşlər. Şahid2la aralarında mübahisə düşmüş və mübahisə zamanı Şahid2 Təqsirləndirilən şəxs onu aldatdığını demişdir. Şahid2la mübahisənin səbəbi Zərərçəkmiş şəxs işinin alınmayacağını deməsi səbəbindən baş vermişdir. Mübahisədən sonra o evə gəlmişdir. Evdə anası da ona demişdir ki, bu məsələni Zərərçəkmiş şəxs demək lazımdır. Daha sonra o Zərərçəkmiş şəxs Şahid2 onları aldatdığını demişdir. Şahid2 dediyinə görə Təqsirləndirilən şəxslə iş görüb və Təqsirləndirilən şəxs onu aldatmışdır. Şahid2 ona bildirmişdir ki, “Təqsirləndirilən şəxslə yox, başqa adamlarla işləyəcək, ona qalsa, Təqsirləndirilən şəxslə işləməzdi”. Şahid2 ona Təqsirləndirilən şəxs dayısının böyük vəzifədə işlədiyini, Təqsirləndirilən şəxs özünün isə keçmiş əmlak işçisi olduğunu demişdir. Onun bildiyi qədəri ilə işinin həll olması üçün Zərərçəkmiş şəxs özü 113-114 min manat, o isə 55 min manat pul vermişdir. Zərərçəkmiş şəxs da, o da pulu Fərəc Qəhramanova vermişlər. Şahid2 puldan Təqsirləndirilən şəxs nə qədər pul verdiyini deməmişdir. O özü əmlak işi ilə məşğuldur. O, bu işdən əvvəl Şahid2la iş görmüş və həmin işləri alınmışdır. O, sonradan bilmişdir ki, Şahid2 işdən çıxmışdır. O Təqsirləndirilən şəxs dayısının kim olduğunu bilmir. O Təqsirləndirilən şəxs pulların harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona Şahid2 bütün işlərini həll edəcəyini və Şahid2 pul məsələsini bağlayacağını demişdir. Təqsirləndirilən şəxslə onun söhbəti Zərərçəkmiş şəxs yox, başqa adamın işi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs dediyi pul məsələsi Zərərçəkmiş şəxs işi ilə bağlı alınmış pul ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs işi ilə bağlı ilk görüşdə o, Şahid2 və Zərərçəkmiş şəxs olmuş, Təqsirləndirilən şəxs isə maşında olmuşdur. Zərərçəkmiş şəxs torpağı 3-4 hektardır və həmin torpağın çıxarışı alınmalı idi. O, çıxarışı almaq üçün Şahid2la Zərərçəkmiş şəxs tanış etmişdir. Şahid2 Abşeronda əmlak idarəsində qapıda polis olmuşdur. Şahid2 Təqsirləndirilən şəxs onun sürücüsü olduğunu demişdir. O, Şahid2 15.000, 10.000, 30.000 manat olmaqla hissə-hissə arada 7-10 gün olmaqla pul vermişdir. Bu pulları Zərərçəkmiş şəxsla Şahid2la bir neçə dəfə görüş olandan sonra vermişdir. Zərərçəkmiş şəxs Fərəc Qəhramonova pulu 2-3 dəfəyə vermişdir. O, Zərərçəkmiş şəxs özü pul verəndən sonra Şahid2 pul vermişdir. Başqa bir şəxs Zərərçəkmiş şəxs verməyi üçün ona pul vermiş, o Zərərçəkmiş şəxs soruşduqdan və o, icazə verdikdən sonra pulu Fərəc Qəhərmanova vermişdir. Onun iştirakı ilə Təqsirləndirilən şəxs şəxsən pul verilməmişdir. Şahid2 ona aylar sonra mübahisələri düşən zaman aldadıldığını demiş, həmin mübahisədə Təqsirləndirilən şəxs adını çəkmişdir. Təqsirləndirilən şəxs özünü reyestr xidmətinin işçisi kimi təqdim etməmişdir. Şahid2 Təqsirləndirilən şəxs əmlak xidmətində işlədiyini demişdir. O, pulları Şahid2 özünə vermişdir. Onun Təqsirləndirilən şəxslə mübahisəsi olmamışdır. Daha sonra dəniz qırağında Şahid2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun iştirakı ilə görüş olmuşdur. Həmin yerə Təqsirləndirilən şəxs Şahid2 dəvət etmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs bütün məsələlərin həll olacağını, dost kimi Şahid2 yanında olduğunu demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs konkret olaraq pulun onda olduğunu deməmişdir. Şahid2 pulların Təqsirləndirilən şəxs olduğunu iddia etmişdir. Pul alıb-verərkən Təqsirləndirilən şəxs yanlarında olmamışdır. Təqsirləndirilən şəxs söhbət zamanı pullara cavabdeh olduğunu demişdir. O Şahid2 pulları nə etdiyini soruşanda, Fərəc pulları sənədləşməni həll etmək üçün Təqsirləndirilən şəxs verdiyini demişdir. Zərərçəkmiş şəxs şikayət edənə qədər Şahid2 pulları Təqsirləndirilən şəxs verdiyini demişdir. Dəniz qırağında görüşən zaman Zərərçəkmiş şəxs Nofəl Muayevdən bu işdə hansı yerdə olduğunu soruşanda, Təqsirləndirilən şəxs Şahid2 zamin olduğunu demişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 6 ünvanda kirayədə yaşayır. Evlidir, bir qız övladı var. Atası Zülfi 1992-ci ildə dünyasını dəyişmiş, anası Məryəm onunla birlikdə yaşayır. Arvadı evdar qadındır, hazırda heç yerdə işləmir. 2007-ci ildən bibisi oğlu Rəcəbin vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Bundan başqa Şahid2 adlı şəxsi təxminən 2011-2012-ci illərdən tanımış, sonuncu həmin vaxtlar Xırdalan şəhərində yerləşən Abşeron rayonu Daşınmış Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsində mühafizəçi işləmişdir. Özü uzun müddətdir ki, Sabunçu rayonu, Maştağa və Pirşağı qəsəbəsinin ərazisində torpaq alqı-satqısı ilə məşğul olduğundan Fərəclə iş əsnasında Xırdalan şəhərində mühafizəçi işlədiyi idarədə tanış olmuş, onun vasitəsi ilə dəfələrlə iş görərək torpaq sənədləri almışdır. 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs ona müraciət edərək özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 60 sot torpaq sahəsini satmaq istədiyini, lakin torpaq sahələrinə aid çıxarışların olmadığını və bu məsələlərdə ona köməklik göstərilməsini xahiş etmişdir. İlk növbədə ağlına Fərəc gəldiyindən onunla görüşüb söhbət edərək Fuad müəllimə köməklik göstərib-göstərə bilmədiyini soruşmuşdur. Fərəclə söhbət əsnasında o, yenə bu işlərlə məşğul olduğunu, torpaq sahələrin sənədləşdirilməsində köməklik göstərə biləcəyini ona bildirmişdir. Həmin ərəfədə o, Fərəci Zərərçəkmiş şəxsla görüşə dəvət edərək yaşadığı evinin yaxınlığında "Araz” marketin qarşısında bir-biri ilə tanış etmiş, həmin vaxtı Fərəclə birlikdə Nofəl adlı şəxs də gəlmişdir. Fərəc onu əvvəllər öz sürücüsü kimi təqdim etsə də sonradan Nofəlin əvvəllər torpaq komitəsində işlədiyini və onun da bu işdə əli olduğu məlum olmuşdur. Onun iştirakında Zərərçəkmiş şəxsla Fərəc və Nofəl arasında olan söhbət zamanı Fərəc konkret olaraq Zərərçəkmiş şəxs məxsus çıxarışsız olan 60 sot torpaq sahəsinə hərəsi 12 sot olmaqla 5 çıxarışın hazırlanmasına köməklik göstərməsinə öhdəlik götürmüş, eləcə də həmin 60 sot torpaq sahəsinin qarşısında olan 4,5 hektar təşkil edən dəniz kənarına yaxın olan qeyri-yaşayış torpaq sahəsini özəlləşdirib daimi istifadə etmək məqsədi ilə çıxarış hazırlamağa üçün 450.000 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs və o, özü hər iki şəxsin səmimiliyinə inanmış, eləcə də o, Fərəci yaxşı tanıdığından sonuncunun uzun müddətdir ki, torpaq məsələləri ilə məşğul olduğunu Zərərçəkmiş şəxs deyərək onlarla rahat iş görə biləcəyinə əmin etmişdir. 2021-ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki bağ evində 24.000 manat pulu onun iştirakında Fərəclə Nofələ vermişdir. Bundan sonra yenə həmin ünvanda 10000 manat pulu onun iştirakında Fərəclə Nofələ təqdim etmişdir. Bir neçə gündən sonra Fuad müəllim Fərəcə çatdırmaq üçün ona 10.000 manat pul vermiş və o, həmin pulu Fərəcə çatdırmışdır. Bundan başqa 4,5 hektar torpaq sahəsi üçün daima istifadə etmək üçün çıxarış düzəltmək məqsədi ilə Zərərçəkmiş şəxs təklikdə onun iştirakı olmadan Fərəc və Nofəl ilə 2021-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, BDYPİ-nin inzibati binasının qarşısında görüşərək 60.000 manat pulu onlara təklikdə vermişdir, bu barədə ona sonradan məlumat vermişdir. Bundan əvvəl isə Zərərçəkmiş şəxs torpaq sahəsinin sxemini ölçdürmək üçün Fərəcə çatdırılması məqsədilə ona 3000 manat pul vermişdir ki, o da həmin məbləği Bakı şəhəri, Yasamal rayonu, 6-cı Paralel ünvanda Fərəcə çatdırmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs olan şəxsi borcundan hissə-hissə bir neçə dəfəyə 2021-ci ilin iyun ayında Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında 10000 (on min) manat, iyul ayının əvvəllərində həmin ünvanda 15.000, 20.000 və 10.000 manat, ümumilikdə 55000 manat pulu Fərəc və Nofəl ilə görüşərək onlara vermişdir. Buna baxmayaq Fərəc və Nofəl ümumilikdə Zərərçəkmiş şəxs məxsus 162000 manat pulu hissə-hissə sənəd hazırlamaq adı ilə aldıqdan sonra hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt uzatmağa başlamış və sonda ümumiyyətlə mobil telefon zənglərinə cavab verməmişlər. Daha sonra onlara məlum olmuşdur ki, Fərəclə Nofəl pulları alıb ələ keçirdikdən sonra götürdükləri öhdəlikləri yerinə yetirməyərək şəxsi biznes üçün istifadə edərək bir neçə yerdə kommersiya fəaliyəti ilə məşğul olmaq üçün obyektlər almışlar. Fərəclə aralarında olan söhbət zamanı o, hər şeyi etiraf edərək Nofəlin Zərərçəkmiş şəxs pullarını dələduzluq yolu ilə ələ keçirərək onu aldatdığını bildirmiş, lakin özünün bu işdə nə kimi rolun olduğunu ona deməmişdir. Onun özünün şəxsən bu işdə heç bir marağı olmamış, o, sadəcə X14 Axundovla tanış etmiş və nəticədə X12 Axundovu aldatmalarına dair məlumat əldə edən kimi dərhal Zərərçəkmiş şəxsla görüşərək ona məlumat vermiş və Fuad müəllim onlarla görüşüb vəziyyəti aydınlaşdırmağa çalışsa da Nofəl görüşlərdən yayınmış, Fərəclə çətinliklə görüşdükdən sonra sonuncunun vasitəsilə Nofəl idə görüşə dəvət edib görüşdükdə Nofəl özü Fərəclə əlbir olduğunu etiraf etmiş və vəd verdikləri işi başa çatdıracağını demişdir. (cild 1, iş vərəqə 77-80) Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs Şahid1 vasitəsilə tanımışdır. O təqaüdə çıxdıqdan sonra yeməkxana işlətmişdir. Şahid1 onun yaxın dostudur. Şahid1 ona Zərərçəkmiş şəxs bir məsələsinin həll edilməsi ilə bağlı onunla görüşdürmək istədiyini demişdir. Həmin vaxtlarda Nofəl onun başqa işlərini həll edirmiş. Mehdiabadda yerləşən əmlakın sənədləşdirilməsi ilə bağlı Nofəl yaxşı tanışları olduğunu, işi rahatlıqla həll edə biləcəyini ona bildirmişdir. Bundan sonra o həmin işi Nofələ tapşırmışdır. Şahid1 Zərərçəkmiş şəxs işi ilə bağlı ona zəng vuran vaxtlar Nofəl də yanında olurmuş və bütün məsələlərdən məlumatı olmuşdur. O Zərərçəkmiş şəxs işini həll etmək istəmirmiş lakin Nofəl israr edərək Zərərçəkmiş şəxs işini götürməsini və həmin işi özünün həll edəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Zərərçəkmiş şəxs evinə yollanmışlar. Onun avtomobilini Nofəl idarə edirmiş. Onlar yoldan Şahid1 götürmüşlər. Zərərçəkmiş şəxs evinə çatdıqda Fuad onları qarşılamış, Nofəl isə avtomobildən düşməmişdir. Hətta avtomobildə gedərkən yol boyu Nofəl ona işi həll edəcəyini kiməsə deməməsini bildirmişdir. Zərərçəkmiş şəxsla danışıqlar olduqdan bir müddət sonra Zərərçəkmiş şəxs əmlakının yerləşdiyi əraziyə yollanmışlar. Həmin vaxt da avtomobilini Nofəl idarə edirmiş. Zərərçəkmiş şəxs Bilgəhdə yerləşən torpağı onlara göstərmişdir. Orada aparılan danışıqlardan sonra Zərərçəkmiş şəxs qiymətin nə olacağı deyilmiş və Fuad da qiymətlə razılaşmışdır. Bir neçə gün sonra Nofəl özü ilə mühəndis apararaq yeri ölçdürmüş və Zərərçəkmiş şəxs 4 hektar deyil, 3 hektar yerinin olduğunu, eyni zamanda Zərərçəkmiş şəxs torpağının yanında əlavə 5.5 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini də ona verəcəyini demişdir. O bunun necə ola biləcəyini soruşmuşdur. Nofəl həmin torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin balansında olduğunu demişdir. O Nofəlin tanışı Kamil müəllimin kompüterində həqiqətən də həmin torpaq sahəsinin dövlət torpağı olmasını özü görmüşdür. Daha sonra oranı ona 15 illik icarə müqaviləsi, 6 aydan sonra isə mülkiyyətinə verə biləcəyini demişdir. Nofəl həmin torpaq sahəsinin hektarına 100.000 manat ödəniş etməyin lazım olduğunu demişdir. Bir neçə gün sonra Nofəl imzasız və möhürsüz sənədlər gətirərək, əslində həmin torpaq sahəsinin sotunun 18 min manata olduğunu, ona isə hektarını 100.000 manata düzəltdiyini demişdir. Nofəl Zərərçəkmiş şəxs da pul verib-vermədiyini soruşmaq üçün hər gün zəng vururmuş. Daha sonra Zərərçəkmiş şəxs ona 30.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs pulu ona verdiyini öyrəndikdən sonra Nofəl hər gün yenə zəng vuraraq pulu istəmişdir. Nofəl ona pulla yanaşı qeydiyyatı Bakı şəhəri olan bir şəxsin şəxsiyyət vəsiqəsini də gətirməyini demişdir. O da Bakı şəhərində qeydiyyatda olan Şahid1 həyat yoldaşının şəxsiyyət vəsiqəsini və 90.000 manat pulu Nofələ vermişdir. O, pulu verərkən öz dəftərində Nofələ imza da çəkdirmişdir. Daha sonra o Nofəli tapa bilməmişdir. Nofəl onun zənglərinə cavab verməmişdir. O, Nofəlin yaşadığı evinə də getmiş, lakin evdə tapmamışdır. Bir müddət sonra Nofəl sənədlərin hazır olduğunu, sənədləri Kamil müəllimdən almaq üçün pulun qalan hissəsinin də lazım olduğunu bildirmişdir. O da hazır olan sənədlərin surətlərini ona gətirməsini, pulun qalan hissəsini yalnız ondan sonra verə biləcəyini demişdir. Nofəl isə bunun mümkün olmadığını demişdir. O yenə də Nofələ əlavə pul vermişdir. Bundan sonra Nofəli yenə tapa bilməmişdir. Bir müddət sonra Nofəl onun üstünə adam gətirəcəyini və pulu geri qaytarmağın adını belə çəkməməsini demişdir. Zərərçəkmiş şəxs ona 90.000 manat pul vermişdir. O da həmin 90.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, torpağın Şahid1 həyat yoldaşının adına keçirilməsinə səbəb Zərərçəkmiş şəxs Zöhrab sayəsində tanımaqları və işlərini güvənc altına almaqları olmuşdur. Şahid1 Zərərçəkmiş şəxs verdiyi 55.000 manatı ona verməmişdir. Zərərçəkmiş şəxs pulu ona hissə-hissə vermişdir. Pul əskinasları manatdan ibarət olmuşdur. Nofəlin Zərərçəkmiş şəxs işini görəcəyini danışıqların əvvəlindən bilirmiş. Zərərçəkmiş şəxs evinə gedərkən Nofəlin maşından düşməməsi ona şübhəli gəlməmişdir. Zərərçəkmiş şəxs işini görməkdə onun marağı ucuz qiymətə torpaq almaq olmuşdur. Nofəl onun zənglərinə cavab verməyəndə artıq Nofəlin işi həll etmədiyini və onu aldatdığını başa düşmüşdür. Nofəl, o və Fuad müəllim birlikdə görüşmüşlər. Nofəl özü işi həll edəcəyini bildirirmiş. O əvvəllər də Təqsirləndirilən şəxslə başqa işlər görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işini görən zaman, işi Nofəlin apardığını Zərərçəkmiş şəxs deməməyini təkid edirmiş. Zərərçəkmiş şəxs 90.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 98.000 manat verməyinin səbəbi, Zərərçəkmiş şəxs pulundan əlavə verdiyi 8.000 manatın müqabilində Zərərçəkmiş şəxs torpağına bitişik olan başqa torpaq sahəsini onun adına keçirəcəyi ilə bağlı vəd verməsi olmuşdur. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və o görüşən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs narahat olmamağını və işini həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs ona verdiyi 90.000 manatdan əlavə Təqsirləndirilən şəxs verdiyi 8.000 manat onun payına düşəcək olan 5,5 ha torpağın pulu olmuş və verdiyi 8.000 manatdan əlavə də 20.000 manat Təqsirləndirilən şəxs verməli imiş. Zərərçəkmiş şəxs ona 90.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs Orxan, İsmayıl və Kamil adlı şəxslərin adından istifadə edirmiş. Kamil adlı şəxs Bakı şəhər İcra Hakimiyyətində işləyirmiş. Zərərçəkmiş şəxs iş bitdikdən sonra Təqsirləndirilən şəxs 350.000 manat pul verməli imiş. O öz işi ilə bağlı Təqsirləndirilən şəxs 300.000 manatdan çox pul vermişdir. Zərərçəkmiş şəxs evinə gedəndə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evə dəvət etmiş, lakin Təqsirləndirilən şəxs evə girməmişdir. Zərərçəkmiş şəxs ona pul verən zaman Təqsirləndirilən şəxs yanında olmamışdır. O Təqsirləndirilən şəxs işi həll edə bilmədiyini artıq Təqsirləndirilən şəxs onun telefonlarına cavab vermədikdən sonra Zərərçəkmiş şəxs və Şahid1 demişdir. O, Təqsirləndirilən şəxs telefon zənglərinə cavab vermədikdən sonra SMS yazmamışdır. Bununla yanaşı iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4, 29,178.2.2, 32.4.312.2, 320.1-ci maddələri ilə cinayət işi başlanılmış və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq cinayət işi yekunlaşdırılmaqla məhkəmə baxışına göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə cinayət işi başlanmış və həmin cinayət işi üzrə də təqsirləndirilən şəxs qismində cəlb olunmaqla cinayət işi yekunlaşdırılaraq məhkəmə baxışına göndərilmişdir. Hər iki cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılır, cinayət işləri üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs şikayətinin mahiyyəti üzrə qeyd etmişdir ki, əvvəllər 1995-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikası DİN-nin Mühafizə İdarəsində polis nəfəri olaraq xidmətdə olmuş və 2018-ci ildə təqaüdə çıxmışdır. Təxminən 10 il olar ki, Abşeron rayonu daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsində mühafizəçi işləmişdir. Maştağa və Pirşağı qəsəbələrində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Şahid1 mühafizədə işlədiyi vaxtlarda tanımışdır. Zöhrab torpaq alqı-satqısı ilə məşğul olduğu müddətdə işlədiyi idarəyə müraciət edərkən müəyyən işlərdə, sənədlərin toplanması və hazırlanmasında ona köməklik göstərmiş və istiqamət vermişdir. Həmin vaxtdan onunla tanışlıq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs 2021-ci ilin təxminən iyun ayından tanımışdır. Həmin ərafədə əvvəllər tanıdığı Zöhrabla Pirşağı qəsəbəsində görüşmüş və görüş zamanı Zöhrab Zərərçəkmiş şəxsla şərik torpaqlarının olmasını və həmin torpaqların sənədləşdirilməsində onlara köməklik etməyini xahiş etmişdir. 2008-ci ildən 2018-ci ilə kimi DİN-nin Mühafizə xidmətinin polis nəfəri olaraq xidmətini Abşeron rayonu daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsinin inzibati binasında apardığından ora gələn vətəndaşlarla daim ünsiyyətdə olduğu üçün torpaq sənədləşdirilməsinin hara və kimə müraciət olunmasını yaxşı bildiyi üçün tanışı Zöhrab da Zərərçəkmiş şəxs məxsus torpaqların sənədləşmə işlərinin aparılmasına köməklik göstərilməsini ondan xahiş etməli olmuşdur. Ona görə də Zöhraba sənədləşdirmək istədikləri torpağa aid mövcud sənədlərin ona verilməsini xahiş etmiş və bundan sonra həmin sənədləri nəzərdən keçirib ona istiqamət verəcəyini demişdir. Həmin məsələni təxminən 10 il əvvəldən tanıdığı Təqsirləndirilən şəxs danışmış və sonuncu bu işi həll edə biləcəyinə söz vermişdir. Bundan sonra o, 2021-ci ilin iyun ayının əvvəllərində özü Pirşağı qəsəbəsinə gedib Zöhrabla, sonra isə onun vasitəsilə Zərərçəkmiş şəxsla görüşmüşdür.Zərərçəkmiş şəxs Pirşağı qəsəbəsində dəniz kənarındakı bağ torpaqlarına çıxarış və qarşısındakı qeyri-yaşayış sahəsinin də uzunmüddətli istifadə üçün sənəd almaq istədiyini və bunun üçün maliyyə xərclərini çəkə biləcəyini bildirmişdir. Torpaqların yerini bildikdən sonra təkrar Nofəllə görüşmüş və Zərərçəkmiş şəxs dediklərini ona danışmışdır. Nofəl həmin torpaqlara baxmaq üçün onunla birlikdə Pirşağı qəsəbəsinə getmək istədiyini bildirmişdir. Bundan sonra o, Zöhraba zəng edərək birlikdə həmin yerə getmək lazım olduğunu demiş, yolüstü onu da idarə etdiyi qara rəngli “Lexus” markalı **- GX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə götürərək üçlükdə Pirşağı qəsəbəsinə getmişlər. Zöhrab onları Fuad müəllimin yaşadığı ünvana aparmış, Nofəl onunla Zöhrabı Fuad müəllimin evinə göndərsə də özü evin darvaza qarşısında avtomobildə gözləmişdir. Zöhrabla birlikdə Zərərçəkmiş şəxs evinə daxil olaraq onunla söhbət etmişdir. Fuad müəllim bir daha torpaq sahəsi və onların sənədləşməsindən danışmış və ona 0,12 hadan ibarət bir neçə bağ torpağının orderini göstərərək ilkin olaraq 5 ədəd 0,12 ha torpaq sahəsinin çıxarışını və sonra isə onun qarşısındakı qeyri-yaşayış sahəsinin çıxarışlarının alınmasına ona köməklik olunmasını xahiş etmişdir. Sənədləşmənin aparılmasını Nofəl üzərinə götürdüyündən və onun tərəfindən sənədlərin hazırlanacağına tam vəd verildiyindən Nofəlin sözlərinə güvənib sənədləşmənin hazırlanmasına cavabdeh olduğunu üzərinə götürmüşdür. Zərərçəkmiş şəxsla görüşdükdən bir neçə gün sonra Nofəl Zöhrab və Zərərçəkmiş şəxsla Pirşağı qəsəbəsində dənizkənarında təkrar görüşmüşlər. Nofəl ona, bütün sənədləşməyə cavabdehlik daşıdığını, onun tərəfindən həll ediləcəyinə söz verdiyindən onun kim olması, sənədləşməni üzərinə götürməsi barədə Zərərçəkmiş şəxs heç bir məlumat verilməməsini qabaqcadan xəbərdar etdiyindən Zərərçəkmiş şəxsla baş tutmuş hər bir görüşdə sənədləşməyə cavabdehliyin özü daşıdığını demişdir. Dəniz kənarında olarkən Zərərçəkmiş şəxs, Zöhrab, Nofəllə birlikdə torpaq sahələrini gəzib nəzərdən keçirmiş, sənəd alınası torpaq sahələrinin ölçüləri 4,5 ha olmuşdur. Bu ölçülərə görə Nofəl ona hər sot üçün min manat almaq lazım olduğunu qabaqcadan dediyindən həmin ölçüyə görə sənədləşmənin 450.000 manata başa gələcəyini Zöhrabın vaitəsilə Fuad müəllimə demişdir. Zərərçəkmiş şəxs deyilən qiymətlə razılaşdıqdan sonra Nofəl həmin torpaq sahələrinə özünün tanış mütəxəssisini göndərib ölçülərin 4,5 ha deyil 3,5 ha olduğunu öyrənmiş və növbəti görüşlərdə 3,5 ha torpaq sahəsinin sənədləşməsi ilə Zərərçəkmiş şəxsla razılaşaraq ondan 350.000 manat pul alacağını demiş, sonuncu həmin məbləğə razılıq vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs onu Pirşağı qəsəbəsinə dəvət etmiş özünün həyətində ona başlanğıc üçün təklikdə 24.000 manat pul vermişdir. Pirşağı qəsəbəsindən qayıtdıqdan sonra həmin məbləği Binəqədi rayonu, Elit Ticarət mərkəzinin qarşısında Nofəllə görüşərək ona vermişdir. Nofəl pulu alıb sənədləşməyə başlayacağına söz vermiş və pulun qalanını da alıb gətirməyi ona tapşırmışdır. Qısa aradan sonra Zərərçəkmiş şəxsla təkrar Pirşağı qəsəbəsində görüşmüş və sonuncu ona ikinci dəfə 10.000 manat pul vermişdir. Həmin məbləği aldıqdan sonra Nofəllə Bakı şəhəri, Nərimanov rayonu, Metroparkın yanındakı “Daymond” restoranında görüşərək ona vermişdir. Bundan sonra 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxsla Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin qarşısında görüşmüş və Zərərçəkmiş şəxs ona həmin yerdə 60.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs aldığı həmin məbləği Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elit” Ticarət Mərkəzinin qarşısında Nofələ vermişdir. Şahid2, həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 162.000 manat deyil, cəmi 94.000 manat pul almış və həmin pulları sənədləşmə işlərini üzərinə götürmüş Təqsirləndirilən şəxs çatdırmışdır. Həmin müddət ərzində Şahid1 hissələrlə 55.000 manat məbləğində borca pul almış və 6 ay müddətində özünə qaytarmışdır. Həmin məbləğin Zərərçəkmiş şəxs aidiyyətinin olub olmadığı ona məlum deyil. 94.000 manat məbləğində pulun Zərərçəkmiş şəxs onun vasitəsilə alınmasını nəzərə alaraq həmin məbləğin Fuad müəllimə qaytarılmasına razıdır. Zərərçəkmiş şəxs almış olduğu pulların Təqsirləndirilən şəxs çatdırıldığına dair sonuncunun imzası ilə əlyazma kağızı vardır ki, həmin əlyazmanı istintaq orqanına təqdim etmişdir. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs aldığı pulların Təqsirləndirilən şəxs olmasını təsdiqləməsi üçün sonuncudan əlyazma istəmiş və Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində ona əlyazma yazaraq ondan Zərərçəkmiş şəxs məxsus olduğu 94.000 manat pulu 40.000 ABŞ dolları, 30.000 manat şəklində almasına dair, eləcə də Pirşağı qəsəbəsində onun üçün sənədləşməsinə söz verdiyi torpaq sahəsi üçün özünün şəxsi pulundan 42.800 manat, 15.000 manat və 2.500 manat almasının təsdiqinə dair əlyazma yazıb vermiş və imzası ilə təsdiq edərək aldığına dair öz xətti ilə qeydlər aparmışdır. (cild 2, iş vərəqə 288-292) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işindən iş ayrılması və icraata qəbul edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 1-3) Cinayət işinin başlanılması haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində toplanmış HK-1/406 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 9) ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, özünü Torpaq Komitəsinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs və Abşeron rayon Əmlak şöbəsinin əməkdaşı kimi təqdim edən Şahid2 adlı şəxslər tərəfindən istifadəsində olan torpaq sahəsinin sənədləşdiriləcəyi adı ilə 2021-ci ilin yay aylarında hissələrlə, ümumilikdə 162.000 manat məbləğində külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. (cild 1, iş vərəqi 11) Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamın məzmunundan görünür ki, o, istintaq orqanının çağırışlarına vaxtında əməl edəcəyi, təyin olunmuş tarixdə istintaq orqanına gələcəyi, eləcə də şikayətçi Zərərçəkmiş şəxsla razılaşmaq üçün real addımlar atacağına dair iltizam verməklə öhdəlik götürmüşdür. (cild 1, iş vərəqi 43) Şahid2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamın məzmunundan görünür ki, o, təyin olunmuş tarixdə istintaq orqanına gələcəyi, eləcə də şikayətçi Zərərçəkmiş şəxsla razılaşmaq üçün real addımlar atacağına dair iltizam verməklə öhdəlik götürmüşdür. (cild 1, iş vərəqi 44) Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş, onunla Şahid2 və Təqsirləndirilən şəxs arasında danışıqların yazıldığı 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı danışıqların aparıldığı müəyyən edilmişdir: 004 və 005 nömrəli fayllarda - Zərərçəkmiş şəxs özü danışaraq bildirir ki, iki gündür bunlarla mübahisədəyik, bunu götürüb aparmışam Nofəlin yanına, əvvəl elə bilirdim ki, heç nə yoxdur, sonra agah oldu ki, burda 10 manat puldur, verilməliymiş, verilib 5 manat, 5 manatı qalıb, amma 5 manatın kimdə olması bilinmədi, o atdı bunun üstünə, bu atdı onun üstünə. Həmin zaman Şahid2 söhbətə qoşulub bildirir ki, həll eliyəcəyik, 3-4 maşın var satıb həll eliyəcəyik. Zərərçəkmiş şəxs isə bildirir ki, bu tək sənin işin deyil, 3 nəfər pul verib, biri mənəm, amma bu o halda düzələ bilər ki, Nofəl Fərəcə yalan deməsə, Fərəcin ortağı Nofəl və Nofəlin qardaşı var. 006 nömrəli faylda - Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 arasında danışıq gedir. Zöhrab bildirir ki, bildiyi həqiqət budur ki, bu iş pozulmayıb, o, özünü bu işdə kənara çəkmir, Nofəllə birlikdə bir nəfər dövlət adamı ilə görüşüb, məlum olub ki, 10 manat çatmalı imiş, 5 manat çatıb. Fərəc bildirir ki, rəy verilib, 9 hektara rəy alınıb artıq, 4 hektar da onun içərisindədir. Zərərçəkmiş şəxs deyir ki, nə qədər gözləyək, bir ilə yaxındır. Zöhrab isə deyir ki, 5 manat yerindədir, həmin adam qalan 5 manatı bizdən istəyir. Fuad isə deyir ki, bizdən yox, bunlardan, Fərəc və Nofəldən. Həmin zaman Fərəc söhbətə qoşulub deyir ki, veriləcək. Fuad soruşur ki, Nofəl niyə gəlmir, qaçır, yayınır. Fərəc isə deyir ki, siz məni tanıyırsınız. Fuad isə deyir ki, o, elə əvvəlindən deyib ki, Nofəl bu işin arasındadır, Nofəl isə susurdu. 007 nömrəli faylda - Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında danışıq gedir. Təqsirləndirilən şəxs başqa şəxsə çıxarış almasından və çıxarış alınması üçün hansı sənədlərin toplanmasının lazım olmasından danışır. 008 nömrəli faylda - Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında danışıq gedir. Zərərçəkmiş şəxs Nofələ bildirir ki, sən əvvəl özünü Fərəcin yanında sürücü kimi aparırdın. Nofəl isə bildirir ki, sənə əvvəldən demişəm narahat olma. Zərərçəkmiş şəxs bildirir ki, Fərəcə pul verən vaxtı sən özünü sürücü kimi aparırdın. Nofəl isə deyir ki, həmin vaxtı ona pul verilməyib, ona 2-3 aydan sonra pul verilib. Fuad isə deyir ki, o vaxtı verdiyi 60.000 manatın 30.000 manatının ona verildiyi deyilirdi. Zərərçəkmiş şəxs Nofələ deyir ki, dəniz kənarında səninlə söhbət edəndə sən pulu almışdın ki, mənə vədlər verirdin. Nofəl isə həmin vaxtı deyil, ondan sonra pulu aldığını bildirir. Zərərçəkmiş şəxs Nofəldən soruşur ki, sonradan pulu aldın? Nofəl təsdiq edir ki, pulu alıb. 009 nömrəli faylda - Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs arasında danışıq gedir. Zöhrab Nofələ sual verır ki, Pirşağıda söhbət zamanı Fuad ondan soruşub ki, sən bu işin harasındasan. Nofəl də bildirib ki, hər tərəfində, Fərəc mənim dostumdur, ona otveçatam. 0010 nömrəli faylda Zərərçəkmiş şəxs və Şahid2 arasında danışıq gedir. Fərəc bildirir ki, narahat olma, Baksovetdə adam var, düzələcək, pul var, 4-5 ədəd maşın da var. Fuad Fərəcə bildirir ki, sən 60 mini məndən aldın qabağa görə. 0011 nömrəli faylda - Zərərçəkmiş şəxs və Şahid2 arasında danışıq gedir. Fərəc deyir ki, pulun müəyyən hissəsi xərclənib, amma problem deyil, mülk var, maşın var 3-4 dənə. Fuad Fərəcə sual verir ki, sən pulu Nofələ vermisən. Fərəc də deyir ki, Nofəl də deyir kiməsə vermişəm, orda problem yaranıb. Fuad deyir, Fərəc Nofəli söhbətdə satmır, amma özu sonra problemdə qalacaq. 0014 nömrəli faylda - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında danışıq gedir, Nofəl bildirir ki, Bakı şəhərində bir nəfər deyə bilməz ki, Nofəl onun bir manatını yeyib. Nofələ sual verilir ki, sən Torpaq Komitəsində nə vaxt işləmisən. Nofəl orada işləmədiyini bildirir, ümumiyyətlə dövlət işində işləmədiyini bildirir. (cild 1, iş vərəqə 61-62) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 81-82) Götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, İcraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsinin 218 nömrəli kooperativi tərəfindən xx.xx.1993-cü il tarixli orderlə 2022 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 534m, 535s, 535i nömrəli bağ sahələri Şahid1 tərəfindən xx.xx.2012-ci il tarixdə 19 saylı DNK-də 30 il müddətinə Zərərçəkmiş şəxs etibarnamə ilə etibar edilmişdir (cild 1, iş vərəqə 95-97) İfadənin yerində yoxlanması xx.xx.2022-ci il tarixli protokollardan və fotocədvəllərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ünvan 8 ünvanı göstərib Şahid2 və Təqsirləndirilən şəxs ilə tanışı Şahid1 vasitəsilə tanıdıqdan sonra Şahid2 özünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edərək daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssis olduğunu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs vasitəsi və köməkliyi ilə 450.000 manat müqabilində onun faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 534m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq 2021-ci ilin may ayının ortalarında ünvan 8 ünvanda 24.000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10.000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10.000 (on min) manat, 2021-ci ilin iyun ayında Yasamal rayonu, Naxçıvani küçəsində Şahid1 vasitəsilə hissələrlə göndərdiyi 55.000 (əlili beş min) manat, 2021-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİ-nin yaxınlığında 60.000 (altımış min) manat olmaqla, ümumilikdə 162.000 (yüz altımış iki min) manat məbləğində pulunu ələ keçirərək ona külli miqdarda maddi ziyan vurduğunu bildirmiş, Pirşağı qəsəbəsi, Yasamal və Binəqədi rayon ərazilərində pulların alındığı ünvanları ayrılıqda yerində göstərməklə ifadəsini təsdiq etmişdir. (cild 1, iş vərəqə 98-104). Şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 şübhəli şəxs qismində tutulmuş, tutulması üçün barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 123-124) Şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulması üçün barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 135-136) Axtarışda olan şəxsin tutulması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. (cild 1, iş vərəqə 144) Şübhəli şəxsin tutulması haqqında 01 fevral 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid2 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 154-157) Şahid2 iştirakı ilə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş Şahid2, Təqsirləndirilən şəxs, X5 ilə aralarında aparılmış dialoqun səs yazıları əks olunmuş 1 ədəd CD diskindəki 1443 kb həcmli 1 nömrəli faylda Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs arasında aparılan danışıq zamanı Şahid2 “həll edəcəyik, 4-5 maşın var satıb məsələni həll edəcəyik” deyə cavab verir. 2,712 kb həcmli 3cü faylda Zərərçəkmiş şəxs Şahid2 müraciət edərək Nofəlin nədən görüşə gəlmədiyini soruşur və Şahid2: Fuad müəllim siz məni tanımısınız, pulu mənim əlimlə vermisiniz, Nofəl də bu işə cavabdehdir, ancaq əsas mənəm” deyə cavab verir. 1,949 kb həcmli 5-ci faylda, Şahid1 Şahid2 və Zərərçəkmiş şəxs arasında dialoq aparılır. Şahid1 Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Şahid2 isə Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 2,076 kb həcmli 7-ci faylda Şahid2 “əslində iş düzəlir, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var” deyə cavab verir. 2.665 kb həcmli 8-ci faylda Şahid2: “Nofəl deyir pulun müəyyən hissəsi xərclənib” kimi etirafedici ifadələri əks olunmuşdur. (cild 1, iş vərəqi 169- 170). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqi 173-175). xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxs Şahid2 arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Pirşağıda yerləşən torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülməsi üçün Zöhrabdan xahiş etdiyini, Zöhrabın bu işi görməsi üçün Fərəc və Nofəl adlı şəxslərin edə biləcəyini dediyini, Fərəcin bu işlərin görülməsi üçün 450.000 manat pul lazım olduğunu və ilkin olaraq 120.000 manat pul verilməsini dediyini, Pirşağı qəsəbəsində Zöhrabın yanında Fərəclə Nofələ 24.000 manat pul verdiyini, bir neçə gün sonra Zöhrabın yanında Fərəcə 10.000 manat pul verdiyini, bu zaman Nofəlin sürücü kimi maşında əyləşdiyini, daha sonra torpaq sahəsinin sxemini çəkdirmək üçün 3000 manat pul verdiyini, Zöhrabın Fuada olan borcundan 55.000 manat pulu Fərəc və Nofələ verdiyini, sonuncu dəfə isə 60.000 manat pulu Fərəc və Nofəllə görüşüb onlara verdiyini, lakin həmin torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülmədiyini bildirmiş və bir daha Şahid2 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Şahid2 isə Zöhrabın ona Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün kömək istədiyini, onun da əvvəllər tanıdığı Nofələ bu barədə məlumat verdiyini, sənədləşmə prosesinin həll edilməsini Nofəl öz üzərinə götürsə də, onun da cavabdehlik daşıdığını bildirdiyini, Nofəlin torpaq sahələrinin sənədləşdirilməsi üçün 450.000 manat pul lazım olacağını dediyini, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs 24.000 manat pul aldığını, təkrar 10.000 manat pul alıb Nofələ verdiyini, yenidən 60.000 manat pul alaraq Nofələ verdiyini, Zərərçəkmiş şəxs 3 dəfəyə 94.000 manat pul alaraq Nofələ verdiyini bildirmişdir. (cild 1, iş vərəqi 187-191). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 203-209) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 211-215) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə tutulmuşdur. (cild 1, iş vərəqə 225) Şübhəli şəxsin tutulması haqqında 20 fevral 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 236-240) Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərində markası olmayan, ağ rəngli 1 ədəd CD diskinin içərisində 1)-1443 kb, 2)-1,473kb, 3)-2,72kb, 4)-1,726, 5)-1,949, 6)-2,522, 7)-2,076 kb, 8)- 2.665kb, 9) -2,572kb, 10)-3,133kb, 11)-3,779 kb həcmdə səs yazılarının mövcud olduğu, həmin səs yazılarının Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 arasında dialoq aparıldığı zaman qeydə alınmışdır. 4)-1,726 həcmli faylda, Təqsirləndirilən şəxs- rəyin dalınca sərəncam, şəhərsalmanın rəyi, dedi bunlar mütləqdir. Dedi gecə saat 03-də sənin pulunu verəcəm, dedim 3 gün, 1 həftədən sonra verərsən, lap pis tərəfi məsəlçün 10.000 məndədir. 5)- 1,949-həcmli faylda, Fuadla-Nofəl arasında olan dialoqda. Nofəl-orderlər var, 3,5 siz vermisiniz. Fuadın Nofələ müraciəti:şofer kimi otururdun, niyə danışmırdın. Nofəl: Mən dedim narahat olma, o vaxt sizin işlərə start verilmişdir. Pulu 2-3 aydan sonra almışdım.Tarixə baxıb deyərəm-sentyabr. Fərəc-torpaq işləri gedirdi. Nofəl-Pulu sonradan aldım-bəli-bəli, gəldilər kordinantları vurdular-çıxardılar. 6) Zöhrab, Fərəc və Fuad arasında dialoq aparılır. Zöhrab Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Fərəc Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 7)-2,076kb həcmli faylda. Şahid2.Əslində iş düzəlir, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var. 8)-2.665kb həcmli faylda. Fərəc- Nofəl deyir müəyyən hissəsi xərclənib. 11)-3,779kb həcmli faylda, Fuadla-Nofəl arasında dialoq, Zərərçəkmiş şəxs Nofələ müraciət edir. “Bu pramidanın başı sənsən”, “Sən hansı dövlət işində işləmisən”, Nofəl- cavan vaxtlarımda cəmi 3 ay dövlət işində işləmişəm..., Təqsirləndirilən şəxs CD diskində aparılan danışıqlarda iştirak etdiyini, Şahid1 və Zərərçəkmiş şəxsla aralarındakı dialoqun ona aid olduğunu, digər şəxslərin Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs olduğunu təsdiq etmişdir. (cild 1, iş vərəqi 250-251). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, iş vərəqi 3-5). xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Pirşağıda yerləşən torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülməsi üçün Zöhrabdan xahiş etdiyini, Zöhrabın bu işi görməsi üçün Fərəc və Nofəl adlı şəxslərin edə biləcəyini dediyini, Fərəcin bu işlərin görülməsi üçün 450.000 manat pul lazım olduğunu və ilkin olaraq 120.000 manat pul verilməsini dediyini, Pirşağı qəsəbəsində Zöhrabın yanında Fərəclə Nofələ 24.000 manat pul verdiyini, bir neçə gün sonra Zöhrabın yanında Fərəcə 10.000 manat pul verdiyini, bu zaman Nofəlin sürücü kimi maşında əyləşdiyini, daha sonra torpaq sahəsinin sxemini çəkdirmək üçün 3000 manat pul verdiyini, Zöhrabın Fuada olan borcundan 55.000 manat pulu Fərəc və Nofələ verdiyini, sonuncu dəfə isə 60.000 manat pulu Fərəc və Nofəllə görüşüb onlara verdiyini, lakin həmin torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülmədiyini bildirmiş və bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 ondan onu Pirşağı qəsəbəsində aparmasını xahiş etdiyini, bu zaman orada Zöhrab adlı şəxslə görüşərək Zərərçəkmiş şəxs evinə getdiklərini, orada söhbət etdiklərini, lakin onun orada iştirak etmədiyini, təkrar Fərəcin ondan Pirşağı qəsəbəsinə getməyi xahiş etdiyini, söhbət zamanı Fərəcin ondan Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş etdiyini, bir müddət sonra Fərəclə birlikdə “Yaban” restoranında Zərərçəkmiş şəxsla görüşdüyünü, bu zaman Zərərçəkmiş şəxs Fərəcdən pulu alıb nə üçün sənədləşmə işlərini görmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini, onun isə bu işlərlə əlaqəsinin olmadığını dediyini, Zərərçəkmiş şəxs Fərəcə pul verməsinin şahidi olmadığını, sonradan onların arasında 60.000 manat pul alış-verişi olduğunu bildiyini, Zərərçəkmiş şəxs sənədləşdirmə işlərinin görülməsini öhdəsinə götürməsi barədə vəd vermədiyini, Fərəcin aldığı pullara görə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə köməklik göstərə biləcəyini bildirmişdir. (cild 2, iş vərəqi 15-18). xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2la Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Şahid2 Zöhrabın ona Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün kömək istədiyini, onun da əvvəllər tanıdığı Nofələ bu barədə məlumat verdiyini, sənədləşmə prosesinin həll edilməsini Nofəl öz üzərinə götürsə də, onun da cavabdehlik daşıdığını bildirdiyini, Nofəlin torpaq sahələrinin sənədləşdirilməsi üçün 450.000 manat pul lazım olacağını dediyini, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs 24.000 manat pulu alan zaman tək olduğunu, Pirşağı qəsəbəsindən qayıtdıqdan sonra Elit Ticarət mərkəzinin qarşısında pulu Nofələ verdiyini, Nofəlin həmin pulu götürüb sənədləşməyə köməklik göstərəcəyini dediyini, Zərərçəkmiş şəxs ikinci dəfə onunla görüşüb ona 10.000 manat pul verdiyini və “Daymond” restoranının yanında həmin pulu Nofələ verdiyini, daha sonra 60.000 manat pulu Zərərçəkmiş şəxs alaraq Elit Ticarət Mərkəzinin yanında Nofələ verdiyini sonuncunun üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 ondan onu Pirşağı qəsəbəsində aparmasını xahiş etdiyini, bu zaman orada Zöhrab adlı şəxslə görüşərək Zərərçəkmiş şəxs evinə getdiklərini, orada söhbət etdiklərini, lakin onun orada iştirak etmədiyini, təkrar Fərəcin ondan Pirşağı qəsəbəsinə getməyi xahiş etdiyini, söhbət zamanı Fərəcin ondan Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş etdiyini, bir müddət sonra Fərəclə birlikdə “Yaban” restoranında Zərərçəkmiş şəxsla görüşdüyünü, bu zaman Zərərçəkmiş şəxs Fərəcdən pulu alıb nə üçün sənədləşmə işlərini görmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini, onun isə bu işlərlə əlaqəsinin olmadığını dediyini, Zərərçəkmiş şəxs Fərəcə pul verməsinin şahidi olmadığını, sonradan onların arasında 60.000 manat pul alış-verişi olduğunu bildiyini, Zərərçəkmiş şəxs sənədləşdirmə işlərinin görülməsini öhdəsinə götürməsi barədə vəd vermədiyini, Fərəcin aldığı pullara görə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə köməklik göstərə biləcəyini, Fərəclə onun qeyd etdiyi restoranlarda görüşüb yemək yediklərini, lakin ondan pul almadığını bildirmişdir. (cild 2, iş vərəqi 19-22). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 29 aprel 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 aprel 2023cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 35-40) Şahid1 ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs məxsus 55.000 manat məbləğində pulu 2021-ci ilin iyun-iyul aylarında hissələrlə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Praqa” restoranı qarşısında Təqsirləndirilən şəxs iştirakı ilə Şahid2 verməsinə dair istintaqa vermiş olduğu ifadəsini yerində təsdiq etdiyi müəyyən olunmuşdur. (cild 2, iş vərəqi 86- 88). Şahid1 iştirakı ilə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərində markası olmayan, ağ rəngli 1 ədəd CD diskinin içərisində 1)-1443kb, 2)-1,473kb, 3)-2.712kb, 4)-1,726, 5)-1,949, 6)-2,522, 7)-2,076kb, 8)-2.665kb, 9)-2,572kb, 10)-3.133kb, 11)-3,7 79kb həcmdə səs yazılarının mövcud olduğu, həmin səs yazılarının Zərərçəkmiş şəxs ilə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 arasında dialoq aparıldığı zaman qeydə alınmışdır. Belə ki, 1)-1443kb-həcmli faylda Şahid1:-götürmüşəm aparmışam onların yanına, sonradan məlum olub ki, verilməliymiş 10 manat, verilib 5 manaat..., Şahid2: həll edəcəyik, 4-5 maşın var satıb məsələni həll edəcəyik. Zərərçəkmiş şəxs: Aləm qarışıb bir-birinə.., 3)-2.72kb-həcmli faylda, Şahid1:-bilmədiyiniz həqiqətlər olub, gəlmişik bura işin mahiyyətini aydınlaşdıraq..., Zərərçəkmiş şəxs Şahid2 müraciət edir-Nofəl niyə gəlmir, qaçıb yayınır. Fərəc cavab verir. Fuad müəllim siz məni tanımısınız, pulu mənim əlimlə vermisiniz, Nofəl də bu işə cavabdehdir, ancaq əsas mənəm. 4)-1,726 həcmli faylda, Təqsirləndirilən şəxs- rəyin dalınca sərəncam, şəhərsalmanın rəyi, dedi bunlar mütləqdir. Dedi gecə saat 03-də sənin pulunu verəcəm, dedim 3 gün, 1 həftədən sonra verərsən. 5)- 1,949-həcmli faylda, Fuadla-Nofəl arasında olan dialoqda. Nofəl-orderlər var, 3,5 siz vermisiniz. Fuadın Nofələ müraciəti: şofer kimi otururdun, niyə danışmırdın. Nofəl-Mən dedim narahat olma, o vaxt sizin işlərə start verilmişdir. Pulu 2-3 aydan sonra almışdım. Tarixə baxıb deyərəm-sentyabr. Fərəc-torpaq işləri gedirdi. Nofəl-Pulu sonradan aldım-bəli-bəli, gəldilər kordinantları vurdular-çıxardılar. 6) Zöhrab, Fərəc və Fuad arasında dialoq aparılır. Zöhrab Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Fərəc Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 7)-2,076kb həcmli faylda. Şahid2. Əslində iş düzəlirdi, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var. Zərərçəkmiş şəxs Şahid2 müraciət edir- 60.000 manatı məndən alanda kiminlə danışırdın? 8)-2.665kb həcmli faylda. Fərəc- Nofəl deyir müəyyən hissəsi xərclənib. 9)-2,572kb həcmli faylda, Nofəllə Fuad arasında dialoq. Nofəl danışır-onu şərləyib tutduracam..., 11)-3,779kb həcmli faylda, Fuadla-Nofəl arasında dialoq, Fuad Nofələ müraciət edir. “Bu piramidanın başı sənsən”,”Sən hansı dövlət işində işləmisən”, Nofəl- cavan vaxtlarımda cəmi 3 ay dövlət işində işləmişəm..., Şahid1 CD diskində aparılan danışıqlarda iştirak etdiyini, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxslə aralarındakı dialoqun ona aid olduğunu, həmin danışıqlardakı səs yazılarının iştirakçılarının Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu təsdiq etmişdir. (cild 2, iş vərəqi 89-90). DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş portal məlumatlarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Xəzər rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlandığı müəyyən olunmuşdur. Xəzər rayon prokurorluğundan daxil olmuş “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 20 aprel 2022-ci il tarixli qərarın məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə fakta görə başlanmış ********* nömrəli cinayət işinin icraatına Xəzər rayon prokurorunun müavini, ədliyyə müşaviri Zaur Ağakişiyev tərəfindən CPM-nin 39.1.2, 41-ci maddələrinə əsasən xitam verilmişdir. (iş vərəqə: cild 3, səh:66-68; cild 2, səh:92-97) Məhkəmə-kompyuter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “İpone 12 Pro” markalı “A2406”modelli mobil smartfonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli SİM danışıq kartının yaddaşına baxış keçirilmiş və (07 ədəd kontakt, 45 ədəd SMS mesaj və 04 ədəd silinmiş mesaj) məlumatlar aşkar olunaraq 1 ədəd DVD-R tipli diskə köçürülərək “Ekspertiza 5-357”adlı iş çantasında ekspert rəyinə əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir. (cild 2, iş vərəqi 113-117). Məhkəmə-kompyuter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/358 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Şahid2 məxsus “Samsunq Galaxy A10” markalı, arxa məlumat lövhəsinə görə SM-A105F/DS modelli mobil smartfonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “******************** (İCCİD) seriya nömrəli SİM danışıq kartının yaddaşına baxış keçirilmiş və (07 ədəd kontakt və 25 ədəd SMS mesaj) məlumatlar müəyyən olunaraq “Ekspertiza 5-358” adlı iş çantasında bir ədəd DVD-R-tipli diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir. (cild 2, iş vərəqi 118-122). xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə təqsirləndirilən şəxs Şahid2 arasında keçirilmiş üzləşmə zamanı Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 55.000 manat məbləğində pul vəsaitlərini hissələrlə 2021-ci ilin iyun-iyul aylarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Praqa” restoranı qarşısında Təqsirləndirilən şəxs iştirakı ilə Şahid2 verdiyinə dair ifadəsini sonuncunun üzünə qarşı deməklə təsdiq etmişdir. (cild 2, iş vərəqi 149-153). xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 55.000 manat məbləğində pul vəsaitlərini hissələrlə 2021-ci ilin iyun-iyul aylarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Praqa” restoranı qarşısında Təqsirləndirilən şəxs iştirakında Şahid2 verdiyinə dair ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmişdir. (cild 2, iş vərəqi 154-158). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 181-187) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 188-189) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. (cild 2, iş vərəqə 190-196) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay 12 gün həddində müəyyən edilmiş və həbs qətimkan tədbirinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu andan hesablanmışdır. (cild 2, iş vərəqə 203-210) Təqsirləndirilən şəxsin tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. (cild 2, iş vərəqə 223-224) Təqdim etmə, götürmə və baxış keçirmə haqqında 05 iyun 2023-il tarixli protokol və ona əlavə edilmiş 02 ədəd əlyazmanın surətindən görünür ki, Şahid2 təqdim etdiyi 02 ədəd əlyazmaların üzərində “Nofəl, Fuda (Fuad) yazıları və rəqəmlər əks olunmuşdur. Əlyazmanın birinci vərəqində “xx.xx.2021.40.dollar.verdim-Nofəl.Aldım imza....Fuda,Pirşağı 4.8hA.30min Nofəl Aldım.İmza....” Nofel42.800 aldı nofel. İmza....Nofər.+ 15 min verdim, Nofəl 2500 aldım imza...” qeydləri, 2-ci vərəqində “Nofel42.800 aldı nofel.imza.... Nofər.+15 min verdim,Nofəl 2500 aldım imza....” qeydləri aparılmışdır. Şahid2 bildirmişdir ki, həmin əlyazmada göstərilən qeydlər Nofəllə onun arasında aparılmış, aldım yazıları və imza isə Nofəl tərəfindən qeyd olunmuş və həmin məbləğləri alıb götürmüşdür. (cild 2, iş vərəqə 246-248) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs, Şahid1 və X4 barələrində Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd elektron məlumat daşıyıcısı CD disk, təqsirləndirilən şəxs Şahid2 təqdim etdiyi, üzərində Zərərçəkmiş şəxs Şahid2 tərəfindən alınmış pul vəsaitlərinin Təqsirləndirilən şəxs verilməsinə, sonuncunun ona təqdim olunan pul vəsaitlərini aldığını öz imzası ilə təsdiq etməsinə dair 2 vərəqədən ibarət əlyazma iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin istintaq materiallarında saxlanılmışdır. (cild 2, iş vərəqi 249-267). 19 iyun 2023-cü il tarixli ittiham aktından görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq ittiham aktı müstəntiq tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. (cild 3, iş vərəqə 31-49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının verdiyi 20 iyun 2023-cü il tarixli, 3-16-17/38/2-4278/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. (cild 3, iş vərəqə 51) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 28 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 59-65) Sübutların qiymətləndirilməsi haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla iş üzrə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsi ilə, Şahid2 və Təqsirləndirilən şəxs barələrində CM-nin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312-ci (rüşvət verməyə təhrik etmə), 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmış, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd elektron məlumat daşıyıcısı CD diski iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmış, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.3.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X9 və Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla iş üzrə təqsirləndirilən şəxs Şahid2 təqdim etdiyi, üzərində Zərərçəkmiş şəxs Şahid2 tərəfindən alınmış pul vəsaitlərinin Təqsirləndirilən şəxs verilməsinə, sonuncunun ona təqdim olunan pul vəsaitlərini aldığını öz imzası ilə təsdiq etməsinə dair 2 vərəqədən ibarət əlyazma cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşya (sənəd) olduğundan iş üzrə maddi sübut kimi tanınmaqla istintaq materiallarında saxlanılması nəzərə alınmış, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərarla iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid2 məxsus mobil telefonlarının yaddaşındakı məlumatların köçürüldüyü DVD-R tipli (02) ədəd disklərin cinayət işinin materiallarına əlavə olunmaqla saxlanılması nəzərə alınmışdır. (cild 3, iş vərəqə 78-98) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 101-103) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal həbs edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-220/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Şahid2 təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmış, Şahid2 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şahid2 barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)-21/2023 saylı hökmü müstəqil icra olunmuş, Şahid2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş və cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmış, Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmiş, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd CD disk və Şahid2 təqdim etdiyi 2 vərəqdən ibarət əlyazma cinayət işinin materiallarında saxlanılmış, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 107,30 (yüz yeddi manat 30 qəpik) manat pul Şahid2 tutularaq dövlət büdcəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş və ittihamı bütünlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib özünü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi, Qəhrəman Fərəcovun isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssisi kimi zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edəcəkləri, sənədləşmənin aparılması və başa çatdırılmasının ona aid olması, pulların alınaraq sonradan bölüşdürüləcəyi barədə qabaqcadan öz rollarını aralarında bölüb razılaşdıqdan sonra 450.000 manat müqabilində Zərərçəkmiş şəxs faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 534m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli İstifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin may ayının ortalarında ünvan 1 ünvanda 24000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10000 (on min) manat, 2021-ci ilin iyun ayının əvvəllərində Yasamal rayonu, Naxçıvani küçəsində Şahid1 vasitəsilə 3000 (üç min) manat, 2021-ci ilin iyun ayının ortalarında Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid1 vasitəsilə 10000 (on min) manat, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİ-nin yaxınlığında Zərərçəkmiş şəxs özündən 60.000 (altmış min) manat, 2021-ci ilin iyul ayının əvvəllərində Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid1 vasitəsilə hissə-hissə olmaqla 15.000(on beş min) manat, 20.000(iyirmi min) manat və 10.000 (on min) manat, ümumilikdə 162.000 (yüz altımış iki min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək “Fuad” adlı şəxsi tanımadığını, Fuadla hər hansı bir telefon danışığı və ya mesajlaşmasının olmadığını, Fuadla cəmi bircə dəfə görüşüb çay içdiyini, Fərəclə münasibəti olduğunu, Fuadla Fərəcin arasında olan hər hansı söhbətdən məlumatı olmadığını, Fuadla Novxanıda yerləşən “Praqa” restoranında görüşmədiyini, İnqilab küçəsində Zöhrabgilin evinin yaxınlığında beşmərtəbəli binanın altındakı kafedə Fuad, Zöhrab və Fərəclə görüşmədiyini, Fuada torpaq komitəsində işlədiyini demədiyini, şəxsən Fuadla görüşmədiyini, Zərərçəkmiş şəxs pul borcu olmadığını, ümumiyyətlə onun Fuadla pul alış-verişi olmadığını, Fərəcin ona pul vermədiyini, Fərəcə onun pulunu ödəməyə dost kimi köməklik edəcəyini dediyini, Fuadla bir dəfə də olsun telefon danışığı olmadığını, 30.000 (otuz min) manat məbləğində pulun Fuada aidiyyatının olmadığını, Fərəc Bakı istintaq təcridxanasında olan zaman Şahid2la 37 (otuz yeddi) dəqiqəlik səs danışığının olduğunu, Fərəc ona “Fuad mənə dedi ki, sən Nofəlin adını çək, mən səndən pul istəməyəcəm, pulu Nofəldən alacam” dediyini, Fuadın işi ilə bağlı Fərəcdən ümumiyyətlə, pul almadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, özünü Torpaq Komitəsinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs və Abşeron rayon Əmlak şöbəsinin əməkdaşı kimi təqdim edən Şahid2 adlı şəxslər tərəfindən istifadəsində olan torpaq sahəsinin sənədləşdiriləcəyi adı ilə 2021-ci ilin yay aylarında hissələrlə, ümumilikdə 162.000 manat məbləğində külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirilmişdir (cild 1, iş vərəqi 11), həmçinin, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamın məzmunundan görünür ki, o, istintaq orqanının çağırışlarına vaxtında əməl edəcəyi, təyin olunmuş tarixdə istintaq orqanına gələcəyi, eləcə də şikayətçi Zərərçəkmiş şəxsla razılaşmaq üçün real addımlar atacağına dair iltizam verməklə öhdəlik götürmüşdür.(cild 1, iş vərəqi 43). Bundan başqa cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolu ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş, onunla Şahid2 və Təqsirləndirilən şəxs arasında danışıqların yazıldığı 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı danışıqların aparıldığı müəyyən edilmişdir: 004 və 005 nömrəli fayllarda - Zərərçəkmiş şəxs özü danışaraq bildirir ki, iki gündür bunlarla mübahisədəyik, bunu götürüb aparmışam Nofəlin yanına, əvvəl elə bilirdim ki, heç nə yoxdur, sonra agah oldu ki, burda 10 manat puldur, verilməliymiş, verilib 5 manat, 5 manatı qalıb, amma 5 manatın kimdə olması bilinmədi, o atdı bunun üstünə, bu atdı onun üstünə. Həmin zaman Şahid2 söhbətə qoşulub bildirir ki, həll eliyəcəyik, 3-4 maşın var satıb həll eliyəcəyik. Zərərçəkmiş şəxs isə bildirir ki, bu tək sənin işin deyil, 3 nəfər pul verib, biri mənəm, amma bu o halda düzələ bilər ki, Nofəl Fərəcə yalan deməsə, Fərəcin ortağı Nofəl və Nofəlin qardaşı var. 006 nömrəli faylda - Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 arasında danışıq gedir. Zöhrab bildirir ki, bildiyi həqiqət budur ki, bu iş pozulmayıb, o, özünü bu işdə kənara çəkmir, Nofəllə birlikdə bir nəfər dövlət adamı ilə görüşüb, məlum olub ki, 10 manat çatmalı imiş, 5 manat çatıb. Fərəc bildirir ki, rəy verilib, 9 hektara rəy alınıb artıq, 4 hektar da onun içərisindədir. Zərərçəkmiş şəxs deyir ki, nə qədər gözləyək, bir ilə yaxındır. Zöhrab isə deyir ki, 5 manat yerindədir, həmin adam qalan 5 manatı bizdən istəyir. Fuad isə deyir ki, bizdən yox, bunlardan, Fərəc və Nofəldən. Həmin zaman Fərəc söhbətə qoşulub deyir ki, veriləcək. Fuad soruşur ki, Nofəl niyə gəlmir, qaçır, yayınır. Fərəc isə deyir ki, siz məni tanıyırsınız. Fuad isə deyir ki, o, elə əvvəlidən deyib ki, Nofəl bu işin arasındadır, Nofəl isə susurdu. 007 nömrəli faylda - Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında danışıq gedir. Təqsirləndirilən şəxs başqa şəxsə çıxarış almasından və çıxarış alınması üçün hansı sənədlərin toplanmasının lazım olmasından danışır. 008 nömrəli faylda - Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında danışıq gedir. Zərərçəkmiş şəxs Nofələ bildirir ki, sən əvvəl özünü Fərəcin yanında sürücü kimi aparırdın. Nofəl isə bildirir ki, sənə əvvəldən demişəm narahat olma. Zərərçəkmiş şəxs bildirir ki, Fərəcə pul verən vaxtı sən özünü sürücü kimi aparırdın. Nofəl isə deyir ki, həmin vaxtı ona pul verilməyib, ona 2-3 aydan sonra pul verilib. Fuad isə deyir ki, o vaxtı verdiyi 60.000 manatın 30.000 manatının ona verildiyi deyilirdi. Zərərçəkmiş şəxs Nofələ deyir ki, dəniz kənarında səninlə söhbət edəndə sən pulu almışdın ki, mənə vədlər verirdin. Nofəl isə həmin vaxtı deyil, ondan sonra pulu aldığını bildirir. Zərərçəkmiş şəxs Nofəldən soruşur ki, sonradan pulu aldın? Nofəl təsdiq edir ki, pulu alıb. 009 nömrəli faylda - Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs arasında danışıq gedir. Zöhrab Nofələ sual verır ki, Pirşağıda söhbət zamanı Fuad ondan soruşub ki, sən bu işin harasındasan. Nofəl də bildirib ki, hər tərəifndə, Fərəc mənim dostumdur, ona otveçatam. 0010 nömrəli faylda Zərərçəkmiş şəxs və Şahid2 arasında danışıq gedir. Fərəc bildirir ki, narahat olma, Baksovetdə adam var, düzələcək, pul var, 4-5 ədəd maşın da var. Fuad Fərəcə bildirir ki, sən 60 mini məndən aldın qabağa görə. 0011 nömrəli faylda - Zərərçəkmiş şəxs və Şahid2 arasında danışıq gedir. Fərəc deyir ki, pulun müəyyən hissəsi xərclənib, amma problem deyil, mülk var, maşın var 3-4 dənə. Fuad Fərəcə sual verir ki, sən pulu Nofələ vermisən. Fərəc də deyir ki, Nofəl də deyir kiməsə vermişəm, orda problem yaranıb. Fuad deyir, Fərəc Nofəli söhbətdə satmır, amma özu sonra problemdə qalacaq. 0014 nömrəli faylda - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında danışıq gedir, Nofəl bildirir kı, Bakı şəhərində bir nəfər deyə bilməz ki, Nofəl onun bir manatını yeyib. Nofələ sual verilir ki, sən Torpaq Komitəsində nə vaxt işləmisən. Nofəl orada işləmədiyini bildirir, ümumiyyətlə dövlət işində işləmədiyini bildirir. (cild 1, iş vərəqə 61-62) Bundan başqa ifadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokollarda və fotocədvəllərdə iş üzrə Zərərçəkmiş şəxs ünvan 8 ünvanı göstərib Şahid2 və Təqsirləndirilən şəxs ilə tanışı Şahid1 vasitəsilə tanıdıqdan sonra Şahid2 özünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edərək daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssis olduğunu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs vasitəsi və köməkliyi ilə 450.000 manat müqabilində onun faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 534m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq 2021-ci ilin may ayının ortalarında ünvan 8 ünvanda 24.000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10.000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10.000 (on min) manat, 2021-ci ilin iyun ayında Yasamal rayonu, Naxçıvani küçəsində Şahid1 vasitəsilə hissələrlə göndərdiyi 55.000 (əlili beş min) manat, 2021-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİ-nin yaxınlığında 60.000 (altımış min) manat olmaqla, ümumilikdə 162.000 (yüz altımış iki min) manat məbləğində pulunu ələ keçirərək ona külli miqdarda maddi ziyan vurduğunu bildirmiş, Pirşağı qəsəbəsi, Yasamal və Binəqədi rayon ərazilərində pulların alındığı ünvanları ayrılıqda yerində göstərməklə ifadəsini təsdiq etdiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 98-104). Bundan başqa xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxs Şahid2 arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Pirşağıda yerləşən torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülməsi üçün Zöhrabdan xahiş etdiyini, Zöhrabın bu işi görməsi üçün Fərəc və Nofəl adlı şəxslərin edə biləcəyini dediyini, Fərəcin bu işlərin görülməsi üçün 450.000 manat pul lazım olduğunu və ilkin olaraq 120.000 manat pul verilməsini dediyini, Pirşağı qəsəbəsində Zöhrabın yanında Fərəclə Nofələ 24.000 manat pul verdiyini, bir neçə gün sonra Zöhrabın yanında Fərəcə 10.000 manat pul verdiyini, bu zaman Nofəlin sürücü kimi maşında əyləşdiyini, daha sonra torpaq sahəsinin sxemini çəkdirmək üçün 3000 manat pul verdiyini, Zöhrabın Fuada olan borcundan 55.000 manat pulu Fərəc və Nofələ verdiyini, sonuncu dəfə isə 60.000 manat pulu Fərəc və Nofəllə görüşüb onlara verdiyini, lakin həmin torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülmədiyini bildirmiş və bir daha Şahid2 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Şahid2 isə Zöhrabın ona Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün kömək istədiyini, onun da əvvəllər tanıdığı Nofələ bu barədə məlumat verdiyini, sənədləşmə prosesinin həll edilməsini Nofəl öz üzərinə götürsə də, onun da cavabdehlik daşıdığını bildirdiyini, Nofəlin torpaq sahələrinin sənədləşdirilməsi üçün 450.000 manat pul lazım olacağını dediyini, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs 24.000 manat pul aldığını, təkrar 10.000 manat pul alıb Nofələ verdiyini, yenidən 60.000 manat pul alaraq Nofələ verdiyini, Zərərçəkmiş şəxs 3 dəfəyə 94.000 manat pul alaraq Nofələ verdiyini bildirmişdir. (cild 1, iş vərəqi 187-191). Bundan başqa Şahid2 iştirakı ilə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş Şahid2, Təqsirləndirilən şəxs, X5 ilə aralarında aparılmış dialoqun səs yazıları əks olunmuş 1 ədəd CD diskindəki 1443 kb həcmli 1 nömrəli faylda Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs arasında aparılan danışıq zamanı Şahid2 “həll edəcəyik, 4-5 maşın var satıb məsələni həll edəcəyik” deyə cavab verir. 2,712 kb həcmli 3cü faylda Zərərçəkmiş şəxs Şahid2 müraciət edərək Nofəlin nədən görüşə gəlmədiyini soruşur və Şahid2: Fuad müəllim siz məni tanımısınız, pulu mənim əlimlə vermisiniz, Nofəl də bu işə cavabdehdir, ancaq əsas mənəm” deyə cavab verir. 1,949 kb həcmli 5-ci faylda, Şahid1 Şahid2 və Zərərçəkmiş şəxs arasında dialoq aparılır. Şahid1 Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Şahid2 isə Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 2,076 kb həcmli 7-ci faylda Şahid2 “Əslində iş düzəlir, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var” deyə cavab verir. 2.665 kb həcmli 8-ci faylda Şahid2: “Nofəl deyir pulun müəyyən hissəsi xərclənib” kimi etirafedici ifadələri əks olunmuşdur. (cild 1, iş vərəqi 169- 170). Bundan başqa Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərində markası olmayan, ağ rəngli 1 ədəd CD diskinin içərisində 1)-1443 kb, 2)-1,473kb, 3)-2,72kb, 4)-1,726, 5)-1,949, 6)-2,522, 7)-2,076 kb, 8)-2.665kb, 9) -2,572kb, 10)-3,133kb, 11)-3,779 kb həcmdə səs yazılarının mövcud olduğu, həmin səs yazılarının Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 arasında dialoq aparıldığı zaman qeydə alınmışdır. 4)-1,726 həcmli faylda, Təqsirləndirilən şəxs- rəyin dalınca sərəncam, şəhərsalmanın rəyi, dedi bunlar mütləqdir. Dedi gecə saat 03-də sənin pulunu verəcəm, dedim 3 gün, 1 həftədən sonra verərsən, lap pis tərəfi məsəlçün 10.000 məndədir. 5)- 1,949-həcmli faylda, Fuadla-Nofəl arasında olan dialoqda. Nofəl-orderlər var, 3,5 siz vermisiniz. Fuadın Nofələ müraciəti:şofer kimi otururdun, niyə danışmırdın. Nofəl: Mən dedim narahat olma, o vaxt sizin işlərə start verilmişdir. Pulu 2-3 aydan sonra almışdım.Tarixə baxıb deyərəm-sentyabr. Fərəc-torpaq işləri gedirdi. Nofəl-Pulu sonradan aldım-bəli-bəli, gəldilər kordinantları vurdular-çıxardılar. 6) Zöhrab, Fərəc və Fuad arasında dialoq aparılır. Zöhrab Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Fərəc Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 7)-2,076kb həcmli faylda. Şahid2.Əslində iş düzəlir, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var. 8)-2.665kb həcmli faylda. Fərəc- Nofəl deyir müəyyən hissəsi xərclənib. 11)-3,779kb həcmli faylda, Fuadla-Nofəl arasında dialoq, Zərərçəkmiş şəxs Nofələ müraciət edir. “Bu pramidanın başı sənsən”, “Sən hansı dövlət işində işləmisən”, Nofəl- cavan vaxtlarımda cəmi 3 ay dövlət işində işləmişəm..., Təqsirləndirilən şəxs CD diskində aparılan danışıqlarda iştirak etdiyini, Şahid1 və Zərərçəkmiş şəxsla aralarındakı dialoqun ona aid olduğunu, digər şəxslərin Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs olduğunu təsdiq etmişdir. (cild 1, iş vərəqi 250-251). Bundan başqa Şahid1 iştirakı ilə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 CD diskində aparılan danışıqlarda iştirak etdiyini, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxslə aralarındakı dialoqun ona aid olduğunu, həmin danışıqlardakı səs yazılarının iştirakçılarının Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu təsdiq etmişdir. (cild 2, iş vərəqi 89-90) Bundan başqa işə olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Pirşağıda yerləşən torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülməsi üçün Zöhrabdan xahiş etdiyini, Zöhrabın bu işi görməsi üçün Fərəc və Nofəl adlı şəxslərin edə biləcəyini dediyini, Fərəcin bu işlərin görülməsi üçün 450.000 manat pul lazım olduğunu və ilkin olaraq 120.000 manat pul verilməsini dediyini, Pirşağı qəsəbəsində Zöhrabın yanında Fərəclə Nofələ 24.000 manat pul verdiyini, bir neçə gün sonra Zöhrabın yanında Fərəcə 10.000 manat pul verdiyini, bu zaman Nofəlin sürücü kimi maşında əyləşdiyini, daha sonra torpaq sahəsinin sxemini çəkdirmək üçün 3000 manat pul verdiyini, Zöhrabın Fuada olan borcundan 55.000 manat pulu Fərəc və Nofələ verdiyini, sonuncu dəfə isə 60.000 manat pulu Fərəc və Nofəllə görüşüb onlara verdiyini, lakin həmin torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülmədiyini bildirmiş və bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 ondan onu Pirşağı qəsəbəsində aparmasını xahiş etdiyini, bu zaman orada Zöhrab adlı şəxslə görüşərək Zərərçəkmiş şəxs evinə getdiklərini, orada söhbət etdiklərini, lakin onun orada iştirak etmədiyini, təkrar Fərəcin ondan Pirşağı qəsəbəsinə getməyi xahiş etdiyini, söhbət zamanı Fərəcin ondan Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş etdiyini, bir müddət sonra Fərəclə birlikdə “Yaban” restoranında Zərərçəkmiş şəxsla görüşdüyünü, bu zaman Zərərçəkmiş şəxs Fərəcdən pulu alıb nə üçün sənədləşmə işlərini görmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini, onun isə bu işlərlə əlaqəsinin olmadığını dediyini, Zərərçəkmiş şəxs Fərəcə pul verməsinin şahidi olmadığını, sonradan onların arasında 60.000 manat pul alış-verişi olduğunu bildiyini, Zərərçəkmiş şəxs sənədləşdirmə işlərinin görülməsini öhdəsinə götürməsi barədə vəd vermədiyini, Fərəcin aldığı pullara görə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə köməklik göstərə biləcəyini bildirmişdir. (cild 2, iş vərəqi 15-18). Bundan başqa xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2la Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Şahid2 Zöhrabın ona Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün kömək istədiyini, onun da əvvəllər tanıdığı Nofələ bu barədə məlumat verdiyini, sənədləşmə prosesinin həll edilməsini Nofəl öz üzərinə götürsə də, onun da cavabdehlik daşıdığını bildirdiyini, Nofəlin torpaq sahələrinin sənədləşdirilməsi üçün 450.000 manat pul lazım olacağını dediyini, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs 24.000 manat pulu alan zaman tək olduğunu, Pirşağı qəsəbəsindən qayıtdıqdan sonra Elit Ticarət mərkəzinin qarşısında pulu Nofələ verdiyini, Nofəlin həmin pulu götürüb sənədləşməyə köməklik göstərəcəyini dediyini, Zərərçəkmiş şəxs ikinci dəfə onunla görüşüb ona 10.000 manat pul verdiyini və “Daymond” restoranının yanında həmin pulu Nofələ verdiyini, daha sonra 60.000 manat pulu Zərərçəkmiş şəxs alaraq Elit Ticarət Mərkəzinin yanında Nofələ verdiyini sonuncunun üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 ondan onu Pirşağı qəsəbəsində aparmasını xahiş etdiyini, bu zaman orada Zöhrab adlı şəxslə görüşərək Zərərçəkmiş şəxs evinə getdiklərini, orada söhbət etdiklərini, lakin onun orada iştirak etmədiyini, təkrar Fərəcin ondan Pirşağı qəsəbəsinə getməyi xahiş etdiyini, söhbət zamanı Fərəcin ondan Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş etdiyini, bir müddət sonra Fərəclə birlikdə “Yaban” restoranında Zərərçəkmiş şəxsla görüşdüyünü, bu zaman Zərərçəkmiş şəxs Fərəcdən pulu alıb nə üçün sənədləşmə işlərini görmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini, onun isə bu işlərlə əlaqəsinin olmadığını dediyini, Zərərçəkmiş şəxs Fərəcə pul verməsinin şahidi olmadığını, sonradan onların arasında 60.000 manat pul alış-verişi olduğunu bildiyini, Zərərçəkmiş şəxs sənədləşdirmə işlərinin görülməsini öhdəsinə götürməsi barədə vəd vermədiyini, Fərəcin aldığı pullara görə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə köməklik göstərə biləcəyini, Fərəclə onun qeyd etdiyi restoranlarda görüşüb yemək yediklərini, lakin ondan pul almadığını bildirmişdir. (cild 2, iş vərəqi 19-22). Bundan başqa xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2la Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Şahid2 Zöhrabın ona Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün kömək istədiyini, onun da əvvəllər tanıdığı Nofələ bu barədə məlumat verdiyini, sənədləşmə prosesinin həll edilməsini Nofəl öz üzərinə götürsə də, onun da cavabdehlik daşıdığını bildirdiyini, Nofəlin torpaq sahələrinin sənədləşdirilməsi üçün 450.000 manat pul lazım olacağını dediyini, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs 24.000 manat pulu alan zaman tək olduğunu, Pirşağı qəsəbəsindən qayıtdıqdan sonra Elit Ticarət mərkəzinin qarşısında pulu Nofələ verdiyini, Nofəlin həmin pulu götürüb sənədləşməyə köməklik göstərəcəyini dediyini, Zərərçəkmiş şəxs ikinci dəfə onunla görüşüb ona 10.000 manat pul verdiyini və “Daymond” restoranının yanında həmin pulu Nofələ verdiyini, daha sonra 60.000 manat pulu Zərərçəkmiş şəxs alaraq Elit Ticarət Mərkəzinin yanında Nofələ verdiyini sonuncunun üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 ondan onu Pirşağı qəsəbəsində aparmasını xahiş etdiyini, bu zaman orada Zöhrab adlı şəxslə görüşərək Zərərçəkmiş şəxs evinə getdiklərini, orada söhbət etdiklərini, lakin onun orada iştirak etmədiyini, təkrar Fərəcin ondan Pirşağı qəsəbəsinə getməyi xahiş etdiyini, söhbət zamanı Fərəcin ondan Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş etdiyini, bir müddət sonra Fərəclə birlikdə “Yaban” restoranında Zərərçəkmiş şəxsla görüşdüyünü, bu zaman Zərərçəkmiş şəxs Fərəcdən pulu alıb nə üçün sənədləşmə işlərini görmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini, onun isə bu işlərlə əlaqəsinin olmadığını dediyini, Zərərçəkmiş şəxs Fərəcə pul verməsinin şahidi olmadığını, sonradan onların arasında 60.000 manat pul alış-verişi olduğunu bildiyini, Zərərçəkmiş şəxs sənədləşdirmə işlərinin görülməsini öhdəsinə götürməsi barədə vəd vermədiyini, Fərəcin aldığı pullara görə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə köməklik göstərə biləcəyini, Fərəclə onun qeyd etdiyi restoranlarda görüşüb yemək yediklərini, lakin ondan pul almadığını bildirmişdir. (cild 2, iş vərəqi 19-22). Bundan başqa xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 55.000 manat məbləğində pul vəsaitlərini hissələrlə 2021-ci ilin iyun-iyul aylarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Praqa” restoranı qarşısında Təqsirləndirilən şəxs iştirakında Şahid2 verdiyinə dair ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmişdir. (cild 2, iş vərəqi 154-158). Bundan başqa təqdim etmə, götürmə və baxış keçirmə haqqında 05 iyun 2023-il tarixli protokol və ona əlavə edilmiş 02 ədəd əlyazma məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, Şahid2 təqdim etdiyi 02 ədəd əlyazmaların üzərində “Nofəl, Fuda (Fuad) yazıları və rəqəmlər əks olunmuşdur. Əlyazmanın birinci vərəqində “xx.xx.2021.40.dollar.verdim-Nofəl.Aldım imza....Fuda,Pirşağı 4.8hA.30min Nofəl Aldım.İmza....” Nofel42.800 aldı nofel. İmza....Nofər.+ 15 min verdim, Nofəl 2500 aldım imza...” qeydləri, 2-ci vərəqində “Nofel42.800 aldı nofel.imza.... Nofər.+15 min verdim,Nofəl 2500 aldım imza....” qeydləri aparılmışdır. Şahid2 bildirmişdir ki, həmin əlyazmada göstərilən qeydlər Nofəllə onun arasında aparılmış, aldım yazıları və imza isə Nofəl tərəfindən qeyd olunmuş və həmin məbləğləri alıb götürmüşdür. (cild 2, iş vərəqə 246-248) Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə də sübuta yetirilmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətlərinin protokolları, ifadənin yerində yoxlanılması haqqında protokol, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən hal həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsə ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini (hər hansı məbləğdə pul vəsaitini qaytarmamasını) məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 29 aprel 2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla xx.xx.2023cü il tarixədək uzadılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay 12 gün həddində müəyyən edilmiş və həbs qətimkan tədbirinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu andan hesablanmışdır. Təqsirləndirilən şəxsin tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 verdiyi 20 iyun 2023-cü il tarixli, 3-16-17/38/2-4278/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 28 sentyabr 2023-cü il tarixədək uzadılmış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal həbs edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qətimkan tədbiri qaydasında həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 16 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli hökmü ilə 107.30 manat ekspertiza xərcinin Şahid2 tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Şahid2 barəsində olan 25 noyabr 2024-cü il tarixli hökmü ilə Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd CD disk və Şahid2 təqdim etdiyi 2 vərəqdən ibarət əlyazma Şahid2 barəsidə olan cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X6 üçün 30 (otuz) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qətimkan tədbiri qaydasında həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 06 (altı) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli hökmü ilə 107.30 manat ekspertiza xərcinin Şahid2 tutulması və Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd CD disk və Şahid2 təqdim etdiyi 2 vərəqdən ibarət əlyazma Şahid2 barəsində olan cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X6 üçün 30 (otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın, məhkəmə xərcinin, mülki iddianın və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-104/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-104/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver