Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1040/2023 28.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X14 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qohumu Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya özünün yalandan Yevlax Toxumçuluq İdarəsində bölgə müdiri işlədiyini bildirib, xaricdən gələn, istixanalar üçün gübrə dərmanların pulunu Bakı şəhərində yerləşən şirkətə köçürdükdən sonra həmin pulun miqdarında dərmanların Yevlax Toxumçuluq İdarəsinin anbarına boşaldılacağını, bundan sonra həmin dərmanları işlədiyi bölgədə yerləşən müxtəlif istixanalara satıb, 15 gün ərzində pulu əldə edib, qoyulan pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə 05 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Moskva» Univermağının yaxınlığında Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat, 20 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Moskva» Univermağının yaxınlığında Zərərçəkmiş şəxs 40.000 (qırx min) manat, 2021-ci ilin noyabr ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1-ci yaşayış massivi 32 ünvanında yerləşən «Bazar Store» mağazasının yaxınlığında Zərərçəkmiş şəxs 10.000 (on min) manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 100.000 (yüz min) manat məbləğində külli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. 2020-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayına qədər o, «X29 Traiding» MMC-də satış mütəxəssisi vəzifəsində işləmiş, təxminən 400-500 manat əmək haqqı almışdır. 2021-ci ilin oktyabr ayının sonlarında mərhum atası X3 onu Bakı şəhərinə göndərərək ona «bacım oğlu Elşəndə pul var, get onu götür» demişdir. O da həmin vaxt Bakı şəhərinə gəlmiş, Nəsimi rayonunda yerləşən «Moskva» univermağının yaxınlığında Zərərçəkmiş şəxslə və sonuncunun yanında olan tanımadığı bir nəfər şəxslə görüşmüşdür. Orada Elşən ona əlbəəl 50.000 manat pul vermişdir. Həmin gün o, Yevlax şəhərinə gedib qeyd olunan pulu tam şəkildə atasına vermişdir. Təxminən 15 gün sonra atası ona 65.000 manat pul verib Elşənə aparıb verməyini demişdir. O, həmin pulu atasından götürüb Bakı şəhərində Elşənlə görüşüb tam şəkildə Elşənə vermişdir. Təxminən 15-20 dəqiqə sonra Elşən atası ilə telefonla danışmış və atası Elşənə 100.000 manat pul lazım olduğunu demişdir. Elşən isə atasına əgər pulu versə, 15 gün sonra pulun üstündə əlavə 30.000 manat pul qaytara biləcəyini soruşmuş, atası isə qaytara biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona 65.000 manat pul vermiş, 35.000 manat pulu isə Elşənin adını bilmədiyi dostundan gedib götürməyini demişdir. O da Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Memar Əcəmi» metrostansiyasının yaxınlığında Elşənin adını bilmədiyi dostu ilə görüşüb 35.000 manat pulu götürmüşdür. Elşən ilə atasının arasında olan danışığa əsasən atası götürülən 100.000 manat pula görə 30.000 manat faiz pulu qaytarmalı olmuşdur. O, Elşəndən götürdüyü 100.000 manat pulun 70.000 manatını atasının göstərişi ilə qohumu Şahid12 vermişdir. Qalan 30.000 manat pulu isə aparıb atasına vermişdir. Üstündən bir müddət keçəndən sonra atası 130.000 manatı qaytara bilməmiş və ona görə də Elşəngil atasına hədə-qorxu gəlməyə başlamışlar. Atası, anası və xalasının əri Samit Elşənin atasıgildə söhbət etmişlər və Elşəngil pulu qaytarması üçün atasına vaxt qoymuşlar. Hər gün atasına zəng edərək pulun ödənilməsini tələb etmişlər. Atasına kömək etmək üçün xalasının əri evə və torpağa dair etibarnamə vermişdir. Lakin Elşəngil təkidlə anasının da adına kredit götürülüb onlara verilməsini və həmin kreditin də anasının maaşı ilə ödənilməsini tələb etmişlər. Atası və o, həmin vaxt işləmədiklərindən atası Elşəngilə etiraz etmişdir. Atası təzyiqlərə dözməyərək 21 yanvar 2022-ci il tarixdə özünü yaşadıqları evin damından asaraq öldürmüşdür. Atası özünü öldürəndən sonra xalasının əri torpağa və evə dair verdiyi etibarnaməni ləğv etmişdir. Atasının ilinə yaxınlaşan zaman Elşənin onun barəsində polisə şikayət etdiyini bilmişdir. O yalnız atasının tapşırığına əsasən Elşəndən pulları götürmüş və atasına çatdırmışdır. Elşəndən iki dəfə, “Moskva” Unvermağının yanında atasının tapşırığına əsasən cəmi 100.000 manat pul almış və həmin pulun 70.000 manatını atasının tapşırığına əsasən Sənana, qalan 30.000 manatını isə atasına vermişdir. O, yalnız atasının göstərişlərini yerinə yetirmiş, atasının dediklərini Elşənə çatdırmışdır. Gübrə alqı-satqısı ilə bağlı aralarında heç bir söhbət olmamışdır. Heç kimə qarşı dələduzluq etməmişdir. Borc atasının olmuş və atası da borcu qaytara bilmədiyindən özünü öldürmüşdür. Zərərçəkmiş şəxsin dedikləri yalandır və onun şahidləri yalnız yaxın qohumları və dostlarıdır. Pulun ona verilməsini iddia etdikləri vaxtlarda Bakı şəhərində ümumiyyətlə olmamışdır. İstintaq orqanı ona qarşı qərəzli mövqedə olmuşdur. Qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Onunla arasında heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Dayısı Müşfiqlə və onun ailəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. 2021-ci ilin oktyabr ayının sonlarında Salman ona zəng edərək özünün Yevlax Toxumçuluq İdarəsinə bölgə müdiri vəzifəsinə təyin edildiyini, xaricdən gələn istixanalar üçün gübrə dərmanların pulunu Bakı şəhərində yerləşən adını demədiyi şirkətə köçürdükdən sonra həmin pulun miqdarında dərmanın Yevlax Toxumçuluq İdarəsinin anbarına boşaldılacağını, bundan sonra həmin dərmanları işlədiyi bölgədə yerləşən müxtəlif istixanalara satıb, 15 gün ərzində pul əldə edib, qoyulan pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini bildirmişdir. O, nə qədər vəsait lazım olduğunu soruşmuş, Salman da 100.000 manat pul lazım olduğunu demişdir. Salmana o qədər pulu olmadığını demiş və imtina etmişdir. Salman təzədən bir də zəng eləmiş, ikinci dəfə demişdir ki, əldən çıxası iş deyil, kimin imkanı varsa, bu işi görüb çoxlu pul qazana bilər. Bundan sonra dayısı Müşfiqə zəng etmiş, telefon danışığı zamanı dayısı da Salmanın dediklərini təsdiq etmiş, X12 İdarəsində bölgə müdiri vəzifəsinə təyin edildiyini, Salmanın yaxşı əlaqələrinin olduğunu, özlərinin bu yolla dolandıqlarını ona bildirmişdir. Dayısına sonsuz güvəni olduğundan Salmanın bu işləri görə biləcəyinə inanmışdır. Dayısı ilə danışmaqda məqsədi Salmana güvənə bilib bilməyəcəyini dəqiqləşdirmək olmuş və əgər dayısı bu işlə bağlı hər hansı tərəddüdedici bir söz desəydi bu işə razı olmazdı. 2021-ci ilin oktyabr ayının sonunda o, Salman ilə görüşmüşdür. Söhbət əsnasında Salman bir daha telefonda dediklərini təkrar etmiş, 15 gün ərzində qoyulan pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini bildirmişdir. O, Salmandan həmin istixanaların onu aldadıbaldatmaması barədə soruşmuşdur. Salman həmin istixanalar ilə Yevlax Toxumçuluq İdarəsinin video görüntülü müqavilələrinin olduğunu bildirmişdir. Gübrə işində gəlirin olubolmamasını bir daha dəqiqləşdirmək məqsədi ilə istixanaları olan dostu Şahid6la da məsləhətləşmiş, sonuncu da bu işdən gəlir əldə etmək olmasını təsdiq etmişdir. Hətta Şahid6 özü Təqsirləndirilən şəxs sorğu-sual etmiş, gübrələrin dəyərini soruşmuşdur. Dəqiqləşdirdikdən sonra o, Salmana bu işdə razılıq vermişdir. İlkin olaraq 05 noyabr 2021ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Moskva» Univermağının yaxınlığında o, atası Şahid7, iş yoldaşları Şahid6 və Şahid5 yanında Salmana əlbəəl 50.000 (əlli min) manat pul vermişdir. Salman ondan aldığı pulu saydıqdan sonra bir daha onu əmin edərək narahat olmamağını bildirmişdir. Bundan bir neçə gün sonra Salman bu iş üçün əlavə pul vəsatinin lazım olduğunu bildirmişdir. Bu məqsədlə o, 20 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Moskva» Univermağının yaxınlığında dostu Şahid3 və iş yoldaşları Şahid5 və Şahid6 yanında Salmana əlbəəl 40.000 (qırx min) manat pul vermişdir. Salman ondan aldığı pulları sayaraq işin gedişatı barədə ona mütəmadi məlumat verəcəyini və narahat olmamağını bildirmişdir. Bundan bir neçə gün sonra Salman onunla əlaqə saxlayıb dərmanların alınması üçün adını demədiyi şirkətə köçürmək üçün əlavə 10.000 manat pul lazım olduğunu demişdir. O da Salmana inanıb həmin pulu verə biləcəyini demişdir. Bu məqsədlə o, 2021-ci ilin noyabr ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1-ci yaşayış massivi 32 ünvanında yerləşən «Bazar Store» mağazasının yaxınlığında qardaşı Şahid1, dostları Şahid4 və Şahid2 yanında Salmana əlbəəl 10.000 (on min) manat pul vermişdir. Salman bu dəfə də həmin pulları ondan götürüb saydıqdan sonra ondan aldığı ümumilikdə 100.000 (yüz min) manat pulun bu iş üçün yetərli olduğunu demişdir. O da öz növbəsində Salmana şirkətə etdiyi ödənişlər, dərmanların istixanalara yerləşdirilməsi və işin digər gedişatları barədə onu mütəmadi məlumatlandırmasını xahiş etmişdir. Salman həmişəki kimi onu tam arxayın etmişdir ki, işlər qaydasında gedəcək və işlər barəsində onu məlumatlandıracaq. Beləliklə o, Salmana yuxarıda qeyd etdiyi məqsədlə ümumilikdə 100.000 (yüz min) manat pul vermişdir. Dekabr ayında Salman ilə əlaqə saxlayıb və görüşüb işin gedişatı və nəticəsi barədə soruşduqda Salman hər dəfə işin qaydasında getdiyini bildirmişdir. Salmana verdiyi pulun böyük hissəsini borc götürdüyündən, borc aldığı şəxslər onu narahat etməyə başlamışlar. Ona görə də dayısı Müşfiqə zəng etmiş, dayısı ona Yevlaxda hadisə baş verdiyini, Salmanın maşınla polis işçisini vuraraq xəsarət yetirdiyini demiş, həmin məsələ həllini tapdıqdan sonra Salmandan Bakıya nə vaxt gələcəyini soruşanda demişdir ki, “pul şirkətdədi çıxartmalıyam”, soruşmuşdur ki, “necə çıxarırsan”, demişdir ki, “kart var banka tutursan bankda pul olmasa da bankın müdürü evin satır gətirib qoyur pulu yerinə”. Onun da kartdan anlayışı olmamış, amma eşitmişdir ki, elə bir kart var, istənilən bankda keçir. Vaxt keçdikdə Salman pulu qaytarmaqdan yayınmış, telefon zənglərinə cavab verməkdən, onunla görüşməkdən imtina etmişdir. Sonda yenə dayısına zəng etmiş, dayısı ona “narahat olma Salmanla danışmışam şirkətdə sənədlərdə çatışmazlıq yaranıb gələcək özü sənlə əlaqə saxlayacaq” demişdir. Təxminən 5 gün keçəndən sonra Salmanın xalasının əri ona zəng edərək demişdir ki, “Salmanın anası gedir prokurorluğa özünü yandırmağa, uşağı yükləmisiz, pul vermisiz uşağa”. O da cavabında demişdir ki, “mənə gəlib yalvarıb pul alıb”, xalasının əri isə “pul zad yoxdu” demişdir. Ondan sonra dayısına zəng edərək danışmış, dayısını Bakıya dəvət etmişdir. Dayısı Müşfiq və dayısı arvadı, Salmanın xalasının əri onun yaşadığı mənzilə gəlmiş, söhbət zamanı dayısı Salmanın pullları “online pozqazan” oyununda qumarda uduzduğunu demişdir. O isə demişdir ki, “nə edək, mən ya işimi bağlamalıyam, ya evimi satmalıyam, mənim 4 uşağım var, onları dolandırmalıyam”. Dayısı Müşfiq isə “narahat olma yoluna qoyacayıq, tək sən deyilsən. Sənli, Sənanlı ümumi 250.000 manat borc var hamısını bağlayacayıq” demişdir. Sonda razılaşmışlar ki, evin və torpağın sənədlərini ona versinlər. Evin və torpağın qiyməti təxminən 70.000 manat olmuşdur. Həmin evə və torpağa dair ona etibarnamə verilmişdir. Sonradan ondan başqa Salmanın 15-20 nəfərin də 700.000 manatdan artıq pulunu ələ keçirdiyini öyrənmişlər. 2022-ci ilin yanvar ayında dayısı Salmanın borclarına görə özünü asaraq öldürmüşdür. Dayısı özünü öldürən kimi onun adına verilmiş etibarnamələr Salmangil tərəfindən ləğv edilmişdir. Salman atasının özünü öldürməsindən istifadə edərək pul aldığı adamlardan şikayətlərini geri çəkmələrini istəmişdir. Yalnız o və Sənan şikayətlərini geri götürməmişlər. Salman ona hər dəfə müxtəlif telefon nömrələri ilə zəng etmişdir. Salmana ümumilikdə gübrənin alqı-satqısı ilə bağlı 100.000 (yüz min) manat pul vermiş və Salman bu günə kimi ona hər hansı bir məbləğdə pul qaytarmamışdır. Salmanın atası Müşfiq ilə onun arasında faizə pul verilməsi ilə bağlı heç bir danışıq olmamışdır. Sadəcə Salmanın sözlərinə inanmaq üçün dayısı ilə əlaqə saxlamış və əgər dayısı Salmanın dediklərini təsdiq etməsə idi, Salmana pul verməkdən imtina edə bilərdi. Salmanın onu aldatdığını bildikdən sonra və Salmanla əlaqə saxlaya bilmədikdən sonra o bir böyük kimi dayısı Müşfiqlə danışıqlar aparmış, dayısı Müşfiq də Salmanın ondan aldığı pulları özü qaytarmağı öhdəsinə götürmüş, bunun üçün də evin və torpağın sənədlərini ona vermişdir. O, Müşfiqə və ya Salmana faizə və ya borca pul verməmişdir. Salmana 100.000 manatı gübrə satışından 30 faiz gəlir əldə etmək məqsədi ilə vermişdir. Təqsirləndirilən şəxs onun dayısı oğlu olduğundan onun cəza almasını istəmir. Lakin ona dəymiş ziyan ödənilmədiyi halda onun qanuna uyğun şəkildə cəzalandırılmasını və verdiyi mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs isə dayısı oğludur. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təxminən 2021-ci ilin oktyabr ayının sonlarında qardaşı Elşən ona X12 İdarəsinə bölgə müdiri vəzifəsinə təyin edildiyini, xaricdən gələn istixanalar üçün gübrə dərmanların pulunu Bakı şəhərində yerləşən adını demədiyi şirkətə pulu köçürdükdən sonra həmin pulun miqdarında dərman Yevlax Toxumçuluq İdarəsinin anbarına boşaldığını, Salmanın həmin dərmanları işlədiyi bölgədə istixanalara satıb, 15 gün ərzində pulu əldə edib, Elşənin qoyduğu pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini bildirməsini ona söyləmişdir. Sonradan qardaşı Elşənin ona deməsinə görə bilmişdir ki, 05 noyabr 2021-ci il tarixdə «Moskva» Univermağının yaxınlığında Elşən Salmana 50.000 (əlli min) manat, 20 noyabr 2021-ci il tarixdə «Moskva» Univermağının yaxınlığında Elşən Salmana əlavə olaraq 40.000 (qırx min) manat pul vermişdir. 2021-ci ilin noyabr ayının sonunda qardaşı Elşən ona Salmanın əlavə 10.000 manat pul istədiyini və onunla birlikdə gedib Salmana pulu verməyi xahiş etmişdir. Buna görə də o, qardaşı Elşən, tanışları Şahid4 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən «Bazar Store» mağazasının yaxınlığına gedib, orada Salmanla görüşmüşlər. Orada qardaşı Elşən onun, Elvin və Ravilin yanında Salman ilə dərmanların istixanalara satılması barədə söhbət edərək iş barədə maraqlanmışdır. Salman işlərin qaydasında getdiyini, işin gedişatı barədə əlavə məlumat verəcəyini bildirmişdir. Bundan sonra qardaşı Elşən onun, Elvin və Ravilin yanında Salmana 10.000 (on min) manat pul vermişdir. Salman pulu Elşəndən götürüb saydıqdan sonra həmin pul ilə birlikdə Elşəndən 100.000 manat pul almış olduğunu, dərmanları istixanalara satıb 15 gün ərzində pulun 30 faizi məbləğində əlavə qazancı ilə birlikdə Elşənə verəcəyini bildirmişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Lakin sonradan Elşən öyrənmişdir ki, X16 İdarəsində bölgə müdiri vəzifəsində deyil, anbardar köməkçisi vəzifəsində işləyir. Beləliklə Salman vədinə əməl etməyərək, müxtəlif bəhanələr gətirməklə Elşənə qarşı dələduzluq etmişdir. Bundan sonra Elşən Salmandan pulu tələb etməyə başlamışdır. Salman Elşəndən aldığı pulu qaytaracağına vəd versə də, hazırki vaxta kimi 100.000 manat pulu və qazanc şəklində Elşənə hər hansı bir məbləğdə pul qaytarmamışdır. Salmanın qardaşını aldatmasını biləndən sonra bir böyük kimi dayısı Müşfiqlə aralarında görüş olmuş, Salmanın digər şəxslərdən də pul almasını bilmişlər. Dayısı pulu ödəmək üçün evin və torpağın sənədləri ilə bağlı Elşənə etibarnamə vermişdir. Onlar tərəfindən dayısı Müşfiqə hər hansı təsir olmamışdır. Salmanın hərəkətlərinə görə dayısı özünü asaraq öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs isə onun dostudur. Onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin oktyabr ayının sonunda Elşən dayısı oğlu Təqsirləndirilən şəxs ilə görüşdüyünü, görüş zamanı Salmanın özünün Yevlax Toxumçuluq İdarəsinə bölgə müdiri vəzifəsinə təyin edildiyini, xaricdən gələn istixanalar üçün gübrə dərmanların pulunu Bakı şəhərində yerləşən adını demədiyi şirkətə pulu köçürdükdən sonra həmin pulun miqdarında dərman Yevlax Toxumçuluq İdarəsinin anbarına boşaldığını, Salmanın həmin dərmanları işlədiyi bölgədə istixanalara satıb, 15 gün ərzində pulu əldə edib, Elşənin qoyduğu pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini bildirməsini ona demişdir. Hətta Elşən onun yanında Salman ilə bir neçə dəfə bu işlə bağlı telefonla danışmışdır. Buna görə onun Elşən ilə Salmanın arasında olan danışıqlardan məlumatı olmuşdur. 2021-ci ilin noyabr ayında Elşən ona bildirmişdir ki, Salmanın gübrə dərmanlarını alıb, müxtəlif istixanalara satıb 30 faiz ona qazanc verməsi ilə bağlı Salmana iki dəfəyə 50.000 manat və 40.000 manat olmaqla 90.000 manat pul vermişdir. 2021-ci ilin noyabr ayının sonunda Elşən Salmanın bu işə əlavə 10.000 manat pul istədiyini bildirmiş və birlikdə gedib Salmana pul verməyi xahiş etmişdir. Buna görə də o, Elşən, sonuncunun qardaşı Elçin, tanışı Elvin ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən «Bazar Store» mağazasının yaxınlığına gedib, orada Salman ilə görüşmüşlər. Elşən onun, Elçin və Elvinin yanında Salmanla dərmanların istixanalara satılması barədə söhbət edərək iş barədə maraqlanmış, Salman işlərin qaydasında getdiyini, işin gedişatı barədə əlavə məlumat verəcəyini bildirmişdir. O, Elvin və Elçinlə bir qədər kənara çəkilmiş, Elşən isə Salmana 10.000 (on min) manat pul vermişdir. Bir az kənarda olduğundan pul söhbətlərini tam olaraq eşitməmiş, ancaq pulun Salman tərəfindən Elşəndən alınmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs isə onun dostudur. Onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin oktyabr ayının sonunda Elşən dayısı oğlu Təqsirləndirilən şəxs ilə görüşdüyünü, görüş zamanı Salmanın özünün Yevlax Toxumçuluq İdarəsinə bölgə müdiri vəzifəsinə təyin edildiyini, xaricdən gələn istixanalar üçün gübrə dərmanlarının pulunu Bakı şəhərində yerləşən adını demədiyi şirkətə pulu köçürdükdən sonra həmin pulun miqdarında dərman Yevlax Toxumçuluq İdarəsinin anbarına boşaldıqdan sonra həmin dərmanları işlədiyi bölgədə istixanalara satıb, 15 gün ərzində pulu əldə edib, Elşənin qoyduğu pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini bildirməsini ona demişdir. Elşən onun yanında Salman ilə bu işlə bağlı bir neçə dəfə telefonla danışdığından məsələdən məlumatlı olmuşdur. 2021-ci ilin noyabr ayında Elşən ona bildirmişdir ki, Salmanın gübrə dərmanlarının alınıb, müxtəlif istixanalara satıb 30 faiz ona qazanc verməsi ilə bağlı Salmana 50.000 manat və 40.000 manat olmaqla iki dəfəyə cəmi 90.000 manat pul vermişdir. 2021-ci ilin noyabr ayının sonunda Elşən Salmana bu iş üçün əlavə 10.000 manat pul lazım olduğunu bildirmiş və birlikdə gedib Salmana pul verməyi xahiş etmişdir. Buna görə də o, Elşən, onun qardaşı Şahid1, tanışları Şahid2 birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən «Bazar Store» mağazasının yaxınlığına gedib, orada Salmanla görüşmüşlər. Onlar avtomaşından düşüb Salmanla görüşdükdən sonra Elçin və Ravillə bir az kənara çəkilib siqaret çəkərkən Elşən Salmanla dərmanların istixanalara satılması barədə söhbət edərək iş barədə maraqlanmış, Salman işlərin qaydasında getdiyini, işin gedişatı barədə əlavə məlumat verəcəyini bildirdiyindən Elşən Salmana 10.000 (on min) manat pul vermişdir. Salman Elşəndən pulu götürüb saydıqdan sonra onlar Salmandan aralaşıb çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs isə onun dostudur. Onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin oktyabr ayının sonunda Elşən dayısı oğlu Təqsirləndirilən şəxs gübrə satışı ilə məşğul olduğunu, həmin satışa pul vəsaiti qoyduğu halda əlavə qazanc əldə edə biləcəklərini bildirmişdir. O, Salman və Elşən arasında olan telefon danışıqlarının şahidi olmuşdur. 05 noyabr 2021-ci il tarixdə Elşən ondan xahiş etmişdir ki, birlikdə gedib Salman ilə görüşsünlər və o Salmana pul versin. O da razılıq vermişdir. Həmin gün, yəni 05 noyabr 2021-ci il tarixdə o, Elşən, Elşənin atası Şahid7 və iş yoldaşı Şahid6 ilə birlikdə «Moskva» Univermağının qarşısına gedib Salman ilə görüşmüşlər. Orada Elşən onların yanında Salman ilə dərmanların alınıb istixanalara satılması barədə söhbət edərək iş barədə maraqlanmışdır. Salman işlə bağlı məlumat vermis, əlavə məlumat verəcəyini bildirmişdir. Həmin vaxt Elşən onların yanında Salmana 50.000 (əlli min) manat pul vermişdir. Bundan sonra Elşən yenə də Salman ilə görüşmək üçün birlikdə getməyi təklif etmişdir. O etiraz etməmiş, 20 noyabr 2021-ci il tarixdə o, Elşən, Elşənin tanışları Şahid6 və Şahid3 ilə birlikdə «Moskva» Univermağının qarşısına gedib təkrarən Salman ilə görüşmüşlər. Orada Elşən yenə də qeyd olunan işlə əlaqədar Salman ilə söhbət edərək onların yanında Salmana 40.000 (qırx min) manat pul vermişdir. X17 gübrə dərmanlarını alıb, müxtəlif istixanalara satıb 30 faiz ona qazanc verməsi ilə bağlı iki dəfəyə olmaqla onun yanında Salmana ümumilikdə 90.000 manat pul vermişdir. Sonradan Elşən özü ona bildirmişdir ki, Salman bu işlə əlaqədar əlavə 10.000 manat pul istəmiş və Elşən həmin məbləğdə pulu Salmana vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu və iş yoldaşı olan Zərərçəkmiş şəxs vasitəsi ilə tanıyır. Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. Onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin oktyabr ayının sonunda Elşən ona dayısı oğlu Salmanın gübrə satışı ilə məşğul olduğunu və Salmanın deməsinə görə gəlirli iş olduğunu, həmin işə pul qoyacağı halda gəlir əldə edilə biləcəyini demişdir. Onun da Salyan rayonunda istixanası olduğundan gübrə işinin gəlirli iş olduğunu Elşənə demişdir. 05 noyabr 2021-ci il tarixdə o, Elşən, Elşənin atası Fəxrəddin və iş yoldaşları Elgün ilə birlikdə «Moskva» Univermağının qarşısına gedib Salman ilə görüşmüşlər. Görüş zamanı gübrə ilə bağlı Salmanı sorğu-sual etmiş, 1,5 ha istixanası olduğunu, gübrələrin qiyməti ucuz olduğu halda ondan ala biləcəyini demişdir. Salmandan qiymətlərlə bağlı cədvəl istəmiş və Salmanın onun telefonuna göndərdiyi cədvəli aqronomuna göndərmişdir. Aqronom cədvələ baxaraq qiymətlərin onların əvvəllər gübrə aldığı firma ilə təxminən eyni olduğunu, həmin şəxslərə bir neçə ildir əlaqədə olduqlarından daha etibarlı olduğunu demiş, lakin aqronomla olan danışığını Salmana deməmişdir. Bundan əlavə onlar istixana üçün gübrələri əvvəllər nisyə götürərək sezon sonunda pulu ödəsələr də, son zamanlar nisyə mal ala bilməmiş, vaxtında pulu ödəmədikləri halda üzərinə faiz gəlmişdir. Salman da söhbət zamanı həmin halları onlara danışdığı üçün Salmanın həqiqətən gübrə işinin içində olduğunu, belə olmasaydı bu işlə bağlı bu qədər detalları bilməsinin mümkün olmadığını düşünmüşdür. O, Salmana bu işlərin alınmayacağı təqdirdə nə olacağı barədə sual verdikdə Salman ona müxtəlif tanınmış iş adamlarının adlarını çəkmişdir. Salman çox inandırıcı danışmışdır. Salman Elşənin yaxın qohumu olduğundan onun dediklərinə inanmışlar. Həmin gün Elşən onun yanında Salmana bu işlə bağlı 50.000 manat, 20 noyabr 2021-ci il tarixdə isə 40.000 manat pul vermişdir. Sonradan Elşəndən eşitmişdir ki, Salmana əlavə 10.000 manat da verilmişdir. X20 ümumilikdə 100.000 manat pul vermişdir. Salman Elşənə 100.000 manatın qazancının 30.000 manat olacağını desə də, sonradan nə qazancı, nə də aldığı pulu qaytarmamışdır. Bir müddət sonra Elşənin atası Fəxrəddin ona “Allah bunların evin yıxsın, ortada dərman zad söhbəti yox imiş” demişdir. Elşən Salmana ilkin verdiyi 50.000 manatın bir hissəsini ondan borc almışdır. Salman onlara hər 15 gündən bir 30.000 manat ödəniş olacağını, əks təqdirdə bu işə digər kənar şəxslərin qoşula biləcəyini və işin böyüyəcəyini bildirmişdir. Salman Elşəni aldatdığından Elşən ziyana düşmüş, maşınını satmış, Elşənin qardaşı borca pul götürmüşdür. O, Salmanın atası Müşfiqi qiyabi tanımış, onunla toy və ya yas mərasimlərində təsadüfən görüşmüş, bir dəfə isə Yevlax şəhərində olanda Elşənlə birlikdə onunla süfrədə oturub yeyib-içmişlər. Salman Elşəni aldatdığından Elşəngilin evində Salmanın atası, anası, qohumları Samitin, onun, Elşənin, Fəxrəddinin iştirakı ilə görüşüb söhbət etmişlər. Söhbət zamanı Müşfiq oğlunun pulları hara xərclədiyini tam bilmədiyini, həmin pulları özü qaytarmağa çalışacağını, torpaq və evin sənədlərini verə biləcəyini demişdir. Bir müddət sonra Müşfiqin özünü asaraq öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə qaynı Müşfiqin oğludur. Həmin şəxslərlə hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin oktyabr ayının sonunda Elşən ona X12 İdarəsinə bölgə müdiri vəzifəsinə təyin edildiyini, xaricdən gələn istixanalar üçün gübrə dərmanların pulunu Bakı şəhərində yerləşən adını demədiyi şirkətə köçürdükdən sonra həmin pulun miqdarında dərman Yevlax Toxumçuluq İdarəsinin anbarına boşaldıqdan sonra həmin dərmanları işlədiyi bölgədə istixanalara satıb, 15 gün ərzində pulu əldə edib, qoyulan pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini bildirməsini demişdir. O bir az bununla bağlı tərəddüd etdiyindən qaynı Müşfiqlə danışmış, Müşfiq həqiqətən də Salmanın bu işlə məşğul olduğunu təsdiq etmiş, yaxşı gəlir əldə etməyin mümkün olduğunu demişdir. Əgər Müşfiqin bu işlə bağlı hər hansı tərəddüdünün olduğunu görsə idi, oğluna Salmanla iş görməyə icazə verməyəcəkdi. 05 noyabr 2021-ci il tarixdə o, oğlu Elşən, Elşənin iş yoldaşları Şahid6 və Şahid5 ilə birlikdə «Moskva» Univermağının qarşısına gedib Salmanla görüşmüşlər. Orada Elşən onların yanında Salmanla dərmanların alınıb istixanalara satılması barədə söhbət edərək iş barədə maraqlanmış və Elşən onların yanında Salmana 50.000 (əlli min) manat pul vermişdir. Bundan sonra Elşən ona bildirmişdir ki, Salman bu iş üçün əlavə pul istəmiş, bu məqsədlə Elşən Salmana xx.xx.2021-ci il tarixdə 40.000 manat və 2021-ci ilin noyabr ayının sonunda isə 10.000 manat verməklə Salmana ümumilikdə 100.000 (yüz min) manat pul vermişdir. Lakin dekabr ayında onlara məlum olmuşdur ki, Salman onları aldadıb, heç bir gübrə satışı olmayıbdır. Onlar işlə maraqlananda Salmanın Yevlax şəhərində çox adamları aldadıb pullarını qaytarmadığını bilmişlər. Təxminən dekabr ayının sonu, yanvar ayının əvvəllərində oğlunun evində Müşfiq, Müşfiqin arvadı Sayalı və qohumu Samitlə görüşləri olmuş, görüş zamanı Müşfiq bir valideyn kimi evini, torpağını satıb Salmanın Elşəni aldadaraq aldığı pulları qaytaracağına söz vermişdir. Qaynı Müşfiq abırlı insan olmuş, kimdənsə borc pul almamışdır. Onlar Müşfiqə inandıqlarından Salmana pulu vermişlər. Müşfiq çox abırlı, ismətli adam olmuş, onun kimdənsə borc pul almasını, kiməsə borclu olmasını eşitməmişdir. Salmanın borclarına və ələ keçirdiyi pullara görə Müşfiq özünü öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə qardaşı oğludur. Onlarla heç bir dümənçiliyi və ya ədavəti yoxdur. Qardaşı Müşfiq və onun ailəsi ilə münasibətləri həmişə yaxşı olmuş, Müşfiqin qızı tələbə olduğundan onun yanında qalmışdır. Salmanla Elşən arasında pul söhbətindən Salman pulları qaytarmadıqdan sonra məlumatı olmuşdur. Həmin vaxtı onlar Salmanı tapa bilmədikləri üçün o, Müşfiq ilə telefonla danışmışdır. O, mərhum qardaşına Salmanın Elşənə pulu qaytarmaması ilə bağlı danışıq zamanı Müşfiq ona pulların qaytarılması ilə bağlı vəd vermişdir. Salmanın nömrəsi onda olmadığı üçün o, mərhum qardaşı Müşfiqlə danışmışdır. O, qardaşına demişdir ki, “Salman niyə belə edib, mənim uşaqlarım borc-xərclə pul qazanmaq məqsədi ilə o pulu tapıb verib, niyə məni bu günə saldınız. Mən onu evimdə saxlamışdım. Üzü qara olsun Salmanın, Salman məni də pis vəziyyətə qoydu.” Qardaşı da ona bildirmişdir ki, “Salman məni də öldürüb. İşdir də olub. Ancaq evimi, bir də torpağımı satmağa gücüm çatar”. Qardaşı dediyini də edərək notarial qaydada evin və torpağın sənədlərini onlara vermişdir. Qardaşının özünü öldürməsinə səbəb Salmanın çoxlu adamlara külli miqdarda borcu olmuşdur. Qardaşının özünü öldürməsindən istifadə edən Salman və anası guya pulların qardaşı tərəfindən alınmasını iddia edirlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs baldızının oğludur. Hal-hazırda Elşənlə münasibətləri oğlu Salmana görə gərgindir. Əri Müşfiq əvvəllər bələdiyyədə işləmiş, son 6 ildə rəsmi olaraq heç bir yerdə işləməmiş, torpaq, maşın alqı-satqısı ilə məşğul olmuşdur. Mərhum əri alver məqsədi ilə Zərərçəkmiş şəxs sələmə, yəni faizi 50.000 manat pul almış, əvəzində 65.000 manat pul qaytarmışdır. Elşən özü həmin pulun üzərinə 35.000 manat da qoyaraq, ümumilikdə 100.000 manatı Salmanla əri Müşfiqə göndərmişdir. Elşən pulu göndərməzdən əvvəl dayısı Müşfiqə zəng edərək ümumillikdə 100.000 pul vəsaitini Salmana verib göndərib-göndərməməsini soruşmuş, o da pulu göndərməsini demişdir. 100.000 pul vəsaitini vermək Elşənin təklifi ilə olmuşdur. Pul Salmana yox, Müşfiqə verilmişdir. Salman atası Müşfiqin sözünə görə həmin 100.000 manatın 70.000 manatını Sənana vermiş, qalan 30.000 manatı isə Müşfiqə vermişdir. Sonradan Müşfiq pulu qaytara bilmədiyindən Elşəngil ona hədə-qorxu gəlmiş, hətta Bakı şəhərinə çağıraraq məsələni müzakirə etmişlər. Görüşdə yalnız Müşfiqi təhqir edərək pulu qaytarmasını tələb etmişlər. Müşfiq borcun əvəzinə Səyyadın adına olan ev və torpaqla bağlı Elşənə etibarnamə vermişdir. Onlar kredit üçün banka müraciət etmiş, qohum-əqrabadan qızıl yığaraq 9.000 manat pul götürərək Sənana vermişlər. Onun da maaş kartını alaraq bankdan adına pul götürməyə məcbur etmişlər. Bütün təhqir və təhdidlərə dözməyən Müşfiq 21 yanvar 2022ci il tarixdə məktub yazaraq yaşadıqları evin damından özünü asaraq öldürmüşdür. Müşfiq Səyyada ölməmişdən əvvəl “mənim vəziyyətim yaxşı deyil, mənə nəsə olsa, etibarnaməni ləğv etdirərsən” dediyindən Səyyad Müşfiq rəhmətə getdiyi günün səhəri günü etibarnaməni ləğv etdirmişdir. Elşən pulu Müşfiqə vermişdir, lakin Müşfiq öldüyündən pulu Salmandan almaq istəyir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid9 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. Zərərçəkmiş şəxs qohum kimi tanıyır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Müşfiq, Salman və Elşən arasında olan məsələlərdən əvvəllər onun məlumatı olmamışdır. Belə ki, qohum olsalar da, bir-birləri ilə sıx əlaqələri olmamış, hətta rayona heç xeyir-şər üçün də gedə bilməmiş, Salmanla isə heç bir əlaqəsi olmamışdır. Bildiyinə görə Müşfiq torpaq alqı-satqısı ilə məşğul olmuş və onlar həmin qazancla dolanmışlar. Müşfiq çox abırlı-ismətli adam olmuşdur. 2021-ci ilin dekabr ayının əvvəllərində yeznəsi Samit ona məsələ haqqında məlumat vemişdir. Dekabrın əvvəlində bacısının əri gecə saat 02:00 radələrində ona zəng etmiş, Müşfiqin borcunun yarandığını, onu da Bakıya söhbətə çağırdıqlarını demişdir. O, məsələnin nə olduğunu soruşan zaman ona Müşfiqin 100.000 manatdan artıq borcunun olduğunu demişdir. O, bu borcun nəyə görə yarandığını soruşan zaman bacısının əri ona bunu sabah danışacağını bildirmişdir və yalnız Müşfiqin borcu olan şəxslərin adlarının Fəxrəddin müəllim və uşaqları, onların da yanında “Ciqan Həsən” ləqəbli şəxsin olduğunu demişdir. O, söhbətin nə yerdə qaldığını soruşan zaman Müşfiqə borcu qaytarmaq üçün bir ay vaxt qoyduqlarını demişdir. O, Müşfiqin bu pulu bir aya ödəmək üçün imkanının olub-olmamasını soruşan zaman ona bu haqda sabah danışacaqlarını demiş, sabahısı günü o, Müşfiqə zəng etmiş və məsələnin nə olduğunu soruşmuş, Müşfiq də pul məsələsinin olduğunu və narahat olmamağını, özünün bu işi yoluna qoyacağını demişdir. O, Müşfiqə hər kəsin borcu ola biləcəyni demiş və görüşməklərini istəmiş, ancaq Müşfiq ona bu işə qarışmamağı və yanvar ayının əvvəllərində bu pulun çatacağını söyləmişdir. O, Fəxrəddin və Elşənin nömrəsini axtarıb tapmış, Elşənə zəng edərək baş verən hadisəni eşitdiyini demiş, Elşən də bu işə qarışmamağı dedikdə, o, Elşənə «sən pulu Salmana vermisən. Müşfiqdən nə istəyirsən, get Salmanla problemini həll et» demişdir. Elşən isə ona cavab olaraq “Salman kimdir, mən pulu Müşfiqə vermişəm, o da pulu qaytarmalıdır” demişdir. Müşfiq ona yeznəsinin evini və torpaq sahəsini sataraq 70.000 pul vəsaitini verəcəyini demiş, ancaq ona yenə bu işə qarışmamağını tapşırmışdır. Zərnişan ilə danışan zaman da Zərnişan ona bu işə qarışmamağı və oğlanlarının onu döyüb öldürə biləcəyini demiş, o da bu işi həll etmək istədiyini, yəni pulu qaytarmaq istədiyini demişdir. Torpaq və evin Elşəngilə etibarnamə ilə verilməsi məsələsi onun iştirakı olmadan notarial qaydada olmuşdur. Müşfiq özü borcu bağladıqdan sonra evi qaytaracağını demiş və hətta bacısına və Səyyada onun başına bir iş gəlməsi halında müqaviləni ləğv etmələrini şifahi demişdir. O, bu işlərlə bağlı istintaqda iki dəfə ifadə vermiş, Nəsimi rayon Polis İdarəsində verdiyi ifadəsini oxuyaraq imza çəkmiş, Səbail rayon Polis İdarəsində verdiyi ifadəsini isə oxumadan imzalamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid11 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı Sayalının oğlu, Sayalı isə onun öz bibisi nəvəsidir. Zərərçəkmiş şəxs isə Salmanın bibisi oğludur. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Yevlax şəhərində olarkən, bacanağıgilə getmiş, orada olan zamanı Sənanın atası Yusif oraya gəlmiş, həmin vaxt onun heç nədən xəbəri olmasa da, sonradan o, pul və faiz söhbətini öyrənmişdir. Ona məlum olmuşdur ki, Müşfiqə verilən pulun faizi şişmiş və Müşfiq ödəyə bilməmişdir. X25 bələdiyyəsinin sədri olmuş, torpaq işlərini yaxşı bilmiş, hətta işdən çıxdıqdan sonra alqısatqı ilə məşğul olmuşdur. Müşfiq Gürcüstandan maşın alveri edir və obyekt işləri görürdü. Müşfiq həmin pulu da torpaq və maşın alveri üçün almışdır. Pulun verilməsinin əsas səbəbi isə Müşfiqə olan inam etibar olmuşdur. Bu işlərlə bağlı Elşəngilə gedən zaman Müşfiqgilin oraya tək getməmələri üçün o, özü də onlarla birgə getmiş, yol boyu Müşfiqlə söhbət etmiş və Müşfiq ona yüksək faizlə pul götürdüyünü, qaytara bilmədiyini demişdir. Evə çatan zaman o, Fəxrəddindən bu işin nə iş olmasını soruşmuş və o işin alınmadığını bildirmişdir. Hətta söhbət zamanı Fəxrəddin onun qolunu tutaraq bu işə qarışmamağını demişdir. Söhbət zamanı orada olan Şahid6 nalayiq sözlərlə söhbətə başlamış və mərhum Müşfiqi təhqir etmiş, hətta söhbət zamanı avtoritet adından danışıb şou yaratmışlar. Mərhum Müşfiq çox abırlı adam olmuş və susmuş, Həsən isə təhqirlərlə Müşfiqə verdiyi pulu ondan alacaqlarını demişdir. O, onlara Müşfiqin pulu olmadığını demiş, bu zaman Həsənin üz cizgiləri dəyişmiş, Həsən real vəziyyəti görərək sakitləşmişdir. Müşfiq pulu qaytarmaq üçün evə və torpağa dair sənədlərin, Sayalının maaş kartı vasitəsi ilə bankdan 20.000 manat kredit götürüb onlara veriləcəyini və bu işi bitirəcəklərini demişdir. Pulun qaytarılması ilə bağlı razılıq olsa da Elşəngil Müşfiqi çox sıxmışlar, o da əgər başına bir iş gəlsə, evi heç kimə verməmələrini, torpağı da qaytarmalarını demişdir. O bu işlər zamanı Müşfiqi tək qoymamış, çünki Müşfiq özündə olmamışdır. Müşfiq ona 50.000 manat pul aldığını, 65.000 manat isə qaytarıb verdiyini demiş, hətta 65.000 manatı verən zaman yenidən 100.000 manat pul söhbəti olduğunu və Elşənin «qıraq adamı bu işə qatma nə qədər pul lazım olsa biz tapıb verəcəyik» deməsini bildirmişdir. Sonrasında isə 100.000 manatın Müşfiqə verildiyini Salmandan öyrənmiş və hətta Salman ona pulun faizinin şişirdildiyini bildirmişdir. Ona məlum olmuşdur ki, həmin pul məbləğini Elşəndən Müşfiq almışdır. Müşfiq təzyiqlərə dözməyərək özünü asaraq öldürmüşdür. Bir müddət sonra isə evdə işləyən usta Müşfiqin əlyazısı olan vərəq tapmış və həmin vərəq istintaqa verilmişdir. O, bu gündə həmin borcun kimin oduğunu tam düzgün bilmir. Bu işlərlə bağlı isə gübrə söhbəti ümumiyyətlə olmamış, dava ancaq pul davası olmuşdur. Elşən və onun yaxınları bir neçə dəfə Yevlaxda və Mingəçevirdə Müşfiqlə görüşüb hədələyiblər, hətta telefonla da zəng edib hədələmişlər. Həmin danışıqlar zamanı Salmanın borcu barədə bir söz olmayıb, lakin sonradan o Müşfiqin özündən Salmanın qumar borcunun ola biləcəyi haqqında söz eşitmişdir. Hətta Müşfiqin xahişi ilə gecə saatlarında Yevlax rayonunda, Kür çayının kənarında tanımadığı bir nəfərlə görüşmüş, Müşfiq həmin şəxsdən Salmanın internet vasitəsi ilə qumar oynayıb-oynamadığını dəqiqləşdirməyə çalışmış, görüşdükləri həmin şəxs Salmanın qumar oynamadığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid12 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzaq qohum kimi tanıyır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxslə aralarında olan pul söhbəti 2021-ci ilin fevral ayından başlamışdır. Belə ki, Salman əvvəllər ondan müxtəlif miqdarda borc pullar almış və qısa müddətdə qaytarmışdır. 2021-ci ilin aprel ayında Salman ona işlədiyi "xxxx" MMC-də layihələr olduğunu, xaricdən gübrə dərmanı gətirərək satışını həyata keçirərək gəlir əldə etməyin mümkün olduğunu, bunun üçün pul lazım olduğunu demişdir. O, Salmana pulunun olmadığını desə də, Salman təkid etmiş, hətta atası Müşfiqlə də danışa biləcəyini demişdir. O da Salmanın atası Müşfiqlə görüşmüş, Müşfiq ona “bu barədə heç kimə demə, işdə problem yoxdur, sakitcə işləyin” demişdir. Müşfiqlə söhbətdən sonra Salmana inanmış və ilk əvvəllər həqiqətən də Salman aldığı pulu gəliri ilə birlikdə qaytarmışdır. Hətta bir dəfə Salman onu inandırmaq üçün ondan avtomaşın istəmiş və rayonlara gübrə aparacağını bildirmişdir. Salmanın sözlərinə əsasən hər 10.000 manata 2.000 manat əlavə pul qaytaracaqmışlar. Salman ona pulu, yəni xeyrini 45 günə qaytaracağına söz vermişdir. Salmana hissə-hissə olmaqla ümumilikdə 130.000 manat pul vermişdir. Bir müddət sonra o, Salmandan pulunu və ona çatacaq xeyri tələb etmiş, noyabr ayında Salman onun kartına 42.000 manat köçürmüş, dekabrın sonlarında isə dayısının vasitəsilə ona 10.000 manat pul vermişlər. Dayısına pulu kimin göndərdiyini bilməmişdir. Həmin ərəfədə ona bir dəfəyə 70.000 manat pul verməmişdir. O, Salmandan pulu ala bilmədiyi üçün Salmandan şikayət etmiş, Salman prokurorluqda ifadə verərkən sələmə 196.000 manat pul aldığını demişdir. Halbuki, o Salmana pulu gübrədən gəlir əldə etmək məqsədi ilə vermişdir. Salman pulu qaytarmayanda Müşfiqlə görüşmüş, Müşfiq ona məlumatı olduğunu, Salmanın onları da aldatdığını demişdir. Müşfiq ölən günü isə Salmangil borc sahiblərinə zəng edərək onlara şikayətlərini geri çəkmələrini, yoxsa onların adlarını prokrorluğa verəcəklərini bildirmişlər. Müşfiqin ölümü ilə bağlı hətta onu 48 saat həbs etmişlər. Yevlax Rayon Məhkəməsinə müraciət etdikdən sonra Salmanın anası ağlayaraq ondan onlara güzəşt etməsini xahiş etmiş və o, 60.000 manat keçərək 60.000 manat pulun qaytarılmasına razı olaraq bu barədə ərizə vermiş, Salman özü hər şeyi etiraf etmiş və o da məhkəmədə sənədə imza çəkmişdir. Salmangil torpaqları olduğunu, onu satıb verəcəklərini, yerdə qalan pulu isə beş il ərzində qaytaracaqlarını bildirmişlər. O, hətta öz mağazasının kassasından verdiyi 17.000 manat pulu da istəməmişdir. Salman məhkəmənin qətnaməsindən apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsində də onun xeyrinə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şahid9 Müşfiq oğlu həqiqətən də xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMCdə satış mütəxəssisi vəzifəsində fəaliyyət göstərmişdir. (cild 1, i/v 219). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, 3206 inventar nömrəli, **********45-10301 reyestr nömrəli, Yevlax şəhəri, Zərdabi küçəsi, ev 25A ünvanına texniki pasport X7 adına tərtib olunmuşdur (cild 1, i/v 116). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li , ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən **********26 reyestr nömrəli, 0.045 ha yaşayış məntəqələrinin torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir (cild 1, i/v 118). - Şahid10, X1, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli, X4 xx.xx.2021-ci il tarixli, X7 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərindən görünür ki, X8 məxsus Seriya RX №0302600№-li, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0.0215 ha həyətyanı torpaq sahəsini, X6 məxsus Seriya RX №0825322, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 7da yerləşən 0.045 ha yaşayış məntəqələrinin torpaq sahəsinin satılmasına razılıqlarını bildirmişlər (cild 1, i/v 107-109, 111, 114). - Həqiqiliyi QR kod ilə yoxlanılmış xx.xx.2021-ci il tarixli, hal-hazırda xitam verilmiş etibarnamənin www.notariat.az saytından çıxarışından görünür ki, etibar edən Yevlax, Balçılı kəndində qeydiyyatda olan X15 tərəfindən etibar edilən ünvan 5 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.0215 ha yaşayış məntəqələrin torpaq sahəsinə (Çıxarış: reyestr nömrəsi: **********45-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014) dair etibarnamə verilmişdir (cild 2, i/v 33). - Həqiqiliyi QR kod ilə yoxlanılmış xx.xx.2021-ci il tarixli, hal-hazırda xitam verilmiş etibarnamənin www.notariat.az saytından çıxarışından görünür ki, etibar edən Yevlax, Balçılı kəndində qeydiyyatda olan X9 tərəfindən etibar edilən ünvan 5 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs ünvan 7da yerləşən mülkiyyətində olan 0,045 ha yaşayış məntəqələrinin torpaq sahəsinə (Çıxarış: reyestr nömrəsi: **********26, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2016) ) dair etibarnamə verilmişdir (cild 2, i/v 34). - xx.xx.2022-ci il tarixli “Diskə və yazışmalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsində və Səbail RPİ-nin İstintaq şöbəsində təqdim etdiyi 02 ədəd disk və 20 səhifədən ibarət “whatsapp” tətbiqində çıxarışına baxış keçirilərkən müəyyən olunmuşdur ki, istintaqa təqdim edilmiş 01 ədəd disk “CD” formatlıdır, həmin diskin üzəri ağ rənglidir, diskin üzərinə parlaq “Bingo” yazısı həkk olunmuşdur. Həmin disk açıldıqda diskin içərisində 09 ədəd X28 (.ogg) formatlı səs yazılarının olması müəyyən olunmuşdur. 1-ci “WhatsApp Audio 2022-09-21 at 10.46.18 (1)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Təqsirləndirilən şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “bu gəldi, nə mən hesabladım, nə sən, gəldi altıncı günə düşdü, başa düşdün? İndi də vurublare, sistem təsdiq olub, pul o hesabdan çıxıbdı, kağızı var əlimdə, hesabıma oturmağı qalıb. Bank elədi ki, altı-bazar işləmir deyə göndəriblər, şey olmalıdı, nədi onun adı hesaba oturmalıdı da. Hesaba oturan kimi kartım var, kartnan da çəkib çıxara bilirəm. Prosto əsas odu ki. Oturmağıdı. O da gəldi altı bazara düşdü deyə ləngimə var, başa düş indi oturan kimi mən sənə zəng eliyib xəbər verəcəm, narahat olma, səhv məndə oldu ki, mən heç altı bazarı nəzərə salıb heç demədim ki, aldtıncı günə düşəcək, bank işləməyəcək, yadıma düşmədi həmin dəyqə”. 2-ci “WhatsApp Audio 2022-09-21 at 10.46.18” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Zərərçəkmiş şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “Ə yoxe, mən özümə görə narahat deyiləme, mən sənə görə nahat deyiləm, mənnən olsa, biz bir dənə səhvi bilirsən niyə onda elədik? 20 gün e, 15 gün demiyərdik, 20 gün deyərdik, prosto bbulara 20-si söz vermişik, mən bulara 20-si demişəmdə yəni. Bayaq soruşdular. Ona görə qaldım belə. Yox Əlinin ölmüşünə deyirəm, mən özümə görə ya sənə görə narahat deyiləm papamın canı. O bayaq gəldi soruşdu, ona görə sənə yazdım. Onda qulaq as, bank işləmirsə hesabdan necə götürəssən pulu?” 3-cü “WhatsApp Audio 2022-09-21 at 10.46.19 (1)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Zərərçəkmiş şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “Hə yaxşı qadan alım, yauxşı ay qa, yaxşı gözdüyürəm. Hə heşnə, onu nəzərə almadığda hə, qismət görürsən düşdü altı-bazara, biz nə bilək. Həə, heşnə qadan alım, onda yəni mənə bir xəbər deyərsən ki, mən bulara deyim. Baxmaye biz heç, biz özümüzünküyük, ama onlar biraz şey adamdıye, qəliz adamlardı”. 4-cü “WhatsApp Audio 2022-09-21 at 10.46.19 (2)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Təqsirləndirilən şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “Yo qaqa bildim, başa düşdüm, heç bir problem yoxdu Allaha min şükür, prosto bidənə problem odu ki, bu gəlib altı bazara düşməyini hesablamadım, heç ağlıma da gəlmədiki, həmin gün gəlib altı-bazara düşəcək. Bildin nətər? Bilsəydim altı-bazara düşür qayıdıb deyərdim ki, 20 ili, 21-i, 22-si, məsələn deyərdim 23-də məsələn, 1-ci gün düşür 23-ü məsəlçün, 2 gün şey qayardım ki, gecikmə olardı, birinci gün sizdədi pul. Narahat olma, vurufdular. Bir dənə otursun, oturan kimi sa xəbər eliyəcəm, arxayın ol”. 5-ci “WhatsApp Audio 2022-09-21 at 10.46.19” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Təqsirləndirilən şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “A onlar özləri də bilməlidi ki, altı-bazar bank işləmir də, yəni ona görə qalmışam Allahaqqı, indi qoy görək, təsdiq olmalıdıye, bir-iki dəfə vurublar, yəni gec də olsa olub da, təsdiq olan kimi də zəng edib xəbər edəcəm. Narahat olma”. 6-cı “WhatsApp Audio 2022-09-21 at 10.46.20 (1)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Zərərçəkmiş şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “Vəziyyət zad nətərdi ay qa, ay qa sabah gələndə siqnal yadından çıxmayacaq, siqnalı da gözdüyürəm ha, söz vermisən gətir çıxart yekə oğlansan, gözdüyürəm sabah”. 7-ci “WhatsApp Audio 2022-09-21 at 10.46.20 (2)” adlı fayla baxış keçirirkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Zərərçəkmiş şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “Qaqa, hansı tərəfdəsən? Hardasan?”. 8-ci “WhatsApp Audio 2022-09-21 at 10.46.20 (3)” adlı fayla baxış keçirirkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Zərərçəkmiş şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “Ə yekə oğlansan, mən səni gözdəmirəm burda? Yığıram cavab da vermirsən. Bə səni gözdüyürəm axı mən burda. Noldu sənin işin qurtarmadı?”. 9-cu “WhatsApp Audio 2022-09-21 at 10.46.20” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin səs yazısı Zərərçəkmiş şəxs məxsusdur. Sonuncu qeyd edir ki, “Yaşqı qaqa, yaxşı, yaxşı, gözdüyürəm, mənə bir xəbər deyərsən” (cild 1, i/v 216- 217). - xx.xx.2022-ci il tarixli “Diskə və sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd disk, 01 vərəq çıxarışın surəti və 04 vərəq ərizələrin surətinə baxış keçirilərək müəyyən olunmuşdur ki, istintaqa təqdim edilmiş 01 ədəd disk “DVD” formatlıdır, həmin diskin üzəri ağ rənglidir, diskin üzərində heç bir yazı yoxdur. Həmin disk açıldıqda diskin içərisində 10 ədəd “X28 (.ogg)” formatlı səs yazılarının olması müəyyən olunmuşdur. 1-ci “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (1)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, qadın səsi: “Bir söz deyirsənsə canım qurban bircə söz de, Əvəzin variantını eləcəm, məni yenə bunların qabağında dili gödək eləmə, qalıram belə. Pis vəziyyətdə qalıram mən də. Yəni özünü onun səviyyəsinə endirmə, canım qurban. Düz deyirsən bir söz de, yəni qoy bunlar da dəqiq bilsinlər, hə dedi elədi. Yoxsa gələcəm deyib, gəlmiyəcəm eliyib, bunlar da oynatmaq kimi çıxır, bunlar da dayanmıllar da, kirimillər". 2-ci “WhatsApp Audio 2022-12- 27 at 13.48.35 (2)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, qadın səsi: “Kişisən, kişi kimi söz demisən, dalında dur. Kişisən kişi kimi sözünün dalında dur. Bu qədər də alçaxlıq eləmə”. 3-cü “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (3)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs: “Sabahın xeyir, buları verdilər, şey, saat hardasa altıya qalmışdı sənədləri götürəndə üstündə ərizələri də olmalıdı, o ərizənin dalınca, zəng vuracaqlar gedəcəm ərizələri də üstünə qoyum, ya Allah. Allahın köməyi ilə göndərim. Deyir bundan başqa razılıq ərizələri də olur, hər biri üçün onu da üstünə qoyub göndərəcəm”. 4-cü “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (4)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, qadın səsi: “Müşvfiq salam, nağırırsan, nətərsən? Ay Müşfiq şeydi, nədi, sən Allah bu işi gör nağarırsan, neyniyirsən, Allah haqqı zəhləmi töküb, görək nətər olacaq. Deyir söz vermişdin, niyə yalançı çıxdın". 5-ci “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (5)” adlı fayla baxış keçirirkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs: “Hə heşnə, təki elə olsun, nə bilim, qız mənə dünən elə deyirdi. Birdəki o, evin içində də o, şeylərə zada, gələr kimsə götürərə eliyər, nəbilim o, ustaynan zadnan danışmısan, o ayın-oyunları zadıevin içində divanı zadı, biz gələndə bir adam gətirəndə bir göstərək ki, içi doludur. Yəni bu vəziyyətdədi, ustaynanda danışılıbdı. Yəni birdən kimsə gəlsə gələr mebel zad götürər, divan götürər, yəni bilim nə götürər. Yəni elə şeyə imkan vermə. Qoy evin içi dolu olsun ki, narmalni qiymətə verə bilək. Mən yəni tıncıxırame uje iki gün qalıb. Mən ona tıncıxıram, yanıram Quran haqqı. Gör nağarırsan onu sən. Mən yəni iki gündən sonra belim orta yerindən şax sümüyündən qırılır uje”. 6-cı “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (6)” adlı fayla baxış keçirirkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs: “Forma 2-ni götürdünmü yəni? Yəni forma 2-də göstərilir 2 nəfərdi, 2 nəfərin də razılıq ərizəsi var. Yəni forma 2-də olmalıdı. Bir də zaqsın şeyini, kserokslarını göndər, onların şəxsiyyət vəsiqələrini mənə arasına qoy göndər də”. 7-ci “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (7)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs: “Yaxşı, yaxşı, bildim, yola sal götürəcəm”. 8-ci “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (8)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, qadın səsi: “Müşfiq sözüvün dalında niyə durmursan, Bir sözü belə deyirsən, ikinci sözü belə deyirsən. Özün dilinnən dediyinin dalında dur da, sən nətər belə axmaq olmusan? Sən kürəyimnən niyə bıçaqlayırsan? Ə sən mənə xəyanət eləyirsəne, elədin xəyanət. Heç olmasa dediyin sözün dalında dur da. Bu qədər xəyanət olar ə. Hansı qardaş bacını bu qədər xəyanət eləyib, bıçaq vurubğ kürəyimnən. Ə sən nətər adamsan?". 9-cu “WhatsApp Audio 2022-12-27 at 13.48.35 (9)” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs: Notarius dedi forma 2-yə ehtiyac yoxdur. Elə forma 2 budur. Özləri sistemdə verənda sistemdən çıxacaq dedi. O Mərkəzi Ədliyyə Nazirliyinin mərkəzi bazasında deyir bütün asan xidmətlərdə notariuslarda var, vuranda çıxacaqdır”. 10-cu “WhatsApp Audio 2022-12-27 at 13.48.35” adlı fayla baxış keçirərkən müəyyən olunmuşdur ki, qadın səsi: “Müşfiq ayın axırına söz veribdi, gözlüyək görək nə olur. Amma Allaha and olsun heç inanmıram ayın axırını gözləsin. O bizi yazıq eliyib çöllərə salacaq. Uje ağlına düşübdü evi satmaq" (cild 1, i/v 240-241). - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında “Whatsapp” ani mesajlaşma sistemindən 10 səhifədə yazışmaların çıxarışından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adını telefonda “Salman dayioglu” olaraq qeyd etmiş və aralarında aşağıdaki yazışmalar olmuşdur: Zərərçəkmiş şəxs: 08:49: Sabahin xeuir. 08:50: İstihirsen gelim bir uerde geddy. 08:51: Tek getms. 08:51: E. 08:51: Yeni az pul deyil. Təqsirləndirilən şəxs: 08:57: Qaqan narahat olma seneyleri hell editem cixaranda xeber edecem. Zərərçəkmiş şəxs: 08:59: Ne seneddi e o. 09:00: Kecen defe bele sey olmadi hec. 9:00: Bu gun alinmiyacaq ki? Təqsirləndirilən şəxs: 09:00: Olmusdu 5ci gun yazdirdim 1ci gun goturdum. 09:00: İndi yazirlar xeber edecem. 09:01: İse gelipsen sen. Zərərçəkmiş şəxs: 09:01: Bes by gun alinacaq yenu. 09:01: He. 09:01: Dedin gelim seni goturum. Salman Məmmədliyev: 09:01: He alinar insallah. Zərərçəkmiş şəxs: 09:01: Camaafin pulu by fun verilmelidi. 09:01: Uje men alindiranmiram. 09:01: Esaa da o 35. Salman Məmmədliyev: 09:01: Xeber edecem sene bildim qaqa narahat olma. Zərərçəkmiş şəxs: Gozle yifiram seni. Təqsirləndirilən şəxs: 09:02: Ogisdeyem cixim zeng edecem. Zərərçəkmiş şəxs: 09:47: Salman birngotur soz soriwacam. Ya meni yig. 10:00: Sen hardasan gelim inqilaba. Zərərçəkmiş şəxs: 16:02: Gel gedey vuraq e. 16:02: Seni gozdiyurem stres ataq. Təqsirləndirilən şəxs: 16:02: Gellem qaqa. Zərərçəkmiş şəxs: 16:02: Ok. Təqsirləndirilən şəxs: 19:18: məkan. Zərərçəkmiş şəxs: 19:45:məkan. 19:47: Burda gozduyurem seni. 20:10: Gelirsenmi? 20:26: Noldu gelmedin sen? 26 noyabr 2021ci il Zərərçəkmiş şəxs: 15:22: Qaqa goturenmedin? Təqsirləndirilən şəxs: 15:44: Qaqa puldan yana narahatciligin olmasin hesaba otrulup bank islemediyi ucun Lrngime var vurulsun otursun insallah zeng edip deyecem. Zərərçəkmiş şəxs: 15:46: səsli mesaj Təqsirləndirilən şəxs: 15:48: səsli mesaj. 15:48:səsli mesaj. Zərərçəkmiş şəxs: 15:51: səsli mesaj. Təqsirləndirilən şəxs: 17:12: səsli mesaj. Zərərçəkmiş şəxs: 17:10 səsli mesaj. Zərərçəkmiş şəxs: 16:54: Nagarsan ay qa? 16:54: Kefin halin? 16:54: səsli mesaj. Təqsirləndirilən şəxs: 17:24: oldu qaqa. Zərərçəkmiş şəxs: 17:24: Oldu deyib saba deme yaddan cixib. Salman Məmədəliyev: 17:24: Yaxsi qaqa narahat olma. Zərərçəkmiş şəxs: 17:24: Yaxsi qadam. 24 noyabr 2021-ci il Zərərçəkmiş şəxs: şəkil Zərərçəkmiş şəxs: 17:44: Cixanda mene mutleq de. 17:44: Bilin. 17:44: M. Təqsirləndirilən şəxs: 17:45: Oldu qaqa. Zərərçəkmiş şəxs: 17:51: Oldu qadam. 8 dekabr 2021-ci il Zərərçəkmiş şəxs: 09:08: silinmiş mesaj. 13:26: Qaq cixa bildin mig. 13:26: ?. 13:26: Yigiram zeng catmir. 15:52: səsli mesaj Salman Məmədəliyev: 16:00: Gellem uoldayam kurdemiri kecmisem. Zərərçəkmiş şəxs: 16:00: Gel sag salamat. Zərərçəkmiş şəxs: 20:26: Seni gozdiyurem men. Təqsirləndirilən şəxs: 20:27: Qaqa gelmek istiyirem mende imkan vermirler gozde xeber edecem. Zərərçəkmiş şəxs: 20:27: Bax da Salman seni burda gozduyurem gece gece is olar sende. Təqsirləndirilən şəxs: 20:28: Senedlerde hazirlayiramda. 20:28: Ona gore lengiyirem. Zərərçəkmiş şəxs: 20:29: Gel bize gedeciyik papam da gozduyur seni ona gore cagiriram. Təqsirləndirilən şəxs: 20:29: Bildim. 20:29: Yaxsi. Zərərçəkmiş şəxs: 20:31: Gozdiyirem yaxsi. 22:19: səsli mesaj. 9 dekabr 2021-ci il Zərərçəkmiş şəxs: 17:33: şəkil. 21:58: Qaqa bir xeber cixmadi? 22:40: Alinmadi dayioglu? Təqsirləndirilən şəxs: 22:50: Alinir bir balaca sebrli ol. 7 dekabr 2021-ci il Zərərçəkmiş şəxs: 17:39: Qaqa nagardin? 17:39: Ala bildin? Təqsirləndirilən şəxs: 17:40: Almaq alinacaq narahat olma. 17:40: Esas burdan cixsam duzelecek sabah insallah. Zərərçəkmiş şəxs: 17:40: Senin cixmafina fore deyirem. Təqsirləndirilən şəxs: 17:40: He alanmamisam yox hele narahat olma gec qalsam tezden cixacam. Zərərçəkmiş şəxs: 17:44: He hecne onda. Zərərçəkmiş şəxs: 10:06: Sphet eliyek. Təqsirləndirilən şəxs: 10:06: Ofisdeyem yigacam sebrli ol. Zərərçəkmiş şəxs: 10:06: Bilirem yigassan. 10:06: Deqiq soz demirse. 10:06: N. Təqsirləndirilən şəxs: 10:07: Mene deqiq demirler axi sebrli ol cixim yigacam. Zərərçəkmiş şəxs: 10:07: Niye tesdiqlemirler ki. 10:07: Demisdin pul oturub wotuna. Təqsirləndirilən şəxs: 10:07: Senedde catismamazlıq var. Zərərçəkmiş şəxs: 10:08: Yeni Salman mene deqoq dekki masini satmaq varsa da camaatin pulinu tapim. Təqsirləndirilən şəxs: 10:09: Yaxsi sebrli ol 12e qeder. Zərərçəkmiş şəxs: 11:54: Qaqa noldu? Zərərçəkmiş şəxs: 11:54: Demisdin 12. 11:55: Mene bir soz denen kankret. 11:55: Hardasan gelim ora. 11:55: Gorusej. Təqsirləndirilən şəxs: 11:59: Qebuldayam cixim xeber edecem gorsek qaqa. Zərərçəkmiş şəxs: 11:59: Yaxsi. 12:00: Ne qeder baxta. 12:00: Texminen. Təqsirləndirilən şəxs: 12:00: Sebrli ol icerde adam var cixsin girip danisip xeber edecem. Zərərçəkmiş şəxs: 11:59: Yaxsi gozduyurem. 12:29: Noldu qaqa hara gelimv. 12:29: ? (cild 1, i/v 13-22). - Yevlax rayon prokurorluğunun müstəntiqi X10 tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X1 özünü öldürmə həddinə çatdırılması faktı təsdiq olunmadığından Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır (cild 2, i/v 3-12). - Əlyazmadan görünür ki, “Artıq dözə bilmədim. Borclu olduğum adamlara borcu qaytara bilmədim. Onlarda allah unudublar. Kimin başına nə vaxt nə gələcəyini allah bilir. Mən nəqədər təhqirlərə söyüşə qulaq asım. Rahat nəfəs ala bilmirəm. Evin sənədini aldılar, torpağın sənədini aldılar. Üstəlikdə deyirlər kredit götürək pulunu siz ödəyin. Bəs biz nə ilə yaşayaq. Yaxşısı ölməkdir ki, canım qurtarsın belə kafirlərdən. Hədə qorxudan bezmişəm. Ailə belə kafirlərdən təhlükəlidir. Ona görə heç nə verməmək lazımdır. Mən almışam mən də cəzamı alıram. Salamat qalın. Məllimə möhkəm ol. Tacımdan mugayət ol onun sənə ehtiyacı olacaq. Allaha əmanət edirəm. Mənimki də belə gətirdi. Yas verin. Elvəndə çıxmayın. Evdə minbir əziyyətin var. Haqqınızı halal edin. /imza/ M.M. Yamənin pulunu bacımgil verəcək. Dostumdur” (cild 1, i/v 66) - Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X19 tərəfindənxx.xx.2022-ci il tarixli HK-1/1142 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 178-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə maddəsinin tərkib əlamətlərinin olmaması toplanmış materialla kifayət qədər sübut olunduğundan sonuncunun barəsində Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1518/2022 nömrəli qətnaməsindən və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-143/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şahid12 cavabdeh Təqsirləndirilən şəxs qarşı «pul» tələbinə dair iddiası təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs 60000 manat borc və 210 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Şahid12 xeyrinə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 26-27, i/v 160-161) - 24 yanvar 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 4(009)-44/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 60, 62, 93-96). - 01 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə 26 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 02 ədəd disk və X2 götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmışdır (cild 2, i/v 122-144). - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 17053 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlardan, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, BKC/LGL-6743/23 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlardan, “Azerfon” LLC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, AZF/LGL-2877/23 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxs X5 istifadəsində olan ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, şahidləri Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olan ***-***-**-**, Şahid4 istifadəsində olan ***-***-**-**, Şahid5 istifadəsində olan ***-***-**-** və Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrələr üzrə 01-30 noyabr 2021-ci il tarixlər arasında olan dövrdə çıxan və həmin nömrələrə daxil olan zənglərin və smslərin siyahısı, qeyd olunan tarixlərdə həmin nömrələrin anten əhatə dairələri məlumatlar təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, mülki iddia üzrə 390 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Təqsirləndirilən şəxs məhkəmə baxış zamanı verdiyi ifadəsində həqiqətən də Zərərçəkmiş şəxs cəmi 100.000 manat pul vəsaitini atası Müşfiqin tapşırığına əsasən noyabr ayında aldığını, həmin vəsaitin 70.000 manatını yenə də atasının tapşırığına əsasən Şahid12, 30.000 manatını isə atasına verdiyini, Zərərçəkmiş şəxslə gübrə alqısatqısı ilə bağlı aralarında heç bir söhbət olmadığını, atasının Elşəndən faizlə borca pul aldığını bildirmişdir. Məhkəmə araşdırılması zamanı şahid ifadələrindən və işin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs atası mərhum Müşfiq Məmmədəliyev hər hansı biznes fəaliyyəti ilə, o cümlədən oğlunun fəaliyyət göstərdiyi, yəni gübrə satışı ilə bağlı fəaliyyətlə rəsmi və ya qeyri-rəsmi olaraq məşğul olmamışdır. Mərhumu xarakterizə edən detallara əsasən o sağlığında hər hansı şəxsdən borc və yaxud bankdan kredit almamış, ümumilikdə kiməsə borclu olması halı olmamışdır. Bu və ya digər biznes, ticarət fəaliyyəti ilə məşğul olmayan mərhum Müşfiq Məmmədəliyevin intihar etməzdən əvvəl yazdığı əlyazmasında belə “...min bir əziyyətlə” qurduğu evinin də hansısa borcunun əvəzinə verilməsinin əleyhinə olmuşdur. Şahidlərin və zərərçəkmiş şəxsin ifadələrindən yaranan mənzərə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs etibardan su-istifadə etməklə ələ keçirdiyi pulların, habelə borc kimi aldığı pulların qaytarılmasına nail ola bilmədikdə məhz mərhum atası Müşfiq Məmmədəliyevə çoxsaylı müraciətlər edilmişdir. Bu hal mübahisələndirilməmiş Yevlax rayon prokurorluğunun 10 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında da bilavasitə öz əksini tapmışdır. Həmin qərardan da göründüyü kimi aparılmış istintaq zamanı X1 ləyaqətinin hər hansı şəxs (şəxslər) tərəfindən alçaldılması, hədə-qorxu gəlinməsi və ya onunla amansız rəftar edilməsi xüsusatı öz təsdiqini tapmamışdır. X13 Süleymanovdan hər hansı məbləğdə borc pul almadığından onlar arasında hər hansı asılılıq münasibəti olmamışdır. Toplanmış mötəbər sübutlarda X1 maddi, xidməti və sair asılılığı olan hər hansı şəxs və ya şəxslər tərəfindən ona qarşı amansız rəftar edilməsi, onun ləyaqətinin mütəmadi olaraq alçaldılması və ya hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırması halı aşkar olunmamışdır. Müşfiq Məmmədəliyev öz borcuna görə yox, məhz oğlu Salman tərəfindən ələ keçirilmiş pulların qaytarılması ilə bağlı ayrı-ayrı şəxslərlə danışıqlar aparmışdır. Bütün göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs atasının tapşırığı ilə Zərərçəkmiş şəxs ümumilikdə 100.000 manat pulu alaraq həmin pulun 30.000 manatını sonuncuya və 70.000 manatını isə Şahid12 çatdırması, bu səbəbdən də həmin pullların sonrakı aqibəti ilə bağlı hər hansı məlumata malik olmamasına dair ifadəsi özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulları gübrə ticarəti ilə bağlı almamasına dair ifadəsi, həmçinin Zərərçəkmiş şəxs aldığı pulun 70.000 manatını Şahid12 atasının tapşırığına əsasən verməsi şahid ifadələri və digər çoxsaylı sübutlarla yanaşı həm də onun cavabdeh olduğu mülki iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təkzib edilir. Belə ki, qanuni qüvvəyə minmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1518/2022 nömrəli qətnaməsindən göründüyü kimi mülki mübahisə üzrə cavabdeh qismində verdiyi izahatında Təqsirləndirilən şəxs şirkətdə işləyərkən Şahid12 pul alaraq gübrə alqı-satqısı ilə məşğul olduğunu göstərmiş, həmin qətnamə ilə onun Şahid12 borclu olduğu məbləğdən 70.000 manatı qaytarması öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə aralarında olan “Watsapp” ani mesajlaşma proqramı üzrə həm yazılan, həm də deyilən sözlərin ona məxsus olmasını qəbul etsə də, həmin sözləri atasının deməsinə görə Zərərçəkmiş şəxs çatdırmasını bildirmişdir. Mövcud sübutların məcmusu təsdiq edir ki, Təqsirləndirilən şəxs əslində yaxın qohumu olan Zərərçəkmiş şəxs ona və ailəsinə olan etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirdiyi sonuncuya məxsus külli miqdarda pul vəsaiti ilə bağlı halları məhz özünün hərəkətləri nəticəsində ailəsini saldığı ağır maddi və psixoloji gərginliyin təsiri altında intihar etmiş atasına aid etməklə yalnız məsuliyyətdən yayınmaq məqsədini güdür. Müdafiə tərəfinin hadisə iştirakçılarının anten məlumatları arasındakı ziddiyyətlərlə bağlı dəlilinə qiymət verərək məhkəmə qeyd edir ki, ittiham tərəfinin bununla bağlı irəli sürdüyü hallar, yəni zərərçəkmiş şəxs və şahid ifadələri daha mötəbər sübut kimi qəbulediləndir. Beləliklə məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 100.000 manat təşkil edən külli miqdarda vəsaiti ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs göstərilən cinayət işi üzrə mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs ittiham aktı ilə müəyyən edilmiş maddi zərərin əvəzi olaraq 100.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 (üç yüz doxsan) manat, ümumilikdə 100.390 (yüz min üç yüz doxsan) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində həm maddi, həm mənəvi zərər məruz qalmışdır. İttiham aktından göründüyü kimi Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Zərərçəkmiş şəxs 100.000 (yüz min) manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. - 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. - 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. - 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. - 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək və aldadaraq onun külli miqdarda - 100.000 (yüz min) manat məbləğində pulunu - əmlakını ələ keçirmiş, ona maddi ziyan vurmuş, vurduğu maddi ziyandan hər hansı ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 100.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 (üç yüz doxsan) manat, ümumilikdə 100.390 (yüz min üç yüz doxsan) manat məbləğində pulu tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 100.000 manat (yüz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 (üç yüz doxsan) manat, ümumilikdə 100.390 (yüz min üç yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1040/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1040/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver