Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1041/2021 24.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X22, Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 19 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Abşeron rayon məhkəməsinin 10 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 22 aprel 2020-ci il tarixdə saat 10 radələrində qaynı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bir gün əvvəl qaynı Nahid Salahov ilə birlikdə bacısının əri Zərərçəkmiş şəxs ilə mobil telefonda danışarkən bir-birini söydüklərindən aralarında baş vermiş münaqişə zəminində sonuncudan kəsici-deşici xassəyə malik bıçaqdan istifadə etməklə bədən xəsarəti yetirərək qisas almaq qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 47 saylı evə gələrək orada Zərərçəkmiş şəxs qarşı zor göstərilməsi prosesində birlikdə öz zorakı hərəkətlərini şüurlu surətdə bir-biri ilə qarşılıqlı olaraq uzlaşdıraraq evin hamam otağının qapısının qarşısında mübahisə yaradıb Zərərçəkmiş şəxs ilə əlbəyaxa olduğu zaman sonuncu onu divara sıxıb saxladıqda, həmin vaxt qrupun digər üzvü Nahid Salahov üzərində olan təyinatı istintaqa məlum olmayan iti deşici-kəsici xassəyə malik bıçaqla Zərərçəkmiş şəxs sol sağrı və sol bud nahiyələrinə vuraraq ona sol sarğı nahiyəsinin 1 ədəd və sol budun yuxarı 1/3-nin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaralarını, eləcə də əlindəki taxta parçası ilə başına vuraraq ona təpə nahiyəsinin sol yarısının və sol qulaq seyvanının əzilmiş-cırılmış yaraları şəklində dərəcəsinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq Zərərçəkmiş şəxs göstərdiyi müqavimətin qarşısını aldıqda o, niyyətlərini başa çatdırmaq üçün həmin bıçağı Nahid Salahovun əlindən alaraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyəsinə 1 dəfə vuraraq ona döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək pnevmatoraks ilə (plevra boşluğuna havanın toplanması) müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə insan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Nuranənin həyat yoldaşıdır. Qaynı Nahid də öz ailə üzvləri ilə birlikdə Masazır qəsəbəsində yaşayır. Muradla o, evlərin təmiri işləri ilə məşğul olmuş, lakin Murad həmişə ondan narazılıq etmişdir. Belə ki, Murad evində də onun işə gec getməyi, az işləməyi barədə danışmışdır. Muradın onun barəsində dediklərini bacısı Nuranə anasına danışdıqdan sonra anası da bu haqda ona demişdir. Həmçinin Murad işdən 100 manat alanda evə az miqdarda, yəni 25 manat pul aldığını demiş, yəni qazancını ailəsindən gizlətmişdir. 21 aprel 2020-ci il tarixdə axşam qaynı Nahidlə evdə olan zaman Murad ona zəng etdikdə aralarında mübahisə yaranmış, bundan sonra Murad onu söyməyə başlamışdır. Həmin vaxt qaynı Nahid bunu eşidərək telefonu ondan alıb Murad ilə danışanda Murad onu da söymüşdür. Bundan sonra Nahid ilə razılaşmışlar ki, səhər Murad ilə üz-üzə görüşüb danışsınlar. Səhərisi gün saat 9:30 radələrində Masazır qəsəbəsində yerləşən “Şok” marketdə olan vaxt qaynı Nahid ona zəng edib demişdir ki, “Murad evdə təkdir, gedək onunla söhbətimizi edək”. Aradan 3-4 dəqiqə keçdikdən sonra Nahid tanımadığı taksi ilə həmin yerə gəlmiş, onlar Xırdalan şəhəri, Quşçuluq massivinə Muradın evinə getmişlər. O, Nahidin üstündə bıçaq gəzdirdiyini bir neçə dəfə gördüyü üçün üzərində bıçaq olub-olmadığını soruşmuş, Nahid isə bıçağın üstündə olduğunu demişdir. O da taksidə bıçağı Nahiddən almışdır. Evin qarşısına çatanda Muradı çağırmağa başlayıb evin giriş qapısına yaxınlaşaraq qapının dəstəyinə əl atmış, lakin qapı açılmamış və o, qapını döyməyə başlamışdır. Yerdən götürdüyü daş ilə evin pəncərəsinin şüşəsini sındırmış, bu zaman Murad pəncərədən çölə çıxaraq əlindəki taxta ilə başından bir dəfə vurmuşdur. Bu vaxt bıçaq onun cibində olmuşdur. Taxtanı Muradın əlindən almaq istəyəndə Murad onu tutmuş, o isə Muradın əlindən çıxa bilmədiyindən cibindən bıçağı çıxarıb Muradın ayağından 2 dəfə vurmuşdur. Bundan sonra Murad onu buraxmış, lakin yenidən əlbəyaxa olanda Nahid taxtanı Muradın əlindən almış, bu zaman o, Murada yenə 1 dəfə bıçaqla vurmuş, nəticədə, Murad yerə yıxılmış, həmin vaxt Nahid Muradın başına 1 dəfə taxta ilə vurmuşdur. Daha sonra Murad yerindən qalxaraq evin hamam otağına girib yerdə oturmuşdur. O, Nahid ilə oradan çıxıb evə getmiş və Nahidin bıçağını özünə qaytarmış, taxtanı da Nahiddən alıb kirayədə yaşadığı evə apararaq xatırlamadığı zibilliyə atmışdır. O, bıçaqla Murada 3 dəfə zərbə vurmuşdur. Nahidin ruhi xəstə olduğunu bilmişdir. Nahidlə yeznəsi Zərərçəkmiş şəxs xəsarət yetirmək barədə razılığa gəlməmiş, sonuncunun evinə sadəcə söhbət etmək üçün getmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsla barışmışdır. Nahidin yeznəsi Murada xəsarət yetirəcəyini bilməmişdir. Murad ilə əvvəllər arasında hər hansı bir mübahisə olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun, Salahov Nahid isə Elvinin qaynıdır. Qaynı Təqsirləndirilən şəxs ilə təxminən 1 ay bundan əvvəl birlikdə Masazır kəndində ev götürüb təmir etmişlər. Həmin evdə o, usta, Elvin isə onun yanında fəhlə işləmiş, ancaq buna baxmayaraq o, ev sahibindən aldığı pulu yarıbayarı bölmüşdür. Həmin evdən təxminən 1.500 manat pul almış və Elvinlə yarı bölmüşdür. Evin təmirini isə təxminən hadisə baş verməzdən 10 gün əvvəl bitirmişlər. Qaynı Elvin 21 aprel 2020-ci il tarixdə qayınanasına demişdir ki, guya onunla işlədiyi vaxt Elvindən 100 manat pulu gizlədərək bölməmişdir. Həmin sözü də qayınanası ona və arvadına demişdir. Bundan sonra 21 aprel 2020-ci il tarixdə qaynının telefonuna zəng edib nə vaxt aldığı pulu ondan gizlətdiyini soruşanda aralarında mübahisə olmuş və qaynı ona qarşı nalayiq ifadələr işlətmişdir. Yoldaşı Nuranə bunu eşitdikdə dərhal telefonu əlindən almış və Elvinlə danışan zaman Elvin və onun qaynı Nahid Nuranəni də söyüb təhqir etmişlər. Bundan sonra dərhal həyat yoldaşı Nuranə bu barədə “102” xidmətinə zəng edib məlumat vermiş və RPİ-nə gedib ərizə ilə müraciət etmişdir. 22 aprel 2020-ci il tarixdə saat 9 radələrində həyat yoldaşı Nuranə evdən çıxıb anasının işlədiyi Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış massivinə getmiş, o isə evdə öz azyaşlı oğlu ilə qalmışdır. Saat 10 radələrində oğlu Ayxan yatmış, o isə evdə televizora baxmışdır. Bu zaman qəflətən evinin pəncərəsinin şüşəsinın sındırıldığını görmüşdür. Pəncərəni açıb çölə baxanda pəncərənin şüşəsini sındıranın Elvin olduğunu görmüş və Elvin həmin vaxt qapını açıb evə daxil olmuş, o da pəncərənin qarşısından çəkilib evin qapısına tərəf gedəndə Elvinin evin giriş hissəsində dəhlizdə olduğunu görmüş və sonra onlar bir-birinin yaxasından tutmuşlar. O, Elvini evin içərisində olan sanitar qovşağının divarına söykəyib saxlayanda qəflətən sol arxa yan nahiyəsində istilik və ağrı hiss etmiş, bundan sonra həmin şəxs baş nahiyəsinə ağac parçası ilə 2 dəfə vurmuş və o, yerə yıxılanda görmüşdür ki, onu vuran Nahiddir. Nahidin əlində ona məxsus evin giriş hissəsində kənarda saxladığı təxminən 50 sm hündürlüyündə, üzərini isə yaşıl rəngli yapışqan lentlə sarıdığı ağac parçasını görmüşdür. Nahid onu həmin ağac parçası ilə, o yerdə olan vaxtı isə qaynı Təqsirləndirilən şəxs əlindəki dəstəyi qara rəngdə, tiyə hissəsi isə təxminən 10-12 sm ölçüdə olan bıçaqla 1 dəfə sol döş qəfəsinə vurmuşdur. Səsinə qonşusu Radik Neftalıyev çölə çıxmış və evin qapısı açıq olduğu üçün o baş verənləri görüb qışqırmışdır. Bundan sonra Elvin və Nahid oradan qaçıb getmişlər. Onlar gedərkən ona məxsus ağac parçasını və özləri ilə gətirdikləri bıçağı da götürüb aparmışlar. Bundan sonra qonşusu Radik yanına gəlib kömək etmiş və digər qonşusu Abışov Şəmilin maşını ilə onu Xırdalan şəhərində yerləşən “Doğum Evi”nə aparmışlar ki, orada ilkin yardım olunsun və daha sonra lazım olan xəstəxanaya apararlar. Ona “Doğum Evi”-nin cərrahiyyə şöbəsində ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə Bakı şəhəri X5 aparmışlar və orada əməliyyat olunmuşdur. Həmin vaxtı bilmişdir ki, ona bıçaqla 3 dəfə xəsarət yetirilmişdir. Hadisə zamanı orada onlardan başqa heç kim olmamış, azyaşlı oğlu isə həmin vaxt evdə yatmışdır. Elvin ilə Nahidin onu öldürmək məqsədləri olmamışdır. Belə ki, onlar iki nəfər olduğundan onu öldürmək üçün şəraitləri olsa da, bunu etməmişlər. Nahidin ruhi xəstə olduğunu bilmişdir. Elvin bıçaqla ona 3 dəfə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı, Təqsirləndirilən şəxs qardaşı, Nahid isə qardaşının qaynıdır. Murad və qardaşı Elvin birlikdə ev təmir etmiş, qazandıqları gəliri isə yarı bölmüşlər. Qardaşı Elvin 21 aprel tarixdə anasına demişdir ki, guya Murad ondan işlədikləri vaxt 100 manat pulu gizlədərək bölməmişdir. Həmin sözü də anası ona və Murada demişdir. 21 aprel 2020-ci il tarixdə Murad qardaşının telefonuna onun telefonu ilə zəng vurub demişdir ki, nə vaxt aldığı pulu ondan gizlətmişdir? Həmin vaxt onların arasında telefonda mübahisə olmuş, telefonda Elvinin Muradı nalayiq sözlərlə söydüyünü eşitdikdə dərhal telefonu Muradın əlindən alıb qardaşı ilə danışmaq istəyəndə görmüşdür ki, telefonda qardaşı yox, Nahiddir. Nahid həmin vaxt onu telefonda nalayiq söyüşlərlə söyüb təhqir etmiş, o da həmin vaxt Nahidi söymüşdür. Bundan sonra dərhal bu barədə “102” xidmətinə zəng etmiş, sonra isə RPİ-nə gedib ərizə ilə müraciət etmişdir. 22 aprel 2020-ci il tarixdə saat 9 radələrində evdən çıxıb anasının işlədiyi Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivinə getmiş, həmin vaxt Nahidin anası Rəsmiyyə də orada olmuşdur. Rəsmiyyə bu vaxt oğlu Nahidə zəng vuraraq onun orada olduğunu xəbər vermişdir. Az sonra Nahid ora gəlmiş və ona demişdir ki, “sən dünən nə çaşırdın”, o da Nahidə barəsində polisə ərizə verdiyini demişdir. Həmin vaxt yenə Nahid ona demişdir ki, polis heç nə edə bilməz, hara istəyir şikayət etsin. Bundan sonra Nahidi anası götürüb aparmışdır. Nahidin anası Rəsmiyyə həmin vaxt qardaşına zəng edib demişdir ki, “bacın Nuranə iş yerinə gəlmişdir”. Bundan sonra qardaşı Elvin qaynı Nahid ilə görüşüb evdə olmadığından istifadə edərək onların evinə gedib yoldaşı Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla xəsarət yetirib evdən qaçıb getmişlər. Həmin vaxt ev telefonuna zəng vurduqda yoldaşı Murad telefona cavab verərək Elvin və Nahidin onu bıçaqladığını demişdir. Bundan sonra evinə gedəndə Muradın evdə olmadığını görmüşdür. Nahidin ruhi xəstə olduğunu bilmişdir. Əvvəllər Elvin ilə Murad arasında hər hansı mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 şahid X2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Qocabəy oğlu ifadəsində göstərmişdir ki, 21 aprel 2020-ci il tarixdə evdə olan zaman qonşusu Muradın evindən səsküy gəlmiş, o da dərhal ora getdikdə Muradın üstü-başının qan içində olduğunu və digər qonşusu Radikin də orada olduğunu görmüşdür. Bundan sonra onlar Muradı Radik ilə avtomobilə qoyub Xırdalan şəhər xəstəxanasına aparıb həkimlərə təhvil vermişdir. Orada Muradı qaynı Elvinin bıçaqladığını, hadisə vaxtı Elvinin qaynının da orada olduğunu və Murada xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid3 Qocabəy oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 182). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Hüseynzadə küçəsi ev 47 ünvanıdır (cild 1, iş vərəqə 7-10). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 2 may 2020-ci il tarixli 774 saylı ekspertiza rəyində göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək pnevimatoraks ilə (plevra boşluğuna havanın toplanması) müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol sarğı nahiyəsinin 1 ədəd və sol budun yuxarı 1/3-nin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, başın təpə nahiyəsinin sol yarısının və sol qulaq seyvanının əzilmiş-cırılmış yaraları bərk-küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda qeyd olunan müddətə, yəni 22 aprel 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək pnevimatoraks ilə (plevra boşluğuna havanın toplanması) müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuş, sol sarğı nahiyəsinin 1 ədəd və sol budun yuxarı 1/3-nin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, başın təpə nahiyəsinin sol yarısının və sol qulaq seyvanının əzilmiş-cırılmış yaraları dərəcəsinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərdə sərxoşluğu barədə heç bir məlumat qeyd olunmamışdır (cild 1, iş vərəqə 56-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin 29 sentyabr 2020-ci il tarixli 1942 saylı rəyində göstərilmişdir ki, X8 hal-hazırda yüngül dərəcəli əqli gerilik (ağır debillik dərəcəsində kəmağıllıq) aşkar olunmuşdur. Nahid Salahov cinayət əməlini törədən zaman onda qeyd olunan əqli gerilik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Nahid Salahov ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Nahid Salahovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmüşdür (cild 1, iş vərəqə 184-186). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin 22 dekabr 2020-ci il tarixli 2494 saylı rəyində göstərilmişdir ki, X8 müəyyən edilən yüngül dərəcəli əqli gerilik (ağır debillik dərəcəsində) diaqnozlu kəmağıllılıqla əlaqədar o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də X13 ona ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Nahid Salahovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmüşdür. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə müvafiq olaraq X15 Stasionarında məcburi müalicə şəklində məcburi tibbi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür (cild 2, iş vərəqə 12-13). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı X13 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat başlanmışdır (cild 2, iş vərəqə 28-29). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı X1 rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarına əsasən cinayət-prosessual fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir (cild 2, iş vərəqə 57-59). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı anlaqsız vəziyyətdə olan X13 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 60-61). Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən qismən imtina edilməsini, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməklə barəsində cinayət təqibinin həmin maddə ilə davam etdirilməsini təklif etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə ittiham elan olunmuş Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməklə barəsində cinayət təqibinin həmin maddə ilə davam etdirilməsi barədə dövlət ittihamçısının təklifini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.6.9-1-ci maddəsinə əsasən şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək prokurorun hüququdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 19-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci madddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin normanın mənasına görə iştirakçılığın kriminal dəstə forması, yəni cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dəstənin hər hansı bir formada iştirakçılığını deyil, cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı, yəni birgə icraçılığı nəzərdə tutur. Cinayətin obyektiv cəhəti bir nəfər tərəfindən törədilirsə, digər iştirakçılar isə başqa funksiyaları yerinə yetirirsə, məsuliyyət “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə deyil, Cinayət Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş digər iştirakçılıq formaları üzrə yaranacaqdır. Cinayət hüquq nəzəriyyəsində, eyni zamanda Cinayət Məcəlləsinin 31-ci maddəsində cinayətdə iştirakçılığa anlayış verilərkən obyektiv və subyektiv əlamətlərə əsaslanmışdır. İştirakçılığın obyektiv əlaməti qismində iki və daha çox şəxsin cinayət törətməkdə birgə iştirakı, subyektiv əlaməti qismində isə iki və daha çox şəxsin cinayət törətməkdə qəsdən iştirakı nəzərdə tutulur. Mövcud halda isə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxs Nahid Salahovun Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli iştirakçılığın obyektiv və subyektiv əlamətlərindən məhrumdur. Qeyd olunan obyektiv əlamətə əsasən iştirakçılıq cinayət hüququnda cinayətin subyektinə qoyulan tələblər baxımından ən azı iki nəfərin iştirakı ilə mümkündür. Cinayət məsuliyyətinin ümumi şərtlərini müəyyən edən Cinayət Məcəlləsinin 19cu maddəsinə əsasən cinayətin subyekti həmin Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmalı və anlaqlı olmaqla göstərilən iki əlaməti özündə ehtiva etməlidir. Cinayət hüquq nəzəriyyəsində cinayətin subyektinə dair mövcud olan və mübahisəsiz vahid hüquqi mövqe iştirakçılığın yalnız cinayət məsuliyyəti daşımaq qabiliyyətinə malik olan şəxslərin ictimai təhlükəli əməlləri ilə yarana bilməsini nəzərdə tutur ki, həmin yanaşma Cinayət Məcəlləsinin cinayətin subyektinə dair müvafiq müddəalardan irəli gəlir. Əgər Cinayət Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan müddəalara əsasən cinayətin subyekti ola bilən şəxs anlaqsız olan şəxslərlə birlikdə Cinayət Məcəlləsi ilə qorunan obyektlərə qəsd edirsə, qeyd olunan halda cinayətdə iştirakçılığa xarakterik olan obyektiv əlamət mövcud olmayacaqdır. Bununla yanaşı olaraq iştirakçılığın obyektiv əlaməti mövcud deyildirsə, məsuliyyət də müvafiq olaraq “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə deyil, ümumi əsaslarla yaranacaqdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 29 sentyabr 2020-ci il tarixli 1942 saylı rəyindən görünür ki, X8 hal-hazırda yüngül dərəcəli əqli gerilik (ağır debillik dərəcəsində kəmağıllıq) aşkar olunmuşdur. Nahid Salahov cinayət əməlini törədən zaman onda qeyd olunan əqli gerilik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Nahid Salahov ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Nahid Salahovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmüşdür Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 22 dekabr 2020-ci il tarixli 2494 saylı rəyində göstərilmişdir ki, X8 müəyyən edilən yüngül dərəcəli əqli gerilik (ağır debillik dərəcəsində) diaqnozlu kəmağıllılıqla əlaqədar o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də X13 ona ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Nahid Salahovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmüşdür. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə müvafiq olaraq X17 Stasionarında məcburi müalicə şəklində məcburi tibbi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür. Həmin ekspert rəylərindən göründüyü kimi, Nahid Salahov Cinayət Məcəlləsinin 126.2.1-ci maddədə nəzərdə tutulan cinayətin subyekti kimi tanınmaq üçün anlaqlılıq zəruri əlamətindən məhrumdur. İştirakçılığın subyektiv əlamətinə əsasən cinayətin iştirakçısı əməlinin və ya onun nəticələrinin ictimai təhlükəli olmasını dərk edir, iradəvi cəhətdən ya bunları arzu edir, ya da bunlara şüurlu surətdə yol verir. Anlaqsız şəxslər isə təqsirin forması kimi qəsdin intellektual və iradəvi ünsürlərindən məhrum olmaqla cinayət məsuliyyətindən və cəzadan azad edilməli olan şəxslər dairəsinə aiddir. Odur ki, istintaq orqanı tərəfindən müvafiq ekspert rəylərinə əsasən Nahid Salahov anlaqsız hesab edilməklə ona istinad edilən əməlin və onun nəticələrinin dərk edilməsinə yönələn təqsirin intellektual və iradəvi cəhətlərinə malik olmamışdır. Belə olan halda iştirakçılığın subyektiv əlaməti də mövcud olmayacaqdır. Cinayət qanunvericiliyi və nəzəriyyədə mövcud olan anlaqsız şəxslərin cinayətdə iştirakçılığı ilə bağlı mövqe müvafiq olaraq məhkəmə təcrübəsində də müvafiq qaydada tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 9-cu bəndinə əsasən yaşına görə (Cinayət Məcəlləsinin 20-ci maddəsi) və ya anlaqsızlığa görə (Cinayət Məcəlləsinin 21-ci maddəsi) cinayətin subyektləri hesab olunmayan şəxslərdən istifadə etməklə törədilən cinayət iştirakçılıq yaratmır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci bəndinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Eyni zamanda həmin Qanunun 79-1-ci maddəsinin 2-ci bəndinə əsasən Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istinad edilən əmələ verilən “cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” ilə bağlı hüquqi qiymət əsassız olub bu sahədə səhv istiqamətdə vahid istintaq-məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Eyni zamanda istintaq orqanı iş üzrə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən məhkəmə təcrübəsinə dair Ali Məhkəmənin Plenumunun verdiyi izahdakı təsbit olunmuş hüquqi mövqedən fərqli qənaətə gəlməsinin zərurətini kifayət qədər əsaslandırmamışdır. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 416.2-ci maddəsində birbaşa qeyd olunmuşdur ki, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Bununla yanaşı həmin Məcəllənin 421.1.4-cü maddəsində kassasiya instansiyası məhkəməsinin qərarı ilə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozulması əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət verilə bilinən hallardan biri kimi birbaşa nəzərdə tutulmuşdur. Bundan başqa cinayətdə birgə iştirakçılıq hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olmasını və bir-birini tamamlamasını, o cümlədən əməlin və ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, hər bir iştirakçının əməli ilə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin mövcud olmasını özündə nəzərdə tutur. İş üzrə 2 may 2020-ci il tarixli 774 saylı canlı şəxsin ekspertizası rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində 4 xəsarət müəyyən edilmişdir ki, həmin xəsarətlər döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası (sağlamlığa ağır zərər vurmaya aid), sol sarğı nahiyəsinin 1 ədəd və sol budun yuxarı 1/3-nin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, başın təpə nahiyəsinin sol yarısının və sol qulaq seyvanının əzilmiş-cırılmış yaralarıdır (sağlamlığa yüngül zərər vurmaya aid). İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə müəyyən edilmişdir ki, Nahid Salahov üzərində olan bıçaqla Zərərçəkmiş şəxs sol sağrı və sol bud nahiyələrinə, eləcə də taxta parçası ilə başına vuraraq dərəcəsinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin hərəkətlərin davamı olaraq Təqsirləndirilən şəxs həmin bıçağı ondan alaraq Zərərçəkmiş şəxs döş qəfəsin sol nahiyəsinə 1 dəfə vuraraq qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Qeyd olunan halda, X21 Ələkbərov ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zəminində sonuncudan bıçaqdan istifadə etməklə bədən xəsarəti yetirərək qisas almaq qərarına gəlsə də, bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı evə gələrək orada Zərərçəkmiş şəxs qarşı zor göstərilməsi prosesində birlikdə öz hərəkətlərini şüurlu surətdə Təqsirləndirilən şəxs ilə qarşılıqlı olaraq uzlaşdırsa da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına bıçaqla ağır zərər vurması ilə nəticələnən ictimai təhlükəli nəticə Nahid Salahov və Təqsirləndirilən şəxs üçün ümumi nəticə olmamışdır ki, qeyd olunan xüsusat Nahid Salahovun əməli ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması ilə bağlı nəticə arasında zəruri səbəbli əlaqəni istisna edir. Nahid Salahov ictimai təhlükəli əməlləri ilə yalnız Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuş və onun istintaqla müəyyən edilmiş ayrılıqda etdiyi hərəkətləri (bıçaqla Zərərçəkmiş şəxs sol sağrı və sol bud nahiyələrinə, eləcə də taxta parçası ilə başına vurması) Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması nəticəsini doğurmaq imkanına malik deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş tövsifin dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, onun əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron məhkəməsinin 10 iyun 2014-cü il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 8 dekabr 2014cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 40-42). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 68). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 69). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qohumluq münasibətlərində olub barışıq əldə etməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Cinayət işinin materiallarında olan Abşeron rayon məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 158-160). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 6 sentyabr 2020-ci il tarixdən bu günə kimi həbsdə qaldığı cəmi 11 (on bir) ay 18 (on səkkiz) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 (on bir) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1041/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1041/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver