Məhkəmə qərarları › İş №1(101)-1041/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1041/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1041/2024 27.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı və X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 8 mart küçəsi döngə ev 1-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək hazırladığı külli miqdarda 1 (bir) ədəd sellofonda təmiz çəkisi 40,0 qram, 1 (bir) ədəd qara rəngli sellofanda təmiz çəkisi 345,0 qram, 1 (bir) ədəd şəffaf kiçik sellofan paketdə təmiz çəkisi 3,993 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı, ümumi təmiz çəkisi 0,357 qram psixotrop maddələri, həmçinin 2 (iki) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram və 45,0 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı, ümumi təmiz çəkisi 0,029 qram təşkil edən psixotrop maddələri yaşadığı evə daşımaqla saxlamış, 09 avqust 2023-cü il tarixdə axşam saatlarında tanışı Şahid1 2 (iki) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram və 45,0 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı, ümumi təmiz çəkisi 0,029 qram təşkil edən psixotrop maddəni qanunsuz olaraq 400 manat müqabilində satmış, barəsində külli miqdarda narkotik vasitələrin və pisoxtrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarını tərəfindən 10 avqust 2023-cü il tarixdə saat 01:10-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı mənzilin qonaq otağından satış məqsədi ilə qanunsuz əldə edərək hazırlamaqla saxladığı, 1 (bir) ədəd sellofonda təmiz çəkisi 40,0 qram, 1 (bir) ədəd qara rəngli sellofanda təmiz çəkisi 345,0 qram, 1 (bir) ədəd şəffaf kiçik sellofan paketdə təmiz çəkisi 3,993 qram olan, ümumi təmiz çəkisi 388,993 qram təşkil edən bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F- APİNACA (5F-AKB-48) adlı, ümumi təmiz çəkisi 0,357 qram təşkil edən, tərkib və növlərinə görə həm öz tərkibləri, həm də 09 avqust 2023-cü il tarixdə saxlanılmış Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələrlə eyni olan külli miqdarda psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 09 avqust 2023cü il tarixdə, gecə saat təxminən 01:00 radələrində qapı döyülmüş, o, qapını açan zaman Pərviz adlı tanışı, ardınca isə polis əməkdaşları evə daxil olmuşlar. O, Pərvizin əllərinin qandallı və qan içində olduğunu görmüşdür. Polis əməkdaşları Pərvizi içəridə də bir neçə dəfə vurmuş, Pərvizin üst-başı qan içində olmuşdur. Daha sonra onlar evə baxış keçirtmiş, evdən müəyyən dərman preparatları götürülmüş və sonra sənədləşdirmə aparmışlar. Hansı ki, həmin sənədlərin məzmunu ona məlum olmamışdır. Polis əməkdaşları onun olmayan narkotik maddə marixuananı, həmçinin ilk dəfə adını eşitdiyi narkotik maddə 3 qram “amiyak”ı onun boynuna qoymuşlar. Hansı ki, evdə sadəcə çayla içmək üçün kəklikotuna bənzər ot olmuş, sonra onu Bakı şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada da müəyyən sənədlərə imza etdirmişlər. O, oxuyub-yazmağı bacarmır. Ona imza etdirilən sənədlərin məzmunu ona məlum olmamışdır. Evdən aşkar edilən elektron tərəzini ailə üzvləri mətbəxdə istifadə etmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onda şəxsi istifadə üçün narkotik vasitə olanda Pərvizlə birlikdə istifadə etmişlər. Pərviz ilə birlikdə 3-4 dəfə narkotik vasitədən istifadə etmiş, polis əməkdaşları gəldikdə evdə o, həyat yoldaşı və qızı olmuşdur. Evə baxış keçirməyə 3 nəfər polis gəlmiş, polis əməkdaşları evdə təqribən 20-25 dəqiqə baxış keçirmişlər. Polis əməkdaşları ona əvvəlcə narkotik maddə marixuana təklif edərək videoçəkilişdə həmin narkotik maddəni boynuna almasını tapşırmışlar. O, polislərə rədd cavabı verdikdə onu bir neçə dəfə vurmuşlar. Daha sonra onu polis idarəsinə aparmış və yenidən ikinci dəfə videoçəkiliş üçün evə qayıtmışlar. Polis əməkdaşlarının onu vurmasına qızı və həyat yoldaşı şahid olmuşlar. Pərvizlə onu ayrı-ayrı maşınlarda aparmışlar. O, olduğu avtomobildə sürücü və əlavə olaraq 2 nəfər polis olmuşdur. Onlar əvvəlcə Pərvizgilin evinə getmiş, orada 10-15 dəqiqə yubanmışlar. Bundan sonra onları idarəyə aparmışlar və orada müəyyən sənədləşdirmə işləri aparılmışdır. Ən sonda, gecə təxminən saat 3-4 radələrində yenidən onun evinə qayıtmışlar və orada videoçəkiliş aparılmışdır. Videoçəkilişdə polis əməkdaşları ona tapşırdığı qaydada danışmışdır. O, saxlanılan zaman narkotik maddənin təsiri altında olduğundan hadisələrin axarını yaxşı xatırlamır. Narkotik maddəni Bakı şəhər Baş Polis İdarəsində qəbul etmişdir. Ona Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik maddəni çəkməyi təklif etmişlər. Polislərin ona verdikləri “spays“ adlanan narkotik maddə olmuşdur. O, Pərviz kimi döyülməmək üçün məcbur qalıb yalan ifadə vermiş, videoçəkiliş zamanı dediklərini də təsdiq etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Mərdəkan qəsəbəsində yaşamış, Bakı şəhərinin mərkəzində işlədiyi üçün və evə hər gün gedib-gəlmək çətin olduğundan Qara Qarayev metrosu yaxınlığında kirayə evə köçmüşdür. O, arabir Kamrangilin evinə gedərək, orada yemək yemiş, günlərin birində yenə Kamrangilə getməyə qərara vermişdir. Kamran ona zəng edərək ayaqlarının ağrıdığını deyərək, gələndə ona 1 paket siqaret almağını xahiş etmişdir. O, saat təxminən 21:30 radələrində Kamrangilin evinə getmişdir. Qapını döyən zaman bir mərtəbə yuxarıdan 2 nəfər, bir mərtəbə aşağıdan 2 nəfər olmaqla, ümumilikdə 4 nəfər polis əməkdaşı gəlmişlər. Polis əməkdaşları onu həmin anda döyməyə başlamış və onu şübhəli şəxs qismində saxlamışlar. O, əvvəllər narkotik istifadəçisi olmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olunmuşdur. O, ibtidai istintaq zamanı ifadə verməmişdir. Sadəcə olaraq ona təqdim olunan sənədlərə imza çəkmişdir. O, narkotik maddə istifadəçisidir və narkomaniya xəstəliyindən əziyyət çəkir. O, haradansa pul əldə edən kimi gedib narkotik almışdır. Həmişə eyni şəxsdən narkotik vasitə almamış, fərqli şəxslərdən almışdır. Kamran ilə narkotik vasitə alış-verişi olmamış, o, Kamran ilə birlikdə sadəcə “marixuana” adlanan narkotik maddə istifadə etmişdir. Kamran ilə vaxtaşırı olaraq, təxminən demək olar hər həftə narkotik vasitədən istifadə etmiş, marixuananı bəzən Kamran, bəzən də o alırmış və birlikdə istifadə etmişlər. Kamranın narkotiki hansı formada əldə etməsinə dair məlumatı olmamışdır. Onlar hərəsi 5 manat verərək ümumilikdə 10 manata narkotik əldə etmişlər. O, fəhlə işləmiş, bəhs olunan “mal”, “xımı”, “heyvan” kimi sözləri onlar marixuana sözünə şifrə kimi işlətmişlər. Onun həmin dövrdə 5-6 ay telefonu olmamış, o, telefonu dostu ilə birlikdə işlətmiş, lakin sonra o, Polşa Respublikasına, daha sonra Rusiya Federasiyasına getmiş və telefon da onda qalmışdır. Həmin dostu Kamranı tanımamış, sms-lərdə bəhs olunan Kamran başqa Kamrandır, Təqsirləndirilən şəxs olmamışdır. O, Kamranla birlikdə həm marixuana, həm də “bonzai” adlanan narkotik maddələrdən istifadə etmişdir. Marixuana tapa bilmədikdə “bonzai” çəkirmişlər. Ona qarşı polislər fiziki təzyiq və zorakılıq göstərmişdir. Polis idarəsində ona çəkmək üçün narkotik maddə vermişlər. O, Kamrangilə getdikdə onların evində Kamran, həyat yoldaşı və qızı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, onlara Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 tərəflərindən saxlanılaraq polis idarəsinə aparılmışdir. O, ifadəsində qeyd etmişdir ki, narkotik maddələri Təqsirləndirilən şəxs 400 manat qarşılığında əldə etmişdir. Tərəflərindən keçirilən əməliyyat nəticəsində Təqsirləndirilən şəxs axşam saat 10 radələrində saxlanılaraq polis idarəsinə gətirilmiş və məlum olmuşdur ki, o narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının kultivasiyası ilə məşğuldur. Təqsirləndirilən şəxs üzərinə polis idarəsində baxış keçirilmiş, onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir predmet aşkar olunmamışdır. O, öz ifadəsində qeyd etmişdir ki, adı istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiyi narkotik maddə hazırlamaq üçün xammal vasitəsilə öz evində “bonzai” adlanan narkotik maddə hazırlamışdır. Evə baxış keçirilən zaman narkotik maddə hazırlamaq üçün hər hansı bir xüsusi avadanlıq aşkar olunmamışdır. Təqsirləndirilən şəxs spirti bitkiyə hopduraraq narkotik maddə bonzai hazırlamışdır. Təqsirləndirilən şəxsı yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsı 3 nəfər polis əməkdaşı - Şahin Məmmədov, Şahid3 və o birlikdə saxlamışlar. Onlar əvvəlcə Şahid1 və digər 2 şəxsi, Şahid1 yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Onlar polis bölməsinə dəvət olunaraq orada üzərlərinə baxış keçirilən zaman onların üzərindən narkotik maddə aşkar olunmuşdur. Şahid1 “bonzai” adlanan, 400 manat dəyərində narkotik maddəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Onlar Şahid1 09 avqust 2023-cü il tarixdə, təqribən axşam saat 7-8 radələrində saxlamışlar. Onlar daha sonra Təqsirləndirilən şəxs ev ünvanını dəqiqləşdirmiş və keçirdikləri əməliyyat ilə onu yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlamışlar. Təqsirləndirilən şəxs ünvanını onlara Şahid1 demişdir. Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evə gedərkən onlarla birlikdə olub-olmamasını xatırlamır. Videoçəkiliş polis idarəsində aparılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyətini əvvəlcədən əldə etdikləri anket məlumatları əsasında müəyyənləşdirmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı binanın blokundan çıxarkən saxlamışlar. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığını bildirib, onu polis idarəsinə dəvət etmişlər. Həmin zaman onun qoluna qandal vurub-vurmadıqlarını hazırda xatırlamır. Təqsirləndirilən şəxs avtomobildə arxada əyləşmişdir. Təqsirləndirilən şəxsı apardıqları avtomobilin markasını xatırlamır. Təqsirləndirilən şəxs avtomobildə sadəcə sağ tərəfində polis əməkdaşı əyləşmişdir. Evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyat yoldaşı və qızı evdə olmuşdur. Şahid1 evə baxışda iştirak edib-etmədiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 şöbəsinin operatoru Şahid3 ifadəsində göstərdi ki, Qara Qarayev ərazisi yaxınlığında müəyyən şəxslərin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. 09 avqust 2023-cü il tarixdə, axşam saatlarında keçirtdikləri əməliyyat nəticəsində şübhəli şəxs Şahid1 yanında 2 nəfər şəxslə birlikdə saxlayaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişlər. Şahid1 üzərinə keçirilən axtarış zamanı onun üzərindən 1 paket şəffaf sellofanda narkotik maddə “bonzai” aşkar olunmuşdur. Şahid1 ifadəsində həmin narkotik maddəni Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Bundan təxminən 1 saat sonra keçirilən növbəti əməliyyat nəticəsində Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq gətirilmiş və onun üzərinə keçirilən baxış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı maddə aşkar olunmamış, o öz ifadəsində təqsirini könüllü olaraq boynuna almış, yaşadığı evdə narkotik maddə “bonzai”nin kultivasiyası ilə məşğul olduğunu etiraf etmişdir. Daha sonra təhqiqatçının da iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişlə baxış keçirilmiş, onun evindən narkotik maddələr və onları hazırlamaq məqsədilə istifadə olunan predmetlər aşkar olunmuşdur. Ələ keçirilən narkotik maddələr qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş və tədqiq olunması məqsədilə məhkəmə kimyəvi ekspertizaya göndərilmişdir. “Bonzai” ot mənşəli narkotik vasitə olmaqla, otun üzərinə spirtlə qarışdırılmış xüsusi dərmanı sıxmaqla əldə olunur. Təqsirləndirilən şəxs narkotik maddəni evdəki otaqların birində, şüşəli dolabın içərisində saxlamışdır. Təqsirləndirilən şəxs evindən həm hazır “bonzai”, həm də xammal halında narkotik maddə aşkar olunmuşdur. Şahid1, Təqsirləndirilən şəxs aldığı narkotik maddəni 400 manat qarşılığında, satış məqsədilə əldə etdiyini bildirmişdir. Avtomobildə qabaq oturacaqda bir nəfər saxlanılan şəxs, arxada Şahid5, Şahid1 və o, əyləşmişlər. Pərvizin qolu qandallı olmuşdur. Təqsirləndirilən şəxs evinə ikinci dəfə getdikdə Şahid1 aparmamışlar. Təqsirləndirilən şəxs evinə o, Şahid2 və təhqiqatçı getmişdir. Təqsirləndirilən şəxs evində həyat yoldaşı və qızı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, şəxsi istifadəsi məqsədilə “bonzay” adlanan narkotik maddə əldə etmək üçün Şahid1 müraciət etmişdir. Şahid1 ona narkotik maddə vermək üçün öz evinə çağırmışdır. O, oraya getdikdə Şahid1 əməliyyatçıların saxladığını görmüşdür. Həmin zaman üzərində heç bir narkotik maddə olmamışdır, çünki hələ ki, narkotik vasitəni əldə etməmiş, Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, O, Şahid1 ilə birlikdə Qara Qarayev deyilən ərazidə, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar Pərvizin yaşadığı binada 4-cü mərtəbədən 3-cü mərtəbəyə düşərkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları onları saxladıqdan sonra əvvəlcə evə qalxıb axtarış keçirmiş, həmçinin onları dindirməyə başlamışlar. Onlar Şahid1 narkotik maddəni haradan əldə etməsini soruşduqda Pərviz narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyini bildirmiş və onun yaşadığı ünvanı polis əməkdaşlarına demişdir. Onlar sonra Təqsirləndirilən şəxs evinə yollanmış, Təqsirləndirilən şəxs Neftçilər ərazisində yaşamışdır. O, Təqsirləndirilən şəxsgilə getdikdə aşağıda, polis maşınında saxlanılmış və hadisələrin sonrakı gedişi barədə məlumatı olmamışdır. Şahid1 əməliyyatçılar tərəfindən öz evində döyülmüşdür. O, Təqsirləndirilən şəxs bu hadisədən əvvəl tanımamışdır. Daha sonra onlar Bakı şəhər Baş Polis İdarəsinə aparılmışdır. Onun barəsində bu məsələyə görə hər hansı bir cinayət işi açılmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 09 avqust 2023-cü ildə, saat təqribən axşam 9-10 radələrində qapı döyülmüşdür. O, həmin vaxt qızıyla birlikdə evə təzə daxil olmuş və Kamran qapını açmaq üçün ayağa qalxmışdır. Kamran onlara bildirmişdir ki gələn onun dostu Pərvizdir. Kamran qapını açdıqdan sonra koridorda səs-küy qopmuşdur. O, səsə gəldikdə içəri 4 nəfərin daxil olduğunu, Pərvizin isə qan içində yerdə uzandığını görmüşdür. Həmin anda onun və qızının telefonları alınmış və bir əməliyyatçı onlara sakit olmalarını tapşırmışdır. O, etiraz etmiş və onlara 102 xidmətinə zəng vuracağını bildirmişdir. Həmin anda ona “telefonunu almışıq, nə ilə zəng vuracaqsan?” deyə bildirmişlər. O, oğlunun yatağında Pərvizi oturtduqlarını və onu dubinka ilə döydüklərini görmüşdür. Polis əməkdaşları təxminən 1 saat onların evində olmuşlar. Daha sonra ona bildirmişlər ki, “istəyirsən siz çıxıb gedin”. O, əvvəlcə razılaşmış, lakin blokun çıxışına çatanda fikrini dəyişərək evə qayıtmışdır. O, evə qayıdanda Pərvizin hamamdan qan içində çıxdığını görmüşdür. O, Kamrandan nələr baş verdiyini soruşduqda Kamran ona narahat olmamasını demişdir. O, polislərə nə üçün Pərvizi vurduqlarını soruşduqda isə onlar belə lazım olduğunu bildirmişlər. Polis əməkdaşları Nizami rayon polis idarəsinin əməkdaşları olduqlarını demişlər. Əməliyyatçılar daha sonra Kamran və Pərvizi aparmışlar. Onlar saat təxminən 11-12 radələrinə qədər evdə olmuşlar. O, daha sonra oğluyla birlikdə həyat yoldaşını axtarmaq üçün Nizami rayon polis idarəsinə getmişdir. Orada bildirmişlər ki, bəlkə həyat yoldaşının Nəsimi rayon polis idarəsində olduğunu, ola bilər ki səhv gəldiyini demişlər. O, həmin səbəbdən daha sonra Nəsimi rayon polis idarəsinə getmişdir. Bir sözlə, o, 2 gün Kamranı axtarmışdır. Kamran 2 gün sonra gecə saatlarında ona polis əməkdaşının telefonu ilə zəng edərək, bildirmişdir ki, birazdan evə gələcəklər. Polis əməkdaşları yenidən evə baxış keçirtməyə gəlmişlər. Onlar gəldikdə yenidən onları evdə otaqların birinə salıb saxlamışlar. Təxminən 20-30 dəqiqə evdə axtarış aparmış və daha sonra getmişlər. O, işləyir, 700 manat maaş alır. Kamran isə xəstəliyinə görə işləməmişdir. Kamranın parket rəngləmək üçün aldığı boyaları, dərman preparatlarını, pişiyinin vitaminlərini və s. predmetləri polis əməkdaşları evdən götürmüşdür. Evdə bəhs edilən formada bitkilər olmamışdır. X6 və Kamranın valideynlərini 18 avqust 2023-cü il tarixdə ifadə vermək üçün çağırmışdır. O, polis idarəsinə getdikdə müstəntiq onu təxminən 4 saat dindirmiş və kifayət qədər psixi təzyiq göstərmişlər. O, sonda Kamranla qanuni nikahla evləndiyini demiş və bir neçə başqa məsələ ilə bağlı sənədə imza edib geri qayıtmışdır. Onun imza etdiyi sənəd cəmi 1 səhifədən ibarət olmuşdur. Həmin sənədin məzmununu oxumamışdır. Müstəntiq onu ifadə verməyə çağırdıqda o, ifadə verməmək hüququnun olduğunu bilməmişdir. Kamranın ciyərləri xəstədir, ona görə də o narkotik istifadə edə bilməz. O, heç vaxt Kamranın telefonuna baxmamışdır. Evə baxış keçirtməyə Pərvizlə birlikdə 4 nəfər əməliyyatçı gəlmişdir. Əməliyyatçılar ikinci dəfə baxış keçirtməyə gəldikdə o, heçnə görməmişdir, çünki onu və qızını bir otağa salıb oradan çıxmağa qoymamışlar. Evə ikinci dəfə baxış keçirildikdə Pərviz olmamışdır. Xeyr, Kamran nə narkotik istifadə edir, nə də satışı ilə məşğuldur. O, Kamranın narkotik istifadə etdiyinə, yaxud istehsalı ilə məşğul olduğuna dair hər hansı ifadə verməmişdir. Evə baxış keçirilən zaman oğlu işdə olmuşdur. Onun qızı X8 da bütün bu baş verənlərin şahidi olmuş və o, ciddi psixoloji travma almışdır. Polis əməkdaşları Pərvizə zorla Kamrandan narkotik maddə aldığını boynuna götürməsini tələb edərək onu döymüşlər. Pərviz isə siqaret almağa gəldiyini bildirirmiş. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, atasını sonuncu dəfə həbsdə olarkən görmüşdür. Atası tutulmamışdan əvvəl sonuncu dəfə gecə görmüşdür. O, həmin vaxt yatmışdır. Birdən otağa yad kişilər daxil olmuşlar. O, oyanmışdır. Həmin şəxslər polis əməkdaşları olmuşdur. Onlar onu və anasını otaqdan çölə çıxmağa qoymamışlar. Onlar özləri ilə birlikdə Pərvizi gətirmişlər. Pərvizi o, həmin vaxta qədər tanımamışdır. Onlar, yəni polis əməkdaşları Pərvizi döymüşlər, Pərvizin üstü-başı qan içində olmuşdur. Amma atasına heç nə etməmişlər, atası qıraqda sakitcə dayanmışdır. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/1148 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən, ünvan 1 ünvanında yerləşən mənzildən aşkar edilmiş...» sözləri yazılmış polietilen torbada yaşıl rəngli sellofan torbadakı ləyənin içərisində bir ədəd sellofanda təmiz çəkisi 40,0 qram, bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 345,0 qram, bir ədəd şəffaf kiçik sellofan paketdə təmiz çəkisi 3,993 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı psixotrop maddə vardır. Onun çəkisi 0,357 qram təşkil edir. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin və kəsici alətin üzərində narkotik tərkibli hissəciklər yoxdur. Narkotik tərkibli hissəciklər olmadığına görə təqdim olunmuş kütlələrlə müqayisəli tədqiqat aparılmamışdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən, ünvan 1 ünvanında yerləşən mənzildən aşkar edilmiş...» sözləri yazılmış bir ədəd sellofanda, bir ədəd qara rəngli sellofanda, bir ədəd şəffaf kiçik sellofan paketdə olan bitki mənşəli kütlələr və üzərində «Şahid1 üzərindən aşkar olunaraq götürülmüş...» sözləri yazılmış kağız paketdə 02 (iki) ədəd şəffaf sellofanda olan bitki mənşəli kütlələr tərkiblərində olan eyni növ psixotrop maddəyə görə eynidirlər. (cild 1, vərəq 87-91) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/1147 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şahid1 üzərindən aşkar olunaraq götürülmüş...» sözləri yazılmış paketdəki çəhrayı rəngli sellofan torbada 02 (iki) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram, və 45,0 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB- 48) adlı psixotrop maddə vardır. Onun ümumi çəkisi - 0,029 qram təşkil edir. Tədqiqata təqdim edilmiş 02 ədəd şəffaf sellofanda olan bitki mənşəli kütlələr tərkiblərində olan eyni növ psixotrop maddəyə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik tərkibli hissəciklər yoxdur. Narkotik tərkibli hissəciklər olmadığına görə təqdim olunmuş kütlələrlə müqayisəli tədqiqat aparılmamışdır. (cild 1, vərəq 93-96) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/4290 saylı rəyi ilə müəyyən edilmidir ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...» sözləri olan polietilen torbadakı 2 ədəd üzərində «Furosemid» göstəriciləri olan blisterdə ümumi sayı 20 ədəd olan, ağ rəngli, dairəvi formalı dərman həbləri və 2 ədəd üzərilərində «Starlink gigiyenik vasitə» qeydləri olan 1 litrlik plastik qabda mayenin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən, zəhərli maddə komponentləri və prekursorları aşkar edilməmişdir. (cild 1, vərəq 98-102) İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli, 5/1154 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekran və «android» əməliyyat sistemi ilə təchiz edilmiş “Xiomi Redmi 8A” markalı, “M1908C3KG” modelli “**********51691, **********51709” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş 1 ədəd sensor ekran və «android» əməliyyat sistemi ilə təchiz edilmiş “MEİZU” markalı, mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “MEİZU” markalı mobil smartfona istifadəçi tərəfindən “Şİfrə” ilə mühafizə olunan ekran kilidi tətbiq edildiyi üçün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “İMEİ” kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun “İMEİ” kodunu müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş “Xiomi Redmi 8A” markalı, “M1908C3KG” modelli smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar həmin müəyyən olunmuş bütün məlumatlar əsasında tərtib edilən “Ekspertiza 5-1154” adlı iş çantasında beş ədəd “DVD-R” tipli diskinə köçürülərək ekspertiza rəyinə əlavə olunmuşdur. Tədqiq olunan “Xiomi Redmi 8A” markalı, “M1908C3KG” modelli smartfonun yaddaşında “7.65.0.247” versiyalı, UFED 4 PC” adlı proqram təminatı vasitəsilə aparılmış bərpa nəticəsində əldə edilən məlumatların içərisindən filter vasitəsilə yazışmalar “Vhatsapp” proqram təminatında, “TikTok” platformasında aparılmış yazışmalar və sair, kontaktlar, zəng qeydləri, foto və video fayllar seçilərək iki ədəd “DVD-R” tipli optik diskdə rəyə əlavə olunmuşdu. Təqdim edilmiş “MEİZU” markalı mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidini seçmək üçün “7.65.0.247” versiyalı, UFED 4 PC” adlı proqram təminatı vasitəsilə tədqiqat işləri aparmaq istədikdə qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Təqdim edilmiş “MEİZU” markalı mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidinin naməlum olmasını və rəyin ‘Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər-hansı bir məlumat üzrə tədqiqatın aparılması mümkün olmadı. (cild 2, vərəq 23-28) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5176 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə sintetik kannabionidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, vərəq 39-40) İş materiallarında olan Şahid1 üzərində keçirilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu və video görüntüyə baxış keçirilməsi haqqında protokol görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X14, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 Şöbəsinin operatoru Şahid3, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı İlə barəsində axtarış və götürmə aparılan şübhəli şəxs xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış və işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında kirayə yaşayan Şahid1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında xidməti iş otağında (video çəkilişdən istifadə edilməklə) şübhəli şəxs qismində tutulmuş Şahid1 barəsində şəxsi axtarış və götürmə aparır. Təhqiqatçı barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şahid1 hüquq və vəzifələrini eləcə də şəxsi axtarış və götürmə barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edir. Bu təklifdən sonra Şahid1 sol əlində olan ağ rəngli üzərində “superfon” yazısı olan sellofan torbanı təqdim edir. Torba açılaraq içərisinə baxış keçirilən zaman içərisində açıq qırımızı rəngli sellofanın olması, həmin açıq qırmız rəngli sellofan torbanın içərisində isə iki ədəd şəffaf rəngli sellofan torbanın, 01 ədəd gümüşü və göy rənglərdən ibarət elektron tərəzinin və kiçik həcmli şəffaf rəngli sellofan torbaların olduğu müəyyən edilir. İki ədəd şəffaf rəngli torbanın içərisinə baxılan zaman açıq yaşıl rəngli spesifik iyə malik ot kütləsinin olması aşkar edilir. Şahid1 həmin kütlələrin psixotrop maddə olan “banzay” olduğunu bildirir. Bundan başqa Şahid1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən “Meızu” markalı mobil telefonu təqdim edir. Mobil telefon araşdırma zərurəti ilə bağlı götürülür. Şahid1 mobil telefonun kodunun yadından çıxdığını bildirir. Şahid1 ondan aşkar edilmiş psixatrop maddələri tanışı Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında 400 manata satmaq məqsədi ilə aldığını, elektron tərəzini və aşkar edilmiş kiçik ölçülü selofon torbaları psixotrop maddəni həm alanda həm də satanda istifadə etdiyini bildirir. Şahid1 sol qolunda və baş hissəsində olan xəsarətlərin tutulmazdan bir iki öncə atası ilə aralarında yaranmış sözlü mübahisədən sonra özü-özünə yetirdiyini bildirir. Şahid1 üzərindən aşkar edilmiş üzərində “superfon” yazısı olan ağ rəngli sellofan torbanın içərisində açıq qırımızı rəngli sellofan torbada olan iki ədəd şəffaf rəngli torbalardakı açıq yaşıl rəngli spesifik iyə malik ot kütləsinin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi, həmçinin bir ədəd gümüşü rəngli kiçik ölçülü elektron tərəzinin üzərində və kiçik həcmli şəffaf rəngli sellofan torbaların içində qeyd olunan kütlənin hissəciklərinin olub-olmaması məqsədi ilə müvafiq ekspertiza təyin edilməsi üçün qablaşdırılacağı bildirilir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı «İphone» markalı mobil telefondan istifadə edilməklə video çəkilişi aparılması barədə təhqiqatçı əvvəldən məlumat verir. (cild 1, vərəq 33-34; 135-136) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş 09 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, eləcə də, qeyd olunan video görüntüyə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X14, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 Şöbəsinin operatoru Şahid3, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 8 mart küçəsi döngə ev 1-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında xidməti iş otağında (video çəkilişdən istifadə edilməklə) şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparır. Təhqiqatçı barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini eləcə də şəxsi axtarış və götürmə barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını deyir. Onun üzərində şəxsi axtarış həyata keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs mobil telefonu araşdırma zərurəti ilə bağlı götürülür. Təqsirləndirilən şəxs sorğu zamanı ondan əvvəl saxlanılmış Şahid1 tanıdığını, Şahid1 həmin gün axşam saatlarında psixotrop maddə olan banzayı 400 manata satdığını, həmin narkotik vasitələri özü evdə düzəltdiyini, həmin psixotrop maddədən evdə hazırlayaraq saxladığını, psixotrop maddənin hazırlanması üçün olan dərmanı tanımadığı İran İslam Respublikasının vətəndaşı olduğunu güman etdiyi şəxsdən 1 qramını 200 manata aldığını, yaşadığı evdə olan psixotrop maddələri təqdim etmək istədiyini bildirir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı «İphone» markalı mobil telefondan istifadə edilməklə video çəkilişi aparılması barədə təhqiqatçı əvvəldən məlumat verir. (cild 1, vərəq 64-65; 137) İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə keçirilməsi haqqında 10 avqust 2023-cü il tarixli və mənzilə baxış və götürməni əks etdirən video görüntüyə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X14, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X3 Şöbəsinin operatoru Şahid3, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı İlə şübhəli şəxs - xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 8 mart küçəsi döngə ev 1-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə istintaq hərəkətini icra edir. Mənzilə girməzdən öncə təhqiqatçı Təqsirləndirilən şəxs icazə alır. Mənzilə daxil olandan sonra iştirakçılar barədə məlumat verir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşya və predmetin olub-olmaması sual edilərək olduğu təqdirdə təqdim etməsi təklif olunur. Sonuncu yaşadığı mənzilin qonaq otağında bir ədəd açıq mavi rəngli metal ləyəni təqdim edir, həmin ləyənin içərisində olan yaşıl rəngli sellofan torbanı stolun üzərinə qoyur. Həmin yaşıl rəngli sellofan torbanın içərisindən 01 ədəd böyük ölçülü qara rəngli sellofan torba, 01 ədəd şəffaf sellofan torba, 01 ədəd kiçik ölçülü sellofan torba, içərisində maye olan 01 litrlik 02 ədəd plastik qab, içərisi boş olan kiçik ölçülü sellofan torbalar, 02 listdə ümumilikdə 20 ədəd "Furosemid" həb, qara və sarı hissələrdən ibarət olan 01 ədəd elektron tərəzi və 01 ədəd kəsici alətin olduğu müəyyən edilir. Həmin qara rəngli böyük ölçülü sellofan torbaya, şəffaf rəngli orta ölçülü sellofan torbaya və şəffaf rəngli kiçik ölçülü sellofan paketə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik ot kütləsinin olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin ot kütlələrinin nə olduğu, kütləsinin nə qədər olduğunu, hansı məqsədlə əldə edildiyini soruşulduqda o, həmin bitki kütləsinin "qırxbuğum" bitkisi olduğunu, 200-300 qram çəkisi olduğunu, narkotik vasitə olan "Banzay"ı düzəltmək üçün istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs həmin bitkidən "Banzay" adlı psixotrop maddəni necə hazırladığı soruşulduqda o, tanımadığı lakin, onlayn vasitə ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının müəyyən etdiyi yerlərdən götürdüyü maddəni və apteklərdən aldığı spirti həmin ot kütləsi ilə qarışdıraraq "Banzay") əldə etdiyini bildirir. Kiçik ölçülü şəffaf torbalara həm satmaq həm də keyfiyyəti itməməsi üçün yığdığını bildirir. Təqsirləndirilən şəxs elektron tərəzinin nə məqsədlə istifadə etməsini soruşduqda o, həmin tərəzini "Banzay" dediyi narkotik vasitəni hazırlayan və çəkən zaman miqdarını müəyyən etmək üçün istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs "Banzay" dediyi narkotik vasitəni harada hazırladığı soruşulduqda o, açıq mavi rəngli ləyəni təqdim edərək ləyənin içərisində hazırladığını bildirir. 02 ədəd listdə olan "Furosemid" həblərinin baş ağrısına qarşı dərman olduğunu bildirir. Spirtləri isə aptekdən alaraq psixatrop maddənin hazırlanması üçün istifadə etdiyini deyir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində yaşıl rəngli, spesifik iyə malik ot kütləsi olan 01 ədəd böyük ölçülü qara rəngli sellofan torba, 01 ədəd orta ölçülü şəffaf sellofan torba, 01 ədəd kiçik ölçülü sellofan torba, içərisində maye olan 01 litrlik 02 ədəd plastik qab, içərisi boş olan kiçik ölçülü sellofan torbalar, 02 listdə ümumilikdə 20 ədəd "Furosemid" həb, qara və sarı hissələrdən ibarət olan 01 ədəd elektron tərəzi və 01 ədəd kəsici alət qabşaldırılaraq götürülməsi barədə məlumat verilir. Baxış zamanı digər qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilmir. Baxış və götürmə gecə vaxtı, süni işıqlandırma şəraitində aparılır. Baxış və götürmə zamanı «İphone» markalı mobil telefondan istifadə edilməklə video çəkilişi aparılması barədə təhqiqatçı əvvəlcədən məlumat verir. (cild 1, vərəq 72-73; 138-139) İş materiallarında olan Şahid1 məxsus olan **********08 nömrəsinə aid olan "xxxx" MMC-nin 21 sentyabr 2023-cü il tarixli, İ7-16998 saylı məktubu ilə daxil olmuş diskin daxilindəki məlumatlara baxış keçirilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 505225108_SMS.txt adlı fayla baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir. 1.xx/xx/2023,01:20:26,**********66,**********08,perviz menem kamran teli ac 2.xx/xx/2023,10:15:10,**********30,**********08,Qaqas qoz lazimdi teli gotur he yada yox de brat 3.xx/xx/2023,23:25:30,**********52,**********08, Bidene yol usdu aparat tapib pulu atiram indi sene amma goturde sen mutleq 4.xx/xx/2023,23:54:14,**********52,**********08, Yoldayig weherden cixmiwig geliy 5.xx/xx/2023,20:02:42,**********59,**********08, Ea bidene meni yigda vacib isim var senen yeşiye 6.xx/xx/2023,20:23:50,**********07,**********08, Pərviz cavab ver bilim haçana gəlirsən.Gozdiyenler var vaxt deye bi 7.xx/xx/2023,00:27:29,**********07,**********08, Gagaş mene birsöz deginen bilim.negeder gözdemeli olacam bilərdim d 8.xx/xx/2023,20:00:24,**********07,**********08,Tema (Nettemı) 9.Perviz sen ne oyun cixarddın.sen bilirdinki iştemir 10.xx/xx/2023,20:00:24,**********07,**********08,Tema (Net temı)

11. Perviz sen ne oyun cixarddın.sen bilirdinki iştemir 12.xx/xx/2023,20:00:25,**********07,**********08, em hecyerde. gucnen o pulu yigmisdim.Pox goydun icine öz vezyetivi yaxşi elemekten otru.3 gündür ki oturmusam evde.ne emeliyata gede bildim usagnan. Hec sigaretde ala bilmirem ozume.ayib olsun sene X20 Taniyirdim.incime uje dovatit eledin bu sozu sene demeye Vozdux Seyimissen.Sagol hecnede lazim Deyil, heyif ki arada Behruz var 13.xx/xx/2023,00:48:06,**********07,**********08, Zeng eliyim cvb ver bilim ay Perviz 14.xx/xx/2023,00:49:07,**********07,**********08,5 deygeye yogacam deyersen. X25 atma Gagas.men sene ele olmamisam Bratiska 15.xx/xx/2023,19:13:02,**********10,**********08, Pulumda var gelib verceydim biraza ama biraza gelib loo salacam o kamranin yanda gorum sene niye diyir!!!! O diyesen sehv saiir meni kimlese Gələn kimi 10 qramı ver yoxsa anasın sikim bərk biyabırçılıq olar. Qurban olum ac telefonu gör nə dedim ....anasın sikim sənə güldən ağır söz deyən oglanin amma ac telefonu 16.xx/xx/2023,07:16:26,**********85,**********08,X26 kimi məni yığ qardaşım məni dünən əsəbləsdirmisən bu gün sevindir tez bazar gedək gələk ora 80 manat var ətci ruslandada 40 manat 120 manat opşi 17.xx/xx/2023,20:11:39, **********30,**********08,Neynirsen qardaşım heçnə eləmirəm day nə satmağ nədə çəkmək 18.xx/xx/2023,02:13:47, **********13,**********08, Qaqaw pul nodu bidene mene yig 19,xx/xx/2023,02:53:01, **********00,**********08, Perviz salam gagaw yatmirsansa bidene pul var on manat cuves oturde qonagim var 20.xx/xx/2023,21:59:22,**********10,**********08, Ay brat kenddesense gelim dinq damq deyim sene qaydimda. Narhat olma ee quran haqqi pulnan gelrem. Ne qederki maşin buralardadi deym srme qaydim. Hemde ozumcun isdemirem prosta meni qonaq elyir 21.xx/xx/2023,19:20:17,**********99,**********08,Brat menem uruf..bes gardawim bele eliceydunse men gelirdimde ozum grese brat oturub soyuğda seni gozdurem axi gagaw cixib gedede bilmirem.sabada bayra cixmicam vezyetden cixcam sora mament olmicey seynen goruwum acda bu poxu bidene ee 22.xx/xx/2023,20:41:31, **********02, **********08, Heci menem Elnur..heci tema lazimdi 23.xx/xx/2023,20:07:14,**********08,**********62, Sebr ele brat iw awiriram 24.xx/xx/2023,20:07:44,**********62,**********08, Bildime ac teli pul oturum sene o temani hell edey 25.xx/xx/2023,21:55:06,**********10,**********08, Menem rahimdi men telimi azere verdim. Bununla elaqe saxla menle 26.xx/xx/2023,22:25:00,**********72,**********08, Cavab ver salamatligdi bala 27.xx/xx/2023, 13:22:52, **********14, **********08, Menem Elcin 28,xx/xx/2023, 13:29:25,**********14, **********08, Emoglu menem elcin incitme meni 29.xx/xx/2023, 02:11:01, **********02, **********08, Heci neynirsen ??bowbekarsansa gel bize dawim var qoyaq 30.xx/xx/2023, 00:39:09, **********08, **********03, Hecne alma pulu getirersen brat 31.xx/xx/2023,12:00:10, **********64, **********08, Brat. Mene yiq wotsapda kart at sene pul atacam, sen bizim ureimizsen yaxsi? Pis olma prosti dunen ele bildim basqasidi bunu eden.ozun edirsen denen ozum edirem 32.xx/xx/2023,21:44:27,**********23,**********08,Xayiw edirem bir den imkan olsa menide gorersende mende veziyet pisdi baw beynim tutub ureyim bulanir imkan olsa eger nolar menim cun nese qoyarsanda 33.xx/xx/2023,21-.44:27,**********23,**********08,Xayiw edirem bir den imkan olsa menide gorersende mende veziyet pisdi baw beynim tutub ureyim bulanir İmkan olsa eger nolar menim cun nese qoyarsanda 34.xx/xx/2023, 21:46:21, **********23,**********08, Mumkunduse qaqaw imkan varsa eger cox pisem ureyim bulanir vallah 35.xx/xx/2023, 23:45:03, **********08, **********15, İstesen var 36.xx/xx/2023,14:42:37, **********11, **********08, işim cox cekicey işinde ol sen 37.xx/xx/2023,19:50:19,**********15,**********08,Brat leodan sil mənim pul atdimi sənə 38.xx/xx/2023,15:38:25,**********21,**********08,AY PEYSER ACDA. PULNAN YANVA GELİCEYDİM. 39.xx/xx/2023,01:24:39,**********02,**********08,Heci bidene meynen svyaz e!e..tecili..kecen defe sene didiyimi verim sene. 40.xx/xx/2023, 00:08:05, **********69, **********08, 5M VAR GELİM VİRSEY VERDE 41.xx/xx/2023, 19:44:37, **********10, **********08, Ay heci menem rahimdi. Gedrsense dinen pul vuraq karta bizede getrde. Bayramdi bungun 42.xx/xx/2023,19:49:16,**********10,**********08,Qardaşimsan gedb gelmisensede yalannan falavatdamada. Zeng edirem adboy verirsen. Ac bir kelme alnirsa pul atiwaq nese edeyde. 43.xx/xx/2023, 19:50:48, **********10, **********08,He eger bizimcun hereket elemey isdemirsense bu bawdan adam kimj dinen bizde biley. Nala mixa vurmaq lazim deil. Nede yiqram diyib şoradan telfonu sondurmey 44.xx/xx/2023,18:54:52, **********96, **********08, HECİ BİZ TEREFDEN KECENDE XEBER ELE MEN ÇATANA KİMİ HAZİR OLACAGSAN 45.xx/xx/2023,22:19:45,**********96,**********08, HECİ İRELLEYİS VAR VARSA EYER VİZİV AT PULLARİ YİĞİM 46.xx/xx/2023,23:10:00,**********96,**********08, ALİNMİR HECİ CAVAB DİDE Bİ DENE 47.xx/xx/2023,20:04:45,**********96,**********08, AC TELEFONU DEQİQ BİR SEY Dİ U SAĞLAR GİC ELİYİB MENİ BİLİMDE PULLARİ YİĞİM YA YOX 48.xx/xx/2023, 11:49:13, **********31,**********08, Heci bidr 20 var qaqaş hindi lazimdidii 49.xx/xx/2023,22:05:55, **********96, **********08, SALAM EVDESEN HECİ GELMEY İSTİYİRDİM 50.xx/xx/2023, 22:06:35, **********96, **********08, GELMEY OLARSA VİZİV AT BİLİM 51.xx/xx/2023,22:23:40,**********96,**********08, HECİ TEMİZ 50-M QAQAS CANİ NEQEDERE GELİM? 52.xx/xx/2023,22:25:31,**********31,**********08,Heci bide 50 varimdi acda telfonu var bir şey 53.xx/xx/2023,21:54:13,**********10,**********08, Qardaşimsan. Berk ureyme duşub ee. Sora harda gorcem birde onnan 54.xx/xx/2023,12:45:31, **********23, **********08, qaqaw bes getdin mene demedin. deyerdin pul vererdim menimcunde goturerdin 55.xx/xx/2023,15:12:53, **********23, **********08, gelirsen sen qaqaw sen cani pakete deyme narahatam bow vermede qaqaw 56.xx/xx/2023, 23:54:23, **********02, **********08, Heci menem Elnurdu..heci tema lazimdi sen ol svyaza cixda brat.. 57.xx/xx/2023,17:20:03,**********23,**********08,Qaqaw ac soz deyirem men bilim adam var gedir ona gore qaqaw deqiq bir soz deyim hayandasan birce bunu de bilim fso yola salim onu gedsin ya yox 58.xx/xx/2023,20:47:58,**********59,**********08,Ay brat mene 2 dene olsa saxlada xeber gozdurem 59.xx/xx/2023,18:44:11,**********59,**********08,Aye menen elaqe saxla isim var senen..packa lazim idi 60.xx/xx/2023, 21:26:26, **********96, **********08, SALAM NECESEN 11 DE GELE BİLEREM MEHLEYE ALİNİRSA VİZİV AT BİLİM 61.xx/xx/2023,20:20:56, **********07,**********08, Həci mənəm Elnurdu həci tema lazımdı svyaz çıx..öz nömrədən yığıram 62.xx/xx/2023,20:26:51,**********59,**********08,Qaqa neynirsen bidene 10 nux var idi evdeyem xeber elede mene 63.xx/xx/2023,20:52:36, **********08, **********23, Sebrli ol hele hazr deil 64.xx/xx/2023,21:53:07, **********08, **********54, Danwa bilmrem sebr ele 65.xx/xx/2023,17:14:54, **********08, **********16, Memcin 1 dene tewkil elede nolar 66.xx/xx/2023, 17:14:54, **********08, **********16, Memcin 1dene tewkil elede nolar 67.xx/xx/2023,17:16:12,**********08,**********37,Memcin bidene tewkil elede hec olmasa qardawmsan 68.xx/xx/2023,17:18:29,**********08,**********16,Eger mumkunse mene 1 cvb dide weherdeyem 69.xx/xx/2023,19:37:53,**********31,**********08,Qaqaş bide ac soz diyirem qardaşim 70.xx/xx/2023,19:40:57,**********31,**********08,Heci olan oldu keçdi heci bilirsenki onun vaxdi çatanda gic olur adam qardaşim bide 25 mant var acda 71.xx/xx/2023,19:43:40,**********16,**********08,Perviz pulu at zehmet olmasa,a to niçeqo ne budet 72.xx/xx/2023,19:43:40,**********16,**********08,Perviz pulu at zehmet olmasa,a to niçeqo ne budet 73.xx/xx/2023,11:48:14, **********23, **********08, Qaqaw saxlamada goturde menimde 2 denemi bu gune dedik de saxlama qaqaw sen cani 74.xx/xx/2023, 13:23:54, **********31, **********08, Salam bide 20 var isdasadayam gelim 75.xx/xx/2023,13:53:34,**********08,**********56,Brat varsa 2 dene hara deirsen gelimde men qardawimsan 76.xx/xx/2023,15:15:01,**********23,**********08, Goturmusen qaqaw sen cani menkinide gotur 77.xx/xx/2023,15:16:07,**********23,**********08, Uzadmada qaqaw soz daniwdigda qaqaw onsuzda her gun bunun yanindasan heksabda xayiw edirem Temiz olagda qaqaw her wey bir qiraga 78.xx/xx/2023,15:16:07,**********23,**********08,Uzadmada qaqaw soz daniwdigda qaqaw onsuzda her gun bunun yanindasan heksabda xayiw edirem Temiz olagda qaqaw her wey bir qiraga 79.xx/xx/2023,19:10:29,**********59,**********08,Aye maa bir cvb de gorum 10 nux var bidene e evdeyem 80.xx/xx/2023, 16:39:27, **********23,**********08, Qaqaw hel eledin sen cani niye bele yuvadirsan hell elede daa lazimdi qaqaw vallah saxlama bele 81.xx/xx/2023,17:10:11, **********23, **********08, Qaqaş menim bir deneye ehtiyacım var maşında lazım olsa düzüb qoşariq 82.xx/xx/2023, 11:16:45, **********84, **********08, Paket lazimdi qaqas 83.xx/xx/2023, 16:39:05, **********23, **********08, nese olsa qaytaracam vallah sene dedim ki bir gedek dedin he burursan meni ki ozu gelir qaaaw bax yene deyirem iclerinide cekecem incime bax deyirem ay Qaqsw olmadida bu ne hereketdi ki minirsen piriyusa gedirsen kamranin yanina indi men ne bawa duwum qaqas incime qaqaw telezide tapiram nese xowa gelmiye birden qatqisi zadi olar 84.xx/xx/2023,16:49:18,**********23,**********08,Qaqaw goturme olar pulu at karta xayiw edirem burda nese pox var ya walafey olacag bu yada ki icleri bow sen Allah pulu getir isdemirem 85.xx/xx/2023,17:13:17,**********23,**********08,Qaqaw sen mene kelek gelirsen meni aparmadun ki nese oz fikirn vardi men ele oğlan deyilem ki bize getirib walafey zad soxxsun o kamran onun dalinu. Dagidaram vallaj 86.xx/xx/2023,01:53:44, **********02, **********08, Heci kola varximiynen deyiwey? 87.xx/xx/2023, 01:53:44,**********02, **********08, Heci kola var ximiynen deyiwey? 88.xx/xx/2023,23:33:20,**********96,**********08,Deqiq bir sey di temiz 40 di mende 89.xx/xx/2023,12:41:27,**********59,**********08,Aye 2 dene lazim idi 15..mene xeber ele isdeyem gelim 90.xx/xx/2023,12:41:27,**********59,**********08,Aye 2 dene lazim idi 15..mene xeber ele isdeyem gelim 91.xx/xx/2023,13:11:05,**********59,**********08,Qaqa mene bidene he yox de gelim ya yox..?isden cixmisam 40 de vaxtim var 92.xx/xx/2023,17:28:10,**********94,**********08,Heci turab ximi istiyir..bele puluda var kolada verir..hansini istiyirsen di goturum gelim ximiynen deyiwey.yada pulu goturum.mene tez bidene cvb di. 93.xx/xx/2023,13:31:09, **********29, **********08, Aye xaıca restaranin yanindayam isde kecende denende cizim yola 2 denedi 94.xx/xx/2023,13:31:11,**********29,**********08,enedi 95.xx/xx/2023,14:07:31,**********31,**********08, Qaqaş he yox dide mene yigim aşagi ya gelmisen 96.xx/xx/2023,20:08:45,**********37,**********08, Bratuxa kamrandi 97.xx/xx/2023,18:56:23,**********59,**********08,Aye 20 liydi Mende tez cvb yaz gorum 98.xx/xx/2023,09:28:19,**********59,**********08,Aye bidene 10 nugum var idi ise gerem 99.xx/xx/2023,18:57:57,**********59,**********08,Nagarsan menen elaqe saxla 15 var idi 100.xx/xx/2023,20:23:16,**********59,**********08,Aye 1 dene lazim idi borcumuda verecem 101.xx/xx/2023,22:11:40,**********03,**********08,Smanat da verirem 102.xx/xx/2023,14:57:44,**********59,**********08,Qan iceee vursun axsama maa 2 sin saxla aa..ge!ejem..borcuda verejem 103.xx/xx/2023,12:02:29,**********59,**********08,Aye go me diyirem abede cixacam birazdan emele gelirse taksiynen gelim deyim sene qaydim borcuda bagiiyacam 104.xx/xx/2023,18:10:01,**********80,**********08,Yetim menim iwin 40 degeye 1 saata awir..evden dediler cixmisan..sen gotur men gelib 1 saata seynen goruwumde gardawim..ama gotura gardawim sene arxayinam 105.xx/xx/2023,19:41:51,**********59,**********08,2dene lazim idi 106.xx/xx/2023,19:44:57,**********59,**********08,Aye 15 verecem barmalni 107.xx/xx/2023,12:43:02,**********59,**********08,Qaqa neynirSen Abede cixmisam 20 li var idi gelum yaniva? 108.xx/xx/2023,13:31:20,**********59,**********08,Aye oyana gedeyde pul catmirsa el tuturam men gelende verersen xeber ele gorum 109.xx/xx/2023,10:12:28,**********48,**********08,Nenir bro? Gor ne dirəm heci srok yoldawim gelir yanima yaxwi pulu var gelib catsin yiqacam sene awaqisi 20 -- 25 manat olucey yeni qaqawim svyazda olda broo 110.xx/xx/2023,16:09:17,**********59,**********08,Nagarsan qaqa maaa 3 dene saxla gelecem saat 6 da 111.xx/xx/2023,11:10:32,**********59,**********08,Neynirsen qaqa gelim yaniva 2 dene 15 di bidene xeber ele tez bazar gelim taksiynen qayidim isdeyem 112.xx/xx/2023,13:23:15,**********20,**********08,Mənəm tural 10lazmdi qresdeyem hara gəlim telesirem 113.xx/xx/2023,13:26:14,**********20,**********08,Kodan çıxart meni kebleyidi 1dene 10lazimdi 114.xx/xx/2023,17:10:12,**********31,**********08,Aşda qaqş bide soz di de 20 varimdi ee 115.xx/xx/2023,17:14:52,**********71,**********08,Brat paket lazımdı bidene mene cavab deyərdin

116. xx/xx/2023,18:51:52,**********59,**********08,Aye isden cixmisam gellem 1 dene lazim idi borcuda verecem

117. xx/xx/2023,19:18:33,**********16,**********08,Salam 60+70+20 =155 m

118. xx/xx/2023,20:46:31,**********94,**********08,Ay heci tema istiyen var.acda qaqaw teli

119. xx/xx/2023,20:48:15,**********48,**********08,Heci salamatsan??? Bir kelme acib daniwasan belke elimde pul sulenirem buralari apariceylar indi daniwaq bilimdə iwimizi

120. xx/xx/2023,12:18:38,**********20,**********08,Yerə düşən teli götürmey istisen bilmirsən şalvarvi çıxarıb seni qrese lüt salaram coldre nese tez ele senatavi gətirmədən orda sikiliceydi ağzın bildin barıqa blet

121. xx/xx/2023,02:21:05,**********30,**********08,Haci ise gedirem 10m var qardasiva tema oturersen

122. xx/xx/2023,22:23:33,**********01,**********08,Axsamin xeyir necəsən? Alxaz deyir zəng et soruş olaceysə xəbər ele

123. xx/xx/2023,23:23:58,**********96,**********08,Heci temiz 20 neynemey olar

124. xx/xx/2023,21-.30:49,**********96,**********08,Heci ne qedere gelersen serxannan obsi 40 manatimiz var

125. xx/xx/2023,00:00:00,**********16,**********08,0 ne moqu qovoritğ, çto to sluçilosğ?

126. xx/xx/2023,18:38:10,**********48,**********08,en men beyaqdan qaytariram karociiii gelem qapiya it qurd qozumada deyil anasini sikim bawim conub men sene dedimki malnan qutarmiwam mene el tut

127. xx/xx/2023,14:17:48,**********03,**********08,Ay Heci sen Allah onu narmalni qoy 2 dəfəyə başım kimse çıxır qıraqdan zirlanfirmir dilxor oluram

128. xx/xx/2023,23:12:45,**********08,**********30,Terezini tecili catdir bize

129. xx/xx/2023,20:12:00,**********01,**********08,Vacib 1 lazım mumkundu?

130. xx/xx/2023,00:06:42,**********71,**********08,Brat 50 man var bidene yazda mene

131. xx/xx/2023,13:53:23,**********58,**********08,Qaqam 40manat pul var mende bidene xaiw sivyaz qur

132. xx/xx/2023,12:12:11,**********71,**********08,Brat 20man var alınır tema ?

133. xx/xx/2023,22:58:41,**********01,**********08,Qaqaş 1 lazim mümkündi gəlim?

134. xx/xx/2023,11:47:09,**********13,**********08,Puluynan ximi istiyirəm nə qoymusan özüvü dağın başına

135. xx/xx/2023,15:21:48,**********58,**********08,Qaqa masınnanam 20manat var mende

136. xx/xx/2023,20:31:50,**********71,**********08,Qaqa menem behruz 20 manat almisam uşaqlarda bidene xeber dide mene

137. xx/xx/2023,01:28:35,**********00,**********08,Qaqasuvun veziyeti yaxsidi komÄ"k edim sene

138. xx/xx/2023,01:29:10,**********08,**********00,qurban olum.mene.nqrkotik.tap.

139. xx/xx/2023,01:29:44,**********00,**********08,Ele bil hazirdi

140. xx/xx/2023,14:59:53,**********29,**********08,Qaqa neynursen 20 varum idi evdeyem gele bilirem yaniva?

141. xx/xx/2023,14:54:49,**********01,**********08,Günortan xeyir necəsən. Burdayam vaxdim 5 6 deqiqelik var nese varsa gelim yoxdusa gedim işlərim çoxdu

142. xx/xx/2023,21:00:54,**********29,**********08,Necesen ay brat 10 nugum var idi bidene evdeyem gele bollem yaniva?

143. xx/xx/2023,17:58:53,**********31,**********08,5 qede catiram qaqaş 20 mant oldu heci mende

144. xx/xx/2023,19:03:21,**********31,**********08,Heci bide 30 mantim allahaqi duz vercem sene gelim

145. xx/xx/2023,19:08:44,**********01,**********08,1 lazım gəlim ya yox 1 cavab yaz

146. xx/xx/2023,19:35:51,**********01,**********08,Bu nəsə çox zeif oldu.bacarsan güclendir

147. xx/xx/2023,13:06:04,**********54,**********08,n burda men yetim o uwaqlari yola salmiwam girib wpdaki sesdere qulaq as internetim yoxdu sen kimi çox isdiyirsen yığ bir kelme daniwaq istide. Ollem anam canı

148. xx/xx/2023,14:28:57,**********15,**********08,Bratim 40 manat pulum var nolarxais edirem bidene məni yola salda

149. xx/xx/2023,14:29:43,**********15,**********08, atim kartiva zada at bir yere mənim ucun goturumde xais edirem məzmunlu SMS-lərin yazıldığı müəyyən edilmişdir. (cild 2, vərəq 10-16) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus olan “Xiaomi Redmi 8 A” markalı mobil telefona və mobil telefondan əldə edilmiş məlumatlara baxış keçirilməsi haqqında 17 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Xiaomi Redmi 8 A” markalı üzərində ********** nömrəsi istifadə edilmiş və eyni nömrə ilə Whatsapp ani mesajlaşma sistemində qeydiyyatdan keçmiş mobil telefonun yaddaşından ekspertiza qaydasında bərpa olunmuş məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, qara rəngli “Xiaomi Redmi 8 A” markalı mobil telefonun Whatsapp ani mesajlaşma sistemində “Rza” adı ilə qeyd edilmiş ********** nömrəli şəxs 05 avqust 2023-cü ildə saat 18:50-də Təqsirləndirilən şəxs “qaqaş mən gəlirəm, polnu paket olsun”, Kamran “ok”, 09 avqust 2023-cü ildə saat 21:04-də həmin şəxs “qaqaşım heyvan var?” Kamran səsli olaraq “qaqaş 10 dəqiqə var ki, axırıncı partiyanı verdim getdi, sabah saat 11 üçün olucey” həmin şəxs səsli olaraq “yaxşı qaqaşım, indi heç nə qalmayıb hə, konkret heç nə qalmayıb də qaqaşım”, Kamran “yox ey qaqaş, ayıb deyil, mən özüm belənçi manentlərdə elə sevinirəm. Səhərə kimi ara verirsən də”, həmin şəxs “heç nə qaqaş, canın sağ olsun, onda sabah zəng edəcəm” məzmunlu, “Mp” adı ilə qeyd edilmiş cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 məxsus olan ********** nömrə ilə Təqsirləndirilən şəxs arasında 09 avqust 2023-cü il tarixdə saat 14:15-də sonuncu tərəfindən “Sene hevan lazım olacax? Haçana?” saat 14:16-da Pərviz “brat yəgfinki, 5 6 yq a”, həmin gün saat 21:31-də Kamran “uzaxdasan?” Pərviz səsli olaraq “çıxıram evdən”, Kamran “ok” məzmunlu, “Azik Hovsan” adı qeyd edilmiş ********** nömrəli şəxslə Təqsirləndirilən şəxs arasında 05 avqust 2023cü ildə saat 19:41-də Kamran səsli olaraq “Azik mən uje hazıram, saat 9-u gözləyək”, Azik Hovsan “problem deyil, indi də gələ bilərsən”, 09 avqust 2023-cü il tarixdə saat 19:49-da Kamran “salam Azik neynirsən, Azik sənə bu günə nəsə lazım olucey, ola bilər sabaha qalmasın, ona görə soruşuram” məzmunlu, ilqar” adı ilə qeyd edilmiş ********** nömrəli şəxslə Təqsirləndirilən şəxs arasında 06 avqust 2023-cü il tarixdə saat 11:02-də sonuncunun “mənim sənə zəng elədiyimi gülnar bilsə, sənə mal versem menim anami senyn balitmesret aton siksyn. Bildyn ala? Seni soram sikerem eybiyix. Hacan Gəlirsen??? Deqiq de xazır eliym”, İlqar “bur saata gəlem”, Kamran “ecne yoxdu hara gelirsen, xazır deyil”, İlqar “hacan gelim Bes”, Kamran “deyrem, Gxoyda”, İlqar “ok”, saat 12:06-da Kamran “gəl yavaş, yavaş”, İlqar “ok”, 07 avqust 2023-cü i! tarixdə saat 11:47-də İlqar “salam, necəsən, bir saata zada gəlimdə”, Kamran səsli “çıxıram 5 dəqiqəyə gəlirsən gəl”, İlqar səsli olaraq “maşınla gerirsənsə əyər, ağçiçəyimdən gəl alım də burda səndən, maşınla getmirsən?”, saat 12:26-da Kamran səsli olaraq “qaqaş mən çıxdım, Əzizbəyovdayam, səndə gəl ora”, İlqar “ok”, saat 22:03-də İlqar “Kamran seher gelecem 9 da günorta isdİ olur saxlada 10d”, Kamran “ok”, 08 avqust 2023-cü il tarixdə saat 09:39-da Kamran ”sən gəlirsən ya yox?”, İlqar “he gelem, cxram indi”, Kamran “ok”, saat 13:50-də İlqar ”axsam geicema, 10 d ayrarsan, Alo”, Kamran “he”, saat 14:46-da “Gelim qonaq eliyirsrn sa isin var”, Kamran səsli olaraq “sən öl Azər heç nə yoxdu e, axırıncı nə var idi sən apardın özüm qaldım belə”, İlqar “alə səhv yazmışam ey sənə, mən sənin yanıva axşam gələcəkdim başqasına göndəcəkdim mesajı səhv gedib sənə” məzmunlu yazışmaların olduğu, həmçinin yuxarıda qeyd edilən telefon nömrələri mütamadi olaraq Təqsirləndirilən şəxs zəng etmələri, Şahid1 istifadəsində olmuş yuxarıda göstərilən telefon nömrəsi ilə Təqsirləndirilən şəxs baxış keçirilən mobil telefonuna Whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə hər gün bir neçə dəfə olmaqla zəng vurması və mütamadi danışdıqları, eləcə də 09 avqust 2023-cü ildə saat 18:34-də telefonla zəng edərək 31 saniyə danışmalarının olduğu müəyyən edilmişdir. Bu zaman Şahid1 və Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi zamanla üst üstə düşür. Belə ki, hər ikisi təsdiq etmişlər ki, Şahid1 həmin gün aşkar edilərək götürülmüş psixatrop maddəni həmin gün saat 18 radələrində Kamrandan 400 manata satmaq məqsədi ilə almışdır. Bundan başqa həmin şəxslərin arasında saat 20:02-də zənglər olsa da cavasız qaldığına görə, saat 20:04-də Whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə Şahid1 Təqsirləndirilən şəxs zəng etmiş və onlar 24 saniyə danışmışlar. Həmçinin Şahid1 və Təqsirləndirilən şəxs istifadələrində olmuş mobil telefonların anten əhatə dairələri təhlil edilmiş və onların 09 avqust 2023-cü il tarixdə saat 18:34-də Bakı şəhəri, Nizami rayonu, Balakişiyev küçəsi, 40 saylı evin yanında qurlaşdırılmış anten dairəsi altında olmaları müəyyən edilmişdir. Bütün bunlar həm Təqsirləndirilən şəxs psixatrop maddələrin satışı ilə məşğul olduğunu, eləcə də aralarında olan yazışmalar, zənglər və eyni əhatə dairəsində olmaları bunu təsdiq edir ki, həmin şəxslər 09 avqust 2023-cü il tarixdə saat 18:34-dən başlayaraq görüşmüşlər və aralarında psixatrop maddənin alış-verişi baş vermişdir. Mobil telefona keçirilmiş baxış zamanı zəruri məlumatların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild 2, vərəq 48-60) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, onda hər hansı qanunsuz maddə olmaması, ibtidai istintaq zamanı psixotrop maddələrin ona məxsus olmasını polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində boynuna alması, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etməsinə dair ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, iş üzrə şahidlərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5176 nömrəli, Məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli, 5/1154 nömrəli, Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/4290 saylı, Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/1147 saylı, Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/1148 saylı rəyləri, Təqsirləndirilən şəxs məxsus olan “Xiaomi Redmi 8 A” markalı mobil telefona və mobil telefondan əldə edilmiş məlumatlara baxış keçieilməsi haqqında 17 sentyabr 2023-cü il tarixli protokol, Şahid1 məxsus olan **********08 nömrəsinə aid olan "xxxx" MMC-nin 21 sentyabr 2023-cü il tarixli, İ7-16998 saylı məktubu ilə daxil olmuş diskin daxilindəki məlumatlara baxış keçirilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə keçirilməsi haqqında 10 avqust 2023-cü il tarixli və mənzilə baxış və götürməni əks etdirən video görüntüyə baxış keçirilməsi haqqında protokollar, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş 09 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, eləcə də, qeyd olunan video görüntüyə baxış keçirilməsi barədə protokol, Şahid1 üzərində keçirilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu və video görüntüyə baxış keçirilməsi haqqında protokol, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verən zaman polis əməkdaşlarının evdə onu döymələrinə arvadı və qızının şahidlik etmələrini qeyd etsə də, məhkəmədə şahid qismində dindirilmiş arvadı Şahid6 Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı heç bir fikir səsləndirməmiş, qızı X8 isə ümumiyyətlə, polis əməkdaşlarının atasına heç nə etmədiklərini, atasının qıraqda sakitcə dayandığını qeyd etmişdir. Yuxarıda göstərilən çoxsaylı sübutlarla yanaşı, təqsirləndirilən şəxsin yaxın qohumlarının qeyd edilən ifadələri də Təqsirləndirilən şəxs qeyri-səmimi olmasını xarakterizə edən hallardır. Eyni zamanda məhkəmə tərkibi, hazırki iş üzrə şahid olan və digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsinə də tənqidi yanaşaraq, həm özünü, həm də Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmağa yönəlmiş ifadə kimi hüquqi qiymət verir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ittiham üzrə təqsirli bilərək, xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır narkotik vasitə istifadə etsə də, 2-3 il olar ki, el arasında banzay adlanan narkotik vasitədən İstifadə edir. Əvvəllər həmin narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Sonradan isə onu həm hazırlamaq həm istifadə etmək, həmdə satmaq qərarına gəlmişdir. Tanımadığı narkomanlardan soraqlaşaraq onun hazırlanması qaydasını öyrənmişdir. Bundan sonra həmin maddəni satan şəxslə maraqlanmışdır. Nəhayət həmin şəxsin yadında qalmayan Ukrayna nömrəsini tapmışdır. Həmin şəxslə istifadə etdiyi özünə məxsus olan ********** nömrəsi ilə internet üzərindən İşləyən Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və həmin şəxs ona zəng olunacağını demişdir. Bundan sonra ayrı bir yadında qalmayan nömrədən ona zəng olunmuşdur. Həmin maddənin qoyulduğu yer ona izah olunmuşdur. Bundan sonra o, həmin maddənin alınması üçün 1 qramı 200 manata olmaqla həmin şəxsdən almağa başlamışdır. Həmin şəxsin kimliyini, şəxsiyyətini bilmir. Ona müxtəlif nömrələrdən özü zəng etmiş və mal lazım olub-olmaması ilə maraqlanmışdır. Ona gərək olanda həmin şəxsə bildirmişdir. Həmin şəxs adətən 20 yanvar metrostansiyasının ətraflarında, bəzən Biləcəri qəsəbəsində, bəzən Şamaxinka deyilən yerdə və digər ona məlum olan yerlərdə həmin açıq sarı rəngdə olan nəm toz şəklindəki maddəni qoymuş, o, həmin şəxsin pulunu elektron qaydada göndərdiyi hesaba ödədikdən sonra gedib həmin yerdən malını götürmüşdür. Bundan sonra 1 qram həmin maddədən təxminən 70-80 qram banzay narkotik vasitəsi hazırlamışdır. Belə ki, həmin narkotik vasitənin hazırlanması üçün lazım olan açıq sarı rəngdə olan nəm toz şəklindəki maddənin qramını tanımadığı şəxsdən 200 manata aldıqdan sonra Banzay adlı narkotik vasitənin hazırlanmasında istifadə olunan ot kütləsini bazardan, istifadə olunan spirti isə aptekdən almış, 1 qram həmin maddəni 2 litr texniki spirtə qarışdırmışdır. Bundan sonra isə yaşadığı evdə həmin maddəni aldığı el arasında yolotu deyilən quru otun üzərinə səpmiş, onu təqdim etdiyi ləyənin içərisində yaxşı-yaxşı qarışdırmış və qurutmuşdur. Bundan sonra isə hazır narkotik tərkibli psixotrop maddə olan banzayı selafon torbalara yığmışdır. Bundan sonra isə təqdim etdiyi kiçik ölçülü selofan torbalarda onu ölçü ilə tərəzidə çəkərək yığıb adətən tanışı Şahid1 və digər tanımadığı şəxslərə 1 qramını 10-15 manata olmaqla satmışdır. Həm də hazırladığı maddədən özü mütəmadi olaraq istifadə etmişdir. 09 avqust 2023-cü il tarixdə axşam saatlarında Pərvizə 40 qram olmaqla 400 manatlıq narkotik vasitə olan banzayı satmışdır. (cild 01, iş vərəqə 147-150) Həmçinin, Təqsirləndirilən şəxs ilkin izahatında da banzay adlı narkotik vasitəni həm şəxsi istifadə, həm də satmaq məqsədilə mənzilində saxladığını, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmadığını qeyd etmiş, latın qrafikalı əlifba ilə əlyazma vasitəsilə izahatının doğruluğunu təsdiq etmişdir. (cild 1, iş vərəqə 74-75) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş 1 (bir) ədəd sellofonda təmiz çəkisi 40,0 qram, 1 (bir) ədəd qara rəngli sellofanda təmiz çəkisi 345,0 qram, 1 (bir) ədəd şəffaf kiçik sellofan paketdə təmiz çəkisi 3,993 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı, ümumi təmiz çəkisi 0,357 qram təşkil edən psixotrop maddələr 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, külli miqdar təşkil edir, habelə elektron tərəzinin də mövcudluğu təsdiq edir ki, o, qeyd olunan miqdarda olan psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 237) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2004-cü il təvəllüdlü X4 olmaqla bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan 006399 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X2 Şəhid Ailləsi üzvünün vəsiqəsi verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, eləcə də bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, şahid ailəsinin üzvü olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)- 520/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 63; 177-179) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5176 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 359 (üç yüz əlli doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 388,993 qram olan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 388.393 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid ümumi təmiz çəkisi 0,357 qram 5F-APİNACA (5F- AKB-48) adlı psixotrop maddələr, 01 ədəd açıq mavi rəngli metal ləyən, içərisində maye olan bir litrlik üzərilərində “Sratlink gigiyenik vasitə” yazılmış 02 ədəd plastik qabdakı mayelər, 01 ədəd qara və sarı hissələrdən ibarət olan elektron tərəzi, çoxlu sayda içərisi boş olan kiçik ölçülü sellofan torbalar, maddi sübut hesab edilməyən 02 ədəd üzərində “Furosemid” göstəriciləri olan blesterdə ümumi sayları 20 ədəd olan ağ rəngli dairəvi formalı dərman həb, 01 ədəd kəsici alət məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış və götürmə zamanı, həmçinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd DVD disk, mobil telefon və video görüntülərin köçürüldüyü 07 ədəd CD disklər cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi Redmi 8 A” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 388.393 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid ümumi təmiz çəkisi 0,357 qram 5F-APİNACA (5F- AKB-48) adlı psixotrop maddələr, 01 ədəd açıq mavi rəngli metal ləyən, içərisində maye olan bir litrlik üzərilərində “Sratlink gigiyenik vasitə” yazılmış 02 ədəd plastik qabdakı mayelər, 01 ədəd qara və sarı hissələrdən ibarət olan elektron tərəzi, çoxlu sayda içərisi boş olan kiçik ölçülü sellofan torbalar, maddi sübut hesab edilməyən 02 ədəd üzərində “Furosemid” göstəriciləri olan blisterdə ümumi sayları 20 ədəd olan ağ rəngli dairəvi formalı dərman həb, 01 ədəd kəsici alət məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış və götürmə zamanı, həmçinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd DVD disk, mobil telefon və video görüntülərin köçürüldüyü 07 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Xiaomi Redmi 8A” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 359 (üç yüz əlli doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar