Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1042/2022 27.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Щаким: Зейнал Гурбан оьлу Аьайевин сядрлийи иля, Щакимляр: Азад Яли Аьа Мяъидов, Сябущи Сабир оьлу Щцсейновдан ибарят тяркибдя, X1 катиблийи иля, Дювлят иттищамчысы: Азярбайъан Республикасы Баш Прокурорлуьунун Дювлят иттищамынын мцдафияси цзря идарясинин Аьыр ъинайятляр мящкямяляриндя дювлят иттищамынын мцдафияси цзря шюбясинин прокурору Dövlət ittihamçısı оьлу, Мцдафиячи: Азярбайъан Республикасы Вякилляр Коллеэийасы Бакы шящяри 15 saylı vəkil bürosunun vəkili X3 иштиракы иля, Təqsirləndirilən şəxs – (xx.xx.1979-cu ildə Qazax şəhərində анадан олмуш, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, daimi yaşayış yeri olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış və narkotik vasitə heroini satmışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan "Şahnur" adlı şəxslə cinayət əlaqəsinə girib külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin Azərbaycan Respublikasının ərazisində сатышını həyata keçirmək мягсядиlə 11.01.2022-ci il tarixdə “Şahnur” adlı şəxslə 60 manat qarşılığında razılaşdıqdan sonra Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən otelin yaxınlığındakı ağacın dibində gizlədilmiş yerdən üzərində “İnstant Coffee” yazısı olan plasmas qabda narkotik vasitə olan heroini əldə edib, 1 büküm hazırlamaqla 12.01.2022-ci il tarixdə, saat 00:20-də Bakı şəhəri Nərimanov rayonu, “Çerment” körpüsü adlanan yerdə Şahid3 18 manat qarşılığında satmış olduğu narkotik vasitə heroindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,363 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin vermiş, narkotik vasitə heroinin qalan hissəsini isə üzərində saxlayaraq ünvan 1 ünvanın qarşısına daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 12.01.2022-ci il tarixdə, saat 14:30-da ünvan 1 ünvanın qarşısında Nərimanov RPİ-nin NMB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, burada üzərinə şəxsi axtarış кечирилərkən əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində “İnstant Coffee” yazısı olan plasmas qabda təmiz çəkisi 14,502 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş itthamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 yanvar 2022-ci il tarixdə üzdən görmədiyi internet vasitəsilə tanıdığı Şahnur adlı şəxsdən 60 manat pul müqabilində “kakos”, yəni narkotik vasitə heroin almışdır. Belə ki, Şahnurun ona sosial şəbəkədə göndərdiyi seriya nömrəsini xatırlamadığı elektron bank kartına həmin məbləğdə pulu xatırlamadığı ərazidə yerləşən “MilliÖn” terminalı vasitəsi ilə köçürdükdən sonra bu barədə Şahnura bildirmiş və bir qədər sonra Şahnur ona 01 ədəd üzərində “İnstant Coffee” yazıları olan palıdı rəngli içərisində narkotik vasitə heroin olan plasmas qabı Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsində gizlədildiyini bildirmişdir. O da 11 yanvar 2022-ci il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu Dərnəgül qəsəbəsinə gedib oradan 01 ədəd narkotik vasitə heroin olan plasmas qabı götürüb əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, özü istifadə etsin. 13 yanvar 2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 1 ünvanın yaxınlığında taksi sürücüsü Elmarla birlikdə dayanarkən orada onlara 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edərək onları Nərimanov RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına getmişdir. Polis idarəsinə gəldikdən sonra polis əməkdaşları onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışa başlamazdan öncə polis əməkdaşları ona təklif etmişlər ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. O da polis əməkdaşlarına üzərində 01 ədəd üzərində “İnstant Coffee” yazıları olan palıdı rəngli içərisində narkotik vasitə heroin olan plasmas qabın olduğunu deyib əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin qabı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, şalvarının sol yan cibindən ümumilikdə 3 manat pulu, eləcə də əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd “HTC” markalı telefon aparatını və şəxsiyyət vəsiqəsini könüllü olaraq təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bir də ki, bildirmişdir ki, o, nə Şahid3, nə də ki, digər hər hansı bir şəxsə psixotrop maddə satmamışdır. O, Şahid3 yalnız 1 büküm narkotik vasitə heroini hədiyyə olaraq verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə üzdən görmədiyi internet vasitəsilə tanıdığı Şahnur adlı şəxsdən 60 manat pul müqabilində “kakos”, yəni narkotik vasitə heroin almışdır. Belə ki, Şahnurun ona sosial şəbəkədə göndərdiyi, lakin sonradan mobil telefonundan öz ehtiyatsızlığından pozulan, bu səbəbdən seriya nömrəsini xatırlamadığı elektron bank kartına həmin məbləğdə pulu xatırlamadığı ərazidə yerləşən “MilliÖn” terminalı vasitəsi ilə köçürdükdən sonra bu barədə Şahnura bildirmiş və sonra Şahnur ona narkotik vasitə heroini Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsində gizlədildiyi bildirmişdir. O da, 11 yanvar 2022-ci il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu Dərnəgül qəsəbəsinə gedib oradan 01 ədəd üzərində “İnstant Coffee” yazıları olan palıdı rəngli içərisində narkotik vasitə heroin olan plasmas qabı götürüb əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, həm özü istifadə etsin həm də, müştəri olanda satıb qazanc əldə etsin. 13 yanvar 2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 1 ünvanın yaxınlığında taksi sürücüsü Elmarla birlikdə dayanarkən orada onlara 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib onları Nərimanov RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəlmişdir. Polis idarəsinə gəldikdən sonra polis əməkdaşları onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq, bununla bağlı hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışa başlamazdan öncə polis əməkdaşları ona təklif etmişlər ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. O da, başqa çıxış yolu olmadığından məcbur olub polis əməkdaşlarına üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə 01 ədəd üzərində “İnstant Coffee” yazıları olan palıdı rəngli içərisində narkotik vasitə heroin olan plasmas qabın olduğunu deyərək əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin qabı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, şalvarının sol yan cibindən ümumilikdə 3 manat pulu, eləcə də əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən 01 ədəd “HTC” markalı telefon aparatını və şəxsiyyət vəsiqəsini könüllü olaraq təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyev tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, nə Şahid3, nə də ki, digər hər hansı bir şəxsə psixotrop maddə satmamışdır. Şahid3 isə yalnız 1 büküm narkotik vasitə heroin vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq zamanı yazılan “narkotik vasitə olan heroini müştəri olanda satıb qazanc əldə edəcəm” ifadəsi ona aid deyil, həmin hissəni o deməmişdir, müstəntiq ifadənin həmin hissəsini onun adından yazıb o da oxumadan imza etmişdir. Məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 12 yanvar 2022-ci il tarixdə Nərimanov RPİ-nin NMB-nə Natiq adlı şəxsin narkotik vasitə və yaxud psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin gün, saat 14 radələrində ünvan 1 ünvana gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə o və Nərimanov RPİ-nin NMB-in əməliyyat müvəkkilli, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 12 yanvar 2022-ci il tarixdə, saat 14 radələrindən ünvan 1 ünvanın qarşısında müşahidə aparmağa başlamışlar. Saat 14:30 radələrində narkotik vasitə və yaxud psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq adlı şəxsi müəyyən edib yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Nərimanov RPİ-in NMB-in əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsin hərəkətlərində özünü şübhəli apardığını görmüşlər və özünü təqdim etməsini təklif edən zaman həmin şəxs danışarkən suallardan yayınmağa, oradan getməyə, həmçinin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olduğundan və üzərində narkotik vasitə olmasından şübhələnib Natiq və birlikdə olduğu Elmar adlı şəxsi Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra onları Nərimanov RPİ-nin NMB-in əməliyyat müvəkkilli, polis leytenantı Şahid2 və o, xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirmişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs və Bəkirov Elmar Vəkil oğlu olmasını müəyyən etmişlər. Bu barədə raportla rəhbərliyə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində “İnstant Coffee” yazısı olan plasmas qabda narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 3 manat pul, qısaqol gödəkcəsinin sol yan cibindən isə 1 ədəd “HTC” markalı mobil telefonunu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 11.01.2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində tanışı “Şahnur” adlı şəxsdən alaraq üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, 11.01.2022-ci il tarixdə, axşam saatlarında bədənində ağrılar olduğu üçün Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlamış və öz istifadəsi üçün 1 büküm narkotik vasitə olan heroin istəmişdir. Daha sonra onlar Bakı şəhəri Nərimanov rayonu, “Çerment” körpüsü adlanan yerdə görüşmək qərarına gəlmişlər və 12.01.2022-ci il tarixdə, saat 00:20 radələrində danışdıqları yerdə görüşərək Təqsirləndirilən şəxs 18 manat qarşılığında 1 büküm narkotik vasitə olan heroin almışdır. Həmin gün, saat 10:30 radələrində ünvan 3 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. İdarəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sol yan cibindən 1 ədəd “Samsung Galaxy” markalı, “J6” modelli mobil telefonunu, sağ yan cibindən isə 2 manat pulunu təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmişdir. Bu zaman üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyev tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 14 yanvar 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 yanvar 2022-ci il tarixdə tərtib edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində “İnstant Coffee” yazısı olan plasmas qabda narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sol yan cibindən 3 manat pul, qısaqol gödəkcəsinin sol yan cibindən isə 1 ədəd “HTC” markalı mobil telefonunu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 11.01.2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində tanışı “Şahnur” adlı şəxsdən alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, 44 nömrəli möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 21 yanvar 2022-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokolda göstərilmişdir ki, diskin üzərində əlyazma ilə «12.01.2022», «Təqsirləndirilən şəxs» və «Nərimanov RPİ» sözləri yazılmışdır. «HP 2011x» kompyuter vasitəsilə diskdə olan videogörüntüyə baxarkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində “İnstant Coffee” yazısı olan plasmas qabda narkotik vasitə olan heroini könüllü olaraq təqdim etdi. Bundan başqa, o, şalvarının sol yan cibindən 3 manat pul, qısaqol gödəkcəsinin sol yan cibindən isə 1 ədəd “HTC” markalı mobil telefonunu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 11.01.2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində tanışı “Şahnur” adlı şəxsdən alaraq üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli “Telofon məlumatlarına baxış keçirilməsi haqında” protokoldan məlum olur ki, cinayət işi üzrə "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 29.03.2022-ci il tarixli, AZF/LGL-5330/22 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 13.10.2021-ci il tarixdən 13.01.2022-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil nömrənin hansı əhatə dairələrinə düşməsinin (CELL-İD) əks olunduğu CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** saylı abonent nömrəsinə göstərilən tarixlərdə çoxlu sayda zənglər və smslər daxil olmuşdur. Həmin zənglərdə hazırda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Lakin, mesajların bir qismində Təqsirləndirilən şəxs narkotik vasitə alması ilə bağlı məlumatlar verilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, o, 12 noyabr 2007-ci il tarixdə Qazax RPŞ tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanılmış PR-31 saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, o, Qazax rayon məhkəməsinin 13 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə-kimyəvi” ekspertizasının 13 yanvar 2022-ci il tarixli, 6/202 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, içərisində bir bükümdə gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,363 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 0,363 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,313 qram. Cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə-kimyəvi” ekspertizasının 13 yanvar 2022-ci il tarixli, 6/203 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd paketdə üzərində “İnstant Coffee” yazısı olan plastik qabda təmiz çəkisi 14,502 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 14,502 qram olmuş, tədqiqata sərf edilmiş - 0,1 qram, qalıq 14,402 qram qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə-kimyəvi” ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 6/480 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş: Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin və Şahid3 aşkar edilərək götürülmüş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş “Ambulator-məhkəmə narkoloji” ekspertizasının 14 fevral 2022-ci il tarixli, 707 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə-psixiatrik” ekspertizasının 21 fevral 2022-ci il tarixli, 433 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə 16 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 14,502 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi subutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə 19 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Nərimanov RPİ-nin maddi subutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 14,502 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq hissəsi, yəni 14,402 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan –12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 228 manat (iki yüz iyirmi səkkiz) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X4 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 07 (йедди) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Nərimanov RPİ-nin maddi subutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 14,502 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq hissəsi, yəni 14,402 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 228 manat (iki yüz iyirmi səkkiz) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X4 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1042/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1042/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver