Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1042/2023 17.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X4 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Bolt” şirkətində taksi sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 noyabr 2023-cü il tarixdə, saat 16:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda 6,549 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş və həmin çəkidə narkotik vasitə olan heroini 2,878 qram və 3,671 qram çəkidə olan hissələrə bölərək ayrı-ayrılıqda 2 (iki) ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 14:25-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Madonna” şadlıq evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki yaşıl rəngli şalvarın sol yan cibindən onun qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 2 (iki) ədəd sellofan bükümlü ayrı-ayrılıqda çəkiləri 2,878 qram və 3,671 qram olmaqla, ümumi təmiz çəkisi 6,549 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.
İşin halları və dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X6 ilə faktiki olaraq ər-arvad münasibətində olsalar da, sosial yardım almaq məqsədi ilə rəsmi olaraq boşanmışlar. Günay Babayeva ilə birgə nikahdan himayəsində 15 mart 2017-ci il təvəllüdlü Ayxan Əzizov adlı bir azyaşlı uşağı vardır. Həbs olunmazdan əvvəl “Bolt” şirkətində taksi sürücülüyü ilə məşğul olmuşdur. Eyni zamanda özünə məxsus avtomobillə rayonlararası sərnişin daşınması ilə də məşğul olmuşdur. 7 dekabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Madonna” şadlıq sarayının yaxınlığındakı dairədə idarə etdiyi avtomobillə hərəkət edərkən iki nəfər yol patrul xidmətinin əməkdaşları avtomobilin arxa şüşəsində çat olmasına görə ona avtomobilini saxlanmağını əmr etməsi nəticəsində dayanmış, yol patrul xidmətinin əməkdaşlarından biri ondan sənədlərini tələb etdikdə o, sürücülük vəsiqəsini və digər sənədlərini həmin əməkdaşa təqdim etmişdir. Yol patrul xidməti əməkdaşı ilə saxlanılması səbəbinə dair söhbət edərkən bir neçə dəqiqədən sonra onların yanında ağ rəngli “Toyota Prado” markalı avtomobil saxlamış, həmin avtomobildən beş nəfər özünü təqdim etməyən mülki geyimli şəxslər düşərək qollarına qandal vurmuş və onu döyə-döyə həmin avtomobilə əyləşdirmişlər. Özünün idarə etdiyi avtomobil isə həmin ərazidə qalmışdır. Həmin ərazidə təhlükəsiz şəhər kameralarının olmasını bilir. Özlərini kriminal aləmin üzvü olan Nadir Səlifovun adamları kimi təqdim etmiş həmin şəxslər onu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Belə ki, o, yol boyu həmin şəxslər tərəfindən döyülmüş, idarəyə gətirildikdən sonra da fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Saxlanılarkən onun üzərində hər hansı növ narkotik vasitə və ya psixotrop maddə olmamış, ümumiyyətlə heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Saxlanıldıqdan sonra ondan qan və sidik analizi götürülmüş və analizin nəticəsində qanında və ya sidiyində hər hansı narkotik maddə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonradan polis əməkdaşları olduğunu bildiyi həmin şəxslər onun baş və boyun nahiyələrinə rezin dəyənək və yumruqla vurmaqla fiziki təzyiq göstərmişlər.
4. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, polis əməkdaşları narkotik vasitələrin onun üzərindən aşkar olunmasını etiraf etdiyi təqdirdə onu narkotik vasitələrin istifadəçisi kimi sənədləşdirəcəklərini bildirmiş, narkotik vasitənin onun üzərindən aşkar olunduğunu etiraf etmədiyi təqdirdə isə evindən bir kiloqram narkotik vasitə aşkar olunacağı ilə hədələmişlər. Belə ki, idarədə onu döyərək vəkil olmadan ailəsi ilə və sair təhdidlər edərək yazılmış izahatı imzalatmışlar. Üzərindən aşkar edilmiş kimi sənədləşdirilmiş narkotik vasitəni polis əməkdaşları onu döyərək və ailəsi ilə hədə-qorxu gələrək cibinə qoymuşlar. Polis idarəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçi iştirak etmişdir. Saxlanılan zamanı onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən öz mobil telefonları ilə videoçəkiliş zamanı isə ona verilmiş predmetləri təqdim etmiş, onların təzyiq və təhdidlərindən məcbur qalaraq ondan tələb edildiyi kimi demişdir. Polis əməkdaşları ona qarşı irəli sürülmüş ittihamdan əlavə, onun bank kartına İran İslam Respublikasında yaşayan tanışı tərəfindən cəzaçəkmə müəssisəsində cəza çəkən sonuncunun qohumuna göndərilməsi məqsədilə yollanılan pul barədə də sorğu-sual etmişlər.
5. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, istintaq zamanı ondan soruşulmuş bank kartına göndərilmiş 2000 (iki min) manat məbləğində pul vəsaiti Müdafiə Nazirliyində işləyən şəxs tərəfindən başqa şəxsə təhvil verilməsi məqsədilə göndərilmişdir. Üzərində şəxsi axtarış keçirilərkən iştirak etmiş vəkilin onun müdafiəçisi olmasını barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə bilmişdir. Ona qarşı fiziki və psixi təzyiq və təsir göstərmiş polis əməkdaşları onun tutulmasında iştirak etmiş Şahid1 və Şahid3 olmuşlar. Polis əməkdaşları ondan “Qobustan” qapalı həbsxanasında cəza çəkən İran İslam Respublikası vətəndaşı Həsənqulu adlı şəxsə hansı məqsədlə və kimin verdiyi pulu aparıb verməsi barədə suallar vermişlər. Onlar Həsənqulunun adamlarını tutmaq üçün onlara köməklik etməyini bildirmişlər. O isə yalnız taksi sürücüsü olduğunu, İran İslam Respublikası vətəndaşı olan Mansur adlı şəxsin ona Həsənquluya çatdırmaq üçün hər dəfə 200-300 manat pul göndərdiyini, həmin pulu Həsənquluya rəsmi olaraq həbsxanaya daxil olaraq təhvil verdiyini, bunun müqabilində isə ona 50 manat məbləğində pul verildiyini izah etmişdir. İran İslam Respublikası vətəndaşı Mansuru taxta alveri ilə məşğul olarkən tanımışdır. O, hər hansı cinayət əməli törətməmiş, hər hansı kriminal şəxslərlə əlaqələri olmamışdır. Hesab edir ki, onun tutulmasına səbəb də Həsənquluya pul çatdırılması olmuşdur.
6. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları tərəfindən döyülməyi barədə hər hansı hüquq mühafizə, ombudsman və sair orqan və qurumlara rəsmi qaydada şikayət etməmişdir. O bu barədə həm müstəntiqə, həm də sonradan işə qoşulmuş müqavilə üzrə müdafiəçisinə məlumat vermişdir. Müdafiəçisi Müdafiəçila ibtidai istintaq zamanı məsləhətləşərək üzərində hər hansı xəsarətlər qalmadığına görə şikayət etməyin mənasız olduğunu düşünüb məhkəmədə bu barədə məlumat verməyi qərar vermişlər. İbtidai istintaq zamanı verilmiş ilkin izahat və ifadələr onun tərəfindən verilməmiş, təzyiq və təsir altında olduğundan həmin sənədləri imzalamışdır. Polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmasına dair müstəntiqə məlumat vermişdir. İstintaq təcridxanasına göndərildikdən sonra isə o hər hansı ifadə verməkdən imtina etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətməməsini, ona qarşı irəli sürülmüş ittihamın əsassız olmasını, səhhətində ciddi problemlər olmasını, əvvəllər bağırsağın xroniki polip xəstəliyindən əməliyyat olunduğunu, hazırda yenidən cərrahi əməliyyata ehtiyacı olmasını, həyat yoldaşı Günay Babayevanın onurğa nahiyəsindəki narahatlıqlarla bağlı cərrahi əməliyyata ehtiyacı olmasını, atası Dilavər Əzizovun ehtiyatda olan zabit olmaqla 2-ci dərəcə əlilliyinin olmasını, himayəsində azyaşlı övladının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə xeyli müddət istifadə etmişdir. İstifadəsində olan “Toyota Prius” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücülüyü ilə məşğul olmuşdur. 7 dekabr 2022ci il tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman orada təsadüfən rastlaşdığı şəxslə aralarında yaranmış söhbət əsasında sonuncu ona üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. O da narkotik vasitə istifadəçisi olduğundan həmin maddəni almaq qərarına gəlmiş, həmin şəxslə razılaşaraq iki büküm narkotik vasitə heroin üçün sonuncuya 40 manat ödəniş etmiş və aldığı maddələri üzərində saxlamışdır. 7 dekabr 2022-ci il tarixdə, saat 14:25 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində “Madonna” şadlıq evinin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər onun barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış edib polis idarəsinə getməyi dəvət etmişlər. Polis İdarəsində o, müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmaqla buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra ona üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı izah edilmiş, o da buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə və sair olub-olmaması, varsa təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, üzərində “kokos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, üzərində olan “Samsung” markalı və “Redmi” markalı mobil telefonları, bir ədəd siqaret qutusunu, bir ədəd plastik hesab kartını, 24 manat pulu, avtomobilin açarını və şalvarının cibində saxladığı iki ədəd sellofan bükümü təqdim etmişdir. O, təqdim etdiyi iki ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilərkən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 6 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi, təhqiqatçı və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmçinin “Samsung” və “Redmi” markalı mobil telefon və bank kartı da götürülmüşdür. Lakin 24 manat pul ona geri qaytarılmışdır. O, verilmiş suala cavab olaraq üzərində aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin gün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 40 manat müqabilində aldığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun idarə etdiyi avtomobilə baxış keçirilsə də, həmin avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 37-38; 66-69; 80-83;).
8. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 dekabr 2022-ci il tarixli müqavilə üzrə müdafiəçisi olmaqla eyni zamanda hazırkı məhkəmə icraatında da onun müdafiəçisi kimi iştirak edən Müdafiəçi iştirakı ilə verdiyi ifadəsi də elan edilərək tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində də özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə qismən təqsirli bildiyini qeyd edərək ifadə verməkdən imtina etdiyini göstərmişdir (Cild 1, i.v. 212-214).
9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
10. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 7 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə etmiş və daha sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı özünün rəhbərlik etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 7 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Madonna” şadlıq evinin yaxınlığında olması müəyyən edilmişdir. Əvvəlcədən Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvləri tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan əraziyə getmişlər. Saat 14:25-də qeyd etdiyi ünvanın yaxınlığında “Toyota Prius” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun da özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və barəsində qəbul edilmiş qərarla tanış edilərək həmin ərazidə üzərində şəxsi axtarış aparılmasına şərait olmadığına görə onu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Baş İdarəyə getməyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs İdarəyə Təqsirləndirilən şəxs avtomobili vasitəsilə yaradılmış əməliyyat qrupu iştirakçıları ilə birlikdə aparmışlar. O, Təqsirləndirilən şəxs avtomobilini idarə etmişdir. Şahid3 isə avtomobilin arxa sərnişin yerində Təqsirləndirilən şəxs yanında əyləşmişdir. İdarədə Təqsirləndirilən şəxs avtomobilini duracaqda saxlayaraq onun qapısını özü bağlamış və açarı da özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs Baş İdarədə müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Murad Azayev tərəfindən şəxsi axtarış aparılmışdır. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kokos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirib üzərindən 2 ədəd sellofan bükümü, 24 manat pulu, bir ədəd siqaret qutusunu, bir ədəd “Samsung” markalı və bir ədəd “Redmi” markalı mobil telefonları, bir ədəd bank kartını və bir ədəd açarı masa üzərinə qoymaqla təqdim etmişdir. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı başqa hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan bükümə baxış keçirilən zaman, bükümlərdə tünd-qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin iki bükümdə narkotik vasitə heroin olduğunu, həmin maddələri 7 dekabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manat pul müqabilində aldığını və saxladığını bildirmişdir. Aşkar edilmiş pul, siqaret qutusu və alışqan iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. “Samsung” və “Redmi” markalı mobil telefonlar, həmçinin bank kartı hazırkı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.
12. Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni hansı mənbədən və kimdən alması, həmçinin kimlərə satması və ya hər hansı şəxsə satmasına dair hər hansı məlumat əldə oluna bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, idarəyə aparılarkən və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı ona qarşı hər hansı psixi və ya fiziki təzyiq və təsir onun tərəfindən və ya hər hansı polis əməkdaşları tərəfindən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olmuş məlumatla bağlı saxlanılmış, saxlanılan zaman özlərini ona kriminal aləmin üzvləri kimi təqdim etməmiş və onunla hər hansı digər hallarla bağlı sorğu-sual aparılmamışdır.
13. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1 ilə əsasən oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 7 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,878 qram və 3,671 qram olmaqla ümumi təmiz çəkisi 6,549 qram olan külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Cəlal Məmmədov tərəfindən 8 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1).
16. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 7 dekabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 4-9).
17. Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 7 dekabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir(Cild 1, 112; 130-133).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 7 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 16:03-dan 16:24-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X14 tərəfindən həmin Baş İdarənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid1 iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində keçirilmiş “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs “kakos” adı ilə tanıdığı narkotik vasitənin olduğunu bildirmiş, əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonları, şalvarının sol arxa cibindən 1 (bir) ədəd siqaret qutusunu, 1 (bir) plastik bank kartını və 24 manat pulu, qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd avtomobil açarını və şalvarının sol yan cibindən 2 (iki) ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd selllofan bükümə baxış keçirilərkən bükümlərin içərisisində tünd-qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş “Samsung” və “Redmi” markalı mobil telefonlar və 1 (bir) ədəd plastik kart götürülmüş, 1 (bir) ədəd avtomobil açarı, 24 manat pul, 1 (bir) ədəd siqaret qutusu və 1 (bir) ədəd alışqan onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində aşkar edilmiş narkotik vasitə heroini 7 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən ümumilikdə 40 manat ödəməklə şəxsi istifadə məqsədilə alıb üzərində gəzdirdiyini, hazırda istifadəsində olan “Toyota Prius” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra istintaq hərəkəti təhqiqatçı tərəfindən həmin videoçəkilişə baxılması üçün dayandırılmışdır. İstintaq hərəkəti “Sony” markalı videokameradan istifadə edilməklə gündüz vaxtı, xidməti iş otağında, təbii və süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra həmin gün, saat 16:26dan 16:48-dək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 27; 28-30).
19. “Baxış və götürmə aparılması haqqında” 7 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 16:57-dən 17:04-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X14 tərəfindən həmin Baş İdarənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi əsasında onun və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs prosessual hüquq və vəzifələri izah edilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələrin olmamasını bildirərək avtomobili açarla açmış və baxışa təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunsuz, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilə baxışın videoçəkilişi təhqiqatçı tərəfindən dayandırılmışdır. İstintaq hərəkəti “Sony” markalı videokameradan istifadə edilməklə gündüz vaxtı və süni işıqlandırma şəraitində keçirilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra həmin gün, saat 17:06-dan 17:25-dək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 31-35;)
20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” 7 dekabr 2022-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 21 dəqiqə 38 saniyə və 6 dəqiqə 18 saniyə olan həmin videogörüntülərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilində keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə avtomobilə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 30;35)
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6934 saylı, 8 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 6 №”-li dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd bükümdə, təmiz çəkiləri 2,878 qram və 3,671 qram, ümumi təmiz çəkiləri 6,549 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 və 2 №-li obyektlərə aid heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi 6,549 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq çəki 6,429 qram. Aparılmış tədqiqatın dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpikdir) manatdır (Cild 1, i.v. 45-49).
22. “Maddi sübut hesab edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan və müvafiq raportlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 6,549 qram olan narkotik vasitə heroin maddi sübut qismində tanınmaqla, tədqiqatdan sonra qalıq qalmış 6,429 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 120-122; 229).
23. “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Cəlal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə onun istifadəsində olmuş "xxxx" ASC-yə məxsus olmaqla müştəri X7 adına olan **********494402 nömrəli bank hesab kartı ilə aparılmış əməliyyatlara dair məlumatlar məhkəmə qərarı ilə əldə edilmiş və həmin əməliyyatlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı həmin məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş və həmin bank hesab kartı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi qəbzlə təhvil verilmişdir (Cild 1, i.v.106; 134- 150)
24. Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əzizov X5 rayonunun Göytəpə şəhəri, Qurtuluş küçəsi 22 saylı ünvanda qeydiyyatda olmaqla davranışı qənaətbəxşdir. Onun barəsində şəhər ərazi nümayəndliyinə hər hansı təqsirləndirici materiallar daxil olmamışdır. Onun ailə tərkibi 1963-cü il təvəllüdlü atası X10, 1968-ci il təvəllüdlü anası X19, 1990-cı il təvəllüdlü qardaşı X11 və 1994-cü il təvəllüdlü bacısı X2 ibarətdir (Cild 1, i.v.124-126).
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fariz Vəliyevin 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, üzərindən aşkar edilmiş predmetlərin nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitə və psxitrop maddələrin qaçaqmalçılığı ilə məşğul olub-olmaması və üzərindən aşkar edilmiş predmetlərin satışını təşkil etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v.127).
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 baş direktorunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.128)
27. “Mobil telefonlara baxış keçirilməsi haqqında” 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq Cəlal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi” markalı və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonlardakı məlumatlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış və həmin mobil telefonlar saz vəziyyətdə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi qəbzlə təhvil verilmişdir (Cild 1, i.v.151-152).
28. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli protokollardan görünür ki, müstəntiq Cəlal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs məxsus olmaqla 1 (bir) ədəd “Redmi” markalı və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonlarda istifadə olunması müəyyən edilmiş ***-***-**-** və ***-***-**-** saylı “Baksell” və "xxxx" MMC-lərə məxsus mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər və sair məlumatlar müvafiq mobil operatorlardan məhkəmə qərarı ilə götürülməklə və həmin mobil operatorlarından daxil olmuş iki ədəd diskdəki məlumatlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış və həmin disklər iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v.107-109; 162-167).
29. Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 8 dekabr 2022-ci il tarixli, 7472 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Müəyyən edilmişdir ki, həmin məhkəmətibbi müayinə ekspress-test üsulu ilə həyata keçirilmişdir (Cild 1, i.v.168-169)
30. “Qanın və sidiyin məhkəmə-kimyəvi ekspertizasının” 22 dekabr 2022-ci il tarixli 4579/K rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 1, i.v.170-174)
31. “Sübutların qiymətləndirilməsi və əməlin tövsifi haqqında” 9 fevral 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, “Avtomobilinə baxış keçirilməsi haqqında” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMCdən götürülmüş 2 (iki) ədəd CD disk və "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarına dair siyahı sübut növü kimi tanınmadan cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş **********4402 nömrəli bank kartı yaxın qohumlarına təqdim edilməsi üçün müdafiəçisi Müdafiəçi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 24 manat pulun, 1 (bir) ədəd siqaret qutusunun, 1 (bir) ədəd alışqanın onun özünə qaytarılmasının nəzərə alınması qeyd edilmiş, iş materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı ayrıca cinayət işinin ayrılması və ona yeni məzmunda ittiham verilməsi qərara alınmışdır (Cild 1, i.v.174-185)
32. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 9 fevral 2023cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılaraq istintaqı aparılır (Cild 1, i.v.188-189).
33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.Ə.Məmmədov tərəfindən 24 fevral 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 28 fevral 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.230-237).
34. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən məhkəməyə daxil olmuş 15 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir (Cild 2).
35. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalmasına dair Bakı şəhəri, Nərimanov rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşunas X12 tərəfindən 233-C-23 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı həmin hallar öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir (Cild 2).
36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 24 avqust 2023-cü il tarixli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda istənilən informasiyanın (“Madonna” şadlıq evinin yaxınlığındakı dairədə “Təhlükəsiz şəhər” kameralarının 7 dekabr 2022-ci il tarixdə, saat 14:00-dan 15:00-a kimi videoqeydləri) məhkəməyə təqdim edilməsi mümkün olmamışdır (Cild 2).
37. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 9 dekabr 2022-ci il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, onun müayinəsi zamanı bədən səthində xəsarət və zədə izləri aşkar olunmamışdır(Cild 2).
38. AZ-İV 093537 nömrəli doğum haqqında şəhadətnamə və “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, X16 15 mart 2017-ci il təvəllüdlü olmaqla atası Təqsirləndirilən şəxs, anası X3r (Cild 2).
39. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin 10 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq arayışlarından görünür ki, X10 hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlildir(Cild 2).
40. “X29” MMC-də boyun fəqərələrinin MRT müayinəsinə dair tibbi sənəddən görünür ki, Günay Babayeva boyun fəqərələrindəki disklərdə olan yırtıqdan əziyyət çəkir(Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
42. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
44. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
45. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
46. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
47. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Dialvər oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
48. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır.
49. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddələr ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
50. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 31-ci bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.
51. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
52. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
53. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
54. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
55. Daha sonra, istintaq orqanı hökmün 31-ci bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olsa da, həmin narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadə üçün əldə etmiş və üzərində saxlamışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini narkotik vasitənin külli miqdarının aşağı həddindən çox artıq olması, iki ədəd sellofan bükümə ayrılması, həmçinin daxil olmuş əməliyyat məlumatı, şəxsi axtarış protokolu, protokola əlavə edilmiş bir ədəd DVD disk, şahid ifadələri və ekspert rəyləri ilə təsdiq edilir.” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.
56. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik maddənin külli miqdarda olmasına materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
57. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadələrində narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, heç vaxt heç kəsə satmadığını və ya vermədiyini göstərmişdir. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.
58. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavab məktubunun məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini alan şəxslərin və əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində keçirilmiş zəruri əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. (hökmün 25-ci bəndi)
59. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və istintaq orqanının əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır.
60. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
61. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
62. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
63. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
64. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
65. Hökmün 51-ci bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.
66. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
67. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
68. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
69. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
70. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
71. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
72. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
73. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
74. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
75. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
76. X21 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
77. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
78. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
79. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.
80. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.
81. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
82. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
83. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
84. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.
85. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmaması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulması, polis əməkdaşları tərəfindən tutularkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək fiziki və psixi təsir və təzyiqlərə məruz qalması, bu səbəbdən törətmədiyi əməlini boynuna götürməsinə dair ifadə və izahatlar verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
86. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
87. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs barəsində müdafiəçisinin iştirakı ilə məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən, eyni zamanda sonradan qohumları tərəfindən müqavilə bağlanılmaqla işə buraxılmış müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyat keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 35 və 37-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
88. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
89. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
90. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
91. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
92. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
93. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
94. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsin özünün və faktiki olaraq ər-arvad münasibətində olmaqla birlikdə yaşamış olduğu arvadının xəstəliklərdən əziyyət çəkməsini, atasının hərbi xidmətlə əlaqədar ikinci dərəcə əlilliyinin olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
95. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.
96. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
97. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
98. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
99. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 7 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.10; 19;101-105)
100. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 7 dekabr 2022-ci il tarixdən hesablanmalıdır.
101. Məhkəmə hökmün 29-30-cu bəndlərində qeyd edilən ekspertiza rəylərini bir-biri ilə müqayisəli formada tədqiq etməklə, həmin rəylərin mümkünlüyünü və mötəbərliyini yoxlamaqla, CPM-in 21 və 145-ci maddələrinin tələblərini də nəzərə almaqla hökmün 30cu bəndində qeyd edilmiş Təqsirləndirilən şəxs qan və sidik nümunələrinin ekspertiza tədqiqatına əsaslanmaqla verilmiş rəyi daha mötəbər sübut növü kimi qəbul edir.
102. Belə ki, hökmün 67-ci bəndində də qeyd edildiyi kimi ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Belə olan halda, hökmün 29-cu bəndində qeyd edilən ambulator məhkəmə ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəticəsinə gəlinməsinin işin faktiki halları ilə, habelə yuxarıda qeyd edilmiş hökmün 30-cu bəndində göstərilmiş rəylə də inkar edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
103. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
104. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 6,429 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
105. Eyni zamanda, hökmün 31-ci bəndində göstərilənlərə əsasən “Avtomobilə baxış keçirilməsi haqqında” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməklə saxlanılması nəzərə alınmalıdır.
106. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
107. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
108. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
109. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
110. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 6,429 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.