Məhkəmə qərarları › İş №1(101)-1042/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1042/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1042/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X12-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “M.B.M” Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndələri Nümayəndə1, X6 və Zərərçəkmiş şəxs1 nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, XXXdə İT şöbə rəhbəri işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub,həmin ünvanda da yaşamış və barədində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilib, hazırda Bakı İstintaq təcridcxansında saxlanılan, Azərbaycan Respublikası CM-nin 178.3.2, 202.1, 271.2.2 və 272.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, XXX ASC-də satınalmalar üzrə menecer işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi ev 9,11, 13, 15, 17, 19, 21, 23, 25, 27, mənzil 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində yaşamış və barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilib hazırda Bakı İstintaq təcridcxansında saxlanılan, Azərbaycan Respublikası CM-nin 178.3.2, 202.1, 271.2.2 və 272,2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kommersiya sirri olan məlumatları qanunsuz yolla əldə etmə və yayma, habelə qanunsuz ələ keçiriləcək kompyuter və kommersiya sirri təşkil edən məlumatları satmaq vədi ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda pul vəsaitini ələ keçirmək barədə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan sövdələşməyə uyğun olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2ndə Proqram Dəstək bölməsində proqram dəstəyi üzrə mütəxəssis işləyən X8 aldadaraq qeyd edilən şirkətə məxsus kommersiya sirri təşkil edən məlumatlarının toplandığı kompyuter sisteminə daxil olmaq üçün fərdi və gizli istifadəçi adı və şifrəni, yəni «xxx @XXX.az» adlı istifadəçi adını və «123456Ea» adlı şifrəni həmin sistemdə toplanmış kommersiya sirrini təşkil edən məlumatların başqa şəxslərə satılması və satışdan əldə olunacaq pul vəsaitinin Təqsirləndirilən şəxs2lə aralarında bölüşdürülməsi məqsədi ilə ələ keçirib Zərərçəkmiş şəxs2 MMC-ə məxsus kompyuter sisteminə daxil olmaq hüququnun olmamasına baxmayaraq MMC-ə məxsus kompyuter sisteminə qanunsuz daxil olaraq orada ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter və kommersiya sirri təşkil edən məlumatları texniki vasitələrdən istifadə etməklə ələ keçirib satmaq niyyəti ilə ünvan 3 ünvanında “İBRAHİMALASGARO" adlı texniki qurğu vasitəsi ilə «xxx @XXX.az» adlı istifadəçi adı və «123456Ea» adlı şifrədən istifadə etməklə Zərərçəkmiş şəxs2 MMC-ə məxsus kompyuter sisteminə həmin sistemə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, eləcə də sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək məqsədi ilə 2023-cü ildə istintaqla müəyyən edilməyən tarix və saatdan etibarən vahid niyyətlə əhatə olunan qəsdlə ayrıayrı vaxtlarda daxil olaraq cəmiyyətin kompyuter sistemi daxilində ötürülən, ümumi istifadə üçün nəzərdə tutulmayan, yalnız şirkətdə işləyən şəxslərin tanış olmasına icazə verilən, «Kommersiya sirri haqqındaw 4 dekabr 2001-ci İl tarixli, Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar hesab edilən hüquqi şəxsin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması onların qanuni maraqlarına ziyan vura bilən kompyuter məlumatlarını, yəni Zərərçəkmiş şəxs2 MMC-nin işçilərinin sayı, istehsal edilən məhsulların adları və siyahısı, anbar qalığı, idxal-ixrac əməliyyatları, maliyyə hesabatları barədə məlumatları texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirərək yeni istifadəçi adından yaratdığı səhifəyə əlavə etmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kompyuter sisteminə qanunsuz daxii olmaqla yaymaq və istifadə etmək məqsədi ilə oğurlayaraq qanunsuz əldə etdikləri kommersiya sirri olan məlumatları Zərərçəkmiş şəxs1 60000 manat müqabilində satacaqlarına dair sonuncuya vəd verib 6 iyun 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Buzovna yolunda yerləşən "Dükkan” adlı restoranda görüşərək 60000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirdikdə bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu Zərərçəkmiş şəxs2 MMC-ə məxsus kompyuter sisteminə daxil olmaq üçün lazım olan məlumatları, yəni yeni istifadəçi adından yaratdığı səhifəyə vermiş olduğu “xxx” istifadəçi adını və «62618» adlı şifrəni Təqsirləndirilən şəxs2 051- ***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatı üzərindən göndərmiş, xxx “xxx” istifadəçi adını və «52618» adlı şifrəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 həmin «İstifadəçi adı» və «şifrə»ni dəyişərək Zərərçəkmiş şəxs1 kommersiya sirri təşkil edən məlumatlardan istifadə edilməsinə dair vədlərinə əməl etməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 60.000 manat məbləğində pul vəsaitini ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kommersiya sirri olan məlumatları qanunsuz yolla əldə etmə və yayma, habelə qanunsuz ələ keçiriləcək kompyuter və kommersiya sirri təşkil edən məlumatları satmaq vədi ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda pul vəsaitini ələ keçirmək*barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan sövdələşməyə uyğun olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2ndə Proqram Dəstək bölməsində proqram dəstəyi üzrə mütəxəssis işləyən X8 aldadaraq qeyd edilən şirkətə məxsus kommersiya sirri təşkil edən məlumatlarının toplandığı kompyuter sisteminə daxil olmaq üçün fərdi və gizli istifadəçi adı və şifrəni, yəni «xxx @XXX.az» adlı İstifadəçi adını və «123456Ea» adlı şifrəni həmin sistemdə toplanmış kommersiya sirrini təşkil edən məlumatların başqa şəxslərə satılması və satışdan əldə olunacaq pul vəsaitinin Təqsirləndirilən şəxs2lə aralarında bölüşdürülməsi məqsədi ilə ələ keçirib Zərərçəkmiş şəxs2 MMC-ə məxsus kompyuter sisteminə daxil olmaq hüququnun olmamasına baxmayaraq MMC-ə məxsus kompyuter sisteminə qanunsuz daxil olaraq orada ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter və kommersiya sirri təşkil edən məlumatları texniki vasitələrdən istifadə etməklə ələ keçirib satmaq niyyəti ilə ünvan 3 ünvanında “İBRAHİMALASGARO" adlı texniki qurğu vasitəsi ilə «xxx @XXX.az» adlı istifadəçi adı və «123456Ea» adlı şifrədən istifadə etməklə Zərərçəkmiş şəxs2 MMC-ə məxsus kompyuter sisteminə həmin sistemə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, eləcə də sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək məqsədi ilə 2023-cü ildə istintaqla müəyyən edilməyən tarix və saatdan etibarən vahid niyyətlə əhatə olunan qəsdlə ayrı- ayn vaxtlarda daxil olaraq cəmiyyətin kompyuter sistemi daxilində ötürülən, ümumi istifadə üçün nəzərdə tutulmayan, yalnız şirkətdə işləyən şəxslərin tanış olmasına icazə verilən, «Kommersiya sirri haqqında» 4 dekabr 2001-ci il tarixli, Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar hesab edilən hüquqi şəxsin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması onların qanuni maraqlarına ziyan vura bilən kompyuter məlumatlarını, yəni Zərərçəkmiş şəxs2 MMC-nİn işçilərinin sayı, istehsal edilən məhsulların adları və siyahısı, anbar qalığı, idxal-ixrac əməliyyatları, maliyyə hesabatları barədə məlumatları texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirərək yeni istifadəçi adından yaratdığı səhifəyə əlavə etmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kompyuter sisteminə qanunsuz daxil olmaqla yaymaq və istifadə etmək məqsədi ilə oğurlayaraq qanunsuz əldə etdikləri kommersiya sirri olan məlumatları Zərərçəkmiş şəxs1 60000 manat müqabilində satacaqlarına dair sonuncuya vəd verib 6 iyun 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Buzovna yolunda yerləşən “Dükkan” adlı restoranda görüşərək 60000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirdikdə bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu Zərərçəkmiş şəxs2 MMC-ə məxsus kompyuter sisteminə daxil olmaq üçün lazım olan məlumatları, yəni yeni istifadəçi adından yaratdığı səhifəyə vermiş olduğu “xxx” istifadəçi adını və «52618» adlı şifrəni Təqsirləndirilən şəxs2 051- ***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatı üzərindən göndərmiş, xxx “xxx” İstifadəçi adını və «52618» adlı şifrəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 həmin «istifadəçi adı» və «şifrə»ni dəyişərək Zərərçəkmiş şəxs1 kommersiya sirri təşkil edən məlumatlardan istifadə edilməsinə dair vədlərinə əməl etməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 60,000 manat məbləğində pul vəsaitini ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.3.2, 202.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, 2002-ci il dekabr ayının birindən yanvarın birinə qədər xxx-də İT şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. İşdən ayrılsa da şirkətin bəzi layihələrinə texniki dəstək göstərmişdir. İşdən ayrıldığına görə onun həmin şirkətin siteminə daxil olmaq üçün istifadə etdiyi giriş adı və parolu dəyişdirilmişdi. Buna görə də o, şirkətin sisteminə daxil olmaq üçün o, onun kompyuter məlumatlarına giriş adını və parolunu Elvindən xahiş edib almışdır. Bir müddət sonra xxx xxx-nin sisteminə girərək özü ilə müqayisə etmək istəyirdi. Pul qarşılığında o, informasiyaları satmışdır, lakin o, həmin adamın xxx -də çalışdığını bilməmişdir. O, onlara əsas bazanı deyil, sadəcə köməkçi bazanı vermişdir. O, məlumatları satmaq hüququ olmadan başqasına satmışdır,lakin həmin məlumatların satılmasının şirkətə zərər vuracağınu bilməmişdir. O, heç kimə müştəri məlumatlarını verməmişdir. 06 iyun 2023-cü il, gecə saat 23:30-da kompyuterə giriş adı və parolu Murada göndərmişdir. Bundan sonra parolu dəyişməmişdir. O, həmin informasiyaya görə 20000 manat pul almalı idi. 01 dekabr 2022-ci il tarixindən 01 fevral 2023- cü il tarixinədək o, Zərərçəkmiş şəxs2 MMS-də işləmişdir. O, şirkətdən 960 manat əməkhaqqı almışdır. “A+ co” şirkətində 1300 manat əməkhaqqı almışdır. Onun satdığı məlumatlarda məhsulun adı və satınalınma qiyməti əks olunurdu. Həm xxx, həm də xxx qida satışı ilə məşğul olur. Murad ona bu işlə bağlı müraciət edəndə o, əvvəlcədən şərt qoymuşdur ki, bu iş şirkətə heç bir ziyan vurmursa, razılaşır. Ona pul verməsəydilər o, həmin məlumatları verməzdi. Murad görəcəyi işə görə 60000 manat pul alacaqdı və həmin pulun 20000 manatını ona verməli idi. Onun komputerə giriş şifrəsinin kim tərəfindən dəyişdirilməsindən məlumatı yoxdur. Onun heç vaxt digər şirkətə məlumat satmaq kimi fikri olmayıb. Kamil onunla online söhbət edərkən puldan ümumiyyətlə söz olmayıb. Kimdə kompyuterə giriş adı və parol varsa o, parolu və adı dəyişə bilr. O, “AnyDesk”-ə qoşulub işləmişdir, lakin Şahid3 adı ilə şifrə daxil olunmamışdır. O, şirkət işçisinə, yəni Elvin adlı şəxsə dəstək verdiyi üçün şirkətdən 1000 manat pul almışdır. O, məlumatları ötürdüyünü qəbul edir, sadəcə özünün sistemə icazəsiz girdiyini bilməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 09 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 178.3.2, 271.2.2 və 272.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, XXX-də İT şöbə rəisi işləmişdir xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər XXX MMC-də proqram dəstəyi üzrə mütəxəssis işləmişdir. İşi ilə əlaqədar olaraq şirkətin baza məlumatlarına dair proqramlaşma sahəsində əməliyyatları o icra etmiş və baza proqramlarının çoxunu yaratmışdır. Bazada məlumatlar "SQL” və “Logo Enterprise” proqramları vasitəsi ilə işlənilmişdir. Bazada şirkətə məxsus bütün məhsulların məlumatları qeyd olunur. Məsələn, məhsulun hansı qiymətə, haradan alınması, hansı qiymətə haraya satılması, aylıq hesabatlar, anbar qalığı, endirim kampaniyaları barədə bütün məlumatlar həmin proqramda qeyd olunur. xx.xx.2023-cü il tarixində öz ərizəsi ilə işdən ayrılmışdır. Bundan sonra XXX şirkətində İT şöbə rəhbəri vəzifəsində işə başlamışdır. İş yerini dəyişməsinə səbəb XXX ASC tərəfindən ona daha artıq əmək haqqı verilməsi olmuşdur. XXX şirkətində işlədiyi dövrdə birgə otaqda işlədiyi X9 proqramlaşma sahəsində bir çox işləri öyrətmişdir. XXX şirkətində işdən ayrıldıqdan sonra da Elvin ilə aralarında münasibətlər qalmışdır. XXX ASC-də Təqsirləndirilən şəxs2 İlə tanış olmuşdur. Murad da əvvəllər XXX şirkətində işləsə də aralarında münasibət XXX şirkətində işləməyə başladığı andan yaranmışdır. Murad Mərdəkan qəsəbəsində qaldığı üçün işə birlikdə gedib gəlmişlər. Buna görə də söhbətlərində Murad XXX şirkətinə ziyan vurmağa çalışmasını açıq şəkildə bildirmiş və ondan bu işdə köməklik etməsini İstəmişdir. 2023-cü ilin may ayında Murad ilə aralarında olan söhbət zamanı o Murada bildirmişdir ki, XXX şirkətinin bazasına daxil olaraq oradan məlumatları ələ keçirə bilər. Murad ondan XXX şirkətinin əməkdaşı olmadan onların bazasına necə daxil ola biləcəyini soruşduqda o XXX şirkətində işləyən X7 “username” və şifrəsindən istifadə etməklə XXX şirkətinin bazasına daxil ola biləcəyini qeyd etmişdir. O söhbət zamanı Murada bildirmişdir ki, XXX şirkətinə rəqib olan şirkətlərə bazadan ələ keçirdiyi məlumatları satmağı təklif edərək qazanc əldə edə bilərlər. Murad ondan bunu necə edəcəklərini soruşduqda o Murada bildirmişdir ki, XXXa da bu iş barədə məlumat verəcək, Elvinin username və şifrəsindən istifadə etməklə XXX şirkətinin bazasına daxil olaraq oradan məlumatları ələ keçirəcəkdir. Muradın əlaqələri geniş olduğu üçün o Murada təklif etmişdir ki, məlumatlar ilə maraqlanan müştəri tapsın. Murad ilə aralarında razılıq olmuşdur ki, müştəri İlə bütün söhbətləri, görüşləri Murad həyata keçirəcəkdir. O müştəri ilə yalnız virutal görüşlə iştirak edəcəkdir və müştəriyə XXX şirkətinə məxsus baza məlumatlarından bir neçə məlumat göstərəcək ki, müştəri onlara inansın. Müştəri onlara inandıqdan sonra tələb etdikləri pulu alacaqlar və qarşılığında müştəriyə username və şifrəni verəcəklər. Pulu aldıqdan sonra isə şifrəni dəyişəcəklər ki, müştəri həmin bazaya daxil olmasın. Bununla da həmin bazanı başqa şəxslərə eyni qaydada satacaqlar. Murad ona bildirmişdir ki, əgər müştərinin pulunu aldıqdan sonra şifrəni dəyişsələr o, barələrində polisə şikayət edəcəkdir. Həmin zaman o Murada bildirmişdir ki, həmin müştəri əldə etdiyi XXX şirkətinə aid baza məlumatlarını qanunsuz ələ keçirdiyini bildiyi üçün heç vaxt barələrində polisə şikayət edə bilməz. Murad onun bu təklifi ilə razılaşaraq müştəri axtaracağını bildirmişdir. O eyni qaydada XXX ilə də söhbətləşmişdir. Ona da Murada izah etdiyi proseduru izah etmişdir. Elvin də müştərinin polisə şikayət etməsindən narahatlığını bildirdikdə Elvinə izah etmişdir ki, həmin müştəri əldə etdiyi məlumatları qanunsuz əldə etməsindən məlumatlı olduğundan bununla əlaqədar barələrində şikayət edə bilməz. Elvin də onun bu təklifi ilə razılaşmışdır. Elvinə bildirmişdir ki, sistemə girdikdə ona 5 məlumat verəcəkdir, Elvin bu təklifi ilə razılaşmışdır. 2023-cü ilin may ayının əvvəllərində Murad ona müraciət edərək Kamil adlı şəxsin XXX şirkətinə məxsus məlumatları almaq istədiyini bildirmişdir. Kamil adlı şəxs ilə Murad xx.xx.2023-cü il tarixdə görüşdükdə o həmin görüşə getməyərək virtual olaraq həmin görüşə qoşulmuşdur. Kamilin istəyi ilə ona XXX şirkətinin bazasında olan məlumatlardan nümunələr təqdim etmişdir ki, Kamil adlı şəxs onlara inansın. Murad Kamil adlı şəxsə bildirmişdir ki, həmin məlumatları 50.000 manat müqabilində verirlər və hər ay əlavə olunacaq məlumatları təqdim etmələrinə görə isə əlavə 10.000 manat pul ödəməlidir. xx.xx.2023-cü il tarixdə Murad ona zəng edərək yenidən Kamil adlı şəxs ilə görüşəcəyini bildirmiş və ondan görüş zamanı sistemə daxil olmasını istəmişdir. Bu barədə Elvinə zəng edərək bildirmişdir ki, axşam saatlarında onun username və şifrəsi ilə sistemə daxil olacaqdır. Murad Kamil adlı şəxs ilə görüşdükdə yenidən Kamil adlı şəxsin istəyi ilə XXX şirkətinin bazasından bəzi nümunələri təqdim etmişdir. Sonradan Murad ona mesaj yazaraq 60.000 manat pulu almasını bildirmişdir. Bundan sonra o Kamil adlı şəxsə verdikləri XXX şirkətinin bazasına daxil olmaq üçün istifadə olunan sistemin şifrəsini dəyişmişdir ki, artıq Kamil adlı şəxs sistemə daxil ola bilməsin. Plan o olmuşdur ki, bundan sonra da başqa şəxsləri eyni qaydada aldadaraq onların pullarını ələ keçirsinlər. Məhkəmədə elan olunub aradışdırımış 24 iyul 2023-cü il tarixli ifadələrində Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.3.2, 202.1, 271.2.2 və 272.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni yalnız həmin məcəllənin CM-in 202.1--ci maddəsi ilə təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, tutulana qədər XXX ASC-də İT şöbə rəisi işləmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər isə XXX MMC-də proqram dəstəyi üzrə mütəxəssis işləmişdir. İşi ilə əlaqədar olaraq şirkətin baza məlumatlarına dair proqramlaşma sahəsində çox əməliyyatları o, icra etmiş və baza proqramlarının çoxunu o, yaratmışdır. Bazada məlumatlar “SQL» və “Logo Enterprise” proqramları vasitəsi ilə işlənilmişdir. Bazada şirkətə məxsus bütün məhsulların məlumatları qeyd olunur. Məsələn, məhsulun hansı qiymətə, haradan alınması, hansı qiymətə hara satılması, aylıq hesabatlar, anbar qalığı, endirim kampaniyaları barədə bütün məlumatlar həmin proqramda qeyd olunur. xx.xx.2023-cü il tarixində öz ərizəsi ilə işdən ayrılmışdır. Bundan sonra XXX ASC şirkətində İT şöbə rəhbəri vəzifəsində işə başlamışdır. İş yerini dəyişməsinə səbəb XXX ASC tərəfindən ona daha artıq əmək haqqı verilməsi olmuşdur. XXX şirkətində işlədiyi dövrdə birgə otaqda işlədiyi X9 proqramlaşma sahəsində bir çox işləri öyrətmişdir. XXX şirkətində işdən ayrıldıqdan sonra da Elvin ilə aralarında münasibətlər qalmışdır. XXX ASC-də Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Murad da əvvəllər XXX şirkətində işləsə də aralarında münasibət XXX şirkətində işləməyə başladığı andan yaranmışdır. Murad Mərdəkan qəsəbəsində qaldığı üçün işə birlikdə gedib gəlmişlər. Buna görə də söhbətlərində Murad XXX şirkətinə ziyan vurmağa çalışmasını açıq şəkildə bildirmiş və ondan bu işdə köməklik etməsini istəmişdir. 2023-cü ilin may ayında Murad ilə aralarında olan söhbət zamanı o Murada bildirmişdir ki, XXX şirkətinin bazasına daxil olaraq oradan məlumatları ələ keçirə bilər. Murad ondan XXX şirkətinin əməkdaşı olmadan onların bazasına necə daxil ola biləcəyini soruşduqda o XXX şirkətindən işdən ayrılsa da həmin şirkətə köməklik göstərdiyini və buna görə də məlumatları görə bildiyini qeyd etmişdir. XXX şirkətində işləyən X7 “username" və şifrəsindən istifadə etməklə XXX şirkətinin bazasına daxil ola biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 isə ona həmin məlumatları hər hansı bir şirkətə satmağı təklif etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, həmin məlumatları Vergilər Nazirliyinə versinlər. Lakin o buna razı olmamış, çünki, həmin şirkətdə onun yaxın dostları işləmişlər. Murad isə sonradan həmin məlumatları başqa bir şirkətə satıb qazanc əldə etməyi təklif etmişdir, 2023-cü ilin may ayının əvvəllərində Murad ona'müraciət edərək Kamil adlı şəxsin XXX şirkətinə məxsus məlumatları almaq istədiyini bildirmişdir. Kamil adlı şəxs ilə Murad xx.xx.2023-cü il tarixdə görüşdükdə o həmin görüşə getməyərək virtual olaraq həmin görüşə qoşulmuşdur. Kamilin istəyi ilə ona XXX şirkətinin bazasında olan məlumatlardan nümunələr təqdim etmişdir ki, Kamil adlı şəxs onlara inansın. Murad Kamil adlı şəxsə bildirmişdir ki, həmin məlumatları 50.000 manat müqabilində verirlər və hər ay əlavə olunacaq məlumatları təqdim etmələrinə görə isə əlavə 10.000 manat pul ödəməlidir. xx.xx.2023-cü il tarixdə Murad ona zəng edərək yenidən Kamil adlı şəxs ilə görüşəcəyini bildirmiş və ondan görüş zamanı sistemə daxil olmasını istəmişdir. Bu barədə Elvinə zəng edərək bildirmişdir ki, axşam saatlarında onun username və şifrəsi ilə sistemə daxil olacaqdır. Murad Kamil adlı şəxs ilə görüşdükdə yenidən Kamil adlı şəxsin istəyi ilə XXX şirkətinin bazasından bəzi nümunələri təqdim etmişdir. Sonradan Murad ona mesaj yazaraq 60.000 manat pulu almasını bildirmişdir. XXXun onların həmin məlumatları başqa bir şəxsə satacaqlarından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərindən yalınız Azərbaycan Respbublikası CM-nin 202.1-ci-maddəsi ilə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, xxx-də şöbə müdiri vəzifəsində işləmişdir. O, oktyabr ayının axırlarında XXX şirkətində satınalma şöbəsinin müdiri kimi işə düzəlmişdir. Əvvəllər o, Zərərçəkmiş şəxs2 MMC-də işləyərkən onlara qablaşdırma satan bir şirkət XXX şirkətinə məhsul satmadığı üçün o, şirkətin satış müdirinə onlardan şikayət edəcəyini demişdir. Bu hadisədən sonra Zərərçəkmiş şəxs2 MMCnin rəhbəri onunla əlaqə saxlamaq üçün zəng etmişdir, lakin o, onun zənglərinə cavab verməmişdir. Həmin şəxs də ona təhdidedici mesajlar yazaraq xxx də qazandığı təcrübələrdən istifadə etməməli olduğunu bildirmişdir. O, həmin şirkətdən şikayət etmişdir, lakin yenə də müvafiq malları ala bilməmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin rəhbəri də «Azərsu» dan gələndə oranın məlumatlarını satmışdı. 03 iyul 2023-cü il tarixdə o, Elmar və Kamil Mərdəkanda görüşmüşlər. Kamil rəhbərliyə məlumat verdikdən sonra onunla əlaqə saxlayacağını dedi. 06 iyul 2023-cü il tarixdə Kamil rəhbərliyin razılıq verdiyini və Mərdəkanda «Dükkan» restoranında görüşə biləcəklərini dedi. xxx-dən Kənan da iştirak edirdi. Kənan həmin işin ona tapşırılacağını və pulun avtomobildə olduğunu dedi. Avtomobilə əyləşdikdən sonra, Kamil pulu ona vermişdir. O da İbrahimə pulu aldığını demişdir, İbrahim də parolu ona vermişdir. Bundan sonra o, avtomobildən düşən kimi onun qoluna qandal vurulub bölməyə aparmışlar. Həyətə çıxanda Kənan adlı şəxs polis əməkdaşı olduğunu və İbrahimi də gətizdirməli olduğumu dedi. O da İbrahimə pulun onda olduğunu deyib onu çağırmışdır, İbrahim də ora gəldi, polis əməkdaşları tərəfindən tutuldu. O, bu əməlin cinayət olduğunu bilməmişdir. O, İbrahimdən bu məlumatları istifadə edib-etməməyin mümkün olub-olub olmamasını soruşmuşdur. O, avtomobildə olan vaxt şifrənin dəyişdirildiyini eşitmişdir. Hadisə tutulduğu tarixdə olub. Tarixi dəqiqliyi ilə xatırlamır. İttihamda göstərilən tarixdə olub. Törətdiyi əməldən peşmandır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs2 09 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-in 178.3.2, 271.2.2 və 272.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2013-cü il tarixindən 2022-ci ilin oktyabr ayına qədər XXX MMC-də satınalma müdiri vəzifəsində işləmişdir. 2022-ci ilin oktyabr ayında işdən ayrıldıqdan sonra XXX şirkətində satınalma üzrə menecer vəzifəsində işləməyə başlamışdır. İş yerini dəyişməsinə səbəb XXX şirkətində əmək haqqının az olması, verilən sözlərin yerinə yetirilməməsi olmuşdur. XXX şirkətində işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. İbrahim Buzovna qəsəbəsində qaldığı üçün o işə gedib gəldikdə İbrahimi də özü ilə aparıb-gətirmişdir. İbrahim də əvvəllər XXX şirkətində işləmişdir. İbrahim ona söhbətlərində bildirmişdir ki, XXX şirkətində rəhbəri olan Atamalı adlı şəxs ilə aralarında olan problemlər səbəbindən işdən ayrılmışdır. İbrahim XXX şirkətinə proqram dəstəyi üzrə mütəxəssis işlədiyi üçün şirkətin baza proqramlarını o yaratmışdır. İbrahim söhbətlərində həmçinin ona bildirmişdir ki, əgər XXX şirkətinə məxsus baza məlumatlarını kimsə əldə etmək istəsə, həmin məlumatları sata bilər. O İbrahimdən XXX şirkətinin işçisi olmadığı halda bazaya hansı üsulla daxil ola bilməsini soruşduqda İbrahim cavab olaraq XXX şirkətində işləyən dostu X15 bazaya daxil olmaq üçün öz username və şifrəsini ona verməsi sayəsində bazaya daxil ola biləcəyini demişdir. Söhbətlərində İbrahim bildirmişdir ki, Elvinin təqdim etdiyi username və şifrə İlə XXX şirkətinin bazasına daxil olaraq oradan məlumatları əldə edəcəkdir. Onun tanışları çox olduğu üçün İbrahim ona bildirmişdir ki, XXX şirkətinə məxsus baza məmulatlarını istəyə biləcək müştəri ilə maraqlansın. İbrahim bildirmişdir ki, müştəriyə özlərini inandırmaq üçün müştəri ilə görüşəcəkdir, lakin İbrahim görüşə gəlməyərək virtual olaraq qoşulacaqdır. Müştərini XXX şirkətinin bazasına daxil ola biləcəklərinə inandırmaq üçün həqiqətən də bazaya daxil olaraq oradan nümunələr göstətəckdir. Müştəri inanaraq ona pulu verdikdə o bu barədə İbrahimə məlumat verəcəkdir. XXX şirkətinin bazasına daxil olmaq üçün müştəriyə verdiyi şifrəni İbrahim dəyişəcəkdir və nəticədə müştəribazaya daxil ola bilməyəcəkdir. O İbrahimə bildirmişdir ki, belə edəcəkləri halda həmin müştəri barələrində polisə məlumat verəcəkdir. İbrahim isə cavabında bildirmişdir ki, həmin müştəri əldə etdiyi məlumatın qanunsuz yolla ədə etməsini bildiyi üçün heç bir zaman bununla əlaqədar şikayət edə etməyəcəkdir. İbrahimin bu barədə XXXa da məlumat verdiyini və Elvinin razılaşdığını bildirmişdir. O da İbrahimin bu təklifi ilə razılaşmış və müştəri tapmaq üçün yaxın tanışlarına bildirmişdir. Həmin zaman Kamil adlı şəxs ilə tanış olmuşdur. Kamil adlı şəxs ona XXX şirkətinə məxsus baza məlumatlarını almaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Kamil adlı şəxs ilə Mərdəkan qəsəbəsində çay evlərinin birində görüşmüşlər. Görüş zamanı o, İbrahimə məlumat vermiş və İbrahim görüşə virtual olaraq qoşulmuşdur. Kamil adlı şəxsin istəyi üzrə İbrahim XXX şirkətinin bazasına daxil olmaqla bir çox məlumatları Kamilə təqdim etmişdir. Sonradan Kamil adlı şəxs ilə qiymət barədə danışmışlar və təqdim olunacaq XXX şirkətinin baza məmulatlarının qiymətini 50.000 manata, hər ay yenilənəcək baza məlumatlarını isə 10.000 manata təqdim edəcəklərini Kamilə bildirmişdir. Kamil adlı şəxs bu təkliflə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o, Kamil və X28 proqramı vasitəsi ilə virtual görüş yaratmışlar. Bj görüşdə də İbrahim Kamil adlı şəxsə XXX şirkətinə məxsus baza məlumatlarından müəyyəmhissələri təqdim etmişdir. Kamil adlı şəxs özü həmin baza məlumatlarına girmək istədiyi üçün username və şifrə istəmişdir. O bu barədə İbrahimə məlumat verdikdə İbrahim username və şifrə vermişdir ki, bu vasitə ilə XXX şirkətinə məxsus baza məlumatlarına giriş mümkün olmuşdur. Bundan sonra Mərdəkan qəsəbəsində yerləşən Dükkan adlı restoranda görüşmüşlər və görüş zamanı Kamil adlı şəxs ona 60.000 manat pul vermişdir. O pulu saydıqdan sonra Kamil adlı şəxs oradan çıxıb getmişdir. O Kamil adlı şəxsdən pulu qəbul etməyi İlə əlaqədar İbrahimə mesaj yazaraq məlumat vermişdir. Çünki əvvəlcədən aralarında olan razılığa görə o pulu götürdükdən sonra İbrahimə məlumat verməli olmuşdur. İbrahim isə Kamil adlı şəxsə təqdim etdiyi şifrəni dəyişməli olmuşdur ki, Kamil adlı şəxs bazaya daxil ola bilməsin. Məhkəmədə elan olunub araşdırılmış digər ifadlərində Təqsirləndirilən şəxs2 24 iyul 2023-cü il tarixdə özünü Azərbaycan Respublikası CM-in 178.3.2, 202.1, 271.2.2 və 272.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən, yəni yalnız CM-in 202.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il tarixindən 2022-ci ilin oktyabr ayına qədər XXX MMC-də satınalma müdiri vəzifəsində işləmişdir. 2022-ci ilin oktyabr ayında işdən ayrıldıqdan sonra XXX şirkətində satınalma üzrə menecer vəzifəsində işləməyə başlamışdır. İş yerini dəyişməsinə səbəb XXX şirkətində əmək haqqının az olması, verilən vədlərin yerinə yetirilməməsi olmuşdur. XXX şirkətində uzun müddət işləmiş və rəhbərliylə yaxşı münasibətdə olmuşdur. Hazırda işlədiyi şirkətdə enerji içkiləri istehsal edildiyi üçün ona tapşırılmışdır ki, aluminium qab satılan bir şirkətlə əlaqə yaratsın və oradan istehsal üçün həmin qablardan alınması üçün müqavilə bağlansın. Əvvəllər XXX şirkətində işlədiyindən belə bir şirkət tanımışdır. Həmin şirkətə müraciət etsə də, lakin şirkət tərəfindən ona bildirilmişdir ki, Zərərçəkmiş şəxs2 MMC- dən başqa bir şirkətə həmin qablaşdırmadan satmırlar. O da buna görə həmin şirkətin baş ofisinə şikayət etmişdir. Bu hadisədən sonra XXX şirkətinin rəhbərliyi İlə münasibətləri pozulmuşdur. Ona hətta səsli ismarıc da göndərərək bildirmişdir ki, ‘XXX” şirkətində öyrəndiyi hər bir məlumatı başqa yerdə istifadə edərsə bunu heç bir zaman bağışlamayacaq və nəticəsini də görəcəkdir. XXX şirkətində işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur, İbrahim Buzovna qəsəbəsində qaldığı üçün o işə gedib gəldikdə İbrahimi də Özü ilə aparıb-gətirmişdir, İbrahim də əvvəllər XXX şirkətində işləmişdir. İbrahim ona söhbətlərində bildirmişdir ki, o da XXX şirkətindən əmək haqqının az olması ilə bağlı işdən ayrılmışdır. İbrahim XXX şirkətinə proqram dəstəyi üzrə mütəxəssis işlədiyi üçün şirkətin baza proqramlarını o yaratmışdır. Həmçinin qeyd etmişdir ki, həmin şirkətin əməkdaşları ilə yaxşr münasibətləri vardır və istənilən məlumatları oradan götürə bilər, XXX şirkətində işlədiyi müddətdə Kamil adlı bir şəxs onunla əlaqə saxlamışdır. Həmin şəxs ona Zərərçəkmiş şəxs2 Şirkətinin məlumatları maraqlandırdığını bildirmiş, onun əvvəllər XXX şirkətində işlədiyini bilmişdir. Həmin şəxs onun mobil telefonuna zəng edərək onunla əlaqə saxlamışdır. O isə həmin zaman ona onda belə bir məlumatların olmadığını bildirmişdir. Bundan başqa o heç satınalma məlumatlarının cinayət olmasını bilmədiyini qeyd etmişdir. Bunu təcrübədə görmüşdür ki, şirkətə yeni gəlmiş əməkdaşlar əvvəllər işlədiyi şirkət barədə məlumatlar verir. Hətta marketlərdən belə satın alınan məmulatlar barədə məlumat almaq mümkün olmuşdur. Buna görə də cinayət olmadığını düşünmüşdür. Bundan sonra İbrahimin dediyi söz yadına düşmüşdür. O ilk əvvəl Kamilnən görüşmüş və onun hansı məlumatlar maraqlandırdığını soruşmuşdur. Kamil isə satınalma barədə məlumatları istəmişdir. Bundan sonra İbrahim onlayn qaydada onlarla görüşmüş və ələ keçirdikləri məlumatları Kamilə göstərmişdir. Sonra o həmin məlumatları Kamilə 50.000 manata verəcəyini demişdir. Kamil isə məlumatların mütəmadi olaraq dəyişildiyini qeyd edərək həmin məlumatları əldə etmək mümkün olub-olmayacağını soruşmuş, o isə bunu da edə biləcəklərini demişdir. Ona görə də əlavə 10.000 manata razılaşmışlar. Bundan başqa da yeni məlumatlara görə yenə də əlavə pödənişlər verəcəkdi. Razılaşıb görüşdən ayrılmışlar. Bundan sonra Kamillə bir neçə dəfə də danışmışlar. Sonuncu dəfə Kamil danışan zaman rəhbərlik tərəfindən ona pul verildiyini bildirmiş və görüşə dəvət etmişdir. Kamil özünü XXX şirkətinin rəhbəri kimi özünü təqdim etmişdir. 06 iyun 2023-cü il tarixdə saat 20 radələrində o Kamilnən görüşə getmişdir. Bu barədə o İbrahimə də məlumat vermişdir. Əvvəlcədən razılaşmışlar ki, İbrahim əvvəl olduğu kimi kompüterlə qoşulub məlumatlara necə daxil olmağı göstərəcəkdir və pul verildikdən sonra şifrə və istifadəçi adını göndərəcəkdir. Onlar Kamilnən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Dukkan” adlı restoranda görüşmüşlər. Kamil həmin yerə daha bir şəxslə gəlmişdir. Kamil bildirmişdir ki, rəhbər məlumatlara daxil olub hansı formada ələ keçirəcəklərini həmin şəxsə tapşırmışdır. Sonradan İbrahim kompüterlə onlayn qaydada qoşulmuş və məlumatları ona göstərmişdir. Bundan sonra Kamilnən gələn şəxs avtomobilə keçməyi demişdir. Onlar avtomobilə keçdikdən sonra həmin şəxs ona 60.000 manat pul vermişdir. O həmin pulu götürdükdən sonra İbrahimə bu barədə məlumat vermiş, İbrahim isə öz növbəsində şifrə və istifadəçi adını ona göndərmişdir. O Həmin şifrə və İstifadəçi adını Kamilə vermiş, Kamil həmin şifrəni aldıqdan sonra özü ilə gətirdiyi kompyuterlə məlumatlar olan bazaya daxil olmuşdur. Bundan sonra o pulu cibinə qoymuşdur. Getmək istəyərkən isə tutulmuşdur. Tutulan zaman mobil telefonunu polis əməkdaşlarına vermiş və idarəyə gətirilmişdir.O polis əməkdaşının avtomobilində olduğu zaman onun mobil telefonuna səsli ismarıc gəlmişdir ki, “60.000 manat pul vermişəm, məlumatlar işləmir və yaxud dəyişdirilib. Onu Kamilin avtomobilində saxlamışlar, İsmarıc isə tutulduqdan 10-15 dəqiqə sonra gəlmişdir. Şifrəni isə XXX şirkətinin əməkdaşları tərəfindən dəyişdirildiyini düşünmüşdür. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından görünür ki, məhkəmə iclasında o, ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əmllərinin töərətməkdə özünü təqsirli bilib göstərmişdir ki, 2013-cü il tarixdən 2023cü il tarixə kimi Zərərçəkmiş şəxs2 MMc-də işləmişdir. Təxminən 2-3 ay əvvəl həmin müəsissədə informasiya texnologiyaları üzrə əməkdaş kimi işləmiş şəxslə görüşmüşdür. Həmin şəxslə ünvanları yaxın-olduğu üçün birlikdə gedib-gəlməyə başlamışlar. Daha sonra isə həmin şəxs müəssisə ilə bağlı əlində məxfi məlumatlar olduğunu bildirmişdir. Razılığa gələrək həmin məlumatları 60,000 manat müqabilində başqa bir şirkətə satmaq barədə razılıq əldə etmişlər. Satışı həyata keçirib pul məbləğini əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar, əməlindən peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, 2023-cü ilin iyun ayının əvvəllərində tanışlarından belə bir xəbər eşitmişdir ki, Murad adlı şəxs böyük şirkətlərə məxsus baza məlumatlarının satışı ilə məşğul olur. Bu məlumat diqqətini cəlb etdiyi üçün o, Murad adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Murad adlı şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin girişində yerləşən kofe satışı həyata keçirilən obyektdə görüşmüşdür. Görüş zamanı Murad adlı şəxs ona bildirmişdir ki, İbrahim adlı tanışı ilə birlikdə Zərərçəkmiş şəxs2 şirkətinin baza məlumatlarını oğurluq yolu ilə ələ keçirmişlər və hal-hazırda həmin məlumatların satışını həyata keçirmək üçün müştəri axtarırlar. Görüş zamanı Murad adlı şəxsdən onun sözlərinə necə inana biləcəyini soruşduqda o, kompüter vasitəsi ilə bunu sübut edə biləcəyini bildirmişdir. O, avtomobilində olan "HP" markalı kompüteri gətirmişdir. Bundan sonra Murad adlı şəxsin tanışı olan İbrahim adlı şəxs “anydesk" proqramı vasitəsi ilə onun kompüterinə bağlanmışdır. Murad adlı şəxs İbrahim adlı şəxs ilə əlaqə saxlayaraq XXX şirkətinə məxsus bazada olan satış proqramını onun kompüterində açmasını istəmişdir. Bundan sonra onun kompüterində XXX şirkətinin bazasına giriş edilmişdir. Giriş edilməsi üçün istifadəçi adı və şifrə yazılmışdır. Aparılan əməliyyatlardan görmüşdür ki, bu həqiqətən də XXX şirkətinə məxsus məlumatlar bazasıdır. O, Murad adlı şəxsdən həftəlik, aylıq hesabatları ona göstərməsini istəmişdir. Murad adlı şəxs İbrahim adlı şəxs ilə əlaqə saxlayaraq bu hesabatları göstərməsini istəmişdir. Bundan sonra kompüterində həmin hesabatlar göstərilmişdir. Murad adlı şəxs ilə XXX şirkətinə məxsus məlumat bazasını hansı qiymətə satmasını soruşduqda o, bildirmişdir ki, məlumat bazasını ona 50.000 manata verəcəkdir və hər ay yenilənəcək baza məlumatlarının təqdim olunması üçün əlavə 10.000 manat pul alacaqdır. İlkin olaraq o 60.000 manat ödəniş etməli olmuşdur ki, ona XXX şirkətinin bazası verilsin. Murad adlı şəxsin bu qanunsuz əməlini gördüyü üçün hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Çünki, Murad adlı şəxs İbrahim adlı tanışı ilə birlikdə oğurluq yolu İlə əldə etdiyi 'XXX” şirkətinə məxsus məlumatların açıq-aşkar satışını həyata keçirirdilər. Buna görə də vaxt qazanmaq məqsədi ilə Murad adlı şəxsə bildirmişdir ki, bu barədə düşünərək ona cavabını bildirəcəkdir. Bundan sonra qəti şəkildə şikayət etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Murad adlı şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Dükkan” adlı restoranda görüşmüşlər. O Murad adlı şəxsdən XXX şirkətinə məxsus bazaya özünün rahat girməsi üçün istifadəçi adı və şifrə istəmişdir. Murad adlı şəxs İbrahim adlı tanışı ilə əlaqə saxladıqdan sonra onun istifadəçi adı və şifrə verilmişdir. O da özü ilə birlikdə gətirdiyi ona məxsus 60.000 manat pul vəsaitini Murad adlı şəxsə təqdim etmişdir. Həmin pul vəsaiti 100 ədəd 100 manatlıq, 10 ədəd 200 manatlıq, 96 ədəd 500 manatlıq əskinaslardan İbarət olmuşdur. Murad onun yanında pulu saymağa başlamışdır. O isə verilən şifrə və istifadəçi adını özü ilə gətirdiyi komyuterə daxil edib yaddaşda saxlamışdır. Daha sonra isə XXX şirkətinə aid bazaya həmin adı və şıfrəni yazıb daxil olmaq istəmişdir. Çünki, əmin olmaq istəmişdir ki, səhəri günü həmin şəxslər ona məlumatları satmadıqlarını boynundan atmasınlar. Oradan da çıxış etmədən bir başa kompyuterin ekranını bağlamışdır. Belə olanda həmin son girdiyi məlumatlar ekranda qalmışdır. Bunu sübut üçün özündə saxlamışdır. Bir müddət sonra mobil telefonla yenidən şifrəni yoxlamaq istəmişdir. Çünki, İbrahimin və Muradın danışığı ona şübhəli gəlmişdir. Ona elə gəlmişdir ki, onların məqsədi ondan pulu alıb ilk öncə məlumatları ona ötürmək, lakin sonradan şifrəni dəyişmək olmuşdur. Çünki, artıq pulu ələ keçirmişlər. Yəgin düşünmüşlər ki, onsuz belə məlumat əldə etmək qanunsuzdur deyə o şikayət edə bilməyəcəkdir. O telefondan yenidən sistemə verilmiş şifrə və adla giriş etməyə cəhd etmişdir. Lakin həmin şifrə ilə daxil ola bilmədiyini görmüşdür. XXX şirkətinə məxsus baza məlumatlarına giriş etmək üçün Murad adlı şəxsin ona bildirdiyi istifadəçi adını və şifrəni yazaraq bazaya daxil olmaq istədikdə şifrənin yanlış olması qeyd olunmuşdur. Lakin həmin şifrə və istifadəçi adı ilə o giriş etmişdir. Bununla əlaqədar o Murada səsli mesaj göndərərək şifrənin yanlış olmasını bildirmişdir. Murad və ya İbrahim adlı şəxslər ona bazaya giriş üçün verdikləri istifadəçi adının giriş şifrəsini dəyişdiyi üçün həmin sistemə giriş mümkünsüz olmuşdur. Şahid1 ifadələrində göstərdi ki, 2023-cü ilin may-iyun aylarında Zərərçəkmiş şəxs2 şirkətində məlumatların üçüncü şəxslərə ötürülməsi barədə xəbərlər yayılmışdı. Buna görə də rəhbərlik tərəfindən həmin məsələnin araşdırılması üçün tapşırıq verildi. O da aiddiyyəti üzrə monitorinq işləri aparmışdır. Monitorinqin nəticəsində şirkət resurslarına kənar qoşulma müəyyən olundu, həmin resurslara qoşulan cihazın istifadəçi adları görünürdü. Onun şirkətin komersiya məlumatlarının pul qarşılığında kiməsə satılması barədə məlumatı yoxdur. Sistemə daxil olarkən şirkət kompüteri ilə qoşulub-qoşulmamasını “host name” vasitəsilə görə bilirlər, orada “host name” olaraq “ibrahimeleskero” adı ilə daxil olunmuşdu. Başqa kompüter ilə sistemə daxil olma barədə rəhbərliyə məlumat verildi. Kompüterə “ibrahimeleskero” host name ilə daxil olunsa da, XXXun istifadəçi adı ilə daxil olunmuşdu. Məlumat ötürülməsinin nə vaxt olduğunu bilmir, lakin rəhbərlik tərəfindən həmin işin araşdırılması üçün ona tapşırıq təxminən 2023-cü ilin may-iyun aylarında tapşırılmışdır. Hesabatı hazırlayıb analiz etdikdən sonra rəhbərliyə təqdim etmişdir, lakin dəqiq tarixi hal-hazırda xatırlamır. Şirkət məlumatlarının kiməsə satılması barədə məlumatı olmayıb, rəhbərlik tərəfindən məlumat verildikdən sonra sosial şəbəkələrdə bu hadisə ilə bağlı məlumatlar oxumuşdur. Onların şirkətində XXX adlı əməkdaş var idi. XXXun sistemə daxil olması üçün şifrəsi mövcud idi. Hər gün kompüterlərə kimin girib-çıxmasını, həmin transaksiyaların yoxlanılması mümkün deyil, həmçinin bununla bağlı onun vəzifə öhdəliyi də yoxdur. Aaraşdırma cari il, yəni “real time” və əvvəlki dövrü əhatə edirdi. Araşdırma zamanı XXXun həmin dövr ərzində, ondan əvvəl və sonraki dövrdə də sistemə qoşulması müəyyən olunmuşdur. Rəhbərlik tərəfindən araşdırılmanın aparılmasına verilən tapşırığın tarixini dəqiq xatırlamır. Şirkətin “Firewall” adlı cihazı vardır ki, kənardan sistemə qoşulmaq üçün müəyyən səlahiyyətlər lazımdır, daha sonra səlahiyyətləri daxilində serverlərə qoşulmaq mümkündür. Şirkət onlara aid olmayan kompüterlərə də bəzi hallarda, sistemə daxil olmaq üçün səlahiyyət verir. Sistemə standart daxil olmalar idi, hər hansı şifrənin sındırılması halları mövcud deyildi. Təqsirləndirilən şəxs1 məxsus olan kompüterdə sonuncu dəfə sistemə daxil olmanın vaxtı hesabatlarda mövcuddur. Kompüterinin şifrə-parolunun kim tərəfindən dəyişdirilməsinin müəyyən edilməsi texniki cəhətdən mümkün deyil. Araşdırma zamanı sistemə daxil olarkən hər hansı xüsusi texniki cihazdan və ya digər elektro-şüa vasitələrindən istifadə olunması müşayiət olunmamışdır, standart daxil olma idi.Sistemə daxil olmada heç bir “attack” müşayiət olunmamışdı. Sessiyalarda “SQL Management” üzərindən sistemdən sorğuların çəkildiyi görünürdü, lakin sorğuların nədən ibarət olmasını bilmir. “Remote”, yəni kənardan qoşulma vasitəsilə istənilən məlumat götürülə bilər. Köməkçi baza şirkətindir. Əsas baza təhlükəsizlik proqramlarında saxlanılır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid1 bildirmişdir ki, 2016-cı ilin dekabr ayından “XXX" MMC-də işə başlamış, 2019-cu ilin oktyabr ayından XXX MMCdə Sistem və Şəbəkə Şöbəsinin rəhbəri vəzifəsində işləyir. Fəaliyyətinin əsas istiqaməti XXX MMC-yə aid olan bütöv növ informasiyaların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. X3 MMC-də proqram dəstək üzrə mütəxəssis işləyir. X17 şirkətinin bazasına daxil olmaq üçün xxxxElektron ünvan istifadəçi adından istifadə etmişdir. XXXun istifadəçi adını bilsə də onun hansı şifrədən istifadə etməsi yalnız özünə məlumdur. Belə ki, istifadəçilərə məxsus şifrələri onlar bilmirlər, həmin şifrələri yalnız istifadəçilər özləri bilirlər. İstifadəçilər XXX şirkətinin bazasına daxil ola bilmək üçün “ais.XXX.az" web səhifəsindən istifadə edirlər. Qeyd olunan səhifədə istifadəçi adı və şifrə qeyd olunduqdan sonra istifadəçilər səlahiyyətləri üzrə baza məlumatlarına daxil ola bilirlər. Fəaliyyəti ilə əlaqədar istifadəçilərin hansı tarixdə, hansı cihazla, hansı İP ünvanla sistemə girmələrini hara müraciət etmələrini sistemə daxil olmuş istifadəçilərin sistemə daxil olduqları cihazlar barədə məlumatları sistem vasitəsi ilə görə bilir, xxxxElektron ünvan istofadəçi adı ilə XXX şirkətinin bazasına müxtəlif İP ünvanlardan girişlər həyata keçirilmişdir. Həmin istifadəçi adı ilə sistemə daxil olmalara nəzər saldıqda “İBRAHİMALASGARO" adlı cihaz vasitəsilə sistemə dəfələrlə girişlər edilməsi müəyyən edilmişdir. “İBRAHİMALASGARO” adlı cihaz tərəfindən müxtəlif İP ünvanlardan girişlər həyata keçirilməsini müəyyən etmişdir. Bununla əlaqədar XXX şirkətinin sistemində olan məlumatları təqdim etmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qisminə təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlarla ədavəti və yaxınlığı yoxdur. Özü Zərərçəkmiş şəxs2 şirkətində əməkdaşlarla müşahidə etmişlər ki, sistemə müdaxilə var. Ətraflı araşdırıldıqdan sonra kənar şəbəkədən sistemə daxil olunduğu aşkar olundu. Hadisə may ayının axırı iyunun əvvəli baş verib. Tarixi dəqiq xatırlamır. Sistemdən əldə olunan məlumatlar kommersiya sirri məlumatları idi. Həmin məlumatların içərisində kontragent, müştəri və malların məlumatları var idi. Onlar sistemə kənar şəxs tərəfindən daxil olunmanı monitorinq sistemi vasitəsilə müəyyən etmişlər. Satış məlumatları ilə bağlı şirkətdə dedi-qodu yayılmışdı. O, Təqsirləndirilən şəxs1 ilə eyni vaxtda işə düzəlmişdir. İbrahim yanvar və yaxud dekabr aylarında işdən ayrıldılar İşdən ayrıldıqdan sonra onlara bir müddət işlərin görülməsində dəstək vermişlər. Ekranlarını görmək şərtilə onların sistemə girmələrinə icazə verilirdi. Onlar tərəfindən şifrə məlumatlarının paylaşılıb-paylaşılmaması yoxlanıldı. Şifrəni kim dəyişirsə, sahibi bunu bilir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid2 ifadələrində göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs2 MMC-nin Rəqəmsal Transformasiya direktoruluğunun direktoru vəzifəsində işləyir. X8 tanıyır. Elvin onun işlədiyi direktorluğun əməkdaşı olmuşdur. Həmçinin xxx*Elman oğlu da əvvəllər onun işçisi olmuş, lakin sonradan əmək haqqına görə işdən ayrılmışdır. Hər iki şəxslə hər hansı bir düşmənçiliyi, ədavəti və söz-söhbəti olmamışdır. Hətta Təqsirləndirilən şəxs1 işdən ayrılmaq istədiyini bildirdikdən sonra İbrahimə yüksək əmək haqqı ilə qalıb işləməsini belə təklif etmişlər. Lakin İbrahim razılaşmamış və başqa yerdə işləmək istədiyini bildirmişdir. Elvin isə yeni əməkdaş olmuşdur. İbrahim işdən ayrıldıqdan sonra özünə aid işləri tam yekunlaşdırmadığı üçün İbrahimə işlərini yekunlaşdırmaq üçün şərait yaratmışlar. Həmçinin Elvin də onlardan xahiş etmişdir ki, işi bilənə qədər bir qədər İbrahimdən dəstək alsın. Buna razılıq vermişlər, çünki İbrahim özü də işlərini yekunlaşdırmalı olmuşdur. Lakin Elvinə “XXX" MMC-yə aid kommersiya sirri təşkil edən baza məlumatları olan sistemə giriş üçün login və şifrəni verməsini tapşırmamışlar. İbrahim yeni bir şirkətin əməkdaşı olduğu üçün onların şirkətinə aid məlumatlara artıq girişi yolverilməzdir. Bu barədə Elvinə hər hansı bir göstəriş verilməmişdir. Elvin özü heç kəsin xəbəri olmadan şifrəni İbrahimə vermişdir. Bu barədə onların məlumatı olmamışdır. Dəstək alması üçün İbrahimin köməyindən yararlanması deyilib, lakin İbrahimə sistemə daxil olması üçün şifrə və parolun verilməsinə icazə verilməmişdir. Bunu Elvin onların xəbəri olmadan etmişdir. İbrahim də onların xəbəri olmadan həmin məlumatlar olan bazaya daxil olub və məlumatları ələ keçirmişdir. Həmçinin İbrahim işdən ayrıldıqdan sonra İbrahimin şifrəsini dəyişdirmişlər və əvvəlki şifrəsi ilə bazaya daxil olması mümkünsüz olmuşdur. 2023-cü ilin fevral ayının 25 Elvin də şifrəsini dəyişmişdir. İbrahim əvvəlki parolu ilə sistemə daxil ola bilməmiş, bunu bir təki Elvin ona vermişdir. Elvinin isə şirkətin bütün məlumatlarına giriş etmə səlahiyyəti olmuşdur. Buna görə də onlar Elvinə şifrəsinin kənar bir şəxsə verməsi barədə heç cür göstəriş verə bilməzlər. Şirkətdə sistemi izləmə mühafizəsi qurulmuş və Elvinin adı ilə İbrahimin ümumi bazanın bir neçə hissəsinə daxil olmasını aşkar etmişlər. O Təqsirləndirilən şəxs1 adlanan kompyuter cihazı ilə sistemə daxil olduğundan bunu aşkar etmişlər. Login və şifrəni hər əməkdaşın özünün dəyişmək səlahiyyəti vardır. Yəni bu bir tək admin tərəfindən dəyişdirilmir. Elvin özü köhnə şifrə və logini sıfırlayıb yeni şifrə və login yarada bilərdi. Bunu Elvinin adından daxil olan İbrahim də dəyişib yeni şifrə və login qoya bilərdi. Həmin gün İbrahimin cihazından sistemə daxil olma olmuşdur. Şahid3 ifadələrində göstərdi ki, şirkətdə departament rəhbəri vəzifəsində işləyir. 2023-cü ilin iyun ayında rəhbərləri onları otağına çağırıb şirkətin kommersiya məlumatlarının digər üçüncü şəxsə ötürülməsi ilə bağlı məlumat verdi. Araşdırma əsasında adı çəkilən şəxslər, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin işdə iştirak etdiyi bildirildi. Rəhbərlik tərəfindən araşdırılma üçün komissiya yaradıldı və informasiya texnologiyaları ilə məşğul olan şəxs tərəfindən kompüterə kim tərəfindən, nə vaxt girildiyinə baxılaraq sistemə müdaxilə olunduğu məlum oldu. O, özü həmin komissiyanın üzvü olmamışdır və həmin işlə bağlı heç bir məlumatı müəyyən etməmişdir. Üçüncü şəxslərə ötürülən məlumatlar kommersiya məlumatları idi, istənilən əməkdaş həmin məlumatları götürə bilməzdi. Həmin kommersiya məlumatlarını aidiyyəti üzrə olan şəxslər götürə bilərdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların şirkətinin əməkdaşı olmadıqları üçün həmin məlumatları götürə bilməzdilər. İki ay ərzində İbrahimə heç bir məvacib ödənilməyib. İbrahim təhvil-təslim prosesindən sonra şirkətə heç bir xidmət göstərməyib. Özü şirkətin təhlükəsizliyinə cavabdeh deyil. Onun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in şirkətin məlumatlarına daxil olmaları barədə məlumatı olmayıb. O, şirkətin kodlarının başqa şəxsə yardım məqsədilə verilməsi barəsində göstəriş verməmişdir, sadəcə Təqsirləndirilən şəxs1 işdən çıxdıqdan sonra XXXa işi tam mənimsəmədiyinə görə ondan dəstək ala bilib-bilməyəcəyini soruşmuşdur. O da “anydesk” proqramı vasitəsilə ona dəstək ala biləcəyini bildirmişdir. Həmin dəstək də maksimum bir-iki ay davam edir. Həmin hadisə ilə bağlı məlumatları daha aydın xəbər saytlarında görmüşdür. İbrahim işdən çıxdıqdan sonra da onunla əlaqə saxlayıb görüşmüşdür. O, İbrahimin harada işləməsini bilmişdir. İbrahimin işlədiyi şirkətə onun tərəfəiəndən xidmət göstərilib, bununla bağlı ona müəyyən məbləğ İbrahimin vasitəçiliyi ilə ödənilib, lakin həmin pul İbrahimə məxsus olmayıb. Hər dəfə İbrahimin sistemə girməsini görməmişdir. Təqsirləndirilən şəxs1 işdən çıxdıqdan sonra özünü şifrəsi ilə onların sisteminə daxil ola bilməzdi. Təqsirləndirilən şəxs1 sistemə necə daxil olmağı ilə bağlı araşdırmada iştirak etmədiyi üçün heç bir məlumatı olmayıb. Sonuncu dəfə İbrahimin sistemə nə vaxt daxil olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 sistemə daxil olarkən hər hansı elektromaqnit şüa, sistem sındırıcı vasitədən istifadə edib-etməməsi ilə bağlı məlumatı yoxdur. Sistemə daxil olma standart formadadır, hər hansı sındırıcı vasitələrdən istifadə olunmasına ehtiyac olmayıb. Onun Təqsirləndirilən şəxs1 ödənişli əsaslarla şirkətin işçisinə dəstək verdiyimdən şirkət rəhbərinin məlumatı var idi. Şirkətə dəymiş maddi ziyanın məbləğini bilmir. Kommersiya məlumatları təqsirləndirilən şəxslər tərəfindən üçüncü şəxslərə ötürülüb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı "XXX” MMC-nin İnformasiya Texnologiyalar departamentinin direktoru vəzifəsində işləyən Şahid3 Şahid2 ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X15 göstərmişdir ki, xx.xx.2021-ci il tarixindən etibarən XXX MMC-də proqram dəstəyi üzrə mütəxəssis işləyir. İşi ilə əlaqədar olaraq şirkətin baza məlumatları “SQL” və “Logo Enterprise” proqramları vasitəsi ilə işlənilir. Bazada şirkətə məxsus bütün məhsulların məlumatları qeyd olunur. Məsələn, məhsulun hansı qiymətə, haradan alınması, hansı qiymətə haraya satılması, aylıq hesabatlar, anbar qalığı, endirim kampaniyaları barədə bütün məlumatlar həmin proqramda qeyd olunur. İşə yeni başladığı müddətdə “SQL” proqramı üzrə tam həcmdə əməliyyatları icra edə bilməmişdir. İşə başladığı zaman onunla birlikdə eyni otaqda Təqsirləndirilən şəxs1 işləmişdir. ‘SQL" proqramı üzrə əməliyyatların icra olunmasını o İbrahimdən öyrənmişdir. İşlədiyi kollektivdə o, Təqsirləndirilən şəxs1, Şahid4, Əzizə Müseyibova və Şahid3 həmin proqramlarda əməliyyatları icra etmişlər. Şahid4, Əziz Əziov və lorahim Ələskərovun əməliyyatların icra olunması üçün tam səlahiyyəti olmuşdur. Onunla işləyən digər işçilər “Logo Enterprise” proqramına daxil olaraq məlumatlarla tanış ola oilmış vfe həmin məlumatlardan çıxarış edə bilmişdir. Təqsirləndirilən şəxs1 əmək haqqının az olması ilə əlaqədar 2023-cü ilin yanvar ayında öz ərizəsi ilə İşdən ayrılmışdır. İbrahim işdən ayrıldıqdan sonra XXX şirkətinə işə başlamışdır və onların arasında dostluq münasibətləri olduğu üçün tez-tez görüşmüşlər. İbrahim işdən ayrıldıqdan sonra əməliyyatların icra olunması ilə əlaqədar ona verilmiş tam səlahiyyət ona ötürülmüşdür. Lakin İbrahim işdən ayrılmasına baxmayaraq qalmış işlərini təhvil verməsi üçün yenə də onların şirkətinə gəlib-getmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 ondan Zərərçəkmiş şəxs2 MMC-yə aid sistemə daxil olmaq üçün istifadəçi adı və şifrəni istəmişdir. Buna görə də o özünə aid bazaya daxil olmaq üçün şifrə və istifadəçi adını İbrahimə vermişdir. İbrahimə şifrə və login verməsinin düzgün olmadığını bilmiş, çünki İbrahim onun işlədiyi şirkətin əməkdaşı olmamışdır. Lakin ibrahim şirkətə gəlib getdiyi və ona da köməklik edə bilməsi üçün ona həmin məlumatları vermişdir. Buna görə də İbrahim istədiyi zaman onun username və şifrəsindən istifadə etməklə sistemə daxil olmuşdur. İbrahim sistemə daxil olan zaman ona bu barədə məlumat vermişdir. Çünki eyni zamanda eyni şifrə ilə sistemə daxil olduqda onun işlədiyi işlər sistemdən şilinə bilərdi. İbrahim ona məlumat verdikdə o, əgər sistemdə olmurdusa sistemə daxil ola biləcəyini demişdir. Sistemə daxil olan zaman isə İbrahim ondan xahiş etmişdir ki, bundan rəhbərliyin məlumatı olmasın. Lakin İbrahimin şifrədən istəfadə etməklə məlumatları başqa bir şəxsə satacağından məlumatı olmamışdır. İbrahim ona bu barədə heç bir söz deməmişdir. Bu barədə aralarında heç bir razılaşma olmamışdır. O tutulduqdan sonra bildmişdir ki, İbrahim məlumatları ələ keçirərək əvvəllər şirkətdə işləmiş Təqsirləndirilən şəxs2lə birlikdə həmin məlumatları başqa bir şəxsə satmışdır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: Məhkəmə kompüter-texniki ekspertizasının 09 iyun 2023-cü il tarixli 5/818 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:

1. Rəyin “Tədqiqi hissəsi"nin 1-ci bəndinə göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, tədqiq olunan “Logo Enterprise" proqram təminatı kompüter sistemində istifadə olunan “tətbiqi proqramlara” aiddir. Sql (X18) strukturlaşdırılmış Sorğu Dili-kompüter sistemində istifadə olunan “instumental proqram və ya proqramlaşdırma alətləri”nə aiddir.

2. Hər hansı rəqəmsal məlumat bazasına aid olan informasiyalardan istifadə istifadə səlahiyyətlərinin çərçivəsi (müvafiq seçimlər üzrə, yəni "bir istifadəçili” və ya “çox istifadəçili" olaraq) sistem administratoru tərəfindən təmin edilir. Məhkəmə kompüter-texniki ekspertizasının 09 iyun 2023-cü İl tarixli 5/822 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: 1.Təqdim edilmiş texniki qeydlər üzərində aparılmış təhlil nəticəsində “xx.xx.2023- xx.xx.2023cü il” zaman intervalında “Windows 10” əməliyyat sistemi ilə təhciz edilmiş "PF460881” seriya nömrəli, qurğu adı-“Host name-İBRAHİMALASGARO” olan qurğu vasitəsilə xxxxElektron ünvan istifadəçi adı üzərindən “XXX" MMC-yə aid məlumat bazasına giriş edilməsi müəyyən olundu. İcra olunmuş girişlərin hansı İP ünvan və vaxtlarda edilməsinə dair bütün məlumatlar rəyin "Tədqiqi hissəsi”nin 1-ci bəndində olan Cədvəl 1-də əks olunmuşdur. 2.Tədqiq olunan texniki qeydlər əsasında "XXX MMC”-yə aid məlumat bazasına giriş edilməsi üçün istifadə olunan qurğuya dair unikal əlamət olaraq “PF460881” seriya nömrəsi aşkar olunmuşdur. Təyin edilmiş seriya nömrəsinə görə veb resurslar üzərində axtarış aparılsa da, həmin qurğunun konkret olaraq tipini (kompüter, notebook və s.) müəyyən etmək mümkün olmadı. İş üzrə Zərərçəkmiş şəxs1 Murad adh şəxsin ona "XXX MMC-yə” aid məlumatları 60.000 manat əvəzində satmaq istəməsi barədə ərizə ilə müraciət etmiş və keçiriləcək tədbirdə öz pulu ilə İştirak etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi pul əskinaslarının kserosurəti çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Bundan sonra idarəyə dəvət olunmuş Təqsirləndirilən şəxs2 üzərində olmuş 60.000 manat pulu könüllü olaraq təqdim etmiş, həmin pul əskinasları zərərçəkmiş şəxsin təqdim etdiyi pullarla eynilik təşkil etmişdir. 60.000 manat məbləğində pul əskinasları zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 könüllü təqdim etdiyi mobil telefon aparatına özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mobil telefonda “Whatsapp” proqram təminatında Təqsirləndirilən şəxs2 iş üzrə digər şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə yazışması müəyyən edildi. Təqsirləndirilən şəxs1 "Elmir İT” kimi qeydə alınmış, mobil telefon nömrəsinin isə ***-***-**-** olması müəyyən edildi. Danışıqların ümumi məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 öz aralarında Muradın görüşəcəyi şəxslə bağlı danışırlar. Murad mesaj göndərərək ola bilər ki, bu gün pulu aldım deyə bildirir. İbrahim daha sonra həmin gün pulu gətirirlər deyə soruşur, Murad isə cavabında “Hə” deyir. Bundan başqa danışıqdan da görünür ki, Murad qeyd edir ki, gələn şəxs məlumatların yenilənməsi üçün on min manat verəcəkdir. İbrahim isə hər ay həmin şifrəni onlara verə bilməyəcəyini deyir. Murad isə cavabında əsas məbləği alaq sonrasına baxarıq deyir. İbrahim təklif edir ki, Murad orada görüşən zaman İbrahimə məlumat versin, İbrahim isə evdən proqram vasitəsi ilə Zərərçəkmiş şəxs2 MMC-nin satacaqları məlumatlarına daxil olub bir bir orada nə olduğunu göstərsin. Bunu “Chrome” da gizli bölmədə edəcəyini bunun üçün tarixçədə görünməyəcəyini qeyd edir. Həm də İbrahim bildirir ki, “Dünən baxıram. Banklar arası pul köçürmələrinə qədər görmək olur”. Bundan başqa İbrahim bildirir ki, görüş zamanı o onlayn qaydada qoşularkən səsi açmayacağını, mesaj bölümündə sualları olarsa ona yazmaqlarını bildirir. Murad daha sonra həmin gün görüşə gələn şəxsin gəldiyini bildirir. Daha sonra görüş zamanı İbrahimin onlarla birgə onlayn zənglə danışması üçün link göndərir. Qoşulduqdan sonra isə baza haqqında məlumatlar verir. Satış, bank məlumatları hər biri Muradla görüşə gələn Kamilə adlı şəxsə göstərilir. Bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “ pul saymağa" mesajı yazıb göndərir. Həmçinin 06 iyun 2023-cü il tarixdə artıq saat 22:41-də Təqsirləndirilən şəxs2 İbrahimə "kod parol” "pul məndə”, "tarixçəni sildim”, “ 60 aldım bu ayın pulu ilə" mesajları yazıb göndərir. Daha sonra saat 22:41 yenə də Murad. İbrahimə "Login parol at”. Mesajları yazıb göndərir. Təqsirləndirilən şəxs1 isə son yazdığı mesajları sildiyi görünür. Lakin Təqsirləndirilən şəxs2 mobil telefonunda edilmiş ekran çəkilişləri qovluğundan həmin yazışmalar və İbrahimin sildiyi 14 hissələr də görünür. Belə ki, "60 aldım” mesajına İbrahim saat 22:42-də cavab yazaraq sual verir ki, bunun 20 faizi gedir qalanı bizim?, Murad isə cavabında “Hə” yazır. Daha sonra Muradın “Parol login” mesajına İbrahim “xxx”, " “52618” mesajları göndərir. Təqsirləndirilən şəxs2 +99***-***-**-** nömrəsi ilə, yəni iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ilə də yazışması müəyyən edilir. Yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs2 ona əlində şirkətə aid istənilən məlumatların olduğunu və hansı məlumatları istərsə təqdim edə biləcəyini qeyd edir. Bundan başqa 06 iyun 2023-cü il tarixdə saat 22:43-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona göndərdiyi “xxx”, “52618” mesajlarını Zərərçəkmiş şəxs1 göndərməsi aşkar edilir. Saat 22:59-da isə Zərərçəkmiş şəxs1 iki ədəd səsli ismarıc yollayaraq nə üçün Muradın sistemə giriş parolunu dəyişdiyini soruşur. Ona cavab olaraq isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ona yazmasını qarşısını almaq üçün nömrəsini qara siyahıya ataraq bloklaması aşkar edilir. X1 təqdim etdiyi mobil telefon aparatına özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, “Samsung” markalı mobil telefona baxış zamanı mobil telefonda “Whatsapp” proqram təminatında Elvin Əlİməmmədovun iş üzrə digər şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə yazışması müəyyən edildi. Təqsirləndirilən şəxs1 “ibrahim XXX” kimi qeydə alınmış, mobil telefon nömrəsinin isə 055- ***-**-** olması müəyyən edildi, mart 2023-cü il tarixdə X20 Əliməmmədova “Abi mene servise giriş verersende" “Login pass” Axşam raporlar götürəcəm, "Qaqan qan edir” burda mesajları yazmışdır. Elvin isə cavabında xxxxElektron ünvan , 123456Ea mesajı yazmışdır. Bundan başqa 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 "Senden parolu soruşsalar denen vermemişem” mesajları yazmışdır. Elvin isə “tamam narahat olma” sözləri yazmışdır. Bundan başqa 26 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 “any lazım idi bişeye baxmalıyam" mesajı yazmışdır. Elvin cavabında “hee qoşul 1 deq” sözləri yazmışdır. xxx "İmkan var? Problem olmayacaqki” mesajları yazmışdır. Elvin isə cavabında "qosulee ne problem" mesajı yazmışdır. Baxışda iştirak edən XXX etiraf edərək bildirmişdir ki, "XXX” MMC-nin bazası yerləşdirilmiş ünvanı və şifrəni o İbrahimə vermişdir. Telefonda olan yazışmalar onların arasında olmuş və İbrahim ondan şifrəni ona verməsini heç kəsə deməməsini tapşırmışdır, ibrahim sistemə bir neçə dəfə giriş etmiş və orada ona lazım olan məlumatları ələ keçirmişdir. X9 və təqsirləndirilən şəxs X19 məxsus mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü DİN-in KMBİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Şahid1 təqdim etdiyi Zərərçəkmiş şəxs2 MMC-yə aid baza məlumatlarına giriş etmiş cihazların siyahısı əks olunmuş siyahıdan görünür ki, X11 “İBRAHİMALASGARO” adlı cihaz vasitəsi ilə xxxxElektron ünvan istifadəçi adından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs2 MMC-yə aid sistemə bir neçə dəfə daxil olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 22:54-də qeyd olunan sistemə öz istifadə etdiyi ““İBRAHİMALASGARO” adlı cihazdan daxil olmuşdur. Şahid1 təqdim etdiyi "XXX” MMC-yə aid baza məlumatlarına giriş etmiş cihazların siyahısı əks olunmuş bir ədəd DVD disk iş üzrə 15 əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi “HP” markalı notebooka xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, təqdim edilmiş kompyuterdən “ais.XXX.az” hesabına daxil olmaqla orada istifadəçi adı yerinə “xxx”, şifrə yerinə isə verilmiş “52618” şifrə yığıldıqda sistemə giriş mümkün olmamışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, görüş zamanı həmin istifadəçi adı və şifrə ilə sistemə daxil olub orada olan məlumatları görə bilsə də, lakin sonradan şifrə və İstifadəçi adı dəyişildiyi üçün sistemə daxil ola bilməmiş, şifrə dəyişdirildiyi üçün bu barədə Murad | Rzayevə səsli ismarıc da göndərmişdir. Zərərçəkmiş şəxs2 MMC-dən daxil olmuş məktubdan görünür ki, şirkətin əməkdaşı olmuş X9 “Logo Tiger”, “Tayqasale", “AİS platforması" (Şirkətin daxili Proqram Təminatı) və “Domain" (AD) istifadəçi adı və parolu verilmişdir (hər proqram üzrə ayrı istifadəçi adı və parolu verilir). “Domain” İstifadəçilərə aid olan parollar işə ilk alınan əməkdaşa Sistem Administratoru tərəfindən verilməklə və istifadəçilər tərəfindən ilkin girişdə məcburi olaraq özləri tərəfindən dəyişdirilməkdədir. Şirkət qaydalarına uyğun olaraq hər 6 aydan bir “Domain” istifadəçi parolu İstifadəçilər tərəfindən məcburi olaraq yenidən dəyişdirilir və öncəki parolların istifadəsi mümkün olmur. İstifadəçilərin parollarının dəyişdirilməsi yalnız özləri tərəfindən icra edilir və hər istifadəçi özünə aid parolu yalnız özü bilir. xxx şirkətimizdə Proqram Dəstək bölməsində işlədiyindən, yuxarıda sadalanan sistemlərdə (domain və programlarda) onun adına olan istifadəçi adı və parolu vasitəsilə şirkətin kommersiya sirri daşıyan məlumatları görmək və məlumatlardan fərqli hesabatlar almaq haqqında sahib istifadəçi olmuşdur. “Domain” istifadəçisi və şifrəsi vasitəsilə xxx şirkətin “e-mail”, "VPN”, “MSSQL Database" sisteminə daxil olma haqqına da sahib olmuşdur və “Database (MSSQL) sistemindən də istənilən tipli hesabatları əldə etmə imkanı olmuşdur. X15 ona aid istifadəçi adları və parollarından (Tiger, AİS, Tayqasale) istifadə etməklə şirkətin kommersiya sirri daşıyan sistemlərində (Domain Xaric) olan digər istifadəçilərin proqramlarda şifrələrini dəyişmək və proqramda olan əməliyyatlara icazə vermək hüququna sahibdir. Təqsirləndirilən şəxs1 şirkətimizdə X5 eyni vəzifədə işləmişdir və onunla onunla eyni hüquqlardan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 işdən ayrıldıqdan sonra sistemlərdə ona aid istifadəçi adları bloklanmışdır. Təqsirləndirilən şəxs2 satınalmalar şöbəsində işləmişdir və onun proqramlarda sadəcə istifadə haqqı olmuşdur və işdən ayrıldıqdan sonra ona aid istifadəçi adları bloklanmışdır. Proqramlardan alınan hesabatların (kommersiya tərkibli) kənar şəxslərə ötürülməsi şirkətin biznes və işgüzar fəaliyytinə zərər vurulması ilə nəticələnir. 06 iyun 2023-cü il tarixdə saat 22-23 radələrində xxxxElektron ünvan istifadəçisi adı İlə “İBRAHİMALASGARO” adlı avadanlıqdan ( kompüter, telefon və yadigər) Zərərçəkmiş şəxs2 MMC-yə aid sistemə “VPN” bağlantısı olmuşdur və bağlantıdan sonra şirkətin digər sistemlərinə (“Logo”, “Tiger”, “AİS”, “MSSQL”) giriş edilmişdir. Həmin vaxt XXXun istifadəsində olan xxxxElektron ünvan istifadəçisi adı ilə “XXX" MMC-yə aid sistemə daxil olmaq üçün şifrəni yalnız XXX və ya Təqsirləndirilən şəxs1 dəyişdirə bilərdi. Digər əməkdaşların XXXa aid şifrəni dəyişdirmək və ya onun istifadəsində olan xxxxElektron ünvan istifadəçisi adı ilə Zərərçəkmiş şəxs2 MMC-yə aid sistemə daxil olmaq imkanı olmamışdır.

Məhkəmənin hüquqi qiymətləndirməsi:

İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 202.1, 271.2.2 və 272.2.2-ci maddələri ilə tövsif etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamda nəzrdə tutulan əməllərdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiklərini etiraf edib, onlara elan olunmuş ittihamda nəzərdə tutulan digər əməlləri törətmədiklərini göstərdilər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu iddiaları araşdırılarkən onların həmin iddialarını təsvir edən ifadələrini təsdiq edən sübut müəyyən olunmadı. Onlar özləri də məhkəməyə belə sübut təqdim etmədi. Bu səbəbdən onların bu ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Məhkəmədə həmin şübhələri təqsirləndirilən şəxslərin xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsizlik prezumpsiyasınə əsasən təqsirsizliklərini sübutemə vəzifəsi daşımadıqlarını nəzərə alır, lakin onların özlərinin müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığlarını qeyd edir. Onlar isə iddiaalında göstərdikləri halları təsdiq edən sübut təqdim etmədilər. Bu səbəbdən də, yuxarıda göstərilənlər əsasında məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin ittihamı təsdiq etməyən hissəsini həqiqətə uyğun olmayan, özlərinin müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onların ibtidai istintaqın ilkin mərhələsində verdikləri ilkin etirafedici ifadələrini və istintaqın sonrakı mərhələrlərində və məhkəmədə işin faktiki hallarına uyğun ifadələrini əsas götürür. Çünki onların inkaredici iddiaları təkzib olundu. Onlar «XXX” MMC-yə aid sistemə qanunsuz daxil olmuşlar, həmin sistemdən kommersiya məlumatlarını qanunsuz əldə edib həmin məlumatları satmaq adı ilə Zərərçəkmiş şəxs1 aldadıb, ondan altmış min manat pul alıb, sonradan sonuncu tərəfindən məlumatların əldə olunmasının qarşısını almaq məqsədi ilə məlumatlara daxil olma adını və şifrəsini dəyişdirmişdir. Məhkəmə yuxarıda göstərilən sübutları tam, hərtərəfli, obyektiv araşdırıb qiymət verərək qeyd edir ki, ittihamda nəzərdə tutulan cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmişdir və onların təqsirli bilinib əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 202.1, 271.2.2 və 272.2.2-ci maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməlləri törətməkdə təqsirli olmaları qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə dövlət büdcəsi hesabına ekspertiza xərclərini təşkil edən 153.65 manat (yüz əlli üç manat altmış beş qəpik) Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini və həmin məbləğin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə, zərərçəkmiş şəxs XXX” MMC-dən məhkəməyə təqdim olunmuş 18 iyul 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs XXX” MMC təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onlara qarşı tələb və şikayətlərinin olmadığnı bildirib həmin halları nəzərə almağı xahiş etmişdir. Məhkəmədə, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı şikayət və tələbi olmadığını, gələcəkdə də olamayacağını bildirib bunu təsdiq edən 15 mart 2024-cü il tarixli ərizəni təqdim etdi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, cinayət əməlinin törədilmə halları, şəraiti, üsulu barədə ifadələr verib cinayətin açılmasında iştirak etməsi, zərərçəkmiş şəxslərlə razılığa gəlib barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması, onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərə maddi zərər dəyməməsi, həmin əməllər nəticəsində ağır nəticələrin baş verməməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi himayəsində 01 azyaşlı, 02 yetkinlik yaşına çatmayan uşağının olması, əvvəllər məhkum olunmaması, cinayət əməlinin törədilmə halları, şəraiti, üsulu barədə ifadələr verib cinayətin açılmasında iştirak etməsi, zərərçəkmiş şəxslərlə razılığa gəlib barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması, onların hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərə maddi zərər dəyməməsi, həmin əməllələr nəticəsində ağır nəticələrin baş verməməsi müəyyən olundu. İstintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 202.1, 271.2.2 və 272.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri tamah niyyəti ilə, 202.1-ci maddəsində nəzərdə tutulan əməli isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfiəndən törədilməsinin cəzasını ağırlaşdıran hallar kimi göstərmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməllərin son məqsədinin başqa şəxsi aldadaraq əmlakını ələ keçirmək məqsədi daşıdığını və buna nail olmaq üçün törədilmiş ilkin cinayət əməllərinin də həmin məqsədə nail olmaq üçün vasitə oluduğunu nəzərə alır. Çünki dələduzluq əməli külli miqdarda əmlakın ələ keçirməsinə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən icra olunduqda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozitiv əlamətləri ilə əhatə olunur. Məhkəmə də həmin halları nəzərə alır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazıkı iş üzrə 07 iyun 2023-cü il tarixində şübhəli şəxs qismində tutulub və 09 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılmaları müəyyən olundu. Məhkəmə bu halı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən nəzərə alınmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, lakin təqsirləndirilən şəxslərin əvvəllər məhkum olunmamalarını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, onların zərərçəkmiş şəxslərlə başdıqlarını, zərərçəkmiş şəxslərin onlarla barışıb, onlardan şikayət və tələblərinin olmamasını və digər yüngülləşdirici halların olmasını nəzərə alıb onlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib həmin maddə ilə onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini, Azərbaycan Respublikası CM-nin 202.1, 271.2.2 və 272.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini, onların uzun müddət həbsdə saxlanıldıqlarını cərimə cəzalanı təyin edərkən nəzərə alınmasını əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 belə cəzaların təyin olunması cəzanın məqsədinə uyğundur. Məhkəmə, bu qənaətə gəldiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmasını, onların məhkəmə iclas zalından dərhal həbsdən azad edilmələrini və barələrində seçilmiş başqa yerə getməmək haqqında haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmasını, DİN-in KMBl-nin maddi sübutların saxlama yerində saxlanılan XXXa və Təqsirləndirilən şəxs2 məxsus 02 ədəd mobil telefon onların özünə qaytarılmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaların müddətini və həcmini müəyyən edərkən, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitinə təsirini, cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 202.1, 271.2.2 və 272.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 202.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 271.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4000 (dörd min) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 272.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4000 (dörd) min manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq üsulu ilə ona qəti olaraq 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və 5000 (beş) min manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza şərti hesab edilsin. Onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş əlavə cəzalar və cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 202.1, 271.2.2 və 272.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 202.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 271.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4000 (dörd) min manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 272.2.2-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4000 (dörd) min manat təyin cərimə cəzası edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq üsulu ilə ona qəti olaraq 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və 5000 (beş) min manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza şərti hesab edilsin. Onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş əlavə cəzalar və cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. DİN-in KMBl-nin maddi sübutların saxlama yerində saxlanılan XXXa və Təqsirləndirilən şəxs2 məxsus 02 ədəd mobil telefon onların özünə qaytarılsın. Dövlət büdcəsi hesabına ekspertiza xərclərini təşkil edən 153.65 manat (yüz əlli üç manat altmış beş qəpik) Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Novruz Kərimov

Hakimlər: Rasim Sadıxov

Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar