Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1043/2020 11.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 və Zərərçəkmiş şəxs iştirakı ilə x xxxxxx 1998-ci ildə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Zəngilan şəhəri, X.Nətavan küçəsi, ev 5-də qeydiyyatında olub, Abşeron rayonu Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, ev 12, mənzil 25-də yaşayan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:45-də Nəsimi rayonu Cavadxan küçəsi ev 40 ünvanının qarşısında Masazır qəsəbəsinə gedəcək müştəriləri səsləmək səbəbindən taksi fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun ona iradlar tutmasından və çiynindən yumruqla vurmasından sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs yaxınlaşaraq üzərində olan istintaqa məlum olmayan bıçaqla bir dəfə onun qarın nahiyəsinə, iki dəfə onun sağ əlinə zərbələr vurmaqla Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarnın ön divarının daxilə nüfuz edən, qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ əlin İ, İİ, İİİ barmaqlarının hər birinin 1 ədəd kəsilmiş yaraları xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Nəsimi rayonu Memar Əcəmi metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. Özünün avtomobili yoxdur. Tanışlarına məxsus avtomobilləri arada idarə edib çörək pulu qazanır. İdarə etdiyi avtomobilin sahibinə də hər gediş-gəlişindən 2-3 manat pul verir. Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının çıxışı yaxınlığında 525 nömrəli marşrut xətt avtobusunun sonuncu dayanacağında avtomobilləri park edib müştəri yaxınlaşmasını gözləyir. Müştəriləri Əcəmi- Masazır istiqamətində sərnişinin hər birini 1 manatdan olmaqla 4 nəfəri 4 manata aparır. Əcəmi metrostansiyası çıxışı yaxınlığında yerləşən avtobus dayanacağının yaxınlığında çoxlu sayda minik avtomobilləri dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Həmin şəxslərdən biri də Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs «Saipa» markalı minik avtomobili idarə edir. Sonuncunu təxminən 2 ilə yaxındır ki, tanıyır. Onunla normal münasibəti olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu Memar Əcəmi metrostansiyası yaxınlığında tanışı Əlidən qırmızı rəngli «Opel» markalı avtomobili götürmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs da onun idarə etdiyi «Opel» markalı avtomobilin qabağında saxlamışdır. Həmin yerdə taksi sürücüləri öz aralarında razılaşmışlar ki, qabaqda dayanan taksi sürücüləri sərbəst şəkildə müştəri qəbul edir, lakin arxa tərəfdə dayanan taksi sürücüləri isə növbəli şəkildə hərəkət edirlər. Belə ki, arxa tərəfdə dayanmış taksi sürücüləri arasında qabaqda dayanan taksi avtomobilinin sürücüsü sərnişinləri toplayıb Masazır tərəfə istiqamətlənməmiş onun arxasında olan taksi sürücüsü avtomobilinə kimisə əyləşdirmir. xx xxxx 2020-ci il tarixdə axşam saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi «Saipa» markalı avtomobil ilə metronun yuxarı çıxışı tərəfdə, o isə Əlidən götürdüyü «Opel» markalı avtomobil ilə metronun aşağı çıxışı tərəfdə dayanmışdır. Həmin vaxt bir nəfər şəxs yaxınlaşıb Masazır qəsəbəsinə getmək istədiyi demişdir. Bu zaman o və Zərərçəkmiş şəxs həmin şəxsi səsləyərək öz avtomobillərinə əyləşməsini bildirmişlər. Müştəri ilə bağlı Zərərçəkmiş şəxs ilə arasında mübahisə yaranmışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Metronun yuxarı və aşağı çıxışı arasında təxminən 10 taksi sürücüsü növbəsini gözləyirdi. Həmin vaxt orada, yəni metronun yuxarı və aşağı çıxışı arasında minimum 20 nəfərə yaxın şəxs olmuşdur. Zərərçəkmiş şəxs ona həmin müştərini öz avtomobilinə əyləşdirmək istədiyini demiş və bu əsasda mübahisə etməyə başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs ona yumruq zərbəsi atmışdır. Zərbə onu sinəsindən tutsa da, əynində qalın geyim olduğu üçün ağrı hiss etməmişdir, lakin çox qorxmuşdur. Həmin vaxt üstündəki cib bıçağını çıxardıb Zərərçəkmiş şəxs nümayiş etdirməklə onu qorxutmaq istəmişdir. Odur ki, cib bıçağını çıxarıb Zərərçəkmiş şəxs qarşı tutmuşdur. Buna baxmayaraq Zərərçəkmiş şəxs yenidən üstünə doğru gəlməyə başlamışdır. Bu zaman sağ əlində tutduğu həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarnına vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt onu öldürmək fikri olmamışdır. Zərərçəkmiş şəxs Nəsimi rayonu Cavadxan küçəsi 40 saylı binanın qarşısında bıçaqlamışdır. Hadisədən çox həyəcanlı olmuşdur. Bu zaman ətrafda olan taksi sürücüləri ona qarşıdan polis əməkdaşları gəldiyini dediyindən, bıçağı cibinə qoyaraq həmin ərazidən uzaqlaşaraq, yolun əks tərəfinə «Evro Med» xəstəxanası tərəfə qaçmışdır. Üzü «McDonalds» tərəfə gedən zaman qarşıdan polis əməkdaşları gəldiklərini görmüşdür. «706 çay evi»nin qarşısında, ağaclıqda Cavadxan küçəsi 17 saylı binanın qarşısında cib bıçağını çıxardıb tullamışdır. xx xxxx 2020-ci il tarixdə Nəsimi rayonu Cavadxan küçəsi 60 saylı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparılmışdır. Onun Zərərçəkmiş şəxs ilə mübahisəsi təxminən 4-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda kənar şəxslər olmamış, kimsə onlara yaxınlaşmamış və onları ayırmamışdır. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra ətrafda olan şəxslərin «polis yaxınlaşır» sözlərindən sonra qorxub qaçmışdır. Zərərçəkmiş şəxs ilə arasında baş vermiş mübahisə müştəri üstündə olmuşdur. Belə ki, həmin vaxt nə onun, nə Zərərçəkmiş şəxs heç birinin avtomaşınında müştəri olmamışdır. Onlar hər ikisi müştəriyə yaxınlaşıb onu öz avtomobillərinə əyləşdirmək istəmiş və bu əsasda aralarına mübahisə düşmüşdür. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi həmin cib bıçağını təxminən 7 ay tanımadığı şəxsdən 4 manata meyvə doğramaq və həm də taksi fəaliyyəti ilə məşğul olduğu üçün zəruri hallarda özünü müdafiə etmək niyyəti ilə alıb üzərində gəzdirirmişdir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanda kirayədə yaşayır. Ailəlidir, 3 övladı var. Qızı Zəhra 6 yaşında, əkiz oğlanları Vahid və Hüseyn isə 4 yaşdadır. Hüseyn serebrial iflic, əqli gerilik və autizm xəstəsidir və hazırda «Narınc» psixoloji mərkəzində müalicə alır. Hüseynin xəstəliyi ilə əlaqədar pul lazım olduğuna görə özünə məxsus «Saipa» markalı, Az **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Adətən Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının çıxışında 525 nömrəli marşrut xətt avtobusunun sonuncu dayanacağında dayanıb müştəri gözləyir və müştəriləri daha çox həmin ünvandan Masazır qəsəbəsi istiqamətində aparır. Metrostansiyasının yuxarı çıxışda təxminən iyirmiyə yaxın taksi dayanıb müştəri gözləyir. Aşağı çıxışda dayanan taksi sürücülərindən biri də Elçindir. Elçini təxminən bir ilə yaxındır ki, tanıyır. Onunla münasibəti yalnız «salam-sağol»-dan ibarət olmuşdur. Bildiyinə görə Elçin tanışlarının avtomobillərini idarə edir və hər gediş üçün avtomobilini götürdüyü şəxsə bir neçə manat ödəniş edir. xx xxxx 2020-ci il tarixdə axşam saat təxminən 20 radələrində müştəri gözləmək üçün Nəsimi rayonu Cavadxan küçəsi 40 saylı ünvanda yerləşən Memar Əcəmi metrostansiyasının çıxışının yaxınlığında yolun hərəkət hissəsində idarə etdiyi avtomobili saxlamış və Masazır qəsəbəsinə getməsi barədə ucadan qeydlər etmişdir. Ondan başqa metrostansiyanın aşağı çıxışında olan taksi sürücüləri də Masazır qəsəbəsinə müştəri aparmaq barədə ucadan qeydlər etmişdir. Aşağı çıxışda dayanan taksi sürücülərindən biri də Elçin olmuşdur. Elçin qırmızı rəngli, markasını xatırlamadığı 19 seriyalı avtomobilin yanında dayanmışdır. Ucadan qeydlər edən zaman Elçin ona: «sənə deyirəm, bir az yavaş»-deyə səslənmişdir. Elçinə məhəl vermədən müştəri səsləməkdə davam etmişdir. Bu zaman Elçin ona: «sənə demədim, bir az yavaş ol» demişdir. Bundan sonra Elçinə yaxınlaşaraq sinəsindən itələmiş və ona: «ağlın başqasına getməsin» demişdir. Bundan sonra Elçin ona: «bura gəl, səni başa salacam» demişdir. Elçin bir az qabağa gedərək, onu da arxasınca səsləmiş və o, Elçinin arxasınca getməyə başlamışdır. Onların həmin vaxt olduqları yer, 525 nömrəli marşrut xətt avtobusunun sonuncu dayanacağının qarşısı olmuşdur. Elçinin arxasınca getdiyi vaxt sonuncu anidən ona tərəf dönmüş və əlində tutduğu bıçaqla onu qarın nahiyəsindən bir dəfə vurmuşdur. Elçin bıçağı çıxardan zaman həmin bıçağın el arasında «kəpənək» deyilən bıçaq olduğunu görmüşdür. Elçin onun qarın nahiyyəsindən bıçaqla vurandan sonra həmin bıçağı yenidən onun qarnına tərəf hərləyib vurmaq istədikdə o, sağ əlini bıçağa tərəf uzatmış və bıçaq onun sağ əlinin baş barmağının yumşaq yerini kəsmişdir. Əlindən qan gəlməyə başlamışdır. Bundan sonra da Elçin sakitləşməyərək bıçağı bir neçə dəfə ona doğru istiqamətlədirib onu yenidən vurmaq istəmişdir. Elçin bıçaqla onu üçüncü dəfə vurmaq istədikdə o, yenə də sağ əlini bıçağın qarşısına atmış və bu dəfə də bıçaq onun ağ əlinin adsız barmağına xəsarət yetirmişdir. Bundan sonra tanımadığı bir neçə nəfər şəxs gəlib Elçini ondan aralamağa çalışmışdır. Elçini ondan aralayan şəxsləri tanımır. Bundan sonra Elçin ona xəsarət yetirdiyi bıçağı özü ilə götürərək həmin ərazidən uzaqlaşmışdır. Elçin ona 3 bıçaq zərbəsi vurmuşdur. Bundan başqa Elçinin ona tərəf atdığı 2 bıçaq zərbəsi isə ona dəyməmiş, ümumilikdə Elçin ona 5 bıçaq zərbəsi atmışdır. Hadisədən sonra tanışı Eminin avtomobilinə əyləşmiş və sonuncu onu Səhiyyə Nazirliyinin 1 saylı X5 aparmışdır. Elçin ilə aralarında baş vermiş mübahisə təxminən 4-5 dəqiqə ərzində davam etmişdir. Mübahisə müştəri səsləmək barədə ucadan çağırışlar etmək üstündə olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdir ki, Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olan taksi sürücüsü kimi Əcəmi metrostansiyası yaxınlığından tanıyır. Təqsirləndirilən şəxs isə təxminən 4 ildir ki, tanıyır. Onu da Memar Əcəmi metrosansiyası yaxınlığında metronun çıxışında dayanan taksi fəaliyyəti ilə məşğul olan sürücü kimi tanıyır. xx xxxx 2020-ci il tarixdə axşam saat 19:40 radələrində idarə etdiyi «Daewoo Centra» markalı, Az **- BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Nəsimi rayonu Cavadxan küçəsi 40 saylı ünvanda yerləşən avtobus dayanacağının yaxınlığına gələrək avtomobilini yol kənarında park edib, çay içmək üçün metronun çıxışında olan köşkə getmişdir. Təxminən 4-5 dəqiqədən sonra səs-küy eşitmişdir. Həmin vaxt taksi fəaliyyəti ilə məşğul olan Əli də onun yanında olmuşdur. Əli səsə dərhal reaksiya vermiş və pilləkənlərlə yuxarı səs gələn tərəfə qaçmışdır. Bu zaman Elçinin Nihadı bıçaqladığı ona məlum olmuşdur. Əlinin arxasınca Elçin və Nihad olan tərəfə qaçmışdır. Onlar həmin vaxt Cavadxan 40 ünvanda metronun çıxışının yanında 525 nömrəli marşrut xətt avtobusunun sonuncu dayanacağında dayanmışlar. Həmin vaxt X9 bir nəfər şəxsi də yanlarında olmuşdur. Onlar Elçin və Nihada tərəf qaçan zaman həmin polis əməkdaşı da onlara tərəf qaçmağa başlamışdır. Yuxarı qalxan zaman Nahidin əlindən qan gəldiyini görüb, ondan nə baş verdiyini soruşmuşdur. Nahid Elçinin onu bıçaqladığını bildirmişdir. Əynində olan gödəkcəni açan zaman onlar Nahidin qarnında yara görmüş və həmin yerdən qan axmışdır. Hadisə yerində təxminən 6 nəfər şəxs olmuşdur. Polis əməkdaşının onlara yaxınlaşdığını görüb Elçin üzü avtobus istiqamətində avtobusun sol tərəfi ilə yolla qaçmağa başlamışdır. Bundan sonra o, dərhal Nahidi öz idarə etdiyi «Daewoo Centra» markalı, Az **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşdirib təcili olaraq X8 çatdırmışdır və dərhal onu əməliyyata almışlar. X3 nə səbəbə bıçaqladığını soruşduqda Nahid ona müştəri səsləmək üstündə aralarında mübahisə düşdüyünü və nəticədə Elçinin onu bıçaqladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Elçin Səfərovu və Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olan taksi sürücüləri kimi Əcəmi metrostansiyası yaxınlığından tanıyır. Belə ki, onlar Memar Əcəmi metrostansiyası yaxınlığında metronun çıxışında dayanaraq Masazır istiqamətində getməli olan müştəriləri aparır. Elçin tanışlarının avtomaşınlarını taksi fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edir. xx xxxx 2020-ci il tarixdə axşam saat 19:40-da idarə etdiyi «Azsamand» markalı Az **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Nəsimi rayonu Cavadxan küçəsi 40 saylı ünvanda yerləşən avtobus dayanacağının yaxınlığına olmuşdur. Həmin vaxt ətrafda səs-küy eşitmişdir. Orada olan şəxslərin danışıqlarından Elçinin Nahidi bıçaqladığı və ona xəsarət yetirdikdən sonra hadisə yerindən uzaqlaşdığı ona məlum olmuşdur. Hadisənin birbaşa şahidi olmamışdır. İşin 12-18-ci vərəqələrindəki xx xxxx 2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə yeri 525 nömrəli marşrut xətt avtobusunun sonuncu dayanacağı, ünvan 2 saylı ünvanın qarşısıdır. İşin 176-180-cı vərəqələrindəki xx xxxx 2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 saylı ünvanın qarşısında bıçaqladığı yeri əyani şəkildə göstərmiş, bu zaman fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İşin 66-72-ci vərəqələrindəki xx xxxx 2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş paltarlar onun müalicədə olunduğu Bakı şəhər X6 götürülmüşdür. Bununla bağlı tərtib olunmuş protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus göy rəngli qarışıq materialdan olan uzunqol gödəkçə üzərində geyilmə izləri müşahidə olunur. Daxili boyun nahiyəsində «Y.Y.F» yazısı olan göy rəngli etiket tikilmişdir. Sağ və sol yan və daxili cibləri vardır, öndən gümüşü rəngli metalik zəncirbəndlə bağlanır. Boyun hissəsi, aşağı sərbəst kənarı və qolları manjetlidir. Uzunluğu 65 sm, çiyin nahiyəsində eni 4 sm., qollarının uzunluğu 64 sm-dir. Gödəkcə üzərində aşağıdakı zədələr aşkar olunur:-Gödəkcənin ön sol yarım hissəsində, aşağı sərbəst kənarından 22 sm. yuxarıda və yaxalığın açıq sərbəst kənarından 0,6 sm. məsafədə uzunluğu 3,0 sm. olan bir ədəd dəlib-keçən zədə vardır. Gödəkcənin sol qolun arxa hissəsində, qolun aşağı sərbəst kənarından 5,5 sm. yuxarıda 5,5x5,0x3,5 sm. ölçüdə olan kəsiyi olan xətti bölünmə vardır. Göstərilən zədənin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu cırılma zədəsidir, gödəkcənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılma nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus sviter ağ-qara-boz-narıncı zolaqlıdır. Qarışıq materialdan, uzunqol, üzərində geyilmə izləri müşahidə olunur. Daxili boyun nahiyəsində «Lanzo» yazısı olan boz rəngli etiket tikilmişdir. Uzunluğu 56 sm., çiyin nahiyəsində eni 46 sm., qollarının uzunluğu 55 sm-dir. Sviterin ön orta nahiyəsində, aşağı sərbəst kənarından 16 sm. yuxarıda və sol yan tikişdən 20 sm. sağa doğru uzunluğu 1,1 sm. olan bir ədəd dəlib-keçən zədə vardır. Sviterin sağ qoltuqaltı tikişi üzərində, qolun aşağı sərbəst kənarından 35 sm. yuxarıda başlayaraq 3,5x2,5 sm. ölçüdə olan bölünmə xətti vardır. Göstərilən zədənin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu küt yaranma mexanizminə görə sökülmə zədəsidir. Sviterin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus qısaqol mayka ağ rəngli, pambıq materialdan, qısaqol, üzərində geyilmə izləri müşahidə olunur. Daxili boyun nahiyəsində müxtəlif yazıları olan iki ədəd qara rəngli etiket tikilmişdir. Ön sol aşağı səthində «T» hərfi həkk olunmuş qara rəngli dəriyə bənzər materialdan olan emblem vardır. Uzunluğu 65 sm., çiyin nahiyəsində eni 40 sm., qollarının uzunluğu 17 sm-dir. Maykanın ön orta nahiyəsində, aşağı sərbəst kənarından 19 sm. yuxarıda və sol yan tikişdən 24 sm. sağa doğru uzunluğu 1,7 sm. olan bir ədəd dəlib-keçən zədə vardır. Zərərçəkmiş şəxs məxsus qolsuz mayka boz rəngli, pambıq materialdan, qolsuzdur. Üzərində geyilmə izləri müşahidə olunur. Uzunluğu 71 sm., çiyin nahiyəsində eni 24 sm-dir. Maykanın ön orta nahiyəsində, aşağı sərbəst kənarından 25 sm. yuxarıda və şərti sağ yan xətdən 20 sm. sola doğru uzunluğu 1,8 sm. olan bir ədəd dəlibkeçən zədə vardır. Göstərilən zədənin forma, xarakter və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Gödəkcə, sviter və iki ədəd mayka üzərində aşkar edilmiş hərəsində bir ədəd zədənin kənarları nisbi düz bölünmüş uclardan ibarətdir. Məhkəmə-tibbi ekspertizanın xx xxxxx 2020-ci il tarixli 333 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qarnın ön divarının daxilə nüfuz edən, qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), sağ əlin İ,İİ, İİİ barmaqlarının hər birinin 1 ədəd kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı Baş Səhiyyə X4 Mərkəzinə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixdə əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən qarnın ön divarının daxilə nüfuz edən, qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, İ, İİ, İİİ barmaqlarının kəsilmiş yaraları isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunuş xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdi. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 153/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön sol yarım hissəsində bir ədəd, sviterin ön orta nahiyəsində bir ədəd, qolsuz maykanın ön sol nahiyəsində bir ədəd və qısaqol maykanın ön sol nahiyəsində bir ədəd (cəmi bir ədəd) dəlibkeçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Təqdim olunan paltarların səthindəki aşkar edilmiş cəmi bir ədəd deşilmiş-kəsilmiş zədə bir predmetin təsirindən yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qolun arxa nahiyəsində cırılma zədəsi aşkar olundu. Bu da, gödəkcənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin sağ qoltuqaltı tikişi üzərində sökülmə zədəsi aşkar olundu. Bu da, sviterin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Zərbə endirilən anda zərərçəkmiş şəxslə təqsirləndirilən müxtəlif qarşılıqlı vəziyyətdə olmuşlar. Maddi sübutların məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 258/MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu: A(İİ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter, 2 ədəd mayka üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İşin 229-242-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» xx xxxxxx 2010-ci il tarixli qərarından görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter, 2 ədəd mayka iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş içərisində xx.xx.2020-ci il tarixli saat 19:43-dən saat 19:50-dək TŞ3-067nömrəli müşahidə kamerasının görüntülərini özündə əks etdirən CD disklər iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 163-cü vərəqəsindəki xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş, içərisində xx xxxx 2020-ci il tarixli saat 19:43-dən saat 19:50- dək TŞ3-067nömrəli müşahidə kamerasının görüntülərini özündə əks etdirən CD diskə təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi X2 iştirakı ilə baxış keçirilmişdir. Üzərində x xxxxx 2020 N082-14732-1220 TŞ3-067 kodek yazısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin CD diskin içərisində 3 ədəd video görüntü vardır. TS3-067.1 başlıqlı video görüntüyə baxış zamanı müəyyən olunur ki, həmin video görüntü xx xxxx 2020-ci il tarixdə saat 19:43:00-da başlayır və 7 dəqiqə ərzində davam edir. Həmin video görüntüyə baxış zamanı məlum olur ki, bir ədəd avtobus piyada keçidinin yuxarı hissəsində dayanmış və az müddət sonra hərəkətə başlayır. Piyada keçidinin yaxınlığında, sağ yan tərəfində qasidin (köşkün) olduğu müəyyən olunur. Həmin video görüntüdə piyada keçidinin arxa hissəsində iki ədəd avtomobilin yanaşı, iki ədəd avtomobilin isə arxa-arxaya durması, həmçinin onların arxasında da 1 ədəd avtobusun durması müəyyən olunur. Həmin avtobusun arxasında isə 3 ədəd minik avtomobilin dayandığı görünür. Həmin hərəkət istiqamətində sağ hərəkət zolağında isə avtomobillərin normal hərəkəti, havanın isə nisbətən qaralıdığı müşahidə olunur. Saat 19:44:06-da isə iki ədəd yan-yana dayanmış avtomobilin müşahidə dairəsində olmadığı, artıq hərəkət etdiyi, lakin digər minik avtomobillərinin və avtobusun, piyada keçidinin yuxarı hissəsində də bir ədəd ağ rəngli avtobusun hərəkətsiz dayandığı müəyyən olunur. Saat 19:45:30-da piyada keçidinin yuxarı hissəsində dayanmış avtobusun arxasından bir nəfər şəxsin çıxdığı, ardınca isə başqa bir nəfər şəxsin çıxdığı müəyyən olunur. Saat 19:45:33-də bir nəfər şəxsin piyada keçidinin üzərində başqa bir nəfər şəxsə əlində tutduğu bıçaqla vuraraq xəsarət yetirdiyi müşahidə edilir. Hadisəsindən sonra saat 19:45:40-da piyada keçidinin yanında dayanmış avtobusun qarşısından bir neçə nəfər şəxsin piyada keçidinə tərəf yaxınlaşmaları müşahidə edilir. Lakin həmin şəxslərin də baş vermiş bıçaqlanma hadisəsi barədə heç bir məlumatları olmadığı müşahidə edilir. TS3- 067.2 və TS3-067.3 başlıqlı video görüntülərdə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir görüntü müəyyən edilmədi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, saat 19:45:30-da piyada keçidinin qarşısında olan avtobusun arxasından çıxan Zərərçəkmiş şəxsdur. Onun ardınca isə avtobusun arxa hissəsi tərəfdən çıxan şəxs o özüdür. Əlində tutmuş olduğu bıçaqla Zərərçəkmiş şəxs üzərinə doğru hərəkət edir. Saat 19:45:33-də isə əlində tutduğu cib bıçağı ilə piyada keçidinin üzərində Zərərçəkmiş şəxs bıçaq zərbəsi atmışdır. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 779 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Kobudluq, hövsələsizlik, inadkarlıq, qıcığa qarşı həssaslıq, çilğınlıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlərin ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını iradi olaraq tənzimləmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi həyəcan (fizioloji affaekt) vəziyyətində olmamışdır. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1493 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kobudluq, hövsələsizlik, inadkarlıq, qıcığa qarşı həssaslıq, çılğınlıq, özünə qarşı hörmət tələb etmək, nümayişkəranəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşin 31-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 142-ci vərəqəsindəki Zəngilan rayonu İcra Hakimiyyəti Başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İşin 120-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter, 2 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş içərisində xx.xx.2020-ci il tarixli saat 19:43-dən saat 19:50-dək TŞ3-067nömrəli müşahidə kamerasının görüntülərini özündə əks etdirən CD disklər isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona həmin maddə ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter, 2 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş içərisində xx.xx.2020-ci il tarixli saat 19:43-dən saat 19:50dək TŞ3-067nömrəli müşahidə kamerasının görüntülərini özündə əks etdirən CD disklər isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1043/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1043/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver