Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1043/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Cəlilabad şəhəri, M.Hadi küçəsi ev 40-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsi fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 2035 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 iyun 2020-ci il tarixdə saat 18:50-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı polietilen torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 585 qram və 1450 qram olan ümumilikdə külli miqdarda 2035 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid6 onun bibisi oğludur. Şahid5 isə əvvəllər tanımamış, yalnız bir dəfə polis əməkdaşları tərəfindən saxlanılan gün görmüşdür. 2020-ci ilin əvvəllərində instaqram sosial şəbəkəsində “Fərdin” adı ilə özünü təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Söhbət zamanı Fərdin ona Bakı şəhərində bir tanışında narkotik vasitə heroin olmasını və münasib adam olarsa, həmin narkotik vasitəni satıb pulu çevirmək istədiyini bildirmişdir. Fərddən hansı çəkidə narkotik vasitə olmasını soruşmuş, o da ümumiyyətlə Bakı şəhərində əvvəlcə özünə məxsus olan narkotik vasitənin çox olmasını, hazırda 30 qram qaldığını deyib və 390 manata satdığını bildirmişdir. Bir neçə şəxsdən həmin narkotik vasitənin qiymətini maraqlanan zaman Fərdinin həmin narkotik vasitəni ucuz satmasını söyləmişlər. Bakı şəhərində həmin vaxt qeyd olunan çəkidə və növdə olan narkotik vasitənin qiyməti 540 manat olmuşdur. O, özü heç vaxt narkotik vasitə istifadə etməmiş və narkotik vasitənin satışını həyata keçirməmişdir. Fərdin ona həmin narkotik vasitəni almağı təklif edən zaman düşünmüşdür ki, narkotik vasitəni ucuz qiymətə alıb başqa şəxsə satmaqla qazanc əldə edə bilər. Belə ki, həmin vaxt Fərdinin təklifi ilə razılaşıb narkotik vasitəni almaq qərarına gəlmiş, bundan sonra onunla instagramla yazışıb pulun hazır olmasını və aralarındakı alqı-satqının nə zaman və necə baş tutacağını soruşmuşdur. O, isə pulu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən avtovağzalda bir nəfər tanışına verməyini, pul ona çatdıqdan sonra isə narkotik vasitənin harada olmasını deyəcəyini bildirmişdir. Dəqiq xatırlamadığı tarixdə “Fərdin” ilə instagram səhifəsində danışa-danışa qeyd olunan avtovağzala getmiş və orada Fərdinin bildirdiyi tünd göy rəngli “Mercedes Benz” markalı avtomobilə yaxınlaşmış, avtomobili idarə edən şəxsə Fərdinin tanışı olmasını demişdir. Onunla bir qədər söhbət etdikdən sonra 390 manat məbləğinə pulu həmin şəxsə vermiş, bundan sonra sağollaşıb oradan uzaqlaşmışdır. Səhərisi gün Fərdin onunla əlaqə saxlayıb 30 qram çəkidə olan narkotik vasitə heroinin avtovağzalda təkər reklam plakatının altında olmasını və təcili həmin yerə gedib götürməyini söyləmişdir. O da qeyd olunan yerə gedib narkotik vasitəni oradan götürmüş, həmin narkotik vasitəni götürdükdən sonra Bakı şəhəri, Binəqədi rayonunda, 170 nömrəli avtobusun sonuncu dayanacağında “Dağlar məhəlləsi” deyilən yerdə torpağı qazaraq orada basdırmışdır. Bunu etməkdə məqsədi həmin narkotik vasitəyə yaxşı pul verən şəxs olduğu halda oradan çıxarıb satmaq olmuşdur. 27 iyun 2020-ci il tarixdə əslən Gəncə şəhərindən olan və digər bibisi oğlu Faiq Xudiyevlə cəzaçəkmə müəssisəsində birlikdə olan Elşən adlı tanışı ona “Facebook” sosial şəbəkəsindən yazıb ümumi hal-əhval tutmuş və nömrəsini istəmişdir. O da Elşənə nömrəsini vermiş, Elşən onunla əlaqə saxlayıb bir qədər ümumi söhbət etdikdən sonra ona Cəlilabad rayonundan olduğunu bildirib narkotik vasitə heroin tapmağını və heroin olarsa, alacağını demişdir. Elşəni tanıdığı üçün, hər hansı bir problem yaşanmayacağını düşünüb ona özünə məxsus narkotik vasitə olan heroini satmaq qərarına gəlmişdir. Elşən ona telefonda razılıq verib ümumilikdə 540 manat verəcəyini bildirmiş, əlavə olaraq Gəncə şəhərində olmasını, səhəri gün narkotik vasitəni götürməyə gələcəyini, yanında həbsxana yoldaşının olacağını demişdir. O da ona problem olmadığını onunla görüşə biləcəyini söyləmiş və 28 iyun səhər saat 07 radələrində Gəncə şəhərindən çıxacağını bildirmişdir. 28 iyun 2020-ci il tarixdə saat 10-11 radələrində Elşən onunla əlaqə saxlayıb “20 Yanvar” metrostansıyasına yarım saat ərzində çatacağını demiş, o da yaşadığı ünvandan çıxıb narkotik vasitəni basdırdığı yerə getmişdir. Oradan narkotik vasitəni götürüb bibisi oğlu Şahid6lə əlaqə saxlamış, Elçinin istifadəsində avtomobil olduğu üçün onu “20 Yanvar” metrostansıyasının yanına aparmasını xahiş etmişdir. O da idarə etdiyi “Shevrolet Cruze” markalı avtomobil ilə yaşadığı ünvana gəlmiş, həmin narkotik vasitəni şalvarının cibinə qoyub bu barədə Şahid6 hər hansı bir söz demədən avtomobilə əyləşmişdir. Elçin onu “20 Yanvar” metrostansiyasının Şamaxinka istiqamətində olan dayanacaqda düşürmüş və avtomobili idarə edib öz işlərinin arxasınca getmişdir. O, dayanacağın yanında bir nəfərin taksi fəaliyyəti ilə məşğul olan şəxsin qara rəngli “BMVV” markalı avtomobilinə əyləşib Cəlilabad rayonuna gedib-getməməsini soruşmuşdur. Bundan sonra taksi sürücü ona 3 nəfər şəxs də yığılarsa Cəlilabada gedə biləcəyini demiş, o da taksi sürücüsünə metronun aşağı hissəsinə gedib qayıdacağını söyləmişdir. O, oraya gedib Elşən ilə əlaqə saxlamış, Elşən də ona metronun yanında olmasını demişdir. O da Elşənin yanına gedib onun əyləşdiyi qara rəngli “Piriora” markalı avtomobilə əyləşmişdir. Həmin vaxt Elşəndən başqa avtomobilin içərisində 2 nəfər şəxsdə olmuş, onlardan biri sürücü, digəri isə arxa oturacaqda Elşən ilə birlikdə əyləşmiş, Elşən ona arxa oturacaqda ortada oturmağını demiş, o da Elşənin dediklərini etmişdir. Bundan sonra sağ tərəfində əyləşən şəxs ona özünü polis əməkdaşı kimi təqdim edib narkotik vasitəni verməsini demiş, o da narkotik vasitəni cibindən çıxarıb həmin şəxsə təqdim etmiş, bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onu dəfələrlə döyüb 2 kiloqramdan artıq narkotik vasitəni əlinə götürməyini və çəkilişdə həmin narkotik vasitənin özünə məxsus olmasını söyləməyini demişlər. O, işgəncələrə dözməyib 2 kiloqramdan artıq narkotik vasitənin özünə aid olmasını demiş, polis əməkdaşları həmin gün onu izlədikləri üçün kiminlə görüşmüşdürsə, onlarla əlaqədə olduğunu bildirmişlər. Orada bir nəfər yəni həmin gün Cəlilabad rayonuna getmək üçün danışdığı taksi sürücüsünün şəklini ona göstərib Şahid5 olmasını demişlər. Onun avtomobilinə əyləşdiyi üçün əlbir olduğunu və ona həmin narkotik vasitəni tutulmamışdan öncə Samirə avtomobilində daşımaq üçün verdiyini söyləyəcəyini, həmçinin bibisi oğlu Şahid6 narkotik vasitənin alqı-satqısı üçün oraya apardığını, qeyd olunanları söyləməyəcəyi halda onu daha artıq çəkidə narkotik vasitə ilə yükləyəcəklərini bildirmişlər. O da polis əməkdaşlarının dediklərindən ehtiyat edib bütün deyilənlərə razı olmuş və videoçəkilişdə tanımadığı Şahid5 yalandan tanıdığını və narkotik vasitəni ona avtomobilində daşımaq üçün verdiyini, narkotik vasitəni satdıqdan sonra əldə edəcəyi gəlirin 1000 manatını ona verəcəyini söyləmişdir. Həqiqətdə isə o, Samir adlı şəxsi bir dəfə görmüş və onunla aralarında yalnız onu rayona aparmaqla bağlı söhbət olmuşdur. Bibisi oğlu Şahid6 isə o, həmin gün “20 Yanvar” metrostansıyasının yanına nə üçün və kimlə görüşdüyünü bildirməmişdir. Məhkəmədən onun barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2014-cu ilin sonlarından “Paşa Holding” in nəznində olan "xxxx" MMC-də mühafizəçi işləyir və istifadəsində olan nömrələr ***-***-**-** və ***-***-**-** saylı nömrələrdir. İş qrafiki 2 gün gündüz növbəsi, 2 gün gecə növbəsi və 2 gün istirahət günü olduğuna görə asudə vaxtlarında qazanc əldə etməkdən ötrü özünə məxsus olan “BMW 525” modelli, **-SS-*** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs və Şahid6 tanımır. 28 iyun 2020-ci il tarixdə günorta saatlarında idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Masazır dairəsinin yaxınlığında 2 nəfər tanımadığı şəxsin dayanmasını görüb onlara avtomobilin işıqları ilə taksi lazım olub-olmaması barədə işarə etmişdir. Həmin şəxslərin əl etdiklərini gördükdən sonra avtomobili onların yanına vermişdir. Onlardan biri əlavə müştəri götürməməyini və ona 5 manat məbləğində pul verəcəyini deyib birbaşa “20 Yanvar” metrostansıyasının yaxınlığına sürməyini demişdir. Həmin şəxslərdən biri nisbətən bədən quruluşuna görə kök və əlində xatırlamadığı rəngdə sellefon paket olan şəxs arxa oturacaqda, digəri bədən quruluşuna görə arıq qara saqqallı olan şəxs isə avtomobilin ön oturacağında əyləşmişdir. O, onların göstərişi ilə avtomobili “20 Yanvar” metrostansıyasından yuxarıya, “Azərsu” qapalı səhmdar cəmiyyətinin yerləşdiyi bina istiqamətində sürmüşdür. Orada avtomobili saxladıqdan sonra arxa oturacaqda əyləşən şəxs kiminləsə danışıb yerlərini bildirmiş, bundan sonra bir nəfər şəxs avtomobilə tərəf yaxınlaşmış, arxa oturacaqda əyləşən şəxs avtomobildən düşüb həmin şəxs ilə görüşmüş və onlar avtomobilin arxa tərəfinə keçib söhbət etməyə başlamışlar. 3-5 dəqiqə aralarında söhbət olduqdan sonra hər ikisi üzü aşağı, yəni metronun çıxışı istiqamətində getmişlər. Avtomobildən düşən şəxs əlindəki rəngli selofon paketini də götürüb əlində saxlamış, onlar aşağı istiqamətdə hərəkət edib gözdən itmişlər. O da avtomobildə ön oturacaqda əyləşən şəxs ilə birlikdə avtomobilin içərisində oturub digər şəxsin gəlməyini gözləmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra həmin 2 şəxs yenidən metronun çıxışı istiqamətindən avtomobilə tərəf qalxmış, onların gəlməsini görən ön oturacaqda əyləşən şəxs də düşüb avtomobilin arxa tərəfinə keçmiş və onlar üçü söhbət etməyə başlamışlar. 3-5 dəqiqə danışdıqdan sonra onlardan ikisi, yəni əlində selofon paket olan şəxs və sonradan ona yaxınlaşan şəxs yenidən aşağıya düşərək uzaqlaşmış, ön oturacaqda əyləşmiş şəxs isə yenidən avtomobilə oturub sürməyini demişdir. O da həmin şəxsin dediyinə uyğun avtomobili Masazır dairəsi istiqamətində hərəkət etdirmiş və həmin şəxsi qeyd olunan ünvanda düşürdüb ondan 10 manat məbləğində pul alıb sonra yaşadığı ünvana getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 07 yanvar 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə daşıdığı üçün tutulmuşdur. Təqsirləndirilən şəxs onun dayısı oğludur, Şahid5 isə tanımır. 28 iyun 2020-ci il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona yığaraq onu idarə etdiyi avtomobil ilə “20 Yanvar” metrostansıyasının yaxınlığına aparmağını xahiş etmişdir. O da Elvinin xahişini nəzərə alıb həmin vaxt yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 170 nömrəli avtobusun son dayanacağına yaxın yerləşən fərdi yaşayış evinə gedib onu götürmüşdür. Həmin vaxt Elvinin əlində hər hansı bir bağlama və ya əşya olmamış, onu götürüb “20 Yanvar” metrostansıyasının yaxınlığında düşürtmüş və sağollaşaraq öz işlərinin arxasınca getmişdir. Aradan 2 gün keçdikdən sonra ona məlum olmuşdur ki, Elvin narkotik vasitə satmaq istəyən zaman polis əməkdaşları tərəfindən tutulmuş, onun Elvinin törətdiyi əməldən əvvəlcədən məlumatı olmamış və bu barədə onunla razılığa gəlməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla birlikdə əvvəllər eyni cəzaçəkmə müəssisəsində həbsdə olan əslən Cəlilabad rayonundan Faiq Xudiyevin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxslə Faiq qohumdur, Elvinlə bir-biri ilə zəngləşib hal-əhval tutmuşlar. Təqsirləndirilən şəxslə aralarında ədavət və ya düşmənçilik olmamış, 2020-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxslə həmişəki qaydada “Facebook” sosial şəbəkəsində danışıb hal-əhval tutmuş, Təqsirləndirilən şəxs onunla danışan zaman özündə 2 kiloqram çəkidə narkotik vasitənin olmasını və etibarlı adam olarsa həmin narkotik vasitəni satmaq istədiyini bildirmişdir. Elvin ona qohumu ilə birlikdə məhbusluq həyatı yaşadığına görə etibar etdiyini söyləmiş, Elvin narkotik vasitəni onun vasitəsi ilə satacağı halda hörmət edəcəyini demişdir. O, narkotik vasitələrin yayılmasına qarşı olduğundan və yaşadığı məhbusluq həyatında da narkotik vasitələrin satışını həyata keçirən şəxslərə pis baxıldığı üçün Elvinin bu hərəkətlərinin ifşa edilməsi qərarına gəlmişdir. Belə ki, 28 iyun 2020-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət etmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. O, keçiriləcək əməliyyat tədbirində şərti alıcı qismində iştirak etməyə razılıq vermişdir. 28 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxslə danışıb həmin narkotik vasitəni özü almaq istədiyini bildirmiş, Elvində ona narkotik vasitəni həmin gün saat 17-18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansıyasının ətrafına gətirib orada alqı-satqı edə biləcəklərini söyləmişdir. Həmin gün polis əməkdaşları ilə birlikdə “20 Yanvar” metrostansıyası istiqamətində getmiş, orada polis əməkdaşları onlardan bir qədər aralıda lakin gözlə görünən məsafədə durmağını və Təqsirləndirilən şəxs gözləməyini bildirmişlər. O da bir qədər kənarda dayanıb Elvinin gəlməsini gözləmiş, 20-25 dəqiqə keçdikdən sonra Elvinin qarşı tərəfdən əlində sellefon torba ilə özü olduğu istiqamətdə hərəkət etməsini görmüşdür. Elvinin ona yaxınlaşmasına 3-5 metr məsafə qalmış polis əməkdaşları yaxınlaşaraq onu saxlatmışlar. Polis əməkdaşları xidməti vəsiqələrini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onlar əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla Elvini tanış etmişlər. Bundan sonra Elvinin anket məlumatlarını dəqiqləşdirib, onu əlindəki sellefon torba ilə birlikdə avtomobilə əyləşdirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 28 iyun 2020-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ev 475-də yaşayan X6 Baş İdarənin Qərb X3 müraciət edərək Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmişdir. Həmin məlumat Baş İdarənin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra baş idarənin rəisi tərəfindən əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Həmin vaxtı X6 təlimatlandırılmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə idarədən çıxıb Təqsirləndirilən şəxs Elşən Hüseynovla danışığı zaman sonuncuya bildirdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi istiqamətində hərəkət etmişlər. Oraya çatdıqdan sonra Elşən Hüseynova bir qədər kənarda, gözlə görünə bilən məsafədə Təqsirləndirilən şəxs gözləməsini bildirmişlər. Bundan sonra özləri kənarda dayanıb müşahidə aparmış, 20-25 dəqiqə keçdikdən sonra bir nəfər xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin Elşən Hüseynov istiqamətində əlində sellefon torba ilə hərəkət etməsini görmüşlər. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilib bir qədər Elşən Hüseynova doğru hərəkət etməsini gözlədikdən sonra ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, Həmin şəxsə də özünü təqdim etməsini bildirmişlər, həmin şəxsdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, göy rəngli sellefon torbanı masanın üzərinə qoyaraq onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellefon torbanın içərisində olan 02 ədəd bükümə baxış keçirilmişdir. Həmin bükümün içərisində heroinə bənzər kütlənin olması müəyyən edilmiş, sonra həmin iki ədəd, içində heroinə bənzər kütlə olan bükümlər elektron tərəzidə ölçülmüşdür. Həmin aşkar edilmiş bükümlər içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni saxlanılmamışdan 6-7 ay əvvəl İran İslam Respublikası vətəndaşı “Fərdin” adlı şəxsin bildirdiyi yerdən götürdüyünü söyləmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 28 iyun 2020-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ev 475-də yaşayan X6 Baş İdarənin Qərb X3 müraciət edərək Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmişdir. Həmin məlumat Baş İdarənin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edildi və Baş İdarənin rəisi tərəfindən əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verildi. Bundan sonra məlumat verən şəxs X6 əməliyyat qrupunun rəhbəri Şahid1 tərəfindən təlimatlandırıldı və əməliyyat qrupunun üzvləri ilə birlikdə idarədən çıxıb Təqsirləndirilən şəxs E.Hüseynovla danışığı zamanı sonuncuya bildirdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi istiqamətində hərəkət etmişlər. Oraya çatdıqdan sonra Elşən Hüseynova bir qədər kənarda, gözlə görünə bilən məsafədə Təqsirləndirilən şəxs gözləməsini bildirmişlər. Bundan sonra özləri isə kənarda dayanıb müşahidə aparmışlar. 20-25 dəqiqə keçdikdən sonra bir nəfər xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin Elşən Hüseynov istiqamətində əlində sellefon torba ilə hərəkət etməsini görmüşlər. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilib bir qədər Elşən Hüseynova doğru hərəkət etməsini gözlədikdən sonra ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdi. Təqsirləndirilən şəxs əlində sellefon bağlama olmasını görmüşlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat- axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edildi. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, göy rəngli sellofan torbanı masanın üzərinə qoymaqla təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellefon torbanın içərisində olan 02 ədəd bükümə baxış keçirildi. Həmin bükümün içərisində heroinə bənzər kütlənin olması müəyyən edildi. Sonra həmin iki ədəd, içində heroinə bənzər kütlə olan bükümlər elektron tərəzidə ölçüldü. Həmin aşkar edilmiş bükümlər içi boş olan, ağ rəngli zərfə qoyuldu, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni saxlanılmamışdan 6-7 ay əvvəl İran İslam Respublikası vətəndaşı “Fərdin” adlı şəxsin bildirdiyi yerdən götürdüyünü söylədi. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edildi, protokol ucadan oxundu, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalandı. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik- leytenantı xüsusi rütbəsini daşıyır. 28 iyun 2020-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ev 475-də yaşayan X6 Baş İdarənin Qərb X3 müraciət edərək Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmişdir. Həmin məlumat Baş İdarənin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və Baş İdarənin rəisi tərəfindən əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra məlumat verən şəxs X6 əməliyyat qrupunun rəhbəri Şahid1 tərəfindən təlimatlandırılmış və əməliyyat qrupunun üzvləri ilə idarədən çıxıb Təqsirləndirilən şəxs E.Hüseynovla danışığı zamanı sonuncuya bildirdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi istiqamətində hərəkət edilmişdir. Oraya çatdıqdan sonra Elşən Hüseynova bir qədər kənarda, gözlə görünə bilən məsafədə Təqsirləndirilən şəxs gözləməsi bildirmiş, bundan sonra onlar kənarda dayanıb müşahidə aparmışlar. 20-25 dəqiqə keçdikdən sonra bir nəfər xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin Elşən Hüseynov istiqamətində əlində sellefon torba ilə hərəkət etməsini görmüşlər. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilib bir qədər Elşən Hüseynova doğru hərəkət etməsini gözlədikdən sonra ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, Təqsirləndirilən şəxs əlində sellefon bağlama olmasını görmüşlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib, Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, göy rəngli sellofan torbanı masanın üzərinə qoymaqla təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellefon torbanın içərisində olan 02 ədəd bükümə baxış keçirilmiş, həmin bükümün içərisində heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra həmin iki ədəd, içində heroinə bənzər kütlə olan bükümlər elektron tərəzidə ölçülmüş, həmin aşkar edilmiş bükümlər içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni saxlanılmamışdan 6-7 ay əvvəl İran İslam Respublikası vətəndaşı “Fərdin” adlı şəxsin bildirdiyi yerdən götürdüyünü söyləmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X8 Şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 28 iyun 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 28 iyun 2020-ci il tarixdə saat 18:50-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, onunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi Atarış və götürmə aparılması haqqında» 28 iyun 2020-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə də hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu, göy rəngli sellofan torbanı təqdim edərək, həmin torbada narkotik vasitə-heroin olduğunu bildirdi. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində şəffaf rəngli bükümlərin içərilərindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olundu. Sonra aşkar olunmuş kütlələr ayrı ayrılıqda həmin 1 (bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkildi, birinin ümumi çəkisi 587 qram, digərinin ümumi çəkisi 1458 qram olması müəyyən olundu. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmet aşkar olunmadı. Bundan sonra qeyd olunan bükümlər çıxarıldığı sellofan torbaya qoyularaq içi boş olan, ağ rəngli zərfə yerləşdirildi, həmin zərf möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfindən imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, sağ əlində saxladığı, göy rəngli, sellofan paketin içərisindən aşkar edilən 2 (iki) ədəd bükümlərin içərilərində narkotik vasitə heroin özünə məxsusdur. Həmin bükümləri 6 (altı)- 7 (yeddi) ay əvvəl İstagram adlanan sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Fərdin” adlı şəxsdən on beş min almışdır. Fərdinin göstərişi ilə o pulu Bakı şəhəri Beynəlxalq Avtovağzalında göy rəngli Mersedes markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsə aparıb vermişdir. Həmin taksi sürücüsündən Fərdin pulu qəbul etdikdən sonra sonuncu təyin etdiyi yerə narkotik vasitə-heroini tullatdırmışdır. Sonra o təyin olunan yerə gedərək yerdən narkotik vasitəni götürmüşdür. O polis tərəfindən tutulmaqdan qorxduğu üçün o, Fərdindən 6-7 ay əvvəl aldığı narkotik vasitəni yerə basdıraraq gizlədib saxlamışdır. Fərdindən aldığı kütlələri 28.06.2020-ci il tarixdə 19000 min manata Gəncə şəhər sakini Elşən adlı şəxsə Bakı şəhəri ərazisində satmaq istəmişdir. Elşən adlı şəxsi il yarım bundan qabaq hazırda həbsdə olan Faiq Xudiyev adlı bibisi oğluna görə tanımışdır. Elşənlə mobil telefonla danışan zaman sonuncu ondan narkotik vasitə istəmişdir. O Elşənə narkotik vasitəsinin olduğunu və sonuncuya Fərdindən aldığı narkotik vasitəni satmaq istədiyini təklif etmişdir. 28 iyun 2020-ci il tarixdə o istifadəsində olan mobil telefonla Elşənlə danışaraq narkotik vasitə satmaq üçün razılaşmışdır. Bu səbəbə də o bibisi oğlu Şahid6 zəng edərək sonuncuya Elşən adlı şəxsə narkotik vasitə satmaq istəyi barədə məlumat vermişdir. Bibisi oğlu Elçin avtomobillə onun yanına gəlmiş və o Elçinin idarə etdiyi Şevrolet markalı avtomobilə əyləşərək Bakı şəhəri 20 Yanvar adlanan yerə getmiş və sözügedən yerdə üzərində götürdüyü narkotik vasitə heroini saxlaması üçün tanışı Şahid5 vermişdir. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 5-10 dəqiqə əvvəl Samir Abbasov narkotik vasitə-heroini gətirib ona vermişdir. Narkotik vasitəni satdıqdan sonra əldə edəcəyi gəlirdən 1000 (bir min) manat pulu Samir Abasova verəcəyinə söz vermişdir. Digər şəxslərə o narkotik vasitə satmamışdır. Əvvəllər Elşən adlı şəxslə aralarında düşmənçilik və ədavət olmamışdır. Özü narkotik vasitələrdən istifadə etmir. Evlidir. 1 övladı vardır. 1 aydır ki narkotik vasitələrin satışı ilə məşğuldur. Hər hansı fiziki və psixi qüsurunun olmadığını, ona verilən sualları tam başa düşdüyünü, səmimi və düzgün cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tətbiq olunmadığını bildirmişdir. (cild 01, iş vərəqə 33-35) Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 08 aprel 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 02, iş vərəqə 33-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 iyun 2020-ci il tarixli 6/1199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər kütlə” yazılar olan paketdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 585 qr və 1450 qr, ümumi təmiz çəkisi 2035 qr (2 kq 35 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (cild 01, iş vərəqə: 42-46) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 tərəfindən verilmiş 14.09.2020-ci il tarixli 2545 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Xudiyev X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vərəqə: 135-136) Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan “Fərdin” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə istintaq tapşırığı verilmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin, adı istintaqa Fərdin kimi məlum olan şəxsin müəyyən edilməsi və istintaqa təmin edilməsi mümkün olmamışdır. (cild 01, iş vərəqə 120-123) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, məhkəmədə üzərində yalnız 30 qram çəkidə narkotik vasitə heroinin olması, həmçinin, 2035 qram çəkidə narkotik vasitənin ona aid olmasını boynuna alması üçün polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun gəlmir və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi iş üzrə şahidlərin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə verdikləri ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişlə bağlı “DVD” disk, maddi sübutlar və digər istintaq sənədləri ilə tam təkzib olunur. Həmçinin, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş X4 Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə polis əməkdaşları tərəfindən törətmədiyi cinayəti etiraf etməsi üçün işgəncələrə məruz qalması barədə ifadəsində göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. (cild 02, iş vərəqə: 28-32) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş kütləsi ümumilikdə 2035 qram çəkidə heroin narkotik vasitəsi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından (2 qramdan) artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 06.07.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 104) İş materiallarında olan, Cəlilabad şəhər İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 114) İş materiallarında olan, Cəlilabad şəhər İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və AA0346503 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. (iş vərəqə 113) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2 maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 2034,8 qram narkotik vasitə – heroin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsində təsbit edilmiş bu növ maddi sübutların taleyinin həlli qaydasında xüsusi müsadirəyə məruz qalmalı, dövriyyəsi qadağan olunduğundan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. 28 iyun 2020-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan və 30 iyun 2020-ci il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 iyun 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 2034,8 qram narkotik vasitə – heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1043/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1043/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver