Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1043/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 2 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində qeyrisi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 477,449 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 123,465 qram olan psixotrop maddə metafetamini və ümumi çəkisi 36,739 qram narkotik vasitə tiryəki əldə edib daşıyaraq yaşadığı evdə gizlətməklə saxlamış, 8 yanvar 2022-ci il tarixdə saat 23:10 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri, Qaradağ RPlnin 38-ci PB-nin inzibati binasına gətirilmiş və orada inzibati otaqlardan birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən əldə etmiş olduğu narkotik vasitələrdən 1 ədəd bükümdə təmiz çəkisi 3,465 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və 1 ədəd bükümdə təmiz çəkisi 4,896 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra yaşadığı ünvan 1 ünvanına keçirilən baxış zamanı mənzilin qonaq otağında olan taxta konstruksiyalı dolabda gizlətdiyi 1 ədəd elektron tərəzi, 1 ədəd bükümdə təmiz çəkisi 120 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 4 ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 5,063 qram, 6,166 qram, 1,324 qram, 460 qram, ümumi təmiz çəkisi 472,553 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 36,739 qram olan tünd qəhvəyi rəngli qətranabənzər kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddət narkotik maddə olan heroindən istifadə etmişdir. Heroini sosial şəbəkələr vasitəsi ilə tanımadığı şəxslərdən əldə etmişdir. Son zamanlar isə ona narkotik vasitələri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Şahid1 adlı şəxs vermişdir. 30 dekabr 2022-ci il tarixdə təxminən axşam saatlarında Azərlə Sahil qəsəbəsində görüşdükdə ona 1 sellofan bükümdə heroin, 1 bükümdə metafetamin və 1 bükümdə tiryək vermişdir. O həmin narkotik vasitələri üzərində gizlədərək yaşadığı evə gəlmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni evdə qonaq otağında olan taxta kaonstruksiyalı dolabın siyirməsində gizlətmişdir. Səhərisi Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət mərkəzinə gedərək oradan həmin narkotik vasitələri ölçərək satmaq məqsədilə 1 ədəd elektron tərəzi alaraq narkotik vasitələri gizlətdiyi yerə qoymuşdur. Bundan sonra “İnstagram” sosial şəbəkəsində narkotik vasitə satmağı barədə məlumat yerləşdirdikdən sonra 1 yanvar 2022-ci il tarixdə təxminən səhər saatlarından narkotik vasitələri tanımadığı şəxslərə satmağa başlamışdır. Belə ki, onunla əlaqə saxlamış tanımadığı şəxslərə istifadəsində olan Şahid1 oğlu Riad Əzizova məxsus "xxxx" ASC-yə aid plastik kartın şəklini göndərmiş, həmin şəxslər pulu karta göndərdikdən sonra narkotik vasitələri gizlətdiyi yerin şəklini çəkib həmin şəxsə göndərmişdir ki, gedib sifariş verdiyi narkotik vasitələri götürsün. 8 yanvar 2022-cİ il tarixdə axşam saatlarına qədər 200 manat məbləğində Azərin ona satmaq məqsədi ilə verdiyi narkotik vasitə və psixotrop maddələrdən satmışdır. Narkotik vasitə olan tiryəki isə öz istifadəsi üçün almışdır. Sonuncu dəfə 8 yanvar 2022-ci il tarixdə axşam saatlarında evə gəlib narkotik vasitə olan heroin və psixotrop maddə metafetamin götürərək hərəsindən 1 büküm düzəldib əynində olan qara rəngli gödəkcənin sağ yan cibində gizlədərək aparmışdır. Lakin müştəri olmadığına görə saat 23:10 radələrində evə qayıdan zaman evin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onu polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmiş və orada ona hüquq və vəzifələri vəkilin iştirakı ilə izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmaması soruşularaq olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan narkotik maddə heroini və psixotrop maddə olan metafetamini təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 224 manat pul, 1 ədəd ona məxsus “Red mi" markalı mobil telefon və 1 ədəd açar götürülmüşdür. 224 manat pulun 200 manatını narkotik vasitələrin satışından əldə etdiyini, 24 manat pulu isə atasının verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları 1 ədəd açar və 24 manat pulu isə özünə qaytarmışlar. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metafetamin, eləcə də 200 manat pul zərfə qoyularaq möhürlənmişdir. O həmin narkotik vasitə heroini və psixotrop maddənin bir hissəsini yaşadığı mənzildə gizlətdiyini, mənzilimə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmişlər. Orada videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə yaşadığı ünvan 3 ünvanında qonaq otağında taxta konstruksiyalı dolabın siyirməsində gizlətdiyi 4 bükümdə narkotik vasitə heroini, 1 bükümdə psixotrop maddə olan metafetamini, 1 bükümdə narkotik vasitə tiryəki və elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu barədə protokol tərtib edərək təqdim etdiyi narkotik vasitələri və psixotrop maddələri zərfə qoyaraq qablaşdırmış və üzərinə imza etmişdir. Narkotik vasitələri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Şahid1 adlı şəxsdən satmaq məqsədi ilə almışdır. Belə ki, Azər ona həmin narkotik vasitələri verdikdən sonra o, narkotik vasitələri hissələrə bölərək satmışdır. Satdığı narkotik vasitələrin pulunu Azər Azizova vermiş, Azər də ona həmin pullardan xərclik üçün vermişdir. Azərin bütün mobil nömrələri və əlaqə vasitələri ona məxsus olan və polis əməkdaşları tərəfindən götürülmüş “Red mi” markalı mobil telefonunda olmuşdur. İlkin araşdırma zamanı və videoçəkiliş vasitəsi ilə protokol tərtib edilərkən narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Əmir” adlı şəxsdən aldığını bildirmə səbəbi Şahid1la münasibətlərini pozmamaq olmuşdur. Narkotik vasitələri və psixotrop maddəni Şahid1 almış, heroini və metafetamini satış məqsədi ilə əldə etmişdir. Şahid1la “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Sosial şəbəkə vasitəsi ilə satdığı narkotik vasitələrin pulunu Şahid1 ona verdiyi "xxxx" ASC-yə məxsus kartdan çıxararaq Azərə vermişdir. Narkotik vasitənin pulunu çıxdıqdan sonra Azərlə qazancı yarı bölmüşlər. Narkotik vasitə olan heroinin 1 qramını 30 manata, psixotrop maddə olan metafetaminin isə 1 qramını 40 manata satmışdır. Narkotik vasitə olan tiryəki öz istifadəsi üçün almışdır. Elektron tərəzidən narkotik vasitələri çəkib satmaq üçün istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 8 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BNMİ-də xidmətdə olan zaman əməliyyat malumatı almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Fuad adlı şəxs Qaradağ rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib satışı ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlmişdir. Həmin ərazidə müşahidələr etməyə başlamışlar. Həmin gün saat 23:10 radələrində onlara məlum olmuşdur ki, Fuad ünvan 4 ünvanının qarşısındadır. Onlar gösətirlən əraziyə gəlmiş və Fuadın həqiqətən də orada olduğunu görmüşlər. Onlar Fuada yaxınlaşmış və özlərini təqdim edib onu yaxınlıqda yerləşən Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd “Red mi” markalı mobil telefon, 1 ədəd açar, əynində olan şalvarın sol yan cibindən 224 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikası vətəndaşı “Əmir” adlı şəxsin vasitəsi ilə satmaq məqsədi ilə əldə etdiyini, vaxtaşırı olaraq narkotik vasitələrdən istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, üzərindən aşkar olunmuş 200 manatı narkotik vasitələrin satışından əldə etdiyini, 24 manatı isə atasının verdiyini, əlavə olaraq yaşadığı ünvan 3 ünvanında narkotik vasitələr saxladığını, orada olan narkotik vasitələri təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər kütlə tərəflərindən elektron tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 5 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə tərəflərindən elektron tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 qram təşkil etmişdir. Həmin maddələr qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd mobil telefon və 200 manat pul qablaşdırılaraq götürülmüşdür. 1 ədəd açar və 24 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun yaşadığı ünvan 3 ünvanına baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə yerləşən qonaq otağındakı taxta konstruksiyalı dolabda gizlətdiyi 1 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddəni, 4 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni, 1 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Tərəflərindən həmin maddələr elektron tərəzidə çəkilmiş, müəyyən olunmuşdur ki, psixotrop maddə metafetaminə bənzər kütlə qablaşdırılması ilə birlikdə 131 qram, heroinə bənzər kütlələr 515 qram, tiryəkə bənzər kütlə qablaşdırma ilə birlikdə 42 qram təşkil etmişdir. Bundan sonra mənzilin digər otaqlarına və dəhlizinə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr tərəflərindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. İştirakçılarla birlikdə protokollar imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş maddələr aşkar edilmiş vəziyyətdə, yəni sellofanla birlikdə çəkilmişdir. Buna görə də ekspertiza rəyi ilə protokollarda göstərilən çəkilər üst-üstə düşməyə bilər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsiləndirlən şəxsin üzərinə şəxsi axtarış Qaradağ RPİ-nin 38-ci PB-də həyata keçirilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu səmimi etiraf etmiş, üzərində və evində olan narkotik vasitələri və psixotrop maddəni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, təxminən 3 il olar ki, narkotik vasitə heroindən istifadə etmiş, heroini tanımadığı şəxslərdən almışdır. 2017-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində ev aldığından maddi cəhətdən çətinliklər yarandığına görə hardansa pul əldə edib pul borcunu qaytarmaq istəmişdir. Təxminən 2021-ci ilin iyun ayının ortalarında o, narkotik istifadə edən zaman qəsəbə sakini Fuad adlı şəxslə tanış olmuşdur. Fuad adlı şəxsdən bir neçə dəfə heroin almağa başlamışdır. Bununla da Fuadla münasibəti başlamışdır. Həmin ayın sonlarında Fuadla görüşən zaman Fuad ona bildirmişdir ki, ona satıb pul əldə edib həmin pulları tən yarı bölmək üçün külli miqdarda narkotik vasitə lazımdır. Onun maddi çətinlikləri olduğuna görə maddi çətinliklərini, yəni borclarını qaytarmaq üçün əlinə fürsət düşdüyündən Fuadın təklifinə razılıq vermişdir. 2021-ci ilin iyun ayının sonunda o, “İnstagram” sosial şəbəkəsində axtarışlar apararaq İran İslam Respublikasının vətəndaşı Əmir adlı şəxslə əlaqə quraraq həmin şəxslə “WhatsApp” üzərindən əlaqə saxlamış və onlar razılaşmışlar ki, Əmir ona narkotik vasitə göndərəcək və o, narkotik vasitələri satıb pulunu Əmirə onlayn şəkildə ödəyəcəkdir. Əmir heroinin qramını 15 manatdan, metafetaminin qramını isə 20 manatdan ona satmışdır. Bundan sonra birinci dəfə 2021-ci ilin iyun ayının ortalarında Əmir ona şəkil göndərərək 30 qram heroin və 30 qram metafetamini həmin yerə qoyduğunu bildirmişdir. Bundan sonra o həmin narkotik vasitələri Fuada vermiş və Fuada həmin narkotik vasitələri haradan əldə etməyi barədə məlumat verməmişdir. Fuad verdiyi narkotik vasitələri tanımadığı şəxslərə pərakəndə şəkildə heroinin qramını 30 manata, metafetaminin qramını isə 40 manata sataraq ortada olan qazancı onunla tən yarı bölmüşdür. Əmir adlı şəxsin ona göndərdiyi "xxxx" bankına aid plastik kartına onlayn şəkildə 1.000 manat pul köçürmüşdür. 2021-ci ilin iyul ayının əvvəlində, yəni o, pulu köçürdükdən 2 gün sonra Əmir adlı şəxs ona bildirmişdir ki, 100 qram heroin və 50 qram metafetmin göndərəcəkdir. Əmir adlı şəxs ona həmin gün narkotik vasitələri qoyduğu yeri “WhatsApp” vasitəsi ilə foto şəklini göndərmişdir. O həmin yerdən narkotik vasitələri götürərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Fuad adlı şəxslə görüşərək Fuada vermişdir. Əmirdən götürdüyü narkotik vasitələri heç vaxt tərəzi vasitəsi ilə çəkib götürməmişdir. Ona görə ki, o, Fuada verdikdən sonra Fuad həmin narkotik vasitəni videoya çəkib “WhatsApp” vasitəsi ilə ona göndərmişdir. Fuad heroinin qramını 30 manata, metafetaminin qramını isə 40 manata sataraq 5.000 manat pul əldə etmişdir. Həmin 5.000 min manatın 2.500 manatını Əmir adlı şəxsin kart hesabına onlayn şəkildə köçürmüşdür. Fuad yerdə qalan 2.500 manat pulu onunla tən yarı bölmüşdür. Bu minvalla 6 dəfə satış əldə edərək qazancı tən yarı bölmüşlər. O, X5 adına NQÇİ-də elektrik işlədiyindən ayın 15 günü dənizdə, 15 günü isə evə olmuşdur. O, Bakı şəhərində olmayanda, yəni dənizdə işdə olan zaman Əmirin onun üçün göndərdiyi narkotik vasitə heroinin və metafetaminin olduğu yerin şəklini Fuada “WhatsApp” vasitəsi ilə göndərmişdir. Fuad da həmin yerdən narkotik vasitələri götürərək öz evlərinə aparıb şəklini və video görüntüsünü çəkib ona “WhatsApp” vasitəsi ilə göndərmişdir. O, 2021-ci ilin dekabr ayının 20-də Əmirin ona satmaq üçün göndərdiyi narkotik vasitə heroindən təxminən 35 qram götürərək yaşadığı evdə yataq otağında kənara yığılmış yataq dəstlərinin arasına “KENT” markalı siqaret boş qutusuna sellefon bükümdə qoyaraq öz istifadəsi üçün gizlətmişdir. O, 1 yanvar 2022-ci il tarixdə işi ilə əlaqədar olaraq Xəzər dənizinə getmiş və göndərilən narkotik vasitələri Fuada çatdırılması və Fuadın həmin Əmir adlı şəxslə əlaqə saxlamaması üçün telefon vasitəsi ilə həm Əmirlə, həm də Fuadla əlaqə saxlamışdır. Sonuncu dəfə 7 yanvar 2022-ci il tarixdə o, dənizdə işdə olan zaman Əmir adlı şəxs ona 500 qram narkotik vasitə heroinin, 150 qram metafetaminin və Əmirdən özü və Fuadın şəxsi istifadəsi üçün pulsuz xahiş etdiyi 40 qram tiryəki qoyduğu yerin şəklini ona göndərmişdir. 8 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrindən sonra Fuadla əlaqəsi kəsilmişdir. O, 22 yanvar 2022-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 56 D saylı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Qaradağ RPİ-nə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Burada verilən suallara cavab verdikdən sonra yaşadığı evdə narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. O, təxminən 3 il olar ki, narkotik maddə heroin istifadə etmiş və həmin narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. O, Əmir adlı şəxslə qiyabi tanış olduqdan sonra ona satmaq üçün göndərdiyi narkotik vasitələrdən götürmüşdür. Fuad Əmir adlı İran İslam Respublikası vətəndaşı ilə heç bir əlaqə saxlamamış və ondan narkotik vasitə almamışdır. Onun Təqsirləndirilən şəxs verdiyi "xxxx" a məxsus kart oğlu X7 məxsus olmuş və o, oğlu Riaddan kartı götürərək Təqsirləndirilən şəxs vermişdir. Həmin kartdan pulu Təqsirləndirilən şəxs çıxarmış və nağd pulu ona gətirdikdən sonra narkotik vasitələrin pulunu çıxdıqdan sonra qalan pulu Fuadla yarı bölmüşlər. Onun oğlu Riad Əzizovun kartını o almışdır və Riadın kartdan hansı məqsədlə istifadə etdiklərindən xəbəri olmamışdır. O bundan əlavə heç bir cinayət törətməmişdir. O saxlanılarkən və polis idarəsində olarkən heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir. Əmir adlı şəxsin mobil nömrəsini xatırlamır və qeyd edə bilməmişdir (cild 1, iş vərəqə 151-155). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 9 yanvar 2022-ci il tarixli 6/106 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri olan 1 nömrəli paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,465 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd təmiz çəkisi 4,896 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən....” sözləri olan 2 nömrəli paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 120 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 4 ədəd bükümdə ayı-ayrılıqda təmiz çəkiləri 5,063 qram, 6,166 qram, 1,324 qram, 460 qram, ümumi təmiz çəkisi 472,553 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 36,739 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. 1 və 2 nömrəli kağız paketlərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir və ümumi təmiz çəkisi 477,449 qramdır. 1 və 2 nömrəli kağız paketlərdəki psixotrop maddə metafetaminlər xarici əlamtlərinə və kimyəvi komponentlərinə görə eynidir və ümumi təmiz çəkisi 123,465 qramdır. Metafetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı 2) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 3,465 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,415 qram, heroinin ümumi təmiz çəkisi 4,896 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,796 qram, tiryəkin ümumi təmiz çəkisi 36,739 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 36,639, metafetaminin ümumi təmiz çəkisi 120 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 119,9 qram, heronin ümumi təmiz çəkisi 472,553 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 472,453 qram, cild 1, iş vərəqə 44-50). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs, müdafiəçi X2 və Azərbaycan Respublikası DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən həmin bükülülər açılmış və 1 ədəd bükülüdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, digərində isə ağ rəngli kristalik hissəciklərdən ibarət olan spesifik iyə malik psixotrop maddə olan metafetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telelfon və 1 ədəd açar, əynində olan cins şalvarının sol yan cibindən 224 manat pul aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 6 qram, metafetaminə bənzər kütlə isə 5 qram təşkil etmişdir. Bundan sonra hər iki büküm zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 224 manat pulun hardan əldə edildiyi soruşulduqa o bildirmişdir ki, həmin pulun 200 manatını narkotik vasitələrin satışından əldə etmiş, 24 manat pul isə atası tərəfindən verilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından sosial şəbəkələrdən “onlayn” yolla satış məqsədi ilə əldə edib özü də istifadə edir, yaşadığı Sahil qəsəbəsində yerləşən mənzilində də narkotik vasitə saxlamış, həmin mənzilə baxış keçirilməsinə heç bir etirazı yoxdur (cild 1, iş vərəqə 176). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə yerləşən qonaq otağındakı taxta konstruksiyalı dolabda gizlətdiyi 1 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddəni, 4 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni, 1 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş, müəyyən olunmuşdur ki, psixotrop maddə metafetaminə bənzər kütlə qablaşdırılması ilə birlikdə 131 qram, heroinə bənzər kütlələr 515 qram, tiryəkə bənzər kütlə qablaşdırma ilə birlikdə 42 qram təşkil etmişdir. Bundan sonra mənzilin digər otaqlarına və dəhlizinə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə protokollar imzalanmışdır (cild 1, iş vərəqə 177). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 31 yanvar 2022-ci il tarixli 424 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimlyatorların qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 192- 193). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, tədqiqatdan sonra qalıq çəkiləri 477,249 qram olan narkotik vasitə heroin, 123,315 qram olan psixotrop maddə metafetamin, 36,639 qram olan narkotik vasitə olan tiryək və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı və evinə baxış keçirilməsini əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 204-217). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 200). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). İş materiallarında olan Qaradağ rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 9 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 80-81). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 477,249 qram olan narkotik vasitə heroin, 123,315 qram olan psixotrop maddə metafetamin, 36,639 qram olan narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 9 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 477,249 qram olan narkotik vasitə heroin, 123,315 qram olan psixotrop maddə metafetamin, 36,639 qram olan narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1043/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1043/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver