Məhkəmə qərarları › İş №1(101)-1043/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1043/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1043/2023 09.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X4 iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Meysəl” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, “Meysəl” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6120 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 950 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi "Zaz Slavuta” markalı, 90- HD-195 qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsi yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə saat 00:40-da Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsinin yaxınlığında idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən 01 ədəd parça torbanın içərisində olan 04 ədəd sellefon bağlamada ayrı ayrılıqda 1820 qram, 1000 qram, 1740 qram, 1560 qram olmaqla ümumilikdə külli miqdarda 6120 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd sellefon bağlamada külli miqdarda 950 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirili bilməyərək ifadəsində bildirmişdir ki, “Ayna Sultanova”da, Miqrasiyanın qabağında taksi fəaliyyəti ilə məşğul olarkən avtomobilinə iki nəfər müştəri minmiş,Yasamal parkı tərəfdə yerləşən “Vital” klinikası istiqamətində getməsini istəmişdir. Həmin şəxslərdən biri ünvana çatmamış düşmüş və onunla mübahisəsi yaranmışdır. Əlbəyaxa olmuşlar və o, maşından düşüb dubinkanı götürənə kimi ikinci müştəri də pulu ödəmədən qaçmışdır. Həmin vaxt maşını “Məhəmmədi dairəsi”ndə dayanan onun tutulub aparıldığı “Cip” markalı avtomobilin qarşısında saxlamışdır. O, 15-20 dəqiqə həmin ərazidə fırlanmış, həmin şəxsləri axtarmışdır. Onun avtomobilinin nömrəsi olmamış, qəzadan sonra itmişdir, müharibə iştirakçısı olduğu üçün bu şəkildə avtomobili idarə edərkən problemi olmamışdır. Daha sonra 15-20 km yol getmiş, Zabrat qəsəbəsi ərazisində “Məhəmmədi dairəsi” tərəfdə “Araz” marketə girmişdir. Marketdən bazarlıq edərək bir neçə bağlama ilə çıxmışdır. Marketdən çıxarkən saxlanılmışdır.Onun maşınına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində baxış keçirmiş və arxa oturacağın üstündən bir kisə çıxarmışlar. Əgər arxa oturacağın üstündə olsaydı o, görərdi, çünki marketdən aldğı ərzaqları ora qoymuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İdarədə baxış zamanı onun üstündən heç nə çıxmamış, yalnız kart çıxmışdır. O, təzyiq alıtında olmuş, döyüldüyü üçün deyilənləri təkrarlamış,ona elektrik veriləndən sonra hər şeyi üstünə götürmüşdür. İstintaq zamanı ifadəsini təzyiq altında vermişdir. O, narkotik vasitələrdən yalnız ağrayan zaman istifadə etmiş, dərman atmış və ya nəşə çəkmişdir. 4.Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqdakı 25 avqust 2022-ci il tarixli ifadəsi arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan və tədqiq olunmuşdur. İfadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitə qurudulmuş marixuananı anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alıb özü istifadə edir. Son zamanlar narkotik vasitə heroindən istifadə edir. Təxminən 4-5 ay bundan öncə instaqram sosial şəbəkəsinə bir nəfər İran İslam Respublikası vətəndaşından mesaj göndərilmişdir. Həmin şəxslə bir qədər danışdıqdan sonra ümumi tanışlıqları yaranmış, bir-birlərinə mobil nömrələrini verib watsapp proqramı ilə danışmağa başlamışlar. Həmin şəxs ona özünü “Meysər” adı ilə təqdim etmişdir. Meysər söhbət əsnasında ona Azərbaycanda bir çox tanışının olmasını və etibarlı olduqlarını söyləmişdir. Bir neçə gün keçdikdən sonra Meysər ona narkotik vasitə və psixotrop maddənin satışında yaxşı qazanc olmasını, bir neçə tanışının Azərbaycan Respublikasına və qonşu ölkələrə İran İslam Respublikasından narkotik vasitə göndərib həmin ölkədəki tanışlarının vasitələri ilə qazanc əldə etdiklərini vurğulayıb bir-birlərini tanıdıqlarını və bu işi birlikdə həyata keçirib qazanc əldə etmələrini təklif etmişdir. O da Meysərin təklifi ilə razılaşıb bu işə başlamaq üçün ilk öncə 150 manat məbləğində pulu kartına göndərtməsini xahiş etmişdir. Belə ki, “Meysər” dəqiq xatırlamadığı tarixdə 150 manat məbləğində pulu ona göndərmişdir. Bundan sonra bu işin riskli olmasını görüb Meysərin dediklərini etməmiş və mobil telefonunu söndürmüşdür. Lakin bir qədər müddət keçdikdən sonra yenidən mobil telefonunu yandırıb Meysərin onu yığmasını görmüşdür. Ona göndərdiyi 150 manat məbləğində pulu geri qaytaracağını söyləsə də, həmin pulu qaytara bilməmişdir. Meysər isə ona təklif etmişdir ki, İran İslam Respublikasından öz adamlarının vasitəsi ilə Azərbaycana içərisində narkotik vasitə və psixotrop maddələr olan torba yerləşdiriləcəkdir. Həmin torbanı götürüb Bakı şəhərində onun dediyi adama verəcəyi halda 600-700 manat məbləğində əlavə pul verəcəkdir. Maddi imkanı zəif olduğundan onun təklifi ilə razılaşmış və həmin torbanın yerini deməsini söyləmişdir. O, malın xx.xx.2022-ci İl tarixdə gün ərzində Bakı şəhəri ərazisinə adamları tərəfindən atılacağını demişdir. Həmin gün Meysər watsapp proqramı vasitəsi ilə yığıb malın Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Vital” klinikasının yaxınlığındakı yeni tikilən binanın birinci mərtəbəsində olduğunu, həmin yerin şəklini göndərəcəyini və təcili ünvana yaxınlaşmağını söyləmişdir. Bundan sonra həmin yerin şəklini göndərmişdir. O, qeyd olunan yerə getmiş, ətrafa nəzər salıb kiminsə görmədiyini görüb içərisində narkotik vasitə olan torbanı götürmüşdür. Torbanı idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Bundan sonra yaşadığı ünvan istiqamətində hərəkət etmiş və yolda Meysər ilə əlaqə saxlayıb malı götürdüyünü, hara çatdırmalı olduğunu soruşmuşdur. Meysər hazırda harada olduğunu soruşmuşdur. Ona Məhəmmədidə dairənin yaxınlığında avtomobildə oturub xəbər gözlədiyini bildirmişdir. Bundan sonra avtomobildən hava almaq üçün düşmüşdür. Bir qədər dayandıqdan sonra artıq xx.xx.2022-ci il tarixdə saat 00:40-da 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Polis İdarəsinə dəvət etmişlər, avtomobil isə Baş İdarənin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, təqdim etmək təklif olunmuşdur. Üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Üzərində olan özünə məxsus “Samsung” və “Redmi” markalı mobil telefonları, 02 ədəd bank kartını, avtomobil açarını və 3 manat pulu polis əməkdaşına təhvil vermişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. 02 ədəd mobil telefon, 02 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını bildirib avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarışın keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Ərizə yazıb avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baş İdarənin həyətində idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl ona idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilən əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin arxa oturacağın üzərində “Meysər” adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi içərisində narkotik vasitə və psixotrop maddələr olan torbanın olmasını bildirib həmin torbanı təqdim etmişdir. Torba polis əməkdaşları tərəfindən açılan zaman içərisindən 04 ədəd sellefon bükümdə narkotik vasitə heroin, 01 ədəd sellefon bükümdə isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş bükümlər isə qablaşdırılmaqla götürülmüşdür. Avtomobilə baxış keçirilmiş və əlavə olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi aşkar edilərək götürülmüşdür. Avtomobilə baxış və götürmə aparılması barədə protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsinin yaxınlığına getmişlər. xx.xx.2022-ci il tarixdə saat 00:40-da Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin Məhəmmədi dairəsinin yaxınlığında olmasını və avtomobilin qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin dayanmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, mobil telefon və plastik kartlar təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq İdarə etdiyi "Zaz Slavuta” markalı, 90- HD-195 qeydiyyat nişanlı avtomobilin salon hissəsində arxa oturacağın üzərində "kakos” adı ilə tanıdığı narkotik vasitə saxladığını və həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salon hissəsində arxa oturacağın üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə saxladığını bildirib özündə olan açarla həmin avtomobilin qaplarını açıb avtomobilin salon hissəsində sağ tərəfdə arxa oturacağın üzərində saxladığı 01 ədəd parça torbanı götürüb təqdim edərək həmin torbanın içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar maddələri və psixotrop maddə metamfetaminə oxşar maddəni anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Meysəl” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını, “Meysəl” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda “kakos” adı ilə tanıdığı narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitələri Bakı şəhərindən götürəcəyini və özündə saxlayacağını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitələri onun dediyi ünvana qoyub və ya dediyi şəxsə verməli olduğunu bildirmiş, bunun müqabilində ona 600-700 manat məbləğində pul verəcəyini söyləmişdir. “Meysəl” adlı şəxsin həmin günü onunla yenidən əlaqə saxlayıb narkotik vasitələri qoyduğu yerin foto şəkillərini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdikdən sonra həmin günü saat 22:00-23:00 radələrində idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobillə gedib Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində “Vital” Klinikasının yaxınlığında yerləşən yeni tikilən binanın təmir işləri görülən birinci mərtəbəsində gizlədildiyi yerdən götürərək idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilə qoyub həmin yerdən uzaqlaşdığını və sonrakı müddətdə götürdüyü narkotik vasitələrin hansı ünvana qoyulması və ya kiməsə verilməsi ilə bağlı “Meysəl” adlı şəxsdən tapşırıq gözlədiyini bildirmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, keçən il 23 avqust tarixdə şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, 24 avqust tarixdə, gecə saat 1 radələrində Məhəmmədi dairəsi adlanan ərazidə, yaxınlaşaraq özlərini təqdim etmişlər və onu baş idarəyə dəvət etmişlər Baş idarəyə gələndən sonra müdafiəçinin iştirakı ilə şəxsin üzərində axtarış aparılmışdır. Şəxs həmin vaxt avtomobildə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra isə avtomobilə baxış keçirilmiş, avtomobildə parça torbanın içindən 5 büküm aşkar olunmuş, bükümlərdən dördü narkotik vasitə olan heroin, digər biri isə metamfetamin olmuşdur. O, İran İslam Respublikasının vətəndaşı “Meysəl” adlı şəxslə əlaqədə olduğunu, bir neçə dəfə onunla bu işi gördüyünü və narkotik vasitələri dediyi yerə yerləşdirdiyini bildirmişdir. Şahid ifadəsinə əlavə edərək bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. 7.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. 23 avqust 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması. ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsinin yaxınlığına getmişlər. xx.xx.2022-ci il tarixdə saat 00:40-da Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin Məhəmmədi dairəsinin yaxınlığında olmasını və avtomobilin qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin dayanmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə Özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin idarə etdiyi avtomobilin salonunda arxa oturacaqda olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, əynində olan cins şalvarının sağ arxa cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan avtomobil açarını, 02 ədəd plastik bank kartı və 3 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq İdarə etdiyi "Zaz Slavuta” markalı, 90- HD-195 qeydiyyat nişanlı avtomobilin salon hissəsində arxa oturacağın üzərində "kakos” adı ilə tanıdığı narkotik vasitə saxladığını və həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 manat pul və 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Aşkar edilmiş “Redmi” və “Samsung” markalı mobil telefonlar, 02 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs ərizə yazaraq idarə etdiyi “Zaz Slavuta” markalı, 90- HD- 195 qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salon hissəsində arxa oturacağın üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə saxladığını bildirib özündə olan açarla həmin avtomobilin qaplarını açıb avtomobilin salon hissəsində sağ tərəfdə arxa oturacağın üzərində saxladığı 01 ədəd parça torbanı götürüb təqdim edərək həmin torbanın içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salon hissəsindən götürüb təqdim etdiyi 01 ədəd parça torba iştirakçıların şahidliyi ilə açıldıqda torbanın içərisindən 05 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamalar aşkar olunmuşdur. Həmin sellofan bağlamalar açıldıqda 04 ədəd sellofan bağlamanın içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bağlamanın içərisində isə ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 04 ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar olunduğu 01 ədəd parça torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, 90- HD-195 qeydiyyat nişanlı avtomobilin salon hissəsində aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar maddələri və psixotrop maddə metamfetaminə oxşar maddəni anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Meysər” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını, “Meysər” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda “kakos” adı ilə tanıdığı narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitələri Bakı şəhərindən götürəcəyini və özündə saxlayacağını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitələri onun dediyi ünvana qoyub və ya dediyi şəxsə verməli olduğunu bildirmiş, bunun müqabilində ona 600-700 manat məbləğində pul verəcəyini söyləmişdir. “Meysər” adlı şəxsin həmin günü onunla yenidən əlaqə saxlayıb narkotik vasitələri qoyduğu yerin foto şəkillərini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdikdən sonra həmin günü saat 22:00-23:00 radələrində idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobillə gedib Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində “Vital” Klinikasının yaxınlığında yerləşən yeni tikilən binanın təmir işləri görülən birinci mərtəbəsində gizlədildiyi yerdən götürərək idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilə qoyub həmin yerdən uzaqlaşdığı və sonrakı müddətdə götürdüyü narkotik vasitələrin hansı ünvana qoyulması və ya kiməsə verilməsi ilə bağlı “Meysər” adlı şəxsdən tapşırıq gözlədiyini bildirmişdir. 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 23 avqust 2022-cı il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsinin yaxınlığına gedilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 00:40-da Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin Məhəmmədi dairəsinin yaxınlığında olmasını və avtomobilin qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin dayanmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İdarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində arxa oturacağın üzərində 1 ədəd torba çanta və içərisində 5 ədəd olan sellofan paketdən aşkar edilmiş, 1 ədəd sellefan paketin içində metamfetamin adlı maddə və digər 4 bağlamada isə heroin adlı narkotik maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. 9.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. 23 avqust 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması. ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsinin yaxınlığına getmişlər. xx.xx.2022-ci il tarixdə saat 00:40-da Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin Məhəmmədi dairəsinin yaxınlığında olmasını və avtomobilin qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin dayanmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə Özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin idarə etdiyi avtomobilin salonunda arxa oturacaqda olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, əynində olan cins şalvarının sağ arxa cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan avtomobil açarını, 02 ədəd plastik bank kartı və 3 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq İdarə etdiyi "Zaz Slavuta” markalı, 90- HD-195 qeydiyyat nişanlı avtomobilin salon hissəsində arxa oturacağın üzərində "kakos” adı ilə tanıdığı narkotik vasitə saxladığını və həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 manat pul və 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Aşkar edilmiş “Redmi” və “Samsung” markalı mobil telefonlar, 02 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs ərizə yazaraq idarə etdiyi “Zaz Slavuta” markalı, 90- HD- 195 qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salon hissəsində arxa oturacağın üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə saxladığını bildirib özündə olan açarla həmin avtomobilin qaplarını açıb avtomobilin salon hissəsində sağ tərəfdə arxa oturacağın üzərində saxladığı 01 ədəd parça torbanı götürüb təqdim edərək həmin torbanın içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salon hissəsindən götürüb təqdim etdiyi 01 ədəd parça torba iştirakçıların şahidliyi ilə açıldıqda torbanın içərisindən 05 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamalar aşkar olunmuşdur. Həmin sellofan bağlamalar açıldıqda 04 ədəd sellofan bağlamanın içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bağlamanın içərisində isə ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 04 ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar olunduğu 01 ədəd parça torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, 90- HD-195 qeydiyyat nişanlı avtomobilin salon hissəsində aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar maddələri və psixotrop maddə metamfetaminə oxşar maddəni anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Meysər” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını, “Meysər” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda “kakos” adı ilə tanıdığı narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitələri Bakı şəhərindən götürəcəyini və özündə saxlayacağını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitələri onun dediyi ünvana qoyub və ya dediyi şəxsə verməli olduğunu bildirmiş, bunun müqabilində ona 600-700 manat məbləğində pul verəcəyini söyləmişdir. “Meysər” adlı şəxsin həmin günü onunla yenidən əlaqə saxlayıb narkotik vasitələri qoyduğu yerin foto şəkillərini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdikdən sonra həmin günü saat 22:00-23:00 radələrində idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobillə gedib Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində “Vital” Klinikasının yaxınlığında yerləşən yeni tikilən binanın təmir işləri görülən birinci mərtəbəsində gizlədildiyi yerdən götürərək idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilə qoyub həmin yerdən uzaqlaşdığım və sonrakı müddətdə götürdüyü narkotik vasitələrin hansı ünvana qoyulması və ya kiməsə verilməsi ilə bağlı “Meysər” adlı şəxsdən tapşırıq gözlədiyini bildirmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2022-ci il tarixli 6/4490 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 5 ədəd sellefon bağlamalar” yazısı və imzalar olan sarı-yaşıl rəngli torbadakı, 4(dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1820 qram, 1000 qram, 1740 qram, 1560 qram ümumi təmiz çəkisi 6120 (6kq 120 qr) tünd qəhvəyi rəngli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, l(bir) ədəd bağlamada təmiz çəkisi 950 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısana daxildirlər (İ cild, səh. 52-57). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 6475 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Xəlilov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 158-159). 12.«Baxış və götürmə aparılması haqqında» 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Zaz Slavuta” markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağın üzərindən 01 ədəd parça torbanın içərisində 04 ədəd bağlamada narkotik vasitə heroinə bənzər və 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər aşkar edilərək götürülmüşdür (İ cild, səh. 37-39). 13.«Baxış keçirilməsi haqqında» 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Gagas 8 manat var”, “Liftin qabagında witin usdune qoyarsan mene vzv atarsanki bilim ki qoydun”, “Saat 11 olduye.bir cavab yaz hec olmasa.mende iwimi bilim.isdemirem ki wotcikin usdunde qalsin.goturum sennen qalxim eve birdefelik.hay”, “qaqas imkan olanda menen elaqe saxlada puluynan basqa elin catasi yer var 15manatlig”, “Sema kola nujna”, “Witin usdune qoy.duwub goturecem.dobri qoyda imkan varsa”, “Adam kiwi olar.lomkda 4 saatdi qoymusan meni.diyerdin gedib bawqa yerden goturerdimde.cavab yaz.”, “Ay qaqas sene quzu kesim men ev gedmeliyem qalmisam kucelerde bir soz dede” məzmunda mesajlar göndərilir (İ cild, səh. 152). 14.«Baxış keçirilməsi haqqında» 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “sende catmır, deyirsen patı deyirem yox. deyirsen suse”, “Lomkadayam gelim veziyetden cixartda meni”, “Geldim yetim cixiram patini gözlemek gecikdirdi. Götürdüm uje cixiram 3 4deq yanindayam qardawcani”, “Soyuqda meni niye getirdin ora ay brat alınmırsa deyeydin de”, “kiwiliyin vicdanin olsun bu nedi getirib verirsen men senin ucun dunenki uwaq deyilem nedeki narkaman deyilem getir 15 manatimi qaytar yoxsa qabaqima cixma...”, “gagash 15 var mene he yox de” , “Samir cox saxol.ama bu besdikden burda var.men sene qardaş yana dedim 5 m var lomkadayam.sen ozun bilirsen dozami.bu yol ele yoldu yene bir birimize isimiz duse”, “pul vurulur.yari i 5 p bidin.sen birde mene tonuvu artirsan seni". “Vurdum pulu.gec olmasin po bratski birde temiz elesin sora problem yasamiyax". “Sabah saat 12 de suraxanıdan çıxıb gedecem hovsana denize, gele bilsen saat 11 de gel bawimizi duzeldey hemdeki qret edecem sene. mene 10 manatdig kola saxla. cavab yaz bilimki geleceysen gozduyum ya yox” məzmunda mesajlar göndərilir (İ cild, səh. 154). 15.«Maddi sübut hesab etmə haqqında» 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda 6120 qram çəkidə narkotik vasitə heroin və 950 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, qalıq çəkiləri 6119,8 qram heroin və 949,85 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 116-117). 16.«Sübutların qiymətləndirilməsi haqqında» 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qeyd olunmuşdur. Həmçinin “Azercell” və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 217-229). 17.07 fevral 2023-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələr, habelə digər qanunsuz hərəkətlərə yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (İ cild, səh. 208-210). 18.20 fevral 2023-cü il tarixli «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə külli miqdarda 6120 qram çəkidə narkotik vasitə heroin və 950 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyiinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (İ cild, səh. 260- 261). 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 4(005)- 922/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 avqust 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. (İ cild, səh. 104-108). 20.Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Məhkəməsinin 19 aprel 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1 hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir (İ cild, səh. 127-128). 21.İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il və xx.xx.2010-cu il təvəllüdlü iki uşağı vardır (İ cild, səh. 155-156). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür 29.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 30.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Qeyd olunan siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab hesab edilir. 31.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 6120 qram qram, psixotrop maddə metamfetamin təmiz çəkisi 950 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən artıq miqdarda olmuşdur. 32.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən göründüyü kimi təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman həbs olunmadan əvvəl heç bir zədə almadığını bildirmiş, müayinə zamanı sol və sağ dizində köhnə çapıq toxuması aşkar edilmişdir. Eyni zamanda 07 fevral 2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertizası və X6” X11 Nərimanov rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 80 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni səthində 23 avqust 2022-ci il tarixə aid xəsarət və xəsarət izinin aşkar edilməməsi müəyyən edilmişdir. 33.Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, avtomobilində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilinə «baxış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. Eyni zamanda təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrinə daxil olan və göndərilən sms mətnlərinə dair iki diskə keçirilmiş baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 34.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 35.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 36.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 37.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 40.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 41.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 42.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində bir azyaşlı uşağıının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 43.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 44.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 45.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 46.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 47.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 48.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 49.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 24 avqust 2022-ci il tarixdən hesablanmalıdır. 50.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 52.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6119,8 qram heroin və 949,85 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD diskin, həmçinin “Azercell” və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 53.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 54.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 55.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 56.Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 manat təşkil edir. 57.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 58.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 ( iki yüz on ) manat Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 6119,8 qram heroin və 949,85 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar