Məhkəmə qərarları › İş №1(101)-1043/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1043/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1043/2025 09.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan, işləməyən, Masallı rayonunun, Ərkivan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, Əmanətlərin Sığortalanması Fondunda işləyən ailəvi dostunun vasitəsilə Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzini ona alacağı və onu həmin Ticarət Mərkəzinə direktor təyin etdirəcəyi ilə bağlı yalan vədlər verib aldatmaqla 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinin yaxınlığında 68000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəməyə yazılı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-ci ildən jurnalist fəaliyyəti ilə məşğul olmaqla, 2012-ci ildə “7Gün Xəbər” qəzetini təsis etmişdir. Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qəzetin çapı 2014-cü ildə dayandırıldıqdan sonra rəhbərlik etdiyi media orqanı həmin vaxtdan online fəaliyyət göstərir. Rəhbərlik etdiyi “7Gün Xəbər” həftəlik online ictimai-siyasi qəzetində bəzi dövlət məmurları barədə dərc edilən tənqidi məqalələrə, həmçinin qəzetə məxsus sosial şəbəkə hesablarında yayınlanmış problemlərə görə təqib, təhdid və təzyiqlərə məruz qalmış, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri tərəfindən ona ciddi xəbərdarlıqlar edilmişdir. Bütün bunların məntiqi nəticəsi olaraq hesab edir ki, 11 noyabr 2024-cü il tarixdə həbs olunmuş, əslində onun həbsi istiqamətində işlər əvvəlcədən aparılmış, qeyd edilən tarixdə isə həyata keçirilmişdir. Masallı rayon Qəriblər kənd sakini Zərərçəkmiş şəxs da bunun üçün nüfuzlu şəxslərin sözləri və tapşırığı ilə hansısa maraq qarşılığında plana daxil edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs onu yaxından tanıyandan dərhal sonra, rəhbəri olduğu “7Gün Xəbər” qəzetinin fəaliyyəti ilə dərindən maraqlanmış, redaksiyanın daxili məsələləri barədə ona dəxli olmayan suallar vermişdir. O, Ağagülün suallarını cavablandırmadığı üçün sonuncu əsəbiləşmiş, məhz buna görə onların aralarında mübahisələr olmuşdur. O, həmin ərəfələrdə Zərərçəkmiş şəxs Masallı rayon Polis Şöbəsinin əməkdaşları ilə görüşdüyünü kənardan təsadüfən görmüş, onun hərəkətlərindən və ona verdiyi suallardan nüfuzlu şəxslərin tapşırıqlarını icra etdiyini dəqiq bilmişdir. Zərərçəkmiş şəxsla sonuncu dəfə mübahisə etdikləri gün axşam saatlarında 4 nəfər polis əməkdaşı yaşadığı ünvana gələrək, onu zorla özlərinin avtomobilinə oturdub Masallı rayon Polis Şöbəsinə aparmış, xidməti otaqların birində polis əməkdaşlarının nəzarəti altında qolları qandalla bağlı halda təxminən 2-3 saat gözləmişdir. Axşam saat 00:00 radələrində polis əməkdaşları rəhbəri olduğu “7Gün Xəbər” həftəlik online ictimai-siyasi qəzetinin faəliyyəti, xüsusilə işçilərin sayı, maliyyə və informasiya mənbələri barədə kamera qarşısında ətraflı danışmağa məcbur etiş və yalnız bundan sonra sərbəst buraxılacağını bildirmişlər. O, polis əməkdaşlarının sorğusuna əsasən, onlara “7Gün Xəbər” qəzetinin Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığını, hansısa şəxs və ya təşkilat tərəfindən qəzetə maliyyə yardımı edilmədiyini, məlumatların isə birbaşa elektron poçtla göndərildiyini demişdir. Bunun doğru cavab olmadığını deyən polis əməkdaşları onu döymüş və müxtəlif işgəncələr vermişlər. Onlar xüsusi avadanlıqla əl və ayaq barmaqlarını sıxaraq əzmiş, fiziki zorakılıq zamanı dişləri sındırılmışdır. Halının kəskin pisləşdiyini görən polis əməkdaşlarından biri telefonla danışdıqdan sonra ona qələm və kağızlar verib onun dediklərini yazmağa məcbur etmişlər. Əl barmaqları bərk əzildiyi üçün qələmi tuta bilməmiş, işgəncəyə dözə bilmədiyi üçün çətinliklə də olsa polis əməkdaşlarının dediklərini yazmışdır. Həmin vaxt ruhi həyəcan vəziyyətində olduğundan yazdıqları yadında qalmamış, işgəncələrdən sonra ayaq üstə dura və sərbəst gəzə bilməmişdir. Buna görə də, onu səhərə qədər polis şöbəsində nəzarət altında saxlamışlar. Polis əməkdaşları bütün bunlar barədə harasa şikayət edəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağını deyib onu sərbəst buraxmış, real təhlükəni nəzərə alıb işgəncələr barədə şikayət etməmiş, özünü işgəncələrdən və həbsdən qorumağa çalışmışdır. Bir neçə ay sonra fakta görə AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılmış cinayət işi ilə əlaqədar o, 11 noyabr 2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinə getmiş, baş müstəntiq İlkin İmanovun polis idarəsinin 3-cü mərtəbəsində yerləşən xidməti otağına daxil olan kimi hansı statusda olduğu bildirilmədən dərhal arxadan qollarına qandal vurularaq, paltarlarında axtarış aparılmışdır. Ciblərində olan 6550 manat pul, ev açarları, jurnalist vəsiqəsinin surəti və qızıl qolbaq ilə birlikdə “Luç” saat çıxarılaraq masanın üzərinə qoyulmuş, baş müstəntiq İlkin İmanov axtarış və götürmə barədə protokol tərtib edərək, ona məxsus 6500 manat pulu və saatı götürmüş, digər əşyalarını isə özünə qaytarmışdır. Qollarına qandal vurulanda və paltarlarında axtarış aparılanda o, cinayət işi üzrə nə şübhəli şəxs, nə də təqsirləndirilən şəxs olmamışdır. Hesab edir ki, o, yalnız şübhəli və təqsirləndirilən şəxs qismində tanındıqdan sonra paltarlarında axtarış və götürmə istintaq hərəkəti aparıla bilərdi. Axtarış və götürmə bitdikdən sonra baş müstəntiq İlkin İmanov ona rəhbəri olduğu “7Gün Xəbər” həftəlik online ictimai-siyasi qəzetində dərc edilmiş bir neçə məqaləni göstərib, oradakı məlumatların mənbəyini soruşmuş və həmin məqalələri silməyini tələb etmişdir. O, məlumatların üzbəüz tanımadığı şəxs tərəfindən qəzetin elektron ünvanına göndərildiyini, məqalələri isə silə bilmədiyini demişdir. Buna görə Nərimanov rayon Polis İdarəsinin üçüncü mərtəbəsində yerləşən xidməti otağında ona şərəf və ləyaqətini alçaldan sözlər deyən, soyuq suyu bədəninə tökən baş müstəntiq İlkin İmanov daha sonra iki nəfər mülki geyimli şəxsi çağıraraq onlara onu döymələri barədə tapşırıq vermişdir. Onlarda huşunu itirənə qədər onu döymüşlər. Həmin iki nəfər mülki geyimli şəxs yalnız kitab üzərindən rezin dəyənəklə başına vurmuş, başındakı və bədənindəki ağrılara dözə bilmədiyi üçün bütün tələbləri yerinə yetirəcəyini bildirmişdir. Baş müstəntiq İlkin İmanovun verdiyi texniki avadanlıqla onun tələb etdiyi məmurlar barədə tənqidi məqalələri “7gün.org” saytından sildikdən, ifadələri, həmçinin digər sənədləri imzaladıqdan sonra fiziki və psixoloji zorakılıqlar dayandırılmışdır. İşgəncələr qurtardıqdan bir qədər sonra baş müstəntiq İlkin İmanov vəkil Samir Əliyevi dövlət büdcəsi hesabına ona müdafiəçi təyin etmiş, X5 RPİ-yə gələnə qədər o, artıq işgəncə altında bütün sənədləri imzalamışdır. Baş müstəntiq İlkin İmanov tutulmağı barədə ailə üzvlərini məlumatlandırmağa imkan verməmişdir. İbtidai istintaq dövründə işgəncələrin təkrarlanacağı qorxusu ilə yaşamış, buna görə sutka ərzində 1 saatdan artıq yata bilməmişdir. Müdafiəçi Samir Əliyev 2024-cü il 11 noyabr və 13 noyabr tarixlərində keçirilmiş istintaq hərəkətlərində iştirak etmədiyi halda sonradan bütün prosessual sənədləri imzalamışdır. Buna görə də, o, 13 noyabr 2024-cü il tarixdə Samir Əliyevdən imtina barədə baş müstəntiq İlkin İmanova ərizə və vəsatət vermişdir. Müdafiəçi Samir Əliyevdən imtina barədə 13 dekabr 2024-cü il tarixdə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyova da ərizə ilə müraciət etmişdir. Xüsusi olaraq qeyd edir ki, axtarış və götürmə, müdafiəçidən imtina, həmçinin işgəncə, qeyri-insani rəftar və ləyaqəti alçaldan hərəkətlər barədə ibtidai istintaq dövründə Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Nərimanov rayon prokurorluğuna prokuror nəzarəti qaydasında, Nərimanov rayon məhkəməsinə isə məhkəmə nəzarəti qaydasında şikayətlər etmişdir. Ancaq nüfuzlu şəxslərin sifarişi və onların tapşırığı olduğu üçün onun şikayətlərinə düzgün baxılmamışdır. O, ibtidai araşdırma dövründə işgəncə, qeyri-insani rəftar və ləyaqəti alçaldan hərəkətlərin tətbiqi nəticəsində yazdığı və imzaladığı bütün sənədlərdən, izahat və ifadələrdən imtina etdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla 2023-cü ildə Vidadi adlı iş yoldaşının vasitəsilə tanış olmuşdur. Vidadi Ağagülü ona təqdim edib sinif yoldaşı olduğunu bildirmişdir. Eibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almamış, hansısa bazarın alınması, bu məqsdədlə zərərçəkmişdən pul alması halı olmamış, bu fakt hüquq-mühafizə orqanları, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən uydurulmuşdur. Ağagülün onun tərəfindən pulun alınmasına dair məhkəməyə təqdim olunmuş qəbzlə bağlı bildirir ki, qeyd olunan məzmunda əlyazma yazı ilə Ağagülə qəbz verib-vermədiyini xatırlamır, elə bir məzmunda qəbz yazıb-yazmadığıhazırda yadında deyil.Məhkəmənin diqqətinə çatdırır ki, onun Zərərçəkmiş şəxs qarşı əməlində dələduzluq cinayətinin əlamətləri mövcud deyil. Zərərçəkmiş şəxs onun barəsində dedikləri tamamilə əsassızdır, yalandır və böhtandır. Şahid işlədikləri idarədə onun barəsində rəhbərliyə yalan məlumatlar verdiyinə görə aralarında münasibətlər həmişə gərgin olmuş, onun üçün nüfuzlu şəxslərin tapşırığı ilə hansısa maraqlar qarşılığında prosesə qoşularaq, yalançı şahidlik etmişdir. Şahid Zərərçəkmiş şəxs sözlərinə istinad edərək, qondarma hadisə barədə yalan məlumat verməklə, əslində uydurma şahid olduğunu ifadəsi ilə bir daha təsdiq etmişdir. Şahid özgənin sözlərindən verdiyi məlumatlar AR CPM-nin 126.3-cü maddəsinə əsasən sübut kimi istifadə edilə bilməz. Məhkəmənin diqqətinə çatdırır ki, müdafiəçi ilkin istintaq hərəkətlərində iştirak etməmiş, sənədləri sonradan gəlib imzalamış, buna görə də, o, vəkilin onu müdafiə etməsindən imtina etmiş və məhkəmə nəzarəti qaydasında şikayət etmişdir. İş Nərimanov Rayon Məhkəməsinin hakimi Aytəkin Əsədovanın icraatında olmuş, lakin 3-4 ay keçməsinə baxmayaraq, həmin işə baxılmamışdır. O, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Sərfəli Ticarət Mərkəzi”nin hərraca çıxarılması barədə olan məsələyə sərbəst yazılı ifadəsində aydınlıq gətirdiyi üçün məhkəmədə bu barədə danışmaq istəmir, Azad Səfərli adlı şəxslə bağlı ibtidai istintaqda göstərdiyi faktlar həqiqəti əks etdirməmiş, Azad Səfərlinin verilmiş ittihamla əlaqəsi olmamışdır. AR CPM-nin 42-ci maddəsinin tələblərinə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə cinyayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışı iclasında elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs həmin ifadədə göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs təxminən 1 il əvvəl iş yoldaşı və həmkəndlisi Şahid vasitəsilə tanımışdır. Həmin ərəfələrdə Şahid və Zərərçəkmiş şəxsla birlikdə mütəmadi olaraq Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən kafedə əyləşib çay içib söhbət etmiş, həmin vaxtdan da dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxsla aralarında olan söhbət zamanı sonuncu, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Sərfəli Ticarət Mərkəzi”nin hərraca çıxarılmasını və həmin yeri birlikdə şərik almaq istədiyini təklif etmiş, fikirləşib, bu barədə ona məlumat verəcəyini demişdir. Səhərisi günü yenidən Zərərçəkmiş şəxsla görüşən zaman həmin ticarət mərkəzini ala biləcəklərini ona bildirmiş, Ağagül də ticarət mərkəzini almaq üçün hər hansı bir şəxsi tapmalarını və hərracı xeyirlərinə həll etməyi demişdir. Təxminən bir həftə sonra xatırlamadığı tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Rəssamlıq Akademiyasının yanından piyada keçən zaman bir nəfər şəxsin ona səsləndiyini eşitmiş və baxdıqda həmin şəxsin 2010-cu ildən tanıdığı, ata adını unutduğu Azad Səfərli olmasını görüb yaxınlaşmışdır. Həmin vaxt Azad Səfərli ilə görüşmüş və söhbət zamanı Zərərçəkmiş şəxs ona mobil telefonla zəng edərək ticarət mərkəzini almaq üçün hər hansı bir şəxsi tapıb-tapmadığını soruşmuşdur. Söhbəti eşidən Azad Səfərli ona Əmlak Məsələləri üzrə müstəqil ekspert işlədiyini, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Sərfəli Ticarət Mərkəzi”nin hərraca çıxarılması barədə məlumatlı olduğunu, həmin ticarət mərkəzini onun üçün ala biləcəyini, ticarət mərkəzinin hərracda ******* manatdan satışa çıxarılacağını, ilkin hərracda iştirak etmək üçün depozit və sığorta ödənişləri üçün ümumilikdə 120000 manat pul ödəniş etmələrinin vacib olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat verdikdən sonra onun da razılığını alıb Azada razılıqlarını və pulu vermək üçün müddət verməsini bildirmişdir. Bundan sonra Azad Səfərli ilə sağollaşıb həmin gün bəzi işlərini həll etdikdən sonra Masallı rayonuna qayıtmış, həmin vaxtdan Zərərçəkmiş şəxsla birlikdə pul axtarmağa başlamışlar. 2023-cü ilin avqust ayı ərzində, dəqiq xatırlamadığı günlərin birində Zərərçəkmiş şəxs hissə-hissə olmaqla Masallı rayonu, həm də Bakı şəhəri ərazisində ona ümumilikdə 62000 manat pul vermişdir. Ağagüllə aralarında yaranmış razılaşmaya əsasən Azad Səfərliyə verməli olduqları 120000 manat pulun 68000 manatını Ağagül, 52000 manatını isə özü verməli olmuşdur. Sonra Zərərçəkmiş şəxs ona 62000 manat pulu borc götürdüyünü, borc aldığı şəxsin pulunu ondan istədiyini, əlacsız vəziyyətdə qaldığı üçün evini satmaq qərarına gəldiyini bildirmiş, 05 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib evinə alıcı tapdığını və 06 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərinə gedib orada alıcı ilə 5 saylı “Asan Xidmət” mərkəzində görüşəcəyini və hazır olmasını demiş, razılaşaraq 06 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 5 saylı “Asan Xidmət” mərkəzinə getmişlər. Orada Zərərçəkmiş şəxs tanımadığı bir neçə nəfər şəxslə görüşüb h əmin şəxslərdən biri ilə evinin alqı-satqısını həyata keçirmiş, lakin, həmin şəxsdən nə qədər pul almasını bilməmişdir. Sonra birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” adlı restoranın yaxınlığına getmiş, orada Zərərçəkmiş şəxs idarə etdiyi Niva markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs ona sonuncu məbləği, yəni 6000 manat pulu vermişdir. Bundan sonra həmin pulu əvvəlcədən ondan aldığı 62000 manat pulun üzərinə əlavə edib ümumilikdə 68000 manat pulu hazır etmişdir. Əvvəllər “7 Gün Xəbər” qəzetinin təsisçisi olduğundan həmin qəzeti işlətmək üçün aldığı avadanlıqları alqı-satqı elan saytlarına yerləşdirib ümumilikdə 48000 manat pula tanımadığı şəxslərə satıb, Özündə olan 4000 manat pulu da həmin pula əlavə edib 52000 manat pul hazır etmiş, Zərərçəkmiş şəxs aldığı 68000 manat və özü topladığı 52000 manat pulu bir yerdə, yəni ümumilikdə 120000 manat pulu 2023-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Heydər Əliyev sarayının yaxınlığında Azad Səfərli ilə görüşüb ona vermiş və həmin vaxt Azadla rəsmi müavilə bağlamış, müqavilədə Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən 6000 kvadrat metrə yaxın əraziyə malik obyektin alqı-satqısını həyata keçirmək üçün beh qismində 120000 manat pul ödənilməsi qeyd olunmuşdur. 06 oktyabr 2023-cü il tarixdə Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən ikimərtəbəli "Sərfəli" Ticarət Mərkəzində yanğın hadisəsi baş verdikdən sonra Zərərçəkmiş şəxs ondan pulunu qaytarmasını və ticarət mərkəzini almaqdan imtina etdiyini bildirmişdir. Bu barədə Azad Səfərliyə bildirsə də, sonuncu Azərbaycan Respublikası ərazisində olmadığını, qayıtdıqdan sonra görüşüb söhbət edəcəyini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs hər gün ona zəng edib pulunu tələb etmiş və buna görə Azad Səfərliyə zəng edib ona şəriki olan Zərərçəkmiş şəxs pulunu geri tələb etməsini bildirmişdir. Bu səbəbdən Azad Səfərli ilə aralarında bir neçə dəfə mübahisə baş vermiş, Azad ona rəsmi müqavilə bağladıqlarını, müqavilənin şərtlərindən irəli gələn tələblərə görə beh vermiş şəxs behini tələb etdikdə müqavilədən və hərracda iştirak etməkdən İmtina etmiş kimi sayıldığı üçün behin qaytarılmayacağı qeyd olunmuşdur. Lakin, uzun müddət gözləməsinə və Zərərçəkmiş şəxs ona təzyiq və hədələrinə görə 2024-cü ilin aprel ayında ərizə yazaraq Azad Səfərli barəsində Bakı şəhəri, Nəsimi rayon Prokurorluğuna müraciət etmişdir. Hazırda Bakı şəhəri, Nəsimi rayon Prokurorluğunda müraciəti üzrə araşdırma aparılır. Bu barədə Nəsimi rayonu 22-ci Polis Şöbəsində araşdırma aparılaraq 29 may 2024-cü il tarixdə 3-13-54/2/-Ş- 5781/11 saylı məktubla şikayətinə cavab verilmiş, həmin məktubda heç bir hüquq pozuntusu və cinayət xarakteri müəyyən olunmadığı üçün qeyd olunan xüsusatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş mülki qaydada məhkəməyə müraciət etməsi barədə tövsiyyə xarakterli cavab verilmişdir. Həmin beh müqaviləsi və polis şöbəsindən daxil olmuş məktubun surətini istintaqa təqdim etmişdir. O, göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalandır, şər və böhtandır, belə ki, Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayı ərzində dəqiq xatırlamadığı günlərdə hissə-hissə olmaqla Masallı rayonu ərazisində, həm də Bakı şəhəri ərazisində ümumilikdə 62000 manat, 06 sentyabr 2023cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” adlı restoranın yaxınlığında onun idarə etdiyi Niva markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə 6000 manat olmaqla ümumilikə 68000 manat pul almış, həmin pulun üzərinə özünə məxsus 52000 manat pulu da əlavə edib, ümumilikdə 120000 manat pulu Azad Səfərliyə vermiş, bundan Zərərçəkmiş şəxs da məlumatı olmuşdur. Lakin, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 11000 manat pulu borc kimi almamış, 120000 manat pul verdiyi Azad Səfərlinin anket məlumatlarını, mobil telefon nömrəsini, hazırda harada olmasını bilmir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini Şahid ilə orta məktəbdə eyni sinifdə oxuduqları üçün münasibətləri həmişə yaxşı olmuşdur. Şahid Masalı rayonu ərazisində fəaliyyət göstərən su İstismar İdarəsində mühəndis vəzifəsində işləmişdir. 2023-cü ilin fevral ayında Vidadinin vasitəsilə, onunla eyni idarədə işləyən Masallı rayonunun Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxslə tanış olduqdan sonra onunla yaxşı münasibəti yaranmış və mütəmadi olaraq Cavidlə görüşüb söhbət etmiş, yemək yeyib, çay içib vaxt keçirmişlər. Təqsirləndirilən şəxs bir neçə dəfə ona xarici dövlətlərdən avtomobil ehtiyyat hissələri gətirib Azərbaycan Respublikası ərazisində satmaq istədiyini və həmin işdə xeyli pul qazana biləcəyini, həmçinin Almaniyada 43500 avro dəyərində “Mercedes” markalı yük avtomobili aldığını, həmin yük avtomobili vasitəsilə avtomobil ehtiyyat hissələri gətirə biləcəyini və onunla şərik olmasını təklif etmiş, lakin, onunla razılaşmamışdır. Buna baxmayaraq Cavid ona var-dövlətindən, yəni özünün 300000 manat dövriyyəsinin olduğunu və qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğnu, Bakı şəhərinin müxtəlif yerlərində özünə məxsus evlərinin olduğunu bildirirmiş, yenə də onunla razılaşmamışdır. Hər dəfə Təqsirləndirilən şəxslə bir yerdə olarkən sonuncu, onunla eyni söhbətləri edib, sözlərinə inandırmağa çalışmışdır. 2023-cü ilin avqust ayında Cavidlə görüşüb söhbət edən zaman sonuncu, həmin ərəfədə fəaliyyət göstərmiş, lakin, hazırda yanaraq yararsız hala düşmüş Masallı şəhərində “Köhnə Bazar” adlanan yerdə yerləşən ikimərtəbəli ticarət mərkəzinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən hərraca çıxarılacağını, onun həmin yeri alıb direktoru ola biləcəyini və gələcəkdə həmin ticarət mərkəzindən xeyli qazanc əldə edə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Əmanətlərin Sığortalanması Fondunda ailəvi dostunun işləməsini, həmin şəxsin vasitəsilə qeyd etdiyi ticarət mərkəzini ona 400000 manata ala biləcəyini, həmin ticarət mərkəzinin isə ******* manatdan satışa çıxacağını bildirmişdir. Lakin, əgər almaq istəyirsə, təcili 50000 manat pul tapıb Əmanətlərin Sığortalanması Fondunda işləyən tanışına verəcəyini, həmin tanışının hərracdan əvvəl ticarət mərkəzinin ona satılmasını təşkil edəcəyini bildirmişdir. Gələcəkdə qazanc əldə edə biləcəyini düşünüb, Təqsirləndirilən şəxslə aralarında yaranmış dostluq münasibətinə görə onun sözlərinə inanmışdır. Buna görə də Bakı şəhərində yerləşən həyət evini satmağı qərarlaşdırmış, evin satılmasında Cavid də ona köməklik göstərmiş və 06 sentyabr 2023-cü il tarixdə birlikdə özünə məxsus evini tanımadığı şəxsə 83000 manata satmışlar. Həmin vaxt Cavid 50000 manatdan əlavə 18000 manat da sığortaya ödəniş etməli olduğunu bildirib ondan ümumilikdə 68000 manat pul istəmiş, yenə ona inanıb həmin gün axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinin yaxınlığında özünə məxsus “Niva” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə həmin pulu Cavidə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi ehtiyacları üçün ayrı-ayrı tarixlərdə ondan 5000 manat pulu borc kimi, evini satarkən tanımadığı şəxslərə evin alqı-satqısını həyata keçirmək üçün isə 6000 manat pul almışdır. Cavid Masallı şəhəri, “Köhnə Bazar” adlanan yerdə yerləşən ikimərtəbəli ticarət mərkəzini almaq üçün ondan 68000 manat pul almışdır. Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 11000 manat pulun Masallı şəhəri, “Köhnə Bazar” adlanan yerdə yerləşən ikimərtəbəli ticarət mərkəzinin alınmasına aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs Masallı şəhəri, “Köhnə Bazar” adlanan yerdə yerləşən ikimərtəbəli ticarət mərkəzinin ona satışını təmin edəcəyini və həmin bazara direktor təyin ediləcəyini vəd verib aldadaraq 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinin yaxınlığında ondan 68000 manat pul almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Masallı rayonunun Qəriblər kənd sakini Zərərçəkmiş şəxs orta məktəbdə onunla eyni sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs isə onun işlədiyi Masallı rayonu Su İstismar İdarəsində mühəndis-hidrotexnik işləmişdir. 2023-cü ilin təxminən fevral ayında Ağagül və Cavid onun vasitəsilə tanış olmuş və onların arasında yaxşı münasibət yaranmışdır. 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edib, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən çay evində görüşməyi bildirmiş, etiraz etməyərək Ağagülün dediyi çay evinə getmişdir. Orada Ağagül və Cavidin sözlə mübahisə etdiklərini görmüş, maraqlandıqda məlum olmuşdur ki, Cavid, hazırda yanaraq yararsız hala düşmüş Masallı şəhərində, “Köhnə Bazar” adlanan yerdə yerləşən ikimərtəbəli ticarət mərkəzinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən hərraca çıxarılacağını, həmin ticarət mərkəzindən xeyli qazanc əldə edə biləcəklərini bildirərək Ağagülü aldadıb 68000 manat pulunu ələ keçirmişdir. Cavidə öz narazılığını bildirmiş və Ağagüldən aldığı pulu nə vaxt qaytarması barədə soruşduqda, sonuncu az bir müddət ərzində Ağagüldən aldığı pulu qaytaracağını bildirmişdir. Lakin, bundan sonra Ağagüldən eşitmişdir ki, Cavid, onu aldadaraq ələ keçirdiyi 68000 manat pulu, geri qaytarmamışdır. Ona görə də Ağagül, baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Nəsirov X4 RPŞ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindənn aldadılaraq 68000 manat pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs əvvəllər tanıdığı Təqsirləndirilən şəxs 68000 manat pulu verdiyi hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindən keçən, magistral yolun sağ kənarını təqdim edərək xx.xx.2023-cü il tarixdə həmin yerdə əvvəllər tanıdığı Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs ondan 68000 manat pulu özünün idarə etdiyi Niva markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə alıb ona Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Sərfəli Ticarət Mərkəzini” hərrac yolu ilə alacağına dair vəd verib aldatmasını bildirmişdir. Hadisənin baş verdiyi yerin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış Təqsirləndirilən şəxs göstərdiyi ərazidə aparılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ticarət mərkəzinin alqı-satqısını təşkil etməyi vəd edən Azad Səfərli adlı şəxsə 120000 manatı Bakı şəhərı, Nəsimi rayonu Mirzəağa Əliyev küçəsi və «Bülbül» prospektinin kəsişməsində yerləşən «Af Mall» Ticarət mərkəzinin qarşısında verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Belə ki, tələbnamədən və cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(088)-11/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(088)-11/2016 nömrəli hökmündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(088)-11/2016 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqsirləmdirilən şəxsin ilkin qismən etirafedici ifadələri, zərər çəkmiş şəxs və şahid ifadələri, üzləşmə protokolları və işdə olan digər zəruri istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş 68.000 (altmış səkkiz min) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 294 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətini törətməməsi, onun pulunu qanunsuz şəkildə ələ keçirməməsi, onun əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmaması, Zərərçəkmiş şəxs ilə polis əməkdaşlarının əlaqəsinin olması, “7 Gün xəbər” həftəlik online ictimai-siyasi qəzetinin, həmçinin onun jurnalist fəaliyətinə görə nüfuzlu şəxslərin sözləri və onların tapşırığı ilə həbs olunması, polis şöbəsində psixi və fiziki təzyiqlərə məruz qalaraq sənədlərə qol çəkməsinə dair göstərdiyi xüsusatları cinayət işinin faktiki hallarına tamamilə uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə tamamilə təkzib edilən ifadələr kimi qiymətləndirir. Odur ki, məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər hesab etmir. Sözügedən xüsusatlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolu, Şahidla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolu, zərər çəkmiş şəxs və şahidin dindirmə protokolları, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qeyri səmimi davranışı, ibtidai istintaq orqanını bilərəkdən səhv istiqamətə yönləndirməsi, əldə olunmuş pulu guya Azad Səfərli adlı şəxsə verməsinə dair tamamilə yalan arqumeti müstəntiqə bildirməklə uzun müddət ərzində ibtidai istintaqın gedişini səhv istiqamətə yönləndirməsi, məhkəmə istintaqında Azad Səfərli ilə əlaqədar ibtidai istintaqa yalan ifadə verməsini etiraf etməsi ilə, penitensiar xidmətdən sorğu edilərək götürülmüş tibbi kitabçada qeyd olunanlarla, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinindən əldə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarla tam təkzib edilir. Məhkəmə həmçinin vurğulayır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxsla aralarında olan söhbət zamanı, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Sərfəli Ticarət Mərkəzi”nin hərraca çıxarılmasını və həmin yeri birlikdə şərik almaq istədiyini təklif etmiş, səhəri günü yenidən Zərərçəkmiş şəxsla görüşən zaman həmin ticarət mərkəzini ala biləcəklərini ona bildirmiş, Ağagül də ticarət mərkəzini almaq üçün hər hansı bir şəxsi tapmasını və keçiriləcək hərracın onların xeyrinə həll olunmasını xahiş etmişdir. 2023-cü ilin avqust ayı ərzində Zərərçəkmiş şəxs hissə-hissə olmaqla Masallı rayonu, həm də Bakı şəhəri ərazisində ona ümumilikdə 68000 manat pul vermişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı bu faktı etiraf etməsi, sonradan istintaqa yalan məlumatlar verərək guya sözsügedən pulu Azad Səfərli adlı “virtual” şəxsə verməsi ilə bağlı istintaqı səhf yönə istiqamətləndirməsi onun tərəfindən özgə əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinə dəlalət edir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 68000 manat pulu verdiyi hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindən keçən, magistral yolun sağ kənarını təqdim edərək xx.xx.2023-cü il tarixdə həmin yerdə əvvəllər tanıdığı Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs ondan 68000 manat pulu özünün idarə etdiyi Niva markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə alıb ona Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Sərfəli Ticarət Mərkəzini” hərrac yolu ilə alacağına dair vəd verib aldatmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Ağagül Nəsibovu aldatmasını inkar etməklə yanaşı, hər ikisinin tanışı Azad Səfərli tərəfindən aldadılmasını və əmlaklarının ələ keçirilməsini qeyd etsə də, “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs heç bir əsas olmadan tanınmaya təqdim edilən Azad Səfərli adında şəxsi dörd nəfər şəxsin arasından tanımaqdan imtina etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azad Səfərli ilə bağlı suallar verilən zaman o, suallardan yayınaraq, bildirmişdir ki, Azad Səfərli adlı şəxsin ona verilmiş ittihamla əlaqəsi olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istintaq hərəkəti protokollarında müdafiəçi Samir Əliyevin iştirak etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar da iş materialları ilə tamamilə təkzib olunur. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolu, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolu, üzləşdirmə protokolları, eləcə də digər istintaq hərəkəti protokolları müdafiəçi Samir Əliyevin iştirakı ilə həyata keçirilmiş, onun tərəfindən imzalanmışdır. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 293-cü maddəsinin tərkib əlamətlərinin olmaması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycvan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-381 nömrəli məktubda və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış zamanı yeni zədə və xəsarət izi aşkar edilməmiş və obyektiv müayinə zamanı şikayəti olmadığını bildirmişdir. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmir, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərilən yuxarıda qeyd olunmuş xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatları təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək məqsədilə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, həqiqi məlumatları gizlətməklə, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəldilmiş qəsdən hərəkətlər törətmiş, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus əmlakı təkrarən ələ keçirərək dələduzluq etmişdir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin cinayət hüquqi tövsifi düzgün olmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsifini düzgün hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması isə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(088)-11/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri təqsirli bilinmiş və ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(088)-11/2016 nömrəli hökmündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(088)-11/2016 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. AR CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. AR CM-nin 15.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş əməl ağır cinayət hesab olunur. AR CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət əməli ilə bağlı məhkumluğu ödənilmədən o, yenidən ağır cinayətlər təsnifatına daxil olan cinayət əməli törətmişdir. AR Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi halı mövcud olduğundan ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin olunmalı, dövlət rüsumu da nəzərə alınmaqla Təqsirləndirilən şəxs 68.000 (altmış səkkiz min ) manat və dövlət rüsumu kimi ödənilmiş 294(iki yüz doxsan dörd) manat pul tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Zərər çəkmiş şəxs-mülki idiiaçı Zərərçəkmiş şəxs mülki iddiası tam təmin olunsun. 68.000 (altmış səkkiz min ) manat və dövlət rüsumu kimi ödənilmiş 294 (iki yüz doxsan dörd) manat pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar