Məhkəmə qərarları › İş №1(101)-1044/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1044/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1044/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X3, zərərçəkmiş şəxsələr Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxsələr Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı vəkil bürosunun vəkili Nümayəndə1, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respubliksının vətəndaşı, işsiz, evli, orta təhsilli, məhkum olunmamış, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olub ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində qətimkan tədbiri qismində həbs seçilib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxalınlan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin yanvar ayında qaynı Zərərçəkmiş şəxs4 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib, etibardan suiistifadə etməklə aldadaraq ondan 2019-cu ilin mart ayının ortalarında yaşadığı Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, ev 5, mənzil 46-da 4.000 manat, yenə həmin adla 2019-cu ilin sentyabr ayında yaşadığı Sumqayıt şəhəri, Sülh küçəsi, 76cı məhəllə, ev 5, mənzil 46-da 10.000 manat, yenə həmin adla 10 oktyabr 2019-cu il tarixdə 6.000 manat pulu Bərdə rayonu Xanərəb kəndində, 03 yanvar 2020-ci il tarixdə yenə həmin adla həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları məbləğində pulu «Kapital Bank» vasitəsilə, 06 fevral 2020-ci il tarixdə yenə həmin adla həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları məbləğində pulu «Kapital Bank» vasitəsilə vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 37.000 (otuz yeddi min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin yanvar ayında tanışı Zərərçəkmiş şəxs3 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan sui-istifadə edib aldadaraq ondan hissə-hissə Bakı şəhərinin müxtəlif ərazilərində 2020-ci ilin yanvar ayında 3000 manat, 2020-ci ilin fevral ayında 19.500 manat, 2020-ci ilin mart ayının 4-də 26.000 manat pulu ünvan 2 ünvanında yerləşən filialının qarşısında vahid niyyətlə əhatə olunmuş qəsdlə aldığı pulun 25.000 manatını hissə-hissə olmaqla qaytarıb Zərərçəkmiş şəxs3 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 may 2020-ci il tarixdə qohumu Vəliyev Sərxan Şərixan oğlunun ad günü münasibətilə onun Sabunçu rayonu, Savalan qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evində qonaq olduğu zaman tikinti materiallarının topdan satşı ilə məşğul olduğunu, İran İslam Respublikasından mərmər-qranit gətirib Bakı şəhərində tikinti şirkətlərinə sataraq yaxşı qazanc əldə etdiyini, hazırda isə ona təcili pul lazım olduğunu bildirib Zərərçəkmiş şəxs8 ona pul tapmasını xahiş etmiş, sonuncu da evdə olan 7.000 manat pulu oluğunu bildirib qohum kimi ona kömək etmək məqsədilə həmin pulu ona vermiş və Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Vəliyev Sərxan Şərixan oğlunun 7.000 (yeddi min ) manat məbləğində xeyli miqdarda əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qaynanası Zərərçəkmiş şəxs6 əlillik pensiyası düzəldəcəyini yalandan vəd edib aldadaraq 2019-cu ilin iyun ayının axırlarında yaşadığı Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 5 №-li evin 46-cı mənzilində 4.000 manat, ondan sonra ona İran İslam Respublikasından külli miqdarda mərmərqraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan suiistifadə edib aldadaraq ondan 2020-ci ilin yanvar-mart aylarında hissə-hissə olmaqla 7.000 manat pulu yaşadığı Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 5 №-li evin 46-cı mənzilində vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Zərərçəkmiş şəxs6 cəmi 11.000 (on bir min) manat məbləğində əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayında qohumu-həyat yoldaşının dayısı qızı Zərərçəkmiş şəxs5 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu da özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan suiistifadə edib aldadaraq ondan 2020-ci ilin fevral ayında Sumqayıt şəhəri, Betonzavod ərazisi, İnşaatçılar qəsəbəsi 313A ünvanda 5.000 manat, bir neçə gün sonra yenə həmin adla və həmin ünvanda 2.500 manat, 2020-ci ilin mart ayında yenə həmin adla həmin ünvanda 2.500 manat, 2020-ci ilin aprel ayında yenə həmin adla həmin ünvanda 5.000 manat, bir neçə gün sonra yenə həmin adla həmin ünvanda 2.000 manat, 2020-ci ilin may ayında yenə həmin adla həmin ünvanda 13.000 manat, 2020-ci ilin iyun ayında yenə həmin adla həmin ünvanda hissə-hissə olmaqla 10.800 manat, sonuncu dəfə 16.06.2020-ci il tarixdə yenə həmin adla həmin ünvanda 1.200 manat olmaqla cəmi 42.500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 42.500 manat xeyli miqdarda əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayında qohumu-həyat yoldaşının xalası Zərərçəkmiş şəxs7 evində qonaq olduğu zaman İran İslam Respublikasından mərmər-qranit gətirib tikinti şirkətlərinə satmaqla məşğul olduğunu və bununla yaxşı qazanc əldə etdiyini bildirib, 2020-ci ilin may ayının ortalarında pandemiya ilə əlaqədar olaraq bankdan pulunu çıxara bilmədiyini bildirməklə etibardan sui-istifadə edib aldadaraq ondan 1.000 manat borc adı ilə pul istəmiş və Zərərçəkmiş şəxs7 da həmin pulu onun şəklini çəkib göndərdiyi «Kapital Bank» kartının hesabına keçirmiş, bundan sonra 2020-ci ilin iyun ayının əvvəllərində yenə Zərərçəkmiş şəxs7 zəng vurub təcili olaraq 2.000 manat pul lazım olduğunu və tezliklə qaytaracağına yalan vəd verib aldadaraq həmin pulu da «Kapital Bank»a aid kartın hesabına keçirməsini xahiş etmiş, sonuncu yenə 2.000 manat pulu həmin kartın hesabına köçürmüş, bununlada Təqsirləndirilən şəxs cəmi 3.000 manat pulu Bakı şəhərində nağdlaşdırıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs7 3.000 manat məbləğində əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs2 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini yalandan vəd edib aldadaraq sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan sui-istifadə edib aldadaraq ondan 2020-ci ilin may ayında Bakı şəhəri Tbilisi prospekti 2 ünvanında yerləşən «Araz Market»in qarşısında həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 17.000 manat təkil edən 10.000 ABŞ dolları, 14.06.2020-ci il tarixdə yenə həmin adla Bakı şəhəri Xətai prospekti 92 ünvanında həmin dövr üçün milli pul vahidi ilə 14.450 manat təkil edən 8.500 ABŞ dolları, 18.07.2020-ci il tarixdə həmin dövr üçün milli pul vahidi ilə Azərbaycan Milli Valyutası ilə 11.050 manat təşkil edən 6.500 ABŞ dolları və 8.000 manat olmaqla cəmi 50.500 (əlli min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb, Zərərçəkmiş şəxs2 50.500 (əlli min beş yüz) manat məbləğində əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan baqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs1 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini və sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan sui-istifadə edib aldadaraq ondan hissəhissə olmaqla Bakı şəhərinin müxtəlif ərazilərində 2019-cu ilin avqust ayında 5000 manat, 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs1 məxsus «MERCEDES VİTA» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını 17.000 manata sataraq həmin məbləğdə pulu, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən mənzilini girov qoyub BTB bankdan götürdüyü 30.000 manat pulu, 2020-ci ilin yanvar ayında Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsində 4000 manat pulu, sonuncu dəfə isə 2020-ci ilin iyul ayının əvvəllərində həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 14.450 manat təşkil edən 8.500 ABŞ dolları məbləğində pulu ünvan 7 ünvanında yerləşən “Şuşa” restoranının qarşısında alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb Zərərçəkmiş şəxs1 70.450 (yetmiş min dörd yüz əlli) manat məbləğində əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, o, əvvəllər «Şərq» bazarında tikinti materiallarının satışı ilə, 2019-cu ildən isə mərmər-qranitin alqı-satqısı ilə məşğul olmuşdur. O, biznesini genişləndirmək üçün müəyyən şəxsləri aldadıb onları özünə inandırıb onlardan pul alıb biznesini genişləndirmək və sonradan da həm özünə pul qazanmağı, həm də həmin şəxslərə xeyir verməyi planlaşdırmışdır. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onları öz biznesinə qoşacağına vəd verib onlardan ona elan olunmuş ittihamda nəzərdə tutlan məbləğlərdə pullar almışdır, lakin 2020-ci ildə pandemiya ilə əlaqədar işləri getməmiş və o, həmin şəxslərin pullarını qaytara bilməmişdir. Bu səbəbdən də məcbur olub yalandan onlara guya onların pullarının atasının dostunun qardaşı Rauf adlı şəxsdə olmasını bildirmişdir. Həmin şəxslərdən pul almağının səbəbi özünün başqa şəxslərə pul borcunun olması olmuşdur. Özü bizneslə məşğul ola bilmədiyi üçün işləri alınmamışdır, ziyana düşmüşdür. Çoxlu borcu yığılmışdır. O da borclarını ödəmək üçün Zərərçəkmiş şəxs1 aldadıb, onun mənzilini girov qoydurub bankdan 30.000 manat pul götürmüş, sonra da ondan 8500 ABŞ dolları və 28.000 manat mərmər almaq adı ilə almışdır. Aralarında olan razılığa görə Ceyhunun evinə görə hər ay o, Banka 3.000 manat pul ödəməli olmuşdur, lakin o, hər ay 2.000 manat, 2 ay isə 1.800 manat banka pul ödəmişdir, sonra isə ödəyə bilməmişdir. Ceyhunun özünə isə cəmi 1.500 manat pul vermişdir. Həmin pulları da Ceyhunun ona verdiyi puldan qaytarmışdır. Zərərçəkmiş şəxs2 isə hər ay 5.900 manat xeyr vermək adı ilə onu da aldadıb 25.000 ABŞ dolları məbləğində pul almış, ona cəmi bir ay 5.900 manat pul vermiş, qalan pulu isə borclarının ödəməsinə sərf etmişdir. Hazırda o, Səmədə 25.000 ABŞ dollar verməlidir. Zərərçəkmiş şəxs3 48.500 manat pul almışdır, həmin puldan 25.000 manatını qaytarmışdır. O, həmin şəxslərdən aldığı pulları biznesə istifadə etməyib, adlarını demək istəmədiyi başqa şəxslərə olan borclarının ödənilməsinə sərf etmişdir. Zərərçəkmiş şəxs7 o, 3.000 manat almışdır. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, qaynanası Zərərçəkmiş şəxs6, qohumu Zərərçəkmiş şəxs5, digər qohumu Zərərçəkmiş şəxs8 pul almamışdır. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib göstərmişdir: “Şərq bazarı»nda tikinti materiallarının satışı ilə məşğul olmuşdur. 2019-cu ildən də mərmər-qranit alqı-satqısı ilə məşğul olmuşdur. Əvvəlki ifadəsində verdiyi və yaxud da İlkin adlı şəxslər mövcud deyil həmin adlı şəxsləri özündən uydurmuşdur ki, öz biznesini genişləndirmək üçün müəyyən şəxsləri inandırıb onlardan pul alıb biznesini genişləndirsin və həmin şəxslərə xeyir verib, eyni zamanda özü də pul qazansın. Ceyhun, Zamin və Səməd adlı şəxslərə biznesinə qoşacağına vəd verib pul almış, lakin 2020-ci ildə olan pandemiya ilə əlaqədar işləri yaxşı getmədiyi üçün ona görə də həmin şəxslərin pullarını qaytara bilməmiş, bu səbəbdən də məcbur olub həmin şəxslərə guya pulların Rauf adlı atasının dostunda olmasını yalandan bildirmişdir. Həmin şəxslərdən pul almağının səbəbi başqa şəxslərə borcunun olması və bizneslə məşğul olmaq istəyi olmuş, lakin bizneslə məşğul ola bilmədiyi üçün işləri alınmamışdır.Zərərçəkmiş şəxs1 mənzilini girov qoyduraraq bankdan 30.000 manat pul götürmüş, sonra ondan 8500 ABŞ dolları və 28.000 manat pul mərmər qranit almaq üçün pul almış, aralarında olan razılığa görə Ceyhunun evinə görə hər ay 3.000 manat pul ödəməli idi, lakin ona hər ay 2.000 manat, 2 ay isə 1.800 manat banka pul ödəmiş, sonra pul ödəyə bilməmişdir. Ceyhuna cəmisi 1.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 isə hər ay 5.900 manat xeyr vermək adı ilə 25.000 ABŞ dolları məbləğində pul almış, ona cəmisi bir ay 5.900 manat pul vermiş, qalan pulları qaytara bilməmiş, ona 25.000 ABŞ dolları pul verməlidir. Zərərçəkmiş şəxs3 da 48.500 manat pul almış həmin puldan 25.000 manatını qaytarmışdır. Onun arvadı Oksana borcunun çox olduğunu bilib təkidlə ondan pulları nə etdiyini soruşduqda yalandan başqa şəxslərin adlarını və mobil nömrələrini ona demişdir. Reallıqda isə pulları adlarını demək istəmədiyi şəxslərə olan borclarının qaytarılmasına, müəyyən hissəsini isə özünə xərcləmişdir.» O, 06 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilərkən elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərmişdir ki, qaynı Ceyhun Məzərrəmov, qaynanası Zərərçəkmiş şəxs6, qohumu Zərərçəkmiş şəxs5, digər qohumu Zərərçəkmiş şəxs8 pul almamamış, ancaq Zərərçəkmiş şəxs7 3.000 manat almışdır.“ Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs dostu və bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Şərq bazarı ətrafında olan mağazada tikinti materiallarının satışı ilə məşğul olur. O, 2019-cu ilin əvvəllərində Elgünün bahalı maşın sürdüyünü, həyat tərzində dəyişiklik olduğunu görüb Elgünlə söhbət edərkən Elgün ona İran İslam Respublikasından hər ay səkkiz TİR mərmər gətirib tikilməkdə olan binalara, daha dəqiq Rauf müəllim adlı şəxsə verdiyini bildirdi. Elgün çox inandırıcı danışdı. Dəfələrlə mobil telefonla onun yanında guya müəyyən şəxslərlə mərmər gətirdiyi barədə danışmışdır. O da Elgünü yüksək əlaqəli bizneslə məşğul olan şəxs kimi qəbul etmişdir. 2019-cu ilin təxminən avqust ayında Elgün onunla «CASPİAN PLAZA» şirkətinin binasında görüşən zaman dedi ki, İrandan mərmər gəlir, «təcili 10.000 manat pul lazımdır, sən mənə 10.000 manat pul tap, mən sənə xeyir verəcəm». O da cəmi 5.000 manat pul tapıb Elgünə vermiş, Elgün həmin pula görə ona dörd ay ərzində 500 manat verib, qazanc olduğunu dedi. O da Elgünün bizneslə məşğul olduğuna tam inanmışdır. 2019-cu ilin noyabr ayında Elgün zəng vurub dedi ki, obyekt çoxdur iş çoxalıb təcili pul lazımdır və ona «MERCEDES VİTA» markalı Az **-DZ-*** dövlət qeydiyyat niaşanlı avtomaşınını satmağı təklif etdi. O isə onun təklifi ilə dərhal razılaşmayıb ona düşünəcəyini demişdir. Elgün isə yenə təcili pul lazım olduğunu bildirmiş və təklif etmişdir ki, «gəl sataq maşını, ucuz satsaq qalanını mən xeyrimizdən ödəyərəm». O, Elgünə inandığı üçün razılaşmış və qaynı Mircəmaldan xahiş etmişdir ki, gedib Elgünün maşını satdığı adama etibarnamə versin. O, maşını 17.000 manata satmışdır, pulunu isə Elgün özü götürdü. 2020-ci ilin dekabr ayının əvvəllərində Elgün ofisə gəlib əlində olan bloknotu ona göstərərək dedi ki, Rauf müəllim tərəfindən 799 min manatlıq mal sifariş edilib və təklif etdi ki, bankdan 30.000 manat kredit götürüb ona versin, həmin krediti o, bir aya bağlayacaq. Elgün inandırdığı üçün BTB bankının Nəsimi filialında öz mənzilini girov qoyub 30.000 manat pul götürüb Elgünə vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Elgün dedi ki, İrana pul köçürmək üçün 4000 manat kəsiri var, təcili 4000 manat pul lazımdır. O da Elgünlə 3-cü mkr dairəsində görüşərək ona 4000 manat pul vermişdir. Elgünlə razılığa görə bu qədər verdiyi pula görə hər ay ona beş və ya altı min manat xeyir verməli idi. Elgün isə onu inandırmaq üçün hər ay, dörd ay ərzində hər ay 2000 manat olmaqla 6000 manat bankın pulunu ödəmiş, aprel və may ayları isə bankın 1800 manat pulunu ödəmiş, ondan sonra isə heç bir məbləğdə pul verməmişdir. Hər dəfə o, Elgünə irad tutub bankın pulunun hər ay 3000 manat etdiyini bildirəndə Elgün deyirdi ki, «biznesimiz genişlənir pulun yığılır». 2020-ci ilin iyul ayında o, Elgünə sonuncu dəfə 8.500 ABŞ dolları pulu Nərimanov rayonu, Şuşa restoranının qarşısında vermişdir. Elgün bildirdi ki, mərmər qranit bir neçə günə gələcək hər ay ona xeyir olaraq 6.250 manat və 850 ABŞ dolları pul verəcəkdir, lakin Elgün həmin vaxtdan müxtəlif bəhanələr gətirərək pul verməkdən yayındı, hətta BTB bankdan götürdüyü kreditə görə də pul ödəmədi. O da hər ay banka onun əvəzinə pul ödəmişdir. Artıq o, banka 9.100 manat pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Elgün başqa şəxslərdən də eyni üsulla müxtəlif məbləğlərdə də pul alaraq ələ keçirmişdir. Elgün telefonla danışanda hər dəfə bir neçə günə pulu qaytaracağını vəd edirdi. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildən tanışdır, Elgün «Şərq» bazarında bir neçə dəfə tikinti materiallarının satışı üçün mağazalar icarəyə götürmüşdü, o da onunla arabir görüşmüşdür. 2020-ci ilin may ayında o, Elgünün bahalı avtomaşın sürdüyünü, həyat tərzində dəyişiklik olduğunu görmüş, onunla söhbət edərkən o, İrandan hər ay 7- 8 TİR mərmər materialları gətirib Rauf adlı şəxsə verdiyini, külli miqdarda qazanc əldə etdiyini dedi. Elgün çox inandırıcı danışdı. O da Elgünə inanıb onunla şərik olmaq təklifi ilə razılaşmışdır. 2020-ci ilin may ayında Elgün 10.000 ABŞ dolları pul qoymağı təklif edib bildirdi ki, İrandan mərmər gəlməsi üçün 10.000 ABŞ dollar pul lazım olduğunu, razı olsa 10.000 ABŞ dolları pul versə qazancı iki yerə böləcəyini dedi. O da Elgünə inanıb 10.000 ABŞ dolları pulu Bakı şəhəri, Tbilisi prospekti Araz marketin qarşısında ona vermişdir. 2020-ci ilin iyun ayının 14-də saat 11:00 radələrində Elgün Bakı şəhəri Xətai prospekti 92 ünvanında işlətdiyi tikinti malları mağazasına gəlib hesab apardıqda Elgün guya bütün xərcləri çıxıb 4.400 manat xeyir qaldığını bildirib qazanc pulu yarı bölüb ona 2.200 manat pul verdi. Həmin gün axşam saatlarında Elgün zəng vurub Rauf müəllimin sifariş etdiyini, təcili İrana pul göndərməli olduğunu və 8.500 ABŞ dolları pul lazım olduğunu, guya bir ay ərzində qazanc verəcəyini bildirmişdir. Sabahısı gün Elgün mağazaya gəlib ondan 8.500 ABŞ dolları pulu götürdü. 16 iyul 2020-ci il tarixdə mağazaya gəlib yenə bloknot açıb guya gətirdiyi mərməri hesablayıb guya bütün xərclər çıxdıqdan sonra 7.400 manat qazanc olduğunu deyərək ona xeyir kimi 3.700 manat pul vermişdir. Həmin gün axşam Elgün ona olan inamdan istifadə edib, mobil telefonuna zəng vurub guya onunla işləyən Rauf müəllimin dostu Aftandil müəllim də Bakı şəhəri, Əhmədli qəsəbəsində tikilməkdə olan obyektinə mərmər sifariş etdiyini, təcili olaraq İrandan mal gətirmək lazım olduğunu bildirib 20.000 ABŞ dolları pul istəyib guya bir ay ərzində yaxşı qazanc əldə edəcəklərini dedi. O da Elgünün az da olsa guya qazanc verdiyindən ona inanıb 18 iyul 2020-ci ildə işlədiyi mağazada 6.500 ABŞ dolları və 8.000 manat pulu Elgünə vermişdir. Elgün mal üçün yenə pul lazım olduğunu bildirib təklif etdi ki, «MERCEDES» markalı avtomaşınını satsın. Elgün onda Vüqar adlı maşın alverçisi ilə mağazaya gəlmişdi. Vüqar maşına 14.000 manat pul verdiyindən razılaşmayıb, o, maşına görə 17.000 manat istəmişdir. Elgün dedi ki, «14.000 manat Vüqardan götürək 3.000 manatı isə bloknota yazaq mən ödəyəcəm». Elgünün bu təklifi ilə razılaşmayıb maşını satmamışdır. Elgünlə mütəmadi olaraq telefonla danışdıqda hər dəfə müxtəlif bəhanə gətirib guya malın gəldiyini, guya Rauf müəllimin bank hesabına pul keçirdiyini bir neçə günə pulu çıxarıb ödəyəcəyini deyib müxtəlif bəhanələr gətirirdi. Hər dəfə onunla görüşəndə Rauf adlı şəxslə telefonla danışdığını bildirirdi. Elgün son vaxtlar guya Rauf müəllimin pulun ödənilməsini ləngitdiyini, 257 min manat pul almalı olduğunu qeyd edib, pulu ödəməkdən yayındı, sonda da onun pulunu ödəmədi. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti normal olub, aralarında ədavətləri olmayıb. 2019-cu ilin yay aylarında o, Elgünlə görüşdükdə Elgün dedi ki, atasının Rauf adlı dostu ilə tanış olmuşdur. Rauf tikinti işləri ilə məşğul olur, tikdiyi obyektlərin mərmər işlərini ona həvalə edib. O da İrandan mərmər-qranit gətirir, istəsə onu da işə şərik edə bilər. O, onun təklifindən imtina edib işləmək istəmədiyini demişdir. 2020-ci ilin yanvar ayında o, təsadüfən Elgünlə Şərq Bazarının yaxınlığında görüşmüşdür. Elgün «BMVV» markalı maşın sürürdü. Elgün dedi ki, İrandan mərmər-qranit gətirir. O, yenə iş birliyi təklif etdi. O, isə ona pulunun olmadığını demişdir. Elgün isə inandırmağa çalışıb işlərin yaxşı getdiyini, sifarişlərin çox olduğunu, Raufun ona çoxlu obyekt həvalə etdiyini bildirib ondan 15.000 manat pul istəyib ona təxminən 2.000 manat qazancı olacağını bildirdi. O isə o, qədər pulu olmadığını demişdir. Elgün isə heç olmasa 3.000 manat pul istədi, malın yolda olduğunu, bir neçə günə 500 manat xeyir verəcəyini bildirdi. O isə Elgünə tam inanmadığı üçün ondan girov istəmiş, lakin Elgün inandırmaq üçün notariusa getməyi təklif etmişdir. O da 3.000 manat pulu 3 saylı notariusda Elgünə vermişdir. Təxminən 20 gün sonra Elgün gəlib guya qazanc olaraq ona 400 manat pul vermişdir. Elgün işin yaxşı getdiyini, onu Rauf müəllimlə tanış edəcəyini, malyarka işini ona verəcəyini deyib 4.500 manat pul istədi. O da yenə qarantiya üçün onunla notariusa gedib 3.000 manatla birlikdə 7.500 manata dair müqavilə bağlamışdır. Təxminən mart ayının axırlarında Elgün qazanc adı ilə ona 1.000 manat pul verdi və qazancının yaxşı olacağını deyib ondan 15.000 manat pul istədi. O da Elgünün inandırıcı danışıqlarına inanıb 15.000 manat pulu 3 saylı notariusda ona vermişdir. Bir neçə gün sonra Elgün zəng vurub bildirdi ki, «görürsən notarial qaydada hər şeyi qanuni sənədləşdirirəm, iş çoxdur sifarişləri çatdıra bilmirəm, mənə yenə pul lazımdır» deyib təklif etdi ki, «26.000 manat pul tap, cəmi 48 min 500 manat olsun, mən sənə hər ay qazanc olaraq 5-6 min manat xeyir verəcəm», təxminən iki illik sifarişləri vardır. Elgünün notarial qaydada pulun verilməsini təklif etdiyindən ona inanıb 2020-ci ilin mart ayının 4-də onunla Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerələşən «Muğan Bank»ın filialının qarşısında görüşüb ona 26.000 manat pulun verilməsinə dair müqavilə imzalamışdır. Bir neçə ay ərzində mütəmadi olaraq Elgünlə telefonla danışıb öz verdiyi 48.500 manat pulun guya qazancı olaraq hissə-hissə müxtəlif məbləğdə ondan pul almışdır. O, həmin pulları öz verdiyi məbləğ kimi hesabladıqda 23.500 manat pulu hazırda Elgündə qalmışdır. O, Elgündən pulunu tələb etdikdə Elgün müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan yayındı. Sonradan eşitmişdir ki, Elgün digər şəxsləridə eyni üsulla aldadıb pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, 2018-ci ilin dekabr ayında bacısı Oksana məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Həmin nigahdan iki uşaqları var. Elgün «Şərq» bazarında tikinti materiallarının satışı ilə məşğul olurdu, evləndikdən sonra Oksanaya məxsus ünvan 9 ünvanında yaşamışdır. 2019-cu ilin təxminən mart ayınıın axırlarında Elgün ona və anası Məhbubəyə dedi ki, atasının sinif yoldaşının qardaşı Rauf adlı şəxslə rastlaşıb. O da ona mərmər biznesi ilə məşğul olmağı təklif etmişdir. O da razılaşmışdır. Elgün bunu deyib ona həmin biznesə şərik etməyi təklif edib biznesə pul qoyub, qacanc əldə edəcəklərini bildirdi. Elgün guya bir maşın mərmər gətirdikdə 4.000 manat xeyir olduğunu, bir maşın mərmər üçün isə 40.000 manat pul lazım olduğunu dedi. O da Elgünə inanıb 2019-cu ilin mart ayının ortalarında öz evində Elgünə 4.000 manat pul vermişdir. O özü 2019-cu ilin avqust ayının 27-də ailəsi ilə birlikdə Ağstafa rayonuna köçmüş, anası Məhbubə isə Oksana və Elgünlə qalmışdır. Rayonda olduğu zaman Elgün zəng vurub ondan həmin təkliflə pul istədi. Yəni İrandan qranit gətirib sataraq qazanc əldə edəcəklərini dedi. O da rayonda 10.000 manat borc pul alıb həmin pulu Elgünə vermişdir. Ondan sonra Elgün demək olar ki, hər gün zəng vurub məşğul olduğu biznesin çox gəlirli bir sahə olduğunu, bu işə başqasını cəlb etmək istəmədiyini, təkcə onu şərik etmək istədiyini deyib yenidən ondan pul istəmişdir. O da ona inanıb rayonda qohumlardan, tanışlardan 6.000 manat pul borc alıb, 2019-cu ilin oktyabr ayının 10-da Bərdənin Xanərəb kəndinə kəndidə aparıb Elgünün atası evində 6.000 manat pulu ona verib rayona qayıtmışdır. Bundan da sonra Elgünlə o, tez-tez telefon əldaqəsi saxlayıb, ondan işin nə yerdə olduğu ilə maraqlanmış, Elgün isə hər dəfə işlərin yaxşı getdiyini, hər şeyin qaydasında olduğunu deyirdi. O, Elgün ilə telefon əlaqəsi saxlayanda Elgün yenə bildirdi ki, təcili pul lazımdır, İranlılara borcu var, borcu qaytarmaq lazımdır. O da borc alıb 2020-ci ilin 3 yanvar tarixində «Kapital Bank» vasitəsilə ona 6.000 ABŞ dolları məğləğində pul göndərmişdir. Bundan sonra da o, yenə pul istədi, o da borc alıb, 06 fevral 2020-ci il tarixdə «Kapital Bank» vasitəsilə ona 4.000 ABŞ dolları göndərmişdir. Ondan sonra yenə Elgünlə telefon danışıqıları zamanı o, yenə pul istəsə də, ona artıq özünün çox yükləndiyi üçün heç kimdən pul ala bilmədiyini deyib ona pul verməmişdir. Elgün isə hər gün ona zəng vurub ondan pul istəmişdir. Elgün 2020-ci ilin yanvar-mart aylarında hər ay ona 2.000 manat olmaqla aldığı 20.000 manata görə cəmi 6.000 manat, aldığı 10.000 ABŞ dollarına görə isə üç ay ərzində hər ay 1700 manat olmaqla cəmi 5.100 manat pul verib həmin pulların qazanc olduğunu ona bildirmişdir, lakin sonradan Elgün pandemiya ilə əlaqədar işləmədiklərini bildirirərək ona pul verməmiş, borc aldığı adamlar pullarını istəmiş, o da Elgünə zəng vurub ona verdiyi pulları tələb etmişdir. Elgün isə pandemiyadır, bankdan pul çıxara bilmir dedi. 2020-ci ilin yay ayında ona məlum olmuşdur ki, Elgün həmin biznesə şərik edəcəyi adı ilə ondan başqa anası Məhbubədən pensiya düzəltmək adı ilə 4.000 manat, xalası Ofelyadan 3.000 manat, o biri xalası Sevincdən 7.000 manat, dayısı qızı Fəxriyyədən 42.500 manat pul almışdır. Bundan sonra onlar Elgündən şübhlənib, onun tərəfindən aldadıldıqlarını başa düşüb, 2020-ci ilin iyun ayından başlayaraq qohumları ilə birlikdə Elgündən pullarını tələb etdikdə Elgün bildirdi ki, guya həmin pulları Rauf adlı şəxs götürüb qaçmışdır. Elgün guya Rauf adlı şəxslə əlaqədar Binəqədi rayon polis idarəsinə ərizə verdiyini, həmin Rauf adlı şəxsi polis tərəfindən axtarışa verildiyini, tapıldığı təqdirdə pulları alıb qaytaracağını bildirdi. Beləliklə də, ondan pullarını ala bilməmişlər. Zərərçəkmiş şəxs8 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası qızı Oksananın həyat yoldaşıdır. Qohum kimi Elgün bir neçə dəfə onların evində qonaq olmuş, aralarında həmişə yaxşı münasibət olmuşdur. 20 may 2020-ci ildə ad günü olduğu üçün Elgün Oksana ilə birlikdə onlara qonaq gəlmiş, söhbət zamanı Elgun ona bildirmidir ki, topdansatış tikinti materiallarının satışı ilə məşğul olur, İrandan mərmər gətirir, Bakıda tikinti şirkətlərinə satır, yaxşı qazanc əldə edir. Elgün təcili pul lazım olduğunu və onun üçün pul tapmağı xahiş etdi. O da bildirmişdir ki, evdə pulu var, torpaq almaq üçün yığmış, həmin pulu verə bilər və evdə olan 7.000 manat pulu Elgünə verib qohum kimi ona kömək etmişdir. Elgün dedi ki, mərmər İrandan gəldikdən sonra satıb aldığı pulu qaytaracaq və əldə olunan gəlirdən də ona da xeyir verəcəkdir. O da Elgünə inanmışdır. Elgünə pulu verdikdən sonra o, hər dəfə Elgün onlara qonaq gələndə İrandan malın gəldiyini, lakin satılmadığını deyib, mərmər satıldıqdan sonra aldığı pulu verəcəyini deyirdi. O, Elgüna pul verdikdən təxminən üç ay keçdikdən sonra o, Elnurla telefon əlaqəsi saxlayıb pulunu qaytarmağı tələb etmişdir. Elnur isə karantin ilə əlaqədar satış yoxdur, ona görə də pulu verə bilmədiyini dedi. Ondan sonra bir neçə dəfə anası Sevinc Elnurun onun evinə gedib pulu istəsə də, o hər dəfə müxtəlif bəhanələr gətirib onları aldatmışdır. Ondan bir müddət sonra Elgün yoxa çıxdı, evinə də gəlmədi. Artıq Elgünün onu aldatdığını başa düşmüşdür. Bundan sonra o, Elgünün onun xalası Məhbubəni, onun oğlu Ceyhunu, xalası Ofelyanı, dayısı qızı Fəxriyyəni aldalıb onlardan da ayrı vaxtlarda pul alıb, onları inandırmaq üçün isə az miqdarda onlara xeyir adı ilə pul verdiyini bilmişdir. Elgün onların hamısını öz biznesinə şərik edib qazanc əldə edəcəkləri adı ilə aldadaraq pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs onun bibisi qızı Oksanın həyat yoldaşıdır. O, 2019-cu ildə yaşadığı Sumqayıt şəhəri, Betonzavod Ərazisi İnşaatçılar qəsəbəsi 313A ünvanda yerləşən mənzilini təmir etdirmək istəməsi barədə bibisi Məhbubə ilə söhbət edərkən bibisi ona demişdir ki, kürəkəni Elgün tikinti materiallarının satışı ilə məşğul olur, evin təmiri üçün lazım olan tikinti materiallarını Elgündən almağı, evini təmir etmək üçün də usta kimi oğlu Ceyhunu işlətməyi təklif etdi. O da Məhbubənin təklifi ilə razılaşmışdır. Elgünlə danışdıqdan sonra o, evin təmiri üçün lazım olan materialları mənzilə gətirdi. O da bundan sonra Elgünün tikinti materiallarının satışı ilə məşğul olduğuna inanmışdır. 2019-cu ilin payız aylarında Oksana və Ceyhun söhbət əsnasında Elgünün mərmər biznesinə qoşulduğunu bildirdilər. Elgünlə görüşdükdə o, atasının dostu Rauf adlı şəxslə rastlaşdığını, Rauf adlı şəxsin sifarişi ilə guya İrandan mərmər sifariş edib gətizdirdiyini, bir maşın mərmər üçün 45.000 manat pul lazım olduğunu, guya Rauf adlı şəxs həmin pulun 50 faizini, özü də 50 faizini qoyduğunu, ay ərzində 7-8 maşın mərmər gətizdirdiyini bildirdi. Elgünün deməsinə görə bir maşından ona 2.000 manat pul qalır. Elgün təklif etdi ki, «pul ver, sizi həmin biznesə şərik qoşum». Elgün dedi ki, yalnız qaynı Ceyhunu və onu həmin biznesə şərik edir. Bu adla 2019-cu ilin sonlarında ondan 5000, 2000 və 3000 manat məbləğlərdə pul alıb ona on günə qaytaracağını dedi, lakin bir həftəyə həmin pulları qaytardı, həmin pulların üstündə əlavə olaraq 50 manat pul verdi. 2020-ci ilin fevral ayında Elgün onu özünə şərik etdiyini bildirdi. Həmin vaxt həm Elgünün özündən, həm də Ceyhundan eşitmişdir ki, Ceyhun Elgünə mərmər gətirməsi üçün 20.000 manat pul vermişdir. Bundan sonra o, Elgünə inanmışdır. O, vaxt Elgün «Lexus» markalı maşın sürürdü. Elgün həmin maşının Rauf müəllimin olduğunu deyirdi. O da 2020-ci ilin fevral ayında Elgünə Sumqayıt şəhəri, Betonzavod Ərazisi İnşaatçılar qəsəbəsi 313A ünvanında yaşadığı evin qarşısında 5.000 manat, bir neçə gün sonra isə 2.500 manat pul vermişdir. 5.000 manata görə Elgün ona üç dəfə olmaqla 500, 400 və 500 manat məbləğlərdə guya xeyir vermiş, 2500 manat görə isə iki-üç dəfə 200 və 250 manat guya xeyir vermişdir. 2020-ci ilin mart ayında Elgün mərmər gətirməsi üçün pul lazım olduğunu bildirib, yenə yaşadığı evin qarşısına gəlmiş, o da ona 2500 manat pul vermişdir. Həmin pula görə də Elgün ona 200 və 250 manat guya xeyir vermişdir. 2020-ci ilin aprel ayında yenə yaşadığı evin qarşısında o, ayrı-ayrı günlərdə Elgünə 5.000 və 2.000 manat pul vermiş, həmin pula görə də Elgün təxminən 1.000 manat guya xeyir vermişdir. 2020-ci ilin may ayında Elgün guya külli miqdarda sifarişinin olduğunu bildirib ondan hissə-hissə olmaqla 13.000 manat pul almış, həmin pula görə təxminən 1.200 manat guya xeyir vermişdir. 2020-ci ilin iyun ayının əvvəllərində hissə-hissə olmaqla 10.800 manat pulu yenə Elgünə yaşadığı evin həyətində vermişdir. Sonuncu dəfə isə 16 iyun 2020-ci il tarixində Elgün zəng vurub malın gəldiyini, 1.200 manat malın boşalıb satılması üçün təcili pul lazım olduğunu, həmin pulun Şahid2 adına olan «Kapital Bank» kartına köçürmək lazım olduğunu bildirib, kartın kodunu dedi. O da Elgünə inanıb sonncu 1.200 manat pulu küçələrində olan “39 market” adlı marketdə olan ödəmə terminalından karta yükləmişdir. Bundan sonra artıq Elgün ona hər hansı məbləğdə pul verməyib, onunla görüşdən yayınmışdır, yalnız telefonla danışanda hər dəfə bir neçə günə pulu gətirəcəyini deyirdi. Elgünə o, ümumilikidə 42.000 manat pul vermişdir. Həmçinin bibisi oğlu Ceyhun 37.000 manat, bibisi Ofelya 3.000 manat, o biri bibisi Sevinc 7.000 manat, bibisi Məhbubə pensiya düzəlməsi üçün 4.000 və mərmər işi üçün isə 7.000 manat Elgünə pul vermişlər. Həmin dövrdən hamı Elgündən pulu hara xərclədiyini və kimə verdiyini soruşduqda Elgün guya həmin pulları Rauf adlı şəxsdə olduğunu deyirdi. Ondan mərməri hansı obyektə verdiyini, Rauf adlı şəxsin harda və kim olduğunu soruşduqda o, onları müxtəlif yerlərə aparmış, lakin konkret hansı obyektə və kimə pulları, malları verməsini demədi. Elgün hətta həyat yoldaşı Oksananı da Rauf adlı şəxsin mövcud olduğuna inandırmışdır. Biz neçə ay ərzində təkid edib telefon nömrələrini istədikdə o, hər dəfə müxtəlif şəxslərin telefon nömrəsi vermiş, lakin həmin nömrələr ya mövcud olmamış, ya da işləməmişdir. Sonradan isə başa düşmüşlər ki, Elgün onları aldadıb, özündən Rauf adlı şəxsi uydurub. Elgünün elə ilk gündən niyyəti onları aldadıb pulu ələ keçirtmək olmuşdur. Zərərçəkmiş şəxs6 ifadələrində göstərmişdir ki, 2018-ci ilin dekabr ayında qızı Oksana Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan iki oğlan övladları dünyaya gəlib. Elgün həmin vaxtdan Şərq bazarında yerləşən tikinti materiallarının satışı ilə məşğul olurdu, birlikdə qızına məxsus ünvan 9 ünvanında yaşamışlar. 2019-cu ilin təxminən mart ayının axırlarında Elgün ona və birlikdə yaşayan oğlu Ceyhuna bildirmişdir ki, guya atasının sinif yoldaşının qardaşı Rauf adlı şəxslə rastlaşıb, Rauf adlı şəxs ona mərmər-qranit biznesi ilə məşğul olmağı təklif etmişdir. Elgün onu və oğlu Ceyhunu həmin biznesə şərik etməyi təklif etmiş, bildirmişdir ki, bir maşın mərmər gətirdikdə 4.000 manat xeyir olur, bir maşın mərmər üçün isə 40.000 manat pul lazımdır. Elgünə inanıb oğlu Ceyhun 2019-cu ilin mart ortalarında öz evlərində ona 4.000 manat pul vermiş, ondan bir müddət sonra 2019-cu ilin iyun ayının axırlarında Elgün ona demişdir ki, «4.000 manat pul ver, sənə əlilik pensiyası düzəldim hər ay 200 manat pul alacaqsan. O inandığı üçün həmin vaxt ona 4.000 manat pulu evində vermişdir. 2019-cu ilin avqust ayının 27-də oğlu Ceyhun ailəsi ilə birlikdə Ağstafa rayonuna köçmüş, özü isə qızı Oksana və Elgünlə qalmışdır. Ondan sonra Elgün yenə oğlu Ceyhuna zəng vurub pul istədiyi üçün Ceyhun da rayonda 10.000 manat borc pul alıb Sumqayıta gəlib və evdə həmin pulu ona vermişdir. Ondan sonra Elgün yenə bildirmidir ki, təklif etdiyi biznes sahəsi çox gəlirlidir və bu işə başqasını cəlb etmək istəmir, Ceyhunu şərik etmək istəyir və yenidən pul istədiyi üçün Ceyhun rayonda qohumlardan, tanışlardan 6.000 manat pul borc alıb, 2019-cu ilin oktyabr ayının 10-da X8 kəndinə gətirmişdir. Həmin vaxt Elgünün uşağının bir yaşını qeyd etmək üçün onun atası evinə getmişlər, Cehun həmin pulu orada ona vermişdir. Bu müddət ərzində hər dəfə Elgündən pensiya barədə soruşanda o, müxtəlif bəhanələr gətirib aldatmış, yəni hər dəfə demişdir ki, gələn ay düzələcək. Elgün yenə təcili pul lazım olduğunu, İranlılara borcu olduğunu bildirmiş, o da tanışlardan pul alaraq 2020-ci ilin yanvar-mart aylarında hissə-hissə olaraq, əvvəlcə 1500 manat, ondan sonra 2000 manat, ondan sonra 1500 manat, arxırda da 2000 manat olmaqla cəmi 7.000 manat pul vermidir. Bundan sonra Elgün 2020-ci ilin yanvar-mart aylarında hər ay 2.000 manat olmaqla oğlu Ceyhuna cəmi 6.000 manat pul verib demişdir ki, guya bu qazancdır. Lakin sonradan Elgün pandemiya ilə əlaqədar işləmədiklərini bildirirərək Ceyhuna pul verməmiş, Elgün onun özünə hər ay 700 manat pul verəcəyinə söz versə də, pandemiya ilə əlaqədar işləmədiklərini, işlərin açılacağı təqdirdə hər ay 700 manat verəcəyini bildirmişdir. Lakin sonra sərtləşdirilmiş karantin rejimi götürülsə də Elgün heç bir məbləğdə pul verməmiş, 2020-ci ilin yay ayında məlum olmudur ki, Elgün həmin biznesə şərik edəcəyi adı ilə ondan və oğlu Ceyhundan başqa bacısı Ofelyadan 3.000 manat, o biri bacısı Sevincdən 7.000 manat, qardaşı qızı Fəxriyyədən 42.500 manat pul almışdır. Bundan sonra Elgündən şübhələnib onu aldatdığını başa düşüb, 2020-ci ilin iyun ayından başlayaraq o, oğlu Ceyhun, bacısı Ofelya, o biri bacısı Sevinc və qardaşı qızı Fəxriyyə Elgündən pullarını tələb etdikdə Elgün bildirmişdir ki, guya həmin pulları Rauf adlı şəxs götürüb qaçmışdır. Elgün həmçinin Rauf adlı şəxslə əlaqədar Binəqədi rayon polis idarəsinə ərizə verdiyini, onun polis tərəfindən axtarışa verildiyini, tapıldığı təqdirdə pulları alıb qaytaracağını bildirmişdir. 2019-cu ilin dekabr ayında Elgün Binəqədi rayonunda kirayə ev tutub ailəsi ilə birlikdə oraya köçmüş, bu müddət ərzində Oksana ilə telefon əlaqəsi saxlayan zaman o demişdir ki, tanımadığı aldamlar gəlib Elgündən pullarını istəyir. Sonradan da məlum olmuşdur ki, Elgün onlardan başqa adamları da aldadaraq pullarını ələ keçirib. Elgün kirayə pulunu verə bilmədiyi üçün Oksana uşaqları ilə birlikdə Sumqayıtdakı evlərinə köçmüş, Elgün isə anasıgillə qalmışdır. Bundan sonra Oksana və Elgün arasında tez-tez söz söhbətlər olmuş, Oksana Elgünün yalan danışıb hər kəsi aldatdığı üçün onu evdən qovduğuna görə onunla əlaqələri kəsilmişdir. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Oksana bacısı Məhbubənin qızıdır. O, Elgün Ağasizadə ilə evlənmişdir. Elgün qohum kimi tez-tez onlara gəlibgetmiş, deməsinə görə mərmər-qranit biznesi ilə məşğul olur, İrandan maşınlarla mərmər-qranit gətirib Bakıda tikinti şirkətlərinə satır, yaxşı qazanc əldə edir. Dəqiq tarixi xatırlamadığı 2020-ci ilin may ayının ortalarında Elgün onlara qonaq gəlmiş, söhbət əsnasında o, bildirmişdir ki, İrandan ona mərmər-qranit göndərilib, pandemiya ilə əlaqədar bankdan pul çıxara bilmir və ona görə də 1.000 manat pul istəmiş, bildirmişdir ki, Bakıya gedib, bankdan pulu çıxardıqdan sonra qaytaracaq. O pulu aldıqdan sonra getdi, iyun ayının əvvəlində Elgün zəng vurub demişdir ki, «təcili 2.000 manat pul göndər, bankdan pulu çıxarıb hamısını bir yerdə göndərəcək». Elgün bank kartının şəklini çəkib göndərmiş, yenə də o, ona inanıb 2.000 manat pulu rayonda «Kapital Bank»da həmin kartın hesabına yükləmişdir. Ondan bir müddət sonra Elgünə zəng vurub pulu istəmiş, o isə hər dəfə söz verib demişdir ki, pulu tezliklə qaytaracaq. Bu bir neçə ay davam etmiş, ondan pulu ala bilməmişdir. Bu ilin yanvar ayının axırlarında ona zəng vurub demişdir ki, “Bakıya gəlirəm, həkimə gedəcəyəm, mənim pulumu ver.” Elgün isə bildirmişdir ki, «narahat olma, sənin pulunu verəcəyəm». Bakıya gəlib ona zəng vurub, «Kürdəxanı Dairəsi»ndə gözlədiyini bildirmiş, o isə bildirmişdir ki, «orada gözlə gəlirəm». Orada axşama kimi gözləsə də, Elgün aldadıb gəlməmişdir. Axşam ona zəng vurmuş, o, bankdan pulu çıxara bilmədiyini demiş, səhəri gün isə eşitmişdir ki, Elgünü tutublar. Elgün ondan başqa bir neçə nəfəri də aldadıb, pullarını da alaraq ələ keçirmişdir. O, Məhbubə, onun oğlu Ceyhun, qardaşı qızı Fəxriyyə, bacısı Sevinci də aldadıb onların pulunu ələ keçirib. Onlara da söz verib ki, onları öz biznesinə şərik edib onlara xeyir verəcək və bu üsulla hamını aldadıb. Şahid1 ifadələrində göstərdi ki, 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin nigahdan iki uşağı vardır. Elgün «Şərq» bazarında tikinti materiallarının satışı ilə məşğul olurdu. Özləri ünvan 9 da yaşamışlar. 2019-ci il may ayında Elgün dedi ki, atasının sinif yoldaşının qardaşı Rauf adlı şəxslə rastlaşıb, Rauf da ona mərmər qranit biznesi ilə məşğul olmağı təklif edib. O da razılaşıb. Bundan sonra dedi ki, qohumlarına bu barədə desin, onlar da bu biznesə pul qoysunlar. Elgünün deməsinə görə guya bir maşın mərmər gətirdikdə 4.000 manat xeyir olur, bir maşın mərmər üçün isə 40.000 manat pul lazımdır. Elgündən Rauf adlı şəxsin adını eşitsə də, o, Elgünün heç vaxt Raufla nə görüşməsini, nə də telefonla danışmasını görməyib. O, dəfələrlə Elgünə Rauf adlı şəxsi evə dəvət etməsini bildirsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirib həmin şəxsi evə dəvət etmədi. O, elə bir şəxsin olmasına şübhə ilə yanaşmışdır. Çünki Elgün həmişə yalan danışmışdır. O yalançıdır. Elə bir şəxsi Elgünün yanında heç kim görməmişdir. Elgün Ceyhunu aldadaraq öz biznesinə şərik edəcəyi adı ilə onun 37.000 manat, biznesə şərik edəcəyi adı ilə dayısı qızı Fəxriyyədən 42.500 manat, biznesə şərik edəcəyi adı ilə anası Məhbubədən 7.000 manat və onun üçün pensiya düzəltmək adı ilə 4.000 manat, biznesə şərik edəcəyi adı ilə xalası Sevincdən 7.000 manat, biznesə şərik edəcəyi adı ilə xalası Ofeliyadan 3.000 manat alıb ələ keçirmişdir. 2019-cu ilin may ayından Elgünün həyat tərzində dəyişiklik başladı, özünə bahalı paltarlar alırdı, bahalı siqaretlər çəkirdi, bahalı həyat tərzi keçirirdi. O, Elgünün davranışından şübhələnib 2020-ci il avqust ayında ondan təkidlə Rauf adlı şəxsin telefon nömrəsini istəmişdir. Elgün isə onu aldadıb bir nömrə vermiş, o da həmin nömrəyə dəfələrlə zəng etsə də zəng çatmamışdır. O da Elgünün anası Nüşabədən Elgünün atası Mirbəşirin hansısa sinif yoldaşının Rauf adlı qardaşı olub olmadığını soruşduqda o, belə bir şəxsin olmadığını dedi. Elgün hamısını aldadıb pullarını ələ keçirib. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən üç ildir ki tanıyır, onunla birlikdə məsciddə namaz qıldığı vaxt tanış olmuşdur. 2020-ci ilin mart ayında Elgün iş yerinə gələrək icarəyə tikinti materialları satmaq üçün “Şərq” bazarı adlanan yerdə obyekt götürdüyünü, həmin obyektə ilkin olaraq aylıq 400 manat müqabilində satıcı kimi işləməyi təklif etdi. O, Elgünün təklifi ilə razılaşaraq təxminən bir həftə sonra həmin obyektdə işə başlamışdır. O, obyektdə işlədiyi müddətdə əvvəlcə işləri normal getmiş, gündəlik satış edərək heç bir ziyan etmədən Elgün yaxşı qazanc əldə edirdi. 2020-ci ilin yay aylarından başlayaraq tanımadığı şəxslər obyektə gəlib Elgünün onlara borclu olduğunu deyib, Elgünün harada olduğunu soruşur və bir neçə dəfə Elgün obyektdə olduğu vaxt tanımadığı şəxslərlə borc məsələsinə görə mübahisə etdiyinin şahidi olmuşdur. Elgün onların hər ikisinin də tanışı olan Səməddən İrandan mal gətirəcəyi adı ilə pul almışdı, lakin mal gətirmədiyi üçün Səməd tez-tez obyektə gələrək Elgündən pulu qaytarmağı tələb edirdi. Elgün isə müxtəlif bəhanələr gətirərək Səmədin pulunu vermirdi. Həmin ərəfələrdə Elgün işlə bağlı ona pul göndəriləcəyini, lakin pul kartına ödəmə terminalından pul köçürülməsinin mümkün olmadığını deyib ondan «Kapital Bank»a məxsus pul kartını tez-tez alaraq bəzən həmin gün, bəzən də iki-üç günə kartı qaytarmışdır. Sonradan o, Elgündən kartı almış, Elgün bir neçə dəfə yenə kartı istəsə də, ona inanmadığı üçün kartı verməmişdir. O, Elgünlə Ceyhun Abbasov və Zərərçəkmiş şəxs2 arasında olan söhbətdən başa düşmüşdür ki, X9 Respublikasından mərmər gətirəcəyi adı ilə onları aldadaraq müəyyən məbləğdə pullar almışdı. Elgünlə işlədiyi obyektdə və yaxud onun yanında Rauf adlı şəxsi görməmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-2017-ci illərdən tanıyır, Elgün ilə «Yaşıl Bazar»ın yaxınlığında yerləşən kafedə tanış olmuş, o, özünü inşaat materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim etmiş, lakin sonradan Elgünün dələduz olduğunu, bir neçə şəxsdən iş qurmaq adı ilə pul alıb ələ keçirdiyini eşitmişdir. Bundan sonra Elgünlə əlaqələrini kəsmiş, sonuncu dəfə isə təxminən 2019-cu ildə təsadüfən Elgünlə «Yaşıl Bazar»da rastlaşmış, həmin vaxt Elgün namaz qıldığını, məkkəyə gedəcəyini bildirsə də, ona inanmamış və ondan sonra da Elgünü heç bir yerdə görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onun barəsində göstərdikləri, yəni onun şəhərin müxtəlif yerində tikinti obyektlərinin olması, həmin tikintilərə mərmər-qranit verməsi tamamilə yalandır, o, ümumiyyətlə tikinti işiylə məşğul olmamışdır. Məhkəmədə araşdırılmış cinayət işinin materialarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ilkin ifadələrində göstərdiyi halları təsdiq etmiş, Ağasızadə X2 Zərərçəkmiş şəxs1 ilə razılaşıb onun mənzilini girov qoyduraraq bankdan 30.000 manat pulu götürdüyünü, sonra ondan 8.500 ABŞ dolları və 28.000 manat məbləğində pulu mərmər-qranit almaq üçün aldığını, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadələrində qeyd etdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, təqsirləndirilən şəxs Ağasızadə X2 Zərərçəkmiş şəxs2 onun üzünə qarşı dedikləri ilə razı olduğunu, ondan hər ay 5.900 manat xeyir vermək adlı ilə yalnız 25.000 ABŞ dolları məbləğində pulu aldığını, 1 ay 5.900 manat pul verdiyini, qalan pulu qaytara bilmədiyini, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, Ağasızadə X2 Zərərçəkmiş şəxs3 onun üzünə qarşı dedikləri ilə razı olduğunu, ondan hər ay 6.000 manat xeyir vermək adı ilə 45.000 manat pul aldığını, həmin pula da mərmər-qranit aldığını, ona 45.000 manat verəcəyinin olduğnu, qısa zamanda onun pulunu ödəyəcəyini, Zərərçəkmiş şəxs7 3.000 manat məbləğində pulu alıb mənimsənildiyini təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 pul aldığını, digər zərərçəkmiş şəxslərdən isə pul almadığını göstərdi. Təqsirləndirilən şəxs ifadələrində gösərdiyi bu hallar məhkəmədə araşdırılıb öz təsdiqini tapmış ittihamı təsdiq edən sübutlarla təkzib olundu. Məhkəmə bunu nəzərə alaraq Təqsirləndirilən şəxs həmin ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmənin bu qənaətə gəlməsi Təqsirləndirilən şəxs özünün ifadələri və işin faktiki halları baxımından da əsaslıdır. Çünki o özü məhkəmədə verdiyi ifadələrində zərərçəkmiş şəxslərdən aldığı pulları bizneslə əlaqədar deyil, öz borclarını ödəmək üçün onları aldadıb aldığını göstərdi. Məhkəmədə digər zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qohumları olub ona böhtan atmaları üçün əsas və səbəb olmadığı müəyyən olundu və onların ifadələri təkzib olunmadı. Məhkəmə, yuxarıda araşdırılıb təsdiqini tapmış ittihamedici sübutlar əsasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. İstintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi əməli tamah niyyəti ilə törətmək kimi qiymətləndirib, ittiham aktının müəyyən etdi hissəsində onun bu əməli tamah niyyəti ilə törətdiyini göstərmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli dələduzluq edərək, yəni başqalarını aldatmaqla onların əmlaklarını ələ keçirmək məqsədi ilə törətidiyini və bu zaman onun mənfəət güddüyünü nəzərə alıb, əməli tamah məqsədi ilə törətədiyini qəbul edir, yəni cinayət qanunu özlüyündə bu cinayətin tamah niyyəti ilə törədilməsini ehtiva edir. Bu səbəbdən də əməlin əlavə olaraq tamah məqsədi ilə törədilməsi kimi qiymətləndirilməsi bu əməlin dispozisiya şərtlərinə zidd olardı. Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair İttiham aktının müəyyən etdi hissəsindən «tamah niyyəti» ilə sözlərinin çıxarılmasını əsaslı sayıb, həmin sözləri ittihamdan xaric edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirili bilinib bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək təqsirləndirilən şəxsin ona vurduğu 50.500 manat, mənəvi zərərə görə ona vurduğu 5000 manat pulun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək təqsirləndirilən şəxsin ona vurduğu 70.450 manat, mənəvi zərərə görə ona vurduğu 10000 manat, ümumilikdə isə 80.450 manat pulun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini xahiş etdi. Məhkəmədə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 aldadaraq onun 50.500 (əlli min beş yüz) manat məbləğində pulunu, Zərərçəkmiş şəxs1 aldadaraq onun 70.450 (yetmiş min dörd yüz əlli) manat məbləğində əmlakını ələ keçirməsi sübuta yetirildi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs 50.500 (əlli min beş yüz) manat məbləğində pulun dəymiş zərər kimi tutulub Zərərçəkmiş şəxs2 ödənilməsini, Təqsirləndirilən şəxs 70.450 (yetmiş min dörd yüz əlli) manat məbləğində pulun dəymiş zərər kimi tutulub Zərərçəkmiş şəxs1 ödənilməsini əsəaslı sayır. Məhkəmə, Zərərçəkmiş şəxs2 mülki iddiasının Təqsirləndirilən şəxs öz hərəkətələri ilə ona mənəvi zərər vurduğunu və bunu 5000 manat kimi qiymətləndirib, həmin məbləğin Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiasının Təqsirləndirilən şəxs öz hərəkətələri ilə ona mənəvi zərər vurduğunu və bunu 10000 manat kimi qiymətləndirib, həmin məbləğin Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi hissəsini müzakirə edərək zərərçəkmiş şəxslərin onlara dəymiş maddi zərər nəticəsində məruz qaldıqları mental və fiziki narahatlıqlarını, keçirdikləri psixoloji gərginliklərini təsvir edən işin faktiki hallarını, onların keçirdikləri iztirabları, təqsirləndirilən şəxsin hüquqa zidd hərəkətləri nəticəsində yaranmış şəraitdə zərərçəkmiş şəxslər üçün yaranmış qeyri müəyyənliyi nəzərə alıb, mənəvi zərər kimi iddia olunan məbləğlərin Təqsirləndirilən şəxs əmlak vəziyyətinə və dəymiş maddi zərərlərin miqdarlarına görə proposional olaraq ondan tutulub, həmin məbləğləri mənəvi zərərər kimi Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməsini əsaslı sayır. Çünki məhkəmədə mənəvi zərərlər üçün iddia olunan məbləğlərin cinayət işinin faktiki hallarına proporsional olması müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, iddia olunan məbləğlərin Təqsirləndirilən şəxs qismən tutulmasını əsaslı sayır. Məhkəmədə, zərərçəkmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Vəliyev Sərxan Şərixan oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 tərəfindən onlara dəymiş zərərlə əlaqədar mülki iddia verilməməsi müəyyən olundu. Bu səbəbdən də məhkəmə, bu zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də Müdafiəçi1 60 (altımış) manat pul ödənilməlidir. Məhkəmə, həmin məbləği dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, bu məbləğin məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, Çünki məhkəmədə Təqsirləndirilən şəxs həmin ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 fevral 2021ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, 09 fevral 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanlmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb onun təyin olunmuş cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını nəzərə alır. Məhkəmədə, iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olması müəyyən olundu. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əmələrinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 07 fevral 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin olunsun. Onun iddiasının ona dəymiş maddi zərəri təşkil edən 70.450 (yetmiş min dörd yüz əlli) manat tam həcmdə, ona dəymiş mənəvi zərər kimi tələb etdiyi 10000 (on min) manatın 2000 (iki min) manat məbləğində hissəsi mənəvi zərər kimi Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin olunsun. Onun iddiasının ona dəymiş maddi zərərin 50.500 (əlli min beş yüz) manatı tam həcmdə, mənəvi zərər kimi tələb etdiyi 5000 (beş min) manatın 1000 (min) manat hissəsi mənəvi zərər kimi Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Vəliyev Sərxan Şərixan oğluna, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 dəymiş zərərlə əlaqədar Təqsirləndirilən şəxs qarşı müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Bu məbləğ məhkəmə xərci qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar