Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1044/2023 13.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə Möhubbət oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İdman Akademiyasının 3-cü kurs tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 7, mənzil 23-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «X23 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının 1 nömrəli zalında cüdo üzrə keçirilən yarışlar zamanı tamaşaçılar əyləşən hissənin qarşısında yüngül dərəcəli sərxoş vəziyyətdə, əvvəllər tanımadığı 21 may 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əyləşdiyi oturacağın yanından keçməsi üçün yol verməsini istəyərkən, sonuncunun söyüş söyməsini bəhanə edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək, həmçinin idman arenasında yarışda iştirak edən və yarışlara tamaşa edən şəxslərə qarşı hörmətsizlik göstərməklə eqoizm nümayiş etdirməklə, hər hansı əsaslı və tutarlı səbəb olmadan yetkinlik yaşına çatmayan, 21 may 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs üz nahiyəsinə əli ilə bir dəfə zərbə vuraraq həyat üçün təhlükəli olmayan, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malik, sol almacıq nahiyəsinin bir ədəd qansızması xəsarətini yetirərək onu münaqişəyə cəlb edib əlbəyaxa olaraq, alın nahiyəsinə bir dəfə zərbə vurub həyat üçün təhlükəli olmayan, sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətlərinə malik, alın nahiyyəsinin bir ədəd kəsilmiş yarası xəsarətini yetirməklə aralarında yaranmış mübahisə zəmnində törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, Zərərçəkmiş şəxs öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını şalvarının bel nahiyəsindən çıxarıb Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətilə sonuncunun sinə nahiyəsinə bir dəfə zərbə endirməklə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, diafraqmanın zədələnməsi, sol Vİ- Vİİ qabırğaların kəsilməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə sonuncunun həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini başa çatdıraraq Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini olmaqla İdman Akademiyasının 3-cü kurs tələbəsidir. Cüdo idman növü ilə uşaqlıqdan məşğul olmuş, Azərbaycanda və xarici ölkələrdə nailiyyətləri vardır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan X23 Kompleksində yetkinlik yaşına çatmayan idmançılar arasında idman yarışları keçirilmiş, həmin yarışa Sumqayıtdan məşqçiləri Şahid6 rəhbərliyi ilə 9 nəfərlik heyət gəlmiş, o isə psixoloji və mənəvi dəstək vermək üçün həmin komanda ilə yarışa gəlmişdir. Məsələ ondadır ki, Şahid6 onun da məşqçisidir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs həmin günədək tanımamış, onunla birgə yarışlarda olmamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin gün saat 10 radələrində yarış başlanmış, təxminən saat 12 radələrində komanda üzvləri olan Elmir və Kənanla birlikdə idman kompleksinin yanında yerləşən “Oba market”-ə gedərək oradan çörək, pendir, kolbasa, 500 ml həcmdə spirtli içki olan araq alaraq idman kompleksinə qayıtmışlar. Geri qayıdıb nahar etməyə başlamaq istəyəndə məlum olmuşdur ki, aldıqları ərzaqları doğramaq üçün bıçaq yoxdur. Bu səbəbə görə idman kompleksinin yaxınlıqda yerləşən adını bilmədiyi inşaat malları mağazasından bir ədəd mətbəx bıçağı alıb geri qayıtmışdır. Nahar zamanı aldığı 0,5 litr həcmində araqdan 100 qramını soyuq çayla qarışdırıb içmişdir. Saat təxminən 14 radələrində komandanın yarışını tatamiyə yaxın məsafədə yerləşən tribunadan izləmiş, pilləkənlərlə tribunaya doğru qalxan zaman orada əvvəllər tanımadığı Zərərçəkmiş şəxs orada tək oturduğunu görmüşdür. Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə qoyduğu üçün ona oturmağa maneə yaratmış, Turana buna görə irad tutaraq ayaqlarını oturacaqdan endirməsini tələb etmiş, cavabında Turan onu söyüb təhqir etmiş, bu səbəbdən o, Turana bir sillə vurmuşdur. Turan isə ona təpikyumruq atdığı üçün o da onu vurmuşdur. Bu zaman Turan onu ağır söyüşlə söydüyü üçün şalvarının belinə qoyduğu və bundan öncə mağazadan aldığı bıçağı çıxarmış, lakin həmin bıçaqla Turana yetirdiyi xəsarətlərin sayını artıq xatırlamır, çünki özündə olmamışdır. O zaman ayılmışdır ki, polislər onu tutub saxlamış və özündə olan bıçaqla əlini də kəsdiyini görmüşdür. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs 2-ci dəfə ailə üzvlərini söydüyü üçün bu cinayəti törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun övladı olmuşdur. Balaca vaxtından Turanın idmana həvəsi olmuşdur. Turan heç vaxt söyüş söyməmişdir. Hətta bir dəfə məktəbdən gəlib ona demişdir ki, qonşu uşaq onun atasını söymüş, o da onu cavab olaraq söymüşdür. Oğluna demişdir ki, həmin uşağı döyərdi, söyüş söymək olmaz. Onun həyat yoldaşı Zəki Rüstəmov onu boşayaraq Yevlax rayonunda qalmış, o isə oğlu və qızını götürüb Mingəçevir şəhərinə gedərək orada kirayə ev tutub uşaqları ilə orada yaşamışdır. Bu şəhərdə də oğlu Turan Əliağa müəllimin rəhbərliyi altında məşqlərə başlamışdır. Oğlu Turan idmanın cüdo növü üzrə müxtəlif respublika daxili yarış və turnirlərdə iştirak etmiş, nailiyyətlər qazanmışdır. Hadisədən təxminən 10 gün əvvəl bilmişdir ki, Əliağa müəllim Turanı Bakı şəhərinə yarışlara aparcaqdır. Buna etiraz etməmişdir. Bundan sonra Turan Bakı şəhərinə getmiş, orada təlim məşq toplanışlarında iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Turana zəng vurmuş, lakin Turan zənginə cavab verməmişdir. Təxminən saat 17 radələrində özünü pis hiss etdiyindən işlədiyi marketin rəhbərliyindən icazə alıb evə getmişdir. Evə çatdıqdan sonra anası ona zəng vurub Turanın kiminləsə dalaşdığını, atası Zəkanın onu gətirmək üçün Bakı şəhərinə getdiyini bildirmişdir. Daha sonra qızı Gülsüm atasına zəng vurmuş, atası Gülsümə Turanın bıçaqla vurulduğunu və artıq vəfat etdiyini bildirmişdir. Məhkəməyə yazdığı ərizəni təqdim edir. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğlu olmuşdur. O, ailəsi ilə boşandığı üçün Yevlax rayonunun Salahlı kəndində yaşamış, həyat yoldaşı uşaqları ilə birlikdə Mingəçevir şəhərinə köçüb orada yaşamışdır. Oğlu Turan uşaqlıqdan idmanın cüdo növü ilə məşğul olmuş, Mingəçevir şəhərində də Əliağa müəllimin rəhbərliyi altında məşqlərə başlamışdır. Oğlu Turan sakit, utancaq, böyük-kiçik yeri bilən bir uşaq olmuşdur. Oğlu Turanın kiminləsə düşmənçilik və ədavəti, mübahisə və ya münaqişəsi olduğu barədə heç nə eşitməmişdir. Hadisədən əvvəl bilmişdir ki, Turan məşqçisi tərəfindən Bakı şəhərinə yarışa aparılır. Hadisə günü xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində o, kənd çayxanasında dostları ilə oturub çay içən zaman ona zəng gəlmiş, zəng edən tanışı Nail Balaşov olmuşdur. X28 şəhərində idmanın cüdo növü üzrə məşqçilik etməklə bərabər, həm də yaşadığı Salahlı kəndindəki orta məktəbdə Fiziki tərbiyə müəllimidir. Nail telefonda ona “oğlunu bıçaqla vurublar, özünü tez Bakıya çatdır” demişdir. O da dərhal özünə məxsus avtomobillə xalası oğlu Nadir və dostu Ağamalı Nəsibovla birlikdə Bakı şəhərinə getmiş, orada bilmişdir ki, Turan ölmüş, meyiti isə Mərdəkan qəsəbəsində yerləşən X20 morqundadır. Növbəti gün oğlu Turanı aparıb Yevlax rayonunun Salahlı kəndində dəfn etmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Gənclər İdman İdarəsinin nəzdində UGİM cüdo üzrə baş məşqçisi Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxs isə onun tələbəsi olmuşdur. 26-27 noyabr 2022-ci il tarixlərində Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan X23 Kompleksi MMC-nin inzibati binasında şəhid Sübhan Abdurrəhmanlının xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü uşaqlar arasında cüdo üzrə yarışa o da öz tələbələrini gətirmişdir. Gətirdiyi tələbələrin arasında Zərərçəkmiş şəxs da olmuşdur. 26 noyabr 2022-ci il tarixdə səhər 09 radələrində idman sarayında öz tələbələri ilə görüşmüş, saat 10 radələrində isə yarış başlanmışdır. Turan ilk 2 görüşünü qələbə ilə başa vurub 3-cü görüşünü gözləmişdir. Həmin vaxt Turan arenanın tamaşaçılar üçün nəzərdə tutulan sektorunda əyləşmişdir. O isə həmin vaxt tribunanın önündə yarış hakimlərinin arxasında oturub yarışları seyr etmişdir. Təxminən Turanın 3-cü görüşünün başlanmasına 5 görüş qaldığını görüb Turana tərəf çevrilib ona onun yarışına 5 görüş qaldığını, 2 görüşdən sonra ayağa durub yarışqabağı əzələləri açmaq üçün xırda fiziki hərəkətlər etməsini bildirmişdir. Daha sonra yarışları seyr etməyə davam etmişdir. Həmin vaxt yarış zalında da səs-küy çox olmuşdur. Mikrofonların da səsindən danışılanları eşitmək çox çətin olmuşdur. Təxminən 10 dəqiqədən sonra onun qarşısında əyləşən hakimlərin ayağa qalxıb ona tərəf gəldiklərini görəndə o, arxasında nə baş verdiyini anlamaq üçün geri çevrilmiş və 2 nəfərin dalaşdıqlarını görmüşdür. Arxası ona doğru olan şəxsi çəkib aralayan zaman Turanın qan içində olduğunu görmüşdür.Turanın bıçaqlandığı anı görməmiş, onu təcili idman zalından çölə çıxartdırıb xəstəxanaya göndərmişdir. Buna baxmayaraq Turanı xilas etmək mümkün olmamış, o, maşında rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X24 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə rəhbərliyin göstərişi əsasında Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «X23 Kompleksi» MMC-nin inzibati binasında şəhid Sübhan Abdurrəhmanlının xatirəsinə həsr olunmuş yetkinlik yaşına çatmayan uşaqlar arasında cüdo üzrə yarışda asayışın təmin olunması, o cümlədən tamaşaçıların yarış arenasına və hakimlərə müdaxilə etməsinin qarşısını alınması məqsədilə xidmətdə olmuşlar. Həmin yerdə xidməti o və X24 Alayının Patrul bölüyünün digər əməkdaşları X13 və Şahid9 ilə birlikdə aparmış və xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində «X23 Kompleksi» MMC-nin inzibati binasına gəlmişlər. Orada xidmət apardıqları dəqiqələrdə əsasən tamaşaçılar tərəfindən daha çox yarış arenasına müdaxilə edilən yerlərdə dayanmış və həmin müdaxilələrin edilməsinə imkan verməmişlər. Yarışlara kənar müdaxilələr əsasən hakimlərin ön tərəfində yerləşən arenadan edildiyindən o, və digər polis əməkdaşları əsasən həmin tribuna ətrafında dayanmışlar. Təxminən saat 16 radələrində ani olaraq hakimlərin arxa tərəfində yerləşən tribunada qarışıqlıq yaranmasını görərək dərhal həmin yerə, yəni tribunanın yanına yaxınlaşaraq hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs əlində bıçaq tutduğunu, yerdə döşəmədə isə kürəyi üstə uzanmış sonradan adını bildiyi Zərərçəkmiş şəxs görmüşdür. Turanın sinəsi qan içində idi. X21 Ruslana yaxınlaşıb bıçağı əlindən almışdır. R.Alyarov iflic keçirdiyi üçün hal-hazırda xəstədir. X15 bıçağı aldıqdan sonra digər həmkarı Şahid9 ilə birlikdə Ruslanı əlindən aldıqları bıçaqla birlikdə Xəzər RPİ-nin 1ci PŞ-nin inzibati binasına aparmışlar. O isə hadisə yerində Zərərçəkmiş şəxs yanında qalmışdır. Qeyd etmək istəyir ki,Təqsirləndirilən şəxs tərksilah etdikləri zaman sonuncu onlara müqavimət göstərməmişdir. O, Zərərçəkmiş şəxs yardım göstərməyə, onu hadisə yerindən çıxarılaraq xəstəxanaya göndərilməsində iştirak etmişdir. Ona hadisə yerinin müayinəsinə əlavə edilmiş fotocədvəldə tutacağı ağ, qırmızıvə göy olan, tiyəsi isə əyilmiş bıçağı Təqsirləndirilən şəxs aldığı bıçağa bənzədir. Sonradan hadisə yerini müayinə edən müstəntiq cinayət hadisəsinə aid olmayan tamaşaçıların oturacaq yerində olan daha bir bıçaq aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X24 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə rəhbərliyin göstərişi əsasında Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «X23 Kompleksi» MMC-nin inzibati binasında şəhid Sübhan Abdurrəhmanlının xatirəsinə həsr olunmuş yetkinlik yaşına çatmayan uşaqlar arasında cüdo üzrə yarışda asayışın təmin olunması, o cümlədən tamaşaçıların yarış arenasına və hakimlərə müdaxilə etməsinin qarşısını alınması məqsədilə xidmətdə olmuşlar. Həmin yerdə xidməti o və X24 Alayının Patrul bölüyünün digər əməkdaşları X13 və Şahid8 ilə birlikdə aparmış və xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində «X23 Kompleksi» MMC-nin inzibati binasına gəlmişlər. Orada xidmət apardıqları dəqiqələrdə əsasən tamaşaçılar tərəfindən daha çox yarış arenasına müdaxilə edilən yerlərdə dayanmış və həmin müdaxilələrin edilməsinə imkan verməmişlər. Yarışlara kənar müdaxilələr əsasən hakimlərin ön tərəfində yerləşən arenadan edildiyindən o, və digər polis əməkdaşları əsasən həmin tribuna ətrafında dayanmışlar. Təxminən saat 16 radələrində ani olaraq hakimlərin arxa tərəfində yerləşən tribunada qarışıqlıq yaranmasını görərək dərhal həmin yerə, yəni tribunanın yanına yaxınlaşaraq hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs əlində bıçaq tutduğunu, yerdə döşəmədə isə kürəyi üstə uzanmış sonradan adını bildiyi Zərərçəkmiş şəxs qan içində olmasını görmüşdür. Dərhal Təqsirləndirilən şəxs tərksilah etmişlər, o, Ruslanın qoluna qandal taxaraq bayırda gözləyən xidməti maşina aparmışlar. Xəzər RPİnin 1-ci PŞ-nə maşınla getdikləri zaman Ruslan demişdir ki, Turan ona yer verməmiş, ona söyüş söymüş, o da onu bıçaqla vurmuşdur. Qeyd etmək istəyir ki, Ruslanı polis şöbəsinə aparmamışdan əvvəl təcili tibbi yardım stansiyasına zəng edib hadisə yerinə həkimləri çağırmışdır. Xatırladığı qədər hadisə yerində cinayət aləti olan tiyəsi əyri bıçaq olmuşdur və həmin bıçaq qana batmışdır. Onu da xatırlayır ki, yerdə döşəmədə uzanan Zərərçəkmiş şəxs həm sinəsindən, həm də baş nahiyyəsindən qan axırdı. Kimsə orada demişdir ki, bəs bıçaq Turanın baş nahiyyəsinə dəyib əyilmişdir. X5 Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə baxışı zamanı məhkəmə binasının girişlərinin önündə toplanmış aqresiv şəxslər ətrafda səs-küy salmaqla «Təqsirləndirilən şəxs ölüm cəzası», «Ruslan Səfixanova ömürlük azadlıqdan məhrum etmə» kimi şüarları səsləndirərək məhkəmənin məhkəmə zallarına giriş qapılarını sındırmağa cəhd etmiş, yalnız Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşlarının məhkəmənin inzibati binasının qarşısına gəlib təhlükəsizlik tədbirlərini gördükdən sonra məhkəmə iclaslarının keçirilməsi mümkun olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə prosesləri ilə əlaqədar aqresiv şəxslərin yuxarıda göstərilən hərəkətləri sosial şəbəkələrdə geniş yayımlanmışdır. Məhz qeyd edilən vəziyyətlə əlaqədar müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə digər şahidlər - yetkinlik yaşına çatmayanlar Sumqayıt şəhərində yerləşən DİN-nin «Dinamo» İdman Cəmiyyətinin idmançıları Şahid2, Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini tədqiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ifadələri elan olunaraq müəyyən edilmişdir ki, onlar Sumqayıt şəhərində yerləşən DİN-nin «Dinamo» İdman Cəmiyyətində cüdo idman növü ilə məşqlərə getmiş, yaşca onlardan böyük olan Təqsirləndirilən şəxs onların idmançı yoldaşı olmuşdur. 2022-ci ilin noyabr ayında cəmiyyətdən Şağan qəsəbəsində yerləşən X23 Kompleksində cüdo üzrə 2006-2008-ci il təvəllüdlü uşaqlar arasında keçrilmiş yarışda onlar da iştirak etmiş, Təqsirləndirilən şəxs isə yaşca böyük olduğu üçün azarkeş kimi onlarla birlikdə həmin Kompleksə gəlmişdir. Onlar yarışda iştirak etmiş, saat 13 radələrində nahar etməyi qərara almışlar. Təqsirləndirilən şəxs özü ilə yemək gətirmədiyi üçün yaxınlıqda yerləşən mağazadan kolbasa, pendir, «Snikers» şokoladı və «Fuce Tea» spirtsiz içki almışlar. Təqsirləndirilən şəxs isə həmçinin 0,5 l-lik şüşə qabda araq almvşdır. Alınan ərzaqları kəsmək üçün Şahid2 Təqsirləndirilən şəxsla birlikdə yaxınlıqda xırdavat mağazasından bıçaq almış, nahar vaxtı Ruslanın araq içməsindən xəbərləri olmamışdır. Yarış davam etdiyi üçün Ruslan onların yanından ayrılıb tataminin qarşısındakı tribunaya tərəf getmişdir. Həmin tribuna onların oturduğu yerdən təxminin 10-15 metr aralı idi. Bu zaman orta tribunanın yıxarı hissəsində Ruslanla bir nəfər cüdo geyimində olan şəxsin arasında münaqişə yaranmasının şahidi olmuşlar. Ruslanla dava edən şəxsin Ruslana ana, varyox, bacı söyüşünü söydüyünü eşitmişlər, Ruslanla həmin şəxsin dava edə-edə pilləkanlarla aşağıya doğru düşdüklərini, tribunanın aşağısından polis əməkdaşlarının Ruslanı hər iki qollarından tutub apardıqlarını, Ruslanla dava edən şəxsin yerdə qan içində uzandığını, Ruslanın və onunla dava edən şəxsin əlində hər hansı bir kəsici, deşici alət görməmişlər. Məhkəmədə tədqiq edilmiş sübut növləri: “Hadisə yerinə və meytə baxışin keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan X23 Kompleksinin inzibati binasının 1 nömrəli zalıdır. İdman arenasına girişlə üzbəüz yerləşən tamaşaçı tribunasının aşağı hissələrində, o cümlədən tamaşaçı tribunası ilə idman arenasının arakəsmə hissələrinin yanında, idman sahəsinin yanında yerləşən stol və stulların, həmçinin elektron lövhələrin və elektron avadanlıqların kənarlarında bəzi hissələrdə massiv, bəzi hissələrdə damcı, bəzi hissələrdə isə səpələnmiş formalı qanabənzər ləkələrin, o cümlədən üzərində qanabənzər ləkələr olan ağ rəngli idman üst geyiminin olması görünür. Həmin hissələrdə olan qanabənzər ləkələrdən maddi sübut əhəmiyyətinə malik ola biləcəkləri üçün 5 ədəd pambıqlı çubuqda nümunələr, o cümlədən üzərində qanabənzər ləkələr olan 01 ədəd, ağ rəngli idman üst geyimi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxışda iştirak edən X24 Alayının 11-ci Patrul Bölüyünün əməkdaşı Şahid8 baxış keçirən Bakı şəhəri Xəzər rayon prlokurorluğunun müstəntiqi X7 iki ədəd bıçaq təqdim edərək bıçağın birini əlində bıçaq olan şəxsi tərksilah edən zaman almış, digər bıçağı isə tamaşaçı əyləşən oturacağın üzərindən götürmüşdür. Hər iki bıçaq qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra hadisə yerindən MTE və PA Birliyinin Xəzər rayon şöbəsinə təqdim olunmuş X11 meyitinə baxış keçirilmişdir. Meytin əyinində olmuş, qana bulaşmış qısaqol köynək, ağ rəngli idman şalvarı, boz rəngli trusik, boz rəngli bir cüt corab qablaşdırılaraq götürülmüşdür. Meytin üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: alın nahiyyəsində solda bucaqları iti kəsilmiş yara, sol almacıq nahiyyəsində-qulaq seyvanına doğru qansızma sahəsi, döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birində bir ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara zondla yoxladıqda yara daxilə döş boşduğuna nüfuz edir, yara kanalının istiqaməti öndən arxaya, soldan bir qədər sağa, aşağıdan bir qədər yuxarıyadır: yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Meytin xarici müayinəsindən digər xəsarət və dəyişiliklik aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» barədə tərtib edilmiş 26 noyabr 2022-ci il tarixli, 1/2755 nömrəli protokolladan müəyyən olunur ki, həmin tarixdə keçirilmiş müayinədə Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında» 27 noyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd idman şalvarı, bir ədəd gödəkçə və 01 cüt ayaqqabıya baxış keçirilmişdir. Paltarlar geyinilmişdir, üzərlərində hər-hansı zədə müşahidə olunmur, paltarlar üzərində qanabənzər şübhəli ləkələr aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs ayağında olmuş idman ayaqqabısının üzərində qanabənzər ləkələr müşahidə olunur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ruslan Səfixanov barəsində qətimkan tədbiri seçmiş hakimə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Şağan qəsəbəsində yerləşən İdman Kompleksində cüdo üzrə yarışda tamaşpçı kimi iştirakı etmiş, içkili vəziyyətdə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş və Zərərçəkmiş şəxs söyüş söydüyünə görə onu bıçaqla iki dəfə vuraraq öldürmüşdür. Əməlindən peşman olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, ifadəsi hadisə yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «X23 Kompleksi» MMC-nin inzibati binasının icərisindəki oturacaqların yaxınlığında, sonuncunun onun ailə üzvlərini söydüyü üçün bıçaqla vurduğunu bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X27 Xəzər Rayon Şöbəsin 29 noyabr 2022-ci il tarixli, 1597 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən bir neçə saat olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığı qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Həmçinin qeyd olunan xəsarətlər Təqsirləndirilən şəxs özünün əl çatan nahiyəsində yerləşmişdir. Bu baxımdan həmin xəsarətlərin müayinə olunanın göstərdiyi şəraitdə yaranması istisna olunmur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X27 Xəzər Rayon Şöbəsinin 26 dekabr 2022-ci il tarixli 177 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, diafraqmanın zədələnməsi, sol Vİ-Vİİ qabırğaların kəsilməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası; alın nahiyyəsinin kəsilmiş yarası; sol almacıq nahiyyəsinin qansızması xəsarətləri aşkar edilmişdir. Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 1 ədəd) və kəsilmiş yara (cəmi 1 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdir, xəsarətlər həyatidir, sol almacıq nahiyyəsinin qansızması isə küt əşya təsirindən ölümdən az əvvəl törənmiş, həyatidir, törənmə müddətləri mərhumun meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizasından az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən – döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən və ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, diafraqmanın zədələnməsi, sol Vİ- Vİİ qabırğaların kəsilməsi kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığı ağır dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Yara kanalının istiqaməti öndən arxaya, soldan bir qədər sağa, aşağıdan bir qədər yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Mərhum Zərərçəkmiş şəxs alın nahiyyəsinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli xəsarətin zərərvurma əlamətinə malikdir, həyatidir, ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsinin qansızması canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malikdir, ölümlə səbəbli əlaqəsi yoxdur. Qeyd olunanlarla yanaşı, rəydə göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin və diafraqmanın zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla (№1 bıçaqla), eləcə də, o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıqlı və s.) ola bilərdi. Hadisə vaxtı mərhum Turan Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 4389/K, xx.xx.2022). Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2022-ci il tarixli 6/7034 №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman üst geyiminin səthi üzərində aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin və şalvarın (dəst) tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin səthi üzərindən aşkar edilmiş açıq yaşıl rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Bu da onu sübut edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 26 noyabr 2022ci il tarixdə əlbəyaxa olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X27 xx.xx.2023-cü il tarixli, 794\2022-MTBŞ saylı rəyndən müəyyən olunur ki, Zərərçəkmiş şəxs portalının çıxarışının kserosurətinə əsasən qan qrupu- O/İ/-dir. Təqsirləndirilən şəxs portalının çıxarışının kserosurətinə əsasən qan qrupu-AB/İV/-dür. 01 ədəd tiyəsi əyilmiş bıçaq, 05 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus mayka tipli kofta, trusik, 01 cüt corab, rezin kəmər, “komano” idman dəsti (şalvar və kofta), Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, idman şalvarı və gödəkçəsi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “H” antigen bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tamlığı pozulmayan 2 saylı bıçaq üzərində qan aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X27 07 fevral 2023-cü il tarixli, 7/68№-li rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zədənin yetirildiyi anda zədə yetirən və xəsarət alan şəxslər müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər. Mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədənin yetirildiyi deşici-kəsici alətin tiyəsi kafi itilikdə olmaqla iti ucu, bir kənarı iti, digər kənarı küt, tiyənin batma səviyyəsində eni 17 mm-ə yaxın olmuşdur. Paltar üzərində olan zədəyə görə tiyənin uzunluğu barədə fikir söyləmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş iki ədəd bıçağın hər birinin tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin, idman şalvarının, tumanın, bir cüt corabın və elastik kəmərin üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsinin, idman şalvarının və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş iki ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmirlər. Məhkəmədə elan edilib araşdırılmış «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X22 xx.xx.2023-cü il tarixli, 268 saylı rəyndən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman psixi-emosional sferasında hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «Məhkəmə Narkoloji Ekspertiza Mərkəzi» X16 verilmiş xx.xx.2023-cü il tarixli, 589 saylı rəylə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X27 xx.xx.2022-ci il tarixli, 12023 saylı məktubundan müyyən olunur ki, X5 həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “Respublika narkoloji mərkəzi” X18 xx.xx.2022-ci il tarixli, xx/xx-16558 saylı məktubundan müyyən olunur ki, X8 həmin mərkəzdə qeydiyyatda olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnaməndən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 425 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 2015-ci ildən hazıradək Sumqayıt Şəhər Məhkəməsinin icraatına hər hansı təqsirləndirici material daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış X6 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsidir, cüdo üzrə milli yığma komandasının üzvü olmuş, cinayət işinə əlavə olunmuş Fəxri fərman və Diplomlardan müəyyən olunur ki, o bu idman növü üzrə yüksək nailiyyətlər əldə etmişdir. Həmçinin mərhum Zərərçəkmiş şəxs xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o 21 may 2006-ci il təvəllüdlüdür, Mingəçevir şəhər sakini olmaqla orta məktəbdə oxumuş, idmanın cüdo növü ilə məşğul olmuş və cinayət işinə əlavə olunmuş Fəxri fərman və Diplomlardan onun bu idman növü üzrə yüksək nailiyyətlər əldə etdiyi məlum olur. Tədqiq edilmiş sübut növlərinin qiymətləndirilməsi: Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli Qərarının 6-cı bəndinə əsasən, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Təqsirləndirilən şəxs verdiyi ifadəsindən və mhkəmədə tədqiq edilmtiş digər sübut növlərindən müəyyən olunur ki, idman yarışı olan tarixdə araq içərək idman arenasının tamaşaçıları üçün olan yuxarı yerlərdən birində tək oturan, ətrafda boş oturacaqların olmasına baxmayaraq məhz Zərərçəkmiş şəxs ayağını qoyduğu yerdən keçib getmək istədiyini bəhanə gətirərək aşkar şəkildə özündən yaşca kiçik olan Zərərçəkmiş şəxsla səbəbsiz mübahisə yaratmaqla əvvəl sonuncunu döyməklə, sonra isə onun qanunsuz hərəkətlərindən narazı olan Zərərçəkmiş şəxs onu söyməsini bəhanə gətirib üzərində olan bıçaqla Zərərçəkmiş şəxs ürək və alın nahiyyələrinə xəsarətlər yetirməklə özünün şəxsiyyətini yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək bu niyyətini həyata keçirməkdən ötrü qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini başa çatdırmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsi qismən özünün, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilmsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkənin hüquqi varisi ilə barışığın əldə edilməməsini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 120.2.2-ci maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan bir ədəd tiyəsi əyilmiş bıçaq, bu cinayət hadisəsinə aidiyyatı olmayan bir ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd çiyinlərində və ətəyində “Green Hill”, həmçinin ətəyində “Approved Judogi” yazısı olan ağ rəngli idman üst geymi, 01 ədəd üzərində “Approved Judogi” yazısı və qanabənzər ləkələr olan ağ rəngli idman şalvarı, 01 üzərində “Life is too short” yazısı olan açıq yaşıl rəngli qısa qol idman köynəyi, 01 ədəd üzərində qanabənzər ləkələr olan boz-qara rəngli tursik, 01 ədəd ağ rəngli idman üst geyminin kəməri və 01 cüt boğazsız boz rəngli corab, hadisə yerindən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunələri məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, idman şalvarı və gödəkçəsi atası Şahid1 qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 154 (yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “26” noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan bir ədəd tiyəsi əyilmiş bıçaq, bu cinayət hadisəsinə aidiyyatı olmayan bir ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd çiyinlərində və ətəyində “Green Hill”, həmçinin ətəyində “Approved Judogi” yazısı olan ağ rəngli idman üst geymi, 01 ədəd üzərində “Approved Judogi” yazısı və qanabənzər ləkələr olan ağ rəngli idman şalvarı, 01 üzərində “Life is too short” yazısı olan açıq yaşıl rəngli qısa qol idman köynəyi, 01 ədəd üzərində qanabənzər ləkələr olan boz-qara rəngli tursik, 01 ədəd ağ rəngli idman üst geyminin kəməri və 01 cüt boğazsız boz rəngli corab, hadisə yerindən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, idman şalvarı və gödəkçəsi atası Şahid1 qaytarılsın. İş üzrə ekspertiza xərci 154 (yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1044/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1044/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver