Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1045/2023 10.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X16 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və şöbənin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X10, müdafiəçi – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx xxxxxx 2021-ci il tarixdə nikahdan kənar doğulan oğlu Zərərçəkmiş şəxs körpə olması səbəbindən gündəlik qayğı və daimi qulluq tələb olunduğundan sərbəst hərəkət edə bilməməsi və digər kişilərlə münasibətlərinə mane olması səbəbindən ondan (Yusifdən) qurtulmaq niyyəti ilə 1 (bir) yaşlı uşağı öldürmək qərarına gəlmiş, bunun üçün 10 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində oğlu Yusiflə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar massivində nömrəsiz evdə tək olmasından, həmçinin sonuncunun körpə olaraq köməksiz vəziyyətdə olmasından istifadə edərək onu (Yusifi) evin döşəməsində olan döşəyin üstünə qoyub xüsusi amansızlıqla, yəni şiddətli əzab verən zəhərləmə üsulundan istifadə edərək öldürmək məqsədilə əmzikli süd qabının içində olan qidasına, yəni südünə məişətdə istifadə etdiyi “Hidrogen Peroksid" məhlulu qataraq içizdirmiş, sonra onu (Yusifi) həmin vəziyyətdə evdə tək qoyaraq vaxt keçməsi və əzablar içində ölməsi üçün evdən çıxaraq təxminən 250 metr aralıda yerləşən mağazaya gedərək 1 (bir) ədəd uşaq bezi alıb evə qayıtmış, lakin bu zaman oğlu Yusifin ölmədiyini və ağlayıb-qışqırdığını görüb, səsinin eşidiləcəyindən narahat olaraq onun (Yusifin) səsini tez kəsmək və ölümünü tezləşdirmək üçün sol əlini oğlu Yusifin ağız və burnuna tutub tənəffüs yollarını sıxıb boğaraq, bununla da sonuncuda epikard qişasına və visseral plevraya qansızmalar, boyun üzvlərinin və gövdənin sıxılması nəticəsində divararalığı üzvlərinin yumşaq toxumalarına və sol tərəfli Vİİ-Xİİ döş fəqərələri ətrafı yumşaq toxumalara qansızmalarla nəticələnən mexaniki asfiksiya yaradaraq, körpə olduğundan hər hansı müqavimət göstərmək imkanında olmayacağını bilə-bilə onun üçün aşkar surətdə köməksiz və asılı vəziyyətdə olan oğlu Zərərçəkmiş şəxs müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla müşayiət olunan xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı övladı Zərərçəkmiş şəxs öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə törətdiyi əməldən peşman olduğunu bildirərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini məhkəmə istintaqında elan etməklə tədqiq etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar massivində anasına məxsus nömrəsiz evdə anası X10, bacısı Şahid2, 10 aylıq oğlu Yusif və bacısının rəfiqəsi X4 ilə birlikdə yaşamışdır. X2 hazırda hərbi xidmətdədir, atası X11 isə 2011-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. O, heç bir yerdə işləmir, heç bir xəstəlikdən, o cümlədən psixi xəstəlikdən əziyyət çəkmir və narkotik maddə, həmçinin spirtli içki qəbul etmir. X26 qəsəbəsində dəniz kənarında yerləşən «Simurq» restoranında qabyuyan işləyir, bacısı və özü isə işləmir. O, 2021-ci ildə əvvəllər narkotik maddəyə görə həbs olunmuş, Zığ qəsəbəsində yaşayan və avtomobil mühərriki ustası işləyən Ziya adlı bir oğlanla tanış olmuşdur. O, 2021-ci ildə Ziyadan hamilə qalmış və sonra Yusif dünyaya gəlmişdir. Uşaq olmamışdan əvvəl o, Ziyadan ayrılmış və Ziya 2021-ci ilin mart ayında yenidən narkotik maddəsi ilə həbs olunmuşdur. Hazırda Ziya azadlıqdadır, lakin uşağı qəbul etmir, uşağa adını vermir. O isə 10 ay olar ki, yəni 7-8 aylıq hamilə olanda Hövsanda yerləşən və balıqçı dükanında işləyən Xəlil adlı bir oğlanla tanış olmuşdur. Yusif xx.xx.2021-ci ildə təbii yolla dünyaya gəlmişdir. Anası Leyla əvvəllər Yusifi istəməsə də, son vaxtlar uşağı qəbul edərək uşağa öyrəşmişdir. O, Yusifə baxmaqdan bezmişdir. Yusifi öldürməyi çoxdan fikirləşmişdir. Ona görə ki, o, özünə baxa bilməmiş, habelə Xəlillə görüşməyə vaxt ayıra bilməmişdir. O, Yusifi aparıb uşaq evinə qoymaq istəsə də, anası Leyla buna razılıq verməyərək özünün uşağa baxacağını demişdir. 10 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində anası işdə olmuş, bacısı ilə rəfiqəsi evdə olmamışdır. O, körpə oğlu Yusif ilə birlikdə evdə tək olmuşdur. Həmin radələrdə o, Yusifi öldürmək qərarına gəlmiş və Yusifi döşəmədə olan döşəyin üstünə qoymuş, sonra isə öldürmək niyyəti ilə südünə «perekis» məhlulu qataraq Yusifə içizdirmişdir. Bundan sonra o, Yusifə süd almaq üçün evdən 200-250 metr aralıda yerləşən ərzaq dükanına piyada getmiş və inək südü alıb geri qayıtmışdır. O, evə qayıdanda evdə hec kim olmamış, Yusif isə döşəyin üstündə qoyub getdiyi kimi kürəyi üstə qalmışdır. Yusif hələ ki, sağ olmuşdur. Lakin Yusif ağlamışdır. Yusifin ağzından köpük gəlsə də, hələ də yaşamışdır. Bundan sonra o, qonşuların Yusifin ağlama səsini eşitməməsi və səsinin tez kəsilməsi üçün sol əlini Yusifin ağız və burnuna tutub Yusifi nəfəs almağa qoymayaraq boğub öldürmüşdür. O, Yusifin öldüyünə tam əmin olduqdan sonra Yusifi qucağına alıb yoldan keçən tanımadığı taksi avtomobili ilə evdən təxminən 500 metr aralıda yerləşən Xəlilin balıqçı dükanına getmişdir. Lakin o, Xəlilə uşağın yeməyinə perekis qatdığını və uşağı boğduğunu deməmişdir. O, Xəlilə yalandan dükandan süd almaqdan gəlib yaşadığı evin həyətinə daxil olduqda, guya həyətdə kiminsə olduğunu və guya qəflətən Yusifin halı pisləşdiyini, ağzından köpük gəldiyini demişdir. Xəlil də Yusif və onunla birlikdə həmin taksiyə oturub 11 saylı X23 məntəqəsinə getmişdir. Həkimlər uşağı müayinə etdikdən sonra uşağın öldüyünü demişlər. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsini bir qədər dəyişərək dükandan yaşadığı evin həyətinə daxil olduqda, həyətdə heç kimin olmadığını, törətdiyi cinayəti kiminsə üstünə atmaq üçün Xəlilə yalandan həyətdə tanımadığı şəxsin olduğunu demişdir. Bundan başqa, o, bildirmişdir ki, evdə əvvəlcədən az miqdarda süd olduğundan həmin südə «Hidrogen Peroksid» məhlulunun yarısını tökmüş və Yusif ölməyəcəyi halda, yarımçıq qalan həmin məhlulun qalanını da südə qatıb Yusifə içizdirmək məqsədi ilə dükana gedərək süd almışdır. Təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, internat məktəbində böyüdüyündən heç kəs tərəfindən sevilmədiyini və həyatda bədbəxt insan olduğunu bildirərək törətmiş olduğu cinayət əməlinə görə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, körpə Yusif onun nəvəsi olmuşdur. Yusif onun qızı Nərgiz və narkoman Ziyanın nikahdan kənar doğulmuş uşağı olmuşdur. X27 atalıq qayğısı ilə yanaşmamış, Yusifi saxlamaqdan imtina etmiş, hətta öz soyadını belə Yusifə verməmişdir. Baş vermiş hadisə ilə bağlı deyə bilər ki, körpə Yusif vəfat etməmişdən 2 (iki) saat əvvəl onun yanında olmuşdur. Çünki uşağı o, saxlamışdır. O, restoranda xadimə işləyir. Yusifi demək olar ki, o, hər gün baxmaq üçün özü ilə işlədiyi restorana aparmışdır. O, işlədiyi restoranda Yusifi manejdə saxlamışdır. O, həm işləmiş, həm də orada Yusifə baxmışdır. Hadisə baş verən gün də o, Yusifi restorana aparmışdır. Həmin gün Nərgiz onun yanına restorana gələrək demişdir ki, “evdə təkəm, evdə tək qaldığıma görə darıxıram, uşağı ver mənə aparım evdə biraz oynadım, uşağımla vaxt keçirim”. O da Nərgizə demişdir ki, “evdə uşağa baxa bilməyəcəksən, özüm evə gələndə uşağı gətirərəm, evdə uşaqla oynayarsan”. Nərgiz isə yenə də təkidlə uşağı ondan istəmişdir. O da uşağı Nərgizə vermişdir. Bundan sonra Nərgiz uşağı evə aparmışdır. Sonradan, yəni bu hadisədən sonra o, bilmişdir ki, Nərgiz Yusifi evə apardıqdan sonra uşağın südünə perekis qatmış və sonra körpə uşağa həmin südü içizdirmişdir. Uşaq perekisi içdikdən dərhal sonra ölməmişdir. Lakin sonradan Nərgiz uşağa nə edibsə, nəticədə uşaq ölmüşdür. O, sonradan bilmişdir ki, Nərgiz əvvəlcə uşağa perekis vermiş, sonra isə Yusifi öldürmüşdür. Lakin o, Nərgizin Yusifi öldürməsini görməmişdir. O, özü dünyaya uşaq gətirmək üçün neçə illər müalicə almış və həmin müalicələr nəticəsində Nərgiz dünyaya gəlmişdir. Nərgiz onun neçə illər ərzində zülm çəkdiyini, habelə uşaq həsrəti çəkdiyini bilmişdir. Buna baxmayaraq, Nərgiz öz uşağının başına bu oyunu açmışdır. Nərgizin başında biraz, çox cüzi dərəcədə çatışmazlıq, yəni psixi problem var. O, Yusifə çətinliklə olsa da, baxmışdır. Yusifi o, böyütmüşdür. O, restoranda xadimə işləyə-işləyə Yusifə manejdə baxmışdır. O, bilmişdir ki, əgər Yusifi Nərgizə versə, Nərgiz uşağa hansısa zərər yetirəcək, ona görə də çox vaxt uşağı Nərgizə verməmişdir. Uşaq demək olar ki, 2 saatın güdazına getmişdir. O, uşağı ondan-bundan borc alaraq böyütmüşdür. Yusifi 10 aylığına qədər o, saxlamışdır. O, uşağın haqqını məhkəmədən tələb edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, baxılan cinayət işi üzrə heç bir hadisənin şahidi olmamışdır. O, sadəcə hadisənin baş verdiyini, yəni Nərgizin öz uşağını öldürdüyünü eşitmişdir. Lakin o, hadisənin hansı şəraitdə baş verdiyini bilmir. Şahid4 məhkəmə istintaqında verdiyi qısa məzmunlu ifadəsi ilə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etməklə tədqiq etmək məcburiyyətində qalmışdır. Şahid4 məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, “Xalqlar Dostluğu” ərazisində avtomobillərin mühərriki təmiri üzrə usta işləyir. O, 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum edilmiş, 1 (bir) ildən sonra isə amnistiya ilə qalan cəzadan azad olunmuşdur. Tarixini dəqiq xatırlamır, həbs olunmamışda 7-8 ay əvvəl o, Hövsan qəsəbəsində küçədə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Nərgiz ona anası ilə qaldığını, uşaq evində böyüdüyünü deməmişdir. Beləcə onun Nərgizlə münasibəti yaranmışdır. O, ilk dəfə öz avtomobilində Nərgizlə cinsi əlaqədə olmuşdur. 2021-ci ilin noyabr ayında o, həbsxanada cəza çəkərkən qardaşı ona zəng edərək bir qadının onu axtardığını demişdir. O, qadının niyə onu axtardığını soruşanda, qardaşı ona Nərgizin uşaq dünyaya gətirdiyini demişdir. O, 2022-ci ilin mart ayında həbsdən çıxmış və elə həmin gün Nərgizin yaşadığı evə getmişdir. Söhbət zamanı Nərgiz uşağın ondan olduğunu bildirmişdir. O, Nərgizə «uşağı götür, gəl gedək mənimlə birlikdə yaşa» demişdir. Nərgiz isə ona görüşdüyü adam olduğunu, ərə gedəcəyini ona demişdir. O, Yusifi özü ilə aparmaq istəsə də, Nərgiz Yusifi ona verməmişdir. O, Nərgizin anası Leylaya «Nərgiz bütün günü küçələrdə sülənir və bu uşağa baxan deyil, verin uşağı aparım özüm baxım» dedikdə, Leyla Yusifi ona verməmiş və Yusifə özünün baxacağını demişdir. Hətta o, uşağa adını vermək istəmiş, lakin Nərgiz ona ərə gedəcəyini və ərə getdiyi adam uşağa adını verəcəyini demişdir. Nərgiz başqası ilə görüşdüyü üçün o, bir daha Nərgizlə əlaqə saxlamamışdır. xx.xx.2022-ci il tarixdə Nərgizin anası Leyla ona zəng edərək Nərgizin Yusifi boğub öldürdüyünü demişdir. Bundan başqa, o, ifadəsində qeyd etmişdir ki, həbsə düşməmişdən əvvəl narkotik maddə istifadə etmiş və Nərgiz də onunla birlikdə bir neçə dəfə narkotik maddə istifadə etmişdir. O, Nərgizin sonradan yenidən narkotik vasitə istifadə edib-etməməsini bilmir. Şahid qismində dindirilməsi üçün dəvət edilmiş yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsinin iştirakı ilə məhkəmə istintaqında Təqsirləndirilən şəxs yaxın qohumu (bacısı) olduğunu bildirərək sonuncunun əleyhinə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etməklə tədqiq etmək məcburiyyətində qalmışdır. Yetkinlik yaşına çatmayan Şahid2 məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar massivində nömrəsiz evdə anası Leyla, rəfiqəsi Nazəndə, bacısı Nərgiz və Nərgizin azyaşlı oğlu Yusif ilə birlikdə yaşamışdır. X6 qarşı münasibəti yaxşı olmuş, lakin Nərgizin öz övladını öldürə biləcəyi onların ağıllarına gəlməzdi. O, Hüseynlə 1 (bir) il olar tanışdır. xx.xx.2022-ci il tarixdə o, Hüseyn və rəfiqəsi Nazəndə ilə birlikdə “28 May” metro stansiyasının yaxınlığında yerləşən «28 Mall Ticarət Mərkəzi»-nin kinoteatrına kinoya baxmağa getmişlər. Anası Leyla isə həmin vaxt işdə olmuşdur. Sonradan o, eşitmişdir ki, onun bacısı Nərgiz evdə tək olmasından istifadə edib Yusifin yeməyinə perekis qatıb öldürmək istəmiş, lakin Yusifin ölmədiyini görüb uşağı boğub öldürmüşdür. Həmın gün saat 21:00 radələrində balıqçı Xəlil ona zəng edərək Yusifin öldüyünü, poliklinikada olduqlarını demişdir. Onlar həmin poliklinikaya çatdıqda, Xəlil orada olmamışdır. Orada polis əməkdaşları və onun bacısı Nərgiz olmuşdur. O, anası Leylaya zəng vurub çağırmışdır. Sonradan onlar polis əməkdaşlarından eşitmişlər ki, Nərgiz azyaşlı oğlu Yusifi öldürmək məqsədi ilə südünə perekis qatıb içizdirmiş, sonradan ölmədiyini görüb əli ilə Yusifin ağız-burnunu tutub boğaraq öldürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun Hövsan qəsəbəsində restoranı var. Təqsirləndirilən şəxs anası Leyla onun restoranında işləməyə gəlmişdir. Leyla cəmi 1 (bir) gün onun restoranında işləmişdir. Nərgizin anası Leyla restorana işləməyə gələrkən tək gəlmişdir. Leyla onun restoranına saat 17:00-da işləməyə gəlmiş və həmin gün saat 21:00 radələrində restorandan çıxıb getmişdir. Bundan sonra Leyla heç vaxt işə gəlməmişdir. Leyla onun restoranında xadimə (süpürgəçi) işləmişdir. Restoran dəniz qırağında yerləşir. Leyla onun restoranına tək gəlmiş, yanında heç bir qohum-əqrəbası olmamışdır. Leyla cəmi 1 (bir) gün restoranda işləmişdir. Sonra o, eşitmişdir ki, Leylanın nəvəsi ölüb. Ona görə də Leyla işdən tez çıxıb getmişdir. Daha sonra isə o, uşağın anası tərəfindən boğularaq öldürüldüyünü eşitmişdir. Bundan sonra Leyla bir daha onun restoranına gəlməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Mehparə ilə onun arasında yaxın münasibətlər var. Cinayət hadisəsi baş verən gün onlar gəzməyə getmişlər. O, gəzməyə Mehparə və Mehparənin rəfiqəsi Nazəndə ilə birlikdə getmişdir. Daha doğrusu onlar kinoya baxmağa getmişlər. Axşam onlara zəng gəlmişdir. Zəng edən şəxs Xəlil adlı bir şəxs olmuşdur. Xəlil onlara demişdir ki, “evdə hadisə baş verib, uşaq süddən boğulub, özünüzü tez evə çatdırın”. Xəlil, həmçinin demişdir ki, “Hövsanda poliklinika var, ora gəlmək lazımdır, uşaq oradadır”. Onlar da dərhal Hövsan poliklinikasına getmişlər. Onlar ora çatdıqda, uşaq artıq ölmüşdür. Uşağın cansız bədəni, yəni cəsədi X23 maşınında olmuşdur. Nərgizin də əlində qandal olmuşdur. Nərgiz həmin vaxt ağlamışdır. Polislər onlara demişlər ki, “uşağı Nərgiz öldürüb”. Nərgiz isə bu zaman demişdir ki, “uşağı mən öldürməmişəm, kimsə həyətə girib, mən həmin şəxsin hasardan tullandığını görmüşəm”. Lakin sonradan məlum olmuşdur ki, uşağı Nərgiz öldürmüşdür. Onun hadisə barədə başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, cinayət hadisəsi baş verən ərəfədə o, balıqçılıq fəaliyyəti ilə məşğul olmuş, yəni balıq və balıq məhsullarını satmışdır. O, icarəyə mağaza götürmüş və həmin mağazada dəniz məhsullarının satışı ilə məşğul olmuşdur. O, Nərgizi 2021-ci ilin noyabr ayında tanımışdır. Həmin vaxt Nərgiz hamilə olmuş və Nərgiz ona uşağın atasının cəzaçəkmə müəssisəsində olduğunu demişdir. Bundan sonra onların tanışlığı başlamışdır. Bundan bir neçə gün sonra Nərgiz anası Leyla ilə birlikdə onun iş yerinə gələrək yaxın zamanda uşaq doğacağını, lakin buna görə pulu olmadığını deyərək ondan pul istəmişdir. O da Nərgizə 100 manat pul vermişdir. Bundan sonra Nərgizin uşağı doğulmuşdur. Uşaq doğulandan təxminən 1 aydan sonra Nərgiz onun iş yerinə gələrək uşağa yemək almağa pulu olmadığını bildirib ondan iş istəmişdir. O da Nərgizə balığa getdiyi müddət ərzində mağazada qalmasını, gündəlik 10-15 manat pul verəcəyini demişdir. Nərgiz də onunla razılaşaraq mağazada işləməyə başlamışdır. Nərgiz mağazada işlədiyi müddət ərzində onların bir-birindən xoşu gəlmişdir. 2022-ci ilin yanvar ayından etibarən Nərgizlə onun arasında sevgi münasibətləri yaranmışdır. Lakin onun Nərgizə qarşı ciddi münasibəti olmamış, o, sadəcə Nərgizlə dəfələrlə cinsi əlaqədə olmuşdur. 2022-ci ilin mart ayında Nərgizin başqa şəxslə münasibəti olduğu üçün onların arasında soyuqluq yaranmışdır. O, Nərgizin başqa şəxslərlə münasibətini bildikdən sonra dəfələrlə Nərgizə gedib öz uşağının atasını tapmasını, məhz sonuncu ilə ailə qurmasını, uşağın körpə olmasını, uşağa ata lazım olduğunu demişdir. Nərgizin uşağının adı Yusif olmuş və o, uşağı dəfələrlə görmüşdür. X24 özü ilə bir neçə dəfə mağazaya da gətirmişdir. Yusifi əsasən Nərgizin anası Leyla saxlamışdır. Nərgiz özü müstəqil, azad həyat tərzi keçirən insan olmuş, yəni istədiyi kimi gəzmiş, istədiyi şəxs ilə görüşmüşdür. Nərgiz avqust ayından etibarən onun yanına çox az gəlmişdir. Nərgiz sonuncu dəfə uşaq ölməmişdən təxminən 10 gün əvvəl onun yanına, yəni işlədiyi mağazaya gəlmişdir. O, həmin gün də Nərgizə gedib uşağının atası ilə barışmasını demişdir. Lakin Nərgiz ondan əl çəkməmişdir. Ona görə də onlar həmin gün cinsi əlaqədə olmuşlar. xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində o, işlədiyi mağazada olduğu vaxt Nərgiz təlaş içində və qucağında Yusiflə birlikdə ağlayaraq mağazaya gəlmiş və uşağa nəsə olduğunu demişdir. O, Yusifin hərəkətsiz olduğunu görüb dərhal Yusifi təcili yardım məntəqəsinə aparmışdır. Nərgiz onun yanına taksi ilə gəldiyindən onlar Yusiflə birlikdə elə həmin taksi ilə xəstəxanaya getmişlər. O, taksidə olarkən Nərgizdən təkrarən uşağa nə olduğunu soruşmuş, Nərgiz evdə Yusifi tək qoyaraq yaxınlıqdakı mağazaya süd almaq üçün getdiyini, evə qayıtdıqda darvazadan tanımadığı kişinin çıxdığını, evə girdikdə Yusifin evdə hərəkətsiz halda gördüyünü və Yusifi qucağına alaraq kömək üçün yola çıxdığını demişdir. Həmin vaxt Nərgiz çox həyacanlı olmuşdur. Onlar Hövsan qəsəbəsində yerləşən X23 məntəqəsinə çatdıqda həkimlər uşağa baxmışlar və artıq uşağın öldüyünü demişlər. Daha sonra polis əməkdaşları da təcili yardım məntəqəsinə gələrək Nərgizi tutmuşlar. Sonradan ona məlum olmuşdur ki, Nərgiz azyaşlı Yusifi boğaraq öldürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar massivində nömrəsiz evdə yaşayır. O, özünə məxsus «Emin Market»də ərzaq malları satır. O, Nərgizi və Nərgizin ailəsini yaxından tanımır, sonuncuları müştəri olaraq tanıyır. xx.xx.2022-ci il tarixdə səhər vaxtı Nərgizin anası Leyla onun mağazasına gələrək 1 litr süd almışdır. Sonra həmin gün axşam vaxtı Nərgiz mağazaya gələrək 1 (bir) ədəd pampers almışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, qonşulardan Nərgizin öz körpə uşağını boğub öldürdüyünü eşitmişdir. Baş vermiş hadisə ilə bağlı onun başqa məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli telefon məlumatından (cild 1, iş vərəq 2) görünür ki, həmin gün xx.xx.2021-ci il təvəllüdlü Yusif adlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 3-7) görünür ki, cinayət hadisəsi - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evdə baş vermişdir. X1 adınadır. Ev bir mərtəbəli olmaqla, ağ mişar daşından tikilmişdir. Yaşıl rəngli darvazadan həyətə daxil olduqda, sol tərəfdə hamam və sanitar qovşaq var. Evə qalxmaq üçün 2 ədəd pilləkən var. Evə daxil olduqda, girəcək qapısının kandarından sol tərəfdə mətbəx yerləşir. Ev iki otaqdan ibarətdir. Qapı ilə üzbəüz olan otaq oturaq, eyni zamanda yataq otağı kimi istifadə olunur. Otağa daxil olduqda, sol tərəfdə qaz sobası, masa-stul, qapı ilə üzbəüz isə beşik var. Otağın sol tərəfində isə dəmir çarpayı var. Həmin otağın döşəməsində xalça, xalçanın üzərində isə kiçik ölçülü döşək var. Digər otaqda isə çarpayılar, yerdə yorğan və döşəklər var. Ev ümumilikdə səliqəsizdir. Oturaq otağın pəncərəsində, qara rəngli 100 ml qramlıq plastmas qabda, ağzı açıq vəziyyətdə, içində yarımçıq halda maye olan, üzərinə «перекись водорода» sözü yazılmış məhlul, onun yanında isə 250 ml qramlıq şəffaf plastmas qabda, ağzında əmziyi olan süd var. Qabı açıb südü nəzərdən keçirdikdə, südün rəngi açıq qəhvəyi rəngə çalır, iylədikdə isə süddən spesifik qoxu gəlir. Baxış zamanı otaqlarda qana bənzər ləkə, kəsici-deşici alət müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan hidrogen-peroksid və içində süd olan hər 2 (iki) plastmas qab iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcəyindən hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Ətraf ərazidə şəxsi və TŞ kameraları müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli “meyitin xarici müayinə edilməsi və paltarlara baxış keçirilməsi” barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 7-9) görünür ki, meyitin əynində aşağıdakı paltarlar vardır: qırmızı-göy rəngli kombinə olunmuş uzunqol köynək; sarımtıl-ağ rəngli finka; pampers; göy rəngli corab; sol said nahiyəsində «gözmuncuğu» həlqəsi, paltarlarda ləkə, cırıq, sökük aşkar edilməmişdir. Meyit kişi cinsli olub, yaşına uyğun düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 73 smdir. Meyiti əllə yoxladıqda soyumuşdur. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri sifətin, boynun sağ yan səthində, gövdənin arxa səthində olmaqla qırmızımtıl-bənövşəyi rəngdədir, yayılmışdır, barmaqla təzyiq etdikdə avazıyır, 8-10 dəqiqəyə öz əvvəlki rənginə bərpa olurlar. Baş tükləri qaradır, nazikdir, 1-2 sm uzunluqdadır, sıxdır. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri qapalıdır, hər iki göz bəbəkləri bərabər ölçüdə olub, diametri 03 sm-dir, buynuz qişa parlaqdır, göz qapaqlarının konyuktiva qişalarına tünd-qırmızı rəngli xırda nöqtəvari qansızmalar vardır, əllədikdə burun sümükləri və qığırdaqları tamdır. Dodaq haşiyəsi sianotikdir. Ağzı açıqdır, dili ağız boşluğunda diş xəttindən; arxada sərbəst yeləşmişdir. Dişləri yoxdur, alveolyar çıxıntıların zirvələrində ağımtıl-parlaq kəsici süd dişlərinin yenicə peyda olan dərialtı bərkliyi əllənir. Üz skeleti sümüklərində patoloji dəyişiklik qeyd olunmur. Hər iki qulaq seyvanları tamdır, xarici qulaq keçəcəkləri sərbəstdir. Boynu orta uzunluqda və köklükdədir, adi hərəkətlidir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir, qabırğalar və döş sümüyü əllədikdə tamdırlar. Qarnı- qabırğa qövsləril səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Sünnət olunmayıb. Xayalıqda iki ədəd bərkvari konsistensiyalı xayalar əllənir. Arxa keçəcək qapalıdır, ətrafındakı dəri zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. Meyitdə hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəq 37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəq 38-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəq 41-43) görünür ki, həmin gün şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ətraflı şəkildə ifadə verərək törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X8” X20 80/MEŞ nömrəli ekspertiza rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 157-161) görünür ki, Yusif adlı körpənin meyitində mexaniki asfiksiya ilə əlaqədar epikard qişasına və visseral plevraya qansızmalar, boyun üzvlərinin və gövdənin sıxılması nəticəsində divararalığı üzvlərinin yumuşaq toxumalarına və sol tərəfli Vİİ-Xİİ döş fəqərələri ətrafı yumuşaq toxumalara qansızmalar aşkar edilmişdir. Yusif adlı körpənin ölümünün bilavasitə səbəbi - tənəffüs yollarının küt təsir mexanizminə malik əşya ilə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən (xx.xx.2022-ci il, saat 09.30) təxminən 12-16 saat əvvəl baş vermişdir. Yusif adlı körpənin meyitindən götürülmüş qanda və mədə möhtəviyyatında məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar, o cümlədən hidrogen peroksid (perekis) aşkar edilməmişdir. Belə ki, hidrogen peroksid insan orqanizminə düşdüyü andan parçalanmaya məruz qaldığından onu bioloji obyektlərdə aşkarlamaq mümkün deyil. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 44-47) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində azyaşlı oğlu, xx.xx.2021-ci il tarixdə anadan olmuş Yusifi qəsdən öldürmək məqsədi ilə südünə hidrogen-peroksid məhlulu qataraq içizdirməsi, nəticədə Yusifin ölmədiyini görüb əli ilə Yusifin burun və ağzını bağlayaraq boğub öldürməsi barədə ətraflı şəkildə ifadə verərək əyani şəkildə törətmiş olduğu cinayətin üsulunu və mexanizmini cinayət hadisəsinin baş verdiyi yerdə göstərmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 48) görünür ki, həmin gün X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 53-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar massivində anasına məxsus nömrəsiz evdə anası X10, bacısı Şahid2, 10 aylıq oğlu Yusif və bacısının rəfiqəsi X4 ilə birlikdə yaşamışdır. X2 hazırda hərbi xidmətdədir, atası X11 isə 2011-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. O, heç bir yerdə işləmir, heç bir xəstəlikdən, o cümlədən psixi xəstəlikdən əziyyət çəkmir və narkotik maddə, həmçinin spirtli içki qəbul etmir. Anası Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Simurq» restoranında qabyuyan işləyir, bacısı və özü isə işləmir. O, 2021-ci ildə əvvəllər narkotik maddəyə görə həbs olunmuş, Zığ qəsəbəsində yaşayan və avtomobil mühərriki ustası işləyən Ziya adlı bir oğlanla tanış olmuşdur. O, 2021-ci ildə Ziyadan hamilə qalmış və Yusif dünyaya gəlmişdir. Uşaq olmamışdan əvvəl o, Ziyadan ayrılmış və Ziya 2021-ci ilin mart ayında narkotik maddəsi ilə həbs olunmuşdur. Hazırda Ziya azadlıqdadır, lakin uşağı qəbul etmir, eləcə də uşağa adını vermir. O, 10 ay olar ki, yəni 7-8 aylıq hamilə olanda Hövsanda yerləşən balıqçı dükanında işləyən Xəlil adlı bir oğlanla tanış olmuşdur. Yusif xx.xx.2021-ci ildə təbii yolla dünyaya gəlmişdir. Anası Leyla əvvəllər Yusifi istəməsə də, son vaxtlar uşağı qəbul etmiş və uşağa öyrəşmişdir. O, Yusifə baxmaqdan bezmişdir. Yusifi öldürməyi çoxdan fikirləşmişdir. Çünki o, özünə baxa bilməmiş, habelə Xəlillə görüşməyə vaxt ayıra bilməmişdir. O, Yusifi aparıb uşaq evinə qoymaq istəsə də, anası Leyla buna razılıq verməyərək özünün uşağa baxacağını demişdir. 10 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində anası işdə olduğundan, bacısı ilə rəfiqəsi isə evdə olmadığından o, körpə Yusif ilə evdə tək olmuşdur. Həmin radələrdə o, Yusifi öldürmək qərarına gəlmiş və Yusifi döşəmədə olan döşəyin üstünə qoymuş, sonra isə öldürmək niyyəti ilə südünə «perekis» məhlulu qatıb Yusifə içizdirmişdir. Bundan sonra o, Yusifə süd almaq üçün evdən 200-250 metr aralıda yerləşən ərzaq dükanına piyada getmiş və inək südü alıb geri qayıtmışdır. O, evə qayıdanda evdə hec kim olmamış, Yusif isə döşəyin üstündə qoyub getdiyi kimi kürəyi üstə qalmışdır. Yusif hələ ki, sağ imiş, lakin ağlamışdır. Yusifin ağzından köpük gəlsə də, hələ də yaşamışdır. Bundan sonra o, qonşuların Yusifin ağlama səsini eşitməməsi və səsinin tez kəsilməsi üçün sol əlini Yusifin ağız və burnuna tutub Yusifi nəfəs almağa qoymamaqla boğub öldürmüşdür. O, Yusifin öldüyünə tam əmin olduqdan sonra Yusifi qucağına alıb yoldan keçən tanımadığı taksi avtomobili ilə evdən təxminən 500 metr aralıda yerləşən Xəlilin balıq dükanına getmişdir. Lakin o, Xəlilə uşağın yeməyinə perekis qatdığını və uşağı boğduğunu deməmişdir. O, Xəlilə yalandan dükandan süd almaqdan gəlib yaşadığı evin həyətinə daxil olduqda, guya həyətdə kiminsə olduğunu və guya qəflətən Yusifin halı pisləşdiyini, ağzından köpük gəldiyini demişdir. Xəlil də Yusif və onunla birlikdə həmin taksi avtomobilinə oturub 11 saylı X23 məntəqəsinə getmişdir. Orada uşağın artıq öldüyünü onlara demişlər. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-530/2022 saylı qərarından (cild 01, iş vərəqə 62-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 sentyabr 2022-ci ildən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş 5/10-3798 nömrəli cavab məktubundan və ona əlavə edilmiş çıxarışdan (cild 01, iş vərəqə 127-133) görünür ki, Yusif adlı oğlan uşağının naməlum şəraitdə ölməsi ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd əmzik qabında olan süd qidası nümunəsinin tərkibində “Perekis” məhlulu qatqısının olub-olmaması ilə bağlı götürülmüş nümunənin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referans Laboratoriyasında aparılmış sınaq nəticəsinə uyğun olaraq südün tərkibində hidrogen peroksid aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 9387 saylı məktubundan (cild 01, iş vərəqə 135) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. xx.xx.2022-ci il tarixli valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs 2013/2014-cü tədris ilində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin V sinifinə qəbul edilmişdir. Təqsirləndirilən şəxs 2018/2019-cu tədris ilinə qədər məktəbin İX sinifindən məzun olmuşdur. Təqsirləndirilən şəxs məktəbdə oxuduğu müddət ərzində ona tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gəlmiş, intizamlı, çalışqan bir şagird olmuşdur. Məktəbin bütün ictimai işlərində fəal iştirak etmişdir. Yoldaşları ilə çox mehriban və səmimi rəftarı ilə fərqlənmişdir. O, bacarıqlı, mehriban bir şagird olmaqla, müəllim və şagird kollektivinin hörmətini qazanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X20 xx/xx-13874 saylı məktubundan (cild 01, iş vərəqə 153) görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 01, iş vərəqə 179) görünür ki, X10 1977-ci il tarixdə Ucar rayonunun Lək kəndində anadan olmuş və Lək kəndində yaşadığı müddətdə özünü normal aparmış, sakinlərlə hər hansı münaqişəyə səbəb olacaq hərəkətlərə yol verməmişdir, yaşadığı müddətdə Lək İƏD-si üzrə nümayəndəlik tərəfindən tənbeh edilməmişdir. X25 rayon Lək kəndində pasport qeydiyyatında olmasına baxmayaraq, uzun müddətdir ki, övladları ilə birlikdə Bakı şəhərində yaşayır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X20 X22 X20 PHŞ/617-2-2022-540 nömrəli məktubundan (cild 01, iş vərəqə 154) görünür ki, 19 yaşlı hamilə Bağıyeva X9 Doğum şöbəsinə «hamiləlik 36-37 həftəlik son ənsə gəlişi» diaqnozu ilə xx.xx.2021-ci il tarixdə qəbul olmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs çəkisi 3000 qram, boyu 50 sm, diri kişi cinsində oğlan doğmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yeni doğulmuşla birlikdə kafi vəziyyətdə evə yazılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 7337 saylı ekspertiza rəyindən (cild 01, iş vərəqə 167-168) görünür ki, Təqsirləndirilən şəxs huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası sabitdir. Əhval-ruhiyyəsi normaldır. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır, yuxarıda göstərilənlərə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 3255 nömrəli kompleks məhkəmə psixiatrik və psixoloji ekspertiza rəyindən (cild 01, iş vərəqə 171-174) görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsinin törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavraya və bu barədə düzgün məlumat verə bilər. Ondan yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs sərbəst yaşamağa meyillilik, laqeydlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosıonal halında bezikmə, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən (cild 01, iş vərəqə 176-177) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-2/2023 saylı qərarından (cild 01, iş vərəqə 194-195) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 11 mart 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X8” X20 280/K saylı ekspertiza rəyindən (cild 01, iş vərəqə 203-204) görünür ki, tədqiqata təqdim olunmuş plastik qabın içərisində olan maye «Hidrogen Peroksid» adlı kimyəvi maddəyə aiddir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-773/2023 saylı qətnaməsindən (cild 01, iş vərəqə 206-208) görünür ki, Təqsirləndirilən şəxs doğulmuş “Zərərçəkmiş şəxs XXXX”in xx xxxxxx 2021-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilmiş, doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 209-222) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4 və 120.2.9-cu maddələrinə tövsif edilməsi, həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs cinayət əməlini tək törətməsi, kənar şəxsin bu cinayətdə iştirak etməməsi sübuta yetirildiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Leyla Bağıyeva, Şahid2, Şahid3, Şahid4, Şahid1, Şahid5 və Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 01, iş vərəqə 223-224) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-101/2023 saylı qərarından (cild 01, iş vərəqə 261-262) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittihamı mübahisələndirməmişlər. Əksinə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməldən peşman olduğunu, habelə məhkəmədə ifadə verməsinin ona çətin olduğunu bildirərək həm ibtidai istintaq zamanı vermiş olduğu ifadələri təsdiq etmiş, həm də azyaşlı körpə oğlu Yusifi qəsdən həyatdan məhrum etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, yəni xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan körpə oğlu Yusifi öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, hadisə baş verən gün, yəni 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs nikahdan kənar doğulmuş xx xxxxxx 2021-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və həmin gün azyaşlı oğlu Yusiflə evdə tək olmasından, yəni cinayətkar niyyətini həyata keçirmək üçün yaranmış əlverişli şəraitdən sui-istifadə edərək uşağın qidalanması üçün nəzərdə tutulmuş südə “Hidrogen Peroksid" məhlulunu qatmış və daha sonra həmin südü Yusifə içizdirmişdir. Təqsirləndirilən şəxs içinə “Hidrogen Peroksid” məhlulunu qatdığı südü Yusifə içizdirərkən məqsədi həmin süd ilə Yusifi zəhərləyib öldürmək olmuşdur. Nərgiz tərkibində “Hidrogen Peroksid” məhlulu olan südü oğlu Yusifə içizdirdikdən sonra yaşadığı evdən çıxaraq yaşadığı evdən bir qədər aralıda yerləşən mağazaya gedib-qayıtmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs içinə “Hidrogen Peroksid” məhlulu qatdığı südü Yusifə içizdirdikdən sonra yaşadığı evi tərk etməklə mağazaya getməsi və bir neçə dəqiqədən sonra evə qayıtması onun müdafiəsinə yönəlmiş dəlilin qabaqcadan əldə edilməsinə istiqamətlənmişdir. Həmin dəlil isə onda ifadə olunmuşdur ki, Yusifin ölüm anı onun evdə olmaması vaxtına təsadüf etməli idi ki, o, həmin cinayət əməlinə aidiyyətinin olmamasını gələcəkdə iddia edə bilsin. Lakin Təqsirləndirilən şəxs evə qayıdarkən uşağın öldüyünü zənn etsə də, evə daxil olduqda azyaşlı Yusifin ölmədiyini, əksinə ağlayıb-qışqırdığını görmüşdür. Təqsirləndirilən şəxs yaranmış bu vəziyyətdən narahat olaraq, yəni yaxınlıqda yaşayan şəxslərin uşağın səsini eşidəcəklərindən ehtiyat edərək daha fəal hərəkətlər etməyə başlamış, yəni Yusifin səsini tez kəsmək və ölümünü tezləşdirmək üçün sol əlini Yusifin ağız və burnuna tutmaqla sonuncunun tənəffüs yollarını sıxıb boğmuşdur ki, nəticədə azyaşlı oğlu Yusif ölsün. Başqa sözlə, Təqsirləndirilən şəxs əvvəlcə oğlu Yusifin südünə “Hidrogen Peroksid” məhlulunu qatmaqla və həmin südü Yusifə içizdirməklə sonuncunu zəhərləyərək öldürmək istəmiş, məhz qeyd edilən qaydada öz hərəkətlərini icra etmişdir. Lakin bunun nəticəsində Yusif ölməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs doğma oğlu Yusifi əli ilə boğub öldürmüşdür. Təqsirləndirilən şəxs göstərilən fəal hərəkətləri nəticəsində azyaşlı Zərərçəkmiş şəxs mexaniki asfiksiya yaranmış, sonuncu körpə olduğundan Təqsirləndirilən şəxs hər hansı müqavimət göstərmək iqtidarında olmamış, nəticədə də ölmüşdür. Azyaşlı Yusifin ölümünün bilavasitə səbəbi - tənəffüs yollarının küt təsir mexanizminə malik əşya ilə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəzi hallarıdır. Təqsirləndirilən şəxs azyaşlı oğlu Yusifi öldürmək istəməsi, belə fikrin onda xeyli vaxt ərzində yaranması, cinayətkar məqsədinə nail olmaq məqsədi ilə uşağın qidalanması üçün nəzərdə tutulmuş südə “Hidrogen Peroksid” məhlulunu qatması və Yusifi öldürmək məqsədi ilə həmin südü Yusifə içizdirməsi, lakin südü içdikdən sonra Yusifin ölməməsi Təqsirləndirilən şəxs öz cinayətkar məqsədinə çatmaq üçün daha fəal hərəkətlər etməyə sövq etmişdir. Nəticədə Təqsirləndirilən şəxs azyaşlı oğlu Yusifin ağzından və burnundan tutmaqla sonuncunu böğub öldürmüşdür. Təqsirləndirilən şəxs öz doğma övladına qarşı yuxarıda göstərilən amansızca cinayət törətməsi məhkəmədə təəssüf hissi yaradır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən ardıcıllıqla törətmiş olduğu cinayət əməllərinə tənqidi yanaşaraq həmin əməlləri sərt şəkildə qınayır. Lakin ən üzücü məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs doğulduğu ailə cəmiyyətdə bərqərar olmuş ailə dəyərlərindən uzaq ailə olmuşdur. Belə ki, məhkəmə istintaqında məlum olmuşdur ki, məhkəməyə aydın olmayan səbəblərdən Təqsirləndirilən şəxs valideynləri tərəfindən internat məktəbinə verilmişdir. O, həyatının ən həssas və ən çox valideyn qayğısına ehtiyac olduğu dövrü həmin internat məktəbində keçirmişdir. Onun internat məktəbində təhsil alması nəticəsində o, valideyn qayğısından kifayət qədər məhrum olmuşdur. Valideyn qayğısından məhrum edilməsi Təqsirləndirilən şəxs həyata baxışında və təfəkküründə kifayət qədər dərin mənfi iz buraxmışdır. Məhz bunun nəticəsidir ki, o, yetkinlik yaşına çatdıqda, təsadüfən tanış olduğu Ziya adlı şəxsdən hamilə qalmaqla bunu arzulamadan və istəmədən Yusifi doğmuşdur. Təqsirləndirilən şəxs Yusifi dünyaya gətirdikdən sonra onun ağır həyat şəraiti bir qədər də çətinləşmişdir. Belə ki, Yusif doğulsa da, həmin uşağa atası tərəfindən qayğı göstərilməmişdir. Təqsirləndirilən şəxs maddi imkanı olmadığından və o, işləmədiyindən azyaşlı Yusifə baxa bilməmişdir. Həmin ərəfədə Nərgiz Xəlil adlı bir şəxslə tanış olmuş və sonuncunun işlətdiyi mağazada qeyri-rəsmi olaraq işləməyə başlamışdır. Daha sonra Nərgizlə Xəlilin arasında yaxın münasibətlər yaranmışdır. Lakin Nərgizin himayəsində azyaşlı övladı Yusif olduğundan və Yusif körpə olduğundan, bununla da daha çox qayğıya ehtiyacı olduğundan Nərgiz həmin uşağa baxmaqdan bezmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs oğlu Yusifi uşaq evinə qoymaq istəmiş, lakin Nərgizin anası Leyla buna razı olmamışdır. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs azyaşlı oğlu Yusifdən qurtulmaq və Xəlil adlı şəxslə azad həyatını yaşamaq istəmişdir. Nəticə etibarı ilə də xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan körpə uşağı Yusifi boğub öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, ağır həyat şəraiti və kənar şəxslərin birtərəfli münasibəti nəticəsində Təqsirləndirilən şəxs analıq hissi yaranmamış və buna görə də o, öz uşağına lazımi şəkildə qayğı göstərə bilməmişdir. Təqsirləndirilən şəxs analıq hissinin yaranmamasının əsas səbəbləri – onun yaşının nisbətən az olması, öz ailəsində valideyn sevgisindən və qayğısından məhrum olması, qarşısına çıxan və onunla yaxın münasibətlər quran şəxslərin (Ziya və Xəlil) ona qarşı səthi münasibət bəsləmələri olmuşdur. Məhz bunun nəticəsində Təqsirləndirilən şəxs kifayət qədər soyuqqanlı şəkildə öz doğma azyaşlı uşağı Yusifi boğub öldürməklə sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. Qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır və bu səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən edilməzsə, təqsirkarın əməlinin qəsdən adam öldürmə cinayəti kimi tövsif edilməsi yolverilməzdir. Qəsdən adam öldürmə cinayət əməli həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir, ya da arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyrimüəyyən də ola bilər. Qeyri-müəyyən qəsdlər cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr - ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və sairllə əhatə oluna bilər. Bu halda təqsirkanın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa o zaman əməl sağlamlığa qəsdən ağır zərər vurma kimi tövsif edilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Sözügedən qərarın 13-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 120.2.9cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Yuxarıda təhlil edilən işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan (azyaşlı körpə olması) şəxsi öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilənlər onu göstərir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən də onun tərəfindən törədildiyindən məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif edir və hesab edir ki, o, həmin maddələr ilə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən (birbaşa qəsdlə) törətmiş və həmin cinayət əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, uşaqlıq illərinin bir hissəsinin internat məktəbində keçirməsini, ağır həyat şəraitini, yaşadığı və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, habelə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı dəfələrlə etirafedici ifadə verməklə törətdiyi cinayət əməllərindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Bu hissədə məhkəmə qeyd edir ki, onun azyaşlı uşağına qarşı cinayət törətməsi cinayət əməlinin tövsifedici əlaməti qismində çıxış etdiyindən və nəzərə alındığından həmin hal, yəni zərərçəkmiş şəxsin ondan asılı vəziyyətdə olması halı yenidən onun vəziyyətini pisləşdirə bilməz. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, habelə cəzasını ağırlaşdıran halların olmamasını, ələlxüsus da onun ağır həyat şəraitini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd içində süd olan 250 qramlıq qab və 1 (bir) ədəd içində yarımçıq halda olan «Hidrogen Peroksid» qab məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs göstərdiyi 45 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd içində süd olan 250 qramlıq qab və 1 (bir) ədəd içində yarımçıq halda olan «Hidrogen Peroksid» qabı məhv edilsin. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1045/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1045/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver