Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1046/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:35-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 hüquqi varisi – atası və Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 oğlunun iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi sürücülüklə məşğul olmuş, məhkumluğu olmayan, Gədəbəy rayonu, Alnabat kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə saat 19:45 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 61-ci kilometrliyində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununu» 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsinin «D» kateqoriyası olmadan Ford Transit markalı ** CA *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edib Qazax rayonu istiqamətində üç zolaqlı yolun orta zolağı ilə 100 km/saat sürətlə hərəkətdə olarkən, həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək yəni, yerdəyişəni, ötmə və dönmə zamanı təhlükəsiz manevr aparmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ-2105 markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili ötmək istəyərkən avtomobilin qabaq sağ qanad hissəsi VAZ-2105 markalı avtomobilin arxa sol qanad hissəsinə dəymiş, zərbədən sürücü Təqsirləndirilən şəxs idarəetməni itirdiyindən Ford Transit markalı mikroavtobus yolun sağına doğru hərəkət edərək aşmış, nəticədə ehtiyatsızlıqdan Ford Transit markalı mikroavtobusun sərnişinləri Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən 29 dekabr 2021-ci il tarixdə, saat 09:30-da Kliniki Tibbi mərkəzdə ölməsinə, Zərərçəkmiş şəxs5 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs8 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Qanuni nümayəndə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs6 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs7 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, «BC» kateqoriyalı, AC seriyalı, 659780 nömrəli sürücülük vəsiqəsi vardır. O, həmin vəsiqə ilə baş etibarnamə əsasında özünə məxsus olan «X1» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi. Həmin avtomobilin pulunu tam ödəyərək almış və arabir sərnişin daşıyaraq çörəkpulu qazanırdı. 17 dekabr 2021-ci il tarixdə, yol-nəqliyyat hadisəsi baş verən gün həmin avtomobillə yaşadığı Sumqayıt şəhərindən qohumları və kəndçilərini götürüb Gədəbəy rayonuna yas yerinə getmək istəmişlər. O, «X1» markalı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə gəlib oradan da sərnişinlər götürüb xeyli gedərək Bakı-Qazax-Gürcüstan avtomobil yoluna çatmışdır. Bakı-Qazax avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətə başlamış, avtomobili yolun soldan ikinci hərəkət zolağı ilə Qazax rayonu istiqamətində təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz, yük yeri boş, avtomobildə isə 10 nəfər sərnişin olmuşdur. Bakı-Qazax yolu ilə xeyli gedib Qobustan qəsəbəsini keçmiş, Ələt qəsəbəsi ərazisinə daxil olmuşdur. Avtomobili Bakı- Qazax yolu ilə Qazax rayonu istiqamətində yolun soldan ikinci yəni, orta hərəkət zolağı ilə 100 km/saat surətlə idarə edən zaman onu Vaz 2105 markalı minik avtomobili ötüb keçmiş və onun hərəkətdə olduğu zolağa keçib tormoz verərək surətini azaldıb hərəkətinə davam etmişdir. O da hərəkətinə davam edib ona çatmış və ara məsafəsi az qaldığı üçün həmin avtomobillə toqquşmamaqdan ötrü sükanı sola döndərib sol hərəkət zolağına çıxaraq ötmək istəmişdir. O, sol yan güzgüyə baxıb yolun boş olduğunu görmüş, onu ötməyə çıxan zaman idarə etdiyi «X1» markalı avtomobilin qabaq sağ qanadı həmin Vaz 2105 markalı avtomobilin arxa sol qanadından dəymişdir. Toqquşmadan sonra onun avtomobili idarəetmədən çıxaraq yolun sağına doğru gedib torpaqlı sahəyə aşmış, avtomobil aşıb 1-2 dəfə fırlanıb sağ yanı üstə dayanmışdır. Bu zaman o, özündən getmiş və həyəcandan nə edəcəyini bilməmiş, özünə gələndə görmüşdür ki, sərnişinlər xəsarət alaraq yerdə uzanmışlar. Sonra təcili yardıma zəng vuraraq kömək çağırıb onları xəstəxanaya göndərmiş, o, isə hadisə yerində qalıb polis əməkdaşlarına sənədlərini təqdim etmişdir. Hadisə zamanı o, xəsarət almamış, hadisədən əvvəl spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Məhkəmədən onun barəsində ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonuna getmək məqsədilə tanışı Təqsirləndirilən şəxs zəng vurmuş və onunla görüşmək üçün ailə üzvləri ilə birlikdə evdən çıxmışlar. O, arvadı Samirə, oğlu Əli və qızı Nigarı götürüb Bakı şəhər Beynəlxalq avtovağzalına getmişdir. Orada Cəmşidlə görüşüb ailə üzvləri və digər qohumları ilə birlikdə Cəmşidin idarə etdiyi Ford Transit markalı mikroavtobusa oturmuş, o, qabaq oturacaqda ailə üzvləri isə salonda arxa oturacaqda əyləşmişlər. Onlar Bakı şəhərindən çıxıb xeyli hərəkət edərək Lökbatan qəsəbəsi ərazisindən Bakı-Qazax yoluna çıxıb Qazax rayonu istiqamətinə hərəkətini davam etmişlər. Cəmşid avtomobili yolun soldan birinci hərəkət zolağı ilə idarə etmiş, Bakı-Qazax yolu ilə xeyli gedib Qobustan qəsəbəsini keçmiş və Ələt qəsəbəsinə daxil olmuşlar. Həmin günü saat 19:40 radələrində Cəmşid avtomobili yolun soldan birinci hərəkət zolağı ilə idarə etmiş, hərəkətdə olduqları vaxtı yolun sağ hərəkət zolağında hərəkətdə olan VAZ-2101 markalı avtomobil sola istiqamətlənib yolun orta zolağı ilə hərəkət edən zaman Cəmşid onu ötməyə çıxmışdır. O, Cəmşidə mikroavtobusu asta və diqqətli sürməsini bildirəndə sonuncu ona əsəbləşərək «mən necə sürdüyümü yaxşı bilirəm» deyib mikroavtobusun sürətini artırmışdır. Cəmşid yolun soldan birinci hərəkət zolağı ilə ötməyə çıxmış və bu zaman orta zolaqda hərəkətdə olan VAZ-2105 markalı avtomobilin arxa sol qanadından vurmuşdur. Cəmşidin idarə etdiyi Ford Transit markalı avtomobilin qabaq sağ qanadı həmin VAZ-2105 markalı avtomobilin arxa sol qanadından dəymişdir. Toqquşmadan sonra VAZ-2105 markalı avtomobil fırlanmış və hər iki avtomobil yolun sağına doğru istiqamətlənmişdir. Avtomobilin yolun sağına doğru gedib sağ kənarına çatmış, VAZ-2105 markalı avtomobil yolun sağ kənarına aşandan sonra Cəmşid sükanı sola döndərib mikroavtobusu yola düzəltmək istəmiş, bu zaman mikroavtobus fırlanaraq idarəetmədən çıxmış və yolun sağ kənarına doğru gedib torpaqlı hissəyə aşmışdır. Mikroavtobus aşdıqdan sonra 3 dəfə fırlanıb sağ yanı üstə dayanmış, o, avtomobildən çıxmaq istəmiş, lakin sıxışıb qalmış, yerə baxanda isə qızı və arvadının yerdə uzandığını görmüşdür. Daha sonra oğlu Əlini ətrafdakı insanların yola aparıb yerə uzatdığını görmüş və özünə güc verib avtomobildən çıxmış, qızı və arvadını təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərmişdir. Oğlu Əlini isə ağır olduğu üçün başqa avtomobillə onlardan qabaq göndərmiş, özü də xəsarət aldığı üçün xəstəxanaya getmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhər Beynəlxalq avtovağzalına gedərək oradan ərinin tanışı Cəmşidin idarə etdiyi Ford Transit markalı mikroavtobusa oturmuşlar. O, uşaqları ilə birlikdə arxada oturmuş, onlar Bakı şəhərindən çıxıb yola düşmüşlər. Sürücü Cəmşid yolda avtomobili sürətlə və narahat sürdüyü üçün o, etirazını bildirmiş, Cəmşid onun sözünə qulaq asmayıb mikroavtobusu sürətlə idarə etməkdə davam etmişdir. Xeyli yol getmişlər ki, hərəkətdə olduqları vaxtı qəflətən taqqıltı səsi gəlmiş və mikroavtobus fırlanmağa başlamışdır. Sonra oğlu Əlini saxlamaq istəsə də, xeyri olmamış, avtomobilin içərisində ora-bura yıxılmış və avtomobildən düşəndə özündən getmişdir. O, oyanıb gözlərini açanda xəsarət alaraq yerdə uzandığını görmüşdür. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib onu və qızını xəstəxanaya aparmış, hadisə zamanı o, ağır bədən xəsarəti almışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə arvadı Əfsanə ilə birlikdə Gədəbəy rayonuna getmək məqsədilə tanışı Təqsirləndirilən şəxsla danışıb ona məxsus Ford Transit markalı mikroavtobusla Sumqayıt şəhərindən çıxmışdır. O, mikroavtobusda sağ cərgədə oturmuş, onlar Sumqayıt şəhərindən çıxıb Bakı şəhərinə gedib, orada başqa qohumlarını da götürüb yola çıxmışlar. Bakı şəhərindən Bakı-Qazax yoluna çıxıb xeyli yola gedib Qobustan qəsəbəsini keçmişlər. O, yorğun olduğu üçün yatmış, bu zaman qışqırıq səsləri eşidib gözünü açdıqda başı zərbə ilə dəymiş və özündən getmişdir. Ayılanda Bakı şəhər KTM-də olmuş, hadisə zamanı ağır bədən xəsarətləri almışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə ərinin kəndçisi Təqsirləndirilən şəxs idarə etdiyi Ford Transit markalı mikroavtobusla Sumqayıt şəhərindən çıxıb Gədəbəy rayonuna gedərkən əvvəlcə Bakı şəhərinə getmişlər. Oradan başqa qohumlarını da götürüb yol gedərkən o, mikroavtobusda orta oturacaqda oturmuşdur. Bakı şəhərindən Bakı-Qazax yoluna çıxıb xeyli yol gedərkən o, telefonla məşğul olduğu üçün qarşıya baxmamışdır. Hərəkətdə olarkən nə olduğunu bilməmiş, bərk taqqıltı səsi gəlmiş və onun əyləşdiyi mikroavtobus sola, sonra sağa doğru sürətlə getməyə başlamışdır. Bu zaman onlar qışqırmağa başlamış, mikroavtobus yolun sağına doğru getmiş və yolun kənarına aşmışdır. Həmin vaxtı o, zərbədən özündən getmiş, ayılanda yerdə palçıq olan hissədə uzandığını görmüşdür. Yerdən qalxıb anasına doğru getmiş, sonra başqa avtomobillə onu, anası və ərini təcili tibbi yardım avtomobili ilə Bakı şəhər KTM-nə aparmışlar. Həmin hadisə zamanı o, ağır bədən xəsarətləri almışdır. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 17 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhərində qızıgildən kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi Ford Transit markalı mikroavtobusla yaşadığı Yevlax şəhərinə gedirmişlər. Onlar Sumqayıt şəhərindən Bakı şəhərinə gedib oradan Cəmşidin qohumlarını götürüb yola çıxmışlar. Bakı şəhərindən Bakı-Qazax yoluna çıxıb hərəkətdə olarkən avtomobilin salonunda sol cərgədə oturmuşdur. Xeyli yola gedib Ələt qəsəbəsi ərazisinə çatıb qaranlıq havada getmişlər. Hərəkətdə olduqları zaman nə olduğunu bilməmiş və əyləşdiyi mikroavtobus fırlanmağa başlamış, bundan sonra kiminsə qışqıraraq «aşdı, aşdı» deyərək qışqırdığını eşitmişdir. Bundan sonra özündə olmamış, ayılanda Bakı şəhərində xəstəxanada olmuşdur. O, bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət almışdır. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixdə kəndçisi Təqsirləndirilən şəxsla danışıb kəndə getmək istədiyini bildirmişdir. Onunla razılaşıb Masazır qəsəbəsi ərazisində görüşmüşlər. O, Cəmşidə məxsus Ford Transit markalı mikroavtobusda qabaq oturacaqda oturmuşdur. Onlar Bakı şəhərinə gedib oradan başqa adamları da götürüb yola çıxmışlar. Bakı-Qazax yolu ilə xeyli gedib Ələt qəsəbəsinə çatmışlar. Cəmşid mikroavtobusu yolun orta hərəkət zolağı ilə idarə etmişdir. Hərəkətdə olan qırmızı rəngli VAZ-2107 markalı avtomobil onları keçib ötmüş və sonra orta zolaqda orta sürətlə düzünə getmişdir. Onlar həmin avtomobilə gəlib çatmış və onu keçmək üçün Cümşüd mikroavtobusu sola doğru istiqamətləndirib sol zolağa keçmək istəmişdir. Bu vaxtı Cəmşidin idarə etdiyi mikroavtobusun qabaq sağ qanadı ilə həmin VAZ- 2107 markalı avtomobilin arxa sol qanadı toqquşmuşdur. Toqquşmadan sonra əyləşdiyi avtomobil idarəetmədən çıxıb yolun sağına doğru sürətlə getməyə başlamışdır. Mikroavtobus yolun hərəkət hissəsindən çıxıb sağ kənarına aşmışdır. Avtomobil aşıb dayanan kimi o, özünə gələndə yerdə uzanmış vəziyyətdə olmuş, daha sonra yaralıları təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərmişlər. O, başqa bir avtomobilə əyləşərək Bakı şəhərinə getmişdir. O, hadisə zamanı xəsarət aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixdə kəndçisi Təqsirləndirilən şəxs zəng vurub Gədəbəy rayonuna getmək istədiyini bildirmiş, sonuncu onunla razılaşmışdır. Həmin günü axşam vaxtı Cəmşid gəlib onu sulu-təpə qəsəbəsindən götürmüşdür. Onlar yola çıxmışlar. Bir qədər yol getdikdən sonra avtovağzaldan digər şəxsləri də götürüb yola çıxmışlar. Bakı şəhərindən Bakı-Qazax yoluna çıxıb hərəkətdə olarkən o, mikroavtobusda soldan birinci oturacaqda oturmuşdur. Əyləşdiyi avtomobillə hərəkətdə olarkən qırmızı rəngli minik avtomobili sağdan onları ötüb keçmişdir. Həmin avtomobil əyləşdiyi avtomobili ötüb keçərək qarşıda hərəkət edəndə birdən mikroavtobusda olan sərnişinlər qışqırmağa başlamışdır. Bu zaman o, qarşıya baxanda həmin minik avtomobili ilə Cəmşidin idarə etdiyi mikroavtobusun toqquşmuş və həmin minik avtomobili çəpinə əyləşdiyi avtomobilin qarşısında olmuşdur. Hadisə zamanı özündən getmiş, ayılanda yerdə palçıqda olmuşdur. Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Hadisə zamanı o, xəsarət almışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayonu Məhəmmədi kəndi tam orta məktəbində 8-ci sinifdə oxuyur. 17 dekabr 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərindən Gədəbəy rayonuna getmək üçün evdən çıxıb Bakı Beynəlxalq avtovağzalına getmişlər. Orada atasının tanışı olan Təqsirləndirilən şəxs idarə etdiyi Ford Transit markalı mikroavtobusa əyləşmişlər. Həmin vaxtı o, anası və qardaşı avtomobilin arxa salonunda oturmuş, mikroavtobusa oturduqdan sonra yola düşüb Bakı şəhərindən çıxmışlar. Bakı şəhərindən çıxıb xeyli yol getdikdən sonra o, qardaşı Əli ilə birlikdə telefonda musiqiyə qulaq asaraq yatmış, o, gözünü yuman vaxtı qəflətən anasının qışqırıq səsinə oyanıb gözlərini açmışdır. O, gözünü açıb qarşıya baxanda mikroavtobus yolun sağına gedib aşdığını görmüşdür. Mikroavtobus aşan zaman zərbədən o, özündən getmiş, bir az sonra atasının səsinə oyanmış və yerdə uzandığını görmüşdür. Yerdən qalxıb anasının yanına getmiş, daha sonra atası anası ilə birlikdə onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə xəstəxanaya göndərmiş, hadisə zamanı xəsarət almışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı, BD seriyalı, 002551 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqə ilə özünə məxsus olan «VAZ 2105» markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobilin pulunu tam ödəyərək almış və ona məxsusdur. 17 dekabr 2021-ci il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün həmin avtomobillə yaşadığı Sumqayıt şəhərindən Saatlı rayonuna yas yerinə getmək istəmişdir. O, qohumu Mahmuda zəng vurub yoldaşlı getməyini xahiş etmişdir. Mahmud onunla razılaşmış və o, Mahmudla birlikdə özünə məxsus olan idarə etdiyi VAZ 2105 markalı avtomobillə Sumqayıt şəhərindən Sahil qəsəbəsi-Zeynalabdin Tağıyev qəsəbəsi yoluna çıxıb xeyli getmiş və Bakı-Qazax- Gürcüstan avtomobil yoluna çatmışdır. Bakı-Qazax avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətə başlayıb avtomobili yolun soldan ikinci hərəkət zolağı ilə təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olub, yük yeri boş olub, avtomobildə 1 nəfər sərnişin olmuşdur. Bakı-Qazax yolu ilə xeyli gedib Qobustan qəsəbəsini keçib Ələt qəsəbəsi ərazisinə daxil olmuşdur. Hərəkətdə olan zaman ondan qarşıda Ford Transit markalı mikroavtobus hərəkət etmişdir. O, birazda hərəkət edib həmin mikroavtobusu keçmiş və yolun orta hərəkət zolağı ilə hərəkətinə davam etmişdir. Biraz getmişdir ki, sol yan güzgüdən görmüşdür ki, həmin Ford Transit markalı mikroavtobus soldan birinci hərəkət zolağına ötməyə çıxıb ona doğru gəlir. O, ona fikir vermədən öz zolağı ilə düzünə hərəkətinə davam etmişdir. Hərəkətinə davam edən zaman birdə görmüşdür ki, idarə etdiyi avtomobilin sol arxa qanadından həmin Ford Transit markalı avtomobil vurmuşdur. Bu zaman onun avtomobili sola yəni, dəmirlərə doğru istiqamətlənmiş və dəmir çəpərə dəyib idarəetmədən çıxaraq yolun hərəkət hissəsində fırlanaraq sağına doğru gedib torpaqlıq sahəyə aşmışdır. Avtomobil aşıb 1-2 dəfə fırlanıb təkərləri üzərində dayanmışdır. Bu zaman o, həyəcandan nə edəcəyimi bilməmişdir. Tez avtomobildən düşüb yanındakı sərnişinidə düşürmüşdür. Daha sonra təcili yardıma zəng vuraraq kömək çağırıb Ford Transit markalı avtomobildə olan sərnişinləri xəstəxanaya göndərmişlər. O, isə hadisə yerində qalıb polis əməkdaşlarına sənədlərini təqdim etmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixdə qohumu Şahid1lə danışıb sonuncuya məxsus olan VAZ-2107 markalı avtomobillə yaşadığı Sumqayıt şəhərindən Saatlı rayonuna getmək məqsədilə görüşmüşlər. Sumqayıt şəhərindən çıxıb Sahil -Zeynalabdin Tağıyev qəsəbəsi yoluna çıxıb geyli getmişlər və Bakı- Qazax yoluna çatıb Qazax rayonu istiqamətində hərəkətdə olarkən o, qabaq sağ oturacaqda oturmuşdur. Rövşən avtomobili yolun orta hərəkət zolağı ilə idarə edərək xeyli getmişlər. Əyləşdiyi avtomobil orta zolaqla hərəkətdə olarkən qəflətən arxa sol hissədən taqqıltı səsi eşitmiş, bu zaman əyləşdiyi avtomobilin arxası sağa doğru fırlanmış və yolun sol hissəsindəki dəmir çəpərə doğru gedərək ora sürtüb yolun sağına doğru istiqamətlənib fırlanaraq yolun sağına doğru gedib yolun sağ kənarındakı torpaqlı hissəyə hissəyə aşıb təkərləri üstə dayanmışdır. Bu zaman o, görmüşdür ki, əyləşdiyi avtomobili vuran Ford markalı mikroavtobus yolun kənarına aşaraq dayanmışdır. O, dərhal avtomobildən düşüb Rövşənlə birlikdə həmin Ford markalı avtomobilin yaralı sərnişinlərinə köməklik etmişlər. Daha sonra ona məlum olmuşdur ki, onlar Rövşənə məxsus VAZ-2107 markalı avtomobillə yolun orta hərəkət zolağı ilə düzünə hərəkətdə olarkən əyləşdiyi avtomobilin arxa sol qanadından vuraraq fırladan Ford Transit markalı mikroavtobus vurmuşdur. Hadisə zamanı o, xəsarət almamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixdə qızı Əfsanə və kürəkəni Zabitlə birlikdə Bakı şəhərindən Gədəbəy rayonuna getmək məqsədilə avtovağzala gedib oradan Zabitin tanışı Cəmşidin idarə etdiyi Ford Transit markalı mikroavtobusa əyləşmişlər və Bakı şəhərindən çıxmışlar. O, mikroavtobusun salonunda sol cərgədə oturmuşdur. Xeyli yol getmişlər və Ələt qəsəbəsi ərazisinə çatdıqda sürücü Cəmşidin qəflətən sükanı döndərdiyini görmüşdür. Bu zaman mikroavtobus yolun kənarına aşmışdır. O, başından zədə almış və özündən getmişdir. Ayıldıqda Bakı şəhər KTM-də olmuşdur. Hadisə zamanı xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 110 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Xalid oğlunun meyitinin bədəni üzərində olan xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, hər iki ağciyərlərin əzilməsi və qansızması, alın nahiyəsinin sıyrığı aşkar olunmuşdur. Göstərilən xəsarətlər həyati olub, xx.xx.2021-ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb alın nahiyəsinin sıyrığı ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və baş beyin toxumasının artan ödemi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 müayinə zamanı bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər sərnişini olduğu mikroavtobusun digər minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü xx.xx.2021-ci il tarixdə, saat 09,30-da Kliniki Tibbi mərkəzdə baş vermişdir. (cild 01, iş vərəqə 93-98) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2021-ci il tarixli 938 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində olan xəsarətlər sol tərəfli pnevmatoraksla müşayiət olunan döş qəfəsinin soldan İİİ-İV-V-Vİ, sağdan isə İV-V-Vİ-Vİİ qabırğaların yerini dəyişmiş, qapalı sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. xx.xx.2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (cild 01, iş vərəqə 75-78) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 939 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində olan xəsarətlər sağ orbitanın aşağı divarının qapalı, yerini dəyişmiş sınığı (sümük defekti ilə), sağ çənə oynaq çıxıntısının qapalı yerini dəyişmiş sınığı, sol çənənin mental nahiyəsinin qapalı yerini dəyişmiş sınığı, körpücük sümüyünün döş sümüyünə birləşən ucunun tam çıxığı, sol üst sinirinin və sol görmə sinirinin travmadan sonrakı neyropatiyası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. xx.xx.2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (cild 01, iş vərəqə 84-87) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 36 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 bədəni üzərində olan xəsarətlər hər iki mil sümüklərinin qapalı, yerini dəyişən tipik yerinin sınıqları, sol ayağın İİ daraq sümüyünün başının yerdəyişməyən sınığı, sol baldırın əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. xx.xx.2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (cild 01, iş vərəqə 127-130) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 37 saylı rəyindən görünür ki, Qanuni nümayəndə bədəni üzərində olan xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan onurğanın boyun şöbəsinin Vİ fəqərəsinin fəsadlaşmamış çıxığı və onurğanın boyun şöbəsinin Vİİ fəqərəsinin spinal çıxığı çıxıntısının çıxığı (cərrahi əməliyyatdan sonrakı vəziyyət) bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (cild 01, iş vərəqə 131-134) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 67 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində olan xəsarətlər -İX, X döş fəqərələrinin cisminin kompression sınığı, döş sümüyünün və sağ tərəfli İİ, İİİ, Vİİ qabırğaların yerdəyişməmiş sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (cild 01, iş vərəqə 157-160) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində olan xəsarət-sol mil sümüyünün tipik yerinin qapalı sınığı bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (cild 01, iş vərəqə 199- 201) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 111 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədəni üzərində olan xəsarətlər döş qəfəsinin İİİ qabırğanın deformasiyalı, Vİİİ-İX qabırğaların natamam sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (cild 01, iş vərəqə 202-204) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertiza Mərkəzi”nin xx.xx.2022-ci il tarixli 8/144 saylı rəyindən görünür ki, Ford Transit markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkərdə və VAZ-2105 markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadda olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən, avtomobillərin bir-biriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş Ford Transit markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkərdə və VAZ-2105 markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillər aşaraq öz ilkin formasını itirdiyindən onların hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi qalmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. (cild 01, iş vərəqə 213-216) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertiza Mərkəzi”nin xx.xx.2022-ci il tarixli 8/648 saylı rəyindən görünür ki, Ford Transit markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 01, iş vərəqə 223-225) İş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2021-ci il tarixli, 4165/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı zamanı, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (cild 01, iş vərəqə 80-83) İş materiallarında olan DİN DBYPİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 016-151786- 1221 nömrəli məktubdan məlum olur ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİNin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2019-cu il tarixdə xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan AC seriyalı 659780 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. (cild 01, iş vərəqə 47) İş materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Ford Transit markalı, ** CA *** və VAZ-2105 markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. (cild 01, iş vərəqə 228) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il islah işləri 20% cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə islah işi cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. (cild 01, iş vərəqə 55-56) Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. AR CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı Alnabat kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 211 saylı arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Alnabat kəndində qeydiyyatda olmaqla ailə tərkibi anası, həyat yoldaşı, 2 azyaşlı uşağından ibarətdir və xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 50-52) İş materiallarında olan zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs8 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs Qanuni nümayəndə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs7 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə barışmışdır ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işində təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-127/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 78-82 ) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Ford Tranasit markalı, **-CA-*** və VAZ-2105 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Ford Tranasit markalı, **-CA-*** və VAZ-2105 markalı, **-DU- *** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1046/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1046/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver