Məhkəmə qərarları › İş №1(101)-1046/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1046/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1046/2023 23.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1994-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməmiş, Zərdab rayonu, Əlvənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasidə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 1,715 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 13,208 qram çəkidə psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 noyabr 2022ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 20:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində 1 ədəd bükümdə 1,715 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,345 qram, 3,001 qram və 3,862 qram olmaqla, ümumilikdə külli miqdarda 13,208 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli qismən bilərək ifadəsində göstərmişdir ki, uzun müddət marixuanadan istifadə etmiş, digər narkotik vasitələrdən isə çox az istifadə etmişdir. “WhatsApp”-da tanımadığı şəxs ona mesaj yazaraq narkotik vasitələrin satışı ilə məşğul olduğunu və ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O da nəfsinə qalib gələ bilməmiş və həmin şəxsin dediyi ərazidən narkotik vasitə götürmək qərarına gəlmişdir. 13 qram narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Onunla birlikdə saxlanılan şəxsin heç nədən xəbəri olmamış, psixoloji problemləri olduğu üçün narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitəni satış məqsədilə əldə etməmiş və heç kimə narkotik vasitə satmamışdır. Əgər araşdırma zaman narkotik vasitələri satmağı ilə bağlı hər hansısa bir sübut olsa, ən ağır cəza ilə məhkum olunmasına etiraz etməyəcəkdir. Narkotik vasitələr siqaret qutusunun içində olmuş, onunla birlikdə saxlanılan Ramin Babayevin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Saxlanılan zaman içərisində narkotik vasitə olan siqaret qutusunu kənara tullamışdır. Onu 5 nəfər mülki geyimli polis əməkdaşı axşam saat 20:30 radələrində saxlamışdır. Şalvarının sağ yan cibindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni üzərindən atmasını Raminin görüb-görməməsini bilməmişdir. Siqaret qutusunun içində 12 qram narkotik vasitə olmuş, polis əməkdaşları onu BMCMİ-nə aparan zaman 1 kiloqram narkotik vasitə ilə ittiham etməklə hədələmişlər. Bakı İstintaq Təcridxanasında olan zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu bilmişdir. İlk olaraq İran vətəndaşı ona “WhatsApp”-da mesaj yazmış, onun narkotik vasitədən istifadə etməyi barədə məlumatı həmin şəxsə kimin verdiyini bilməmişdir. İran vətəndaşının bir nömrəsini qara siyahıya atdıqdan sonra sonuncu onu müxtəlif nömrələrlə zəng etməyə davam etmiş, o da nəfsinə qalib gələ bilməmişdir. İran vətəndaşına narkotik vasitənin qarşılığında pul verə bilməyəcəyini bildirmiş, o da “nə vaxt pulun olsa, onda verərsən” demişdir. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nənəmin təndiri” iaşə obyektinin arxasında olan transformatorun yanından narkotik vasitəni götürmüş, narkotik vasitə götürməyə piyada getmişdir. Narkotik vasitəni götürüb 500 metr getdikdən sonra saxlanılmışdır. Saxlanılan zaman narkotik vasitəni təşkil edən İran vətəndaşı ona zəng etmiş, bu zaman polis əməkdaşları İran vətəndaşına narkotik vasitəni götürdüklərini bildirmişlər. 26 yaşından etibarən narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitələrdən dost məclislərində istifadə etmişdir. Siqaret qutusunun içində heroin olduğunu BMCMİ-də olan zaman bilmiş və əvvəllər heroindən istifadə etməmişdir. İran vətəndaşı ona marixuana göndərəcəyini bildirmiş, məhkəmədə dediklərini müstəntiqə də bildirmiş və ibtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Ona psixoloji və fiziki zor tətbiq edilmiş, BMCMİ-də olanda polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuş, lakin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət aşkar olunmamışdır. Saxlanılarkən içərisində narkotik vasitə olan siqaret qutusunu yerə atmış, lakin içərisində hansı növ narkotik vasitə olmasını bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 5 aydır ki, narkotik vasitə heroini və psixotrop maddə metafetamini çəkmək yolu ilə qəbul etmiş, narkotik vasitəni təsadüfi şəxslərdən əldə etmişdir. Təxminən 10 gün bundan qabaq “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan adını bilmədiyi şəxslə tanış olmuş, bundan sonra “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə danışmağa başlamışdır. Danışıqlarda həmin iranlının Azərbaycana keçirdiyi narkotik vasitələrin alveri ilə məşğul olduğunu bilmişdir. 15 noyabr 2022-ci il tarixdə axşam vaxtlarında həmin şəxsin izah etdiyi yerdən 3 ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetamin, 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin alıb üzərində gəzdirmişdir ki, özü istifadə etsin. Həmin tarixdə saat 20:30-da ünvan 1 ünvanın yaxınlığında tanışı Ramin Babayevlə birlikdə olduğu zaman ona 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin və metafetamin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu, əynində olan şalvarının sol yan cibindən “Viceroy” markalı siqaret qutusunu, “Samsung” markalı mobil telefonu və 1 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmiş, 1 ədəd “Sobranie” markalı siqaret qutusu açılarkən qutunun içərisindən 1 ədəd qara rəngli sellofan büküm, 1 ədəd qara rəngli sellofan büküm açılarkən bükümün içərisində 4 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. 4 ədəd şəffaf sellofan bükümə baxış keçirərkən 3 ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetamin, 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin aşkar edilərək həmin bükümlər 1 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən əynində olan bənövşəyi rəngli gödəkcənin sol iç cibindən 2 ədəd mənzil açarı aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 1 manat pul, 1 ədəd “Viceroy” markalı siqaret qutusu və 2 ədəd mənzil açarı ona geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Ramin Babayevin üzərinə baxış keçirilmiş, üzərindən baxış zamanı hər hansı qanunsuz əşya və ya digər predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikasının vətəndaşından “online” formada aldığını və həmin narkotik vasitələri şəxsi istifadə etmək məqsədi ilə 15 noyabr 2022-ci il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nənəmin təndiri” iaşə obyektinin arxasında yerdən götürdüyünü və üzərində gəzdirdiyini, üzərindən aşkar edilən narkotik vasitələrdən tanışı Ramin Babayevin məlumatının olmadığını bildirmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkmişdir (cild 1, iş vərəqə 81-83). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin şöbənin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid4 təyin edilmişdir. 15 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs tanışı X4 ilə birlikdə saxlanılmış və xidməti vəsiqələrini göstərib özlərini onlara təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən vəkil dəvət edilmiş, daha sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, əvvəlcə ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu, əynində olan şalvarının sol yan cibindən “Viceroy” markalı siqaret qutusunu və “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişlər. Təqsirləndirilən şəxs 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. 1 ədəd “Sobranie” markalı siqaret qutusu açılarkən qutunun içərisində 1 ədəd qara rəngli sellofan büküm aşkar edilmiş, 1 ədəd qara rəngli sellofan büküm açılarkən bükümün içərisində 4 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. 4 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən 3 ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetaminə oxşar maddə, 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Ramin Babayevin üzərinə baxış keçirilmiş, ancaq baxış zamanı onun üzərindən hər hansı qanunsuz əşya və ya digər predmet aşkar edilməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlanılmış, saxlanılan zaman müqavimət göstərməmiş və üzərində aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrini satışını həyata keçirməsi ilə bağlı fakt onun tərəfindən aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrdən başqa 1 manat pul və mobil telefon aşkar edilmiş, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrin məzmunundan görünür ki, onlar Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 118-121 və 130-133). Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində 1 ədəd qara rəngli sellofan büküm və həmin bükümün içərisində 3 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar maddə, 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə, əynində olan şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 29-32). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 6/6582 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 6” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən....” və s. Yazılar və imzalar olan kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,345 qram, 3,001 qram, 3,862qram, ümumi təmiz çəkisi 13,208 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 3 bükümdəki metamfetamin kütlələri (1-3 N-li obyektlər) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, 1 ədəd bükümdə təmiz çəkisi 1,715 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanım narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respubliksının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 13,208 qram, cəmi tədqiqata sərf edildi 0,12 qram, qalıq 13,088 qram, heroinin ümumi təmiz çəkisi 1,715 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,615 qram, cild 1, iş vərəqə 52-54). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 1 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 15 noyabr 2022-ci il tarixdə yazılmış videofayl vardır. Həmin videofayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında təhqiqatçı, polis baş leytenantı Babək Haqverdiyev xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X7, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis baş leytenantı Şahid3 və polis baş leytenantı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu, əynində olan şalvarının sol yan cibindən “Viceroy” markalı siqaret qutusunu, “Samsung” markalı mobil telefonu və 1 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. 1 ədəd “Sobranie” markalı siqaret qutusu açılarkən qutunun içərisində 1 ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. 1 edəd qara rəngli sellofan büküm açılarkən bükümün içərisində 4 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. 4 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən 3 ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetaminə oxşar maddə, 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan bənövşəyi rəngli gödəkcənin sol iç cibindən 2 ədəd mənzil açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 manat pul, 1 ədəd “Viceroy” markalı siqaret qutusu və 2 ədəd mənzil açarı onun özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon götürülmüşdür. Daha sonra Ramin Babayevin üzərinə baxış keçirilmiş, onun üzərindən hər hansı qanunsuz əşya və ya digər predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikasının vətəndaşından “online” formada aldığını və həmin narkotik vasitələri şəxsi istifadə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nənəmin təndiri” iaşə obyektinin arxasında yerdən götürdüyünü və üzərində gəzdirdiyini, üzərindən aşkar edilən narkotik vasitələrdən tanışı Ramin Babayevin məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 116-117). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, mobil telefon “X11” markalı olmaqla ön tərəfi qara rənglidir, arxa tərəfi ağ qara dəridəndir, arxa hissəsində 1 ədəd kamrerası və işıqlandırma cihazı vardır. Mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirilmişdir. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Mobil telefonda olan “WhatsApp” tətbiqetməsinə baxış zamanı müxtəlif nömrələr arasında müxtəlif səsli və yazılı məzmunlu ismarıclar müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “WhatsApp” tətbiqetməsində +**********65 saylı nömrənin istifadəçisi olan tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə tanış olduqdan sonra xx.xx.2022-ci il tarixdə həmin nömrə ilə əlaqə saxlayıb tanımadığı şəxsin yönləndirməsinə əsasən narkotik vasitə heroini və psixotrop maddə metafetamini özünün istifadəsi üçün əldə etmişdir. Həmçinin “WhatsApp” tətbiqetməsində +**********65 saylı nömrədən Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqetməsində istifadəsində olmuş 055281-68-76 saylı nömrəyə narkotik vasitənin qoyulduğu yerin, yəni məkanının fotoşəkli göndərilmişdir (cild 1, iş vərəqə 164-172). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 7 yanvar 2023-cü il tarixli 54 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu ilə nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 149-150). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 19 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış və bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır (cild 2). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsinə dair” 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 13,088 qram olan psixotrop maddə metafetamin və 1,615 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, “X11” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq ayrılmış cinayət işinin materiallarına, həmçinin 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 176-188). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin 14 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətə inztizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 135-136). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 90-94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 13,088 qram olan psixotrop maddə metafetamin və 1,615 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -X11” markalı mobil telefonun ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 noyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 13,088 qram olan psixotrop maddə metamfetamin və 1,615 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -X11” markalı mobil telefonun ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar