Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1047/2021 25.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Yardımlı rayonu, Gölyerli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Gölyerli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yaşamış, 31 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 noyabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırlıq iclasında həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılanadək dəyişdirilmədən saxlanılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1047/2021 saylı cinayət işi daxil olmuş, Azərbaycan Respublikası CPM-nin 298.2-ci maddəsinə əsasən həmin iş üzrə məhkəmənin hazırlıq iclası 07, 20, 27 may və 01, 10 və 25 iyun 2021-ci il tarixlərə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təyin edilməklə ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə irəli sürülən ittihamın məzmunundan görünür ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 «ACCSESS BANK»dan götürdüyü 366.000 ABŞ dolları məbləğində kredit borcunu ödəyə bilməməsini öyrənərək, sonuncuya özünün yüksək vəzifədə işləyən şəxslərlə qohumluq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, əlaqələrindən istifadə edərək banka olan 366.000 ABŞ dolları borcun milli manata çevrilməsində köməklik göstərəcəyini vəd verib ilk dəfə 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu R.Behbudov küçəsində yerləşən «Milli Bankın» inzibati binasının qarşısında 4.000 manat, ertəsi gün taksi fəaliyyəti ilə məşğul olan Şahid5 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «20 Yanvar» dairəsinin yaxınlığında 16.000 manat, 2018-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında yerləşən «Ləvəngi» adlı restoranın qarşısında 21.000 manat, Müşviq Əsgərovun yaxın, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 xahişi əsasında eyni məsələnin həllində yardım etmək adı ilə Zərərçəkmiş şəxs2 10 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən 2 saylı notariat kontorunun qarşısında sonuncuya məxsus 8.000 manat dəyərində «VAZ-21214» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşını və 2.000 manat nağd pulu, bundan başqa, 2019-cu ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək atası X1 guya respublikanın rayonlarından birinə icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunacağını və bu məsələnin həlli üçün 40.000 manat pul lazım olduğunu bildirib alacağı həmin məbləğdə pulu 1 ay müddətinə geri qaytarılacağını yalan vəd verməklə aldadaraq, Hacıqabıl rayonu, Nəvai kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Nur ailəvi istirahət Mərkəzi»nin həyətində sonuncunun 20.000 manat dəyərində qızıl zinyət əşyalarını, 2019-cu ilin fevral ayının əvvəllərində isə banka olan 366.000 ABŞ dolları borcun milli manata çevrilməsi üçün vəd vediyi məsələnin tam həll edilməsi bəhanəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən «Neftçilər» parkında 5000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətləəhatə olunan qəsdlə etibarından sui-istifadə edərək aldatmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 66.000 manat məbləğində nağd pul vəsaitini və qızıl zinyət əşyalarını, Zərərçəkmiş şəxs2 10.000 manat dəyərində əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli, Zərərçəkmiş şəxs2 isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Baxış üçün ittiham aktı ilə məhkəməyə təqdim olunan həmin cinayət işi 13 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs vət.Zərərçəkmiş şəxs1 əmlakını külli miqdarda ələ keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq aidiyyatı üzrə Nizami RPİ-yə göndərilmiş, 14 oktyabr 2020-ci il tarixdə həmin cinayət işi Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən icraata qəbul edilmiş, iş üzrə ibtidai istintaq aparılmaqla yekunlaşdırılmış və 12 aprel 2021-ci il tarixdə iş üzrə ittiham aktı tərtib edilməklə baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 07 may 2021-ci il tarixli hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatət qaldıraraq cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan bir sıra kobud qanun pozuntularına, o cümlədən konkret sübutların, iş üzrə qərarların və istintaq hərəkəti protokollarının saxtalaşdırılmaqla Təqsirləndirilən şəxs müdafiə hüququnun, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin müvafiq maddələrinin tələblərinin pozulması və s. kimi kobud qanun pozuntularına yol verildiyini məhkəmənin nəzər diqqətinə çatdırmış və müəyyən olunan həmin pozuntuların aradan qaldırılması məqsədi ilə, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan əsaslarla cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4 və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Nizami rayon prokuroru Pərviz İbayev barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Müdafiəçi vəsatətini belə əsaslandırdı ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə şübhəli, 02 noyabr 2020-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edərək ümumiyyətlə ifadə verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə 01 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Nabil oğlu və Zərərçəkmiş şəxs1 arasında və 03 noyabr 2020-ci il tarixdə Şahid5 arasında üzləşmə aparılarkən ümumiyyətlə ifadə verməmişdir. Lakin müstəntiq tərəfindən Təqsirləndirilən şəxs istər şübhəli, istər təqsirləndirilən şəxs qismində və istərsə də üzləşmə prosesində dindirilməsi zamanı müdafiəçinin iştirakı ilə dindirilməsinə dair protokollar tərtib olunmuş, həmin protokollarda Təqsirləndirilən şəxs guya verdiyi ifadələrinin məzmunu qeyd edilmiş, ifadə vermədiyi halda tərtib olunan həmin protokollar dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş müdafiəçi tərəfindən imzalanmış, dindirmə protokolunun yekununda isə Təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etməsi barədə qeydlər aparılmaqla protokollar saxtalaşdırılmışdır ki, bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ ciddi şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi qaldırdığı vəsatətdə qeyd etmişdir ki, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs əməli sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 178.2.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddələrlə ittiham elan olunmuşdur. Lakin cinayət işi məhkəməyə verildikdən sonra müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş, sonuncunun əməlinin CM-nin 178.3.2-ci maddəsinə tövsif edilməsi barədə qərar onlara elan edilməmişdir. Həmçinin müstəntiq cinayət işinin materialları ilə müdafiəçi olaraq onu və təqsirləndirilən şəxsi tanış etmədən, yazılı vəsatətlərin hazırlanması və verilməsi üçün onlara 48 saatadək vaxt verilməli olduğu halda, bu müddüalar nəzərə almadan cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəməyədək icraat mərhələsində müstəntiqə vəsatətlər təqdim etmiş, müstəntiq həmin vəsatətləri imzalamaqla qəbul etməsinə baxmayaraq qeyd olunan vəsatətlərlə bağlı cinayət işinin materiallarında hər hansı qərar qəbul edilməsinə dair sənədlər müəyyən edilməmişdir. Daha sonra Müdafiəçi qaldırdığı vəsatətdə göstərmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib olunarkən Azərbaycan Respublikası CPM-nin 289.5-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 01 noyabr 2020-ci il tarixli dindirmə protokolunda digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xahişi ilə ilk dəfə gördüyü Təqsirləndirilən şəxs ümumi etibarnamə ilə «Niva» markalı maşın və 2000 manat məbləğində pul verdiyini bildirdiyi, Təqsirləndirilən şəxs tərəfindən aldadılması barədə hər hansı ifadə vermədiyi halda, müstəntiq tərəfindən cinayət işinin materiallarında olmayan sənəd və sübutlara istinad olunmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından süi-stifadə etməklə onu aldatması qənaətinə gəlinmişdir. Bundan başqa, Müdafiəçi qaldırdığı vəsatətdə göstərmişdir ki, cinayət işinin materiallarına əsasən iş üzrə ibtidai istintaq 30 mart və 01 aprel 2021-ci il tarixlərdə yekunlaşmasına baxmayaraq aradan uzun müddət keçdikdən sonra, yəni 21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitmə günü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nizami rayon prokuroru tərəfindən Nizami rayon Məhkəməsinə onun həbsdə saxlama müddətinin uzadılması barədə təqdimat göndərilməklə kobud prosessual pozuntuya yol verilmişdir. Bundan başqa, cinayət işi üzrə istintaq aiddiyyatı pozulmuş, Azərbaycan Respublikası Baş Prokuroru və ya müavinin cinayət işinin Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinə həvalə edilməsi barədə qərarı olmamışdır. Belə ki, cinayət hadisəsinin Bakı şəhərinin Nizami rayonu ərazisində baş verməsinin sübut olunmamasına baxmayaraq cinayət işinin istintaqı Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqləri tərəfindən aparılmışdır. Ən nəhayət, Müdafiəçi qaldırdığı vəsatətdə konkret qeyd etməklə yanaşı, həm də şifahi olaraq göstərdi ki, o, 30 mart 2021-ci il tarixdə o, Tərtər rayonunda olmuş, həmin tarixdə Tərtər rayon Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmişdir. Lakin Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən görünür ki, müstəntiq tərəfindən cinayət işinin istintaqının yekunlaşdırılması ilə əlaqədar əksəriyyət istintaq hərəkətləri məhz həmin gün - 30 mart 2021-ci il tarixdə onun Tərtər rayonunda olduğu gün aparılmış, Təqsirləndirilən şəxs və müdafiəçi olaraq o, heç bir istintaq hərəkətində iştirak etməmişdir. Həmin tarixdə müstəntiq tərəfindən tərtib olunmuş bütün protokollar və s. sənədlər saxtalaşdırılmış, onun əvəzindən istintaq hərəkəti protokollarına saxta imzalar edilmiş, Təqsirləndirilən şəxs isə protokolları imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Qeyd olunanlardan başqa, Müdafiəçi daha bir vəsatət qaldırıb göstərdi ki, cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs faktiki və real olaraq sərbəst və üzləşmələr zamanı ifadə verməmişdir. Lakin cinayət işində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə dair 31 oktyabr 2020-ci il tarixli protokol, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 01 noyabr 2020ci il tarixli, iki ədəd üzləşmədə dindirmə protokolları, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 02 noyabr 2020-ci il tarixli protokol və Təqsirləndirilən şəxs Şahid5 ilə üzləşmələrinə dair 03 noyabr 2020-ci il tarixli üzləşmədə dindirmə protokolu mövcuddur ki, həmin dindirmə protokolları müstəntiq tərəfindən təqsirləndirilən şəxsin CPM-də, Azərbaycan Respublkasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarını pozmaqla qanunsuz olaraq saxtalaşdırılmışdır. Odur ki, qeyd olunan protokollar sübutlar siyahısından xaric edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən qaldırılan vəsatətlərin əsaslı hesab olunub, təmin edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən qaldırılan vəsatəti cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsinə, iş üzrə qərarların və ibtidai istintaq hərəkəti protokollarının saxtalaşdırılmaqla Təqsirləndirilən şəxs müdafiə hüququnun, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin müvafiq maddələrinin tələblərinin pozulmasına dair hissədə əsaslı hesab edib, təmin edilməklə yol verilmiş prosessual pozuntuların aradan qaldırılması məqsədilə cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında müdafiəçi tərəfindən qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin təqsirlilik məsələsini əvvəlcədən həll etmədən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən qaldırılan vəsatət məhkəmə baxışına xitam verilməsi və cinayət işinin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair hissədə əsaslıdır, yəni məhkəməyədək icraat zamanı müdafiəçinin vəsatətində göstərdiyi Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan prosessual pozuntulara yol verilmişdir. Ona görə də müdafiəçinin vəsatəti təmin olunmalı, cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, cinayət işinin ibtidai istintaqını aparmış Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Hüseyn Nağıyev tərəfindən 30 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə (yeni məzmunda) təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, guya həmin tarixdə qeyd olunan ittiham Nizami RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs onun müdafiəçisi Müdafiəçi iştirakı ilə elan edilmiş və hətta müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yeni ittiham üzrə dindirilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 30 mart 2021-ci il tarixli qərardan, təqsirləndirilən şəxsin dindirilməsi barədə protokoldan və təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair bildirişdən görünür ki, qeyd olunan sənədlərdə Müdafiəçi imzaları olsa da, həmin sənədlərdə təqsirləndirilən şəxsin imzaları mövcud olmamış və sonuncunun həmin sənədlərə imza etməkdən imtina etməsi barədə müstəntiq tərəfindən qeydlər aparılmışdır. Lakin məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 04 may 2021-ci il tarixli, 17/40-1711 saylı məktubla müəyyən olunur ki, müstəntiq Hüseyn Nağıyev 30 mart 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasında olmamış, Təqsirləndirilən şəxs və onun Müdafiəçila görüşməmişlər. 3 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 18 may 2021-ci il tarixli, 17/40-1889 saylı başqa bir məktubla isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə Nizami RPİ-nin inzibati binasında ümumiyyətlə olmamış, o, yalnız 31 mart 2021-ci il tarixdən 05 aprel 2021-ci il tarixədək Nizami RPİ-nin X7 köçürülmüşdür. Bundan başqa, cinayət işi öyrənilərkən müəyyən olundu ki, müstəntiq Hüseyn Nağıyev tərəfindən ibtidai istintaqın qurtarması barədə Təqsirləndirilən şəxs və onun Müdafiəçi məlumat verilməsi barədə müvafiq protokol tərtib edilmiş, həmin protokolda Müdafiəçi imzaları olsa da, qeyd olunan protokola təqsirləndirilən şəxsin imza etməkdən imtina etməsi barədə müstəntiq tərəfindən qeyd aparılmışdır. Yəni həmin protokolda təqsirləndirilən şəxsin imzası mövcud deyildir. Məhkəmə hazırlıq iclasında qeyd olunan məsələlərə münasibət bildirən Müdafiəçi qeyd etdi ki, o, 30 və 31 mart 2021-ci il tarixlərdə 3 saylı İstintaq Təcridxanasında, həmçinin Nizami RPİ-nin inzibati binasında olmamış, həmin tarixlərdə özünün və Təqsirləndirilən şəxs iştirakı ilə hər hansı istintaq hərəkətinin aparılmasında iştirak etməmiş, heç bir sənədə imza etməmişdir. 30 və 31 mart 2021-ci il tarixli prosessual sənədlərdə onun adından edilmiş imzalar saxtalaşdırıdlmışdır. 30 mart 2021-ci il tarixdə aparılmalı olan istintaq hərəkətlərindən xəbərsiz olmuş, 31 mart 2021-ci il tarixdə isə Tərtər rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs özü də məhkəmə hazırlıq iclasında barəsində cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq Hüseyn Nağıyevin 30 və 31 mart 2021-ci il tarixli istintaq hərəkətləri ilə bağlı yol verdiyi 30 və 31 mart 2021-ci il tarixli prosessual qanun pozuntularını bir daha təsdiq etdi. Məhkəmə sorğusuna əsasən Tərtər rayon Məhkəməsindən daxil olmuş 18 may 2021-ci il tarixli, 80 saylı məktubla müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi 31 mart 2021-ci il tarixdə vət.X3 təqsirləndirilməsinə dairn cinayət işi üzrə Tərtər rayon Məhkəməsində məhkəmə iclasında iştirak etmişdir. Qeyd olunan bu faktlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə (yeni məzmunda) təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 30 mart 2021-ci il tarixli qərar Təqsirləndirilən şəxs onun müdafiəçisi Müdafiəçi iştirakı ilə real olaraq elan edilmədiyini, sonuncuların qeyd olunan tarixdə Nizami RPİ-nin inzibati binasında olmadığını, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə yeni ittiham üzrə dindirilmədiyini, Müdafiəçi 31 mart 2021-ci il tarixdə Nizami RPİ-nin inzibati binasında və ya 3 saylı İstintaq Təcridxanasında olmadığını, müstəntiq tərəfindən istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə real məlumat verilmədiyini, sonuncuların həmin istintaq hərəkətinin aparılmasında iştirak etmədiklərini təsdiq edir. Müdafiəçi imzaları hər iki təqvim üzrə saxtalaşdırılmış, təqsirləndirilən şəxsin hər iki tarixdə tərtib olunan sənədlərə imza etməkdən imtina etməsi barədə müstəntiq tərəfindən qeydlər aparılması isə formal xarakter daşımışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «a» yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 224.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 224.3-cü maddəsinin tələblərinə görə ittihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi (bu hərəkətin yerinə yetirilməsində iştirak edirsə) tərəfindən imzalanır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 284.1 və 284.1.1-ci maddələrinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. Cinayət işinin materiallarından, həmçinin görünür ki, müstəntiq Hüseyn Nağıyev təqsirləndirilən şəxsin 30, 31 mart və 01 aprel 2021-ci il tarixli istintaq hərəkətləri ilə bağlı özünü elan edilmiş ittiham üzrə təqsirli bilməməsi və prosessual sənədlərə imza etməkdən imtina etməsi xüsusatlarını bər vəsatət kimi qəbul edərək qərar qəbul etmək yolu ilə hüquqi qiymət vermiş, lakin qəbul edilən həmin qərarlar real olaraq müdafiə tərəfinə təqdim edilməmişdir. Hansı ki, Azərbaycan Respublikası CPM-nin 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin Məcəllənin 287.2-ci maddəsinin tələblərinə görə vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Müdafiəçisi Müdafiəçi vəsatətləri üzrə daha sonra müəyyən edildi ki, 13 oktyabr 2020-ci il tarixdə Nizami rayon prokuroru tərəfindən fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, lakin müstəntiq Hüseyn Nağıyevin 01 mart 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmiş, həmin qərar təqsirləndirilən şəxsə elan edilmiş və qərarın surəti müdafiə tərəfinə təqdim edilmişdir, hansı ki, məhkəmə hazırlıq iclasında müdafiəçi yuxarıda qeyd olunan vəsatətlərlə yanaşı, üzərində prosessual pozuntulara yol verilmiş və saxtalaşdırılmış sənədləri, o cümlədən Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilməsinə dair həmin qərarın surətini məhkəməyə təqdim etmişdir. Bundan başqa, Müdafiəçi cinayət işi üzrə məhkəmə baxışına xitam verilməsi və işin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı qaldırdığı vəsatətə əlavə olunmuş cinayət işinin icraatına xitam verilməsi və müəyyən istintaq hərəkəti protokollarının sübutlar siyahısından xaric edilməsi barədə 03 aprel 2021-ci il tarixli iki ədəd vəsatətlərdən görpünür ki, qeyd olunan həmin vəsatətlər Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilməsindən sonra qaldırılmış və müstəntiq həmin vəsatətləri imzalamaqla qəbul etmişdir. Belə ki, hər iki vəsatət yuxarıda qeyd olunan qərardan sonra qaldırılmış və hər iki vəsatətin məzmununda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə istinad edilmişdir. Lakin cinayət işinin materialları öyrənilərkən və məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, müstəntiq X9 Bağışovun əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilməsinə dair 01 mart 2021-ci il tarixli qərarı və müdafiəçi tərəfindən müstəntiqə təqdim olunan 03 aprel 2021-ci il tarixli vəsatətləri ümumiyyətlə cinayət işinin materiallarına əlavə etməmiş, qeyd olunan qərar və vəsatətlərdən irəli gələn prosessual tələbləri yerinə yetirməmiş və hüquqi qiymət verməmişdir. Bütün qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüquqları, eyni zamanda məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin müvafiq maddələrinin tələbləri ibtidai istintaq orqanı tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin: - 91.5.1. nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi): - 91.5.13. etirazlar etmək və vəsatətlər vermək; - 91.5.18. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; - 91.5.19. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 91.5.22. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; - 91.5.29. hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq təqsirləndirilən şəxsin müdafiə hüquqlarıdır. Azərbaycan Respublikası CPM-nin 85.1-ci maddəsinin tələblərinə görə cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 85.2 və 85.2.1-ci maddələrinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. Həmin Məcəllənin 85.3-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozulduğundan (CPM-nin 303.3.1-ci maddəsi), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulduğundan (CPM-nin 303.3.8-ci maddəsi), yəni məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, müdafiə tərəfinin vəsatəti qismən təmin olunmalı, cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, vəsatət Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə dair 31 oktyabr 2020-ci il tarixli protokolun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 01 noyabr 2020-ci il tarixli, iki ədəd üzləşmədə dindirmə protokollarının, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 02 noyabr 2020-ci il tarixli protokolun və Təqsirləndirilən şəxs Şahid5 ilə üzləşmələrinə dair 03 noyabr 2020-ci il tarixli üzləşmədə dindirmə protokolunun sübutlar siyahısından xaric edilməsinə dair hissədə, cinayət işinə baxılmasına xitam verildiyindən və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldığından, təmin edilmədən rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki: - qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun (maddə 1.2.1.); - cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın (maddə 1.2.2.); - heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın (maddə 1.2.3.). Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (maddə 303.3.1.); məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulduğundan (maddə 303.3.8) kimi və s. kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Qeyd olunanlardan başqa, məhkəmə hazırlıq iclasında Müdafiəçi daha bir vəsatət qaldırıb Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etdi. Müdafiəçi vəsatətini belə əsaslandırdı ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində əsassız olaraq axtarış qərarı qəbul etmiş, əməliyyat xidməti tərəfindən onun barəsində axtarış işi açılmış, sonuncu axtarışda olduğunu öyrənib 31 oktyabr 2020-ci il tarixdə könüllü olaraq Nizami RPİ-yə gəlmiş və onun könüllü gəlməsi barədə eyni tarixli protokol tərtib olunmuşdur. Lakin Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamların təsdiq olunmamasına, ona qarşı irəli sürülən ittihamların kifayət qədər şübhəli olmasına, Təqsirləndirilən şəxs istintaqdan yayınmaq və ya gizlənmək niyyətində olmamasına baxmayaraq, cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq qərəzli mövqe nümayiş etdirib Təqsirləndirilən şəxs könüllü gəlməsi barədə protokolu cinayət işinin materiallarına əlavə etməmiş və onun barəsində axtarışda olan şəxs kimi həbs qətimkan tədbiri seçilməsi məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırmışdır. Nizami rayon prokuroru isə eyni xahişli təqdimatla məhkəməyə müraciət etmiş və müvafiq məhkəmənin qərarı əsasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Müdafiəçi vəsatətinə əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs daimi yaşayış yeri olmaqla ailəlidir, yeni doğulmuş bir nəfər uşağı vardır, həyat yoldaşı şəhid övladıdır, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirənidir. Müdafiəçi məhkəməyə 03 vərəqədən ibarət yazılı vəsatəti ilə yanaşı, həmin vəsatətə təqsirləndirilən şəxsin uşağının doğum haqqında şəhadətnaməsinin, həyat yoldaşının şəhid ailəsi statusunu təsdiq edən sənədin, Təqsirləndirilən şəxs könüllü gəlməsi haqqında protokolun və müşaiyət məktubunun surətini məhkəməyə təqdim etdi. Məhkəmə Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qaldırdığı vəsatəti müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılmaqla onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması məqsədə müvafiqdir. Belə ki, Müdafiəçi qətimkan tədbiri ilə bağlı məhkəməyə təqdim etdiyi, həmçinin işdə olan sənədlərlə müəyyən edildi ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması barədə qərar qəbul etmiş, həmin qərar üzrə əməliyyat xidməti tərəfindən 26 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır. Cəmi beş gün sonra sonuncu axtarışda olduğunu öyrənib 31 oktyabr 2020-ci il tarixdə könüllü olaraq Nizami RPİ-yə gəlmiş və onun könüllü gəlməsi barədə əməliyyat xidməti tərəfindən eyni tarixli protokol tərtib olunmuşdur. Lakin cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq Təqsirləndirilən şəxs könüllü gəlməsi barədə protokolu cinayət işinin materiallarına əlavə etməmiş və 02 noyabr 2020-ci il tarixdə onun barəsində axtarışda olan şəxs kimi həbs qətimkan tədbiri seçilməsi məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırmış və nəticədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə nail olmuşdur. Qeyd olunanlarla yanaşı, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuş, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsə qarşı qərəzlilik meylləri açıq-aşkar özünü biruzə vermişdir. Yol verilmiş ciddi prosessual pozuntularla bağlı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirlilik məsələsi həll olunmadan, cinayət işinin baxılmasına xitam verilməsi və işin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsinə əsas verən, Azərbaycan Respublikası CPM-nin 155.1-ci maddəsində nəzərdə tutulan və ehtimal olunan: - cinayət prosesini həyata keçirən orqandan gizlənmək; - cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; - cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq; - məhkəmə hökmünün icra edilməsinə maneə törətmək kimi hərəkətlər müəyyən edilməmişdir. Ən nəhayət, təqdim olunan sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yeri mövcuddur, himayəsində 18 oktyabr 2020-ci il təvəllüdlü bir nəfər uşağı vardır, onun həyat yoldaşı şəhid övladıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qaldırdığı vəsatəti əsaslı hesab olunmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasının yekun qərarının çıxarıldığı 25 iyun 2021-ci il tarixdən 1 (bir) ay müddətində - 25 iyul 2021-ci il tarixədək müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 157.5-ci maddəsinə əsasən həbsin qətimkan tədbiri qismində seçilməsi və ya uzadılması məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olmadığı qənaətinə gəldikdə, onun barəsində müdafiə tərəfinin vəsatəti və ya öz təşəbbüsü ilə ev dustaqlığı, habelə müdafiə tərəfinin vəsatəti əsasında girov qətimkan tədbiri seçir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 13-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Vətəndaş və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatlar mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunduğundan Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası CPM-nin 163.3-cü maddəsinə nəzərdə tutulan vəzifələr qoyulmalı, qərarın icrası onun daimi yaşayış yeri üzrə Daxili İşlər orqanlarına həvalə olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 haqqında xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər, Nizami rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qaldırılan vəsatət əsaslı hesab edilməklə təmin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasının yekun qərarının çıxarıldığı 25 iyun 2021-ci il tarixdən 1 (bir) ay – 25 iyul 2021-ci il tarixədək müəyyən edilsin. Təqsirləndirilən şəxs istintaqın aparıldığı və məhkəmədə işə baxıldığı zaman yaşayış yerini dəyişməsinə, habelə cinayət işi üzrə digər şəxslərlə və onların qohumları ilə əlaqə saxlamasına, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməsinə qadağa qoyulsun, ona davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtda zəng etmək, həmin orqanın, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına şəxsən və təxirə salınmadan gəlmək vəzifəsi həvalə edilsin. Ev dustaqlığında olduğu müddətdə Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin, üzərinə istintaq və məhkəmə orqanlarının çağrışları istisna olmaqla daimi yaşadığı Yardımlı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Ev dustaqlığı qətimkan tədbirinin icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər, Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1047/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1047/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver