Məhkəmə qərarları › İş №1(101)-1047/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1047/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1047/2024 08.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X2 ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə İran İslam Respublikasının vətəndaşı “Muşu” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında özünə məxsus ***-***-**-** nomrali “Samsung” markalı mobil telefonla qeydiyyatdan keçdiyi “Whatsapp” sosial sms mübadiləsi tətbiqi üzərindən əlaqə yaradıb “Muşu” adlı şəxs tərəfindən göndərilən koordinat üzrə xx.xx.2023-cü il tarixdə gecə saatlarında, ünvan 2 ünvanın yaxınlığında yolun kənarındakı məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş qutuların yanında gizlədilmiş külli miqdarda təmiz çəkisi 1507,676 qram olan narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daimi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Azarbaycan Respublikasi DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4əşən DİN-nin BNMİ-nə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffad sellofan bükümdə təmiz çəkisi 17,676 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, şalvarının sol yan cibindan bir ədəd ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon götürülüb əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 15:55-də Xatai rayonu, Y.Əliyev küçəsi, 4/1 saylı ünvanda yerləşən onun icarə əsasında işlədiyi ofisin yardımçı otağında plastik qabın altında gizlədilmiş üzəri şəffaf rəngli yapışqanla sarılmış bir ədəd sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 1.490 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xətai rayonunda yerləşən ev aqlı-satqısı ofisində işləyir. Təxminən iki ay əvvəl internet vasitəsi ilə tanımadığı adını Muşu olaraq bildiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs onunla “Whatsapp” sosial proqramı vasitəsi ilə əlaqə yaradıb və narkotik vasitənin olduğu yerin şəklini, lokasiyasını atmışdır. xx.xx.2023-cü il tarixdə “Muşu” ilə əlaqə saxlamış və sonuncu ona Binəqədi rayonu, 7-ci Mikrorayonda məhəllə arası yolun kənarındakı zibil qutusunun şəkilini atıb narkotik vasitənin olduğu yeri oxla işarə edib göstərmişdir. O, Muşunun atdığı şəkilə və lokasiyaya uyğun qeyd edilən ünvana getmiş, orada zibil qutusunun yanında gizlədilmiş “nəşə” kimi tanıdığı narkotik vasitəni götürüb işlədiyi Xətai rayonunda yerləşən ev alqı-satqısına dair ofisinə getmişdir. Orada narkotikin üzərindən bir qədər götürüb qalan hissəsini sellofan torbaya yerləşdirib ofisin içərisindəki otaqda qabın altında gizlətmişdir. Həmin narkotiki o, 800 manata əldə etmişdir. Həmin gün günorta saatlarında Xətai rayonu, Y.Əliyev küçəsi ilə piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edib polis olduqlarını demiş, narkotik satışında şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə Səbail rayonunda yerləşən baş polis idarəsinə getmişdir. Orada olan zaman ona otaqların birində hüquqları izah olunmuş və vəkillə təmin edilmişdir. Bundan sonra vəkilin iştirakı və videoçəkilişlə üzərinə çəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı ona üzərimdə qanunla qadağan edilmiş əşya olub-olmadığını soruşmuş və olduğu halda təqdim edilməsi bildirilmişdir. O, da əynində olan boz rəngli şalvarımın sağ yan cibindəki “nəşə” kimi bildiyi narkotiki çıxarıb bir ədəd sellofan büküm halında təqdim etmişdir. Bundan sonra təhqiqatçı onun ciblərini yoxlamış və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, milli pul əskinazı aşkar etmişdir. Daha sonra pulunu ona geri qaytarmışdır. Ona verilən suallara cavab olaraq təqdim etdiyi bir ədəd sellofan bükümdə “nəşə” kimi bildiyi narkotik vasitə olmasını həmin narkotiki 5 gün əvvəl Muşu adlı İran vətəndaşından 800 manat pul ödəməklə Binəqədi rayonu ərazisindən atıldığı yerdən götürərək əldə etməsini bildirmişdir. Daha sonra aşkar olunmuş maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşının sualı üzrə işlədiyi Xətai rayonu ərazisində yerləşən ofisində narkotik vasitə olmasını bildirmişdir. Həmin ofisə baxış keçirilmısinə etirazı olmadığına dair ərizə yazmış və razılığı üzrə həmin ofisə getmişlər. Orada yenə videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə ofisinə baxış keçirilmişdir. O ofisə daxil olub arxa otaqdakı qabın altında gizlətdiyi narkotik vasitə marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə üzərində aşkar edilmiş narkotiklə eyni olmuşdur. Belə ki, o həmin narkotikin üzərindən bir qədər götürmüşdür. Daha sonra aşkar olunmuş maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. O, avqust ayının ortalarında İran İslam Respublikasının vətəndaşı “Muşu” adlı şəxsdən şəxsi istifadəsi üçün 400 qrama yaxın qurudulmuş marixuana almış, həmin maddədən 1-2 dəfə istifadə etdikdən sonra, istifadəsi üçün icarə əsasında işlətdiyi ofisində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, polis əməkdaşları onu aldatması nəticəsində 1 kq maddənin onun olmasını bildirmiş və ona təqdim olunan sənədləri imzalamışdır. Həmçinin bildirmişdir ki, səsli və sms vasitəsi ilə “Muşu Hasib” adlı şəxslə əlaqə saxlayan özüdür. Həmçinin Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, onun narkotik vasitələrdən istifadə etməsinin başlıca səbəbi müharibədə iştirak etdiyi dövrdə aldığı yaralar, əsgər yoldaşlarının ağır şəkildə şəhid olması və keçirdiyi psixoloji sarsıntılar olmuşdur. Daha sonra özünü qismən təqsirli bilməsini, 1-ci Qarabağ müharibəsində könüllü olaraq iştirak etdiyini, vətənin bütövlüyü uğrunda hər zaman canından keçməyə hazır olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı və 2-ci qrup əlil olmasını, sağ böyrəyinin olmamasını və vərəm xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülərlə, “Samsung” markalı mobil telefonda olan sms yazışmaları, foto-şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiktlərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri va psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, Bakı şəhəri, Xətai rayonu inzibati ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat malumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbiri keçirilməsi üçün baş idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü baş idarənin baş amaliyyat müvəkkili Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs anket məlumatlarını müəyyən edib xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində gəlmişlər və saat 13:00 radələrində Təqsirləndirilən şəxs Xatai rayonu, Y.Əliyev küçəsi 4/1 sayli ünvanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin realizasiyasinda şübhəli olması səbəbindən baş idarəyə dəvət etmişlər. Baş idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, Bakı şəhəri Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, baş əməliyyat müvəkkili Şahid2 iştiralı ilə təhqiqatçı Yelmar Vahabov videoçəkilişə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtaış zamanı təhqiqatçı Y.Vahabov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şaxs Təqsirləndirilən şəxs əynindən boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffad sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cibləri axtarılmış və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markali mobil telefon, 388 ( üç yüz səksən səkkiz) manat milli pul əskinazları, bir ədəd açar aşkar edilmişdir. Tahqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşduqda sonuncu həmin bükümün içərisində adını “Nəşə” olaraq bildiyi narkotik vasitə olduğunu, həmi bükümü 2 ay əvvəl internetdən tanış olduğu tanımadığı “Muşu” adlı İran vətəndaşından 800 manat pul qarşılığında təxminən 5 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əldə etdiyini, özünündə istifada etməsini, həmçinin bir kibrit qutusu qədər qablaşdırmaqla 60 manata digar şəxslərə satmasını, bundan əlavə işləditi ev alqı-satqısı ofisində narkotik vasitə saxlamasını, ofisa baxış keçirilməsinə heç etirazının olmadığını bildirmişdir. Təqdim olunan kütlə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyini elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs işlədiyi alqı-satqı ofisində axtarış aparılmasına etirazının olmamasına dair ərizə yazıb razılıq verdikdən sonra həmin gün şübhəli şəxs Təqsirləndirilən şəxs işlədiyi ünvan 5 ünvanda yerləşən ev alqı-satqısı ofisinin qarşısına getmişlər. Orada tahqiqatçı Y.Vahabov baxış və götürmə keçiriləcəyini elan etmişdir. Bundan sonra həmin ofisin içərisinə daxil olmuşlar vs şübhəli şəxs Təqsirləndirilən şəxs ofisin içərisindəki arxa otağa daxil olub plastik materialdan olan qabın altında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin torbanın içərisində olan bir ədəd üzəri yapışqanla sarılmış büküm aşkar edilib içərisindəki narkotik vasitə marixuanaya bənzər ot kütləsini kameraya göstərməklə kütləsini müəyyən etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümdəki kütlənin də 5 gün əvvəl “Muşu” adlı İran vətəndaşından 800 manata əldə etdiyi marixuana olmasını, az miqdarda qablaşdırmaqla satışını həyata keçirdiyini etiraf etmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiktlərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, Bakı şəhəri, Xətai rayonu inzibati ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün baş idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri baş idarənin baş əməliyyat müvəkkili Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs anket məlumatlarını müəyyən edib xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisinə gəlmişlər və saat 13:00 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, Y.Əliyev küçəsi 4/1 saylı ünvanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin realizasiyasında şübhəli olması səbəbindən baş idarəyə dəvət etmişlər. Baş idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülməsi aparılması zərurəti yarandığından, Bakı şəhəri Vəkillər kollegiyasının 38 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə təhqiqatçı Y.Vahabov videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Y.Vahabov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzfələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cibləri axtarılmış və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 388 (üç yüz səksən səkkiz) manat milli pul əskinazları, bir ədəd açar aşkar edilmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində adını “Nəşə” olaraq bildiyi narkotik vasitə olduöunu, həmin bükümü 2 ay əvvəl internetdən tanış olduğu tanımadığı “Muşu” adlı İran vətəndaşından 800 manat pul qarşılığında təxminən 5 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əldə etdiyini, özünün də istifadə etməsini, həmçinin bir kibrit qutusu qədər qablaşdırmaqla 60 manata digər şəxslərə satmasını, bundan sonra işlədiyi ev alqı-satqısı ofisində narkotik vasitə saxlamasını, ofis baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqdim olunan kitab qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyini elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs işlədiyi alqı-satqı ofisində axtarış aparılmasına etirazının olmamasına dair ərizə yazıb razılıq verdikdən sonra həmin gün şübhəli şəxs Təqsirləndirilən şəxs işlədiyi ünvan 5 ünvanda yerləşən ev alqı-satqısı ofisinin qarşısına getmişlər. Orada təhqiqatı Y.Vahabov baxış və götürmə keçiriləcəyini elan etmişdir. Bundan sonra həmin ofisin içərisinə daxil olmuşlar və şübhəli şəxs Təqsirləndirilən şəxs ofisin içərisindəki arxa otağa daxil olub plastik materialdan olan qabın altında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin torbanın içərisində olan bir ədəd üzəri yapışqanla sarılmış büküm aşkar edilib içərisindəki narkotik vasitə marixuanaya bənzər ot kütləsini kameraya göstərməklə kütləsini müəyyən etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin bükümdəki kütlənin də 5 gün əvvəl “Muşu” adlı İran vətəndaşından 800 manata əldə etdiyi marixuana olmasını, az miqdarda qablaşdırmaqla satışını həyata keçirdiyini etiraf etmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-93-cü vərəqələrində olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1214 saylı ekspert rəyindən görünür ki, 1. tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 17,676 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs işlədiyi ofisdə...” sözləri yazılmış göy rəngli polietilen bağlamada skoçla bağlanmış bir ədəd sellofan torbada təmiz çəkisi 1490 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 1507,676 qramdır (1kq 507,676 qram). 2. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd polietilen bağlamada olan marixuanalar tərkiblərinə görə eyndirlər. Qeyd: Marixuananın ümumi çəkisi – 1507,676 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram (hər 1-2 №-li obyektdən 0,05 qram götürüldü), qalıq – 1507,576 qramdır. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5982 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 138-146-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış və Q.Ə.Nəsibovun üzərinə şəxsi axtarışı əks etdirən 02 ədəd DVD disk, 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmış və iş üzrə digər maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1507,576 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 108-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Gəncə Qarnizonu Hərbi Trubunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143.4, 243 və 38-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2) Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88-1 və 38-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə həmin Məcəllənin 40-cı maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 03 (üç) ilə endirilmiş, xx.xx.1999-cu il tarixdə həmin Məcəllənin 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş; 3) Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci ildə cəzası qurtardığına görə azad olunmuş; 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli xx.xx.2017-ci tarixli qüvvədə olan həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 14:30-dan 14:39-dək qeydə alınmışdır. Baş Narkotiktlərlə Mübarizə İdarəsinin inzibati binasında təhqiqat qrupunun təhqiqatçısı özünü və digər iştirakçıları təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Sonuncu əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs cibləri axtarılır və həmin şalvarın sol yan cibindən bir ədəd üzərində ***-***-**-** saylı mobil nomrə olan “Samsung” markali mobil telefon, 388 (üç yüz səksən səkkiz) manat milli pul əskinazları, bir ədəd açar aşkar edilir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğu, harada, kimdən və nə məqsədlə aldığı soruşduqda, sonuncu həmin bükümün içərisində adını nəşə olaraq bildiyi narkotik vasitə olduğunu, həmin bükümü 2 ay əvvəl internetdən tanış olduğu “Muşu” adlı İran vətəndaşından 800 manat pul qarşılığında təxminən 5 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əldə etdiyini, özünün istifadə etməsini, həmçinin bir kibrit qutusu qədər doldurmaqla 60 manata digər şəxslərə satmasını bildirir. Bundan əlavə işlədiyi ev alqı-satqısı ofisində narkotik vasitə saxlamasını bildirmişdir. Həmin içərisində narkotik maddəyə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilməklə qablaşdırılır. Həmçinin Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin olub-olmamasını soruşduqda sonuncu belə halın baş vermədiyini bildirir. Cinayət işinin 34-cü vərəqəsində olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, işlədiyi ünvan 5 ünvanda yerləşən ofisə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş ünvana baxış keçirilməsi və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, həmin idarənin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə saat 15:55-dən 16:04-dək Təqsirləndirilən şəxs işlədiyi ünvan 5 ünvanda yerləşən ev alqısatqısı ofisinə baxış keçirilir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ofisin içərisindəki arxa otağa daxil olur, orada plastik materialdan olan qabın altında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm qablaşdırılır. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin də 5 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və satmaq məqsədi ilə “Muşu” adlı İran vətəndaşından 800 manata əldə etdiyini, həmin kütləni kibrit qutusunda bölməklə 01 ədəd kibrit qutusunu 60 (altmış) manata satdığını və “Muşu” adlı şəxsi 02 ay olar ki, tanıdığını bildirir. Cinayət işinin 53-59-cu vərəqələrində olan mobil telefona baxış keçirilməsi protokolundan və foto-şəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markali mobil telefondakı “whatsapp” sosial şəbəkəsində sonuncu mobil telefona adını “Muşu Hasib” olaraq qeyd etdiyi +**********59 saylı mobil nömrəli şəxslə səsli sms vasitəsi ilə əlaqə saxlayır, həmin şəxsin ona Bakı şəhəri, Binəqədi rayonunda gizlətdiyi narkotik vasitənin xəritədə olan lokasiyasını, orada yolun kənarədakı məişət tullantıları üçün nəzərdə tutulmuş qutuların yanını yaşıl rəngli oxla işarələyib istiqamətləndirilməsinə dair şəkilləri xx.xx.2023-cü il tarixdə, saat 00:35-də göndərir narkotik vasitənin olduğu yeri göstərməsinə dair, eyni zamanda narkotikin bağlama halında olmasına dair fotolar, səsli sms mətnləri aşkar edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1373 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə Bakı şəhəri, Xətai RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçərkən 1994cü ilin yanvar ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra sağ budun yuxarı 1/3-nin arxa səthində iki ədəd köhnə çapıq toxumalar, sağ bud sümüyünün diafizinin yuxarı 1/3-i nahiyəsində yumşaq toxumalarda altı ədəd metal qəlpələr” və xx.xx.1994-cü ildən 28.xx.xx.1994-cü ilə kimi M.Nağıyev adına X11 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ qoltuqaltı nahiyəsinin yumşaq toxumalarının dəlib keçən güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Xətai rayon idarəsinin xx.xx.2018-ci il tarixli 1301 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 386 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 494 nömrəli aktı, 2 nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Bakı şəhəri, TTYX-dan verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat travmatologiya və ortopediya institutunun xx.xx.2019-cu il tarixli, 3503 nömrəli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs odlu silah qəlpə yaralanmalarından sonra sağ budun yuxarı 1/3-nin arxa səthində iki ədəd köhnə çapıq toxumalar, sağ bud sümüyünün diafizinin yuxarı 1/3-i nahiyəsində yumşaq toxumalarda altı ədəd metal qəlpələr yaralanması diaqnozu qoyulmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəmli pasiyentin xəstəlik tarixi, ambulator kitabçadan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəsidir və onun sağ ciyəri yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranıdır və 2-ci qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, “Samsung” markalı mobil telefonda olan sms yazışmaları, foto-şəkillər ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından təxminən 301 dəfə, külli miqdarından təxminən 3 dəfə artıq olması narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və narkotik vasitəni özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, götürmə, ünvana və mobil telefona baxış keçirilməsi (i/v 32-33, 36-37, 53-59), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (i/v 60-62, 76-78) protokollarından və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (i/v 88-93), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsə də məhkəmə iclasında törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamış, şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD disklərində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Baş Narkotiktlərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükümün içərisində adını nəşə olaraq bildiyi narkotik vasitə olduğunu, həmin bükümü 2 ay əvvəl internetdən tanış olduğu “Muşu” adlı İran vətəndaşından 800 manat pul qarşılığında təxminən 5 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əldə etdiyini, özünün istifadə etməsini, həmçinin bir kibrit qutusu qədər doldurmaqla 60 manata digər şəxslərə satdığını və işlədiyi ev alqı-satqısı ofisində narkotik vasitə saxladığını bildirir. Həmçinin çəkiliş zamanı Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin olub-olmamasını soruşduqda sonuncu belə halın baş vermədiyini bildirir (i/v 32-33). Həmçinin xx.xx.2023-cü il tarixdə Baş Narkotiktlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs işlədiyi ünvan 5 ünvanda yerləşən ev alqı-satqısı ofisinə baxış keçirilir və baxış zamanı ofisin içərisindəki arxa otaqdan, orada plastik materialdan olan qabın altında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim edir. Sonuncu həmin bükümdəki kütlənin də 5 gün əvvəl “Muşu” adlı İran vətəndaşından 800 manata əldə etdiyini, həmin bükümdə marixuana olduğunu və marixuananın bir kibrit qutusunu 60 manata satdığını bildirir (i/v 36-37). Həmçinin “Samsung” markali mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefondakı “whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adını “Muşu Hasib” olaraq qeyd etdiyi +**********59 saylı mobil nömrəli şəxslə səs yazısı ilə və sms vasitəsi ilə əlaqə saxlayır, həmin şəxs ona Bakı şəhəri, Binəqədi rayonunda gizlətdiyi narkotik vasitənin xəritədə olan lokasiyasını, orada yolun kənarədakı məişət tullantıları üçün nəzərdə tutulmuş qutuların yanını yaşıl rəngli oxla işarələyib istiqamətləndirilməsinə dair şəkilləri xx.xx.2023-cü il tarixdə, saat 00:35-də göndərir, həmçinin narkotik vasitənin olduğu yeri göstərməsinə dair, eyni zamanda narkotikin bağlama halında olmasına dair əlavə fotolar və səsli sms mətnləri göndərir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs səsli sms vasitəsi ilə Muşu Hasib adlı şəxslə əlaqə saxlayan şəxsin özü olduğunu, ona bildirdiyi ünvandan narkotik vasitəni götürdüyünü bildirir (i/v 53-59). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onu aldadaraq sənədləri imza etdirilməsini bildirməsinə baxmayaraq, bununla bağlı o, heç bir orqana şikayət və vəsatət verməmiş, həmçinin şəxsi axtarış keçirilən zaman vəkilinin verdiyi suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı və 2-ci qrup əlil olmasını, sağ ciyərinin olmamasını və vərəm xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni törədilmiş əməldə özünü qismən təqsirli bilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı və 2-ci qrup əlil olmasını, sağ ciyərinin olmamasını, vərəm xəstəliyindən əziyyət çəkməsini, əməlində ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5982 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübutlar kimi tanınmış, şəxsi axtarışın və ünvana baxışın gedişatını əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılmalı, Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1507,576 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılsın. Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə digər maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1507,576 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 25 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar